Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2020 19.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- x2 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1978-ci ildə Saatlı rayonu, Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan və yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 21 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məscidin yaxınlığında Zərərçəkmiş şəxs özünün keçmiş həyat yoldaşının xalası qızı Şahid2 Sahib qızı ilə arasında olan sevgi münasibətinə narazı olduğunu və həmin münasibətə son qoymasını dəfələrlə bildirməsinə baxmayaraq, bu səbəbdən aralarında baş vermiş dalaşma zamanı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə əli və ayağı ilə zərbələr vuraraq, ona qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, alın sümüyünün basılmış sınığı, sol gicgah sümüyünün, sol almacıq sümüyünün, alın-gicgah birləşməsinin sınığı, pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), alın nahiyəsinin sağ hissəsinin, alın nahiyəsinin sol hissəsinin və sağ gicgah-təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol yanaq, sol kürək, qarın və sol diz oynağı nahiyələrinin qançırları, həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-ci ildə Şəhla adlı xanımla ailə həyatı qurmuş və uşaqları olmadığına görə 2015-ci ildə ayrılmışlar. Təxminən 15-20 ildir ki, Abşeron rayonunun ərazisində müxtəlif yerlərdə kirayədə qalmış və fəhləliklə məşğul olmuşdur. Şəhlanın xalası qızı olan Şahid2 da tanımış, Leyla Abşeron rayonu Masazır qəsəbəsində bəzən anası ilə, bəzən də anasından ayrı kirayədə yaşamışdır. Leyla ilə uzun müddətdir tanış olmaqla, yaxşı münasibəti olmuş, maddi imkanı olduqda sonuncuya yardım göstərmiş və yaşadığı evin kirayə pulunu da özü vermişdir. Hətta arada özü də Leyla ilə bir evdə kirayədə qalmışdır. Hadisədən təxminən bir il əvvəl Telman adlı şəxs Leylanın evinə gedib-gəlməsi və sonuncuların sevgi münasibətlərində olduğunu bilmişdir. Bununla bağlı Leylaya Telmanla münasibət saxlamamasını və heç kimin ona maddi yardım etməsinə imkan verməyəcəyini, özünün hər bir köməkliyi edəcəyini bildirmişdir. Sonrakı müddət ərzində dəfələrlə Telman Leylanın evinə gedib-gələn vaxt sonuncu ilə rastlaşıb, Telmana da sözünü demişdir ki, Leyladan uzaq olsun. Hətta bununla bağlı Telman ilə bir neçə dəfə sözlə mübahisələri də olmuşdur. 21 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məscidin yanından Leylanın evinə gedərkən, marşrut avtobusu dayanmış və Telman avtobusdan düşərək Leylanın evi istiqamətində telefonla danışa-danışa getmişdir. Avtobus oradan gedən kimi o, Telmana yaxınlaşıb,- “sənə deməmişəm Leylanın yanına bir də getmə” demiş və Telmanın əlində olan mobil telefonu alaraq kənara atmışdır ki, Leyla ilə danışmasın. Ondan sonra yumruq zərbələri ilə Telmanın sifət nahiyəsindən vurmağa başlamış və Telman yerə yıxılmışdır. Bundan sonra o, yumruq və təpiklə Telmanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş və oradan çıxıb Bakı şəhəri Nəsimi rayonunda kirayədə qaldığı evə getmişdir. Telmana xəsarət yetirən zaman hava qaranlıq olmaqla, ətrafda heç kim olmamışdır. Telmana yumruq və təpiklə vuraraq xəsarətlər yetirmiş, heç bir əşyadan istifadə etməmişdir. Telmanın mobil telefonunu götürməmiş, telefonu Telmanın əlindən alıb kənara atmışdır ki, Telman Leyla ilə danışmasın. Telmanın telefonunu əlindən almaqda başqa məqsədi olmamışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş və o Telmana hadisə zamanı xəsarətləri, sonuncuya dəfələrlə Leyla ilə münasibət qurmamasını bildirməsinə baxmayaraq, Telmanın davamlı olaraq Leylanın evinə gedib-gəlməsinə görə yetirmişdir. Belə ki, hadisə günü Telmanın yenə də avtobusdan düşərək Leylanın evinə tərəf getdiyini gördüyü zaman əsəblərini cilovlaya bilməmiş və artıq Telmana əvvəllər dediyi sözlərin heç bir təsiri olmadığını düşünərək sonuncunu vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisəyə görə peşmandır, əməlini səmimi olaraq etiraf edir. Göstərdiyi halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2018-ci ildə mağazada olarkən Abşeron rayonun Masazır kəndində yaşayan Leyla adlı qadın ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Leyla təxminən 29-30 yaşlarında olmaqla, tək yaşamış və sonuncunun razılığı ilə arabir evinə getmiş və birlikdə yeyib-içib istirahət etmişlər. Leyla ilə aralarında intim münasibətləri olmamışdır. Bir dəfə o, Leylanın evinə gəldikdə evin küçə qapısında həmin vaxt tanımadığı bir şəxsin get-gəl etdiyini görmüşdür. Sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ondan Leylanın evinə nəyə görə gəldiyini soruşduqda, cavab olaraq Leyla ilə tanış olduğu üçün evinə gəldiyini bildirmişdir. Qamət ona bir daha ora gəlməməyini dedikdə, o Qamətə,- “Leyla tanışımdır, onun razılığı ilə evinə gəlirəm, sən kimsən bizim işimizə qarışırsan” deyə bildirmişdir. Həmin vaxt Qamət ilə aralarında sözlə mübahisə olmuş və oradan Leylanın evinə gəlib, bu barədə Leylaya da demişdir. Leylaya küçədə dayanmış həmin şəxsi Qaməti göstərmiş, Leyla həmin şəxsin xalası qızının keçmiş əri Qamət olduğunu demişdir. O, həmin vaxta qədər heç Qamətin adını bilməmişdir. Leyla ona Qamətə əhəmiyyət verməməyini, evinə istədiyi vaxt gəlməyini demişdir. Bundan bir neçə ay sonra bir dəfə də xatırlamadığı tarixdə, saat 19 radələrində Leylanın evinə gedərkən, yenə həmin yerdə Qamət onu görüb, ondan bir daha ora gəlməməyini tələb etdiyinə görə, Qamətə,- “sən kimsən mənə göstəriş verirsən” deyə bildirmiş və orada Qamətlə aralarında yenə sözlə mübahisə olmuşdur. Həmin vaxt özlərindən başqa orada heç kim olmamışdır. Oradan Leylanın evinə gəlib, bu barədə yenə də Leylaya dedikdə, Leyla ona Qamətin dediklərinə əhəmiyyət verməməyi məsləhət görmüşdür. Sonuncu dəfə 21 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Leylanın yanına getmək üçün Masazır kəndində yerləşən Məscidin yanında avtobusdan düşüb, piyada gedərkən mobil telefonla Leylaya zəng edib, ona evinə gəlməyini demək istədiyi vaxt, arxadan səs eşitdiyi üçün, arxaya baxdıqda Qaməti görmüşdür. Qamət heç bir söz demədən telefonu əlindən alıb, kənara atmış, buna görə Leyla ilə danışa bilməmişdir. Qamət telefonunu kənara atdıqdan sonra birinci yumruqla onun alnından vurmuş və o, zərbədən yerə yıxılmışdır. Yerdə uzanmış vəziyyətdə olduğu vaxt Qamət təpiklə başından, bədəninin başqa yerlərindən vurmuş, onun halsız vəziyyətdə olduğunu gördükdən sonra isə özü ondan uzaqlaşıb getmişdir. Bir qədər sonra o, özü ayağa durub, telefonunu axtarsa da qaranlıq olduğundan tapa bilməmişdir. Hadisə zamanı və ondan sonra ətrafda heç kim olmasa da, telefonunu axtardığı vaxt oradan keçən bir neçə tanımadığı cavan oğlan onun sifətinin qanlı olduğunu gördükdə, x4 çağırmış və onu x4 avtomaşınına əyləşdirmişlər. Yolda onu aparan tanımadığı həkimə evinə getmək istədiyini və evdən oğlu ilə birlikdə xəstəxanaya gedəcəyini demiş, buna görə də x4 avtomaşını onu yaşadığı evin yanında düşürdüb getmişdir. O, evə gedib oğlu Samirə yolda döyüldüyünü demiş və Samir öz avtomaşını ilə onu Bakı şəhərində yerləşən x3 aparmışdır. Həmin xəstəxanada 27 dekabr 2019-cu il tarixədək müalicə olunmuş, sonra evə buraxılmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmiş, özü Qamətə müqavimət göstərməmiş, ancaq özünü qorumuşdur. Qamət onu döyən zaman ətrafda heç kim olmamış, həmin vaxt qaranlıq olmuşdur. Qamət əlindən telefonu alıb kənara atdıqdan sonra onu alnından yumruqla vurmuş və o zərbədən yerə yıxılmışdır. Bundan sonra Qamət onun baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, o, isə sifətini tutmuşdur ki, üzünə zərbələr dəyməsin. Bildirir ki, Təqsirləndirilən şəxsla barışmamışdır, sonuncunun barəsində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs qardaşı Elçinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 80 ünvanda Elçinlə birlikdə yaşayır. Anası Südabə isə Tovuz rayonundakı evində yaşayır. 21 dekabr 2019-cu il tarixdə, təxminən saat 22 radələrində atası ilə yaşayan qardaşı Elçin ona zəng edib, onlara getməyini dediyi üçün o, yaşadığı Xırdalan şəhərindəki evimdən Elçinin yaşadığı evə getmişdir. Evə çatdıqda atasının baş və sifət nahiyəsindən xəsarət aldığını görmüşdür. Elçindən atasına nə olduğunu soruşanda, Elçin heç nə bilmədiyini, atasını x4 maşınının gətirdiyini demişdir. Atasından nə hadisə baş verdiyini soruşduqda, atası Masazır qəsəbəsində Qamət adlı şəxs tərəfindən döyüldüyünü demişdir. Atasının səhhətinin pis olduğunu görüb, narahat olduğu üçün idarə etdiyi “Mercedes” markalı, **- BS-*** dövlət nömrə nişanlı avtomobili ilə atasına tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən Respublika Mərkəzi xəstəxanasına aparmışdır. Orada atasını müayinə edən, adım bilmədiyi növbətçi həkim demişdir ki, atasında kəllə beyin travması var, ancaq onlarda həmin sahə üzrə həkim yoxdur və həmin həkimin məsləhəti ilə atasını orada x4 avtomaşını ilə Bakı Kliniki Tibbi Mərkəzi xəstəxanasına aparmışdır. Atası orada 27 dekabr 2019-cu il tarixədək müalicə olunmuşdur. Atası hansı şəraitdə xəsarət aldığını tam onlara deməmiş, heç bir səbəbini bildirmədən ancaq Masazır qəsəbəsində Qamət adlı şəxsin onu döyərək xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xalasının kürəkəni olmuş və həyat yoldaşından ayrılmışdır. Hadisədən əvvəl təxminən 4 il müddətində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlibgedir ki, onunla bir yerdə yaşasın. Qamət hətta ona evlənməyi də təklif etsə də o, Qaməti istəməmiş və ona görə də onunla evlənmək də istəməmişdir. Zərərçəkmiş şəxs hadisədən təxminən iki il əvvəldən tanımış, Telman onun evinə gedib-gələrək ona maddi dəstək olmuşdur. Bu barədə bilən Qamət Telmanın onun evinə gəlməsinə razı olmamışdır. Hətta dəfələrlə Qamət Telman ilə bununla bağlı mübahisə etmişdir. 21 dekabr 2019-cu il tarixdə axşam tərəfi Telman ona zəng edib işdən çıxıb öz evinə girib-çıxandan sonra onun evinə gələcəyini dediyi üçün, o Telmanı gözləsə də, Telman gəlməmişdir. Bu səbəbdən narahat olub, küçəyə çıxıb bir qədər küçə ilə gedəndən sonra küçədə yerdə qan olduğunu görmüşdür. Həmin gün Zərərçəkmiş şəxsla əlaqə saxlaya bilməsə də, səhəri günü bilmişdir ki, 21 dekabr 2019-cu il tarixdə axşam Telman onun evinə gələn zaman yolda Qamət onunla rastlaşaraq Telmanı döymüş və Telman xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” 12 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 21 dekabr 2019-cu il tarixdə baş vermiş dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək ona həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi Ayaz Kazımov tərəfindən cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) İşdə olan Abşeron RPİ-nin məsul növbətçisi tərəfindən tərtib olunmuş 22 dekabr 2019-cu il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01:30-da Yasamal 4-cü TY-dan həkim B.Hüseynova məlumat verərək bildirmişdir ki, Kristal ünvan 2 mənzil 80 ünvanda yaşayan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi və hər iki gözün hematoması diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Həmin məlumat Abşeron RPİ-i üzrə «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı»nda 22 dekabr 2019-cu il tarixdə 2NK-17781 qeydiyyat nömrəsi üzrə qeydə alınmışdır. (iş vər. 7). İşdə olan Zərərçəkmiş şəxs Abşeron RPİ-nin rəisinə olan 24.12.2019-cu il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 22.12.2019-cu il tarixdə tanıdığı Qamət adlı şəxsin onu döyməsi barədə məlumat vermiş və sonuncunun barəsində qanuni tədbir götürülməsini xahiş etmişdir. (cild 01, iş vər. 08) İşdə olan “Baxış keçirilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Abşeron RPİ-nin baş təhqiqatçısı tərəfindən dəvət olunmuş hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakları ilə hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı həmin yerin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məscidin yaxınlığı olması, mərkəzi yoldan 400-500 metr aralı məsafədə yerləşməklə 535 saylı avtobusun yolu olduğu, asfalt örtüklü olmaqla məscidin yaxınlığında 4 yolun birləşməsinə yerləşdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin yeri göstərərək bildirmişdir ki, qeyd olunan tarixdə Qamət adlı şəxs həmin yerdə onu döyərək xəsarət yetirmişdir. (cild 01, iş vər. 10-14) İş üzrə keçirilmiş 08 yanvar 2020-ci il tarixli, 2904 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, alın sümüyünün basılmış sınığı, sol gicgah sümüyünün, sol almacıq sümüyünün, alın-gicgah birləşməsinin sınığı, pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), alın nahiyəsinin sağ hissəsinin, alın nahiyəsinin sol hissəsinin və sağ gicgah-təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol yanaq, sol kürək, qarın və sol diz oynağı nahiyələrinin qançırları - bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.12.2019-cu il tarixdə dava-dalaş zamanı küt əşya ilə, eləcədə yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (iş vər. 23-24). İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 yanvar 2020-ci il tarixdən hesablanmışdır. (iş vər. 48, 70-71). İşdə olan Saatlı RİH başçısının Sarıcalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 61 saylı 24 fevral 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatdadır və orada yaşadığı müddətdə o, müsbət xarakterizə olunmuşdur. (iş vər. 76-77). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 25 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 80-81). İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri xuliqanlıq niyyəti ilə deyil, özünün keçmiş həyat yoldaşının xalası qızı Şahid2 Sahib qızı ilə arasında olan sevgi münasibətinə narazı olduğunu və həmin münasibətə son qoymasını dəfələrlə bildirməsinə baxmayaraq, bu səbəbdən yetirdiyindən, hərəkətlərində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dalaşma zamanı ictimai qayda pozulmadığından, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olan hərəkətlər edilmədiyindən, hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşmağa başlamazdan əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs mobil telefonla Şahid2 ilə danışmaması üçün Zərərçəkmiş şəxs əlində olan “Samsung J5” markalı mobil telefonu əlindən almasında talama məqsədi olmadığından, həmçinin 480 manat mobil telefonun qəsdən məhv etməsində hərəkətlərində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş, hərəkətlərində Azərbaycan Respublikası CM-nin 29, 120-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2020-ci il tarixli, 2904 saylı rəyi mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. (cild 01, iş vər. 82-86) Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün hadisənin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyi və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ilk dəfə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını və əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-670/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2020
19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver