Məhkəmə qərarları › İş №1(101)-670/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Ucar rayonu, Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs lombard fəaliyyəti ilə məşğul olub yaxşı gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin fəaliyyətlə məşğul olması görüntüsünü yaratmaq üçün 2018-ci ildə icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, X30 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsində 2018-ci ilin iyun-avqust aylarında sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə pul alıb ələ keçirməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb 06 yanvar 2021-ci il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs ölümündən qabaq Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış 21 may 2020-ci il tarixli ərizəsi olmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onunla birlikdə işləmiş Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarında ona böyük gəlir əldə etmək məqsədilə əsas işdən kənar şərikli lombard açmağı təklif etmiş və bildirmişdir ki, lombard gəlirli işdir və yaxşı qazanc əldə etmək olar. O, Elvinlə razılaşaraq birlikdə Binəqədi rayonunda lombard açmışlar, lombardın açılması üçün o, 70.000 manat pul qoymuşdur. Qısa müddət ərzində lombard özünü doğrultmamış, belə ki, müştəri cəlb etmək mümkün olmamışdır. Bu səbəbdən təxminən 4 aydan sonra lombard fəaliyyətini dayandırmışdır. Hazırda onun 70.000 manat pulu Elvində qalmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdən zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, o, «Azəryol Servis» cəmiyyətində fəhlə işləyərkən Zərərçəkmiş şəxs həmin idarənin baş mühəndisi vəzifəsində işləmişdir. O, 2013-cü ilə qədər orada işləmişdir. Sonra isə “Azərsun Holding” də satış meneceri vəzifəsinə işə düzəlmişdir. 2017-ci ildə “Azərsun Holding”-dən işdən çıxmışdır. Bundan sonra bir müddət də hərbidə işləmişdir. “xxxx” MMC-nə keçidlərin mühafizəsi vəzifəsinə işə düzəlmişdir. Təxminən altı ay orada işlədikdən sonra 2014-cü ildə Biləcəri qəsəbəsində dairəvi yolun yanındakı olan Qafar adlı şəxsə məxsus lombardda işləmişdir. Orada 2018-ci ilə qədər işləmişdir. O, orada əmək müqaviləsi bağlamadan işləmişdir. Ayda 500 manat maaş almışdır. «Hava limanı» yanında olan keçidlərin tikintisi də Əlikrəm müəllimə verilmişdir. O, həm də orada işləməyə başlamışdır. Orada gecə növbəsində işləmişdir. O, görmüşdür ki, iki yerdə işləyə bilmir, oradan çıxmışdır. Əlikrəm müəllim nə üçün işdən çıxdığını soruşduqda, o, Biləcəridə lombardda işlədiyini demişdir. Əlikrəm ona demişdir ki, Əlikrəmin yaşadığı binanın küncündə bir lombard var, təklif etmişdir ki, orada şərikli lombard açsınlar. O, razalışmamış, çünki, Əlikrəm özü gəlməyəcəkmiş, bütün işlər də onun üstündə qalacaqmış. Əlikrəm onun işlədiyi lombardın yerini soruşmuşdur. O da Əlikrəmə demişdir. Bir müddət keçmiş Əlikrəm süruücüsü ilə işlədiyi yerə gəlmişdir. Bundan sonra Əlikrəm 3-4 dəfə də onun işlədiyi lombarda gəlmişdir. Qafar kişidən Əlikrəmin gəlişini gizlətmişdir. Axırda Əlikrəmin gəlişini Qafardan gizlədə bilməmişdir. Əlikrəm müəllim lombarda gələndə onun iş fəaliyyətinə baxmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs ona yenə təklif etmişdir ki, bir yerdə şərikli lombard açsınlar. O, Əlikrəmə pulunun olmadığını bildirmişdir. Bundan sonra, Əlikrəm bir dəfə də sürücüsü ilə onun yanına gəlmişdir. O, Zərərçəkmiş şəxs təklif etmişdir ki, “Hər şey 1 manata” adlı mağaza açıb işlətsinlər. Həmin dövrdə elə mağazalar işləmişdir. Qohumundan da xahiş etmişdir ki, icarə götürmək üçün balaca bir yer olsa desin. Sonradan 2018-ci il may ayının 12-də zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs ilə Şahid2 məxsus qeyri-yaşayış sahəsinin boş yeri olmasını bilmişlər və onunla həmin yerin aylıq icarə haqqını 500 manatdan razılaşmışlar. Həmin yer boş yer olmuş, içərisində heç nə olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxsla olan razılaşmanın şərtlərinə görə Zərərçəkmiş şəxs lombard açmağı və lombardın dövriyyəsinə məhz özü pul buraxacağını, onun aylıq məvacibinin 1000 manat olacağını, bundan əlavə lombarddan əldə olunan qazancın 70 faizinin Zərərçəkmiş şəxs, 30 faizinin isə onun payına düşəcəyini və açacaqları lombardda da işin təşkilinə nəzarəti isə məhz onun həyata keçirəcəyini bildirmişdir. Obyektin sahibi Şahid2la onun arasında bir il müddətinə aylıq 500 manat dəyərində icarə müqaviləsi bağlanmışdır. O, əvvəl də lombard işlətdiyi üçün götürdüyü boş məkana dəyəri 1200 manat olan 3 ədəd notbuk, dəyəri 500 manat olan bir ədəd seyf, dəyəri 1200 manat olan 4 ədəd kamera, dəyəri 800 manat olan bir ədəd qoruyucu şüşə, dəyəri 200 manat olan bir ədəd jalüz, dəyəri 400 manat olan bir ədəd dəmir qapı, dəyəri 3000 manat olan mebel dəsti, dəyəri 130 manat olan qızıl ölçən tərəzi, dəyəri 1500 manat olan pul yoxlayan aparat almışdır. Lombarda 1000 manat dəyərində siqnalizasiya sistemi qoşdurmuşdur. Birinci dəfə lombardın xərcləri üçün Əlikrəm müəllim ona 10.000 manat vermişdir. Sonra həmin pul çatmadığına görə hissə-hissə də pul vəsaiti vermişdir. Ümumilikdə qeyd olunan əşyalara görə və təmirə görə Zərərçəkmiş şəxs 17.000 manat pul almış və həmin pulu əşyaların alınmasına və təmirə xərcləmişdir. Obyektdə divarın rəngini emulsiya ilə dəyişmiş, 1 metr hündürlükdə kərpiclə otağı iki hissəyə ayırmışdır. Mal-materiala, fəhləyə pul verilmişdir. Obyekti icarəyə verən Şahid2 bildirmişdir ki, may ayının 15-dən sonuna qədər təmirlə bağlı icarə pulunu götürməyəcək. İyun ayının 1-dən lombard fəaliyyətə başlamışdır. Lombard 10 ay 15 gün işləmiş və Şahid2 hər ay 500 manat pul vermişdir. Cəmi 5500 manat Şahid2 pul vermişdir. Yaqub sonuncu ayın 15 gününü bütöv 500 manat almışdır. 2018-ci ilin may ayının 31-də «Gəncə» kafesində mərhum Əlikrəmlə görüşmüşdür. Əlikrəm demişdir ki, oğlu Kamran da onunla bir yerdə lombardda işləyəcək. Həmçinin bildirmişdir ki, oğlu Baş Mtüşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsinə bir dəfə düşmüş, istəyir ki, oğlu gözünün qabağında olsun. Çünki, lombardda kamera olmuş və Əlikrəm müəllim telefonda kameranı izləyə biləcəyini demişdir. 15-20 günə o, lombardla bağlı hər şeyi Kamrana öyrətmişdir. Kamranla onlar işi elə qurmuşlar ki, bir gün obyektə Kamran gəlmiş, bir gün də o, gəlmişdir. Buna baxmayaraq, o, işin gedişinə həmişə nəzarət etmişdir. İşlədiyi 10 ay 15 gün ərzində o, hər ay Kamrana 500 manat əmək haqqı vermişdir. 2018-ci ilin iyun ayının 1-dən Kamran 6 ay gəlmişdir. Sonra pul üçün Kamran atasının yanına getmişdir. Ondan sonra Əlikrəm müəllim demişdir ki, Kamran pul üçün onun yanına gəlməsin, Kamranın əmək haqqısını versin. O da lombard bağlanana qədər hər ay 500 manat olmaqla, cəmi Kamrana 5500 manat əmək haqqı vermişdir. Əlikrəm müəlimin Könül adlı bir qohumu olmuş və Könül iş axtarmışdır. «Qara Qarayev» metrosunun yaxınlığında valyuta dəyişmə məntəqəsi olmuşdur. Lombardı oraya köçürməyi danışmışlar. Əlikrəm müəllim Könülə söz vermişdir ki, Könül həmin yerdə işləyəcək. Lakin, Könül hələ həmin yerə işə götürülməmiş, lakin, Əlikrəm müəllim ona demişdir ki, çıxarıb Könülə pul versin. O da Könülə bir dəfə 400 manat pul vermişdir. Könülün anket məlumatlarını bilmir. Könülü cəmi bir dəfə görmüşdür. Bir müddət işləyəndən sonra Əlikrəm müəllimə demişdir ki, iş getmir, lombardı bağlasınlar. Əlikrəm də demişdir ki, elə adamlar var ki, iki-üç ay işləyəndən sonra iş alınır, səbr etmək lazımdır. O, hələ Biləcəridə Qafarın yanında lombardda işləyəndə Şahmar adlı bir nəfər şəxs Qafara təklif etmişdir ki, Şahmarın İmişli rayonunda daş karxanası var, 15.000 manat versə Qafara da gəlirdən faiz verər. O da bu barədə söhbət əsnasında Əlikrəm müəllimə demişdir ki, belə bir iş var, istəyirsə özü danışsın, amma o, qarışmır. Əlikrəm də demişdir ki, həmin adamı gətirsin, görsün necə insandır. O da Şahmarı Əlikrəmlə görüşdürmüşdür. Özləri öz aralarında danışmışlar. O, bilmişdir ki, Əlikrəm karxanaya baxandan sonra Şahmara 46.000 manat pul verəcək. O, Əlikrəm müəllimə demişdir ki, Şahmarın sənədlərinə baxsın, indi dələduzlar çoxdur, pulu verməyə tələsməsin. Birinci dəfə Əlikrəmin oğlu Kamran notariat qaydada Şahmara 23.000 manat pul vermişdir. Həmin pulun Əlikrəmin lombarda vediyi pula aidiyyəti olmamışdır. Əlikrəm ona demişdir ki, onda pul yoxdur, kassadan Şahmara o da 23.000 manat versin. Həmin ərəfədə asfalt və qaz xətti işlərinə də Əlikrəm müəllim baxmışdır. Əlikrəm müəllim həmin işlərə ayrılmış pulları lombarda və Şahmara verdiyini demişdir. O da Əlikrəm müəllimin deməsinə görə Əlikrəmin verdiyi və kassada saxladığı puldan 5.500 ABŞ dollarını notarial qaydada 10 avqut 2018-ci ildə Şahmara vermiş, bu barədə müqavilədə var. Həmin pula dair məhkəmə qətnaməsi var. Bundan əlavə, o, Şahmara 23.000 manat da kassadan əlbəəl vermişdir. Lakin, həmin pulu notarial qaydada verməmişdir. Lombardın açılması üçün Əlikrəm müəllim ona ilk dəfə 10.000, sonra hissəhissə 7000 manat, sonra isə 50.000 manat, ümumilikdə 67.000 manat pul vermişdir. Təmirə və əşyalara 17.000 manat pul xərclənmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəlki iş yerlərindən əmək haqqı az olduğu üçün çıxmışdır. Lisenziya almamışlar, lombardda lisenziya deyilən şey olmur. Nizamnamə kapitalının nə olduğunu bilmir. Bankda hesablaşma hesabı olmamışdır. Pulu kassada, yəni, seyfdə saxlamışdır. 10 ay ərzində cəmi 3 müştəri olmuşdur. VÖEN olmuş, vergi ödəmişdir. Bir dəfə gəlir göstərib vergi vermişdir. Qalan vaxt sıfır göstərib vergi verməmişdir. Bir dəfə vergidən bir nəfər gəlib, yoxlayıb görmüşdür ki, həqiqətən də əməliyyat olmamışdır. Kassa aparatı, kassa kitabı olmamışdır. Əlikrəmdən aldığı 67.000 manata görə ortaq müqaviləsi bağlamamışlar. Rəsmi mədaxil-məxaric olmamışdır. Adi kağıza qeydlər etmişdir. Mühasib olmamış, mühasibat uçotu aparılmamışdır. Yaquba verdiyi 5500 manatın 4500 manatını əvvəl kassadan vermişdir. Obyekt bağlandıqdan sonra internetin “lalafo” saytında satdığı əşyaların pulundan isə 1000 manatını Yaquba icarə haqqı vermişdir. “Lalafo” saytında əşyaları 3000 manata satmışdır. Məhkəmənin digər proseslərində Təqsirləndirilən şəxs bildirmişdir ki, o, obyektə 17.000 manatlıq əmlak almışdır. 17.000 manatı xərcləməyini təsdiq edən kassa çeki olmuş, lakin, hazırda həmin çek qalmamışdır. Bacısının əri Qənbərov Zaura göndərdiyi 1600 manat pulu atası bankdan götürmüş, həmin pulun Əlikrəm müəllimin verdiyi pula aidiyyatı olmamışdır. Həmin pulu təxminən 2018-ci ildə göndərmişdir. Onun Şahmara 23.000 manat verməyindən Əlikrəm müəllimin məlumatı olmuş, həmin pulu Əlikrəm müəllimin deməsinə görə vermişdir. Lombarda 10 ayda cəmi 3 nəfər müştəri gəlmişdir. Qızılı vətəndaşdan götürəndə probuna baxır, qızılın çəkisini yazır, çay daşını sürtür, xüsusi dərman var, həmin daşı sürtəndə qızılın təmiz olub-olmamasını bilir. Qızıl yaxşı olsa götürür. Müştərilərin adlarını xatırlamır. Müştərinin təhvil verdiyi qızılın çəkisini yazıb möhür vurub həmin çeki müştəriyə vermişdir. Çeki nəşriyyatdan adını xatırlamadığı bir nəfərdən almışdır. Lombard açmaq təklifi Əlikrəm müəllimdən gəlmişdir. Kamrana verdiyi əmək haqqı kimi 5500 manat pulu Feyruz adlı taksi sürücüsü bilmiş, pulu qaynının, yoldaşının yanında vermişdir. Kamran maaşını işdə olanda götürməmişdir. İşdən sonra gecə ona zəng edib gəlib pulu ondan götürmüşdür. Kamran demişdir ki, iş vaxtı əmək haqqını götürmür, işdən sonra yoldaşının və qaynının yanında götürmüşdür. Lombardda 10 ay 15 gün işləməyinin sübutu notarius qaydada ləğv olunmuş sənəddə də 6 ay göstərilir. Həmin 10 ay 15 gün ərzində o, ***-***-**-** nömrəli telefonu işlətmişdir. Həmin ərəfədə Kamranın işlətdiyi telefonun sonu 22-98 olmuş, əvvəlini isə xatırlamır. Lombard açılan dövrdə Əlikrəm müəllimin də onunla əlaqə saxladığı telefon nömrəsinin də sonu 22- 98 olmuş, əvvəli isə yadında deyil. Lombardı bağlayandan sonra Əlikrəm müəllim ona mesaj göndərəndən sonra, o, Əlikrəmdən qaçmamışdır. Sadəcə olaraq onda «İphone 5» telefonu olmuş, «Bakcell» mesajlar göndərdiyinə görə mesaj gəlməmişdir. Sonra müstəntiq ona deyəndə bilmişdir ki, mesajlar olmuş, pulunu tələb etmişdir. O, indi başqa nömrə işlədir. Lombard bağlanandan sonra o, ***-***-**-** nömrəsini işlədir. Əvvəlki nömərəni Lombard bağlanandan sonra 1 il işlətmişdir. Seyf təxminən 2 metr hündürlükdə olmuş, həmin seyfi 800 manata Sədərəkdən almışdır. 3 ədəd kompüter almış, üçünə 3600 manat pul vermişdir. Biri “personalni” olmuş, ikisi isə notbuk olmuşdur. Onları Sədərəkdən öz adına almışdır. Həmin kompüterləri ucuz qiymətə satmışdır. Obyektdə arakəsmənin uzunluğu 2 metr, hündürlüyü 3 metr olmuşdur. Arakəsmə kərpiclə hörülmüşdür. Suvaq və rəng vurulmuşdur. 3 nəfər fəhlə olmuşdur. Onlara təxminən nə qədər pul ödədiyini bilmir. Şüşəyə 800 manat, qapıya 300 manat vermişdir. 50 manat şüşənin üstündəki dəmir barmaqlığa vermişdir. Təmir 18 gün çəkmişdir. Cəmi 3 müştəri olmuş, birinci müştəri 1 ədəd üzük vermiş, həmin müştəriyə 100 manat vermişdir. Lombarda gəlmiş müştərilərin anket məlumatlarını və telefon nömərələrini bilmir. Müştəri pulu ödəmədiyi üçün üzüyü Əlikrəm müəllimə vermişdir. 2-ci müştəri 1 qızıl sırqa qoymuş, ona da 100 manat vermiş, sonra həmin muştəri pulu gətirmiş və qızılı götürmüşdür. 3-cü müştərinin isə nə gətirməsini xatırlamır. Günel adlı qızla bir dəfə restoranda yeyib-içmişlər. Hesabı da yanında olan oğlanlar vermişdir. Həmin qıza bazarlıq etməmiş, bir ay ev kirayəsinə 200 manat vermişdir. Lombardda mühasib və kassir olmamış, özü işləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs götürdüyü pul lombardda olan mühasibat sənədlərində öz əksini tapmamış, həmin pulun lombardın təsis olunmasında hesabatda və nizamnamədə göstərməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs götürdüyü pulu lombardın mədaxilində və məxaricində göstərməmişdir. Müəssisənin kassa kitabını aparmamışdır. Təmir zamanı sərf etdiyi 17.000 manatın xərcləməsinə dair sənədlər, yəni, smeta, deffekt aktı, forma 2, tikinti materialların alınmasına dair qaimə və çeklər onda qalmamış və məhkəməyə həmin sənədləri təqdim edə bilməz. İşlədiyi 10 ay 15 gün ərzində icarədar Şahid2 verdiyi 5.500 manat pul vəsaitinə dair kassa məxaric çeki, qəbz və digər sənəd tərtib etməmişdir. İşlədiyi 10 ay 15 gün ərzində icarə haqqı olan 5.500 manat pul vəsaitindən 14 faiz vergi ödənişlərini Vergi xidmətiinə ödəməmişdir. Həmin pulu onların razılığına əsasən icarədar Şahid2 ödəməliymiş. O, Əlikrəm müəllimin deməsinə görə Könül adlı qıza 400 manat pulu vermiş, lakin, heç bir məxaric kassa orderi tərtib etməmişdir. Könül adlı qızın telefon nömrəsini və anket məlumatlarını bilmir. Əlikrəm müəllimin oğlu Kamrana cəmi 5500 manat əmək haqqı vermişdir. Kamrana əmək haqqını heç bir sənədə əsasən verməmişdir. Ona əmək haqqı verməyinə dair heç bir çek və digər təsdiqedici sənəd yoxdur, sadəcə əlbəəl Kamrana hər ay 500 manat vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona verdiyi puldan Şahmara o, 5500 ABŞ dolları və 23.000 manat pul vermişdir. O, bu pulları Əlikrəm müəllimin deməsinə görə vermişdir. Həm 23.000 manat, həm də 5500 ABŞ dollar kassada olmuş, kassadan vermişdir. Pulu verəndə məxaric kassa çeki tərtib etməmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 23-26-cı vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. İfadəsində Zərərçəkmiş şəxs lombard açmaq üçün hansı şərtlərin tələb edildiyini öyrəndikdə o, aylıq qazancın orta hesabla 7000-10.000 manat təşkil etməsi üçün heç olmasa lombardın dövriyyəsində ən azı 40.000 manat pulun olmasının əsas şərt olduğunu Zərərçəkmiş şəxs demişdir. Səhv etmirsə Vergi xidmətinə o, gəlirin olması barədə bir dəfə hesabat vermiş, digər hallarda isə gəlirin mövcud olmadığı barədə hesabat vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadənin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 187-188-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində ifadəsində Təqsirləndirilən şəxs müdafiəçi X4 iştirakı ilə öz əlyazması ilə sualları cavablandıraraq aşağıdakıları göstərmişdir: … «...Verilmiş ittihamla tam razıyam və bildirmək istəyirəm ki, 70.000 manat lombard sahibi Zərərçəkmiş şəxs almışam və həmin puldan ona qaytarmamışam. Bu işdə o mənə inanmış etibar etmişdir. Zərərçəkmiş şəxs xəbəri olmadan müəyyən faiz gəlir əldə etmək məqsədi ilə Şahid5 bir dəfə notarial qaydada 5500 ABŞ dolları ikinci dəfə isə notariusda olmadan lombardın içində təkbətək birinci dəfədə 3 ay sonra 23 min manat pul vermişəm. Amma faiz versəydi Əlikramada bu barədə deyəcəkdim və həmin faizdən müəyyən hissəni ona verəcəkdim. Lakin Şahmar mənidə aldatdı. Odur ki ümumi aldığım 70000 manatı Əlikram Pənahova mən ödəməliyəm. Zərərçəkmiş şəxs məxsus 70000 manat pulun yerdə qalan hissəsini öz ehtiyaclarıma xərclədim çünki qazancım yox idi. 3 nəfər ailə üzvüm var idi. ...” Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini özü yazaraq, imza etmişdir, lakin həmin ifadəni təsdiq etmir, həmin dövrdə onu şübhəli şəxs qismində tutmuşlar və orada soyadını bilmədiyi bir polkovnik ona demişdir ki, belə ifadə versin, o da mənəvi sarsıntı keçirərək yazdıqlarını bilməmişdir. Məhkəmədə verdiyi ifadələri təsdiq edir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Osman Məmmədovun qərarı ilə 13 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1 i.v.105) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsindən verilmiş 11 yanvar 2021-ci il tarixli, AZ-İİ 147899 №-li ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 06 yanvar 2021-ci ildə qanaxma və ya infarkt dəqiqləşdirilməyən insult səbəbindən dünyasını dəyişmişdir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsində qeyd edilmişdir ki, yalnız vəfat etmiş Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Cinayət işinin 1-ci cild 110-113-cü vərəqələrində zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: 2018-ci ilin yaz aylarında direktor işlədiyim MMC-də əvvəllər mənimlə birgə çalışmış Təqsirləndirilən şəxs mənə yaxınlaşıb şərikli lombard açmağı təklif etmiş, mən isə ona lombard işindən anlayışım olmadığını bildirsəm də o çox təkid edərək açacağımız lombarddan yaxşı gəlir əldə edəcəyimizi bildirməklə məni bu işə inandırmağı bacarmışdır. Mən isə Elvindən lombardın fəaliyyət göstərməsi üçün nə qədər pul lazım olduğunu soruşduqda o, özündə 30.000 manat pulun olduğunu, 70.000 manat da mənim qoymağımı xahiş etmiş və lombardın ümumi dövriyyəsinin heç olmasa 100.000 manat olmasını bildirmişdir. Mən də Elvini uzun müddətdir tanıdığım üçün ona inanıb 70.000 manat pulu ona öz iş yerində vermişdim. Bundan sonra Elvin Binəqədi rayonu, “Azadlıq” metrosunun yaxınlığında lombard açmış və həmin lombardı özü işlətməyə başlamışdır. Həmin ərəfələrdə Elvin məni öz tanışı Şahid5la da tanış etmiş və Şahid5 özünü mənə “Qum” karxanası işlədən biri kimi təqdim etmişdir. Şahmar söhbət zamanı mənə “Qum” karxanası alıb-işlətməklə yaxşı gəlir əldə edəcəyimizə dair məni inandırmış və ilk öncə “Qum” karxanası almaq adı ilə 2018-ci ilin sonlarında arvadım Nümayəndə məxsus A.Cəlilov 175 A ünvanında yerləşən 140 kv metr sahəsi olan evi “Azadlıq” prospektində yerləşən notariat kontorda mülki etibarnamə ilə öz adına keçirmiş, daha sonra isə 24 mart 2019-cu il tarixdə arvadım Aidəyə məxsus 9 sotda Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 170.000 manat dəyərində həyət evimi Xətai rayonunda yerləşən notariat kontorda mülki etibarnamə ilə öz adına keçirmiş və hər iki mənzili satmışdır. Mənzillərdən əldə etdiyi pulun bir qisminə yəni 260.000 manata İmişli rayonunda Malik adlı şəxsdən “Qum” karxanası almış və karxananı mənim adıma sənədləşdirmiş, bundan başqa həmin ərəfələrdə “Qum” karxanasına cihazlar alacağı adı ilə məndən notarial qaydada 23.000 manat və əlavə 20.000 manat pul almışdır. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs həmin ərəfələrdə lombardın fəaliyyətinin dayandığını, mənim 70.000 manat pulumun isə batdığını bildirmişdir. ....Təqsirləndirilən şəxs lombarda müştəri cəlb edə bilmədiyini bəhanə etmiş, məndə ondan pulumu tələb etdikdə bugün sabah qaytararam deyə məni aldatmışdır. Bugünkü gündə pulumu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs yalan danışır belə ki, balaca sahəsi olan lombarda 17.000 manat xərcləməyi mümkün deyildir, həmçinin lombardın kassasında olan 50.000 manat pulu oğlum Kamrana verməsi isə tamamilə yalandır. Təqsirləndirilən şəxs məndən xəbərsiz lombardın əşyalarınıda satıb pulunu mənimsəmişdir. İstintaq materiallarına əlavə olunmuş 10 avqust 2018-ci il tarixli kredit müqaviləsinə görə Təqsirləndirilən şəxsla Şahid5 arasında borc müqaviləsi bağlanması və Təqsirləndirilən şəxs Şahid5 9350 manat borc pul verməsindən məlumatım olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, borc verdiyim halda Şahmarla müqaviləni öz adıma bağlatdırardım, həm də ki, 10 avqust 2018-ci il tarixdə mən Şahid5 tanımırdım necə ola bilərdi ki, mən tanımadığım şəxsə borca pul verim. Cinayət işinin 1-ci cild 136-139-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində əlavə dindirilməsi protokolunda Zərərçəkmiş şəxs verilmiş suallara cavab verərək aşağıdakıları göstərmişdir: Razılaşmağımıza görə Təqsirləndirilən şəxs bütün işi təşkil etməli, yəni icarəyə yer götürməli və lombardı işlətməli idi. Aylıq əmək haqqına gəldikdə isə Elvin 600 manat məvacib alırdı, belə ki, həmin məvacibi lombardın kassasından hər ay özü götürürdü. Biz cəmi 4 ay işləmişik, hesabat isə hər ayın əvvəlində aparılırdı, yəni ayda bir dəfə. Təqsirləndirilən şəxs cəmi 4 ay lombardı işlətmişdir, necə ola bilər ki, kassada pul ola-ola icarəçi Yaquba borclu qalsın, həm də ki, mən əmlakları satmağı ona məsləhət görüm. Təqsirləndirilən şəxs tamamilə yalan danışır. Təqsirləndirilən şəxs mən bilən boş məkanı Yaqub adlı şəxsdən 500 manata icarəyə götürmüşdür və ora 1 ədəd işlənmiş noutbook, bir ədəd kompüter stolu, bir ədəd seyf, bir ədəd monitor, 4 ədəd kamera, bir ədəd kreslo, iki ədəd də adi stul almışdı. Həmin əşyaları da Təqsirləndirilən şəxs hissə-hissə verdiyim 70.000 manat hesabına almışdır. Lombard fəaliyyətini dayandırdıqdan sonra isə həmin əşyaları mənim xəbərim olmadan satmış, pulunu isə mənimsəmişdir. Elvin 70.000 manatı məndən iş yerimdə və sonda açdığımız lombardda almışdır. Lombardda yalnız Elvin işləmişdir. Təqsirləndirilən şəxs Şahid5 pul verdiyini mən indi öyrənirəm qaldı ki, oğlum Kamrana pul verməyi isə tamamilə yalandır. Təqsirləndirilən şəxs lombarda müştərinin gəlmədiyini əsas gətirərək 4 aydan sonra lombardı bağladı mən isə ondan pulumu tələb etdikdə, o, məndən pulu geri qaytarmağı üçün vaxt istədi və mənə bildirdi ki, pulu Rusiya Federasiyasında yaşayan bacısına veribdir ondan alıb qaytaracaqdır. Təqsirləndirilən şəxs məndən hissə-hissə pul alarkən müştərilər cəlb etdiyini bildirirdi, amma hər hansı müştəri olmamışdır. Cinayət işinin 2-ci cild 222-224-cü vərəqələrində olan zərərçəkmiş şəxsin əlavə dindirilməsi ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: “...Mən Təqsirləndirilən şəxs lombard açmaq məqsədilə 70.000 manat pulu hissə-hissə belə ki, 5.000, 10.000 manat şəklində Binəqədi rayonu, S.Axundov 1A ünvanında açdığı lombardda vermişdim. Elvin lombard açmamışdan əvvəl mənə bildirmişdir ki, onun 30.000 manat pulu var və sonrada lombard açdıqdan sonra məni inandırmağı bacarmışdı və məndə 2018-ci ilin iyun-avqust aylarında ona hissə-hissə ümumilikdə 70.000 manat pul vermişdim. Mən 70.000 manat pulu Təqsirləndirilən şəxs neçə dəfə verdiyimi dəqiq deyə bilmərəm. Təqsirləndirilən şəxs məndən 67.000 manat alması barədə yalan danışır, mən Təqsirləndirilən şəxs 70.000 manat pul vermişəm. Təqsirləndirilən şəxs 3 ya 4 ay lombardı işlətdi. Mən bunu onun üzünədə deyə bilərəm lakin səhhətim onunla üzləşməyə imkan vermir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs qaçıb gizlənirdi və mənim telefon zənglərimə cavab vermirdi. Məndə bu səbəbdən məcbur qalıb ona mesajlar ünvanlayırdım.” Cinayət işinin 3-cü cild 34-35-ci vərəqələrində olan zərərçəkmiş şəxs qismində ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: “...Mən istintaqa verdiyim əvvəlki ifadələrimi təsdiq edirəm və əlavə olaraq bildirirəm ki, mən Təqsirləndirilən şəxs 70.000 manatı hissə-hissə olmaqla bir neçə dəfəyə manat olaraq vermişəm. Yəni, X13 dolları formasında pul verməmişəm. Təqsirləndirilən şəxs yalan deyir. Mən ona Şahmara 23.000 manat pul verməsini istəməmişəm. Mənim özüm şəxsən Şahid5 Azadlıq prospektində yerləşən notariat kontorunda 23.000 manat müqavilə üzrə vermişəm. Ancaq bunu nə Elvinə, nə də ki, Elvinə verdiyim 70.000 manat aidiyyəti yoxdur. Bu 23.000 manat mənim şəxsi pulum olub. Özümdə şəxsən Şahmara vermişəm.” Məhkəmə kollegiyasının qərarına əsasən vəfat etmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı yuxarıda qeyd olunan ifadələri sübut kimi qəbul olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaxşı tanıyır. Təqsirləndirilən şəxsla ərinin münasibətləri çox yaxşı olmuşdur. Hətta bir neçə dəfə onlar ailəvi olaraq bir yerdə oturmuşlar. Elvinlə heç bir ədavəti, şəxsi-qərəzi yoxdur. Mərhum əri X16 uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xüsusi X22 MMC-nin direktoru vəzifəsində işləmişdir. Neçə il bir yerdə işləmələrini dəqiq bilmir. Təqsirləndirilən şəxs da mərhum əri ilə bir yerdə işləmiş və həmin dövrdə Zərərçəkmiş şəxs hansısa yolla aldadaraq onun etibarını qazanmağa nail olmuşdur. Sonradan əri səhhəti ilə əlaqədar işdən çıxmışdır. 2018-ci ilin yaz aylarında əri Təqsirləndirilən şəxs lombard işinə başlamağı təklif etməsini ona şəxsən demişdir. O, Elvinə ilk gündən inanmamış və ərinə bu barədə demişdir. Lakin, əri nədənsə ötrü Elvinlə razılaşmış və hissə-hissə təqsirləndirilən şəxsə 70.000 manat pul vermişdir. Əri evdən pul götürüb həyətə düşüb, təqsirləndirilən şəxsə pul vermişdir. Dəfələrlə o, ərinin evdən pul götürüb həyətə düşüb Elvinə pul verməsini görmüşdür. Dəfələrlə əri evdən pul götürüb gedəndə demişdir ki, Elvinə pul aparır. Pulu sayanda və Elvinə aparanda o, dəfələrlə görmüşdür. Belə ki, onların evi 2-ci mərtəbədədir. Hər dəfə təqsirləndirilən şəxs binanın qarşısına gəlib «dostumdostum» deyə ərini səsləmişdir. Elvin həmişə ərinə dostum deyə müraciət etmişdir. X39 səsini eşidib, evdə olan pulları götürüb, lombardın işlədilməsi üçün pulları Elvinə aparıb verdiyini demişdir. Hətta bir dəfə evdən 10.000 manatı götürməsini dəqiq görmüş, sonra həmin pulun üstünə nə qədərsə yenə pul əlavə edib aparmışdır ki, Elvinə versin. Lakin, nə qədər pul əlavə etdiyini bilməmişdir. Əri Zərərçəkmiş şəxs Elvinə qeyd etdiyi pulu verdikdən sonra uzun müddət gileylənmişdir ki, Elvin onu aldadıb, pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və hal-hazırda pulları qaytarmır. Əri Əlikrəm həmin dərddən rəhmətə getmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs onlara dəymiş 70.000 manatı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Nümayəndə bildirmişdir ki, oğlunun da bu söhbətlərdən məlumatı olmuşdur. O, Elvini 2018-ci ildən tanımışdır. Lombard açılması ilə bağlı Elvinlə olan söhbəti əri ona demişdir. Elvin ərinə bununla bağlı təklif etmişdir. Əri pulları hissə-hissə apardığı üçün, hər dəfə pulların miqdarını dəqiq bilməmişdir. Ərinin apardığı pulun dəstəsi elə olmuşdur ki böyük, elə də olmuşdur ki, dəstəsi balaca olmuşdur. Lakin ərinin deməsinə görə bilir ki, ümumilikdə əri təqsirləndirilən şəxsə hissə-hissə 70.000 manat pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsindən verilmiş 05 mart 2021-ci il tarixli, AZ-İİ 168296 №-li ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X10 05 mart 2021-ci ildə dəm qazının toksik təsiri nəticəsində dünyasını dəyişmişdir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsində qeyd edilmişdir ki, yalnız vəfat etmiş Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş vəfat etmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xüsusi X22 MMC-nin direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs da atası ilə bir yerdə işləmişdir. Sonradan atası səhhəti ilə əlaqədar işdən çıxmışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin yaz aylarında atası Zərərçəkmiş şəxs deməsinə görə atasına şərikli lombard açmağı təklif etmişdir. Atası Təqsirləndirilən şəxs lombard işindən anlayışı olmadığını bildirmiş, Elvin atasına çox təkid edərək əvvəllərdə lombard işlətdiyi üçün bu işi mükəmməl bildiyini və açacaqları lombarddan yaxşı gəlir əldə edəcəklərinə inandıraraq atasını bu işi görməyə sövq etmişdir. Elvin atasına lombardın fəaliyyət göstərməsi üçün özündə 30.000 manat pulun olduğunu, 70.000 manat pulun isə çatışmadığını bildirmişdir. Açacaqları lombardın ümumi dövriyyəsinin heç olmasa 100.000 manat olmasının əsas şərt olduğunu atasına bildirmişdir. Atası Elvini uzun müddət tanıdığı üçün Təqsirləndirilən şəxs inanaraq hissə-hissə Elvinə 3 ay ərzində 70.000 manat pul vermişdir. Atası pulu onun iştirakı ilə verməmişdir. Təqsirləndirilən şəxs da həmin pulla Binəqədi rayonu, S.Axundov 1 A ünvanında icarə yer götürüb lombard açmış və həmin lombardı da özü işlətməyə başlamışdır. Elvin həmin lombardda guya həm zərgər, mütəxəssis, həm də kassir vəzifələrini icra etmişdir. Atası ilə təqsirləndirilən şəxs demək olar ki, axşamlar «Azadlıq» prospektində «Gəncə» kafesində oturub lombardın işləri barədə söhbət etmişlər. O da dəfələrlə onların söhbətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs atasına işlərin yaxşı getdiyini demişdir. Təxminən 4 aydan sonra Elvin atasına lombarda müştəri cəlb etmək mümkün olmadığını və bu səbəbdən də lombardın fəaliyyətini dayandırdığını bildirmişdir. Atası da belə olan təqdirdə Təqsirləndirilən şəxs lombard üçün aldığı 70.000 manat pulu tələb etməyə başladıqda, Təqsirləndirilən şəxs atasına 70.000 manat pulu Rusiyada yaşayan bacısına göndərdiyini və qısa müddətdə bacısından alıb geri qaytaracağına söz vermişdir. Eləcə də Təqsirləndirilən şəxs atasından aldığı pula lombarda əşyalar alsa da, lombardda olan əşyaları da götürüb atasından xəbərsiz satışa çıxarmış və satışdan əldə olunan pul vəsaitini də özü götürərək həmin pulu da mənimsəmişdir. Atası ilə təqsirləndirilən şəxs arasında olan söhbətlərdə o, dəfələrlə iştirak etmiş, təqsirləndirilən şəxs həmişə işlərin yaxşı olacağını demişdir. Atasının təqsirləndirilən şəxsə verdiyi pullar barədə atası evdə də danışmışdır. Atası ilə təqsirləndirilən şəxs arasında olan pul söhbətlərinə görə atası hədsiz dərəcədə əsəb keçirimiş, o, hesab edir ki, atasının xəstələnməsinə və ölümünə də təqsirləndirilən şəxsin hərəkətləri səbəb olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, atası təqsirləndirilən şəxslə lombard işlərinə başlayanda həmişə təqsirləndirilən şəxslə olan söhbətlərini evdə də danışan vaxtlar olmuşdur. O, atasının təqsirləndirilən şəxsə 70.000 manat pul verdiyini bilmişdir. Bunu atası özü demişdir. O, lormbardda olmuşdur. Ora balaca bir otaq olmuş, otaqda stol, stullar, kompüter, 4 müşahidə kamerası olmuşdur. Hər şeyi təqsirləndirilən şəxs pulu atası verəndən sonra almış, sonra isə həmin əşyaları satıb pulunu da özü götürmüşdür. Elvinin atasına pul verməsini görməmişdir. Hərdən-bir atası ilə təqsirləndirilən şəxs bir yerdə olanda, o da onlarla bir yerdə olmuşdur. Lombardın təmirində iştirak etməmiş və orada işləməmişdir. Təqsirləndirilən şəxs ona nə əmək haqqı nə də başqa pul verməmişdir. Lomard otağında seyf də olmuş, həmin seyfə pul qoyulmasını görməmişdir. Təqsirləndirilən şəxsin qaynının lombarda gəlib-getməsini görmüş, lakin, onun adını bilmir. Elvinin lombard fəaliyyəti ilə bağlı nə qədər pul qoymasını bilmir. Cinayət işinin 1-ci cild 178-179-cu vərəqələrində olan 27 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini: “...Təqsirləndirilən şəxs ifadəsində ona 22.000 manat pul verdiyini deməsi yalandır, mən Elvindən hər hansı bir məbləğdə pul almamışam. ...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmiş, həmçinin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs isə aşağıdakıları bildirmiş: «... Şahid1 həqiqətən də 22.000 manat pul verməmişəm, 70.000 manatı Zərərçəkmiş şəxs qaytarmağı özümə borc hesab edirəm və tezliklə qaytaracam…» Məhkəmə kollegiyasının qərarına əsasən vəfat etmiş Şahid1 məhkəməyədək icraat zamanı yuxarıda qeyd olunan ifadəsi sübut kimi qəbul olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi təxminən 2018-ci ildə tanışı Şahid5 vasitəsi ilə tanımışdır. Belə ki, tanışı Şahmarla o, Təqsirləndirilən şəxsla bir dəfə birlikdə restoranda oturarkən Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs Binəqədi rayonunda, yadında qalmayan ünvanda hansısa bir adını bilmədiyi, lakin, Elvinin sözləri ilə «müəllim» kimi bildiyi bir nəfər Elvin üçün lombard açmış və Elvin həmin lombardı işlətdiyini bildirmişdir. Elvin kiməsə bir nəfərə «müəllim-müəllim» demiş, lakin, müəllim dediyi şəxsin adını deməmişdir. Elvin demişdir ki, «müəllim» lombardı Elvinə bağışlamışdır. Elvin demişdir ki, ev-alqı satqısı ilə də məşğul olur. Bir dəfə Şahmar, o və Elvin restoranda oturarkən o, Elvindən borca 900 manat pul istəmiş, Elvin də ona 900 manat vermiş və 1 aya qaytarmağını demiş, lakin bir ay tamam olmamış Elvin həmin pulu ondan tələb etməyə başlamışdır. Buna görə də həmin pulu tanışı Şahmar Elvinə qaytarmışdır. Bundan sonra Elvinlə heç bir münasibəti olmamışdır. Elvin içkiyə meyilli bir şəxs olmuşdur. O, eşitmişdir ki, Elvin bütün günü kafelərdə yeyib-içmiş, qızlara pul xərcləmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Elvinlə görüntülü də danışmış, görüntüdə otaqda şkaf, stol-stul görsənmişdir. X20 borc pul almasını görməmiş və bu barədə ona Şahmar bir söz deməmişdir. Elvin özü dediyi kimi lombardda işləyəndə ona borca pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin iyul ayında ortaq tanışları olan Şahid5 və Şahid3 vasitəsi ilə bir qonaqlıqda tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü Binəqədi rayonunda lombard işlədən kimi təqdim etmiş, həm də valyuta dəyişmə mənətəqəsində də işlədiyini demişdir. Elvin lombardı hansısa qohumunun Elvinə bağışladığını demişdir. Həmin vaxtlar o, Şahid3 ilə bir yerdə kirayədə qalmışdır. Elvinlə tanış olduqdan sonra aralarında münasibət yaranmışdır. Sonradan o, Aidədən ayrılıb Binəqədi rayonu Zərifə Əliyeva xəstəxanası ilə üzbəüz yeni tikilidə kirayə ev tutub, ayı 400 manata tək yaşamağa başlamışdır. Kirayə qaldığı evlə bağlı müqaviləsi olmamışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin mənzilin kirayə pulunu özü verəcək. Həqiqətən də Təqsirləndirilən şəxs 1 ay evin kirayə haqqını, yəni, 400 manatını təmənnasız ödəmişdir. Lakin, sonradan Elvin pulu verməkdən yayınmışdır. Təqsirləndirilən şəxsla münasibət saxladığı ərəfələrdə Təqsirləndirilən şəxs onu bir neçə dəfə restoranlara aparmışdır. Çox vaxtda restorana aparmamışdan əvvəl işlədiyi Binəqədi rayonu, S.S.Axundov 1 A ünvanında yerləşən lombarddan ilk öncə pul götürüb daha sonra restorana aparmışdır. Lakin, o, heç vaxt lombardın içərisinə girməmişdir. Elvin onun lombarda girməyini istəməmiş və bildirmişdir ki, kameralar var. Təqsirləndirilən şəxs lombardı təxminən 3 ay işlətmişdir. Təqsirləndirilən şəxs içkiyə meyilli bir şəxs olduğu səbəbindən Elvinlə onun münasibəti cəmi 1 ay davam etmişdir. Bir neçə dəfə də Elvinin işlədiyi yerin yaxınlığında oturub yemək yemişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu, S.S.Axundov 1A ünvanında 1 mərtəbəli 20 kvadrat metr sahəsi olan obyekti var. 2018-ci ilin iyun ayının əvvəllərində şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs hazırda adını xatırlamadığı bir nəfərlə ona yaxınlaşıb obyekti icarəyə götürmək istədiyini bildirərək, obyektdə lombard açmaq və valyuta dəyişmək fikrinin olduğunu demişdir. O, obyekti Təqsirləndirilən şəxs icarəyə verməyə razılaşaraq Elvinə bildirmişdir ki, icarə müqaviləsini notariat kontorunda təsdiq edəcəklər. Aralarında olan razılaşmaya görə Elvin ona aylıq 500 manat icarə haqqı verməli imiş. Səhv etmirsə 2018ci ilin iyun ayında Bakı şəhər 27 saylı Notariat Kontorunda icarə müqaviləsi bağlanmışdır. Rəsmi icarə müqaviləsində aylıq icarə haqqı 200 manat göstərilmiş, lakin, onların şifahi razılaşmasına əsasən icarə məbləği 500 manat olmalı imiş. 2018-ci ilin iyun ayının əvvəlləri o, obyekti Təqsirləndirilən şəxs təhvil vermişdir. O, obyekti Təqsirləndirilən şəxs təhvil verərkən 20 kvadrat metr sahəsi olan obyekt tam təmirli olmuş və obyektin içərisində bir ədəd stol, stul, bir ədəd kondisioner olmuşdur. Təqsirləndirilən şəxs obyekti götürərkən xahiş etmişdir ki, lombardı işlətməkdən ötrü otağın təqribən ortasını yarımçıq kərpiclərlə hördürəcək, kərpicin üstünə şüşə qoyduracaq və divarın rəngini dəyişmək istəyir. O, buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs obyektdə təmir işləri edəcəyi ilə bağlı birinci ayın kirayə haqqını, yəni, 500 manatını verə bilməyəcəyini demiş və xahiş etmişdir ki, həmin pulu təmir işlərinə sərf edəcək. O, razı olmuş və birinci ayın kirayə pulunu almamışdır. Elvin otağı təxminən 1 metr hündürlükdə kərpiclə iki hissəyə ayırıb setka çəkmiş, üzərinə şüşə qoydurmuşdur ki, gələn müştərilər şüşədən danışsınlar. Bir qutu emulsiya almışdır. Onun özünün hesablarına görə bütün bunlara Elvin cəmi 300 manat civarında pul vəsaiti xərc çəkmiş olar. Bahalı heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs onun obyektini icarəyə götürdükdən sonra ora tez-tez getmiş və icarəyə verdiyi obyektə nəzarət etmişdir. Təqsirləndirilən şəxs ondan obyekti götürdükdən sonra obyektə bir ədəd noutbuk, bir ədəd dəmir seyf, bir ədəd obyektin daxilində kamera yerləşdirmiş, siqnalizasiya sistemi quraşdırmış, bundan başqa bir stol və stul qoymuşdur. Təqsirləndirilən şəxs cəmi 3 ay obyekti işlətmişdir. O, görmüşdür ki, Elvin obyekti bir gün açır, 2 gün açmır. Birinci ayın pulunu təmirə görə almamış, aralarındakı razılığa əsasən 500 manata danışsalar da ikinci ay ona cəmi 200 manat verərək, bildirmişdir ki, pulun digər hissəsini sonra verəcək, lakin, iyul-avqust ayının icarə haqqının qalan hissəsini axıracan ödəməmişdir. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək icarə haqqını verməkdən yayınmış və alver olmadığını demişdir. Ondan sonra ona pul verməmişdir. Sonra obyektin qarşısında bir neçə nəfər narazı insanların Elvini axtardıqlarını görmüşdür. Həmin şəxslər Elvini axtarırmışlar. O da Elvinə zəng edəndə, Elvin telefonlarını açmamışdır. Sonra o, görmüşdür ki, Elvin obyekti işlətmir, problemli adamdır, icarə pulunu vermir, ona görə də təqribən 2018-ci ilin avqust ayının sonları məcbur qalıb Təqsirləndirilən şəxs obyektindən çıxartmışdır. Təqsirləndirilən şəxs problemli insan olduğu üçün o, 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri 27 saylı notariat kontorunda 21 iyun 2018-ci il tarixli Təqsirləndirilən şəxsla bağladığı icarə müqaviləsini ləğv etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, obyekti tam təmirli vermişdir. O, təqsirləndirilən şəxs işləyərkən obyektdə dəfələrlə olmuşdur. O, Təqsirləndirilən şəxs nə lombard kimi, nə də valyuta dəyişməklə məşğul olmasını görməmişdir. Təqsirləndirilən şəxs obyektə nə dəmir qapı, nə də jalüz alıb qoymamışdır. Obyekti təhvil verməmişdən əvvəl də orada dəmir qapı və jalüz olmuşdur. Obyekt cəmi 20 kv.metr olmuşdur. Elvin cəmi 3 ay işləmişdir. Elvin şərikinin olmasını demiş, lakin, o, heç kəsi orada görməmişdir. Şərikinin kim olmasını da bilməmiş, Elvin həmişə orada tək olmuşdur. Onun Elvinlə heç bir mübahisəsi olmamışdır. Elvin obyekti 10 ay işlətməmiş, 10 ayın icarə haqqını verməmişdir. O, Elvinin yanında başqa kiminsə işləməsini görməmişdir. Obyektin qapısının üzərinə təxminən 2 metr uzunluqda Lombard yazılmışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 45-ci vərəqəsində olan Bakı şəhər 27 saylı Notariat Kontorunun 21 iyun 2018-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində icarə haqqı 200 manat yazılmışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 52-54-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... Mən də Təqsirləndirilən şəxs bu fikri ilə razılaşdım etirazımın olmadığını bildirdim və icarə haqqı kimi aylıq 300 manat verəcəyini qeyd etdim. Təqsirləndirilən şəxs da 300 manat icarə haqqı ilə razılaşdığını mənə bildirdi. ...İkinci ay, yəni, 2018-ci ilin iyul ayında isə Təqsirləndirilən şəxs mənə icarə haqqı kimi 300 manat pul verdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, ibtidai istintaq vaxtı ifadə verəndə Təqsirləndirilən şəxsla icarə müqaviləsinin notariat qaydada təsdiq olunmasını və həmin müqavilənin notariat qaydada ləğv olunmasını deməmişdir. Hazırda həmin xüsusatlar yadına düşmüş və bu barədə məhkəməyə məlumat verir. Həmçinin, ibtidai istintaq vaxtı icarə haqqını Təqsirləndirilən şəxs ona 300 manat verməsi düz yazılmamış, Təqsirləndirilən şəxs ona yalnız 200 manat pul vermişdir. İfadəsinin qalan hissəsini təsdiq edir. O, obyektdə kassa aparatı görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti və qərəzi olmamışdır. Təqsirləndirilən şəxs cəmi bir dəfə 2018-ci ildə 5500 ABŞ dolları borca pul götürmüş və Elvinin təkidi ilə həmin pula görə aralarında 10 avqust 2018-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Qeyd olunan puldan başqa o, Təqsirləndirilən şəxs heç vaxt pul almamış, aldığı 5500 ABŞ dolları 2019-cı ilin əvvəlindən 2019-cı ilin sonuna kimi hissə-hissə tam qaytarmışdır. Təqsirləndirilən şəxs heç vaxt 23.000 manat pul götürməmiş, hətta bu barədə Tovuz rayon məhkəməsi tərəfindən qərar qəbul edilmiş və həmin qərar Apellyasiya məhkəməsində qüvvədə qalmışdır. Elvin lombardda işlədiyi dövr ərzində mənimsədiyi pulları onun üzərinə yıxmaqla məsuliyyətdən yayınmaq istəyir. Elvin çox adamlara faizə pul vermiş və xərcləmişdir. O, Təqsirləndirilən şəxs borc pul istədikdə, sonuncu bildirmişdir ki, Əlikrəmlə şərik işləyir və Rusiya Federasiyası Moskva şəhərindən bacısı göndərdiyi pulu həmin biznesə qoymuşdur. Təqsirləndirilən şəxs pulu lombardın kassasından götürməmiş və bu barədə ona lombardın mühasibatlıq sənədi olan məxaric kassa orderinə imza etdirməmişdir. Ölməmişdən öncə Zərərçəkmiş şəxs özü şəxsən ona demişdir ki, Təqsirləndirilən şəxs ona hardasa təqribən 69.000 manat borcu vardır və bunu şəxsən onun yanında Təqsirləndirilən şəxs etiraf edərək, pulu tez bir zamanda qaytaracağını vəd vermişdir. Cinayət işinin 1-ci cild 158-160-cı vərəqələrində olan 25 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 istintaq zamanı verdiyi ifadəsini “...Elvin Binəqədi rayonunda lombardda işləyərkən, yəni, 10 avqust 2018-ci il tarixdə bir dəfə mən ondan notarial qaydada 5500 ABŞ dollar borca pul götürmüşəm və həmin puluda Təqsirləndirilən şəxs özünə geri qaytarmışam. Təqsirləndirilən şəxs 5500 ABŞ dollar puldan əlavə mənə hər hansı bir məbləğdə pul verməmiş və 5500 ABŞ dollar pulu isə mənə verərkən bu barədə mən Zərərçəkmiş şəxs hər hansı bir məlumat verməmişdim. ...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 2-ci cild 116-137-ci vərəqələrində olan Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru X3 10 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Şahid5 və X5 əməlinə hüquqi qiymət verilməsi üçün fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 97-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsindən daxil olmuş 03 iyun 2020-ci il tarixli, **********399200 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21.06.2008-ci il tarixdə ********** nömrəli VÖEN-lə, X17 isə 19.11.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında qeydiyyata alınmışdırlar. Fərdi sahibkar Təqsirləndirilən şəxs fəaliyyəti hal-hazırda aktiv, Malik Əzimovun fəaliyyəti isə 10.03.2020-ci il tarixdən 10.03.2020-ci il tarixədək dayandırılmışdır. Həmçinin, vergi ödəyicilərinin dövlət reyestrində 06.02.1988-ci il təvəllüdlü Şahid5 fiziki şəxs (fərdi sahibkar) qismində qeydiyyatda olması barədə məlumat mövcud deyil, lakin, “xxxx” MMC-nin (VÖEN **********) rəhbəri kimi məlumat mövcuddur. Təqsirləndirilən şəxs hər hansı müəssisənin rəhbəri kimi vergi orqanında qeydiyyatda olması barədə məlumat yoxdur. Cinayət işinin 1-ci cild 34-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 7 mart 2019-cu il tarixli, 2222/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinin kserosurətindən görünür ki, satıcı Nümayəndə ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakı-mənzili alıcı (ipoteka qoyan) X1. Daşınmaz əmlakın satış qiyməti 175.000 manatdır. Satılmış əmlaka görə Nümayəndə cəmi 4171,2 manat sadələşdirilmiş vergi tutulmuşdur. Həmin müqavilə satıcı Nümayəndə əvəzinə etibarnamə əsasında nümayəndəsi Şahid5 tərəfindən və alıcı qismində isə X11 tərəfindən imzalanmışdır. Cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan 30 mart 2019-cu il tarixli, AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı Nümayəndə ünvan 9 ünvanında istifadədə olan 0,01104 ha ölçülü torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 85,9 kv/m, yaşayış sahəsi 34,4 kv/m, yardımçı sahəsi 51,5 kv/m olan 2 otaqlı fərdi yaşayış evini bütünlüklə X2nun mülkiyyətinə verir. X42 əmlakın tam məbləği olan 60.000 manatı Satıcıya ödəmiş və həmin məbləğdən 1546,2 manat sadələşdirilmiş vergi tutulmuşdur. Müqavilə X2 və Satıcı Nümayəndə təmsil edən Şahid5 tərəfindən imzalanmışdır. Cinayət işinin 3-cü cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X8 təqdim etdiyi: -21 iyun 2018-ci il tarixli icarə müqaviləsi; -29.11.2018-ci il tarixli həmin icarə müqaviləsinin ləğv edilməsi barədə ərizənin surətləri müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin 3-cü cild 45-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2018-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş 3M-254 reyestr nömrəli, «İcarəyə verən» X18 ilə «İcarəçi» Təqsirləndirilən şəxs arasında bağlanmış “İcarə Müqaviləsindən” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X30 küçəsi, ev 1a ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20 kv/m sahəsi 1 illik müddətə, aylıq 200 manat ödəmək şərti ilə icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən kommunal xidmətlərinin istifadəsi və vergi hesabları «İcarəçi» (Təqsirləndirilən şəxs) tərəfindən ödənilir. Cinayət işinin 3-cü cild 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2018-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizədən görünür ki, 3M-254 reyestr nömrəli icarə müqaviləsi Təqsirləndirilən şəxs və Şahid2 qarşılıqlı razılıqlarına əsasən ləğv edilmişdir. Cinayət işinin 2-ci cild 97-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxx” MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarı əsasında iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan 994-55-780-10-85, zərərçəkmiş şəxs X9 istifadəsində olan 994-55-277- 22-98 nömrələrinə daxil olan və çıxan zənglər və mesajlar “xxxx” MMC-dən götürülmüş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -08-04-2019-cu ildə saat 20:04:31-də Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Sen duzgun elemirsen dostum. Ne telefon acirsan bunu nece bawa duwek Alinmirsa denen alinmir mende oz iwimi bilim. Men isterdim ki senle bir olaq dostlur” məzmunlu mesaj; 08-04-2019-da saat 20:04:34-də Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “qardawliq mohkemlensin. Amma sen bunu istemirsen yeqin” məzmunlu mesaj; 12-04-2019-da saat 20:53:37-də Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Salam. Sen dedinki seher gelecem pulunu verecem. Amma tesufki bu sefer de meni ,,,,,,? bununla ne elde etdin? Hec olmasa telefona cavab ver?” məzmunlu mesaj; 14-04-2019-da saat 20:52:22də Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Seher iwdi. Meni haminin yaninda bawiawaagi eledin. Dedimki pulu qizdan aldim. Hele ele qaytar hem bunu hemde. borcu. Bunu sen dost adlandirirsan ?” məzmunlu mesaj; 14-04-2019-da saat 20:52:26-da Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Tupuresen bele dostluga biri kef ceksin yeni sen obirisi cehennem olsun yeni men. Prosta ayibdi” məzmunlu mesaj; 03-08-2019-cu ildə saat 19:40:01-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Ne oldu Elvin pul?” Məzmunlu mesajlar göndərmişdir. -30-07-2018-ci ildə saat 19:07:58-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “SENİKİMİ ….. adam gormedim sen kiwi corey yememisen ona gore gor senin bawna ne oyun acacam wekilervi cixardirim gelem evine” məzmunlu mesaj; 01-08-2018-də saat 11:58:38-də Şahid3 ***-***- **-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “llah iwim duzelsin pluvuda qaytaracam bildin mene kimsenin pulu lazim deyil” məzmunlu mesaj və 01-08-2018-də saat 12:00:18-də Şahid3 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “pula gore harahatsansa bankdanda olsa gotrub verecem puluvu” məzmunlu mesajlar göndərmişdir. -22-08-2018-ci ildə saat 21:46:55-də və 21:45:57-də Şahid4 istifadəsində olan ***- ***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə «Dosduma demisenki gunelin wotunu mene yazma birde bu gune kimi senin kimilere men wot vermiwem yadinda saxlaki o obyektekiler menim dosdarimdi kohne sevgililerimdi ama sen mundar insansan ele elemeki bawqa sohpetder eliyim senle meni sen tutdura bilmersen bawiva oyun acaram ya adam ol dosd qalaq yadaki du…» məzmunlu mesaj; 10-09-2018ci ildə saat 22:28:48-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Salam necesen castildan yiqillar meni borcun var ora apar ver xahiw” məzmunlu mesajlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 27-11-2018-ci ildə saat 14:57:35-də ***-***-**-** mobil nömrəsinə “salam lombardandi bu gun dediniz odeniw edeceksiniz” məzmunlu mesaj; 18-01-2019-cu ildə saat 19:31:16-da ***-***-**-** mobil nömrəsinə isə “mellim whatsapa yazin mellimin yanindayam” məzmunlu mesajlar göndərmişdir. Həmçinin, 27-12-2018-ci ildə saat 12:14:21-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Salam.Odenisiniz gecikir.Bugun yaxinlasib Bileceri Filialimizda odenisinizi etmeyiniz xahis olunur.2 ay odenis olunmadigi halda maliniz satisa cixarilacaq.UGUR LOMBARD” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin 2-ci cild 145-148-ci vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 6(009)-46/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin Ağır Cinayətlərin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 27 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətininin baxılmasından imtina edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyyətlər yaratmağa çalışaraq, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biri digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yanlış istiqamətə yönəltməyə çalışmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin ifadələrini ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302-ci maddəsində Əşyaların lombardda girovun anlayışı verilmişdir. Belə ki, həmin məcəllədə qeyd edilmişdir ki, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq. Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası öz təşəbüsü ilə Cinayət Prosessual Qanunvericiliyinin göstərilən müddəalarına əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqədar Təqsirləndirilən şəxs ********** saylı VÖEN-lə fiziki şəxs kimi adına qeydiyyata alınmış lombardın may 2018-ci il tarixdən 2019-cu ilin mart ayına olan dövrü əhatə edən sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri X28 üzrə Baş İdarəsindən götürülməsi, həmçinin Təqsirləndirilən şəxs lombardın fəaliyyətinə aid təsis sənədləri, nizamnaməsi, təmir işlərinə sərf edilmiş pul vəsaitinə dair, verdiyi əmək haqqı məvacibini təsdiq edən ödəniş vərəqələri, kənar şəxslərə xəzinədən ayrılmış pul vəsaitinin verilməsinə dair xəzinə çekləri, iş fəaliyyəti ilə əlaqədar tərtib olunmuş mədaxil-məxaric, vergi-hesab fakturaları, malların alınıbsatılmasına dair təhvil-qəbul aktları, qaimələr, kassa çekləri, bank sənədləri, vergi hesabatları, bəyannamələri, müəssisənin elektron kabinetdəki olan sənədlərin götürülməsi barədə qərarlar çıxarmışdır. Məhkəmə kollegiyası qərarlarının icrası ilə əlaqədar aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri X28 üzrə Baş İdarəsindən daxil olmuş 03 mart 2021-ci il tarixli, **********071200 nömrəli məktubdan görünür ki, 03.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən Təqsirləndirilən şəxs (VÖEN **********) 21.06.2018-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyatda olması, hüquqi ünvanının AZ1117, ünvan 11, döngə 2 olması, hazırda fəaliyyətinin aktiv olması və Lombbardların fəaliyyəti (64922) fəliyyət növü ilə məşğul olması müəyyən olunmuşdur. Həmin baş İdarəsindən daxil olmuş 29 mart 2021-ci il tarixli, **********040200 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, uçot-baza məlumatlarına əsasən fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN:**********) 21.06.2018-ci il tarixdən gəlir vergisi ödəyicisi kimi vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Araşdırma nəticəsində 01.05.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək olan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına vergi bəyannamələrinin təqdim olunmadığı və dövlət büdcəsinə vergi məbləğinin ödənilmədiyi müəyyən edilmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi Təqsirləndirilən şəxs barədə səyyar vergi yoxlamasının keçirildiyi müəyyən edilməmişdir. Götürmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, 2018-ci ilin iyun ayından 10 ay 15 gün müddətində işlətdiyi lombardın təsis sənədləri, nizamnamə kapitalını əks etdirən nizamnaməsi, təmir işlərinə sərf etmiş pul vəsaitinə dair smeta, deffekt aktı, forma 2, fəhlə və işçilərə verdiyi əmək haqqı məvacibi təsdiq edən ödəniş vərəqləri, kənar şəxslərə xəzinədən ayrılmış pul vəsaitinin verilməsinə dair xəzinə çekləri, iş fəaliyyəti ilə əlaqədar tərtib olunmuş mədaxil-məxaric, vergi-hesab fakturaları, malların alınıb-satılmasına dair təhvil-qəbul aktları, qaimələr, kassa çekləri, bank sənədləri, vergi hesabatları, bəyannamələr və digər mühasibat sənədləri onda mövcud deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs əldə etdiyi 70.000 manat pul vəsaitindən güya, Bakı şəhəri, Binəqədi rayonu, X30 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə götürməsi üçün Şahid2 5.500 manat verməsi; zərərçəkmiş şəxsin oğlu vəfat etmiş Şahid1 Əlikram oğluna 5500 manat verməsi; təmir-tikinti işərinə və avadanlıq alınmasına 17.000 manat verməsi; Könül adlı naməlum şəxsə 400 manat verməsi; Şahid5 23.000 manat verməsi barədə dedikləri işin faktiki hallarına, həqiqətə uyğun olmayan özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadələrdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən bildirmişdir ki, lombardın yerləşdiyi qeyri-yaşayış sahəsinə görə icarə haqqı kimi Şahid2 5.500 manat pul ödəmiş, həmin lombard 10 ay 15 gün fəaliyyət göstərmiş, həmin obyektin təmirinə və avadanlığına 17.000 manat pul xərcləmiş, lombard bağlandıqdan sonra bütün əşyaları internetin “lalafo” saytı vasitəsilə 3000 manata satmışdır. Məhkəməyədək icraat zamanı iş üzrə dindirilmiş zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs və məhkəmə iclasında dindirilmiş Şahid1, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə bildirmişlər ki, Təqsirləndirilən şəxs ümumiyyətlə onlara pul qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 ay 15 gün yox, cəmi 3-4 ay işləmiş və qeyri-yaşayış sahəsinə təqribən 300 manat civarında pul vəsaiti xərc çəkmiş, ona 5500 manat deyil cəmi 200 manat icarə haqqı pul vermişdir. Qeyd etmək lazımdır ki, 21 iyun 2018-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş 3M-254 reyestr nömrəli, «İcarəyə verən» X18 ilə «İcarəçi» Təqsirləndirilən şəxs arasında bağlanmış “İcarə Müqaviləsindən” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X30 küçəsi, ev 1a ünvanında yerləşən qeyri-yaşayış sahəsi 20 kv/m sahəsi aylıq 200 manat ödəmək şərti ilə icarəyə verilmiş və 29 noyabr 2018-ci il tarixli Bakı şəhəri 27 saylı Notariat Kontorunda təsdiq edilmiş ərizə ilə Təqsirləndirilən şəxs və Şahid2 qarşılıqlı razılıqlarına əsasən ləğv edilmişdir. Yəni, Təqsirləndirilən şəxs lombardı güya 10 ay 15 gün işlətməsi öz təsdiqini tapmamışdır. Bundan əlavə icarə müqaviləsinə əsasən aylıq vergi hesabları (14 faiz) «İcarəçi» (Təqsirləndirilən şəxs) tərəfindən ödənilməli imiş. Təqsirləndirilən şəxs ifadələrinə əsasən 10 ay 15 gün ərzində müəyyən edilmiş icarə haqqı 500 manatdan, 5.500 manatın 14 faiz vergi ödənişi 770 manat təşkil etməli və həmin məbləgi Elvin Əhəmədov imza etdiyi müqaviləyə əsasən ödəməsini öz üzərinə götürmüşdür. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri X28 üzrə Baş İdarəsindən daxil olmuş 29 mart 2021-ci il tarixli, **********040200 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN:**********) 01.05.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək olan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına vergi bəyannamələrini təqdim etməyib və dövlət büdcəsinə vergi məbləğini ödəməyib. Öz ifadələrini davam etdirərək Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, “...Kamran maaşını işdə olanda götürməmiş, işdən sonra gecə ona zəng edib gəlib pulu ondan götürmüşdür. Kamran demişdir ki, iş vaxtı əmək haqqını götürmür, işdən sonra yoldaşının və qaynının (???) yanında götürmüşdür. ...” Təqsirləndirilən şəxs belə bir məntiqsiz ifadə verməklə özünə gələcəkdə alibi yaradaraq, məhkəmə iclasında həyat yoldaşı və qaynının əlavə şahid qismində dindirilməsi barədə vəsatətlə çıxış etdikdə, həmin şəxslərin məhkəmədə onun lehinə yalan ifadə verəcəklərini güman etdiyi üçün bu cür qeyri-ciddi ifadə vermişdir. Şahid qismində dindirilmiş mərhum Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona əmək haqqı və ümumiyyətlə pul verməmişdir. Öz ifadələrini davam edərək Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X30 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi, onun işlədiyi müddətdə yəni, 10 ay 15 gün ərzində DİN Baş Mühafizə İdarəsi Binəqədi rayon Mühafizə İdarəsində mühafizə olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Binəqədi rayon Mühafizə İdarəsindən daxil olmuş 19 mart 2021-ci il tarixli 062 saylı məktubundan və məktuba əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X30 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Baş Mühafizə İdarəsi Binəqədi rayon Mühafizə İdarəsi tərəfiəndən mühafizəyə alınması üçün 25.06.2018-ci il tarixdə müqavilə bağlanaraq, idarənin müvafiq əmrinə əsasən mühafizəyə qəbul olunmuş və 10.01.2019-cu il tarixdən mühafizəyə xitam verilmişdir. Lombardın mühafizə xidmət haqqının aylıq ümumi həcmi 80 (səksən) manat müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, X30 1 A ünvanında yerləşən qeyriyaşayış sahəsi Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi 10 ay 15 gün müddətə yox, cəmi 6 ay 15 gün ərzində mühafizə olunmuş və həmin xidmət haqqı isə cüzi məbləğ, yəni 80 manat olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 23.000 manat pul vəsaitini Şahid5 vermişdir. Lakin, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, həmin pulu Təqsirləndirilən şəxs almamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(062)-1653/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı qismində Təqsirləndirilən şəxs, cavabdeh qismində isə Şahid5 tanınmışdır. İddiaçı Təqsirləndirilən şəxs məhkəmədə cavabdeh Şahid5 qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 5500 ABŞ dolları icra olunduğu günə manatla məzənnəsi ilə və 23.000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Həmin iddia qismən təmin edilmiş, Şahid5 5500 ABŞ dolları ekvivalentində pul icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə alınıb Təqsirləndirilən şəxs verilməsi təmin edilmiş, lakin, iddia qalan hissədə, yəni, Şahid5 23.000 manat alınıb Təqsirləndirilən şəxs qaytarılması hissəsində təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinin tələbinə görə mülki iş, kommersiya və inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Məhkəmə kollegiyası həmin qətnamələri preyudisial xarakter daşıdığı üçün nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 65.7-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin mülki iş, kommersiya və inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinin tələbinə görə məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar məhkəmə tərəfindən sübutsuz qəbul edilir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan şəxslərə pul verilməsinə dair məxaric kassa çekləri, ödəniş vərəqələri, lombarda aldığı malların çeklərini, təmir–tikinti işlərinə sərf etdiyi materialların alınmasına, fəhlələrə pul verilməsini əks etdirən qaimələr və digər sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin sonuncu həmin sənədlərin onda olmamasını bildirmişdir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, X21 həmin dövr ərzində bank vasitəsilə öz qohumları və tanışlarının hesablaşma hesablarına müxtəlif pul köçürmələrini etmişdir. Belə ki, cinayət işinin 2-ci cild 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Fiziki şəxsin pul vəsaitlərinin alınması üçün” 27 iyul 2018-ci il tarixli ərizənin tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 27.07.2018-ci il tarixdə X12 “Zolotoya Korona” pul köçürmələri vasitəsilə 1000 ABŞ dolları vəsait köçürmüşdür. Cinayət işinin 2-ci cild 171-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Fiziki şəxsin pul vəsaitlərinin alınması üçün” 20 avqust 2018-ci il tarixli ərizənin tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 20.08.2018-ci il tarixdə X12 “Zolotoya Korona” pul köçürmələri vasitəsilə 807.20 ABŞ dolları vəsait köçürmüşdür. Cinayət işinin 2-ci cild 173-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Fiziki şəxsin pul vəsaitlərinin alınması üçün” 02 oktyabr 2018-ci il tarixli ərizənin tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 02.10.2018-ci il tarixdə X12 “Zolotoya Korona” pul köçürmələri vasitəsilə 300 ABŞ dolları vəsait köçürmüşdür. Cinayət işinin 2-ci cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Fiziki şəxsin pul vəsaitlərinin alınması üçün” 20 noyabr 2018-ci il tarixli ərizənin tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 20.11.2018-ci il tarixdə X12 “Zolotoya Korona” pul köçürmələri vasitəsilə 200 ABŞ dolları vəsait köçürmüşdür. Cinayət işinin 2-ci cild 152-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Bank of Baku” dan daxil olmuş 27 iyul 2020-ci il tarixli, HD-69/20 saylı məktubdan və məktuba əlavə edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: -**********9778A64 saylı cari hesab üzrə 20.11.2018 tarixində mədaxil edilmiş 344,66 manat məbləğində vəsait həmin gün “Zolotoya Korona” sistemi ilə göndərilmişdir. -**********9779A64 saylı cari hesab üzrə 27.07.2018-ci il tarixində 1009.00 ABŞ dolları məbləğində hesaba vəsait mədaxil edilmiş, onun 1000.00 ABŞ dolları “Zolotoya Korona” sistemi ilə göndərilmiş və 9.00 ABŞ dolları məbləğində vəsait hesabdan məxaric edilmişdir; 20.08.2018-ci il tarixində 807.20 ABŞ dolları məbləğində hesaba vəsait mədaxil edilmiş, həmin gün 800.00 ABŞ dolları məbləğində vəsait “Zolotoya Korona” sistemi ilə göndərilmiş və 7.20 ABŞ dolları məbləğində vəsait hesabdan məxaric edilmişdir; 02.10.2018-ci il tarixdə “Zolotoya Korona” sistemi ilə 300.00 ABŞ dolları məbləğində vəsait mədaxil edilmiş, həmin tarixdə 300.00 ABŞ dolları məbləğində vəsait hesabdan məxaric edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş və onun oğlunun vəfat etmələrindən istifadə edərək, sonradan düşünülmüş müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif edərək müdafiə xarakterli ifadələr verərək məsuliyyətindən yayınmağa çalışmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 81-84-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.01.2015-ci il təvəllüdlü X29 və 03.10.2016-cı il təvəllüdlü X24 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsə vurulmuş zərərin külli miqdarda olmasını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cu il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir» Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işinin 1-ci cild 169-cu vərəqəsində olan 25 iyun 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 199-204-cü vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyun 2020-ci il tarixli, 4(009)-331/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. Cinayət işinin 1-ci cild 241-246-cı vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 4(103)-477/2020 saylı qərarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair 27 iyun 2020-ci il tarixli, 4(009)-331/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin 1-ci cild 247-248-ci vərəqələrində olan DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru X3 11 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut kimi tanınmış disklərin cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 2-ci cild 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsindən daxil olmuş 27 iyul 2020-ci il tarixli, 016-65265-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında və onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 29 iyul 2020-ci il tarixli, **********51 saylı nömrəli məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına (arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat qeyd olunmayıb) Ucar rayonu, Lək kəndində ümumi birgə mülkiyyətdə 3,06 ha kənd təsərrüfatı təyinatlı və 0,30 ha həyətyanı torpaq sahələri mövcuddur. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 iyun 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış disklərin cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınsın və cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar