Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi: Bakı Şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 30, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 8, mənzil 121 saylı ünvanda kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroinİ, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, külli miqdarda narkotik vasitə - heroini və psixotrop maddə - metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, “Ümid” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının Bakı şəhəri ərazisində satışını həyata keçirmək barədə sonuncu ilə razılaşdıqdan sonra 2021 -ci ilin iyul ayının sonlarında "Ümid" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində gizlədilmiş yerdən ümumi təmiz çəkisi 221,815 qram olmaqla, külli miqdarda narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 126,562 qram olmaqla, külli miqdarda psixotrop maddə - metamfetamini satmaq məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımış, həmin heroin və metamfetamini satmaq məqsədilə bükümlərə bölərək heroinin 171,721 qram, metamfetaminin 94,540 qram hissəsini kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən 121 nömrəli mənzildə saxlamış, heroinin qalan 50,094 qram, metamfetaminin isə 32,022 qram hissəsini üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotikiərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq həmin baş idarənin inzibati binasına gətirilmiş, baş idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd polietilen bükümdə külli miqdarda, yəni 50,094 qram çəkidə narkotik vasitə - heroin və 1 ədəd polietilen bükümdə külli miqdarda, yəni 32,022 qram çəkidə psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, daha sonra kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən 121 nömrəli mənzilə keçirilən baxış zamanı mətbəx otağında olan mətbəx mebelin dolabından şəfaff polietilen torbada 1 ədəd polietilen bükümdə olmaqla külli miqdarda 171,721 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd polietilen bükümdə olmaqla külli miqdarda 48,070 qram və 46,470 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ümid adlı şəxsi tanımır, yaşadığı ünvandan blokdan çıxan zaman polis əməkaşları tərəfindən tutulmuş, sonra polis əməkdaşları cibinə baxmış, cibində heçnə olmamışdır. Daha sonra narkotik vasitələri cibinə qoymışlar. O, evdə olmayanda evində axtarış edilib. Yataq otağından narkotik vasitələr çıxarılıb lakin onlar ona məxsus olmayıb. Video çəkilişdən qabaq ona polis əməkdaşları tərəfindən hədə-qorxu olduğuna görə video çəkiliş zamanı cibindən heroin və metamfetamin çıxaraq masanın üzərinə qoymuş, həmin maddələri Umid adlı şəxsdən aldığını demiş, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini də çəkiliş zamanı bildirmişdir. O, heç zaman narkotik və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ona təzyiqlər olduğuna görə elə ifadə verməli olmuş, protokolu imzalamağa məcbur etmişlər. Polis əməkdaşlarını tanımır. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs cinayət işinin 77-81-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, təxminən təxminən 1 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Ümid” adlı şəxslə tanış olmuşdur. “Ümid” adlı şəxslə bir neçə gün “İnstagram” sosial şəbəkəsi vaitəsi ilə əlaqə yaratmışdır. Bir müddət sonra “Ümid” adlı şəxs onunla birlikdə iş görməyi təklif etmişdir. Ondan işin nə olduğunu soruşmuşdur. “Ümid” adlı şəxs ona Bakı şəhərində ünvanlar deyecəyini, həmin ünvanlara gedəcəyini, orada bağlamalar olacağını, onları götürüb onun dediyi yerlərə qoyacağını bildirmişdir. “Ümid” adlı şəxsdən bağlamalarda nə olacağını soruşmuşdur. “Ümid” adlı şəxs ona bildirmişdir ki, İrandan narkotik vasitə göndərəcək, o isə həmin narkotik vasitəni, onun dediyi yerlərə qoyacaq, bunun müqabilində isə əldə olunmuş qazancdan ona pul verəcəkdir. “Ümid” adlı şəxs ona təklif etmişdir ki, əgər pul qazanmaq istəyirsə, bu işə qoşa bilər. İlkin olaraq buna razı olmasa da, sonradan maddi vəziyyəti pis olduğu üçün bu cür asan yolla pul qazanmaq qərarına gəlmiş və “Ümid" adlı şəxsin təklifi ilə razılaşmışdır. Belə ki, həmin vaxtdan başlayaraq “Ümid” adlı şəxslə birlikdə bir neçə dəfə bu işi görmüşdür. Hər dəfə narkotik vasitəni deyilən yerdən götürüb qeyd olunan yerə qoyduqda “Ümid” adlı şəxs pul qoyulan yerin ünvanını ona demiş, deyilən yerdən gedib pulu götürürmüşdür.Narkotik vasitələri və psixotrop maddələri qoyduğu yerlərdən kimlərin götürməsini heç vaxt görməmiş və onlara həmin narkotik vasitələri əlbəəl verməmişdir. Belə ki, “Ümid” adlı İran İslam Respublikasının vətəndaşı istifadəsində olan +**********73 mobil nömrəsinə qoşulmuş “Whatsapp” proqramı vasitəsilə onun istifadəsində olan +**********3 saylı mobil nömrəyə qoşulmuş “Whatsapp” proqramına narkotik vasitə və psixotrop maddələrin qoyulduğu yerin ünvanını və şəklini atmışdır. O isə həmin yeri taparaq oradan həmin narkotik və psixotrop maddələri götürürmüşdür. Bundan sonra narkotik və psixotrop maddələri Ümidin dediyi və özü seçdiyi yerlərə qoymuşdur. Sonuncu dəfə 2021-ci ilin iyul ayının sonlarında "Ümid" adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində gizlədilmiş yerdən bir sellofan torbanın içərisində olan 1 ədəd iri bükümdə heroin və 1 iri bükümdə psixotrop maddə metamfetamin götürmüşdür. Ramin həmin heroin və metamfetamini bükümlərə bölmüşdür. Heroin və metamfetaminin bir bükümünü üzərində, digər bükümləri isə kirayə yaşadığı evin mətbəxində olan mebelin dolabında saxlamışdır. 12 avqust 2021 -ci il tarixdə axşam saat 20:00 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə baş idarənin inzibati binasına getmişdir. Baş İdarənin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişdir ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bundan sonra polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin etmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Sonra müdafiəçisi X1 iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli şalvarın yan sağ cibindən polietilen bükümlərdə olan psixotrop maddə metamfetamini və narkotik vasitə heroini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satmaq məqsədilə İran İslam Respublikasının vətəndaşı “Ümid” adlı şəxs ona göndərmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon və 1 ədəd açar aşkar olunmuşdur. Sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümləri zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyinə görə üzərindən aşkar edilmiş mobil telefonu götürülmüş, açar isə ona geri qaytarılmışdır. Üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa, sorğu zamanı narkotik maddələrdən istifadə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik vasitə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və yaşadığı evə baxış keçirilməsi barədə ərizə yazmışdır. Bundan sonra o, müdafiəçisi Abdullayev Elginin və polis əməkdaşları birlikdə onun kirayə yaşadığı ünvan 6 ünvanına getmişlər. Kirayə yaşadığı evə keçirilən baxış zamanı evin girişindəki mətbəxdə olan taxta konstruksiyalı dolabda gizlətdiyi içərisində 1 büküm narkotik vasitə - heroin və 2 büküm psixotrop maddə - metamfetamin olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. Onun kirayə yaşadığı evdən aşkar edilmiş 1 büküm narkotik vasitə olan heroin və 2 büküm psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı mənzildə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. İran İslam Respublikasının vətəndaşı “Ümid” adlı şəxsin ona göndərdiyi narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsi bərədə məlumatının olmadığını, ona nə tutularkən, nə də ki, DİN-nin BNMİ- də olarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə raportlaməruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən, tədbirə cəlb edilmiş Baş İdarənin digər XMİÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 12 avqust 2021-ci il tarixdə saat 19:00 radətərində Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 7 ünvanında, evin qarşısına gedərək orada gözləmə mövqeyi seçmişdirlər. Həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs həmin evin qarşısında piyada hərəkət etməsi müşahidə olunanda ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını biləndən sonra yayınaraq qaçmaq istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Sonuncu, artıq onların hər bir şey haqqında məlumatlı olduğuqlarını dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla Baş İdarənin yerləşdiyi inzibati binaya gəlmişdir. Bu vaxt müvafiq raport yazandan sonra, araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə olunmuş, Təqsirləndirilən şəxs təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. X7 “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 dəvət etmiş, onu Təqsirləndirilən şəxs təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırmışdır. Sonra təhqiqatçı X12 Abdullayevə hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif etmiş, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açarı, 1 ədəd "Samsung” markalı mobil telefonu, sağ yan cibindən 2 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə-heroin və psixotrop maddəmetamfetamin olduğunu, həmin narkotik vasitə-heroini və psixotrop maddəmetamfetamini İran İslam Respublikasının vətəndaşı “Ümid" adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, həmin bükümlər açılıb içərisinə baxılanda, 1 bükümün içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə-heroinə bənzər kütlənin, digər 1 bükümdə isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlənin olması, ayrı-ayrılıqda elektron tərəzidə çəkiləndə narkotik vasitə- heroinə bənzər kütlənin olduğu bükümün çəkisinin 50,094 qram, digər psixotrop maddə-metamfetaminə bənzər kütlənin olduğu bükümün çəkisinin 32,022 qram olması məlum olmuşdur. Sonda təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin kütləni ekspertizaya göndərmək məqsədilə 1 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı, o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə-heroinə bənzər kütlənin və psixotrop maddə-metamfetaminə bənzər kütlənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, ona məxsus 1 ədəd açar onun özünə qaytarılmışdır. Qeyd olunan vaxtda və yerdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə oxşar kütlənin aşkar olunması prosesində onunla şifahi sorğu-sual aparılan zaman o, kirayə yaşadığı ünvan 8 ünvanında yerləşən 121 saylı mənzildə narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirmiş və yaşadığı mənzilə baxış aparılmasına etirazının olmadığına dair ərizə ilə müraciət etmiş, iştirakçılar birlikdə Raminin kirayə yaşadığı qeyd olunan ünvanda yerləşən mənzilə getmişdir. Mənzilə gedəndən sonra Təqsirləndirilən şəxs mənzilin girişindəki mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisində qoyulmuş 1 ədəd şəffaf sellofan torbanı onlara təqdim etmiş, içərisində narkotik vasitə- heroin və psixotrop maddə- metamfetaminin olduğunu söyləmişdir. Bundan sonra, təhqiqatçı Nəcəf Aburşu həmin sellofan torbanın içərisinə baxış keçirmiş, oradan 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəheroinə bənzər, 2 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə- metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkiləndə, 2 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə çəkisi 98,04 qram, 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə-heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 173,68 qram olması məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin nəyin olduğu soruşulmuş, o, səmimi olaraq sellofan torbanın və bükümlərin içərisindəki kütlənin narkotik vasitə-heroin və psixotrop maddə- metamfetamin maddələrin olduğunu bildirmiş, onları İran İslam Respublikasının vətəndaşı "Ümid” adlı şəxsin vasitəsi ilə əldə etməsini qeyd etmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxışı aparılsa da, oradan digər hər hansı qanunsuz əşya, predmet və ya alət aşkar olunmamış və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin kütlələri ekspertizaya göndərmək məqsədilə 2 ədəd zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı, o da protokolun düzgünlüyünü və zərflərin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən narkotik vasitə-heroinə oxşar kütlənin və psixotrop madddə-metamfetaminə oxşar kütlənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 30-32-ci vərəqlərində olan 12 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açarı, 1 ədəd "Samsung” markalı mobil telefonu, sağ yan cibindən 2 ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxıldıqda, içərisində 1 bükümün içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər kütlənin, digər 1 bükümdə isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə - metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs, həmin bükümlərin içərisində narkotik vasitə -heroin və psixotrop maddə - metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə hesab olunan matamfetamin və heroindən əlavə yaşadığı Nərimanov rayonu, G.Qədirbəyli küçəsi, ev 8, mənzil 121 ünvanında narkotik vasitələr də gizlətmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə və əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin 34-37-ci vərəqlərində olan 12 avqust 2021-ci il tarixli “Ərizə əsasında mənzildə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, axtarış və götürmə başlamamışdan əvvəl 12.08.2021-ci il tarixdə ünvan 9 ünvanın yaxınlığında DİNnin BNMİ- nin əməkdaşları tərəfindən saxlanılaraq BNMi-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvan 10 ünvanında olan dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 10 ünvanında saxladığı 01 (bir) ədəd sellofan torbanın içərisində müxtəlif növ narkotik vasitələr vardır. Bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də yaşadığı ünvan 10 ünvanında məxtəbxdə taxta konstruksiyalı dolabdan gizlətdiyi 01 (bir) ədəd sellofan torbanı çıxardaraq təqdim etmişdir. Həmin sellofan torba açıldıqda, içərisində 03 (üç) ədəd büküm aşkar olunmuşdur. 01 (bir) ədəd bükümün içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə - heroinə bənzər, digər 2(iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə - metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs axtarış və götürmə zamanı təqdim etdiyi maddə və əşyalar iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Mənzildə aparılan axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir Cinayət işinin 92-93-cü vərəqlərində olan “Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” barədə qərardan görünür ki, DİN-nin BNMİ-nin əməliyyat müvəkkil, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi İslam Hümbətov tərəfindən 12 avqust 2021-ci il tarixdə təsdiq edilmişdir. Qərar Nərimanov rayon məhkəməsinin hakimi X4 18.08.2021-ci il tarixli 5(005)-943/2021 nömrəli qərarı ilə qanunauyğun hesab edilmişdir. Cinayət işinin 47-49-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 13 avqust 2021-ci il tarixli, 6/3466 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində DİN «zərflər üçün 7 №-li » möhür əksi olan 2 ədəd kağız paketdə, birinin üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...», digərinin üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan...» və s. yazılar, imzalar olan zərflərdəki 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 32,022 qram; 48,070 qram; 46,470 qram; ümumi təmiz çəkiləri 126,562 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 50,094 qram; 171,721 qram; ümumi təmiz çəkilən 221,815 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 233-236-cı vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.09.2021-ci il tarixli 2011 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Cinayət işinin 237-238-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 11.11.2021-ci il tarixli, 4421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 149-152-ci vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə “Disk №1 Təqsirləndirilən şəxs, Şəxsi axtarış” sözləri yazılmışdır. “Lenovo” kompyuter vasitəsilə diskdə olan video görüntüyə baxarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan torbanı çıxardaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin torbanın içindən, təqdim etdiyi 1 (bir) bükümdə psixotrop maddə metamfetamin, digər 1 (bir) bükümün içərisindəki narkotik vasitə heroindir, həmin metamfetamini və heroini İran İslam Respublikasının vətəndaşı “Ümid” adlı şəxs ona göndərmiş və həmin metamfetamani “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində” gizlədilmiş yerdən götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd mənzil açarını və özünə məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim edir. Cinayət işinin 153-157-ci vərəqlərində olan Təqsirləndirilən şəxs saxlanılan zaman yaşadığı mənzilə keçirilən axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə ““Disk №2 Təqsirləndirilən şəxs, Mənzilə baxış” sözləri yazılmışdır. “Lenovo” kompyuter vasitəsilə diskdə olan video görüntülərə baxarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş hissəsində yerləşən mətbəxdə olan taxta konstruksiyalı dolabda gizlətdiyi 1 (bir) ədəd sellofan torbanı təqdim edir. Həmin torbanın içindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 2(iki) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olundu. Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, yaşadığı mənzildən aşkar edilmiş maddələr narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamindir və həmin maddələri İran İslam Respublikasını vətəndaşı “Ümid” adlı şəxs ona göndərmiş, həmin metamfetamani və heroini “Bakı şəhəri, Nərimanov rayonu” ərazisindən götürmüşdür. Cinayət işinin 129-143-cü vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, 12 avqust 2021-ci il tarixdə DİN-nin BNMİ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatının markası “Samsung Galaxy A41 ”-dir. Həmin mobil telefon aparatının yaddaşında çoxlu sayda şəkil və videolar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı şəkillər aşkar olunaraq “Telefon məlumatlarına baxış” protokoluna əlavə edilmişdir. Həmin mobil telefon aparatında “WhatsApp” proqramı işlədilir. “WhatsApp” proqramının söhbətlər bölümündə “Qardaş Oğlu” adlı kontaktla narkotik vasitələrin satışı barəsində danışıqları olmuş, həmin danışıqlar “Telefon məlumatlarına baxış” protokoluna əlavə edilmişdir. Cinayət işinin 266-281-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 221,815 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 126,562 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin psixotrop maddə - metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 126,412 qram hissəsi, narkotik vasitə - heroinin 221,615 qram hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş “Samsung Galaxy A41” markalı mobil telelon aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 02 ədəd “DVD-R” formatlı disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disklər saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 283-284-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etdiyi mənbə Ümid adlı şəxs barəsində ayrıca cinayət işi ayrılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» birinci siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, ikinci siyahıda 2 qramdan artıq psixotrop maddə metamfetamin külli mqidar hesab edilmişdir. Məhkəmə, üzərindən qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroinin və psixotrop maddə aşkar edilməsini təqsirləndirilən şəxsin narkotik vasitəni və psixatrop maddəni satmaq niyyəti ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21, 89-91-cş vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulaqaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.01.2006 və 21.11.2013-cü il təvəllüdlü uşaqları var. Himaysində bir nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, əvvəllər məhkum olunmaması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməli, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Nərimanov RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 221,615 qram heroin və qalıq 126,412 qram metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 7 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və o, bununla əlaqədar 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Nərimanov RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 221,615 qram heroin və qalıq 126,412 qram metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 7 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat fəaliyyət göstərdiyi Bakı Şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-670/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver