Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2023 03.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “As Leqal” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 26 avqust 1983-cü ildə Qazaxıstan Respublikası, Karakanda vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib başqa şəxsin ona bildirdiyi nəməlum ünvandan 01 bükümdə küllü miqdarda, yəni təmiz çəkisi 3005 qram çəkidə heroini və 1125 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək digər şəxsin ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə üzərində saxlayıb daşımış və 18 avqust 2022-ci il tarixdə saat 00:15-də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəhər Şossesində yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əlindəki polietilen torbanın içərisindən külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 3005 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 1125 qram miqdar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əmllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 14 avqust tarixində instagram sosial şəbəkəsində tanış olduqları İran vətəndaşı Behzad adlı adama dostu Şamil vasitəsi ilə birlikdə iki dəfə kart vasitəsilə narkotik vasitə almaq üçün yüz manat pul göndərmişdir, lakin həmin şəxs nə onun pullarını geri qaytardı, nə də narkotik vasitə göndərmədi. Sonra Şamil dedi ki, o özü həmin şəxslə narkotik vasitə almaq üçün danışacaq və narkotik vasitə almaqları üçün onun kartına 150 manat pul atacaqdır. Onlar 150 manat pul göndərdikdən iki gün sonra yenə də nə pulları geri qayıtdı, nə də narkotik vasitə gəldi. Şamil həmin şəxslərə zəng vurub olanları deməyi xahiş etdi. O da zəng vurub həmin şəxsə bir dəfə 100 manat göndərdiyini, lakin narkotik vasitə göndərmədiyini, indi də dostunun 150 manat atdığını, lakin yenə də narkotik vasitə göndərmədiyini demişdir. Həmin şəxs də narkotik vasitəni verəcəyini bildirdi. Bundan bir gün keçəndən sonra həmin oğlan Şamilə zəng etdi. Şamil telefona cavab vermədiyinə görə, həmin oğlan ona zəng vurdu. Ona dedi ki, narkotik vasitəni Sabunçuya qoyub. O da Şamilə məlumat vermişdir. Şamil də dedi ki, gedib narkotik vasitəni götürsünlər. Onlar həmin yerə çatanda orada beş-altı qram narkotik vasitə olmadığını görmüşlər. Onlar beş-altı qram heroin gözləmişlər. Çünki 150 manata beş-altı qram narkotik vasitə düşür. Onlar orada bir ədəd böyük çanta görmüşlər. O, Şamilə demişdir ki, bu çanta onlara aid deyil. Şamil həmin yerdə oğlana yığdı ki, burda çanta var, onların narkotik vasitələri yoxdu. Həmin oğlan dedi ki, narkotik vasitə çantanın içərisindədi. O da həmin çantanı açıb, bağlamanı cıranda polis əməkdaşları onları tutdular və 12-ci polis bölməsinə gətirdilər. Polis əməkdaşları onları döydülər. Bir çanta narkotik vasitəni onun boynuna, bir bağlama narkotik vasitəni də Şamilin boynuna qoydular. Sonra polislər onları döyə-döyə dörd dəfə video baxış həyata keçirildi. Ona verilən ifadələri o, oxumayıb ona verilən vərəqələrə qol çəkmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə elan olunub araşdırmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 87, mənzil 58-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, heç bir yerdə işləmir, xx.xx.2021-ci il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, təxminən iki ildir narkotik vasitədən istifadə edir. Bundan başqa o, göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə, saat 00:05 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən “Bolmart” marketin yaxınlığında tanışı Şahid3 ilə birlikdə piyada gedərkən üç nəfər tanımadığı mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, sonra onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqda qərarla tanış edərək hər ikisini Sabunçu RPİ-nin 12-ci PŞnin inzibati binasına dəvət etmiş, orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə hər ikisi şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun və Şahid3 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona və Şahid3 üzərlərində qanunla qadağan olunmuş əşya vardırsa təqdim etmələri təklif olunmuş, bu təklifdən sonra sağ əlində olan sellofan torbanın içərisindən 01 (bir) ədəd bükümdə heroini və 01 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 70 (yetmiş) manat pul və 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş, bundan başqa şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan başqa o, göstərmişdir ki, təqdim etdiyi heroin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 03 (üç) kq, 99 (doxsan doqquz) qram, qurudulmuş marixuananın çəkisi 01 (bir) kq, 230 (iki yüz otuz) qram olmuş, sonra aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi götürülmüş, 70 (yetmiş) manat pul isə özünə qaytarılmış, sonra tanışı Şahid3 qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan “Samsung” markalı mobil telefon, 01 (bir) manat pul və 01 (bir) ədəd alışqan aşkar edilərək götürülmüş, sonra Şahid3 təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 13,70 (on üç tam yüzdə yetmiş) qram olmuş, aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 01 (bir) manat pul və 01 (bir) ədəd alışqan isə Şahid3 geri qaytarılmış, sonra sorğu zamanı üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Behzat” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində Şahid3la birlikdə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Behzat” adlı şəxslə danışaraq göndərəcəyi narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiyini, həmin kütlələri təyin olunmuş yerdən götürərkən öz istifadələri üçün pul ödədiyi narkotik vasitəni Şahid3 götürdüyünü, qalan kütlələri isə “Behzat” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoyacağını, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmiş, sonra tanışı Şahid3 verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra o, göstərmişdir ki, hər ikisi üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Behzat” adlı şəxsdən almış, onunla nömrəsi yadında qalmayan “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, “Behzat” adlı şəxs narkotik vasitəni atdığı yeri ona telefonda demiş, həmin narkotik vasitələri İranlı Behzatın dediyi yerlərə aparıb qoymalı olmuş, bunun əvəzində “Behzat” adlı şəxs ona istifadə etməsi üçün narkotik vasitə və pul verəcəyini vəd etmiş, narkotik vasitə almaq üçün pulu olmadığına görə belə bir yolla qazanc əldə etmək istəmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri olmayıb. Onunla yaxın münasibətləri olmuşdur. Onun özü heroindən istifadə edir. O, Emin vasitəsi ilə iranlı Behzat adlı şəxslə tanış olmuşdur. Emin də Behzatdan narkotik vasitə alırdı. O, Eminin hansı növ narkotik vasitə almasını və nə üçün aldığını bilməmişdir. 14 avqust 2022-ci il tarixdə axşam saatlarında o, Behzatla «Whatsapp» proqramı vasitəsilə danışaraq öz istifadəsi üçün on iki qram heroin sifariş etmişdir. Behzat da ona yüz əlli manat göndərməyi tapşırdı. O da onun kart hesabına yüz əlli manat pul köçürmüşdür. 14 avqust 2022-ci il tarixdə axşam saatlarında Behzatla danışanda Emin də ora gəldi. Emin onun iranlı ilə danışdığını bilərək özünə narkotik vasitə sifariş etmək istədiyini deyib Behzatla danışdı. Behzat Eminə on iki qram heroini qoyduğu yerə onun da sifariş ediyi narkotiki qoyacağını və bu barədə zəng vurub məlumat verəcəyini dedi. Bu danışıqdan dörd gün sonra, yəni 18 avqust 2022-ci il tarixdə gecə saatlarında Emin onun yanına gəlib Behzatın onların hər ikisinin sifarişi ilə göndərdiyi narotik vasitələri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəhər Şossesində yerləşən “Bolmart” marketin yaxınlığında bir yerə qoyduğunu ona dediyini bildirib, onunla birlikdə gedib sifarişlərini götürməyi təklif etdi. O da Eminlə birlikdə Behzadın Eminə dediyi yerə getmişlər. Deyilən yerdə onlar bir ədəd sellofan torba görmüşlər. Emin torbanı götürdü. Onun içərisinə baxdıqda torbanın içərsində böyük bağlamada marixuana, başqa bağlamada heroinə oxşar maddə və bir ədəd balaca bükümdə heroin olduğunu görmüşlər. Emin balaca bükümü ona verib 150 (yüz əlli) manat pul əvəzində göndərildiyini deyib torbanı özündə saxladı. O, Eminin əlindəki torbadakı narkotik vasitənin nə qədər olmasını və hansı növ olmasını ondan soruşmamışdır. O, həmin narkotik vasitənin Eminin sifarişi olmasını bilmişdir. Bundan sonra hərə öz sifarişini götürüb, yəni o, bir ədəd bükümdə 12 qram heroini götürüb cibinə qoymuş, Emin isə torbanı götürüb təxminən saat 00:05 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən «Bolmart» marketin yaxınlığında piyada gedən zaman polis əməkdaşları onları saxlayıb Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirmişlər. Orada onun üstünə baxış keçirilmişdir. Baxış zamanı onun şəxsi istifadəsi üçün Behzatdan aldığı narkotik vasitə olan bir büküm heroin aşkar edilərək götürlmüşdür. Sorğu zamanı da o, onun üzərindən aşkar olunmuş kütlənin özünə məxsus heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün iranlı Behzat adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində Təqsirləndirilən şəxsla birlikdə əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, «Behzat» adlı şəxslə danışaraq öz istifadəsi üçün narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə saxlanılmışdır. Onların üzərinə bir yerdə axtarış keçirilmişdir. Axtarış zamanı onlara hər hansı təzyiq və təsir göstərilməyib. Onu polis əməkdaşları döyməyib. Onun boynuna narkotik vasitə və ya maddə qoyulmayıb. Polis əməkdaşları tərəfindən Eminin döyülməsini görməyib. Onun özünü də döyməyiblər. Şahid1 ifadələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 birlikdə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə rəhbərlik tərəfindən nazirliyin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru X3 ibarət əməliyyat qrupu yaradıldı. Əməliyyat tədbirləri nəticəsində 18 avqust 2022-ci il tarixdə, saat 00:05 radələrində Təqsirləndirilən şəxs və Şahid3 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən “Bolmart” marketin yaxınlığında müəyyən olunub onların qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, üzərlərində gəzdirmələri, istifadə etməsi və satışı barədə əməliyyat məlumatı daxil olduğunu bildirib, onlar barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə onları qərarla tanış edib və üzərlərinə baxış keçirilməsi məqsədilə onları Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasına dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edildi. Müdafiəçi Elman Abıyev gəldikdən sonra, müdafiəçinin, onun, əməliyyat müvəkkilləri X4 və Şahid2 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı. Axtarışdan qabaq Təqsirləndirilən şəxs üzərində, əşyalarında və bədənində ola biləcək dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs bundan sonra əlindəki sellofan torbanın içərisindən bir bükümdə, narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni masanın üzərinə qoydu. Bundan sonra onun üzərinə axtarış davam etdirildi və Eminin əynindəki şalvarın cibindən “Samsung” markalı mobil telefon, digər cibindən 70 (yetmiş) manat pul və ona aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürüldü. Bundan sonra Eminin üzərindən aşkar edilərək götürülmüş maddi sübutlar qablaşdırıldı və möhürləndi. Eminə məxsus şəxsiyyət vəsiqəsi və “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. 70 manat pul isə Eminin özünə qaytarıldı. Hazırda Şahid3 əldə etdiyi narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən, Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasına gətirilən zaman və Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasında olduğu zaman ona fiziki və ya psixi təsir olmamışdır. Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərilən halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 6/4388 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 N°-li dairəvi möhür əksi, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 3005 qram (3 kq 005 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 7 N:li dairəvi möhür əksi, Şahid3 üzərindən aşkar edilmiş kütlə..” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,075 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs və Şahid3 aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. .Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi - 3005 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq qaldı - 3003 qram. Şahid3:heroinin təmiz çəkisi - 12,075 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq qaldı - 11,975 qram. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2022-ci il tarixli, 7/907 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı təmiz çəkisi 1125 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üçulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 1125 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq qaldı - 1124,8 qramdır. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəzifələrini izah edilir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan «Samsung» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 70 (yetmiş) manat pul və bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 03 kq 99 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 01 kq 230 qram olmuş, sonra aşkar olunmuş həmin kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq olunmuş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 70 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlələrin özünə məxsus olmasını, həmin kütlələləri tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Behzat» adlı şəxsin vasitəsilə tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanışı Şahid3la birlikdə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, Behzat adlı şəxslə danışaraq öz istifadələri üçün onlara göndərəcəyi narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiklərini, həmin kütlələri təyin olunmuş yerdən götürərkən öz istifadələri üçün pul ödədikləri narkotik vasitəni Şahid3 götürdüyünü, qalan kütlələri isə Behzat adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qayacağını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmin baxışın və götürmə prosesinin video görüntüsünün əks olunduğu bir ədəd kompakt (CD) disk protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd kompakt (CD) diskə keçirmiş baxışın protokolundan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə ona təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs sağ əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, sonra onun üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan «Samsung» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 70 manat pul və bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülür, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 03 kq 99 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 01 kq 230 qram olur, sonra aşkar olunmuş həmin kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzəri imzalarla təsdiq olunur, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülür, 70 manat pul isə Təqsirləndirilən şəxs qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlələrin özünə məxsus olmasını, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Behzat adlı şəxsin vasitəsilə tutulmamışdan bir neçə saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanışı Şahid3la birlikdə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, Behzat adlı şəxslə danışaraq öz istifadələri üçün onlara göndərəcəyi narkotik vasitəyə görə onun qeyd etdiyi bank hesabına 150 manat pul göndərdiklərini, həmin kütlələri təyin olunmuş yerdən götürərkən öz istifadələri üçün pul ödədikləri narkotik vasitəni Şahid3 götürdüyünü, qalan kütlələri isə Behzat adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qayacağını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı 3005 qram heroin və 1125 qram marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 3003 qram heroin, 1124,8 qram marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, həmin axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əmllrini törətməkdə özünü təqsirli bilməyib ifadələrində avqust ayının 14-ü instagramda tanış olduqları İran vətəndaşı Behzad adlı adama dostu Şamil vasitəsi ilə birlikdə iki dəfə kart vasitəsilə narkotik vasitə almaq üçün yüz manat pul göndərdiyiyni, lakin həmin şəxsin onların nə pulunu qaytarmadığını, nə də narkotik vasitə ala göndərmədiyini, Şamilin sonradan həmin şəxslə özünün danışacağını, narkotik vasitə almaqları üçün onun kartına 150 manat pul atacağını dediyini, onlar 150 manat pul göndərdikdən iki gün keçdikdən sonra yenə də onlara narkotik vasitə gəlmədiyiyni, Şamililin həmin şəxsə zəng vurub olanları deməyi xahiş etdiyini, özünün də həmin şəxsə bir dəfə 100 manat göndərdiyiyni, lakin narkotik vasitə göndərmədiyiyni, indi də dostunun 150 manat atdığını, lakin yenə də narkotik vasitə göndərmədiyiyni, bundan bir gün keçəndən sonra həmin oğlanın Şamilə zəng etdini, Şamilin telefona cavab vermədiyinə görə, həmin oğlan ona zəng edib narkotik vasitəni Sabunçuya qoyduğunu deməsini, özünün də bu barədəa Şamilə məlumat verdiyiyni, Şamilin də ona gedib narkotik vasitəni götürməyi təklif e6tdiyiyni, onlar həmin yerə çatanda orada gözlədikləri beş-altı qram narkotik vasitə olmadığını, bir ədəd böyük çanta görüb, özünün Şamilə çantanın onlara aid olmamasını deməsini, Şamilin həmin yerdə oğlana zəng edib burda çanta var, onların sifariş etdikləri narkotik vasitələrin olmasını deməsini, həmin oğlanın narkotik vasitənin çantanın içərisində olmasını deməsini, bundan sonra .zünün həmin çantanı açıb, bağlamanı cıranda polis əməkdaşları onları tutub 12-ci polis bölməsinə gətirib orada polis əməkdaşlarının onları döyüb bir çanta narkotik vasitəni onun boynuma, bir bağlama narkotik vasitəni Şamilin boynuna qoyduqlarını, polis əməkdaşlarının onları döyə-döyə dörd dəfə video baxış keçirildyini, ifadələrini oxumayıb ona verilən vərəqələrə qol çəkdiyiyni, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmədiyiyni göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə yönələn, faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadələrində Təqsirləndirilən şəxs ifadələrində göstərilənlər halların əksinə olaraq, Təqsirləndirilən şəxs məhkəmədə inkar etdiyi ibtidai istintaq zamanı verdiyi ifadələrində ittihamı etiraf edən ifadələrinə uyğun ifadələr verib sonuncunu elan olunmuş ittihamda nəzərdə tutulan əməlin predmetini təşkil edən narkotik vasitələrin xarici öləkədən X1 ilə gəldiyini təsdiq etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid3 münasibətləri müəyyən olunduqda onların yaxın münasibətlərinin olduğu, ədavətlərinin olmadığı, Şahid3 təqsirləndirilən şəxsin bu və ya başqa formada təqib olunmasında maraqlı olmasını təsdiq edən sübut və hallar müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Şahid3 barəsindəki ittihamı təsdiq edən ifadələrini işin faktiki hallarına uyğun və doğru ifadələr kimi qiymətləndirir. Çünki Şahid3 bu ifadələri göstərilən hallarla bərabər Şahid1 və Şahid2 ifadələri, istintaq protokolları, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi sübutlarla təsdiq olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrini şahid ifadələri, özünün dolayısı ilə ittihamı təsdiq edən ifadələri, iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib özünün müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə, ittiham tərəfinin ittihamı təsdiq edən sübutlar kimi təqdim etdiyi sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşınması barədə razılığa gəlib başqa şəxsin ona bildirdiyi nəmalum ünvandan külli miqdarda, yəni təmiz çəkisi 3005 qram heroini və 1125 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə ekspertizasının keçirilməsinə 192 (yüz doxsan iki) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 (otuz) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərdən məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 192 (yüz doxsan iki) manatın məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini, onu müdəfiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunmasını əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş-ekspertiza tədqiqatına sərf edilmiş, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 3005 qram heroin və 1125 qram marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 3003 qram heroin, 1124,8 qram marixuananı sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 30 sentyabr 2022-ci il tarixli tələbnamədən və Bakı şəhər Nizami rayon məhkəməsinin 21 may 2021-ci il tarixli № 1(007)-157/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X9 barəsində olan hökm dəyişdirilmiş onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif olunub, cinayət məsuliyyətindən azad olunub cinayət təqibinə və icraatına xitam verilmiş və Nizami rayon məhkəməsinin 21 may 2021-ci il tarixli Nə 1(007)-157/2021 nömrəli hökmü ilə təyin olunmuş cəzanın əvvəli 19 dekabr 2020-ci il tarixdən hesablanmış və Azərbaycan Respublikası CM-nin 66.5–ci maddəsinə əsasən hazırkı hökmlə birləşmiş Yasamal rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 8(səkkiz) ay 28 (iyiyrmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı üçün məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin nin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs bu iş üzrə təqsirli bilindiyi əməli 14 fevral 2022-ci il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə cəzasını çəkib qurtardığı səbəbindən azad olunduqdan sonra məhkumluğu ödənilməmiş törətmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Məhkəmə, həmin halı Təqsirləndirilən şəxs cəza təyin edərkən və ona təyin olunmuş cəzaçəkmə yerini müəyyən edərkən nəzərə alır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun əməlində cinayətlərin residivi müəyyən olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətinin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 18 avqust 2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən, onun əməlində residivin olmasını isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 sentyabr 2022 il tarixli, 5581 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu, (narkomaniya xəstəliyi) aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2022-ci nəzərə alıb narkomaniyadan məcburi müalicə təyin olunmasını, onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə-həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 18 avqust 2022-ci il tarixdən hesablansın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 192 (yüz doxsan iki) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. O, müdəfiə xərclərinin ödənilməsindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3003 qram heroin, 1124,8 qram marixuana sərbəst dövriyyəsi qadağan edildiyi üçün məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd kompakt (CD) disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-670/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver