Məhkəmə qərarları › İş №1(101)-670/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-670/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-670/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Ramin» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və «Ramin» adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, təmiz çəkisi 1020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini «Ramin» adlı şəxsin ona sonradan deyəcəyi ünvana çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə tingliyi adlanan yaşayış sahəsində yerləşən «İl market»in qarşısına qədər daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ 15ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli dəri gödəkcəsinin sol iç tərəfinə qoyduğu qara rəngli sellofanda olan və üzəri şəffaf skoçla bağlanmış təmiz çəkisi 1020 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan 1 ay əvvəl «Ramin» adı ilə tanıdığı iranlıya 100 manat pul göndərmişdir. Belə ki, həmin iranlı narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar sosial şəbəkədə səhifə açmış və həmin səhifə vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirmişdir. O da «Ramin» adlı şəxsə 1-2 dəfə pul göndərib narkotik vasitə almışdır. O, təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bir dəfə iranlıya 100 manat pul göndərəndən sonra həmin şəxs ona cavab verməmiş, sifariş verdiyi narkotik vasitəni ona çatdırmamışdır. Xeyli müddətdən sonra həmin şəxs özü onunla əlaqə saxlayaraq adam bıçaqladığına görə tutulduğunu, ona görə də ona cavab vermədiyini bildirmişdir. Ramin adlı şəxs ona ünvan göndərərək narkotik vasitənin həmin yerdə olduğunu və oradan götürməli olduğunu demişdir. O, taksi çağıraraq həmin narkotik vasitəni götürməyə getmiş, həmin yerə yaxınlaşanda polis əməkdaşları onu saxlamışlar. O, iki qram narkotik vasitə sifariş verməsinə baxmayaq, sonradan getdiyi əraziyə 1 kiloqram narkotik vasitə qoyulduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin yerə qoyulan narkotik vasitənin neçə qram olduğunu bilməmiş, o, tutulduqdan sonra həmin iranlı ona “whatsapp” mobil tətbiqində mesajlar yazmışdır. O, polis əməkdaşlarından həmin şəxslə danışıb, həmin narkotik vasitənin ona məxsus olmadığını sübut etməsi üçün ona şərait yaratmalarını xahiş etmiş, lakin polis əməkdaşları ona icazə verməmişlər. O, 2 qram narkotik vasitəni 100 manata almışdır. Müstəntiq ona ifadəsini oxumağa imkan verməmiş, onu aldadaraq AR CM 234.1-1-ci maddəsi ilə ittiham irəli sürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Binəqədi rayonu ərazisində ata evində bacısı və bacısının uşağı ilə birlikdə yaşayır. O, evdə saç qaynağı ilə məşğul olmuş, rəsmi iş yeri olmamışdır. Bacısı işləmir, evdə olur. Onlara maddi cəhətdən anaları köməklik edir, lakin anası Türkan qəsəbəsində öz evində yaşayır. O, həmin iranlıdan 2-3 dəfə narkotik vasitə almışdır. Həmin şəxs özünü ona iranlı kimi təqdim etmişdir. O, həmin şəxsə “whatsapp” mobil tətbiqində zəng edərək danışmış, həmin nömrə İran nömrəsi olmuşdur. O, ittiham aktında göstərilən nömrəsi ilə həmin şəxsə zəng etmişdir. Ramin adı ilə tanıdığı şəxsin iranlı olduğu onun danışığından hiss olunmuş, o, həmin şəxslə 10-15 dəfə danışmış, həmin şəxs ona narkotik vasitələrin qiymətini demiş, onunla hal-əhval tutmuşdur. Adətən həmin şəxs ona narkotik vasitə qoyduğu yerin ünvanını göndərmiş, həmin yerin şəklini də ona atmışdır. İranlı şəxs ona narkotik vasitəni götürüb başqa yerə qoymağı və ya başqa şəxsə verməyini tapşırmamışdır. Danışdığı iranlı ona 2 qram narkotik vasitə verəcəyini demiş, o, həmin şəxsdən “kakos” istəməmiş, metamfetamin istəmişdir. O, ümumiyyətlə heroindən istifadə etməmiş, həmişə metamfetamin qəbul etmişdir. O, əməliyyat olunmuş, metamfetamini ağrıkəsici kimi qəbul etmişdir. O, tutulandan sonra həmin şəxs ona “whatsapp” mobil tətbiqində səslər atmışdır. O, pulu nömrəyə köçürmüşdür. O, bükümü əlinə götürəndə polis əməkdaşları onu tutmuşdur. 2-3 dəfə video çəkiliş olmuş, polis əməkdaşları onu həmin narkotik vasitənin ona məxsus olmasını deməyə məcbur etmişlər. O, tutulan zaman yanında bacısının uşağı da olmuş, o, uşağa görə polislərin tələbini yerinə yetirmiş və onların dedikləri kimi ifadə vermişdir. Bacısının uşağı 6 yaşındadır. Ona video çəkilişdən qabaq təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, video çəkiliş aparılan zaman onun vəkili olmamış, o, vəkildən imtina barədə ərizə yazmamışdır. Şahid3 taksi sürücüsü olmuş, həmin şəxs onun narkotik vasitəni götürməyə getdiyini bilməmişdir. O, Samiri taksi sürücüsü kimi tanımışdır. O, iranlı ilə 100 manata 2 qram metamfetamin almağa razılaşmış, narkotik vasitənin qramı 50 manat olmuşdur. O, İran vətəndaşının kartına 100 manat köçürüb, onun göstərdiyi yerdən narkotik vasitəni götürməyə gedəndə polis əməkdaşları onu tutmuşlar. İş materiallarına əlavə edilmiş sms yazışmaları ona məxsus olmamış, onun həmin sms-lərdən xəbəri olmamışdır. Polis əməkdaşları onu döyməmiş, onun bədənində hər hansı iz olmamışdır. Onun səhhətində problemlər olmuş, əməliyyat keçirmiş, əlilliyi ilə bağlı sənədi yoxdur. O, istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs ona əlavə olaraq bildirmişdir ki, o, verilən ünvana 2 qram “patı” adı ilə tanıdığı metamfetamin götürmək məqsədi ilə getmiş, lakin ünvana çatanda orada böyük bükümdə heroin olmuşdur. O, əyilib bükümü götürmək istəyəndə tutulmuşdur. Həmin bükümə əli dəymişdir. Onun telefonuna qoyulmuş bükümün şəkli göndərilməmiş, yalnız ünvan (konum) atılmışdır. O, təxminən saat 19:00 radələrində saxlanılmışdır. Şəxsi axtarışın videosu bir neçə dəfə çəkilmiş, orada kim olduğunu bilmədiyi bir şəxs onun başından vurmuş, bundan sonra o, polis əməkdaşlarının dediyini təkrar etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Təqsirləndirilən şəxs onların tərəfindən Kürdəxanı qəsəbəsində “İl” marketin qarşısında saxlanılmış, Xanım saxlanılarkən yanında başqa bir şəxs daha olmuşdur. Həmin şəxsin adını xatırlamasa da, o, taksi sürücüsü kimi gəlmişdir. Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsində saxlayıb 15-ci PB-yə aparmışlar və təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qara rəngli sellofana bükülmüş heroin aşkar edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş heroinlə bağlı bildirmişdir ki, 2-3 ildir ki, bu işlə məşğuldur, iranlı bir şəxs ona narkotik vasitə göndərir. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə də üzərinə baxış keçirilərkən hər hansı bir təzyiq olmamışdır. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əməliyyat məlumatı şəxsin Kürdəxanı qəsəbəsində narkotik vasitənin daşınması, satışı ilə məşğul olması barədə daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuş, əməliyyat qrupunda 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs təxminən saat 20:00-21:00 radələrində tutulmuşdur. Şahid3 təqsirləndirilən şəxslə birlikdə saxlanılan taksi sürücüsü olmuşdur. Şəxsi saxlayıb bölməyə aparmalarının nə qədər müddət çəkdiyi yadında deyil. Təqsirləndirilən şəxsin tutulduğu yerdən bölməyə qədər təxminən 1 saatlıq məsafə olar. Təqsirləndirilən şəxs iranlı şəxslə danışması üçün telefonunu istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti göstərmiş, tanışı Təqsirləndirilən şəxs ona müraciət edərək, onu gedəcəyi yerə aparmağı xahiş etmiş, onlar əvvəlcə Əhmədli qəsəbəsinə getmiş, daha sonra Təqsirləndirilən şəxs ünvanı səhv saldığını, Əhmədli qəsəbəsinə deyil, Məhəmmədi kəndinə getməli olduqlarını demişdir. Oradan Məhəmmədi kəndinə getmişlər. Orda bir market olmuş, Xanım maşını həmin marketin yanında saxlayıb onu gözləməsini xahiş etmişdir. O, maşını marketin qarşısında saxlamış, Xanım maşından düşmüşdür. O, Təqsirləndirilən şəxs oraya nə üçün getdiyini bilməmişdir. O, maşında oturub Xanımı gözləmiş, bu zaman əməliyyatçılar gəlib onları tutmuşlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, əməliyyatçılar onları saxladıqdan sonra polis idarəsinə aparmışlar, orada hər ikisinin barəsində şəxsi axtarış keçirilmiş, onun üzərindən və avtomobilindən heç nə aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları onları saxlayanda günün ikinci yarısı olmuş, Təqsirləndirilən şəxs yanında təxminən 5 yaşında uşaq olmuş, uşaq onun bacısının uşağı olmuşdur. Təqsirləndirilən şəxs telefonla danışarkən ona Məhəmmədiyə getməli olduğunu deyiblər, lakin o, səhvən Əhmədli başa düşmüş, ona görə də əvvəlcə Əhmədliyə getmişlər. O, Xanımı Türkan qəsəbəsindən götürmüş, oradan Əhmədli qəsəbəsinə aparmışdır. Əhmədlidən isə Məhəmmədi kəndinə sürmüşdür. Xanım ona getdiyi yerdə pul alacağının olduğunu, pulu aldıqdan sonra onun “hörmətini” edəcəyini bildirmişdir. O, taksi kimi fəaliyyət göstərmiş, Xanımı Türkan qəsəbəsindən götürüb Məhəmmədi kəndinə gedib çatana kimi təxminən bir saat yarım vaxt keçmişdir. Maşını saxladığı yerlə Xanımın tutulduğu yer arasında təxminən 60-70 metr məsafə olmuşdur. Xanımla birlikdə gələn uşaq maşında olmuşdur. Xanımın narkotik vasitələrdən istifadə etməsindən onun xəbəri olmamış, bölməyə gedəndən sonra bu barədə öyrənmişdir. Təqsirləndirilən şəxs ilə onu bölməyə eyni vaxtda, ayrı-ayrı maşınlarda aparmışlar. O, taksi kimi Xanımı aparmasının qarşılığında pul almamış, belə ki, Xanım ona pulunun olmadığını, kimdənsə pul almalı olduğunu demiş, o da Xanımın pulu götürdükdən sonra onun pulunu verəcəyini düşünmüşdür. O, Xanımın kimdən pul alacağını soruşmamış, bu, onun üçün maraqlı olmamışdır. Şahid həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tatu ustasıdır. Təqsirləndirilən şəxs da onun müştərisi olmuş, o da Xanımı bu vasitə ilə tanımışdır. O, hazırda CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur, məhkəmədən yayındığı üçün həbs olunmuşdur. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs maşında kiminləsə narkotik vasitə barədə danışdığını eşitməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman görməmiş, onları nəyə görə bölməyə apardıqlarını bilməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə raportla 15-ci PB-nin rəhbərliyinə məruzə edilmiş, bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi adlanan yaşayış sahəsində onun və 15-cı PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs və sonuncunu həmin əraziyə idarə etdiyi “Toyota Prius" markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə gətirən Şahid3 saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmişlər. Təqsirləndirilən şəxs və Şahid3 15-ci PB-yə gətirilməsi barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 15-ci PB-nin baş təhqiqatçısı Anar Kərimova tapşırılmışdır. Təqsirləndirilən şəxs və Şahid3 PB-yə gətirilən andan şəxsi axtarışları aparılanadək müşahidələri altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır 15-ci PB-nin inzibati binasında, X2 xidməti otağında olarkən X5 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcəsinin sol iç tərəfində saxladığı qara rəngli sellofanda olan və üzəri şəffaf skoçla bağlanmış bükümü və həmin gödəkcəsinin sağ yan cibində olan mobil telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində dəftərxana müdiri Təranə Məmmədova tərəfindən şəxsi axtarış aparılmış və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd alışqan aşkar edərək masanın üzərinə qoyulmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümü tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 100 manat köçürməklə şəxsi istifadəsi üçün almış, bədəninə nakolka döydürərkən nakolka döyən və taksi sürücüsü kimi tanıdığı Şahid3 taksi kimi sifariş verərək taksidə İran İslam Respublikası vətəndaşının konum atdığı yerə, yəni Kürdəxanı qəsəbəsində yerləşən “İL market”in yanına getmiş, narkotik tərkibli maddə olan “Kakosu” götürüb həmin yerdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan 1 ədəd büküm baş X5 tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. O, Təqsirləndirilən şəxs və şəxsi axtarış və götürmədə iştirak edən əməliyyat müvəkkili Şahid2 zərfi imzalamışlar. Təqsirləndirilən şəxs mobil telefonu götürülmüş, alışqanı isə özünə qaytarılmışdır. Bunlar barəsində protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Bundan sonra baş X5 tərəfindən Şahid3 şəxsi axtarışı keçirilmişdir. Baş X5 saxlanılan Şahid3 bildirmişdir ki, 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs PB-yə gətirilmiş, şəxsi axtarışı zamanı üzərindən narkotik tərkibli kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni əldə etməsi üçün Kürdəxanı qəsəbəsinə Şahid3 ilə birlikdə getmiş, kütləni əldə etdikdən sonra Samir Kərimimin avtomobilinə yaxınlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Şahid3 X5a bildirmişdir ki, Təqsirləndirilən şəxs onu taksi sürücüsü kimi, pul ödəmək qarşılığında konum ataraq olduğu yerə dəvət etmiş, Samir konumda göstərilən Türkan qəsəbəsindəki ünvana taksi kimi gedərək Təqsirləndirilən şəxs götürmüş, geri qayıdarkən, Mehdiabad qəsəbəsinin dairəsində Xanım ona təkrar konum ataraq gedəcəyi yeri bildirmiş, Samir Xanımı konumda göstərilən ünvana aparmış, orada Xanım avtomobilindən çıxıb uzaqlaşmış, avtomobilinə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. X5, Şahid3 bildirmişdir ki, bu səbəbdən şübhəli bilindiyi üçün Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən Polis bölməsinə gətirilmişdir, X5 vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış və avtomobilində axtarış aparılmasını Şahid3 izah etmiş, etirazının olub-olmamasını soruşmuşdur. Şahid3 vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına və avtomobilində baxış keçirilməsinə etirazının olmadığını demişdir. Baş X5 saxlanılan Şahid3ya üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini istəmişdir. Təklifə əsasən Şahid3 əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən avtomobilinin açarlarını, arxa cibindən isə mobil telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Şahid3 üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra avtomobilinin açarları Şahid3 qaytarılmış və X5 tərəfindən, Şahid3 iştirakı ilə 15-ci PB-nin inzibati binasının həyətində saxlanılan “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid3 şəxsi axtarışı və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonradan məlum olmuşdur ki, həmin bükümdə külli miqdarda narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkcəsinin sol iç tərəfindən qara rəngli sellofanda olan və üzəri şəffaf skoçla bağlanmış bükümü və həmin gödəkcəsinin sağ yan cibindən mobil telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində dəftərxana müdiri Təranə Məmmədova tərəfindən şəxsi axtarış aparılmış və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd alışqan aşkar edərək masanın üzərinə qoymuşdur. Tədqiq edilən həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 100 manat atmaqla şəxsi istifadəsi üçün aldığını, bədəninə döymə döydürərkən və taksi sürücüsü kimi tanıdığı şəxsi, taksi kimi sifariş verərək taksidə İran İslam Respublikası vətəndaşının ünvan atdığı yerə, yəni Kürdəxanı qəsəbəsində yerləşən “İL” marketin yanına getdiyini, narkotik tərkibli maddə olan “Kakos”u götürüb həmin yerdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin bükümün içərisində konkret nə qədər narkotik vasitə olmasını bilmədiyini, 2 ildən artıqdır ki, narkotik istifadə etdiyini bildirmişdir. (cild İ, i/v: 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməsinin qeydə alındığı CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs 3 nəfərlə birlikdə baş X2 xidməti otağına daxil olur, əvvəlcə 15-ci PBnin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və 15-ci PB-nin dəftərxana müdiri Təranə Məmmədova özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı Anar Kərimov, saxlanılan Təqsirləndirilən şəxs qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən polis bölməsinə gətirildiyini deyərək, ona hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir. Bundan sonra baş X5, saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkcəsinin sol iç tərəfindən qara rəngli sellofanda olan və üzəri şəffaf skoçla bağlanmış bükümü və həmin gödəkcəsinin sağ yan cibində olan mobil telefonunu çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində dəftərxana müdiri Təranə Məmmədova tərəfindən şəxsi axtarış aparılır və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd alışqan aşkar edərək masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş bükümü tanımadığı İran İslam Respublikasının vətəndaşının kart hesabına 100 manat atmaqla şəxsi istifadəsi üçün almış, bədəninə döymə döydürərkən və taksi sürücüsü kimi tanıdığı şəxsi, taksi kimi sifariş verərək taksidə İran İslam Respublikası vətəndaşının ünvan atdığı yerə, yəni Kürdəxanı qəsəbəsində yerləşən “İL” marketin yanına getmiş, narkotik tərkibli maddə olan “Kakos”u götürüb həmin yerdən bir az uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin bükümün içərisində konkret nə qədər narkotik olmasını bilmir, 2 ildən artıqdır ki, narkotik istifadə edir, məhkum olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan 1 ədəd büküm baş X5 tərəfindən zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir. Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. (cild İ, i/v: 79-80) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və həmin video görüntülərin “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd, üzərində ***-***-**-** nömrəsi olan «Samsung» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonun “WhatsApp” proqramı vasitəsi Təqsirləndirilən şəxs “Tik-tok” (Ramin) adlı şəxslə aşağıdakı məzmunda söhbətlər aparmışdır. - xx.xx.2023-cü il tarixdə saat 19:15-də Ramin (səs yazısı) Məhəmmədlinin kruquna çatanda mənə xəbər eləya - xx.xx.2023-cü il tarixdə saat 19:15-də (Xanım) Tamam - xx.xx.2023-cü il tarixdə saat 19:27-də Ramin (səs yazısı) Ay qız sənin 15 dəqiyqən qurtarmır? - xx.xx.2023-cü il tarixdə saat 19:27-də Xanım (səs yazısı) Hələ 15 dəqıyqə olmayıb Ramin yalan danışma, yollar probkadı deyə biz məhəllələrlə gəldik ki, tez çataq, az qalıb səbirli ol. - xx.xx.2023-cü il tarixdə saat 19:39-da Ramin (səs yazısı) Ayə bu harda qaldın - xx.xx.2023-cü il tarixdə saat 19:58-də (Ramin) Məhəmmədidən Kürdəxanı istiqamətinə gedəndə “İL” market var “İL” marketi keçərsən məhəlləyə dönən kimi daşın altında divarda - xx.xx.2023-cü il tarixdə saat 19:58-də (Ramin) Konum atılır. - xx.xx.2023-cü il tarixdə saat 19:58-də Ramin (narkotik vasitənin yerinin şəkilini göndərir) - xx.xx.2023-cü il tarixdə saat 19:58-də Ramin (narkotik vasitənin yerinin şəkilini göndərir) - xx.xx.2023-cü il tarixdə saat 19:58-də (Ramin) Götür xəbər elə, Allaha təvəkkül - xx.xx.2023-cü il tarixdə saat 19:58-də (Xanım) Yaxşı, çatım ora götürüm xəbər eliyirəm - xx.xx.2023-cü il tarixdə saat 19:59-da (Ramin) Xanım sən Allah ümüdüm sənsən. - xx.xx.2023-cü il tarixdə saat 20:04-də (Ramin) Çatıbsan? Xanım - xx.xx.2023-cü il tarixdə saat 20:04-də Xanım (səs yazısı) 9 dəqiyqə göstərir, 9 dəqiyqə qalıb, sən mənə Məhəmmədi deyirsən, Kürdəxanıdı ora - xx.xx.2023-cü il tarixdə saat 20:17-də Ramin (səs yazısı) Ay Xanım götürmədin? - xx.xx.2023-cü il tarixdə saat 20:18-də Ramin (səs yazısı) Özün bilirsənda mən nə stres çəkirəm burda, nə fikar çəkirəm, nə qorxu yaşayıram burda, özdəə, gör gəldim kimə da ilişdim xanıma, 1 kilo tema, Allah haqqı, da sənə ümüdim gəliraa Xanım, daa biz azdan çoxdan düşmüşüye. bilirəm, sən mənə pislik etməzsən, Allah canımıza dəyməsin, təki yaxşılıq olsun, salamatçılıq olsun, yaxşı olar hərşey. - xx.xx.2023-cü il tarixdə saat 20:22-də Ramin (səs yazısı) Ay Xanım nooldu, mənə cavab demədin axı sən. - xx.xx.2023-cü il tarixdə saat 20:29-da (Ramin) Ay Xanım belə eləməda, sən Allah onsuzda problemim çoxdu - xx.xx.2023-cü il tarixdə saat 20:29-da (Ramin) Cavab de, götürmüsən? - xx.xx.2023-cü il tarixdə saat 20:31-də Ramin (səs yazısı) Xanım o, 1 kilo temanı götür, götür çat evə, özdə sənə zəng eləyirəm açmırsan telefonu nəsə, götür çat evə yerbə yer elə mənə xəbər elə, tez elə bidənə. - xx.xx.2023-cü il tarixdə saat 20:32-də Ramin (səs yazısı) Xanım birdənə cavab deda, götürdün temanı yoxsa yox. - xx.xx.2023-cü il tarixdə saat 20:32-də Ramin (səs yazısı) Mən səndən xəbər gözləyirəm. - xx.xx.2023-cü il tarixdə saat 20:32-də Ramin (səs yazısı) Özün bilirsənda Xanım 1 kilo tema az tema deyil, ehtiyyatlı ol yolda zadda, da ünvanı zadı sənə atmışam, sənə güvənmişəm, tezelə bir dənə, götür xəbər elə başına dönərəm. - xx.xx.2023-cü il tarixdə saat 20:39-da Ramin (səs yazısı) Xanım o, 1 kilo temanı götür, götür çat evə, özdə sənə zəng eləyirəm açmırsan telefonu nəsə, götür çat evə yerbə yer elə mənə xəbər elə, tez elə bidənə. - xx.xx.2023-cü il tarixdə saat 20:40-da Ramin (səs yazısı) Birdə ki, necə deyim, mənə söz verda yəni bir kişi qızı kimi denənki qurana and olsun 1 kilo götürüm qayıdım, öz temamı götürüm başqa səninkin qoyacam necə deyim bır yerə götürəcəksən. - xx.xx.2023-cü il tarixdə saat 20:40-da Ramin (səs yazısı) Özün bilirsənda Xanım 1 kilo tema az tema deyil, ehtiyyatlı ol yolda zadda, da ünvanı zadı sənə atmışam, sənə güvənmişəm, tezelə bir dənə, götür xəbər elə başına dönərəm. - xx.xx.2023-cü il tarixdə saat 20:41-də (Ramin) Nooldu - xx.xx.2023-cü il tarixdə saat 20:42-də Ramin (səs yazısı) Ay xanım nooldu, mən səsləri sənə dalbadal göndərirəm mənə cavab verəsən. Deyəsən olmadı bu iş. 1 kilonu götürdün bəərdən oyana getdin həə? Olsun, narahat olma. (cild İ, i/v: 117-125) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli 1976 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində AMP (+), MET (+) aşkar edilmişdir. (i/v İ, i/v: 68) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sabunçu RPİ-nin 15-ci PB tərəfindən tapşırıq üzrə verilmiş cavab məktubundan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından başlayaraq mütəmadi olaraq narkotik tərkibli maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. (cild İ, i/v: 146) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 161" dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şübhəli şəxs (imza) Xanım Vəliyevə" yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1020 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'"-in siyahısına (Siyahı 1) daxildir. (cild İ, i/v: 62-66) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli 4489 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 155-156) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 5(008)- 372/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 24 aprel 2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. (cild İ, i/v: 94) Cinayət işinin materiallarına əlavə edilmiş istintaq orqanının «maddi sübut kimi tanıma haqqında» 24 iyul 2023-cü il və 08 may 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1020 qram narkotik vasitə heroin və Samsung markalı mobil telefon maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1019,8 qram heroin və həmin mobil telefon saxlanılması üçün Sabunçu RPİ-nin X3 Kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı video görüntünü özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs ilə “Ramin” adlı şəxs arasında aparılan danışıqların saxlanıldığı 1 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 143; 153). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü qismən təqsirli bilib, Ramin adı ilə tanıdığı İİR-nın vətəndaşından 2 qram metamfetamin almaq məqsədi ilə onun hesabına 100 manat məbləğində pul köçürdüyünü, ona göndərilən ünvana həmin 2 qram metafetamini götürmək məqsədi ilə getdiyini, lakin orada 1 kiloqram heroinlə qarşılaşdığını, həmin bükümü götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, bölmədə tanımadığı bir nəfər şəxsin onun başından vurduğunu, yanında bacısının oğlu olduğu üçün onu buraxmaları üçün polis əməkdaşlarının verdiyi bütün sənədləri oxumadan imzaladığını bildirmişdir. Halbuki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsillidir, subaydır, məhkum olunmamışdır, ünvan 6 ünvanda qeydiyyatda olsa da, evi və ya daimi yaşayış yeri olmamış, Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə və ya bir neçə günlük olmaqla tanışlarının evlərində qalmışdır. Xəzər rayonu, Türkan qəsəbəsində nömrəsiz ünvanda anası öz ailəsi ilə yaşamaqla, nadir hallarda anasının evinə getmişdir. Təxminən 2020-ci ildən narkotik tərkibli maddələrdən istifadə etmiş, hər dəfə narkotik tərkibli maddələri müxtəlif yerlərdən müxtəlif qiymətlərə almışdır. 2022-ci ildən başlayaraq 2-3 dəfə İran İslam Respublikasının vətəndaşı kimi özünü tanıdan, üzdən tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi “Ramin" adlı şəxsdən narkotik maddə almışdır. Belə ki, Raminin hazırda xatırlamadığı kart hesabına hər dəfə fərqli məbləğlərdə pul göndərmiş, Ramin narkotik tərkibli maddələri qoydurduğu ünvanın yerini “WhatsApp" tətbiqi vasitəsi ilə ona göndərmiş, o, isə həmin yerdən narkotiki götürmüşdür. xx.xx.2023cü il tarixdə axşam saatlarında Ramindən 10 qram narkotik vasitə istəmiş, Ramin xatırlamadığı kartının nömrəsini ona göndərmişdir. O, Raminin kart hesabına 100 manat pul köçürmüş və həmin vaxtdan etibarən mütəmadi olaraq Raminə zəng vurmasına baxmayaraq zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ramin “WhatsApp" proqramı vasitəsi ilə narkotik vasitəni qoyduğu ünvanı ona göndərmiş və “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vuraraq bildirmişdir ki, həmin yer Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi adlanan yaşayış sahəsində yerləşən “İl" marketin yaxınlığıdır. Ramin demişdir ki, ona ünvan atdığı yerdən götürəcəyi narkotik tərkibli maddə 1 kiloqramdan artıq olan heroindir. Ramin ona 1 kiloqram heroini götürdükdən sonra başqa ünvana qoyaraq həmin yerin fotoşəkilini çəkib “WhatsApp" vasitəsi ilə ona göndərməsini, heroinin 1 kiloqramdan artıq olan 20 qrama yaxın hissəsini özünə götürməsini təklif etmiş və ona bildirmişdir ki, heroinin 1 kiloqramı qara bazarda 10000 manatdır, onun 100 manat puluna 10 qram düşür, lakin o, Raminə heroinin satışında köməklik göstərəcəyi üçün ona 10 qram da artıq verir. O, Raminin təklifinə razılıq vermiş, düşünmüşdür ki, 1 kiloqram heroini götürdükdən sonra tanışlarından kiminsə evinə aparıb orada payına düşən 20 qram heroini götürərək 1 kiloqramını ayırar, bundan sonra özü təkcə həmin heroini şəhərin hər hansısa yerinə qoyub fotoşəkilini çəkərək ünvan kimi Raminə atar. Bədəninə gözəllik salonunda döymə çəkən və işdən sonra taksi fəaliyyəti ilə məşğul olan Şahid3 zəng vuraraq taksi lazım olduğunu bildirmiş, Samir onun narkotik istifadəçisi olduğunu bildiyindən Samirin heroin barəsində polisə məlumat verə biləcəyindən sığorta olunması üçün Samirə dəqiq gedəcəyi ünvanı deməmiş, bildirmişdir ki, guya Xətai rayonu, Əhmədli qəsəbəsinə gedib oradan ona çatacaq pulu götürüb geri qayıdacaq. O, Samirə olduğu yerin, yəni Xəzər rayonu, Türkan qəsəbəsinin ünvanını ataraq onu həmin ünvandan götürməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Samir idarə etdiyi “Toyota Prius" markalı, 77- BM-831 dövlət qeydiyyat nişanlı avtomobillə Türkan qəsəbəsinə gəlmiş, onu anasının evindən götürdükdən sonra Xətai rayonu, Əhmədli qəsəbəsinə getmiş, yol boyunca müşahidə etmişdir ki, onları izləyən yoxdur. Əhmədli qəsəbəsində olarkən Samirə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi adlanan əraziyə getməli olduqlarını, pulu oradan götürəcəyini demişdir. Yolda, yəni Bınəqədi rayonu, Mehtiabad qəsəbəsinin dairəsində o, Samirə tam əmin olduqdan sonra Samirə iranlı Raminin ona atdığı ünvanı ataraq gedəcəkləri yeri bildirmişdir. Saat 20:30 radələrində ünvanda göstərilən yerə, yəni Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi adlanan yaşayış sahəsində yerləşən "İL“ marketin qarşısına çatmışlar. O, Samirə kənarda dayanmasını xahiş etmişdir ki, onun haradan nə götürəcəyini Samir görməsin. Belə ki, Samir ayıq insandır, heroini götürərkən görüb narkotik olmasını başa düşə bilərdi, uzun müddət Samiri tanısa da ona etibar etməmişdir. O, avtomobildən düşərək konumda və fotoşəkildə göstərilən yerə tərəf getmiş, Samir onu avtomobilində gözləmişdir. O, fotoşəkildə qeyd olunan yerə yaxınlaşmış və orada hasarın kənarında yerdə olan yapışqan lentlə (skoçla) sarınmış qara rəngli sellofan bükümü götürmüşdür. Bükümün həcmi böyük olduğundan cibinə yerləşməmiş, bükümün həmin həcimdə olacağı ağlına gəlmədiyindən, yəni diqqətsizlik edərək özü ilə sellofan torba və ya böyük əl çantası götürmədiyindən bükümü yerdən götürərək əynində olan qara rəngli gödəkcəsinin sol iç tərəfində gizlətmiş və yerə düşməməsi üçün əli ilə tutaraq həmin yerdən uzaqlaşmışdır. Oradan təxminən 10 metr uzaqlaşaraq Samirin idarə etdiyi avtomobilə tərəf gedərkən iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədini istəmiş, üzərində sənədinin olmadığını bildirmişdir. Üzərində heroin olduğundan polis əməkdaşlarından uzaqlaşmaq istəmiş, ləkin ona yaxınlaşaraq şəxsiyyəti ilə maraqlanmışlar, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşlarının üzərində heroin olmasını bildiklərini hiss etdiyindən həyəcanlanmış, polis əməkdaşlarından yayına bilməyəcəyini dərk etdiyindən çalışmışdır ki, özünü təmkinli aparsın, düşünmüşdür ki, fürsət düşən kimi heroini tullayar, lakin polis əməkdaşları ona bu kimi şərait yaratmamışlar. O, polis əməkdaşları ilə birgə Samirin idarə etdiyi avtomobil tərəfə gəlmiş, orada görmüşdür ki, polis əməkdaşları Samiri də saxlamışlar. Onların hər ikisini və Samirin idarə etrdiyi "Toyota Prius" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu RPİ 15-ci PB-yə gətirmişlər. 15-ci PB-də ona X5 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Natiq Cəfərov təqdim olunmuş, hüquqları izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkiiışiə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən külli miqdarda heroinin aşkar olunmasını görsəydi sonradan onu əminliklə müdafiyə etməyəcəkdi. X2 xidməti otağında üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı X5 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, o, demişdir ki, etirazı yoxdur. X5 üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O, əynindəki qara rəngli dəri gödəkcəsinin sol iç tərəfində saxladığı qara rəngli sellofanda olan və üzəri şəffaf skoçla bağlanmış bükümü və həmin gödəkcəsinin sağ yan cibində olan 070-262-71 79 nömrəsi ilə istifadə etdiyi “Samsung” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra özünü 15-ci PB-nin dəftərxana müdiri kimi təqdim edən Təranə Məmmədova tərəfindən şəxsi axtarışı aparılmış və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd alışqan aşkar edərək masanın üzərinə qoyulmuşdur. (cild İ, i/v: 105-108, 178-181) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin arasında ziddiyyəti müstəntiqin ona qarşı 234.1-1-ci maddəsi ilə ittiham verilməsi ilə aldatması ilə əlaqələndirmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ifadəsində polis bölməsində olarkən tanımadığı şəxsin onun başından vurması ilə bağlı ifadəsinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxs öz ifadəsində həmçinin polis əməkdaşlarının onu döymədiyini, üzərində hər hansı bir xəsarət və ya iz olmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaq müddəti boyunca polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkətə məruz qalması barədə nə istintaq orqanına, nə də başqa bir orqana şikayət etməmişdir. Bununla da onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması tam təkzib olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yalnız öz şəxsi istifadəsi üçün 2 qram metamfetamin “sifariş etdiyini”, ona göndərilən ünvana da həmin 2 qramı götürmək məqsədi ilə getdiyini bildirsə də, ona məxsus mobil telefona baxış keçirilən zaman aşkar edilmiş “whatsapp” yazışmalarından görünür ki, “Tik-tok” adı ilə qeyd etdiyi mobil telefon nömrəsinin istifadəçisi ona “Xanım o, 1 kilo temanı götür, götür çat evə”, “Xanım 1 kilo tema az tema deyil” məzmununda səs yazıları göndərmiş, bununla da təqsirləndirilən şəxsin 1 kiloqram narkotik vasitəni götürəcəyi barədə məlumatının olduğu öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin Ramin adlı şəxsin həmin səs yazılarını onun tutulmasından sonra göndərməsi ilə bağlı ifadəsinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Ramin adlı şəxslə yazışdığı dəqiqələrdə, yəni saat 19.58 və 20:04-də həmin şəxs ona “Götür xəbər elə, Allaha təvəkkül”, “Xanım sən Allah ümüdüm sənsən” məzmununda sms yazmış və səs yazıları göndərmiş, Təqsirləndirilən şəxs da həmin smslərin qarşılığında götürüb xəbər edəcəyi, yolda tıxac olduğu, 9 dəqiqə sonra çatacağı, narahat olmaması barədə smslər yazmışdır. Qeyd olunan yazışmalar eyni zamanda təqsirləndirilən şəxsin saat 19 radələrində tutulması, həmçinin Ramin adlı şəxsin onun tutulmasından sonra ona yazması ilə bağlı ifadəsini tam təkzib edir. Bundan başqa Təqsirləndirilən şəxs ilə yazışan şəxsin “Çatıbsan? Xanım”, “Ay Xanım götürmədin?”, “Özün bilirsənda mən nə stres çəkirəm burda, nə fikar çəkirəm, nə qorxu yaşayıram burda, özdəə, gör gəldim kimə da ilişdim xanıma, 1 kilo tema, Allah haqqı, da sənə ümüdim gəliraa Xanım, daa biz azdan çoxdan düşmüşüye. bilirəm, sən mənə pislik etməzsən, Allah canımıza dəyməsin, təki yaxşılıq olsun, salamatçılıq olsun, yaxşı olar hərşey.”, “Ay Xanım nooldu, mənə cavab demədin axı sən”, “Ay Xanım belə eləməda, sən Allah onsuzda problemim çoxdu”, “Cavab de, götürmüsən?”, “Xanım o, 1 kilo temanı götür, götür çat evə, özdə sənə zəng eləyirəm açmırsan telefonu nəsə, götür çat evə yerbə yer elə mənə xəbər elə, tez elə bidənə.”, “Xanım birdənə cavab deda, götürdün temanı yoxsa yox”, “Mən səndən xəbər gözləyirəm”, “Özün bilirsənda Xanım 1 kilo tema az tema deyil, ehtiyyatlı ol yolda zadda, da ünvanı zadı sənə atmışam, sənə güvənmişəm, tezelə bir dənə, götür xəbər elə başına dönərəm”, “Birdə ki, necə deyim, mənə söz verda yəni bir kişi qızı kimi denənki qurana and olsun 1 kilo götürüm qayıdım, öz temamı götürüm başqa səninkin qoyacam necə deyim bır yerə götürəcəksən. “Nooldu” məzmunundakı smsləri və səs yazıları qarşı tərəfin narahat olması, qorxu keçirməsi, tez-tez narkotik vasitəni götürüb-götürmədiyi ilə maraqlanması ünvana yerləşdirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin öz şəxsi istifadəsi üçün qoyulmuş 2 qram metamfetamin olmadığını göstərir. Məhkəmə narkotik vasitənin satıcısının narkotik vasitə alan şəxsə dəfələrlə qoyulmuş bükümü götürüb-götürməməsi, ümidinin ona olması barədə smslər yazmasını və narkotik vasitənin alıcısının da həmin smslərlə bağlı şübhələnməməsini, əksinə ona narahat olmaması, çatıb götürdükdən sonra ona xəbər edəcəyi ilə bağlı smslər yazmasını ağlabatan və inandırıcı hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, iş üzrə Şahid3 öz ifadəsində pulsuz olaraq təqsirləndirilən şəxsi Türkan kəndindən Əhmədli qəsəbəsinə, oradan isə Məhəmmədi kəndinə apardığını, saat yarım vaxt sərf edib böyük məsafə qət etdiyini, təqsirləndirilən şəxsin gedəcəyi yerdən pul alacağını, onun da “hörmətini edəcəyini” bildirməsini qeyd etməsini, bundan başqa Şahid3 də hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsini, bundan başqa şahid məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olduğunu bildirsə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə Şahid3 onun narkotik vasitələrdən istifadə etməsindən məlumatlı olmasının müəyyən edilməsini də nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs pulu olmadığı üçün, onu qeyd olunan ünvana aparmasının qarşılığında Şahid3 götürəcəyi narkotik vasitələrdən bir hissəsini verməklə “borcunu ödəməsi” və onun “hörmətini etməsi” də istisna deyil. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmi barədə tam təfsilatlı məlumat vermiş, məhkəmə iclasında isə bir-biri ilə ziddiyyətli və inandırıcı olmayan ifadələr verməklə, yalnız ağır cinayətin törədilməsi ilə bağlı məsuliyyətdən yaxa qurtarmağa, əməlinin daha yüngül maddəyə tövsif olunmasına nail olmağa çalışmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, ağır cinayətin törədilməsi ilə bağlı məsuliyyətdən yaxa qurtarmaq və əməlinin daha yüngül maddəyə tövsif olunmasına nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1020 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 1 kq.-dan artıq çəkidə heroin əldə edib, daşıyıb saxlaması, həmin narkotik vasitənin üzərindən aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs qeyd olunan kütləni İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxsdən əldə etməsi, həmçinin təqsirləndirilən şəxsin “Tik-tok” adı ilə qeyd edilmiş mobil telefon nömrəsi ilə olan yazışmaları və səs yazıları, bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində Ramin adlı şəxsin ünvan atdığı yerdən götürəcəyi narkotik tərkibli maddənin 1 kiloqramdan artıq olan heroin olması, 1 kiloqram heroini götürdükdən sonra başqa ünvana qoyaraq həmin yerin fotoşəkilini çəkib “WhatsApp" vasitəsi ilə ona göndərməsi, heroinin 1 kiloqramdan artıq olan 20 qrama yaxın hissəsini özünə götürməsi ilə bağlı öz aralarında razılıq əldə etmələri təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən əldə etməsi, onun göstərişi və tapşırığı əsasında hərəkət etməsi, götürdüyü narkotik vasitədən 20 qramını özünə götürüb, qalanını müxtəlif ünvanlara yerləşdirməklə şəkillərini Ramin adlı şəxsə göndərməsi ilə bağlı razılıq əldə etmələri onların cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edir. Buna görə də, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini külli miqdarda alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i/v: 186-187) Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs qadın olmasını, gənc olmasını, həmçinin xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi 5189 nömrəli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs “sol üz sinirinin nevropatiyası diaqnozu” qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 4489 nömrəli xx.xx.2023-cü il tarixli rəyi əsas götürülməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 24), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 114-115). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1019,8 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olub, Sabunçu RPİnin saxlanc yerində saxlanılan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə verilməsi üçün onun yaxın qohumlarına təhvil verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı video görüntünü özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs ilə “Ramin” adlı şəxs arasında aparılan danışıqların saxlanıldığı 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1019,8 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olub, Sabunçu RPİnin saxlanc yerində saxlanılan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə verilməsi üçün onun yaxın qohumlarına təhvil verilsin, həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparıldığı video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs ilə “Ramin” adlı şəxs arasında aparılan danışıqların saxlanıldığı 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar