Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-671/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X4 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X2 və Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi2 və müqavilə əsasında çıxış edən müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Yardımlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanında yaşamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 qizinın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının ikinci mərtəbəsində ondan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 397,579 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib həmin ünvanın birinci mərtəbəsində özü kirayədə yaşadığı evə gətirməklə evin yataq otağında saxlamış, həmin gün saat 11 radələrində qeyd edilən narkotik vasitə heroindən 0,564 qramını Azərbaycan Respublikası vətəndaşı Şahid13 25 manat pul müqabilində satmış, Tacir Məmmədov həmin gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən köhnə Su İdarəsinin yaxınlığında Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış, saat 12:10 radələrində orada hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Şahid13 üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qeyd edilən təmiz çəkisi 0,564 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra təxirə salınmaz istintaq -əməliyyat tədbirləri davam etdirilməklə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının birinci mərtəbəsində axtarış və götürmə istintaq hərəkəti aparılarkən yataq otağında olan televizorun altındakı dolapçanın açıq rəfinin üzərindən təmiz çəkisi 397,015 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 1049,579 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, həmin narkotik vasitənin 652 qramını kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının ikinci mərtəbəsində yataq otağındakı sandıqın arxasında saxlamış, qeyd edilən narkotik vasitənin 397,579 qaramını isə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni daşıyaraq kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının birinci mərtəbəsindəki yataq otağına gətirmiş, qeyd edilən narkotik vasitənin 397,015 qramını yataq otağındakı televizorun altındakı dolabçanın açıq rəfinin üzərində saxlamış, 0,564 qramını isə həmin gün saat 11 radələrində Azərbaycan Respublikası vətəndaşı Şahid13 25 manat pul müqabilində satmış, Tacir Məmmədov həmin gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən köhnə Su İdarəsinin yaxınlığında Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış, saat 12:10 radələrində orada hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Şahid13 üzərinə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qeyd edilən təmiz çəkisi 0,564 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra təxirə salınmaz istintaq -əməliyyat tədbirləri davam etdirilməklə əvvəlcə Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının birinci mərtəbəsində axtarış və götürmə istintaq hərəkəti aparılarkən yataq otağında olan televizorun altındakı dolapçanın açıq rəfinin üzərindən təmiz çəkisi 397,015 qram olan narkotik vasitə heroin, daha sonra isə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci Massivdə yerləşən ev 969 ünvanının ikinci mərtəbəsində yataq otağındakı sandıqın arxasından təmiz çəkisi 652 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 xalası oğlunun həyat yoldaşıdır. O özü narkotik aludəçisidir, 2018-ci ilin yay aylarından narkotik vasitə olan heroini inyeksiya yolu ilə damara vurmaqla istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə tanıdığı Şahid13 səhər saatlarında ona zəng edərək ağrıdığını, ona narkotik vasitə lazım olduğunu bildirmişdi. O da Tacirə onda narkotik vasitə olan heroin olduğunu, gəlib aparmasını demişdi. Bu məqsədlə özündə olan qızıl tərəzisində təxminən yarım qram heroin narkotik vasitəsi çəkib sellofan kəsiyində qablaşdırdı və həmin sellofanı da siqaretin gümüşü kağızına büküb özündə saxlamışdı. Təxminən saat 11 radələrində Şahid13 yaşadığı ünvana gəlib ondan narkotik maddə olan heroini götürdükdən sonra çıxıb getdi. O evdən çıxıb harasa getmək istəyirdi ki, Tacirin polislər tərəfindən saxlanıldığını gördü və dərhal evə qayıdaraq öz evində olan narkotik vasitəni aparıb Zülfiyyənin evində sonuncudan xəbərsiz gizlətdi. Zülfiyyə də onunla eyni həyətdə kirayə qalır. Saat 17 radələrində yaşadığı ünvana polis əməkdaşları gəldilər və evdə axtarış keçirməyə başladılar. Axtarış zamanı yataq otağından narkotik maddə, şpris və tərəzi aşkarlayıb qablaşdırıb götürdülər. Onun evindən narkotik maddə aşkarlanlasa da ona aid deyil. Daha sonra polis əməkdaşları onu Qaradağ RPİ-nin İstintaq şöbəsinə gətirdilər. Orada üzərində şəxsi yoxlama aparılsa da, qanunla qadağan edilmiş heç bir şey aşkar olunmadı. Zülfiyyənin evindən aşkar olunmuş narkotik maddə ona məxsus olmuş, həmin narkotik maddədən Zülfiyyənin qəti xəbəri olmamışdır. O, Zülfiyyədən narkotik maddə almamışdır. İstintaq zamanı qorxduğu üçün narkotiki Zülfiyyədən aldığını bildirmişdir. O həmin narkotiki tutulmamışdan 4-5 gün qabaq Qobu rayonundan tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o 2002-ci ildə əslən Ağcabədi rayonundan olan X1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki uşaqları vardır. X7 xasiyyətləri uyğun gəlmədiyi üçün 2014-cü ildə rəsmi olaraq boşanmışdılar. Özü ünvan 4 ünvanında fərdi yaşayış evinin ikinci mərtəbəsində uşaqları və uzaq qohumu olan 1-ci qrup əlil Aida adlı qadınla birlikdə kirayədə yaşayır. Rəsmi iş yeri olmadığı üçün xırda ticarətlə məşğul olmaqla ay ərzində bir dəfə İran İslam Respublikasına gedərək, oradan konfetlər, şampunlar, yuyucu tozlar, qazanlar və müxtəlif əşyalar gətirməklə kirayədə yaşadığı ünvanda satırdı və bu yolla da dolanışıqlarını təmin edirdi. İranda cəmi üç dəfə, yəni 2019-cu ilin oktyabr, noyabr və dekabr aylarında yalnız Biləsuvar sərhəd nəzarət məntəqəsində pasport qeydiyyatından keçməklə gedib-gəlmiş və hər dəfə də ərzaq məhsulları və məişət avadanlıqları gətirib satmışdı. O İrandan heç vaxt narkotik vasitə gətirməmiş. O Təqsirləndirilən şəxs2 3 il olar ki, tanıyır, Orxan onun ərinin xalası oğludur. Orxan onun yaşadığı evin birinci mərtəbəsində kirayədə yaşayırdı, narkotik aludəçisidir, həm də narkotik vasitələrin satışı ilə məşğul olurdu. Orxana dəfələrlə narkotik vasitə satmamasını tapşırsa da, o, onun bu sözlərinə məhəl qoymadan narkotik vasitə satmaqda davam edirdi. Orxan narkotik maddəni əsasən Pərviz adlı şəxsdən alıb satırdı. Buna görə də o «Pərviz» adlı şəxsə məhəlləyə gəlməməsini bildirib, onu qovmuşdu. Onun evindən aşkar olunmuş narkotik vasitə də ondan xəbərsiz Təqsirləndirilən şəxs2 tərəfindən yaşadığı evə qoyulmuşdur. Polislər evə gəlib onu və uşaqları bir otağa qapadıb onların iştirakı olmadan axtarış aparıblar evdə və o qorxusundan imza etmişdir sənədlərə. O satdığı ərzaq məhsulları və digər əşyaları yataq otağında masanın üzərinə yığırdı. Təqsirləndirilən şəxs2 isə tez-tez onlara gəlib konfet və digər ərzaq məhsulları alıb aparırdı. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 narkotik aludəçisi olduğunu, həm də satışı ilə məşğul olduğunu düşünərək, həmin maddənin Təqsirləndirilən şəxs2 məxsus olmasını güman edir. Evdən aşkar edilən narkotik maddələrin kimə məxsus olmasından xəbəri yoxdur, o heç kimdən narkotik maddə almamış və satmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 İsmixan oğlu ifadəsində göstərmişdir ki, o 2007-ci ildən narkotik vasitələrdən istifadə edir. Qanunsuz olaraq nəşə əldə etdiyi üçün xx xxxxxxxx 2014-cü il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən həbs edilmişdi və Qaradağ rayon məhkəməsi tərəfindən barəsində 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi. Lakin, 2 il 01 ay cəza çəkdikdən sonra şərti olaraq azadlığa buraxılmışdım. Azadlığa buraxıldıqdan sonra da narkotik vasitələrdən istifadə etməyə başlamışdı. Hər dəfə narkotik vasitə olan heroini Qaradağ rayonu Qobu və Lökbatan qəsəbələrində tanımadığı ayrı-ayrı şəxslərdən alıb istifadə edirdi. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 09 radələrində yuxudan ayıldı və bədənində şiddətli ağrılar olduğu üçün Təqsirləndirilən şəxs2 taksafonla zəng edib onda narkotik vasitə olub olmamasını soruşdu. Təqsirləndirilən şəxs2 də onda narkotik vasitə olduğunu, gəlib götürməyini bildirdi. O da Təqsirləndirilən şəxs2 yaşadığı Lökbatan qəsəbəsində yerləşən köhnə Su İdarəsinin yaxınlığındakı evə gedərək, ondan siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə heroin narkotik vasitəsi aldı. Bundan sonra o həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoydu və oradan təxminən 200-250 metr aralanmışdı ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanıldı və polis əməkdaşları onu polis bölməsinə dəvət etdilər. Polis bölməsində əynində olan göy rəngli şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs2 aldığı həmin 01 ədəd bükümdə olan heroin narkotik vasitəsi aşkar edilərək götürüldü. Daha sonra həmin narkotik vasitə ilə bağlı protokollar tərtib edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə bölməyə ünvan 5ünvanında yaşayan Şahid13 narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatın dəqiqləşdirilməsi üçün 10-cu PB-nin rəisi Nizami Novruzovun xx xxxxxx 2020-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərarına əsasən tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid13 İsmixan oğlunu Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşəin köhnə Su İdarəsinin yaxınlığında müəyyən edib əməliyyat qrupunun üzvü Şahid1la birlikdə ona yaxınlaşıb xidməti vəsiqə göstərib özlərini təqdim etdilər. Eyni zamanda Şahid13 da özünü təqdim etdikdən sonra həyacanlandı və özünü şübhəli aparmağa başladı. Şahid13 polis bölməsinə dəvət etdilər və bölmədə Şahid13 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bükülmüş halda 01 ədəd gümüşü rəngli siqaret kağızını çıxarıb təqdim etmiş və içərisində heroin narkotik vasitəsi olduğunu və onu Lökbatan qəsəbəsində Su İdarəsinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsdən, eləcə də Orxan adlı şəxsin də narkotik vasitələri Təqsirləndirilən şəxs1 adlı şəxsdən almasını müəyyən etdilər. Bundan sonra əməliyyatın davamı olaraq şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin mənzildə yaşayan özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsin evdə axtarış aparılmasına etirazı olmaması ilə bağlı ərizəsi alındıqdan sonra həmin mənzilə daxil olub orada axtarış aparıldı. Həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otağın küncündə yerləşən sandığın arxasında yerdən döşəmənin üzərindən şəffaf yapışqan lentə bükülmüş selofanda olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürləndi və tərəflərindən imzalandı. Təqsirləndirilən şəxs1 həmin kütlənin nə olmasını soruşduqda isə o, həmin kütlənin nə olduğunu bilmədiyini dedi və həmin heroinə bənzər kütlənin ona məxsus olmadığını bildirdi. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən başqa şübhəli hər hansı əşya və ya kütlə aşkar olunmadı. Həmin mənzildə keçirilən axtarış başa çatdıqdan sonra müstəntiq tərəfindən tərtib olunmuş protokol digər iştirakçılar və onun tərəfindən də imzalanaraq təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə şəxsiyyəti mənə sonradan məlum olan Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı ünvan 6 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin axtarışda digər polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Axtarış başlanmamışdan əvvəl 969 nömrəli iki mərtəbəli evin birinci mərtəbəsində yerləşən nömrəsiz mənzildə yaşayan Təqsirləndirilən şəxs2 axtarış və götürməyə etirazı olmaması ilə bağlı ərizə verdikdən sonra mənzilə daxil olduq və orada digər polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə birlikdə axtarış aparmağa başladılar. Həmin mənzilə daxil olduqda sağdan birinci yataq otağında axtarış aparılarkən televizorun altındakı dolabçanın açıq yerindən şəffaf yapışqan lentə bükülmüş selofanda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu. Həmin kütlə tərəfimizdən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürləndi və həmin zərf imazlanaraq götürüldü. Orxan adlı şəxsdən həmin kütlənin nə olmasını soruşanda, o, həmin kütlənin narkotik vasitə olan kakos (heroin) olmasını, həmin heroini qonşusu olan Zülfiyyə adlı qadından alaraq həm özü istifadə etdiyini, həm də satdığını bildirmişdi. Həmçinin həmin yataq otağında olan çarpayının üzərindən inyeksiya üçün olan bir neçə ədəd şprislər, dolabçanın üzərindən bir ədəd qızıl tərəzisi də aşkar olunaraq götürülmüşdür. Həmin mənzildə keçirilən axtarış başa çatdıqdan sonra müstəntiq tərəfindən tərtib olunmuş protokol digər iştirakçılarla onun tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-ci il tarixdə saat 18:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində işlədiyi kafedən çıxıb yaşadığı evə gedən zaman iki nəfər tanımadığı mülki qeyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələri ilə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdilər. Həmin polis əməkdaşları Lökbatan qəsəbəsi, Massiv 1, ev 969 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini deyib hal şahidi kimi iştirak etməyini xahiş etdilər. O da həmin vaxt boş vaxtı olduğundan həmin polis əməkdaşları ilə razılaşdı və qeyd olunan ünvana onlarla birlikdə getdi. Həmin ünvana gedib çatdıqda orada başqa bir nəfər tanımadığı hal şahidinin və polis əməkdaşlarının olduğunu gördü. Bundan sonra polis əməkdaşları ilə 969 nömrəli iki mərtəbəli evin ikinci mərtəbəsinə yerləşən nömrəsiz mənzildə yaşayan Təqsirləndirilən şəxs1 kimi özünü təqdim edən şəxsin etirazı olmaması ilə bağlı ərizəsi alındıqdan sonra həmin mənzilə daxil oldular və orada polis əməkdaşları axtarış aparmağa başladılar. Həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otağın küncündə yerləşən sandığın arxasında yerdən döşəmənin üzərindən şəffaf yapışqan lentə bükülmüş sellofanda olan qəhvəyi rəngli iştirakçıların sözlərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Həmin kütlə polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq möhürlənərək götürüldü. Zülfiyyə adlı qadından polis əməkdaşları həmin kütlənin nə olmasını soruşanda, o, həmin kütlənin nə olduğunu bilmədiyini dedi və həmin heroinə bənzər kütlənin ona məxsus olmadığını bildirdi. Bundan başqa axtarış zamanı Zülfiyyə adlı qadının yaşadığı mənzildən başqa şübhəli hər hansı bir əşya və ya kütlə aşkar olunmadı. Həmin mənzildə keçirilən axtarış başa çatdıqdan sonra müstəntiq tərəfindən tərtib olunmuş protokol o və digər işirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o ünvan 7 ünvanında kirayədə yaşayır, bir qız, bir oğlan övladı vardır. X8 evlidir, oğlu Xəyal Talıbzadə isə Təqsirləndirilən şəxs2 qayını Abbas adlı şəxsi bıçaqladığı üçün həbs edilib və hazırda cəza çəkir. Təqsirləndirilən şəxs2 bacısıoğludur, Təqsirləndirilən şəxs1 isə oğlu Xəyalın yoldaşıdır. Təqsirləndirilən şəxs2 narkotik aludəçisidir, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbərsizdir. Təqsirləndirilən şəxs1 isə nə narkotikə vasitə istifadəçisidir, nə də onun satışı ilə məşğul olur. Zülfiyyə oğlu həbsdə olduğu üçün İran İslam Respublikasına gedərək oradan müxtəlif vasitələr gətirib sataraq çörəkpulu edirdi. xx xxxxxx 2020-ci il tarixdə Orxan və Zülfiyyə polis əməkdaşları tərəfindən həbs edildi. Onun Orxanın istifadə etdiyi narkotik vasitələri haradan, kimlərdən alması barədə heç bir məlumatı yoxdur. O heç bir vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, bu cür işlərdən hər zaman uzaq olduğunu demişdir. Orxan Zülfiyyənin evinə gedib-gəlirdi. Orxanın öz ailəsi var və o ailəsi ilə birgə yaşayır. Orxan narkotik vasitələdən istifadə edirdi, amma satışı ilə məşğul olmasından məlumatsızdır. Polis axtarış həyata keçirən zaman o Orxanın evində idi, Orxanın evində şokolad qabının içində narkotik vasitə olduğunu güman etdiyi maddə aşkar olundu. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qizinın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 guya narkotik vasitəni Təqsirləndirilən şəxs1 almaması və evindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması barədə verdiyi ifadəsinə və Təqsirləndirilən şəxs1 qizinın ümumiyyətlə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, K.Orxanın özünü və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 isə özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, K.Orxanın özünü və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 da özünü cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Cinayət işində olan xx xxxxxx 2020-ci il il tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 1114 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR vətəndaşı Şahid13 üzərindən aşkar olunmuş kütlə” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,564 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan üzərində “Naftizin” yazılmış, plastik qabdakı ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və ya psixotrop maddələrə aid olmayan limon turşusudur. Qeyd: heroinin təmiz çəkisi: 0,564 qram, sərf edildi: 0,05 qram, qalıq: 0,514 qram. Cinayət işində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 1128 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş kütlə” yazısı olan zərfdə, bir ədəd bağlamada, təmiz çəkisi 397,015 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş kütlə” yazısı olan zərfdə, bir ədəd bağlamada, təmiz çəkisi 652 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evlərdən götürülmüş heroinlər, Şahid13 götürülmüş heroinlə (bax: 1114 saylı ekspetr rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Qeyd: Təqsirləndirilən şəxs2: heroinin təmiz çəkisi: 397,015 qram, sərf edildi: 0,15 qram, qalıq: 396,865 qram. Təqsirləndirilən şəxs1: heroinin təmiz çəkisi: 652,0 qram, sərf edildi: 0,20 qram, qalıq: 651,8 qram.Şahid13: heroinin təmiz çəkisi: 0,514 qram, sərf edildi: 0,03 qram, qalıq: 0,484 qram. Cinayət işində olan Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti keçirilməsi baradə xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 6 ünvanında, mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otağın küncündə yerləşən sandığın arxasında yerdən döşəmənin üzərindən şəffaf yapışqan lentə bükülmüş selofanda olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və tərəfimizdən imazlanmışdır. Təqsirləndirilən şəxs1 həmin kütlənin nə olmasını soruşanda, o həmin kütlənin nə olduğunu bilmədiyini demiş və həmin heroinə bənzər kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan başqa axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən başqa şübhəli hər hansı əşya və ya kütlə aşkar olunmamışdır. Həmin mənzildə keçirilən axtarış başa çatdıqdan sonra müstəntiq tərəfindən tərtib olunmuş protokol digər iştirakçılarla bahəm onun tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs2 da kirayədə yaşadığı ünvan 6 ünvanında təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti keçirilməsi barədə xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, axtarış başlanmamışdan əvvəl ünvan 6 ünvanın birinci mərtəbəsində yerləşən nömrəsiz mənzildə yaşayan Təqsirləndirilən şəxs2 axtarış və götürməyə etirazı olmaması ilə bağlı ərizə verdikdən sonra mənzilə daxil olmunmuş və orada digər polis əməkdaşları ilə birlikdə tərəfimdən axtarış aparılmışdır. Həmin mənzilə daxil olduqda sağdan birinci yataq otağında axtarış aparılarkən televizorun altındakı dolabçanın açıq yerindən şəffaf yapışqan lentə bükülmüş selofanda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə tərəfimizdən bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və həmin zərf imazlanaraq götürülmüşdür. Orxan adlı şəxsdən həmin kütlənin nə olmasını soruşanda, Orxan həmin kütlənin narkotik vasitə olan kakos (heroin) olmasını bildirmiş və həmin heroini qonşusu olan Zülfiyyə adlı qadından alaraq həm özü istifadə etdiyini, həmdə satdığını ona bildirmişdir. Həmçinin həmin yataq otağında olan çarpayının üzərindən inyeksiya üçün bir neçə ədəd şprislər, dolabçanın üzərindən bir ədəd qızıl tərəzisi, 01 ədəd borc dəftəri hesab edilən qara rəmgli blaknot aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasinin xx.xx.2020-ci il tarixli, 873 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasinin xx.xx.2020-ci il tarixli, 876 nömrəli ekspertiza rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs1 qizinda müayinə zamani narkomaniya xəstəliyi aşkar olunmur. Təqsirləndirilən şəxs1 qizi narkomaniya xəstəliyindən əzab çəkmir. narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokolla əlavə edilmiş nigah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid11 arasında xx.xx.2014-cü il tarixdə nigah bağlanmış və birgə nigahlarından xx.xx.2014-cü il təvəllüdlü bir oğlan, xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü iki qız övladları vardır. İş materiallarında olan doğum haqqında şəxsiyyət vəsiqlərin sürətindən görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş Teymurova Məlahətin və xx.xx.2008-ci il tarixdə anadan olmuş Teymurov Şəhriyyarın anaları Təqsirləndirilən şəxs1 qizidır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qizina cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qizinın törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qizina cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində hər birinin rolunu ayrı ayrılıqda nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini qismən təqsirli bilərək əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qizinın cəzalarını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin maddi sübutlar otağında saxlanılan Qaradağ rayonu Polis İdarəsinin saxlanc otağında saxlanılan təqsirləndirilən şəxs Şahid13 aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 0,484 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından aşkar edilmiş, ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 396,865 qram qalmış narkotik vasitə heroin, yataq otağında olan çarpayının üzərindən aşkar edilmiş 03 ədəd şprislər, dolabçanın üzərindən aşkar edilmiş bir ədəd qızıl tərəzisi, 01 ədəd borc dəftəri, bundan başqa Təqsirləndirilən şəxs1 aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 651,8 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 qizi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübutlar olan Qaradağ rayonu Polis İdarəsinin saxlanc otağında saxlanılan təqsirləndirilən şəxs Şahid13 aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 0,484 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından aşkar edilmiş, ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 396,865 qram qalmış narkotik vasitə heroin, yataq otağında olan çarpayının üzərindən aşkar edilmiş 03 ədəd şprislər, dolabçanın üzərindən aşkar edilmiş bir ədəd qızıl tərəzisi, 01 ədəd borc dəftəri, bundan başqa Təqsirləndirilən şəxs1 aşkar edilmiş və ekspertiza tədqiqatına istifadə olunan hissə çıxılmaqla 651,8 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-671/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-671/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver