Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-671/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi «Femida» Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonu, Hacıqurbanoba kəndində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Hacıqurban-oba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2020-ci il tarixdə ailəvi olan bacısı Şahid5 ilə avtomobildə gedərkən sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən gəlmiş zənglə bağlı sonuncular arasında hər-hansı şəxsi münasibətlərin olmasından şübhələndiyinə görə həmin məsələyə aydınlıq gətirmək məqsədilə bacısının telefonundan götürdüyü Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə 10 iyun 2020-ci il tarixdə zəng edərək sonuncu ilə həmin gün saat 14 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, X7 arxasında yerləşən «Xəzər» marketin yanında görüşərək öz mobil telefonunda olan bacısı Şahid5 fotoşəklini Zərərçəkmiş şəxs göstərib həmin şəxsi tanıyıbtanımamasını və nəyə görə bacısını narahat etdiyini soruşmuş, cavabında Zərərçəkmiş şəxs əvvəlcə Şahid5 tanıdığını inkar etmiş, lakin Təqsirləndirilən şəxs ona bacısına zəng etdiyini sübuta yetirdiyi üçün davranışı dəyişərək Təqsirləndirilən şəxs təhqiramiz şəkildə əli ilə çıxıb getmə işarəsini göstərdiyi, ardınca isə bacısına zəng etməsini gedib bacısından öyrənməsini dediyi üçün Zərərçəkmiş şəxs qeyd olunan işarəsi və bacısına aid sözlərini özünə və ailəsinə qarşı təhqiramiz hərəkətlər kimi qəbul edərək və bundan qəzəblənərək üzərində olan və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs onlardan biri sağlamlığa dərəcəinə görə ağır zərər vurmuşdur. Qeyd edilən əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçiliyi olmamışdır. Hadisəyə səbəb isə Zərərçəkmiş şəxs 09 iyun 2020-ci il tarixdə evli və körpə uşağı olan bacısı Şahid5 mobil telefonuna zəng etməsi olmuşdur. Həmin gün axşam saatlarında valideynlərinin yaşadıqları Xaçmaz rayonu Hacıqurban-oba kəndindən Aysellə birlikdə Xaçmaz şəhərinə qayıdarkən bacısının telefonuna zəng gəlmiş, bacısı nömrəni tanımadığı üçün telefonu ona uzatmışdır ki, zəngə cavab versin. O, zəngə cavab olaraq «Alo» dedikdə zəng edən şəxs telefonunu söndürmüşdür. Bacısına bir söz demədən bu məsələni araşdırmaq qərarına gəlmişdir. Belə ki, bacısının yoldaşı Rusiyada işlədiyi üçün bacısı tək qalmasın deyə onun yanında qalırdı. Bacısının telefonundan həmin nömrəni götürmüş və 10 iyun 2020-ci il tarixdə bacısı Aysel evdən çıxıb işə gedəndən sonra saat 14 radələrində bir ədəd mətbəx bıçağı götürüb əynindəki şalvarının kəmərinin altına keçirərək evdən çıxmışdır. Bıçaq götürməsinin səbəbi isə o olmuşdur ki, Nizami bacısının telefonuna zəng etdikdə profildəki şəkildən onun ondan canlı və cüssəli olmasını görmüşdür. Həm də şəkildən Nizaminin ondan yaşca böyük olması görünürdü. Onun isə 21 yaşı vardır. Bədən quruluşuna görə arıq və fiziki cəhətdən o qədər də qüvvətli deyildir. Xaçmaz dəmir yolu vağzalına çatanda həmin nömrəyə konturu az olduğu üçün çağırış edib telefonunu söndürmüş, zəng etdiyi telefondan ona zəng gəlmiş və o, adını sonradan bildiyi Nizamidən harada olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Xəzər» marketin qarşısında olduğunu demiş və o, onunla söhbəti olduğunu dedikdə Nizami onu həmin yerə gəlməsini bildirmişdir. Bundan sonra o, piyada «Xəzər» marketin qarşısına getmiş və ora çatandan sonra yenidən Zərərçəkmiş şəxs telefonuna çağırış edib telefonu söndürmüş, bundan az müddət sonra Nizami özü ona zəng etmişdir. Nizaminin telefon nömrəsi sonuncunun şəkli ilə profildə olduğu üçün onu «Xəzər» marketlə üzbəüz yerləşən kafenin qarşısında görüb tanımışdır. Nizamiyə yaxınlaşaraq onun zəng etdiyi qadının qardaşı olmasını bildirmiş, Nizaminin bacısına nə üçün zəng edib zəngə o, yəni Rauf cavab verdikdə telefonu söndürməsinin səbəbini soruşmuşdur. Nizami bacısını tanımadığını dedikdə telefonda olan bacısının şəklini göstərmişdir. Bu zaman o, yalan deyənin ünvanına söyüş söyəcəyini bildirib təkrarən şəkildəki qızı tanıyıb-tanımadığını soruşanda Nizami bu dəfə şəkildə olan Ayseli tanıdığını bildirmişdir. Nizamidən nəyə görə Ayseli narahat etdiyini soruşanda Nizami ona əli ilə alçaldıcı qaydada «çıx-get» işarəsi edərək nə lazımdırsa gedib bacısından soruşmasını demişdir. Nizaminin bu sözünü özünə və ailəsinə təhqir kimi qəbul etmiş, bundan əsəbləşərək özünü saxlaya bilməmiş, evdən götürdüyü və üstündə olan mətbəx bıçağını çıxarıb Nizaminin sinə nahiyəsindən vurmuşdur. Vurduğu zaman hiss etməmişdir, Nizamini neçə dəfə vurub. Artıq istintaq zamanı müstəntiq ona bildirmişdir ki, o, Nizamiyə 2 bıçaq zərbəsi endirmişdir. Həmin vaxt bir neçə şəxsin onlara tərəf qaçdığını görərək oradan qaçaraq uzaqlaşmışdır. Hadisədən sonra N.Nərimanov küçəsi ilə evlərinə tərəf gələndə fikrindən daşınmış və «UnıBank»ın qarşısında dayanmış polis avtomobilinə yaxınlaşaraq törətdiyi hadisə barədə məlumat vermiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Orada törətdiyi hadisəni etiraf etmiş və Nizami Temurxanlını vurduğu bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmək istəyir ki, bacısı Ayseldən onunla Zərərçəkmiş şəxs arasında hər hansı bir münasibətin olub-olmaması barədə əvvəlcədən heç nə soruşmamış və Zərərçəkmiş şəxs ilə söhbət edəcəyi və ya onu vuracağı barədə ona heç nə deməmişdir. Əvvəlcədən Nizamini bıçaqla vurmaq fikri olmamış, Nizami ilə görüşəndə Nizaminin hər şeyi gedib bacısından soruşmalı olduğunu deməsi onu əsəbləşdirmiş və özünü saxlaya bilməyib evdən götürdüyü bıçaqla onu vurmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, Xaçmaz şəhərində «xxxx» Bank ASC-də baş mütəxəssis vəzifəsində işləyirdi. Lakin baxılan məsələ ilə əlaqədar işdən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxsin bacısı Şahid5 banka aztəminatlı ailələrə verilən yardımla əlaqədar verilən bank kartında yaranmış problemlə bağlı müraciət etmiş, onun müraciətinə o baxmış, bununla əlaqədar onlar biri-birinə mobil telefon nömrələrini vermiş, Şahid5 məsələsi ilə bağlı bir neçə dəfə, lakin 10 dəfədən çox olmamaqla telefon əlaqələri saxlamışlar. 09 iyun 2020-ci il tarixdə Ayselə zəng etməsini xatırlamır. Lakin Təqsirləndirilən şəxs ona zənglərini xatırlayır. 10 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, Beynəlxalq Bankın filialının yaxınlığında yerləşən «Dostluq» kafesində dostları Şahid1, Şahid4, Şahid3, Zaur Mustafayev və Səxavət Abasovla birlikdə nahar etmişlər. Bu vaxt istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs telefonun kimə məxsus olduğunu soruşmuş, o, da öz növbəsində zəng edən şəxsdən kim olduğunu soruşmuş və həmin şəxs məqsədini bildirmədən cavabında onunla görüşmək istədiyini demişdir. Bank işçisi olduğu üçün və ona çox sayda insanların müraciət etdiyini nəzərə alaraq ona zəng edən şəxsə görüşmək üçün «Xəzər» marketin qarşısına gəlməsini demişdir. Bundan bir neçə dəqiqə sonra telefonuna həmin nömrədən yenidən zəng gəlmiş və o, həmin şəxslə görüşmək üçün kafedən çıxaraq kafedən 10-15 metr aralıda sonradan adısoyadı Təqsirləndirilən şəxs olduğunu bildiyi Raufla görüşmüşdür. Raufla görüşəndə Rauf ondan söz soruşacağını deyərək adamlar olmayan yerə çəkilməyi təklif etmiş, nə soruşacaqsa elə orada soruşmasını Raufa dedikdə Rauf israrla ondan marketin yan tərəfinə çəkilməyini tələb etmiş, o, Raufa yenə də nə sözü varsa elə orada deməsini bildirdikdə Rauf əlindəki telefonda ona qadın şəkili göstərərək şəkildəki adamı tanıyıbtanımadığınıı soruşmuş, lakin telefonun ekranına gün düşdüyü üçün Raufun göstərdiyi şəkili dəqiq olaraq görə bilməmiş və ondan nə məsələ olduğunu soruşmuş, Rauf isə bildirmişdir ki, həmin qadın onun bacısıdır və onun bacısına zəng etməsi səbəbini izah etməyi tələb etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, lakin həmin mübahisə zamanı o, Raufa əli ilə işarə etməklə «get, bacından soruş» sözlərini deməmiş, Raufu başqa cür təhqir etməmişdir. Gözləmədiyi halda Rauf qəflətən sinə nahiyəsindən döş qəfəsinə zərbə endirmişdir. O, əvvəlcədən Raufun əlində bıçaq və ya başqa hər hansı bir əşya olduğunu görmədiyindən bir anlıq çaşmış, birinci zərbədən sonra özünü qorumaq üçün bir addım geri çəkilmiş və həmin vaxt Raufun əlində bıçağa oxşar alətin olduğunu görsə də Raufun ona yetirdiyi ikinci zərbənin qarşısını ala bilməmiş, ağrıdan qışqırmış, qışqırığına dostları kafedən çıxdığı üçün Rauf qaçaraq oradan uzaqlaşmışdır. Aldığı zərbələrdən yerə yıxılmamış, ayaq üstə qalmışdır. Raufla aralarındakı söhbət və Raufun onu vurması təxminən 3-5 dəqiqə çəkmişdir. Kafedən çıxan dostları ona yaxınlaşaraq sinəsindən qan gəldiyini görmüş və onu Ceyhunun avtomobilinə əyləşdirib Xaçmaz MRXna aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, döş qəfəsinin sağ tərəfinə daxilə nüfuz edən xəsarət var, buna görə də o, orada əməliyyat olunmuşdur. Müalicəsinə sərf etdiyi məbləğlə əlaqədar Təqsirləndirilən şəxs ona 5.000 manat pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs dostudur. 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Xəzər» marketin qarşısında yerləşən «Dostluq» kafesində dostları Şahid3, Şahid4, Şahid2, Səxavət Abasov və Zərərçəkmiş şəxs ilə birlikdə oturub nahar etdikləri zaman Nizaminin telefonuna zəng gəlmiş və Nizami telefon əlində kafedən çıxmış, onlar isə nahar etməyə davam etmişlər. Təxminən 10 dəqiqədən sonra naharı tamamlayıb kafedən çıxdıqda 10-15 metr aralıda Zərərçəkmiş şəxs ilə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs qarşı-qarşıya durub mübahisə etdiklərini, Təqsirləndirilən şəxs qəfildən əli ilə Nizaminin sinə nahiyyəsindən vurduğunu, lakin Raufun əlində hər hansı əşya görmədiyini, Raufa «ey, ey nə edirsən?» deyə qışqırdığını, Nizaminin isə Raufu özündən kənara itələdyini görərək dostları Elmir, Zahir, Şamxal və Səxavətlə birlikdə Nizami ilə Raufu aralamaq məqsədilə onlara tərəf qaçdıqda Rauf onları görüb həmin yerdən qaçıb uzaqlaşmışdır. Nizaminin sinəsindən qan gəlirdi, lakin o, ayaq üstə duraraq müavinətini saxlaya bilmişdir. Vaxt itirməmək üçün Nizamini öz maşınına mindirib Xaçmaz rayon xəstəxanasına çatdırmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Nizaminin bacısına etdiyi zəngə görə mübahisə edərək Nizamiyə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs dostudur. 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Xəzər» marketin qarşısında yerləşən «Dostluq» kafesində dostları Ceyhun, Zahir, Şamxal, Səxavət və Zərərçəkmiş şəxs ilə birlikdə oturub nahar etdikləri zaman Nizaminin telefonuna zəng gəlmiş və Nizami telefon əlində kafedən çıxmış, onlar isə nahar etməyə davam etmişlər. Nizaminin kiminlə görüşüb-görüşməməsini kafedən görməmiş, yalnız təxminən 10 dəqiqədən sonra naharı tamamlayıb kafedən çıxdıqda 10-15 metr aralıda Zərərçəkmiş şəxs ilə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs qarşı-qarşıya durub mübahisə etdiklərini, Təqsirləndirilən şəxs qəfildən əli ilə Nizaminin sinə nahiyyəsindən vurduğunu, Raufun əlində parıltılı bir əşya gördüyünü, Raufa Ceyhunun «ey, ey nə edirsən?» deyə qışqırdığını, Nizaminin isə Raufu özündən kənara itələdyini görərək Nizami ilə Raufu aralamaq məqsədilə onlara tərəf qaçdıqda Rauf onları görüb həmin yerdən qaçıb uzaqlaşmışdır. Ceyhun Nizaminin yanına birinci çatdığı və Nizaminin sinəsindən qan gəldiyini görərək onların köməkliyi ilə Nizamini öz maşınına mindirib Xaçmaz rayon xəstəxanasına aparmışdır. Sonradan bilmişdir ki, Raufla Nizaminin mübahisəsi Nizaminin Raufun bacısına etdiyi zəngə görə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs dostudur. 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Xəzər» marketin qarşısında yerləşən «Dostluq» kafesində dostları Ceyhun, Zahir, Elmir, Səxavət və Zərərçəkmiş şəxs ilə birlikdə oturub nahar etdikləri zaman Nizaminin telefonuna zəng gəlmiş və Nizami telefon əlində kafedən çıxmış, onlar isə nahar etməyə davam etmişlər. Nizaminin kafedən kənarda kiminlə görüşməsini, nə barədə söhbət etməsini kafedə olduqları üçün görməmişdir. Təxminən 10 dəqiqədən sonra naharı tamamlayıb kafedən çıxdıqda 10-15 metr aralıda Zərərçəkmiş şəxs ilə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs qarşı-qarşıya durub mübahisə etdiklərini, Təqsirləndirilən şəxs qəfildən əli ilə Nizaminin sinə nahiyyəsindən vurduğunu, lakin Raufun əlində hər hansı əşya görmədiyini, Raufa Ceyhunun «ey, ey nə edirsən?» deyə qışqırdığını, Nizaminin isə Raufu özündən kənara itələdyini görərək dostları Ceyhun, Zahir, Elmir və Səxavətlə birlikdə Nizami ilə Raufu aralamaq məqsədilə onlara tərəf qaçdıqda Rauf onları görüb həmin yerdən qaçıb uzaqlaşmışdır. Nizamiyə çatdıqda sinəsindən qan gəldiyini görmüşlər. Dərhal Nizamini Ceyhunun maşınına mindirib Xaçmaz rayon xəstəxanasına göndərmişlər. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Nizaminin bacısına etdiyi zəngə görə mübahisə edərək Nizamiyə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs dostudur. 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Xəzər» marketin qarşısında yerləşən «Dostluq» kafesində dostları Şahid1, Şahid2, Şahid3, Səxavət Abasov və Zərərçəkmiş şəxs ilə birlikdə oturub nahar etdikləri zaman Nizaminin telefonuna zəng gəlmiş və Nizami telefon əlində kafedən çıxmış, onlar isə nahar etməyə davam etmişlər. Təxminən 10 dəqiqədən sonra naharı tamamlayıb kafedən çıxdıqda 10-15 metr aralıda Zərərçəkmiş şəxs ilə hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs qarşı-qarşıya durub mübahisə etdiklərini, Təqsirləndirilən şəxs qəfildən əli ilə Nizaminin sinə nahiyyəsindən vurduğunu, lakin Raufun əlində hər hansı əşya görmədiyini, Raufa Ceyhunun «ey, ey nə edirsən?» deyə qışqırdığını, Nizaminin isə Raufu özündən kənara itələdyini görərək dostları Ceyhun, Elmir, Şamxal və Səxavətlə birlikdə Nizami ilə Raufu aralamaq məqsədilə onlara tərəf qaçdıqda Rauf onları görüb həmin yerdən qaçıb uzaqlaşmışdır. Nizaminin sinəsindən qan gəlirdi, lakin o, ayaq üstə duraraq müavinətini saxlaya bilmişdir. Vaxt itirməmək üçün Ceyhun Nizamini öz maşınına mindirib Xaçmaz rayon xəstəxanasına çatdırmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Nizaminin bacısına etdiyi zəngə görə mübahisə edərək Nizamiyə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs isə dostudur. 10 iyun 2020-ci il tarixdə saat 14 radələrində dostları Şahid3, Şahid4, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Xəzər» marketin qarşısında yerləşən «Dostluq» kafesində oturub nahar edərkən Nizaminin telefonuna zəng gəlmiş, bundan sonra Nizami telefonunu götürüb çölə çıxmışdır. Nizami kafedən çıxandan bir neçə dəqiqə sonra, yəni nahar edib əvvəlcə Şahid1, onun arxasınca isə Şamxal, Elmir, Zahir və o da qalxıb kafedən çölə çıxmışlar. Onlar küçəyə çıxanda həmin vaxt Nizaminin «Xəzər» marketin yan tərəfində, onlardan təxminən 10-15 metr aralıda hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ilə dayanıb söhbət etdiyini və həmin vaxt Təqsirləndirilən şəxs qəflətən Nizaminin sinə nahiyyəsindən bir dəfə yumruqla vurduğunu görmüşdür. Bunu görən kimi qabaqda Şahid1, arxasınca da onlar Nizami ilə Raufu aralamaq üçün onlara tərəf qaçmışlar. Təqsirləndirilən şəxs onların gəldiklərini görüb oradan qaçaraq uzaqlaşmışdır. Nizamiyə çatanda Ceyhun Nizaminin köynəyini qaldırmış və sinə nahiyəsinin qanadığını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs Nizamini bıçaqla vurub xəsarət yetirdiyini bilmişlər. Ceyhun onların köməkliyi ilə Nizamini avtomobilinə əyləşdirib Xaçmaz MRX-na aparmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Nizaminin işlədiyi xxxx Bankın müştərisi olan bir qadının qardaşıdır. Mübahisə də məhz həmin qadına görə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs isə X13 rayon filialının əməkdaşı kimi tanıyır. Belə ki, onun həyat yoldaşı 4 ilə yaxındır ki, Rusiyada yaşayıb işləyir. Bu müddət ərzində təxminən 4 dəfə Azərbaycana gəlmiş, lakin son bir il müddətində baş vermiş pandemiya ilə əlaqədar yoldaşı Azərbaycana gələ bilməmişdir. Əri olmadığı üçün qardaşı Rauf onunla və uşağı ilə bir evdə yaşayırdı. Ailəsinin dolanışığı üçün yoldaşı ona köçürmə yolu ilə onun kartına müəyyən məbləğlərdə pul köçürür, həmin kartı o, Xaçmaz şəhərindəki xxxx Bankdan almış, lakin kartda yaranmış problemlə əlaqədar həmin banka müraciət etdikdə o məsələ ilə bankın işçisi Zərərçəkmiş şəxs məşğul olmuşdur. Kartın ona verilməsi ilə əlaqədar Nizamiyə öz mobil telefonunun nömrəsini vermişdir. Nizaminin telefon nömrəsini isə öz telefonunda «Nizami bank» kimi yaddaşa salmışdır. Ona məlum olmayan səbəblərdən Nizami dəfələrlə ona iş vaxtından sonra, hətta gecə vaxtı guya kartla əlaqədar zənglər etmişdir. Həmçinin 09 iyun 2020-ci il tarixdə qardaşı ilə birlikdə evlərinə getdiyi zaman telefonuna zəng gəlmiş, telefona baxdıqda nömrəni tanıya bilməmiş və telefonu danışmaq üçün qardaşı Raufa vermişdir. Rauf alo deyib zəngə cavab verdikdə isə zəng edən şəxs telefonu söndürmüşdür. Sonra həmin nömrəyə baxdıqda bilmişdir ki, zəng edən Zərərçəkmiş şəxs olmuşdur. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs təkrar ona zəng etmiş, o da ona irad tutmuşdur ki, bu saatda niyə ona zəng edir. Qeyd etmək istəyir ki, bir neçə gün ərzində guya kartla bağlı məsələyə görə Nizami ona təxminən 20 dəfə zəng etmişdir. Qardaşı Nizaminin telefon nömrəsini çox güman ki, onun telefonundan götürüb Nizami ilə danışmışdır. O, bunları 10 iyun 2020-ci il tarixdə günün birinci yarısında bilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona zəng edərək əsəbi halda ona demişdir ki, «qardaşın mənimlə görüşmək istəyir, görüşüm yoxsa yox», o da başqa bir şeydən şübhələnmədiyi üçün demişdir ki, görüşmək istəyirsə görüşsün. Həmin vaxt qardaşına da zəng etmiş, lakin qardaşı telefonunu açmamışdır. Əgər o bilsəydi ki, qardaşı Nizami ilə görüşüb sonuncunun etdiyi zənglərə görə mübahisə zamanı Nizamini bıçaqlayacaqdır, o bunun qarşısını alardı. Lakin qardaşı ilə Nizaminin görüşünün belə sonluqla bitəcəyini ağlına belə gətirməmişdir. Qeyd etmək istəyir ki, bank kartını yalnız hadisə baş verəndən sonra ala bilmişdir. Bundan belə nəticə çıxarır ki, Zərərçəkmiş şəxs bilərəkdən hansısa şəxsi maraqları ucbatından kartın verilməsini ləngitmiş, hansı ki, bu məsələ sonda belə bir ağır hadisə ilə bitmişdir. Məhkəmədən qardaşının bağışlanılmasını xahaş edir, çünki qardaşı onun namusunu qorumuş, ona görə bu hadisəni törtmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Belə ki, o özünu Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bildi. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs elan edilib araşdırılmış 10.06.2020-ci il tarixli şifahi ərizə protokolundn müəyyən olunur ki, o, 10 iyun 2020-ci il tarixdə könüllü olaraq Xaçmaz RPŞ-nin əməkdaşlarına təslim olmaqla və 01ədəd bıçaq təqdim etməklə həmin bıçaqla Xaçmaz şəhəri N.Nərimanov küçəsində Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 11.06.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Xaçmaz rayon məhkəməsinin 13.06.2020-ci il tarixli, 4(067)-100/2020 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11.06.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 11 iyun 2020-ci il tarixli, 329 saylı rəyindən müəyyən olunur ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsasən onun bədəni üzərində döş qəfəsinin ön-sağ tərəfində hematoraksla müşahidə olunmuş bir ədəd daxilə keçən, döş qəfəsinin ön-sol tərəfində isə bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaralar kimi, kəsici-deşici alətin (ola bilər bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti 10 iyun 2020-ci il tarixə uyğun gələn xəsarətlər olmuşdur. Bu xəsarətlərdən döş qəfəsinin ön-sağ tərəfində hematoraksla müşahidə olunmuş bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin ön-sol tərəfində bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 22 iyul 2020ci il tarixli, 3/753 saylırəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş köynəyin ön hissəsində çiyin tikişindən 170 mm aşağıda, sağ qolluq dairə tikişindən 190 mm solda bir ədəd 13 mm uzunluqda, ön hissəsində boyunluq dairə tikişindən 120 mm aşağıda, sol qolluq dairə tikişindən 180 mm solda bir ədəd 14 mm uzunluqda, ön hissəsində çiyin tikişindən 240 mm aşağıda, sol qolluq dairə tikişindən 100 mm sağda bir ədəd 30 mm uzunluqda və ön hissəsində çiyin tikişindən 300 mm aşağıda, sol qolluq dairə tikişindən 20 mm sağda bir ədəd 32 mm uzunluqda zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xaprakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq bir predmetin, yoxsa bir neçə predmetin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək ekspertiza tədqiqatından sonra 01 (bir) ədəd kağız zərfə qablaşdırılıb «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 №24» mətninə malik ştampla möhürlənmiş vəziyyətdə Xaçmaz RPŞ-nə qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış soyuq silahların tədqiqi üzrə məhkəmə-trasoloji ekspertizasının 23 iyul 2020-ci il tarixli, 3/754 saylı rəyindən müəyyən oluqnur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyul 2020-ci il tarixli, 1384 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ekspertiza müayinəsi zamanı bir şəxsin zəng edib bacısını narahat etdiyinə görə bıçaqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Ədalər oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 97 saylı, 25.07.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmax RMX-da həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin motivi, əməlin zərərçəkmiş şəxsin bacısına etdiyi və sonuncunun narahat etdiyi çoxsaylı zənglərlə bağlı olması araşdırılmamış, Zərərçəkmiş şəxs “xxxx” Bank ASC-nin Xaçmaz rayon filialının əməkdaşı olması, onun xidmət səlahiyyətləri araşdırılmamış və Təqsirləndirilən şəxs bacısı Şahid5 bank kartı alması üçün Zərərçəkmiş şəxs müraciət etməsi, Zərərçəkmiş şəxs Şahid5 mobil telefon nömrəsini almaqla işdən kənar vaxtlarda, hətta gecə vaxtı onun özünün məhkəmədə göstərdiyi kimi azı 10 dəfə zəng etməsi səbəbləri araşdırılmamış, Zərərçəkmiş şəxs bankdan çıxarılması səbəb və əsasları müəyyən edilməmiş, hansı ki məhkəmədə Zərərçəkmiş şəxs məhz bu hadisədən sonra işdən xaric olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 21 yaşı olmaqla ondan 16 yaş böyük olan, xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə heç bir tanışlığı, ədavəti və düşmənçiliyi almamışdır, sonuncunu bacısına etdiyi cavabsız zənglə bağlı tanımış, bacısına zəng etdikdə profilinin telefonda əks olunduğu zaman kişi cinsindən olduğunun gördüyü üçün, bacısının evli olduğu, bacısının həyat yoldaşının Rusiya Federasiyasında işləyib ailəsinə pul göndərməklə Azərbaycan Respublikasında, ailəsinin yanında olmadığını, lakin özünün bacısı tək qalasın deyə onunla bir evdə qaldığını nəzərə alır, həmçinin məhkəmə Zərərçəkmiş şəxs hadisə vaxtı Təqsirləndirilən şəxs bacısını tanımadığını, ona zənc etmədiyini yalandan deməsini, Təqsirləndirilən şəxs ona bacısına zəng etdiyini sübut etdikdə bədən jesti ilə, yəni təhqiramiz əl işarəsi ilə çıxıb getməsini göstərməsini ardınca isə gedib bacısından ona zəng etməsi səbəbini öyrənməsi deməsini Təqsirləndirilən şəxs tərəfindən namusuna və ailəsinə haqlı olaraq təhqir kimi qəbul etməsi nəticəsinə gəlir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivi kimi onun bacısı Şahid5 kənar şəxsdən ola biləcək narahatçılığı araşdırmaq məqsədi olmuş, yəni bacısının telefonunda Zərərçəkmiş şəxs şəklini sonuncunun profilində gördüyü üçün bu şəxsin bacısından nə istədiyini, bacısına nə üçün zəng edib narahat etməsini müəyyən etməsi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşdükdə isə sonuncunun ona və bacısına təhqiramiz münasibəti və hərəkətlərini gördükdə isə qəsdən ona üzərində olan bıçaqla xəsarətlər yetirmişdir. Belə olan halda onun əməlində xuliqanlıq niyyəti olmamış, əksinə onun törətdiyi hadisə zərərçəkmiş şəxsin davranışının təsiri altında baş vermişdir. Ona görə də törədilən cinayətdə cinayətin motivi kimi digər motivlər çıxış etdiyi üçün Təqsirləndirilən şəxs törətdiyi əməlin motivi kimi xuliqanlıq niyyəti çıxış edə bilməz. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarın 6-cı bəndinə əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə baxşı zamanı Zərərçəkmiş şəxs işlədiyi banka müraciət edən Şahid5 telefon nömrəsini almaqla ona bir neçə dəfə, lakin 10 dəfədən çox olmaqla zənglər etdiyini bildirmiş, öz növbəsində təqsirləndirilən şəxsin bacısı Şahid5 məhkəməyə verdiyi ifadəsində həyat yoldaşının RF-dan onun adına köçürdüyü pulu kart almaqla kartına köçürmək üçün rayonda olan banka müraciət etdiyini, müraciətinə bank işçisi olan Zərərçəkmiş şəxs nın baxdığını, kart məsələsi ilə bağlı Zərərçəkmiş şəxs mobil telefonunun nömrəsini vermiş, Zərərçəkmiş şəxs nömrəsini telefonunda “Nizami bank” kimi yaddaşa salmasını, ona məlum olmayan səbəblərdən Nizami dəfələrlə ona iş vaxtından sonra, hətta gecə vaxtı guya kartla əlaqədar zənglər etmiş, həmçinin 09 iyun 2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxslə birlikdə evlərinə getdiyi zaman telefonuna zəng etmiş, telefonu danışmaq üçün qardaşına vermiş, Rauf “alo” deyib zəngə cavab verdikdə isə zəng edən şəxs telefonu söndürmüşdür. Sonra həmin nömrəyə baxdıqda bilişdir ki, zəng edən Zərərçəkmiş şəxs idi. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs təkrar ona zəng etmiş, o da ona irad tutmuşdur ki, bu saatda ona niyə zəng edir, ümumiyyətlə Zərərçəkmiş şəxs bir neçə gün ərzində guya kartla bağlı məsələyə görə ona təxminən 20 dəfə zəng etmiş, bank kartını isə o bankdan yalnız bu hadisə baş verəndən sonra ala b ilişdir. Bundan belə nəticə çıxarır ki, Zərərçəkmiş şəxs bilərəkdən hansısa şəxsi maraqları ucbatından kartın verilməsini ləngitmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Xaçmaz RPŞ-nin DYPB-nin YPXnin inspektoru polis serjantı Orxan Atamoğlanovun 10 iyun 2020-ci il tarixli patortundan üəyən olunur ki, 10.06.2020-ci il tarixdə, saat 13:50 radələrində həmkarı R.Yarmmmədovla patrul avtomobili ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, “RabitəBank”ın binasının qarşısında Təqsirləndirilən şəxs onlara doğru qaçaraq gəldiyini görüb maşından düşüb ona yaxınlaşmış, Təqsirləndirilən şəxs yanlarına çataraq həyacanlı şəkildə küçənin yuxarı hissəsində bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini bildirib, əlində olan ağ, qırmızı, göy rəngli dəstəyi olan mətbəx bıçağını onlara təhvil verib, etdiyi əmələ görə könüllü şəkildə təslim olduğunu bildirdi. O və R.Yarməmmədov patrul avtomobili ilə Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişdir. Cinayət işində olan 10 iyun 22020-ci il tarixli Təqsirləndirilən şəxs “Şifahi ərizə” protokolundan müəyyən olunur ki, o həmin tarixdə saat 14 radələrində Xamaz şəhəri, N.Nərimanov küçsində, “Xəzər” marketin yaxınlığında bacısı Ayselə zəng edib narahat etdiyi üçün Nizami adlı şəxslə mübahisə etmiş və onu evdən özü ilə götürdüyü bıçaqla xəsarət yetirmişdir. Bundan savayı Təqsirləndirilən şəxs barəsində mhkəmə-psixatrik ekspertizası keçirilən zaman ekspertin hadisənin səbəbləri barədə suallarına cavab olaraq bildirmişdir ki, bir şəxsin zəng edib bacısını narahat etdiyinə görə bıçaqla vurduğunu bildirmişdir. Məhəmə baxışı zamanıtədqiq edilmişsübutlrla sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu onu və bacısını təhqir etməsinə cavab olaraq bıçaqla xəsarət yetirmiş və bu hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü madəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə notarial qadada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin qanunsuz hərəktələrinin təsiri altında törətməsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olması, cavan və subay olması, ilk dəfə cinayət törətməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 126.1-ci maddəsi ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun polis əməkdaşlarına könüllü təslim olunduğu 10 iyun 2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı bıçaq və 01 (bir) ədəd köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 128 (yüz iuirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 (hesabat arayış i/v 219), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün Xaçmaz rayon Vəkil Bürosunun nəfinə 288 (iki yüz səksən səkkiz) manat, müdafəçi Müdafiəçi üçün isə 240 (iki yüz qırx) manat pul “FİDES”Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “10” iyun 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 128 (yüz iuirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd köynək məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X4 üçün 288 (iki yüz səksən səkkiz) manat pul Xaçmaz rayon Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-671/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-671/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver