Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-671/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, İmişli şəhəri, Müşfiq küçəsi, ev 4 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədli qəsəbəsi X2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbayvan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,373 qram; 0,337 qram; 0,242 qram; 0, 365 qram olmaqla, ümumi çəkisi 1, 317 qram psixotrop maddə-metafetamini və bir ədəd bükümdə təmiz çəkisi 4, 710 qram narkotik vasitə-heroini külli miqdarda əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində “Məmmədyarov” adlanan dairəyə kimi daşımış, 14.10.2021-ci il tarixdə saat 07:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində “Məmmədyarov” adına dairənin yaxınlığında özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki boz rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd sarı rəngli qutunun içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,373 qram, 0,337 qram, 0,242 qram, 0,365 qram olmaqla, ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,710 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, o cümlədən bir ədəd üzərində “AOSAİ pocket scale” yazısı və psixotrop maddə metafetaminin izləri olan 5x8 sm ölçüdə qara rəngli elektron tərəzi ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, *2111 taksi şirkətində işləyir. Savalan qəsəbəsinə kanal adlanan dayanacağa müştəri gətirən zaman müştərinin biri düşmüş, digəri isə su və siqaret almaq üçün marketə getmişdir. Maşında müştərini gözləyən zaman üç nəfər polis post patrul maşınında ona yaxınlaşmış, ondan nə etdiyini soruşan zaman o, müştərini gözlədiyini demişdir. Polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya kəsici deşici alətlərin olub-olmadığını soruşan zaman o, əynindəki boz rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd sarı rəngli qabı və bir ədəd elektron tərəzini təqdim etmiş, qabın içərisində narkotik vasitələr olmasını bildirmişdir. Həmin qabı açarkən içərisində üç ədəd sellofan bükümdə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir. Həmin psixotrop maddə-metamfetamini və narkotik vasitə heroini 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev adına Hava Limanının yaxınlığında tanımadığı şəxsdən 40 manat pul verərək ayrı-ayrı bükümlərdə öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə satmadığını, bağışlamadığını və ya təklif etmədiyini, narkotik vasitəni aldığı şəxslə kimlərəsə satmağa dair heç bir danışığı olmadığını, narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımadığını bildirmişdir. O, 15 ilə yaxındır qızıl işi ilə məşğul olduğu üçün tərəzidən istifadə etdiyini demiş, lakin həmin tərəzi ilə aldadılmamaq üçün narkotik vasitələri çəkmişdir. ********** telefon nömrəsi onun istifadəsində olmuş, lakin həmin nömrəyə narkotik vasitələrin sifarişi ilə bağlı hər hansı mesaj gəlməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, üzərində aşkar edilmiş həmin maddələri şəxsi istifadəsi üçün əldə etməsinə dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində “Məmmədyarov” dairəsində Azərbaycan Respublikası DİN-in Əlahiddə X4 əməkdaşları polis nəfərləri polis serjtanı Şahid3 və Şahid2 ilə birlikdə xidmət apararkən bir nəfər piyada şəxsin onları görərkən özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edib, həmin şəxsi Sabunçu RPİ- nin 14-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsində onun üzərinə videoçəkilişlə baxış keçirilmiş və üzərindən heroin və metamfetamin aşkar edilmişdir. Uzun müddət keçdiyindən hadisənin tam təfərrüatını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 8-ci Bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində işləyir. Belə ki, 14 oktyabr 2021-ci il tarixdə saat 07:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində “Məmmədyarov" dairəsində Azərbaycan Respublikası DİN-in Əlahiddə X4 əməkdaşı polis nəfəri polis serjtanı Şahid3 və Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xidmət apararkən bir nəfər piyada şəxsin onları görərkən özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edib, şəxsiyyət vəsiqəsini onlara təqdim etməsini bildirib, üzərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya predmetin olub-olmaması ilə bağlı həmin şəxsi sorğu-sual etmişlər. Həmin şəxs şübhəli davranışları ilə verilən suallara cavabdan yayınaraq onlardan qaçmağa çalışmışdır. Buna görə də onlar həmin şəxsi Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1979-cu təvəllüdlü, Təqsirləndirilən şəxsdur. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulub, sonuncuya vəkil dəvət edilmişdir. Onlar tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edilərək sonuncudan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi dağan edilmiş hər hans maddə olub-olması və əgər vardırsa, videoçəkilişlə üzərində olan əşyaları qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd sarı rəngli kiçik ölçülü qutunu və 01 ədəd elektron tərəzini çıxarıb, masa üzərinə qoymuşdur. Həmin kiçik ölçülü qutu açılmış və qutunun içərisində 04 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristallik, 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddələr vardır. Təqdim etdiyi maddələrin nə olması sualına cavab olaraq Təqsirləndirilən şəxs bu maddələrin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində “Heydər Əliyev adına X3" ətrafında tanımadığı şəxsdən 40 (qırx) manat pul müqabilində aldığını, malı alarkən də həmin tərəzi ilə çəkib götürdüyünü söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 8-ci Bölüyünün polis nəfəri polis serjantı Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4566 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş,üzəridə “Azərbaycan Rspublikası DİN Zərflər üçün № 100" dairəvi möhür əksi “yazı və imzalar olan zərfdə “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr.."yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmizçəkisi'0,373 qr, 0,337 qr,0,242 qr,0,365 qr. olmaqla,ümumi çəkisi 1,317 qram ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 4,710 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş elektron tərəzi” yazı və imzalarolan zərfi açdıqda içərisində bir ədəd üzərində “AOSAİ posket scale” yazılan 5x8 sm ölçüdə qararəngli elektron tərəzinin səthində psoxotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizanın 05 yanvar 2022-ci il tarixli, 14 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş məhkəmə ambulator-psixiatrik ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 2681 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkaq olunmur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinə əlavə edilmiş “diskə baxış keçirilməsi” haqqında 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, diskin yaddaşına “SMS_Tarixçəsi_**********1547_552760079", «SMS_Tarixçəsi_**********1551_552760079», «Zənglərin_Detallamas_**********2330_552760079» adlı 3 ədəd fayl əlavə edilmişdir. "SMS_Tarixçəsİ_**********1547_552760079” adlı fayl açılarkən, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 26.09.2021-ci il tarixdən 13.10.2021-ci il tarixədək olan müddət ərzində göndərilmiş sms mətnlərinin siyahısı qeyd olunmuşdur. Həmin fayla baxış keçirilərkən yalnız ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan yazışmalarda «Galdi bariqa sobətinə, mənə bariqa diyən ailəsindən xəbəri olmayan (söyüş)» mətnli yazının olması, digər yazışmada həmin telefon nömrəsinin sahibinə «Həci» deyə müraciət etməsi iş üzrə əhəmiyyət kəsb etmiş və bu səbəbdən həmin yazışmanın surəti çıxarılıb protokola əlavə edilmişdir. «SMS_Tarixçəsi_**********1551_552760079» adlı 2-ci fayl açılarkən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 24.09.2021-ci il tarixdən 13.10.2021 -ci il tarixədək olan müddət ərzində daxil olmuş sms mətnlərinin siyahısı qeyd olunmuşdur. Həmin fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Mene bir soz demedin axi emi bew manat pulum var bir de papofka mawinka uz baw qirxan hem tokla iwleyir hemi zaryatkayla», «Emi ne olar veziyet cox pisdi gedesi yerde var uwaq abiykti baglamamiw gedimki pul goturum belke men gelim sene teref tez bazar mawinka ola bilmes ki xowuna gelmesin tezedi yaxwilardandi», «Emi menem ay emi ne olar bize sonuncu defede yaxsiliq et qurban olum cavid cox pisti sabah bu vaxta qeder cavide nisiye birdene ver sabah emi manat verecey mene mende sene verecem onu birde ne olar 4 dene corey qend birde sud alda utandim beyax hecne yoxdu evde sabaha qeder bize el tut emi alahaqi sabahdan borcumuzu vereceyik soz verirem qurban olum ne olar yox deme yaziqin gelsin bacin oqluna aqrida qalsa bu isde elinden cixacaq» «Emi gedey nomreni cixardim indi verim sene ne olar ama senden bir xaisim var sende bir dene cabiya o zeirmardan verersen emi olar ?» mətnli yazışmaların olması qeyd olunmuş və həmin yazışmaların surəti çıxarılıb protokola əlavə olunmuşdur. Cinayət işinə əlavə edilmiş “Baxış, axtarış və götürmə aparılması” haqqında 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli gödəkçənin sol yan iç cibindən 01 ədəd sarı rəngli qabı və 01 ədəd elektron tərəzini təqdim edərək həmin qabın içərisində narkotik vasitələr olmasını, bu narkotik vasitələri 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Hava Limanı ətrafı yaxınlığından tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini və aldığı narkotik vasitələri həmin tərəzi ilə çəkdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngli qutunun içərisindən 04 ədəd sellofana bükülmüş metamfetaminə bənzər və 01 ədəd heroinə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olduğu, həmçinin psixotrop maddə olan metamfetaminin xırda bükümlərə bölünməsi, üzərində psixotrop maddə metamfetamin izi olan 5x8 sm ölçüdə qara rəngli tərəzinin aşkar edilməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 05.03.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə CM) 145-ci maddəsinin 4-cü hissəsilə 6 il azadlıqdan məhrum etmə cəzasına, Quba rayon Məhkəməsinin 13.10.2000-ci il tarixli hökmü İlə Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsilə 3 il azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu RPİ-nin saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,197 qram təşkil edən psixotrop maddə metamfetamin, 4,660 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd üzərində “AOSAİ pocket scale” yazısı olan və üzərində psixotrop maddə metamfetamin izi olan 5x8 sm ölçüdə qara rəngli tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd kompakt disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,197 qram təşkil edən psixotrop maddə metamfetamin, 4,660 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd üzərində “AOSAİ pocket scale” yazısı olan və üzərində psixotrop maddə metamfetamin izi olan 5x8 sm ölçüdə qara rəngli tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd kompakt disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-671/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-671/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver