Məhkəmə qərarları › İş №1(101)-671/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-671/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-671/2024 18.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunun, Dəmirçi ərazi dairəsi, Dəmirçi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 7.69 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin narkotik vasitə heroini ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərində qalan hissəsini həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti, 1/10 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, K.Balakişiyev 25/37 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,907 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman evin yataq otağında mavi rəngli plasmas paltar dolabının axırıncı siyirməsində olan uşaq paltarlarının altından 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən təmiz çəkisi 3,783 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2 aprel 2023-cü il tarixdə evindən çıxaraq “Binə atçılığa“ yollanmışdır. O, tikintidə fəhlə işləmiş, həmçinin, həmin tikintidə torpaq sahəsi alıb orada özünə ev tikməyə başlamışdır. O, yaşadığı evdən çıxaraq, yeni tikməyə başladığı evinə yollanmış, çünki yeni aldığı tikinti materiallarını oraya aparmalı olmuşdur. Yeni evinə çatmağa təxminən 200 metr qalmış mülki formada polis əməkdaşları onu saxlayaraq, bir şəkil göstərib, həmin şəkildəki şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. O, tanımadığını bildirdikdə, polis əməkdaşları onun başını qatmağa, onu yubatmağa başlamış, təqribən 3-5 dəqiqə belə davam etmişdir. Daha sonra arxadan mülki formada bir şəxs dəmir parçası ilə ona zərbə endirmiş, həmin zaman aldığı xəsarətlər rəsmi formada öz əksini tapmışdır. O, polislərin nə üçün onu döydüklərini başa düşə bilməmişdir. Daha sonra onu maşının arxasına uzadaraq əli arxadan qandallanmış və onu 25-ci polis bölməsinə aparmışlar. 25-ci polis bölməsində onun əlləri və ayaqları qandallanmış, ona hər cür fiziki və psixi təzyiq göstərməyə başlamışlar. Polis əməkdaşları ona “sənin ailəli olduğunu bilirik, ən yaxşısı gəl sən biz deyəni et, əks halda sənə elə bir maddə ilə cinayət işi açacağıq ki, ailən dağılacaq” deyə bildirmişlər. Polis əməkdaşları bir ədəd “makarov” tipli tapança və bir qram narkotik maddəni stolun üstünə qoyaraq, onların ona məxsus olduğunu yalandan boynuna almalı olduğunu bildirmişlər. Hər cür təzyiq və zorakılığa məruz qalmağına baxmayaraq, o, razılaşmamışdır. Bir qədər sonra videoçəkiliş aparılmış, polis əməkdaşları onun şalvarının sol cibinə narkotik maddə yerləşdirərək bildirmişlər ki, həmin narkotik maddənin çəkisi cəmi 1 qramdır, elektron tərəzi ilə ölçülmüşdür. Əlavə olaraq onu inandırmaq üçün müxtəlif söyüşlər də söymüşlər. Videoçəkiliş vasitəsilə axtarış aparılmazdan öncə polis əməkdaşları onun üzərində olan başda telefonlar olmaqla bütün ona məxsus əşyaları götürmüşlər. O, videoçəkilişdə onların əmr etdiyi kimi danışmamış, böhtanların heç birini boynuna almamışdır. Baş verənləri olduğu kimi danışmış, bu səbəbdən onu yenidən döymüşlər. Bundan sonra aprelin 4-ü onu Qara Qarayev metrosu yaxınlığında yerləşən polis idarəsinə aparmışlar. Orada ondan evinin harada yerləşdiyini soruşmuşlar. Ona evinin yerini xoşluqla onlara deməsə onun üçün “pis” olacağını bildirmişlər. O, başa düşmüşdür ki, evinə də narkotik maddə yerləşdirmək istəyirlər. Ona görə də israrlara baxmayaraq evinin yerini onlara deməmişdir. Polis əməkdaşları bu dəfə fikirlərini dəyişib ona bildirmişlər ki, “gəl onda sənə 1 ov tüfəngi, bir qədər də patron verək”. O, yenə razılaşmamış, bu səbəbdən polis əməkdaşları onu müvəqqəti saxlama yerində kamera olmayan bir küncə apararaq döyməyə başlamışlar. Aprelin 5-i səhər saat 09 radələrində müstəntiq ona bir boş kağız verərək izahat yazdırmış, ardınca müstəntiq onu prokurorun yanına aparmışdır. Orada, yəni müvəqqəti saxlama yerində polislər onu yenidən döymüşlər. Onu həmin gün qan içində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarmışlar. Məhkəmədə də o, eyni məzmunda ifadə vermişdir. 25-ci polis bölməsinin əməkdaşları məhkəmə zalında onu yenidən döymüş, hətta bu səbəbdən Penitensiar Xidmətin konvoyları ilə polislər arasında insident yaşanmışdır. Konvoylar onların gözü qarşısında polislərin onu döyməsinə etiraz etmişlər. O, daha sonra evə zəng etmiş, evə gələrək narkotik maddə yerləşdirəcəklərini bildirərək, həyat yoldaşına cəld evi tərk etməsini tapşırmışdır. O, sübut kim daha sonra həmin zəngin anten məlumatlarını əldə etmişdir. O, hələ də nə səbəbə şərlənərək həbs olunduğunu başa düşə bilmir. O, nəinki narkotik vasitə, heç siqaret və alkoqol vasitələrdən də istifadə etməmişdir. Onu döyənlər içərisində həm bu məhkəmədə şahidlik edənlər, həm də əlavə digər polis əməkdaşları olmuşdur. Ona təyin olunan heç bir vəkili tanımamış, Evində axtarış keçiriləcəyindən də xəbəri olmamışdır. Döyülməsini, haqsız yerə şərlənməsini qətimkan tədbirinin seçildiyi Bakı şəhər Nizami rayon məhkəməsində hakimə də demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bu hadisəyə qədər ümumiyyətlə görməmiş, həmin əməliyyat tədbirində də o, iştirak etməmiş, həmin zaman polis bölməsində də olmamışdır. Polis əməkdaşları onun adından öz istədikləri formada izahat tərtib etmişlər. O, evdə yatan zaman ona zəng gəlmiş və telefonu açdıqda onu polis əməkdaşları polis bölməsinə dəvət etmişlər. O, səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs məhkəməsinin olduğunu, onun da həmin məhkəmədə iştirak etməli olduğunu ona bildirmişlər. Halbuki, onun bu hadisə ilə uzaqdan-yaxından əlaqəsi olmamışdır. O, məsələni aydınlaşdırmaq üçün polis bölməsinə getdikdə onu zorla polislərin xidməti avtomobilinə mindirmişlər və oradan polis idarəsinə gətirmişlər. Ona polis idarəsində məzmunu ona bəlli olmayan sənədlərə imza etdirərək bildirmişlər ki, “sən sadəcə qol çək, məhkəməyə getməzsən”. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, həmin ifadə müstəntiq tərəfindən yazılmış və müstəntiqin ona təzyiq etməsi nəticəsində dindirilmə protokolunu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru Şahid4 ifadəsində göstərdi ki, 6 aprel 2023-cü il tarixdə onların, yəni, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları, o, müstəntiq, ekspert, əməliyyat müvəkkili və CAŞ üzrə kiçik əməliyyat müvəkkilinin iştirakları ilə Təqsirləndirilən şəxs evinə videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Evə daxil olduqdan sonra yataq otağında, uşaq paltarları yığılmış rəfdən narkotik vasitəyə bənzər, şəffaf rəngdə maddələr aşkar olunmuşdur. Onlar həmin maddələri ilk olaraq Təqsirləndirilən şəxs həyat yoldaşına təqdim etmişlər, o isə etiraz edərək həmin maddələrin ərinə məxsus olmadığını, başqa şəxsə aid olduğunu, həmin maddələrin aşkar olunduğu rəfi hər gün təmizlədiyini, ən son bu gün də həmin rəfi təmizlədiyini və aşkar olunan maddələri rəfdə müşahidə etmədiyini onlara bildirmişdir. Onlar həmin zaman videoçəkilişi Təqsirləndirilən şəxs həyat yoldaşına təqdim etmişlər. Təqsirləndirilən şəxs evindən aşkar olunan maddə ilə bağlı müstəntiq tərəfindən protokol tərtib olunmuş, həmin maddə zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətlərində də birbaşa olaraq iştirak etmişdir. Həmin istintaq hərəkətləri videoçəkiliş vasitəsilə aparılmış, əvvəlcə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin aparılması barədə protokol tərtib edilmiş, daha sonra Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, onun üzərindən, gödəkcəsinin cibindən narkotik maddə heroin, yaxud metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin maddə qablaşdırılaraq növü və mənbəyinin aşkar olunması məqsədilə məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Şahid4 suallara cavab olaraq qeyd etdi ki, əməliyyatın keçiriləcəyi barədə məlumat ona şöbə rəisinin müavinindən daxil olmuşdur. Ona kimin məlumat verməsi isə ona məlum olmamışdır. Şəxsin saxlanılması zamanı bilavasitə hadisə yerində olmamış, daha sonra həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs restorandan çıxarkən saxlanılmış, o həmin vaxt tək olmuşdur. Onlar kömək üçün daha sonra getməyi planlaşdırırmışlar. Sonra məlum olmuşdur ki, onların köməyinə ehtiyac qalmadan artıq şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxsi ilk dəfə küçədə saxlanılarkən görmüşdür. O, saxlanılarkən müqavimət göstərməmiş, təqsirləndirilən şəxs fərqli avtomobillərdə polis idarəsinə gəlmişlər. Təqsirləndirilən şəxsin üzərinə baxış videoçəkiliş vasitəsilə keçirilmişdir. Videoçəkilişin kimin vasitəsilə aparıldığını hazırda xatırlamır. Onlar şəxsin üzərindən narkotik maddəyə bənzər vasitələr aşkar etmiş, təqsirləndirilən şəxs isə həmin maddələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sadəcə olaraq həmin maddələrin ona məxsus olmadığını bildirmiş, başqa bir əsaslandırma etməmişdir. Evdə axtarış zamanı hal şahidlərini kimin dəvət etdiyini bilməmiş, amma həmin şəxslər məhəllənin sakinləri olmuşlar. Biri kişi, digəri qadın olmuşdur. Evdə axtarış zamanı evdə təqsirləndirilən şəxsin həyat yoldaşı, valideynləri və azyaşlı uşağı evdə olmuşlar. Nə o, nə də başqa bir əməkdaş daha əvvəl həmin evdə olmamışlar. Təqsirləndirilən şəxsin üzərinə idarədə baxış keçirilən zaman ondan savayı 3 nəfər-videoçəkiliş aparan şəxs, təhqiqatçı və əməliyyat müvəkkili iştirak etmişlər. Təqsirləndirilən şəxsin saxlanıldığı gün nə geyindiyini xatırlamır. Narkotik maddə təqsirləndirilən şəxsin gödəkcəsinin sol cibindən aşkar olunmuşdur. Biz təqsirləndirilən şəxsin üzərinə baxış zamanı ona üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş vasitə olub-olmadığını, varsa təqdim etməsini bildirmişlər, o isə narkotiki maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilən zaman digər polis əməkdaşları onun qoluna girmişlər, bu səbəbdən onun qolunda qandal olub-olmadığını görməmişdir. O, təqsirləndirilən şəxsi polis idarəsində görən zaman isə onun qolunda qandal olmamışdır. Təqsirləndirilən şəxsin istər saxlanılan zaman, istərsə də saxlanıldıqdan sonra polis idarəsinə gətirilənə qədər olan zaman ərzində üzərindən narkotik maddəni çıxararaq atmaq və buna bənzər cəhdinin şahidi olmamışdır. 6 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs evinə keçirilən axtarış zamanı videoçəkiliş kriminalistin vasitəsilə aparılmışdır. Onun həmin andan xatırladığı qədərilə Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı narkotik vasitəyə bənzər maddələrin aşkar olunduğu uşaq paltarları yığılmış rəfin materialı taxtadan yox, plastikdən olmuş və əməliyyatçılar əvvəlcə həmin rəfi yerindən götürərək baxış keçirməyi müzakirə etmişlər. Lakin daha sonra şkafın yeri dəyişdirilməmişdir. Rəfdən narkotik maddəni aşkar edən hazırda xatırlamadığı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı zorakılıq, fiziki və ya başqa formada təzyiq, şiddət olmamışdır. Təqsirləndirilən şəxsin polis idarəsinə gətirilməzdən qabaq hər hansı bir xəsarət alıb-almadığını xatırlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hadisənin üzərindən kifayət qədər uzun vaxt keçdiyi üçün hal-hazırda həmin gün baş verən bir çox hadisə ilə bağlı xüsusatları xatırlamır. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətlərində birbaşa olaraq iştirak etməmişdir. Videoçəkiliş zamanı isə orada olmuşdur. Həmin zaman təhqiqatçının iştirakı ilə narkotik vasitə aşkar olunmuşdur. Şahid1 suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs inzibati binaya əməliyyat müvəkilləri tərəfindən aparılmışdır. O, videoçəkilişdə şahid qismində iştirak etmişdir. Onun xidmət apardığı əraziyə aidiyyatı olduğu üçün o, əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat sonrası baxış həm videoçəkiliş, həm də hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hal şahidlərinin anket məlumatları ona məlum olmamışdır. O, həmin hal şahidlərini daha əvvəl görməmiş, onları baxışa kimin dəvət etdiyini də bilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələrin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs daha əvvəllər tanımamış, lakin, onun narkotik maddələrin saxlaması, daşıması və istifadəsi barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı zorakılıq, fiziki və ya başqa formada təzyiq, şiddət tətbiq edilməmişdir. Əməliyyat qrupunun rəhbərinin kim olduğunu xatırlamır. Məlumat əməliyyat qrupunun rəhbərinə daxil olmuşdur. Əməliyyat qeydiyyat işinin açılması və təqsirləndirilən şəxs barəsində hansı sayda məlumatın daxil olması ona məlum olmamışdır. Hal şahidləri polis idarəsində olan videoçəkilişdə iştirak etməmişlər, amma təqsirləndirilən şəxsin evinə aparılan baxışda iştirak etmişlər. Polis şöbəsində baş tutan videoçəkilişdə təqsirləndirilən şəxs, onun müdafiəçisi, təhqiqatçı, əməliyyat müvəkkilləri və o iştirak etmişlər. Mənzilə keçirilən axtarış zamanı orada olan narkotik maddə onun tərəfindən aşkar olunmuşdur. Narkotik maddəni üst-üstə siyirtmələri olan şkafdan aşkar etmişdir. Videoçəkilişdə də əks olunduğu kimi, narkotik maddə aşkar olunmamışdan qabaq onun əli həmin şkafa daxil olmamışdır. Mənzilə ilk olaraq təhqiqatçı daxil olmuş, ona görə də qapını kimin açdığını xatırlamamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri evdə olmuşlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan neçə gün sonra onun evinə baxış keçirildiyini xatırlamır, lakin hər iki prosesin eyni gündə baş vermədiyini dəqiq bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid5 ifadəsində göstərdi ki, o, Nizami RPİ-nin Kriminalistik Təhqiqatlar qrupunun kriminalistidir. Həmin gün hadisə yerinə, yəni Təqsirləndirilən şəxs yaşadığı mənzilə axtarış keçirtməyə getmişlər. O da videoçəkilişin aparılmasında iştirak etmişdir. Həmin videoçəkiliş onun tərəfindən aparılmışdır. Onlar evə daxil olmuşlar. Həmin mənzilə ensiz bir koridor vasitəsilə daxil olunur, koridorun solunda zal, sağ tərəfində isə yataq otağı olmuşdur. Onlar hal şahidlərinin iştirakı ilə baxış keçirməyə başlamışlar, o, əlində video kamera ilə mənzilə keçirilən baxışı lentə almışdır. Bir qədər sonra əməliyyatçılardan biri yataq otağındakı dolabın içərisindən bir büküm aşkar etmişdir. Həmin bükümün içərisində narkotik vasitəyə bənzər maddələr olmuşdur. Təqsirləndirilən şəxsin ailə üzvləri də mənzildə olmuşlar. Daha sonra aşkar olunan narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Ona daha sonra videoçəkilişin sonlanması bildirilmiş və beləliklə, o, kameranı söndürmüş və mənzili tərk etmişdir. Şahid5 suallara cavab olaraq qeyd etdi ki, onlar mənzildə çəkiliş aparan zaman təqsirləndirilən şəxs orada olmamışdır. Mənzildən narkotik maddə aşkar olunan zaman təqsirləndirilən şəxsin ailə üzvləri və həyat yoldaşı etiraz edərək narkotik maddənin Təqsirləndirilən şəxs aid olmadığını bildirmişlər. Onlar təqsirləndirilən şəxsin evinə eyni anda və eyni tərkibdə, o, müstəntiq və digər əməliyyatçılarla birlikdə getmişlər. Mənzilin qapısını onlara kimin açdığını xatırlamır. Çünki o, arxadan gəlirmiş, Təqsirləndirilən şəxs ailə üzvləri evdən heç bir qanunla qadağan olunmuş predmetin çıxmayacağına əmin olmuşlar. Müstəntiq tərəfindən evə hansı məqsədlə gəldikləri və hansı səbəbdən videoçəkiliş aparılacağı ev sahiblərinə izah olunmuşdur. Onlar videoçəkilişi evin içərisindən başlamışlar. Əvvəlcə qonaq otağına, daha sonra yataq otağına daxil olmuşlar. Səhv etmirsə videoçəkiliş bir tam hissədən ibarət olmuşdur. Təqsirləndirilən şəxsin nəyə görə videoçəkilişdə iştirak etmədiyi ona məlum olmamışdır. Təqsirləndirilən şəxs hansı səbəbdən şübhəli şəxs qismində saxlanıldığı ümumiyyətlə ona məlum olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin CAŞ üzrə kiçik əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, onlar ünvanını tam dəqiq xatırlamadığı evə, “Ruslan 93”-ün yaxınlığında, “Araz” marketin üstündəki binada yerləşən mənzilə baxış istintaq hərəkətini yerinə yetirməyə getmişlər. Baxış keçirilən zaman polis əməkdaşı Şahid1 tərəfindən uşaq paltarları saxlanılan şkafın içərisindən şəffaf rəngli bir salafanda narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Müstəntiq tərəfindən müvafiq sənədləşdirilmə aparılmış, protokol tərtib olunmuş, həmin maddə zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid6 suallara cavab olaraq qeyd etdi ki, evə baxış aparılan vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Evə baxış keçirtmək üçün o, Adil müəllim, Şahid1, hazırda ad-soyadını unutduğu bir nəfər polis zabiti, hal şahidləri və müdafiəçidən ibarət bir qrup yollanmışlar. Evdə Təqsirləndirilən şəxs ailə üzvlərindən həyat yoldaşı və qayınatası olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı təkidlə etiraz edərək narkotik maddənin ərinə məxsus olmadığını, narkotik maddənin aşkar olunduğu dolabı hər gün təmizlədiyini və orada belə bir predmetlə rastlaşmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qara Qarayev prospektində, “Araz” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsinə gətirilən zaman üzərinə keçirilən şəxsi axtarışdan sonra onun üzərindən narkotik maddə aşkar olunmuşdur. Daha sonra müvafiq sənədləşdirilmə aparılmış, müstəntiq tərəfindən protokol tərtib olunmuş, həmin maddə zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, qablaşdırılaraq növü və mənbəyinin aşkar olunması məqsədilə məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, Nizami rayonu, 83 saylı Mənzil İstismar Sahəsində xadimə işləyir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı həyətdə olmuş, həmin həyəti süpürmüşdür. O, həmin zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduğunu görmüş və süpürgəni yerə qoyaraq, polis əməkdaşlarının arxasınca evə daxil olmuşdur. Lakin sadəcə olaraq evin çöl qapısından içəri baxmış və başqa heç bir şey görə bilməmişdir. Hadisə haqqında bundan başqa heç bir məlumatı yoxdur. Onu daha sonra müstəntiq Nizami Rayon Polis İdarəsinə çağıraraq qarşısına məzmunu və mahiyyəti ona məlum olmayan sənədlər qoymuş və həmin sənədlərə imza etməyini əmr etmişdir. O, ümumilikdə savadsız insandır, ona imza etdirilən sənədlər barəsində heç bir məlumatı yoxdur. Şahid10 suallara cavab olaraq qeyd etdi ki, Mənzilin qapısının yanında ondan başqa digər şəxslər də olmuş, amma həmin şəxsləri tanımamışdır. Digər Şahid9 isə tanımışdır, belə ki, o, onunla eyni yerdə, 83 saylı Mənzil İstismar Sahəsində işləyir. Şahid9 də həmin zaman onunla eyni yerdə olmuş, həyətdə işləmişdir. Onlar həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çoxlu şəxsin toplaşdığını görmüşlər və orada nə baş verdiyini öyrənmək üçün sonuncu bəhs olunan yerə yaxınlaşmışlar. O, sırf marağından həmin evə yaxınlaşmış, daha sonra içəridən tanımadığı şəxslər onu içəri çağırmışlar, lakin, o, getməmişdir. Evdə həmin zaman nə baş verdiyi bugünə qədər ona məlum olmamışdır. Müstəntiq onu həm evə, həm də daha sonra idarəyə çağıraraq müxtəlif sənədlərə imza etməyə məcbur etmişdir. Həmin sənədlərin məzmunu ona məlum olmamışdır. O, həmin evin qarşısında başqa şəxslərin olubolmadığını, əgər varsa onların da oxşar məzmunlu sənədlərə imza edib-etmədiyini bilməmişdir. O, mənzilə gəldikdə polis əməkdaşları artıq içəridə olmuşlar. O, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmır. Müstəntiqin ona imzalamaq üçün təqdim etdiyi sənədləri oxuya bilməmiş, məzmunu ona aydın olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, onları, yəni, o və Şahid10 işlədikləri Bakı şəhəri, Nizami rayonu, 83 saylı MİS-dən Təqsirləndirilən şəxs yaşadığı evə hal şahidi kimi aparmışlar. Həmin zaman evdə xatırladığı qədərilə Təqsirləndirilən şəxs həyat yoldaşı və qayınatası olmuş, ola bilsin ki, digər ailə üzvləri də orda olmuşdur. Lakin, hazırda onları xatırlamır. Həmin zaman onlarla birlikdə evə gələn təxminən 5-6 nəfər polis əməkdaşı olmuşdur. Amma hazırda həmin polislərin ayrı-ayrılıqda anket məlumatlarını xatırlamır. O, şəxsən həmin gün nəyin şahidi olduğunu, içəridə nələr baş verdiyini görmək bir qırağa qalsın, heç işin mahiyyətini belə bilməmişdir. Onlar arxada dayanmışlar. Polis əməkdaşları evə baxış keçirmişlər. Bir qədər sonra tərkibi və növü onlara məlum olmayan bir predmeti bizə göstərərək “bunu gördünüz, bunun şahidi oldunuz“ deyə onlara bildirilmiş, amma həmin predmet haqqında heç bir fikri olmamışdır. Onlara daha sonra həmin aşkar olunan predmetin tərkibinin tədqiq olunması üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Həmin predmeti həqiqətən gördüklərinə, aşkar olunmasına şahid olmaqlarına dair müəyyən sənədlərə qol çəkmişlər. Polis əməkdaşları ona sadəcə olaraq həmin predmeti gətirərək əllərində göstərmişlər. Həmin predmetin haradan və necə aşkar olunması, tərkibi və s. xüsusiyyətləri ona məlum olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı aşkar olunan predmetə nəzərən bildirmişdir ki, ora uşaq paltarlarını yığdığı dolabdır, oranı səhər özü nizamlamışdır, amma bu predmet həmin zaman orada olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Fətulayeva (Teymurova) Gülgəz Nizami qızı ifadəsində göstərdi ki, 2 aprel 2023-cü il tarixində, gecə saatlarında həyat yoldaşı Təqsirləndirilən şəxs tutulmuşdur. Onların həmin gecə həyat yoldaşının saxlanıldığından xəbərləri olmamışdır. Daha sonra həyat yoldaşı telefonla zəng edərək idarədə olduğunu bildirmişdir. Onlar səhəri gün polis idarəsinə getmişlər. Oradan həyat yoldaşının polis maşınında aparıldığını görmüşlər və həmin anda həyat yoldaşı qışqıraraq polis əməkdaşlarının evə gələcəyini və evə də narkotik maddə yerləşdirəcəyini deyərək, evə heç kimi buraxmamaqları barədə onları tənbeh etmişdir. Eyni zamanda həyat yoldaşı qan içində olmuş, hiss olunurmuş ki, o polislər tərəfindən döyülmüşdür. Polis idarəsində müstəntiq onlarla söhbət etmiş və evə çay içməyə gələcəyini və bu məsələlərə son qoymaq istədiyini bildirmişdir. Daha sonra müstəntiq onların evinə gəlmişdir. Elvin həmin vaxt X3 olmuş və hər gün evə zəng edərək onlarla danışmışdır. Müstəntiqin gəlməyindən təxminən 5 dəqiqə sonra qapı yenidən döyülmüş, müstəntiq atasına bildirmişdir ki, “sən əziyyət çəkmə, mən qapını açacam”. Müstəntiq qapını açdıqdan sonra evə birdən-birə çoxlu adamlar daxil olmuş, onlar polis əməkdaşları olmuşlar. Onların sayı təxminən 12-13 nəfər olmuş, hətta onların bir hissəsi evə yerləşmədiklərindən müstəntiq bəzilərini evdən çölə çıxartmışdır. Müstəntiq atasına bildirmişdir ki, əlində kağızı var, evdə axtarış aparılmalıdır. Əvvəlcə mətbəxdən başlamışlar. Ən son paltarları olan şkafı axtarmağa başlamışlar. O, həmin ana qədər polislərə nəzarət edirmiş, lakin şkaf olan otaq çox balaca olduğundan o, oraya polislərlə birlikdə daxil olmağa utanmış və digər otaqda gözləmişdir. Həmin zaman uşağının paltarlarını yığdığı siyirtmənin içərisindən narkotik maddə aşkar olunmuşdur. O, etiraz edərək uşağının paltarlarının içərisində narkotik maddənin olma ehtimalının olmadığını, uşağın paltarlarını hər gün, son olaraq həmin gün nizama saldığını və orada heç vaxt narkotik maddə ilə qarşılaşmadığımı bildirmişdir. Şahid11 suallara cavab olaraq bildirdi ki, həyat yoldaşının nəyə görə narkotik maddə ilə tutulduğuna dair fikri yoxdur. Həyat yoldaşının həmin polis əməkdaşları ilə hər hansı bir ədavəti, yaxud düşmənçiliyi olmamışdır. Evə ilk olaraq müstəntiq Aqil müəllim gəlmişdir. Narkotik maddəni aşkar edən adını və digər anket məlumatlarını bilmədiyi, sarışın bir oğlan olmuş, o, həmin vaxt digər otaqda olmuşdur. Narkotik maddənin aşkar olunduğu otaqda, onu aşkar edən, videoçəkiliş aparan, Elşən adında başqa bir polis və atası olmuşlar. Elşənə zəng gəlmiş, həmin anda atası ona tərəf dönmüş və eyni anda digər axtarış aparan oğlan səslənərək narkotik maddəni aşkar etdiyini bildirmişdir. Onlar həyat yoldaşını polis idarəsində qanlar içərisində görmüşlər. Həmin vaxt həyat yoldaşı polis maşınında, məhkəmədən idarəyə gətirilirmiş. Elvin ilə özünün istifadəsində olan ********** nömrəli mobil telefonuyla əlaqə saxlamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın, Sərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar əməliyyat müvəkkili Şahid1 raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra 02 aprel 2023-cü il tarixdə ondan, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaranmış və adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 02 aprel 2023-cü il tarixdə saat 20:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev peospekti 1/10 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gəlmişdir. Yolda həmin şəxs özünü çox şübhəli apardığından onun üzərində qanunla qadağan olunmuş nəsə olduğunu düşünüb başdan sonacan həmin şəxsi tam nəzarətdə saxlamışlar ki, üstündə qanunla qadağan əşya, predmet və sair nəsə olsa atmasın. Şöbədə o, raport yazıb həmin şəxsi şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şöbədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu ildə Naxçıvan MR-nın Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Naxçıvan MR-nın, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Şöbə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin yaxınlığından iki nəfər şəxsi Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı iştirak etmək üçün hal şahidi qismində dəvət etmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq dəvət olunmuş hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonra onun, Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili leytenant Şahid1, Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2, hal şahidlərinin və prossesə dəvət olunmuş Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri- qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 26 manat pul və bir ədəd “Araz” marketə aid kart, həmin cins şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu və haradan əldə etdiyini soroşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “həmin maddə onun deyildir və üzərində olmasından xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffav rəngli sellofan bükümdə olan vasitə olan heroinə bənzər maddə zərfə qoyulmuş və DİN-nin 165 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, onlar həmin zərfə və protokola imza etmişlər. Bundan sonra təhqiqtçı tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanaraq Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməlinə görə müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində Nizami rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evində axtarış keçirilən zaman evdən narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 nömrəli məktəbin yaxınlığında yerləşən fərdi evdə kirayə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin yaxınlığından keçərkən mülki geyimdə olmuş polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və cinayət etməkdə şübhəli hesab edilən bir nəfər şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsini üzərində şəxsi axtarış aparılacağını bildirib onu şəxsi axtarışda hal şahidi kimi iştirak etməyi dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşıb 25-ci Polis Şöbəsinin binasına gəlmişdir. Şəxsi axtarış aparılan zaman ondan başqa adını sonradan bildiyi Fərman adlı şəxs də hal şahidi kimi iştirak etmişdir. Bakı şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsində ona və Fərman adlı bir nəfər hal şahidinə hüquq və vəzifələrini izah etmişlər. Hüquqları izah edildikdən sonra onun, Fərman adlı digər hal şahidinin, orada olan vəkilin və polis əməkdaşlarının iştirakı ilə 25-ci polis şöbəsində otaqların birində əvvəllər tanımadığı sonradan adının ona Təqsirləndirilən şəxs kimi təqdim olunan şəxsin üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra təklif olunmuşdur ki, üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 26 manat pul və bir ədəd “Araz” marketə aid kart, həmin cins şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddənin olduğu müşahidə olunmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu və haradan əldə etdiyini soroşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “həmin maddə onun deyildir və üzərində olmasından xəbəri olmamışdır”. Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan vasitə olan heroinə bənzər maddə zərfə qoyulmuş və DİN-nin 165 saylı möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Onlar həmin zərfə və protokola imza etmişlər. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Elvinlə heç bir münasibəti də olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2023-cü il tarixli 6/1932 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar olan qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,907 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 45-48) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 6/2029 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan, “Azərbaycan Respublikası CM-nin 234.1-İ-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə keçirilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,783 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 3,783 qram heroinlə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6/1935...03 aprel 2023-cü il” sözləri qeyd edilmiş vəziyyətdə təqdim edilmiş kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,857 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 150-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 26 may 2023-cü il tarixli 3244 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 215-216) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. (iş vərəqə 217-220) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 09 aya endirilərək saxlanmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya haqqında qərarının 4,9,2,9,3 bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq 03 aya endirilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını sonunadək çəkib qurtarmışdır. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi qeyd olunmuşdur. Həmin şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün ona aid olmadığını və üzərində olmasından xəbəri olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin protokolu imza etməkdən imtina etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol videoçəkiliş olmadan, iki hal şahidinin iştirakı ilə aparılmışdır. (iş vərəqə 35-36) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinə əsasən, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)- 176/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, hazırki iş üzrə hal şahidi Şahid8 X2 AR CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hal şahidi qismində ifadə vermiş, qeyd olunan iş üzrə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-239/2019 saylı hökmündən görünür ki, X9 AR CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şahid8 hal şahidi qismində iştirak etmişdir. Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(008)-53/2016 saylı, xx.xx.2017-ci il tarixli, 1(008)-52/2017 saylı və xx.xx.2017-ci il tarixli, 1(008)-100/2017 saylı hökmlərindən görünür ki, Şahid8 qeyd edilən cinayət işləri üzrə hal şahidi kimi iştirak etmişdir. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-278/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1(011)-79/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmlərindən görünür ki, Şahid8 həmin cinayət işləri üzrə də hal şahidi qismində iştirak etmişdir. Yuxarıda qeyd edilmiş hökmlərdən göründüyü kimi, hazırki cinayət işi üzrə videoçəkilişsiz həyata keçirilən şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətində iştirak etmiş iki hal şahidindən biri Şahid8 mütəmadi olaraq hal şahidi kimi müxtəlif cinayət işlərində iştirak etmişdir. Şahid8 özü də məhkəmə iclasında ifadə verən zaman hazırkı cinayət işi üzrə əməliyyat tədbirində iştirak etmədiyini, şəxsi axtarış zamanı polis bölməsində olmadığını, polis əməkdaşlarının onu zorla xidməti avtomobilə mindirərək, polis idarəsinə apardıqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, həmin ifadənin müstəntiq tərəfindən yazıldığını və müstəntiqin ona təzyiq etməsi nəticəsində dindirilmə protokolunu imzaladığını bildirdi. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Eləcə də, cinayət-prosessual qanunvericiliyə əsasən, hal şahidinin istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq, iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək hüquqları vardır. Lakin, ibtidai istintaq orqanı şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti zamanı ciddi prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə olan halda, 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol cinayət işi üzrə sübut kimi qəbul oluna bilməz və həmin protokol yalnız müvafiq pozuntu faktlarını müəyyən edir. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsinə dair ərizəni, şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolu, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolu; şübhəli şəxsin tutulması haqqında protokolu, eləcə də digər sənədləri imzalamamış, həmçinin, izahat verməkdən imtina etmişdir. (iş vərəqə 16; 17; 23; 24; 37) İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 48 saatdan artıq müddətdə şübhəli şəxs qismində tutulmuş və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 148.6-cı maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulsa da, cinayət işinin başlanmasına dair qərar 2 gün keçdikdən sonra, yəni, 04 aprel 2024cü il tarixdə qəbul edilmişdir. (iş vərəqə 1) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 148.4-cü maddəsində göstərilmişdir ki, Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Eyni zamanda, 02 aprel 2023-cü il tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolu Təqsirləndirilən şəxs imzalamaqdan imtina etsə də, formal olaraq, həmin protokolda “Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim olunan vəkil Sehran Əkbərov tərəfindən cinayət prosesində hüquqlarının müdafiə olunmasını istəyir” şəklində həqiqiliyi şübhə doğuran ifadələr yazılmışdır. (iş vərəqə 23) Qeyd olunan hal həmin protokolun mötəbərliyinə kifayət qədər şübhə yaradır. Belə olan halda, şübhəli şəxsin AR Cinayət-Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsi ilə təsbit olunmuş müstəqil olaraq müdafiəçi seçmək hüququ təmin olunmamışdır. İş materiallarında olan hal şahidləri Şahid7, eləcə də, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirilmə protokollarından görünür ki, hər iki hal şahidinin üzləşdirmə zamanı ifadələri eyni sözlərlə, tam eyni məzmunda, eləcə də, tam eyni ölçüdə yazılmış, eləcə də, həmin protokollar Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. (iş vərəqə 65-67; 70-72) Bu da, həmin üzləşdirmədə dindirilmə protokollarının formal olduğuna, faktiki olaraq üzləşdirilmənin keçirilmədiyinə dəlalət edir. (iş vərəqə 65-67; 70-72) Həmçinin, qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı demək olar ki, eyni ifadə vermiş hal şahidlərindən birinin Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəni məhkəmə iclasında tamamilə təkzib etməsi, eləcə də, onun mütəmadi olaraq hal şahidi kimi iştirakının məhkəmə hökmləri ilə müəyyən edilməsi, məhkəmədə dindirilməsi mümkün olmamış digər hal şahidi Şahid7 da təqsirləndirilən şəxsin əleyhinə verdiyi ifadələrin mötəbərliyinə əsaslı şübhələr yaradır. Məhkəmə iclasında ifadə vermiş polis əməkdaşları da Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitənin ona aid olmadığını bildirməsini öz ifadələrində göstərmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “İphone” markalı mobil telefona baxış keçirilən zaman hər hansı əhəmiyyət kəsb edən hal müəyyən olunmamışdır. (iş vərəqə 168) Həmçinin, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən olunması, eləcə də, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. (iş vərəqə 214) Eyni zamanda, Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək, məhkəmə iclasında ifadə verən zaman polis əməkdaşları tərəfindən döyülməsini, işgəncələrə məruz qalmasını, eləcə də, qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında qan içində olmasını, gözlə görünən xəsarətlərinin mövcudluğunu qeyd etmişdir. Bu səbəbdən məhkəmə tərəfindən həmin iclasın audio-videoyazısının əldə edilməsi üçün sorğu verilmişdir. Lakin, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli məhkəmə iclasının audio-videoyazısının aparılmadığı qeyd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs arvadı Fətullayeva (Teymurova) Gülgəz Nizami qızı da Elvini polis idarəsindən məhkəməyə aparan zaman gördüklərini və onun qan içində olmasını məhkəmənin diqqətinə çatdırmışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan və tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçirilərkən sağ və sol boyun nahiyyəsində kəsilmiş yaraları, başın alın nahiyyəsində, sağ və sol qollarında, sağ ayağın dizdən aşağı hissəsində qançır izləri aşkar edilmişdir. Qeyd edilən fakt üzrə Nizami rayon prokurorluğunun 28 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (iş vərəqə 257-261) Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs xəsarətlər 05 aprel 2023-cü il tarixdə qeydə alınmış, prokurorluğun araşdırması isə bundan xeyli vaxt sonra 28 iyul 2023-cü il tarixdə aparılmışdır. Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Belə ki, rədd materialından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xəsarətlərin özüözünə yetirilməsi xüsusatları qeyd edilsə də, araşdırmanı aparmış şəxs həmin xüsusat üzrə izahatı alınmış polis əməkdaşlarına bir sual verməyi belə lazım bilməmiş, həmin xüsusat üzrə hər hansı təsdiqedici və ya inkaredici halı araşdırmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması araşdırmanın gec başlaması, həmçinin qəbul edilmiş qərarın məzmunu ilə də aydın olmuşdur. Araşdırmanı aparan şəxs polis əməkdaşlarının formal, eyni məzmunlu ifadələri ilə kifayətlənərək, cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Halbuki, araşdırma zamanı belə Təqsirləndirilən şəxs israrla ona xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X5rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Avropa Məhkəməsi qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə məhkəmə tərkibi ilk öncədən qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə məlumdur. Məhkəmə tərkibi bu cinayət işinin başlanmasının rədd qərarından fərqli qərar qəbul etməmək üçün hər hansı əsas görmür və hesab edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Eyni zamanda, polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat bildirməmiş, bu barədə hər hansı sənəd olmamışdır. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Beləliklə də, Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Cinayət işinin mahiyyəti üzrə əsas məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə saxlanıldıqdan xeyli müddət keçdikdən sonra, yəni, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış-götürmə istintaq hərəkəti keçirilmişdir. (iş vərəqə 142-144) Halbuki, 02 aprel 2023-cü il tarixdən, 06 aprel 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı mənzildə hər hansı qanunsuz əşyanın saxlanması ilə əlaqədar mötəbər məlumata cinayət işinin materiallarında rast gəlinmir. Yəni, şəxsin saxlanıldığı müddətdən 4 gün keçdikdən sonra onun yaşadığı ünvanda axtarış-götürmə keçirilməsi zərurətinin hansı hallardan irəli gəlməsini ibtidai istintaq orqanı izah etməmişdir. Görünür ki, ibtidai istintaq orqanı hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin kifayət qədər prosessual pozuntularla aparıldığını özü də sezmiş və ittihamı gücləndirmək üçün əlavə “sübutlar” əldə etməyə çalışmışdır. Əks halda, istintaq orqanının 02 aprel 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərarının nəticəvi hissəsində şəxsin üzərinə, olduğu yerə, istifadə etdiyi nəqliyyat vasitəsinə və ən nəhayət mənzilinə axtarış keçirilməsini qərara almasına baxmayaraq, nə üçün şəxsin üzərinə axtarış keçirdikdən sonra isti izlərlə onun mənzilində axtarış-götürmə keçirilməməsi anlaşılan deyildir. (iş vərəqə 5-6) Qeyd edilməli məqamlardan biri də odur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Nizami rayon Polis İdarəsinin müstəntiqinə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar onun iştirakına xitam verilməsini xahiş etmiş və bu ərizə əsasında onun iştirakına xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, təqsirləndirilən şəxs qeyd edilən qərarla tanış edilməmişdir. (iş vərəqə 130-131) Eyni tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar əsasında təqsirləndirilən şəxsin müdafiəçiyə etirazının olub-olmaması araşdırılmadan, ona müdafiəçi seçməsi üçün şərait yaradılmadan Təqsirləndirilən şəxs yeni müdafiəçi təyin olunmuşdur. (iş vərəqə 133- 135) Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16-cı maddəsinə əsasən, vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı hallarda xitam verilmiş hesab edilir: 92.16.1. müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda; 92.16.2. şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda); 92.16.3. cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda. Göründüyü kimi, ibtidai istintaq orqanının müdafiəçinin iştirakına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı da qanunsuz olmuşdur. Eyni zamanda, məhkəmə iclasında ifadə verən Fətullayeva (Teymurova) Gülgəz Nizami qızı ifadəsində dəfələrlə qeyd etmişdir ki, mənzildə axtarış-götürmə keçirilməmişdən öncə istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsilə əri Təqsirləndirilən şəxs ilə telefonla danışmışdır. Şahidin bu məzmunda ifadəsini məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin izahlı qaiməsi də təsdiq edir. Belə ki, həmin izahlı qaiməyə əsasən, Fətullayeva (Teymurova) Gülgəz Nizami qızının istifadəsində olan ***-***-**-** nömrəsi ilə X1 ***-***-**-** nömrəsi arasında xx.xx.2023-cü il tarixdə, saat 15:30-da keçirilmiş mənzildə keçirilmiş axtarış-götürmə istintaq hərəkətindən öncə, yəni, xx.xx.2023-cü il tarixdə, saat 14:34:37-da 242 saniyə danışıq olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, əgər Təqsirləndirilən şəxs yaşadığı mənzildə hər hansı qanunsuz əşya həqiqətən olsaydı, o, çox rahatlıqla öz ailə üzvlərinə telefon danışığı zamanı həmin maddəni evdən kənarlaşdırmaq göstərişi verə bilərdi və ailə üzvlərinin həmin göstərişi icra etmək üçün kifayət qədər zamanı olardı. İkinci məqam ondan ibarətdir ki, Fətullayeva (Teymurova) Gülgəz Nizami qızı videoçəkiliş zamanı da polis əməkdaşlarının narkotik maddə aşkarladıqları otağı və rəfləri səliqəyə saldığını, hər hansı maddəyə rast gəlmədiyini demişdir. İş materiallarından da göründüyü kimi, evdə axtarış-götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokol Gülgəz Teymurova, Fətulla Fətullayev, Nizami Teymurov, Elşən Zeynalov tərəfindən ümumiyyətlə imzalanmamışdır. (iş vərəqə 142-144) Cinayət işinin materiallarında olan evdə axtarış-götürmə aparılması istintaq hərəkətinin videoyazısı olan diskə baxış keçirilən zaman müəyyən edilir ki, həmin videoyazı olduqca keyfiyyətsiz texniki xüsusiyyətlərə malik olmaqla, görüntülər olduqca solğundur. Bundan əlavə, videoçəkiliş olan 1-ci faylın 04:50-ci dəqiqəsindən 05:40-cı dəqiqəsinədək evin mətbəxində olan içərisində hər hansı maddənin gizlədilməsi olduqca rahat ola biləcək müxtəlif qabların içərisinə detallı şəkildə axtarış keçirilmir, hətta müstəntiq bu zaman “həmin əşyalar gündəlik əşyalardır, qadın mətbəxidir” kimi ifadələr işlədərək, sanki, həmin hissədə vaxt itirməyin “lazımsız” olduğunu polis əməkdaşlarının diqqətinə çatdırmaq istəyir. Eyni zamanda, videoçəkilişin 05:07-ci dəqiqəsində axtarış aparan şəxslərin və müstəntiqin əminliklə “xına” adı ilə təqdim etdikləri tozşəkilli maddə onlarda heç bir şübhə yaratmasa da, maraqlıdır ki, müstəntiq tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilməsi nəzərdə tutulan maddə də məhz müstəntiq tərəfindən xınaya bənzədilir. Lakin, nədənsə, ilk halda, yəni, mətbəxdən tapılan tozşəkilli maddə “xına” qablaşdırılaraq müəyyən edilməsi üçün ekspertizaya göndərilmir, lakin, digər maddə qablaşdırılaraq götürülür. Eləcə də, qeyd etmək lazımdır ki, videoyazı olan 2-ci faylın 05:30-cu dəqiqəsindən 06:27-ci dəqiqəsinədək olan müddətdə, yəni, təxminən 01 dəqiqə ərzində Təqsirləndirilən şəxs arvadı Fətullayeva (Teymurova) Gülgəz Nizami qızına həmin otaqda əşyaları qaydaya salmaq imkanı yaradılır. Bu zaman heç kim onunla birgə otağa daxil olmur və həmin otağın qapısı bu zaman bağlı şəkildə olur. Belə olan halda, Fətullayeva (Teymurova) Gülgəz Nizami qızı əgər hər hansı qanunsuz maddə olacağı halda onu otaqdan kənarlaşdırmaq imkanına malik olur. Eyni zamanda, nə üçün digər otaqlara axtarış keçirilməmişdən əvvəl evdə yaşayan Fətullayeva (Teymurova) Gülgəz Nizam qızına həmin otaqlara “əl gəzdirmək” imkanı yaradılmadığı halda, məhz narkotik vasitənin “aşkarlandığı” otağı səhmana salmaq şəraitinin yaradılması da kifayət qədər şübhə doğurur. Sanki, bununla gələcəkdə baş verəcək hadisələrdən sığortalanmağa cəhd göstərilir. Həmçinin, videoçəkilişin 07:00-cı dəqiqəsindən etibarən yalnız Təqsirləndirilən şəxs yaşlı atasının olduğu otaqda videogörüntüdə göründüyü qədər iki polis əməkdaşları bir-birindən fərqli, aralı istiqamətlərdə axtarış aparmağa başlayırlar. Təbii ki, bu zaman axtarışa nəzarət etmək imkanı kifayət qədər çətinləşir. Eləcə də, hər iki şəxsin eyni vaxtda müxtəlif istiqamətlərdə axtarışı həyata keçirməsi nəticəsində, təbii olaraq, onların hər bir hərəkətini çəkiliş vasitəsilə qeydə almaq mümkün olmur. Bütün bu qeyd edilənlər evdə axtarış-götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun da mötəbər sübut kimi qəbul olunması imkanını aradan qaldırır. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 26 may 2023-cü il tarixli 3244 saylı rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Belə olan halda, onun şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroin əldə edərək saxlaması, daşıması ağlabatan deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, "cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Yalnız əməl düzgün tövsif olunduğu təqdirdə, cəzanın törədilmiş cinayətə, onun ictimaitəhlükəlilik dərəcəsinə, xarakterinə uyğun olmasından, ədalət prinsipinə cavab verməsindən danışmaq olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. AR CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bəraət alan şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaq və daşımaq ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 24; 124-127) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınmış və Nizami rayon Polis İdarəsinin məsul saxlanışına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,807 qram və 3,733 qram olan narkotik vasitə heroin həmin narkotik vasitələrin mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılmalı, “evdə axtarış-götürmə” istintaq hərəkətinin videoyazısının əks olunduğu 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı telefonun onun ailə üzvlərinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı 130 (yüz otuz) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 42.2.4. 346-347, 349-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunsun. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınmış və Nizami rayon Polis İdarəsinin məsul saxlanışına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,807 qram və 3,733 qram olan narkotik vasitə heroin həmin narkotik vasitələrin mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılsın, “evdə axtarışgötürmə” istintaq hərəkətinin videoyazısının əks olunduğu 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı telefonun onun ailə üzvlərinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı 130 (yüz otuz) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınsın. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar