Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-671/2025 28.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X12 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X8, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1997-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış “X31” MMC-də fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, 6-cı göl kənarında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində anaları Xanım Məmmədova və qardaşı Şahid5la birlikdə yaşayan bacısı Zərərçəkmiş şəxs ailələrinin razılığı olmasa da, əvvəllər bir neçə dəfə müxtəlif şəxslərlə qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq başqa-başqa şəxslərdən iki övladının doğulmasına baxmayaraq, həmin şəxslərdən aralanaraq yenidən digər şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində olmasından, həmçinin anası və qardaşı ilə birlikdə yaşadığı müddətdə, satıcı işlədiyi Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən «Nə alsan bir manat» adlı mağazada işin saat 21-də bitməsinə baxmayaraq, mütəmadi olaraq evə saat 23 radələrindən sonra və daha gec qayıtmasından, onların iradlarına isə məhəl qoymayaraq «yaxşı edirəm, öz həyatımdı, necə istəyirəm elə də yaşayacağam» deməsindən narazı qalıb, bacısının müxtəlif kişilərlə intim münasibətdə olmasını ehtimal edərək, həyat tərzini, davranışını özünə və ailələrinin nüfuzuna təhqir hesab etdiyindən, həmçinin Zərərçəkmiş şəxs 01 iyul 2024-cü il tarixdə də evə yenidən gec gəlməsini qardaşı Bəhmən Qasımovdan öyrəndikdən sonra Zərərçəkmiş şəxs ailədaxili münasibətlərin pozulması səbəbindən şəxsi münasibətlər zəminində öldürmək qərarına gələrək kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, 6-cı Göl kənarı küçəsində yerləşən fərdi yaşayış evindən həmin gün saat 04 radələrində anasıgilin yaşadığı, ünvan 3 ünvanına gələrək cinayətin törədilməsini asanlaşdırmaq, yəni kənar müdaxilənin olmaması üçün əvvəlcədən qardaşı Şahid5 siqaret almaq bəhanəsi ilə mağazaya göndərdikdən sonra Zərərçəkmiş şəxs anası Xanımla birlikdə yatmış olduqları, işıqları söndürülmüş olsa da, dəhlizdəki işığın düşməsi nəticəsində zəif işıqlanan otağa daxil olub, həmin vaxt arxası üstə çarpayıda uzanaraq yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəni üzərində oturaraq qollarını dizləri altına salıb, boğaz nahiyəsini hər iki əli ilə sıxmaqla boğmağa başlamış, yuxudan oyanıb müqavimət göstərməklə onun əlindən çıxmağa çalışan Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə yumruq zərbəsi vurmaqla müqavimətini tam qıraraq, Zərərçəkmiş şəxs baş nahiyəsində olan əl-üz dəsmalını boğaz nahiyəsinə sarıyıb, boyun üzvlərini dəsmalla sıxmaqla boğmaqda davam edərək boyunun orta 1/3-nin üfüqi istiqamətdə yerləşmiş, təkqatlı, səthi (zəif ifadə olunmuş), enli (geniş), yumşaq konsistensiyalı qapanan stranqulyasiya şırımı və bu fonda boyunun ön səthinin sağ yarısının yuxarı və orta 1/3-nin qançırları, üst və alt dodağın dodaq haşiyəsinin, sağ alt dodağın dodaq haşiyəsinin sol yarısının sıyrıqlarından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə həmin vaxt otağa daxil olan qardaşı Şahid5 onu arxadan tutaraq geriyə doğru çəkməklə, «burax öldürəcəksən» deyə qışqırmasına, həmçinin anası Xanım Məmmədovanın da yuxudan oyanıb Şahid5la birlikdə ona mane olaraq Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışmalarına baxmayaraq, o, Zərərçəkmiş şəxs bədəni hərəkətsiz qalanadək boğmaqda davam edib, boyun üzvlərinin dəsmalla sıxılması nəticəsində törənmiş mexaniki stranqulyasion asfiksiya nəticəsində sonuncunun ölməsinə nail olaraq, zərərçəkmiş şəxsin yaxın qohumları hesab edilən anası Xanım Məmmədova və qardaşı Şahid5 gözləri qarşısında, sonunculara xüsusi əzab verərək və bunu dərk etməklə arzulayaraq, xüsusi amansızlıqla və yatmış vəziyyətdə olduğuna görə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs boğaraq qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadə verməkdən imtina etdiyini və ibtidai istintaq dövründə ifadə verdiyini bildirmişdir. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Təhminə təkrarən ailə həyatı quranda onların heç birindən icazə almamış, ədəb-ərkanla ailə həyatı qurmamışdır. Əvvəlki ailə həyatı quranda da Təhminə ilə razı olmamışlar, həmin adam Təhminənin özündən böyük olmuşdur.. Axırıncı dəfə bacısının yüngül həyat tərzi keçirməsini görmüş və telefon danışıqları olmuşdur. O, narkotikdən arasıra toylarda istifadə etmiş və istifadə etdiyi narkotik yəqin ki, marixuana olmuşdur. O, əməlindən peşman deyil və ibtidai istintaq dövründə verdiyi elan olunmuş ifadələrini təsdiq edir. 5.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, orta təhsilini Şəmkir rayonunun, Kür qəsəbəsində yerləşən Zeynalabdin Tağıyev adına 2 saylı tam orta məktəbdə almış, ailə qurmamış, subaydır. 2017-2018-ci illərdə hərbi xidmətdə olmuş, 20 şentyabr 2020-ci il tarixdə könüllü olaraq ordu sıralarına qayıtmış, Azərbaycan Respublikasının suverenliyi uğurunda gədən döyüşlərdə iştirak etmiş, vətən müharibəsi iştirakçısı, Şuşanın azad olunması medalları ilə təltif olunmuşdur, atası X15 ilə anası X20 1994-cü il tarixdə qeyri-rəsmi ailə qurmuş, həmin evlilikdən üç övladı var. Böyük övlad o, ortancıl övlad 1998-ci il təvəllüdlü qardaşı Şahid5 və kiçik bacısı 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxsdır. Qardaşı Şahid5 ailə qurmamış, Şəmkir rayonunda yaşadığı müddətdə heç yerdə işləməmişdir. Atası 2019-cu ildə Rusiya Federasiyasına getmiş, anası ilə telefon əlaqəsi saxlasa da, övladları ilə ünsiyyət saxlamır. 2021-ci ilin əvvəllərində hərbi xidmətdən qayıtdıqdan sonra təxminən 6 ay Şəmkir rayonunda yaşamış, daha sonra işləmək məqsədi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə tək getmiş, ailə üzvləri Şəmkir rayonunda qalmışlar. Bakı şəhərində ilk öncə günəmuzd işlərdə işləmişdir. Bacısı Təhminə 2019-cu ildə X35 ilə qeyri-rəsmi nikaha daxil olmuş, o, anası, qardaşı həmin münasibətə razı olmamışlar. Bacısı Təhminə evdən gedərək Anarla birlikdə yaşamağa başlamışdır. Sonradan ağsaqqalların məsləhəti ilə barışıq etmişlər, Təhminə ilə Anar ər-arvad münasibətində yaşamağa davam etmişlər, həmin evlilikdən Könül adlı övladları olmuşdur. Anarla Təhminə 2021-ci il tarixdə bir-biri ilə yola getməmələri səbəbindən ayrılmışlar. Anardan ayrıldıqdan sonra Təhminə onlarla birlikdə ünvan 4 ünvanında yaşamış, evə qayıdandan sonra əvvəlki kimi olmasa da, Təhminə ilə münasibətləri nisbətən yaxşı olmuşdur. İlk vaxtlarda Könül Təhminənin himayəsində olsa da, 2022-ci ilin may ayında X4 ilə qeyri-rəsmi nikah münasibətində yaşamağa başladığından Könül atası Anarın himayəsinə verilmiş, hazırda da onunla birlikdə yaşayır. X10 arasında rəsmi nikah olmamış, həmin münasibətdən Məryəm adlı qızları olmuşdur. Təhminə Mamedlə birlikdə yaşamağa başladıqdan sonra o, qardaşı Bəhmanı da öz yanına Bakı şəhərinə aparmışdır. Mamed Məmmədov 2023-cü ildə davadalaş üstündə məhkum olunduqdan sonra Təhminə yenə də ünvan 5 ünvanında anası ilə birlikdə yaşamağa başlamışdır. O, həmin ərəfədə artıq Bakı şəhərində olmuş, Təhminəyə görə Şəmkir rayonuna qayıtmamış, onları el arasında biabır etməsi səbəbindən Təhminə ilə ümumiyyətlə ünsiyyətini kəsmişdir. Təhminə tüfeyli həyat tərzi keçirməyə davam etmiş, ayrı-ayrı şəxslərlə münasibət saxlamışdır. Bəhman ilə o, bir müddət Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən binada kirayədə yaşamışlar. Təhminə ilə anası 2023cü ilin dekabr ayında Bakı şəhərinə köçmüşlər, sonradan onlar, yəni o və Bəhman anası ilə birikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Təhminəyə onlarla yaşamağa icazə vermələrinə baxmayaraq sonuncu yenidən hansısa bir şəxslə qeyri-rəsmi ər-arvad münasibətinə yaşamağa başlamışdır. Həmin şəxsin kim olması barədə hər hansı məlumatı yoxdur. Artıq anası da Təhminədən imtina etmişdir. Anası Bakı şəhərinə gəldikdən sonra çörəkçi, qutab bişirən işləmiş, son dövrdə isə Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova prospektində yerləşən «Bazarstore» mağazasında xadimə kimi işləyir. O, «X31» MMC-də fəhlə kimi işləmiş, Bəhman isə Qaradağ rayonunda yerləşən dəmir zavodunda işləyir. Təhminə ər-arvad münasibətində olduğu səxsdən 2024-cü ilin may ayında ayrılmış, qardaşı Bəhman yenə də Təhminəyə sahib çıxıb onu yaşadıqları ünvana gətirmşdir. Həmin gün o, Təhminəni görmək istəmədiyindən sonuncu evə çatmamış başqa yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu, 6-göl kənarında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Təhminənin ikinci övladı Məryəm 08 may 2024-cü il tarixdə ölmüşdür. Təhminə təxminən son bir aydır Bakı şəhəri Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən «nə alsan 1 manat» adlı xırdavat mağazasında işləmişdir. O, Təhmənin tüfeyli həyat tərzi keçirməsindən utanması səbəbindən sonuncu ilə ünsiyyətdə olmamış, Bəhmanla danışan zaman Təhminənin evə gec saatlarında gəldiyini, ayrı-ayrı şəxslərlə telefonla danışdığını öyrənmişdir. O, yenə də özünü sakitləşdirmiş, Bəhman da Təhminənin hərəkətlərindən utanmış, Təhminə isə öz hərəkətlərinə davam etmişdir. O, dost-tanış içinə çıxanda, qohum-əqrəba ilə görüşəndə utanmışdır. 30 iyun 2024-cü il tarixdə saat 14:00-15:00 radələrində anası və qardaşını görmək üçün Bakı şəhəri, ünvan 3 ünvanında fərdi yaşayış evinə getmiş, anası evdə olmamış, qardaşı ilə bir qədər söhbət etdikdən sonra özlərinə paltar almaq üçün birlikdə Yasamal rayonu, İnşaatçılar qəsəbəsinə getmişlər, qayıdanda saat 22-23 radələrində evin girişində anaları ilə rastlaşmışlar, birlikdə evə daxil olmuşlar, bacısı hələ də evə gəlməmişdir. Evə daxil olduqdan sonra anası Təhminənin işdə olduğunu demişdir. Bir qədər sonra qardaşı Bəhmanla birlikdə kartdan pul çıxarmaq üçün "xxxx" ASC-nin Azadlıq metrosunun yaxınlığındakı ATM-nə yaxınlaşmış, kartdan 470 manat pul çıxarıb Bəhmana verdikdən sonra, Bəhman Təhminənin iş yerinə gedib onu evə aparcağını bildirmişdir. O da buna etiraz etməyərək metroya minib yaşadığı evə getmişdir. Saat 01 radələrində evinə çatmış, evə çatanadək metroda yazışma ilə, evə çatdıqdan bir qədər sonra isə zəng etməklə qardaşı ilə əlaqə saxlayıb evə qayıdıb-qayıtmadığını soruşmuş, Bəhman iş yerində Təhminəni gözlədiyi bildirmişdir. O, Bəhmana evə çatıqda ona xəbər etməsini bildirmiş, təxminən 30 dəqiqədən sonra Bəhman Təhminənin işdən çıxaraq onunla birlikdə evə getmədiyini, müdirin avtomobilinə minərək oradan uzaqlaşdığını, onun isə orada tək qaldığını bildirmişdir. Bəhman evə qayıtdıqdan sonra Təhminənin evdə olduğunu görmüş, evə necə gəldiyini soruşduqda, Təhminə piyada gəldiyini bildirmiş, Bəhman isə yalan danışdığını demişdir. Bəhman bu barədə «Whatsapp» tətbiqində ***-***-**-** saylı sim kartla qeydiyyatdan keçmiş profilə zəng edərək ona məlumat vermişdir. O, isə Bəhmana heç nə etməməsini, onu gözləməsini bildirmişdir. Bir müddətdən sonra, yəni 03:30 radələrində o, anasıgilin yaşadığı evə çatmış, evə çatan zaman bir müddət Bəhmanla küçədə söhbət etdikdən sonra birlikdə fərdi yaşayış evinə daxil olmuşlar. O və Bəhman dəhlizdən sol tərəfdə olan pərdə ilə ayrılmış otağa keçmişlər, orada bir qədər söhbət etmişlər. Anası Xanım və bacısı Təhminə digər otaqda yatmışlar, səsləri gəlməmiş, yatdıqları otağın işiğı sönülü olmuşdur. O, Bəhmanla sonucunun otağında söhbət edən zaman Bəhman Təhminənin evə gec saatlarda gəldiyini, iradlarına məhəl qoymadığını bildirmişdir. Söhbət zamanı Təhminənin hərəkətlərini bir-bir xatırlamış və hərəkətlərinə son qoymaq məqsədi ilə onu öldürmək qərarına gəlmişdir. Bəhman ona Təhminəni öldürməyə mane olmasın deyə isə onu siqaret almaq bəhanəsi ilə mağazaya göndərmişdir. Bəhman ayaqqabısını geyinib giriş darvazasına doğru getmiş, həmin vaxt o, dəhlizdə olmuşdur. Bəhman evdən uzaqlaşdıqdan sonra o, bacısı Təhminə ilə anası Xanımın yatdıqları otağa daxil olmuş, otağın işiqları sönülü olmuş, dəhlizin işiğı otağı bir qədər işıqlandırmışdır. Bacısı anası ilə bir otaqda ayrı-ayrı yataqlarda yatmışdır. Otağa daxil olan zaman Təhminə sol tərəfdə olan yataqda yatmışdır. O, dərhal yatağın üzərinə çıxaraq Təhmənin üzərinə oturmuş, əlləri ilə boğazından tutduqda Təhminə gözlərini açaraq yuxudan oyanmış, həmin vaxt yumruqla Təhminənin üzünə zərbələr endirmiş, zərbənin təsirindən Təhminə səsini çıxara bilməmişdir. Hər iki əli ilə möhkəm sıxaraq Təhminəni boğmağa başlamış, dırnağı Təhminənin burnuna dəydiyindən burnu da qanamışdır. Təhminə onun altından çıxmağa çalışsa da, o, sonuncunun hər iki qolunu dizlərinin altına aldığına görə ona mane ola bilməmişdir. Həmin vaxt Təhminənin başının altında dəsmal olduğunu görmüş, onu daha rahat boğa bilmək üçün həmin dəsmalı Təhminənin boğazına dolayaraq boğmağa başlamışdır. Təhminəni bu qaydada 1-2 dəqiqə müddətində boğmuşdur. Təhminə artıq müqavimət göstərə bilməmiş, hərəkətsiz olmuş, lakin o, sonuncunu boğmağa davam etmişdir. Həmin vaxt qardaşı Bəhmanın səsini eşitmiş, Bəhman onu arxadan tutaraq geriyə doğru çəkməyə başlamış, «burax öldürəcəksən» deyə qışqırmışdır. Lakin Bəhman onu Təhminənin üzərindən geri çəkə bilməmiş, Bəhmanın səsinə anası Xanım da yuxudan oyanmışdır. Anası da onu dartışdırmaqla Təhminəni boğmağa imkan verməmişdir. Qardaşı gah onu geriyə doğru çəkir, gah da Təhminənin ayağında tutub dartırmış ki, sonuncunu onun əlindən ala bilsin. O, artıq Təhminənin dodaqların göyərdiyini, hərəkətsiz olduğunu görüb öldüyünə tam əmin olduqdan sonra onu buraxmışdır. X18 nəbzini yoxlayaraq öldüyünü bildirmiş, ondan niyə belə etdiyini soruşmuş, o isə «Təhminə bizi bütün el-obada biabır edib, onu gərək çoxdan öldürərdim» deyə cavab vermişdir. Anası və qardaşı təcili tibbi yardım stansiyasına zəng etmək istəsələr də, o, «nəyə zəng edirsiniz, onsuz da ölüb, bir az sizinlə danışım, gedirəm təslim olmağa» deyə bildirmişdir. O, anasına və qardaşına onu bağışlamalarını, onları saymayan, ailəsini biabır edən bir adamın yaşamağa haqqının olmadığını bildirmişdir. Özünü yaxşı hiss etmədiyinə görə Bəhmana mağazaya gedib su və siqaret almasını, onlarla bir qədər vaxt keçirib təslim olmağa gedəcəyini bildirmişdir. Bəhman mağazaya gedib-gəldikdən sonra onunla birlikdə evdən çıxıb anasıgilə yaxın ərazidə yaşayan xalası Tamaragilə getmiş, Tamara ilə qapıda görüşmüş, hadisə barədə məlumat vermiş, bacısını öldürdüyünü, təslim olmaq üçün polisə gedəcəyini demiş, Bəhmana isə evə qayıtmasını, anasını tək qoymamasını bildirmişdir. Daha sonra 5-ci polis bölməsinə gedərək könüllü olaraq təslim olmuş, törətdiyi cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, lakin həmin biabırçılaqla yaşaya bilmədiyini qeyd etmişdir. O, Təhminəni əvvəllər də öldürmək istəmiş, həmin niyyəti barədə isə heç kimə məlumat verməmişdir. Lakin hər dəfə Təhminəyə bir şans vermiş, bəlkə etdiyi hərəkətlərdən utanıb onlara layiqli bir bacı olacağını düşünmüşdür. Təhminənin sonuncu hərəkəti, yəni qardaşını kənarda qoyub kənar bir şəxsin avtomobili ilə evə gəlməsi və ailəsini heçə sayması isə onu özündən çıxarmışdır. Bu səbəbdən ona mane olmasın deyə Bəhmanı evdən çıxartmağa çalışmış, çünki Bəhman evdə olsa idi ona Təhminəni öldürməyə imkan verməyəcəkdir. Hadisə anası Xanımın yaşadığı evdə baş vermiş, o, Təhminəni boğan zaman qardaşı çöldə olmuş, siqaret almaq üçün mağazaya getmiş, anası isə yatmışdır. Evdə başqa heç kimin olmadığını bilib fürsətdən istifadə edərək Təhminəni boğub öldürmüşdür. Bacısı Zərərçəkmiş şəxs öldürməsinə səbəb Təhminənin tüfeyli həyat tərzi keçirməsi, ev gecə saatlarında gəlməsi, ailənin adına yaraşmayan hərəkətlər etməsi olmuşdur. O, Təhminənin üzərinə yatdığı yerdə çıxmış və dərhal yumruqla sifət nahiyəsinə zərbələr endirmişdir. Təhminə gözünü acsa da aldığı zərbənin təsirindən qışqıra bilməmişdir. İlkin olaraq Təhminəni əli ilə boğmuş, daha sonra isə başının altında olan dəsmalla boğmuşdur. Buna görə də Təhminə qışqıra bilməmişdir. Onu boğan zaman Təhminə əlləri və bədəni ilə müqavimət göstərməyə çalışsa da, 40-50 saniyədən sonra Təhminənin bədəni tam olaraq hərəkətsiz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs boğan zaman sonuncuya hər hansı küt əşya ilə zərbələr endirməmişdir. Onun Təhminənin müqavimətini tam qırıb boğması təxminən 1-2 dəqiqə davam etmişdir. O, hər hansı xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən əvvəllər təsadüfü hallarda istifadə etmiş, lakin son 5-6 aydır ki, narkotik vasitələr qəbul etmir. Spirtli içkilərdən isə istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almış, hadisə baş verən günü narkotik vasitədən istifadə etməmişdir. O, ***-***- **-** saylı sim kartdan istifadə edir. Hadisə vaxtı otağın işıqlarını yandırmadığına görə Zərərçəkmiş şəxs üzərində olan paltara fikir verməmiş, onun üzərində isə qara rəngli kofta və boz rəngli cins şalvar, qara rəngli corab və qara rəngli idman ayaqqabısı olmuşdur (İ cild, səh. 68-74,158-163, İİİ cild, səh. 18-22). 6.Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, “Bazarstore”də xadimə işləmiş, oğlu Təbriz və Bəhmanla birlikdə yaşamışdır. Oğlu Təbriz “Slavyanka” şirkətində depoda işləmiş, digər oğlu Qaradağda dəmir zavodunda işləmişdir. Qızı isə xırdavat mağazasında satıcı işləmişdir. Qızının birinci həyat yoldaşından uşağı olmuş, ikinci həyat yoldaşından olan uşağı isə rəhmətə getmişdir. Qızı boşananda azyaşlı olduğundan birinci uşağını məhkəmə ona vermişdir. İndi həmin uşaq atası ilə yaşayır. Qızı ikinci dəfə ərə gedəndə uşağı atası götürmüşdür. Qızı ikinci dəfə ailə quranda onlar hamısı narazı olmuşlar. Sonra məhkəmə ilə boşanmışlar və qızı gəlib onların yanında yaşamışdır. Qızı uşağı onun yanında qoyaraq qoşulub başqasına getmişdir. Övladı olduğu üçün sonradan qəbul edərək barışmışdır. Qızının heç bir nikahı rəsmi nikah olmamışdır. Birinci nikahı 16 yaşında olmuşdur. İkinci dəfə ailə quranda uşağı olmuş və yenə qəbul etmişdir. Sonra ikinci ərinin hansısa problemləri olduğundan tutmuşlar. Daha sonra qızı Şəmkirə rayona onun yanına gəlmişdir. Bir müddət onun yanında qalmış, gündəlik işinə gedəndə ona zəng edərək qızının qoşulub qaçdığını demişlər. Ondan əvvəl o da, bibisi də qızının telefonunda danışıqlarını tutmuş, lakin öhdəsindən gələ bilməmişlər. Qızı gedəndən sonra o da Bakıya uşaqlarının yanına gəlmişdir. 2023-cü ilin dekabr ayında Bakıya gələndən sonra “Bazarstore”də işə düzəlmişdir. Həmin vaxtda Bəhman haradansa qızının üçüncü yoldaşından da çıxıb küçələrdə olduğunu bilmişdir. Bundan sonra yollardan yığılması və pis yola düşməməsi üçün qızını yanlarına gətirmək qərarına gəlmişlər. Bəhman gedib qızını gətirmək istəyəndə Təbriz evdən çıxacağını və onunla qalmayacağını demişdir. Bundan sonra Təbrizlə əlaqələri kəsilmişdir. Təbrizlə kənarda görüşmüşlər, amma Təbriz evə gəlməmişdir. Sonra yenə qızının telefonda danışıqlarını tutmuşdur. Qızı onun yanında telefonla danışmış, nə qədər yalvarsa da qulaq asmamışdır. Qızının danışıqlarını o özü görmüşdür. Hadisə günü axşam saat onbirdə işdən gələrkən marşrutla keçəndə qızının mağazada olduğunu görmüşdür. Qızı saat 9-da işdən çıxmalı olduğundan evə gələndə zəng edərək harada olduğunu soruşmuş, qızı mağazada olduğunu, hesabat verdiklərini demişdir. Həmin gün oğlunun hər ikisi gəlib evdə oturaraq deyib gülmüşlər. Ona kiçik oğlunun maaşını aldığını və özlərinə əyin baş aldıqlarını demişlər. Təzə paltarlarını da geyinib göstərmişlər, sonra böyük oğlu çıxıb getmişdir. Bəhman da kartından maaş pulunu çıxarmağa getmişdir. Uşaqları ona heç nə deməmişlər, sonra da Bəhman oradan qızının iş yerinə getmişdir. Evə gəldikdə qızını o da, oğlu da danlamışdır. Həmin vaxt Təbriz evdə olmamışdır. Qızı ona cavab qaytarmış, həmin gün evdə söhbət olmuş, amma dava-dalaş olmamışdır. Söhbətlərini Bəhman da eşitmiş, çünki onun yanında olmuşdur. Sonra da o, səhər işə gedəcəkdiyindən yatmışdır. Bir də səsə qalxaraq işin-işdən keçdiyini görmüşdür. Eyni otaqda onunla qızı ayrı-ayrı çarpayıda yatmışdır. O, Bəhmanın səsinə ayılaraq qışqırışdıqlarını görmüşdür. Elə bilmişdir ki, qızı ilə Bəhman dava edirlər. Oğlu “mama, qoyma öldürdü” demişdir. Təbrizi çölə çıxararaq içəri qayıdanda işdən keçdiyini görmüşdür. Gözünü açanda gördüyü ilk səhnə Bəhmanla Təbrizin dalaşması, Bəhmanın Təbrizi çəkişdirməsi, onların hər ikisinin ayaqda olmaları, qızının da Təbrizin əlində, amma yerə yıxılmış vəziyyətdə olması olmuşdur. 7.Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, o, 1994-cü ildə X15 ilə nikaha daxil olmuş, həmin evlilikdən 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, 1998-ci il təvəllüdlü Şahid5, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adlı üç övladı olmuşdur. O, 1994-1997-ci illərdə ailəsi ilə birlikdə Gədəbəy rayonunun Şəkərbəy kəndində, 1997-2002-ci illərdə Gədəbəy rayonun Qızıltorpaq kəndində yaşamışdır. X5 hərbi xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunmuş, 2002-ci ildə azadlığa çıxdıqdan sonra onlar ünvan 8 ünvanında yaşamışlar. X45 2019-cu ildə Rusiya Federasiyasına getmiş, onunla yalnız telefon əlaqəsi saxlamışdır. Onlar 2020-ci ilə qədər Şəmkir rayonunda yaşamışlar. Oğlu Təbriz 2021-ci ilin əvvəllərində hərbi xidmətdən qayıtmış, təxminən 6 ay Şəmkir rayonunda yaşadıqdan sonra işləmək məqsədi ilə Bakı şəhərinə getmiş, onlar isə Şəmkir rayonunda yaşamağa davam etmişlər. Oğlu Bəhman ailə qurmamış, subaydır. Qızı Təhminə 2019-cu ildə X35 ilə qeyri-rəsmi nikaha daxil olmuş, o və oğulları həmin münasibətə qarşı olmuşlar. Təhminə onların razılığını almadan ailə qurmuşdur. Sonradan ağsaqqalların məsləhəti ilə onlar barışıq etmişlər, Təhminə ilə Anar ər-arvad münasibətində yaşamağa davam etmişlər, həmin evlilikdən Könül adlı övladları var. Anarla Təhminə bir-biri ilə yola getməmələri səbəbindən 2021-ci ildə ayrılmışlar. Ayrıldıqdan sonra Təhminə onlarla birlikdə ünvan 4 ünvanında yaşamış, münasibətləri yaxşı olmuşdur. İlk öncə Könül Təhminənin himayəsində olsa da, 2022-ci ilin may ayında X4 ilə qeyri-rəsmi nikah münasibətində yaşamağa başladığından Könül atası Anarın himayəsinə verilmiş, hazırda da onunla birlikdə yaşayır. X24 arasında rəsmi nikah bağlanmamış, həmin münasibətdən onların Məryəm adlı qızları olmuşdur. İlk vaxtlar Təminə və Mamedlə münasibət saxlamasalar da sonradan övladları olduğundan yenə də Təhminəni bağışlamışlar, münasibət saxlamağa davam etmişlər. Mamed Məmmədov 2023-cü ildə dava-dalaş üstündə məhkum olunduqdan sonra Təhminə yenə də ünvan 4 ünvanında onunla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Bəhman da artıq Təbrizlə birlikdə Bakı şəhərində yaşamışdər. X46 ilə ünsiyyət saxlamamış, Bəhmanın isə Təhminəyə qarşı münasibəti orta olmuşdur. Təhminə onları el-oba içində biabır etdiyndən qardaşlarının ona qarşı münasibəti soyumuşdur. Onunla yaşayan vaxtlarda dəfələrlə Təhminənin ayrı-ayrı şəxslərə telefonla danışdığını eşitmiş, dəfələrlə sonuncuya iradlarını bildirmiş, qardaşların adını fikirləşməsini demiş, lakin Təhminə onun iradlarına məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Həmin vaxtlarda Təhminə Hüseyn adlı bir şəxslə tanış olmuş və ona qoşularaq evdən getmişdir. Bildiyi qədər Hüseyn Kürdəxanı qəsəbəsində yaşamış, lakin onun anket və əlaqə məlumatları onda olmamışdır. O, tək qaldığına görə Bakı şəhərinə köçərək övladlarının yanında yaşamağa başlamış, hazırda yaşadıqları evi icarəyə götürmüşlər. Həmin vaxtlarda qohumlar arasında Təhminənin Hüseyndən də ayrılıb, küçələrdə yaşaması barədə məlumatlar yayılmış, o və oğlu Bəhman Təhminənin yenidən onlarla yaşamasına qərar vermişlər, Bəhman Təhminənin yaşadığı yeri tapıb evə gətirmiş, lakin Təbriz Təhminənin onlarla yaşamasını qəbul etməyərək evdən çıxıb tək yaşamağa başlamışdır. O, Bakı şəhərinə gəldikdən sonra çörəkçi, qutab bişirən işləmiş, son dövrlərdə isə Binəqədi rayonu, Ayna Sultanova prospektində yerləşən «Bazarstore»da xadimə kimi işləmişdir. Növbəli rejimdə işlədiyindən bəzən səhər saatlarında, bəzən isə axşam saatlarında işə getmişdir. Təbriz «X31» MMCdə fəhlə kimi işləmiş, Bəhman Qaradağ rayonunda yerləşən dəmir zavodunda işləmiş, Təhminə isə «nə alsan 1 manat» adlı xırdavat mağazasında işləmişdir. Təhminə yenə də tüfeyli həyat tərzi keçirmiş, ayrı-ayrı şəxslərlə ünsiyyət saxlamışdır. Özü dəfələrlə Təhminənin telefon yazışmalarının, danışıqlarının şahidi olmuşdur. Təhminə ondan çəkinməyərək yanında telefonla danışmışdır. Hər dəfə Təhminəni düz yola çəkməyə çalışsa da xeyri olmamışdır. Təhminə hər gün saat təxminən 08:30-09.00 radələrində işə getmiş, saat 23:00-00:00 radələrində evə qayıtmış, həmin saata qədər harada olduğunu soruşduqda saat 21:00-da işdən çıxdığını, daha sonra dostları ilə görüşdüyünü və bu səbəbdən evə gec gəldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evə gedərkən, avtobusla Təhminən iş yerinin qarşısından keçən zaman hələ də işdə olduğunu görmüşdür. Evə çatdıqdan bir müddət sonra Təbriz və Bəhman evə gəlmişlər. Onunla hal-əhval tutduqdan sonra Bəhman Təhminəni soruşmuş, o, Təhminəni bir qədər əvvəl gördüyünü, hələ də işdə olduğunu demişdir. X40 ilə telefonla danışmış, Təhminə işdə olduğunu bildirmişdir. Təbriz və Bəhman pul çıxaracaqlarını deyib evdən getmişlər. Həmin gün Bəhmanla əlaqə saxlayaraq harada olduğunu soruşanda, Təhminənin iş yerinə gedərək onu gözlədiyini bildirmişdir. Təhminə saat təxminən 02:30 radələrində evə gəlmiş, Bəhmanın harada olduğunu soruşanda, Təhminə Bəhmanın onun işlədiyi yerə gəldiyini, gec saatlarına qədər işdə qalmasına görə müdirlə sözlə mübahisə etdiyini, işdən çıxanda isə Bəhmanı görmədiyini və evə gəldiyini bildirmişdir. Buna görə də o, Təhminənin gəlməsindən təxminən 5-6 dəqiqə sonra “Whatsapp” tətbiqi ilə Bəhmana bacısının evə gəldiyini bildirmişdir. O, Bəhmana mesaj yazaraq bacısının evə gəldiyini bildirmişdir. Daha sonra Təhminəyə acıqlanmış, lakin sonuncu heç nə olmamış kimi hərəkət etmiş, hətta saçına boya çəkmiş, başına sellofan paket keçirmişdir. Bir müddət sonra Bəhman da evə gəlmiş, Təhminədən niyə onu gözləmədiyini, müdirin maşını ilə gəldiyini soruşmuş, Təhminə isə maşınla gəlmədiyini bildirmişdir. Lakin o evin qarşısında maşın dayandığını, maşın qapısının açılıb-bağlanması səsindən sonra yaşadığı evin qapısının açıldığını hiss etmişdir. Bundan sonra Bəhman otağına keçmiş, onlar isə işıqları söndürüb yatmışlar. Gecə yarısı səs-küy eşidərək oyanmış və X11 əlindən almağa çalışdığını görmüşdür. Təbrizin Təhminənin üzərində olduğunu, onu boynunda olan dəsmalla boğduğunu görmüşdür. Bəhman Təbrizi uzaqlaşdırmağa çalışsa da, gücü çatmamışdır. O, Bəhmana kömək etməyə çalışsa da, Təbrizi Təhminənin üzərindən çəkə bilməmişlər. Təbriz təxminən 3-4 dəqiqə Təhminəni boğmağa davam etmiş, daha sonra Təhminəni buraxmışdır. Həmin müdətdə o, hadisənin təsirindən şoka düşdüyündən, ağlamışdır. Bəhman təcili tibbi yardım briqadasını çağırmaq istəmiş, Təbriz isə Təhminəni artıq öldüyünü, təcili tibbi yardım briqadasını çağırmağın mənasız olduğunu, özünün polis bölməsinə gedərək könüllü təslim olacağını bildirmişdir. Bundan sonra Təbriz Bəhmanı siqaret almaq üçün dükana göndərmiş, Bəhman mağazaya gedib-gəldikdən sonra Təbriz səhər saatlarına qarşı evdən çıxıb təslim olmağa getmişdir. Bir müddətdən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisənin səbəbi Təhminənin tüfeyli həyat tərzi keçirməsi, əxlaqsız hərəkətləri və ayrı-ayrı şəxslərlə münasibətdə olması olmuşdur. Hadisə baş verən zaman evdə o, Təbriz və Bəhman olmuşdur. Həmin vaxt o, artıq yatmışdır. O, yalnız Təbrizin Təhminəni boğduğunu görmüşdür. Təbriz Təhminəni boğarkən sonuncunun qışqırıq səsini və yalvarmasını eşitməmiş, o, Bəhmanın səsinə oyanmış, Bəhman «Təhminəni burax öləcəksən» deyə qışqırmışdır. Təbriz Təhminəni boğan zaman sonuncuya hər hansı küt əşya ilə zərbələr endirməmiş, onu sadəcə boğaraq öldürmüşdür. Təbrizinin Təhminəni boğması təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman Təbrizin əynində qara rəngli köynək, cins şalvar və qara rəngli idman ayaqqabısı olmuşdur. Təhminənin əynində ağ rəngli şort və qırmızı və ağ xətləri olan köynək olmuşdur. Hadisə baş verən zaman onun əynində qara rəngli boz naxışlı don, bir cüt qara rəngli yay çəkmələri, bir cüt qara rəngli corab olmuşdur. O, heç bir xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir. O, ***-***-**-** saylı sim kartlardan istifadə edir. Qızı Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-** saylı sim kart olmuşdur (İ cild, səh. 80-85, İİ cild, səh. 8-13). 8.Məhkəmə iclasında Şahid5 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, o, xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, 2008-ci ilədək Gədəbəy rayonunda, 2008-cı ildən 2020-ci ilədək Şəmkir rayonunda yaşamış, 2022-ci ildən isə Bakı şəhərində yaşamış, təxminən 5- 6 aydır ki, ünvan 9 ünvanında kirayə müqaviləsi olmadan ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə bacısı olmuşdur. Onlar Şəmkir rayonunda yaşayan zaman Təhminə Anar adlı şəxslə qeyri-rəsmi ailə qurmuş, həmin evlilikdən 1 qız övladı olmuş və hazırda atası ilə yaşayır. Daha sonra Təhminə Anardan ayrılıb yaşadıqları evə qayıtmış, bir müddətdən sonra Məmməd adlı şəxslə qeyri-rəsmi ailə qurmuş, həmin münasibətdən olan Məryəm adlı qızı təxminən 1 ay əvvəl ölmüşdür. Təhminə Mameddən ayrılaraq yenə də yaşadıqları evə qayıtmış, onlar Bakı şəhərinə köçən zaman Təhminə 3-cü dəfə tanımadığı şəxslə ailə qurmuş və Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə köçdükdən sonra o, bacısını axtarıb tapmış və onlarla yaşamağa razı salmışdır. Təhminə son 4-5 ay idi ki, onlarla birlikdə yaşaymışdır. Qardaşı Qasımov X9 onlara gələnə qədər onlarla yaşamışdır. Təhminə onların evində yaşamağa başladıqdan sonra Təbriz onun hərəkətlərini qəbul edə bilməmiş, çünki Təhminə tüfeyli həyat tərzi keçirmiş, ayrı-ayrı şəxslərlə ünsiyyət saxlamışdır. O özü də dəfələrlə Təhminənin telefon yazışmalarının şahidi olmuş, hər dəfə Təhminənin düzgün yola çəkməyə çalışsa da xeyri olmamışdır. Onlara gəldikdən sonra bacısı özünə iş tapmışdır. Həmin işi kimin vasitəsilə, necə tapdığını bilməmişdir. Təhminə hər gün saat təxminən 08:30-09:00 radələrində işə getmiş, saat 23:00-00:00 radələrində evə qayıtmışdır. Həmin saata qədər harada olduğunu soruşduqda, saat 21:00-da işdən çıxdığını, daha sonra dostları ilə görüşdüyünü və bu səbəbdən evə gec gəldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında pal-paltar almaq üçün qardaşı Təbrizlə İnşaatçılar metrosunun yaxınlığında görüşmüş, alış-veriş etdikdən sonra evə qayıtmışlar, evin girişində anaları ilə rastlaşmışlar. Həmin vaxt bacısı Təhminə hələ evə gəlməmişdir. Anasından Təhminənin harada olduğunu soruşanda, işdə olduğunu bildirmişdir. Anasının deməsinə görə saat 23 radələrində evə gələn zaman Təhminəni işlədiyi mağazada görmüşdür. O, istifadəsində olan 050-61-19-77 saylı sim kartdan Təhminənin istifadəsində olan ***-***-**-** sim karta zəng etmiş, Təhminə ona işlədiyi mağazada olduğunu, iş gördüklərini, işlərini qurtaran kimi evə gələcəyini bildirib telefonu söndürmüşdür. Bundan bir qədər sonra qardaşı Təbrizlə birlikdə kartdan pul çıxartmaq üçün "xxxx" ASC-nin Azadlıq metrosunun yaxınlığındakı ATM-nə yaxınlaşmışlar. Təbriz kartdan 470 manat pul çıxarıb ona verdikdən sonra evinə getmiş, o, Təbrizə Təhminənin iş yerinə gedib onu evə aparcağını bildirmiş, Təbriz də evə çatanda xəbər etməsini istəmişdir. Onlar hər zaman bir-birindən hal-əhval tutub, xəbərləşmişlər. O, Təhminənin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən iş yerinə getmiş, mağazaya daxil olan zaman orada Təhminə, müdiri və müdirin qohumu kimi təqdim edilən bir şəxs olmuşdur. Həmin şəxslərin anket məlumatlarını və əlaqə nömrələrini bilməmişdir. Təhminəyə saatın gec olduğunu, evə getməsini bildirmişdir. Təhminə isə hələ işinin yekunlaşmadığını, işi qurtaran zaman evə gələcəyini bildirmişdir. Həmin vaxt saat 00 radələri olmuşdur. Təhminə ondan evə getməsini istəmiş, istədiyi vaxt gələcəyini bildirmişdir. O, Təhminə ilə mübahisə etməyərək küçəyə çıxmış, onu küçədə gözləyəcəyini bildirmişdir. Anası ona sms yazaraq harada olduğunu soruşan zaman, Təhminəni gözlədiyini bildirmişdir. Təhminəni gözləyən zaman qardaşı Təbrizlə də «whatsapp» sosial tətbiqində danışmış, Təhminənin onlara etdiyi hörmətsizliklər barədə bildirmişdir. Təbriz də Təhminənin hərəkətinə əsəbiləşmişdir. Saat təxminən 02:30 radələrində Təhminə müdiri ilə birlikdə işdən çıxmış və müdirinə məxsus olan metal rəngli avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Daha sonra o, yaşadığı evə getmiş, Təhminənin mağazadan çıxmasından 5-6 dəqiqə sonra anası ona zəng edərək bacısının evə çatdığını bildirmişdir. Təhminə onun küçədə gözlədiyini bildiyi halda müdiri ilə evə getmişdir. Təbriz onunla telefonla danışanda evə çatanda xəbər etməsini bildirdiyindən, Təbrizə zəng edərək Təhminənin evə müdiri ilə getdiyini, onu gözləmədiyini bildirmişdir. Təbriz ona «sən heç nə demə mən gəlirəm» deyə bildirmişdir. Təbrizlə o, istifadəsində olan ***-***-**-** saylı sim kartla əlaqə saxlamış, danışıqları əsasən «whatsapp» sosial tətbiqində olmuşdur. Evə çatanda anası Xanımla Təhminənin sözlə mübahisə etdiklərini eşitmiş, anası Xanım Təhminəyə «subay qızsan, bu vaxt evə gələrlər, qonşular bizə nə deyər» deyə iradlarını bildirirmişdir. Təhminə isə anasının iradlarına məhəl qoymamışdır. O da Təhminəyə «qardaşını qoyub, kənar bir şəxsin avtomobili ilə niyə gedirsən» deyə iradını bildirmişdir. Təhminə isə «yaxşı edirəm, öz həyatımdı, necə istəyirəm elə də yaşayacağam» deyə cavab vermişdir. Qardaşı Təbriz yenə də onunla əlaqə saxlayanda evdə olduqlarını bildirmişdir. Təbriz onların yaşadığı evə gələndə saat 03:30 radələri olmuşdur. Anası və bacısı artıq yatmışlar. Təhminə yataq otağına daxil olanda sol tərəfdəki çarpayıda, anası Xanım isə sağ tərəfdəki çarpayıda yatmışlar. O, Təbrizi küçədə qarşılamş, onunla bir qədər küçədə dayanıb söhbət etmiş, baş verənlər barədə danışmışdır. Daha sonra hər ikisi evə daxil olmuşlar. Onlar dəhlizdən sol tərəfdə olan pərdə ilə ayrılmış onun yataq otağında oturub söhbət etmişlər. Təbriz ondan Təhminənin niyə belə etdiyini, hər zamanmı evə gec gəldiyini soruşmuş, o da Təhminənin çox vaxt evə gec gəldiyini, iradlardan nəticə çıxarmadığını bildirmişdir. Söhbət vaxtı Təbriz ondan şirin su və siqaret almasını xahiş etmiş, o da ayaqqabılarını geyinib küçəyə açılan darvazaya doğru getmişdir. Darvazanın yanına çatan zaman Təbrizinin yataq otağına daxil olduğunu görmüş, bu səbəbdən dayanıb nədən söhbət etdiklərinə qulaq asmaq istəmişdir. Özü içəri daxil olmamışdır ki, söhbət böyüməsin, Təbrizin Təhminəyə iradlarını bildirəcəyini, bəlkə Təhminənin onun sözlərindən nəticə çıxaracağını düşünmüşdür. Təbriz otağa daxil oldundan 2-3 dəqiqə keçsə də heç bir səs gəlmədiyindən və otağın işıqları yanmadığından narahat olaraq yataq otağına daxil olmuş, həmin vaxt Təbrizin Təhminənin üzərinə çıxaraq onu boğduğunu görmüşdür. Bacısı çarpayının üzərində arxası üstə yatmış, qardaşı isə onu ayaqlarının arasına alaraq, üzərində oturub boğmuşdur. Təhminənin əlləri Təbrizin dizinin altında olmuşdur. O, Təbrizi geriyə doğru çəkərək, «burax öldürəcəksən onu» deyə qışqırmış, lakin Təbriz Təhminəni boğmağa davam etmişdir. Səslərinə anası da yuxudan oyanmışdır. Hər ikisi Təbrizi geriyə çəkməyə çalışsalar da, Təbriz Təhminəni boğmağa davam etmişdir. Otağa daxil olandan 1-2 dəqiqə sonra Təbriz Təhminənin üzərindən qalxmışdır. Artıq Təhminə hərəkət etməmiş, nəbzini yoxlayan zaman nəbzində göstərici olmamış, həmçinin dodaqları göyərmiş, ağzı qanamışdır. O, Təhminənin qışqırıq səsini eşitməmiş, şübhələndiyinə görə otağa daxil olmuşdur. Təhminənin boğazında dəsmal olmuşdur. Anası hadisənin təsirindən şoka düşmüş və ayaq üstə donub qalmışdır. O, təcili tibbi yardım briqadasını çağırmaq istəmiş, Təbriz isə Təhminənin artıq öldüyünü və təcili tibbi yardım briqadasını çağırmağın mənasız olduğunu, özünün polis bölməsinə gedərək könüllü təslim olacağını bildirmişdir. Bundan sonra Təbriz onu siqaret almaq üçün dükana göndərmiş. O, yaşadıqları evdən təxminən 10 dəqiqəlik məsafədə yerləşən dükana getmiş, məsafə uzaq olduğundan bel çantası ilə çıxmışdır. Dükandan 01 ədəd 2 litrlik «COCA-COLA» qazlı şirin su, 02 ədəd «HELL» energetik içkisi və «LD» markalı siqaret alaraq yaşadığı evə qayıtmışdır. Təbrizlə bir neçə siqaret çəkmiş, bir qədər sudan içib söhbət etmişlər. Təbriz onların yanında belə bir hadisə törətmək istəmədiyini, lakin Təhminənin tüfeyli həyat tərzi keçirməsini, onları el içində biabır etməsini qəbul edə bilmədiyinə görə onu öldürdüyünü bildirmişdir. Bir müddət evdə olduqdan sonra Təbriz onlara yaxın məsafədə yaşayan xalası Tamaragilə gedərək onunla halallaşmış, daha sonra Təbriz ona evə getməsini, polis əməkdaşları gələn zaman anasını tək qoymamasını deyib təslim olmaq üçün polis bölməsinə getmişdir. O isə evə qayıdıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir müddət sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisənin səbəbi Təhminənin tüfeyli həyat tərzi keçirməsi, əxlaqsız hərəkətləri və ayrı-ayrı kişilərlə münasibətdə olması olmuşdur. Hadisə baş verən zaman evdə o, qardaşı Təbriz və anası Xanım olmuşdur. Hadisə vaxtı o, otağa daxil olan zaman Təbrizin Təhminəni boğduğunu görmüşdür. Əl-üz dəsmalı Təhminənin boğazında, saç rənginin şəffaf sellofanı üzü və boğazında olmuşdur. Hadisədən sonra Təbrizlə söhbət edən zaman, Təbriz Təhminənin üz nahiyəsinə bir neçə yumruq zərbələri vurduğunu, ilk öncə əlləri ilə, sonra isə dəsmalla onu boğaraq öldürdüyünü bildirmişdir. Təbriz Təhminəni boğan zaman o, Təhminənin qışqırıq səsini və yalvarmasını eşitməmiş, otağa daxil olan zaman da Təhminənin səsi gəlməmişdir. Təbriz Təhminəni boğan zaman ona hər hansı küt əşya ilə zərbələr endirməmiş, onu sadəcə boğaraq öldürmüşdür. Təbrizin Təhminəni boğması təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman Təbrizin əynində qara rəngli köynək, cins şalvar və qara rəngli idman ayaqqabısı olmuşdur. Təhminənin əynində gecə paltarı olmuş, paltarların rəngi dəqiq yadında qalmamışdır. O, heç bir xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən əvvəllər təsadüfü hallarda istifadə etmiş, spirtli içkilərdən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Hadisə baş verən günü narkotik vasitədən istifadə etməmişdir. O, ***-***-**-**, ***-***-**-** saylı sim kartlardan istifadə edir. Bacısı Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-** saylı sim kart olmuşdur. Hadisə baş verən zaman onun əynində ağ rəngli qısaqol köynək, yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində «DG» sözləri yazılmış cins şalvar, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı olmuşdur. Əvvəllər istintaqa verdiyi ifadədə Zərərçəkmiş şəxs 01 iyul 2024-cü il tarixdə saat təxminən 02:30 radələrində işdən müdiri ilə birgə çıxdığını və müdirinə məxsus olan metal rəngli avtomobilə əyləşərək oradan uzaqlaşdığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, həmin gün avtomobilə əyləşən onun xalası qızı Şahid2 olmuş və Zərərçəkmiş şəxs isə evə piyada getmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiyi xususatları təsdiq etmişdir. O, isə fərqli ifadə vermiş bu ziddiyəti nə ilə izah edə bilərsiziniz sualına cavab olaraq bildirmişdir ki, o həmin vaxt obyektin girişindən kənarda qaranlıq bir yerdə olmuş, həmdə bir neçə saat əvvəl iki bakal pivə içdiyindən zənn etmişdir ki, avtomobilə əyləşən şəxs onun bacısı Təhminədir. Həmçinin o qeyd etmişdir ki, orada Təhminəni gözlədiyini bildirmiş, Təhminə isə onu gözləməyib hörmətsizlik edərək özbaşına getmişdir (İ cild, səh. 75-79, İİ cild, səh. 90-92). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, saatın neçə olması dəqiq yadında qalmamış, amma səhər saatlarında Bəhman və Təbriz qapını döymüşlər. Onlardan nə olmasını soruşduqda Təbriz bacısını öldürdüyünü və onunla vidalaşmaq üçün gəldiyini demişdir. Ondan hara getdiyini soruşanda təslim olmaq üçün polisə getdiyini demişdir. Bundan sonra onunla görüşmüşdür. O da Təbrizə gedəndə təkid edərək “gedirsənsə mütləq təslim ol” demişdir. 10.Şahid X16 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, nəyə görə öldürdüyünü soruşanda Təbriz ona cəzasını almalı olduğunu və ona görə öldürdüyünü demişdir. Qızın hərəkətlərində problemlər olmuş, amma nə problemlər olduğunu bilməmişdir. Təhminə rayonda ailə həyatı qurandan sonra onun Təhminədən və problemlərindən məlumatı olmamışdır. Təhminə bir-iki dəfə ailə həyatı dəyişdiyindən onların evlərinə gəlməsinə qadağa qoymuşdur. Anası da, qardaşları da onların evlərinə gəlib-getmiş, amma Təhminənin haqqında danışmamışlar. Təhminə ərə gedib ayrılandan sonra tüfeyli həyat tərzi yaşamışdır. Bundan sonra Təhminəni tapıb gətirmişlər, həmin vaxt Təbriz ona “xala, mən onunla üzbəüz gəlməyəcəm, bir evdə yaşaya bilmərəm, mən əgər onunla üz-üzə gəlsəm o evdə qalmayacam” demişdir. Bundan sonra o da Təbrizə “qalmırsansa, lap yaxşı, çıx get, başqa yerdə yaşa” demişdir. Təbriz ona üzbəüz gəlsə Təhminəni öldürəcəyini deməmiş, sadəcə bir evdə yaşamayacağını bildirmişdir. Təbriz ona Təhminəni öldürdüyünü deyəndə təəccüblənmiş, amma necə öldürdüyünü soruşmamışdır. Bəhmandan da Təbrizin Təhminəni necə öldürməsini soruşmamışdır. O, nə hadisə günü, nə də hadisə olandan sonra baş sağlığı vermək üçün də olsa bacısına dəyməyə və görməyə getməmişdir. Bacısı ilə telefonda danışmış və həmin vaxt bacısı hadisənin yatdığı vaxt baş verdiyini demişdir. O da bacısını danlayaraq “sən anasan, mane olmalı idin” demişdir. Bacısı ona Təbrizi Təhminəni nə ilə öldürməsini deməmişdir. 11.Məhkəmə iclasında şahid X6 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, o, adı Tamilla olsa da, ailə içində ona «Tamara və ya Toma» deyə müraciət edirlər. O, 1986-ci ildə X22 ilə nikaha daxil olmuş, həmin evlilikdən üç qız övladı var, hər üçü ailə qurmuşdur. X42 2022-ci ildə boşamışdır. O, əri X22, X42, digər qızı Sevil Mamedova və onun ailəsi (əri Asif Məmmədov, Nilay və Sunay adlı övadları) ilə birlikdə yaşayır. X25 isə ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. O, hazırda işləmir, evdar xanımdır. X33 mühafizəçi işləyir. Onun 3 qardaşı, 3 bacısı var. X19 və Rəhim Məmmədov Bakı şəhərində, Məhər Məmmədov isə Gədəbəy rayonunda yaşayırlar, hər üçü ilə əlaqə saxlayır. X27 ailəsi ilə birlikdə Rusiya Federasiyasında, digər bacısı X28 rayonunda yaşayır. X34 isə əvvəllər Şəmkir rayonunda yaşamış, daha sonra Bakı şəhərinə köçmüşdür. Bacıları Məhluqə və Tovuzla münasibəti yaxşıdır, Xanımla isə qızı Zərərçəkmiş şəxs görə münasibətləri korlanmışdır. Xanımın 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, 1998-ci il təvəllüdlü Şahid5, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adlı üç övladı var. Xanım və ailəsi 1994-1997-ci illərdə Gədəbəy rayonunun Şəkərbəy kəndində, 1997-2002-ci illərdə Gədəbəy rayonun Qızıltorpaq kəndində yaşamışlar. Xanımın X5 hərbi xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunmuş, 2002-ci ildə azadlığa çıxdıqdan sonra onlar ünvan 10 ünvanında yaşamışlar. İsmixan Qasımov 2019-cu ildə Rusiya Federasiyasına getmişdir. Xanım və ailəsi 2020-ci ilədək Şəmkir rayonunda yaşamışlar. Bacısı oğlu Təbriz 2021-ci ilin əvvəllərində hərbi xidmətdən qayıtdıqdan sonra təxminən 6 ay Şəmkir rayonunda yaşamış, daha sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin müddətdə Təbriz cəmi bir dəfə onu görməyə gəlmişdir. Xanım bir müddət Şəmkir rayonunda yaşamağa davam etmişdir. Bildiyi qədər Təhminə 2019-cu ildə tanımadığı biri ilə qeyri-rəsmi nikaha daxil olmuş, həmin münasibətdən Könül adlı bir övladı olmuşdur. Təhminə 2021-ci ildə həmin şəxsdən ayrılmış, ayrıldıqdan sonra ailəsinin yanına qayıdaraq onlarla birlikdə yaşamışdır. Daha sonra Təhminə yenə hansısa şəxslə qeyri-rəsmi nikah münasibətində yaşamağa başlamışdır. Həmin münasibətdən Məryəm adlı qızlarının olduğunu 08 may 2024-cü il tarixində Məryəm öləndən sonra öyrənmişdir. Bildiyi qədər Məryəm qüsurlu anadan olmuşdur. Artıq bu məsələlərə görə o, Xanımdan uzaqlaşmağa çalışmış, sonuncu ilə az ünsiyyət saxlamışdır. Təhminə tüfeyli həyat tərzi keçirməklə onları el-oba içində biabır etmişdir. Bu səbəbdən o, Xanım və onun ailəsindən uzaq durmağa çalışmış, Təhminəni ümumiyyətlə danışdırmırmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 06 radələrində yaşadığı evin qapısı döyülmüş, həmin vaxt əri Fərrux işdə olmuş, evdə qızları, yeznəsi və nəvələri olmuş, hamısı yatmışlar. Qapının döyülməsini eşidib kimin olduğunu öyrənmək üçün qapıya tərəf getmiş, qapını açdıqda bacısının uşaqları Təbriz və Bəhmanı görmüşdür. Təbriz və Bəhman içəri keçməmişlər, qapının ağzında qalmışlar. Təbrizin rəngi ağarmış, üzü meyit kimi olmuşdur. O, Təbrizgildən həmin vaxt niyə gəldiklərini, nə baş verdiyini soruşmuş, Təbriz isə Təhminəni öldürdüyünü, təslim olamağa gedəcəyini, halallaşmaq üçün gəldiyini bildirmişdir. O, Təbrizə dərhal polisə getməli olduğunu, həmin hərəkəti etməməli olduğunu, həyatını məhv etdiyini bildirmiş, Təbriz isə «bu qara ləkə ilə yaşaya bilməyəcəyəm, gedib cəzamı çəkəcəyəm» deyə cavab vermişdir. Təbriz Bəhmandan anasının yanına getməsini istəmiş, daha sonra onlar sağollaşmışlar, Təbriz gedib təslim olmuşdur. Həmin vaxt ailə üzvlərindən heç kim oyanmamışdır. Onun yanına gələn zaman Təbrizin üzərində qara rəngli köynək, cins şalvar və qara rəngli idman ayaqqabısı olmuşdur. O, şəkərli diabet xəstəsidir, başqa hər hansı xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir, ***-***-**-** saylı sim kartdan istifadə edir (İİ cild, səh. 16-19). 12.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin ailəsi onun sahibi olduğu evdə kirayə yaşamışdır. Oğlanların hər ikisi çox sakit və tərbiyəli uşaqlar olmuşlar. Evlərindən ümumiyyətlə onların səsi belə gəlməmişdir. Sonradan bacıları gəlmiş, analarının ona deməsindən qardaşlardan birinin küsüb evdən getdiyini bilmişdir. O, tibb işçisi olduğundan hadisə baş verdiyi gecə növbədə olmuşdur. 13.Məhkəmə iclasında Şahid7 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, o, 1986-ci il tarixdə Şahid6 ilə nikaha daxil olmuş, həmin evlilikdən iki övladı olmuşdur. Övladları, yəni qızı Mətanət Xəlilova, Murad Xəlilov və onun ailəsi (arvadı Röya Xəlilova, övladı Ülvi və Leyla) ilə birlikdə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində birgə yaşayırlar. Əri Tahir təcili tibbi yardım avtomobilinin sürücüsüdür, oğlu isə "xxxx" ASC-də çalışır. ünvan 11 ünvanında onların yaşadıqları evin sağ tərəfində təxminən 45 kv/m ölçüsü olan fərdi yaşayış evi var. Təxminən yanvar ayında Xanım adlı bir qadın oğulları Bəhman və Təbrizlə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Bir qonşu kimi Xanım və övladlarının davranışından hər hansı bir narahatçılığı olmamış, sakit ailə olmuşlar, Bəhman və Təbriz tərbiyəli, mülayim biriləri olmuşlar, onların evdə, məhəllədə yüksək səslə danışdıqlarını eşitməmiş, ona qarşı da mülayim davranmışlar. Qonşuların onlarla bağlı narahatçılqları olmamışdır. Xanımgilin evindən heç vaxt hər hansı dava-dalaş səsləri eşidilməmişdir. Təxminən 2024-cü ilin aprel ayının sonunda, may ayının əvvəlində Xanımın qızı Təhminə onlarla birlikdə yaşamağa başlamış, adını bilmədiyi bir azyaşlı uşağı da olmuşdur. Təhminə evə köçən kimi Təbriz evdən çıxmış, hansı səbəbdən çıxması barədə məlumatı olamışdır. 08 may 2024-cü il tarixdə Təhminənin adını bilmədiyi övladı ölmüşdür. Sonradan öyrənmişdir ki, uşaq qüsurlu doğulmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə evdə olmamış, gecə növbəsində olmuşdur. Əri Tahir ona zəng edərək, qonşuluqda yaşayan Təhminənin qardaşı Təbriz tərəfindən öldürüldüyünü bildirmişdir (İİ cild, səh. 24-26). 14.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, vəfat edən qadın mağazada satıcı olmuş və ona səhər saatlarında Təhminənin qətlə yetirilməsi barədə məlumat vermişlər. Kimin tərəfindən və necə öldürülməsindən onun məlumatı olmamışdır. Bundan sonra prokurorluq orqanından ona bu barədə məlumat verilmişdir. 15.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi axşam təhvil-təslim aparılmış və o, işə sonradan gəlmişdir. Hadisə axşamı hesab kitabları çox çəkmiş, buna görə də işləri gec bitmiş və təxminən gecə saat bir radələrində işləri başa çatmışdır. Həmin ərəfədə o, Təhminənin telefonla danışdığını və telefonda kiməsə “get, gəlirəm” deməsini eşitmişdir. Nə isə problem olduğunu soruşanda qardaşı ilə danışdığını demişdir. O, həmin şəxsin çöldə olduğunu görərək hava isti olduğundan içəri çağırmışdır. Həmin şəxsin danışığından içkili vəziyyətdə olması hiss olunmuş və qışqıraraq danışmışdır. Bundan sonra işin uzandığını görmüş və dəftərlərə baxmağı sonra davam etdircəklərini deyərək xalası qızını götürüb oradan getmişdir. Təhminə üç həftəyə yaxın onlarla işləmişdir. Onların işləri səhər 9-da başlamış və axşam saat 10-da başa çatmışdır. Daha əvvəllər Təhminən yanına qardaşının gəlməsini görməmişdir. İşlədiyi müddətdə Təhminə ilə bağlı söz-söhbət, onunla bağlı mağazaya kiminsə gəlib-getməsi halları olmamışdır. Birinci dəfə Təhminənin işi bu qədər uzanmışdır. Daha əvvəllər Təhminə işdən gecə saat 10 və ya 10-un yarısında çıxmışdır. Təhminənin qardaşı tək ona qarşı yox, hamısına qarşı mübahisəli şəkildə danışmışdır. Təhminənin qardaşı mağazadan çölə özü çıxmışdır. O, Təhminənin qardaşının çölə çıxandan sonra hara getməsini və Təhminənin çıxandan sonra kiminlə getməsini görməmişdir. Təhminənin qardaşı çıxandan 5-6 dəqiqə sonra Təhminə özü mağazadan çıxıb getmiş, bundan 10-15 dəqiqə sonra isə onlar çıxıb getmişlər. O, iş yerində daimi olmamış, qardaşlarının Təhminəni təhdid etməsini görməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 16.Məhkəmə iclasında Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, o, arvadı Səmaya Cabarova və övladları Həsən, Xədicə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Bulbul Məmmədov küçəsi dalan 1, ev 3 fərdi yaşayış evində yaşamış, sahibkarlıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırmışdır. Hazırda ünvan 12 ünvanında yerləşən «nə alsan bir manat» adlı mağazada məişət əşyalarının satışı ilə məşğul olur. Mağaza təxminən 2024-cü ilin may ayının ortalarında fəaliyyətə başlamışdır. Mağazaya satıcı tələb olunduğundan qarşısına elan qoymuşdur, təxminən 10-12 iyun 2024-cü il tarixlərdə adının Təhminə olduğu, soyadını bilmədiyi bir qadın iş üçün müraciət etmiş, sonuncu ilə danışıq apardıqdan sonra işə başlamasına razılıq vermişdir. Təhminə öz ailəsi barədə ona hər hansı məlumat verməmişdir. Təhminənin uşağının olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. Təhminənin öldürüldüyünü öyrəndikdən sonra azyaşlı övladının olduğunu, 1-2 ay əvvəl öldüyünü bilmişdir. Təhminə müraciət etdiyi günün səhərisi işə başlamış, iş rejimi saat 09:00-dan axşam 21:00 qədər, həftənin 6 (altı) günü olmuş, istirahət gününü isə özü təyin etmişdir. İşlədiyi ərəfədə mağazanı reklam etmək və müştəri ilə əlaqə saxlamaq üçün Təhminəyə «İrşad Telecom»dan kreditlə «Samsung A245 Black 128GB» markalı telefonu almışdır. Telefonu 6 aylıq hər ay 85 manat ödəniş etmək şərti ilə götürmüşdür. Həmin telefon mütəmadi olaraq Təhminənin üzərində olmuşdur. Bütün telefon işləri ilə Təhminə məşğul olmuşdur. Təhminə günəmuzd işləmiş, yəni əmək haqqını ondan gündəlik almışdır. Telefonu Təhminəyə verməkdə məqsədi müştərilərinin əksəriyyətinin qadın olması, həmçinin Təhminənin sosial şəbəkələrdə mağazanı reklam edərək müştəriləri cəlb etməsi olmuşdur. İş saatı bitikdən sonra Təhminə telefonu özü ilə evinə aparmışdır. Təhminə işlədiyi müddət ərzində barəsində hər hansı müştəridən şikayət daxil olmamış, yalnız xoş sözlər eşitmişdir. Mağazada olan ərəfədə Təhminənin hər hansı oğlanla danışmasının şahidi olmamışdır. O, Təhminəni mağazaya satıcı kimi götürdükdən sonra ora təxminən axşam saatlarında getmiş, mütəmadi vaxt keçirməmişdir. Mağazada olduğu müddət ərzində də Təhminənin oğlanla görüşməsinin və ya işdən çıxanda kiminsə sonuncunu ötürməsinin şahidi olmamışdır. O, Təhminənin şəxsi həyatı ilə əlaqədar olan işlərinə qarışmamışdır. xx.xx.2024-cü il tarixdə o, Təhminə ilə mağazada olmuş, ayın sonu olduğundan haqq-hesab edərək, malları sayıb uçotunu aparmışdır. Malların sayımı üçün o, xalası qızı Şahid2 köməyə çağırmışdır. Bir ay əvvəl də Təhminə işə qəbul olunmamışdan əvvəl Pərnisə ona köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Pərnisə işə gəlmiş, Təhminənin və Pərnisənin sayımı rahat şəkildə aparmaları üçün və başqa işi olduğuna görə o, mağazadan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:00 radələrində mağazaya qayıtmış, malların sayımının bitməsinə az qalmışdır. Sayım bitdikdən sonra o, müqayisə üçün uçot dəftərinə baxmış, saat təxminən 02:00 radələri olmuş, çatışmazlıq yaranması səbəbindən işləri bir qədər uzanmışdır. Həmin ərəfədə Təhminənin qardaşı mağazanın yaxınlığına gəlmiş, Təhminə qardaşı ilə telefonla danışaraq işinin olduğunu bildirməklə getməsini istəmişdir. Təhminənin qardaşı ilə danışığını eşidəndən sonra sonuncudan qardaşının harada olduğunu soruşmuş, Təhminə də mağazanın qarşısında olduğunu bildirmişdir. Havanın isti olduğuna görə o, Təhminənin qardaşını mağazaya dəvət etmiş, qardaşı içəri daxil olan zaman Təhminə ona «nə var gəlmisən?, çıx gözlə gəlirəm» deyə bildirmiş, hər iksi bir-biri ilə aqressiv davranmışdır. O və Pərnisə Təhminənin qardaşının sərxoş olduğunu hiss etmişlər, üzərindən kəskin spirt qoxusu gəlmişdir. Alkoqolun iyi Pərnisəni narahat etdiyindən qapını açıb Təhminənin qardaşından çöldə gözləməsini xahiş etmiş, Təhminənin qardaşı çölə çıxmış, çöldə olan zaman Təhminənin qardaşı telefonla danışmış, lakin nə haqqında danışdığını eşidə bilməmişdir. O, Təhminənin qardaşının içkili olduğuna görə problem olmasın deyə Təhminədən getməsini istəmiş, Təhminə hazırlaşıb çıxmış, Təhminə çıxan ərəfədə o, sonuncunun qardaşını mağazanın qarşısında görməmişdir. Təhminə çıxdıqdan sonra onun arxasınca baxmamış, Pərnisə Təhminənin arxasınca gedərək yola salmışdır. Daha sonra Pərnisə mağazaya qayıtmış, onlar mağazanı bağlamışlar, Pərnisəni evinə apardıqdan sonra evinə getmiş, evdən Təhminəyə «Whatsapp» tətbiqi vasitəsi ilə səs ataraq səhərisi gün malların uçotuna yenidən baxacaqlarını bildirmiş, Təhminə də «oldu yaxşı müəllim» yazaraq cavab vermiş, əlavə olaraq da tələsik çıxdığından telefonun şarj cihazı işdə qaldığnı qeyd etmişdir. Danışıqları təxminən xx.xx.2024-cü il tarixdə saat 03:18 radələrində olmuşdur. O, hər hansı xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən istifadə etmir, spirtli içki içmir. Sonuncu dəfə gördükdə Zərərçəkmiş şəxsnun üzərində ağ rəngli köynək, xətli kombenizon, ağ rəngli idman ayaqqabısı olmuşdur. Zərərçəkmiş şəxs ilə onun arasında işçi-müdir münasibəti olmuş, Təhminə ona hər hansı probleminin olması barədə bir söz deməmişdir (İİ cild, səh. 79-83). 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi yox, qardaşını tanımışdır. O, Təminənin işlədiyi mağazada işləməmiş, sadəcə olaraq ayda bir dəfə malların uçotunu aparmaq üçün oraya gəlmişdir. Hadisə günü təxminən gecə saat 8-9 radələrində oraya gəlmiş və həmin vaxt Təhminə işləmişdir. Onun Təhminəni tanımağı ən çoxu 6-7 saat olmuşdur. Onun Təhminənin şəxsi həyatı haqqında heç bir məlumatı olmamışdır. Təhminə işində çox məsuliyyətli və bacarıqlı işçi olmuşdur. Onun haqqında digər məlumatları bilməmişdir. Hadisə olduğu gün Təminənin əlində iki ədəd telefon olmuş, həmin telefonlardan biri ilə qulaqcıqla kiminləsə danışmış və digər telefonla isə mağaza ilə bağlı müştərilərlə yazışmışdır. Gecə radələrində artıq onlar mağazanı bağlayaraq içəridə hesabat aparmışlar. Həmin vaxt Təhminə öz ailəsi və problemləri haqqında danışaraq ağlamış, ən çox övladının ölməsi ilə bağlı pis olduğunu demişdir. Bundan başqa dediklərindən işləyərək öz evdəkilərinə də baxdığını bilmişdir. Həmin vaxt Təhminə işləmiş və ağlayaraq danışmışdır. Bundan sonra xalası oğlu gələndə o, artıq işlərini bitirmişdir. Təhminənin də xalası oğlu ilə işləri bitmək üzrə olmuşdur. Həmin vaxt Təhminə telefonda kiminləsə mübahisə edərək “çıx get, nəyə görə gəlmisən” sözlərindən istifadə etmişdir. Ondan kimin gəldiyini soruşanda qardaşının gəldiyini demişdir. Bundan sonra xalasıoğlu qardaşına içəri gəlməsini deməyini bildirmiş və onlar həmin vaxt mağazadan çöldə Təhminənin qardaşını görə bilmişlər. Təhminənin qardaşı çox içkili vəziyyətdə olmuş və o, içki iyinə dözə bilmədiyindən Təhminənin qardaşından çıxıb çöldə gözləməsini xahiş etmişdir. Təhminəyə də gözləməməsini, çıxıb getməsini bildirmişdir. O, Təhminənin qardaşına hesabatlarında əksik çıxdığını və həmin halı aydınlaşdırdıqlarını demişdir. Bu vaxt Bəhman öz bacısının haqqında onun çox yerdə əksiyi çıxdığını və bundan əvvəl işlədiyi mağazadan da çölə atdıqlarını bildirmişdir. O, təkrar Təhminəyə getməsini demiş, Təhminə də cavabında qardaşının içkili olduğunu və onsuz da evə gedib hər ikisinin yatacağını demişdir. Hətta xalasıoğlu təkid edərək “saat gecdir, sizi evə biz aparaq” demişdir. Mağazadan çıxandan sonra o, özü Təhminənin arxasıyca gedərək “gəl səni evə aparaq, qardaşın görünmür” demişdir. Təhminə isə cavabında özünün gedəcəyini, qardaşının aşağıda gözlədiyini və yolda qardaşının bir qədər deyinərək sakitləşəcəyini bildirmişdir. 18.Məhkəmə iclasında Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, o, anası Nailə Caborava ilə Xırdalan şəhəri, X26 73 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Şahid1 onun xalası oğludur. Elşad ünvan 12ndə yerləşən «nə alsan bir manat» adlanan mağaza işlədir. Mağaza 2024-cü ilin təxminən may ayının ortalarında fəaliyyətə başlamış, məişət avadanlıqlarının satışı ilə məşğul olur. O, həmin mağazada işləmir, sadəcə aylıq hesabat zamanı Elşada köməklik edir. Elşadın Təhminə adında soyadını bilmədiyi bir işçisi olmuşdur. O, Təhminəni cəmi bir dəfə hesabat vaxtı malların sayımı zamanı görmüşdür. Təhminənin orada nə vaxtdan işləməsi barədə məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Elşadın mağazasına getmiş, həmin vaxt Elşad və Təhminə orada olmuşlar. O, içəri daxil olduqdan sonra Elşad işinin olduğunu bildirib mağazadan getmişdir. Təhminə ilə şəxsi bir danışığı olmamışdır, sadəcə olaraq iş üçün onu tələsdirmişdir ki, malların saymını vaxtında bitirib, evə tez getsinlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:00 radələrində hesabatı bitirməyə az qalmış Elşad artıq mağazaya qayıtmış, sayım bitdikdən sonra Elşad müqayisə üçün uçot dəftərinə baxmış, saat təxminən 02:00 radələri olmuşdur. Çatışmazlıq yaranması səbəbindən işləri bir qədər uzun çəkmiş, həmin ərəfədə Təhminənin qardaşı mağazanın yaxınlığına gəlmiş, Təhminə qardaşı ilə telefonla danışaraq getməsini istəmiş və işinin olduğunu bildirmişdir. Təhminənin qardaşı ilə danışığını eşidən Elşad Təhminədən qardaşının harada oduğunu soruşmuş, Təhminə də mağazanın qarşısında olduğunu bildirmişdir. Həmin vaxt Elşad Təhminənin qardaşını mağazaya dəvət etmiş və havanın isti olduğuna görə içəridə gözləməsinin daha uyğun olacağını bildirmişdir. Təhminənin qardaşı içəri gəlmiş, içəri daxil olan zaman Təhminə qardaşına «nə var gəlmisən? Çıx gözlə gəlirəm» deyə bildirmiş, hər iksi bir-biri ilə aqressiv olmuşdur. O və Elşad Təhminənin qardaşının sərxoş olduğunu hiss etmişlər, üzərindən kəskin spirt qoxusu gəlmişdir. Alkoqolun iyi onu narahat etdiyindən o, qapını açıb Təhminənin qardaşından çöldə gözləməsini xahiş etmişdir. Təhminənin qardaşı çölə çıxmış, çöldə olan zaman telefonla danışmış, lakin nə haqqında danışdığını eşidə bilməmişdir. Elşad Təhminənin qardaşının içkili olduğuna görə problem olmasın deyə Təhminənin getməsini istəmişdir. Təhminə hazırlaşıb çıxmış, lakin qardaşını mağazanın qarşısında görməmişdir. Təhminə çıxandan sonra o, sonuncunun arxasında bir qədər gedib yola salmışdır. Təhminə gedəndə yanında heç kim, o cümlədən qardaşı olmamışdır. Təhminədən qardaşının harada olduğunu soruşduqda əli ilə işarə edərək «aşağıda gözləyir» deyə bildirmişdir. O, mağazaya qayıtmış, daha sonra mağazanı bağlamışlar, Elşad onu evinə aparmış, o evə çatanda saat 02:50 radələri olarmış. O, hər hansı xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən, spirtli içkilərdən istifadə etmir. Təhminəni görəndə əynində ağ rəngli köynək, xətli kombenizon, ağ rəngli idman ayaqqabısı olmuşdur, «nə alsan bir manat» mağazası xalası oğlu Elşada məxsus olduğundan o, sonuncuya köməklik etmək məqsədi ilə mağazaya cəmi iki dəfə hesabatuçota köməyə getmiş, orada çalışmadığına görə ödəniş almamış, onunla əmək müqaviləsi bağlanmamışdır. O, Zərərçəkmiş şəxs bir dəfə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə görmüş, saat təxminən 20:00 radələrindən 02:00 radələrinədək birlikdə olmuşlar, Təhminə ilə sadəcə işlə əlaqədar söhbət etmişlər. O, mağazada olan zaman Təhminə telefonla mütəmadi olaraq yazışmış, Təhminəyə hətta «işini gör boş-boş vaxt öldürmə» deyə iradını bildirmişdir (İİ cild, səh. 86-89). 19.Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X1 cavab olaraq bildirmişdir ki, meyidin müayinəsi zamanı sifət nayihəsində diqqətini cəlb edən izlər olmuş, bədəninin digər yerlərində isə belə bir hal olmamışdır. Hadisə gecə saat üç radələrində baş vermiş, onlar isə səhər saatlarında meyiti müayinə etmişlər. Meyitin ayaq nayihəsində olan qaralmalar xəsarət izləri olmamışdır. Hər iki ayağın bilək hissəsində olan qaraltı izləri ayağın tək həmin nayihəsində yox, başqa yerlərində də olmuşdur. Həmin izləri xəsarət kimi qiymətləndirmədiyindən rəydə onları qeyd etməmişdir. Həmin izlər xəsarət deyil, başqa iz olmuşdur. Başqa bir iz kimi çirk ola bilər. Meyit üzərində olan həmin izlər kiminsə onu tutması, sıxması nəticəsində yarana bilməz. Mərhumun xəsarətləri ancaq üst və alt dodaqlarında olmuş və bundan başqa dilaltı nayihədə asfiksiyaya səbəb olan xəsarətlər olmuşdur. Əllə boğma hallarında bəzən dilin altında olan sümük sınmış, lakin bu iş üzrə əllə boğmaya da cəhd olmuş, amma dəsmalla boğma nəticəsində baş vermişdir. Meyitin dırnaqlarının altında heç bir dəri izləri olmamışdır. Ola bilsin ki, şəxs yuxulu vəziyyətdə olmuş, ani vəziyyətdə hadisəni törətməyə başlamışlar və hadisə baş vermişdir. Eyni zamanda məhdud sahədə baş nayihəsində yumşaq toxumaların iç səthində qansızmalar da olmuşdur. Həmin zədələr ola bilər ki, hadisə baş verərkən başın çarpayıda harasa dəyməsindən törənsin və ya əvvəlcədən hansısa zərbədən yaransın. Lakin, baş nayihəsində zərbələrin olması az ehtimallıdır, çünki qadın orada uzanıqlı vəziyyətdə olmuşdur. Məhkəmə təbabətində asfiksiya boğulma, oksigen çatışmazlığı kimi nəzərdən keçirilir. Asfiksiya zamanı ölüm təkcə boğma nəticəsində baş verməyə bilər. İnsanın boyun nahiyyəsi hiper refleksogen zonadır. Bəzən həmin nahiyyədən adi bir zərbə nəticəsində ölüm hadisəsi baş verə bilər. Həmin zonaların qıcıqlanması zamanı ürəyin reflektorunun dayanması da baş verə bilər. Bu baxımdan boğulma anında dəsmalı özündən dartmasına cəhd etməsi üçün sifətində hansısa cızıqlar yaranmaya da bilər. Ayaq nahiyyəsində olan izlərlə bağlı onu deyə bilər ki, orada bir nəfərdən artıq şəxsin iştirakı halını görməmişdir. Müayinə zamanı şəxsin ayaqlarında, topuğunda heç bir iz olmamışdır. Dilaltı sümüyün qırılması daha çox əllə boğma hallarında olur. Bu iş üzrə həmin sümük qırılmamışdır. Mexaniki asfiksiya hallarında onlar boğulma müddətini ən çox üç dəqiqə hesab edirlər. Hazırki işdə də müddət eyni ola bilər. Lakin, ölüm bir dəqiqənin ərzində, hətta çox qısa müddətdə baş verə bilər. 20.«Meyitin ekspertizası» barədə 27 iyul 2024-cü il tarixli, 125 nömrəli ekspert rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 2 (iki) qrupa bölünür: “a” - boyunun orta 1/3-nin üfüqi istiqamətdə yerləşmiş, təkqatlı, səthi (zəif ifadə olunmuş), enli (geniş), yumşaq konsistensiyalı qapanan stranqulyasiya şırımı və bu fonda boyunun ön səthinin sağ yarısının yuxarı və orta 1/3- nin qançırları; “b” - üst və alt dodağın dodaq haşiyəsinin sağ, alt dodağın dodaq haşiyəsinin sol yarısının sıyrıqları; 2.“a” - bəndində göstərilmiş stranqulyasiya şırımının morfoloji xüsusiyyətləri - eni, dərinliyi, relyefi, intensivliyi və s. şırımın boyuna keçirilmiş yumşaq materialdan ibarət ilgəyin təsirindən əmələ gəlməsinə dəlalət edir və ekspertizaya təqdim olunmuş, səthi incə xovlu tünd-göy rəngli dəsmalın (əlüz dəsmalı) xüsusiyyətləri ilə uyğun gəlir, bu baxımdan stranqulyasiya şırımının təqdim edilmiş dəsmalın sıxıcı təsirindən törənə bilinməsi barədə fikir söyləmək mümkündür. Stranqulyasiya şırımı fonunda boyunun ön səthinin sağ yarısının yuxarı və orta 1/3-də aşkar edilmiş qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, həyati xüsusiyyətlərə malik olmaqla kənar şəxs tərəfindən fiziki güc tətbiqi ilə boyun nahiyəsinin əl ilə sıxılması zamanı barmaqların təsirindən əmələ gələ bilərdi, ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər ümumilikdə zərərvurmayan xəsarətlər əlamətlərinə malikdir, “b” - bəndində göstərilmiş bədən xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişdir, həyati xüsusiyyətlərə malik olmaqla ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. 3.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin dəsmalla sıxılması nəticəsində törənmiş mexaniki stranqulyasion asfiksiya olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-7 saat əvvəl baş vermişdir. 4.Boyunu sıxan ilgəyin dartılması üfqi istiqamətdə, yəni Zərərçəkmiş şəxs uzanmış vəziyyətdə olduğu zaman baş vermişdir. 6.“Qarşılqlı mübarizə” və “özünü müdafiə” məfhumları hüquqi termin olduğundan bu sualların aydınlaşdırılması məhkəmə-tibb ekspertinin səlahiyyətləri xaricindədir. 6.Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına əsaslanıb hadisə zamanı zərərçəkmişlə xəsarət yetirən şəxsin üzbəüz vəziyyətdə ola bilmələri barədə mülahizə yürütmək mümkündür. 7.Mərhum Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma uzunsov bərk küt əşyanın, ola bilsin gərginləşmiş kişi xarici cinsiyyət üzvünün uşaqlıq yolu girəcəyinə yeridilməsi nəticəsində baş vermişdir, pozulma müddəti köhnədir və uzun müddət keçdiyindən əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edəcək hər hansı bir xəsarət, xəsarət izi və ya dəyişiklik aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs hamiləlik müəyyən edilməmişdir. 8.Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcək nahiyəsindən götürülmüş yaxma və tamponların məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (İİ cild, səh. 113-121). 21.«Məhkəmə-genetik ekspertizası» barədə 01 avqust 2024-cü il tarixli, 24/1301R nömrəli ekspert rəyindən görünür ki, 1.Şahid5 məxsus 01 (bir) ədəd üzərində “TORNADO” yazısı həkk olunmuş, “dollar və skelet baş” simvolu olan bozumtul tuman üzərində, 01 (bir) cüt qara rəngli corab üzərində və əl dırnaq kəsintiləri altında müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Şahid5 məxsusdur. 2.X13 məxsus 01 (bir) cüt qara rəngli corab üzərində və əl dırnaq kəsintiləri altında müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar X13 məxsusdur. 3.Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan 01 (bir) ədəd tünd boz rəngli cins şalvar üzərində, qara rəngli 01 (bir) ədəd qısaqol köynək üzərində, 01 (bir) ədəd “TAN” yazısı həkk olunmuş qara rəngli tuman üzərində və 01 (bir) cüt qara rəngli üzərində “Nike" yazısı həkk olunmuş corab üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. 4.Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri altında və Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd göy rəngli əl dəsmalı üzərində həm Təqsirləndirilən şəxs və həm də Zərərçəkmiş şəxs məxsus bioloji mənşəli materiallar mövcuddur. 5.Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd üzəridə “BİG DART” yazısı həkk olunmuş etiketli ağ və qara cızıqlı, qırmızı rəngli köynəyin arxa və çiyin hissələrində aşkar edilmiş qan ləkəsi və Zərərçəkmiş şəxs yatağında olan 01 (bir) ədəd bəzəkli çəhrayı rəngli mələfə üzərində aşkar edilmiş qan ləkəsi Zərərçəkmiş şəxs məxsusdur. 6.İ.Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli “V” şəkilli tumanın üzərində, 01 (bir) ədəd qara rəngli tuman üzərində, əl dırnaq kəsintiləri altında və Zərərçəkmiş şəxs yatağında olan 01 (bir) ədəd üzərində naxışları olan ağ-bənövşəyi rəngli mələfə üzərində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. 7.Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “V” şəkilli tumanın aralıq nahiyyəsində 4ng/ml-dən daha az qatılıqda insana məxsus prostat şirəsinin tərkibində olan PSA antigeninin mövcud olduğu müəyyən edildi və bu səbəbdən müqayisəli tədqiqat üçün yararlı DNT profili əldə etmək mümkün olmadı. 8.Təqdim edilmiş Şahid5 məxsus - 01 (bir) ədəd qara rəngli “Fjallraven Kanken” işarəti bel çantası üzərindən, 01 (bir) ədəd yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində “DG” sözləri yazılmış cins şalvar üzərindən, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək üzərindən, 01 (bir) cüt qara rəngli ayaqqabı üzərindən, X13 məxsus - 01 (bir) ədəd üzərində “Kardeşlər” etiketli olan, qara rəngli boz naxışlı don üzərindən, 01 (bir) cüt qara rəngli üzərində “Flowers” yazısı həkk olmuş yay tərliyi üzərindən, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan - 01 (bir) ədəd tünd boz rəngli cins şalvarın sol budunun ön səthində aşkar edilmiş ləkədən, 01 (bir) cüt qara rəngli idman ayaqqabısı üzərindən, Zərərçəkmiş şəxs məxsus - 01 (bir) ədəd bəzəkli ağ rəngli qısa şortun ön hissəsində və arxada aşağı hissəsində aşkar edilmiş ləkələrdən, Zərərçəkmiş şəxs yatağında olan 01 (bir) ədəd üzərində ağ, sarı və mavi naxışları olan qara rəngli xalatın bel hissəsində aşkar edilmiş ləkədən, 01 (bir) ədəd sellofan üzərindən və 01 (bir) ədəd saç broşu üzərindən götürülmüş tədqiqat nümunələrində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş Şahid5 məxsus - 01 (bir) ədəd qara rəngli “Fjallraven Kanken” işarəli bel çantası, 01 (bir) ədəd yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində “DG” sözləri yazılmış cins şalvar, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) cüt qara rəngli, X13 məxsus - 01 (bir) ədəd üzərində “Kardeşlər” etiketli olan, qara rəngli boz naxışlı don, 01 (bir) cüt qara rəngli üzərində “Flowers” yazısı həkk olmuş yay tərliyi, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan - 01 (bir) ədəd tünd boz rəngli cins şalvarın sol budunun ön səthində aşkar edilmiş ləkə, 01 (bir) cüt qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs məxsus - 01 (bir) ədəd bəzəkli ağ rəngli qısa şortun ön hissəsində və arxada aşağı hissəsində aşkar edilmiş ləkələr, Zərərçəkmiş şəxs yatağında olan 01 (bir) ədəd üzərində ağ, sarı və mavi naxışları olan qara rəngli xalatın bel hissəsində aşkar edilmiş ləkə, 01 (bir) ədəd sellofan üzərində və Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd saç broşu üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (İİ cild, səh. 122-136). 22."xxxx" barədə 06 sentyabr 2024-cü il tarixli, 408-2024/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maddi sübutlar üzərinlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə(lər) aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid5 məxsus maddi sübutlar üzərinlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə(lər) aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus maddi sübutlar üzərinlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə(lər) aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X13 məxsus maddi sübutlar üzərinlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə(lər) aşkar olunmamışdır (İİ cild, səh. 195-202). 23."xxxx" barədə 15 iyul 2024-cü il tarixli, 2276/K nömrəli ekspert rəyindən görünür ki, Şahid5 götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazpin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (İİ cild, səh. 105-108). 24."xxxx" barədə 15 iyul 2024-cü il tarixli, 2277/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazpin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (İİ cild, səh. 109-112). 25.Məhkəmə-tibbi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 1331 nömrəli rəyindən görünür ki, X8 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hansı bir xəsarət aşkar edilməmişdir (İİ cild, səh. 96-98). 26.Məhkəmə-tibbi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 1330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hansı bir xəsarət aşkar edilməmişdir (İİ cild, səh. 99-101). 27.Məhkəmə-tibbi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 1329 nömrəli rəyindən görünür ki, Şahid5 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2024cü il tarixə uyğun gələ biləcək hər hansı bir xəsarət aşkar edilməmişdir (İİ cild, səh. 102- 104). 28.«Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» barədə 17 avqust 2024-cü il tarixli, 2407 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs cinayət əməlini törədənədək hər hansı psixi pozuntu keçirib-keçirməməsini müəyyən etmək mümkün deyil. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama, dərketmə və s.) norma daxilindədir. Kinlilik, inadkarlıq, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, eqosentrizm, nümayişkaranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, kəskin stress, frustrasiya, güclü ruhi həyəcan) yaranmamışdır. Hadisəni törətməsinin psixoloji motivi fərdi-psixi xüsusiyyətləri (kinlilik, inadkarlık, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, eqosentrizm, nümayişkaranəlik) ilə əlaqədar olmuşdur. Hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı (İİ cild, səh. 190-194). 29.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X38 Şəxsi Ambulator X2 19 avqust 2024-cü il tarixli, 5680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəlyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 187-189). 30.«Hadisə yerinə baxış keçirilməsi haqqında» 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evidir (İ cild, səh. 4-8). 31.«Meyitə baxış keçirilməsi haqqında» 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, meyitin əynində tünd qırmızı rəngdə,üzərində ağ və qara zolaqlı damaları olan qısaqol köynək, ağ fonda üzərində gülləri olan sintetik materialdan hazırlanmış şort (şortik) və 2 (iki) ədəd üst-üstə geyinilmiş qara rəngdə qadın alt tumanı vardır. Üzərlərində geyilmə izlərindən başqa hər hansı bir zədə - tikişlərində sökülmələr, parça liflərində cırılmalar və s. müəyyən edilmədi. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 162 sm-dir. Əllə toxunduqda meyitin dərisi soyuqdur, avazımış-boz rəngdədir. Sifəti qara rəngdə özlütəhər yağlı maddə ilə çirklənmiş, bu fonda sağ və sol yanağında, burun əsasında, sol gözür bayır buçağı proyeksiyasında az miqdarda tünd qırmızı rəngdə qanabənzər maddə ilə çirklənmiş sahələr müəyyən edilir. Boyunun ön səthinin sol yuxarı yarısında, hər iki əl pəncələrinin vs barmaqlarının ovuc səthlərində, sol saidin ön səthində qara rəngdə eyni xarakterli yağlıtə hər maddə ilə çirklənmiş sahələr vardır, həmçinin baş tükləri eyni xarakterli maddə ilə hopdurulmuşdur Meyit qacıması müayinə olunan bütün əzələ qruplarında yaxşı inkişaf etmişdir Meyit ləkələri gövdənin arxa-yan səthlərində yerləşməklə solğun qırmızımtıl-bənövşəyi rəngdədir barmaqla təzyiq etdikdə itir və təzyiq kəsildikdən təqribən 1-2 dəqiqə sonra əvvəlki rənginə bərpa olunur. Meyitin başı düzgün formadadır, baş tükləri qara rənglə rənglənmiş, 30-35 sm uzunluğundadır. Baş tükləri su ilə yuyulduqda qara rəngdə, spesifik qoxulu, bir qədər köpüklü yuyuntu mayesi aşkar olunur. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qulaq seyvanları oval şəkillidir, tamdır. Xarici qulaq keçəcəklə azaddır, ifrazatsizdir. Üz skeleti sümükləri və burun sümük və qığırdaqları palpasiyada tamdı sınıq müəyyən edilmədi. Burun dəliklərindən və ağız yarığından ifrazat yoxdur. Gözləri qapalıdı bəbəklər dairəvidir, 0,4 sm diametrindədir, konyuktivaya tək-tək tünd qırmızı rəngdə nöqtəvari qansızmalar müəyyən edilir. Ağzı cüzi aşıqdır, dodaqların selikli qişa keçidi avazımış boz rəngdədir. Dil ağız boşluğunda diş cərgəsi arxasında sərbəst yerləşmişdir. Ağzında görünən bütün dişləri təbii və tamdır, diş alveollarının rəngi ətraf selikli qişanın rəngindədir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, adi qalınlıqda və uzunluqdadır, meyit qacıması hesabına hərəkətləri bir qədər məhduddur. Döş qəfəsi yastılaşmış silindrik formadadır, simmetirikdir. Əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Süd vəziləri nəlbəkiyəbənzər formadadır, yumşaq konsistensiyalıdır. Qarının ön divarı qabırğa qövsləri səviyyəsindədir, əllədikdə az elastikidir. Yuxarı və aşağı ətrafları düzgün formalaşmış, sümüklər əllədikdə deformasiya, patoloji hərəkətlilik və krepitasiya müəyyən edilməmişdir. Aşağı ətraflar yanlara doğru çəkildi. Qasıq nahiyəsində tüklər qırxılmışdır. Xarici cinsiyyət üzvləri qadın tipinə müvafiq düzgün inkişaf etmişdir. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üzərini örtür, cinsiyyət yarığından ifrazat müəyyən edilmir. Uşaqlıq yolunun selikli qişası solğun çəhrayımtıl rəngdə, qəhvəyimtil çalarlıdır, qırışlar düzlənmişdir. Qızlıq pərdəsi keşmişdə həlqəvari (üzükvari) formada olub, selikli qişadan inkişaf etmişdir, eni (hündürlüyü) yan seqmentlərdə 0,3-0,4 sm, yuxarı və aşağı seqmentlərdə 0,4-0,5 sm-dəkdir, təbii dəliyin diametri 1,0-1,2 sm-dək olmuşdur. Qızlıq pərdəsində saat sferblatının “12”, “3”, “6” və “8” rəqəmlərinə uyğun nahiyələrində əsasınadək çatan, dibləri nahiyəsində incə ağımtıl rəngdə capıqlaşmaları olan cırılmalar vardır. Aralıq tamdır. Meyit üzü üstə qoyularaq sağrılar aralandıqda aydın oldu ki, xarici görünüşdə anal dəlik ətrafında xəsarət yoxdur, arxa keçəcəyin şüavari büküşləri solğun qəhvəyimtil rəngdə olmaqla seçilir. Arxa keçəcəyin büzücü əzələsi (sfınktor) qismən boşalmışdır, qıfvari genişlənmə müəyyən edilmir. Sarğılar aralandıqda anal dəlik 0,5-1,0 sm- dək məsafədə açılır. Arxa keçəcək dəliyində və düz bağırsağın görünən hissəsinin selikli qişasında xəsarət və ya xəsarət izləri müəyyən edilmədi. Xəsarətlər: Üst dodağın dodaq haşiyəsinin sağ yarısında 3,0x0,3 sm, alt dodağın dodaq haşiyəsinin sağ yarlısında 4,0x0,5 sm ölçülü sahədə fasiləli, sol yarısında 0,7x0,4 sm ölçülərdə dibləri ətraf sağlam toxumadan aşağı səviyyəli açıq qırmızı rəngdə, səthi nəm sıyrıqlar vardır. Boyunun orta 1/3-nin ön-yan və arxa səthlərində üfqi istiqamətdə yerləşən 5,0 sm enində, çətinliklə ayırd edilən, sərhədləri seçilən, solğun qırmızımtıl-boz rəngdə yumşaq konsistensiyalı qapanan stranqulyasiya şırımı müəyyən edilir. Bu fonda boyunun ön səthinin sağ yarısının yuxarı və orta 1/3-də biri-digərindən 3,0 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,2 sm, 1,5x1,0 sm və 1,2x1,0 sm olan solğun qırmızımtıl rəngdə ovalvari formada qançırlar ayırd olunur. Meyitin xarici müayinəsində bədən səthi üzərində gözlə görünən digər hər hansı bir xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir (İ cild, səh. 35-37). 32.«Baxış keçirilməsi haqqında» 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, kamera ünvan 14 ünvanına baxan yolu müşahidə edir. xx.xx.2024-cü il tarixdə saat 02.03də evinə mərhum Zərərçəkmiş şəxs işdən çıxıb gəlməsi görünür. Saat 02.13-də mərhum Zərərçəkmiş şəxs qardaşı Şahid5 evə gəlməsi görünür. Saat 02.41 Şahid5 evdən çıxması, saat 02.44-də telefon ilə danışması görünür. Saat 02.50-də Zərərçəkmiş şəxs qardaşları Təqsirləndirilən şəxs və Şahid5 ilə söhbət etməsi görünür. Saat 03.03-də ünvan 14 içəri giriş qapısının açılması, saat 03.07-də içəri giriş qapısının bağlanması görünür. Saat 04.21-də Şahid5 evdən qara rəngli bel çantası ilə çıxmış, saat 04.44-də qara rəngli çanta ilə evə qayıtması görünür. Saat 05.10-da Şahid5 ilə Təqsirləndirilən şəxs evdən çıxması, saat 05.37-də Şahid5 evə qayıtması görünür (İ cild, səh. 209-218). 33.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Şahid5 məxsus 01 ədəd qara rəngli “Fjallraven Kanken” işarəli bel çantası, Zərərçəkmiş şəxs yatağında olan 01 ədəd bəzəkli çəhrayı rəngli mələfə, 01 ədəd bir tərəfi bənövşəyi rəngli, digər tərəfi çəhrayı rəngli yastıq üzlüyü 1 ədəd üzərində ağ, sarı və mavi naxışları olan qara rəngli xələt, 01 ədəd üzərində naxışları olan ağ-bənövşəyi rəngli mələfə, 01 ədəd şəffaf sellofan, 01 ədəd saç broşu və 01 ədəd göy rəngli əl dəsmalı, meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzəridə “BİG DART” yazısı həkk olunmuş etiketli ağ və qara cızıqlı, qırmızı rəngli köynək, 01 ədəd bəzəkli ağ rəngli qısa şort, 01 ədəd qara rəngli tumanı, 01 ədəd qara rəngli “V” şəkilli tumanı, saç və dırnaq nümunələri, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan qara rəngli 01 ədəd qısaqol köynək, 01 ədəd tünd göy rəngli cins şalvar, 01 ədəd “TAN” yazısı həkk olunmuş qara rəngli tuman, 01 ədəd qara rəngli üzərində “nike” yazısı həkk olunmuş 01 cüt corab, 01 cüt qara rəngli idman ayaqqabısı, Şahid5 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “TORNADO” yazısı həkk olunmuş “dollar və skelet baş” simvolu olan bozumtul tuman, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd “yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində “DG” sözləri yazılmış cins şalvar, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabısı, X8 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “Kardeşlər” etiketli olan, qara rəngli boz naxışlı don, bir cüt qara rəngli üzərində “Flowers” yazısı həkk olmuş yay çəkmələri, bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs, Şahid5, X13 məxsus dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus “redmagic” markalı, Zərərçəkmiş şəxs məxsus “xiomi redmi note 9” markalı və “Samsung galaxy A24” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi Rayon Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmişdir (İİ cild, səh. 213-247). 34.«Şübhəli şəxsin tutulması haqqında» 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 66). 35.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 4(001)- 485/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 178-182). 36.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 68). 37.«Təqsirini boynuna almaqla könüllü gəlmə barədə» 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, təqsirini boynuna almaqla könüllü gələn şəxs Təqsirləndirilən şəxs həmin gün, yəni 01 iyul 2024-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs boğaraq öldürdüyünü bildirmişdir (İ cild, səh. 46). 38.Cinayət işinin materiallarında olan Fəxri Fərmanın surətindən görünür ki, Qasımov X7 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur (İ cild, səh. 265). 39.Cinayət işinin materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur (İ cild, səh. 266-267). 40.İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X20 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs AR CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 41.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 42.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 43.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 44.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 45.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 46.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər». 47.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, «CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in -in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır». 48.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 49.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. 50.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 51.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 54.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu, 59.1.12-ci və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, “Vətən müharibəsi iştirakçısı” və “Şuşanın azad olunmasına görə” medallarla təltif olunmasını, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 57.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 59.Həmin Məcəllənin 60.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. 60.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. 61.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 62.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 63.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 64.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 66.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 67.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. 68.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 70.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5, 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut olaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, 01 ədəd bəzəkli çəhrayı rəngli mələfənin, 01 ədəd bir tərəfi bənövşəyi rəngli, digər tərəfi çəhrayı rəngli yastıq üzlüyünün, 01 ədəd üzərində ağ, sarı və mavi naxışları olan qara rəngli xələtin, 01 ədəd üzərində naxışları olan ağ-bənövşəyi rəngli mələfənin, 01 ədəd şəffaf sellofanın, 01 ədəd saç broşunun və 01 ədəd göy rəngli əl dəsmalının, meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzəridə “BİG DART” yazısı həkk olunmuş etiketli ağ və qara cızıqlı, qırmızı rəngli köynəyin, 01 ədəd bəzəkli ağ rəngli qısa şortun, 01 ədəd qara rəngli tumanın, 01 ədəd qara rəngli “V” şəkilli tumanın, saç və dırnaq nümunələrinin, Təqsirləndirilən şəxs, Şahid5, X13 məxsus dırnaq nümunələrinin məhv edilməsini, hadisə yerinə baxış zamanı götürülmüş Şahid5 məxsus 01 ədəd qara rəngli “Fjallraven Kanken” işarəli bel çantasının Şahid5 qaytarılmasını, X8 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “Kardeşlər” etiketi olan, qara rəngli boz naxışlı donun, bir cüt qara rəngli üzərində “Flowers” yazısı həkk olmuş yay çəkmələrinin, bir cüt qara rəngli corabın, Zərərçəkmiş şəxs məxsus “Xiomi redmi note 9” markalı və “Samsung galaxy A24” markalı mobil telefon aparatlarının zərərçəkmiş şəxsin hüquqi varisi X13 verilməsini, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan qara rəngli 01 ədəd qısaqol köynəyin, 01 ədəd tünd göy rəngli cins şalvarın, 01 ədəd “TAN” yazısı həkk olunmuş qara rəngli tumanın, 01 ədəd qara rəngli üzərində “Nike” yazısı həkk olunmuş 01 cüt corabın, 01 cüt qara rəngli idman ayaqqabısının, Şahid5 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “TORNADO” yazısı həkk olunmuş “dollar və skelet baş” simvolu olan bozumtul tumanın, 01 ədəd ağ rəngli qısaqol köynəyin, 01 ədəd yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində “DG” sözləri yazılmış cins şalvarın, bir cüt qara rəngli corabın, bir cüt qara rəngli ayaqqabının və “Redmagic” markalı mobil telefon aparatının Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmasını əsaslı hesab edir. 71.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 72.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 73.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 74.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 460 (dörd yüz altmış) manat Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan - 01 ədəd bəzəkli çəhrayı rəngli mələfə, 01 ədəd bir tərəfi bənövşəyi rəngli, digər tərəfi çəhrayı rəngli yastıq üzlüyü, 01 ədəd üzərində ağ, sarı və mavi naxışları olan qara rəngli xələt, 01 ədəd üzərində naxışları olan ağ-bənövşəyi rəngli mələfə, 01 ədəd şəffaf sellofan, 01 ədəd saç broşu və 01 ədəd göy rəngli əl dəsmalı, meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzəridə “BİG DART” yazısı həkk olunmuş etiketli ağ və qara cızıqlı, qırmızı rəngli köynək, 01 ədəd bəzəkli ağ rəngli qısa şort, 01 ədəd qara rəngli tuman, 01 ədəd qara rəngli “V” şəkilli tuman, saç və dırnaq nümunələri, Təqsirləndirilən şəxs, Şahid5, X13 məxsus dırnaq nümunələri - məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş Şahid5 məxsus 01 ədəd qara rəngli “Fjallraven Kanken” işarəli bel çantası - Şahid5 qaytarılsın, X8 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “Kardeşlər” etiketi olan qara rəngli boz naxışlı don, bir cüt qara rəngli üzərində “Flowers” yazısı həkk olmuş yay çəkmələri, bir cüt qara rəngli corab, Zərərçəkmiş şəxs məxsus “Xiomi redmi note 9” markalı və “Samsung galaxy A24” markalı mobil telefon aparatları - zərərçəkmiş şəxsin hüquqi varisi X13 verilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan qara rəngli 01 ədəd qısaqol köynək, 01 ədəd tünd göy rəngli cins şalvar, 01 ədəd “TAN” yazısı həkk olunmuş qara rəngli tuman, 01 ədəd qara rəngli üzərində “Nike” yazısı həkk olunmuş 01 cüt corab, 01 cüt qara rəngli idman ayaqqabısı, Şahid5 hadisə vaxtı üzərində olan 01 ədəd üzərində “TORNADO” yazısı həkk olunmuş “dollar və skelet baş” simvolu olan bozumtul tuman, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd yanlarında və arxasında iki ədəd cibi olan, arxa bel etiketində “DG” sözləri yazılmış cins şalvar, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı və “Redmagic” markalı mobil telefon aparatı - Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev