Məhkəmə qərarları › İş №1(101)-672/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-672/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2020 03.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Zərərçəkmiş şəxs İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi - fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxx 2017-ci il tarixdə barəsində axtarış elan olunmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxxx 2018-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhəri, Yujnoe Butovo rayon DİŞ-i tərəfindən tutulmuş və Moskva şəhəri, Zyuzinski rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmənin müvafiq qərarları ilə xx xxxxx 2019-cu ilədək uzadılmış, Moskva şəhəri, Zyuzinski rayonlararası prokurorunun xx xxxxx 2019-cu il tarixli qərarına əsasən həbsdən azad edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai RPİ 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən ittiham elan olunması üçün tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs birgə kommersiya fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək, xarici ölkələrdən qənnadı məhsulları və ekzotik meyvələrin idxalı və satışı üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə ticarət əməliyyatlarından əldə ediləcək gəlirdən qazanc verəcəyinə dair yalan vəd verməklə inandıraraq onun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs 2016-cı ilin fevral ayının əvvəllərində ünvan 3 saylı ünvanda həmin dövrün məzənnəsi ilə 15,972 manat təşkil edən 10.000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs özü şəxsən, ölkə hüdudlarından kənarda olduğu sonrakı müddətdə isə cinayətkar niyyətindən məlumatsız olan atası Şahid2 vasitəsi ilə iki dəfəyə eyni ünvanda - xx xxxx 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 86.410 manat təşkil edən 50.000 ABŞ dolları və xx xxxx 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 77.571 manat təşkil edən 45.000 ABŞ dolları pulları Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 179.953 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bir məhəllədə yaşadıqları üçün tanımış və münasibətləri yaxşı olmuşdur. Bir gün Cavid ona yaxınlaşaraq nə işlə məşğul olduğunu soruşmuş, o isə, Rusiyada ticarətlə məşğul olduğunu bildirərək Cavidə iş görməyi təklif etmişdir. Cavid işə başlamaq üçün nə qədər vəsait lazım olacağını soruşmuş, o, 10.000 ABŞ dolları verəcəyini, lakin heç bir şeyə qarışmayacağını, mümkün ola biləcək ziyanın ona aid olmadığını bildirmişdir. Cavid qazancı barədə maraqlananda, o, həmin pula ona 1000-1500 manat qazanc verəcəyini söyləmişdir. Cavid onunla razılaşıb 10.000 dollar pul vermiş, o da, Cavidə birinci ay 1200 manat, sonra isə 1000 manat vermişdir. Bu minvalla o, 10.000 ABŞ dolların qarşılığında Cavidə 8-9 ay pul vermişdir. Sonra Cavid ondan 10.000 ABŞ dollarını geri istəyib böyük iş görmək istədiyini bildirmiş, o da, bunun üçün böyük pul lazım olduğunu söyləmişdir. Cavid böyük iş görmək üçün ona 30.000 ABŞ dolları vermişdir. Cavidlə olan yerdə ona zəng gəlmiş, Rusiyadan zəng edən şəxs 30.000 dollar pul lazım olduğunu, əvəzində üç hissəyə bölünməklə 10.000 dollar qazanc olacağını bildirmişdir. Həmin vaxt bunu yanında olan Cavidə demiş, sonuncu, bir problem olub-olmayacağını soruşmuş, o da, problem olarsa, özünə aid olacağını demiş və razılaşmışlar. O, Cavidddən pulu qaytarmaq üçün 45 gün vaxt istəmiş, həmin müddətdə 30.000 ABŞ dolları və üstündə 3.000 dollar gətirib Cavidə qaytarmışdır. Sonra Cavid ikinci dəfə 30.000 ABŞ dolları vermiş və nə işlə məşğul olmasının onun üçün maraqlı olmadığını bildirərək pulunu ondan alacağını söyləmiş və onlar razılaşmışlar. Daha sonra onun iş gördüyü həmin şəxslə problemləri yaranmış, həmin şəxs yoxa çıxmış, o da, həmin şəxsin dalınca Rusiyaya getmişdir. Həmin vaxt Cavidin pulunun vaxtı çatdığından o, başqa adamdan pul götürüb Cavidin pulunu faizi ilə tam qaytarmışdır. Bundan sonra o, yüklənmiş, pul götürdüyü şəxs öz pulunu tələb etmişdir. O, Moskvada olan zaman Cavid zəng edib pulunu tələb etmiş, Cavidə bir nəfərin 50.000 dollar pul istədiyini, əvəzində 6000 dollar qazanc verəcəyini demiş, lakin Cavid 6.000 qazancı yarıyarı deyil, 4.000 dollarını istəmişdir. O, həmin pulu Cavidə faizi ilə birlikdə vermişdir. Sonra Cavid ondan verdiyi 10.000 dollara nə etdiyini soruşmuş, o da, Moskvada ət dükanı açdığını söyləmişdir. Bu yolla o, həm Cavid, həm də başqa şəxs qarşısında borclanmışdır. X6 yanına gəlib qonağı olmuş, onlar gəzib dolaşmış, sonra yola salanda Cavid işləri böyütmək lazım olsa, 500.000 dollar pul verə biləcəyini demişdir. Sonra borclarının artdığını görüb Caviddən pul alıb mərc oyununa getmiş və uduzmuşdur. Bundan sonra məcbur qalıb Moskvaya getmiş və pul verdiyi adamı tapıb pulunu almaq istəmişdir. Moskvada olanda Baş Mütəşəkkil X1 zəng gəlmiş və Cavidin ondan şikayət etdiyi bildirilmişdir. Həmin vaxt o, Cavidin şikayətinə görə Rusiyada tutulmuş, təxminən bir ilə yaxın orada həbsdə olmuşdur. Lakin Baş Mütəşəkkil X2 müvafiq sənədlər gəlmədiyi üçün buraxılmışdır. O, məcbur olub atasına könüllü gəlmək istəməsi barədə ərizə ilə müraciət etməsini bildirmişdir. Atası 20.000 manat verib ərizəni geri götürməsi barədə Cavidlə danışmış, sonra borcun hissə-hissə tam qaytaracaqlarını bildirmiş, lakin Cavid razı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, birinci dəfə Caviddən 10.000 ABŞ dolları almış, hər ay hissə-hissə ona pul vermişdir. O, Caviddən aldığı pulla Rusiyadan Azərbaycana müxtəlif adda düyü və sok gətirib satmışdır. Gətirdiyi malları Bakıda müxtəlif mağazalara və çay evlərinə vermişdir. Caviddən aldığı 10.000 ABŞ dolları qarşılığında sonuncuya 8.000 manat pul vermiş, ikinci dəfə Caviddən Rusiyada iş görmək adı ilə 30.000 ABŞ dolları almış və 3.000 ABŞ dollar qaytarmışdır. Sonra Cavid təkrar ona 30.000 ABŞ dolları vermiş, həmin puldan 23.000 ABŞ dollarını qaytarmış, qalanı isə Moskvada ət dükanı açmağa sərf etmişdir. Sonra Caviddən 40.000 ABŞ dolları almış, lakin həmin pulu ona qaytarmamışdır. Caviddən aldığı pulları mərc oyunlarında uduzmuş, bir qismini isə faizlə götürdüyü pulların əvəzi olaraq qaytarmışdır. Lakin o, Caviddən aldığı pulun əsas məbləğini qaytarmamışdır. Cavidə ümumilikdə 25.000 dollar qazanc vermişdir. Caviddən 10.000 ABŞ dollarını 2016-cı ildə almış, həmin pula görə hər ay Cavidə qazanc vermişdir. Təxminən ay yarımdan sonra Cavid ona 30.000 ABŞ dolları, daha sonra yenə də 30.000 ABŞ dolları pul vermişdir. O, aldığı pullara görə Cavidə 40.000 ABŞ dolları qaytarmışdır. Caviddən aldığı pullarla Rusiyadan mal gətirib Bakıda satmışdır. Hazırda o, Cavidə 105.000 dollar borcludur. Sonuncuya şərikli işləməyi o, təklif etmişdir. Birinci dəfə Caviddən 10.000 ABŞ dollarını özü götürmüş, qalan məbləğləri isə Cavidin sürücüsü onun atasına vermiş və atası da ona çatdırmışdır. Sürücü birinci dəfə atasına 40.000 ABŞ dolları, ikinci dəfə isə 50.000 ABŞ dolları pul vermişdir. Hazırda Cavidə borcu olduğunu etiraf edir, lakin zərərçəkmiş şəxslə razılıq əldə edə bilməmişdir. Həmçinin məhkəmədən Rusiyada həbsdə saxlanıldığı müddətin ona cəza təyin olunarkən nəzərə alınmağını xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımış, əvvəllər onunla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 97/62 ünvanında bir binada yaşamışlar. Elvinlə söhbət edən zaman o, Rusiyadan Azərbaycana qida məhsulları gətirdiyini, yaxşı qazanc əldə etdiyini demiş, ona müəyyən məbləğdə pul versə, birlikdə qazanc əldə edəcəklərini bildirmişdir. 2016-ci il fevral ayının əvvəllərində Elvinlə yaşadığı həyətdə görüşüb ona 10.000 ABŞ dolları pul vermiş, Elvin həmin pulun müqabilində ona birinci ay 1200, ikinci ay 1100 manat, üçüncü ay 550 manat və dördüncü ay isə 750 manat pul verərək həmin pulların 10.000 dollardan əldə olunan qazanc olduğunu söyləmişdir. Elvin son aylarda pulları gecikdirdiyindən o, pulunu geri istəmiş, Elvin isə yaxşı qazanc əldə etmək üçün çoxlu pula ehtiyac olduğunu bildirmişdir. 2017-ci il mart ayının əvvəllərində Təqsirləndirilən şəxsla danışan zaman, sonuncu, Rusiyada olduğunu deyərək ondan 50.000 ABŞ dolları pul istəmiş, həmin pulla Pyatiqorsk şəhərində qənnadı malları alıb Azərbaycana göndərəcəyini bildirərək həmin pulun müqabilində hər ay 4000 manat qazanc əldə edəcəklərini söyləmiş, özü Rusiyada olduğuna görə pulu atasına verməsini tapşırmışdır. Elvinin atası Şahid2la danışan zaman sonuncu oğlunun dediklərini təsdiq etmiş və Şahid2 xx xxxx 2017-ci il tarixdə sürücüsü Ağabala vasitəsi ilə pul göndərmişdir. Ehtiram pulu götürməsini ona zəng edərək bildirmiş, həmçinin özü Təqsirləndirilən şəxs zəng edərək pulu atasına verdiyini demişdir. Təqsirləndirilən şəxsla danışan zaman sonuncu, Polşadan Rusiyaya avakado göndəriyini, həmin məhsulun Moskva şəhərində yaxşı satıldığını, mal sahibinə təcili olaraq 45000 ABŞ dolları pul göndərməli olduğunu deyərək ondan həmin pulu istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs pulunun olmadığını deməsinə baxmayaraq, qohumlarından 45.000 ABŞ dolları pul yığıb xx xxxx 2017-ci il tarixdə sürücüsü Ağabala vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu. M.Hadi küçəsində Şahid2 göndərmiş, sonuncu pulu alması barədə ona demişdir. Pulları alandan sonra Elvin aprel ayının sonlarına qədər həm 45.000 dolları, sonra isə 50.000 dolları geri qaytarcağına söz vermişdir. Qalan 10000 ABŞ dollarına isə Elvin Moskva şəhərində ət mağazası aldığını söyləmişdir. 2017-ci il aprelin axırlarında o, Təqsirləndirilən şəxsla görüşən zaman pullarını istəmiş, sonuncu isə, 2 günə pulların hamısını qaytaracağına söz versə də, ölkəni tərk etmiş və ona vurulmuş maddi ziyanı qaytarmamışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Elvinə 105.000 ABŞ dolları pul vermiş, həmin pulun 95.000 ABŞ dollarını onun sürücüsü Ağabala Elvinin atasına, sonuncu isə Elvinə çatdırmışdır. Təqsirləndirilən şəxs 50.000 ABŞ dollarını 2017ci il aprelin əvvəllərində, 45.000 ABŞ dollarını isə aprelin 27-də qaytarmağa söz vermişdir. Sonuncu dəfə Elvinin atası ilə görüşəndə ona 20.000 ABŞ dolları verməklə pulun qalanını hissə-hissə verəcəklərini təklif etsələr də, sonradan bu təklif də ona edilməmişdir və hazırda ona dəymiş ziyan ödənilməmiş qalır. Bu səbəbdən məhkəmədə mülki iddia qaldırmışdır və həmin iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Həşim oğlu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs sürücüsü işləyir, lakin Təqsirləndirilən şəxs tanımır. Ancaq Elvinin atası Şahid2 iki dəfə görmüşdür. Birinci dəfə xx xxxx 2017-ci il tarixdə Cavid ona 50.000 ABŞ dolları pul verərək Ehtirama çatdırmasını tapşırmış, o da, həmin gün Ehtiramla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 99 saylı evin qarşısında görüşərək maşının içərisində ona Zərərçəkmiş şəxs verdiyi 50.000 ABŞ dollarını çatdırmışdır. Bundan sonra da bir dəfə xx xxxx 2017-ci il tarixdə eyni qaydada və yerdə Ehtirama Cavidin verdiyi 45.000 ABŞ dolları pulu çatdırmışdır. Lakin nə pulu verərkən Zərərçəkmiş şəxs həmin pulların nə üçün verildiyini və kimə çatdırılacağını bildirməmiş, o da, bu barədə maraqlanmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin pulları Şahid2 Rusiyada yaşayan oğlu Elvinə göndərmiş, sonuncu isə, Cavid Hüseyovu aldadaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, oğlu Elvin biznes fəaliyyəti ilə məşğul olmuş və Rusiyadan Azərbaycana qida məhsulları gətirib satmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla qonşu olmuş və yaxşı münasibətləri olmuşdur. Cavidlə Elvinin birgə biznes fəaliyyətləri olduğunu bilmişdir. Lakin onların işlərinə müdaxilə etməmiş və maraqlanmamışdır. Zərərçəkmiş şəxs sürücüsü vasitəsi ilə ona müxtəlif məbləğlərdə pullar göndərmiş və pulları oğluna çatdırmağı xahiş etmişdir. O da, pulları sayıb götürmüş və oğlunun dediyi şəxslər vasitəsi ilə Rusiyaya ona göndərmişdir. Təqsirləndirilən şəxs bu yolla Zərərçəkmiş şəxs ümumilikdə 105.000 ABŞ dolları almış, lakin biznes fəaliyyəti alınmadığına görə Cavidin pullarını qaytara bilməmişdir. Həm istintaq dövründə, həm də məhkəmə baxışı zamanı özü Zərərçəkmiş şəxsla pulun təxminən 20.000 dollarını qaytarıb qalanını hissəhissə ödəmək barədə danışıqlar aparsa da, hələlik razılığa gələ bilməmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokoluna əsasən, istintaq zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş və bu zaman Zərərçəkmiş şəxs sərbəst ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmiş, Şahid2 da bunları qəbul etmişdir (cild 1, iş vərəqi 149-150). Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid1 Həşim oğlu ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqi 151-153). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli **********0714400 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs (fərdi sahibkar) qismində Vergilər Nazirliyinin Bakı şəhəri, X9 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Eyni zamanda vergi ödəyicisinin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Təqsirləndirilən şəxs barəsində hər hansı kommersiya hüquqi şəxsin rəhbər və ya təsisçisi olması barədə məlumat yoxdur (cild 1, iş vərəqi 132). Cinayət işində olan xx xxx 2017-ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim olunmuş sənədlərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonun “whatsApp” ani mesajlaşma mübadiləsi sisteminə mesajlar yazıb aldığı pulları qısa müddət ərzində qaytaracağına dair vədlər vermiş, münasibətlərinin düzəlməsinə cəhd etmiş, özünün işləyib aylıq 3000 və ya 5000 ABŞ dolları pulları qazanıb ona göndərəcəyini bildirərək, müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs yenə də pullar istəmiş, Polşadan malların gəldiyini bildirərək ona təcili pul göndərməsini xahiş etmişdir (cild 1, iş vərəqi 21). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli "Sərhədkeçmə hesabatına baxış keçirilməsinə dair" protokoldan görünr ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmuş, xx.xx.2016-cı il tarixdə «Yalama» sərhəd-nəzarət buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və xx.xx.2017-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. Təqsirləndirilən şəxs 2017-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası ərazisində olmamışdır (cild 1, iş vərəqi 140). Cinayət işinə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək xx xxxx 2017-ci il tarixdən axtarışda olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai RPİ 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Heydər Əliyev adına X5 tutulmuşdur (cild 1, iş vərəqi 79). İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli 698 və 699 nömrəli arayışlardan, həmçinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzləri ilə birlikdə həmin ünvanda yaşayır və ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 98-100). İş materiallarına əlavə edilmiş AZE seriyalı 12021926 nömrəli və AZE seriyalı 12021927 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü Cəmilə Zamanova və xx.xx.2014-cü il təvəllüdlü Ömər Zamanov adlı iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 101-102). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 107-108). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə xx xxxx 2017-ci il tarixdə barəsində axtarış elan olunmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarına əsasən isə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan tərəfinin müraciəti əsasında hazırkı iş üzrə Rusiya Federasiyası, Moskva şəhəri, Yujnoe Butovo rayon DİŞ-nin təhqiqatçısı tərəfindən tutulmuş və Moskva şəhəri, Zyuzinski rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan Zyuzinski rayon məhkəməsinin müvafiq qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətləri xx xxxxx 2019-cu ilədək uzadılmışdır. Moskva şəhəri, Zyuzinski rayonlararası prokurorunun xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Rusiya Federasiyasından Azərbaycana qayıdarkən Heydər Əliyev adına X5 Bakı şəhəri, Xətai RPİ 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən ittiham elan olunması üçün tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək hazırkı iş üzrə Rusiya Federasiyasında həbsdə saxlanıldığı müddət təyin ediləcək azadlıqdan məhrum etmə müddətinə daxil edilməklə çıxılmalı, ona qəti cəza təyin olunmalı və hazırkı iş üzrə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq cinayət nəticəsində ona vurulmuş maddi ziyana görə 179.953 (yüz yetmiş doqquz min doqquz yüz əlli üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən, Zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia qaldırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 179.953 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs mülki iddiası tam təmin olunmalı, ona vurulmuş 179.953 (yüz yetmiş doqquz min doqquz yüz əlli üç) manat məbləğində maddi ziyan və mülki iddiaya görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 179.983 (yüz yetmiş doqquz min doqquz yüz səksən üç) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların və məhkəmə məsrəflərinin müəyyən edilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə Rusiya Federasiyasında tutularaq xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 27 (iyirmi yeddi) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 179.953 (yüz yetmiş doqquz min doqquz yüz əlli üç) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ümumilikdə 179.983 (yüz yetmiş doqquz min doqquz yüz səksən üç) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, maddi sübutların və məhkəmə məsrəflərinin müəyyən edilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar