Məhkəmə qərarları › İş №1(101)-672/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-672/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçiляр - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 120-də qeydiyyatda olmaqla yaşamış, Şəkili küçəsi, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı “Rəşvin” adlı şəxsdən satış məqsədi ilə 270 manat pulun qarşılığında bir bükümdə təmiz çəkisi 2,830 qram olan külli miqdarda psixotrop maddə metamfetamini və bir bükümdə təmiz çəkisi 4,512 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 16 iyul 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında olarkən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,512 qram külli miqdarda narkotik vasitə heroin və şalvarın sol yan cibindən bir bükümdə təmiz çəkisi 2,830 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir, peraşki satıb ailəsini birtəhər dolandırır. İki qızı və 3 yaşlı bir nəvəsi var. Onlara da o, baxır. O, təxminən 5-6 ildir ki, narkotik vasitəлярдян istifadə edir. Narkotik vasitələri müxtəlif tanımadığı şəxslərdən əldə etmişdir. Lakin, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkoman olduğuna görə tez-tez xəstəxanada da müalicə almışdır. İndi də müalicəsini davam etdirir. 16 iyul 2021-ci il tarxdə saat 20:00 radələrində yaşadığı evə qayıdarkən qızının ad günü olduğundan ona tort almağa gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində üzərinə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. O, üzərində heç bir qanuna zidd əşya olmadığını bildirmiş, lakin, polis əməkdaşları bundan sonra üzərinə narkotik vasitə qoymuşlar. Onu döymüşlər və işgəncə vermişlər. Onu döyən polis əməkdaşlarının adını, soyadını bilmir, görsə tanıya bilməz. O da məcbur olub kamera qarşısında üzərinə qoyduqlarını polislərin öyrətdiyi kimi ona məxsus olmasını bildirmişdir. Bundan sonra barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmişlər. O, narkotik vasitə istifadə etsə də, heç bir zaman bunun satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamışdır. İstintaq zamanı vəkil iştirak etmişdir. Ona demişlər ki, ona verilən bükümləri cibindən çıxarıb stolun üstünə qoyсун. O da kamera qarşısında hər iki cibindən polis əməkdaşlarının ona verdiyi narkotik bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. O, hansı narkotik vasitə tapsa, ondan da istifadə etmişdir. Yəni, nə gəldi istifadə edirmiş. O, çox vaxt «şüşə» və «kokos» narkotik vasitələrindən istifadə etmişdir. Elan olunmuş cinayət işinin 43-48-ci vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola və təqdim olunmuş protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır, lakin oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 69-70 və 89-90-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... 16.07.2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanının qarşısında 2 nəfər mülki geyimli şəxslər mənə yaxınlaşıb özlərini təqdim etdilər və üzərimdə qanunla qadağan edilmiş narkotik vasitə olubolmadığını xəbər aldılar. Mən könüllü şəkildə üzərimdə narkotik vasitə olmasını etiraf etdim. ...Polis bölməsində, məni gətirmiş polиs əməkdaşlarının iştirakı ilə mənim üzərimə baxış keçirilərkən, könüllü təqdim etdiyim 2 ədəd gümüşü falqaya bükülmüş, bükümün içərisində olan maddə haqqında sual verdilər. Mən cavab olaraq birinci təqdim etdiyim bükümün içərisində olan tünd qəhvəyi rəngli spesifik iyə malik kokos, yəni, heroin olduğunu, ikinci bükümün içərisində isə ağ rəngli spesifik iyə malik kristala bənzər maddənin metamfetamin olduğunu və həmin maddələri 15.07.2021-ci il tarixdə, saat 17:00 radələrində İran vətəndaşı Rəşvin adlı şəxsdən 270 manata Bakı şəhəri, Yeganə şadlıq sarayının yanından almağımı bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ona təqdim olunmuş imzalar onun imzasıdır, lakin, o, protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 179-186-cı vərəqələrində olan SMS məlumatlara baxış keçirilməsi haqqında protokola əsasən təqsirləndirilən şəxs Namiq Əmədov bildirmişdir ki, O, narkotik vaitələrin istifadəçisidir və müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar SMS yazışmaları olmuş, lakin, həmin şəxslərin anket məlumatlarını və adlarını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 20-ci PB-də əməliyyat müvəkkili işləyir. 16.07.2021-ci il tarixdə, saat 20:00 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar iş yoldaşı, Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2la xidmətdə olarkən ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şübhələndikləri üçün onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Onunla şifahi sorğusual zamanı, o, narkotik aludəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün narkotik maddə gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxslə birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gəlmişlər, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasının xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış aparılması və ondan üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Bundan sonra təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni, həmçinin şalvarının sol, yan cibindən 01 ədəd bükülüdə, içərisində ağ rəngli, psixotrop maddəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərində hər hansı bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş nakrotik vasitələri Bakı şəhərı, Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında 15.07.2021-ci il tarixində İran İslam Respublikasının vətəndaşı olan “Rəşvin” adlı şəxsdən ümumilikdə 270 manata aldığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunmuşdur. Bütün əməliyyatlar müdafiəçinin iştirakı ilə olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 16 iyul 2021-ci il tarixli raportundan görünür ki, 16.07.2021-ci ildə saat 20:00-da Nəsimi Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən, ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb özlərini təqdim edib, ondan şübhələndikləri üçün onu Nəsimi RPİnin 20-ci PB-nə dəvət etmişlər. Şifahi sorğu zamanı həmin şəxs narkotik alüdəçisi olduğunu və üzərində şəxsi istifadə üçün narkotik maddə gəzdirdiyini bildirmişdir. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 43-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibində narkotik vasitə kokos və sol yan cibində patı adlanan metamfetamin olduğunu bildirib, gümüşü rəngli falqaya bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Həmin bükümləri açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik və ağ rəngli maddələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin kokos və patı olduğunu, həmin maddələri 15.07.2021-ci il tarixdə İran vətəndaşı “Rəşvin” adlı şəxsdən 270 manata Bakı şəhəri, Yeganə Şadlıq sarayının yanından almasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Aşakr edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 58-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2944 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 2,830 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 64-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2946 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi зərflər üçün №188” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 4,512 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 137-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 16.07.2021-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqlarını, onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etdiklərini, bölmədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdiyini və təqdim etdiyini bildirmişdir. Cinayət işinin 140-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, 16.07.2021-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşdıqlarını, onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etdiklərini, bölmədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdiyini və təqdim etdiyini bildirmişdir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-dən daxil olmuş 23 avqust 2021-ci il tarixli, 084-11157-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sərhədkeçmə barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ölkə ərazisini tərk etməsi barədə məlumat mövcud deyil. Cinayət işinin 179-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 noyabr 2021-ci il tarixli SMS məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı SMS məlumatlar aşkar edilmişdir: 05/04/2021-ci ildə saat 20:43:41-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yoxdu.Gelmıyecek Ama iwdi birden gelse ya kimse gorse guya metadon lazimdi ona gore gelmisen”; 21/05/2021-ci ildə saat 01:11:58-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Onu 5 dene ele gel pulu gotur yola sal”; 01/06/2021-ci ildə saat 03:55:53-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “QARDAWİM GİRMİWEM EVE ACDİM SEN VERENİ TOZUYDU HECNE 3 TUSDU WEY VARİYDİ COX PİSEM EVDEN CİXA BİLMİREM SABA 5 MANAT VEREREM SENE BİDENE DAŞ VERDE QARDAW”; 03/06/2021-ci ildə saat 14:01:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqaw oluram evda pul gedib goturmaliyam masazirdan geda bilmiram dunen 03 qaldi aramiz biraz qardawiva verda cixim vezvatan takam evda galirsan gal hamda temada galib zor temadi”; 03/06/2021-ci ildə saat 14:05:30-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qerdaw bir qram gatirda bawiva doneram evdavam galirsan”; 03/06/2021-ci ildə saat 16:48:42-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qerdew ghalim siz terafa bidana qram hazir gotur saxla gozdamiyim”; 03/06/2021-ci ildə 03/06/2021-ci ildə saat 18:18:33-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qerdew bir qram goturda qerdewin ucun gal da biza bawiva doneram alinir ha yox deda”; 13/06/2021-ci ildə saat 02:34:46-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qardawim senun canvu viyerem sabahda qardawun sen ol namiq 5 manat verecem sene mene bidene balaca daw pati vere bilersen? ”; 13/06/2021-ci ildə saat 02:40:04-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qardawim direm ki canimsan vezvet pisdi mene bi tike pati daw vere bilersen saba men sene 5 manat vererem”; 15/06/2021-ci ildə saat 22:31:06-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ay qaqas derman lazimdi pulluynan”; 18/06/2021-ci ildə saat 04:15:02-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qardawim olurem agridan canimsan 5 manat vererem sene mene bi tike falqada kola erid pencereden verde canimsan cox pisem”; 27/06/2021-ci ildə saat 00:15:27-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə Qacas kola isdesen de mende var”; 29/06/2021-ci ildə saat 10:11:41-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Resad nije bele elijirsen 3gundu saxlamisan malmi mende risq elemishe”; 30/06/2021-ci ildə saat 10:20:30-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Men ne jazim Resad agrijiram bele olmaz”; 30/06/2021-ci ildə saat 17:14:52-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Aj Resad menim malimi nije vermirsen”; 01/07/2021-ci ildə saat 21:11:53-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Tel gotur pul istemirem tema vart”; 01/07/2021-ci ildə saat 21:58:31-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “A kisi pul istemirem uzuz tema var”; 11/07/2021-ci ildə saat 01:37:01-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “10 kol 5 pa zeng ele”; 12/07/2021-ci ildə saat 14:12:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “dur gəl bebewgile otu pitini mitini götür gəl tez gel ama”; 13/07/2021-ci ildə saat 14:59:12-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “ay balam ot tapda pulun verirəm qizimgjle gedəcəm aparım pulun ve”; 24/07/2021-ci ildə saat 02:32:43-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqaw iw voldawim var onda var smert ozde deyir neqder pati vercek bir bawa”; 31/07/2021-ci ildə saat 12:33:21-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “MENE MASHİN LAZİMDİ 3Q KAKİ 05 PATİ MASİNDA QALİB”; 31/07/2021-ci ildə saat 17:46:33-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “arsı.eger menim pulumu yada 05 kakosu yarim saat erzinde vastanavi”. Cinayət işinin 225-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı ünvan 5 ünvanında baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 226-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 noyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onda hər hansı narkotik vasitənin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istintaq zamanı ona işgəncə verdikləri üçün fərqli ifadələr verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Cinayət işinin 248-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X1 23 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona işgəncə verilməsi, ona xəsarət yetirilməsi sübuta yetmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 sentyabr 2021-ci il tarixli, 3240 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli, 8979 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 02.09.2009-17.10.2009-cu il, 01.06.2010-25.08.2010-cu il, 17.09.2018-25.12.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Təqsirləndirilən şəxs sonuncu dəfə 21.06.2019-cu il tarixdə xəstəxanaya qəbul olunub. 01.07.2019-cu il tarixdə xəstəxanadan evə yazılmışdır. Cinayət işinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X6 kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının 30 oktyabr 2021-ci il tarixli, 2552 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Depressiv reaksiya. Depressiv epizod” diaqnozu müəyyən edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 20-21-ci vərəqələrində olan 16 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 102-104-cü vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 18 iyul 2021-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Kənan Kərimlinin 18 iyul 2021ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X2 18 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 14 fevral 2022-ci il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,526 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4,462 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdən 18 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 14 fevral 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. N.H.Əhməov ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,526 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4,462 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar