Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2023 23.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Kamandar Nəsibov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şahid2 küçəsi, ev 304-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, 12-ci küçə, mənzil 120də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşımış, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,899 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, həmin psixotrop maddədən təmiz çəkisi 1,307 qram olan 01 bükümünü 13 sentyabr 2022ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Troya” adlı kafenin yaxınlığında tanışı Şahid1 20 manat pul müqabilində satmış, həmin gün saat 17:30 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən “Troya” adlı kafenin qarşısında Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirlimiş, idarədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun içərisindən 13 bükümdə, ayrıayrılıqda çəkiləri 0,406 qram, 0,420 qram, 0,482 qram, 0,400 qram, 0,430 qram, 0,410 qram, 0,418 qram, 0,430 qram, 0,448 qram, 0,443 qram, 0,413 qram, 0,451 qram və 0,441 qram olmaqla ümumi təmiz çəkisi 5,592 qram olan külli miqdarda, ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynində olan cins şalvarın sağ yan cibindən onun satdığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,307 qram olan xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddələr ilə eynilik təşkil edən ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, sentyabr ayının 13-ü “Troya” restoranının yanında düşərkən, üzərində yarım qram metamfetamin olmuş, restoranla üzbəüz onu əməliyyatçılar saxlamış və üzərinə baxış keçirmişlər. Üzərindəki “Sobrani” qutusundan yarım qram metamfetamin aşkar olunmuşdur. Polislər ona metamfetamini satanın adını deməsini tələb etmiş, demədiyinə görə onu bölməyə gətirmişlər. Polis bölməsində polis əməkdaşları onu döymüşlər. Polislər qoyduqları narkotik vasitəni boynuna götürməyə onu məcbur etmişlər. Polis əməkdaşları ondan Kamrana 20 manata narkotik vasitə verməsini deməyi tələb etmişlər. Narkotiki boynuna götürəcəyi təqdirdə onu buraxacaqlarını bildirmişlər. O da narkotiki boynuna götürməyə məcbur olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, üzərində olan metamfetamini “Vasmoy”dan Elməddin adlı şəxsdən almışdır. O, tutulduqdan sonra Kamran da saxlanılmışdır. Nə o, Kamrana, nə də Kamran ona narkotik vermişdir. Kamranın da üzərində yarım ya da 1 qram narkotik olmuş, Kamran narkotiki öz istifadəsi üçün almışdır. Amma Kamranla birlikdə istifadə etmişlər. Polislər saat 4-dən 8-ə kimi təpiklə, yumruqla bədəninə, ayağına vurmaqla onu döymüşlər. Ayağında izlər qalmış, təcridxanada onun bədəninə baxış keçirilmiş, lakin bədənində zədə aşkar olunmamışdır. Məhkəmədə olarkən döyülməyi barədə hakimə, vəkilə deməmiş, həmçinin heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, psixotrop maddələri satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Təqribən 2 aydır ki, psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Polis tərəfindən tutulmamışdan, yəni 13 sentybar 2022-ci İİ tarixdən bir neçə gün öncə özünə məxsus hazırda xatırlamadığı “İnstagram” sosial platformasında gəzişərkən qarşısına “patı-kola” adlı bir istifadəçi çıxmış, mesaj bölməsində həmin istifadəçi ilə əlaqə yaradıb şəxsi istifadəsi üçün metamfetamin lazım olduğunu bildirmiş, həmin şəxs özünü ona İran vətəndaşı kimi təqdim etmiş, lakin Azərbaycan Respublikası ərazisində yaşadığını qeyd etmişdir. Həmin şəxs ona bükümlərin birini 15 manatdan satdığını bildirmiş, o, həmin şəxsə 15 büküm istədiyini demiş, həmin şəxs 15 büküm 225 manat etsə də ilk dəfə olduğu üçün ona 150 manata satacağını bildirmişdir. Onunla malı götürdükdən sonra ödəniş edəcəyi ilə bağlı razılaşmışdır. 12 sentyabr 2022-ci il tarixdə həmin şəxs onunla eyni üsulla əlaqə yaradıb bildirmişdir ki, sifariş etdiyi psixotrop maddə metamfetamini Sumqayıt şəhərində yerləşən Asan xidmətin yanında olan parka qoymuşdur. Həmin şəxs oranın şəkilini də çəkib ona göndərmişdir. O, həmin gün saat 23 radələrində gedib içərisindən 15 büküm kristal formada psixotrop maddə metamfetamin olan “Kent” markalı siqaret qutusunu götürmüş və yaşadığı evə gəlmişdir. Növbəti gün, 13 sentyabr 2022-ci ildə həmin psixotrop maddənin bir bükümünü istifadə etmişdir. Həmin gün qısa müddətdir ki, tanıdığı Kamran ilə ünvan 1-də yerləşən “Troya” adlı kafenin qarşısında görüşdükdə Kamrana üzərində psixotrop maddə olduğunu bildirib, bir bükümünü ona 20 manat qarşılığında satmışdır. Lakin, Kamran pulu olmadığı üçün pulu daha sonra verəcəyini ona bildirmiş və ona 20 manat borclu qalmışdır. Həmin gün saat 17 radələrində üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları Nizami RPİ-yə aparmışlar. Burada ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 13 büküm psixotrop maddə metamfetamin olan “Kent” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutuya və qutuda olan 13 büküm psixotrop maddəyə baxış keçirilmiş, o, sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Həmin bükümlər zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 100-102). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə Elşən adlı şəxsin Nizami rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna o, Şahid4 və Şahid2 daxil olmuşlar. Həmin gün saat 17:30 radələrində Elşən Kamran adlı şəxslə birlikdə polis tərəfindən Məhsəti Gəncəvi küçəsi 155 ünvanında saxlanılmış onları idarəyə dəvət edilmişlər. Təhqiqatçının otağında Elşənin üzərinə baxış keçirilmiş və üzərindən siqaret qutusunun içindən 13 büküm narkotik aşkar olunmuşdur. Elşən narkotiklərin 1 bükümünü özünün istifadə etdiyini, 1 bükümünü Kamrana verdiyini, həmçinin narkotikləri 150 manat müqabilində sosial şəbəkədə tanış olduğu iranlıdan aldığını bildirmişdir. Daha sonra aşkar olunan narkotiklər çəkilmiş və sənədləşdirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid3 bildirdi ki, saxlanılan zaman Kamran və X3 155 ünvanında kafe kimi bir yerin qarşısında olmuş, Kamran narkotiki Elşəndən 20 manat müqabilində aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Elşənə qarşı heç bir zorakılıq olmamış, habelə o, zorakılıq olmasının da şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid4 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tarixi yadında qalmayan sentyabr ayının bir günündə Elşənlə çay içib, vaxt keçirərkən, oturduğu yerdə əməliyyatçılar gəlib onu saxlamış və bölməyə gətirmişlər, orada Elşənin də bölmədə olduğunu görmüşdür. Orada hər ikisinin üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, öz üzərində olan 0,5-0,6 qram narkotiki şəxsi istifadəsi üçün sosial şəbəkədən 15 manata almışdır. Narkotikləri olanda Elşənlə birlikdə istifadə etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid1 bildirdi ki, onda metamfetamin olsa da, o, Elşəndə nə olduğunu bilməmişdir. O, Elşəndən heç nə almamışdır. Polis bölməsində ona qarşı zorakılıq olmamış, Elşənin döyülməsinin də şahidi olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təqribən 2 aydır ki, psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Metamfetamini tanımadığı müxtəlif şəxslərdən müxtəlif qiymətlərə əldə edir. 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Troya” adlı kafenin qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olarkən, Elşən ona İran vətəndaşından çoxlu bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin aldığını və pulunu vermədiyini, qısa müddətdə onun pulunu vermək üçün həmin bükümləri satmalı olduğunu bildirmişdir. O da istifadəçi olduğu üçün bükümlərdən birini ona verməsini istəmiş, lakin üzərində pul olmadığından pulunu daha sonra verəcəyini bildirmiş və Elşənlə 20 manat qarşılığında razılaşmışdır. Elşən cibindən “Kent” markalı siqaret qutusunu çıxarıb onun içində bilmədiyi sayda olan bükümlərdən birini ona vermiş, daha sonra həmin qutunu cibinə qoymuşdur. Bir qədər sonra elə həmin ərazidə olarkən 3 nəfər şəxs anidən onlara yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları Nizami RPİ-yə aparmışlar. Burada ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş altında üzərinə axtarış keçirilmişdir. Burada o, əynində olan şalvarın sağ kiçik yan cibində saxladığı 01 bükümü, şalvarının sol yan cibindən isə bir ədəd psixotrop maddə metamfetamini istifadə etmək üçün istifadə etdiyi müştüyü təhvil vermişdir. Həmin bükümə və müştüyə baxış keçirilmiş, o, özünə məlum olan halları olduğu kimi danışmışdır. Həmin büküm və müştük zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. (cild 1, iş vərəqi 87-88). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri Nizami rayonunda “Elşən” və “Kamran” adlı şəxslərin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Elşən” və “Kamran” adlı şəxslərin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxxxx 1992-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Lənkəran şəhəri, Şahid2 küçəsi, ev 304-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, 12-ci küçə, mənzil 120-də yaşayan Təqsirləndirilən şəxs və xx xxxxx 1990-cıi ildə Bakı şəhərində anadan olmuş, Binəqədi şəhəri, Biləcəri qəsəbəsi, M.Abdin küçəsi, ev 1-də qeydiyyatda olmaqla Nizami rayonu, R.Rüstəmov küçəsi 36, mənzil 83-də yaşayan Şahid1 saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər əhəmiyyət kəsb edən, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olması soruşulan zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “Kent” markalı siqaret qutusu masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içinə keçirilən baxış zamanı oradan 13 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərə baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Elşən İbrhimli sorğu zamanı bildirmişdir ki, həmin bükümlərdə olan maddələr “patı”, yəni metamfetamindir. Həmin maddələri 12 sentyabr 2022-ci il tarixdə “İnstagram”da tanış olduğu İran vətəndaşından əldə etmiş, həmin şəxsdən 15 ədəd bükümdə psixotrop maddə əldə etmiş, onlardan birini özü istifadə etmiş birini isə tanışı Kamrana satmış 13 bükümü şəxsi istifadəsi üçün özündə saxlamışdır. Onun üzərindən aşkar edilmiş 13 ədəd büküm kağız zərfə qoyularaq müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 33-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 üzərində hər əhəmiyyət kəsb edən, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olması soruşulan zaman o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmeti, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zamanı bükümün içərisində ağ rəngli kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Şahid1 bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir. Həmin bükümü 13 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. O, bildirmişdir ki, üzərindən aşkar edilmiş uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmetdən isə psixotrop maddə metamfetamini çəkmək üçün istifadə edir. Onun üzərindən aşkar edilmiş 01 ədəd büküm və uc hissəsinə qara rəngli borucuq quraşırılmış şüşə predmet kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür (cild 1, iş vərəqi 37-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5178 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “iştirak etdi İmza Şahid1...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,307 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmetin daxilində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək və təqdim edilmiş metamfetaminlər ilə eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində “iştirak etdi...imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 13 ədəd sellofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,406 qram, 0,420 qram, 0,482 qram, 0,400 qram, 0,430 qram, 0,410 qram, 0,418 qram, 0,430 qram, 0,448 qram, 0,443 qram, 0,413 qram, 0,451 qram və 0,441 qram olmaqla ümumi çəkisi 5,592 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid1 aşkar edilmiş metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib komponenetlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 65-69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 üzərindən aşkar edilmiş bir büküm metamfetamini Təqsirləndirilən şəxs 20 manat müqabilində aldığını sonuncunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs bir büküm metamfetamini Şahid1 hədiyyə kimi verdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 103-105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 sentybar 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Emil Hacıyev tərəfindən Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içinə keçirilən baxış zamanı oradan 13 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərə baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin bükümlərdə olan maddələr “patı”, yəni metamfetamindir. Həmin maddələri 12 sentyabr 2022-ci il tarixdə “İnstagram”da tanış olduğu İran vətəndaşından əldə etmiş, həmin şəxsdən 15 ədəd bükümdə psixotrop maddə əldə etmiş, onlardan birini özü istifadə etmiş, birini isə tanışı Kamrana vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilmir. Onun üzərindən aşkar edilmiş 13 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənir (cild 1, iş vərəqi 106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Emil Hacıyev tərəfindən Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid3 iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 ona edilən təklifdən sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmeti, həmin şalvarın sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zamanı bükümün içərisində ağ rəngli kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Şahid1 bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir. Həmin bükümü 13 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. O, bildirmişdir ki, üzərindən aşkar edilmiş uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmetdən isə psixotrop maddə metamfetamini çəkmək üçün istifadə edir. Şəxsi axtarış zamanı Şahid1 üzərində başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd büküm və uc hissəsinə qara rəngli borucuq quraşdırılmış şüşə predmet kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənir (cild 1, iş vərəqi 135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 10211 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6902 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 158-159). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 904 saylı məktubundan görünür ki, keçirilmiş müvafiq tədbirlər nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışını həyata keçirdiyi müəyyən edilmiş, lakin həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 147). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 144-145). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,072 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 162-169). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,257 qram metamfetamin və bir ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmet iş üzrə maddi sübut kimi tanınmış və Şahid1 barəsində ayrılacaq cinayət işi üzrə materiallara əlavə olunacağı qərara alınmışdır (cild 1, iş vərəqi 162-169). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 170-172). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinə dair cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 178-179). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində cəmi yarım qram metamfetamin olması, polislərin təpiklə, yumruqla bədəninə, ayağına vurmaqla onu döymələri, ayağında zədə izlərin qalması və polislərin qoyduqları narkotiki boynuna götürməsini tələb etmələri, nəticədə onun məcbur olub bükümləri öz üzərinə götürməsi, Kamrana narkotik vasitə verməməsi və ya satmaması, barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “Kent” markalı siqaret qutusu masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içinə keçirilən baxış zamanı oradan 13 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərə baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükümlərdə olan maddələrin “patı”, yəni metamfetamin olduğunu, həmin maddələri 12 sentyabr 2022-ci il tarixdə “İnstagram”da tanış olduğu İran vətəndaşından əldə etdiyini, həmin şəxsdən 15 ədəd bükümdə psixotrop maddə əldə etdiyini, onlardan birini özü istifadə etdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri İran vətəndaşından əldə etdiyini etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyini və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində həbs olunmamışdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatların olmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş 29 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və psixoloji təzyiqlərə məruz qalması ilə əlaqədar prokurorluğa müraciət daxil olmamışdır. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə cəzasını yüngülləşdirmək məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların çoxlu sayda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş metamfetamini məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi, metamfetamini Şahid1 satması barədə, habelə Şahid1 ondan aşkar edilmiş metamfetamini əvəzli qaydada Təqsirləndirilən şəxs alması barədə etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Şahid1 məhkəmədə təqsirləndirilən şəxsdən narkotik almaması, ondan aşkar edilmiş metamfetamini isə internet vasitəsilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələrlə şahid təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədini güdmüşdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması, saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Hüseynli Dəniz, xx.xx.2017-ci il təvəllüdlü Hüseynli Zəhranur və xx.xx.2022-ci il təvəllüdlü Hüseynli Ayla adlı övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 129-132). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,072 qram metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,072 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-672/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-672/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver