Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Ramil” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Ramil” adlı şəxs tərəfindən göndərilmiş 1008,3 qram çəkidə külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra özündə saxlamaqla daşımış, 10 aprel 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gətirilmiş və orada barəsində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbanın içərisindəki 01 bükümdə təmiz çəkisi 1008,3 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2 qram narkotik vasitəni götürmək üçün getmiş, lakin narkotik vasitəni götürməmiş polis əməkdaşları onu tutmuş və Nəsimi RPİ-nin 20-ci PB-yə aparmışlar. Ona Nəsimi RPİ-nin 20-ci PB-də təzyiq altında sənədlərə qol çəkdirmişlər. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, “Ramil” adlı İran İslam Respublikası vətəndaşından saxlanıldığı yerə 2 qram narkotik vasitə götürməyə getmişdir. İran İslam Respublikasının vətəndaşı ilə tutulduğu vaxtdan 15-20 gün əvvəl “Whatsapp” proqramı vasitəsilə tanış olmuş, sonuncu özü ona yazmış tanış olmuşlar. Ramil adlı şəxs narkotik vasitənin yerini “Whatsapp” proqramında “məkan” funksiyası vasitəsi ilə göndərmişdir. O, əvvəlcədən narkotik vasitənin pulunu narkotik vasitə yaxşı olduğu təqdirdə verəcəyini bildirmişdir. Onlar “Whatsapp” proqramı vasitəsilə bir-birləri ilə həm səsli mesajlar, həm də zənglə əlaqə saxlamışlar. Onun qabaqcadan niyyəti Ramil adlı şəxsdən narkotik vasitəni əldə edərək sonuncunu aldatmaq olmuşdur. Ramin adlı şəxs ona sonuncu ilə işləməyi təklif etsə də təklifini qəbul etməmişdir. 7-8 nəfər polis əməkdaşı 2 avtomaşında gələrək onu Nəsimi RPİ-nin 20-ci PB-yə aparmışlar. 20-ci PB-yə daxil olanda soldakı xidməti otaqda ona qarşı Ruslan, Fərid və Nail adlı polis əməkdaşları 1 kq narkotik vasitəni etiraf etdirmək üçün fiziki təzyiqlər göstərmişlər. Bakı İstintaq Təcridxanasında bədənindəki xəsarətlər qeydiyyata alınmış, qulağının pərdəsi cırılmış, tutulandan sonra heç yerdə müalicə almamışdır. Qolundakı xəsarətləri əvvəllər xəstə olduğu üçün özü-özünə yetirmişdir. İlkin ibtidai istintaq zamanı müdafiəçisi olmamışdır. Döyüləndən sonra müdafiəçi gəlmiş və polis əməkdaşları müdafiəçisinə döyülməyi ilə bağlı heç nə danışmamağını bildirmişlər. 20-ci PB-də ayağı şişdiyinə görə X19 çağırmışlar, saat 22:30 radələrində X19 gəlmişdir. Polis əməkdaşları “dubinka” ilə ayağının altına vurduqları üçün onun ayaqları şişmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən, ibtidai istintaq zamanı da müstəntiqə də hadisənin necə baş verdiyini olduğu kimi demişdir. İbtidai istintaq zamanı sənədlərin bir hissəsini oxumuş, bir hissəsini oxumamış və heç bir qeydlər aparmamışdır. Narkotik vasitəni götürməyə Həsənbala adlı tanışı ilə tanımadığı taxsi ilə getmişdir. Həsənbalanın onun narkotik vasitə gedib götürəcəyindən xəbəri olmamışdır. Həsənbala narkotik vasitəni götürdükdən sonra məhlələrinə düşürdəcəyinə görə sonuncu ilə getmişdir. Həsənbalaya getdiyi yerdən qayıdanda narkotik vasitə olduğu təqdirdə verəcəyinə söz vermişdir. Həsənbala narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həsənbala polis əməkdaşlarını görüb qaçmış, amma sonra polis əməkdaşları onu da tutub gətirmişlər. Nəsimi RPİ-nin 20-ci PB-də Həsənbala ilə o, ayrı-ayrı otaqlarda olmuşlar. Taxsi sürücüsü o, gəlmədiyi üçün çıxıb getmişdir. X19 Nəsimi RPİ-nin 20-ci PB-də ona ağrı kəsici vurmuşdur. X17 polis əməkdaşı və ya müdafiəçi çağırmışdır. Narkotik vasitəni binanın giriş qapısının arxasına qoymalı idilər, amma o, həmin yerə baxarkən narkotik vasitəni görməmişdir. Sonra polis əməkdaşları onu tutmuşlar və əllərindəki narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Polis əməkdaşları əllərindəki narkotik vasitəni ona deyilən yerin aşağısında götürmüşlər. Ona narkotik vasitə daşın üzərində olacağı deyildiyi üçün narkotik vasitəni görməmişdir. Ramil adlı şəxslə aralarında olan mesajları və atılan şəkilləri silmişdir. 2016-cı ildən narkotik vasitə olan “kakos” istifadə edir. İran nömrəsindən yazdığı və iran dilində danışdığı üçün Ramil adlı şəxsin İran İslam Respublikasının vətandaşı olduğunu fikirləşmişdir. Ramil adlı şəxslə birbaşa özü tanış olmuşdur. Ramil adlı şəxsin narkotik vasitə ilə bağlı ona yazması onda heç bir şübhə yaratmamışdır. Narkotik vasitələri əvvəllər Sumqayıt şəhəri, Corat qəsəbəsindən alırdı. X20 Respublikası vətəndaşlarından narkotik vasitə əldə etməmişdir. Polis əməkdaşları ayağının altına “dubinka” ilə, sinəsinə təpiklə vururmuşlar. 7-8 nəfər polis əməkdaşı ona qarşı Nəsimi RPİ-nin 20-ci PB-də fiziki təzyiqlər göstərmişlər. Ruslan, Nail, Fərid adlı polis əməkdaşları onu döymüşlər, ona qarşı fiziki təzyiq göstərən digər polis əməkdaşlarını üzdən görsə tanıyar. Ona qarşı olunan fiziki təzyiqlərlə bağlı prokurorluq orqanlarına şikayət etmişdir. Əvvəllər CM-nin 180.2.1-ci maddəsi ilə ittiham olunmuş, lakin sonra işinə CM-in 307-ci maddəsi ilə xitam verilmişdir. İlk növbədə məqsədi 2 qram narkotik vasitəni əldə edib yoxlamaq olmuşdur. 2 qram narkotik vasitənin qiymətini 50 manata danışmışlar. Əvvəllər avtoyuma məntəqəsində işləyirmiş və öz avtomobili ilə taxsi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid2 onun saxlanmağında iştirak etmişdir. Onu bölməyə apardıqlarında Şahid2 də avtomaşında idi. Maşında Ülvidən başqa Ruslan, sürücü və digər adı yadında qalmayan bir nəfər var idi. Onu Ülvi döyməmiş, Ruslan deyilən şəxs döymüşdür. Ona qarşı Şahid2 tərəfindən PB-də fiziki təsirlər olmuşdur. Onu Beyzboll taxtası ilə döyürmüşlər, onu döyənlər 4-5 nəfər idi. Onu saxlayan və ona qarşı fiziki təzyiq göstərən polis əməkdaşlarından biri də Şahid3dir. Telefonda olan səs yazılarındakı danışıqlar tutulduğu gündən 15-20 gün əvvəl olub. Telefon danışıqlarında narkotik vasitə olan kakosla bağlı olub. Telefonda danışıq zamanı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən 2 qram narkotik vasitə istəmiş, həmin şəxs də ona 250 qram təklif etmişdir. O da özünə lazım olan narkotik vasitəni götürmək üçün dediyi yerə getmiş, amma heç bir narkotik vasitə tapa bilməmişdir. Özünə lazım olan 2 qram narkotik vasitəyə görə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin ona təklif etdiyi 250 qram narkotik vasitəni deyiləcək yerə qoymaqla razılaşmışdır. İşinin xatirinə həmin şəxsi aldatmaq üçün 250 qram narkotik vasitəni götürəcəyinə yalandan söz vermişdir. Telefon danışıqlarında anasının canına and içsə də yalan danışmışdır. İşinin alınması üçün narkotik vasitənin qiymətləri ilə bağlı məlumat almışdır. O, həmin şəxslə 2 qram narkotik vasitənin qiyməti ilə bağlı söhbət etmiş, polis əməkdaşları özlərinə lazım olan hissələri saxlamışlar. Onun narkotik vasitə satmaq fikri olmamış, polis əməkdaşları digər yazışmaları silmişlər. “Səndən istəyən olacaqsa mən aparıb qoyaram, o gün necə dedin getdim götürdüm onu edə bilərəm” mesajlarında qeyd olunan narkotik vasitəni o götürməmiş, söhbət gedən narkotik vasitəni başqa şəxs götürmüş, sadəcə işinin xatirinə götürmədiyi narkotik vasitəni yalandan götürdüyünü demişdir. X21 Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə belə bir söhbəti olmuş, amma narkotik vasitəni o götürməmişdir. Əvvəlki söhbətlərdə olan narkotik vasitəni işinin xatirinə yalandan özünün götürdüyünü demişdir. Onun götürmədiyi narkotik vasitənin pulunu kim ödədiyini bilmir. Telefonunda olan “Whatsapp” proqramını, yazışmaları tutulmazdan qabaq silmiş, amma polis əməkdaşları yazıları özləri sonradan qaytarmışlar. Telefonunda olan səs yazıları “Whatsapp” proqramında sonradan göndərilmiş SMS kimi qeydə alınmışdır. Deyilənlərin nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddələr istifadə edir. O, əvvəllər məhkum olunmamışdır. Təxminən 3 aya yaxındır ki, narkotik vasitə istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri mütamadi olaraq müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Sosial şəbəkədə 20 gün öncə tanış olduğu İran vətəndaşı olan Ramil adlı şəxsin istifadəsində olan +**********34 saylı mobil nömrəsi ilə yazışaraq, Ramil həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 saylı ünvanın 3 saylı blokunun girişində qapının arxasında gizlətdiyini və gizlətdiyi yerin foto şəkilini çəkərək onun mobil telefonuna atmış və həmin yerdən götürərək özündə saxlamağını və daha sonra Ramil adlı şəxsin qeyd edəcəyi yerə yerləşdirmək istədiyini bildirmişdir. O da həmin bükümü yerləşdirdikdən sonra pul verəcəyini, lakin nə qədər verəcəyini deməmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında tanışı Şahid5 ilə birlikdə İran vətəndaşı olan Ramilin dediyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 saylı ünvana getmişlər və Həsənbala onu kənarda gözləmiş və o da 3-cü bloka daxil olub qapının arxasından bağlamanı götürüb çıxdığı zaman ona mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra onu PB-nə dəvət etmişlər. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş vər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınırmışdır. O da həmin suala cavab olaraq əlində qara-qırmızı rəngli üzərinə “SHOW” və ”X22” yazıları olan sellofon torbanı masanın üzərinə qoymuş və həmin torbanın içərisində qəhvəyi rəngli toz şəkilli maddə heroin olan bukümü təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Bu da videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə onlar baxmışlar və sonra protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə etibarlı mənbədən “İsmayıl” adlı şəxsin narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuş, həmin şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədilə 20-ci PB-in rəhbərliyinə raportla müraciət etmişlər. 20-ci PB-in rəisi tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilmiş, eləcə də, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər özü təyin edilmiş, həmçinin, əməliyyat qrupuna 20-ci PB-in əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid2 da daxil edilmişdir. “İsmayıl” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanının qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Şahid4, Şahid3 və Şahid2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 21:30 radələrində əməliyyat məlumatında göstərilən “İsmayıl” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşlər, həmin şəxs qeyd olunan ünvanda binanın bloku istiqamətində getdikdə sonuncunun arxasınca getmişlər, həmin vaxt bir nəfər şəxsin küçənin girişində gözlədiyini görmüşlər, həmin şəxs sonuncuları görəndə qaçmaq istədiyi üçün şübhələnmişlər, buna görə də, Şahid3 və Şahid4 həmin şəxsə yaxınlaşmışlar, Şahid2 ilə o isə “İsmayıl” adlı şəxsin arxasınca getmişlər, həmin şəxsə yaxınlaşdıqda əlində sellofan torba olduğunu görmüşlər. O və Şahid2 həmin şəxsə yaxınlaşaraq adını soruşmuş, sonuncu isə adının İsmayıl olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim etdikdən sonra üstündə narkotik vasitə saxlaması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan birlikdə PB-yə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və polis bölməsinə getmişdir. Həmçinin, Şahid3 ilə Şahid4 də özünü şübhəli aparan Həsənbala adlı şəxsi də polis bölməsinə gətirmişlər. O və Şahid2 müdafiəçinin iştirakı ilə İsmayılın üzərinə video çəkilişlə aparılan şəxsi axtarışda iştirak etmişlər, digər əməkdaşlar Həsənbala adlı şəxsin üzərinə şəxsi axtarışda iştirak etmişlər. İsmayıl adlı şəxsin üzərindən sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə kakos aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlanılması və daşıması ilə məşğul olması barədə məlumat ona daxil olmuşdur. Məlumat etibarlı məxfi mənbədən daxil olmuşdur. Həsənbala adlı şəxsi əvvəllər tanımamış, ilk dəfə Təqsirləndirilən şəxs saxlayanda tanımışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanında yerləşən binanın bloklarında axtarış aparırdı. Təqsirləndirilən şəxs məlumatda qeyd olunan adamın olmasını əlində sellofanla hərəkət edən zaman bilmişlər. Həmin vaxt o, digər mövqedə dayandığı üçün Təqsirləndirilən şəxs blokları axtarmağını görməmişdir. İlk növbədə yaxınlaşıb özlərini təqdim etdikdən sonra hansı səbəbdən 20-ci PB-yə getməli olduğunu başa salmışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və qaçmaq niyyəti olmamışdır. Sonradan 20-ci PB-də onlara məlum oldu ki, Həsənbala Təqsirləndirilən şəxslə birlikdə həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt ətrafda kimsəni gözləyən taxsi görməmişlər. 20-ci PB-də Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə, narkotik vasitənin çəkisi və ona aid olubolmaması ilə bağlı heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt vizual görünüşündə heç bir xəsarət olmamış və öz dediyinə görə səhhətində heç bir problemi yox idi. 20-ci PB-yə Təqsirləndirilən şəxslə bağlı X19 çağırılmışdır. Əməliyyat tədbiri zamanı onunla birlikdə 4 nəfər polis əməkdaşı iştirak etmişdir. Həmin tədbirə 2 avtomobillə getmişlər. Həsənbala ilə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-yə ayrı-ayrı avtomobillərdə aparmışlar. 20-ci PB-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs telefonuna baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa özünə məxsus telefonu aşkar olunmuşdur. İran İslam Respublikasının vətəndaşı kimi tanınan “Ramil” adlı şəxsin kimliyi hələ də müəyyən olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadə düzdür, doğruluğunu təsdiq edir. Daxil olmuş əməliyyat məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanında olması qeyd olunmuşdur. Narkotik vasitələrin realizə olunması narkotik vasitələrin daşınması, əldə olunması və satışı kimi başa düşülür. Onlar Təqsirləndirilən şəxs əldə etdiyi zaman saxlamasaydılar, bəlkə də narkotik vasitəni satacaqdı. Təqsirləndirilən şəxs narkotik vasitəni satmasının qarşısını ona görə almışlar ki, narkotik vasitənin daşınması artıq şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün səbəbdir. Əməliyyat tədbirinin görülməsi üçün qərarın qanuniliyinin yoxlanılması üçün lazımi tədbirlər görülüb, rəisə məruzə olunmuşdur. Qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılmışdır. Qərarın qanuniliyin yoxlanılmasında məsul şəxsin kim olduğunu bilmir. Qərarın qanuniliyinin yoxlanılması üçün məktub tərtib olunub və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Həsənbalanın üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmədiyindən sonuncu ilə bağlı məlumatı yoxdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs məhz Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanında olacağı qeyd edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanında qeyd olunan binanın çöl hissəsi böyük ərazi olduğundan Təqsirləndirilən şəxs qapalı həyətdə gözləməkləri məqsədə uyğun idi. Daxil olan məlumatdakı şəxsi, yəni Təqsirləndirilən şəxs deyilən ünvanda görəndə sonuncu ilə bağlı heç bir vizual görüntü qeydə almamışlar. Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında digər polis əməkdaşlarının iştirakı olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs adlı şəxslə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu Nəsimi rayonu, Azadlıq prospekti 93 ünvanına getmişdir. Orada öncədən onlara deyilən əlamətlərə uyğun şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsdən adını soruşduqda adının İsmayıl olduğunu bildirmişdir. Onlar əməliyyat qrup rəhbəri Şahid1la birgə həmin şəxsi Nəsimi rayonu 20-ci Polis bölməsinə dəvət etmişlər. İsmayılın əlində sellofana bükülü narkotik maddə olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10 aprel 2023-cü il tarixdə, axşam saatları, təxminən 21:30 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. Bu məlumat məxfi məlumat idi. Qrup rəhbəri Şahid1 məlumat daxil olmuş, sonuncunun məlumatı əsasında əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman sonuncular iki nəfər olmuş, heç birini tanımamışlar. İsmayılın onlarda olan əlamətlərini bildiklrəi üçün Şahid1la birgə onlar sonuncuya yaxınlaşmışlar. O biri şəxsə onların digər əməkdaşları yaxınlaşmışlar. İsmayıl məlumat daxil olan yerdən əlində sellofanla gəlirdi. İsmayılın haradan gəldiyi haqqında onda məlumat yox idi. Onlar yaxınlaşıb 20-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və sonuncunu PB-nə dəvət etmişlər. Onlar saxladıqları zaman Təqsirləndirilən şəxs üzərində sellafon var idi. Təqsirləndirilən şəxs onlarla polis bölməsinə getmişdir. PB-nə nə vaxt gedib çatmaqları yadında deyil. Həmin yollar tıxac olduğu üçün dəqiq vaxtı deyə bilməz. İsmayılı saxladıqları yerlə PB-nin arasındakı məsafə təxminən 1 km idi. Bölməyə çatmışlar, rəhbərliyə şəxsi gətirməklə bağlı məlumat vermiş və təhqiqatçını çağırmışlar. Təqsirləndirilən şəxs gətirdikdən sonra üzərinə nə qədər vaxt sonra baxış keçirildiyini xatırlamır. Baxışın hansı otaqda keçirildiyini xatırlamır. Baxış keçirilənədək Təqsirləndirilən şəxs yanında kimlərin olduğu yadında deyil. Bölmədə olduğu müddətdə daim İsmayılın yanında olmamışdır. Bölmədə olduğu müddətdə İsmayıla hər hansı bir təzyiq və ya təsir göstərilməmişdir. Baxış zamanı İsmayıl narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Ramin” adlı şəxsdən satış məqsədilə aldığını bildirmişdir. Narkotik vasitənin çəkisi təxminən 1 kq-a yaxın idi. Şəxsin üzərinə baxış zamanı başqa heç bir vasitə aşkarlanmamışdır. Sadəcə özünə məxsus əşyalar, telefon və siqaret var idi. İsmayıl saxlanan zaman yanında olan digər şəxs barədə məlumatı yoxdur. Çəkiliş zamanı həmin şəxslə bağlı Təqsirləndirilən şəxs nəsə soruşulub-soruşulmadığı yadında deyil. İstintaqda verdikləri ifadənin məzmununu xatırlayır, bütün ifadələr doğrudur. Onlar Şahid1la birlikdə sadəcə İsmayılın saxlanmasında iştirak etmişlər. Nail, Ruslan adında onların əməkdaşları olsa da, əməliyyat qrupunda Nail olmamışdır. Səhv etmirsə Nail həmin vaxt icazəli idi. Onlar İsmayılı saxladıqdan sonra onu digər şəxslə ayrı-ayrı maşınlarda PB-nə aparmışlar. Şəxsi saxladıqları yerdə gəlməsini təxminən 1-2 saata yaxın gözləmişlər. Şəxsin əlamətləri haqqında onlarda məlumat var idi. Şəxsin narkotik vasitə satışı ilə bağlı məlumatları var idi və bunu özü də etiraf etdi. Onlara daxil olan məlumatda həmin şəxsin orada narkotik vasitə satacağı və ya alacağı barədə qrup rəhbərinin məlumatı var idi. Onlar şəxsi saxladıqda narkotik vasitə şəxsin əlində idi. Şəxs gələndə binadan çıxdığı və ya binaya doğru getdiyi yadında qalmamışdır. Onda ümumiyyətlə Beysboll taxtasi (bita) olmamışdır. Onlar ictimai yerdə şəxsi maşınla aparmışlar və maşının arxa şüşəsindən içəri açıq-aydın göründüyü üçün onu orada döyməkləri mümkünsüzdür. Onlar şəxsə qarşı heç bir fiziki və ya fiziki zorakılıqları olmamışdır, hətta siqaret istəyib vermişlər. Saxlanılan zaman şəxsin üzərində heç bir fiziki zorakılıq yox idi. İsmayıl bölmədə olduğu zaman ayağının ağrıdığını bildirmiş və sonuncuya X19 çağırılması üçün dərhal növbətçi hissəyə məlumat vermişlər. Ayağının nə səbəbdən ağrıdığını onlara bildirməmişdir. Maşında şəxsin yanında o, Ruslan, Fərid və sürücü Rüstəm var idi. Nail, ümumiyyətlə bu əməliyyat axtarış tədbirində olmamış, bölmədə də olmamışdır. Onlar bölməyə yaxınlaşdıqları zaman iş saatı bitmişdi. Nail sadəcə telefonla zəng vurub soruşurdu, ola bilsin İsmayılın yadında Nailin adı ordan qalmışdır. Nail onlarda baş əməliyyat müvəkkilidir. Onlar İsmayılı saxlayan zaman sonuncuya yaxınlaşıb vəsiqələrini təqdim etmiş və bölməyə aparmışlar. Xəsarətlərlə bağlı onu deyə bilər ki, elə bir şey olmamışdır. Təqsirləndirilən şəxs yalan deyir, ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid2 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında digər polis əməkdaşlarının iştirakı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-in əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olması göstərilmişdir. Daxil olmuş məlumatı raportla rəisə məruzə etmişlər. Həmin günü 21:30 radələrində Nəsimi rayonu, Azadlıq 92 ünvanın qarşısında 2 nəfər şəxsin keçməsini görmüşlər. Şahid1la Şahid2 daxil olmuş məlumatda təsvir olunmuş şübhəli şəxsin arxası ilə getmişlər. Həsənbala onu və Şahid4 görərək özünü şübhəli apararaq qaçmağa başlamışdır. Şahid5 tərəflərindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-yə gətirilmiş, 20-ci PB-də Şahid5 üzərinə video çəkilişlə təhqiqatçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra Şahid5 Nəsimi RPİ-nin İŞ-yə təhvil verilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-də görmüşdür. Təqsirləndirilən şəxs saxlanılan vaxt uzaqdan və Şahid5lə birgə hərəkət edən zaman görmüşdür. Şahid5 saxlamazdan qabaq 1 nəfər şəxsin Nəsimi rayonu, Azadlıq 92 ünvanında yerləşən binanın baş hissəsində, 1 nəfər şəxsin isə həmin ünvanın qarşısı ilə hərəkət etdiyini görmüşdür. Nəsimi RPİ-nin 20-ci PB-yə gəldikdən sonra Şahid5lə Təqsirləndirilən şəxs bir yerdə olduqlarını bilmişdir. Şahid4lə o, Nəsimi RPİ-nin 20-ci PB gəldikdən sonra Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-yə onlardan qabaq gəlib-gəlmədiyini bilmir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-in MSY-də görmüşdür. Nəsimi RPİ-nin 20-ci PB-in əməkdaşlarından İ.Museyin ayağındakı problemlə bağlı X19 çağırıldığını eşitmişdir. Təqsirləndirilən şəxs ayağında hansı problemlə bağlı X19 çağırılmasını bilmir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-də Şahid5 üzərinə şəxsi axtarış aparılandan sonra görmüşdür. Şahid5 Nəsimi RPİ-nin 20-ci PB-yə gətirdikdən qısa müddət sonra üzərinə baxış keçirtmişlər. Nəsimi RPİ-nin 20-ci PB-də Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını görməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş və Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün yalan ifadələr verir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-in əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı və daşınmasında şübhəli olması göstərilmişdir. Daxil olmuş məlumat raportla rəisə məruzə olunmuş, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanının qarşısında 1 nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Şübhəli şəxs qaçmaq istəyərkən şəxsi saxlayıb Nəsimi RPİ-nin 20-ci PB-yə gətirmişlər. 20-ci PB-də saxlanılan şəxsin üzərinə video çəkilişlə təhqiqatçının iştirakı ilə baxış keçirilən zaman saxlanılan şəxsin üzərindən heç nə aşkar olunmamışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, 20-ci PB-də Şahid3lə birgə gətirdikləri, üzərinə baxış keçirtdikləri şübhəli şəxsin adı Həsənbala idi. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-də görmüşdür. Qrup rəhbəri Şahid1 məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs qrup rəhbəri Şahid1la Şahid2 gətirmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin həyətində görmüşdür. Təqsirləndirilən şəxs Şahid1 daxil olan məlumat əsasında gətirmişlər. Şahid1la Ü.Təqsirləndirilən şəxsMusayevi saxlanılmasını uzaqdan görmüşdür. Təqsirləndirilən şəxs Şahid1la Şahid2 necə aparmaqlarını görməmişdir. Şahid5 xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində saxlamışlar. Gətirilən hər iki şəxsin Nəsimi RPİ-nin İŞ-yə təhvil verildiyini sonradan bilmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq 92 ünvanındakı binanın həyətində də görmüşdür. 1-ci Şahid3lə o, Şahid5 saxlamışlar. Şahid5 10-20 metr qaçdıqdan sonra saxlamışlar. Qaranlıq vaxtı olduğu üçün Təqsirləndirilən şəxs həyətdə gəzişərək nə iş gördüyünü tam görməmişdir. Təqsirləndirilən şəxs saxlanılan yerdə də, 20ci PB-də də görmüşdür, sadəcə sonuncu dəyişilmişdir. Təqsirləndirilən şəxslə bağlı Nəsimi RPİ-nin 20-ci PB-də başqa hər hansısa hadisənin baş verdiyini xatırlamır. X16 çağırılıbçağırılmadığını bilmir. Şahid5 saxlanılan vaxt hadisə yerinə taxsi kimi gəldiyini demişdir. Hadisədən uzun zaman keçdiyindən Şahid5 ora nə üçün gəlməsi barədə dedikləri yadında deyil. İbtidai istintaqda verdiyi ifadə yadındadır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadəsində məhkəmə istintaqı zamanı verdiyi ifadəni vermişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ara-sıra narkotik vasitələrdən istifadə edir. xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan xalasıgilə qonaq getmiş və həmin gecəni orada qalmışdır. Təqsirləndirilən şəxs ilə əvvəllər Sumqayıt şəhəri, Corat qəsəbəsində eyni məhhəllədə yaşamışdırlar. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında xalasıgildən çıxaraq evə getmək istəyərkən təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmış, sonuncu ona təklif etmişdir ki, çağırdığı taksi avtomobili ilə Bakı şəhərinə birlikdə getsinlər. O İsmayıl ilə Bakı şəhərinə gələrək yol üstü İsmayıldan ayrılıb evə getməyi düşünüb sonuncu ilə yola düşmüşdür. Bir yerdə Bakı şəhərinə gələrkən yolda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Bakı şəhərindən narkotik vasitə götürəcəkdir. Birlikdə ünvan 9 ünvanın yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs ona binanın yanında gözləməyi bildirib özü binanın qarşı tərəfinə keçmişdir. İsmayılın arxasınca 2 nəfər mülki geyimli şəxslərin getməsini görüb şübhələnərək qaçmaq istəyərkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək onun narkotik vasitə istifadə etməyi, üzərində gəzdirməyi və satışı ilə məşğul olmağı barədə şübhəli olduğunu bildirmişdirlər. Bu zaman o polis əməkdaşlarına narkotik vasitə istifadə etsə də satışı ilə məşğul olmadığını və üzərində narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları onu 20-ci Polis bölməsinə dəvət etmişlər və birlikdə Polis bölməsinə getmişdir. Bölmənin xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o xahiş etmişdir ki, ona dövlət hesabına müdafiəçi təqdim edilsin. Ona müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçi X8 etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış və baxış keçirilməsində təyin olunmuş müdafiəçi vəkil X6 iştirakı olmadan o və müdafiəçi etiraz etmədiyindən baxış zamanı X14 həmin otağı tərk etmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. O üzərində olan “Samsung A03” markalı mobil telefonunu təqdim etmiş, üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin, o verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxslə əvvəllər Sumqayıt şəhəri, Corat qəsəbəsində eyni məhəllədə yaşamış, sonuncu ilə qonşu olaraq münasibəti vardır. O İsmayılın Bakı şəhərinə narkotik vasitə almaq məqsədilə gəlməsini qabaqcadan bilməmiş, ancaq yolda olarkən bu barədə İsmayıl ona bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərindən narkotik vasitə əldə etdikdən sonra ona da həmin narkotik vasitədən verəcəyi barədə aralarında hər hansı söhbət olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən, hansı məqsədilə almasını, eləcə də, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə sonuncu ilə gec-gec görüşdüyündən heç bir məlumatı yoxdur. O isə ümumiyyətlə narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-yə etimad doğuran, məlum və qərəzsiz mənbədən “İsmayıl” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, eləcə də, “İsmayıl” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 ünvanının ətrafında olacağı barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən İsmayıl adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədilə 20-ci PB-nin rəhbərliyinə raportla müraciət edilmişdir. 20-ci PB-nin rəisi tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilmiş, eləcə də, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər o özü təyin edilmiş, əməliyyat qrupuna 20-ci PB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid2 da daxil edilmişdir. “İsmayıl” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanının qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Şahid4, Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri, ünvan 10 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 21:30 radələrində əməliyyat məlumatında göstərilən “İsmayıl” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. İsmayıl adlı şəxs qeyd olunan ünvanda binanın bloku istiqamətində getdikdə sonuncunun arxasınca getmişlər, həmin vaxt bir nəfər şəxsin küçənin girişində gözlədiyini görmüşlər, həmin şəxs polis əməkdaşlarını gördükdə qaçmaq istədiyi üçün şübhələnmişdirlər, buna görə də, Şahid3 və Şahid4 həmin şəxsə yaxınlaşmışdırlar, Şahid2 ilə o isə İsmayıl adlı şəxsin arxasınca getmişdirlər. İsmayıl adlı şəxsə yaxınlaşdıqda əlində sellofan torba olduğunu görmüşdür. Şahid2 ilə o İsmayıl adlı şəxsə yaxınlaşaraq adını soruşmuşdurlar. Sonuncu isə adının İsmayıl olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim etdikdən sonra üstündə narkotik vasitə saxlaması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan birlikdə PByə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və birlikdə polis bölməsinə getmişdirlər. Həmçinin, Şahid3 ilə Şahid4 də özünü şübhəli aparan sonradan İsmayıl adlı şəxsin tanışı Həsənbala adlı şəxs kimi bilinən şəxsi də polis bölməsinə aparmışdırlar. Polis bölməsində Şahid2 ilə onun gətirdiyi şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Şahid3 ilə Şahid4 gətirdiyi şəxsin isə Şahid5 olduğu müəyyən olunmuşdur. Həmin şəxslər polis bölməsinə gətirildikdən sonra PB-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra hər iki şəxsin narkotik vasitə saxlaması, istifadəsi və satışı ilə məşğulunda şübhəli olması ehtimal edildiyindən üzərilərinə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişdirlər, həmin raportun icrası Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçıları polis mayoru Tuqay Mehtiyev ilə Nazim Qədirova həvalə edilmişdir. Tuqay Mehtiyev Təqsirləndirilən şəxs sənədləşdirməsini apardığı üçün o və Ülvi Təqsirləndirilən şəxsMusayevi X5in otağına aparmışdırlar. Şahid5 sənədləşdirməsini isə təhqiqatçı Nazim Qədirov apardığı üçün Şahid4 ilə Şahid3 də sonuncunu təhqiqatçı Nazim Qədirovun otağına aparmışdırlar. X5 Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, sonuncu hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün X5 14 saylı vəkil bürosundan PB-yə vəkil dəvət etmiş və 14 saylı vəkil bürosunun vəkili X4 PB-yə gəldikdə X5 həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmiş, sonra təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Şəxsi axtarışdan əvvəl müdafiəçi X4 şəxsi axtarışı öz iştirakı olmadan aparılmasını xahiş etmişdir, Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu oturduğu stuldan qalxaraq əlində qara qırmızı rəngli üzərinə “SHOW” və ”X22” yazıları olan sellofon torbanı masanın üzərinə qoymuş, həmin torbanın içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq “SHOW” və ”X22” yazıları olan sellofon torbanın içərisində olan maddə barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını bildirərək, həmin heroini sosial şəbəkədə tutulmamışdan 20 gün öncə tanış olduğu İran vətəndaşı olan “Ramil” adlı şəxsin istifadəsində olan +**********34 saylı mobil nömrəsi ilə yazışaraq, sonuncunun həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 saylı ünvanın 3 saylı blokunun girişində qapının arxasında gizlətdiyini və gizlətdiyi yerin foto şəkilini çəkərək İsmayılın mobil telefonuna atdığını, həmin yerdən götürərək özündə saxladığını və daha sonra Ramil adlı şəxsin qeyd edəcəyi yerə yerləşdirmək istədiyini bildirmiş və həmin bükümü yerləşdirdikdən sonra Ramilin pul verəcəyini, lakin nə qədər verəcəyini demədiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya, maddə aşkar olunmamış, lakin boz rəngli cins şalvarının sağ yan cibindən Honor KSA-LX9 markalı **********77717 və **********27717 imei kodlu mobil telefonunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan qara rəngli büküm boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmış və DİN-in 188 saylı möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Daha sonra isə protokol tərtib olunaraq ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiqlənmişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Azadlıq prospekti 92 saylı ünvanda yerləşən 3 saylı binanın blokunda əvvəlcədən özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı Ramil adlı şəxsin yerləşdirməsindən sonra götürmüşdür. Lakin, həmin narkotik vasitənin oraya kim tərəfindən qoyulması istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı hələlik heç bir müsbət nəticə əldə edilməmişdir. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərə narkotik vasitə satması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Gələcəkdə digər müsbət məlumat əldə olunarsa rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir, sadəcə olaraq PB-də olarkən ayağının ağrıdığını bildirdiyinə görə X19 çağırılmış və tibbi müayinə olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-yə etimad doğuran, məlum və qərəzsiz mənbədən “İsmayıl” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, eləcə də, “İsmayıl” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 ünvanının ətrafında olacağı barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə PB-in əməliyyat müvəkkili Şahid1 tərəfindən İsmayıl adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü qanunda nəzərdə tutulmuş bir sıra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi məqsədilə 20-ci PB-in rəhbərliyinə raportla müraciət edilmişdir. 20-ci PB-nin rəisi tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər Şahid1 təyin edilmiş, əməliyyat qrupuna 20-ci PB-in əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və o da daxil edilmişdirlər. “İsmayıl” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 92 ünvanının qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Şahid3, Şahid2 və Şahid1 ilə birlikdə Bakı şəhəri, ünvan 10 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 21:30 radələrində əməliyyat məlumatında göstərilən “İsmayıl” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. İsmayıl adlı şəxs qeyd olunan ünvanda binanın bloku istiqamətində getdikdə arxasınca getmişlər, həmin vaxt bir nəfər şəxsin küçənin girişində gözlədiyini gördükdə, həmin şəxs də polis əməkdaşlarını görüb qaçmaq istədiyi üçün şübhələnmişdirlər, buna görə də, o və Şahid3 həmin şəxsə yaxınlaşmışdırlar, Şahid2 ilə Şahid1 isə İsmayıl adlı şəxsin arxasınca getmişdirlər. Şahid3 ilə o həmin şübhəli şəxsə yaxınlaşdıqda özlərini təqdim edərək adını və hansı səbəbə orada gözləməsini soruşmuşdurlar, həmin şəxs adının Həsənbala olduğunu və İsmayıl adlı tanışını gözlədiyini bildirmişdir, bundan sonra Həsənbala adlı şəxsi 20-ci PB-yə dəvət etmişdirlər, həmin şəxs etiraz etmədən birlikdə polis bölməsinə getmişdirlər. Şahid2 ilə Şahid1 da İsmayıl adlı şəxsi polis bölməsinə aparmışdırlar. Polis bölməsində Şahid1 ilə Şahid2 gətirdiyi şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Şahid3 ilə onun gətirdiyi şəxsin isə Şahid5 olduğu müəyyən olunmuşdur. Həmin şəxslər polis bölməsinə gətirildikdən sonra PB-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra hər iki şəxsin narkotik vasitə saxlaması, istifadəsi və satışı ilə məşğulunda şübhəli olması ehtimal edildiyindən üzərilərinə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişdirlər, həmin raportun icrası Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçıları polis mayoru Tuqay Mehtiyev ilə Nazim Qədirova həvalə edilmişdir. Tuqay Mehtiyev Təqsirləndirilən şəxs sənədləşdirməsini apardığı üçün Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs X5in otağına aparmışdırlar. Şahid5 sənədləşdirməsini isə təhqiqatçı Nazim Qədirov apardığı üçün Şahid3 ilə o da Şahid5 təhqiqatçı Nazim Qədirovun otağına aparmışdırlar. Təhqiqatçı Şahid5 hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, sonuncu hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün təhqiqatçı 14 saylı vəkil bürosundan PB-yə vəkil dəvət etmiş və 14 saylı vəkil bürosunun vəkili X14 PB-yə gəldikdə təhqiqatçı həmin vəkili Şahid5 təqdim etmişdir. Daha sonra təhqiqatçı Şahid5 hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, sonuncu isə etiraz etməmiş, şəxsi axtarışdan əvvəl müdafiəçi X14 şəxsi axtarışı öz iştirakı olmadan aparılmasını xahiş etmiş, Şahid5 də buna etiraz etməmişdir. Təhqiqatçı Şahid5 üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu əynində olan qara rəngli cins şalvarın cibindən 01 ədəd qara rəngli **********5372601 və **********5372401 İMEİ kodlu, üzərində ***-***-**-** GSM nömrəsi olan “Samsunq A 03” markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmiş, sonuncuya üst-başını səliqəyə salması tələb edilmişdir. Şahid5 tutulmamışdan təxminən 5-6 ay əvvəldən narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Sonuncu həmçinin, Təqsirləndirilən şəxs ilə əvvəllər Sumqayıt şəhəri, Corat qəsəbəsində eyni məhəllədə yaşadıqlarını bildirmiş, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində təsadüfən rastlaşaraq bir yerdə Bakı şəhərinə gəldiklərini, yolda Təqsirləndirilən şəxs narkotik vasitə götürəcəyini söylədiyini qeyd etmişdir. Sonuncular birlikdə ünvan 9 ünvanın yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs Həsənbalaya burada gözləməsini deyib binanın qarşı tərəfinə keçdiyini və 1-2 dəqiqə sonra Şahid5 ətrafda olan şəxslərdən şübhələnərək qaçmaq istəyərkən 2 nəfər mülki geyimli şəxslərin yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirib 20ci PB-yə dəvət etdiklərini söyləmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamış, protokol tərtib olunaraq ucadan oxunmuş və protokolun düzgünlüyü imzalarla təsdiqlənmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, onlar, yəni o və 20-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid5 20-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 ilə Şahid2 isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 saylı ünvanın qarşısında saxlayaraq, özlərini təqdim edib, polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla razılaşıb polis bölməsinə gəlmişlər. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023cü il tarixdə, saat 21:30 radələrində Azadlıq prospekti 92 saylı ünvanda yerləşən 3 saylı binanın blokundan götürdüyünü əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ona bildirmişdir, lakin, həmin narkotik vasitənin oraya kim tərəfindən qoyulması istiqamətində keçirilmiş əməliyyat tədbirləri zamanı hələlik heç bir müsbət nəticə əldə etməmişlər. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, kimlərə narkotik vasitə satması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu sahədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Gələcəkdə digər müsbət məlumat əldə olunarsa rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir, sadəcə olaraq PB-də olarkən ayağının ağrıdığını bildirdiyinə görə ona X19 çağırılmış və tibbi müayinə olunmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən “İsmayıl” adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. (İ cild, i.v. 3) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “İsmayıl” adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə Nəsimi RPİ-nin 20-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:45-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30-da saxlanılaraq polis bölməsinə gətirilmişdir. (l cild i.v. 26-27) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində qara qırmızı rəngli üzərinə “SHOW” və "X22” yazıları olan selofon torbanı masanın üzərinə qoymuş və həmin torbanın içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq sellofon torbanın içərisində olan maddə barədə soruşulduqda o, həmin maddənin narkotik vasitə “heroin” olmasını bildirərək, həmin heroini sosial şəbəkədə 20 gün öncə tanış olduğu İran vətəndaşı olan “Ramil” adlı şəxsin istifadəsində olan +**********34 saylı mobil nömrəsi ilə yazışaraq, sonuncunun həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 92 saylı ünvanın 3 saylı blokunun girişində qapının arxasında gizlətmiş və gizlətdiyi yerin foto şəkilini çəkərək onun mobil telefonuna atmış və həmin yerdən götürərək özündə saxladığını və daha sonra Ramil adlı şəxsin qeyd edəcəyi yerə yerləşdirmək istədiyini bildirmiş və həmin bükümü yerləşdirdikdən sonra pul verəcəyini, lakin nə qədər verəcəyini deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əyninda olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamış, lakin boz rəngli cins şalvarının sağ yan cibindən Honor KSA-LX9 markalı **********77717 və **********27717 imeit kodlu mobil telefonunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan qara rəngli büküm boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmışdır, DİN-in 188 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. (l cild i.v. 48-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2113 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1008,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (İ cild i.v. 59- 63) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 74-76) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 157-158) xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, mobil telefonun “Whatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə Təqsirləndirilən şəxs “Ramil” adlı şəxsə göndərilmiş səs yazısının olması müəyyən edilmişdir. “Ramil” adlı şəxsə göndərilmiş səs yazısında deyilir ki, “anamın əziz canı, problem yoxdur, necə deyirsən elə iş görəcəm səninlə, belə pis çıxmasın sən semaşkaya nə qədər mal atdırmaq istəyirsən, mən gedim bu gün nə götürəcəm onu bilim, götürəndən sonra sən mənə qiymətlərini denən ki, necə nə cür hamısını başa sal ki, mən bilim”. “qardaşım 250-lik hamısını atarsam ki, götürüm işləyim kuryer kimi, belə pis çıxmasın sənin adamların deyəcəklər mən aparıb qoyacam şəklin çəkib atacam, belə iş görəcəyik də yəqin ki, yəni mən 250 qrama boyun durmuram ha qaqaş, hamısını sata bilmərəm öz payıma, səndən istəyən olacaqsa mən aparıb qoyaram, o gün necə dedin getdim götürdüm onu edə bilərəm”. Baxışda iştirak edən Təqsirləndirilən şəxs İran Respublikasının vətəndaşı olan “Ramil” adlı şəxsə səsləri özü göndərdiyini bildirmişdir. (İ cild i.v. 173-174) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(006)-197/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 21:30-dan hesablanmışdır. (İ cild i.v. 191-192) xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşdıqları zaman sonuncunun əlində qeyd olunan narkotik vasitənin olduğu sellofan torbanın olduğunu, sonuncuya qarşı fiziki zor tətbiq etmədiklərini bildirmişlər. (İ cild i.v. 193-196) xx.xx.2023-cü il tarixli “narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi” və xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki,qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfin içərisindəki 1008,3 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq hissə 1008,2 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon maddi sübut tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (İ cild i.v. 208-209, 249-261) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (İ cild i.v. 218-219) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində bədən xəsarətlərinin aşkar edilməsi faktı üzrə polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (İ cild i.v. 221-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X18 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 226-227) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi fəaliyyətin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 229-230) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(006)-393/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 295-297) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb-aparılmaması, araşdırma aparıldığı halda nəticəsi barədə ətraflı məlumat verilməsinə dair Nəsimi Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Nəsimi Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 250-c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına qəbul edilərkən tibbi sanitar müayinədən keçirilən zaman üzərində bədən xəsarətlərinin aşkar edilməsi ilə Nəsimi Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış, polis əməkdaşlarının izahatları alınmış, təyin edilmiş Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 885 nömrəli rəyi alınmış və Təqsirləndirilən şəxs üzərində bədən xəsarətlərinin aşkar edilməsi faktı üzrə polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-bib 39.1.2-ci maddəsinə əsasən xx.xx.2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilərkən ənsə nahiyəsində, hər iki bazunun ön səthində, qarının sol yan nahiyəsində bənövşəyi rəngli qançır, sol baldırın aşağı 1/3-nin ön səthində, təqribi ölçüsü 3 sm olan üzəri qərtməkli yara, hər iki budun arxa səthində yumşaq toxumaların əziyi, hər iki bazu və said nahiyəsində çox saylı köhnə çapıq toxuma, sağ qulağın təbil pərdəsinin tamlığının pozulması müşahidə edilmişdir. Məhkəmənin sorğusu əsasında Nəsimi rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “Tibbi müayinə keçirilməsi kitabı və tibbi müayinə aktı”nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin müayinəsi zamanı xəsarət aşkar edilməmiş və şikayəti olmamışdır. Məhkəmənin sorğusu əsasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:47-də “103” xidmətinə ünvan 11 ünvanından bir nəfərin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 8 saylı bölmənin həkimi Mətanət Vəkilova icra edərək, xəstə Təqsirləndirilən şəxs (30 yaş) “Aşıq baldır oynağının travması” diaqnozu qoymuş, sol.analqini 50%-2.0, sol dimedroli 1%-1.0 dərman preparatlarını əzələ daxilinə inyeksiya etmişdir. Xəstə saxlanılan şəxs olduğundan polis əməkdaşları X3 Ortopediya İnstituna aparacaqlarını bildirmişlər. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, 2 qram narkotik vasitəni götürmək üçün saxlanıldığı yerə getməsi, polis əməkdaşları saxlanılarkən üzərində narkotik vasitənin olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, telefona baxış keçirilməsi haqqında protokol, ona əlavə olunmuş disk və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə atılan ünvana, hansı məqsədlə getdiyini qabaqcadan dəqiq bilmiş, yəni həmin ünvanda narkotik vasitənin olduğunu dəqiq bilmiş, bununla da qabaqcadan əlbir olan bir qrup şəklində hərəkət etdiyini, üzərinə düşən vəzifənin icrasının nədən ibarət olduğunu bilmiş və məhz orada olan narkotik vasitəni götürməyə getmiş, həmçinin həmin kütləni götürmüş və yalnız ondan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bunu iş materiallarında olan sübutlar təsdiq edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin onun üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəfindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmuyu təqsirləndirilən şəxsin cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan əsas sübutlarından biri də xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş disk olmuşdur ki, sübut tədqiq edilərkən müəyyən edilmişdir ki, mobil telefonun “Whatsapp” bölməsinə daxil olunduqda, həmin bölmədə Təqsirləndirilən şəxs “Ramil” adlı şəxsə göndərilmiş səs yazısının olması müəyyən edilmişdir. “Ramil” adlı şəxsə göndərilmiş səs yazısında deyilir ki, “anamın əziz canı, problem yoxdur, necə deyirsən elə iş görəcəm səninlə, belə pis çıxmasın sən semaşkaya nə qədər mal atdırmaq istəyirsən, mən gedim bu gün nə götürəcəm onu bilim, götürəndən sonra sən mənə qiymətlərini denən ki, necə nə cür hamısını başa sal ki, mən bilim”. “qardaşım 250-lik hamısını atarsam ki, götürüm işləyim kuryer kimi, belə pis çıxmasın sənin adamların deyəcəklər mən aparıb qoyacam şəklin çəkib atacam, belə iş görəcəyik də yəqin ki, yəni mən 250 qrama boyun durmuram ha qaqaş, hamısını sata bilmərəm öz payıma, səndən istəyən olacaqsa mən aparıb qoyaram, o gün necə dedin getdim götürdüm onu edə bilərəm”. Baxışda iştirak edən Təqsirləndirilən şəxs İran Respublikasının vətəndaşı olan “Ramil” adlı şəxsə səsləri özü göndərdiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X13 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 21:30-dan hesablanmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş qalıq çəkisi 1008,2 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X7 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X15 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X15 üçün 120 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş qalıq çəkisi 1008,2 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X15 üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-672/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-672/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver