Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-672/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X11 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X6 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, mənzil 7də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda, narkotik vasitəni isə xeyli miqdarda əldə edib, daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,869 qram, 0,886 qram, 0,981 qram, 0,998 qram və 2,136 qram olmaqla ümumilikdə təmiz çəkisi 6,713 qram təşkil edən 06 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərində "Methadone 40 Faran" göstəriciləri, tərkibində isə ümumilikdə xeyli miqdarda, yəni 1,2 qram narkotik vasitə metadon təsiredici maddə olan 03 ədəd blisterdə 30 ədəd dərman tabletlərini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına qədər daşımış, 03 may 2024-cü il tarixdə saat 02:55-də Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 4 Polis şöbəsinə gətirilmiş, Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin cibindən 06 ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 6,713 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə xeyli miqdarda, yəni 1,2 qram narkotik vasitə metadon təsiredici maddə olan 03 ədəd blisterdə 30 ədəd dərman tabletləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:55 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 9 ünvanının yaxınlığında yol kənarında bir nəfər şəxs özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra verilən suallara qeyri-adekvat cavablar verdiyindən və qaçaraq yayınmaq istədiyi üçün həmin şəxs saxlanılaraq şübhəli şəxs qismində 14-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü X2r (cild 1, iş vərəqi 2).
4. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün 7 saylı Vəkil bürosunun vəkili X10 ona müdafiəçi qismində təyin edilərək təqdim edilmişdir. Hazırda barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmir və müdafiəçisi X3 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş edir (cild 1, iş vərəqi 21).
5. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki ağ idman gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf siqaret sellofanına və 05 ədəd gümüşü siqaret kağızına bükülmüş bükümlər olmaqla ümumilikdə 06 ədəd bükümü və 03 ədəd hər birində 10 ədəd olmaqla üzərində metadon sözü yazılmış tableti çıxarıb təqdim edərək həmin bükülülərin içərisində psixotrop vasitə olduğunu, bu psixotrop vasitəni 4-5 gün əvvəl "Whatsapp" sosial şəbəkə vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı İran vətəndaşının atdığı məkandan götürdüyünü və 94 manat pulu həmin şəxsin bildirdiyi kart hesabına köçürdərək aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin, qeyd olunan tabletkaları da İran vətəndaşından aldığını və istifadə məqsədi ilə üzərində saxlayıb gəzirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş və 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumilikdə 06 ədəd bükülünü açdıqda həmin bükülülərin içərisində toz-kristal şəkilli, spesifik qoxuya malik pisixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa 03 ədəd hər birində 10 ədəd tablet olmaqla ümumilikdə 30 tablet üzərində metadon sözü yazılmış tabletlər aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd şəffaf siqaret sellofanında və 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ümumilikdə 06 ədəd bükümdəki psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə və 03 ədəd üzərində metadon sözü yazılmış hər birində 10 tablet olmaqla ümumilikdə 30 tablet olan dərman peraparatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynidəki göy cins şalvarın sol yan cibindən 01 ədəd “Samsug A21” markalı telefon bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 22-23).
6. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, "Şübhəli şəxs... Təqsirləndirilən şəxs..." qeydli 02 ədəd kağız paketdən birində olan 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,136 qram; 0,998 qram; 0,981 qram; 0,886 qram; 0,869 qram; 0,843 qram ümumi təmiz çəkisi 6,713 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 06 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər paketdə üzərlərində “Methadone 40 Faran” göstəriciləri olan 03 ədəd blisterdə ümumilikdə 30 ədəd dərman təbletlərinin tərkibində ümumilikdə 1,2 qram metadon təsiredici maddəsi müəyyən edildi. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 27-31).
7. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 39-40).
8. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 6,713 qram psixotrop maddə metamfetamin və 30 ədəd narkotik vasitə metadon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,593 qram olan psixotrop maddə metamfetamin və 28 ədəd olan narkotik vasitə metadon saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 62- 63, 64).
9. Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş bir ədəd, üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan "Samsung A21" markalı mobil telefon aparatına baxış keçirilmiş, telefonun çıxış və daxil olan zənglər siyahısında, mesajlar olan sms yazışmalarında və digər proqramlarda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 71).
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Samsung A21” markalı mobil telefonu təhvil almışdır (cild 1, iş vərəqi 72).
11. DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri yazılmış 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin təhqiqatçısı Əfsun Əzimov, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 3 ədədi siqaretin qızılı rəngli kağızına, 2 ədədi gümüşü rəngli kağızına, 1 ədədi isə şəffaf sellofana bükülməklə ümumilikdə 6 ədəd bükümü və 3 ədəd blisterdə 30 ədəd dərman həblərini çıxardaraq masanın üzərinə qoyur. X16 tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, təxminən 2023-cü ilin may ayından narkotik tərkibli maddələrin istifadəçisidir, üzərindən aşkar edilmiş "patı" adlandırdığı maddəni 70 manat, dərmanları isə 24 manat ödəməklə şəxsi istifadəsi üçün 4-5 gün əvvəl "Whatsapp" proqramı vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşından almışdır, narkotik tərkibli maddələri və dərmanları sonuncunun fotoşəkilini göndərdiyi Suraxanı rayonu ərazisindəki məkandan götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər X16 tərəfindən açılarkən içərilərindən ağ rəngli kristal şəkilli maddələr aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək istəyərkən sonuncu, göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Samsung A21" markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilmir (cild 1, iş vərəqi 73-75).
12. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından başlayaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin narkotik tərkibli həblərin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik tərkibli maddələri satış məqsədi ilə şəxsiyyəti məlum olmayan Meys adlı İran İslam Respublikası vətəndaşından alması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik tərkibli maddələrin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirləri davam etdirilir (cild 1, iş vərəqi 77).
13. Təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 88).
14. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3161 nömrəli rəyindən görünür ki, müayinə zaman Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 90).
15. Şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq istintaqa gəlmişdir (cild 1, iş vərəqi 92).
16. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və SMS mətnlərinin olduğu "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, CD diskdə 4 ədəd fayl vardır. 1) "Mushteri zenglerinin detallashması_MSİSDN_558060608" adlı faylda xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsindən gedən və həmin nömrəyə gələn nömrələrin siyahısı, nə vaxt, neçə saniyə və hansı anten dairəsindən, yəni ərazidən danışıqların aparılması göstərilsə də, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. 2) "SMS detallashmasi_MSİSDN_558060608" adlı faylda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***- **-** nömrəsinə daxil olan və çıxan mesajlar barəsində məlumatlar 46 vərəqdən ibarət mesajların mətnləri göstərilmişdir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edəcək aşağıdakı mətnlər aşkar edilmişdir: xx.xx.2023-cü il; saat 15:44:17 ***-***-**-**-----***-***-**-** 20 m kola nağdı pul gəlim xx.xx.2023-cü il; saat 15:44:23 ***-***-**-**-----***-***-**-** 20 m kola nağdı pul. xx.xx.2024-cü il; saat 02:28:05 ***-***-**-**-----***-***-**-** Bu nədi bombadıki gec verdi amma saz verdi, deyim gəlsin yarım 05. xx.xx.2024-cü il; saat 23:47:59 ***-***-**-**-----***-***-**-** Daşnan kola deyirsən? xx.xx.2024-cü il; saat 19:43:05 ***-***-**-**-----***-***-**-** Sahibdi 20 atsam karta kola alınar? xx.xx.2024-cü il; saat 18:21:30 ***-***-**-**-----***-***-**-** Yarı daş var? xx.xx.2024-cü il; saat 00:23:49 ***-***-**-**----***-***-**-** Ot var deyişək neynense? xx.xx.2024-cü il; saat 16:17:24 ***-***-**-**-----***-***-**-** Danışdım daşı gedib götürməy qalıb. xx.xx.2024-cü il; saat 03:08:35 ***-***-**-**-----***-***-**-** 1 dənə bütöv mənim üçün alındıra bilərsən, səhər saat 6.. 7-də görüşərdik. xx.xx.2024-cü il; saat 22:01:13 ***-***-**-**-----***-***-**-** 38 Yarı daş alınır? xx.xx.2024-cü il; saat 23:13:53 ***-***-**-**-----***-***-**-** Pul düzəldi, 05 lazımdır. xx.xx.2024-cü il; saat 12:06:41 ***-***-**-**-----***-***-**-** Muşviq tolladım onu hirsimnen, sen öl atam qebri pul düzəldim mənə təmizini ver, əvvəl verdiyindən, mənə pis şey vermə, mənimlə arada xətir hörmət var, zibildən çıxmaq istəyirəm. xx.xx.2024-cü il; saat 19:29:24 ***-***-**-**-----***-***-**-** Qaqaş, dərman lazımdı bidənə. xx.xx.2024-cü il; saat 02:05:31 ***-***-**-**-----***-***-**-** Mişa məni yığ kola var sroçnu pul lazımdı. xx.xx.2024-cü il; saat 22:01:09 ***-***-**-**------***-***-**-** Mişa bir dənə dərman, qalanınada daş ver yoldayam gözlüyürəm. xx.xx.2024-cü il; saat 01:17:46 ***-***-**-**-----***-***-**-** 2-3 baş ot lazımdıye brat bidene açda. xx.xx.2024-cü il; saat 11:25:45 ***-***-**-**-------***-***-**-** Mişa salam hardasan yetim oturaq biraz dərtləşək bidə şey çəkək iki qardaş. xx.xx.2024-cü il; saat 13:11:40 ***-***-**-**------***-***-**-** Səndə deyəsən qorxdun çıxmadın, camaatı çağırmısan gəl nəşə verim, çıx ver yola salda, yeyəcəm bəyəm səni? xx.xx.2024-cü il; saat 22:16:23 ***-***-**-**-----***-***-**-** Qadaş gör nə deyirəm pul varda, qardaşımsan bidənə kömək elə qardaşına. xx.xx.2024-cü il; saat 22:22:19 ***-***-**-**------***-***-**-** Kartı atda. xx.xx.2024-cü il; saat 22:23:15 ***-***-**-**-----***-***-**-** ********. xx.xx.2024-cü il; saat 22:24:02 ***-***-**-**----***-***-**-** Atdım. Bax cavab denən 40 manat qədeş, 05 daş, bidənə ot. xx.xx.2024-cü il; saat 22:24:21 ***-***-**-**------***-***-**-** Atdım. Bax cavab denən qədeş gör gəldi. xx.xx.2024-cü il; saat 22:24:26 ***-***-**-**------***-***-**-** Hə gəldi. xx.xx.2024-cü il; saat 22:24:56 ***-***-**-**-----***-***-**-** Xəbər edəcəm gələn kimi. 3) "Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_558060608" adlı faylda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsinə daxil olan və çıxan "Bakcell” MMC-yə məxsus nömrələr və nömrələrin sahiblərinə dair məlumatlar göstərilsə də, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 96-99).
17. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən götürülmüş məlumatların köçürüldüyü 1 ədəd CD disk maddi sübut kimi tanınmış, saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 100-110).
18. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda, yəni 6,713 qram psixotrop maddə metamfetamin və tərkibində xeyli miqdarda, yəni 1,2 qram narkotik vasitə metadon təsiredici maddə olan 30 ədəd dərman tabletlərinin mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 124-125).
19. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 128- 129).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 141-142).
21. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinin kibercinayətkarlıqla mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 may 2024-cü il tarixdə gecə saatlarında xidməti ərazilərində baş verən oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi hallarının qarşısının alınması məqsədilə Maştağa, Bilgəh, Savalan qəsəbələrində xidmət apardıqları vaxt Təqsirləndirilən şəxs Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində görmüşdür. Müşfiq özünü şübhəli aparmış və polis əməkdaşlarını görən kimi uzaqlaşmağa çalışmış, iti addımlarla yeriməyə başlamışdır. Polis əməkdaşları Müşfiqə yaxınlaşıb özlərini təqdim etmiş, Müşfiqdən özünü təqdim etməsini istəyərkən sonuncu yayındırıcı cavablar vermiş və özünü təqdim etmək istəməmişdir, hərəkətlərində şübhəli məqamlar olduğuna görə Müşfiqi 14-cü Polis şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçının otağında Müşfiqin üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində 6 büküm kristallik maddələr və 3 list tabletlər aşkar edilmişdir. Həmin maddələr və tabletlər zərfə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Ekspertiza nəticəsində aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olduğu müəyyən edilmişdir. Soruşduqları vaxt Müşfiq üzərində aşkar edilmiş maddələri sosial şəbəkələr vasitəsilə, ya “İnstagram” ya da ki, “Whatsapp” vasitəsilə əldə etdiyini bildirmişdir. Müşfiqin aşkar edilmiş maddələri hansı məqsədlə əldə etdiyini deməsini tam xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki, psixi təsir olmamışdır. Sonradan onlar Təqsirləndirilən şəxs çoxsaylı qonşularının onun narkotik vasitələrdən istifadəsinə görə, qapısına çox sayda adamların gəlməsinə görə şikayətçi olduqlarını müəyyən etmişdir. Müşfiqin harada işləməsi, hansısa hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi, o cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq etməsi barədə məlumatı olmamış, Müşfiq də onlara bu barədə heç nə deməmişdir. Müşfiqin sifariş əsasında saxlanılması kimi bir hal baş verməmişdir. Səhv etmirsə, Müşfiqin “BMW” markalı avtomobili olmuşdur. Müşfiqin avtomobilə görə kiminləsə mübahisəsinin, probleminin olmasından məlumatı olmamışdır, onun avtomobilinin ələ keçirilməsi ilə əlaqədar tərəflərindən saxlanılması halı qətiyyən mümkün deyildir. Onlar Müşfiqi hansısa qərəzə görə yox, narkotiklərlə bağlı tutmuşlar. Əməkdaşı olduğu polis şöbəsinin yüksək rütbəli əməkdaşının və ya onun qohumunun Təqsirləndirilən şəxs maşınını ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olduğunu təsdiq etmişdir. Onun işlədiyi polis şöbəsinin rəisinin Samiq adlı qohumunu tanımır. Təqsirləndirilən şəxs evinə daxil olmamışlar və onu evində saxlamamışlar. Təqsirləndirilən şəxs cəzadan yayınmaq üçün onu evində saxlanıldığını demişdir. Təqsirləndirilən şəxs iki nəfər saxlamışdır. 14-cü Polis şöbəsində Biləndər adlı polis əməkdaşı işləyir, lakin o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs çox vaxt narkotik vasitənin təsiri altında olduğundan adları qarışdırmışdır.
22. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
23. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 14-cü Polis bölməsinin rəisi Süleyman Abbasovun qohumu Samiq Abbasovla tanış olmuşdur. O özünün “BMW” markalı avtomobilini Samiq Abbasovun “Honda” markalı **-AK-*** nömrə nişanlı avtomobili ilə dəyişdirilməsi ilə bağlı Samiqlə aralarında razılıq olmuşdur. Aralarındakı razılığa əsasən, onlar maşınlarını dəyişdirəndən sonra “Honda” markalı maşının pulundan ödəmədiyi hissəsini Samiqə hər ay vaxtında ödəyəcəkmiş. Bu maşını dəyişməkdə məqsədi taksi işləyib ailəsini saxlamaq olmuşdur. Samiq bu maşın dəyişdirmə məsələsini müxtəlif bəhanələr gətirərək 4-5 ay uzatmışdır. Bir gün Samiqdən növbəti gün görüşüb bu işi həll etmələrinə dair zəng gəlmişdir, görüşəcəkləri ünvanı da qərarlaşdırdıqdan sonra görüşüb danışmaq üçün razılaşmışlar. Bununla bağlı hətta banka da getmiş, orada maşının əlavə xərclərini ödəmək üçün müəyyən məsələləri də həll etmişlər. Bankdan çıxandan sonra Samiqlə birlikdə yola düşmüş, sonuncunu istədiyi yerdə düşürdəndən sonra öz yoluna davam etmişdir. Yolda olan zaman bir maşının onu izlədiyini görmüş, lakin əhəmiyyət verməmişdir. Bir müddətdən sonra maşını yol kənarında saxlayaraq özü də maşından düşmüş, 3-4 saat sonra geri qayıdanda maşının yerində olmadığını görmüşdür. Ona sonradan maşını 14-cü Polis bölməsinin əməkdaşı Şahid2 götüzdürdüyü məlum olmuşdur. Həmin gün axşam saatlarında qapıları döyülmüş, kim olduqları soruşulanda polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin anda evlərində bütün işıqlar söndürülmüşdür. Bunu da həmin polis əməkdaşları küçədən sayğac vasitəsilə elektrik naqilini kəsməklə etmişlər. O da işıqlar sönəndən sonra həyətə çıxmış, qapını açanda polis əməkdaşları özlərini təqdim edib ilk öncə həyətlərinə, daha sonra isə evlərinə daxil olaraq baxış keçirmişlər. Onlardan nə axtardıqlarını soruşanda, narkotik vasitə axtardıqlarını, qısa bir müddətə də tapıb ortaya çıxaracaqlarını bildirmişlər. Samiqin “Honda” markalı maşını onların evinin həyətində olmuşdur. O öz maşınını aparıb Samiqə bu dəyişdirilmə məsələsinin yekunlaşması üçün təhvil verəcəkmiş. Evə və həyətə baxış keçirdikdən sonra onlar həyətdə olan “Honda” markalı maşına baxış keçirmişlər. Maşında axtarış zamanı narkotik vasitə aşkar edilmişdir. Aşkar olunan narkotik vasitələrin hamısı “Honda” markalı maşından çıxmışdır. Onun özündə təkcə 0,2 qram “daş” olmuşdur. Həmin narkotik vasitəyə öz aralarında belə ad vermişlər, əsl adının nə olduğunu xatırlamır. Narkotik vasitə aşkar ediləndən sonra onu polis bölməsinə gətirmişlər. Polis bölməsində polis əməkdaşlarına hər şeyi ətraflı şəkildə məruzə etmişdir. Onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinə işlədiyini, bir çox əməliyyatlarda iştirak etdiyini, çox köməyinin toxunduğunu danışmışdır. Bütün bunlara baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərərək üzərində narkotik vasitə olduğunu boynuna qoymağa çalışmışlar. Polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 14-cu Polis bölməsinə aparmış, orada üzərindən öz istifadəsi üçün 0,2 qram çəkidə metamfetamin aşkar edilmişdir və Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbs cəzası təyin etmişdir. Oradan çıxandan sonra bu iş üzrə Sabunçu RPİdə istintaq başlanarkən müstəntiq onu Sabunçu rayon prokurorunun yanına aparmış, prokuror onunla söhbət etdikdən sonra barəsində polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmişdir. Çöldə olarkən 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 onu yenə saxlayıb işini məhkəməyə göndərmiş və onu yenə 15 sutka həbs etmişdir. Bu işlə bağlı o, 2019-ci ildən Baş Narkotiklərlə Mübarizə İdarəsində qeyri-rəsmi işləmişdir, orada qeydiyyatı da var və bu səbəbdən həmin idarənin əməliyyat müvəkkilləri ilə əməliyyat tədbirlərinə getmişdir. Əməkdaşlıq dövründə o, İran vətəndaşı ilə danışmış və iranlı narkotik vasitənin şəklini və yerini ona atmışdır. Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Rəşad müəllimin tapşırığı ilə digər əməliyyat müvəkkilləri ilə birlikdə gedib həmin narkotik vasitəni götürmüş və narkotik vasitə əməliyyat müvəkillərində qalmışdır. 2019-cu ildən dəfələrlə çox sayda bu cür tədbirdə iştirak etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitə istifadəçisi olmuşdur, hərdən toyda, bayramda “ot”dan istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni iştirak etdiyi əməliyyat tədbiri zamanı əldə etmiş, həmin narkotik vasitədən heç kimə satmamışdır. O, 14-cü Polis bölməsinin rəisinin əmisi oğlu olan Samir Abbasovdan “Honda” markalı avtomobil almışdır. Maşının pulunu Samir Abbasova vermişdir, Samir də sabahısı gün adına baş etibarnamə verəcəyini demiş, lakin 9 ay müddətində etibarnaməni verməmişdir. Samir Abbasovla aralarında maşına görə ədavət olduğunu çox adam bilmişdir. O, 9 dəfə saxlanılıb 14-cü Polis bölməsinə aparılmışdır. 2 dəfə 14 sutka cəza çəkmişdir, 1 dəfə də məhkəmə ona cərimə cəzası təyin etmişdir. İnzibati həbs cəzaları ona narkotik vasitələrdən istifadəyə görə verilmişdir. 1 dəfə üzərindən 0,2 qram narkotik vasitə çıxmışdır. 14-cü Polis bölməsində adını bilmədiyi rəis müavini tərəfindən ona zor tətbiq edilərək xəsarət yetirilmişdir. Ona xəsarət yetirildiyinə görə polis bölməsinə təcili yardım çağırılmışdır. Həmin vaxt 10 sentyabr 2024-cü il tarixi olmuşdur. Əzildiyi üçün həkimlər gəlib ona ağrıkəsici vurmuşdur. Həmin vaxt gözündən xəsarət almışdır. Öz istifadəsi üçün narkotik vasitəni yaşadığı kənddə tanıdığı adamlardan almışdır. Yaşadığı evində də axtarış aparılmışdır, lakin heç nə aşkar edilməmişdir. Şahid2 adlı polis əməkdaşı ondan narkotik vasitənin harada olduğunu soruşmuş, o da polis əməkdaşına özündə narkotik vasitə olmadığını demişdir, həmin vaxt polis əməkdaşı ona özündə olmasa da, onlarda narkotik vasitə olduğuna dair hədələyici ifadələr işlətmişdir. 4 nəfər polis əməkdaşı onun həyətinə də hasardan aşaraq daxil olmuşlar, sonra da evin pəncərəsini sındıraraq evə girmişlər. Pəncərənin sındırılmasını arvadı və evdə olan uşaqları təsdiq etmişdir. Axırıncı dəfə əməliyyat tədbirində 2024-cü ilin əvvəllərində, mart ayında iştirak etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyən və əməkdaşlıq etdiyi Rəşad müəllimə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tez-tez saxlanılmağı barədə məlumat vermiş, Rəşad da hər dəfə Sabunçu RPİ-nə zəng edib onu tapşırdığını demişdir, lakin buna baxmayaraq yenə də tutulmuşdur. Metadon həblərini ona iranlı atmışdır. Bu barədə Şahid2 demişdir və birlikdə gedib qoyulduğu yerdən götürmüşlər, metamfetamin isə “Honda” avtomobilindən aşkar edilmişdir. Əslində həmin maddə heç metamfetamin deyil, adi duz olmuş, lakin metamfetamin kimi rəsmiləşdirilmişdir. Metamfetaminin çəkisi 4 qram olmuş, o da 6 qram olaraq rəsmiləşdirilmişdir. Polis əməkdaşları onu yolda saxlamamışdır, yaşadığı evə daxil olub evinin işıqlarını da kəsərək onu evdən aparmışlar. Evinin qarşısında quraşdırılmış kamera işləməmişdir. Onu polis əməkdaşları 02 may 2024-cü il tarixdə saxlamış, 2 gün saxladıqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildikdən sonra buraxılmışdır və bir neçə gün sonra yenə inzibati qaydada tutulmuşdur. Hazırkı narkotik işinə görə saxlanıldıqdan sonra 14-cü Polis şöbəsində polis əməkdaşları onu döymüşdür. Döyülməyi ilə bağlı heç kimə şikayət etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla razılaşdığını, həmin ittiham üzrə özünü təqsirli bildiyini demiş, həmçinin qeyd etmişdir ki, o, ünvan 5 ünvanda qeydiyyatda olmaqla, ünvan 6 ünvanda yaşayır. 03 may 2024-cü il tarixdə saxlanılanadək Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları Şahid1 və ya Şahid2 tanımamış, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. O, narkotik tərkibli maddələrin aludəçisidir, narkotik tərkibli maddələri müxtəlif yerlərdən qiyabi tanıdığı, yəni anket məlumatlarını, hətta adlarını belə bilmədiyi şəxslərdən alır. 2022-ci ildən psixotrop maddə metamfetamini çəkmək yolu ilə, metadon tabletini isə ağrıları olduqda atmaq yolu ilə qəbul edir. 2024-cü ilin aprel ayının sonlarında sosial şəbəkə vasitəsi ilə özünü Meys kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, Meys adlı şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitə lazım olarsa özünə müraciət edə bilməsini bildirmişdir. 2024-cü ilin aprel ayının sonlarında o, Meys ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, iranlıya psixotrop maddə metamfetamin və narkotik vasitə metadon həbləri almaq istədiyini bildirmişdir. Meys satdığı metamfetaminin 1 bükümünün 1 qram təşkil etdiyini, metamfetaminin 1 bükümünü, yəni 1 qramını 10 manata, hər birində 10 ədəd metadon həbləri olan 1 ədəd blisteri isə 8 manata satdığını demişdir. Qara bazarda metamfetaminin 1 qramı 20 manata, hər birində 10 ədəd metadon həbləri olan 1 ədəd blister isə 50 manata olduğundan o, razılaşmışdır. Hər bir halda o, Meysdən metamfetaminin qiymətini ucuz etməsini xahiş etmiş, Meys qiymətdə endirim etməyəcəyini, lakin 5 qramdan artıq alarsa, hər 5 bükümdən artıq olan bükümün 1 ədədinin çəkisini artıq edə biləcəyini demişdir. O, Meyslə razılaşaraq sonuncunun ona göndərdiyi, hazırda xatırlamadığı kart hesabına, xatırlamadığı ödəmə terminalından 7 qram metamfetamin üçün 70 manat, hər birində 10 ədəd metadon həbləri olan 3 ədəd blisterə görə isə 24 manat, cəmi 94 manat pul köçürmüşdür. Təxminən 29 aprel 2024-cü il tarixdə Meys “Whatsapp” proqramı vasitəsi ilə ona Suraxanı rayonu ərazisindən 7 qram metamfetamini və 3 blister metadonu götürəcəyi məkanın şəklini və həmin yerə aparan yolun xəritəsini göndərmiş, o, Suraxanı rayonu ərazisinə gedərək 7 qramdan artıq olan 6 ədəd bükümdə psixotrop maddə metamfetamini və 3 ədəd blisterdə 30 ədəd metadon həblərini götürmüşdür. Gələcəkdə onun üçün təhlükə yaranmasın deyə telefonunun yaddaşından Meyslə olan yazışmaları silmişdir. Ötən müddət ərzində Meysin içərisinə artıq yığdığı şəffaf sellofandakı metamfetamindən az miqdarda istifadə etmiş, lakin metadon həblərindən istifadə etməmişdir. 03 may 2024-cü il tarixdə saat 02:30 radələrində ağrıları olduğundan özünün istifadəsi üçün 6 ədəd bükümü və içərisində metadon olan 3 ədəd blisteri əynindəki gödəkçəsinin cibinə qoyaraq yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 9 ünvanın yaxınlığında gəzişib, metamfetamindən və ya metadondan istifadə etməyi düşünmüş, həmin vaxt ona sonradan adlarını bildiyi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 yaxınlaşmışlar. Həmin şəxslər ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini istədikdə o, əynindəki gödəkçəsinin sağ yan cibində psixotrop maddə metamfetamin və narkotik vasitə metadon olduğundan həyacanlanmış, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını bildirmiş və polis əməkdaşlarına əhəmiyyət verməyib onlardan yayınmaq istəmişdir. Həmin əməkdaşlar bu dəfə onun qarşısını kəsərək ona şəxsiyyəti barədə suallar vermiş, o, üzərində narkotik tərkibli maddələrin olmasını polislərin bildiyini başa düşmüş, gərgin olduğundan verdikləri suallara cavab verməkdə çətinlik çəkmiş və onlardan qaçmaq istəmişdir. Polis əməkdaşları narkotik vasitələrin istifadəsində ondan şübhələnmiş, odur ki, onu 14-cü Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, ilk fürsətdən üzərindəki narkotik tərkibli maddələri tullayar. Onlar polis şöbəsinə gəlmiş, lakin üzərindəki maddələri tullamağa şərait yaranmamışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil Dilsuz Məmmədov təqdim edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. O, videoçəkilişlə üzərində şəxsi axtarışın aparılmasına etiraz etməmiş, lakin şəxsi axtarış zamanı vəkilin iştirakından imtina etmişdir. Vəkilin iştirakından ona görə imtina etmişdir ki, əgər vəkil üzərindən metamfetamin və metadon həblərinin aşkar olunmasını görsəydi gələcəkdə onu məhkəmədə əminliklə müdafiə etməyəcəydi. Təhqiqatçı onun istəyi ilə razılaşmış, vəkilin iştirakı olmadan şəxsi axtarışı aparılmışdır. X16 üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə vardırsa, təqdim etməyi təklif etmiş, o, əynində olan ağ rəngli gödəkçənin sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 6 ədəd bükümü və 3 ədəd blisterdəki 30 ədəd narkotik vasitə metadonu təqdim etmiş, daha sonra göy rəngli şalvarının sol yan cibindən özünə məxsus, içərisində ***-***- **-** nömrə olan “Samsung A21” markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümləri açıb baxmış, sorğu zamanı o, polis əməkdaşına həmin bükümlərdə psixotrop maddə metamfetamin, dərman həblərinin isə narkotik vasitə metadon olduğunu bildirmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları həmin bükümləri, dərman həblərini və "Samsung A21" markalı telefonunu zərfdə qablaşdırmış, o və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Qeyd edir ki, İran İslam Respublikası vətəndaşı olan Meys adlı şəxsdən cəmi 1 dəfə narkotik tərkibli maddələr almış və alarkən pulunu tam olaraq kart hesabına ödəmişdir. Müstəntiq tərəfindən verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs onun adına rəsmiləşmiş ***-***-**-** nömrədən 2017-ci il tarixdən istifadə etdiyini, ondan başqa həmin nömrədən heç vaxt heç kimin istifadə etmədiyini, bütün narkotik aləminin nümayəndələrinin narkotik vasitələr olan heroinə "kola", qurudulmuş marixuanaya "ot", metadon tərkibli həblərə "dərman", psixotrop maddə olan metamfetaminə "daş", "patı" və hərdən "kakos" dediyini, o da narkotik tərkibli maddələrin adlarını istər səsləndirərkən, istərsə də, SMS yazarkən yalnız həmin terminlərdən istifadə etməklə adlandırmışdır. Müstəntiq tərəfindən istintaq dövründə onun istifadəsində olan ***-***-**-** nömrədən ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin istifadəçiləri ilə narkotik tərkibli maddələrin satışını həyata keçirməsi üçün SMS-lə yazışması aparıldığı bildirilmiş və həmin şəxslərin kimlər olduğu barədə suala cavab olaraq Təqsirləndirilən şəxs həmin nömrələrin sahiblərini xatırlamadığını, xatırlasa belə bu barədə heç nə danışmaq istəmədiyini bildirmişdir (cild 1, iş vərəqi 11-115). Məhkəmədə ifadəsi elan olunduqdan sonra verilmiş müvafiq suallara cavab olaraq Təqsirləndirilən şəxs elan edilmiş dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin onu aldadıb 6 boş vərəqə imza elətdirildiyini və sonra özlərinin məzmununu doldurduqlarını bildirdi.
24. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin anası X4 əlavə şahid qismində dindirildi. O, ifadəsində göstərdi ki, 02 may tarixində axşam saatlarında polis əməkdaşları yaşadıqları evə daxil olaraq oğlu Müşfiqi saxladıqdan sonra maşına mindirərək aparmışlar. Hadisə günü onlar evdə olan zaman polis əməkdaşları qapılarına gəlmiş, icazəsiz evə daxil olmuş, onu, nəvələrini, gəlinini bir otağa salmış, Müşfiqi isə tutub saxlamışlar. Hətta polis əməkdaşları evdəki əşyaları, nəvələrinin, gəlininin telefonlarını da əllərindən almışlar. Müşfiq polis əməkdaşları tərəfindən saxlanılan zaman uşaqları bir kənarda, özü bir kənarda, gəlini də bir tərəfdə oturub ağlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid X4 bildirdi ki, polis əməkdaşları qapılarına gələn zaman əvvəl qapı döyülmüş, lakin o açmamışdır. Həmin vaxt Müşfiq çay içirmiş, əlində stəkanı götürüb çay içə-içə qapıya tərəf getmiş, tam qapını açan vaxt polis əməkdaşları icazəsiz olaraq evə daxil olmuşlar. Onların evinin işıqları polis əməkdaşları tərəfindən söndürülmüş, lakin qısa müddət sonra yenidən yandırılmışdır. Polis əməkdaşları evə daxil olduqdan sonra hər yerdə axtarış həyata keçirmiş, lakin heç nə tapılmamışdır. Elçin adlı polis əməkdaşına belə etməməsi üçün, gəlini, nəvələri qorxduğundan yalvarmışdır, lakin onu dinləməmişdir. Elçin evin həyətinə getmiş, “Honda” markalı avtomobilin qapısını açmış, içərisindən iki büküm çıxartmışdır. Bükümlərin içərisində nə olduğunu ona göstərmişlər, amma o, adının nə olduğunu bilməmişdir. Duza bənzər bir maddə olmuşdur. Müşfiq əvvəllər narkotik vasitə istifadə etmişdir. Onun qapısına kimsə narkotik vasitə almaq üçün gəlməmişdir. Müşfiqin narkotik vasitəni haradan aldığını, necə istifadə etdiyini bilməmişdir. Tək bildiyi, oğlunu narkotik vasitəyə düçar edən şəxslərin Rəşad və Anar adlı şəxslər olmuşlar. Anarla Rəşad onların evinin həyətinə qədər gəlmiş, hətta Müşfiqlə bir yerdə oturub çay da içmişlər. Oğluna narkotik vasitədən istifadə etməyi təklif edənlər də onlar olmuşlar. Rəşadla Anar qonşuları deyilmiş, onlar Baş İdarədə işləmişlər.
25. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin qonşusu X12 əlavə şahid qismində dindirildi. O, ifadəsində göstərdi ki, 02 may tarixində oğlunun ad günü olduğu üçün evdə qonaqları olmuş, birdən Müşfiqin arvadı Fidan ona zəng edərək evinə dəvət etmişdir. Onların evinə gedən zaman Müşfiqin üzünün yara içində olduğunu, döyüldüyünü görmüşdür. Müşfiqi döyənlər isə onu evində tutub saxlayan polis əməkdaşları olmuşlar. O, Müşfiqi o vəziyyətdə görəndə çox narahat olmuşdur. Müşfiqin bütün üzü yara içində olduğundan telefonda şəklini də çəkmişdir. Həmin vaxt evdə Müşfiqin anası, arvadı, uşaqları da olmuşdur. Müşfiqgilin evinə gedən zaman hava hələ tam qaralmamış, saat 18:00 radələri olmuşdur. O, sentyabr ayında Müşfiqin polis əməkdaşları tərəfindən saxlanılmasına şəxsən şahid olmuşdur. Belə ki, tarixi tam xatırlamasa da, sentyabr ayı olduğunu dəqiqliklə deyə bilər. O, evdə olan zaman Müşfiqin evində xeyli səs-küy olduğunu eşitmiş, qorxusundan onların evinə getməmişdir. Polis əməkdaşlarından birinin Müşfiqin evinin hasarından həyətə tullandığını, digərinin isə icazəsiz evə daxil olduğunu görmüşdür. Lakin qonşuların çoxunun evində olan kameralar tam olaraq Müşfiqgilin həyətini çəkmişdir, həmin anlara dair görüntülər kameralarda olmuşdur. Onların heç biri kameralardakı görüntüləri məhkəməyə təqdim etmək istəməmişdir. Müşfiqgilin həyətinə baxanda polis əməkdaşlarının əllərini qandalladıqdan sonra maşına mindirib apardıqlarını görmüşdür. Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
26. CM-nin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
28. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
30. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
31. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir
32. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
33. Maddə 15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut növləri kimi qəbul edilir.
36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
37. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
38. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”
42. Siyahılara əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri xeyli miqdar, 1,6 qramı külli miqdar, 160 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
47. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
48. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
49. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-nin 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
50. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
51. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:
52. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
53. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, əvvəla təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin və narkotik vasitənin aşkar edilməsi həm məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həm dindirilmiş şahidlər olan polis əməkdaşlarının ifadələri ilə, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam sərbəst şəraitdə müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxsin üzərindən narkotik tərkibli maddələrin satışı ilə məşğul olması isə onun istifadəsində olan ***-***-**-** nömrədən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***- **-** nömrələrinin istifadəçiləri ilə narkotik tərkibli maddələrin satışını həyata keçirməsi üçün SMS yazışmaları ilə tam təsdiqini tapır. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olması, narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
54. Məhkəmə baxış zamanı dindirilmiş əlavə şahidlər X1 və X8 təqsirləndirilən şəxsin lehinə verdiyi ifadələrə məhkəmə tənqidi yanaşır, bunu həmin şahidlərin təqsirləndirilən şəxslə yaxın qohumluq və qonşuluq münasibətlərilə izah edir. Məhkəmə hesab edir ki, həmin şahidlər belə ifadələr verməklə təqsirləndirilən şəxsin cəzadan yayınması məqsədini güdmüşlər.
55. Narktoik vasitənin və psixotrop maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 35-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
56. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin növü qadağan olunmuş və məhdudlaşdırılmış əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən müvafiq olaraq külli miqdar və xeyli miqdar təşkil etdiyindən (hökmün 42-46-cı bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
57. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.
58. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olmasını, narkotiklərin satışına dair digər şəxslərlə SMS yazışmalar aparmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda, narkotik vasitəni isə xeyli miqdarda əldə edib, daşıyıb saxlamışdır.
59. Məhkəmə təqsirləndirilən şəxsin, bütövlükdə müdafiə tərəfinin özünü müdafiə üçün gətirdiyi dəlilləri keçərli hesab etmir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı bir-birinə zidd olan həm etirafedici, həm də ittihamı təkzibedici ifadələr vermiş, narkotik vasitələr saxlamasını, narkotiklərin satışına dair SMS yazışmaları aparmasını polis orqanları ilə əməkdaşlıq etməsi və əməkdaşlıq dövründə polis əməkdaşlarının tapşırıqlarını icra etməsi ilə əlaqələndirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs polislərin onu küçədə deyil, evində saxlamasını, narkotiklərin ona polislər tərəfindən verilməsini və polislər tərəfindən döyülməsini iddia etmişdir.
60. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsindən əvvəl ona müdafiəçi təqdim edilmiş, şəxsi axtarış isə təqsirləndirilən şəxsdən müvafiq razılıq ərizəsi alınmaqla müdafiəçinin iştirakı olmadan keçirilmişdir. İstintaqın sonrakı gedişində bütün dindirmələr zamanı isə müdafiəçi iştirak etmiş və təqsirləndirilən şəxs etirafedici ifadələr vermişdir.
61. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanılan zaman Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən döyülübdöyülməməsi məsələsinə aydınlıq gətirilməsi məqsədilə tutulduğu zaman saxlanıldığı Sabunçu RPİ-nin X14 məhkəmə tərəfindən verilmiş müvafiq cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:36-da Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə üzərinə və bədəninə təlimata uyğun tam baxış keçirilən zaman onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Qəbul zamanı keçirilmiş baxış barəsində tərtib edilmiş və şəxsin özü tərəfindən imzalanmış aktın və tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyat kitabında olunan qeydlərin surətindəki akta əsasən, xx.xx.2024-cü il saat 21:36-da Sabunçu RPİ-nin MSY-nə gətirilən Təqsirləndirilən şəxs bədəninə baxış zamanı heç bir xəsarət aşkar olunmamışdır. Qeyd olunan sənədlərə Sabunçu RPİ-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı”kitabının surəti də əlavə olunmuşdur. Həmin məsələ ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş 10 cavab məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs RPİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparılaraq 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan cavab məktubuna “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surəti əlavə edilmişdir. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Təqsirləndirilən şəxs və polis əməkdaşlarının izahatları alınmış, material üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində alınmış rəy, eləcə də, verilmiş sorğular nəticəsində alınmış sənədlərin surətləri materiala əlavə edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 25 noyabr 2024-cü il tarixli, 2868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olub-olmaması, həmçinin Anar Rüstəmovun (055 355-89-49), Müşfiq adlı şəxsin (050 333-72-08), Rəşad adlı şəxsin (050 477-33-88) anket məlumatları və hansı vəzifələrdə işləmələri barədə məlumatların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə göstəriş vermələri ilə bağlı sorğu məktubu göndərilmişdir. Verilmiş cavab məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşı olmamış və onunla hər hansı əməkdaşlıq edilməmişdir. Beləliklə, polis əməkdaşları tərəfindən döyülməsi, habelə narkotik vasitələri polis orqanları ilə əməkdaşlığı gedişatında polislərin tapşırığı ilə əldə edilməsi barədə təqsirləndirilən şəxsin iddialarını məhkəmə həqiqətə uyğun hesab etmir və o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs belə ifadələr verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdür. Tutulmasını 14-cü Polis bölməsinin rəisinin əmisi oğlu olan Samir Abbasov ilə aralarında olan “Honda” markalı avtomobil alqı-satqısı əsanasında yaranan ədavətlə əlaqədar olması iddiasına gəlincə isə məhkəmə bildirir ki, müdafiə tərəfi, o cümlədən təqsirləndidilən şəxs həmin iddisanı əsaslandırmaq üçün məhkəməyə əsaslı sübut təqdim etməmişdir.
62. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olmasını, mənzilindən həmçinin elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni satmış, psixotrop maddələri və narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir.
63. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 34-cü bəndi).
64. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur.
65. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 27-30-cu bəndləri).
66. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Himayəsində 3 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir.
67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
68. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 31-ci bəndi).
69. İşdə olan tutma protokolundan və müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Sabunçu rayon prokurorunun 04 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır. 04 may 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 18, 50-52, 53-54).
70. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin ediləcək cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir (hökmün 32, 38 və 39-cu bəndləri).
71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
72. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,593 qram çəkidə psixotrop maddə metamfetamin və 28 ədəd narkotik vasitə metadon məhv edilməli, digər maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair "xxxx" MMCdən götürülmüş məlumatların köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 40-cı bəndi).
73. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
74. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 41-ci bəndi).
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan olunduğu 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,593 qram çəkidə psixotrop maddə metamfetamin və 28 ədəd narkotik vasitə metadon məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən götürülmüş məlumatların köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Aygün Qurbanova Fərid Namazov