Məhkəmə qərarları › İş №1(101)-673/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-673/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-673/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Ağsu rayonu, Növsü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binqə qəsəbəsi, Atçılıq YYS də yaşayan, barəsində “ev dustaqlığı ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 07:20-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni mikroavtobus idarə etmək üçün müvafiq kateqoriyası olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus «Mercedes-Benz 308» mikroavtobus markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Bakı-Binə avtonəqliyyat yolunun hərəkət hissəsi ilə Binə qəsəbəsi istiqamətində Binə qəsəbəsinə enən körpü ilə 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətdə olan zaman hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməmiş, hərəkət üçün təhlükə yaradacağını, hərəkətinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını, yəni piyadanın həyatı üçün təhlükə yarana biləcəyini qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onun qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə yolu soldan sağa keçən piyada xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan avtomaşının qabaq sağ hissəsi ilə vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs1 sol qaşüstü nahiyənin, burunun, sağ almacıq-yanaq nahiyəsinin, alt çənənin, sağ və sol əlin arxa səthinin, sağ dizin ön səthinin sıyrıqları; sağ baldırın qançırı; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ İİİ, İV, V, Vİ qabırğaların ön qoltuqaltı xətti üzrə qapalı, yerdəyişən sınıqları; sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş sağ ağ ciyərin cırılması kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alması və hadisə yerində ölməsi, digər Zərərçəkmiş şəxs2 isə 555 (beş yüz əlli beş) manat məbləğində maddi ziyan vurması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, ailəsini dolandırmaq üçün işləmək məqsədi ilə özünə «Mercedes» markalı mikroavtobus axtarmışdır ki, onu Binə qəsəbəsində idarə edib sərnişin daşımaqla pul qazansın. Bu məqsədlə Binə qəsəbəsindən tanıdığı Zərərçəkmiş şəxs2 sərfəli kredit şərtləri ilə «Mercedes» markalı mikroavtobus satdığını bilib sonuncuya yaxınlaşmışdır. Anar ona «Mercedes» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu gündəlik 20 (iyirmi) manat olmaqla satmışdır. O da Anarla bu barədə razılaşıb həmin mikroavtobusu Anardan təhvil almışdır. Anar həmin vaxt ona qeyd olunan mikroavtobusun qeydiyyat şəhadətnaməsini vermiş və yaxın günlərdə avtomobili idarə etmək üçün etibarnamə də verəcəyini bildirmişdir. Belə ki, o, mikroavtobusun pulunu tam olaraq ödədikdən sonra onun adına baş etibarnamə veriləcəkdi, lakin həmin müddət ərzində ona mikroavtobusu idarə etmək üçün etibarnamə veriləcəkdi. Lakin onun sürücülük vəsiqəsi «BC» kateqoriyalıdır və mikroavtobus idarə etmək üçün «D» kateqoriyası yoxdur. Bundan sonra o, həmin «Mercedes» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ilə Binə qəsəbəsinin daxilində sərnişin daşımaqla məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində «Mercedes» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla sərnişin daşımaq üçün işə başlamaq məqsədi ilə Mərdəkan qəsəbəsindən üzü Binə qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt mikroavtobusda tək olmuş və ondan başqa hər hansı şəxs olmamışdır. Bundan sonra Binə qəsəbəsinə enən körpü ilə saatda 40-50 km/sürətlə hərəkətdə olan zaman yolun sol tərəfindən bir nəfər 40- 45 yaşlı kişinin onun hərəkət zolağına daxil olmasını görmüşdür. Həmin vaxt piyada ilə aralarında təxminən 05 metr məsafə olmuşdur. O, piyadanı vurmamaq üçün sükanı sola tərəf fırlatsa da, hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi mikroavtobusun qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Bundan sonra dərhal mikroavtobusu saxlayaraq, təcili tibbi yardıma zəng etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmiş və məlum olmuşdur ki, həmin piyada artıq ölmüşdür. «D» kateqoriyalı sürücülük vəsiqəsinin olmaması barədə Anara heç nə deməmiş, avtomobilin sahibini isə ümumiyyətlə görməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş Qasımova Röyalə Şərafət qızı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı idi. Onlar 2007-ci ildən rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşıRövşən xx xxxxxx 2020-ci il tarixdə səhər saat 07:00-da yaşadıqları evdən işə getmək üçün çıxmışdır. Təxminən saat 11 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş və bildirilmişdir ki, əri Rövşəni maşın vurub. Bundan sonra o, Xəzər rayonunda yerləşən 26 saylı xəstəxanaya getdiyi zaman ərinin artıq vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 07:20 radələrində Təqsirləndirilən şəxs idarə edərək, yol nəqliyyat hadisəsi törətmiş olduğu «Mercedes» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ona məxsusdur. Belə ki, həmin mikroavtobusu o, etibarnaməsiz təxminən 2017-ci ilin iyun ayında Müşfiq adlı şəxsdən 2500 manata almışdır. Həmin şəxs maşının etibarnaməsinin müddətinin başa çatdığını ona bildirmişdir. Müşfiq, həmçinin o özü sonradan maşının adına olan şəxsi axtarsalar da tapa bilməmiş, buna görə də, həmin şəxsdən etibarnamə ala bilməmişdir. Təxminən 7-8 ay olardı ki, Daşqın həmin avtobusla gündəlik olaraq 20 manat ödəməklə işləmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtobusun əzilməsinə görə ona ümumilikdə 735 manat maddi ziyan dəymişdir. O, həmin avtobusu aldığı zaman etibarnamə götürə bilməmiş və sonradanda avtobusun adına olan Ramazan adlı şəxsi tapıb etibarnamə ala bilmədiyi üçün Daşqına avtobusu sürməyə dair etibarnamə verməmişdir. Lakin Daşqının həmin avtobusu sürməyə dair hüququnun olmadığını bilməmişdir. O, tez bir zamanda həmin avtomobilə dair Şahid3 etibarnamə alacağını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, «Mercedes 308 mikroavtobus» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili dostu Misirlə birlikdə xx.xx.2016-cı il tarixdə Qusar rayonunda Elqar adlı şəxsdən 3500 manat mülki etibarnamə ilə almışlar. Mülki etibarnamə Misirin adına yazılmışdır. Həmçinin həmin avtobilin pulunun yarısını o vermiş və avtomobilin mülki etibarnaməsi Misirin adına olsa da, avtomobil ikisinə məxsus olmuşdur. Təxminən 2017-ci ilin may-iyun ayları olardı ki, Misir və o həmin avtomobili satmaq qərarına gəlmişlər. Buna görə də, o həmin avtomobili Binə qəsəbəsində yaşayan Anar adlı şəxsə heç bir etibarnamə vermədən təxminən 2500 manata satmışdır. Sonradan polis idarəsinə çağırıldığı zaman ona məlum olmuşdur ki, həmin avtomobillə yol-nəqliyyat hadisəsi törədilib. Avtomobili satdıqları zaman etibarnamənin müddəti bitdiyi üçün satdıqları şəxsə etibarnamə verə bilməmişlər. Həmçinin avtobilin adına olan şəxsi axtarsalarda, həmin şəxsi tapa bilməmişlər ki, yenidən etibarnamə alsınlar. Etibarnamənin müddəti bitdiyi üçün avtomobili satdığı şəxsə etibarnamə verə bilməmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona hər hansı bir maddi ziyan dəyməmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, iş üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai araşdırmada şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, mərhum piyada Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və ya qohumluq münasibəti yoxdur. Təxminən 2004-cü ilin yay aylarında Bakı şəhərində yaşadığı zaman Babək prospektində yerləşən avtomobil bazarından «Mercedes 308 mikroavtobus» markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.000 (on bir min) ABŞ dollarına almış və həmin müddətdə də avtomobili öz adına rəsmiləşdirilmişdir. İki il həmin avtomobili Bakı şəhərində idarə edərək 157 saylı marşrut xəttində işləmişdir. Sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasına köçməli olmuşdur. Buna görə də, həmin adına olan avtomobili Naxçıvan MR-ya gətirmişdir. Yaşadığı Şərur rayonu, Yengicə kəndində həmin avtomobili iki aya yaxın müddətdə istifadə edib pula ehtiyacı olduğundan satmaq qərarına gəlmişdir. Avtomobili satmaq üçün Naxçıvan şəhərində yerləşən avtomobil satışı bazarına getmişdir. Həmin vaxtdan uzun müddət keçdiyi üçün avtomobili satdığı şəxsi xatırlamır. Səhv etmirsə, həmin şəxs Babək rayonunun Qaraqala kənd sakini olmuşdur. Avtomobili satan zaman həmin şəxs ona demişdir ki, avtomobili onun adına keçirməyə ehtiyac yoxdur. O, bunun səbəbini soruşduqda, həmin şəxs avtomobili yaxın qohumuna aldığını, avtomobili idarə etmək və satmaq üçün on illik etibarnamə verməsini istəmişdir. O, bununla razılaşmış və etibarnamə verdikdən sonra həmin şəxs avtomobili “Kamaz” markalı yük avtomobilinə yükləyib Bakı şəhərinə aparmışdır. O vaxtdan hazıra kimi həmin avtomobilin kimə satılması və kimin adına olması barədə heç bir məlumatı olmamışdır. xx xxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng olunmuş və telefon danışığı zamanı onunlşa danışan şəxs özünü təqdim edib Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi olmasını bildirmiş, daha sonra isə “Mercedes” markalı avtomobil barədə suallar vermişdir. Oda hazırki ifadəsində qeyd etdiyi xüsusatları müstəntiqə bildirmişdir. Bundan sonra müstəntiq ona bildirmişdir ki, onun adına olan həmin avtomobillə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş vermiş, sürücü həmin avtomobili iki aya yaxın müddətdə istifadə edib pula ehtiyacı olduğundan satmaq qərarına gəlmişdir. Avtomobili satmaq üçün Naxçıvan şəhərində yerləşən avtomobil satışı bazarına getmişdir. Həmin vaxtdan uzun müddət keçdiyi üçün avtomobili satdığı şəxsi xatırlamır. Səhv etmirsə, həmin şəxs Babək rayonunun Qaraqala kənd sakini olmuşdur. Avtomobili satan zaman həmin şəxs ona demişdir ki, avtomobili onun adına keçirməyə ehtiyac yoxdur. O, bunun səbəbini soruşduqda, həmin şəxs avtomobili yaxın qohumuna aldığını, avtomobili idarə etmək və satmaq üçün on illik etibarnamə verməsini istəmişdir. O, bununla razılaşmış və etibarnamə verdikdən sonra həmin şəxs avtomobili “Kamaz” markalı yük avtomobilinə yükləyib Bakı şəhərinə aparmışdır. O vaxtdan hazıra kimi həmin avtomobilin kimə satılması və kimin adına olması barədə heç bir məlumatı olmamışdır. xx xxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng olunmuş və telefon danışığı zamanı onunlşa danışan şəxs özünü təqdim edib Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi olmasını bildirmiş, daha sonra isə “Mercedes” markalı avtomobil barədə suallar vermişdir. Oda hazırki ifadəsində qeyd etdiyi xüsusatları müstəntiqə bildirmişdir. Bundan sonra müstəntiq ona bildirmişdir ki, onun adına olan həmin avtomobillə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurmuş və piyada hadisə yerində ölmüşdür. Bundan başqa o, ifadəsində bildirmişdir ki, həmin avtomobili satdığına görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Bakı-Binə avtonəqliyyat yolunun hərəkət hissəsi ilə Binə qəsəbəsi istiqamətində Binə qəsəbəsinə enən körpüdə baş vermişdir. Həmin protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi «Mercedes-Benz 308» mikroavtobus markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə törədilmişdir, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mercedes-Benz 308» mikroavtobus markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi, ön sağ işığı, ön sağ tərəf dönmə siqnal işığı, ön sağ qanadı, ön kapotu və ön hava süzgəzi yararsız hala düşmüşdür. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş AE 957612 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və “D” kateqoriya aid olan «Mercedes-Benz 308» mikroavtobus markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2020-ci il tarixli, 1/146 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbayca Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs heç vaxt həmin xəstəxanada müalicə olunmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 49 saylı aktından görünür ki, «Mercedes- Benz 308» mikroavtobus markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir texniki nasazlıq aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin Xəzər rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 12 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – sol qaşüstü nahiyənin, burunun, sağ almacıq-yanaq nahiyəsinin, alt çənənin, sağ və sol əlin arxa səthinin, sağ dizin ön səthinin sıyrıqları; sağ baldırın qançırı; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ İİİ, İV, V, Vİ qabırğaların ön qoltuqaltı xətti üzrə qapalı, yerdəyişən sınıqları; sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş sağ ağ ciyərin cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 3,6% etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən güclü dərəcəli alkoqol sərxoşluğuna uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxx 2020-ci il tarixli 4487 №-li rəyi ilə müəyyən olmuşdur ki, «Mercedes Benz» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs mikroavtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxx 2020-ci il tarixli, 9/695 №-li rəyi ilə müəyyən olmuşdur ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 1993-cü il buraxılışlı Mercedes Benz 308 markalı **- NM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun təmir-bərpa xərci 2020-ci ilin yanvar ayına təxminən 555,0 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv yoxlanılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxslərin, o cümlədən iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin faktiki halları ilə tam sübut olunur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsini tələblərinə uyğun olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilməli cəza məsələsi müzakirə edilərkən, məhkəmə, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində yalnız cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə islah oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013cü il tarixli qərarının 22-ci bəndinin 1-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, göstərilən Plenum qərarının müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmışxx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbayca Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx xxxx 2020-ci il tarixli qərarla cinayət əməli həmin məcəllənin 263-1-ci maddəsinə tövsif edilmiş, barəsində xx xxxx 2020-ci il tarixli qərarla şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş, xx xxxx 2020-ci il tarixli qərarla isə o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2020-ciu il tarixli 4(003)-68/2020 saylı qərarı ilə barəsində xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Xəzər rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs” qətimkan tədbiri ilə əvəz edilməli və təqsirlədirilən şəxs məhkəmə zalından həbsə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılsın. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar