Məhkəmə qərarları › İş №1(101)-673/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-673/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-673/2025 05.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi –Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməklə və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

1. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan metal qalıqların və qırıntıların cari bazar qiymətindən aşağı qiymətə satılmaqla dövlət büdcəsinə maddi ziyan vurulması faktı əsasında istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsinə köməklik göstərməsi ilə bağlı 2023-cü ilin mart ayının sonunda özünə cinayətdən xəbərsiz tanışları Şahid1 və Şahid3 vasitəsi ilə müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı kimi təqdim edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxsin vasitəsilə Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan qeyd edilən cinayət işinə həmin tanışının vasitəsilə xitam veriləcəyi imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olduğunu, 2023-cü ilin mart ayının sonunda cinayətdən xəbərsiz sonuncunun tanışları Şahid1 və Şahid3 vasitəsilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinin inzibati binasının qarşısında yalandan bildirib, sonuncular vasitəsilə Zərərçəkmiş şəxs razılığını almaqla, həmin niyyətlə 2023-cü ilin mart ayının sonunda Zərərçəkmiş şəxs sonuncuya məxsus razılaşdırılmış 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zəfəran” adlı restoranın qarşısında almaqla şəxsi ehtiyaclarına sərf edib, həmçinin, cinayətkar niyyətini davam etdirərək 2023-cü ilin aprel ayının əvvəlində cinayətdən xəbərsiz Şahid1 və Şahid3 vasitəsilə həmin məsələnin müsbət həlli üçün əlavə olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olmasının zəruri olduğunu Zərərçəkmiş şəxs aralarında olan telefon danışığı zamanı yalandan bildirib, cinayətdən xəbərsiz Şahid1 və Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs razılığını almaqla həmin niyyətlə cinayətdən xəbərsiz Şahid3 vasitəsilə yaşadığı ünvan 2 ünvanının qarşısında qeyd edilən məbləğdə pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin komandiri vəzifəsində çalışan Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərməsini vəd edərək Şahid3 vasitəsilə Şahid1 2023-cü ilin aprel ayı ərzində Zərərçəkmiş şəxs məxsus ümumilikdə 150.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində alaraq, qeyd edilən məbləği dələduzluq yolu ilə ələ keçirmişdir və fakta görə cinayət işi başlanmışdır.

3. 10.07.2024-cü il tarixli təqrirdən (cild 1, iş vərəqə 9) görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar-xətt” əlaqə mərkəzinə Şahid1 ASAN Xidmətdə işləyən tanışı X9 vətəndaşın məhkəmədə olan işi üzrə xeyrinə qərar verilməsi üçün 2023-cü ildə 40.000 manat məbləğində pul vəsaitini aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdir.

4. 02.08.2024-cü il tarixli əşyaya baxışın aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 19-22) görünür ki, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2024cü il tarixli 02/4/3-628 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” diskin baxışı aparılaraq Şahid3 telefonun yaddaşına “Seyid 3 cü Vatsap” adı və +**********35 nömrəsi ilə qeyd etdiyi Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə yazışmasının vermiş olduğu pul vəsaitini geri tələb etməsi məzmununda olması, həmçinin tərəflər arasında pulun qaytarılmaması ilə əlaqədar əhəmiyyət kəsb edən danışıq olması müəyyən edilmişdir. “xx.xx.2023 Təqsirləndirilən şəxs - qardaş yoldayıq, çatım yığacam, inşallah Şahid3 - ok, qardaşım Altay saat 9dan girib prokurorluğa hələ çıxmayıb,evdəkilər narahatdır Təqsirləndirilən şəxs - demişdim axı getməsində, nəysə Şahid3 - ayqa nə xəbər var Təqsirləndirilən şəxs - ucardayıq Şahid3 - qayıdırsan? Təqsirləndirilən şəxs - 100 km qalıb, yoxe gedirik Şahid3 - ok Təqsirləndirilən şəxs - evdən tələsik çıxmışam, o biri telefon qalıb evdə Şahid3 - ürək damar xəstəliyi tapdın uje Təqsirləndirilən şəxs - off Şahid3 - salamat gedib salamat qayıdasan qardaşım Nureli Məmmədov - Allah iraq eləsin, çox sağol Şahid3 ayqa, ona deyiblər ki, səni həbs edəcəyik, gedirsən Kürdaxanıya. Bu da özünü lezvalıyır ki, pul çatmayıb, heç kimə pul verilməyib. Elə bilir ki, biz bunun pulunu mənimsəmişik. Nəysə belə-belə söhbətlər gedir. İşidə hazırlayıb göndəriblər məhkəməyə. Ayqa Təqsirləndirilən şəxs - hər şey yaxşıdır, yemək yeyirik, narahat olma, hər şey əladır Şahid3 - ok, bunlarla görüşdə deyiblər ki, sabah 10a qədər vaxtın var, nə deyim. İmkan olsa yığarsan. xx.xx.2023 Şahid3-sabahın xeyir olsun qardaşım, sizdən xəbər gözləyirəm, dedim getmesin ora Xeber gözleyirəm ayqa, çox narahatcalıqdır. Nureli Memmedov - İçerideyik Şahid3 inşallah xeyir xəbər olar, bir nəticə var? Ayqa yanımdadırlar, mirsa ve ya uzanırsa vəsaiti qaytaraq bu gün Nureli Memmedov-2 saata həllini tapacaq, saat 3-4 arası həll olunacaq Şahid3 - gecdi ayqa ciddi söhbətə oxşamır Nurəli Memmedov - narahat olma, rahat ol Şahid3-sözləri üst-üstə düşmür, zəng vur danışaq Nurali Memmedov - prosta çox gecikiblər ona görə uzanıb, narahat olma Şahid3 - Raufnan danış vəsaiti qaytaraq belə alınmı Nureli Məmmədov - gözlə Şahid3-nəticə görmürlər deyə ömrümə işləyiblər, yanımdadırlar Nureli Məmmədov - görəcəklər yüksək səviyyədə Şahid3 - gecikirlər, məncə vəsaiti qaytaraq Təqsirləndirilən şəxs - sen necə desən elə edərik Şahid3 telefonu söndürüb gözlüyür yanımda, zəng vur danışaq, müstəntiq zəng vurur neynesin? Təqsirləndirilən şəxs - gözləsin Şahid3 - oyun oynuruq vallahi Təqsirləndirilən şəxs - bu gün Şahid3 - bular istəyir pulsuz həll eləsinlər, pulsuzda alınmayacaq Təqsirləndirilən şəxs - mümkün deyil sən nə danışırsan? əziz qardaşım Şahid3 - belə olsa qərəzli mövqe tutacaqlar Təqsirləndirilən şəxs - səbirli ol Şahid3 tutublarda, danışa bilirik? Vəsaiti qaytaraq bu gün, imkan elə danışaq. Ayqa bu yetim deyir ki, mənə bir zəng vurub desinlər ki, narahat olma işin həll olub, başqa heçnə istəmirəm. Hardasan ayqa Təqsirləndirilən şəxs yemək yeyirik, zəngdə olacaq, görüşdə. Hər şey yaxşıdır,yaxşıda olacaq Şahid3 - burda gözləyir, teldə sönüb ayqa xx.xx.2023 Şahid3 - İmkan olan kimi yığarsan, saatın fərqi yoxdur xx.xx.2023 Şahid3 - ayqa çox gecirik qardaşım xx.xx.2023 Şahid3 - ayqa gəlim məndə Təqsirləndirilən şəxs - yox, gözlə qar Şahid3 - ayqa Təqsirləndirilən şəxs - can Şahid3 - neynədin ayqa xx.xx.2023 Şahid3-sabahın xeyir olsun qardaşım, imkan olsa danışaq xx.xx.2023 Şahid3 - nə xəbər oldu ayqa Təqsirləndirilən şəxs - yığaçam qaqaş xx.xx.2023 Şahid3 - ayqa niyə belə edirsen, canın sağ olsun xx.xx.2023 Şahid3 - sen vaxt tapıb geri dönüş edə bilmədin? Bu məsələni həll etmək lazımdır, günü günə satmaqla 1 il keçib xx.xx.2023 Şahid3 - niyə cavab vermirsən qardaşım xx.xx.2023 Şahid3 24dən yığıram cavab vermirsən, deməli cavab vermək istamirsən. Dosta tanışa həmişə kömək və dəstək oldum, qarşılığında da səninelədiyin kimi hörmətsizlik və xəyanət gördüm. Cammatın pulunu qaytarmaq lazımdır, ondan sonra mən sənə nə zəng vuraram nə də. Evdəsən? Burdayam, imkan varsa çıx danışaq.” Baxış aparılan əşyalarda iş üzrə əhəmiyyət kəsb edən halları təsdiq edən 1 ədəd CD disk protokola əlavə olunmuşdur..

5. 04.08.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə ona məxsus külli miqdarda pul vəsaitini alaraq maddi ziyan vurmuşdur. Bu barədə şikayət edərək ona dəymiş maddi ziyanın tam ödənilməsini və cinayət əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

6. 21.08.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən (cild 01, iş vərəqə 80) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir.

7. 22.08.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 10292 nömrəli məktubdan (cild 01, iş vərəq 93) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmamışdır.

8. 24.08.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin məktubundan (cild 1, iş vərəqə 87) görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi olmamışdır.

9. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 91-92) görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbisosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan (cild 1, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik verilmişdir, diaqnozu Xr qlomerulobnefrit, terminal börək çatışmazlığı, nefrogenhipertoniya, renal anemiya, proqramlı hemodializdir.

11. Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan (cild 1, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, Balaxanı qəsəbəsi, Səməd Vurğun küçəsi, 34 nömrəli evdə həyat yoldaşı X5, oğlu Məmmədov Afət qızı və Məmmədzadə İncənur ilə birgə yaşayır.

12. 23.09.2024-cü il tarixdə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 136-140) görünür ki, Şahid3 ifadəsində göstərdiklərini - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Zərərçəkmiş şəxs Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin icraatına Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin, böyük prokuror-metodisti Şahid4 köməkliyi nəticəsində xitam verilməsinə köməklik göstərməsi ilə bağlı 2023-cü ilin mart ayının sonunda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zəfəran” adlı restoranın qarşısında 100.000 manat və ünvan 2 ünvanının qarşısında 50.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 150.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə almaqla ələ keçirdiyini - Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir.

13. 23.09.2024-cü il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə protokolundan (cild 1, iş vərəqə 141-145 ) görünür ki, Şahid1 ifadəsində göstərdiklərini - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Zərərçəkmiş şəxs Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin icraatına Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin, böyük prokuror-metodisti Şahid4 köməkliyi nəticəsində xitam verilməsinə köməklik göstərməsi ilə bağlı 2023-cü ilin mart ayının sonunda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zəfəran” adlı restoranın qarşısında 100.000 manat və ünvan 2 ünvanının qarşısında 50.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 150.000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə almaqla ələ keçirdiyini - Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir.

14. 23.09.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 148-169) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2 və 310-cu maddələrinə tövsif edilməsi, təqsirləndiriləne şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 311-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Şahid1, Şahid2, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Təqsirləndirilən şəxs şahid qismində əlavə ifadəsi Zərərçəkmiş şəxs Şahid3 vasitəsilə alınmış olduğu pul vəsaitinin təyinatı hissəsində sübut siyahısından çıxarılması, törədilmi. Dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 150000 manat maddi ziyan vurulması və ziyanın 75.000 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əvəzinə Şahid3 tərəfindən Zərərçəkmiş şəxs verilmiş 35.000 manat pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə hesablanması və tərəflər arasında olan mübahisə mülki hüquq predmeti olduğu üçün 35.000 manat pul vəsaitinin qaytarılması ilə əlaqədar Şahid3 məhkəməyə müraciət etmək hüququnun olmasına dair izah verilməsi, 8 Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, X1 xx.xx.2024-cü il tarixli vəsatətində göstərilən X3 təzyiq və təsirə məruz qalmaqla özünə qarşı ifadə verməsi barədə xüsusat özünü müdafiə xarakteri daşıdığından məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirilməklə tam rədd edilməsi, Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti vəzifəsində işləyən, ədliyyə müşaviri Şahid4 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar darəsində araşdırma aparılması məsələsi ilə əlaqədar müraciət edilməsinin məqsədə müvafiqliyinə baxılması, Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 12/4/3-628 nömrəli məktuba əlavə edilmiş 1 ədəd "CD" disk maddi sübut kimi tanınması, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli qərarla tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, həmçinin istintaq hərəkəti protokollarına əlavə edilmiş elektron məlumat daşıyıcısı, cinayət işinə əlavə edilmiş arayış və digər sənədlər sübut növü kimi qiymətləndirilməsi, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən şəxsin, müdafiəçisinin və digər proses strakçılarının hüquqlarını müdafiə etmək məqsədilə məhkəmə nəzarətini həyata keçirən məhkəmələrə və ya yuxarı prokurora şikayət vermə və bu şikayətlərə baxılma imkanlarını genişləndirmək üçün həmin xüsusat üzrə cinayət təqibi üzrə icraatın xitam verilmiş və rədd edilmiş hissələrinə aid olan materiallar cinayət işindən ayrı icraata ayrılaraq müvafiq qaydada qeydə alınmaqla kserosurətlər çıxarılmalı və ayrılmış materiallar idarənin arxivinə təqdim edilməsi qərara alınmışdır.

15. 24.09.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir.

16. 24.09.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, iş vərəqə195-196) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır.

17. 03.02.2025-ci il tarixli Zərərçəkmiş şəxs yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 140.000 manat məbləğdə pul vəsaitit qaytarılmış, Təqsirləndirilən şəxs ona 40.000 manat pul vəsaiti borcu qalmışdır.

18. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında, onlarda olan metal satışı ilə əlaqədar şirkətlə alqı-satqı müqaviləsi bağlanmış və həmin razılaşma əsasında alqısatqı həyata keçirilmişdir. Sonradan Bakıda yerləşən 329 nömrəli hərbi zavodda aşkar olunmuşdur ki, metal şirkətlərə dəyərindən ucuz satılmışdır. Hərbi Prokurorluqda cinayət işi başlanılmış, dövlətə dəymiş ziyan aşkar edilmiş və ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verilmişdir. Onun və qardaşının qudası Firudun onlarda qonaq olarkən o, Firuduna məlumat vermiş, Firudun da kömək edəcəyi haqqında söz vermişdir. Ziyanın miqdar 180000,00 Azərbaycan manatı müəyyən olunmuş, o da 140000,00 Azərbaycan manatı bir, 40000,00 Azərbaycan manatı da bir Firuduna vermiş, bu iş 10-15 gün uzanmışdır. Yenidən Hərbi Prokurorluqda Vüqar adlı müstəntiq onu çağırmışdır ki, dövlətə dəymiş ziyanın ödənilməməsinin səbəbini öyrənsin. Ona da pulu verdiyi tərəf məsələnin həll olunacağını, onun barəsində başlanılmış cinayət işinə xitam verildiyini, dövlətə dəymiş ziyanın ödənildiyini demişdir. O, bu cinayət işində zərərçəkmiş tərəf kimi cəlb olunmuş, müəssənin adından dövlətə dəymiş ziyan ödənməli olmuşdur. Çünkü o, bütün sənədlərini, şirkətlə bağlanmış müqavilələri, yuxarı orqanlarla qiymətin razılaşmasını, qiymətin razılaşması protokolunu, alqı-satqı və əldə edilmiş pulun dövlət nəfinə ödənilməsi və digər sənədləri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsla o müstəntiqin yanına getməli olmuşlar. Nurəli ilə müstəntiq, bu işi hll etməli olmuş, lakin onlar Hərbi Prokurorluğa getdikdə müstəntiq onu otağa buraxmış Təqsirləndirilən şəxs buraxmamışdır. Müstəntiq soruşmuşdur ki, “bu kimdir sizinlə gəlib? “, məsələni deyəndə bildirmişdir ki, “yox dövlətə dəymiş ziyan birmənalı olaraq ödənməlidir”. O, otaqdan çıxmış və X6 etirazını bildirmiş və pulu qaytarmalarını istəmişdir ki, dövlətə dəymiş ziyan ödənsin. 180000,00 Azərbaycan manatından 140000,00 Azərbaycan manatı qaytarmışlar. O da aparıb dövlətə dəymiş ziyanı ödəmiş və işə xitam verilmişdir. Təxminən il yarım iki ildir yerdə qalan 40 000 Azərbaycan manatını ala bilmir. Dəfələrlə təklif də etmişdir ki, tam şəkildə verə bilmirlərsə ayda 500,00 Azərbaycan manatı, 1000,00 Azərbaycan manatı versinlər. Çünkü o də Kapital bankdan və Rabitə bankdan kredit alıb vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nurəligilə 150000,00 Azərbaycan manatı yox 180000,00 Azərbaycan manatı vermiş, həmin puldan 140000,00 Azərbaycan manatı qaytarmışlar, 40000,00 Azərbaycan manatı qalmışdır. O, pulu Firuza verərkən sonuncunun pulu kimə verəcəyi ilə bağlı məlumatı həmin vaxt yox, sonradan məlum olmuşdur. O, Nurəlini pulu verdikdən 01 həftə sonra tanımışdır. Onun Nurəli ilə görüşündə söhbət belə olmuşdur ki, sonuncu ona kömək ediləcəyini, heç bir narahatçılıq olmadığını, rahat öz işlərini görməsini, işin arxasında olduğunu və işi həll etdiklərini bildirmişdir. O, işin nə yerdə olduğunu müstəntiq Nurəlini içəriyə otağa daxil olmağa icazə verməyəndə anlamışdır. Nurəlinin kim olduğu, nə işlə məşğul olduğu və müstəntiqlə tanışlığı olub-olmaması ilə bağlı məlumatı olmamışdır. Sadəcə Şahin, Firuz və Nurəli gəlmişlər və sonuncu ilə orada tanış olmuşlar. Şahin Nurəli ilə Firuzun tanışıdır və Şahini Firuz vasitəsilə tanımışdır. O, dövlətə dəymiş ziyanı ödəmiş və cinayət işinə xitam verilmişdir. Nurəli özünü ona Prezident Aparatının və ya strukturun işçisi kimi tanıtmamış, onlar sadəcə görüşüb tanış olmuşlar. Nurəli özünü Şahinin dostu kimi tanıtmış, köməklik edəcəklərini, narahat olmamağını, çətinlik olmadığını və həll edəcəklərini bildirmişdir. Nurəli ilə ilk dəfə görüşməsini Firuz və Şahin ona zəng edərək bildirmişlər. Şahin ona Nurəli ilə dost olduğunu bildirmişdir. Ona ödənilməmiş qalan məbləğ 20000,00 Azərbyacan manatıdır. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs onun Rabitəbankda olan 20000 manat məbləğində borcunu hər ay 587,5 manat olmaqla xx.xx.2028-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Buna dair Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayətinin və iddiasının olmadığını qeyd etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

19. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 ildir Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə dostluq münasibətləri var. Altayın işi ilə bağlı Firuzgil ona zəng edərək Altayın işi ilə bağlı məlumat vermişlər və köməklik istəmişlər. O da Nurəliyə zəng etmiş, Nurəli də kömək edə biləcəyini bildirmişdir. O, Nurəlinin münasibətləri olduğu üçün kömək etməsini sonuncuya demişdir. Nurəli Prezidentin işlər idarəsində işləmişdir. O, Nurəlinin iş yerində olmuş, Nurəli Altayın işi ilə bağlı bütün məlumatlarını bildirmiş, 6 aydır hər şeyin araşdırıldığını və prokurorluğun təhqiqat idarəsində işləyən Şahid4 adlı şəxs olduğunu, onunla danışdığını, işin həll olunacağını bildirmişdir. O da bu barədə Firuzgilə demişdir. Firuzgil 100000,00 Azərbaycan manatına işin həll olunacağını danışmışlar. O, dəfələrlə Firuza və Nurəliyə zəng edib dəqiqləşdirmiş, sonuncular razılaşmışlar və ona 100000,00 Azərbaycan manatı gətirmişlər, o da aparıb Azərbaycan Nəşriyatının qarşısında Nurəli ilə görüşüb pulu sonuncuya vermişdir. Nurəli də gedib pulu verib qayıtmış və hər şeyin qaydasında olduğunu, işin həll olunacağını bildirmişdir. Bundan 2-3 gün sonra o zəng edib 50000,00 Azərbaycan manatının da lazım olduğunu demiş və həmin 50000,00 Azərbaycan manatını aparıb qapılarında Nurəliyə vermişdir. Sonuncu həll olunacağını, narahat olmamasını bildirsə də iş həll olunmamışdır. O, 35000,00 Azərbaycan manatını ayrılıqda 20000,00, 9000,00 və 6000,00 olmaqla öz hesabından Altaya qaytarmışdır. Altaya 37000,00 Azərbaycan manatı borc qalımışdır. O, Nurəli ilə danışanda sonuncu 01 həftə 10 günə pulu olacağını bildirmiş, Altayın da qohumları onun evinə qədər gəlmişlər. O da 35000,00 Azərbaycan manatını Altaya qaytarmışdır. O, Altayla bu məsələdən 3-4 gün sonra tanış olmuşdur. Sonradan qardaşının dostu olduğu və hərbi məktəbdə birlikdə oxuduqları məlum olmuşdur. Firuzla bir neçə il əvvəl onunlara aid yüklərini satanda tanış olmuşlar. Verilən 100000 Azərbaycan manatından ona heç nə qalmamışdır. Həmin pul veriləndə də o bildirmişdir ki, həmin puldan onlara nəsə qalırsa xərcləmək lazım deyil. 50000,00 Azərbaycan manatının hamısını Nurəliyə vermişdir. Altay pulu Firuza verəndə hamısı bir yerdə olmuşlar. Altay 30000,00 Azərbaycan manatı aparıb kiməsə vermək istəmiş, o da zəng edib bu barədə Nurəliyə demişdir. Nurəli də heçkimə heçnə ödəməməsini, işin danışıldığını, həll olunacağını bildirmişdir. Həmin vaxt sonuncu Gəncə şəhərində məhkəmədə olmuş və həmin işi danışmalı olmuşdur. Nurəli 50000,00 Azərbaycan manatı ayrı qaytarmış, 3000,00 Azərbaycan manatı da ayrı qaytarmış və sonra hisə-hissə də qaytarmışdır. Onun bu barədə Nurəli ilə telefon danışıqları var. O, Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən çağırılanda bilmişdir ki, belə bir ziddiyət yaranacaq. Həmin vaxtdan Nurəli ilə olan danışıqlarını yazmağa başlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

20. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahinin vasitəsilə tanımışdır. 02 dəfə insult keçirmiş, buna görə də tarixlər dəqiq yadında qalmamışdır. Oğlu Şahid2 yoldaşının əmisinin işi ilə əlaqədar oğlu Şahid2la birlikdə Şahinə 100000,00 Azərbaycan manatı vermiş, bundan bir neçə gün sonra Şahin məhəlləyə gəlib Nurəlinin bu məbləğin az olduğunu dediyini, bildirmiş, o da məhəllədə gətirib 50000,00 Azərbaycan manatı əlavə vermişdir. Bundan sonra onlar 110000,00 Azərbaycan manatı qaytarmışlar, 40000,00 Azərbaycan manatı qalmışdır. O, Nurəlini tanımamışdır. Altay qızına toy edəcəyi üçün 3000,00 Azərbaycan manatını X12 vermişdir. Bu gün Altaya 37000,00 Azərbaycan manatı borc qalmışdır. Bunu da Nurəli verməlidir. Şahin Nurəlini ona öz yaxın adamı kimi təqdim etmişdir. Nurəli onlara Prezident Aparatında işlədiyini demişdir. Eyni zamanda onlara necə demişdirsə Şahinə də elə demişdir. Şahin 150000,00 Azərbaycan manatını onlardan 02 dəfəyə almış, həmin vaxt Altayın və Nurəlinin iştirakı olmamışdır. O, Şahinə 100000,00 Azərbaycan manatı verəndə oğlu Şahid2 iştirakı olmuş, lakin 50000,00 Azərbaycan manatı verəndə heçkimin iştirakı olmamışdır. Şahin çox yaxın adam olduğu üçün 50000,00 Azərbaycan manatını məhəllədə vermişdir.

21. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahin vasitəsilə tanımış, sonuncu Nurəli ilə dost olduğunu, sonuncunun dövlət işində işlədiyini, əli uzun olduğunu və Altayın işini düzəldəcəyini bildirmişdir. Nurəli haqqında bildikləri bu qədərdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu vermək üçün əvvəlcə 7 saylı “Asanxidmət” mərkəzinin ərazisində Şahinlə görüşmüşlər. Zərərçəkmiş şəxs prokurorluqda olan işi ilə bağlı Şahinə 100000,00 Azərbaycan manatı vermişlər. İkinci dəfə Şahin atası Şahid1la görüşüb sonuncudan 50000,00 Azərbaycan manatı almışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahinin onlara dediyinə görə Nurəli Şahini aldatmışdır. Onlar əslində tez başa düşmüşlər, lakin Şahini başa sala bilməmişlər ki, Nurəli onları aldadır. Nurəlinin yalan danışdığını 2 həftə sonra işin alınmamağından, hər gün gecikməyindən, “bugün olar, sabah olar, düzələr” deyilməsindən başa düşmüşlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

22. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən hazırkı vaxta qədər Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin, böyük prokuror-metodisti vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs görə ümumi olaraq tanıyır, lakin qeyd etdiyi şəxslərlə hər hansı münasibəti olmamışdır. 2023-cü ilin mart ayının sonu, aprel ayının əvvəlində o, Təqsirləndirilən şəxs ilə Yasamal rayonunda yerləşən “Coffeemania” adlı iaşə obyektinin qarşısında görüşüb kofe içdikdə sonuncunun mobil nömrəsinə zəng gəlmiş və danışıq zamanı Təqsirləndirilən şəxs olduğu ünvanı həmin şəxsə izah etmişdir. Müəyyən müddətdən sonra Təqsirləndirilən şəxs tanışları gəldiyi üçün onları qarşılamalı olduğunu bildirmiş və onunla birlikdə çıxmasını xahiş etmişdir. İaşə obyektinin qarşısında Təqsirləndirilən şəxs adlarını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 ilə görüşmüş və sonunculara onu dostu və prokurorluq orqanı əməkdaşı kimi təqdim etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs ümumi olaraq Zərərçəkmiş şəxs Hərbi Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırmadan məlumatlı olduğunu deyərək həmin araşdırmanın müsbət istiqamətdə bitəcəyinə dair söz vermişdir. Tərəflər sağollaşdıqdan sonra o, Təqsirləndirilən şəxs məsələnin nədən ibarət olması barədə maraqlandıqda sonuncu cavabında hər hansı məlumat verməyərək ümumi olaraq tanışları vasitəsilə iş gördüyünü bildirmişdir. Bundan başqa 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ətrafında o, Təqsirləndirilən şəxs ilə görüşüb piyada gəzdikdə qeyd olunan vaxt gözləmədiyi halda Şahid2 və Şahid1 qarşısına çıxmışlar. Söhbət əsasında ona məlum olmuşdur ki, Şahid2 və Şahid1 bilmədiyi iş ilə əlaqədar Təqsirləndirilən şəxs verdikləri pul vəsaitinin qaytarılmasını sonuncudan tələb etmişlər. Təqsirləndirilən şəxs isə cavabında Şahid2 və Şahid1 borclu olduğu pul vəsaitlərini qısa müddət ərzində qaytaracağına dair vəd vermişdir. Dəqiq xatırlamadığı tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yadında olmayan nömrədən zəng gəlmiş və danışıq zamanı özünü təqdim edən şəxs Şahid1 olduğunu qeyd edərək Təqsirləndirilən şəxs vasitəsilə ona Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işinin xitam olunması qarşılığında pul vəsaiti verdiyini iddia etmişdir. Danışıq zamanı cavabında Şahid1 bildirmişdir ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işinin xitam olunması prokurorluq əməkdaşı kimi səlahiyyətində olmamaqla Təqsirləndirilən şəxs və ya digər hər hansı şəxs onun adından istifadə edərək pul vəsaiti almaqla aldatmış və qeyd olunan məsələlərdən məlumatı, hər hansı formada iştirakı olmadığı üçün baş vermiş cinayət hadisəsi barədə prokurorluq orqanlarına şikayət etsin. Daha sonra Təqsirləndirilən şəxs ilə danışdıqda məlum olmuşdur ki, sonuncu onun adından istifadə edərək Zərərçəkmiş şəxs barəsində Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işinin xitam olunması qarşılığında məbləğini bilmədiyi miqdarda pul vəsaitini almışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən Şahid3, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə görüş olan yeri onların özünün görüşən zamanla üst-üstə salmışdır ki, qeyd olunan şəxslərdə işin onun tərəfindən edilməsində əminlik yaratsın. Qanunsuz işlərin görülməsindən adından istifadə etdiyi üçün həmin andan Təqsirləndirilən şəxs ilə bütün münasibətlərə son qoymuşdur. Təqsirləndirilən şəxs onun adından yalandan istifadə edərək Şahid3, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs inandırıb sonuncuya məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Şahid3, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs verdikləri pulları ala bilmədikləri üçün ifadələrində onun barəsində yalan xüsusatlar göstərmişlər. Belə ki, Şahid3, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs iştirakı ilə olan ifadəsində qeyd etdiyi görüşlərdə Təqsirləndirilən şəxs onun iştirakını qəsdən təşkil etmişdir ki, həmin şəxslərdə arxayınlıq hissini yaratmış olsun. Lakin bütün görüşlərdə o, Şahid3, Şahid2, Şahid1, Zərərçəkmiş şəxs ilə şəxsən danışmamış və həmin məsələlərdən məlumatı olmamışdır.

23. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs heç vaxt "xxxx" MMC-də işləməmişdir və hal-hazırda işləmir.Təqsirləndirilən şəxs təmsil etdiyi “Kriminal.az” saytı ilə bağlanmış 05 yanvar 2022-ci il tarixli 305 saylı müqavilə əsasında Azərbaycan Respublıikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllə ünvanında yerləşən "xxxx"MMC-nin inzibati binasında adı çəkilən saytın fəlaiyyəti üçün sahə ayrılmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaxın zamanda beyin insultu keçirtmiş və bu səbəbdən hadisə ilə bağlı bəzi tarixləri hazırda xatırlamır. Həmçinin o nəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə ittiham olunduğunu hələ də başa düşə bilmir, zərərçəkmiş şəxsin özü də bu məsələdə onunla həmfikirdir. Onun işlədiyi yer, halhazırda da, Prezidentin İşlər İdarəsi, digər adı ilə Azərbaycan Nəşriyyatı adlanır. O, 2014-cü ildən həmin idarədə çalışır. Orada İnformasiya agentliyinin rəhbəri vəzifəsində işləyir. "xxxx" MMC-də isə direktor vəzifəsində çalışır. Ona günlərin birində Şahid3 adlı şəxs müraciət edərək, N saylı hərbi hissədə əşya-əmlak hesablanması zamanı çatışmayan predmetlərin olduğunu, bu səbəbdən Hərbi Prokurorluğun istintaq idarəsində araşdırma aparıldığını, yoxa çıxan əmlakların təxminən 800000,00 Azərbaycan manatı məbləğində qiymətləndirildiyini və bu məsələdə kömək etməsini xahiş etmişdir. O, dərhal öz hüquqşünas dostları ilə əlaqə saxlamış, dostları isə yalnız istintaq başa çatdıqdan sonra, məhkəmə prosesində kömək edə biləcəklərini bildirmişlər. O, Şahinə dostlarının dediklərini bildirmiş, Şahin isə məhkəmədə hər hansı köməyə ehtiyac olmadığını, işin istintaq dövründə həll olunmasını istədiklərini bildirmişdir. Bəhs olunan 150000,00 Azərbaycan manatını da o heç kimdən və heç vaxt almamış, ümumiyyətlə belə bir söhbət olmamışdır. O, zərərçəkmişdən 125000,00 Azərbaycan manatı məbləğində pul almış, bu dövrdə yalnız Şahini tanımış və onunla əlaqə saxlamışdır. Şahin onların dostları olmuş, Altayı isə yalnız bir dəfə görmüşdür. Şahin ondan bu məsələdə kömək istəmiş, daha sonra o Altay ilə əlaqə saxlamış, Altay da bu məsələlərin böyüməsini istəməmişdir. Çünki Altay cinayət məsuliyyətinə cəlb olunmuşdur. Altay sonuncuya qarşı irəli sürülmüş cinayət işinə xitam verilməsini istəmişdir. Çünki Altay qızına toy etmək istəmiş, eyni anda Hərbi Prokurorluqda təqsirləndirilən şəxs kimi ittiham olunmuşdur. Müstəntiq Altaya həbs ediləcəyini bildirmiş, Altay isə ən azından qızının toyuna qədər azadlıqda qalmaq istəmişdir. O, Altaya məhkəmə dövründə dostları vasitəsilə köməklik edəcəyini bildirmiş, Altay isə bundan imtina etmişdir. O, Şahin ilə işlədiyi yerə yaxın bir ərazidə görüşərək, Şahindən 125000,00 Azərbaycan manatı almış, həmin pulu 2 dəfə olmaqla, bir dəfə 80000,00 Azərbaycan manatı, ikinci dəfə isə 45000,00 Azərbaycan manatı pul əldə etmişdir. İstintaq dövründən əvvəlki dövrdə aldığı pulların 88000,00 Azərbaycan manatı məbləğində olan hissəsini zərərçəkmişə geri qaytarmışdır. Onun Altaya ümumilikdə 37000,00 Azərbaycan manatı borcu qalmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, idarənin tərkibində olan informasiya agentliyinin baş redaktorudur. Həmin agentlik əməkdaşları ilə əmək müqaviləsi bağlanmır, orada əməkdaşlar ictimai əsaslar ilə çalışırlar. Zərərçəkmiş şəxsla cəmi bir dəfə Şahid1 vasitəsi ilə görüşmüşlər və bu məsələ ilə əlaqədar olaraq tanış olmuşlar. O, Altaya vəkil dostları vasitəsilə kömək etməyi vəd etmişdir. Barəsində cinayət işi açıldığını və təfərrüatları Altay özü ona demişdir. İyul ayında Altayın qızının toyu olmuş, sonuncunu həmin dövrə qədər ondan köməklik edərək, həbs olunmasına əngəl olmasını istəmişdir. O, Altaya kömək etmək üçün bir çox tanışından köməklik xahiş etmişdir və nəticədə Altay hələ də öz işində işləyir və həbs olunmamışdır. Həmin cinayət işinin həllinə nail ola bilməmişlər. O, Altaya məhkəmə dövründə köməklik etməyə dair söz vermişdir. 125000,00 Azərbaycan manatının alınmasına səbəb, həmin dövrdə vəkillərin göstərdiyi hüquqi yardıma görə onlara veriləcək qonorar olmuşdur. O, həmin məbləği Şahin vasitəsilə Altaydan 02 dəfəyə almışdır. Altaya hazırda 75000,00 Azərbaycan manatı ödənilməmiş borcu var. Şahin ilə 2018-ci ildən dost münasibətləri olmuşdur. Altay ilə cəmi 01 dəfə Yasamal rayonu ərazisində söhbətləşmək üçün görüşmüşlər. Görüşdən əvvəl o artıq pulu Şahindən almış və aldıqdan təxminən 10 gün-2 həftə sonra Altay ilə görüşmüşlər. O, Altay ilə birbaşa görüşüb pul almamış, arada vasitəçlik edən şəxslər olmuş, Altay pulu Firuza, Firuz Şahinə, Şahin isə ona vermişdir. Şahin ona 2 dəfə olmaqla, 80000,00 və 45000,00 Azərbaycan manatı pul vermiş, veriləcək pulun məbləğini o təyin etmiş, ilk dəfə 80000,00 Azərbaycan manatı, ikinci dəfə isə 45000,00 Azərbaycan manatı pul tələb etmişdir. Pulu verdikdən 1 ay sonra ondan pulu geri tələb etmişlər. O, məhkəmə prosesində kömək etmək məqsədilə zərərçəkmiş şəxs həbs olunmasın deyə bu pulları almışdır. Zərərçəkmiş, cərimə ödəmiş və beləliklə həbs olunmamışdır. Onlar sonradan Altay ilə görüşmək istəsələr də görüş alınmamışdır. Pulu ondan Şahin tələb etmişdir. O, əvvəlcə Altay ilə görüşüb danışmaq istəmiş, lakin bu alınmamış və beləcə pulu geri qaytarmağa məcbur olmuş və razılaşmışdır. O, ittiham aktında qeyd olunan 150000,00 Azərbaycan manatı məbləğində pul alınması ilə razılaşmamış, cəmi 125000,00 Azərbaycan manatı pul almışdır. Altaygildə ondan verdikləri qədər pul tələb etmişlər. O, Altayın ailə üzvləri ilə danışmamışdır. Çünki o Altay və ailə üzvlərindən birbaşa pul almamış, pulu Firuzdan, Firuz Şahindən, Şahin isə ondan tələb etmişdir.

25. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Ona 40.000 manat borcu olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ona 20000 manatını qaytarmış, eyni zamanda xx.xx.2025-ci il tarixdə söhbətləri zamanı qalan 20000 manatını isə Rabitəbankdan xx.xx.2024-cü il tarixdə götürdüyü 2000 manat kreditin xx.xx.2025-ci il tarixdən etibarən hər ay 587.5 manat olmaqla xx.xx.2028-ci il tarixədək ödənilmiş olacağını bildirmiş və bu halın yekun məhkəmə aktında nəzərə alınmasını xahiş etmişdir.

26. xx.xx.2025-ci il traixdə zərərçəkmiş şəx Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş zərərin təqsirləndirilən şəxs tətəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şiakyət və tələbinin olmadığını bildirmişdir.

27. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü Məmmədzadə incənur Nurəli qızı adlı biri yetkinlik yaşına çatmayan iki övladı vardır.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

28. Maddə 178.3.2. Dələduzluq dedikdə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildilməsi nəzərdə tutulmuş.

29. Maddə 310. Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə cinayət əməli nəzərdə tutulmuşdur.

30. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

31. Maddə 75.1.1 Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

32. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

33. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

34. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

35. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

37. Maddə 39.1.3. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

38. Maddə 44.1.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

39. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

40. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

41. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

42. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

43. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

44. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

45. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərar

46. Bənd 1- törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

47. Bənd 2- dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür.

48. Bənd 3- dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.

49. Bənd 8- oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.

Avropa Məhkəməsinin presedent hüququ:

50. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi.

51. Məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan metal qalıqların və qırıntıların cari bazar qiymətindən aşağı qiymətə satılmaqla dövlət büdcəsinə maddi ziyan vurulması faktı əsasında istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsinə köməklik göstərməsi ilə bağlı 2023-cü ilin mart ayının sonunda özünə cinayətdən xəbərsiz tanışları Şahid1 və Şahid3 vasitəsi ilə müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı kimi təqdim edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxsin vasitəsilə Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan qeyd edilən cinayət işinə həmin tanışının vasitəsilə xitam veriləcəyi imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olduğunu 2023-cü ilin mart ayının sonunda cinayətdən xəbərsiz sonuncunun tanışları Şahid1 və Şahid3 vasitəsilə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinin inzibati binasının qarşısında yalandan bildirib, sonuncular vasitəsilə Zərərçəkmiş şəxs razılığını almaqla, həmin niyyətlə 2023-cü ilin mart ayının sonunda Zərərçəkmiş şəxs sonuncuya məxsus razılaşdırılmış 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Zəfəran” adlı restoranın qarşısında almaqla şəxsi ehtiyaclarına sərf edib, həmçinin, cinayətkar niyyətini davam etdirərək 2023-cü ilin aprel ayının əvvəlində cinayətdən xəbərsiz Şahid1 və Şahid3 vasitəsilə həmin məsələnin müsbət həlli üçün əlavə olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olmasının zəruri olduğunu Zərərçəkmiş şəxs aralarında olan telefon danışığı zamanı yalandan bildirib, cinayətdən xəbərsiz Şahid1 və Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs razılığını almaqla həmin niyyətlə cinayətdən xəbərsiz Şahid3 vasitəsilə yaşadığı ünvan 2 ünvanının qarşısında qeyd edilən məbləğdə pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə dələduzluq etmişdir. Bu həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunur.

52. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin verilməsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı kimi təqdim edərək, həqiqətən də göstərilən məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs almış və bu pulu məhz Azərbaycan Respublikası Baş Prokurorluğunun yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxsin vasitəsilə Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan qeyd edilən cinayət işinə həmin tanışının vasitəsilə xitam veriləcəyi imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə qəbul etmişdir.

53. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan qeyd edilən cinayət işinə həmin tanışının vasitəsilə xitam veriləcəyi barədə Zərərçəkmiş şəxs yalan vəd vermiş, Zərərçəkmiş şəxs aldığı pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etmişdir.

54. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Nəşriyyatının təşkilati hüquqi foması Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərir.

55. Təqsirləndirilən şəxs təmsil etdiyi “Kriminal.az” saytı ilə bağlanmış 05 yanvar 2022-ci il tarixli 305 saylı müqavilə ilə ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında adı çəkilən saytın fəaliyyəti üçün sahə ayrılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Prezidentin İşlər İdarəsinə aid olan agentlikdə işlədiyini bir daha bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü həmin idarənin əməkdaşı kimi təqdim etməklə, buna məhkəməni də inandırmağa çalışmışdır. Bu hal özlüyündə onu sübut edir ki, Təqsirləndirilən şəxs öz şəxsi həyatında özünü cəmiyyətdə həmin yerin əməkdaşı kimi təqdim etməklə özünə qarşı inam və hörmət yaratmaqla dələduzluq cinayət əməlini törətməklə həmin dövlət orqanını nüfuzdan salmağa, həmin idarəyə inamı və etimadı itirilməsinə zəmin yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dəcədə pozulmasına səbəb olmuşdur.

56. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin bütün əlamətlərini müəyyən etmişdir. Belə ki, bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət xidmətinin və yerli özünüidarə xidmətinin mənafeyinə qəsd edilir, həmin orqanların fəaliyyəti təhlükə altına alınır, onlar əhalinin gözündə nüfuzdan düşür, həmçinin fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri kobud şəkildə pozulur. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə - şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülür. Təqsirləndirilən şəxs irəli sürülən cinayət subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Təqsirləndirilən şəxs özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə ictimai təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir.

57. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət əməllərinə görə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi özünümüdafiə xarakterli ifadələrə tənqidi yanaşaraq hesab edir ki, o, bununla cinayət məsuliyyətindən və cəzadan yayınmağa çalışmışdır.

58. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır və böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir.

59. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

60. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə tövsif edilmişdir.

61. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin Məcəllənin 178.3.2ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəza təyin edilməklə, həmin Məcəllənin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona CPM-nin 39.1.3-cü maddəsinə əsasən cəza təyin edilməməlidir.

62. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması, birinci dərəcəli əlilliyinin olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.

63. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir.

64. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

65. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır.

66. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 36-cı bəndi).

67. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş əməli 2023-cü ilin mart və aprel ayının əvvəlində törətmiş və həmin cinayətin törədildiyi gündən iki il keçmişdir.

68. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətini keçdiyinə görə cəza təyin edilməməlidir.

69. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

70. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 30,32,33-cü bəndləri).

71. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

72. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 34-cü bəndi).

73. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə zalından həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

74. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

75. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına, 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir.

76. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsiliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, o, dərhal məhkəmə zalından həbs olunsun və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Telman Hüseynov

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar