Məhkəmə qərarları › İş №1(101)-674/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-674/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-674/2023 17.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır dairəsi, Masazır kəndi, Nəbi Xəzri küçəsi, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5,714 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanda yerləşən “Fəsillər” kafesinin qarşısına qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 18:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2Mİ-nə gətirilmiş və orada həmin tarixdə saat 20:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,898 qram və 2,816 qram olmaqla ümumi təmiz çəkisi 5,714 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 5,714 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanda yerləşən “Fəsillər” kafesinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə, saat 18:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2Mİ-nə gətirilmiş və orada həmin tarixdə saat 20:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,898 qram və 2,816 qram təşkil edən, ümumi təmiz çəkisi 5,714 qram olan narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, Masazır qəsəbəsində yeni yaşayış kompleksində birinci həyətdə, “Fəsillər” çay evinin qarşısında axşam saat təxminən 06 radələrində BMCMİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, o, “Fəsillər” çay evinin arxasında maşını parkovkada saxlayıb, maşından düşmüş və telefonla danışmışdır. Maşına minib getmək istədikdə, iki nəfər məni arxadan tutub saxlamış, maşına mindirəndə qoluna qandal vermuşlar. Sonra onların 7-8 nəfər olduqlarını görmüşdür. Həmin vaxt onun yanında Nəcməddin və İlham adlı iki nəfər də dostu olmuşdur. Dostları müda56nxilə etmək istəsələr də, onları yaxına qoymamışlar. Həmin vaxt onun üstündə heç nə, o cümlədən heroin narkotik vasitəsi olmamışdır. Onu tutanlar özlərini təqdim etməmiş, maşına mindirilərkən hara aparıldığını soruşduqda, “gedərik görərsiniz” cavabını vermişlər. BMCMİ-nin əməkdaşları onu öz maşınları ilə aparmış, onun idarə etdiyi maşın isə orada qalmışdır. O, maşına otuzdurulmazdan qabaq üstü-başı axtarılmış, lakin heç nə aşkar etməmişdir. O, BMCMİ-yə aparılmış, orada “ya silah, ya da narkotik” deməklə ikisindən birini boynuna götürmək təklif olunmuşdur. Onun qarşısına seçim qoyan BMCMİ-nin əməkdaşları olmuş, lakin o, onların adlarını bilməmişdir. Səbəbi ilə maraqlandıqda ona çöldə-bayırda olduğu, söz-söhbətlərə getdiyi bildirilmişdir. Amma onun atası ev alqı-satqısı ilə məşğul olmuş və o, həmişə atasının yanında ofisdə olmuşdur. O, saxlanılıb BMCM-nə aparılarkən onun cibində evin açarı və bir də “İ Phone X” markalı mobil telefonu olmuşdur. Maşın da axtarılmış, lakin oradan da heç nə aşkar etməmişdir. BMCM-də cibinə narkotik və 20 manat pul qoyulmuşdur. Videoçəkilişlə o, sənədləşdirilmiş, videoçəkilişdə guya ondan aşkar olunan narkotiki yaşadığı yerdə Emin adlı tanımadığı şəxsdən aldığını demək ona tapşırılmışdır. O, İdarəyə aparılandan sonra ciblərinə baxılmış, aşağı kameraya aparılarkən isə əynimdə nə olmuşsa çıxarılmış, ağzımın içinə kimi yoxlanılmışdır. Halbuki o, narkotiklərdən uzaq olmuş, istifadə belə etməmişdir. O, idmançı olmuş, sadəcə çiyni zədəli olduğundan o, idmanı davam etdirə bilməmiş və daimi atasının yanında olmuşdur. O, qaydasız döyüşlə məşğul olmuş, Şəhriyar Abbasovun tələbəsi olmuşdur. 2017-ci ildə xuliqanlıqla tutulub şərti olaraq məhkəmə zalından buraxılmış və həmin vaxtdan sonra heç bir cinayət etməmiş və heç bir problemi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, müstəntiq Əhəd müəllimə də məhkəmədə verdiyi kimi ifadə vermiş, lakin sonra ifadəsini oxumadan imza etmişdir. Nərimanov rayon Məhkəməsində qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən də BMCMİ-nin əməkdaşları onun yanında olduqlarından o, məhkəmədə dediklərini deməmişdir. Məhkəmdə qətimkan tədbirinə baxıldıqdan sonra onu kameradan çıxarmış, həmin vaxt ona sənədlər təqdim edilmiş və tələsik imzalatdırmışlar. O, ümumiyyətlə ona təqdim olunan sənədləri oxumadan imzalamışdır. Hətta növbəti gün onu Maştağaya narkoloji analiz üçün aparmışlar. Orada BMCMİ-nin əməkdaşı onun yanında oturduğundan o, sonradan incidilməməsi üçün polisin tapşırdığı kimi həkimə demişdir. O, saxlanılarkən ona vəkil təqdim olunmuş və o, həmin vəkili qəbul etmişdir. Vəkili Lalə Mənsurova onun dindirilməsində, barəmdə qətimkan tədbiri seçilərkən iştirak etməsinə baxmayaraq, üstünə keçirilən axtarış prosesində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun mobil telefonunda ümumiyyətlə narkotiklə bağlı danışıqlar, yazışmalar olmamış, saxlanılarkən üzərində ümumiyyətlə pul olmamışdır. O, özünü cəmiyyətdə tam normal və təqsirsiz biri kimi bilmiş, nəyə görə tutulmasının səbəbini bilməmişdir. Saxlanılarkən və ya BMCMİ-də onu döyən olmamış, ona “sən getməlisən” deyilmiş və buna görə də o, tutulacağını başa düşüb, ona olunan təkliflə razılaşmış və ona görə də ona fiziki təsirlər edilməmişdir. Onun bədənində heç bir xəsarət olmamış, İstintaq Təcridxanasında tibbi müayinədən də keçmiş, lakin heç bir xəsarət aşkar olunmamışdır. Ona qarşı edilmş qanunsuzluqlar barədə yuxarı orqanlara, prokurora, məhkəməyə şikayt etməmiş, məhkəməyə çıxmasını gözləmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən 5-6 ay əvvəl istifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitələri Bakı şəhəri və Abşeron rayonu ərazilərində müxtəlif şəxslərdən alırmışdır. Sonuncu dəfə 23 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin yaxınlığında olan zaman Emin adlı şəxslə rastlaşmışdır. O, əvvəllər Emindən narkotik vasitə almasa da, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmişdir. Söhbət əsnasında Emin üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və o, 70 manat pul müqabilində ondan iki büküm narkotik vasitə heroin almışdır. Həmin bükümləri Emindən aldıqdan sonra şalvarının cibinə qoymuş, məqsədi həmin narokti vasitələrdən nə vaxtsa istifadə etmək olmuşdur. 23 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən “Fəsillər” kafesinin qarşısında olduğu vaxt tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyi və anket məlumatları barədə məlumat verməyi tələb etmiş, o da özünün anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu BMCMİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin gün aldığı narkotik vasitə heroin onun cibində olmuşdur. İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, o, vəkillə söhbət edib onlara etirazı olmadığını dedikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan idman şalvarının sağ yan cibində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirib, şalvarın sağ yan cibində olan 02 ədəd sellofan bükümü, əynində olan idman şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, 20 manat pulu və açarları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış zamanı üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 23 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Emin” adlı şəxsdən 70 manat pul müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ondan aşkar edilmiş 20 manat pul və açarlar iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, ona məxsus “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdi. Protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokola imza etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də, həmin maddələrdən istifadə etməmişdir. Yaşadığı mənzildə və yaxud hər hansı bir yerdə narkotik vasitə və ya cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya saxlamamışdır (iş vərəqə: 32-33, 53-56, 70-73). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BMCMİ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, 23 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onlar tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, «Yeni Bakı» yaşayış kompleksinin İstiqlaliyyət küçəsində yerləşən “Fəsillər” kafesinin qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, həmin şəxsə özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BMCMİ-nə dəvət etmişlər. Rövşən də etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İstintaq hərəkətinin keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan idman şalvarının ciblərindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd “İphone” markalı mobil telefonu, 20 manat pulu və 02 ədəd mənzil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim olunmuş 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 23 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Emin” adlı şəxsdən 70 manat pul müqabilində özünün şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 manat pul və 02 ədəd mənzil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 daha sonra ifadəsində göstərdi ki, Rövşənin barəsində daxil olan məlumatda onun narkotik vasitələrin satışı ilə məşğul olması bildirilsə də, onlar tərəfindən Rövşənin barəsində əməliyyat-axtarış tədbiri davam etdirilmiş və nəticədə onun narkotikin satışı ilə məşğul olması təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən əməliyyat şəraitinə uyğun olmadığından onun üzərində axtarış aparmamış, axtarış yalnız idarədə aparılmışdır. Rövşən təxminən 20 dəqiqə ərzində İdarəyəı gətirilmiş, həmin müddətdə o, onlar tərəfindən nəzarətdə saxlanılmışdır. Rövşənin qarşısına ya silah, ya da narkotik boynuna götürmək barədə heç bir şərt qoyulmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələr özünü müdafiə xarakterli ifadələrdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, ona qarşı müqavimət göstərməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun tərtib edildiyi 23 sentyabr 2022-ci il tarixdə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs saat 18:20-də ünvan 4 ünvanında yerləşən “Fəsillər” kafesinin qarşısında saxlanılaraq BMCMİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının təklifinə əsasən sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, 20 manat pulu və 02 ədəd mənzil açarını təqdim etmişdir. Təqdim edilmiş 02 ədəd şəffaf sellofan bükümün içərisində heroin narkotik vasitəsinə oxşar maddələr aşkar edilmişdir. 02 ədəd selofan büküm və mobil telefon götürülmüş, 20 manat pul və 02 ədəd mənzil açarı isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan başqa, tədqiq olunan həmin protokoldan görünür ki, yekunda Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofanda olan 02 ədəd büküm bir ədəd zərfə qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri bütün iştirakçlar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmış, bundan sonra tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkiliş müşaiyəti altında 23 sentyabr 2022-ci il tarixdə saat 20:30-da başlamış və həmin tarixdə saat 20:48-də bitmişdir (iş vərəqə: 27-28). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 23 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (məhkəmə iclasının protokolları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 6/5472 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,898 qr., 2,816 qr., ümumi təmiz çəkisi 5,714 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, təmiz çəkisi 5,714 qram olan heroin narkotik vasitəsinin 0,100 qramı tədqiqata sərf edilmiş, ümumilikdə 5,614 qram qalıq qalmışdır (iş vərəqə: 41-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 5467 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə məhkəmə-narkoloji ekspertizasından keçən zaman tədqiqatı aparan ekspertlərə 5-6 ay ərzində narkotik vasitə heroindən, 7-8 ay ərzində isə narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir (iş vərəqə: 140-141). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, 5-6 ay müddətində narkotik vasitə qəbul etdiyini, narkotik vasitəni 70 manata aldığını, lakin heç kimə satmadığını, sadəcə öz istifadəsi üçün əldə etdiyini bildirmişdir (iş vərəqə: 93). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,614 qram heroin narkotik vasitəsi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, 5,614 qram heroin narkotik vasitəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD formatlı disk isə maddi sübut kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 29, 163, 130-132). İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(012)-419/2022 nömrəli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(005)- 1209/2022 nömrəli qərarlarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 23 sentyabr 2022-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qanuni hesab edilmişdir (iş vərəqə: 97-98, 108). İbtidai istintaq orqanının əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən verilən cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaqda şübhəli olan Emin adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri gedişatında müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: 109). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən ayrıca icraatda material ayrılması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətinin törədilməsində sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasaitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, narkotik vasitə heroindən istifadə etdiyini, ondan aşkar edilib götürülən narkotik vasitəni şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini və üzərində saxladığını göstərsə də, məhkəmə baxışı zamanı dindirilərkən əməlini ümumiyyətlə etiraf etməmiş, ona qarşı irəli sürülən ittihamda göstərilən miqdarda heroin narkotik vasitəsinin qanunsuz olaraq polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu bildirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunan 23 sentyabr 2022-ci il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 23 sentyabr 2022-ci il tarixli qərarla, «əməliyyat qrupunun yaradılması barədə» eyni tarixli protokolla müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olsa da, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyataxtarış tədbirinə iştirak etmiş əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs ətrafında keçirilmiş sonrakı əməliyyat-axtarış tədbiri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının təsdiq olunmadığını bildirmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən verilən cavabdan görünür ki, guya keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Lakin əməliyyat orqanı belə bir cavabı verərkən hər hansı mötəbər mənbəyə və konkret sübuta əsaslanmamış, eyni cavab məktubunda, həmçinin qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmaqda şübhəli olan Emin adlı şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrini, qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin nə vaxt, kimdən, haradan və hansı şəraitdə əldə olunmasını müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 109). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsovdan aşkar edilərək götürülən narkotik vasitənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmiş, iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı konkret məlumat əldə edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında protokol və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin nümayişi ilə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 5467 nömrəli rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd olunan həmin rəy Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi olduğunu bir daha təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Ən nəhayət, məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında təqsirləndirilən şəxs Nizami Mahmudovun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən 2 ədəd bükümdəki heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,714 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla Azərbaycan Respublikasının CM-nə yeni məzmunda 234.1-1-ci maddə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 23 sentyabr 2022-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən narkotik vasitənin 5,714 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində qanunsuz saxlanılması, saxlanılarkən onun üzərində hər hansı növdən olan narkotik vasitə olmaması, ittihamda göstərilən miqdarda narkotik vasitənin qanunsuz olaraq boynuna qoyulması və ona qarşı edilmiş psixoloji təsirlən nəticəsində həmin narkotik vasitəni qəbul etmək məcburiyyətində qalması ilə bağlı göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək qazancından 20% tutulmaqla 10 ay 15 gün islah işləri cəzasına məhkum edilmiş, 18 fevral 2020-ci il tarixdə cəza müddətinin başa çatması əsası ilə qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 127). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsin tələblərinə görə ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinin tələblərinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsinin törədildiyi 23 sentyabr 2022-ci il tarixə məhkumluğu olmamışdır və bu, onun barəsində məhkumluqla bağlı hüquqi nəticə yaratmayacaqdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 5467 rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,614 qram olan narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,614 qram olan narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar