Məhkəmə qərarları › İş №1(101)-674/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-674/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-674/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X3 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X11 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu ilə Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki o, qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən, kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı olan 01 ədəd beşbarmaq formalı metal predmeti qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,556 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 12:20-də ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi VAZ-21214 markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DİN-in ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 14:36-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 5,556 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində, qeyd olunan soyuq silah hesab edilən, kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı olan 01 ədəd beşbarmaq formalı metal predmet isə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Əhmədli ərazisində işləyir. Hadisə ilə bağlı qeyd edir ki, işə çatan kimi 6 nəfər şəxs ona yaxınlaşaraq üzərini yoxlamış, lakin onun üzərindən heç nə tapılmamışdır. Bundan sonra polis əməkdaşları onu öz avtomobilləri ilə idarəyə aparmışlar. Orada polis əməkdaşları öz şkaflarından metamfetamin çıxararaq ona məxsus olduğunu bildirdikdə, o, narkotik vasitə istifadə etmədiyini söyləmişdir. Polislər psixotrop maddəni boynuna götürmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə hədələdikləri üçün onların dedikləri kimi etmək məcburiyyətində qalmışdır. Silaha gəlincə isə deyə bilər ki, beşbarmaq 10 ildir ki, onun özündədir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları onu Xətai rayonu, Gəncə prospektində saat 12:30 radələrində saxlamışlar. O, polislərlə idarəyə gedən zaman beşbarmaq üzərində deyil, onun avtomobilində olmuşdur. O, onu saxlayan polisləri əvvəllər tanımamışdır. Belə ki, onun həmin polis əməkdaşları ilə düşmənçiliyi və ədavəti olmamışdır. Polislər ona mübahisələrə gedərək “ara uşağı” olduğu üçün saxladıqlarını bildirmişlər. Polislər tərəfindən ona qarşı hər hansı fiziki xəsarət yetirilməmişdir. O ancaq marixuana istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrin başqa növlərindən istifadə etməmişdir. Əvvəllər məhkumluğu və inzibati məsuliyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdfaiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, özü heç vaxt narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, bu kimi maddələri satmamış və belə bir məqsədi olmamışdır. Özünün üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini isə sadəcə ilk dəfə özü qəbul etmək məqsədi ilə alıb saxlamışdır. Onu kiməsə satmaq və ya vermək məqsədi olmamışdır. Özü ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2020-ci ildə X8 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 2022-ci il təvəllüdlü bir oğlan övladı vardır. Özü rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. 2004-cü ildə Binəqədi rayonundakı 99 nömrəli tam orta məktəbi azərbaycan bölməsi üzrə oxuyub bitirmişdir. Sonra Bakı şəhərində Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almış, 2008-ci ildə həmin akademiyanı bitirmiş, 2008-2009-cu illərdə Xudat rayonundakı Sərhəd qoşunlarına aid hərbi hissədə hərbi xidmətdə olmuşdur. Həyat yoldaşı Sevda da heç yerdə işləmir, evdar qadındır. Özü ilə birgə həmin ünvanda atası, anası və bacısı da yaşayır. X2 və anası X7 da heç yerdə işləmirlər, bacısı Mansurova Mənsurə subaydır və daun xəstəliyindən əziyyət çəkir. 16 mart 2023-cü il tarixdə saat təxminən 12:20 radələrində özü baş etibarnamə ilə idarə etdiyi Tada” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanın yaxınlığında, həmin avtomobilin yanında dayandığı zaman kənardan ona tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərin təklifi ilə özünü onlara təqdim etmişdir. Polis əməkdaşları ona demişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı, üzərində soyuq silah gəzdirməyi barədə məlumatları olduğu üçün onunla bağlı əməliyyat-axtarış tədbiri keçirilir, şübhəli hesab edildiyindən saxlanılmışdır. Polis əməkdaşları ondan üzərində hər hansı narkotik və psixotrop maddə, soyuq silah olub-olmaması barədə soruşmuşlar. Həmin vaxt özünün üzərində bir ədəd bükümdə «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olmuş, həmçinin bir ədəd bıçağı və bir ədəd beşbarmaq aləti də üzərində olmuşdur. Metamfetamini ilk dəfə idi ki, özü istifadə etmək üçün 2023-cü ilin təxminən mart ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı oğlandan 20 manat pul verib almışdır. Özü əvvəllər bir-iki dəfə narkotik vasitə marixuana çəkib qəbul etmiş, lakin metamfetamindən ilk dəfə qəbul etmək fikrinə düşdüyü üçün almışdır. Metamfetamini ona satan oğlan beşbarmaq alətini də hədiyyə olaraq vermişdir. Bıçağı isə xeyli müddət qabaq öz yaşadığı məhəllədə küçədə yerdən tapmışdır. Onları sadəcə maraq üçün üzərində saxlamışdır. Özü polis əməkdaşlarının dəqiq məlumatlı olduğunu görüb səmimi olaraq etiraf etmiş, həmin maddə və əşyaların üzərində olduğunu onlara bildirmişdir. Bundan sonra polislər onu “Lada” markalı 10-W-772 dövlət qeydiyyat nişanlı avtomobili ilə birgə özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmışlar, avtomobili həmin idarənin həyətinə yerləşdirilmişdir. Həmin idarəyə gələndən sonra polis əməkdaşları onu şübhəli şəxs kimi tutmuş, öz hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib ona təqdim etmişlər, özü heç bir etiraz etməmişdir. Sonra idarədə otaqların birində videoçəkilişlə özünün üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, etiraz etməmişdir. Otaqda vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşı onu bu barədə qərarla da tanış etmiş, hüquq və vəzifələri izah olunmuş və özünə təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz saxladığı əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Özü də üzərindəki əşyaları çıxarıb təqdim etmişdir. Belə ki, həmin proses zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin bir ədəd kiçik sellofan bükümdə olan psixotrop maddə metamfetamini, özünün bir ədəd «Samsung» markalı mobil telefonunu, avtomobilin açarını, öz şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və etibarnamə sənədlərini, həmçinin gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd bıçağı və bir ədəd beşbarmaq alətini, eləcə də əynindəki qara şalvarının arxa sağ cibində olan dörd manat pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşı onun təqdim etdiyi həmin bir ədəd sellofan bükümü açıb baxmış və içərisində olan metamfetamin maddəsi aşkar olunmuşdur. Həmçinin bıçağa və beşbarmaq alətinə də baxış keçirilmişdir. Sonra metamfetamin olan həmin büküm, bıçaq və beşbarmaq aləti götürülüb qablaşdırılmışdır. Üzərindən başqa heç nə aşkar olunmamışdır. «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnamə sənədləri də iş üzrə əhəmiyyət kəsb edə biləcəyi bildirilməklə polis əməkdaşı tərəfindən götürülmüş, avtomobilin açarı və dörd manat pulu isə özünə qaytarılmışdır. Sorğu sual zamanı özü həmin metamfetamini, bıçağı və beşbarmaq alətini necə əldə etdiyi barədə hazırki ifadəsində qeyd etdiyi kimi danışıb bildirmişdir. Özündən avtomobildə hər hansı qanunsuz əşya, maddə olub-olmadığı da soruşulmuş, bildirmişdir ki, “Lada" markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir qanunsuz maddə, əşya saxlamır, yoxdur, avtomobilə baxış keçirilməsinə də etiraz etmir. Sonra şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, bu barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları onun “Lada” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə də baxış keçirmiş, avtomobildən qanunsuz heç bir maddə, əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu da imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, həmin metamfetamini özü çəkib qəbul etmək üçün 2023-cü ilin təxminən mart ayının əvvəllərində, dəqiq günü yadında deyil, Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı, təxminən 25-30 yaşlarında olan bir oğlandan 20 manata almışdır. Həmin şəxsin adını, soyadını, ünvanını bilmir, həmin şəxs özü təsadüfən ona yaxınlaşıb həmin maddə barədə təklif etmiş, özü isə marağa düşüb ilk dəfə qəbul etmək üçün almışdır. Özü əvvəllər sadəcə bir-iki dəfə narkotik vasitə marixuana çəkmiş, lakin metamfetamin qəbul etməmişdir. Metamfetamini satan həmin oğlan beşbarmaq alətini də ona hədiyyə olaraq vermişdir. Həmin oğlan arıq bədənli, qarayanız şəxs olmuş, əlamətləri dəqiq yadında deyil. Bıçağı isə xeyli müddət qabaq öz yaşadığı məhəllədə küçədə təsadüfən yerdən tapmışdır. Özünün istifadə etdiyi mobil nömrəsi ***-***-**-** nömrədir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü heç vaxt narkotik və ya bu kimi maddələrin satışı ilə məşğul olmamış, həmin metamfetamini də heç kimə satmaq, vermək məqsədi olmayıb, sadəcə ilk dəfə özü qəbul etmək məqsədi ilə saxlamışdır. Özü heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış, əziyyət çəkməmiş, hazırda da belə xəstəliyi yoxdur. Bıçağı və beşbarmaq alətini sadəcə marağı olduğu üçün üzərində saxlamış, başqa heç bir kriminal niyyəti olmamış, həmin alətlərlə heç bir cinayət hadisəsi törətməmişdir. (Cild 1, iş vərəqə 65-69, 87-92, 222-225) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu tərəflərindən Xətai rayonu, Gəncə prospektində saxlanılaraq baş idarəyə dəvət edilmişdir. Orada vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən beşbarmaq və 01 ədəd büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs günorta saat 12-13 radələrində saxlanılmışdır. Onun barəsində daxil olmuş əməliyyat məlumatı həm narkotik vasitələrin qanunsuz dövriyyəsi, həm də soyuq silah gəzdirməklə bağlı olmuşdur. Məlumat satış faktı ilə bağlı daxil olsa da, sonradan təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs avtomobilinə tərəflərindən axtarış və baxış keçirilmiş, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və beşbarmaqdan əlavə balaca bıçaq da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə metamfetamin qoymamışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, özü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 16 mart 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasiələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması, həmçinin qanunsuz olaraq soyuq silah əldə edib gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət etməyə başlamış və 16 mart 2023-cü il tarixdə saat 12:20-də ünvan 2 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi idarə etdiyi VAZ-21214 markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyən edib onu dərhal saxlamışlar. Həmin vaxt yaxınlaşıb xidməti vəsiqələri göstərməklə özlərini ona təqdim etmişlər, həmçinin saxladıqları şəxsə də özünü təqdim etməsini təklif etdikdə həmin oğlan öz anket məlumatlarını söyləyib ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan etməklə bildirmişlər ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatları var, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa bildirsin. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə demişdir ki, üzərində öz istifadəsi üçün alıb saxladığı bir ədəd bükümdə «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin, həmçinin bir ədəd bıçağı və bir ədəd beşbarmaq aləti vardır. Sonra dərhal Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib onu idarə etdiyi həmin VAZ-21214 markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birgə Baş İdarəyə gətirmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin qeyd olunan avtomobilə də baxış keçirilməsi zərurəti yaranmışdır. Baş İdarənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Baş X4 təhqiqatçısı Murad Azayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üzərindəki əşyaları çıxarıb təqdim etməyə başlamışdır. Belə ki, həmin proses zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd kiçik sellofan bükümdə olan şübhəli maddəni, özünün bir ədəd «Samsung» markalı mobil telefon aparatını, avtomobilin açarını, öz şəxsiyyət vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnamə sənədlərini, həmçinin gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd bıçağı və bir ədəd beşbarmaq alətini, əynindəki qara şalvarının arxa sağ cibində olan dörd manat pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan büküm açılıb baxış keçirildikdə onun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmçinin bıçağa və beşbarmaq alətinə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bükümdəki həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bir daha təsdiq etmişdir. Sonra metamfetaminə bənzər maddənin olduğu həmin büküm, bıçaq və beşbarmaq aləti götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar olunmamışdır. Onun «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnamə sənədləri də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, avtomobilin açarı və dörd manat pulu isə özünə qaytarılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini bir neçə gün qabaq öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, həmin şəxsin ona beşbarmaq alətini də hədiyyə etdiyini, bıçağı isə yaşadığı Binəqədi rayonu ərazisində təsadüfən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21214 markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı qanunsuz əşya, maddə olub-olmadığı da soruşulduqda o bildirmişdir ki, avtomobildə heç bir qanunsuz maddə, əşya saxlamır, avtomobilə baxış keçirilməsinə də etirazı yoxdur. Sonra şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, bu barədə təhqiqatçı Murad Azayev tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Daha sonra Baş İdarənin dayanacağına yerləşdirilmiş həmin VAZ-21214 markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə də Təqsirləndirilən şəxs könüllü razılığı əsasında özünün və müdafiəçisinin iştirakları ilə videoçəkilişlə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç bir maddə, əşya aşkar olunmamışdır. Avtomobilə baxış prosesi də başa çatandan sonra təhqiqatçı Murad Azayev tərəfindən bu barədə protokol yazılmış, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş, belə hallar olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bir ədəd bükümdə psixotrop maddə metamfetaminin, həmçinin bıçağın və beşbarmaq alətinin onun tərəfindən hansı şəraitdə, necə, kimdən və hansı yolla əldə edildiyinə dair dəqiq əməliyyat məlumatı yoxdur, özü bu barədə dəqiq bilmir, hələlik əməliyyat yolu ilə dəqiq müəyyənləşdirə bilməmişlər. İlkin dövrdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan əldə etdikləri əlavə bir çox məlumatlarda bunu tam dəqiqləşdirə bilməmişlər, ilkin dövrdə onun barəsində daxil olmuş əməliyyat məlumatından fərqli olaraq sonrakı vaxtlarda əldə etdikləri əlavə məlumatlarda Təqsirləndirilən şəxs özünün narkotik və psixotrop maddələr istifadəçisi, yəni özünün belə maddələrin qəbul edəni olduğu bildirilmişdir. Yəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini kiməsə satmaq məqsədi ilə saxlaması, yaxud da ki ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi barədə hələlik təsdiqedici dəqiq əməliyyat məlumatı yoxdur. (Cild 1, iş vərəqə 113-117) Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onları əldə etmə, saxlama və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üstündə daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 12:20-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Lada” markalı, **-VV-*** qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 19-20) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü, 01 ədəd Samsung markalı mobil telefonu, 01 ədəd avtomobil açarını, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd etibarnaməni və 01 ədəd şəxsiyyət vəsiqəsini, gödəkçənin sol yan cibindən 01 ədəd beşbarmaq tipli predmeti və 01 ədəd bıçaq tipli dəmir predmeti, əynində olan qara rəngli şalvarının sağ arxa cibində olan 4 manat pulu təqdim edərək, sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni 15 gün əvvəl tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, bıçağa oxşar dəmir predmeti şəhərin Binəqədi rayonu ərazisindən tapdığını, beşbarmağa oxşar dəmir predmeti isə psixotrop maddə metamfetaminə oxşar maddəni aldığı şəxsin ona hədiyyə verdiyini, lakin nə beşbarmaq tipli predmetdən, nə də ki, bıçağa oxşar dəmir predmetdən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə, 01 ədəd bıçağa oxşar dəmir predmet və 01 ədəd beşbarmaq tipli dəmir predmet qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 27-30) xx.xx.2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Lada” markalı, **-VV-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 32, 36-37) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1636 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5,556 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, iş vərəqə 52-55) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 79-80) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 99-104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 20 aprel 2023-cü il tarixli 5098 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 127) Məhkəmə-ballistik ekspertizasının 11 aprel 2023-cü il tarixli 3/518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd beşbarmaq formalı metal predmet - kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır; tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. (cild 1, iş vərəqə 141-144) Məhkəmə-narkoloji ekspertizasının 17 mart 2023-cü il tarixli 1611 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 159-160) Məhkəmə-tibbi ekspertizasının 07 aprel 2023-cü il tarixli 1168/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan, təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilməmişdir.(Cild 1, iş vərəqə 161-164) Məhkəmə-tibbi ekspertizasının 30 mart 2023-cü il tarixli 115/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 165-168) Doğum haqqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli təvəllüdlü X9 adında bir azyaşlı övladı vardır. (Cild 1, iş vərəqə 183) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanlma müddəti 02 (iki) ay həddində, yəni 16 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 198-203) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməklə onun əməli Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-1-ci maddələrinə tövsif edilərək ona yenidən ittiham olunmuş, istintaq zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 204-212) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 214-215) Bakcell MMC-dən daxil olan CD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 228) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 106) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən psixotrop maddəni boynuna götürmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə hədələdikləri üçün polislərin dedikləri kimi etmək məcburiyyətində qalmaqla əlaqələndirmişdir. İş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmədə dindirilərkən onlara verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona psixotrop maddəni boynuna götürmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə hədələdiklərini, yalnız marixuanadan istifadə etdiyini, narkotik vasitə və psixotrop maddələrin başqa növlərindən istifadə etmədiyini, bundan başqa qeyd olunan beşbarmaq formalı metal predmeti polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində olmadığını, avtomobilində olduğunu söyləmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs onun üzərinə polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə narkotik vasitə və beşbarmaq formalı metal predmetin aşkarlandığını, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün hər hansı miqdarda narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb və təklif etmədiklərini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən tutulmazdan əvvəl və ya sonra hər hansı psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdakı qanunsuz olaraq soyuq silahı «üzərində daşımaqla gəzdirməsi», habelə satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edərək, üzərində saxlamaqla daşıması» ittihamı ilə bağlı qeyd edir ki, tam, obyektiv və hərtərəfli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs soyuq silahı qanunsuz əldə etmişdir. Eyni zamanda, satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni də əldə etmiş və üzərində saxlamışdır. İbtidai istintaq orqanının təqdim etdiyi sübutların özləri də təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin dispozitiv əlamətlərinin məhz bunlardan ibarət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, o üzərindən aşkar olunan psixotrop maddə metamfetamini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, metamfetamini ona satan şəxs beşbarmaq alətini də ona hədiyyə olaraq vermiş və sadəcə marağı olduğu üçün həmin aləti üzərində saxlamışdır. Müəyyən edilmiş bu xüsusatlar işin mübahisəsiz hallarıdır. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan iki cinayət epizoduna münasibətdə əməllərinin obyektiv cəhətinin qanunsuz olaraq soyuq silahı əldə etməkdən, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməkdən və üzərində saxlamaqdan ibarət olması nəticəsinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair mövqeyini, onun subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri, o cümlədən polis əməkdaşlarının psixotrop maddəni boynuna götürmədiyi təqdirdə ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə hədələdikləri üçün dedikləri kimi etmək məcburiyyətində qalması kimi meyarları yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər çoxsaylı və mötəbər sübutların məcmusu, işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasına görə isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd beşbarmaq formalı metal predmet xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,456 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və nəqliyyat vasitəsinə baxış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 17 mart 2023-cü il tarixli 1611 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd beşbarmaq formalı metal predmet xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,456 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və nəqliyyat vasitəsinə baxış və götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs 129 (yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fəxri Məmmədov Hakimlər: Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar