Məhkəmə qərarları › İş №1(101)-674/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-674/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-674/2025 02.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, məhkumluğu olmayan, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5,287 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,287 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə, saat 14:28-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 5,287 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-6/Ə201/24 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən “Zamiq” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaqla daşıması və həmin şəxsin xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud bilavasitə sonra yaxalanması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X8 və X5 ibarət əməliyyat qrupu yaradılmış, olduğu yer müəyyən edilərək xx.xx.2024-cü il tarixdə, saat 14:28-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes” markalı, **-LY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə saxlanıldığı yerdən Baş İdarəyə aparılmışdır. (Cild 1, iş vərəqi 4; 5-6; 7-8; 9)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra o, üstündə “patı” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 101 ABŞ dolları, 12000 rus rublu və 125 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 6 saylı” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarı, 101 ABŞ dolları, 12000 rus rublu və 125 manat pul vəsaiti sonuncuya geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni 2 gün əvvəl Binəqədi rayonunda tanımadığı şəxsdən 100 manata şəxsi istifadə məqsədi ilə aldığını, lakin həmin maddədən istifadə etmədiyini, heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını, əvvəllər “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 27-29)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3015 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,287 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 5,287 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 5,237 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (Cild 1, iş vərəqi 46-49)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 59- 60)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab etmə haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 5,287 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,237 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 91-92)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı hal müəyyən edilməmişdir. (Cild 1, iş vərəqi 103)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “2 nömrəli X1” X11 xx.xx.2024-cü il tarixli, 1/2722 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə həmin xəstəxanada müayinə və müalicəyə qəbul olunmuş, müayinələrə getmədiyi üçün xx.xx.2024-cü il tarixdən evə yazılmışdır. (Cild 1, iş vərəqi 116)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1462/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqi 119)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 7621 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 120)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3785 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 124-125).

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 1862/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 126-129)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 285/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 130-133)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqi 136)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı hal məyyən edilməmişdir. (Cild 1, iş vərəqi 165)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/2-8060/24 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini, eləcə də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 273)

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 2189 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən nevrastensiya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də, Təqsirləndirilən şəxs qərarda göstərilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqi 1-3)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 5-6)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 215-224)

21. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 28 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saat 14 radələrində ünvan 4 ünvanda şəxsi avtomobilinin yanında dayanan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət olunmuşdur. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə sonuncunun “patı” kimi adlandırdığı narkotik tərkibli maddə, mobil telefon, avtomobil açarı və pul vəsaiti aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi şəxsi avtomobilinə baxış keçirilsə də, avtomobildən qanunsuz heç nə aşkar olunmamışdır. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində baş idarədə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman metamfetamin aşkar edilmiş, həmin videoçəkilişdə o da iştirak etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini 2 gün əvvəl 100 manata aldığını etiraf etmişdir. Əməliyyat qrupunun tərkibinə Şamil Əliyev, o və Fərid Kazımov daxil olmuş, Təqsirləndirilən şəxs saxlanılan zaman tək dayanmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs şəxsi avtomobilinin yanında olmuş, sonuncu polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs polis idarəsinə şəxsi avtomobili ilə gətirilmiş, sonuncuya heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə əvvəllər “nəşə” istifadə etdiyini və son dövrlərdə metamfetamin istifadə etməyə başladığını polis əməkdaşlarına etiraf etmişdir. O, videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs üzərindəki qanunsuz maddələri könüllü şəkildə təqdim etdiyinin şahidi olmuş, həmin videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerin ətrafında mağazalar, restoranlar olmuş, o, heç bir restoranın və ya kafenin videogörüntülərini sildirməmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağına əyləşdirmiş, sonuncuya məxsus olan avtomobili Fərid Kazımlı idarə edib Baş İdarəyə getmişlər. Təqsirləndirilən şəxs məxsus olan avtomobildə Fərid Kazımlı, o və Təqsirləndirilən şəxs olmuş, polis əməkdaşlarına məxsus olan avtomobili isə Şamil Əliyev idarə edərək Baş İdarəyə aparmışdır. Müdafiəçini Baş İdarəyə təhqiqatçı dəvət etmiş, onun bu barədə heç bir əlavə məlumatı olmamışdır. Baş İdarəyə daxil olan ilkin məlumat Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin satışı və alışı, yəni qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncunu ilk dəfə saxlanılan gün görmüşdür. Videoçəkiliş 1 dəfə aparılmış, videoçəkilişin hansı saatda həyata keçirildiyini xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və imzalar ona məxsus olmuşdur.

22. Şahid1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 ona psixi zorakılıq göstərmiş, sonuncu onun yanında olan qohumu Şahid2 da onunla birlikdə narkotik tərkibli maddə ilə “yükləyəcəyini”, əgər bu təklifi ilə razı olmadığı təqdirdə, onu silahla rəsmiləşdirəcəyinə dair hədə-qorxu gəlmişdir. Bu səbəbdən, o da polis əməkdaşlarının dediklərini edib heç bir əlaqəsi olmadığı halda narkotik tərkibli maddələri üzərinə götürmək məcburiyyətində qalmışdır. Onun saxlanma prosesində Şahid1 iştirak etmiş, onun silahla heç bir əlaqəsi olmadığından, o, silah gətizdirə bilməmişdir. Onu 5 nəfər polis əməkdaşı saxlamış, Şahid1 ona “Sən özüvü nə zənn edirsən ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə təqdim etdiyi cinayət işindən bəraət alırsan” deyə söyləmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X9 və X8 Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd olunan çəkidə və növdə psixotrop maddə aşkarlandığını bildirmişlər.

24. Şahid X8 və Şahid1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun saxlanılma prosesində müvafiq polis əməkdaşları iştirak etmiş, həmin polis əməkdaşları ona heç bir fiziki və psixi zorakılıq etməmişlər.

25. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, o, 26 may 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsə 100 manat ödəməklə sonuncudan öz istifadəsi üçün “şüşə” adı ilə tanıdığı bir ədəd bükümdə olan psixotrop maddəni alıb şalvarının cibinə qoymuş, həmin maddəni almaqda məqsədi uyğun vaxt tapan kimi istifadə etmək olmuşdur. 28 may 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində idarə etdiyi “Mercedes” markalı, **-LY-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi şəkildə etiraf edərək üzərində psixotrop maddə “şüşə” olmasını bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, o, etiraz etməyib polis əməkdaşları ilə həmin Baş İdarəyə gəlmişdir. Daha sonra polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman üzərində psixotrop maddə olduğunu bildirmişdir. Polis əməkdaşı üzərində olan əşyaları çıxarıb təqdim etməsini dedikdən sonra o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd idarə etdiyi avtomobilin açarını, şalvarının sol yan cibindən isə 01 ədəd “İphone” markalı mobil telefonu, 101 ABŞ dolları, 12000 rus rublu və 125 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca üzərində şəxsi axtarış həyata keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmış, 01 ədəd şəffaf büküm iştirakçıların şahidliyi ilə açılmış və 01 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq o, qeyd olunan maddəni saxlanılmamışdan 2 gün öncə Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata aldığını bildirmiş, bundan sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla, 01 ədəd “İphone” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, üzərindən aşkar edilmiş pul vəsaitləri isə özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra polis əməkdaşları, müdafiəçisi və onun iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobildən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman, eləcədə üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təziq edilməmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

26. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 28 may 2024-cü il tarixdə, saat 12-13 radələrində evdən çıxaraq xalasıoğlu Şahid2 yaşadığı əraziyə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanına getmiş, Şahid2 yaşadığı binadan götürüb Rusiya Federasiyasından gəlmiş kürəkənini qarşılamaq məqsədilə Xətai rayonu ərazisinə yollanmışdır. Beləliklə, kürəkəni, o və xalasıoğlu Turan Bakı şəhəri, Xətai rayonu, “X10” ilə üzbəüz yerləşən “Kavun” adlı restoranda oturmuş, yenicə yeyib-içməyə başladıqdan bir az sonra tanımadığı bir şəxsin gətirib avtomobilini onun avtomobilinə sıx məsafədə saxladığını görmüşdür. Bundan sonra o, həmin şəxsə avtomobilin özünə məxsus olduğunu və ikisindən biri çıxmaq istədiyi təqdirdə digərinə xəbər etməsini demək məqsədilə çölə çıxmışdır. O, bu sözü deyərkən 5 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, sakit formada avtomobilə əyləşməsini ona bildirmişlər. Həmin şəxslər onu avtomobilə məcburi şəkildə əyləşdirdikdən sonra “Kavun” restoranının içərisindən xalasıoğlu Turanı da götürmüş və onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Yolda olarkən ona daha öncə bəraət alıb-almadığı barədə sual verildikdə, o da bəraət aldığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları ona üzünü tutub “sən kimsən ki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işindən bəraət alırsan?” deyə söyləmişlər. O da buna cavab olaraq ona bəraəti məhkəmənin verdiyini, təqsirinin olmadığının sübuta yetirildiyini söylədikdə, polis əməkdaşları yenə üzlərini ona tutaraq “sən məhkəmədə bəraət verilən zaman ayağa durub “mən bəraət istəmirəm deməli idin, sən bu boyda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini nə gözlə görürsən ki sən bəraət alırsan?” demişlər. Hətta o qeyd etmişdir ki, birinci dəfə saxlanılan zaman bəraət alacağı təqdirdə, 5-6 aydan sonra yenə tutulacağı ilə təhdid edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çatanda o, avtomobildən düşürülərkən xalasıoğlu Turanın da avtomobildən düşürüldüyünü görmüş, polis əməkdaşları Turanı onun avtomobili ilə həmin Baş İdarəyə gətirmiş, daha sonra ikisini də xidməti otağa aparmışlar. Xidməti otaqda Ayaz adlı polis əməkdaşı onları qarşılayıb çəkməcədən bir-bir ağ rəngli narkotik tərkibli maddələri çıxarıb stolun üzərinə qoyaraq özünə məxsus olmasını söyləməsi ilə bağlı onu hədələməyə başlamış, əks halda Turanı da onunla birlikdə həbsə yollayacaqlarını söyləmişdir. Əgər o razılaşsa, Turanın sərbəst buraxılacağını bildirmişlər. O da məcbur qalaraq, polis əməkdaşları nə demişsə, onu da etmişdir. İlk dəfə tutulduqda onu 2 saata yaxın döydüklərindən, qulağından qan açılmış, baş-beyin travması almış, 2 aya yaxın müddətdə 2 saylı psixoloji xəstəxanada qalaraq müalicə almışdır. O, yenə eyni şeyləri ona qarşı edəcəklərini düşündüyü üçün polis əməkdaşları nə demişlərsə, onu da etmişdir. Polis əməkdaşları ona demişlər ki, əgər onların dediklərini etməzsə, çöldən 2 nəfər gətirəcək və həmin 2 nəfər də yalandan ondan narkotik tərkibli maddə aldıqlarını söyləyəcəklər. Ayaz adlı polis əməkdaşı ona söyləmişdir ki, “sənə hörmətimiz bu ola bilər ki, bizə gətir silah ver, səni silah adı ilə rəsmiləşdirək”. O, bununla razılaşmamış, çünki bu zamanadək nə əlinə silah almış, nə də silah görmüşdür. O da Turana görə məcbur qalaraq videoçəkilişdə ona “yüklədikləri” narkotik tərkibli maddələri qəbul edərək, heroin adlı narkotik tərkibli maddənin ona məxsus olduğunu söyləmiş, daha sonra onu aşağı zirzəmiyə aparmışlar. Növbəti gün, yəni 29 may 2024-cü il tarixdə polis əməkdaşları onu zirzəmidən çıxararaq yenidən videoçəkiliş aparacaqlarını söyləmiş, çünki videoçəkilişdə “heroin” demiş, polis əməkdaşları isə ondan “patı” deməsini tələb etmişlər. Bu səbəbdən, ikinci dəfə də videoçəkiliş aparılmış, qablaşdırılmadan sonra narkotik tərkibli maddə ekspertizaya göndərilmiş, polis əməkdaşları onu yenidən zirzəmiyə düşürmüşlər. Zirzəmiyə gəldikdən bir müddət sonra müstəntiq oraya gəlib miqdarın düzgün gəlməməsi və miqdarın daha çox qeyd olunması ilə əlaqədar bəzi sənədləri imzalamaq üçün üçüncü dəfə təqdim etdikdə, o da məcbur qalıb gətirilmiş bütün sənədləri imzalamışdır. Ona dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş müdafiəçi Eldar Qədimi bütün hadisələrin şahidi olsa da, baş verənlərə müdaxilə etməmiş, əksinə polis əməkdaşlarının mövqeyindən çıxış etmişdir. O, polis əməkdaşlarına şəxsi müdafiəçisinin olduğunu və həmin vəkilin gəlməsini istədiyini dedikdə, polis əməkdaşları buna icazə verməyib barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə prosesi baş tutduqdan sonra şəxsi vəkilinin onunla görüşə biləcəyini söyləmişlər. Daha sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılmış, orada öz vəkilinin gəlməsini istəsə də, buna şərait yaradılmamışdır. O, həmin iclasda özünü təqsirli bilmədiyini bildirsə də, barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onu saxlayan polis əməkdaşlarından biri ona “yuxarı”-dan (yəni yüksək vəzifəli şəxs tərəfindən) tapşırıq gəldiyinə görə tutulduğunu və ən azı 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməli olduğunu demişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ikinci dəfə tutulan zaman ona fiziki təsir göstərilməmiş, çünki birinci dəfə polis əməkdaşları onu 2 saata yaxın döydüklərinə görə bu dəfə yenə döyülməsin deyə nə dedilərsə, onu da etmiş, ona qarşı psixi təsir göstərilmiş, polis əməkdaşları onu xalasıoğlu Turanı da tutmaları ilə hədələmişlər. Polis əməkdaşları ona dediklərini qəbul etməyəcəkləri təqdirdə, Turanı da onunla birlikdə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olması ilə bağlı sənədləşdirəcəklərini söyləmişlər. Birinci dəfə bəraət aldığına görə polis əməkdaşlarının onunla şəxsi-qərəzliyi olmuş, ona “yuxarıdan tapşırıq gəlib, buna görədə sən tutulmalısan, 3 il müddətinə içəridə yatıb çıxmalısan” deyə söyləmişlər. Onun narkotik tərkibli maddələrlə heç bir əlaqəsi olmamış, dövlət büdcəsinin vəsaiti hesabına dəvət edilmiş vəkil Eldar Qədiminin yanında onu narkotik tərkibli maddələrlə “yükləmişlər”. O, müdafiəçi Eldar Qədimini Bakı İstintaq Təcridxanasında gördükdə “adamda vicdan olar, sənin yanında məni “yüklədilər”, lakin sən səsini çıxarmadın” demiş, Eldar Qədimi isə ona “mən gördüklərimə görə səsimi çıxarsam, elə onlar məni də tutarlar” cavabını vermişdir. O, məhkəmə iclasında barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bilmədiyini söyləmiş, lakin həmin prosesin videoçəkilişinin aparılıb-aparılmadığını bilməmişdir. O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nərimanov Rayon Məhkəməsində ifadə verməmiş, hakimə “onsuz da mənim “sanksiyam” hazırdır, gəlib oxuyun, mən gedim” demişdir. O, müşavirə otağında hakimlə müstəntiq və prokurorun onun barəsindəki məsələ ilə bağlı səmimi söhbətinin şahidi olmuşdur. O, istədiyi müdafiəçi ilə təmin olunmaqla bağlı şəxsi vəsaitinin olduğunu söyləsə də, ona öz vəkili ilə barəsində qətimkan tədbiri seçildikdən sonra görüşə biləcəyi deyilmişdir. “Kavun” restoranı tanıdığı şəxsə məxsus restorandır, sahibi onun həmkəndlisidir. “Kavun” restoranında videoçəkiliş aparan kameralar mövcuddur, lakin həmin kameralar polis əməkdaşları tərəfindən təmizlənmiş, hətta onun yanında maşında olarkən ərazinin təmizlənməsi ilə bağlı göstəriş də verilmişdir. Şahid2 onunla birlikdə Baş İdarəyə aparılması ona çox pis təsir etmiş, polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı təqdirdə, Şahid2 da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdiklərindən razılaşmışdır. Təxminən 4-5 polis əməkdaşı restoranın terras bölümündən onları apardığından, ətrafdakı şəxslər, eləcə də restoranın bəzi işçiləri buna şahid olmuşdur. O, əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ibtidai istintaqını apardığı cinayət işi üzrə 21 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə ona bəraət verilmiş, Ayaz adlı polis əməkdaşı “sən kimsən ki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işindən bəraət alırsan?” deyə ona söyləmişdir. Eldar Qədiminin qanunsuz hərəkətləri ilə bağlı müvafiq dövlət orqanlarına atası tərəfindən ərizələr yazılmış, o isə həmin müdafiəçinin hərəkətləri ilə bağlı heç bir quruma müraciət etməmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı prokurorluq orqanlarına müraciət etsə də, nəticəsindən məlumatı olmamışdır. O, heç vaxt narkotik tərkibli maddə istifadə etməmiş, narkotik tərkibli maddələrlə heç bir əlaqəsi olmamışdır. Barəsində bəraət hökmü çıxarıldıqdan 05 ay 07 gün sonra o, yenidən tutulmuşdur. Barəsində çıxarılmış hökm üzrə apellyasiya və kassasiya protestləri təmin olunmamışdır. Saxlanılarkən onun üzərində ***-***-**-** saylı mobil nömrə, xalasıoğlu Şahid2 isə üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin vaxt mobil telefonu əyləşdiyi masanın üzərində olduğundan, polis əməkdaşları mobil telefonunu oradan götürüb dərhal “təyyarə” (pilot) rejiminə keçirmişlər. Polis əməkdaşları mobil telefonunu masadan götürdükdən sonra mobil telefon sonradan açılmamışdır. Hazırda mobil telefonu özündədir. Hazırki cinayət işi üzrə keçirilmiş ekspert rəyi ilə razı deyil. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə görə 2 dəfə videoçəkiliş aparılmış, 3 dəfə isə möhürlü sənədləri imzalamışdır. İfadədəki imzaların hamısı ona məxsus olmuş, 29 may 2024-cü il tarixli ifadəsini qəbul etməmiş, çünki həmin ifadəni güclü psixi təsir altında vermişdir. Hazırki iş üzrə tutularkən ona fiziki zorakılıq edilməmiş, psixi təsir göstərilmişdir.

27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 28 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Kavun” restoranında olmuş, həmin gün Təqsirləndirilən şəxs qohumu xarici ölkədən gəlmişdir. Təqsirləndirilən şəxs qohumu ilə birlikdə çay içdikdən sonra sonuncu getmiş, daha sonra Təqsirləndirilən şəxs ona avtomobilini uyğun yerdə saxlamadığını və bu səbəbdən avtomobilin yerini dəyişmək məqsədilə bir neçə dəqiqəlik masadan qalxmalı olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs masadan qalxdıqdan uzun müddət keçməsinə baxmayaraq masaya qayıtmamış, bu zaman bir neçə şəxs restorana daxil olaraq ona həmin şəxslərlə birlikdə getməli olduğunu söyləmişdir. Həmin şəxslərdən kim olduqlarını soruşduqda ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləmişlər. Polis əməkdaşları onun əllərinə qandal vurub masadan qaldırmışlar. O, yalnız özünün aparıldığını zənn etmiş, lakin idarəyə getdikdən sonra Təqsirləndirilən şəxs də başqa avtomobillə Baş İdarəyə gətirildiyini görmüşdür. Polis əməkdaşları tərəfindən ona heç bir sual verilməmiş və ondan heç nə soruşulmamışdır. Təxminən saat 17 radələrində ona gedə biləcəyi deyilmiş və onu idarədən buraxmışlar. Hadisə günü Təqsirləndirilən şəxs heç bir şübhəli hal müşahidə etməmiş, o, Baş İdarəyə Təqsirləndirilən şəxs avtomobilində, Təqsirləndirilən şəxs isə başqa avtomobildə aparılmışlar. Polis əməkdaşları ona idarədən çıxan zaman “kar, kor, lal ol” demişlər. Polis idarəsinə aparılarkən üzərində “İphone” markalı mobil telefon olmuş, həmin mobil telefonda özünə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. O, Baş İdarədən çıxdıqdan sonra Təqsirləndirilən şəxslə heç bir şəkildə əlaqə saxlaya bilməmiş, hadisə günü mobil telefonu aktiv vəziyyətdə olmuş, lakin polis əməkdaşları onu saxladıqdan sonra mobil telefonu ondan almışlar. Polis əməkdaşları mobil telefonunu ondan aktiv vəziyyətdə alaraq daha sonra həmin vəziyyətdə təhvil vermişlər. Baş İdarədən çıxdıqdan sonra mobil telefonuna baxdıqda çoxlu sayda zənglərin gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs heç bir zaman narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, polis əməkdaşları sonuncunun üzərinə şər-böhtan atmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daha əvvəl də Təqsirləndirilən şəxs əsassız yerə saxlamışlar. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra, yəni sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdən sonra sonuncu ilə görüşüb hadisə ilə bağlı danışmışdır.

28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Xətai rayonu ərazisində yerləşən “Kavun” restoranında ofisiant kimi işləmiş, hazırda həmin restoranda “barmen” kimi işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi restoranın daimi müştərisi olmuş, 28 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Kavun” restoranında olmuş və sonuncunun əyləşdiyi masaya ofisiant həmkarı Sənan adlı şəxs xidmət göstərmişdir. Təqsirləndirilən şəxs 2 nəfərlə birlikdə masada əyləşmiş, Təqsirləndirilən şəxs və yanındakı digər 2 nəfər şəxs birlikdə çay içmişlər. Təqsirləndirilən şəxs avtomobilinin yerləşdiyi ərazini dəyişmək üçün bir müddət sonra əyləşdiyi masadan qalxmış və sonuncunun ardınca masada əyləşən şəxs başqa 2 nəfər şəxslə birgə masadan qalxmışdır. Təqsirləndirilən şəxs masadan qalxdıqdan bir müddət sonra restorana bir neçə şəxs daxil olarak administratora (yəni inzibatçı) yaxınlaşıb videogörüntü qeydlərini tələb edərək sonradan həmin videogörüntülərin silinməsini tələb etmişlər. Təqsirləndirilən şəxs onun işlədiyi restoranın daimi müştərisi olduğu üçün sonuncunu tanımış və xatırlamışdır. Təqsirləndirilən şəxs masada birlikdə əyləşdiyi müştərilərin kim olduğu yadında qalmamış, hadisə günü ondan başqa restoranda 1 administrator (yəni inzibatçı), 2 ofisiant və əlavə bir işçi də olmuşdur. Təqsirləndirilən şəxs masadan qalxdıqdan bir müddət sonra restorana 2 nəfər mülki geyimdə olan şəxs daxil olaraq “menecer”-ə yaxınlaşmış və videogörüntü qeydlərini tələb etmişlər. Həmin şəxslər Cavid adlı “menecer”-ə yaxınlaşan zaman o, kassada 2-3 metrlik məsafədə olmuş, “menecer” onu yanına çağıraraq videogörüntüləri təqdim etməsini tələb etmişdir. O, videogörüntü qeydlərini təqdim etməkdən imtina edərək oradan uzaqlaşmış, Həmin şəxslər restorana daxil olduqdan sonra Təqsirləndirilən şəxs restorana qayıtmamışdır. “Kavun” restoranı Ramin müəllimə məxsus olmuş, o, Təqsirləndirilən şəxs dəfələrlə Ramin adlı şəxsin yanında, həmçinin sonuncunun dostları ilə birlikdə görmüşdür. Hadisə günü üzərində mobil telefon olmaqla həmin mobil telefon aktiv vəziyyətdə olmuş, ona məxsus olan mobil telefonun nömrəsi ***- ***-**-** saylı olmuşdur. Hadisə günü restoranın əməkdaşları tərəfindən gizli videoçəkiliş aparılıb-aparılmadığını bilməmişdir. “Menecer” olan Cavid adlı şəxsin soyadı və atasının adını xatırlamamış, həmin şəxs hazırda “Kavun” restoranının “menecer”-i vəzifəsində çalışmır. 28 may 2024-cü il tarixə məxsus olan videogörüntülərin hal-hazırda mövcud olubolmadığını bilmir.

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AZ-İV №645036, AZ-İV №529552, AZ-İİ №071155 seriya nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il təvəllüdlü olmaqla 1 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağı vardır.

30. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 10636 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs AMP (amfetamin), THC (kannabinoidlər), BZO (Benzodiazepin), MDMA (Ekstazi), BAR (Barbiturat), MET (Metamfetamin), TML (tramadol HCl), PGB (Preqabalin), MTD (Metadon), MOP (Morfin) markalı narkotik vasitə və psixotrop maddənin olub-olmaması yoxlanıldıqda onun qanında narkotik tərkibli maddələrdən istifadə edilməsi aşkar edilməmişdir.

31. Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyindən görünür ki, təqsirləndirilən şəxsin 2021-ci il təvəllüdlü övladı- R.Təqsirləndirilən şəxsa “Müştərək xarici çəpgözlük. Görmə sinirinin atrofiyası” xəstəliyindən əziyyət çəkir.

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-110/2-015680/2025 nömrəli məktubuna əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-6/2-2267/25 nömrəli məktubundan görünür ki, Baş idarənin inzibati binasında quraşdırılmış müşahidə kameralarının yaddaş qurğusu mövcud olmadığından qeyd olunan tarixlərə müvafiq videogörüntülərin təqdim edilməsi mümkün olmamışdır.

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 531 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs AMP (amfetamin), COC (kokain), THC (kannabinoidlər), BZO (Benzodiazepin), PCP (fensiklidin), BAR (Barbiturat), MET (Metamfetamin), TML (tramadol HCl), PGB (Preqabalin), MTD (Metadon), MOP (Morfin) və TCA (TC Antidepressant) markalı narkotik vasitə və psixotrop maddənin olub-olmaması yoxlanıldıqda onun qanında narkotik tərkibli maddələr istifadə edilməsi aşkar edilməmişdir.

35. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-6/2-7010/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə isə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

36. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

37. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır.

38. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

39. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

40. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

41. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

42. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

43. Maddə 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

44. Maddə 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

45. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

46. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

47. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

48. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

49. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

50. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

51. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

52. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

53. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

54. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

55. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

56. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

57. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

58. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

59. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

60. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

61. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramdan yuxarı hissəsi cinayət məsuliyyəti yaratmaqla, 2 qramdan artıq olduqda külli miqdar hesab edilir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

62. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

63. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

64. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

65. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

66. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

67. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

68. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

69. Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

70. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

71. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

72. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

73. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

74. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

75. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır.

76. Məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona edilmiş psixoloji təsir nəticəsində xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşları tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini nümayiş etdirmişdir.

77. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki zorakılıq edilməsi xüsusatı öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

78. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 4-5 nəfər əməkdaşı tərəfindən saxlanıldığını bildirsə də, cinayət işinin materiallarında olan həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X8 və X5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha çox polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.

79. Bundan savayı, Təqsirləndirilən şəxs qohumu Şahid2 da onunla birgə ayrı-ayrı avtomobillərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırmaqla, Təqsirləndirilən şəxs üzərində olmuş ***-***-**-** saylı və Şahid2 üzərində olmuş ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2024-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək əhatə dairəsinin müəyyən edilməsi məqsədilə müvafiq mobil operatora müraciət edib cavabları əldə etmişdir.

80. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 15697 nömrəli məktuba əlavə edilmiş məlumatların təhlilindən müəyyən edilmişdir ki, Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin xx.xx.2024-cü il tarixdə saat 10:23-dən saat 13:01-dək Bakı şəhəri, Binəqədi rayonu, Maqsud Davudoğlu küçəsində, saat 13:38-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Binəqədi şossesində, saat 15:23-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində, saat 17:46-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində olması, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinin xx.xx.2024-cü il tarixdə saat 12:58-dən saat 13:23-dək Bakı şəhəri, Binəqədi rayonu, Maqsud Davudoğlu küçəsində, saat 14:11-də isə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində olması qeyd edilmişdir.

81. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması işin mübahisəsiz halıdır. Bu, həm təqsirləndirilən şəxs, həm şahidlər, həm də cinayət işinin materialları ilə müəyyən edilmişdir.

82. Təqsirləndirilən şəxs və Şahid2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb həmin polis idarəsinə aparıldığını bildirsələr də, həmin şəxslərə aid mobil nömrələrin əhatə dairələrindən görünür ki, onlar xx.xx.2024cü il tarixdə saat 13:23-dək eyni yerdə olmaları müəyyən edilsə də, sonradan eyni və ya yaxın ərazilərdə olması aşkarlanmamışdır. Belə ki, Şahid2 ifadəsinin əksinə onun mobil nömrəsinin əhatə dairəsinin xx.xx.2024-cü il tarixdə saat 15:23-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində olması müəyyən edilmişdir. Habelə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da məhkəmədə dindirilərkən, Şahid2 Təqsirləndirilən şəxs ilə birgə həmin polis idarəsinə aparılmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs onunla birgə Şahid2 da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı və Şahid2 cinayət məsuliyyətinə cəlb edilməklə hədələməsi barədə dəlili əsassız olmaqla, digər sübutlarla öz təsdiqini tapmır.

83. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2024cü il tarixdə saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxlanıldığı yerdə yerləşən “Kavun” restoranının videomüşahidə kameralarını götürdüyünü bildirsə də, bu, məhkəmə araşdırması və cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin dəlili əsassızdır və hər hansı mötəbər sübuta söykənmir.

84. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2024cü il tarixli şəxsi axtarış və götürmə protokolunu bir neçə dəfə imzaladığını, habelə həmin istintaq hərəkəti ilə bağlı videoçəkilişin bir neçə dəfə aparıldığını bildirsə də, məhkəmədə dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şəxsi axtarış və götürmə istintaq hərəkətinin yalnız bir dəfə aparıldığını və müvafiq istintaq hərəkəti ilə bağlı videoçəkilişin yalnız bir dəfə həyata keçirildiyini söyləmişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə araşdırması və cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən əsassız hesab edilmişdir.

85. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə olmadığını bildirməsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd bükümdə narkotik tərkibli maddəyə bənzər kütlə aşkarlanmışdır. Həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətəuyğun olmayan hesab edir.

86. Bundan başqa, məhkəmə müdafiə tərəfindən dəvət edilmiş əlavə şahidlər Şahid3 və Şahid2 oxşar məzmunlu ifadələrini də təhlil edib o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs həmin şahidlərdən birinin qohumu, digərinin isə tanışı olduğundan, həmin şahidlər təqsirləndirilən şəxsin xeyrinə və onu məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ifadə vermişlər. Bu səbəbdən, Şahid3 və Şahid2 məhkəmədə verdikləri ifadələri sübut kimi qiymətləndirilməməlidir.

87. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetaminin olmaması, narkotik tərkibli maddəni müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

88. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama da münasibət bildirməyi zəruri hesab edir.

89. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

90. Belə ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri, təqsirləndirilən şəxsin mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsinə dair hər hansı məlumatın mövcud olmaması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-6/2- 8060/24 nömrəli məktubuna əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsinin, eləcə də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin nə vaxt, harada və kimdən əldə edilməsinin müəyyən edilə bilməməsi, eləcə də cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır.

91. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 5,287 qram psixotrop maddə metamfetamini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

92. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

93. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

94. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

95. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.

96. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini, psixotrop maddənin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla danışmışdır.

97. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

98. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

99. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

100. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmış, o, əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 166-167)

101. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ümumilikdə 04 (dörd) uşaq olmaqla, himayəsində həmçinin 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını, onun ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

102. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

103. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənilməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olması əsaslandırılmalıdır.

104. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraətverici hökmünün təsviriəsaslandırıcı hissəsində olan xx.xx.2022-ci il tarixli, 7741 nömrəli nömrəli ekspert rəyinə əsasən onda narkomaniya xəstəliyi aşkarlanmamış, o, narkomaniya xəstəliyindən əzab çəkməmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs həmin iş üzrə xx.xx.2022-ci il tarixdə tutulmuş və barəsində bəraətverici hökm çıxarılanadək, yəni xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılmışdır.

105. Təqsirləndirilən şəxs barəsində bəraətverici hökm çıxarıldıqdan 05 (beş) ay 07 (yeddi) gün keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə o, yenidən şübhəli şəxs qismində tutulmuşdur.

106. Hazırki iş üzrə keçirilmiş ekspert rəyinə əsasən isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkarlanmışdır.

107. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə tutulduğu vaxtdan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilənədək, yəni xx.xx.2024-cü il tarixədək o, fasiləsiz həbsdə saxlanılmaqla, narkotik vasitə və ya psixotrop maddə əldə etmək imkanından məhrum olmuşdur.

108. Təqsirləndirilən şəxs hazırki iş üzrə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildikdən sonra xx.xx.2024-cü il tarixdə “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-də narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinələrdən keçərkən onda hər hansı növdə narkotik tərkibli maddədən istifadə edilməsi aşkarlanmamışdır.

109. Təqsirləndirilən şəxs yenidən həmin tibb müəssisəsində xx.xx.2025-ci il tarixdə eyni səbəbdən müayinədən keçdikdə onda hər hansı növdə narkotik tərkibli maddədən istifadə olunması aşkar edilməmişdir.

110. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra azadlıqda olduğu dövrdə o, narkotik vasitə ya psixotrop maddəni əldə edib saxlamaqla daşıma ilə əlaqədar cinayətkar fəaliyyətlə məşğul olmamış, hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. (hökmün 30-cu bəndi)

111. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs barəsində olan bəraətverici hökmdən sonra cəmi 05 ay 07 müddətində azadlıqda qalmış, o, yalnız həmin qısa müddətdə psixotrop maddədən istifadə etdiyinə görə narkomaniya xəstəliyinə düçar olmuş, sonradan isə, yəni barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra hökm çıxarılanadək o, hər hansı narkotik vasitə və ya psixotrop maddəni qəbul etməmiş və o, aşkar şəkildə islah olunmağa başlamışdır. Bunun əksini təsdiq edən hal məhkəmə tərəfindən müəyyən olunmamışdır.

112. Məhkəmə həmçinin qeyd edir ki, hazırda narkotik vasitə və ya psixotrop maddədən istifadə etməsə də, ekspert rəyi əsas götürülməklə təqsirləndirilən şəxsə təyin ediləcək narkomaniyadan məcburi müalicə məhz onun həmin xəstəlikdən tam şəkildə sağalmasına şərait yaradacaqdır.

113. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli qanuna zidd olsa da, təqsirləndirilən şəxs ekspert rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, həmin psixotrop maddəni əldə etmiş, həmin əməli törətməkdə məqsəd və motivi həmin psixotrop maddəni şəxsi istifadə məqsədilə istifadə etmək olmuşdur. Lakin o, əldə etdiyi həmin psixotrop maddəni istifadə etməmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsinə əsasən, 2 gün əvvəl əldə etdiyi sözügedən psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılanadək istifadə etməmiş, başqasına da verməmişdir.

114. Əldə etdiyi vaxtdan tutulanadək imkanı olduğu halda istifadə etməməsi təqsirləndirilən şəxsin narkotik vasitə ya psixotrop maddənin aludəçisi olmadığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.

115. Həmçinin təqsirləndirilən şəxs cinayət işinin materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi dövrdə isə ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Məhkəmə hesab edir ki, bu hallar təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallardandır və təqsirləndirilən şəxsin sonrakı davranışları ilə onun narkotik vasitə və psixotrop maddənin istifadəsindən imtina etdiyini nümayiş etdirir.

116. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddənin sanksiyasında, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzasının nəzərdə tutulmasına baxmayaraq, qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də məcmu halında nəzərə alır.

117. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə məqsəd və motivi, cinayətin törədilməsində rolu, sonrakı davranışları, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, “Bakı Şəhər Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli aktlarına əsasən qanında narkotik vasitə və ya psixotrop maddədən istifadənin aşkarlanmaması, yəni barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra narkotik vasitə və ya psixotrop maddədən istifadə etməməsi, ailəsinin vəziyyəti, ümumilikdə 04 (dörd) olmaqla, himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olması, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışı, səmimi peşmanlığı, azyaşlı qızının “Müştərək xarici çəpgözlük. Görmə sinirinin atrofiyası” kimi xəstəliklərdən əziyyət çəkməsi, həmin azyaşlı və digər övladlarına qulluğun zəruriliyi, təyin ediləcək cəzanın ona və ailəsinin həyat şəraitinə təsirini, törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla həmin hallar, eləcə də hökmün təsviri hissəsində göstərilmiş yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həm də bütövlükdə müstəsna xarakterə malikdir.

118. Məhkəmə belə hesab edir ki, yuxarıda göstərilən müstəsna hallar olduğu halda təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.

119. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və onun azyaşlı qızının səhhətinin vəziyyətinin pisləşməsinə, səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxara, o və ailəsini ciddi məhrumiyyətlərə düçar edə, ailə münasibətlərinə mənfi təsir edə bilər.

120. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı yüngülləşdirən həm ayrı-ayrı halları, həm də bu cür hallar məcmusunu müstəsna hal kimi qiymətləndirir və və onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin Xüsusi hissəsinin 234.1-1-ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir.

121. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26).

122. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.

123. Məhkəmə cəzanın həddi ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsi tətbiq edildikdən sonra yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olunması prinsiplərinə zidddir.

124. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir təqsirləndirilən şəxsin cinayətin törədilməsini rolunu, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzalarını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha az azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

125. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 29 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-2390/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır. (Cild 1, iş vərəqi 19; 87-90; cild 2, iş vərəqi 213-214)

126. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. (hökmün 39-cu bəndi)

127. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

128. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2024-cü il tarixdən hesablanmalıdır.

129. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdən tutularaq hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.

130. İş üzrə mülki iddia, həbs olunmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

131. İş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,237 qram psixotrop maddə metamfetamin məhv edilməli, digər sübut – Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 50-ci bəndi)

132. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 12-ci bəndi)

133. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təyin olunmuş cəza müddəti bitmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,237 qram psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar