Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-675/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1989-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə Füzuli rayonu, Əhmədbəyli kəndinin yolun kənarından qrupun digər naməlum üzvləri tərəfindən gizlədilmiş külli miqdarda 21508 qram narkotik vasitə heroin, külli miqdarda 8990,86 qram psixotrop maddə metamfetamini götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsi, 5 A saylı evin 51 saylı mənzilinə daşımış, psixotrop maddə olan metamfetamindən 1,160 qramını bölüb 01 ədəd bükümdə qablaşdırmış, qalan külli miqdarda 8989,7 qram psixotrop maddə metamfetamini və külli miqdarda 21508 qram narkotik vasitə heroini 01 ədəd idman çantasında mənzilin anbar otağında gizlətməklə qanunsuz saxlamış, 01 ədəd bükümdə qablaşdırdığı 1,160 qram pisxotrop maddə metamfetamini satış məqsədi ilə üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 203 saylı ünvanda yerləşən Bakı Metropaliten QSC-nin “Nəsimi” stansiyasının yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:30-da həmin ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və həmin gün saat 17:20-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibinin ciblik hissəsində 01 ədəd bükümdə 1,160 qram pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən həmin gün saat 20:30-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsi, 5 A nömrəli binanın 51 saylı mənzilinə keçirilən baxış zamanı mənzilin anbar otağında sonuncunun satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı 01 ədəd idman çantasının içərisindən 17 yeddi bükümdə külli miqdarda 21508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 16 ədəd bükümdə külli miqdarda 8989,7 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o bir neçə il əvvəl müalicə üçün İran İslam Respublikasına getmişdi. Orada müəyyən müddət müalicə aldı. Həmin ərəfədə təsadüfən Maqsud adlı iranlı ilə tanış olmuşdum Daha sonra həmin şəxs gəzmək üçün Bakıya gələndə onunla əlaqə saxladı. O da taksi fəaliyyəti ilə məşğul olduğu vaxtlarda ona şəhəri gəzdirdi. Bir müddət sonra Maqsud ona İrandan Azərbaycana “yük” keçiriləcək və həmin yükü onun deyəcəyi ərazidən götürüb başqa bir yerə aparılması üçün ona 10000 manat verəcəyini bildirdi. Həmin yükün nə olduğunu soruşduqda, İranlı yükün bir torbadan ibarət olacağını və torbanın da içərisində heroin və metamfetamin olacağını bildirdi. Pandemiya vaxtı olduğundan həmin vaxtlar maddi vəziyyəti heç də yaxşı olmadığından onunla razılaşdı. Maqsud onu Məhəmməd adlı İran vətəndaşı ilə tanış etdi. Tutulmazdan təxminən 10 gün əvvəl iranlı ona bir neçə günə yükün yeri barədə məlumat verəcəyini dedi. Təxminən 5-6 gün sonra iranlı ona plakat şəkli göndərdi və malın həmin plakatın yanında olacağını bildirdi. İran vətəndaşı olan Məhəmmədə bildirdi ki, özündə pul yoxdur, ona qabaqcadan 500 manat pul versin ki, yol pulu etsin. Məhəmməd də həmin məbləğdə pulu ona məxsus olan plastik bank kartına göndərdi. Həmin bağlamanı Füzuli rayonu, Əhmədbəyli kəndinə gedib yolun kənarından götürdü və özüylə Bakıya gətirdi. Məhəmməd sonradan danışıb razılaşdıqları yerdə qalan 9500 manatı vermək istəmədi. O da həmin, içərisində narkotik vasitə olan bağlamanı evə gətirdi və bildirdi ki, pulu tam ödədikdən sonra bağlamanı geri verə bilər. Özü heç vaxt narkotik vasitə istifadə etmədiyi üçün, torbada olan narkotik vasitələrin növü və qiyməti barədə məlumatı yox idi. Bir gün sonra bağlamanı açıb içərisində olan bükülülərdən birini götürdü. Fikirləşirdi ki, kiməsə göstərər, nə olduğunu deyərlər. Polis əməkdaşları tərəfindən tutulan gün, yəni xx xxxxxx 2020-ci ildə taksi fəaliyyəti ilə məşğul idi. Maşında olan müştərini düşürtdükdən sonra təxminən saat 15:30 radələrində Nəsimi metrostansiyası yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşdı. Daha sonra özlərini təqdim etdilər, o da özünü təqdim etdi. Sonra isə polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu dedilər və onui baş idarəyə dəvət etdilər. Baş İdarəyə getdikdən sonra vəkil dəvət olundu, daha sonra isə çəkilişlə üzərinə şəxsi axtarış keçirdilər. Üzərində qanunsuz əşya varsa könüllü təqdim etməyini istədilər. O əynində olan şalvarın cibindən siqareti, alışqanı, açarı, telefonu, şəxsiyyət vəsiqəsini və kiməsə göstərmək məqsədilə bağlamadan götürdüyü 01 ədəd bükümdə olan maddəni masanın üzərinə qoydu. Həmin bükümə baxış keçirdikdən sonra ona psixotrop maddə olan metamfetamin olduğunu bildirdilər. Həmin psixotrop maddəni haradan əldə etmisini soruşduqda, polis əməkdaşlarına hadisəni danışdı, evində olan torba və onun içərisindəki narkotik vasitələr haqqında məlumat verdi. Daha sonra yaşadığı ünvan 4 ünvanına getdilər. Çəkiliş aparılaraq mənzilə baxış keçirildi. İçərisində narkotik vasitələr olan bağlamanı polis əməkdaşlarına göstərdi. Çantanın içindən ümumi olaraq 33 şəffaf sellofan bağlama olduğu məlum oldu, bağlamaların içində 17 ədədi heroin, 16 ədədi isə metamfetamin idi. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o DİNnin Baş X1 İdarəsində əməliyyat müvəkkili kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu hadisə ilə əlaqədar tanımış. xx xxxxxx 2020-ci il tarixin Baş İdarəyə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, yaşadığı evdə saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdu. Həmin əməliyyat məlumatı ilə əlaqədar raportla İdarə rəhbərliyinə məruzə edildi və Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərar çıxarıldı. Qərara əsasən İdarəsinin əməkdaşlarından ibarət qrup yaradıldı. Qrupun rəhbəri Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid2 Natiq oğlu idi, o və digər əməliyyat müvəkkillər Şahid4, Şahid3 qrup üzvləri idilər. Əməliyyat-axtarış tədbiri zamanı, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəflərindən Nəsimi metrostansiyasının yaxınlığında saxlanıldı. Özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət etdik. Baş İdarəyə gəldikdən sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. O, vəkilə heç bir etirazı olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və bu barədə qərar və protokol tərtib edildi, hüquq və vəzifələri izah olundu. Daha sonra şübhəli şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə, yaşadığı ünvanda saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi bildirildi. Həmçinin ona videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirildi. O heç bir etirazı olmadığını dedi. Şübhəli şəxs əməliyyat qrupunun rəhbəri tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edildi. Daha sonra ona təklif edildi ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 01 ədəd siqaret, 01 ədəd alışqan və 01 ədəd açarı, 01 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd bükümdə maddəni çıxarıb masanın üzərinə qoydu. Siqaret qutusu, alışqan və açar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı, mobil telefon və şəxsiyyət vəsiqəsi isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Sonradan təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükülünün içində psixotrop maddə olan metamfetamin olduğunu dedi. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində ağ rəngli, kristal şəkili, spesifik iyli psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu məlum oldu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 20 gün əvvəl, gecə saatlarında iranlı “Məhəmməd” adlı şəxslə danışıb razılaşıb Füzuli rayonu ərazisində içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olan torbanı götürüb. Danışıqlarına görə həmin torbanı ona deyiləcək yerə aparıb qoymalı imiş və ona bu iş üçün 20.000 ABŞ dolları vəd edilib. Ancaq həmin pul əvəzində ona sadəcə 500 manat verilib. Təqsirləndirilən şəxs da həmin narkotik vasitə olan torbanı ona vəd olunan pul tam verilənə qədər yaşadığı öz ünvanında gizlətməyi planlaşdırıb. Təqsirləndirilən şəxs mənzilində axtarış aparacğımız üçün evində olan narkotik vasitələr və psixotrop maddələr barədə özü məlumat verdi. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə ekspertiza aparılması üçün tərəfimizdən zərfdə qablaşdırıldı və möhürləndi. Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etdilər. Əməliyyatın davamı kimi elə həmin gün Təqsirləndirilən şəxsla birlikdə göstərdiyi ünvana getdilər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığına dair ərizə yazdı, daha sonra mənzilə baxış keçirilməsi ilə bağlı qərarla tanış edildi. Mənzilə baxış videoçəkilişlə həyata keçirildi. Şübhəli şəxs içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı otaqda olan çantada gizlətdiyini bildirdi. Həmin çantanı içində olan maddələrə baxış keçirilməsi üçün mətbəx otağındakı stolun üzərinə qoyduq, içindəki maddələri masanın üzərinə düzərək baxış keçirməyə başladılar. Çantanın içindən ümumilikdə 33 sellofan bağlama var idi. Təqsirləndirilən şəxs bağlamaların 17 ədədinin narkotik vasitə olan heroin, 16 ədəd bağlamanın isə psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Həmin maddələr özünün iştirakı ilə 01 ədəd idman çantasının içində qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan başqa həmin mənzildə qanunsuz heç nə aşkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..“ yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,160qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş...“ yazısı olan idman çantasındaki 17 (on yeddi) ədəd bağlamada ümumi təmiz çəkisi 21508qr (21kq 508qr) qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir və 16 (on altı) ədəd bağlamada ümumi təmiz çəkisi 8989,7qr (8kq 989,7qr) ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (heroin və metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 1 və 2 saylı cədvəldə göstərilib.) Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 8990,86qr (8kq 990,86qr) təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vətəndaş Təqsirləndirilən şəxs mənzilindən götürülmüş parça materialdan olan idman çantasının içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş sayahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi 21508 qr, tədqiqata sərf edildi 0.34 qr, qalıq 21507.66 qr, metamfetaminin ümumi təmiz çəkisi 8990 qr, tədqiqata sərf edildi 0.34 qr, qalıq 8990.52qr Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin xx xxxxxx 2020-ci il tarixli 3293 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 21507,66 qram çəkidə heroin və 8990,52 qram çəkidə metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 21507,66 qram çəkidə heroin və 8990,52 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-675/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-675/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver