Məhkəmə qərarları › İş №1(101)-675/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-675/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-675/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X11 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı İlqar adlı şəxslə əldə edəcəkləri narkotik vasitələrin qiymətinə və çəkisinə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib gizlətdiyi yerdən sonuncunun Bakı şəhəri, Sabunçu rayonu ərazisində istintaqa məlum olmayan mənbədən götürməklə 2048,423 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış heroini 27.09.2021-ci il tarixdə günorta saatlarında qanunsuz əldə edərək üzərində saxlayaraq daşıyıb evinə gətirmiş, orada hissələrə bölərək beş ədəd ayrı-ayrı sellofan bükümlərə qablaşdırmış, bir hissəsini idarə etdiyi avtomobilin salonunda gizlətməklə, digər hissəsini isə üzərində daşıyaraq saxlamış, 27.09.2021 -ci ıl tarixdə saat 17:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baki şəhəri, Binəqədı rayonu, Gülüstan küçəsi, ev 14 ünvanının yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobili ilə birlikdə gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 23,423 qram olan külli miqdarda kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş, daha sonra elə həmin tarixdə Təqsirləndirilən şəxs özünün razılığı ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin həyətinə yerləşdirilmiş "Ravon” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin arxa oturacağının altından bir ədəd sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 507 qram, 508 qram, 500 qram və 510 qram olmaqla dörd ədəd sellofan bağlamalara qablaşdırılmış ümumilikdə 2025 qram çəkidə həm ayrı-ayrılıqda, həm də ümumilikdə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin aşkar edilməklə Təqsirləndirilən şəxs ümumilikdə təmiz çəkisi 2048,423 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4 3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Özü uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. Daimi iş yeri olmadığına görə, həqiqətən də bir neçə ay əvvəl sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxsin telefonla ona yerini dediyi narkotik vasitələri müəyyən mənfəət müqabilində götürüb tapşırığı əsasında müəyyən yerlərə qoymaqla məşğul olurdu. İlqarın tapşırığı ilə narkotik vasitələri dediyi yerlərdən götürüb dediyi digər ünvanlara atmağının müqabilində İlqar ona zəhmət haqqı kimi həm öz istifadəsi üçün narkotik vasitə, həm də ki, bank kartı hesabına müəyyən məbləğlərdə pul köçürürmüş. İlqarın şəxsiyyəti barədə məlumatı yoxdur, onunla yalnız “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu dəfə 27.09 2021-ci il tarixdə günorta saatlarında həmin İlqar adlı şəxsin tapşırığı ilə biri balaca, digərləri isə daha böyük olmaqla ümumilikdə beş ədəd ayrı-ayrı bağlamalara qablaşdırılmış, təxminən iki kiloqramdan artıq çəkidə «kakos» adlanan narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürərək icarə müqaviləsi əsasında idarə etdiyi “Ravon" markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu ərazisinidən keçdikdə, saat təxminən 17:30 radələrində polis əməkdaşları onu saxlayaraq özlərini Baş Narkotikiərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirməklə xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Orada o, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaların təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə heroini çıxararaq masanın üzərinə qoymuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Daha sonra idarə etdiyi Ravon" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə də Polis Bölməsinin həyətində baxış keçirilmiş və avtomobilinin salonunda, arxa oturacağın altında gizlətdiyi, içərisində narkotik vasitə olan digər dörd ədəd bükümlər olan sellofan torba aşkar olunaraq götürülmüşdür. Üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitəsini İlqar adlı şəxsin dediyi içərisində narkotik vasitələr olan bükümlər qablaşdırılmış, həmçinin də üzərindən aşkar edilmiş iki ədəd mobil telefon cihazları da götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Üzərində və avtomobilində aşkar olunmuş narkotik vasitələri İlqar adlı şəxsdən 700 manat müqabilində sonuncunun dediyi yerdən götürüb dediyi digər ünvana aparmalı idi. Həmin narkotik vasitələri heç kimə satmaq niyyəti olmamışdır və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı övladlarının və ağır xəstəlikdən əziyyət çəkən atasının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.09.2021-ci il tarixdə idarələrinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4n Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra idarənin əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 27.09.2021-ci il tarixdə saat təxminən 17:40 radələrində ünvan 5 ünvanının qarşısına yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında idarə etdiyi avtomobili ilə birlikdə müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər, etiraz etməmiş və onlar birlikdə Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək yaxınlıqdakı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin ünvan 6 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada idarənin təhqiqatçısı Nizami Omarov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, tərəflərindən videoçəkiliş aparılmaqla saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək ona təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki göy rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroinin olmasını, həmin narkotik vasitəni təxminən bir ay əvvəl telefon vasitəsi ilə tanış olduğu, iran İslam Respublikası vətəndaşı İlqar adlı şəxslə əvvəlcədən internet üzərindən aparılan yazışmalar vasitəsi ilə sövdələşərək tərəflərindən saxlanıldığı gün Sabunçu rayonu ərazisindən götürdüyünü, narkotik vasitənin bir hissəsinin də idarə etdiyi avtomobilin salonunda saxladığını, həmin narkotik vasitəni İlqar adlı şəxsin ona vəd verdiyi 700manat məbləğində pulun müqabilində sonuncunun tapşırığı əsasında sonradan təyin ediləcək yerə daşımaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bükümün içərisindən qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilmiş, həmin sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilməklə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişi, qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Daha sonra onlar, İştirakçıların eyni tərkibində Təqsirləndirilən şəxs idarə etdiyi, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin həyətində saxlanılan “Ravon" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər və baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağını qaldıraraq altından bir ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisindən 04 ədəd sellofan bağlamalar aşkar edilmiş, bağlamaların içərisinə baxdıqda hər birinin içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olması müəyyən olunmuşdur. Aşkar olunan hər bir bağlama elektron tərəzi vasitəsi ilə çəkilməklə sellofan torbaya qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun qanunsuz olaraq külli miqdarda narkotik vasıtələn və psixotrop maddələri satış məqsədi ilə əldə edərək yaşadığı Bakı şəhən Bınəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması qeyd olunmuşdur, lakın konkret müştənlən və mənbələri barədə ətraflı məlumat verilməmişdir Hələ təzə tutulan vaxt Məzahir özü etiraf edirdi ki. üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasıtələn təxminən bır ay əvvəl tanış olduğu, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı llqat adlı şəxsdən əvvəlcədən internet üzərindən aparılan yazışmalar vasitəsi ilə sövdələşərək tərəfimizdən saxlanıldığı gün Sabunçu rayonu ərazisindən əldə etmişdir, bundan əvvəl də bır dəfə həmin İlqar adlı şəxsin tapşırığı əsasında Sumqayıt şəhəri ərazisindən narkotik vasitə götürərək tapşırdığı yerlərə aparıb atmışdır, əvəzində İlqar adlı şəxs onun istifadəsində olan bank kartlarının hesabına pul köçürmələri etmişdir. Belə ki, son vaxtlar yüksək texnologiyaların inkişaf dövrü ilə əlaqədar cinayətkarlar da. ən əsas da narkotacirlər öz fəaliyyətlərini müasirləşdiriblər, sosial şəbəkələrdən və virtual ünsiyyətdən geniş istifadə edirlər və bu kimi hallarla son vaxtlar onlar öz iş təcrübələrində tez-tez rastlaşırlar Təqsirləndirilən şəxs faktında da məlum olmuşdur ki. mənbə, yəni həmin naməlum İranlı müxtəlif internet sosial şəbəkələri vasitəsi ilə narkotik satması barədə elan yayımlamış, həmin elan əsasında onunla əlaqəyə çıxan müştərilərdən biri olmuş Məzahir həmin şəxslə internet üzərindən danışıq aparmaqla sövdələşərək lazım olan növdə və miqdarda narkotik vasitə sifariş vermişdir, verdiyi sifarişin pulunu elektron ödəmə terminalları vasitəsi ilə göndərdikdən sonra iranlı pulun çatdığına əmin olub sifariş olunan malın gizlədildiyi yerin ünvanını və fotosunu çəkib sifarişçiyə atmaqla realizasiyasını başa çatdırırmış. Öz növbəsində Təqsirləndirilən şəxs də həmin naməlum iranlıdan külli miqdarda narkotik vasitəni topdan satış qiymətinə, yəni nisbətən aşağı qiymətə aldıqdan sonra evində bölüb çeşidləyərək nisbətən kiçik həçmlərdə qablaşdırmaqla sonradan öz müştərilərinə sataraq qazanc əldə etməklə məşğul olurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şəxsi axtarış və götürmə aparılması haqqında" 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında Ravon markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Binəqədi rayon Polis İdarəsinin 43-ü Polis Bölməsinə aparılmış, avtomobil isə Polis Bölməsinin həyətinə yerləşdirilmişdir. Həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, E N.Qafarov və həmçinin müdafiəçi X5 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman əynində olmuş şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilərək və heroinə bənzər kütlənin çəkisi 25,11 (iyirmi beş tam yüzdə on bir) qram müəyyən olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı, 10 manat pul, 1 ədəd Redmi markalı və 1 ədəd Samsung markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsigəsi aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa qeyri qanuni əşya aşkar edilməmişdir Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək, üzəri şübhəli şəsx, müdafiəçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 tətəfındən imzalanmş, ış üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd Redmi markalı və 1 ədəd Samsung markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, ış üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 1 ədəd avtomobil açarı və 10 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 01. ış vər. 29- 31). «Avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51, 86, 177.3.1, 177.6 və 236cı maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis müvəkkilləri polis polkovnik-leytenantları Şahid1 və Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs – xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 9şayan Təqsirləndirilən şəxs, “Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili X5 iştirakları ilə protokol tərtib edilib ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 27.09.2021-ci il tarixdə saat 17:40-da ünvan 10 ünvanının yaxınlığında “Ravon" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibatı binasına gətirilmiş, avtomobili Polis Bölməsinin həyətinə yerləşdirilmiş və özü şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon" markalı avtomobilində narkotik vasitə saxladığını, həmin avtiomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Polis Bölməsinin həyətində şübhəli şəxs Təqsirləndirilən şəxs “Ravon" markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkilişdən istifadə etməklə aparılmış, 27.09.2021-ci il tarixdə saat 19:40-da başlayaraq saat 19:58-də bitmiş şəxsi baxış və götürmə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon" markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının altından bir ədəd sellofan bağlamanı təqdim etmiş, həmin bağlama avtomobilin mühərrik hissəsinin üstünə qoyularaq içərisinə baxış keçirilmiş, içərsindən 04 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkilərək çəkiləri 500(beş yüz), 500(beş yüz), 748(yeddi yüz qırx səkkiz) və 497(dörd yüz doxsan yeddi) qram müəyyən edilmiş, həmin bükümlər boş sellofan torbaya qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs avtomobilinin digər hissələrinə baxış keçirilmiş, başqa hər hansı bır əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin kütlələri bir ay əvvəl tanış olduğu İRan İslam Respublikası vətəndaşı “İlqar" adlı şəxsin vasitəsi ilə 27 sentyabr 2021-ci il tarixdə Sabunçu rayonu ərazisindən əldə etdiyini, sonradan isə həmin narkotik vasitəni "İlqar" adlı şəxsin göstərişi ilə müxtəlif ünvanlara qoyacağını, gördüyü işin müqabilində sonuncunun ona 700 manat verməli olduğunu, əvvəllər iki dəfə məhkum olunduğunu, narkotik vasitə aludəçisi və akos adlanan narkotik vasitə heroindən istifadə etdiyini, avtomobilində narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir Şəxsi axtarış və götürmə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin həyətində, axşam vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir, baxış və götürmə zamanı "Sony” markalı videokameradan istifadə etməklə vıdeoçəkiliş aparılmışdır Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxıl olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD disk əlavə olunmuşdur (cild 01. ış vər 34-35). Məhkəmə kimyəvi ekspertizasının 28.09.2021-ci il tarixli 6/4278 saylı rəyinin nəticə hissəsindən görünür k, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərflərdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 23,423 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir; Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd bağlamada təqdim olunmuş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 507 qram 508 qram. 500 qram. 510 qram olmaqla, ümumi təmiz çəkisi 2025 qram olan qəhvəyi rəngli kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2048,423 qramdır(2 kiloqram 48,423 qram) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. «Heroin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vər 42-46). "Videogörüntüyə baxış keçirilməsi haqqında" 29.09.2021-ci il tarixli protokoldan görünür ki, 27.09.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd CD-yə köçürülmüş 01 ədəd səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki. CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan "Şəxsi axtarış.mp4" adlı, Video MP4 ( mp4) tipli, 793 MB həcmli, 10 dəqiqə 45 saniyyə müddətli, 27.09.2021-ci il tarixdə yaranmış bir ədəd videogörüntü var. Həmin səsli videogörüntüdə xidməti otaqda hamısı mülki geyimində olmaqla dörd nəfər şəxsin olması əks olunur, bir sırada dayanmış üç nəfərlə üzbəüz dayanan şəxs çəkiliş başlayan zaman şəxsi axtarış və götürmə haqqında protokolun tərtib olunmasının 27.09.2021-ci il tarixdə saat 19.00- da Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasında olan xidməti otaqlardan birində başlandığını elan etməklə özünü təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X4 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-nin 51, 86, 246 2.1 və 246 4-cü maddələrinin tələblərini rəhbər tutaraq videoçəkilişdə iştirak edən şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, onunla üzbəüz istiqamətdə sol tərəfdə dayanmış şəxs özünü Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahid1 kimi, ortada dayanmış şəxs özünü Təqsirləndirilən şəxs kimi, sağ tərədə dayanmış şəxs isə “Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun vəkili X1 təqdim etdikdən sonra təhqiqatçı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 tərəfindən "Sony" markalı videkamera vasitəsi ilə çəkiliş aparıldığını, həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını elan edərək sonuncuya müraciət edərək azərbaycan dilində sərbəst başa düşüb-düşmədiyni, Faiq Yusubovu müdafiəçisi kimi qəbul edib-etmədiyni soruşub müsbət cavab aldıqdan sonra bildirir kı, "Təqsirləndirilən şəxs, Siz Baş narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyataxtarış tədbirlərinin keçirilməsi aqqında 27 sentyabr 2021-ci il tarixli qərarına əsasən, külli miqdarda narkotik vasitələrin və psıxo rop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək ünvan 11 ünvanının yaxınlığında “Ravon” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmisiniz, avtomobiliniz isə Polis Bölməsinin həyətinə yerləşdirilmişdir, gətirildikdən sonra müdafiə hüququnuz təmin edilmiş, Cinayət- Prosessual Məcəllənin 147 və 148-ci maddələrinə əsasən şübhəli şəxs qismində tutulmuşunuz tutulduqdan sonra Sizə Cinayət-Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutumuş şübhəli şəxs qismində hüquq və vəzifələriniz izah edilmişdir. Hazırda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 246-cı maddəsinə əsasən üzərinizə şəxsi axtarış keçiriləcəkdir, şəxsi axtarış keçirilməzdən əvvəl Sizdən xahiş olunur ki, üzərinizdə qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə, narkotik vasitə qabları vardırsa könüllü surətdə təqdim edəsiniz. Üzərinizdə qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və narkotik vasitə qabları varmı?”. Həmin suala Təqsirləndirilən şəxs “Var” cavabını verərək görüntünün 01 dəqiqə 51-ci saniyyəsində sağ əlini əynindəki göy rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd sellofan büküm çıxarıb təhqiqatçıya nümayiş etdirib qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçının həmin bükümün içərisində nə olması, bükümün kimə məxsus olmasına dair suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, bükümün içərisində olan kütlə narkotik vasitə “heroindir”, həmin narkotik vasitə özünə məxsusdur. Bundan sonra təhqiqatçı iş masasının üzərindən qayçı götürərək həmin sellofan bükümün yuxarı hissəsindən bir qədər kəsməklə aralayaraq içərisindəki tozşəkilli tünd qəhvəyi rəngli kütləni kameraya nümayiş etdirərək kütlənin kəskin qoxuya malik olmasını bildirir və qablaşdırılacağını elan edərək yapışqan lentdən bir qədər kəsərək həmin sellofan bükümümn ətrafına dolayır, çəkisini müəyyən etmək üçün masanın üzərində olan balaca elektron tərəzinin üzərinə qoyur, bükümün çəkisi 25,11 (iyirmi beş tam yüzdə on bir) qram gəlir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində başqa bir əşya və ya predmet olub olmadığını bir daha soruşaraq özü şəxsən onun əynindəki şalvarının ciblərinin və ayaqqabılarının içərisini yoxlamaqla üzərində axtarış aparır, şalvarın sol yan cibindən 01 ədəd avtomobil açarı, 10 manat məbləində pul, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon cihazları və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin kütləni bir ay əvvəl tanış olduğu İRan İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxsin vasitəsi ilə 27 sentyabr 2021-ci il tarixdə Sabunçu rayonu ərazisindən əldə etdiyini, sonradan isə həmin narkotik vasiətni “İlqar” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin müqabilində sonuncunun ona 700 manat məbləğində pul verəcəyini, əvvəllər iki dəfə məhkum olunduğunu, narkotik vasitə aludəçisı olduğunu və “kakos” adlanan narkotik vasitə heroindən istifadə etdiyini, həmçinin idarə etdiyi “Ravon” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə saxladığını, həmin avtomobilə baxış kesirilməsinə etirazının olmadığını, baxış zamanı həmin narkotik vasitəni təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm ağ rəngli boş zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır, mobil telefon cihazları və şəxsiyyət vəsiqəsi müvafiq izahı verilməklə götürülür, avtomobil açarı və 10 manat məbləğində pulu isə sübut əhəmiyyəti kəsb etmədiklərindən ona geri qaytarılır. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək baş verənlərin “Sony” markalı videokamera vasitəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 tərəfindən videoqeydiyyata alındığını, prosessual hərəkətin bitdiyini elan edir (cild 01, iş vər 62-64). “Videogörüntüyə baxış keçirilməsi haqqında" 29.09 2021-ci il tarixli protokoldan görünür ki, 27.09.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs avtomobilinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış. 01 (bir) ədəd CD-yə köçürülmüş səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan, “Avtomobilə baxış, mp4” adlı, Video MP4 (mp4) tipli, 1,29 QB həcmli, 17 dəqiqə 56 saniyyə müddətli, 27.09.2021-ci il tarixdə yaranmış bir ədəd videogörüntü var. Həmin səsli videogörüntüdə inzibati binanın həyətində ağ rəngli avtomobilin ətrafında hamısı mülki geyimində olmaqla dörd nəfər şəxsin olması əks olunur, bir sırada dayanmış üç nəfərlə üzbəüz istiqamətdə sağ tərəfdə dayanmış şəxs özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 kimi, ortada dayanmış şəxs özünü Təqsirləndirilən şəxs kimi, sol tərədə dayanmış şəxs isə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 təqdim etdikdən sonra təhqiqatçı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 tərəfindən “Sony” markalı videkamera vasitəsi ilə çəkiliş aparıldığını, həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış başlandığını elan edərək bildirir ki, “Təqsirləndirilən şəxs, Siz Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında 27 sentyabr 2021-ci il tarixli qərarına əsasən, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, ev 14 ünvanının yaxınlığında “Ravon” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibatı binasına gətirilmisıniz, avtomobiliniz isə PB-nin həyətinə yerləşdirilmişdir, gətirildikdən sonra üzərinizə keçirilmiş şəxsi axtarış zamanı idarə etdiyiniz “Ravon” markalı avtomobilinizdə də narkotik vasitə saxladığınızı, həmin avtiomobilə baxış keçirilməsinə etirazınız olmadığını bildirmişdiniz və bu barədə ərizə təqdim etmişdiniz. Hazırda avtombilinizdə saxladığınız narkotik vasitəni təqdim edə bilərsinizmi?”. Həmin suala Təqsirləndirilən şəxs “Bəli” cavabını verərək görüntünün 01 dəqiqə 18-ci saniyyəsində avtomobilinin qabaq sol qapısına yaxınlaşaraq əlindəki açar ilə qapının kilidini açır və avtomobilin ətrafına dövr edərək arxa sağ qapısına yaxınlaşıb həmin qapını açaraq əyilməklə salonuna daxil olur və oradan bir ədəd sellofan torbanı çıxarıb təhqiqatçıya təqdim edir. Təhqiqatçı həmin sellofan torbanın içərisinə baxış keçirilməsi üçün onu avtomobilin qabaq hissəsinə tərəf aparıb içərisindək 04 ədəd sellofan bağlamaları bir bir çıxarıb kapotun üzərinə düzür, nə olması, kimə məxsus olmasına dair suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, bağlamaların içərisində olan kütlələr narkotik vasitə “heroindir”, həmin narkotik vasitə özünə məxsusdur. Bundan sonra təhqiqatçı qayçı götürərək həmin sellofan bağlamaların hər birinin yuxarı hissəsindən bir qədər kəsməklə aralayaraq içərisindəki tozşəkilli tünd qəhvəyi rəngli kütləni kameraya nümayiş etdirərək kütlənin kəskin qoxuya malik olmasını bildirir və qablaşdırılacağını elan edərək yapışqan lentdən bir qədər kəsərək bir bir həmin sellofan bağlamaların ətrafına dolayır, çəkisini müəyyən etmək üçün avtomobilin kapotunun üzərinə qoyduğu elektron tərəzi vasitəsi ilə hər bir bağlamanı ayrı ayrılıqda çəkir, bükümlərin çəkisi 500(beş yüz), 500(beş yüz), 748(yeddi yüz qırx səkkiz) və 497(dörd yüz doxsan yeddi) qram müəyyən edilir. Daha sonra təhqiqatçı avtomobilin salonundan aşkar edilmiş 04 ədəd sellofan bükümləri sellofan torbaya yığaraq qablaşdırır, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürləyir və üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin kütləni bir ay əvvəl tanış olduğu İRan İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxsin vasitəsi ilə 27 sentyabr 2021ci il tarixdə Sabunçu rayonu ərazisindəki “Bolmart” ticarət mərkəzinin arxasından əldə etdiyini, sonradan isə həmin narkotik vasiətni 'İlqar” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin müqabilində sonuncunun ona 700 manat məbləğində pul verəcəyini, avtomobilində narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tədbiq edilmədiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinin digər hissələrinə də baxış keçirilir, iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək baş verənlərin “Sony” markalı videokamera vasitəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 tərəfindən videoqeydiyyata alındığını, prosessual hərəkətin bitdiyini elan edir (cild 01. iş vər 65-67). İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə ittiham elan olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 4(001)-1034/2021 saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdə hesablanmışdır (cild 01, iş vər. 22, 71-72, 95-97). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 29.09.2021-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli 1(009)-180/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmışdır (cild 01, ış vər. 108-110, 138-144). “CD-yə baxış keçirilməsi haqqında" 05.01.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli İş №5(001)-1761/2021 saylı qərarı əsasında "xxxx" MMC-dən AZF/LGL-34351/21 saylı 23.12.2021-ci il tarixli məktubla daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli danışıq kartlarına 01.01,2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefondan 16.05.2021-ci il tarixdə saat 04:09:30-da ***-***-**-** saylı telefona “Sen bunuynan 2 ci defediki тепе saxla deyiraen qelmirsen.qaqas sene neyise mecbur deyirəm aRqelmirsense niye qozledirsen meni?” mətnli, saat 05:01:18-də “Qaqaw texmini hacan qelersen?” mətnli; 23.05.2021-ci il tarixdə saat 18:43:54-də ***-***-**-** saylı telefona “Men senin sozunle herekwt elemİwemaa rauf men e z3nq ele bidene qaqaw swryoznu.eqer fufle temadisa mene e/e indi deqiq de” mətnİi; 24.05.2021-ci il tarixdə saat 08:35:31-də “Rauf pati qaldi vinistonun icinde.qaqaw onu ver mene qardasimsan qeyrwtin sikim onnan basqa yoxumdu” mətnli; 24.06.2021-ci il tarixdə saat 03:34:06-dan saat 04:43:30-dək olan müddət ərzində ***-***-**-** saylı telefona “At karta 20ni”. “Tez ele vaxtim ypxdu”, “Atirsan ya yox? Tez den en vaxtim yoxdu bilim iwimi", «At i ra m karti sene 5404 0852 3832 0412)), ««Adim cixacaq ceyhun ehmedov.ok», «Catdi.ora çatanda deyecem.meni qozledme» mətnli SMS-lər göndərilib. Həmçinin, İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefondan 12.05.2021- ci il tarixdə saat 14:15:48-dən 14:55:35-dək olan müddət ərzində ***-***-**-** saylı telefona «MEFDUN YOX.idi hindi kaldi 5 pal .10 kola hela dedin» məntnli, «Kijdlaq .bir soz de cixardirsan meni qırjonu koturmursan» mətnli: 13.06.2021 -ci il tarixdə saat 12:41:00-dan 15:33:21-dək olan müddətdə «San na yazmis var pati», «Harda qaldin», «Olar sana,düzalar» mətnli; 28.05.2021-ci il tarixdə saat 21:21:41-dən 22:25:25-dək olan müddət ərzində 055-504- 32-87 saylı telefona «110..DUZALDSAN 4,DUZALDA BİLARM» məntnli, «SOZ DEDA» mətnli; «İşinde ol» mətnli; «BAWA DUWMADİM» mətnli; «Alakbär noldu düzälmirsä 110 düzäld kedäy kötüräy 2dyqäyä» mətnli; «Meni qözdeme» mətnli; 04.08.2021-ci il tarixdə saat 12:01:56dan 12:03:37-dəkolan müddətdə «Qaqaw 2.dänä Siqaret kağazt mänimdi.///2.kol 0.5 pt.sanindi/// OO.mnat 2.dänä kal otağına ata.bilmäsäm zärinä kildän kötürärsän» mətnli, «2.5. 2.5 50manat menimdi» mətnli; 16.08.2021-ci il tarixdə saat 20:24:08-də «Sən .biraz az elə patı başın kedir özündən xəbərin var sənin az elə» mətnli; 27.08.2021-ci il tarixdə saat 03:35:27-də «Ay qaqaş əl vırmamışam səhər çekəriy nolub dünya dağıldı» mətnli; 30.05.2021-ci il tarixdə saat 19:13:47-dən 20:23.56-dək olan müddət ərzində ***-***-**-** saylı telefona «NOLD YEN OLARİN HAMSİ 4,5 VURMUWAM OLA,BİLAR QURAYİB YAW İDİ VURANDA AYAR QURUDUSA BİLMİRAM» mətnli; «Cehun onu man 2 кип qabaq vurmuwam» mətnli; 31.07.2021-ci il tarixdə saat 02:41:07-də ***-***-**-** saylı telefona «Qaqaş 200 mnt atdılar тепе» mətnli; 01.08.2021-ci il tarixdə saat 02:33:10-da ***-***-**- ** sayh telefona «**********293792 Alkber,Musayev .kapital» mətnli; 01.08.2021-ci il tarixdə saat 05:18:01- dən saat 05:19:56-dək olan müddətdə ***-***-**-** saylı telefona «Не, var» və «He,kelde» mətnli SMS-lər göndərilib. Diskdə əks olunmuş, iş üzrə istintaq marağı və sübut əhəmiyyəti kəsb edən məlumatlar A-4 formatlı vərəqlər üzərində çapa verilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 145-185). Ambulator məhkəmə psixiatrık ekspertizasının 01.11.2021-ci ıl tarixli 2556 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işı üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir (cild 01, iş vər. 199-202). Məhkəmə narkoloji ekspertizasının 29.12.2021-ci il tarixli 5349 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opıoıdlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu" - narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var (cild 01, iş vər. 203-204). Məhkəmə kompüter-texniki ekspertizasının 23.12.2021-ci il tarixli 5/1343 sayh rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran 'Android 11" əməliyyat sistemi ilə təhciz olunmuş “X14 9 Pro" markalı "M2003J6B2G” modelli «**********04459, **********04467» imeı kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır, smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunaraq rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür. Təqdim edilmiş bir ədəd sensor ekran “Android 11" əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A21s" markalı "SM-A217F/DSN" modelli «**********84049, **********84040» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır, smartfonun yaddaşından toplanmış hal- hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunaraq xarici yaddaş qurğusuna köçürülmüş, smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması, “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələrinin məzmuna baxış keçirilməsi mümkün olmamışdır (cild 01, iş vər. 205-209). Məhkəmə kompüter-texniki ekspertizasının 23.12.2021-ci il tarixli 5/1343 saylı ekspert rəyinə əlavə edilmiş 01 ədəd 16 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu fleşkartın yaddaşındakı məlumatlara keçirilmiş baxış zamanı müəyyən 11 olunmuşdur ki, Təqsirləndirilən şəxs 27.09.2021 -ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-də şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş və ekspertiza tədqiqatlarına göndərilmiş bir ədəd "X14 9 Pro” markalı “M2003J6B2G" modelli «**********04459, **********04467» imei-kodlu və bir ədəd “Samsung Galaxy A21s” markalı "SM-A217F/DSN" modelli «**********84049, **********84040» ımei kodlu mobil telefon cihazlarının yaddaşlarından 01 ədəd 16 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu fleşkarta köçürülmüş fayıllarda iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən xeyli sayda “WhatsApp” yazışmaları, səsli mesajlar, müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin və xüsusi rənglərlə işarələnmiş məkanların fotoşəkilləri var. Qeyd olunan 01 ədəd 16 GB həcmli elektron məlumat daşıyıcısı qurğusu – flüşkarta köçürülmüş fayllardakı məlumatlar cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin fleşkart iş üzrə maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 210-211). “Mobil telefon cıhazının yaddaşına baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 27.09.2021-ci il tarixdə polis əmədaşları tərəfindən saxlanılarkən üzərindən götürülmüş, ekspertiza tədqiqatlarından sonra istintaq orqanına geri qaytarılmış bır ədəd “X14 9 Pro” markalı “M2003J6B2G” modelli «**********04459, **********04467» imei-kodlu və bir ədəd “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli «**********84049, **********84040» imei kodlu mobil telefon cihazlarının yaddaşlarında olan video və foto fayılara, «WhatsApp» və SMS yazışmalarına keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin fayıllarda telefon cihazların istifadəçisi olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edən müxtəlif bank kartlarının, pul köçürmələri haqqında qəbzlərin, xüsusi rənglərlə işarələnmiş məkanların fotoşəkilləri mövcuddur. Həmin məlumatlar cinayət iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən A-4 formatlı vərəqlərdə çap edilməklə baxış protokoluna, qeyd olunan mobil telefon cihazları isə iş üzrə maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişlər (cild 01, iş vər. 212-229). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 28.02.2022- ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Səbail Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(009)-180/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2 3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin təsiri altına düşdüyü üçün Binəqədi Rayon Məhkəməsinin 7(001)-656/2021 saylı, 17.12 2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və 07.01 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sıyahılar»-ından "Narkotik vasitələri" əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin təmiz çəkisi 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı,istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş digər şəxsdən külli miqdarda narkotik vasitə olan heroin əldə etmək barədə onların arasında qabaqcadan heç bır razılaşma olmadığı və narkotik vasitə olan heroinı satış məqsədi ilə əldə etmədiyi barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir kı, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olmaları, onun özünün işin faktiki hallarına uyğun olan qismən etırafedici ifadələri ilə yanaşı, iş uzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Səbail Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(009)-180/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasıya Şöbəsinə tapşırılmışdır Həmin göstəriş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasıya İdarəsində 04 may 2020-ci il tarixdə icraata qəbul olunmuş, Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-cı il tarixli Qərarının 2.5-ci bəndinin təsiri altına düşdüyü üçün Binəqədi Rayon Məhkəməsinin 7(001 )-656/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla), məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən və ona məxsus avtomobilindən aşkar olunaraq götürülmüş: - təmiz çəkisi 2048,423 (iki min qırx səkkiz tam, mində dörd yüz iyirmi üç) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 2048,073 (iki min qırx səkkiz tam, mində yetmiş üç) qram olan narkotik vasitə heroin;- hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olmaqla cinayət işinin materiallarına əlavə edilmiş“X14 9 Pro” markalı “M2003J6B2G” modelli «**********04459, **********04467» imei-kodlu və bir ədəd “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli «**********84049, **********84040» imei kodlu mobil telefon aparatları isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli danışıq kartlarına 01.01.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış bir ədəd səsli videogörüntü əks olunmuş 01 ədəd CD disk və məhkəmə kompüter-texniki ekspertizasının 23.12.2021-ci il tarixli 5/1343 saylı ekspert rəyinə əlavə edilmiş 01 ədəd 16 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu – fleşkart isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən və ona məxsus avtomobilindən aşkar olunaraq götürülmüş: - qalıq çəkisi 2048,073 (iki min qırx səkkiz tam, mində yetmiş üç) qram olan narkotik vasitə heroin; hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olmaqla cinayət işinin materiallarına əlavə edilmiş“X14 9 Pro” markalı “M2003J6B2G” modelli «**********04459, **********04467» imei-kodlu və bir ədəd “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli «**********84049, **********84040» imei kodlu mobil telefon aparatları isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli danışıq kartlarına 01.01.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış bir ədəd səsli videogörüntü əks olunmuş 01 ədəd CD disk və məhkəmə kompüter-texniki ekspertizasının 23.12.2021-ci il tarixli 5/1343 saylı ekspert rəyinə əlavə edilmiş 01 ədəd 16 QB həcmli elektron məlumat daşıyıcısı qurğusu - fleşkart hazırki cinayət işinin materiallarrında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar