Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-675/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Səbuhi Sabir oğlu Hüseynovdan və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1997-ci il dekabrın 02-də Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dostu Zərərçəkmiş şəxs1 adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu Zərərçəkmiş şəxs1 qaytaracağı barədə yalan vəd verməklə aldatmış, 2022-ci il iyunun 17-də Bakı şəhəri Xətai rayonunun Sarayevo küçəsindəki «Kontakt Home» mağazasında Zərərçəkmiş şəxs1 adına altı ay krediti ödəmək şərti ilə ayrılan 3.805 manat dəyərində «İphone 13 pro max» markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməmiş, mobil telefonu Zərərçəkmiş şəxs1 xəbərsiz başqa dükana satıb pulunu özünə götürməklə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı quracağına dair yalan vəd verib inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edərək və xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini xahiş edib qısa zamanda qaytaracağına söz verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs2 2022-ci il iyunun 12-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1.800 manat dəyərində «Samsung S21» markalı mobil telefon, 2022-ci il iyunun 22-də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Gənclik» metrostansiyasının qarşısında 5.000 manat, 2022-ci il iyunun 23də Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metrostansiyasının qarşısında 1.900 manat, 2022-ci il iyunun 25-də eyni ünvanda bir ədəd 4.000 manat dəyərində «Samsung S22» markalı ULTRA modelli telefon və bir ədəd 589 manat dəyərində «Samsung» markalı qulaqcıq, 2022-ci il iyunun 30-da eyni ünvanda 3.000 manat dəyərində «İphone 13 pro» markalı mobil telefon, 2022-ci il iyul ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən «Baku Elektronics» dükanının yanındakı «E-Manat» terminalı vasitəsi ilə bank kartına köçürülən 250 manat olmaqla ümumilikdə 16.539 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib aldatmış, bu adla Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 10.000 manat, 2022-ci il iyun ayının ortalarında eyni ünvanda 10.000 manat, 2022-ci il iyun ayının axırlarında ünvan 4 ünvanının qarşısında 10.000 manat, 2022-ci il iyul ayının ortalarında Bakı şəhəri Nizami rayonunun ərazisindəki «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında 12.600 manat, 2022-ci il iyul ayının axırlarında eyni ünvanda 3.000 manat, 2022-ci il avqust ayının əvvəllərində eyni ünvanda 4.000 manat, bundan 2 gün sonra isə eyni ünvanda əlavə olaraq 4.000 manat olmaqla ümumilikdə 53.600 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində 2022-ci il iyunun 17-də dostu Zərərçəkmiş şəxs1 adına bir ay ödəmək şərti ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Kontakt Home” mağazasından qiyməti faizlə birlikdə 3.805 manat təşkil edən «İphone 13 Pro Max» markalı mobil telefon aldığını, lakin maddi çətinlik olduğu üçün telefonu bir gün sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən «Anar Telekom» dükanına 2.000 manata sataraq pulu şəxsi problemlərinə xərcləməklə sonradan Rafaelə 1.000 ödədiyini, 2022-ci ilin may ayında onun Zərərçəkmiş şəxs2 ilə tanış olmaqla aralarında yaxın münasibətlər yarandığını, pula ehtiyacı olduğundan Nərgizdən aldığı 7.150 manat pulu, həmçinin «Samsung S22» markalı ULTRA modelli, «Samsung S21» markalı və «İphone 13 pro» markalı mobil telefonları satıb ehtiyaclarına sərf etdiyini, Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin fevral ayında tanış olaraq sonuncu ilə evlənmək istədiyini, avtomobillərin icarəsi ilə bağlı birgə biznes qurmaq üçün Zərifədən 53.600 manat yox, 28.000 manat pulu hissə-hissə alsa da pulu batırdığını, hazırda Zərifəyə 21.000 manat borcu olduğunu, istintaqda döyülməklə özünə zidd ifadə verməyə məcbur edildiyini, bu barədə heç bir yerə şikayət etmədiyini göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən X7 ifadəsində sinif yoldaşı Təqsirləndirilən şəxs 2022-ci il iyunun 17-də Bakı şəhəri Xətai rayonunun Sarayevo küçəsindəki «Kontakt Home» mağazasında onun adına altı ay krediti ödəmək şərti ilə ayrılan 3.805 manat dəyərində «İphone 13 pro max» markalı mobil telefonu götürüb pulu bir ay ərzində tam şəkildə ödəyəcəyini, əks halda telefonu özünə qaytaracağını söz verməklə onu aldatdığını, dəfələrlə Göydənizdən pulu ödəməsini istəsə də nəticəsinin olmadığını, çox təkidlərdən sonra sonuncunun 2022-ci ilin sentyabr ayında ona 1.000 manat pul qaytardığını, təqsirləndirilən şəxslə barışıb Göydənizə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci il may ayının sonlarında tanış olduğunu, bir müddət sonra sonuncu onunla ailə qurmaq istədiyini bildirdikdə o, boşandığını və dörd yaşında uşağı olduğunu söyləsə də Göydəniz heç bir problem olmadığını, onu sevdiyini və evlənmək istədiyini, hətta valideyinlərindən razılıq aldığını və tezliklə onunla ailə quracağını, onu Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən bir evə aparıb həmin ünvana gəlin gətirəcəyini, özünün polis əməkdaşı olduğunu dedikdə onun inandığını və sonuncunun ondan müxtəlif bəhanələr ilə nağd pul, kreditlə aldığı iki mobil telefon qulaqcıq ilə bərabər və özünə məxsus «İphone 13 pro» markalı mobil telefonu götürməklə ümumilikdə ona 16.539 manat ziyan vurduğunu, «Samsung S21» modelli mobil telefona görə Göydənizin yerindəcə verdiyi 200 manat və «Samsung S22” ULTRA modelli mobil telefona görə sonuncunun onun kartına göndərdiyi 1.000 manat pul ilə onun ilkin ödəniş etdiyini, bir müddət ötmüş onlar görüşəndə Göydəniz artıq evli kimi olduqlarını, tezliklə evlənəcəklərini, evini girov qoyaraq ona iş görmək üçün pul verməsini dedikdə onun sonuncunun yalan danışdığını, onu aldadıb evini əlindən almaq istədiyini anladığını göstərdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin mart ayında tanış olaraq aralarında sevgi münasibətlərinin yarandığını, sonuncunun onunla ailə quracağını deməklə tez-tez müxtəlif restoranlara aparıb hədiyyələr verdiyini, Göydənizin ondan dəfələrlə 100 manat, 200 manat, 500 manat, 1.000 manat məbləğlərində borc pul alaraq vaxtında qaytardığını və bununla da onun inamını qazandığını, ona görə də sonuncu ona birgə iş fəaliyyəti ilə məşğul olmağı təklif edəndə razılaşdığını və tədricən Göydənizin ondan bu adla ümumilikdə 53,600 manat pulunu ələ keçirib ona heç bir ödəniş etmədiyini göstərdi. İş materiallarında olan 2022-ci il 28 avqust tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 borc aldığı 35.000 manat puldan 8.000 manatı 2022-ci il sentyabrın 05-dək, qalıq qalan 27.000 manatı isə 2022-ci il sentyabrın 23-dək ödəyəcəyini öhdəsinə götürmüşdür (1-ci cild, iş vərəqi 15). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 29-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 37). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 05 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 11:00-da Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Təqsirləndirilən şəxs anası X1 məlumat verilmişdir (1-ci cild, iş vərəqi 72). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 05 oktyabr tarixli qərarlarından görünür ki,Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4.-cü maddəsindən həmin Məcəllənin 178.3.2.-ci maddəsinə tövsif olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 98-99 və 101- 102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 05 oktyabr tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqa Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən zərər çəkmiş şəxslər ifadələrini təsdiqləmişlər, sonuncu da onların dedikləri ilə razılaşmışdır (1-ci cild, iş vərəqi 112-117). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 05 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il oktyabrın 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 124-128). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 05 oktyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs X7 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşaraq X4 adına «İphone 13 pro max» markalı mobil telefon götürüb 1.000 manat ödədiyini, sonradan valideynlərinin qalan məbləği ödəmədiklərini bildiyini göstərmişdir (1-ci cild, iş vərəqi 163-166). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 15 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim etdiyi altı ədəd fotoşəkilli portal çıxarışları nəzərdən keçirib ifadələrində istinad etdiyi Orxan İmanov adlı şəxsi tanımamışdır (1-ci cild, iş vərəqi 180-186). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 03 dekabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu tərəfindən zərər çəkmiş şəxs X5 1.000 manat qaytarılması maddi ziyanın ödənilməsi kimi qiymətləndirilmiş, Orxan İmanov adlı şəxs uydurulmuş insan olduğundan barəsində cinayət təqibinin başlanması rədd olunmuhdur (1-ci cild, iş vərəqi 209-219 və 221-223). Məhkəməyə təqdim olunan 2023-cü il 06 fevral tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs X7 Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunan Təqsirləndirilən şəxs anası X3 tərəfindən təqdim olunan qəbzlərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2023-cü il martın 07-də 200 manat, 2023-cü il martın 09-da 400 manat, 2023-cü il martın 18-də 200 manat, 2023-cü il martın 24-də 100 manat və 2023-cü il aprelin 11-də 20 manat, ümumilikdə 920 manat ödənilmişdir. Məhkəməyə təqdim olunan 2022-ci il 20 avqust tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 7.150 manat pulun, habelə «Samsung S22 ultra», «Samsung S21 FE» və «İphone 13 pro» markalı mobil telefonların aldığını etiraf etməklə tam ödəşini üç ay müddətində ödəyib bitirəcəyinə söz vermiş, əks halda cinayət məsuliyyətinə cəlb olunmaqla cəzasını çəkməyə hazır olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2023-cü il 28 mart tarixli 3-16-17/38/2-2090/2023 №-li məktubu ilə daxil olan 8678/2023 №-li tibb kitabçasının kserosurətindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamış, sağ qalça və sol said nahiyələrində köhnə çapıq toxuma müşahidə olunmuş, sonuncuya anadangəlmə ürək qüsuru diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun müxtəlif məzmunda göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 №-li qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncunun ilk məhkumluğunu, xəstəliyini, cavanlığını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulan maddi ziyanın qismən ödənildiyini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulan maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, həmin şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərər çəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulan maddi ziyanın qismən ödənildiyini nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il oktyabrın 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il oktyabrın 05-dən hesablansın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulan maddi ziyanla bağlı mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Səbuhi Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-675/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-675/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver