Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-676/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcə hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və X2, Zərərçəkmiş şəxs1 nümayəndələri – Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Nümayəndə2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 nümayəndəsi - Bakı şəhəri, “Mərkəz” Vəkil bürosunun vəkili Nümayəndə3, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1955-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru işləmiş, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarına əsasən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, 09 oktyabr 2021-ci il tarixdə həbsə alınmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrar vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya X10 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi və direktoru kimi 14 aprel 2009cu il tarixdə təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın tikintisinin və mənzillərin satışının həmin MMC tərəfindən aparıldığını bilməsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.5 m2 olan 71 nömrəli mənzilin 15 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 59000 manata Zərərçəkmiş şəxs4 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs4 məxsus olmasını bildiyi halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin mənzili 8 dekabr 2016-cı il tarixdə cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində 59000 (əlli doqquz min) manata Zərərçəkmiş şəxs3 yenidən mənzilin başqa şəxsə satılmasını ondan gizlətməklə aldadaraq satıb, qeyd olunan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gələrək, bunun müqabilində qeyd edilən tarixdə Zərərçəkmiş şəxs3 mənzilə görə ilkin ödəniş olaraq 23500 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, sonradan 15.01.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 03.02.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 06.03.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 22.05.2017-ci il tarixdə 2000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 15.06.2017-ci il tarixdə 6800 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 30.09.2017-ci il tarixdə 3000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini, 16.10.2017-ci il tarixdə 5000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini və 09.01.2018-ci il tarixdə 2000 manat alaraq həmin tarixli kassa mədaxil orderinin qəbzini verib, cəmi 57300 (əlli yeddi min üç yüz) manat pul vəsaitini cəmiyyətin yuxarıda qeyd olunan ofisində sonuncudan alıb, mənzilin Zərərçəkmiş şəxs3 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – 8 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini və kassa mədaxil orderinin qəbzlərini imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs3 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 57300 (əlli yeddi min üç yüz) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs4 mənzilinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bundan başqa, o, təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi və direktoru kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın tikintisinin və mənzillərin satışının həmin MMC tərəfindən aparıldığını bilməsi və həmin binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136,6 m2 olan 98 nömrəli mənzilin 21 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 136600 manata Zərərçəkmiş şəxs5 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs5 məxsus olmasını bildiyi halda, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin mənzili 26 noyabr 2016-cı il tarixdə 122000 (yüz iyirmi iki min) manata Zərərçəkmiş şəxs9 yenidən mənzilin başqa şəxsə satılmasını ondan gizlətməklə aldadaraq satıb, qeyd olunan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gələrək, bunun müqabilində həmin tarixdə cəmiyyətin ünvan 4 ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs9 mənzilə görə ilkin ödəniş olaraq 45000 manat alması barədə qeyd aparmaqla alqı-satqı müqaviləsi bağlayıb, 24.12.2016-cı il tarixdə cəmiyyətin qeyd olunan ofisində 77000 manat olmaqla cəmi 122000 (yüz iyirmi iki min) manat pul vəsaitini sonuncudan alıb yeni alqı-satqı müqaviləsi bağlayaraq, mənzilin Zərərçəkmiş şəxs9 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri – 26 noyabr 2016-cı il tarixli, 24 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini və 24.12.2016-cı il tarixli tam ödəniş olunması haqqında maliyyə arayışını imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs9 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 122000 (yüz iyirmi iki min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs5 mənzilinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bundan əlavə, o, təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla həmin MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini icra edən şəxs kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə təkrar, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nın 178.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 dəymiş 65000 manat maddi ziyanı ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X11 göstəriş verərək, 21 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 satdığı ünvan 4 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 40 m2 sahəsinin dəymiş ziyan ödənənədək Zərərçəkmiş şəxs8 anası Zərərçəkmiş şəxs7 saxlancına verilməsi, 3 ay ərzində ziyan ödənilməzsə, alıcının ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair bilə-bilə yalan məlumatların daxil edildiyi 15 iyul 2018-ci il tarixli müqavilənin cəmiyyətin həmin ünvanında yerləşən ofisində bağlanmasına nail olaraq, təkrar vəzifə saxtakarlığı törətməklə Zərərçəkmiş şəxs8 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni manafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, müqavilənin bağlanmasından 3 ay sonra dəymiş ziyanı ödəməyərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, eyni niyyətlə qulluq mövqeyindən istifadə edib cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X11 göstəriş verməklə, qeyd olunan qeyri-yaşayış sahəsini 21.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs6 satmasına baxmayaraq, qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs6 məxsus olmasını gizlətməklə Zərərçəkmiş şəxs7 aldadaraq, həmin qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verəcəyini yalandan vəd verib Rahib Şükürov vasitəsi ilə 2018-ci ilin oktyabr ayında cəmiyyətin ünvan 4 ünvanında inşa olunan binasının qarşısında Zərərçəkmiş şəxs7 əlavə 15000 manat pul alaraq, 65000 manatı dəymiş ziyanla əvəzləşdirilməklə Zərərçəkmiş şəxs7 həmin qeyri-yaşayış sahəsinin 80000 manata qanunsuz satılmasına nail olub, vəzifəli şəxs kimi həmin ünvanda qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs7 satılması barədə tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədi – 15.07.2018-ci il tarixli tam ödəniş olunması haqqında maliyyə arayışının tərtib edilməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilərək sonuncuya verilməsini, R.Şükürov tərəfindən isə sənədlərin Zərərçəkmiş şəxs7 təqdim edilməsini təmin etməklə, ondan aldığı xeyli miqdar təşkil edən 15000 (on beş min) manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs6 qeyri-yaşayış sahəsinə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini faktiki icra edən şəxs kimi "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nın 178.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 dəymiş 95000 manat maddi ziyanın ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X11 göstəriş verərək, 21 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 satdığı ünvan 4 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 80 m2 sahəsinin dəymiş ziyan ödənənədək Zərərçəkmiş şəxs1 saxlancına verilməsi, 3 ay ərzində ziyan ödənilməzsə, alıcının ona saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədləri – 15.07.2018-ci il tarixli müqavilə və maliyyə arayışının tərtib edilməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilərək, sonuncu vasitəsilə həmin tarixdə Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 təqdim edilməsini təmin etdikdən bir müddət sonra, yəni 2020-ci ilin əvvələrində sonuncu tərəfindən ziyanın ödənilməsi üçün ona verilmiş qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs6 məxsus olmasını bilinməsindən sonra Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qeyd edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.5 m2 olan 107 nömrəli mənzili 21.07.2017ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2 satmasına baxmayaraq, mənzilin Zərərçəkmiş şəxs2 məxsus olmasını Zərərçəkmiş şəxs1 gizlətməklə dəymiş ziyanın əvəzləşdirilməsi üçün qeyd edilən mənzili sonuncuya təklif edərək mənzilin başqa şəxsə satılmadığını bildirərək, 03.02.2020-ci il tarixdə göstərilən mənzilə dair alqı-satqısı müqaviləsi tərtib edərək formal Cəmiyyətin direktoru olan cinayətdən xəbərsiz Şahid4 və Zərərçəkmiş şəxs1 imzalatdıraraq, şəxsən MMC-nin möhürü ilə təsdiq edərək dəymiş ziyanın əvəzində sonuncuya təqdim etmiş bilə-bilə yalan məlumatların daxil edildiyi 03.02.2020-ci il tarixli müqaviləni və tam ödəniş barədə maliyyə arayışını həmin ofisdə Şahid4 imzalatdırıb cəmiyyətin möhürü ilə təsdiq etməklə həmin tarixdə şəxsən Zərərçəkmiş şəxs1 təqdim edib təkrar vəzifə saxtakarlığı törədərək, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni manafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, həmin əməlləri ilə Zərərçəkmiş şəxs6 qeyri-yaşayış sahəsinə və Zərərçəkmiş şəxs2 mənzilə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 2013-cü ildə "xxxx" MMC-ni təsis etmiş və 2015-ci ilin mart - aprel aylarında cəmiyyət tərəfindən ünvan 5 ünvanında 21 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. 2018-ci ilin sonlarında bir mənzilin iki və daha çox şəxsə satılması ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə ittiham verilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və ona 2 il sınaq müddəti təyin olunaraq şərti azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində işə baxılarkən Zərərçəkmiş şəxs1 dəymiş ziyanın əvəzi olaraq verilmiş qeyri-yaşayış sahəsi ilkin olaraq 2016-cı ildə Əlövsət Cahangirovun arvadı Zərərçəkmiş şəxs6 satılmışdır. Sonradan Zərərçəkmiş şəxs1 adına bağlanmış müqavilədə 1-ci mərtəbə əvəzinə səhvən 3-cü mərtəbə göstərilmişdir. Zərərçəkmiş şəxs1 faktiki olaraq 1-ci mərtəbədən 80 m2 qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuş, lakin müqavilə səhv tərtib edilmiş, Vəfaya həmin qeyri-yaşayış sahəsinin əvəzinə 2 mənzil verilənədək bunu bilməmişdir. Qeyd olunan məsələni bildikdən sonra həmin qeyri-yaşayış sahəsini 2 ədəd mənzilə dəyişmişdir. Rafiq 107 saylı 98,5 m2 sahəsi olan mənzilin faktiki sahibi olmuş və o, sonuncu ilə şifahi danışıb razılaşdığı üçün həmin şəxsə məxsus mənzili Zərərçəkmiş şəxs1 adına sənədləşdirmişdir. Rafiq isə həmin vaxt Rusiyada olmuş, buna görə də onun imtina ərizəsini ala bilməmişdir. Eyni zamanda Vəfaya və əri Nümayəndə2 bildirmişdir ki, istəyərlərsə, onlara dəymiş 95000 manat məbləğdə ziyanı qaytara bilər. Təqsirləndirilən şəxs daha sonra bildirdi ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 12.09.2017-ci il tarixli, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında arasında bağlanmış 21.08.2017-ci il tarixli, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında bağlanmış 21.06.2016-cı il tarixli müqavilələr və eyni tarixli maliyyə arayışlarında direktor qrafasının qarşısında çəkilmiş imzalar və vurulmuş möhür əksi onun tərəfindən icra edilmişdir. "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 15.07.2018-ci il tarixli müqavilədə birinci tərəf qrafasının altında olan imza və möhür əksi kürəkəni X13 tərəfindən icra edilmişdir. Müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 verilməsindən onun məlumatı olmamış, belə ki, o, həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Kürəkəni ondan xəbərsiz Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamışdır. "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 03.02.2020-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında direktor qrafasının altında çəkilmiş imza və vurulmuş möhür əksi Şahid4 tərəfindən icra edilmişdir. Cahangir onun tərəfindən direktor təyin edilmişdir. Onun əmri ilə müqavilə tərtib edilərək 2 otaqlı 107 saylı mənzil Zərərçəkmiş şəxs1 verilmişdir. 107 saylı 2 otaqlı mənzil 21.08.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 Böyükişi oğluna satılmış, sonuncunun şifahi razılığını aldıqdan sonra yenidən həmin mənzili Zərərçəkmiş şəxs1 satmışdır. Zərərçəkmiş şəxs4 ilə 2016-cı ilin aprel ayında bağladığı A. Məmmədov küçəsi, 10 ünvanında tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən bir otaqlı 71 saylı mənzilə dair dair alqı-satqı müqaviləsini həmin ilin oktyabr ayında məhkəmə qərarı ilə ləğv etdirmişdir. Ona görə də həmin mənzili Zərərçəkmiş şəxs3 satmışdır. Lakin sonra Zərərçəkmiş şəxs4 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Binəqədi rayon məhkəməsinin həmin qətnaməsini ləğv etdirmiş və mənzili yenidən mülkiyyətinə keçirmişdir. Zərərçəkmiş şəxs9 ilə "xxxx" MMC arasında bağlanmış 26.11.2016-cı il tarixli müqavilə, 26.12.2016-cı il tarixli müqavilə və maliyyə arayışındakı imza və möhür əksləri nümunələri onun tərəfindən icra edilmişdir. Zərərçəkmiş şəxs5 ilə "xxxx" MMC arasında bağlanmış 21.11.2015-ci il tarixli müqavilə və maliyyə arayışındakı imza və möhür əksləri də onun tərəfindən icra edilmişdir. Binəqədi məhkəməsinin qərarı ilə Zərərçəkmiş şəxs5 müqaviləsini ləğv etdirmişdir. Müqavilə ləğv edildikdən sonra həmin mənzili Zərərçəkmiş şəxs9 satmışdır. Eləcə də Zərərçəkmiş şəxs4la bağladığı müqaviləni göstərilən məhkəmə qərarı ilə ləğv etdirdikdən sonra həmin müqavilənin predmeti olan mənzili Zərərçəkmiş şəxs3 satmışdır. Zərərçəkmiş şəxs7 ilə "xxxx" MMC arasında bağlanmış 15.07.2018-ci il tarixli müqavilə və maliyyə arayışındakı imza və möhür əksləri kürəkəni Rahib Şükürov tərəfindən onun verdiyi etibarnamə əsasında onun tapşırığı əsasında icra edilmişdir. Rahib səhvən binanın birinci mərtəbəsi əvəzinə 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə müqavilə bağlamışdır. Rahibin 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə məlumatı olmamışdır. Həmin vaxt o, həbsdə olduğundan Rahib onun göstərişi əsasında belə bir müqavilə bağlamışdır. Oğlu Anar sadəcə Rahibin yanında olmuş, heç bir məsələyə müdaxilə etməmişdir. Zərərçəkmiş şəxs1 ilə də müqaviləni kürəkəni onun göstərişi əsasında bağlamış və Rahibin 3-cü mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs7 və Şahid3 2018-ci ilin ilin oktyabr ayında 15.07.2018-ci il tarixdə müqavilə ilə onlara verilmiş qeyri-yaşayış sahəsinin mülkiyyətlərində qalması müqabilində MMC tərəfindən 65000 manat keçən 3 ay müddətində pul qaytarılmadığı üçün kürəkəni Rahib Şükürova əlavə 15 000 manat pul ödəmişlər. Rahib həmin pulu alıb ona vermişdir. Bağladığı müqavilələr MMC-nin xidməti kompyuterində elektron formada qalmış, lakin həmin müqavilələrin hər hansı formada qeydiyyatı aparılmamışdır. "xxxx" MMC yaradıldığı vaxtdan şirkətin cəmi bir möhürü olmuş, həmin möhür də ancaq onda olmuşdur. Həmin möhürü 6-7 il əvvəl nəşriyyatda düzəltdirmiş, 2018-ci ilin əvvəllərində möhürün yazıları yeyildiyi üçün xatırlamadığı bir nəşriyyatda möhürün rezin materialdan olan hərflərdən ibarət olan yazılarını dəyişdirmişdir. Buna görə də istintaq vaxtı ona təqdim olunmuş müqavilələrdə və qəbzlərdə olan möhür əksləri təqdim edilən möhür əksləri ilə eynilik təşkil etməmişldir. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, ittiham olunduğu cinayət əməllərini törətməmişdir, onun zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək məqsədi olmamışdır, dəymiş ziyanın əvəzinə verdiyi daşınmaz əmlakı zərərçəkmiş şəxslərə olan borclarının onlar tərəfindən ödənənədək saxlanc qismində saxlanılması üçün təqdim etmişdir. İbtidai istintaq zamanı o, prokurorluğun depozitinə təqribən 174.000 manat pul qoymuşdur və həmin pul zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 ödənilməli pullardır. Zərərçəkmiş şəxs7 3.000 manat ödənilmişdir, 12.000 manat da ödəniləcəkdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 barəsində məhkəmənin qərarı mövcuddur və onun fikrincə həmin şəxslər hazırkı iş üzrə zərərçəkmiş kimi tanına bilməzlər. Ümumiyyətlə götürdükdə isə, o, məhkəmənin sonuna qədər bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə çalışacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 12 sentyabr 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında tikilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqlı 139 m2 olan 69 nömrəli mənzili 95000 manat məbləğində pulu tam ödəniş etməklə və buna dair maliyyə arayışı almaqla öz adına rəsmiləşdirmişdir. Mənzili aldıqdan bir müddət sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Korrupsiyaya qarşı mübarizə Baş idarəsində cinayət işi başlanmış və o da, həmin işdə zərərçəkmiş kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs, sonuncunun kürəkəni və etibarnamə üzrə nümayəndəsi Rahib Şükürov və oğlu Şahid6 onları inandırmağa çalışmışlar ki, məhkəmə zamanı şikayətləri olmazsa, onlara satılmış mənzilin əvəzinə rəsmi müqavilə bağlamaqla həmin binadan 80 m2 sahəsi olan qeyri-yaşayış sahəsi verəcəklər, həmçinin Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra 3 ay ərzində onlara dəymiş zərəri ödəyəcəyi ilə bağlı öhdəlik götürəcəkdir. Onlar da bununla razılaşmış və 15 iyul 2018-ci il tarixdə X13 ilə həmin binada 80 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müqavilə bağlamışlar. Müəyyən olunmuş 3 ay müddət keçdikdə onlara bildirmişlər ki, həmin qeyri-yaşayış sahəsi artıq ona məxsusdur. O, 2020-ci ilin yanvar ayının 8-i və 10-u həmin binaya əri Nümayəndə2 və qudası Kamil İsgəndərli ilə birlikdə gedib qeyriyaşayış sahəsində təmir işlərinə başlamaq istədikdə, Fərman adlı şəxs gələrək həmin qeyriyaşayış sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bu zaman başa düşmüşdür ki, Təqsirləndirilən şəxs öz yaxın qohumları ilə birlikdə onu təkrar aldatmışdır. Bundan sonra o, əri ilə bir neçə dəfə Təqsirləndirilən şəxsla telefonla danışmış, ona dəymiş zərərin ödənilməsini tələb etmişlər. Lakin Xanlar onlarla görüşməkdən yayınaraq vurulmuş ziyanı ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmünü alanda bilmişlər ki, Təqsirləndirilən şəxs kürəkəni X13 tərəfindən onunla 15 iyul 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona dəymiş zərərin əvəzinə verilən 80 m2 qeyri-yaşayış sahəsinin üzərinə hökmlə vergi borcunun ödənilməsi üçün həbs qoyulmuşdur. Qeyri-yaşayış sahəsinə görə onları aldatdığı ortaya çıxandan sonra Xanlar 03 fevral 2020-ci il tarixdə binanın birinci girişinin 16-cı mərtəbəsində yerləşən 98.5 m2 sahəsi olan 107 nömrəli 2 otaqlı mənzilin onlara satılması ilə bağlı imzalanmış və möhürlü müqaviləni onlara təqdim etmişdir. Həmin müqaviləni o da, imzalamışdır. Müqaviləni imzaladıqdan bir həftə - 10 gün sonra onlar Xanların verdiyi iki otaqlı mənzilin Rafiq adlı şəxsə məxsus olduğunu bilmişlər və Xanlardan onlara dəymiş ziyanın ödənilməsini tələb etmişlər. Xanlar bir neçə dəfə onlara dəymiş ziyanı ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməyərək onları aldatmışdır. Odur ki, məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 Zərərçəkmiş şəxs1 həyat yoldaşı olduğunu, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında tikilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqlı 139 m2 olan 69 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsinə baxmayaraq, mənzilin alqı-satqısı ilə bağlı aparılan bütün danışıqlarda və söhbətlərdə özünün şəxsən iştirak etdiyini bildirərək, həyat yoldaşının məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 21 avqust 2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 6 ünvanında inşa etdiyi binanın 1-ci girişin 16-cı mərtəbəsidə yerləşmiş 107 saylı 98.5 m2 sahəsi olan mənzili cəmiyyətin təsisçisi və direktoru Təqsirləndirilən şəxs alqı-satqı müqaviləsi bağlanmaqla 69.000 manat pul ödəyərək almışdır. 2018-ci ildə Təqsirləndirilən şəxs barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, o da, digər mənzil sahibləri kimi ifadə vermişdir. Həmin işdə bir neçə mənzillərin başqa şəxslərə satılması müəyyən edilsə də, onun mənzilinin kiməsə satılması təsdiq olunmamış, faktiki olaraq onun birinci alıcı olması səbəbindən mənzilin faktiki sahibi kimi o, müəyyən edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs ona zəng edərək həmin mənzili geri almaq istədiyini demiş və bunun üçün onun imtina ərizəsi yazmalı olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs etiraz etməmiş, lakin bunu yalnız ona mənzilin dəyəri tam ödənildikdən sonra edəcəyini bildirmişdir. Həmin vaxt Rusiyada olduğu üçün Təqsirləndirilən şəxsla sonradan danışa bilməmişdir. Lakin 2020-ci ilin mart ayında Bakı şəhərinə qayıtdıqdan sonra özü Təqsirləndirilən şəxs zəng edərək qayıtdığını bildirmiş, mənzilin nə vaxt alınacağı ilə maraqlanmış, sonuncu, ona qısa müddət ərzində məsələnin həll ediləcəyini söyləmişdir. 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs ona təkrar zəng edərək mənzili başqa şəxsin adına müqavilə ilə rəsmiləşdirdiyini bildirmiş, o isə, ondan xəbərsiz bunu etdiyinə görə etirazını bildirmişdir. Təqsirləndirilən şəxs 1 ay müddətində onun mənzilinin pulunu tam ödəyəcəyini, bundan sonra onun imtina ərizəsi yazmalı olduğunu söyləmişdir. O, Xanlara bu məsələ ona problem yaratsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və mənzili başqa şəxsə satacağını demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və mənzilin pulunu ona qısa zamanda ödəyəcəyinə söz vermişdir. Lakin o, Təqsirləndirilən şəxs ona məxsus mənzilin hər hansı digər şəxsin adına müqavilə ilə rəsmiləşdirilməsinə razılıq verməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə görə, həmin mənzil satıldıqdan sonra Təqsirləndirilən şəxs ona 30000 manat pul vermişdir və qalan məbləği isə yaxın vaxtlarda qaytaracağına söz vermişdir. O, mənzili 85000 manata satdığını Xanlara demişdir. Sonradan o, həmin mənzilin Babək adlı şəxsə satıldığını bilmiş, lakin mənzildən imtina ilə bağlı ərizə yazmamışdır. 30000 manat pulu onun tapşırığı ilə nümayəndəsi Xanlardan almışdır, lakin qalan məbləği hələ almamışdır. O, Vəfa xanımı və həyat yoldaşı Nümayəndə2 görməmişdir. Həmin mənzili hazırda Babəkin istifadəsindədir. Onun özünün isə Təqsirləndirilən şəxs qarşı hər hansı iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2017-ci ildən "xxxx" MMC-nin Binəqədi rayonu, A. Məmmədov küçəsi, 10 ünvanında tikdiyi 21 mərtəbəli binada usta işləyir. Hörgü, suvaq və rəngsaz işləri ilə məşğuldur. 2019-cu ilin dekabr ayında təsisçi Təqsirləndirilən şəxs tərəfindən o, MMC-yə direktor təyin edilmişdir. Lakin direktor səlahiyyətlərini faktiki olaraq Xanlar müəllim icra edir. Lazım olanda Xanlar müəllim onu yanına çağırtdırır və ona müvafiq sənədlərə imza etdirir. İstintaq zamanı ona tanış olmaq üçün təqdim olunmuş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 03.02.2020-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında direktor qrafasının qarşısındakı imzalar onun tərəfindən icra edilmişdir. Belə ki, Xanlar müəllim onu çağırıb həmin sənədləri imzalamağı tapşırmış, o da, müqavilə və arayışı imzalamışdır. Hər iki sənədə möhürü isə Təqsirləndirilən şəxs özü vurmuşdur. O, heç vaxt möhür görməmişdir. Həmin müqavilənin hansı məqsədlə bağlandığı barədə heç bir məlumatı yoxdur. Şahid4 ifadəsinə görə, o, Xanlar Hacıyevə özünü direktorluqdan çıxarması barədə müraciət etmiş, lakin Xanlar bunu etməmişdir. O da, məcbur qalıb bu barədə məhkəməyə müraciət etmişdir, hazırda həmin məsələyə məhkəmədə baxılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 2016-cı ildə o, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini 2 milyon manata Təqsirləndirilən şəxs almışdır. Qeyri-yaşayış sahəsi faktiki olaraq 930 m2 olmuşdur. Qeyri-yaşayış sahəsinə çıxarış verilərkən sahə ölçülərək 777,6 m2 olduğu müəyyən olunmuş və çıxarışda həmin sahə qeyd edilmişdir. Onlar yaşayış binasının 3-cü mərtəbəsinin tamamını Təqsirləndirilən şəxs almışlar. Təqsirləndirilən şəxs obyektin pulunu nağd qaydada ödəmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün həmin qeyri-yaşayış sahəsini əldə etmişdir. Hazırda qeyri-yaşayış sahəsindən hər hansı məqsədlə istifadə etmir. Zərərçəkmiş şəxs1 tanımır. Xanların həmin vətəndaşa ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsini verməsi barədə məlumatı olmamışdır. Bir neçə il əvvəl tanımadıqları şəxslər ona məxsus qeyri-yaşayış sahəsində tikinti işləri aparmaq istəyərkən oğlu Fərman onların tikinti işlərini dayandıraraq, qeyri-yaşayış sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Həmin şəxslərin şəxsiyyətləri ona məlum deyildir. 21 iyun 2016-cı il tarixdə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında bağlanmış alqı-satqı müqaviləsində adının qarşısında olan imza onun tərəfindən icra edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2018-ci il tarixli hökmü ilə Binəqədi rayonu A.Məmmədov küçəsində tikilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşən 900 m2 qeyri-yaşayış sahəsinin Vergilər nazirliyinə dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəmə tərəfindən müsadirə edilməsi barədə heç bir məlumatı yoxdur. Sözü gedən əmlakı 2016-cı ildə Təqsirləndirilən şəxs satın almışdır. 24.07.2019-cu il tarixdə həmin əmlaka hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Onlar Xanlardan 2016-cı ilin iyun ayında pulunu nağd ödəməklə obyekti almışlar. Həmin tarixdə, yəni 21 iyun 2016-da Xanlarla müqavilə bağlamışlar. Obyektin dəyəri olan 2 000 000 manat pulu 2016-cı ilin may-iyun aylarında tam olaraq Xanlara ödəmişlər. 2018-ci ilin mart-aprel aylarında binanın tikintisi yekunlaşmaq üzrə olduğundan çıxarış almaq üçün Resyestr xidmətinə müraciət etmək qərarına gəlmişlər. Lakin müqaviləni itirdikləri üçün tapa bilməmişlər. Onlar Xanların ofisinə gedərək onunla görüşmüş və müqavilənin onda olan nüsxəsini onlara verməyini xahiş etmişlər. Xanlar da özündə olan müqavilə nüsxəsini işçilərinə axtardaraq tapmış, müqavilə Xanlara veriləndən sonra adı çəkilən şəxs sənədə baxaraq müqavilənin özündə qalan nüsxəsi olduğuna görə möhür vurmadığını bildirmiş və müqavilənin üzərinə möhür vuraraq onlara vermişdir. Möhür "xxxx" MMC-nin rəsmi möhürü olduğundan onlar buna fikir verməmişlər. Ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin Zərərçəkmiş şəxs7 satılması barədə heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqi 64-66, cild 5, iş vərəqi 44-46, 159-160). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2015-ci ilin dekabr ayında şagirdlərindən birinin valideyni vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, ondan A.Məmmədov küçəsi, 10 ünvanında tikdiyi binadan ev almaq barədə razılığa gəlmişlər. Əvvəlcə onlar binanın 4-cü mərtəbəsində yerləşən bir otaqlı 29 nömrəli mənzili almaq üçün müqavilə bağlamışlar və ilkin ödəniş olaraq 8500 manat pul ödəmişlər. Qalan pulu hissə-hissə ödəmək barədə razılığa gəlinmişdir. Sonra onları Xanlarla tanış edən Miri adlı şəxs Xanların ona borcu olması səbəbindən hər ay pulun ona ödənməli olduğunu bildirmişdir. Onlar Miriyə 1700 manat pul vermişlər. Miri həmin pulu aldıqdan sonra onlardan daha pul almayaraq gözləmələrini xahiş etmişdir. Onlar bu vəziyyətdən şübhələnib "xxxx" MMC-nin ofisinə getmişlər. Xanlar onlara Mirinin ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Xanlar ona satdığı mənzilin pulunu ödəmədikləri üçün mənzili başqa şəxsə satdığını demişdir. Belə olan halda Xanlar ona binadan başqa bir ev satacağını bildirmişdir. O da, Xanlarla razılaşmış və həmin binanın 11-ci mərtəbəsindən 59.5 m2 sahəsi olan 1 otaqlı 71 nömrəli mənzilin bir m2 -ni 1000 manatdan olmaqla alqı-satqısı barədə onunla 08.12.2016-cı il tarixdə müqavilə bağlamışlar. Müqaviləni onunla Təqsirləndirilən şəxs imzalamışdır. 8500 manatdan əlavə Xanlara 15000 manat pul ödəmişlər və Xanlar da onlara 23500 manat pulun ödənilməsi barədə qəbz vermişdir. Sonra müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs hissə-hissə 33 800 manat olmaqla cəmi 57300 manat pul ödəmişlər. Xanlar həbs olunandan sonra onlar "xxxx" MMC-yə pul ödənilməsini dayandırmışlar. Korrusiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı onların aldığı mənzilin başqa şəxslərə satılmadığı qeyd edilmiş və onlar zərərçəkmiş şəxs kimi tanınmamışlar. Sonradan Nazim adlı şəxs ortaya çıxmış və onların aldığı mənzilin ona məxsus olduğunu bildirmişdir. Həmin şəxslə "xxxx" MMC arasında məhkəmə mübahisəsi olmuş və məhkəmə mənzilin Nazim adlı şəxsə verilməsi barədə qətnamə çıxarmışdır. Xanlar dəfələrlə onlara dəymiş ziyanı ödəyəcəyini bildirsə də, indiyə qədər onlara dəyən ziyanı ödəməmişdir. Odur ki, məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2016-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında tikilməkdə olan binada mənzillər satıldığını eşidərək, oradan mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə binaya getmiş, binanı tikən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla tanış olmuş və bir otaqlı mənzil almaq istədiyini bildirmişdir. Xanlar binanın 11-ci mərtəbəsindən bir otaqlı mənzil sata biləcəyini demiş, o da, bununla razılaşmışdır. Həmin vaxt hələ binanın 6-cı mərtəbəsində tikinti işləri getmişdir. 15 aprel 2016-cı ildə Xanlarla onun arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən o, "xxxx" MMC-dən ünvan 7 ünvanda tikilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 59 m2 olan bir otaqlı, 71 nömrəli mənzili 59000 manata almışdır. O, mənzilin dəyərini Təqsirləndirilən şəxs ödəyərək bu barədə maliyyə arayışı almışdır. Mənzilin müqabilində Xanlara 2011-ci il buraxılışlı “X20” markalı avtomobilini vermişdir. 2018-ci ildə o, ev aldığı binada problemlərin olduğunu, eyni mənzillərin bir neçə nəfərə satıldığını eşitmişdir. Həmin ünvana getdikdə, Xanların ofisinin qarşısındakı qapıya mənzillərin kimlərə aid olması barədə qeydlərin olduğu elan asılmışdır. Onun aldığı mənzilin Zərərçəkmiş şəxs3 adlı bir qadının adına yazıldığını görmüşdür. Həmin vaxt Xanlar artıq həbsdə olmuşdur. 2016-cı ilin sonlarında o, Xanların ona və başqa 10 nəfərə satdığı mənzillərin alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxardıldığını eşitmişdir. Lakin o, məhkəməyə çağırılmamış və çıxarılmış qətnamədən məlumatı olmamışdır. O, Binəqədi rayon məhkəməsindən həmin qətnaməni götürərək apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsində onun şikayəti təmin edilmişdir. Binəqədi rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Təqsirləndirilən şəxs nümayəndəsi həmin qətnamədən kassasiya şikayətin versə də, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlamışdır. O, mənzilə olan mülkiyyət hüquqlarını bərpa etdikdən sonra aldığı mənzili təmir etdirmək istəyərkən "xxxx" MMC buna mane olmuşdur. Buna görə də o, mənzilin təhvil verilməsi və təmir işlərinə maneçiliyin aradan qaldırılması barədə iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin 29.10.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Təqsirləndirilən şəxs həmin qətnamədən şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməmiş və 19.08.2020-ci il tarixdə mənzil ona təhvil verilmişdir. Hal-hazırda mənzildə təmir işləri aparır. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, hazırda ailə üzvləri ilə qardaşına məxsus mənzildə yaşayır. Həmin mənzil Təqsirləndirilən şəxs tikidiyi bina ilə yanaşı yerləşdiyindən və gələcəkdə qardaşının ailəsi ilə qonşu olmaq istədiyindən, həmin binadan mənzil almaq qərarına gəlmişlər. Bir gün əri Əlyar ilə "xxxx" MMC tərəfindən tikilən binaya getmişdir. Orada MMC-nin direktoru Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu, binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı, 136.6 m2 sahəsi olan 98 saylı mənzili ona sata biləcəyini bildirmişdir. Onlar Xanların təklif etdiyi mənzili almaq qərarına gəlmişlər. Mənzilə görə 122000 manat pul ödəmək barədə razılığa gəlmiş, 26 noyabr 2016-cı il tarixdə Xanlara ilkin olaraq 45000 manat ödəyərək, sonuncu ilə ilkin müqavilə bağlamışlar. Daha sonra 24 dekabr 2016-cı il tarixədək qalan 77000 manat pulu qızı Dinara ilə birlikdə Təqsirləndirilən şəxs ödəmişlər. 24 dekabr .12.2016-cı il tarixdə Xanlarla aralarında binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı, 136.6 m2 sahəsi olan 98 saylı mənzilə dair yeni müqavilə bağlamışlar. Xanlar onlara mənzilin pulunun tam ödənilməsinə dair maliyyə arayışı vermişdir. Onlar aldıqları mənzilə qapı qoydurmuş və içini suvaq etdirmişlər. 2018-ci ildə Təqsirləndirilən şəxs barəsində Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində istintaq aparılarkən müstəntiq tərəfindən şahid qismində dindirilmişdir. Daha sonra müstəntiq onun mənzilinin başqa şəxsə satılmadığını, onlara məxsus olduğunu bildirərək onu zərərçəkmiş şəxs qismində tanımamışdır. 2020-ci ilin avqust ayında onlar aldıqları mənzilə gələndə qapının dəyişdirildiyini, başqa şəxsin mənzili ələ keçirdiyini müəyyən etmişlər. Belə olan halda Təqsirləndirilən şəxsla əlaqə saxlamışlar. Xanlar onların mənzilini şərikinin borcu müqabilində başqa şəxsə verdiyini, həmin mənzilin onlara məxsus olduğunu, yaxın vaxtlarda mənzili onlara qaytaracağını bildirmişdir. Lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq, Xanlar mənzili ona geri qaytarmamış, həmçinin aldığı pulu da qaytarmaqdan imtina etmişdir. Odur ki, məhkəmədə qaldırdığı mülki iddianın təmin olunmasını və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış anası Zərərçəkmiş şəxs9 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında ev almaq məqsədi ilə oğlunun əsgər yoldaşının atası Azad adlı şəxslə tanış olmuşdur. Azad həmin binanı tikən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs şəriki olmuş, 14-cü mərtəbədə yerləşən 3 otaqlı, 136.6 m2 sahəsi olan 98 saylı mənzili ona sata biləcəyini bildirmişdir. O, Azadın təklif etdiyi mənzili almaq qərarına gəlmişdir. Mənzilə görə 136000 manat pul ödəmək barədə razılığa gəlmişlər və o, həmin pulu hissə-hissə olmaqla Azada ödəmişdir. 2015-ci ilin dekabr ayında Azad ona üzərində Təqsirləndirilən şəxs imzası və MMC-nin möhürü olan olan alqı-satqı müqaviləsini təqdim etmişdir. O da, həmin müaviləni imzalamışdır. Bundan əlavə mənzilin pulunu tam ödəməyi barədə üzərində Təqsirləndirilən şəxs imzası və MMC-nin möhürü olan maliyyə arayışı ona təqdim olunmuşdur. 2018-ci ildə onu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə çağırmışlar. Ona məlum olmuşdur ki, onun aldığı mənzili başqa bir şəxsə də satmışlar. Sonra o, həmin mənzili ona satan Azad adlı şəxsə müraciət edib belə bir problemin olduğunu bildirmişdir. Mənzili ona satan Azad adlı şəxs onun adından vəkil tutaraq məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin yekununda həmin mənzil ona qaytarılmışdır. Həmin mənzilin ondan başqa kimə satıldığı barədə heç bir məlumatı yoxdur. Hazırda göstərilən mənzil faktiki olaraq onun istifasində və mülkiyyətindədir, onun Təqsirləndirilən şəxs qarşı iddia tələbi qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 8 ildən çoxdur ki, tanıyır. Sonuncu, 2014-2015-ci illərdə ünvan 8 ünvanında çoxmərtəbəli yaşayış binası tikməyə başlamış, tikinti apardığı dövrdə problemi yarandığı üçün ondan 25000 manat borc pul almışdır. Sonra Xanların həmin pulu ona qaytarmağa imkanı olmadığı üçün o, Xanlardan yaşayış binasından ona bir otaqlı mənzil verməsini istəmişdir. Xanlar ondan əlavə kömək istədiyi üçün o, həmin şəxsin apardığı tikintiyə armatur vermişdir. Bunun müqabilində Xanlar ona 3 otaqlı mənzil verəcəyini bildirmişdir. Həmin ərəfədə ailə dostları olan Zərərçəkmiş şəxs5 ev axtardığını bilmiş, Xanlardan Zərərçəkmiş şəxs5 adına müqavilə bağlamağı xahiş etmişdir. Xanlar 21 noyabr 2015-ci il tarixdə Namiqin adına alqı-satqı müqaviləsi tərtib etdirərək imzalamış və MMC-nin möhürü ilə təsdiqləmişdir. O, hazırda xatırlamadığı miqdarda pulu və oğluna məxsus “Toyota” markalı avtomobili Xanlara vermişdir. 3 otaqlı mənzilin müqabilində Xanlara cəmi 136600 manat pul ödəmişdir. Bu barədə Xanlar Namiqin adına maliyyə arayışı tərtib edərək vermişdir. O, mənzili Namiqə verəndən bir neçə ay sonra sonuncu, müqavilədə nəzərdə tutulan məbləği ona tam ödəmişdir. Sonra 2018-ci ildə Xanların 2016-cı ilin oktyabrında Namiqin müqaviləsini Binəqədi rayon məhkəməsinin qərarı ilə ləğv etdirdiyi barədə məlumat əldə etmişlər. Onlar Namiqlə və digər müqaviləsi ləğv edilən Nazim adlı şəxslə birlikdə vəkil tutaraq həmin qətnamədən Bakı Apellyasiya məhkəməsinə şikayət etmiş və həmin qətnaməni ləğv etdirmişlər. Xanlar həmin qərardan Ali məhkəməyə şikayət etsə də, Ali məhkəmənin qərarı onların xeyrinə olmuşdur. Göstərilən mənzil Zərərçəkmiş şəxs5 qaytarılmışdır. Məhkəmə prosesi ərəfəsində Xanların onlara satdığı mənzili başqa bir vətəndaşa da satdığı ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 10 iyul 2015-ci il tarixdə "xxxx" MMC-nin ünvan 9 ünvanda inşa etdiyi binada 2 otaqlı 67 saylı mənzilə dair MMC-nin direktoru Təqsirləndirilən şəxs Məmməd oğlu ilə qardaşı X3 adına alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzili almışdır. Müqavilə bağlanan tarixdə MMC-nin direktoru Təqsirləndirilən şəxs binada yerləşən ofisdə 40.000 manat ödəniş etmişdir. Bundan sonra 2016-cı ilin aprel ayının ortalarına kimi hissə-hissə olmaqla 3 dəfəyə əlavə 25.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs ödəniş üçün vermişdir. Mənzillə bağlı cəmi 65.000 manat ödədikdən sonra binada tikintinin dayandığını görmüş, dəfələrlə övladları ilə birlikdə tikinti sahəsinə gedərək Xanlarla görüşmüşlər. Xanlar hər dəfə onları sakitləşdirərək narahat olmamaları, hər şeyin qaydasında olduğunu, binanın tez bir zamanda tikilib təhvil veriləcəyini demişdir. Növbəti dəfə tikintiyə gələrkən onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluq etdiyinə görə həbs olunmuşdur. Həmçinin bilmişlər ki, Təqsirləndirilən şəxs həbs edilməmişdən əvvəlcə onların aldığı 67 saylı mənzili 10 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən təkrar X4 79.000 manata satmış, mənzili satarkən onun xəbəri olmadan 10 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Bu məsələ onlara məlum olduqdan sonra Təqsirləndirilən şəxs kürəkəni və etibarnamə üzrə nümayəndəsi Rahib Şükürovla görüşmüşlər. Sonuncu, onlara demişdir ki, həbs yerində Təqsirləndirilən şəxsla görüşmüş, Xanlar onlara həmin binada 40 m2 qeyri-yaşayış sahəsini saxlamaq üçün 3 ay müddətinə verməsini tapşırmış, onsuz da Təqsirləndirilən şəxs onlara verməyə pulu yoxdur. Eyni zamanda Rahib Şükürov bildirmişdir ki, onlar 67 saylı mənzilə dair bağladıqları 10 iyul 2015-ci il tarixli müqavilənin və ödəniş qəbzlərinin əsillərini qaytardıqdan sonra onlara saxlanc üçün veriləcək qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsini verəcəkdir. Təqribən 2018-ci ilin iyul ayının ortalarında onlar binanın tikildiyi ünvana gələrək, qeyd edilən sənədlərin əsllərini Xanların oğlu Şahid6 vermişdir. 15 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Anar və kürəkəni Rahib Şükürov qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsini yaşadıqları ünvanda ona təqdim etmişlər. Həmin müqavilədə qeyd edilən 3 ay müddət bitdikdən sonra Rahiblə görüşmüş, Rahib onlara pul vermək imkanları olmadığını deyərək, 15.000 manat əlavə ödəniş etdikləri təqdirdə həmin qeyri-yaşayış sahəsini onun mülkiyyətinə keçirəçəyini, əlavə pul verilmədiyi halda hər şeydən məhrum olacaqlarını bildirmişdir. O da, məcbur olaraq razılaşmış, həmin vaxt binanın qarşısında 15.000 manatı Təqsirləndirilən şəxs kürəkəni Rahib Şükürova vermişdir. Bundan sonra Rahib Şükürov arxa tarixə, yəni 15 iyul 2018-ci il tarixə yazılmış maliyyə arayışını Anarla birlikdə ona təqdim etmişlər. Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının sonunda həbsdən çıxdıqdan sonra oğlu tikintidə Xanlarla dəfələrlə görüşmüş, onlara həmin binanın 3-cü mərtəbəsində yerləşən 40 m2 qeyri-yaşayış sahəsində təmir işləri aparmaları üçün şərait yaratmağı xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onları aldıqları sahəyə yaxın belə buraxmamış, müxtəlif bəhanələr ilə onları geri qaytarmışdır. 2019-cu ilin yanvar ayında onlara məlum olmuşdur ki, Xalnar və kürəkəni Rahib həmin qeyri-yaşayış sahəsini başqa şəxsə satmışlar, ondan aldıqları ümumilikdə 80.000 manat pul vəsaitini isə mənimsəmişlər. Bu səbəbdən o, müxtəlif hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Ərizələri araşdırılmış, həm Azərbaycan Respublikası Baş Prokurorluğu, həm Bakı şəhər Prokurorluğu və həm də DİN tərəfindən Binəqədi rayon Polis idarəsinə göstəriş verilmişdir ki, dələduzluq faktına görə Təqsirləndirilən şəxs və onun kürəkəni Rahib Şükürov barəsində cinayət işi başlanılsın və onlara qarşı 80.000 manat məbləği nəzərə alınmaqla, ittiham irəli sürülsün. Bu məsələdən xəbər tutan Təqsirləndirilən şəxs Binəqədi rayon Polis idarəsinə gələrək, müstəntiqə izahat vermiş, izahatında onun aldığı əmlakı satdığını etiraf etmiş və ona görə də ələ keçidiyi 80.000 manat pulu 20 dekabr 2019-cu il tarixə kimi tam şəkildə ödəyəcəyi barədə müstəntiqə iltizam vermişdir. Ancaq yenə də Xanlar vədinə əməl etməmişdir. Bu səbəbdən 11 avqust 2020-ci il tarixdə qeyd etdiyi fakta görə Binəqədi rayon Polis idarəsində Təqsirləndirilən şəxs və onun kürəkəni Rahib Şükürov barəsində dələduzluq faktına görə cinayət işi başlanmış, 1 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon Polis idarəsi tərəfində axtarış elan edilmişdir. 7 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Binəqədi rayon Polis idarəsinin MSY-nə təhvil verilmiş, sonra oradan azad edilmiş, hətta onun cinayət işi üzrə dindirilməsinə və onlarla üzləşməsinə imkan verilməmişdir. Xanlar bildimişdir ki, dələduzluq yolu ilə mənimsədiyi 80.000 manat pulu yaxın vaxtlarda tam ödəyəcəkdir. Lakin bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir. Odur ki, məhkəmədə onun və oğlu Zərərçəkmiş şəxs8 adından qaldırılmış mülki iddianın təmin olunmasını və vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, həmçinin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunan Zərərçəkmiş şəxs8 anaları Zərərçəkmiş şəxs7 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 5, iş vərəqi 176-179). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 12.09.2017-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 69 nömrəli 3 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 95000 manata Zərərçəkmiş şəxs1 satıldığı müəyyən edilir (cild 1, iş vərəqi 155-156). Cinayət işində olan 15.07.2018-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 80 m2-lik hissəsinin "xxxx" MMC tərəfindən dəymiş ziyanın əvəzində vətəndaş Zərərçəkmiş şəxs1 verildiyi müəyyən edilir (cild 1, iş vərəqi 157- 158). İş materiallarına əlavə edilmiş 03.02.2020-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsindəki 107 nömrəli 2 otaqlı mənzil "xxxx" MMC tərəfindən dəymiş ziyanın əvəzində vətəndaş Zərərçəkmiş şəxs1 verilmişdir (cild 1, iş vərəqi 161- 162). Cinayət işinə əlavə edilmiş 21.08.2017-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsindəki 107 nömrəli 2 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 69000 manata vətəndaş Zərərçəkmiş şəxs2 satıldığı müəyyən edilir (cild 1, iş vərəqi 124,126). Cinayət işində olan 21.06.2016-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsindəki cəmi 930 m2 olan qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ******* manata vətəndaş Zərərçəkmiş şəxs6 satılmışdır (cild 1, iş vərəqi 212-213). Cinayət işinin materiallarına əlavə edilmiş 08.12.2018-ci il tarixli müqavilədən və 08.12.2016, 15.01.2017, 03.02.2017, 06.03.2017, 22.05.2017, 15.06.2017, 30.09.2017, 16.10.2017 və 09.01.2018-ci il tarixli kassa mədaxil orderləri qəbzlərindən Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki 71 nömrəli 1 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 59000 manata vətəndaş Zərərçəkmiş şəxs3 satıldığı, sonuncu tərəfindən Cəmiyyətə 57300 manat ödənildiyi müəyyən edilir (cild 2, iş vərəqi 133-142). İş materiallarında olan 15.04.2018-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının surətlərindən Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki 71 nömrəli 1 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 59000 manata vətəndaş Zərərçəkmiş şəxs4 satıldığı müəyyən edilir (cild 2, iş vərəqi 197-198). Cinayət işinin materiallarına əlavə edilmiş 26.11.2016 və 24.12.2016-cı il tarixli müqavilələr və 24.12.2016-cı il tarixli maliyyə arayışından Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 14-cü mərtəbəsindəki 98 nömrəli 3 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 122000 manata vətəndaş Zərərçəkmiş şəxs9 satıldığı müəyyən edilir (cild 2, iş vərəqi 251-253). Cinayət işində olan 21.11.2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 14-cü mərtəbəsindəki 98 nömrəli 3 otaqlı mənzilin "xxxx" MMC tərəfindən 136600 manata vətəndaş Zərərçəkmiş şəxs5 satılmışdır (cild 5, iş vərəqi 4-5). İş materiallarına əlavə edilmiş 15.07.2018-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 40 m2-lik hissəsinin "xxxx" MMC tərəfindən 80000 manata vətəndaş Zərərçəkmiş şəxs7 satıldığı (65000 manatlıq hissəsi dəymiş ziyanla əvəzləşdirilməklə) müəyyən edilir (cild 5, iş vərəqi 27-28). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2019-cu il tarixli qətnaməsinin surətindən Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus kooperativ binanın 14-cü mərtəbəsindəki 98 saylı mənzilin Zərərçəkmiş şəxs5, binanın 11-ci mərtəbəsində yerləşən 71 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 satılmasına dair bağlanmış 21.11.2015 və 15.04.2016-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə Binəqədi rayon məhkəməsinin 31.10.2016-cı il tarixli qətnaməsinin ləğv edildiyi, iddiaçı "xxxx" MMC-nin Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbləri barədə iddiasının təmin edilmədiyi müəyyən edilir (cild 2, iş vərəqi 152- 158). Məhkəmə-xətşünaslıq ekspertizasının 24.08.2020-ci il tarixli 4/556 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında olan 12.09.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə, 01.07.2019-cu il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə və 03.02.2020-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə “Alıcı” qrafalarındakı imzalar; 15.08.2018-ci il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində “İkinci Tərəf” qrafasından aşağıda yerləşən “Zərərçəkmiş şəxs1” yazıları qarşısındakı imza – Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında olan 12.09.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə və 12.09.2017-ci il tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında olan 21.08.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə və 21.08.2017-ci il tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında olan 21.06.2016-cı il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində və 21.06.2016-cı il tarixli maliyyə arayışında “Avro Qrand MMC-nin direktoru” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında olan 01.07.2019-cu il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə və 01.07.2019-cu il tarixli maliyyə arayışında “Avro Qrand MMC-nin direktoru” qrafasındakı imzalar X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında olan 03.02.2020-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə və 03.02.2020-ci il tarixli maliyyə arayışında “Avro Qrand MMC-nin direktoru” qrafasındakı imzalar X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında olan 21.08.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədə “Alıcı” qrafasındakı imza Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 95-100). Sənədlərin məhkəmə-texniki ekspertizasının 31.08.2020-ci il tarixli 5/511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 15.07.2018-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 01.07.2019-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 03.02.2020-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 21.08.2017-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında bağlanmış 21.06.2016-cı il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 15.07.2018-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 01.07.2019-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 03.02.2020-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 arasında bağlanmış 21.06.2016-cı il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 21.08.2017-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 2, iş vərəqi 89-94). Sənədlərin məhkəmə-texniki ekspertizasının 05.10.2020-ci il tarixli 5/635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X8 arasında bağlanmış 18.02.2017-ci il tarixli alqı-satqı müqaviləsinin arxa tərəfində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X8 arasında bağlanmış 18.02.2017-ci il tarixli alqısatqı müqaviləsinin arxa tərəfində olan möhür əksi tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 2, iş vərəqi 213-217). Məhkəmə-xətşünaslıq ekspertizasının 08.10.2020-ci il tarixli 4/690 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs6 qızı arasında bağlanmış 21.06.2016-cı il tarixli alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza – Zərərçəkmiş şəxs6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə X8 arasında bağlanmış 18.02.2017-ci il tarixli alqı-satqı müqaviləsində “Alıcı: Abıyev Eyvaz” yazıları qarşısındakı imza X8 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə X8 arasında bağlanmış 18.02.2017-ci il tarixli alqı-satqı müqaviləsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 208-212). Məhkəmə-xətşünaslıq ekspertizasının 09.10.2020-ci il tarixli 4/816 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 08.12.2016-cı il tarixli alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza – Zərərçəkmiş şəxs3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 08.12.2016-cı il tarixli alqı-satqı müqaviləsində “Direktor” qrafasında Təqsirləndirilən şəxs yazılarından əvvəl yerləşən imza, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş 08.12.2016, 15.01.2017, 03.02.2017, 06.03.2017, 22.05.2017, 15.06.2017, 30.09.2017, 16.10.2017 və 09.01.2018-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 202-207). Sənədlərin məhkəmə-texniki ekspertizasının 22.10.2020-ci il tarixli 5/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 08.12.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş 08.12.2016, 15.01.2017, 03.02.2017, 06.03.2017, 22.05.2017, 15.06.2017, 30.09.2017, 16.10.2017 və 09.01.2018-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 08.12.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş 08.12.2016, 15.01.2017, 03.02.2017, 06.03.2017, 22.05.2017, 15.06.2017, 30.09.2017, 16.10.2017 və 09.01.2018-ci il tarixli kassa mədaxil orderləri qəbzlərinin üzərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 2, iş vərəqi 241-245). 182026049 saylı cinayət işinin materiallarına keçirilən 07.11.2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin cinayət işinin materiallarında "xxxx" MMC tərəfindən bağlanmış müqavilələrin qeydiyyatının aparıldığı kitab, jurnal və ya hər hansı sənəd mövcud deyildir (cild 5, iş vərəqi 11-17). Cinayət işinin materiallarına əlavə edilmiş 01.12.2020-ci il tarixli BPM**********15 nömrəli, 08.12.2020-ci il tarixli BPM**********88 nömrəli və 14.12.2020-ci il tarixli BPM**********75 nömrəli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 171.390 manat məbləğində pul vəsaiti cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına köçürülmüşdür (cild 5, iş vərəqi 57-58, 243-244, 256). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti məhkumetmə tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmuşdur (cild 4, iş vərəqi 45-73). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, ifadəsində ittiham olunduğu cinayət əməllərini törətmədiyini, zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək məqsədinin olmadığını, dəymiş ziyanın əvəzinə verdiyi daşınmaz əmlakı borclarının onlar tərəfindən ödənənədək saxlanc qismində saxlanılması üçün zərərçəkmiş şəxslərə təqdim etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillər tam, hərtərəfli və obyektiv şəkildə araşdırılaraq, onların iş üzrə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təqsirləndirilən şəxsin özünün verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə təyin olunaraq keçirilmiş çoxsaylı ekspertiza rəyləri və digər istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğu müəyyən edildi. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi dəyərləndirir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyalarına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə uyğun olaraq, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi, həmçinin Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə təyin olunacaq əsas və əlavə cəzalar qismən toplama yolu ilə birləşdirilməli və ona qəti olaraq müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti məhkumetmə tətbiq edilərək, ona 2 il sınaq müddəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə uyğun olaraq, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunacaq cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası qismən toplama yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 10.02.2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə baxışı dövründə qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. 09 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutularaq Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına köçürülmüş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdən həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, onun cəza çəkməsinin əvvəli qeyd olunan tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslər tərəfindən aşağıdakı mülki iddialar qaldırılmışdır: - Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 vurulmuş maddi zərərin əvəzi olaraq 80.000 (səksən min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin əvəzi olaraq 160.000 (yüz altmış min) manat, mənəvi zərərə görə 10.000 (on min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin əvəzi olaraq 57.300 (əlli yeddi min üç yüz) manat pul vəsaitinin, 5 il ərzində əldən çıxmış faydaya görə 11.460 (on bir min dörd yüz altmış) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat pul vəsaitinin; - Zərərçəkmiş şəxs9 vurulmuş maddi zərərin əvəzi olaraq 122.000 (yüz iyirmi iki min) manat və mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq onlara ödənilməsini xahiş etmişlər. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxslərin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiaları qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxslər Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddialar qaldırmış və həmin mülki iddialarla bağlı müvafiq dövlət rüsumlarını ödəmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə adları çəkilən zərərçəkmiş şəxslərə qarşı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktları öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslər tərəfindən iddia olunan mənəvi ziyan və əldən çıxmış fayda məhkəmə baxışı zamanı sübut olunmadı. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 qaldırdıqları mülki iddialar vurulmuş maddi ziyana aid hissədə, həmçinin onların mülki iddialara görə ödədikləri dövlət rüsumlarının qaytarılması hissəsində təmin olunaraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmaqla adları çəkilən şəxslərə qaytarılmalı, digər maddi və mənəvi ziyanla, həmçinin əldən çıxmış fayda ilə bağlı verilmiş mülki iddialar isə təmin olunmamalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən 171.390 manat məbləğində pul vəsaiti maddi ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun bank depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinin tələbinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Həmin Məcəllənin 99-3-cü maddəsinə əsasən, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən depozitə qoyulmuş 171.390 manat məbləğində pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunmalı, həmin vəsait iş üzrə mülki iddiaları təmin olunacaq zərərçəkmiş şəxslər arasında müştərək proporsional qaydada, yəni xüsusi müsadirə tətbiq olunacaq pul vəsaitinin (171.390 manat) hər bir zərərçəkmiş şəxsin ayrı-ayrılıqda təmin olunmuş mülki iddiaların dəyərinə uyğun faizi nisbətində aşağıdakı qaydada: - zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 80000x100:354300=22,57%, yəni 38.691 (otuz səkkiz min altı yüz doxsan bir) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 95000x100:354300=26,81%, yəni 45.958 (qırx beş min doqquz yüz əlli səkkiz) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 57300x100:354300=16,17%, yəni 27.722 (iyirmi yeddi min yeddi yüz iyirmi iki) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 122000 x100:354300=34,43%, yəni 59.018 (əlli doqquz min on səkkiz) manat hesabı ilə ödənməlidir. Həmçinin cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 578,76 (beş yüz yetmiş səkkiz) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 578,76 (beş yüz yetmiş səkkiz) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında bağlanmış müqavilələr cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 308.2ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiaları aşağıdakı qaydada qismən təmin olunsun: - vurulmuş maddi zərərin əvəzi olaraq 80.000 (səksən min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 80.030 (səksən min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 qaytarılsın; - vurulmuş maddi zərərin əvəzi olaraq 95.000 (doxsan beş min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 95.030 (doxsan beş min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılsın. Maddi zərərlə bağlı qalan hissədə və mənəvi ziyanla bağlı hissədə mülki iddia təmin edilməsin; - vurulmuş maddi zərərin əvəzi olaraq 57.300 (əlli yeddi min üç yüz) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 57.330 (əlli yeddi min üç yüz otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 qaytarılsın. Əldən çıxmış faydaya görə 11.460 (on bir min dörd yüz altmış) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsinə dair hissədə mülki iddia təmin edilməsin; - vurulmuş maddi zərərin əvəzi olaraq 122.000 (bir yüz iyirmi iki min) manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 122.030 (bir yüz iyirmi iki min otuz) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 qaytarılsın. Mənəvi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin ödənilməsinə dair hissədə mülki iddia təmin edilməsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun bank depozit hesabına Təqsirləndirilən şəxs tərəfindən köçürülmüş 171.390 (bir yüz yetmiş bir min üç yüz doxsan) manat məbləğində pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunsun və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə iş üzrə mülki iddiaları təmin olunmuş zərərçəkmiş şəxslər arasında müştərək proporsional qaydada, yəni xüsusi müsadirə tətbiq olunmuş pul vəsaitinin (171.390 manat) hər bir zərərçəkmiş şəxsin ayrı-ayrılıqda təmin olunmuş mülki iddiaların dəyərinə uyğun faizi nisbətində aşağıdakı qaydada: - zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 80000x100:354300=22,57%, yəni 38.691 (otuz səkkiz min altı yüz doxsan bir) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 95000x100:354300=26,81%, yəni 45.958 (qırx beş min doqquz yüz əlli səkkiz) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 57300x100:354300=16,17%, yəni 27.722 (iyirmi yeddi min yeddi yüz iyirmi iki) manat; - zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 122000 x100:354300=34,43%, yəni 59.018 (əlli doqquz min on səkkiz) manat hesabı ilə ödənilsin. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Məhkəmə məsrəfləri hesab edilən 578,76 (beş yüz yetmiş səkkiz) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında bağlanmış müqavilələr cinayət işinin materiallarında saxlanılsın. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-676/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-676/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver