Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-676/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı şəhər 07 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Rafət oğlu –xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonu, Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, İsmayıllı rayonu, Basqal qəsəbə ərazi dairəsi, Basqal qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxslə “WhatsApp” ani mesajlaşma tətbiqində +**********38 nömrəsi ilə əlaqə yaradıb birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən digər şəxsin içərisində külli miqdarda narkotik vasitə heroin olan 01 ədəd bükümü və içərisində külli miqdarda psixotrop maddə metamfetamin olan 02 ədəd bükümü əldə etməsinə şərait yaratması şərti ilə “Əli” adlı şəxsin eyni tətbiq vasitəsi ilə ona göndərdiyi koordinatlara uyğun olaraq istintaqa məlum olmayan yerdə və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 12,604 qram narkotik vasitə heroini və külli miqdarda yəni, 7,552 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, ünvan 1 ünvanının yaxınlığına qədər daşımış, 25 sentyabr 2021-ci il tarixində saat 17:00-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 13- cü Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun barəsində şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 12,604 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 1,320 qram olan və 01 (bir) ədəd şəffaf sellofan kəisiyinə bükülmüş halda təmiz çəkisi 6,232 qram olan, yəni ümumi təmiz çəkisi 7,552 qram olan, eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020ci il ölkədə xüsusi karantin rejimi tətbiqi olunduğu ərəfələrdə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Gündəlik olaraq psxiotrop maddə olan “methamfetamin” adlanan maddədən 0.2-0.3 qram istifadə edirmiş və ya narkotik vasitə olan “marixuana” adlanan bitkidən istifadə edirmiş. O, narkotik vasitə olan heroindən istifadə etməmişdir. Ona elan edilmiş ittihamla əlaqədar bildirmək istəyir ki, o, narkotik vasitələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, əldə etdiyi narkotik vasitələri hər zaman narkotik vasitə istifadəçələri ilə heç bir maraq güdmədən bölüşməyi xoşlayırdı. O, bildirmək isdəyir ki, bu narkotik elə bir şeydir ki, insanı hər bir hərəkəti eləməyə vadar edir. Bu səbəbdən oda narkotik vasitə olan zaman həmişə onda olan “malı” bölüşməyi sevmişdir. Ona dəfələrlə narkotik vasitəni satmaq təklif edilsə də, o, heç bir zaman qəbul etməmişdir. O, hadisə ilə bağlı demək istəyir ki, onu Bakı şəhəri, Sabunçu rayonu, “Xoca” restoranının qarşısında maşında olarkən saxlamışlar. Onu saxlayan zaman onun üzərində narkotik vasitə olmayıb. Narkotik vasitələr maşınında idi. Saxlanılan zaman maşınında 1 qramdan çox “methamfetamin” adlanan psixotrop maddə olmuşdur və həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd etmək istəyir ki, onu Sabunçu RPİ-nin 13-cü PBnə gətirmişdirlər. Həmin Bölmədə ona fiziki təzyiq göstərilmişdir. Ona bildiriblər ki, əgər həmin şəxslərə 20 000 ABŞ dolları versə, barəsində olan cinayət işinə xitam verəcəklər. O, tutulduqdan sonra səhəri gün ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Ona şəxsi axtarışda vəkil olmayacağını bildiriblər. Şəxsi axtarış zamanı onun önünə “Kent 8” markalı siqaret qutusunun içində ona məxsus olan “patı” dan başqa heroin adlanan narkotik vasitə olduğunu bildirmişdilər. O, bildirmək istəyir ki, o, “Kent 8” markalı siqarət çəkmir, başqa markalı tütün məlumatından istifadə edir. Onun üzərində sadəcə 1.2-1.3 qram “methamfetamin” adlanan psixotrop maddə olmuşdur. Əlavə olaraq bildirir ki, o, 3-cü qrup əlildir, qıcolma tutmaları və “asma” xəstəliyindən əziyyət çəkdiyini nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantıdır. 25.09.2021-ci il tarixində,“Ceyhun” adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 25.09.2021-ci il saat 16:00 radələrində əməliyyat qrupu təşkil olunmuş və “Ceyhun” adlı şəxsin şəxsiyyəti məlum olmuşdur. Məlum olmuşdur ki, həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. 25.09.2021-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində olması barədə təkrar əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu təşkil olunub və bu barədə Polis bölməsinin rəhbərliyinə məlumat vermişlər. Məlumat əsasında təxminən saat 17:00-da əməliyyat qrupu olaraq həmin ünvana gəlmişlər. Onlar Təqsirləndirilən şəxs küçədə görüb, daxil olan əməliyyat məlumatındakı əlamətlərə uyğun olduğuna görə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığı üçün Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən 13cü Polis bölməsinə gəlməyə razılıq vermişdir. Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs Rəfad oğlunun üzərinə videoçəkiliş keçirilmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə şəxsin üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmiş. Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ cibində siqaret bükümünün içərisində olan qanunsuz əşyanı şəxsin özü könüllü olaraq təqdim etmişdir. Həmin siqaret bükümünün içində olan şəffaf sellofona bükülmüş iki büküm “patı” adlandırdığı methamfetamin adlı maddə və bir büküm “kakos” adlandırdığı heroin adlanan narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu özü səmimi etiraf edərək “whatsapp” mobil tətbiqi vasitəsi ilə tanıdığı Əli adlı iranlı olmasını ehtimal etdiyi şəxs vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsindən ağacın altından götürdüyünü bildirmişdir. Təqdim etdiyi əşyalar zərfdə qablaşdırılıb, möhürlənib şəxsin telefonları ilə birlikdə ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay bundan əvvəl “Ceyhun” adlı şəxsin narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və dövriyyəsi ilə məşğul olması barədə əməlyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu təşkil edilmiş və rəhbərliyə raportla müraciət olunmuşdur. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev ünvanında saxlanılaraq Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə gətirilmişdir. Sabunçu RPİ-nin 13-cü PB-nin xidməti otaqlarının birində şəxsin üzərinə videoçəkililş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərində üç büküm narkotik vasitə olan heroin və psixotrop maddə olan methamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş əşyalar Təhqiqatçı tərəfindən zərfdə qablaşdırılıb, möhürlənib, iştirakçılar tərəfindən imzalanıb və ekspertizaya çəkilərinin müəyyən olunması üçün göndərilmişdir. Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 01) 27.09.2021-ci il tarixində Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə, 57, 119-121) 09.01.2022-ci il tarixində cinayət işi üzrə törədilmiş əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (iş vərəqə, 171-172) 10.01.2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. (iş vərəqə 193) İş materiallarındakı Məhkəmə-kimyəvi ekspertizasının 26.09.2021-ci il tarixli, 6/4266 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,320 qram, 6,232 qram ümumi təmiz çəkisi 7,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 12,604 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (iş vərəqə 41-45) İş materiallarındakı Məhkəmə-narkoloji ekspertizasının 25.10.2021-ci il tarixli, 4113 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 166-167) İş materiallarındakı Ambulator məhkəmə psixiatrik ekspertizasının 29.10.2021-ci il tarixli, 2522 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda isterik tipli şəxsiyyət pozuntusu (F60.4) qeyd olunur. Bunu iş materialları, tibbi sənədlər, anamnestik məlumatlar (hərbi xidmətdə olmaması, HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 17 b maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, qıcolma tutmalarının qeyd edilməsi) və hal-hazırki psixiatrik müayinənin nəticələri (davranışında nümayişkarlıq elementlərinin olması, əhvali-ruhiyyə fonunun dəyişkən olması, emosional dayanıqsızlığı və sair) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunmuş cinayət əməllərini törətdiyi anda onda müəyyən edilən isterik tip şəxsiyyət pozuntusu onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etmir. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozunusu qeyd edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtyac yoxdur. (iş vərəqə 169-170) İş materiallarındakı Araşdırma zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 12,604 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 12,554 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 7,552 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 7,452 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (iş vərəqə 112) İş materiallarındakı Cinayət işi materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli, bir ədəd qara rəngli “Redmi” markalı mobil telefonu, sağ cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan iki şəffaf sellofana bükülmüş ağ rəngli, kristal formalı maddəni təqdim edərək həmin maddələrin narkotik maddələr “kakos” və “şüşə” olduğunu, həmin maddələri 22.09.2021-ci il tarixində səhər saatlarında “Whatsapp” tətbiq etməsi ilə əlaqə saxladığı İran vətəndaşı olan Əli adlı şəxsin ona bildirdiyi Nəsimi rayonu, M,Qaşqay küçəsində ağacın altından bildirilən kart hesabına 350 manat pul köçürərək öz istifadəsi üçün götürüb üzərində gəzdirdiyini bildirib. Aşkar olunan 3 büküm narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 160” saylı möhürü ilə möhürlənərək götürülüb. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd “Redmi” markalı mobil telefon cinayət işi təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülüb. (iş vərəqə 32-33) İş materiallarındakı Şəxsi axtarış keçirilməsi barədə 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq xidməti otağa gətirilir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə və müdafiəçisinin iştirakı olmadan həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub- olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq 1 ədəd ağ rəngli və 1 ədəd qara rəngli, hər ikisi smartfon tipli olan mobil telefonları, həmin şalvarın sağ yan cibindən çıxararaq bir ədəd siqaret qutusunu otaqdakı masanın üzərinə qoyur. Onun üst-başı yoxlanılan zaman heç nə aşkar edilmir. Siqaret qutusunun içərisində 3 ədəd sellofan bükümünün olduğu məlum olur, Həmin bükümlərin içərisinə baxış keçirildikdə bükümlərdən ikisinin içərisində ağ rəngli, kristal formalı maddənin, digərinin içərisində isə qəhvəyi rəngli toz şəklində maddənin olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrdən bir ədəd bükümdə, qəhvəyi rəngli olanın “kakos”, digər 2 ədəd bükümdəki, ağ rəngli olanının isə “metamfetamin” olduğunu, bu maddələri “İran vətəndaşı Əli adlı şəxslə” vatsapda danışaraq 22.09.2021-ci ildə Əli adlı şəxsin vatsapda göndərdiyi ünvandan, yəni Mirəli Qaşqay küçəsində ağacın altından götürdüyünü, bunun müqabilində Əli adlı şəxsin göndərdiyi bank hesabına 350 manat pul göndərdiyini bildirir. (iş vərəqə 70-72) İş materiallarındakı Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Redmi” və 1 ədəd “Xiaomi” markalı mobil telefona baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş 27 sentyabr 2021-ci il tarixli “mobil telefon cihazlarına baxış keçirilməsi haqqında” protokola görə, “Xiaomi” markalı mobil telefon cihazı 2 SİM-lidir və yalnız 1 ədəd SİM yerləşdirilib. Mobil telefonun İMEİ kodu **********84383 və **********84382-dir. “Xiaomi” markalı mobil telefon cihazında istifadə olunan vatsapın ***-***-**-** mobil nömrəsi ilə istifadə edilməsi müəyyən olundu. “Whatsapp” tətbiq etməsində “əli əməliyyat” adı ilə qeyd edilmiş, +**********38 nömrəli istifadəçi ilə yazışmalara baxış zamanı müəyyən yeri işarələnmiş fotoşəkil və səs yazıları aşkar edildi. Həmin səs yazılarında “kola”, “torpaq”, “daş”, “patı” kimi ifadələr yer alır. Səs yazılarına görə digər tərəf (“əli əməliyyat”) mobil telefonunun istifadəçisindən (Təqsirləndirilən şəxs) narkotik maddə olması güman edilən maddəni götürməyi, müəyyən yerə qoymağı tələb edir. Təqsirləndirilən şəxs bəzi səs yazılarında ətrafda insanların çox olduğunu, rayona getdiyini qeyd edir. Təqsirləndirilən şəxs səs yazılarının birində “az istəyənə yox demə, beş-altı qram istəsələr də, məni kurs qoy gedim atım” ifadələrini deyir. Yazışmalar və səs yazıları ilə tanış olan Təqsirləndirilən şəxs həmin səs yazılarının özünə məxsus olduğunu, digər şəxsin üzərindən aşkar olunmuş narkotik maddəni sonuncu vasitəsi ilə əldə etdiyi şəxs olduğunu, fotoşəkilin isə Mirəli Qaşqay küçəsində narkotik maddələri götürdüyü yerin fotoşəkilin olduğunu bildirdi. Təqsirləndirilən şəxs bildirdi ki, götürdüyü narkotik maddənin ümumi çəkisinin 23 qram olduğunu “Əli” adlı şəxsin nəzərinə çatdırır və pulu çatmadığı üçün bu narkotik maddələrin 10 qramını “Əli” adlı şəxsin dediyi yerə qoyaraq həmin yerin fotoşəkilini “Əli” adlı şəxsə göndərəcəkdi. “Whatsapp” tətbiqetməsində “yusqa”, “Elişka”, “əflan”, “xəzi”, “rəşad peti”, “emiş” və s. adlarla qeyd edilmiş şəxslərlə aparılan yazışmalara baxış keçirildikdə mətnlərdə və səs yazılarında mütəmadi olaraq “mal”, “kakos”, "patı”, “torpaq”, “daş” və s. bu kimi narkotik maddəni nəzərdə tutuan sözlərin istifadə olunduğunu, qeyd edilən şəxslərin pul və ya hər hansı əşya qarşılığında Təqsirləndirilən şəxs narkotik maddə tələb etdikləri, Təqsirləndirilən şəxs da həmin şəxslərlə razılaşdığı aşkar edildi. İş materiallarındakı bundan başqa mobil telefonun “Qalereya” bölməsində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddənin fotoşəkilləri, həmçinin fərqli küçələrdə müəyyən yeri işarələnmiş ərazilərin fotoşəkilləri aşkar edildi. Həmin fotoşəkilləri nəzərdən keçirən Təqsirləndirilən şəxs bu şəkildəki maddələrin narkotik vasitə heroin olduğunu, bu fotoşəkilləri “Whatsapp” tətbiqetməsi vasitəsi ilə milliyyətcə iranlı olduğunu düşündüyü, Əli kimi tanıdığı şəxsin ona göndərdiyini bildirdi. Bu fotoşəkillərdən bəziləri ondan aşkar olunmuş narkotik maddənin fotoşəkilləri və bu bağlamaları götürdüyü ərazinin fotoşəkilləridir. Digər ərazilərin fotoşəkillərini də “Əli" adlı şəxs ona göndərmiş, qeyd edilən yerdə olan narkotik maddəni götürməyi tələb etmişdir. Lakin həmin yerlərə getsə də, işarələnmiş yerdə narkotik maddə tapmamışdır. Qalereya bölməsində bank hesablarına pul köçürmələrini əks etdirən qəbzlərin şəkilləri aşkar olundu. “Redmi” markah mobil telefon cihazı 2 SİM-lidir və 2 ədəd SİM yerləşdirilib. Mobil telefonun İMEİ kodu **********42955 və **********92958-dir. “Redmi” markalı mobil telefon cihazında istifadə olunan vatsapın ***-***-**-** mobil nömrəsi ilə istifadə edilməsi müəyyən olundu. “Whatsapp” tətbiqetməsində “əli əməliyyat” adı ilə qeyd edilmiş, +**********38 nömrəli istifadəçi ilə yazışmalara baxış zamanı səs yazılarında "əli” adlı şəxsin narkotik maddələr barədə danışdığı, “ataram”, “300 qram”, “10 qram", “səni yandırmaq istəmirəm” kimi ifadələr istifadə etdiyi müəyyən edildi. Bundan başqa “Əlişqa Kera” adı ilə qeyd edilmiş şəxslə də narkoik maddələr barədə yazışmaların olduğu müəyyən olundu. (iş vərəqə 73-79) İş materiallarındakı 02 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26.03.2021-cu il tarixindən 26.09.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglər, zəng edən nömrələrin sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Qeyd olunan məlumatlar 01 ədəd diskdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ibtidai istintaq orqanına daxil olmuşdur. Həmin diskdəki məlumatlara baxış keçirilmiş və bu barədə 21.10.2021-ci il tarixli, “CD-yə baxış keçirilməsi haqqında” protokol tərtib olunmuşdur. Həmin protokola görə, həmin diskdə olan “SMS_Tarixçəsi_**********3710_558717294” adlı, “PDF” formatlı fayldakı siyahı 055- ***-**- ** saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 08-06-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Ceyhun vatsapda yaz mənə tez işim var sənən” yazısı, 14-07-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Salam ceyhun menem orxan meni srocnu yig” yazısı, 07-08-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Qaqam imkan daxilinde getmemiw mene bi dene cet hec olmasa verib gede bilersen saba agrida qalmiyim qardawim pul paramda yoxdu kontur ataram saba sene ureyim” yazısı, 11-08-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Qaqa ise getmemisden qabağ mene 1dene ver getde ağrıdayam qardasimsan yadan cixartma 25manatim var yaxsu" yazısı, 16-08-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Qaqam 25manat var 04patpres.cet kola emele getire bilersen qaqancun?” yazısı, 11-09-2021-ci il tarixli, 050- ***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Ceyhun Elvindi mehle mene watsapda yaz” yazısı aşkar edilib. (iş vərəqə 156-158) İş materiallarındakı 02 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 26.03.2021ci il tarixindən 26.09.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglər, zəng edən nömrələrin sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Qeyd olunan məlumatlar 01 ədəd diskdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ibtidai istintaq orqanına daxil olmuşdur. Həmin diskdəki məlumatlara baxış keçirilmiş və bu barədə 28.10.2021-ci il tarixli, “CD-yə baxış keçirilməsi haqqında” protokol tərtib olunmuşdur. Həmin protokola görə, həmin diskdə olan “SMS_Tarixçəsi_**********1216__703393494” adlı, “PDF” formath fayldakı siyahı 070-339 34-94 saylı mobil nömrəyə digər mobil nömrələrdən daxil olan mesajların mətnini və tarixini əks etdirir. 10-08-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Gagam bidene o gunku kimi 5 manatdiq goture bilsen sabahlarim sen ol pulunu verecem soz deirem axi butun gunu agrida qalmsam bidene ac teli” yazısı, 10-08- 2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “beqo sen verdiyin patini acdimki bidene daw ozume goturem varyoxun si*** yalan deyenin terim uzumnen duwdu patinin icine qaqa pox oldu palmiwam indi bilmirem camahata ne verecem bilmirem senol qaqa” yazısı, “qaqa bugun sene atdigim o 95 man puldan and ola alaha mene bir cet kola catmiwdi oda sen verenen elave heyetde goturduyum idi onuda cekmiwem seher iwe gedende cekmeye hecneyim yoxdu qaqa patida bele poxa saldi meni qaqa indi otur ozun fikirlew 95 manatin qabaginda mene bir cet kola catmiwdi qaqa seherde o olmasa iwe gede bilmeyecem indi buraxiram seni oz kiwiliyive Allahiva senen zeng gozdeyirem beqo”, 12-08-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Qaqa salam mene yigda tecili bawiva donerem qram kola lazimdi alindirarsan?” yazısı aşkar edildi. (iş vərəqə 161-163) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, onun barəsində məlumat yoxdur. (iş vərəqə 134) Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 12,604 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 12,554 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 7,552 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 7,452 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd “Redmi” markalı mobil telefon məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Telefon məlumatlarını əks etdirən, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntünü əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak yoxdur. Cinayət işi üzrə aparılmış tədqiqatların dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpikdir və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən məhkəmə tərəfindən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanılmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələrlə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Təqsirləndirilən şəxs əməlində ilk dəfə məhkum olunması, ailənin tək qazanc mənbəyinin olması, İİİ-cü qrup əlil olması və bacısı Fatimə Cəbrayılovanın 16-17 yaşlı qızlar arasında karate idman növü üzrə dəfələrlə 1-ci yer tutduğu və Azərbaycan Respublikasının bayrağını daim yüksəltməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 12,604 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 12,554 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 7,552 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 7,452 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd “Redmi” markalı mobil telefon məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Telefon məlumatlarını əks etdirən, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntünü əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. “Xiaomi” markalı və “Redmi” markalı mobil telefonlar yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpikdir və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən məhkəmə tərəfindən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə İbtidai İstintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X4 360 (üç yüz altmış) manat pul miqdarlnda pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 12,604 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 12,554 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 7,552 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 7,452 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd “Xiaomi” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar yaxın qohumların birinə qaytarılsın. Telefon məlumatlarını əks etdirən, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198-ci maddələrinə əsasən tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə İbtidai İstintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X4 360 (üç yüz altmış) manat pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-676/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-676/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver