Məhkəmə qərarları › İş №1(101)-676/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-676/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-676/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1, müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “makaron döngəsi” nömrəsiz fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanusuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X38 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin mart ayının sonlarından 2017-ci ilin sentyabr ayının sonlarınadək olan müddətdə özünə qabaqcadan əlbir olduğu X38 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə sonuncu vasitəsi ilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Niyaməddin Abasov vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu Niyaməddin Abasov vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs3 məxsus 9.400 (doqquz min dörd yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X27 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid1 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin iyul ayının ortalarında Şahid3 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid4 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvələrində X7 məxsus 2.000 (iki min) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid5 məxsus 3.500 (üç min beş) manat məbləğində və 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid6 məxsus 7.000 (yeddi min) manat məbləğində olmaqla, göstərilən qaydada 11 şəxsə məxsus ümumilikdə 50.400 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında qabaqcadan əlbir olduğu Niyaməddin Abasov vasitəsi ilə alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, guya Zərərçəkmiş şəxs5 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinatorstatik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABBJ nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyul ayında, guya Zərərçəkmiş şəxs2 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABCS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin avqust ayında, guya Şahid5 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AACK8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya X12 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya X13 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AAB6C nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya X3 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003ABB6L nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayında, guya Şahid3 “Müştərək travma, bel fəqərəsinin sınığı, S.32.0, fəqərə sütunu-onurğa travmasından sonrakı vəziyyət 191.0. fəqərənin fəsadlaşmış sınıq çıxığından sonrakı vəziyyəti paraplegiya, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAB5J nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin oktyabr ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edib, əksini çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxardıqdan sonra hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin saxta rəsmi sənədləri qabaqcadan əlbir olduğu Niyaməddin Abasov vasitəsi ilə yuxarıda adları qeyd edilən şəxslərə təqdim edib istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 11 nəfərə məxsus cəmi 50.400 (əlli min dörd yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Niyaməddin Abasovla vahid niyyətlə ələ keçirib aralarında bölməklə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Niyaməddin Abasovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, Niyaməddin Abbasovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid54 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının əvvəllərindən 2018-ci ilin fevral ayının əvvəllərinədək olan müddətdə qabaqcadan əlbir olduğu Şahid54 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu Şahid54, cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsi ilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Şahid54la birlikdə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrıayrı şəxslərə qabaqcadan əlbir olduğu Şahid54 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsi ilə yalandan bildirərək, sonuncular vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin may ayının sonlarında X14 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin may ayının sonlarında X20 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin may ayının sonlarında Şahid12 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə X62 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid13 məxsus 3.000 (üç min) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid14 məxsus 3.000 (üç min) manat məbləğində, 9 iyun 2017-ci il tarixdə Şahid15 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid16 məxsus 3.650 (üç min altı yüz əlli) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid17 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid18 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 11 iyun 2017-ci il tarixdə Şahid19 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının sonlarında Şahid20 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının ortalarında Şahid21 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid22 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid23 məxsus 1.700 (bir min yeddi yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının sonlarında Şahid24 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid25 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid26 məxsus 3.700 (üç min yeddi yüz) manat məbləğində və 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs9 məxsus 3.900 (üç min doqquz yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 20 şəxsə məxsus ümumilikdə 75.850 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında Şahid54 almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə qeyd edilən 20 nəfərə məxsus cəmi 75.850 (yetmiş beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid54la cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsilə vahid niyyətlə ələ keçirib Şahid54la aralarında bölməklə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Şahid54la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs6 və Şahid7 vasitəsi ilə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid53 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2018-ci ilin yanvar ayının əvvəllərinədək olan müddətdə özünə qabaqcadan əlbir olduğu Şahid53 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Şahid53 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, onlara əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Şahid53 vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs10 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid27 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində, 2017-ci ilin avqust ayının ortalarında Şahid57 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin avqust ayının ortalarında X21 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin oktyabr ayının sonlarında X15 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində, 2017-ci ilin noyabr ayının sonlarında Şahid28 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin dekabr ayının əvvəllərində Şahid29 məxsus 5.000 (beş min) manat məbləğində, 2017-ci ilin dekabr ayının əvvəllərində X63 məxsus 6.500 manat məbləğində, 2017-ci ilin dekabr ayının ortalarında X28 məxsus 4.000 (dörd min) manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid31 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid32 məxsus 6.000 (altı min) manat məbləğində olmaqla, göstərilən qaydada 11 şəxsə məxsus ümumilikdə 46.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 185 ünvanında qabaqcadan əlbir olduğu Şahid53 vasitəsi ilə alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 11 nəfərə məxsus cəmi 46.500 (qırx altı min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid53 ilə vahid niyyətlə ələ keçirərək aralarında bölüb xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Şahid53 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid56 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2017-ci ilin iyun ayının sonlarınadək olan müddətdə cinayətdən xəbərsiz X48 vasitəsi ilə özlərinə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu Şahid56 vasitəsi ilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Şahid56 ilə cinayətdən xəbərsiz X48 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu Şahid56 ilə cinayətdən xəbərsiz X48 vasitəsi ilə yalandan bildirərək, onlar vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin aprel ayının sonlarında Şahid35 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin may ayının ortalarında Şahid58 məxsus 5.200 (beş min iki yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X64 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində və 2017-ci ilin iyun ayının ortalarında X29 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 4 şəxsə məxsus ümumilikdə 19.200 manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında cinayətdən xəbərsiz X16 qabaqcadan əlbir olduğu Şahid56 vasitəsi ilə almaqla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, guya X49 “Generalizə olunmuş idopatik eplepsiya və epileptik sindromla tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmalarla xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4405003AABNU nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin may ayında, guya X22 “Generalizə olunmuş idopatik epilepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AABBT nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyun ayında, guya Şahid35 “Generalizə olunmuş idopatik eplepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083004AABBS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyun ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edib, əksini çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxardıqdan sonra hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin saxta rəsmi sənədləri qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz X48 vasitəsi ilə yuxarıda adları qeyd edilən şəxslərə təqdim edib təkrarən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 19.200 (on doqquz min iki yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid56lə birlikdə cinayətdən xəbərsiz Səyyarə Tağıyeva vasitəsilə vahid niyyətlə ələ keçirərək Şahid56lə aralarında bölüb xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Şahid56lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri cinayətdən xəbərsiz Səyyarə Tağıyeva vasitəsi ilə təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, Şahid56lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid56 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin iyun ayında qabaqcadan əlbir olduğu Şahid56 cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə müraciət etmiş X39 qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz Şahid48 vasitəsi özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə ünvan 4 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Afaq Heydərovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə yalandan bildirərək, cinayətdən xəbərsiz sonuncu vasitəsilə onunla razılaşmaqla sövdələşib, eyni niyyətlə 07 iyun 2017-ci il tarixdə X39 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Komfort” şadlıq evinin qarşısında qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə ələ keçirib Şahid56lə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, guya X30 “G 30.0 erkən Alsheymer xəstəliyi, qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083603BBCDD nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin iyun ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edib, əksini çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxardıqdan sonra hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin saxta rəsmi sənədləri qabaqcadan əlbir olduğu Şahid56 və cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə X39 təqdim edib təkrarən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Afaq Heydərovaya məxsus cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid56lə birlikdə cinayətdən xəbərsiz Şahid48 vasitəsilə vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Şahid56lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X31 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla cinayətdən xəbərsiz Şahid48 vasitəsi ilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Afaq Heydərovanı təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, Şahid56lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X38 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin avqust ayının sonlarınadək olan müddətdə cinayətdən xəbərsiz Şahid49 vasitəsi ilə özlərinə müraciət etmiş ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu X38 vasitəsi ilə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu X38 ilə cinayətdən xəbərsiz Şahid49 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə qabaqcadan əlbir olduğu X38 ilə cinayətdən xəbərsiz Şahid49 vasitəsi ilə yalandan bildirərək, onlar vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid49 məxsus 9.000 (doqquz min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid51 məxsus 4.000 (dörd min) manat məbləğində, 2017-ci ilin avqust ayının əvvəllərində X50 məxsus 4.000 (dörd min) manat məbləğində və 2017-ci ilin avqust ayının sonlarında X81 məxsus 4.000 (dörd min) manat məbləğində olmaqla, göstərilən qaydada 4 şəxsə məxsus ümumilikdə 21.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda, Bakı metropoliteninin “Nəsimi” stansiyası qarşısında cinayətdən xəbərsiz Şahid49 qabaqcadan əlbir olduğu Niyaməddin Abasov vasitəsi ilə almaqla sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Niyaməddin Abasov ilə vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Niyaməddin Abasov ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Şahid53 və Şahid55 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017ci ilin oktyabr ayının ortalarından 2018-ci ilin aprel ayının əvvəllərinədək olan müddətdə özünə qabaqcadan əlbir olduğu Şahid53 və Şahid55 vasitəsi ilə müraciət etmiş ayrı-ayrı şəxslərə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə qabaqcadan əlbir olduğu Şahid53 və Şahid55 vasitəsi ilə Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmalarına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrıayrı şəxslərə qabaqcadan əlbir olduğu Şahid53 və Şahid55 vasitəsi ilə yalandan bildirərək, onlar vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 12 oktyabr 2017-ci il tarixdə Şahid40 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində, 18 noyabr 2017-ci il tarixdə X51 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində, 23 noyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs14 məxsus 5.890 (beş min səkkiz yüz doxsan) manat məbləğində, 28 noyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs15 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 03 dekabr 2017-ci il tarixdə Şahid36 məxsus 7.400 (yeddi min dörd yüz) manat məbləğində, 05 dekabr 2017-ci il tarixdə Şahid37 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 09 dekabr 2017-ci il tarixdə Şahid41 məxsus 6.000 (altı min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə Şahid38 məxsus 5.000 (beş min) manat məbləğində, 14 dekabr 2017-ci il tarixdə X32 məxsus 6.500 (altı min beş yüz) manat məbləğində, 05 fevral 2018-ci il tarixdə Şahid39 məxsus 8.000 (səkkiz min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə X17 məxsus 5.000 (beş min) manat məbləğində, 24 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs12 məxsus 5.000 (beş min) manat məbləğində, 27 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs13 məxsus 10.000 (on min) manat məbləğində, 05 aprel 2018-ci il tarixdə X40 məxsus 4.500 (dörd min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 14 şəxsə məxsus ümumilikdə 94.290 (doxsan dörd min iki yüz doxsan) manat məbləğində pul vəsaitini Şahid53 və Şahid55 vasitəsilə vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Şahid53 və Şahid55lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə həmin şəxsləri Şahid53 və Şahid55 vasitəsilə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərməsi ilə bağlı 2019-cu ilin noyabr ayının sonlarında cinayətdən xəbərsiz tanışı Şamaxı şəhər sakini Şahid45 Rizvan oğlu vasitəsilə özünə müraciət etmiş əlillik dərəcəsinə görə pensiya alan Şahid46 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, dövlət proqramına uyğun olaraq Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini qeyd edilən ərəfədə cinayətdən xəbərsiz Şahid45 vasitəsi ilə sonuncuya məxsus ünvan 6 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid46 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli 3 otaqlı mənzillə təmin edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid46 cinayətdən xəbərsiz Əzizxan Fərhədov vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə Şahid46la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayının sonlarında ünvan 6 ünvanında Şahid46 məxsus 20.000 manat məbləğdə pul vəsaitini Şahid45 almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid46 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid45 vasitəsilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qəhrəman Fərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu cinayətdən xəbərsiz Şahid45 vasitəsilə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mənzil məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərməsi ilə bağlı 2019-cu ilin dekabr ayının sonlarında cinayətdən xəbərsiz tanışı, Şamaxı şəhər sakini Şahid45 Rizvan oğlu vasitəsilə özünə müraciət etmiş əlillik dərəcəsinə görə pensiya alan X23 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, dövlət proqramına uyğun olaraq Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini qeyd edilən ərəfədə cinayətdən xəbərsiz Şahid45 vasitəsi ilə sonuncuya məxsus ünvan 6 ünvanında görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Dürdanə İsmiyevanın xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli şərtlərlə 3 otaqlı mənzillə təmin edilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Dürdanə İsmiyevaya cinayətdən xəbərsiz Əzizxan Fərhədov vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə Dürdanə İsmiyeva ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin dekabr ayının sonlarında ünvan 6 ünvanında Dürdanə İsmiyevaya məxsus 15.000 manat məbləğdə pul vəsaitini Şahid45 almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Dürdanə İsmiyevaya məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid45 vasitəsilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Dürdanə İsmiyevanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu cinayətdən xəbərsiz Şahid45 vasitəsilə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əlillik dərəcəsinin alınmasına və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərməsi ilə bağlı 2020-ci ilin dekabr ayında özünə müraciət etmiş Şahid42 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edib, dövlət proqramına uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu “Məmmədli” dairəsi ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini qeyd edilən ərəfədə Bakı şəhəri Sabunçu rayonu Şuşa şəhərciyi 12-ci sahə nömrəsiz fərdi qaydada tikilmiş evdə görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid42 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlam olmasına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə və dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli şərtlərlə 3 otaqlı mənzillə təmin edəcəyinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid42 yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə Bakı şəhəri Sabunçu rayonu Şuşa şəhərciyi 12-ci sahə nömrəsiz fərdi qaydada tikilmiş evdə xx.xx.2021-ci il tarixdə 5.000 (beş min) manat, 12 mart 2021-ci il tarixdə 2.000 (iki min) manat məbləğdə pul vəsaitini vahid niyyətlə almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid42 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid42 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə anası Şahid44 aldığı pensiyanın İ qrup əlilliyə uyğun hesablanması, eləcə də xx.xx.2008-ci il təvəllüdlü övladı X41 əlillik dərəcəsinin alınmasına kömək göstərilməsi və bacısı oğlu xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Özgür Natiq oğlunun sağlamlıq imkanlarının məhdud olduğuna görə təyin olunmuş pensiyanın müddətinin uzadılmasına köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin mart ayının əvvəllərində özünə müraciət etmiş tanışı Ağdam rayon Quzanlı qəsəbə sakini Şahid43 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim edib, həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini qeyd edilən ərəfədə ünvan 7 ünvanında görüşləri zamanı Şahid43 yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid44, Seymur Həsənovun və Özgür Məmmədlinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanusuz hərəkətə, yəni Şahid44 İİ qrup əlil olmasına baxmayaraq, aldığı pensiyanın İ qrup əlilliyə uyğun hesablanması, həmçinin öz övladı Seymur Həsənovun sağlam olmasına baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsinə görə, eləcə də bacısı oğlu Məmmədli Özgür Natiq oğlunun təyin olunmuş pensiyanın müddətinin uzadılmasına görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan ümumilikdə 8.750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid43 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 04 mart 2021-ci il tarixdə ünvan 8 ünvanında 1.500 (bir min beş yüz) manat, Ağdam rayonu Quzanlı qəsəbəsində Şahid43 yaşadığı evdə xx.xx.2021-ci il tarixdə 1.500 (bir min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 3.500 (üç min beş yüz) manat, 2021-ci ilin mart ayının sonlarında 1.000 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, guya X24 “Qazanılmış böyrək kistası, böyrəklərin poliskistozu, başqa rubrikalarda təsnif edilən digər xroiki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya, xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək çatmazlığı V mərhələ, proqramlı hemodializ (həftədə 3 dəfə 4 saat), böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, nefrogen hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0097003AASL9 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2021-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2021-ci ilin mart ayında Bakı şəhərində istintaqa məlum olmayan yerdə istifadəsində olan kompüterlə tərtib edib, əksini çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində çıxardıqdan sonra hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tərkarən qanunsuz olaraq saxtalaşdırmaqla hazırladığı həmin saxta rəsmi sənədi Şahid43 təqdim edib təkrarən istifadə etməklə, eyni niyyətlə xx.xx.2021-ci il tarixdə 1.000 (bir min) manat olmaqla, cəmi 8.500 manat məbləğində pul vəsaitini Şahid43 nağd qaydada almaqla, xx.xx.2021-ci il tarixdə sonuncunun Ağdam rayonu Quzanlı qəsəbəsində olan “Ağdam” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı ilə cinayətdən xəbərsiz X52 "xxxx" ASCyə məxsus 4169******1574 nömrəli plastik kartına göndərilmiş 250 manat məbləğində pul vəsaitini sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb özünə təqdim etməklə, ümumilikdə 8.750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində Şahid43 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus həmin pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid44, Seymur Həsənovun və Özgür Məmmədlinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid43 təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasında sədr vəzifəsində işləmiş Şahid11 mərhum anasının müalicə həkimi vasitəsilə tanımış, şəhid qardaşına görə anasına pensiya düzəldilməsi ilə bağlı anası Şahid11 11700 manat pul vermişdir. Şahid11 anasına aylıq 670 manat pensiya təyin etdirəcəyinə söz vermiş, lakin anası rəhmətə getdiyindən həmin iş yarımçıq qaldı. Pərviz müəllim hissə-hissə olmaqla ona 1900 manat pul qaytarsa da, qalan pulu qaytarmamışdır. Şahid11 ona təklif etmişdir ki, digər şəxslərə əlillik qrupu pul müqabilində verə bilər, o, belə şəxsləri ona təqdim etdikdə onlardan aldığı pul hesabına borcu bağlaya bilər. O da onunla razılaşaraq ondan şikayət etməmişdir. 2016-cı ilin dekabr ayında Şahid11 yanına getmiş, Pərviz müəllim iş yerini Suraxanı rayonuna dəyişəcəyini və Tibbi Sosial Ekspert Komissiyasının sədri işləyəcəyini deyib əgər pensiya almaq istəyən şəxslər olarsa, onlara pensiya almalarına köməklik edəcəyini təklif etdi, əlillik sənədi düzəldə biləcəyini, kənar adamların olmamasını bildirdi və mənə də bu işlərdə pul verəcəyinə söz verdi. O, həmin vaxt işsiz olduğundan bu təkliflə razılaşdı və 2016-cı ilin dekabr ayından həmin işlə məşğul olmağa başladı. O, ayrı-ayrı şəxslərin xəstəliklərinin olması ilə bağlı əlillik dərəcəsi ilə pensiya düzəldilməsinə görə pul alıb Şahid11 verirdi. O, pul aldığı şəxsləri əsasən respublikanın müxtəlif xəstəxana və poliklinikalarında görüb təsadüfən tanımışdır. Ona pul verən şəxslər özləri də adamlar tapıb onlardan pul almış, lakin onların həmin şəxslərdən nə qədər məbləğdə pul almalarını bilməmişdir. O, pensiyası düzələn şəxsləri tanımamış,həmçinin birbaşa onların özlərindən pul götürməmiş, lakin həmin şəxslərin müvafiq sənədlərini, şəxsiyyət və ya hərbi biletinin surətlərini pul aldığı şəxslər ona təqdim etmiş və həmin şəxslərin sənədlərini pulla birlikdə Şahid11 iş yerində və yaxud yaşadığı bağ evinin yaxınlığında vermişdir. Pensiya alacaq şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair əlillik dərəcəsi sənədlərini bəzi vaxtlar Şahid11 özü şəxsən ona vermiş, bəzi vaxtlarda telefonla “WhatsApp” tətbiqi vasitəsilə göndərmişdir. Pərviz müəllim “WhatsApp”la göndərdiyi şəxslərin həqiqi xəstə olan şəxslər olduğunu, onların qeydiyyatda olduqları rayona gedib şəxsiyyət vəsiqələrini təqdim etməklə onlara pensiya verilməsinin sənədləşdirilməsini tapşırırdı, ancaq sağlam adamlar üçün əlillik dərəcəsi düzəldərkən, həmin sənədləri “WhatsApp”la deyil, əlbəəl gəlib götürməyini bildirdiyindən əlillik dərəcəsi düzəldilən şəxslərin sənədini Şahid11 şəxsən özü götürürdü. O, ayrı-ayrı şəxslərdən hissəhissə olmaqla, ümumilikdə aldığı 194.700 manat pulu Şahid11 vermiş, Pərviz müəllim həmin puldan ümumilikdə hissə-hissə olmaqla ona təxminən 46000 manat pul vermişdi. Tanışları Şahid56, Niyaməddin Abasov, Şahid53, Şahid55 və Şahid54la birlikdə əlillik dərəcələri üzrə pensiya təyin edilməsi üçün onlara müraciət edən bəzi şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq həmin pulların əsas hissəsini TSEK sədri Şahid11 vermişdir. Bəzi şəxslərin pensiya işi alınsa da, bəzilərinin işi alınmamışdır. İstintaqın ilkin gedişində bu barədə Şahid11 onunla və həyat yoldaşı Rasimlə dəfələrlə telefon danışıqları olmuş və Pərviz müəllim ondan onun adını istintaqda çəkməməyini, vəzifəli şəxs olmaqla işləri daha da çətinə salmamağı deyərək pulların qaytarılmasında köməklik edəcəyinə söz versə də, sonradan geri çəkilərək pulları ödəməyə kömək etməmişdir. Ona Şahid11 cəmi 14000 manat pul qaytarmış. Şahid56, Niyaməddin Abasov, Şahid53, Şahid55 və Şahid54 müraciət edən şəxslərin pensiya işləri düzəlib bir neçə ay sonra ləğv edildiyindən və ümumiyyətlə pensiyaları düzəlmədiyindən sonradan şikayət edən şəxslər ərizələrində çox məbləğlər göstərdikləri üçün başa düşmüşdür ki, onlar ayrı-ayrı şəxslərdən onun adından istifadə etməklə əlavə pullar almışlar. O, şikayət edən şəxsləri birbaşa deyil, Şahid56, Niyaməddin Abasov, Şahid53, Şahid55 və Şahid54 vasitəsilə tanımaqla onlarla iş görmüşdür. Pensiyası düzələn hər bir maklerə pulunu gətirdiyi şəxs qohumu və ya tanışı olmasından asılı olmayaraq o onlara pul verməmişdir. Ona sonradan aydın oldu ki, maklerlər özləri həmin şəxslərdən artıq pul götürmüşlər. Əlillik dərəcəsi ilə pensiya düzəldilməsinə görə müraciət edən Şahid53, Niyaməddin Abasov, Şahid54, Şahid56 və Şahid55 əlilliyə görə təqaüd düzəldilməsi işlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən yaxın tanışımın vasitəsilə həll etdiyini, pensiyanın 2-3 ay ərzində, əlillik dərəcəsinin və müddətindən asılı olaraq müddətsiz İİ qrup əlilliyə görə 2000-2500 manat, İ qrup əlilliyə görə isə 3000-3500 manata həll olunacağı barədə məlumat vermişdir. Hər bir şəxsin pensiyasına görə konkret olaraq Şahid11 ona 200-250 manat pul vermiş, bəzən isə 300 manat pul verirdi.Müraciət edənlərin əlillik dərəcələri ilə pensiyalarının düzəldilməsinin qanuni şəkildə nazirlik səviyyəsində həll etdiyini deyən Şahid11 dediyi sözə inanıb, o da həmin şəxslərə işlərin qanuni şəkildə həll olunduğunu izah etməklə Pərviz müəllimə həmin şəxslərdən aldığı pulları verməklə həmin şəxslər müxtəlif əlillik dərəcələri ilə pensiyaya çıxarılmış, bəzilərinin işləri alınmayaraq əlillik dərəcəli pensiyaları düzəldilməmişdir. Pensiyası düzələnlərin isə bir neçə aydan sonra sənədlərinin saxta olduğu müəyyən edilərək pensiyaları kəsilmiş və bundan sonra müraciət edənlərin haqlı narazılıqları yaranaraq pullarını tələb etməyə başlamışlar. O, vətəndaşlardan aldığı pulların 152.000 manatını maklerlər vasitəsi ilə qaytarmışdır. Daha doğrusu, bu məbləği maklerlərə vermişdir ki, onlar da vətəndaşlara qaytarsınlar. Qeyd etmək istəyir ki, Şahid56lə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Cavanşir küçəsində yerləşən dənizçilər poliklinkasında terapevt işləyən Rüxsarə həkimin yanında tanış olmuş, Şahid56 bir neçə yaxın qohumları üçün Şahid11 vasitəsilə əlilik dərəcəsi düzəltmişdir. Şahid56 müraciət edən qohumların pulunu Şahid11 verməyə gedəndə Şahid56 də onunl birlikdə Bakı şəhəri, Suraxanı tibbi sosial ekspert komissiyasının yerləşdiyi binaya getmiş, həmin şəxslərin pensiya işlərini düzəltdirmiş, lakin həmin şəxslərə bir neçə aydan sonra pensiyanın verilməsi dayandırılmışdır. Şahid56 Bakı şəhər sakini Səyyarə adlı qadının ona müraciət etməsi ilə bir neçə tanışına əlillik dərəcəsi düzəldilməsindən ötrü ona pul vermiş, lakin həmin məbləğləri və şəxsləri xatırlamır.Pərviz ona bu işlər üçün 27000 manat vermişdi. Pərvizə vətəndaşlara qaytarmaq üçün 21000 manat pul vermişdir. 2017-ci ilin yaz aylarında Biləsuvar rayon sakini X38 ilə Respublika Klinik xəstəxanasında tanış olmuş, Niyaməddin özü ona əlillik dərəcəsi düzəltməklə məşğul olduğunu, hazırda iş gördüyü şəxslərin işdən çıxarıldığını, əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya Tibbi Sosial Ekspert Komissiyasında tanış adam olsa yaxın qohumlarına əlillik dərəcəsi düzəltmək istədiyini bildirmiş, o da Niyaməddinə vəzifədə işləyən tanışının olduğunu deyərək Niyaməddini Şahid11 iş yerinə aparıb, onları tanış etmiş və əlillik dərəcələri üçün müraciət etmək istəyən şəxslərin olduğunu bildirdikdə Şahid11 ona təklikdə demişdir ki, onun yanına heç kimi gətirməsin. Bu barədə Niyaməddinə demiş, Niyaməddin də onunla razılaşaraq bir neçə gün sonra arvadınıın pensiyaya çıxması üçün ona 4000 manat pulu Şahid11 işlədiyi binanın qarşısında vermiş və həmin pulu o, Şahid11 iş otağında vermişdir. Niyaməddinə də 3900 manat pul qaytarmışdır. Niyaməddinin ozünün ona 24 000 manat borcu var, bu barədə əlyazması da var. Niyaməddin Abasov vasitəsilə Şahid49 müraciət edən şəxslərin əlillik dərəcələrinin düzəldilməsi üçün 21000 manat deyil, 15000 manat almış və aldığı pulu da tam olaraq qaytarmışdır, həmin pullardan 6000 manat pulu Niyaməddin onu Elmira ilə tanış etdiyi üçün özünə qazanc kimi götürmüşdür. Şahid53 ilə 2017-ci ilin aprel ayında Xətai rayon Dənizçilər poliklinikasında tanış olmuşdur. Ruhəngiz tanışları və qohumlarına əlillik dərəcəsi düzəltmək istədiyindən pul müqabilində onlar üçün əlillik dərəcəsi düzəltdirməyə razılıq vermişdir. Ruhəngiz ümumilikdə ona 57.000 manat pul vermiş, həmin puldan 46000 manat pulu Ruhəngizə qaytarmışdır. Ancaq ittiham aktinda səhvən məbləğ 48000 manat yazılmışdı. Şahid55 özü ona müraciət etməyib. Elbar Ruxsarənin tanışıdır. Belə ki, Elbar Ruhəngiz xanımın 2-ci ailəsidir, Elbar pulları Ruhəngizə vermiş, o da pulları Ruxsarəyə vermişdir. Göygöl rayon sakini Şahid54 2017-ci ildən Dənizçilər poliklinikasında Rüxsarə həkimin vasitəsilə tanımış, Turac özü müxtəlif adamlar üçün pensiya düzəltdiyini, əlillik dərəcəsi düzəldən tanışı varsa ona da pensiya işlərində köməklik etməyini xahiş etmişdir. Şahid54 əlilliklə pensiya düzəldən tanışının olduğunu deyərək ona razılıq vermiş və Turaca pensiya işlərinə görə müraciət edən şəxslərin pullarını Turac ona 2017-ci ilin may ayından 2018-ci ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, əsasən də Bakı Metropolitenin “Koroğlu” stansiyası qarşısında vermişdir. Turac ona 40 min manatdan artıq pul vermiş, həmin puldan 21900 manat pulu o, Turaca qaytarmışdır. Qalan pullar isə pensiyası düzələn şəxslərin pulu olub. Bəzi şəxslərin pensiya işləri düzəlməsə də bəzilərinin pensiyası düzəlmişdir, ancaq bir neçə aydan sonra pensiya verilməsi dayandırıldığı üçün pul aldığı şəxslər ondan pullarını geri istədikdə bu barədə Şahid11 desə də Pərviz müəllim pulların hamısını qaytarmadığı üçün həmin adamlar şikayət etmişlər. Şahid11 verdiyi pulları tələb etsə də, Pərviz cəmi 14000 manat pul qaytarmış, qalan pulları isə qaytarmamışdır. Onun məhkəməyə çağırılıb dindirilməsini tələb edir. Belə ki, əvvəlki məhkəmə proseslərində Şahid11 xəstəliyini səbəb göstərərək məhkəmə iclaslarına gəlməmişdir. Güzəştli sosial mənzil verilməsi ilə bağlı heç kimə söz verməmişdir. Şahid45 ittiham aktında göstərildiyi kimi 25000 deyil, 5700 manat borc pul almış, pandemiya ilə bağlı həmin borcu qaytarmaqda bir az gecikdirmiş, sonra 4600 manat pulunu qaytarmış, Əzizxana 1100 manat borcu qalmışdır. Rəfiqə adlı qadından 8750 manat, Təranə adlı şəxsdən 2800 manat pul almamışdır. O, heç kimə özünü Tibbi Sosial Ekspert Komissiyasında işləyən hüquqşünas və ya vəzifəli şəxs kimi təqdim etməmişdir. O, pensiya ilə bağlı Pərvizin düzəltdiyi sənədlərin saxta olduğunu sonradan bilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Respublika xəstəxanasında anasını müalicə etdirən zaman Samirə ilə tanış olmuşdur. Samirə ona bildirmişdir ki, anasına əlillik alınmasında kömək edə bilər. Belə ki, onun Pərviz adında nazirlikdə işləyən tanışı var, əlilliyi onun vasitəsilə düzəldə bilər. Təqsirləndirilən şəxs 4 nəfər qohumuna əlillik dərəcəsini düzəltmək üçün pul vermişdir. Sonra Samirəni tutdular, onu isə ayrı-ayrı şəxslərdən əlillik dərəcəsi verilməsi üçün aldığı pulları qaytara bilmədiyi üçün cinayət məsuliyyətinə cəlb etmişlər. İbtidai istintaq zamanı, həmçinin barəsində bu məhkəmədə başqa tərkibdə baxılan iş üzrə verdiyi ifadələri təsdiq edir. O, Samirə ilə görüşəndə arvadına əlillik sənədi düzəltmək üçün 4000 manat pul istəmiş, həmin məbləğin yarısını əvvəlcə, əlillik düzəldildikdən sonra isə qalan pulu verməli idi. Samirə ilə X59 görüşmüş və orada arvadı Elnurənin iştirakı ilə Samirəyə 2000 manat pul və arvadının şəxsiyyət vəsiqəsini vermişdir. O, həmin Mərkəzdə Şahid49 adlı qadınla tanış olmuşdur. Söhbət zamanı Şahid49 nəvəsinə və qızına əlillik sənədi düzəltmək istədiyini dedikdə o, Şahid49 arvadı Elnurəyə Samirə adlı qadının vasitəsilə əlillik sənədi düzəltdirdiyini və qarşılığında ilk öncə Samirəyə 2000 manat pul verdiyini və sənəd düzələndən sonra əlavə 2000 manat da verəcəyini demişdir. Şahid49 da ondan Samirə adlı qadının mobil nömrəsini istəmiş, o da Samirənin nömrəsini Şahid49 vermişdir. Şahid49 onun yanında Samirə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və nömrəsini ondan aldığını deyib vəziyyəti Samirəyə bildirmiş və onlar mobil telefonda razılığa gəlmişlər. Lakin Şahid49 Samirə ilə mobil telefonda danışdıqdan sonra Təqsirləndirilən şəxs ona zəng edib, Elmiranı yaxşı tanımadığını və Elmiradan pulları alıb Samirəyə verməyini və buna görə də ona hörmət edəcəyini demişdir. O, Samirəyə 2000 manat verdikdən sonra Samirə ilə əlaqə saxlayıb Samirənin ona vəd etdiyi pensiya işinin nə yerdə olduğunu maraqlandıqda Samirə ona narahat olmamağı, işlərin qaydasında olduğunu və 75 gün ərzində sənədin kartla birlikdə hazır olacağına söz vermişdir. Samirə ona əlavə olaraq qohumlardan kiminsə əlilliklə pensiyaya çıxmaq istəyən olarsa xəbər etməyini və aldığı pullardan da ona da verəcəyinə söz vermişdir. O, Samirənin bu sözlərinə inanmış və qohumlardan eləcə də tanışlardan əlillik sənədini düzəltdirmək istəyən şəxsləri axtarmağa başlamışdır. Həmin müddət ərzində o, ayrı-ayrı şəxslərə əlilliklə bağlı pensiya düzəltdirməkdən ötrü müxtəlif vaxtlarda və məbləğlərdə 30 nəfərə yaxın şəxsin pullarını alıb Samirəyə vermiş və hər bir şəxsin işinə görə Samirə ona 150-200 manat civarında pul vermişdir. Həmin müddət ərzində onun Samirə ilə münasibətləri daha da yaxınlaşaraq Samirə 2 dəfə onun yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndinə, o isə ailəsi ilə birlikdə Samirənin Bakı şəhərində yaşadığı evə 3-4 dəfə getmişdir. Beləliklə, ona müraciət edən 30 nəfərə yaxın şəxsin bir qisminə pensiya təyin edilsə də bir çox şəxsin pensiya məsələsi həll edilməmiş və sonradan pensiyası təyin edilən şəxslərin də pensiyaları kəsilərək həmin şəxslərin yanında pis vəziyyətə qalmışdır. Onun bu işləri görməkdə məqsədi işsiz olduğu üçün ailəsinin dolanışığını təmin etmək olmuş və hər pensiya üçün müraciət edən şəxsin pulundan Təqsirləndirilən şəxs ona 150-200 manat pul vermişdir. Ona görə də pensiyaya çıxmaq istəyən şəxslərə bu barədə deyib onları maraqlandırmaqla özü də pul qazanmışdır. Təqsirləndirilən şəxs ona özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olduğunu demiş və yaxasında hər zaman nazirliyin işçisi olduğunu təsdiq edən yarlığı gəzdirmişdir. Samirə ona həmin nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən pensiya işlərini müsbət həll etdirə biləcəyini və istənilən şəxsin xəstəliyinin olub-olmamasından asılı olmayaraq pensiyaya çıxartmaq imkanı olduğuna onu inandırmış və həqiqətən də dediyini bəzi şəxslərə münasibətdə yerinə yetirmişdir. O, 2017-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs3 məxsus 9.400 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində X27 məxsus 4.000 manat, 2017-ci ilin iyun ayının əvvəllərində Şahid1 məxsus 4.000 manat, 2017-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus 4.000 manat, 2017-ci ilin iyul ayının ortalarında Şahid3 məxsus 3.500 manat, 2017-ci ilin avqust ayının əvvəllərində Şahid4 məxsus 5.000 (beş min) manat, 2017-ci ilin avqust ayının əvvəllərində X7 məxsus 2.000 manat, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid5 məxsus 3.500 manat, 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid6 məxsus 7.000 manat məbləğində olmaqla pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında şəxsən Təqsirləndirilən şəxs vermiş, Samirə də hər dəfə həmin şəxslərin pulundan çıxardıb ona 150-200 manat pul vermiş, həmin şəxslərə bu barədə bir söz deməmiş və pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs bəzi şəxslərin adlarına xəstəliyə dair sənəd hazırlatdırıb həmin sənədləri ona təqdim etmiş və o da öz növbəsində həmin sənədləri pul verən şəxslərə göstərib onların pensiyası ilə məşğul olduğuna dair onları inandırıb bəzən pensiyanın düzəlməsi uzandığından sənədin hələ sistemdə oturmadığına dair izah da vermişdir. Həmin xəstəliklərin adları dəqiq yadında qalmasa da qeyd olunan sənədlər kimlərin adlarına tərtib edilmişdirsə onları istintaq zamanı könüllü olaraq təqdim etmiş, həmin sənədlərdə ona müraciət etmiş şəxslərin ad, soyad, ata adı, xəstəliyin diaqnozu, əlillik səbəbi ümumi xəstəlik olmasına dair “Forma 88”-in nömrəsi, sağlamlıq vəziyyətinin qiymətləndirilərək onun müddətsiz və ya müddətli olmasını göstərən göstəricilər olmaqla sənəd guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqələri olmuşdur. Həmin vərəqələri Təqsirləndirilən şəxs özü ona təqdim etmiş və sənədlərin necə və harada hazırlanmasından məlumatı olmamışdır. Onun işi həmin sənədləri müraciət edən şəxslərə təqdim etməkdən ibarət olmuşdur. Özünə məxsus torpaq sahəsini və evini satıb zərərçəkmişlərə pulların cox hissəsini ödəmişdir. Samirəyə 50.000 (əlli min) manata qədər pul vermiş, həmin puldan Samirə ona 3900 manat pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid55 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, 2017-ci ilin avqust– sentyabr aylarında oğlunun universitetə qəbul olunması ilə əlaqədar qaynatası retoranda qonaqlıq təşkil etmiş, həmin qonaqlıqda Təqsirləndirilən şəxs əri ilə birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs ilə həmin məclisdə söhbət edən zaman sonuncu Respublika Sosial Müdafiə Fondunda hüquqşünas işlədiyini, lazım olan şəxslərə əlillik dərəcəsini təşkil edə biləcəyini, hətta qonşuları Şahid53 ərinə və digər tanışlarına da bu işdə köməklik göstərdiyini demişdir. O, DİN-nin təqaüdçüsü olduğu üçün və xidmət dövründə travma aldığı üçün Samirədən bununla bağlı əlillik dərəcəsinin ala bilməsini soruşmuşdur. Samirə də bildirmişdir ki, şəxsiyyət vəsiqəsi, xəstəliyi ilə bağlı sənədləri və 4.000 manat pulu Ruhəngizin vasitəsilə ona göndərsin. O da Ruhəngizə həmin deyilən pulu və sənədləri Ruhəngizin evində sonuncuya təqdim etmişdir. Ruhəngizin də əri keçmiş DİN əməkdaşı olmuş, lakin rəhmətə getmişdir. Bu minvalla öz qohumları və tanışlarının, ümumilikdə 16 nəfər şəxsin əlillik dərəcələri verilməsi üçün pul və sənədlərini Ruhəngiz xanımın evində sonuncuya təqdim etmiş, Samirə ilə isə sonrakı dövrlərdə Bakı şəhərində «Sevinc» kinoteatrının yanında görüşən zaman sonuncu Ruhəngizin bütün sənəd və pulları ona çatdırdığını təsdiq etmişdir. Bu 16 nəfər şəxsin verdiyi sənəd və pullardan ikisi, Hikmət Nağıyev və onun arvadı Gülbahar əlillik dərəcəsi və pensiya kartını almış, hətta bir neçə ay əlilliyə görə pul da almışlar, lakin həmin kartlar bağlanmış, Hikmət və arvadı Gülbahardan aldıqları pensiya pulları geri tələb olunaraq alınmışdır. Digər şəxslərə isə hərbi tibbi ekspertizanın rəyləri verilsə də pensiya müəyyən edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs pul və sənəd aldığı gündən 3 ay müddətində pensiya məsələsini həll edəcəyini söz vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs Ruhəngizin vasitəsilə 108.290 manat pul vermişdir. Təbii ki, əlillik dərəcəsi düzəlmədiyi üçün pul aldığı şəxslər pullarını ondan tələb etməyə başlamış, həmin şəxslərin şikayətləri əsasında onun və digərlərinin barəsində başlanılmış cinayət işi bu məhkəmədə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılmış, vətəndaşlara vurduğu zərəri ödədiyi üçün barəsində şərti cəza tətbiq edilmişdir. Bildirir ki, istər Təqsirləndirilən şəxs, istərsə də Şahid53 ona pul qaytarmamışlar. Düzdür, hər vətəndaş üçün verdiyi puldan o özü üçün az bir məbləğdə çəkdiyi zəhmət haqqı kimi özündə saxlamışdır. Lakin bu məbləğ Təqsirləndirilən şəxs dediyi kimi 20.000 manat təşkil etməmişdir.Samirənn Şahid53 müstəntiqin yanında 41.600 manat pul qaytarmasını görməmişdir və bundan heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid53 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Samirə ilə o, 2017-ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Dənizçilər poliklinikasında olarkən tanış olmuşdur. Samirə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas vəzifəsində işlədiyini, xəstəliyinin olubolmamasından asılı olmayaraq kimə lazımdırsa pensiya düzəltməkdə köməklik edə bildiyini demişdir. Onun rəhmətə getmiş həyat yoldaşı DİN-nin əməkdaşı və Qarabağ veteranı olduğu üçün həyat yoldaşı kimi pensiya almaq istədiyini Samirəyə bildirdikdə Samirə ondan ərinin ölüm şəhadətnaməsi və veteran kitabçası ilə yanaşı 8.000 manat pul istəmişdir. Bu da razılaşaraq Samirənin istədiyi sənədləri və pulu iki dəfəyə vermişdir. Birinci dəfə 2.800 manat, ikinci dəfə isə 5.200 manat pulu öz evində Samirəyə samirə ona söz vermişdir ki, bir neçə ay müddətinə məsələ həll olunacaq və ona birdəfəlik ödəniş kimi 30.000 manat pul veriləcəkdir. Samirəyə inanaraq qohum-tanışları üçün də əlillik dərəcəsi almaq üçün sənəd və pulları həm öz evində, həm də başqa yerlərdə birbaşa Samirəyə, qardaşının arvadı üçün 2.500 manat, bacısı üçün 5.000 manat olmaqla digər qohumları bacısının qaynanası Kəmaləyə, xalası qızı Marifəyə, 7-8 nəfər gözdən əlillər üçün Şəfəq adlı gözdən əlildən, kürəkəninin iş yoldaşlarından və digər şəxslərdən ümumilikdə 73.500 manat pul Samirəyə vermişdir. Həmçinin qapı bir qonşusu olan Şahid55 2017-ci ilin aprel ayından başlayaraq 2018-ci ilin aprel ayının 4-dək 16 nəfərin işinin düzəlməsi üçün, yəni pensiya almalarına köməklik etmək üçün hissə-hissə olmaqla cəmi 108.290 manat aldığı pulu və eyni zamanda öz qohum və tanışlarından, cəmi 18 nəfərdən hissə-hissə olmaqla ümumilikdə 73.500 manat pul alaraq həmin pulları Təqsirləndirilən şəxs öz evində, Samirənin evində və başqa yerlərdə Samirə ilə görüşərək birbaşa Samirəyə vermişdir. Onun pul aldığı 18 nəfərin hamısı mülki vətəndaşlar, Elbarın pul aldığı vətəndaşlar isə əsasən hərbçilər olmaqla Qarabağ müharibəsinin iştirakçıları olmuşdur. O, Samirə ilə danışıb pensiya almaq istəyən şəxs haqqında məlumatları vermiş, Samirə də adam haqqında məlumatlara uyğun olaraq ona işin həlli üçün lazım olan məbləği deməklə həmin məbləğləri həm öz adamlarına, həm də Şahid55 öz adamlarına deməsini bildirmişdir. Samirənin deməsinə əsasən mülki adamlar əlillik dərəcəsindən asılı olaraq 160-230 manat, hərbçilərin pensiyasının baza hissəsi isə 35.000-40.000 manat arası olmaqla hər ay 500 manat pensiya pulu alacaqdılar. Samirə mülki adamların pensiya işini 3-4 aya, hərbçilərin işini isə təxminən bir ilə düzəldəcəyinə vəd vermişdir.Samirə ondan aldığı pulları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansısa vəzifəli şəxsə verməklə bu işləri həll edəcəyini demişdir. Lakin Samirə deyilən vaxtda və zamanda pensiya işlərinin əksəriyyətini həll etmədiyi üçün Samirənin onu və Elbarı aldatdığını başa düşərək polisə şikayət etmişdir. Samirə qeyd olunan həmin məbləğlərdən ona cəmi 1000 manat pul hissə-hissə qaytarmışdır. Qalan pulu öz qohum və tanışlarına o özü qaytarmışdır. Bu səbəbdən barəsində bu məhkəmədə baxılan cinayət işi üzrə o, şərti cəza almışdır. Samirə müstəntiqin vasitəsilə ona 41.600 manat pul qaytarmamışdır. Bu həqiqətə uyğun deyildir. Həmçinin nə o, nə də Samirə Şahid55 sonuncunun verdiyi 108.290 manat puldan sonuncuya heç nə qaytarmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid54 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Samirə ilə Travmatologiya institutunda tanış olmuşdur. Belə ki, o, ayaqdan 3-cü qrup əlildir. Sonuncu özü ona dəhlizdə yaxınlaşaraq əlil olmasını, əlilliyə görə nə qədər müavinət almasını soruşmuşdur. O da ona 3-cü qrup əlil olmasını və 50 manat məbləğində, yəni çox az təqaüd aldığını bildirmişdir. Samirə Mrzəyeva ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işlədiyini, onun əlillik dərəcəsini və pensiyasını artırmaqla 150 manat pensiya verdirə biləcəyini demişdir. O, Samirədən onun 1-ci qrup əlillik dərəcəsi almasının xərcinin nə olacağını soruşduqda Samirə onun vəziyyətini nəzərə alıb güzəşt ediləcəyini demişdir. Samirə özünün mobil telefon nömrəsini verib işə tələsdiyini sonra əlaqə saxlamasını demiş, həmçinin onun istifadəsində olan mobil telefon nömrəsini də götürmüşdür. Təxminən 10 gün sonra Samirə ona zəng vurub hazırda Gəncə şəhərində olduğunu deyib, görüşməyi təklif etmişdir. Samirə ilə görüşmüş və ona sənədlərlə birlikdə 1.800 manat pulu Bakı şəhərində «Koroğlu» metrostansiyasının yanında vermişdir. Samirəyə inanaraq daha 20 nəfər tanışlarından əlilliyin verilməsi məqsədilə müvafiq sənədlər və ümumilikdə 78.500 manat pul alıb Samirəyə vermişdir. Tanışlarının bir hissəsi öz qohumları olmuş, digərləri isə doğulduğu Kəlbəcər rayonundan olan məcburi köçkünlər olmuşdur. Bu 20 nəfərdən 10 nəfərinin pulunu Nəsimi adlı tanışı, hər birindən 3.700 manat olmaqla ona vermiş, bir qisminin pulunu, yəni 37.000 manatı Zərərçəkmiş şəxs6 ona vermiş, Şahid20, Əqtiqə Abdullayeva, Nurəddin, Bəylər Zamin və Mahir adlı şəxslərdən isə pulları birbaşa özü gtürmüşdür. Samirə 3 ay müddətinə hər bir pul verən şəxsin işini həll edəcəyini demişdir, lakin dediyi müddətlərdə vətəndaşların əlillik məsələlərini həll etmədiyi üçün sonuncuların şikayəti əsasında onun, həmçinin Samirənin barəsində cinayət işi başlanmışdır. Bundan sonra Samirə ona vətəndaşlara qaytarmaq üçün 21.900 manat pul qaytarmış, 78.000 manat pulu isə vətəndaşlara o özü qaytarmışdır. Bu səbəbdən bu məhkəmədə barəsində olan cinayət işi ilə əlaqədar ona şərti cəza vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid56 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 2016-cı ilin axırlarında Əhmədli qəsəbəsində kirayədə qaldığından həmin vaxt övladlarından birinin ali məktəbə təqdim etməsi üçün sağlamlıq arayışı lazım olmuşdur. O, həmin arayışı almaq üçün Xətai rayonu Əhmədli qəsəbəsi, Cavanşir küçəsində “qaçqınlar” bazarının yanındakı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən, camaat arasında “Morskoy poliklinika” kimi adlanan poliklinikaya getmişdir. Poliklinikada sağlamlıq arayışını Rüxsarə həkimin verdiyini bilib ona müraciət etdikdə həmin vaxt həkimin yanında bir nəfər tanımadığı şəxs olmuş və Rüxsarə həkim həmin şəxslə pensiya barədə söhbət etmişlər. Rüxsarə həkimin yanında olan şəxs çıxıb getdikdən sonra o, həkimlə söhbət etmiş və həkimdən pensiya ilə bağlı nə iş gördüyünü soruşduqda Rüxsarə həkim ona istəyən şəxs olsa pul müqabilində əlillik dərəcəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Rüxsarə həkim ona əlillik dərəcəsini Təqsirləndirilən şəxs adlı qadın vasitəsilə həll etdiyini demişdir. O, Rüxsarə həkimin iş otağında olanda Təqsirləndirilən şəxs ora çağırıb onunla tanış etmişdir. Samirə istənilən şəxsə xəstəliyinin olub-olmamasından asılı olmayaraq əlillik pensiya təyin etdirə bildiyini demişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim etdiyi üçün ona inanmışdır. Təqsirləndirilən şəxs ilə əlaqəyə girib, aralarında olan söhbətə uyğun olaraq tanıdığı tanışlara əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin aprel ayının sonlarından 2017-ci ilin iyun ayının sonlarınadək olan müddətdə Bakıxanov qəsəbəsindən tanıdığı X48 vasitəsi ilə ona müraciət etmiş ayrı-ayrı şəxslərin əlillik dərəcəsi üzrə pensiyaya çıxmalarından ötrü onların pullarını almışdır. Təqsirləndirilən şəxs deməsinə görə pensiya işlərini nazirlikdə yüksək vəzifədə işləyən səlahiyyətli tanışının vasitəsilə müsbət həll etdirəcəyini bildirmişdir. Səyyarə Tağıyevanın təqdim etdiyi şəxslər sağlam olmalarına baxmayaraq əlillik dərəcəsinin təyin edilməsinə görə Təqsirləndirilən şəxs işi müsbət həll edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs dediklərini olduğu kimi Samirənin iş yeri və səlahiyyətli şəxs vasitəsilə iş gördüyünü Səyyarə xanıma bildirmiş, 2017-ci ilin aprel ayının sonlarında Şahid35 məxsus 3.000 (üç min) manat məbləğində, 2017-ci ilin may ayının ortalarında Şahid58 məxsus 5.200 (beş min iki yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının əvvəllərində X64 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının ortalarında X29 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində və 2017-ci ilin iyun ayının sonlarında X9 məxsus 5.500 (beş min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 5 şəxsə məxsus ümumilikdə 24.700 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı evdə X16 alaraq həmin pulları Təqsirləndirilən şəxs vermiş, Samirə həmin puldan ona hər adama görə 200-300 manat pul vermişdir. Samirə həmin adları qeyd olunan şəxslərdən X49, X22, Şahid35 müxtəlif xəstəliklərdən ibarət diaqnozlu, əlillik səbəbi, “Forma 88”-in nömrəsi və sağlamlıq vəziyyətinin qiymətləndirilərək təyinat aparılmasına dair guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqələrini ayrı-ayrılıqda hardasa tərtib edib saxtalaşdırmaqla hazırlamasından sonra həmin saxta rəsmi sənədləri ona vermiş, o da öz növbəsində Səyyarə Tağıyevaya təqdim etmiş və sonuncu da həmin adamlara vermişdir. 2017-ci ilin iyun ayında arvadının dayısı oğlu Şahid48 vasitəsi ilə müraciət etmiş X39 pensiya təyin etdirməkdən ötrü Şahid48 4.000 (dörd min) manat məbləğdə pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Komfort” şadlıq evinin qarşısında alıb Təqsirləndirilən şəxs elə orada verməklə Samirə həmin puldan ona 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs əvvəlki şəxslərin adına tərtib edilmiş saxta sənədlərdən olduğu kimi X31 da adına saxta sənəd tərtib edərək bir müddət sonra həmin sənədi ona verib Yadulla vasitəsilə Afaqa çatdırmışdır. Samirə əlillik dərəcəsi barədə müayinə sənədini Suraxanı tibbi-sosial ekspert komissiyasının sədri Pərviz adlı şəxsdən əldə etdiyini demiş, həmçinin 4-5 dəfə Samirə ilə Suraxanı TSEK-in qarşısına getmiş, lakin həyətdə gözləmiş, Samirə idarəyə girib-çıxaraq əlillik dərəcəsi barədə müayinə sənədini götürmüşdür. O, bilavasitə Şahid11yla görüşməmiş və yanında olmamışdır. O, qeyd olunan müayinə sənədinin saxta olmasını bilməmiş, lakin xəstə olmayan adama əlillik dərəcəsi verildiyi üçün başa düşmüşdür ki, həmin sənəd qanunsuz düzəlmişdir. O, törətdiyi cinayətə görə peşman olduğunu bildirmişdir. Hər şəxs üçün Samirə tərəfindən ona 100-150 manat pul veilmiş, 1-2 iş üçün isə 300 manat vermişdir. Vətəndaşlardan aldığı pulların hamısını Samirəyə vermişdir. 8-10 nəfər şəxs olub ki, onlar 2-3 min manat pul vermişlər. Anar Xudiyevin 3500 manat pulunu Səyyarə ona vermişdir. Təqsirləndirilən şəxs ilə birlikdə Səyyarə Tağıyevanın evinə getmiş, orada Samirə Səyyarənin onun vasitəsilə verilən 41.000 manat pulun onda olmasını etiraf etmişdir. Səyyarə ona 19.000 manat qaytarmışdır ki, o, işi düzəlməyən şəxslərə qaytarsın. Təbii ki, bu məbləğ yetərli olmadığı üçün o, pullarını alıb Samirəyə verdiyi şəxslərin vəsaitlərini özü qaytarmış, həmçinin hal-hazırda da hər ay Səyyarə Tağıyevaya 500 manat məbləğində pul ödəyir. O, digər şəxslərlə birlikdə bu məhkəmənin hakim Zeynal Ağayevin hökmü ilə məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq əlaqəsi, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Onun həyat yoldaşı 2000-ci ildə vəfat etmiş, kiçik oğlu Teymur Qarabağ müharibəsi əlili olduğu üçün pensiya məsələsi ilə bağlı 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə getmiş, orada təsadüfən Şahid56 görüb tanış olmuşdur. Sonra onunla ailəvi dostluq edərək həyat yoldaşı ilə onlara gəlib-getmişdir. Pərviz 2017-ci ilin təxminən aprel ayında ona əlillik dərəcəsi düzəldən bir tanışı olduğunu, istəyən olsa pul müqabilində həmin şəxs vasitəsilə əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. Pərviz ona əgər pensiya almaq istəyən adam gətirsə, həmin adamlardan pul almaqla ona müəyyən məbləğdə hörmət edəcəyini demişdir. Həmin ərəfədə uzun illərdir tanıdığı Şahid35 özünə və oğlu Anara pensiya düzəltdirmək istəmiş, lakin pensiya düzəltdirə bilməmişdir. O, Pərvizdən bir adamın əlillik dərəcəsi neçəyə düzələr soruşduqda Pərviz ona bir nəfər üçün 4500- 5500 manat pul lazım olduğunu demişdir. O, həmin məbləği Farizəyə demiş və Farizə 2017-ci ilin aprel ayının ortalarında öz yaşadığı evdə ona xəstəlik sənədlərini və 3000 manat pul gətirib vermiş və pensiya düzələndən sonra qalan pulu verəcəyini bildirmişdir. O, elə həmin günü Pərvizi öz evinə çağırmış və Farizənin 3000 manat pulunu və xəstəlik sənədlərini Pərvizə verdikdə Pərviz ona əlillik dərəcəsini Samirə adlı qadın vasitəsilə düzəltdiyini və artıq Farizənin sənədlərini və pulunu Samirəyə çatdırıb, yaxın günlərdə Farizənin əlillik dərəcəsinin düzələcəyini bildirmişdir. Sonra Pərviz əlavə də istəyən varsa pulunu alıb gətirməyi təklif etdikdə bu barədə Farizəyə dedikdə sonuncu razılaşmış və oğlu Şahid58 xəstəlik sənədlərini və 5200 manat pulu gətirib ona vermişdir. Farizə əlavə 3 nəfər başqa qohumlarının da real xəstəliklərinin olduğunu və pensiya almaq istədiklərindən onların sənədlərini və pullarını qəbul edib həll etməyi xahiş etdikdə elə həmin günü Pərvizi evinə çağırıb Anarın sənədlərini və 5200 manat pulu Pərvizə vermiş, Farizənin digər qohumları barədə də məlumat verdikdə Pərviz həmin şəxslərin hamısının eyni vaxtda pensiya işlərinin həll olunması üçün sənədlərini və pullarını alıb gətirməyini bildirmişdir. Farizə 2017-ci ilin aprel ayının sonlarında birinci İlduzə Fərhadovanın xəstəlik sənədlərini və 5500 manat pulunu, daha sonra Könül Muradovanın xəstəlik sənədlərini və 5500 manat pulunu, sonra Səidə İbişovanın xəstəlik sənədlərini və 5500 manat pulunu gətirib ona yaşadığı evində vermiş və pulu aldığı günlərdə Pərvizi çağırıb sənədləri və pulu öz evində tam şəkildə ona vermiş, lakin Pərvizin həmin puldan Samirəyə nə qədər verməsi və nə qədərini özünə götürməsini bilməmişdir. O, Farizəgillə danışmış və pensiya düzələndən sonra Farizə özü də daxil olmaqla, cəmi 5 nəfər alacaqları birinci ayın pensiya məbləğini ona hörmət olaraq verəcəklərini söz vermişlər. Anar hərbi komissarlığa sənəd təqdim etməli olduğundan pensiya işinin birinci həll olunmağını xahiş etdiyindən bu barədə Pərvizə demiş və Anarın gözündə xəstəlik olduğu üçün Pərviz ona Anarla birlikdə “Zərifə Əliyeva” adına Göz Xəstəlikləri xəstəxanasına gəlməyini bildirmiş və Anarla həmin xəstəxanaya getmişdir. Pərviz onları orada gözləmiş və az sonra Samirə adlı qadın xəstəxanaya gəlmişdir. O, Samirəni birinci dəfə orada görmüş və Pərviz onu Samirə ilə tanış etmişdir. O, Pərvizlə xəstəxananın həyətində gözləmiş, Samirə isə Anarı xəstəxanaya aparıb təxminən yarım saat sonra çıxmış və əlillik sənədinin hazır olmasını gözləməyini demişdir. Pərviz 2017-ci ilin iyun ayında ona Anardan başqa digər 4 nəfərin əlillik dərəcəsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə sənədini gətirmiş və həmin sənədləri şəxslərin özləri qeydiyyatda olduqları yer üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbələrinə pensiya təyinatı aparılması üçün təqdim etmələrini dedikdə Anarın sənədini soruşmuş, Pərviz həmin sənədin də hazır olacağını bildirmişdir. Farizəgilin onda etibarnamələri olduqları üçün onların adından əlillik dərəcəsi ilə bağlı sənədlərini qeydiyyatda olduqları yer üzrə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu və Qaradağ rayon şöbələrinə təqdim etdikdə hər iki şöbədən həmin şəxslərin sənədlərinin bazada olmadığını demişlər. Bir müddət sonra təkrar getsə də yenə həmin söz deyildiyindən Pərvizi çağırıb sənədləri ona verib ya bu işi həll etməyi, ya da adamların pullarını qaytarmağını demişdir. Pərviz ona Samirə ilə danışdığını və yaxın günlərdə həll olunacağını bildirmişdir. X123 ilə birlikdə onun evinə gəlmiş, Samirə onu arxayın salıb narahat olmamağı, sənədlərin qeydiyyata alındığı bazada qəza olduğunu, kompüterlərdə problem yarandığını və tezliklə problem aradan qalxaraq məsələnin öz həllini tapacağını, pul verən adamların pensiyalarını alacaqlarını bildirmişdir. Bu minvalla əlavə 2-3 ay da keçmiş, lakin heç bir nəticə olmamışdır. O, Samirə ilə telefonla danışmış, Samirə hər dəfə söz versə də yenə iş alınmamış və sonra Samirə telefonlarına cavab verməmişdir. Anar isə səbrsizlik edərək tez-tez gəlib-getmiş və pensiya işləri alınmadığı üçün pulunu tələb etmişdir. Anar bir dəfə ondan ərizə yazıb polisə şikayət edəcəyini göstərdiyindən məcbur olub Kürdəxanıda olan 12 sot bağ sahəsinin 6 sotunu Anarın adına keçirtmiş və Anar da anası daxil olmaqla digər 3 nəfərin pulunu özü vermişdir. O, bu məsələdə ziyana düşmüş, Pərviz və Samirə onu aldadıb onlara verilən 5 nəfərin pulunu ələ keçirmişlər. Pərvizin hər ay ona verdiyi 500 manat pul onun problemlərini həll etmir. Belə ki, vəfat etmiş övladlarının uşaqları onun himayəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən tanımışdır. Belə ki, o, 2015-ci ilin fevral ayından Bakı şəhəri Nizami rayonu 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində, 2016-cı ilin noyabr ayından 2019-cu ilin mart ayınadək Suraxanı rayonu üzrə Bakı şəhəri 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmişdir. 2019-cu ilin mart ayından Sabunçu rayonu da Suraxanıya birləşdirilməklə 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində, 2020-ci ilin mart ayından isə 3 saylı DOST-un tərkibində Suraxanı, Sabunçu və Nizami rayonları üzrə TSEK-in sədri vəzifəsində işləmişdir. O, Suraxanı rayonunda işləyərkən təxminən 2016-ci ilin ikinci yarısında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs onun iş yerinə gələrək özünün “Azal”ın hüquqşünası, həyat yoldaşının isə X25 Xidmətinin əməkdaşı olduğunu deyib anası vəfat etdiyi üçün pensiya məsələsini həll etmək istədiyini demişdir. O, Təqsirləndirilən şəxs Pensiya Fonduna müraciət etməli olduğunu izah etmişdir. Samirə çıxıb gedərkən onun mobil telefon nömrəsini istədiyindən istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Ondan sonra xatırlamadığı vaxtlarda Samirə onun mobil nömrəsinə zəng vursa da Samirə ilə arasında işlə bağlı heç bir söhbət olmamış, 5-6 dəfə iş yerinə gəlib pensiya işləri ilə bağlı müxtəlif məsləhətlər istəmiş, o da ona qanuna müvafiq olaraq izahlar vermişdir. Təqsirləndirilən şəxs pensiya işlərinə görə ona hər hansı bir sənəd və ya pul məbləğləri verməmiş, Samirə ilə heç vaxt Nizami rayonunda işləyərkən görüşməmiş, heç vaxt Samirəyə ayrı-ayrı şəxslərə pensiya almaları üçün əlillik dərəcəsi düzəltməyini vəd etməmiş və Samirəyə əllillik dərəcəsi ilə bağlı rəsmi sənəd təqdim etməmişdir. Samirənin dələduz qadın olduğu ona məlum olandan sonra onun mobil telefon nömrələrini bloka atmış, yəni zəng etməsinə qadağa qoymuşdur. 2018-ci ilin iyul ayında onun mobil nömrəsinə zəng gəlmiş, özünü Samirənin qaynanası, Rasimin anası kimi təqdim edən qadın Rasimin burada olmadığını və evlərinə vətəndaşların basqın etdiyini bildirərək Rasim gələnədək 10.000 manat borc istəmişdir. Etiraf edir ki, bu məsələdə səhvə yol vermiş, özünü Rasimin anası kimi təqdim edən qadına 10.000 manat borc pul vermiş, sonradan isə bilmişdir ki, həmin qadın Samirənin ögey bacısı Zülfiyyədir. O, pulu verdikdən təxminən 10 gün sonra, yəni 2018-ci ilin iyul aının axırlarında ona məxsus Bilgəh qəsəbəsindəki bağ evinə Zülfiyyə özünü Tamella kimi təqdim edən bir qadınla gəlmiş, Tamella hay-küy salaraq Samirəyə pul verdiklərini, Samirənin deməsinə görə həmin pulu ona verdiyini bildirdikdə, Samirəni çağırtdırmış, Samirə də həyətə gələrək çıxıb getmədikləri halda Polisə şikayət edəcəyini bildirmişdir. Şahid9 istintaqa təqdim etdiyi səs yazılarında onun Rasimlə arasında olan danışıqlar olmuşdur. Həmin danışıq Təqsirləndirilən şəxs və onun ailəsinin ona şər-böhtan atmaqla məşğul olduğundan onlarla görüşüb söhbəti həll etmək mövzusunda olan danışıqlar olmuşdur.Bundan bir həftə sonra onu Təqsirləndirilən şəxs işi ilə əlaqədar polisə çağırıb ifadəsini almışlar, məhkəmədə bildirdiklərini polis və prokurorluğa dəfələrlə çağrıldığı zaman təsdiq etmişdir. Qeyd etmək istəyir ki, onu yalnız şahid qismində dindirmişlər, o, təqsirləndirilən şəxs qismində Samirə ilə bağlı işlərdə cəlb edilməmiş, barəsində məhkəmə işi və hər hansı bir hökm olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikah qeydiyyatından keçərək bu nikahdan 3 övladı vardır. O, Niyaməddin Abbasovu, Şahid53, Şahid55, Şəmkir rayon sakini Şahid49, Səidə Rzayevanı həyat yoldaşı Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Həmin şəxslərin sonradan həyat yoldaşı Samirədən Sabunçu rayon Polis idarəsinə şikayət etdiklərini bilmişdir. Niyaməddinin Elmiradan və digər şəxslərdən pul alıb Samirəyə verdiyini bildiyi üçün Elmira, Səidə və Niyaməddinlə danışmış, Elmira xanıma 15000 manat, Səidə xanıma iki dəfəyə 11100 manat və Niyaməddinə 3900 manat pul qaytarmışdır. O, özünü heç bir vaxt Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim etməmiş və həmin şəxslərdən əlbəəl heç bir vaxt pul almamışdır. O, Şahid53 evinə bir dəfə oğlu Yusifin təklifinə əsasən həyətyanı sahəyə girib sadəcə həyətyanı sahəsini ona göstərmiş, nə Ruhəngizin, nə də qızı Əfsanənin evində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid53 onun anasıdır. 2017-ci ilin yaz-yay aylarında işi ilə bağlı uşaqlarını anasının yanında qoyduğundan axşamçağı işdən çıxıb anasıgilə getmiş və evin qarşısında ağ rəngli xarici “CİP” avtomobilə oxşar bir maşının dayandığını və sükan arxasında bir nəfər kişinin əyləşdiyini görmüşdür. O, evə daxil olarkən evdə tanımadığı bir qadının olduğunu görüb salamlaşıb anasından həmin qadının kim olduğunu soruşduqda anası həmin qadının adının Samirə olduğunu və Sosial Müdafiə Nazirliyində hüquqşünas işlədiyini demişdir. Samirəni anası ilə yola salarkən həmin avtomaşında oturan şəxsi tanış edib əri Rasim olduğunu və aeroportda Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. Sonradan Samirə anası ilə ailəvi dostluq etmiş, onların evinə tez-tez gəlib-getmişdir. Samirə və əri Rasim anasıgilə gələndə bir neçə dəfə anasının Samirəyə pul verdiyini görmüş və bunun səbəbini soruşduqda Samirənin pensiya işləri ilə məşğul olduğunu demiş, eyni zamanda bəzi hallarda Samirə özü gələ bilmədiyindən əri Rasim gəlib anasından pul götürmüşdür. Bundan başqa, qonşuluqda yaşayan Elbar adlı şəxsdən də anası 100.000 manatdan artıq pul alıb Samirə və Rasimə vermiş, lakin Rasim və Samirə anasını, Elbarı və digər şəxsləri də aldadaraq pullarını ələ keçirmiş və qaytarmamışlar. Şahid Zərərçəkmiş şəxs7 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, anası Rühəngizin Samirəyə pul verdiyini dəfələrlə görmüş, Samirə özü gəlməyəndə də əri Rasim gəlib anası Rühəngizdən pulları almışdır. Anası Rühəngizdən eşitmişdir ki, Samirə Sosial Müdafiə Nazirliyində hüquqşünas işləyir, pensiya işləri ilə məşğul olur, əri Rasim isə aeroportda Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Samirə onun qohumlarından pensiya təyin etdirəcəyini deyib 15 min manat pul alıb. 2 dəfə 500 manat olmaqla 1000 manat pulu isə geri qaytarıb. O, Samirəyə qızıl satmamış, anası Ruhəngizin Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə pulları verməsinə dair Şahid9 ilə aralarında qeydə alınmış danışıqları CD diskə köçürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid53 tanıyır. Onun qızı Kəmalənin oğlu Arif 2016-cı ildə Nazənin adlı qızla tanış olaraq 2017-ci ildə sentyabr ayının sonlarında onunla ailə həyatı qurmuşlar. Beləliklə Nazəninin anası Şahid53 ilə əlaqələri yaranmışdır. 2017-ci ilin mart ayında çərşənbə axşamı Novruz bayramı ərəfəsində Ruhəngizgildə qonaqlıq təşkil edilmiş və bayramlaşmağa gələrkən həmin tədbirdə Ruhəngizin qohumları ilə yanaşı, Samirə adlı bir qadın da iştirak etmişdir. Həmin ərəfədə Kəmalə gözündən əməliyyat olunmuş və Ruhəngizin bacısı Maisə onun səhhəti ilə maraqlandıqda hər şeyin qaydasında olduğunu demişdir. Samirə ondan qızının gözünün əməliyyat olunmasına görə pensiya alıbalmadığını soruşduqda heç bir pensiya almadığını dedikdə Samirə ona demişdir ki, gözə görə yüksək pensiya verilir və bu işdə onun qızına köməklik edə bilər. O, bunun üçün nə etmək lazım olduğunu soruşduqda Samirə onun qızının əməliyyat olunmasına dair xəstəlik sənədlərini və üstündə 3000 (iki min) manat şirinlik kimi pul versə bu iş düzəldə biləcəyini demişdir. Samirə özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işlədiyini və nazirlikdə pensiya işlərini həll etdiyini desə də Samirənin bu işləri görməyə birbaşa səlahiyyəti olmamış və ona görə də hansısa “TSEK sədrinə” pul verməklə pensiya işini həll etdiyini demişdir. Lakin həmin şəxsin kim olduğunu bilməmişdir. 2017-ci ilin aprel ayının sonlarında qızı Kəmalənin şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, xəstəlik sənədinin surəti və cəmi 3000 manat pulu Ruhəngizin yaşadığı evində Rühəngizə vermiş və həmin pulu sənədlərlə birlikdə Ruhəngiz Samirəyə vermişdir. Samirə Kəmalənin İ qrup əlil kimi pensiyasını 3-4 aya həll edəcəyini desə də xeyli vaxt keçdiyindən iş uzanmışdır. Samirə ilə arasında olan bu söhbətdən qızı Kəmalə sonradan bilmişdir. 2017-ci ilin dekabr ayının sonları 2018-ci ilin yanvar ayının ortaları ərəfəsində Samirə Ruhəngizə zəng edərək Kəmalənin pensiya kartının hazır olduğunu və gedib götürməyi dedikdə qızı Kəmalə ilə “Kapital Bank”ın Nərimanov ofisinə yaxınlaşıb Kəmalənin adına heç bir pensiya bank kartı olmadığını öyrəndikdən sonra Ruhəngizə zəng edib Samirənin yalan danışdığını bildirmişdir. O, Kəmalə Quliyevanın əlilliklə təqaüdə çıxmasından ötrü özünə məxsus 3000 manat pulu Şahid53 vasitəsilə Təqsirləndirilən şəxs vermiş, sonradan həm özünün, həm də Ruhəngizin aldandığını başa düşərək Ruhəngizdən 3000 manat pulu istəməsə də Ruhəngiz həmin 3000 manat pulu hissə-hissə tam olaraq ona geri qaytarmışdır. Ona dəyən zərər Rühəngiz tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X104 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Şahid35 onun xalası qızıdır. Arvadı Səidə belindən əməliyyat olunmuş, ona pensiya təyin edilməsini düşünərək, Səidə xalası Farizə ilə bu barədə söhbət etmişdir. Farizə də Səidəyə İ-ci qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin iyun ayının əvvəllərində 5500 manat pul istəmişdir. O da 5500 manat pulu aparıb Farizəyə vermişdir. Pulun verilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Səidənin pensiya işi alınmamamış, ona görə də pulunu Farizədən tələb etmişdir. Farizə də bir neçə ay bundan əvvəl həmin pulu ona qaytarmışdır. Hazırda ona dəyən zərər ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. O, anadangəlmə gözdən 1-ci qrup əlildir. X107 həyat yoldaşı X53 doğuş zamanı zədə aldığı üçün onda nevroloji problemlər yaranmış və Gülnar üçün əlillik pensiyası düzəltmək istəmişdir. Lakin sənədləşmə işləri çətin olduğundan heç bir yerə müraciət etməmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü olan Şəfəq Nağıyevanın fəal olduğunu və bir neçə nəfərə hansısa sənəd işində kömək etdiyini bilib, Şəfəqlə Gülnarın pensiya məsələsi ilə bağlı söhbət edəndə o, bir nəfər şəxsin 3 ay müddətində 4000 manat pul müqabilində aylıq 150 manat əlillik pensiyası düzəltdiyini demişdir. O da bu təkliflə razılaşaraq, 2017-ci ilin dekabr ayının ortalarında yaşadığı evdə özünə məxsus 4000 manat pulu və Gülnarın xəstəlik sənədlərini Şəfəqə vermişdir ki, Şəfəq tanışı vasitəsilə Gülnarın pensiya məsələsini həll etsin. Lakin həmin pulun Şəfəqə verilməsindən Gülnarın xəbəri olmamışdır. O, Şəfəqə pul verdikdən 4 ay keçməsinə baxmayaraq pensiya işinin alınmadığını görüb, Şəfəqlə bu barədə maraqlandıqda Şəfəq həmin pulu ona qaytarmışdır. Şahid Zərərçəkmiş şəxs11 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Samirəni tanımamışdır, o, pulu Şəfəqə vermiş və Şəfəqdən də almışdır. Ona dəyən zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Abasov Niyaməddin və Təqsirləndirilən şəxs tanıyır. X42 onun həyat yoldaşıdır. X77 vasitəsilə əslən Biləsuvar rayonundan olan Niyaməddin adlı şəxsin pensiya işləri ilə məşğul olduğunu və sağlamlıq vəziyyətindən, yəni xəstə olubolmamasından asılı olmayaraq istənilən şəxsə əlillik dərəcəsi ilə pensiya düzəltdiyini bilmişdir. Həyat yoldaşı Aygünə pensiya düzəldilməsindən ötrü Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən Göz xəstəxanasının yanında 2017-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində Niyaməddin Abasovla görüşmüş, Niyaməddin Aygünün müddətsiz, birinci dərəcəli əlil kimi aylıq 250 manat pensiya alacağına dair vəd verib, bu işin 5400 manata həll olunacağını demişdir. 2017-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr ərazisində yerləşən Göz xəstəxanasının yanında Saidə Rzayevanın iştirakı ilə Niyaməddinə 2000 manat pul, 3-4 gün sonra yenə həmin yerdə Saidə Rzayevanın iştirakı ilə 2000 manat pul, 2017-ci ilin mart ayının sonlarında isə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının qarşısında 1400 manat pul vermişdir. Niyaməddin ona Aygünün pensiya işini 1-2 ay ərzində həll edəcəyini demişdir. O da özünün də pensiyaya çıxmağından ötrü Niyaməddinlə danışaraq ona 5400 manat verməli olsa da, onun və həyat yoldaşının işləri bir yerdə olduğundan onun pensiyasını 4000 manata həll edəcəyini demişdir. Niyaməddin ümumilikdə ondan 9400 manat pul almışdır. Bir müddət vaxt keçməsinə baxmayaraq, Aygün Mehdiyevanın pensiya məsələsi düzəlməmiş, Niyaməddin hər dəfə müxtəlif bəhanələr gətirib onu inandırmağa çalışmışdır. Niyaməddin demişdir ki, guya X12 müxtəlif xəstəliklərdən ibarət əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş, sonuncu müayinəyə dair məlumat vərəqəsini 2017-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr. ərazisində yerləşən Göz xəstəxanasının qarşısında ona verib işin düzəldiyini bildirmişdir. O da həmin sənədi aparıb Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmiş, təxminən 1 ay sonra müəyyən olunmuşdur ki, həmin sənəd saxtadır. O başa düşmüşdür ki, Niyaməddin onu aldadır. O, Niyaməddin ilə əlaqə saxlamaq istəsə də Niyaməddinin telefonları bağlı olmuşdur. O, Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndinə getmiş və onun aldatmasının səbəbini soruşmuşdur. Niyaməddin də demişdir ki, Aygünün pensiya işinin düzəlməsi üçün pulu Təqsirləndirilən şəxs adlı şəxsə versə də Samirə işi düzəltmədiyi üçün onu pis vəziyyətə qoyub və ona görə onun pulunu qaytara bilmir. X26 pul almağını etiraf etməsə də ona inanmamışdır. Çünki Niyaməddini dəfələrlə taksi kimi Samirənin yaşadığı Maştağa qəsəbəsindəki evinə aparmış və saatlarla Niyaməddini Samirənin evinin qarşısında gözləmişdir. Niyaməddinin Samirənin evinə əli boş getməklə əlində sənədlərlə çıxdığını da görmüşdür. O, əvvəllər Samirə ilə Niyaməddini bir yerdə görsə də Samirənin nə işlə məşğul olduğunu bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Niyaməddinlə Samirə ayrı-ayrı şəxslərə pensiya düzəldilməsi işi ilə məşğuldurlar. Niyaməddini onun evinə aparıb saatlarla qapıda maşında əyləşib onu gözləməyindən belə başa düşmuşdur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla Niyaməddin ona iş gətirir və Samirə də bu işləri həll edir. Niyaməddinə 9400 manat pul vermiş, həmin pul isə ona qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X65 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Ruhəngizi və Samirəni tanıyır. 1996-cı ildən “İ” qrup gözdən əlildir. O, Şahid53 ilə təxminən 2015-ci ilin may ayında qonşuları Səbinəgildə tanış olmuşdur. 2017-ci ilin oktyabr ayında Səbinənin evində olanda Ruhəngiz ora Samirə adlı bir qadınla gəlmiş və o, Samirəni ilk dəfə orada tanımışdır. Söhbət əsnasında Samirə onun yaşayış şəraitini soruşub özünün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində hüquqşünas vəzifəsində işlədiyini, həyat yoldaşı Rasimin isə aeraportda təhlükəsizlik xidmətinin əməkdaşı olduğunu demişdir. Samirə ondan xəstəliyi olub pensiya ala bilməyən qohum tanışlarının olub-olmadığını soruşduqda bir neçə qohum və tanışının xəstə olsalar da pensiya ala bilmədiyini dedikdə Samirə həmin adamların sənədlərini gətirib baxmağını və pul müqabilində köməklik edib onlara pensiya düzəltdirmək imkanı olduğunu demişdir. Bundan sonra o, əmisi qızı X43, bacısı X71, qaynı arvadı X10, qızı Şəbnəmin oxuduğu məktəbdə müəllim işləyən Əsəd müəllimin gəlini X53, dayısı qızı Şahid31 ilə, əmisi oğlu Şahid33, qonşusu Goranboy rayonu Yuxarı Ağcakənd kəndində yaşayan Şahid32 ilə əlaqə saxlamış və onlara pensiya düzəldən tanışı olduğunu demişdirlər. Belə ki, Səliqədə çənə qüsuru, Şəhla, Sehranə, Gülcahan və Təhminə nevroloji xəstəliklər, Gülnar doğuş zamanı kəllə-beyin travması alaraq həmin xəstəliklərdən əziyyət çəkmiş, həmçinin Əsəd müəllimin qohumu Rüsalənin 1 böyrəyi olmadığından onlar xəstə və daimi müalicə alsalar da, pensiya alınması üçün müvafiq səhiyyə müəssisəsinə müraciət etməmişlər. Hətta Samirə həmin şəxslərdən bacısı Şəhla və Təhminəni onun evində görüb tanımış, sonra Samirə həmin 7 nəfərin şəxsiyyət vəsiqələrinə baxıb Ruhəngizin həmin şəxslərin pensiya məsələsinin düzəlməsi üçün lazım olan məbləği deyəcəyini bildirmişdir. İlkin olaraq həmin şəxslərin şəxsiyyət vəsiqələrinin əsllərini Ruhəngizin bacısı qızı X33 yaşadığı ünvan 10 ünvanında Samirəyə vermişlər. O, özü əlil olmaqla bu işlərdən anlayışı olduğu üçün həmin şəxslərin əlilliyə görə pensiyaya çıxmasına görə poliklinikalarda xəstəlik kitabçasının açılıbaçılmadığını dəfələrlə Samirə xanımdan soruşduqda onu arxayın salaraq heç bir narahatçılıq olmadığını və həmin şəxslərin pullarını “TSEK” sədrlərinə verməklə əlillik dərəcələri üzrə pensiya işlərini həll etdiyini izah etməklə onu inandırmışdır. Ondan sonra Ruhəngiz ona Səliqə, Şəhla və Təhminəyə pensiya təyin edilməsi üçün hərəsinin 4000 manat pul verməli olduğunu demişdir. O, Səliqənin pensiya işi üçün 4000 manat pulu 2017ci ilin oktyabr ayının sonlarında Ruhəngizin bacısı qızı Səbinənin yaşadığı evdə Samirənin deməsinə əsasən ona çatdırması üçün Ruhəngizə vermişdir. Samirə ona həmin şəxsin pensiyasının 3 ay müddətinə həll olunacağını bildirmişdir. Bundan sonra qaynı arvadı Təhminənin pensiya işi üçün 4000 manat və bacısı Şəhlanın pensiya işi üçün isə 3500 manat pulu 15 noyabr 2017-ci il tarixdə Səbinənin evində Samirənin deməsinə əsasən ona çatdırması üçün Ruhəngizə vermişdir. Samirə həmin şəxslərin də pensiyalarının 3 ay müddətinə düzələcəyinə söz vermişdir. 2017-ci ilin dekabr ayının ortalarında Əsəd müəllimin yaşadığı Bakı şəhəri Nərimanov rayonu ərazisindəki evindən əvvəlcə 4000 manat pulu gəlini Gülnar Hümbətovanın pensiya işi üçün götürmüş, elə həmin günü pulu qonşusu Səbinənin yaşadığı evdə Ruhəngizə vermişdir. Bundan 2 gün sonra Əsəd müəllimin qohumu Rüsalənin pensiya işi üçün 4000 manat pulu yenə Bakı şəhəri Nərimanov rayonu ərazisində Əsəd müəllimin yaşadığı həmin evdən götürüb istifadəsində olan ***-***-**-** mobil nömrəylə Ruhəngizin istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb onunla yenə Səbinəgildə görüşüb 4000 manat pulu əlbəəl Ruhəngizə vermişdir. 2018-ci ilin əvvəllərində isə əlilliklə pensiya işinin məbləğ artdığından Sehranə üçün 4500 manata, Gülcahan üçün isə 6000 manat pul istəmişlər. Həmin şəxslərin pulunu da 2018-ci ilin yanvar ayının əvvəllərində yenə Səbinənin evində Samirəyə çatdırması üçün Ruhəngizə vermişdir. 2018-ci ilin aprel ayında Samirə Səliqə, Şəhla və Təhminəyə 1-ci qrup əlillik pensiyaları təyin edildiyini bildirmişdir. Səliqəyə Dövlət Sosial X70 rayon şöbəsindən, Şəhla və Təhminəyə isə Şamaxı rayon şöbəsindən, eləcə də Rüsaləyə pensiya təyin edilmiş, 2018-ci ilin iyun ayında Səliqə, Şəhla və Təhminə 3 aylıq pensiya məbləğini birdən almışlar. Lakin növbəti ay onların pensiyaları kəsiləndən sonra qeyd olunan DSMF-in rayon şöbələrindən zəng vurub onların pensiyalarında saxtakarlıq olduğu üçün pensiya verilməsi dayandırılmış, lakin Samirə Gülnar, Sehranə və Gülcahanın pensiyasını ümumiyyətlə düzəltməmiş və təyinat aparılmamışdır. O, Ruhəngizdən və Samirədən 7 nəfərin pullarını geri qaytarmasını tələb etmiş, lakin nə o, nə də Ruhəngiz Samirəni tapa bilməmişlər. Samirə telefonunu bağlamış, Samirənin istifadəsində çox nömrələr olduğundan həmin nömrələrlə əlaqə saxlasa da ona cavab verən olmamışdır. Qeyd edilən 7 nəfər narazı qalaraq pullarını ona verdikləri üçün ondan tələb etmişlər. Ona görə də banklardan kredit və qohumlardan borca pul götürüb hissə-hissə həmin şəxslərin pullarını tam olaraq qaytarmışdır. İstintaq dövründə müstəntiq Əflatun Səlimov ona dəymiş ziyandan 13000 (on üç min) manat pul qaytarmış, qalan 17000 (on yeddi min) manat pulu isə qaytarılmamışdır. Samirə TSEK sədri işləyən Pərviz adlı şəxsin vasitəsilə pensiya təyin etdirəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Şəfəq Nağıyeva onun əmisi qızı, həyat yoldaşı Sehranənin isə bibisi qızıdır. Şəfəq 1-ci qrup əlil olmaqla, Bakı şəhərində yaşayır. Sehranə Şəfəqgildə olarkən, orada söhbət zamanı Şəfəq Sehranə və Səliqəyə Ruhəngiz adlı qadının vasitəsilə tanıdığı Samirə adlı qadının pul müqabilində əlillik pensiyası düzəltmək imkanı olduğunu bildirmişdir. O da Sehranənin və Gülcahanın birlikdə 10500 manat pulunu Şəfəqə vermişdir ki, onlar üçün pensiya düzəltdirsin. Lakin həmin pulların Ruhəngizə və ya Samirəyə catıbcatmadığını bilməmişdir. Cünki pensiya işləri düzəlmədiyindən Şəfəq Gülcahanın 6000 manat pulunu və ona məxsus 4500 manat pulu tam şəkildə qaytarmışdır. Ona görə də hazırda heç kimdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid53 taniyir. Şahid53 böyük qızı Əfsanə onunla qonşudur. 2017-ci ilin sentyabr ayında belindən əməliyyat olunmuşdur. Bir müddət sonra təsadüfən qonşusu Əfsanənin evində olarkən əvvəllər tanımadığı Samirə adlı qadın ora gəlmişdir. Əfsanə Samirənin onun anası Ruhəngizin rəfiqəsi olduğunu bildirmişdir. Samirə onun çətinliklə yeridiyini görüb soruşduqda, o da belindən əməliyyat olunduğumu demişdir. Samirə ona pensiya düşdüyünü və pul müqabilində əlillik pensiyası düzəldə biləcəyini dedikdə Əfsanə də Samirənin həqiqətən pensiya düzəltdiyini demişdir. Samirə 7000 manat pul müqabilində ona 1-ci qrup əlillik pensiyası düzəldəcəyini və aylıq 500 manat pensiya alacağını vəd etmişdir. O da o qədər pulu olmadığını deyəndə Samirə 5000 manat pul müqabilində ona aylıq 250 manatlıq pensiya düzəldə biləcəyini demişdir. O, qızıllarını sataraq cəmi 5000 manat pul düzəltmiş və 2017-ci ilin noyabr ayında Əfsanənin evində Samirəyə verilməsi üçün 5000 manat pulu Ruhəngizə vermişdir. Samirə ən uzağı 1- 2 aya pensiya işinin düzəldəcəyini desə də 2 ay keçməsinə baxmayaraq, pensiya məsələsi düzəlməmişdir. Ruhəngizlə əlaqə saxlayıb işin nəticəsi barədə soruşduqda Ruhəngiz Samirəyə zəng vurmuş, Samirə hər dəfə müxtəlif bəhanələr gətirib Ruhəngizə gözləməyini və yaxın günlərdə pensiya işinin düzələcəyini desə də pensiya işi həll olunmamışdır. Ruhəngiz onunla yanaşı başqa qohumlardan da pul alıb pensiya düzəlməsi üçün Samirəyə vermişdir və həmin adamların heç birinin işi həll olunmamışdır. X78 pensiya işini həll etmədiyi və pulları qaytarmadığı üçün Samirənin barəsində polisə şikayət etmişdir. O, pulunun qaytarılması üçün Samirəyə müraciət etməmişdir. Onun pulunu Ruhəngizin qızı Əfsanə qaytarmışdır. Ona görə heç kimdən şikayətçi deyil. Şahid28 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyət olduğunu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Samirəyə 3000 manat pul müqabilində ona aylıq 250 manatlıq pensiya düzəltməsi ilə əlaqədar pul vermişdir. Şahid28 bildirmişdir ki, o, pensiya üçün Samirəyə 3000 manat yox, 5000 manat pul vermişdir. İfadəsinin həmin hissəsi düz yazılmayıb. Həmin 5000 manat pulu da Əfsanə ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, Şahid54 Firdudin oğlunu tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. O, uşaq vaxtı travma aldığından baş-beynində sıxılma və narahatçılıq olmuşdur. 2017-ci ilin payız aylarında həmyerlisi Şahid54la Bakı şəhərində söhbət edərkən Turac ona pensiyaa işləri ilə məşğul oldunu deyərək xəstəliyinin olmasını bildiyindən 4000 manat müqabilində ona pensiyaya çıxmağında köməklik edə biləcəyini demişdir. Həmin pul müqabilində Turac onu 3 ay ərzində 2-ci dərəcəli əlilliyə görə müddətsiz pensiya təyin etdirəcəyini demişdir. O, arvadı Eldanə Məmmədova böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün belə qərara gəlmişdir ki, hər ikisinin xəstəliklə bağlı pensiyaya çıxması üçün Turaca müraciət etsin. 2018-ci ilin mart ayının əvvəllərində Turacla danışıb Bakı şəhəri Nizami rayonu Bakı Metropoliteninin “Neftçilər” stansiyası qarşısında görüşüb əvvəlcə Turaca 5000 manat, bundan bir ay sonra isə eyni ünvanda 2018-ci ilin aprel ayının əvvəllərində Turaca 3000 manat pul vermişdir. O, deyilən vaxtdan da artıq müddət gözləməsinə baxmayaraq nə özünün, nə də arvadının pensiya işi həll edilməmiş və artıq aldanıldığını başa düşərək Turacdan pulunu geri tələb etmişdir. Turac hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadına verdiyini demişdir. O, həmin qadını tanımamış, görməmiş, lakin Turacı tanıdığından və 8000 manat pulu Turaca verdiyi üçün həmin pulu ondan tələb etmişdir. Ona dəyən 8000 manatın zərərin 1000 manatını Turac ödəyib, qalan 7000 manatı isə ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid39 ifadəsində göstərmişdir ki, 1991-ci ilin yay aylarında İ Qarabağ döyüşlərində 2 il iştirak edərək heç bir xəsarəti və yarası olmamış, lakin Qarabağ müharibəsi iştirakçısı olmaqla aylıq 80 manat pensiya almışdır. O, 2017-ci ilin təxminən yanvar ayının ortalarında Sumqayıt şəhərində kiminsə hüzründə qohum-əqraba ilə söhbət zamanı Elbarın pensiya işləri ilə məşğul olduğunu eşitmiş və Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona da əlavə pensiya düşüb-düşməməsi barədə Elbardan soruşmuş, ünvan 11 ünvanında Elbar müharibə iştirakçısı olmağına dair vəsiqəni və hərbi biletin surətini ondan alaraq kiməsə göstərəcəyini deyib təxminən 1 həftə sonra ona bu sənədlərlə əlavə pensiya düşdüyünü və aylıq 400-500 manat pensiya alacağını bildirmişdir. Elşad və Elxan Məmmədov qardaşları ondan əvvəl pensiya işinin düzəlməsi və gələcəkdə pensiya almalarından ötrü Elbara müraciət etdiklərindən o, Elbardan bu işlərin necə və hansı yolla həll ediləcəyini soruşduqda Elbar ona pensiya məsələlərini həll edən bir tanışı olduğunu və həmin şəxs vasitəsilə 8000 manat pul müqabilində aylıq 500 manata yaxın pensiya olmaqla onu əlilliklə pensiyaya çıxarda biləcəyini demişdir. 2018-ci ilin fevral ayının əvvəllərində ünvan 12 ünvanında Elbarla görüşüb 8000 (səkkiz min) manat pulu təklikdə ona vermiş və Elbar 6-7 ay ərzində pensiya işinin həll ediləcəyini bildirmişdir. Lakin deyilən vaxtdan artıq müddət keçməsinə baxmayaraq pensiya işi düzəlməmişdir. Təxminən bir il sonra Elbar tanıdığı adamlarım işdən çıxarıldığını, pensiya işinin alınmadığını və həmin adamların sənədləri və pulları geri qaytarmadıqlarını bildirdikdə artıq aldandığını və ona qarşı dələduzluq edildiyini anlamışdır. O, Elbarın şəxsən kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını və bu işi kiminsə vasitəsilə həll etdiyini əvvəlcədən başa düşmüşdür. Elbar ondan və başqa adamlardan da pensiya məsələsi ilə bağlı pul almış, Şahid55 onun pensiya məsələsini düzəltməkdə maddi marağı olmuşdur. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2014- 2015-ci illərdə əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakı şəhərində adını xatırlamadığı özəl tibb müəssisəsində müalicədə olmuş, həmin xəstəliklə bağlı ayaqlarında kəskin ağrılar yaranmağa başlamışdır. Onun əslən Kəlbəcər rayonundan olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan tanışı Şahid7 ilə yaxın münasibəti olmuş, xəstəliyi ilə bağlı xəstəxanaya əlilliyin təyin edilməsindən ötrü müraciət etməmişdir. Lakin Nəsimi ilə 2017-ci ilin yay aylarında qeyd olunan xəstəliklə bağlı söhbət edərkən Nəsimi ona bir nəfər tanışı olduğunu və həmin şəxsin onun pensiya işini düzəldə biləcəyini, bunun qarşılığında 3000 manat pul və şəxsiyyət vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. O, əlilliklə bağlı təqaüdə çıxmaqdan ötrü 2017-ci ilin iyun ayının əvvəllərində 3000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhəri Nərimanov parkının qarşısında Şahid7 vermiş, Nəsimi həmin pul müqabilində 3 ay ərzində onu ya 3-cü ya da 2-ci dərəcəli əlilliklə bağlı pensiya təyin etdirməli olsa da, 3 ay vaxt keçməsinə baxmayaraq iş düzəlməmiş və Nəsimi onun pulunu dərhal geri qaytarmışdır. Nəsiminin pulu Şahid54 və ya Təqsirləndirilən şəxs verməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2011-ci ildən taksi fəaliyyəti ilə məşğul olmaqla “London”, “8555”, “Profis MMC”-nin “Fayton taksi” və 189 taksi xidmətlərində taksi sürücüsü kimi fəaliyyət göstərməklə ailəsinin dolandırmışdır. Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayından tanıyır. Samirə ilə tanışlığa səbəb öz qızı ilə Samirənin qızı Zəhranın Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 187 nömrəli tam orta məktəbdə eyni sinifdə oxumaqları olmuşdur. O, fasilələrlə Təqsirləndirilən şəxs ümumilikdə 1 il 6 ay müddətində taksi xidməti göstərmişdir. Samirə onun taksi kimi istifadə edərək haqqını vermiş, Samirəyə taksi kimi xidməti gün ərzində olmaqla bəzən günortaya qədər, bəzən səhərdən axşama qədər olmuşdur. Təqsirləndirilən şəxs ona Vəkil Bürosunda vəkil işlədiyini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası olduğunu demişdir. Samirə telefonda danışarkən müxtəlif şəxslərə də özünü vəkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqşünası kimi təqdim etmişdir. Bəzən nazir Sahil Babayevin qəbuluna düşdüyünü də demişdir. O, Təqsirləndirilən şəxs 2-3 ay xidmət göstərdikdən sonra bilmişdir ki, Samirə ayrı-ayrı şəxslərin xəstəliklə bağlı təqaüdə çıxarılmasından ötrü Suraxanı rayonuna Tibb komissiyasında işləyən Pərviz adlı şəxsin yanına dəfələrlə gedib-gəlmişdir. Samirə Pərvizin iş yerinə getmiş, dəfələrlə Bilgəh qəsəbəsində Pərvizə məxsus “Walksvagen” markalı qara rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomaşında Pərvizlə söhbət etmişdir. Samirə telefonda danışarkən kiməsə ayrı-ayrı adamlara Pərviz həkim vasitəsilə pensiya təyin etdirdiyini demişdir. Bir dəfə Bilgəh qəsəbəsinə Pərviz həkimin yaşadığı evə Samirə və başqa 2 qadını aparmış, həmin vaxt qadınlar kimlərisə təqaüdə çıxartmaqdan ötrü vermiş olduqları pullarını istəmişlər. Samirənin əri Rasim bir böyük ağsaqqal kimi atası Yaşardan xahiş edərək Pərviz həkimlə danışmağı və onlara dəyən ziyanı ödəmək üçün qabağa düşməyini xahiş etmişdir. Onun atasının adı sənəddə Balarza olsa da camaat arasında Yaşar deyə müraciət edirlər. 2018-ci ilin yay aylarında Bilgəh qəsəbəsində yolun kənarında çayxanaların birində özü, atası, Rasim və Pərviz həkim oturub təxminən 1 saat söhbət etmişlər. Söhbətin şahidi olaraq Rasim Pərviz həkimə hansısa şəxslərin pensiya işləri alınmadığı üçün pullarını geri istəmiş və orada 100.000 (yüz min) manatlardan söhbət getmişdir. Pərviz həkim Samirədən pensiya işlərinə görə pul aldığını etiraf edərək 10.000 (on min) manat verə biləcəyini desə də Rasim həmin məbləğlə razılaşmamışdır. Pərviz həkim Rasimə Samirənin ona o qədər pul vermədiyini demiş və Rasimdən pensiyaya çıxmaq üçün müraciət edən şəxslərin siyahısını istəmişdir. Bu söhbətdən sonra Rasim ona bir vərəqdə bir cərgədən ibarət ancaq şəxslərin adları yazılmış siyahını Pərviz həkimə Maştağa yolunda Azpetrol YDM-in yanında əlbəəl verdikdə Pərviz həkim ondan şəxslərin soyadlarını soruşduqda onun məlumatı olmadığını bildirmiş və Rasimə zəng edib aydınlaşdıracağını demişdir. 2018-ci ilin payız aylarında Pərviz həkim Təqsirləndirilən şəxs bacısı Zülfiyyə ilə Bilgəh qəsəbəsində yolun kənarında görüşmüş, Zülfiyyə onun maşınına minərkən əlində pulla dolu paket olmuşdur. Zülfiyyə Pərviz həkimin camaata qaytarmaqdan ötrü 10.000 (on min) min manat pul verdiyini demişdir. Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə Bakı şəhərində görüşməklə yanaşı, o cümlədən rayonlara da gedərək ayrı-ayrı şəxslərlə görüşmüşdür. O, Samirəni bir neçə dəfə də Şamaxı rayonuna aparmış, Samirə Şamaxı rayon xəstəxanasında Aygün adlı qadınla görüşmüşdür. Samirə Şamaxı şəhərində Hacı Əzizxan adlı şəxslə də görüşmüşdür. X79 qohumlarına Bakı şəhərindən sosial evlər təşkil etməli olduğunu onların arasında bu mövzuda telefonda söhbət olarkən eşitmişdir. O, X110 rayonunda sələmə pul verən şəxs kimi Təqsirləndirilən şəxs ondan sələmə pul almasının şahidi olmamış və Samirə yolboyu bu barədə heç nə deməmişdir. X111 qohumlarına Bakı şəhərində sosial ev təşkil edəcəyindən danışmışdır. Süleyman həkimi Samirə vasitəsilə tanımışdır. İki dəfə Samirə ona paketdə 1300 və 1500 manat pul vermiş, o da pul olan paketləri Süleyman həkimə catdırmışdır. Bir dəfə də Süleyman ona 1000 manat pul vermişdir ki, Samirəyə çatdırsın. O öz atasına pensiya düzəldilməsi ilə bağlı Samirəyə 4000 manat pul vermiş, lakin pensiya iş alınmadığı üçün Samirə onun pulunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 1989-cu il təvəllüdlü qızı Şəhla Əmrahova 4 ildir ki, ailəsindən boşanmış və himayəsində 2 azyaşlı övladı vardır. Şəhlanın səhhətində qıcolmaları tez-tez baş verdiyindən bu xəstəlikdən əziyyət çəkmiş, bununla bağlı xəstəxanalarda müalicədə olmuş, lakin pensiya işinin həlli üçün rəsmi qaydada harasa müraciət olunmamışdır. O, Natiqlə 2017-ci ilin yaz aylarının əvvəllərində söhbət edərkən qızının xəstəliyi olduğundan əlilliyə görə pensiyaya çıxmalı olduğunu dedikdə söhbət əsnasında Natiq ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən bir nəfər qadın tanışı var və qızını 3700 manat pul müqabilində əlilliklə pensiyaya çıxarda bilər. O, bu barədə bir müddət düşünmüş, həmçinin bacısı oğlu X34 ilə aralarında söhbət edərkən Hikmətin də hansısa xəstəliyi olduğundan hər ikisinə görə pensiya düzəlməsi üçün Natiqə müraciət etmək qərarına gəlmişlər. Belə ki, Şəhla Əmrahovanın və bacısı oğlu X11 pensiya işini Zərərçəkmiş şəxs6 dediyi kimi Əmək Nazirliyində işləyən hansısa qadının vasitəsilə düzəltmək üçün 2017-ci ilin iyun ayının əvvəllərində hər biri üçün 3700 manat olmaqla ümumilikdə 7400 manat pulu və hər ikisinin şəxsiyyət vəsiqələrinin surətlərini Gəncə şəhərində yerləşən köhnə avtovağzalın yanında Nərimanov parkında əlbəəl Zərərçəkmiş şəxs6 vermişdir. Natiq 3-4 ay ərzində həmin şəxslərə 1-ci dərəcəli əlil kimi pensiya təyin etdirəcəyini demişdir. Lakin deyilən vaxt keçməsinə baxmayaraq pensiya işləri düzəlməmiş və Natiqdən pulunu geri tələb etmişdir. Natiq pulun verilməsini yubatdıqda onunla görüşüb pulu kimə verdiyini və bu işi kimin vasitəsilə düzəldəcəyini konkret olaraq maraqlandıqda Natiq ona 7400 manat pulu həmyerliləri Turac adlı şəxsə, Turacın da öz növbəsində pulu adını sonradan bildiyi guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan Təqsirləndirilən şəxs adlı qadına verdiyini, həmin qadının bunları aldatdığını demişdir. Natiq hətta ona Bakı şəhərində Təqsirləndirilən şəxs ilə Turacı görüşdürdüyünü, görüş zamanı Samirənin ayrı-ayrı şəxslərə əlilliklə bağlı təqaüd təyin edilməsindən ötrü Turacdan pul aldığını etiraf etdiyini bildirmişdir. Natiq onun həmyerlisi olduğu üçün işini təmənnasız həll etməyə söz vermişdir. Natiqə bu işə görə əlavə pul verməmişdir. Natiq demişdir ki, pulu Turaca vermişdir, onun tanıdığı həkimi var, pensiya işini həmin həkim düzəldəcək. Hazırda onun pulu qaytarılmayıb, Natiq söz vermişdir ki, 5 ay müddətində pensiya işi düzələcək, lakin düzəlməmişdir. Sonradan bilmişdir ki, onu aldadıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid54 tanıyır.Şahid54 onun kirvəsinin bacanağı oğlu olmaqla bir həmyerli kimi Turacı çoxdan tanımış və münasibətləri olmuşdur. O, Turacın pensiya işlərinin düzəlməsində tanışı olduğunu eşitmiş və bu barədə Gəncə şəhəri Nərimanov parkında Turacla görüşüb söhbət edərkən Turac ona tanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə istənilən şəxsi əlilliyə çıxartmaq imkanı olduğunu bildirmişdir. O, 1-ci dərəcəli əlilliyə görə pensiya təyin olunmasına görə Gəncə şəhəri, Nərimanov parkında 2017-ci ilin may ayının sonlarında Turaca Kəlbəcər rayonu Bağırlı kənd sakini X14 görə 3700 manat pul, Kəlbəcər rayon Bağırlı kənd sakini X20 görə 3700 manat pul, Tərtər rayonu Çardaxlı kənd sakini Şahid12 görə 3700 manat pul, Gəncə şəhərində yerləşən Zabitlər evinin qarşısında 2017-ci ilin iyun ayının 11-də Bərdə rayonu Qarağacı kəndində doğulmuş Ağdam rayonu Şurabad kənd sakini Şahid16 görə 3650 manat pul, Göygöl şəhər sakini Şahid17 görə 3700 manat pul, Kəlbəcər rayonu İlyaslar kənd sakini olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan X44 görə 3700 manat pul, Kəlbəcər rayonu Bağırlı kənd sakini olmaqla məcburi olaraq Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmış X35 görə 3700 manat pul, Kəlbəcər rayonu Cəmilli kənd sakini olmaqla məcburi olaraq Göygöl şəhərində yaşayan X45 görə 3700 manat pul vermişdir. Həmin şəxslərə pensiya təyin olunmadığı üçün verdiyi pulları geri tələb etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Turacgilin yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində görmüşdür. Sonradan isə Bakı şəhərində Samirə və əri Rasimlə görüşüb Turacın pulları Samirə və Rasimə verib-verməməsini dəqiqləşdirmişdir. O, 2018-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyası yaxınlığında özü, baldızı oğlu Şahid7, Turac və onun atası Firudinlə birlikdə Rasim, Samirə və Samirənin sürücüsü Məmmədrza ilə görüşmüşdür. O, pulunu Samirə və Rasimdən tələb etdikdə sonuncu Turacın Samirəyə pul verdiyi şəxslərin siyahısını göstərib Şəhla Əmirovadan başqa qalan şəxslərin pullarını aldıqlarını və hər həftədə bir nəfərin pulunu qaytaracağını vəd etmişdir. Bu söhbətdən sonra 2 həftə ardıcıl olaraq 2 şəxsin pulu qaytarılmış, qalan şəxslərin pulları isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Niyaməddin Abasov onun qardaşıdır və onunla Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayır. 2017-ci ilin iyun ayının əvvəllərində Niyaməddin ona Bakı şəhərində olan Samirə adlı qadının 4000 manat müqabilində əlillik sənədi düzəltdiyini demişdir. Bundan sonra o, Niyaməddinin yaşadığı evdə Samirə ilə görüşərək öz şəxsiyyət vəsiqəsini və 4000 manat pulu Samirəyə vermişdir. Pulu verəndən sonra Samirə ona 75 gün sonra sənədlərinin hazır olacağını və narahat olmamasını demişdir. Bu söhbətdən 2 ay sonra Niyaməddin ona şəkli əks olunan bir sənəd gətirmiş və həmin sənədin əlillik sənədi olduğunu, əlavə plastik bank kartını Samirənin verəcəyini demişdir. Lakin 10-15 gün gözləsə də heç bir bank kartı gəlməmişdir. Bundan sonra Samirənin Niyaməddinə verdiyi sənədi həyat yoldaşı ilə birlikdə Biləsuvar rayonunda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-yə təqdim etdikdə həmin sənədi yoxlatmış və həmin sənədin saxta olduğunu bilmişdir. O, bu barədə Niyaməddinə deyib pulunu ondan geri istəmiş, lakin Samirə Niyaməddinə sənədin saxta olmadığını və işi Bakı şəhərində düzəldəcəyinə söz vermişdir. Niyaməddin pensiya işlərini Təqsirləndirilən şəxs vasitəsilə düzəltmiş, çünki Niyaməddin rəsmi olaraq heç yerdə işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Niyaməddin Abasov onun qaynı oğludur. Niyaməddin hər hansı rəsmi dövlət işində işləməsə də Niyamədinin ayrı-ayrı şəxslərə əlilliklə bağlı pensiya sənədi düzəltməsini bildiyindən 2017-ci ilin aprel-may aylarında Niyamədindən ona əlilliklə pensiyaya çıxmağından ötrü köməklik göstərməyini xahiş etmişdir. Niyaməddin ona əlilliklə bağlı pensiya işlərini Bakı şəhərində yaşayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olan Samirə adlı qadın vasitəsi ilə düzəltdiyini və Samirənin bunun qarşılığında 4000 manat məbləğində pul istədiyini demişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Niyaməddin ona zəng edib Samirənin onlarda olduğunu demişdir. O, Niyaməddinin yaşadığı Biləsuvar rayonu Ağalıkənd kəndindəki evinə getmiş, Niyaməddinin evində 4000 manat pulu və sənədi Niyaməddinə vermişdir. Niyaməddin də həmin pulu Samirəyə vermişdir. Samirə əlillik sənədinin təxminən 2 aya hazır olacağını deyib onu arxayın salmış, lakin deyilən vaxtdan çox vaxt keçməsinə baxmayaraq onun işi həll edilməmiş və aldanıldığını başa düşərək Biləsuvar rayon polis şöbəsinə müraciət edib ərizə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid54 əmisi oğlunun qaynı olmaqla bir həmyerli kimi Turacı çoxdan tanıyır və uzaq da olsa qohumluq münasibətləri vardır. O, təsadüfən yaşadığı kənddə Turacın pensiya işlərinin düzəlməsində tanışı olduğunu eşitdiyindən bu barədə kənddə görüşüb söhbət edərkən Turac ona tanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə istənilən şəxsi əlilliyə çıxartmaq imkanı olduğunu bildirmişdir. O, 2017-ci ilin iyun ayının 9-da Gəncə şəhərində yerləşən Nərimanov parkının qarşısında Kəlbəcər rayonu Dəmirçidam kəndində qeydiyyatda olmaqla yaşamış X62 (1-ci dərəcəli əlillik) görə 3700 manat pul, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şahid13 (2-ci dərəcəli əlillik) görə 3000 manat pul, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şahid14 (2-ci dərəcəli əlillik) görə 3000 manat pul, Kəlbəcər rayonu Lev kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan Şahid15 (1-ci dərəcəli əlillik) görə 3700 manat pul, 2017-ci ilin sentyabr ayının əvvəllərində 1-ci dərəcəli əlilliklə bağlı pensiya təyin olunmasına görəBakı şəhərində Kəlbəcər rayonu Armudlu kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Mollacəlilli kəndində yaşayan Şahid25, Kəlbəcər rayonu Zallar kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan X54 və Samux rayonu Qırmızı Samux qəsəbəsində yaşayan X55 görə hər birindən 3700 manat pul olmaqla ümumilikdə 14800 manat pulu Turaca vermiş, Turac isə həmin pulu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyası qarşısında Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə Turacgilin yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində görmüş, sonradan isə Bakı şəhərində Samirə və əri Rasimlə görüşüb Turacın pulları Samirə və Rasimə verib-verməməsini dəqiqləşdirmişdir. O, 2018-ci ilin may ayında Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Qara Qarayev” stansiyası yaxınlığında özü, qohumu Natiq, Turac və onun atası Firudinlə birlikdə Rasim, Samirə və Samirənin sürücüsü Məmmədrza ilə görüşmüş, pulunu Samirədən tələb etdikdə sonuncu hər həftədə bir nəfərin pulunu qaytaracağını vəd etsə də, ona heç bir məbləğdə nə Turac, nə də Samirə tərəfindən pul qaytarılmamışdır. Sonradan Turac ona 14.800 manat pulu qaytarmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid19 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 kirvəsinin dayısı oğlu olmaqla yaxın münasibətləri vardır. O, Natiqlə 2017-ci ilin aprel-may aylarında söhbət edərkən arvadının onurğa sütunu fəqərəsində xəstəliyi olduğundan əlilliyə görə pensiyaya çıxmalı olduğunu dedikdə söhbət əsnasında Natiq ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı olduğunu və arvadını əlil kimi 3700 manat pul müqabilində pensiyaya çıxardılmasında köməklik edə biləcəyini demişdir. X80 pensiya işinin həlli üçün 2017-ci ilin iyun ayının 11-də 3700 manat pulu və Aygün Xıdırovanın şəxsiyyət vəsiqəsinin əslini yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs6 vermiş, Natiq 3 ay ərzində Aygünə 1-ci dərəcəli əlil kimi pensiya təyin ediləcəyini desə də, 3 ay vaxt keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və Natiqdən pulunu tələb etdikdə Natiq pulu əslən Kəlbəcərdən olmaqla Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şahid54, Turacın da öz növbəsində Bakıda özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs adlı qadına verdiyini bildirmişdir. O, Samirə adlı şəxsi görməmiş, tanımamış və əlaqəsi olmamışdır. Lakin sonradan Natiq ona demişdir ki, Bakı şəhərində Təqsirləndirilən şəxs ilə Turacı görüşdürmüş və görüş zamanı Samirə Turacdan pul aldığını etiraf etmişdir. Natiq onun qohumu olduğu üçün işini təmənnasız həll edəcəyinə söz vermiş və bu işə görə ona pul verməmişdir. Sonradan Natiq onun pulunu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısı kimi aylıq 80 manat pensiya almışdır. O, Elbarı uşaqlıqdan tanıyır və Elbar onun uzaq qohumudur. 2017-ci ilin təxminən oktyabr ayında Elbarla söhbət zamanı Elbar pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə 7500 manat pul müqabilində Qarabağ döyüşlərində iştirak etdiyinə görə verilməyən əmək haqqı əvəzinə 23000 manat və birdəfəlik kompensasiya kimi pul verilə biləcəyini, həmçinin ona əlillik pensiyası düzəldərək hər ay 330 manat pul alacağını bildirdikdə Elbarın bu təklifi ilə razılaşıb 12 oktyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri 26-cı məhəllədə yaşadığı evin yanında Elbarla görüşüb 7500 manat pul və şəxsi sənədlərinin əsillərini vermiş, sonradan Elbar həmin sənədlərin əsillərini ona qaytarmışdır. Elbar sənədləşmə işlərinin təxminən 4 ay çəkəcəyini və həmin müddət ərzində pensiya işinin həll olunacağına söz vermişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmiş və aldanıldığını başa düşərək Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin sonlarına qədər Elbar hər dəfə vaxt alsa da sonda pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytarmadığını dedikdə Elbara pul verdiyi adamı onunla tanış etməsini xahiş etmiş, Elbar isə həmin iş düzəldən adamı onunla tanış etməmiş və onun pulunu tanımadığı bir qadına verdiyini bildirmişdir. Elbar ondan başqa adamlardan da pensiya işinə görə pul almış və həmin şəxslərin də pensiya işləri həll olunmamışdır. Onun oğlu İİ Qarabağ döyüşlərində şəhid olandan sonra Elbar onun pulunu gətirib tam olaraq qaytarmışdır. O, Elbarın pensiya işlərində araçılıq etdiyini və kimisə pensiyaya çıxartmaq imkanı və səlahiyyəti olmadığını bilərək Elbarın bu işi həmin qadınla birlikdə maddi maraq qarşılığında etdiyini başa düşmüş, lakin həmin qadını görməmiş və tanımamışdır. Şahid55 7500 manat pul vermiş, sonuncu da həmin pulu ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi veteranı olsa da bununla bağlı heç bir sənədi tapılmadığı üçün hal-hazırda sənəd üzrə müharibə iştirakçısı hesab edilməmişdir. O, 2010-cu ildə bel yırtığından əməliyyat olunmuş və evdə xəstəlik sənədləri yığılıb qalmışdır. 2017-ci ilin təxminən fevral ayının ortalarında Sumqayıt şəhəri kolxoz bazarı ətrafında Elbarla söhbət zamanı Elbarın pensiya işləri ilə məşğul olduğunu bilmiş və özü üçün əlillik dərəcəsi almaqdan ötrü Elbara müraciət etmişdir. Elşadla Elxan ondan əvvəl pensiya işinin düzəlməsi və gələcəkdə pensiya almasından ötrü Elbara müraciət etdiklərindən onların hər birinin təxminən 7000-8000 manat aralığında pul verdiklərini özləri və Elbar ona ayrılıqda demişdir. O, Elbardan bu işlərin necə və hansı yolla həll ediləcəyini soruşduqda Elbar ona Əmək nazirliyində işləyən pensiya məsələlərini həll edən bir tanışı olmaqla həmin şəxs vasitəsilə 5000 manat pul müqabilində ona aylıq 256 manat pensiya təyin edilərək 2-ci qrup əlilliyə çıxartmaqda köməklik edəcəyinə söz vermişdir. Təxminən 2 həftə sonra Sumqayıt şəhəri kolxoz bazarının qarşısında Elbarla görüşüb ona xəstəlik sənədlərini, şəxsiyət vəsiqəsi, hərbi biletin surətini və 5000 (beş min) manat pulu vermişdir. Elbarın deməsinə görə 6 aydan 1 ilə qədər müddət ərzində pensiya işi həll olunmalı idi. Lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq pensiya işi düzəlməmiş və bununla da aldanıldığını başa düşmüşdür. O, Elbarın şəxsən kimisə pensiyaya çıxartmaq səlahiyyəti olmadığını və bu işi kiminsə vasitəsilə həll etdiyini bilə-bilə Elbara 5000 manat pulu vermişdir. Elbar pensiya işləri ilə məşğul olduğundan başqa adamlardan da pensiya məsələsi ilə bağlı pul almışdır. O, Elbardan pulunu tələb etdikdə Elbar ona tanıdığı adamların işdən çıxarıldığını və həmin adamların sənədləri və pulları qaytarmadıqlarını bildirməklə dediyinə görə onun pensiya işinin pulunu hansısa qadına verməklə bu işləri görmüş, hətta Elbar tanımadığı bir qadınla onu telefonda danışdırmış və tanımadığı həmin qadın yalvar-yaxar edərək pullarını qaytaracağına söz vermiş, ancaq telefonda danışdığı qadını görməmiş və tanımamışdır. Şahid55 onun pensiya məsələsini düzəltməkdə maddi marağı olmuşdur. Elbar bu günə kimi ona 2019-cu ilin avqust ayında 1500 (bir min beş yüz) manat pul qaytarmış, 3500 manatını isə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi veteranı olmaqla aşağı məbləğdə pensiya almışdır. 2017-ci ilin təxminən dekabr ayında tanışı Elbarla söhbət zamanı Elbar onun ağciyərində xəstəliyinin olmasına baxmayaraq bununla bağlı pensiya almadığını bilmiş və ona pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə pul müqabilində ona əlillik pensiyası düzəldə biləcəyini və nəticədə ayda təxminən 500 manat civarında pensiya ala biləcəyini demişdir. O, Elbara bu barədə dəqiq məlumatı olmadığını, düzəldə bilərsə maraqlanıb həll etməyini və həmin pensiyanı ona hansı məbləğin müqabilində düzəldə biləcəyini öyrənməyi xahiş etmişdir. Bir müddət sonra Elbar yenidən onunla görüşüb pensiya düzəldən şəxslə danışıb maraqlanaraq 5000 manat müqabilində ona pensiya düzəldə bilməklə hər ay 500 manat pul alacağına əmin etmişdir. O, Elbarın bu təklifi ilə razılaşıb həmin məbləği düzəltmiş və 14 dekabr 2017-ci il tarixdə Nobel prospektində Elbarın evinin yaxınlığında Elbara 5000 manat pul, hərbi bilet, veteranlıq vəsiqəsi və digər şəxsi sənədlərin əsillərini vermiş, sonradan Elbar həmin sənədlərin əsillərini ona qaytarıb sənədləşmə işlərinin 5-6 ay çəkəcəyini və nəticədə həmin müddətə pensiya işinin düzələcəyinə onu inandırmış, lakin həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq onun pensiya məsələsi düzəlməmiş, 2018-ci ilin sonlarında Elbar ona pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytaracağını desə də qaytarmamışdır. O, Elbara pul verdiyi adamı onunla tanış etməyini desə də heç bir halda Elbar həmin adamı onunla tanış etməmiş və pulunu qaytaracağına söz vermişdir. Elbar onun pensiya işinin düzəlməsi üçün pulunu bir qadına verdiyini və həmin qadından pulu ala bilmədiyini demişdir. Elbar ondan başqa da adamlardan pensiya məsələsi ilə bağlı pul almış, Elbarın pul verdiyini dediyi həmin qadınla heç vaxt görüşməmiş və onun pensiya məsələsini Elbarın hansı qaydada düzəldəcəyini bilməmişdir. Hazırda Elbar ondan aldığı 5000 manat pulu ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısı kimi aylıq 80 manat pensiya almışdır. 2017-ci ilin təxminən dekabr ayında tanışı Elbarla söhbət zamanı Elbar onun veteran olmağına baxmayaraq az məbləğdə pensiya aldığını bilmiş və pensiya məsələlərini həll edən bir tanışı vasitəsilə pul müqabilində ona əlavə Qarabağ əlilliyi pensiyası düzəldə biləciyini dedikdə bu barədə Elbardan maraqlanmasını xahiş etmiş, Elbar maraqlanıb 6000 manat pul müqabilində ona əlillik pensiyası düzəldərək hər ay 450-470 manat civarında pensiya alacağını bildirdikdə Elbarın bu təklifi ilə razılaşıb bir neçə gün sonra 2017-ci ilin dekabr ayının sonlarında Saray qəsəbəsində yaşadığı evin yaxınlığında 1001 xırdavat mağazasının qarşısında Elbarla görüşüb ona 6000 manat pul və şəxsi sənədlərinin əsillərini vermiş, sonradan həmin sənədlərin əsilləri ona qaytarılmışdır. Elbar sənədləşmə işlərinin təxminən 5 ay çəkəcəyini və həmin müddət ərzində pensiya işinin həll olunacağına söz vermişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmiş və aldanıldığını başa düşərək Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin mart ayı ərəfəsində Elbar 09 fevral 2018-ci il tarixli, 510 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarının surətini ona verib, sənədinin hazır olduğunu və DSMF-nin Qubadlı şöbəsində yoxlatdırmağını dedikdə, o, həmin sənədə baxıb, sonra Elbardan hərbi həkim komissiyasından keçmədiyi halda, bunun necə düz ola bildiyini soruşduqda Elbar bütün işləri qaydasına qoyduğunu və narahat olmamağını demişdir. O, deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmişdir. O, aldanıldığını başa düşərək, Elbardan pulunu geri istəmişdir. 2018-ci ilin sonlarına qədər Elbar ondan hər dəfə vaxt alsa da sonda pensiya işinin alınmadığını və pul verdiyi adamın pulu qaytarmadığını dedikdə, Elbara pul verdiyi adamı onunla tanış etməsini xahiş etmişdir. Elbar da onu yaşadığı evin yaxınlığında Ruhəngiz adlı qadının evinə apararaq, onu həmin qadından pulunu tələb etməyi demişdir. Həmin vaxt məlum olmuşdur ki, həmin qadın da onun pensiya işinə görə pulu başqa bir qadına vermişdir. O, həmin Rühəngizdən üzrxahlıq edib, oranı tərk etmişdir. Sonra o, Elbara demişdir ki, «pulumu sənə vermişəm, səndən də tələb edirəm». Bundan sonra Elbar onun pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 25 ildir yüksək təzyiqdən əziyyət çəkməklə son dövrlərdə xəstəliyi yaranmış və bu xəstəliklərlə əlaqədar qeydiyyatda olduğu Bakı şəhəri 7 nömrəli poliklinikada ona pensiya düşüb-düşmədiyini həkimlərə müraciət edib maraqlandıqda ona pensiya düşmədiyini bildirmişlər. Bundan bir qədər sonra onunla Yevlax şəhərində 10 il bir sinifdə oxumuş Şahid39 ilə aralarında xəstəlik və pensiya ilə əlaqədar söhbət zamanı Bahadur ona həmyerlisi olan Elbar adlı şəxsin pensiya işləri ilə məşğul olduğunu və özünün pensiya işinə görə Elbara 8000 manat pul verdiyini demişdir. 2018-ci ilin fevral ayının ortalarında Bahadur Elbarın əlaqə nömrəsini ona verərək onunla Bakı Metropoliteninin “Elmlər Akademiyası” stasnsiyası yaxınlığında görüşüb pensiya işini hansı qaydada həll edəcəyini Elbardan soruşduqda Elbar ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən hansısa adını bilmədiyi hüquqşünas qadın tanışının vasitəsilə həll etdiyini bildirmişdir. Elbarın deməsinə görə onun iş stajı çox olduğuna görə aylıq 500 manat pensiya kəsiləcəyini və bu işi 10000 (on min) manata uzağı 6 ay ərzində həll edəcəyinə söz vermişdir. O, hətta Elbardan Bahadurdan nə üçün 8000 manat, ondan isə 10000 manat istədiyini soruşduqda X91 döyüşlərində iştirak etdiyi üçün pensiyalarının fərqli yollarla həll olduğundan məbləğdə də fərq yaranmasını izah etmiş, Elbarın bu təklifinə etiraz etməmiş və təxminən 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyası qarşısında Şahid55lə görüşüb 10000 (on min) manat pulu, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətini ona vermişdir. Elbarın deməsinə görə 6 ay ərzində pensiya məsələsi həll olunmalı olduğundan deyilən vaxtı gözləmiş, lakin həmin müddətdən də artıq zaman keçməsinə baxmayaraq onun pensiya işi düzəlməmişdir. Təxminən bir neçə ay sonra Nazirlikdə vəzifə dəyişikliyi olduğundan Elbar işlərin daha da uzanacağını bildirmiş və daha çox vaxt keçərək artıq aldandığını başa düşmüş və buna görə də Elbardan pulunu tələb etdikdə Elbar pulları verdiyi qadından ala bilmədiyini və səbrli olmağı desə də bugünə kimi ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonradan eşitmişdir ki, Elbar təkcə ondan və Bahadurdan deyil, Sumqayıt və Bakı şəhərində yaşayan Qubadlı sakinlərini pensiyaya çıxartmaq adı ilə onların pullarını almış, lakin heç bir müsbət nəticə olmamışdır. O, Elbarın pensiya işlərində araçılıq etdiyini və kimisə pensiyaya çıxartmaq imkanı və səlahiyyəti olmadığını bilərək Elbarın bu işi həmin vəzifəli hüquqşünas qadınla birlikdə maddi maraq qarşılığında etdiyini başa düşmüş, lakin həmin qadını görməmiş və tanımamışdır. Hazırda Elbar ondan aldığı 10.000 manat pulu ona geri qaytarmayıb, həmin pulu ondan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ döyüşlərində iştirak etsə də veteranlıqla bağlı pensiya almamış, 1998-ci ildə bel nahiyəsindən cərrahiyyə əməliyyatı keçirmiş və 2-ci qrup əlillik pensiyası alır. O, həmyerlisi Elbarı uşaqlıqdan tanıyır və 2017-ci ilin təxminən oktyabr ayında Elbarla söhbət zamanı Elbar onun veteran olmağına baxmayaraq, veteranlıqla bağlı pensiya almadığını, yalnız 2-ci qrup əlilliyə görə pensiya aldığını bilib pensiya məsələlərini həll edən bir tanışı olduğunu və pul müqabilində ona veteranlıq pensiyası düzəltməklə ayda 350 manat, həmçinin əlavə 150 manat prezident təqaüdü olmaqla 2-ci qrup əlillik pensiyası ləğv edilib aylıq 500 manat pensiya almaqda ona köməklik edə biləcəyini demişdir. O, Elbara həmin pensiyanı hansı məbləğ müqabilində düzəldə biləcəyini soruşduqda bir müddət sonra Elbar pensiya düzəldən şəxslə danışıb 6000 manat müqabilində ona veteranlıq pensiyası düzəldə biləcəyini dedikdə bir neçə gün ərzində həmin pulu qohum və tanışlarından bir hissəsini manat və bir hissəsini ABŞ dolları ilə düzəldib 2017-ci ilin oktyabr ayının sonlarında öz evində Elbarla görüşmüş, pulu, hərbi bilet və digər şəxsi sənədlərini Elbara vermiş, Elbar pulun dollar hissəsini manata çevirib cəmi 5890 manat olmaqla həmin məbləğə razılaşmışdır. Elbar sənədləşmə işlərinin 5-6 ay çəkəcəyini və həmin müddət ərzində ona pensiya düzələcəyinə söz vermişdir. Lakin həmin müddətdən də bir neçə ay keçməsinə baxmayaraq, onun pensiya işi düzəlməmişdir. Təxminən bir il sonra Elbar pensiya işinin alınmadığını və pul verdiyi şəxsin pulu qaytaracağına söz versə də pulun qaytarılması yubandığından Elbarın pul verdiyi adamı onunla tanış etməyini bildirmişdir. Lakin Elbar pul verdiyi həmin adamı onunla tanış etməmişdir. Sonradan Elbar onun pensiya işinin düzəldilməsi üçün pulunu tanımadığı qadına verdiyini və həmin qadından pulu ala bilmədiyini demişdir. Sonra Elbarın ondan başqa da adamlardan pul aldığı məlum olmuşdur. Elbar ona vurulmuş 5890 manat ziyanı tam şəkildə ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, uşaqlıqdan rəssamlıqla məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. O, 2005-ci ildə üz sinirinin parezi xəstəliyi keçirtsə də buna görə müalicə alaraq sağalmış, hər hansı ciddi xəstəliyi yoxdur və xəstəliyi olmadığına görə qeydiyyatda olduğu poliklinikaya pensiya ilə bağlı rəsmi olaraq müraciət də etməmişdir. O, 2017-ci ilin yay aylarında qardaşıgildə həyətdə domino oynayarkən Elbar və başqa şəxslər də orada olmuş və ümumi söhbət zamanı Elbar ona pensiya işləri ilə məşğul olduğunu və xəstəliyin olubolmamasından asılı olmayaraq, istənilən şəxsə 8000 manat pul müqabilində pensiya düzəldə bildiyini demişdir. O, Elbarla bu barədə danışdıqda Elbar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hüquqşünas işləyən hansısa qadın vasitəsilə ona pensiya işində köməklik edə biləcəyini və 8000 manat pul qarşılığında adını hansısa zəhərli zavodların birinə yazdırıb guya hansısa xəstəliklə pensiyaya çıxardıb aylıq 400 manata qədər pensiya alacağına söz vermişdir. O, Elbarın bu təklifi ilə razılaşaraq 2017-ci ilin noyabr ayının sonlarında Elbarla əlaqə saxlayıb Bakı şəhəri Səbail rayonu Bakı Metropoliteninin “İçərişəhər” stnasiyası qarşısında görüşərək 8000 (səkkiz min) manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Şahid55 vermiş və Elbar 1 il ərzində pensiya işinin həll olunacağını və həmin müddət ərzində müəyyən sənədlərin toplanacağını bildirdikdə etiraz etməyib razılaşmış, lakin həmin müddətdən də artıq müddət keçməsinə baxmayaraq, onun pensiya işi düzəlməmişdir. Təxminən bir neçə ay sonra Nazirlikdə vəzifə dəyişikliyi olduğundan Elbar işlərin daha da uzanacağını dediyindən deyilən vaxtdan da çox vaxt keçmiş, artıq aldandığını başa düşmüş və Elbardan pulunu tələb etdikdə Elbar ondan başqa da digər şəxslər üçün pensiyaya görə pulları verdiyi qadından ala bilmədiyini və işlərinin həll olunmadığını deyib səbrli olmağı bildirmişdir. Elbar bu günə ona heç bir məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X72 ifadəsində göstərmişdir ki, o və əkiz qardaşı Şahid36 əslən Qubadlı rayonundan olan Şahid55lə bir sinifdə oxumuşlar. Elbar onun qardaşı X60 rayon polis şöbəsində işləmişdir. O, 1-ci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və buna görə aylıq 80 manat pensiya almışdır. 2017-ci ilin payız aylarının sonunda Elbar ona adını xatırlamadığı qadın tanışı olduğunu və ona əlillik pensiyası düzəltməkdə köməklik edəcəyini bildirsə də Elbarın bunu hansı üsul və qaydada həll edəcəyini bilməmiş, lakin Elbar ona 7500 manat pul müqabilində İİ qrup əlil kimi pensiya təyin etdirməklə ən azı 350 manat pensiya alacağına söz vermişdir. O, Qarabağ müharibəsinin iştirakçısı kimi ayda 80 manat pul almaqla həmin məbləğ ailəsinin dolanışığına çatmamış və ona görə də Elbarın dediyi təkliflə razılaşmışdır. 2017-ci ilin noyabr ayında 7500 (yeddi min beş yüz) manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Elbara Sumqayıt şəhərində kolxoz bazarının qarşısında vermişdir. Elbar ona 3 ay ərzində pensiyasının düzələcəyini bildirmişdir. Lakin deyilən vaxtdan xeyli keçməsinə baxmayaraq, işin həll olunmadığını görərək Elbardan sənədini və pulunu tələb etmiş, Elbar isə hər dəfəsində ona səbrli olmağı demişdir. Elbar tək onun deyil, eləcə də qardaşı və bir neçə tanışlarının pensiya işlərinin həll edilməsindən ötrü tanımadığı qadına pul verdiyini desə də həmin qadını görməmiş, tanımamış, həmçinin Elbarın həmin qadına pul verib-vermədiyini bilməmişdir. O, Elbarın kimisə pensiyaya çıxartmaq səlahiyyəti və imkanı olmadığını bilərək pensiya işlərinə görə vermiş olduqları pulları Elbar kiməsə verməklə həll etməli imiş. Hazırda Elbar ona vurulmuş 7500 manat ziyandan 6000 manat pulunu hissə-hissə qaytarmışdır. Qalan 1500 manat pulu isə qaytarmamışdır, həmin pulu Elbardan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərmişdir ki, Şəfəq Nağıyeva onun həm bibisi qızı, həm də həyat yoldaşının əmisi qızıdır. O, 2017-ci ilin noyabr ayının ortalarında baldızı Səliqə ilə birlikdə uşağını Bakıya xəstəxanaya gətirmiş və həmin günü Şəfəqin yaşadığı evdə olarkən söhbət zamanı Şəfəq ona tanışı Ruhəngizin Samirə adlı tanışının pul müqabilində əlillik pensiyası düzəltdiyini bildirmişdir. Onun özündə sinir xəstəliyi olduğu üçün bu barədə düşünüb razılığını bildirmişdir. 2017-ci il noyabr ayının 10da Samirə Şəfəqin evinə getmiş, pensiya düzəlməsi məsələsini Şəfəq həmçinin baldızı Səliqəyə, Şəfəqin bacısı Şəhla və qaynının həyat yoldaşı Təhminəyə dediyindən onlar da pensiya düzəltdirmək istədiklərindən Şəfəqin evində olmuşlar. Şəfəqin evində Samirə onlarla söhbət edib bəzi suallar vermiş və sonda aylıq 150 manat pensiya təyin edilməsi üçün 4500 manat pul müqabilində ona 1-ci qrup əlillik pensiyasını 6 ay ərzində həll edəcəyini və 6-cı ayda 3 ayın pensiya məbləğini bir dəfəyə, sonra isə aybaay pensiyasını alacağını bildirmişdir. 05 yanvar 2018-ci il tarixdə yenidən Bakıya qayıdıb Şəfəqin evinə gəlmiş və Şəfəqə 4500 manat pul vermişdir. Lakin bir neçə neçə ay keçməsinə baxmayaraq onun pensiya işi həll olunmasa da Səliqə Nağıyevanın pensiya işi düzələrək Səliqə cəmi bir ay pensiya aldıqdan sonra pensiya verilməsi dayandırılmışdır. O, Şəfəqdən 4500 manat pulunu geri qaytarmasını istəmiş, Şəfəq isə onun və digərlərinin pulunun Samirəyə verildiyini və Samirənin aldığı pulları qaytarmadığını göstərmişdir. Hazırda isə Şəfəq onun 4500 manat pulumu qaytardığı üçün , heç bir hikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 7 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir və bununla bağlı 2017-ci ilin fevral-mart aylarında Bakı şəhərində Ak.Mirqasımov adına Respublika Klinik xəstəxanasında stasionar müalicələrdə olmuş, bu xəstəlikdən sonra ona əlilliklə bağlı pensiya təyin edilə biləcəyini düşünərək, 2017-ci ilin yay aylarında Biləsuvar rayon sakini Şahid2 vasitəsilə Niyaməddin Abasova müraciət etmiş, Niyaməddin isə Samirə adlı qadınla telefon əlaqəsi saxlamış, Samirə Niyaməddinə bu işin qarşılığında, yəni onun İ qrup əlilliyə çıxarılmağından ötrü 5000 (beş min) manat pul və şəxsiyyət vəsiqəsinin əslini vermək lazım olduğunu bildirmişdir. O, 4000 (dörd min) manat pulu 2017-ci ilin avqust ayının 20-dən sonrakı tarixdə şəxsən Şahid2 Biləsuvar rayonu mərkəzi məscidin həyətində vermişdir. Sonradan Şahid2 ona adına tərtib edilmiş 1 ədəd əlillik sənədinin kserosurətini vermiş, təxminən 1 ay sonra ona imtina mesajı gəlmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Niyaməddin Abasov və Şahid2 Samirə adlı qadının vasitəsi ilə düzəltdiyi sənədlər saxtadır. O, Şahid2 və Niyaməddin Abasovdan pulunu tələb etmiş, lakin onlar onun pulunu qaytarmamışlar. Onlardan pulunu tələb edən zaman onların hər ikisi bildirmişlər ki, pulu Bakı şəhərində Samirə adlı qadına vermişlər. Niyaməddin ona Samirənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olduğunu, lakin konkret olaraq hansı vəzifədə işlədiyini deməmişdir. O və iki qohumu üçün də pensiya düzəldilməsi üçün Şahid2 10.000 manat pul vermişdir. 10.000 manat pulu Şahid2 Niyaməddinin yanında vermiş, o da cibinə qoymuşdur. Həmin puldan ona 1000 manat pul qaytarılmış, lakin qalan pulu qaytarılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid46 ifadəsində göstərmişdir ki, 2-ci qrup gözdən əlildir. Qardaşı Şahid45 Şamaxı rayonunda sonradan ad və soyadının Təqsirləndirilən şəxs olmasını bildiyi qadınla tanış olmuş, həmin qadın özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim edib, dövlət proqramına uyğun olaraq Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini və bunun qarşılığında pul vermək lazım olduğunu bildirmişdir. Şamaxı rayonunda görüşləri zamanı Təqsirləndirilən şəxs əlil olduğundan ona dövlət tərəfindən ev verilməsi üçün 20.000 manat pul istəmiş və həmin pulu nazirlikdə işləyən vəzifəli şəxsə verəcəyini demişdir. O, buna razılıq verdikdən sonra həmin pulu Samirə xanıma çatdırılmasından ötrü Şamaxı rayonunda qardaşı Şahid45 vermişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli 3 otaqlı mənzillə təmin edilməsinə görə qardaşı Şahid45 da 20.000 manat məbləğdə pul vəsaitini 2019-cu ilin noyabr ayının sonlarında Şamaxı şəhəri Mərkəzi Xəstəxananın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Samirə mənzillərin əlillərə yeni il ərəfəsində veriləcəyini, lakin sosial mənzillərin təmiri ilə əlaqədar tamamlama işlərinin uzandığını və Novruz bayramına qədər reallaşaraq bütün qeydiyyata düşmüş bir sıra əlillərin evlərinə köçəcəyinə onu və qardaşını inandırmış, həmin vaxtdan da artıq zaman keçməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. Həmin sosial ev verilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılsa da qardaşının telefonlarına cavab verilməmiş və artıq Təqsirləndirilən şəxs tərəfindən aldanılaraq ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan olan 20.000 manat və dayısı oğlu Tiflis isə 15.000 manat pul tam şəkildə ödənilmişdir. Samirədən heç bir şıkayətləri və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid45 qardaşı Şahid46 ilə yni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid47 ifadəsində göstərmişdir ki, qızı Dürdanə İsmiyeva 1-ci qrup gözdən əlildir. Şahid45 onun dayısı oğlu olmaqla Şamaxı rayonunda yaşayır. Samirə Əzizxan tanış olmuş Samirə özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin mənzilməişət şəraitinin yaxşılaşdırılması şöbəsinin rəisi kimi təqdim etmişdir. Samirə dövlət proqramı ilə Bakı şəhəri Yasamal və Səbail rayonları ərazisində əlillərə nazirlik tərəfindən tikiləcək güzəştli sosial mənzil verilməsini təmin etdirə biləcəyini və bunun qarşılığında pul vermək lazım olduğunu Əzizxana bildirmişdir. Samirə onun qızı Dürdanə əlil olduğundan ona dövlət tərəfindən ev verilməsi üçün 15.000 manat pul istəmiş və həmin pulu nazirlikdə işləyən vəzifəli şəxsə verəcəyini demişdir. O, buna razılıq verdikdən sonra həmin pulu Samirə xanıma çatdırılmasından ötrü Şamaxı rayonunda Şahid45 vermişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində əlillər üçün tikiləcək güzəştli 3 otaqlı mənzillə təmin edilməsinə görə Şahid45 da 15.000 manat məbləğdə pul vəsaitini 2019-cu ilin dekabr ayının əvvəllərində Şamaxı şəhəri Mərkəzi Xəstəxananın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Samirə mənzillərin əlillərə yeni il ərəfəsində veriləcəyini, lakin sosial mənzillərin təmiri ilə əlaqədar tamamlama işlərinin uzandığını və Novruz bayramına qədər reallaşaraq bütün qeydiyyata düşmüş bir sıra əlillərin evlərinə köçəcəyinə onu və qohumunu inandırıb həmin vaxtdan da artıq zaman keçməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. Həmin sosial ev verilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılsa da qohumu Əzizxanın telefonlarına cavab verilməmiş və artıq Təqsirləndirilən şəxs tərəfindən aldanılaraq ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs ona vurulmuş 15.000 manat ziyanv hazırda tam şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid48 fadəsində göstərmişdir ki, 1993-cü ildə doğulduğu Sədərək rayonunda ermənilərə qarşı döyüşmüş və həmin döyüş nəticəsində nevroz əsəb xəstəliyi tutmuşdur. Bu xəstəliklə bağlı uzun illərdir ki, bir çox xəstəxanalarda müalicə almış, həmçinin o, 2017-ci ilin yanvar ayında Nərimanov rayonunda yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində əsəbə qarşı müalicə almışdır. Həmin müalicənin nəticəsi olaraq dispanserdən ona “uzun gedişli kəskin ifadəli qarışıq davranış və emosiyaların pozuntuları tez-tez baş verən dekapensasiyaları” diaqnozu qoyularaq xəstəlik çıxarışı vermişlər. O, əlillik pensiyası almağı ilə bağlı müvafiq sənəd verilməsi üçün həmin xəstəlik çıxarışı ilə birlikdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən poliklinikaya şifahi müraciət etsə də ona pensiya düşmədiyi bildirilmişdir. Onun bacısı qızının həyat yoldaşı Şahid56 xeyli müddətdir ki, müxtəlif şəxslərə əlillik pensiyası verilməsini təşkil etdiyini bilmişdir. Buna görə də Pərvizlə görüşüb əlillik almağı ilə bağlı probleminin olduğunu dedikdə Pərviz ona köməklik edəcəyini bildirmişdir. O, xəstəlik sənədlərini Pərvizə vermiş, Pərviz həmin sənədləri lazımi adamlara göstərəcəyini və sonra ona həmin işin həlli üçün lazım olan məbləği deyəcəyini bildirmişdir. Bir müddət sonra Pərviz onunla görüşüb ona əlillik pensiyasının düzəlməsi üçün 2200 manat pul lazım olduğunu dedikdə həmin məbləği verməyə razı olmuşdur. Daha sonra Hövsan qəsəbəsində yaşadığı evdə Pərvizə 2200 manat pul vermişdir. Pərviz ona 10-15 gün müddətinə pensiya kartının düzələcəyinə söz vermişdir. Bütün işləri Pərviz özü həll etmiş, lakin Pərviz pensiya məsələsinin kimin vasitəsilə həll edəcəyi barədə heç bir məlumat verməmişdir. Daha sonra Pərvizlə söhbət zamanı əlavə dost, tanış və qohumlardan kiminsə xəstəliyinin olub-olmamasından asılı olmayaraq pensiya düzəltmək istəyən olsa ona müraciət etməyini bildirmişdir. 2017-ci ilin oktyabr ayında həyat yoldaşının əmisi qızı X66 onların evinə gəlmiş və Afaq da pensiya almaq istədiyini deyib ona köməklik etməyini xahiş etdikdə bu barədə Pərvizə demişdir. Pərviz 4000 manat müqabilində Afaqa əlillik pensiyası düzəldə biləcəyini dedikdə bu barədə Afaqa demiş və sonuncu razılaşmışdır. 11 oktyabr 2017-ci il tarixdə Afaq onun evinə gəlib ona 4000 manat pul vermiş və 12 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Komfort” şadlıq evinin yanında Pərvizlə görüşüb 4000 manatı təklikdə Pərvizə vermişdir. Təxminən 20 gün sonra Pərviz ona Bakıxanov qəsəbəsindəki həmin parkda Afaqa aid Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat kağızını vermiş, bir-iki gün sonra həmin sənədi öz evində Afaqa vermişdir. Pərviz ona ən uzağı bir aya Afaqın pensiya işinin düzələcəyini desə də bir ay və daha çox müddət keçməsinə baxmayaraq Afaqın pensiyası düzəlməmişdir. 2018-ci ilin fevral ayında ona pensiya verilməsi dayandırılmış, o, yazılı şəkildə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etsə də ona cavab verilməmişdir. Pərviz pensiya məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən Samirə adlı qadın vasitəsilə həll etdiyini, Samirənin ya bu işləri həll edəcəyini, ya da pulları qaytaracağını bildirmişdir. Hətta Pərviz onu Samirənin Maştağa qəsəbəsində yerləşən evinə də aparmış, lakin Samirə evdə olmamışdır. Samirə cəmi bir dəfə ona telefonla zəng edib görüşüb söhbət etməyini demişdir. Lakin o, uzaqda olduğu üçün Samirə ilə görüşləri baş tutmamış və nəticədə Pərviz onun pullarını qaytarmamışdır. Sonda pul qaytarmayacağını dediyindən Pərvizdən polisə şikayət etmiş, şikayətdən sonra Pərviz hissə-hissə Afaqın 4000 manatını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid43 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin fevral-mart ayı ərəfələrində Bakı şəhəri Zığ qəsəbəsində yaşayan və falçılıqla məşğul olan Sevda adlı qadının vasitəsi ilə tanış olmuşdur. Sevda onu Samirə ilə tanış edərkən Samirənin “pensiya düzəltməkdə” köməklik edə biləcəyini demişdir. Həmin ərəfədə anası Şahid44 2-ci qrup əlilliyinin təkrar müayinədən keçməsinə 2- 3 ay vaxt qaldığından həmin 2-ci qrup əlilliyin ləğv edilərək 1-ci qrup əlillik alınması üçün Samirə əvvəlcə 3500 manat istəsə də sonda 3000 manat məbləğində işi həll edəcəyinə razılaşmışlar. Həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində Sevdanın evində onun iştirakı ilə Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs Ağdam rayon Quzanlı qəsəbəsində yaşadığı evə bir neçə dəfə gəlib-getmiş və gəlib-gedərkən söhbət zamanı Samirə onun azyaşlı xx.xx.2008-ci il təvəllüdlü övladı X56 pensiya düzəldilməsi və bacısı Günelin xx.xx.2015-ci il təvəllüdlü övladı Məmmədli Özgür Natiq oğlunun pensiya vaxtının uzadılması məqsədilə hissə-hissə 8750 manat pulunu almışdır. Həmin pulun 8500 manatını nağd qaydada Samirənin şəxsən özünə, 250 manatı isə Ağdam rayonundan “E-manat” ödəmə terminalı vasitəsilə Samirənin ona göndərdiyi karta yollamışdır. O, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında 1.500 (bir min beş yüz) manat, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşadığı evdə xx.xx.2021-ci il tarixdə 1.500 (bir min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 3.500 (üç min beş yüz) manat, 2021-ci ilin mart ayının sonlarında 1.000 manat və 01 aprel 2021-ci il tarixdə yenə yaşadığı evdə 1.000 manat məbləğində pul vəsaitini Samirəyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Samirə öz əməllərini gizlətməklə özünə olan inamı möhkəmləndirməkdən ötrü guya anası Şahid44 “Qazanılmış böyrək kistası, böyrəklərin poliskistozu, başqa rubrikalarda təsnif edilən digər xroiki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya, xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək çatmazlığı V mərhələ, proqramlı hemodializ (həftədə 3 dəfə 4 saat), böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, nefrogen hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0097003AASL9 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması görüntüsü yaradan guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2021-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsini 2021-ci ilin mart ayında hardasa hazırlatdırıb xx.xx.2021-ci il tarixdə yaşadığı evdə ona vermişdir. Təqsirləndirilən şəxs ilə arasında olan və ondan 8500 manat almasına dair 01 aprel 2021-ci il tarixli əlyazma qəbzin surətini, eləcə də anası Şahid44 ilə Təqsirləndirilən şəxs arasında olan qəbzləri, Təqsirləndirilən şəxs pul verməsini təsdiq edən audio səs və video görüntüləri könüllü olaraq istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs hazırki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qardaşı oğlu ilə əlaqələri olduğunu və bütün işləri onun köməkliyi ilə edəcəyini bildirmişdir. O, 1500 manat pulu Samirəyə Zığ qəsəbəsində vermiş, 250 manatı isə Ağdam rayonundan “E-manat” ödəmə terminalı vasitəsilə Samirənin ona göndərdiyi karta göndərmişdir. Samirə 4 həftə dalbadal şənbə və bazar günləri Aqdam rayonunun Quzanlı kəndinə onlara gəlmişdir. O da Samirəni evində qəbul etmiş, ona 1000 manat, 1500 manat da evində vermişdir. Təqsirləndirilən şəxs onlara gələndə əsasən Sevda, Elvin, Gülnarə adlı şəxslərlə gəlmişdir. Samirə həmişə eyni şəxslərlə gəlmirmiş. Onların videoları və səs yazıları da onda vardır. Samirə əvvəlllər hər şeyi inkar edirmiş, hətta videonun montaj olduğunu deyirmiş. Ona dəymiş ziyan olan 8750 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərmişdir ki, oğlu Şahid58 anadangəlmə sağ gözündə xəstəlik olduğundan hərbi xidmətdə olmamışdır. Onun və Anarın xəstəliyi olduğundan əlilliklə bağlı pensiyaya çıxmaqdan ötrü DSMF-nin Sabunçu şöbəsində X48 ilə tanış olaraq bu barədə danışmışdır. 2017-ci ilin təxminən mart-aprel aylarında Səyyarə ona əlillik dərəcəsi düzəldən tanışı olduğunu, istəyən olsa pul müqabilində həmin şəxs vasitəsilə əlillik dərəcəsi düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Onun və oğlunun xəstəlikləri olduğundan pensiya almaq istəmiş, ancaq pensiya işlərindən anlayışları olmadığı üçün ala bilməmişlər. Səyyarə Pərviz adlı tanışının pensiya işlərini Samirə adlı qadın vasitəsilə görməklə bir nəfərin pensiyaya çıxması üçün təxminən 4000-5500 manat pul lazım olduğunu dedikdə bu təkliflə razılaşmış və Pərvizi 1 dəfə DSMF-də görmüşdür. O, əsəb xəstəliyindən əziyyət çəkmiş və 2017-ci ilin aprel ayının ortalarında özünə İİİ qrup əlillik təyin edilməsi üçün Səyyarənin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən evində 3000 manat pulu və xəstəlik sənədlərini Səyyarəyə vermişdir. Anarın isə gözündə xəstəlik olduğundan Səyyarə ilə bu barədə danışıb, razılıq aldıqdan sonra oğluna İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin may ayının ortalarında 5200 manat pulu və xəstəlik sənədlərini gətirib Səyyarəyə həmin ünvanda vermişdir. Anar 2017-ci ilin may ayı ərəfəsində Səyyarə ilə birlikdə “Z.Əliyeva” adına Göz Xəstəlikləri xəstəxanasına getmişlər. Anar xəstəxanadan gəldikdən sonra ona bildirmişdir ki, Pərviz adlı şəxs onları xəstəxanada qarşılamış, sonra Samirə adlı qadın gələrək xəstəxananın içərisinə aparmış, lakin Samirə Anarla həkimin yanına daxil olmamışdır. Anar xəstəxanada yarım saat həkim müayinəsindən keçmiş, gözünün zəif olmasına görə ona əlillik dərəcəsi təyin oluna bilməz deyilmişdir. Anar bunu Səyyarəyə, Samirəyə və Pərvizə dedikdə Samirə “gedin əlillik sənədinin hazır olmasını gözləyin” demişdir. Daha sonra Pərviz 2017-ci ilin iyun ayında oğlundan başqa onun əlillik dərəcəsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə sənədinin hazır olduğunu dediyindən Səyyarəyə etibarnamə verərək adından həmin sənədi qeydiyyatda olduğu yer üzrə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim etməsini xahiş etmişdir. DSMF-dən Səyyarəyə sənədlərin bazada olmadığı barədə məlumat verilmişdir. Bir müddət sonra Səyyarə təkrar getsə də yenə həmin söz deyilmiş, ona görə də Səyyarə Pərvizi çağırıb sənədi ona verib demişdir ki, “ya bu işi həll etsin ya da pulları qaytarsın”. Səyyarə ona Pərvizin Samirə ilə danışıb pensiya işlərinin həll olunacağını, narahat olmamağı, sənədlərin qeydiyyata alındığı bazada qəza olduğunu, kompüterlərdə problem yarandığını, tezliklə problem aradan qalxaraq öz həllini tapacağını bildirmişdir. Səyyarənin dediyinə görə Pərviz ortada vasitəçi olmaqla əsas işi Samirə xanım görmüş və Samirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla pensiya işlərində adları sistemə salan şəxs kimi onlara təqdim edilmişdir. Bu minvalla 2-3 ay da keçmiş, lakin heç bir nəticə olmamış və buna görə də oğlu Anar Səyyarədən pullarını tələb etmişdir. Bundan başqa bacısının qızı X64 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017ci ilin iyun ayının əvvəllərində 5500 manat pul, digər bacısı qızı X29 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 2017-ci ilin iyun ayının ortalarında 5500 manat pul, həmyerlisi Maştağa kəndində yaşayan X9 İ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün 5500 manat pulu 2017-ci ilin iyun ayının sonlarında Səyyarənin yaşadığı evdə özünə vermişdir. Həmin puldan Səyyarə ona hansısa məbləğdə pul verməmiş, Səyyarə bu üç nəfər şəxsin də pensiya işlərini Pərviz və Samirə adlı qadın vasitəsilə həll etdiyini demişdir. Səyyarə qeyd edilən pulları qaytarmaq üçün Kürdəxanıda adına olan 12 sot bağ sahəsinin 6 sotunu oğlu Anarın adına rəsmiləşdirməklə onlara vurulmuş ziyanı tam olaraq ödəmiş ona görə də Səyyarədən heç yerə şikayət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərmişdir ki, o, son 5-6 il ərzində heç yerdə işləməmiş və əvvəllər 5 il müddətində Pozitron şirkəti olan parnikdə zərərli sahədə işlədiyi üçün qohumu Elbarla söhbət əsnasında sonuncu onu bir tanışı vasitəsilə yüksək məbləğdə pensiyaya çıxarda biləcəyini demişdir. Onun pensiya işlərindən anlayışı olmadığı üçün qeydiyyatda olduğu poliklinikaya müraciəti olmamış və ona pensiya düşüb-düşmədiyini poliklinikada olan həkimlərə müraciət edib maraqlanmamışdır. O, həyatda sağlam insan olmaqla vaxtilə zərərli sahədə işləsə də hər hansı xəstəlikləri olmamışdır. O, heç yerdə işləmədiyi üçün özünə pensiya təyin etdirmək istəmiş, 2017-ci ilin oktyabr-noyabr aylarında Elbarla aralarında söhbət zamanı əri Elbardan pensiya işlərinin necə həll olunacağını xəbər aldıqda Elbar onlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanış hüquqşünas qadınla münasibəti olduğunu və həmin qadın vasitəsilə onun pensiya işini həll edəcəyini bildirmişdir. Elbar guya onun adının Sumqayıt şəhərində hansısa zərərli zavodların birinə yazılmaqla iş stajı yaranacağını, hansısa xəstəliklə onu həmin qadın vasitəsilə zavoddan pensiyaya çıxartmaqla köməklik edəcəyini izah etmişdir. Elbarın deməsinə görə ona kəsiləcək aylıq pensiya 700 manat olmaqla bu işin qarşılığında Elbar həmin qadına 8000 manat məbləğində pul verib işi həll etməli idi. 2017-ci ilin dekabr ayının əvvəllərində Elbar onlara gələrək onun pensiya işinin həlli üçün yaşadıqları ünvan 14 ünvanında 8000 (səkkiz min) manat pulu alaraq bu işi 6 ay ərzində həll edəcəyini demiş, lakin həmin müddətdən də artıq vaxt keçməsinə baxmayaraq onun pensiya məsələsi düzəlməmiş və Elbardan bu işin alınmamasın səbəbini soruşduqda Nazirlikdə vəzifə dəyişikliyi olduğundan işlərin bir az uzanacağını demişdir. Hazırda Elbar 8000 manat pul ona ödəmişdir. Ona görə də şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonunun Seyidlər kəndindən olmaqla hazırda Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şahid54 tanıyır və Turac söhbət zamanı ona demişdir ki, Bakı şəhərində tanıdığı Samirə adlı xanım pensiya işləri ilə məşğul olur və istənilən adamı pensiyaya çıxarda bilər. Göygöl rayonu Üçtəpə kəndində yaşayan bibisi qızı X46 həm böyrək, həm də qıcolma xəstəlikləri olduğundan Göygöl rayon Mərkəzi xəstəxanasında müalicə almış, lakin rəsmi olaraq pensiya təyinatı ilə əlaqədar səhiyyə müəssisəsinə müraciət etməmişdir. Turac Esmiranın pensiya işini 3900 manat pul müqabilində həll edə biləcəyini demişdir. O, Turacın pensiya işi ilə bağlı təklifi barədə Esmira ilə danışarkən sonuncu razılığını bildirmiş və 2018-ci ilin fevral ayının əvvəllərində 3900 manat pulu avtobus sürücüsü vasitəsilə Bakı şəhərində olan Turaca göndərmişdir. Turac pulu Bakı şəhərində Təqsirləndirilən şəxs adlı qadınla görüşüb ona verdiyini demişdir. Turac 3-4 ay ərzində Esmiraya 2-ci dərəcəli əlilliyə görə pensiya təyin ediləcəyini demişdir. Lakin Esmiraya pensiya təyin edilmədiyi üçün Turacdan pulunu tələb etdikdə Turac pulu tanışı Samirə adlı şəxsə verdiyini bildirsə də o, Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır. Turac ona məxsus 3900 manat pulu bugünə qədər qaytarmamışdır. 3900 manat pulumu Turacdan tələb edir. Təqsirləndirilən şəxsin törətdikləri cinayət əməlləri üzrə təqsirli olmaları özünün qismən etirafları, şahidlərinin ifadələri, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şamaxı rayon sakinləri X95 və X1 şikayət ərizələrindən müəyyən olunur ki, onlar Təqsirləndirilən şəxs sosial evlə təmin olunması üçün Amil Musayev 15.000 manat və Laləxanım Hacıbalayeva 34.000 manat vermişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər sakini X18 xx.xx.2021-ci il tarixdə DİNin “102” Xidməti-Zəng Mərkəzinə və Xətai RPİ-nin 34-cü PŞ-nə verdiyi ərizələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onu sosial evlə təmin etdirmək adı ilə 11.500 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış X67 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə ünvanladığı 16 iyul 2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona, qohum və tanışlarına pensiya, sosial ev və işlə təmin etdirmək adı ilə 24 dekabr 2020ci il tarixdən 2021-ci ilin mart ayının sonunadək onların ümumilikdə 40.500 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 01 aprel 2020-ci il tarixli qərardan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 11 iyun 2020-ci il tarixli protokoldan muəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə ibttidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs məhkəməyədən icraat zaman xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə və həbsə bərabər tutulan ev dustaqlığında olmaqla, cəmi 02 ay 08 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 5 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs7, “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid53, “Q4” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid10 Usmanovnaya məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış şahid Zərərçəkmiş şəxs7 tərəfindən təqdim olunmuş 1 ədəd xarici yaddaş qurğusu olan CD diskdə 38 dəqiqə 12 saniyədən ibarət olan audio səs yazısında olan danışıqlara keçirilmiş 22 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs verilən pullarla bağlı şahid Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs əri Şahid9 arasında telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid9, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs7 məxsusdur. Şahid54 ifadələrində ayrı-ayrı şəxslərə əlillik dərəcələri təyin etdirmək üçün Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə olan pulları verməsinə dair onunla arasında qeydə alınmış danışıqları CD diskə köçürərək istintaqa təqdim etdiyindən iş materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid54 tərəfindən ibtidai istintaqa təqdim olunmuş 1 ədəd xarici yaddaş qurğusu olan ümumilikdə 11 ədəd fayldan ibarət audio səs yazılarında Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********40 nömrəli və Şahid54 istifadəsində olmuş +**********90 nömrəli mobil telefonlar arasında Şahid54 Təqsirləndirilən şəxs əlillik pensiyası təyin olunması adı ilə pulların müxtəif şəxslərdən alınaraq verilməsi barədə telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-fonoskopik ekspertizasının 2 iyun 2021-ci il tarixli, 4/137-4/141 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid54, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış 07 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, Şahid43 təqdim etdiyi səs yazısı və “WhatsApp” sosial proqramı vasitəsilə aparılan yazışmalarda Şahid43 Təqsirləndirilən şəxs tərəfindən aldadılması barədə Şahid43, Şahid44 və digər şəxslər arasında telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-fonoskopik və kompüter texniki ekspertizasının 11 fevral 2022-ci il tarixli, 4/69-4/71 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı və 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmaqla CD disklərdə olan mübahisəli fonoqramlardakı şəxslərin səsi eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı və 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş disklərdə olan mübahisəli audio və videofonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2022-ci il tarixli, 4/67 nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Şahid43 ilə Təqsirləndirilən şəxs adlarından olan xx.xx.2021-ci il tarixli qəbzin aşağı hissəsində “Mən Təqsirləndirilən şəxs X4 8500 m. pul aldım xx.xx.2021 Mirzəyeva” yazıları və “Mirzəyeva” yazısı önündəki imza, Şahid44 ilə Təqsirləndirilən şəxs adından olan xx.xx.2021-ci il tarixli qəbzdə “Mən Şahid44 Təqsirləndirilən şəxs 3500 azn-dən 1500 azn verdim 20 gün ərzində də 2000 azn gətirəcəm imza M.X36 X82 4.İİİ.2021” yazılarından aşağıda “(Təqsirləndirilən şəxs)” yazıları önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxs Şahid54 əlilliklə bağlı ona müraciət edən şəxslərdən aldığı pulların tarixi, məbləği, əlillik dərəcələri və əlillik təyini zamanı alınacaq pensiyanın məbləğini özündə əks etrdirən dəftərçədə qeydiyyatını aparmaqla həmin dəftərçəni könüllü olaraq ibtidai istintaqa təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxs Şahid54 tərəfindən təqdim edilmiş dəftərçəyə keçirilmiş 08 yanvar 2022-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, dəftərçənin 1-ci vərəqində “Tur xx.xx.2017 Kifayət 1 Göznən 230 m 3800 manat Samirəyə verdim”, “ Tur xx.xx.2017 Nayib 1 Qurub Göznən 230 manat 3800 manat verdim”, “N+ xx.xx.2017 Şahid17 1 Qurub Mən aldım 3600 m Samirəyə verdim 3300 manat”, dəftərçənin 2-ci vərəqində “N+ xx.xx.2017 Şəhla Əmirova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Hikmət Zenalov 1 Qurub Mən aldım 3700 1 Qurub Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Şahid12 1 Qurub 3700 manat. Mən aldım Samirəyə verdim 3300 m”, dəftərçənin 3-cü vərəqində “N xx.xx.2017 Aygün Xıdırova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3400 m”, “N xx.xx.2017 Güldanə Aliyeva 1 Qurub Mən aldım 3700 m Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Şöhrət 1 Qurub aldım aldım 3700 manat. Samirəyə verdim 3300 m”, dəftərçənin 4-cü vərəqində “N xx.xx.2017 Sənəm Hüseyinova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Abdullah Hüseynov 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 5-ci vərəqində “N xx.xx.2017 Nazı 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Yasəmən 1 Qurub Mən aldım 3700 man Samirəyə verdim 3300 m”, dəftərçənin 6-cı vərəqində “Nə xx.xx.2018 Sultan 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Elarə 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Tağı 1 Qurub Məni aldım 3700 m Samirəyə verdim 3300 m”, dəftərçənin 7-ci vərəqində “X126 1 Qurub Mən almışam 400 m Samirə verdim 3300 manat. Silinən”, “X127 1 Qr Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 8-ci vərəqində “Turac xx.xx.2018 Bayramova Rəna 1 Quru Mən aldım 4500 manat Samirəyə verdim 3800 manat”, “Nə Şirin 3 Qurub Mən aldım 2900 man Samirəyə verdim 2600 manat”, dəftərçənin 9-cu vərəqində “Nə Temur 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “Tura Mahir 1 Qurub Mən aldım 4000 manat Samirəyə verdim 3100 manat”, dəftərçənin 10-cu vərəqində “X128 1 Qurub Mən aldım 3900 manat Samirəyə verdim 3100 manat”, “Turac İnqlab 1 Qurub Mən aldım 5000 manat Samirəyə verdim 3800 man”, “Verdiyev Aytən uşaq işi Mən aldım 1700 m Samirəyə verdim 1500 manat” və dəftərçənin 11-ci vərəqində “Turac Bəsti 1Qurub Mən aldım 3500 manat Samirəyə verdim 3200 ma” əlyazma yazıları qeyd olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2022-ci il tarixli, 4/67 nömrəli rəyindən müəyyən olunur ki,“Tur xx.xx.2017 Kifayət 1 Göznən 230 m 3800 manat Samirəyə verdim”, “ Tur xx.xx.2017 Nayib 1 Qurub Göznən 230 manat 3800 manat verdim”, “N+ xx.xx.2017 Şahid17 1 Qurub Mən aldım 3600 m Samirəyə verdim 3300 manat”, dəftərçənin 2-ci vərəqində “N+ xx.xx.2017 Şəhla Əmirova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Hikmət Zenalov 1 Qurub Mən aldım 3700 1 Qurub Samirəyə verdim 3300 m”, “N+ xx.xx.2017 Şahid12 1 Qurub 3700 manat. Mən aldım Samirəyə verdim 3300 m”, dəftərçənin 3-cü vərəqində “N xx.xx.2017 Aygün Xıdırova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3400 m”, “N xx.xx.2017 Güldanə Aliyeva 1 Qurub Mən aldım 3700 m Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Şöhrət 1 Qurub aldım aldım 3700 manat. Samirəyə verdim 3300 m”, dəftərçənin 4-cü vərəqində “N xx.xx.2017 Sənəm Hüseyinova 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “N xx.xx.2017 Abdullah Hüseynov 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 5-ci vərəqində “N xx.xx.2017 Nazı 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Yasəmən 1 Qurub Mən aldım 3700 man Samirəyə verdim 3300 m”, dəftərçənin 6-cı vərəqində “Nə xx.xx.2018 Sultan 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Elarə 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 m”, “Nə xx.xx.2018 Tağı 1 Qurub Məni aldım 3700 m Samirəyə verdim 3300 m”, dəftərçənin 7-ci vərəqində “X126 1 Qurub Mən almışam 400 m Samirə verdim 3300 manat. Silinən”, “X127 1 Qr Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, dəftərçənin 8-ci vərəqində “Turac xx.xx.2018 Bayramova Rəna 1 Quru Mən aldım 4500 manat Samirəyə verdim 3800 manat”, “Nə Şirin 3 Qurub Mən aldım 2900 man Samirəyə verdim 2600 manat”, dəftərçənin 9-cu vərəqində “Nə Temur 1 Qurub Mən aldım 3700 manat Samirəyə verdim 3300 manat”, “Tura Mahir 1 Qurub Mən aldım 4000 manat Samirəyə verdim 3100 manat”, dəftərçənin 10-cu vərəqində “X128 1 Qurub Mən aldım 3900 manat Samirəyə verdim 3100 manat”, “Turac İnqlab 1 Qurub Mən aldım 5000 manat Samirəyə verdim 3800 man”, “Verdiyev Aytən uşaq işi Mən aldım 1700 m Samirəyə verdim 1500 manat” və dəftərçənin 11-ci vərəqində “Turac Bəsti 1Qurub Mən aldım 3500 manat Samirəyə verdim 3200 ma” yazılar Şahid54 tərəfindən icra olunmuş və qeyd olunan yazılarda qeyri-adi psixofizioloji vəziyyətdə icra olunma əlamətləri müşahidə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə Zərərçəkmiş şəxs5 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vagovegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABBJ nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə Zərərçəkmiş şəxs2 “Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, beyin silkələnməsi, hipertensiv sindrom, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 10-12 dəfə), kəllə daxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AABCS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə Şahid5 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AACK8 nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X12 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAJNC nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli çap edilmiş məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X13 “Şizofreniyanın paranoid forması, dərin psixi qüsur halı, fasiləsiz tip gedişli özünə xidmətin pozulması, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003AAB6C nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X3 “Hipertoniya xəstəliyi İİ-İİ, baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində gedən hemorrogik tip insultun nəticəsi, sağ tərəfli hemiplegiya, mator və sensor afaziya, sol beyin yarımkürəsində hematoma, çanaq orqanları funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0063003ABB6L nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixdə çap edilmiş sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid3 “Müştərək travma, bel fəqərəsinin sınığı, S.32.0, fəqərə sütunu-onurğa travmasından sonrakı vəziyyət 191.0. fəqərənin fəsadlaşmış sınıq çıxığından sonrakı vəziyyəti paraplegiya, çanaq orqanlarının funksiya pozuntusu” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 0175003AAB5J nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli dair məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X49 “Generalizə olunmuş idopatik eplepsiya və epileptik sindromla tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmalarla xoşxassəli kəllədaxili hipertenziya” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4405003AABNU nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X22 “Generalizə olunmuş idopatik epilepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083003AABBT nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən görünür ki, həmin sənəddə Şahid35 “Generalizə olunmuş idopatik eplepsiya və şizofreniya paranoid forması” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083004AABBS nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sistemindən xx.xx.2017-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, həmin sənəddə X30 “G 30.0 erkən Alsheymer xəstəliyi, qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllədaxili hipertenziya vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə əlillik səbəbi ümumi xəstəlik olmasına dair 4083603BBCDD nömrəli “Forma 88” əsasında sağlamlıq vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək həmin tarixdə ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilərək təyinat aparılması qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-sənədlərin texniki ekspertizasının 8 avqust 2018-ci il tarixli, 18619 nömrəli rəyindən müəyyən olunur ki, X5, Şahid5, X19, Şahid3, Zərərçəkmiş şəxs2 adına olan sənədlər elektrofotoqrafik çoxaldıcı çap qurğuda (surətçıxaran, lazer printer və s.) hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş X5, Şahid5, X19, Şahid3, Zərərçəkmiş şəxs2 adına olan Tibbi-Sosial Exsret Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi adlı sənədlər ekspertizaya nümunə qismində təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasından götürülmüş blank nümunəsi ilə eynilik təşkil etmir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanusuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini vahid niyyətlə təkrarən təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmə əməlləri qismən öz ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə ekspertiza rəyləri, eyni ittiham üzrə məhkum olunmuş X38 və qeyrilərinin barəsində çıxarılmış və qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023cü il tarixli hökmü və ginayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.2, 178.2.4, 310-cu maddələri ilə təqsirli bilinrək 01 il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1149/20 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 aya endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2- 5341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1149/20 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs baxılan iş üzrə cəza təyin etdikdə Bakı Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə vahid cəza təyin etməli, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 15 dekabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 ay 08 gün həbsdə qaldığı müddət təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 310, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası CM-in yuxarıdaki maddələri ilə düzgün tövsif edilmiş, lakin düzgün olmayaraq ona Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə də ittiham verilmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə olan hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsini, həmin Məcəllənin 312.2-ci maddəsi isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməni və ya təkrar rüşvət verməni nəzərdə tutur. Məhkəmə, qeyd etməyi lazım bilir ki, cinayət-hüquq elmində səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin niyyəti zərərçəkmiş şəxslərin pullarını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin CM-nin 32.4,312.2-ci maddəsi ilə məhkum olunmasına və cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndiriləın şəxs Təqsirləndirilən şəxs X38, Şahid53, Şahid54, Şahid55 və Şahid56 vasitəsi ilə müxtəlif şəxslərdən aldıqları puları aldatma yolu ilə əldə etmişdir,həmin şəxslərin xeyinə hər hansı hərəkət etmək, onlara kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməllərində əhatə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X94 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi ilə verilmiş ittiham üzrə ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onların barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs CM-in 178.3.2, 310, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. İş üzrə vurulmuş 361.990 manat ziyandan 214.090 manat məbləğdə pul vəsaiti ödənilmiş, 147.900 manat ziyan ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yünglləşdrinə hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə üzərə mülki idda yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. İş üzrə maddi sübutlar olan Təqsirləndirilən şəxs ilə Şahid54, Şahid53, Şahid43 arasında və Şahid9 ilə Zərərçəkmiş şəxs7 arasında olan danışıqların köçürüldüyü 4 ədəd CD disk, həmçinin Şahid54 istintaqa təqdim etdiyi dəftərçə və 11 ədəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədlərinin əsillərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertizasının dəyəri 1.061,52 manat təşkil edir. Həmin məbləğin Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Hökmü ilə digər təqsirləndirilən şəxslər X38, Şahid53, Şahid54, Şahid55 və Şahid56 hər birindən 212 manat 30 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi nəzərə alınsın . Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 310-cu maddəsilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və faktiki çəkilmiş 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona baxılan iş üzrə təyin edilmiş cəza ilə tam toplanılmaqla 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il qərarı ilə təyin edilmiş və faktiki çəkilmiş 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 iyun 2020-ci il tarixdən 27 iyun 2020-ci il tarixədək və həmin tarixdən 19 avqust 2020-ci il tarixədək “ev dustaqlığında” olduğu 02 (iki) ay 08 (səkkiz) gün nəzərə alınmaqla ona qəti olaraq 05 (beş) il 03 (üç) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzasının əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza xərci və maddi sübutların məsələsinin Abasov Niyaməddin oğlu və qeyrilərinin barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova –Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar