Məhkəmə qərarları › İş №1(101)-677/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-677/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-677/2020 29.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlətittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 vəMirhəşimovPərvizBöyükağaoğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Spitak rayonu, Kursalı kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər X7 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM- nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarı ilə AR CM-nin 62-ci maddəsinə əsasən təyin olunmuş 9 il azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilmiş, Bakı şəhəri Əzizbəyov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM- nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 816VQD saylı Qanununa əsasən təyin olunmuş 8 il azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 11 (on bir) ay 10 (on) gün vaxtından əvvəl şərti olaraq azad olunub, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə sahibliyində və istifadəsində olan əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmasında köməklik göstərilməsi ilə bağlı müraciət etmiş tanışı Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi səlahiyyətlərinə malik vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Şahid1 fərdi yaşayış evinin və torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan 60.000 manat məbləğində pul vəsaitinin rüşvət kimi verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli, 713-İİQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” na əsasən Şahid1 sahiblik və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 061 nömrəli “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarı və həmin tarixli “Torpaqların alqısatqısına dair” aktı əsasında sonuncunun adına sənədləşdirilmiş faktiki olaraq Bakı şəhəri, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsində yerləşməklə Abşeron rayonunun inzibati ərazisində yerləşən 2198 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilərək Abşeron Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli, 011 nömrəli akt əsasında istismara qəbul edilmiş ümumi sahəsi 290 kv.m olan yaşayış evi üzərində yaranmış hüquqlarının dövlət qeydiyyatının rəsmiləşdirəcəyinə və mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verdirəcəyinə dair yalandan vəd edərək, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün ondan zəruri sənədlərin əsillərini almaqla görəcəyi işlərdə özünə inam yaradıb, Şahid1 ilə sövdələşməklə bununla da alınacaq pulun müqabilində həmin məsələlərin həll ediləcəyini yalandan deyib aldadaraq 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərində yerləşən “Olimpik star” əyləncə mərkəzinin yaxınlığında Şahid1 sürücüsü işləmiş cinayətdən xəbərsiz Şahid5 ilə görüşərək sonuncudan Şahid1 məxsus 10.000 (on min) manat, bir neçə gün sonra 2018-ci ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan gündə isə Şahid1 cinayətdən xəbərsiz qohumu Şahid2 ilə Bakı şəhərində yerləşən “Cavanşir” körpüsünün yaxınlığında görüşərək sonuncudan Şahid1 məxsus 50.000 (əlli min) manat olmaqla, ümumilikdə 60.000 (altmış min) manat pulunu vahid niyyətlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək xx xxxxxxxx 2018-ci il tarixdə Şahid1 “Whatsapp” ani mətn mübadiləsi mobil əlavəsi vasitəsilə fonoqrafik ismarıc göndərərək qeyd edilən məsələnin həlli ilə əlaqədar həyətyanı sahədə yerləşən tikililərin ölçüsündə müəyyən edilmiş fərqə görə çətinlik yarandığından vəzifəli şəxslərə əlavə olaraq özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirsə də, Şahid1 artıq vəd edilən müddətin uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb aldadıldığını başa düşərək həmin məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus külli miqdarda, yəni 62.500 (altmış iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tanışı, özünü “Əmlak Komitəsi yanında Reyestr Xidməti” nin əməkdaşı kimi təqdim etmiş Fərid adlı şəxs, ona əgər torpaq sahəsinə, evə Reyestr Xidmətindən çıxarış lazım olsa Fəridə müraciət etməsini bildirmişdir. Fəridin digər anket məlumatlarını, soyadını, atasının adını, yaşadığı ünvanı və telefon nömrəsini bilmir. Bir neçə dəfə xatırlamadığı tanışlarına Fərid pul müqabilində həmin sənədləri təşkil etmişdir. Bu barədə onun müxtəlif tanıdığı şəxslərin məlumatı olmuş və hərdən ona müraciət etmişlər. Təqribən 2018-ci ilin sentyabr ayında Mürsəl adlı şəxsin vasitəsilə tanıdığı Şahid2 qohumu Şahid1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ evi üçün daşınmaz əmlakın dövlət reyesterindən çıxarış düzəldə biləcəyini Əkbər ondan soruşmuşdur. O, Əkbərə bildirmişdir ki, bu barədə soraqlaşar. Bu barədə tək Fəridin, hal-hazırda xatırlamadığı telefon nömrəsinə zəng vuraraq həmin sənədləri düzəldə biləcəyini soruşmuşdur. Fərid ona 60.000 manat müqabilində sənədi hazırladığını bildirmiş və o, Şahid1ylə tək görüşərək həmin işin 60.000 manata düzəldəcəyini bildirmişdir. Bununla əlaqədar Şahid1 ilə dəfələrlə görüşmüş və telefon vasitəsilə də danışmış, torpağa və evə aid sənədlərin surətini Əkbərin özündən almışdır. 2018-ci ilin sentyabr ayında Fərid işin həll olunması üçün ilkin olaraq 10.000 manat pul lazım olduğunu dediyindən o, Əkbərlə telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə ona demişdir. Həmin 10.000 manat pulu Əkbərin sürücüsü Bakı şəhəri, Həsən Əliyev küçəsində gətirib ona vermişdir. O da həmin gün o pulu elə həmin ərazidə Fəridlə görüşüb Fəridə vermişdir. Təxminən iki həftə sonra Fərid ona zəng edərək sənədlərin əsillərini və 50.000 manat pulu da istəmişdir. O da bu barədə Əkbərə bildirmişdir. Əkbərin qohumu Kənan Bakı şəhəri, Xətai rayonu ərazisindəki “Cavanşir” körpüsünün altında yerləşən dayanacağın yaxınlığında onunla görüşüb 50.000 manat pulu və Şahid1 evinə aid sənədlərin əslini ona vermişdir. O da həmin 50.000 manat pulu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən köhnə bazarın yaxınlığında Fəridə vermişdir. Qeyd etmək istəyir ki, 60.000 manat puldan 5000 manatı onun, 5000 manatı isə Fəridin olmalıymış. 50.000 manat pulu isə Fərid guya işin düzəlməsi üçün xərcləməliymiş. Həmin vaxt Fərid ona çatacaq 5000 manat pulu sonra verəcəyini bildirmişdir. Bundan sonra Fərid Əkbərin evinin eskiz layihəsini Şahid3 çəkdirmişdir. Şahid3 də Fəridin tanışı olmuşdur. Sonradan o, Fəridlə nə qədər danışsa da, Fərid işin həllinin çətinə düşdüyünü demişdir. Fərid bunu onunla izah etmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 2 sot yarım torpaq sahəsinə dair Sabunçu rayon Bilgəh qəsəbəsi Bələdiyyəsinin 2007-ci il tarixli qərarı saxta çıxmışdır. Lakin buna baxmayaraq, məsələni həll edəcəyini bildirmişdir. Fərid hər dəfə vaxt lazım olduğunu və uzandığını demişdir. Fəridin ona dediyi yalanları o, Əkbərə və Kənana öz adından demişdir. Belə ki, nə Əkbər, nə də Kənan işi Fəridin həll etdiyini bilməmişlər. Əkbərlə Kənan elə bilmişlər sənədləri o özü düzəldəcək. Bu səbəbdən o, Fəridlə mübahisə etmiş və aralarında olan davadan sonra bir daha Fəridi tapa bilməmişdir. Beləliklə onun özünə faktiki olaraq ziyan dəymiş və onun heç bir təqsiri yoxdur, həmin puldan ona bir qəpikdə olsun pul qalmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özü heç yerdə işləməmişdir. O, Fəridlə Mürsəlin işlətdiyi restoranda olanda söhbət əsnasında Fərid demişdir ki, o, həmin evin sənədlərini düzəldə bilər. Fəridin faktiki harada işləməsini bilməmişdir. Fəridin kimə Reyestr Xidmətindən sənəd düzəltməsini hal-hazırda xatırlamır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 66-69-cu vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Mən ondan pul istəməmişəm. Mənim ona dediklərim hamısını Fərid mənə demişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. O, Fəridin deməsinə görə Şahid1 torpaq sahəsindəki tikilinin ölçülərində fərq olduğundan 2500 manat lazım olduğunu demişdir. Həmin pulu o, istəməmişdir. İş üzrə şahid Mədətli X3 Respublikasının İstanbul şəhərində olduğundan, mövcud pandemiya şərtlərində ölkələrarası gediş-gəliş olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməmiş, buna görə də xx xxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Şahid1 elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, 2007-ci ildə özünə bağ evi tikmək üçün torpaq sahəsi axtarmışdır. Bununla əlaqədar xx xxxxxxxx 2007-ci il tarixdə Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə müraciət etmiş və xx xxxxxxx 2007-ci il tarixli “Torpaqların alqısatqısına dair” akt əsasında Bilgəh qəsəbəsi ərazisində 2198 kv.m torpaq sahəsini 21.980 manata almışdır. Ona bununla əlaqədar Bilgəh Bələdiyyəsinin fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə 061 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli qərarı verilmişdir. Həmin qərar əsasında çıxarış almaq istədikdə ona qeyd edilən torpaq sahəsi əvvəllər “Zəfəran sovxozu” na aid olduğundan Abşeron rayonunun inzibati ərazisində yerləşməsi məlum olduqdan sonra Abşeron rayonunun müvafiq qurumlarına müraciət etsə də, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. 2014-cü ildə qeyd edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamışdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi “Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli, 011 nömrəli akt əsasında ümumi sahəsi 290 kv.m olan inşa etdiyi yaşayış evi istismara qəbul edilsə də, bir neçə dəfə cəhd etməsinə baxmayaraq qeyd edilən ərazi Sabunçu rayonu və Abşeron rayonu arasında mübahisəli ərazi olduğundan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 2018-ci ildən Türkiyə Respublikasına köçərək orada fərdi sahibkarlıqla məşğul olmuşdur. Həmin dövrlərdə də o, qeyd edilən torpaq sahəsi və evinə Dövlət reyesrtindən çıxarış almağa çalışmışdır. 2018-ci ilin sentyabr ayının əvvəlində tanışlarından birinin toy mərasimi üçün Bakı şəhərinə gəlmişdir. Bu zaman xalası oğlu Şahid2 onunla söhbət əsnasında tanışı Mürsəlin dostu Təqsirləndirilən şəxs “Əmlak Məsələləri Dövlət Xidməti” ndə bəzi məsələləri həll edə bildiyini demişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ƏMDX-də işlədiyini yəqin etmişdir. O, Təqsirləndirilən şəxs telefon nömrəsini Şahid2 alsa da, sonuncu onu Təqsirləndirilən şəxslə birbaşa görüşdürməmişdir. O, təcili olaraq Türkiyə Respublikasına qayıtmalı olduğundan Tariel ilə əyani görüşə bilməmişdir. Türkiyə Respublikasında olan zaman Tarielə zəng edərək ortaq tanışlarının olduğunu bildirib tanışlıq vermiş və dövlət reyestrindən çıxarış verilməsi barədə söhbət etdikdə sonuncunun söhbətlərindən vəzifəli şəxs olmadığını başa düşmüşdür. Lakin etibar etdiyi şəxs Təqsirləndirilən şəxs əmlak məsələlərini həll edə biləcəyini dediyindən sonuncuya etibarı yaranmışdır. Bir neçə gün sonra ona zəng edərək həmin bələdiyyə sənədləri əsasında dövlət reyestrindən çıxarış almağın qeyri-mümkün olduğunu, işin sıfırdan həll edilməsi üçün “Əmlak Məsələləri Dövlət Xidməti” ndəki adını çəkmədiyi dövlət reyestrindən çıxarış vermək səlahiyyətli yüksək vəzifəli tanışlarına 60.000 manat məbləğində pul vermək lazım olduğunu bildirmişdir. O, hansı səbəbə bu qədər böyük məbləğdə pul verilməli olduğunu soruşduqda Tariel bir daha əlində olan bələdiyyə sənədlərinin əsassız olduğunu vurğulamış və onlar işin həlli barədə razılaşmışlar. Həmçinin Təqsirləndirilən şəxs ondan aldığı pulu verəcəyi şəxsin hansı vəzifədə işlədiyini, işi hansı qaydada həll edəcəyini deməmişdir. Tariel ilə iş görməsi barədə Kənanın məlumatı olmamışdır. 2018-ci ilin sentyabr ayının ortalarında Tariel ona zəng edərək işlərə başlamaq üçün qeyd etdiyi səlahiyyətli vəzifəli şəxsə ilkin olaraq 10.000 manat pul vermək lazım olduğunu bildirdikdə o, razılıq vermişdir. Bakıda işlədiyi dövrdə onun sürücüsü olmuş Şahid5 ona çatacaq müəyyən məbləğdə pul olduğundan sonuncuya zəng edərək Tariel ilə Bakı şəhərində görüşməsini və 10.000 manat pulu və bağ evinə aid sənədlərin əkslərini ona verməsini xahiş etmişdir. Bundan təxminən 3 həftə sonra, yəni 2018-ci ilin oktyabr ayının əvvəlində Tariel ona zəng edərək “Əmlak Məsələləri Dövlət Xidməti” ndəki onun işini həll edəcək səlahiyyətli vəzifəli şəxsin pulun qalan hissəsini, yəni 50.000 manatını tələb etdiyini bildirmişdir. Onun Kənanda 30.000 ABŞ dolları pulu olduğundan sonuncuya zəng edərək həmin pulu Tarielə verməsini xahiş etmişdir. Həmin vaxt Kənan onun Tariel ilə iş gördüyündən xəbər tutmuşdur. Təxminən 2018-ci ilin noyabrında Bakı şəhərinə gəldikdə Tariel ilə ilk dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Nəriman Nərimanov abidəsinin yaxınlığında yerləşən “R&B” kafesində görüşmüşdür. Görüş əsnasında Tariel ona narahat olmamasını, bu qayda ilə əvvəllər də dövlət reyestrindən çıxarış aldığını bildirmişdir. Sonradan o, Türkiyə Respublikasına qayıtsa da, dəfələrlə Tarielə zəng edərək işin nə yerdə olduğunu soruşduqda, həmin torpaq sahəsinin mübahisəli ərazidə olduğunu, lakin yaxın müddət ərzində məsələnin öz həllini tapacağını bildirmişdir. Təxminən 2019-cu ilin aprel ayında o, Bakı şəhərində olan zaman Tariel ona “Əmlak Məsələləri Dövlət Xidməti” nin “Ulduz” metrostansiyasının yaxınlığındakı idarələrindən birinə getməsini bildirmiş və ora çatdıqda əlaqə saxlaması üçün hazırda xatırlamadığı bir mobil telefon nömrəsi vermişdir. Həmin vaxt o, Tarielin özü ilə görüşməyə cəhd etsə də, sonuncu onunla görüşdən yayınmışdır. O, qeyd edilən idarəyə gedərək Tarielin ona verdiyi telefon nömrəsinə zəng etmiş, həmin idarənin əməkdaşlarından biri onu qarşılamış və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilməsi barədə ərizə yazdırmışdır. Həmin şəxslə bundan sonra heç vaxt əlaqə saxlamamışdır. Türkiyə Respublikasında olduğu dövr ərzində Tariel iki dəfə qeyd edilən torpaq sahəsinə kimlərisə apararaq oranı ölçdürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus evin ölçülərində yaranmış fərqlə əlaqədar əlavə olaraq tanışlarına 2.500 manat pul verilməli olduğunu bildirsə də, o verdiyi 60.000 manat pulun qarşılığında Təqsirləndirilən şəxs heç bir nəticə vermədiyindən və məsələ uzandığından qeyd edilən məbləğdə pulu verməkdən imtina etmişdir. Sonradan o, Tarielə inanmadığını bildirərək pulunu və sənədlərin əsllərini qaytarmasını tələb etdikdə sonuncu ondan qaçmağa cəhd etmişdir. Lakin Tarielə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirdikdə dəfələrlə pulunu və sənədləri qaytaracağını vəd etsə də, bundan yayınmışdır. O, Fərid adlı şəxsin olduğunu ilk dəfə Tariel ilə üzləşmədə dindirilərkən eşitmişdir. Əvvəllər Təqsirləndirilən şəxs işi Fərid adlı şəxsin həll edəcəyi barədə ona hər hansı bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun xalası oğludur. Təxminən 2007-ci ildə Şahid1 Bilgəh qəsəbəsində 0.20 ha torpaq sahəsi almışdır. Bir neçə ildən sonra həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Şahid1 özü 2018-ci ildən Türkiyə Respublikasında yaşayır və arada bir Bakı şəhərinə gəlib-gedir. Əkbərin Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” ndən çıxarışı olmamışdır. 2018-ci ilin hazırda xatırlamadığı ayında Şahid1 ona həmin yerin sənədləşməsi üçün Tariel adlı şəxslə danışdığını və həmin işin görülməsi üçün ona 50.000 manat pul göndərəcəyini demiş və həmin pulu Tarielə onun aparıb verməyini xahiş etmişdir. O, Şahid1 ilə razılaşaraq “Əmlak” Tariel ləqəbli həmin şəxsi tanıdığını, lakin elə də yaxın münasibətinin olmadığını bildirmişdir. Həmçinin Tarielin harada işləməsini bilməmişdir. Bir müddətdən sonra 2018-ci ilin hazırda xatırlamadığı ayında Şahid1 bir nəfər tanımadığı tanışı vasitəsilə ona 30.000 ABŞ dolları pul göndərmişdir. O, həmin pulu manata çevirib 50.000 manat etdikdən sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayaraq onunla “Cavanşir” körpüsünün altında yerləşən dayanacağın yaxınlığında görüşərək Əkbər verdiyi 50.000 manat pulu Tarielə vermişdir. Bundan sonra Şahid1 evinin sənədi ilə əlaqədar məsələni Təqsirləndirilən şəxs uzatdığından o, Tariellə görüşmüşdür. Həmin vaxt Tariel torpağın sənədlərinin hazırlanmasının yekunlaşmaq ərəfəsində olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Tariel ona zəng edib Əmlak Komitəsinin əməkdaşlarının həmin torpaq sahəsinə baxmalı olduqlarını və ondan sonra eskiz planın hazırlanmalı olduğunu bildirmişdir. O, Əkbərlə əlaqə saxlayıb Tarielin həyətyanı torpaq sahəsinin ölçülərini götürmək üçün Əmlak komitəsinin işçilərinin gedəcəyini bildirib onların hansı qaydada yerə baxmalı olduqlarını və kiminlə əlaqə saxlamalı olduqlarını soruşmuş və Tarelin özü ilə də əlaqə saxlamasını demişdir. Bundan bir neçə gün sonra o, Əkbərlə əlaqə saxladıqda Əkbər ona Tarielin Əmlak Komitəsinin digər işçiləri ilə yerə baxdıqlarını və ölçü işləri apardıqlarını bildirmişdir. Ondan sonra o, Tarielin özü ilə də əlaqə saxlamış və Tariel də Əkbərin dediklərini təsdiq etmişdir. Bir müddət sonra o, Tariel ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda Tariel evin işçi lahiyəsini vermiş və əmlakla bağlı qalan sənədləri isə özünün Əmlak Komitəsinə təqdim edəcəyini bildirib ona Əmlak Komitəsindən zəng olunacağını və həmin sənədi Əmlak Komitəsinə təqdim edib çıxarış alacağını bidirmişdir. Bir müddət keçməsinə baxmayaraq Tarieldən xəbər olmadığını görüb əlaqə saxladıqda Tariel yaxın vaxtlarda sənədin düzələcəyini demişdir. Lakin hər dəfə Tarielin vaxtı uzatdığını görüb onun Əkbəri aldatdığını başa düşüb bu barədə Əkbərə də demişdir. Yenidən Tariellə əlaqə saxladıqda Tariel torpağın ölçülərinin bir az artıq olduğunu bildirib Əkbərdən 2500 manat pulu alıb ona verməyini bildirmiş, lakin o, Əkbərlə əvvəldən bu barədə söhbətinin olmadığını bildirib Əkbərin özünə deməsini demişdir. Sonradan bu barədə Əkbərlə danışdıqda Əkbər Tarielə pul verməyəcəyini bildirib torpağın sənədləşməsi üçün Tariellə 60.000 manata danışdığını demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onun verdiyi 50.000 manatdan əlavə Tarielə 10.000 manat da Əkbər pul vermişdir. Ondan sonra dəfələrlə Tariellə əlaqə saxlasa da gah telefonuna zəng çatmamış, gah da zəng vurub yaxın vaxtlarda işin həll olunacağını demişdir. Sonda isə Əkbər Tarielin onu aldatdığını görüb ondan hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs torpağa dair sənədləşmə işlərini kiminsə vasitəsi ilə düzəltdiyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 089679 nömrəli lisenziya əsasında tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi ilə fərdi şəkildə məşğul olur. Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Belə ki, təxminən 2019-cu ilin fevral ayında dostu Şahid4 ona tanışı Təqsirləndirilən şəxs üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən evinin layihələndirilməsində köməklik etməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs istifadəsində olan telefona zəng edərək onunla əlaqə saxlamışdır. O, heç vaxt Təqsirləndirilən şəxslə görüşməmişdir. Təqsirləndirilən şəxslə layihənin qiymətini Mustafa özü danışmışdır. O, sadəcə olaraq Bakı şəhəri, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsində yerləşən evə gedib, həmin evin foto şəkillərini və ölçülərini götürmüşdür. Təxminən 4-5 gün ərzində layihəni çəkdikdən sonra hazırda xatırlamadığı tanışlarından biri vasitəsilə layihəni Təqsirləndirilən şəxs göndərmiş və Tariel də ödənişi ona eyni şəxs vasitəsilə göndərmişdir. O, Şahid1 evində olan zaman onu adını xatırlamadığı bağban qarşılamışdır. Fərid adlı şəxsi tanımır və Fərid adlı şəxs ona Şahid1 evinin eskiz layihəsini çəkdirməsini deməmişdir. O, Fərid adlı şəxslə Şahid1 evinin layihəsi barədə danışmamışdır. O, özünü Əmlak Komitəsnin nümayəndəsi kimi təqdim etməmişdir. Həmin evin kimə məxsus olmasını o, bilməmişdir. Layihənin çəkilməsi üçün təxminən 1000 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər mebel sexləri ilə fərdi dizayner kimi fəaliyyət göstərmiş və həmin fəaliyyəti ilə əlaqədar “İnstagram” sosial şəbəkəsində elan xarakterli səhifə yaratmışdır. Təqsirləndirilən şəxs qeyd edilən elandan onun mobil telefon nömrəsinə zəng edib, Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən ofisi üçün mebellərin dizayn edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslə cəmi iki dəfə- sifarişi qəbul etdikdə və ödənişi ondan alanda görüşmüşdür. Lakin Tariyelə onun ixtisasca memar olmağı məlum olduğuna görə 2019-cu ilin fevral ayında onunla əlaqə saxlayaraq Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən bağ evinin eskiz layihəsini çəkməkdə köməklik etməyini xahiş etmişdir. O, qeyd edilən işlə məşğul olmadığını, lakin dostu Babəkin ona kömək edə biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan eskiz layihəni Babəkin hansı qiymətə çəkəcəyi ilə maraqlandıqda o, qiymətdən razı qalacağını demiş və Tariel ondan Babəkin telefon nömrəsini almışdır. Sonradan ona məlum olmuşdur ki, Babək qeyd edilən evin eskiz layihəsini çəkmiş, Təqsirləndirilən şəxs isə Babəkə müvafiq olaraq ödəniş etmişdir. Təqsirləndirilən şəxs Fərid adlı şəxsin Şahid3 Şahid1 evinin eskiz layihəsini çəkdirməsi barədə göstərdikləri yalandır. Babəklə Tarieli o, tanış etmiş, arada Fərid adlı hər hansı bir şəxs olmamışdır. O, Fərid adlı şəxs tanımır. Təqsirləndirilən şəxsin nə üçün Fərid adlı şəxsin Babəkə evin eskiz layihəsini çəkdirməyi deməsini dediyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, uzun müddət Şahid1 ilə yaxın münasibətləri olduğundan Şahid1 bir müddət ailə sürücüsü işləmişdir. 2018-ci ilin təxminən sentyabr-oktyabr aylarının birində Şahid1 ona zəng vurub bir nəfərə pul çatdırmalı olduğunu deyib, vaxtı olmadığı üçün həmin pulu onun çatdırmağını xahiş etmişdir. 2018-ci ilin sentyabr-oktyabr aylarının birində Təqsirləndirilən şəxs zəng vurub görüş təyin etmiş və həmin gün bir neçə saat sonra Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Olimpik Star” adlanan əyləncə mərkəzinin yaxınlığında görüşərək 10.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun yanında həmin pul vəsaitlərini sayıb, götürmüşdür. Belə ki, 10.000 manat hamısı 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Təqsirləndirilən şəxslə görüşü zamanı yanlarında kənar şəxs olmamışdır. Pulu Təqsirləndirilən şəxs verdikdən sonra o, Şahid1 ilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Onun həmin vaxt Şahid1 pulu hansı səbəbə Təqsirləndirilən şəxs göndərməsindən xəbəri olmamışdır. Lakin sonradan, Şahid1 ona Təqsirləndirilən şəxs onun vasitəsi ilə göndərdiyi 10.000 manat və əlavə 50.000 manat pul vəsaitlərini Bakı şəhəri, Bilgəh qəsəbəsində həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə görə verdiyini, Təqsirləndirilən şəxs ona həmin yerə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alacağına söz versə də, onu aldatdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cildinin 45-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bilgəh Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 061 nömrəli “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərardan və həmin tarixli “Torpaqların alqı-satqısına dair” aktından görünür ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən 2198 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanında yaşayan Şahid1 verilmişdir. Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2007-ci il tarixli BEB 220304 nömrəli Kassa mədaxil orderinin qəbzindən görünür ki, Şahid1 torpaq sahəsinin alqısatqısı ilə əlaqədar olaraq Bilgəh Bələdiyyəsinə 21.980 (iyirmi bir min doqquz yüz səksən) manat məbləğdə pul ödəmişdir. Cinayət işinin 1-ci cildinin 37-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi 03 vərəqədən ibarət “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” xx xxxx 2016-cı il tarixli, 011 nömrəli aktdan görünür ki, Zəfəran sovxozunun ərazisində yerləşən 290 kvm-dən ibarət yaşayış evinin inşası Şahid1 tərəfindən fərdi layihəyə uyğun özünü maliyyələşdirmə şəklində yerinə yetirilmiş və komissiya tərəfindən qeyd edilən tikili istismara qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 52-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Eskiz Layihəsi”-ndən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyət növünün həyata keçirilməsinə icazə verilməsi haqqında 089679 nömrəli lisenziyasına əsasən Şahid1 evinin eskiz layihəsi Şahid3 tərəfindən tərtib edilmişdir. Cinayət işinin 1-ci cild 69-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 tərəfindən təqdim edilmiş bir ədəd “Flaş” tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin elektron məlumat daşıyıcısı “SanDisk” markalı olmaqla üzəri parlaq metaldan daxili isə qırmızı rəngli plastik materialdan hazırlanmışdır. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə 15 ədəd “.Jpeg” formatlı şəkil faylının və bir ədəd “Audio” adlı qovluğun olması müəyyən edilmişdir. Qeyd edilən 15 ədəd şəklə baxış keçirilən zaman həmin şəkillərdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olmuş yazışmanın əks edildiyi müəyyən edilmişdir. Şahid1 hərfi yazıdan istifadə etsə də, Təqsirləndirilən şəxs əsasən səsli ismarıclardan istifadə etmişdir. Qeyd edilən yazışmalarda Təqsirləndirilən şəxs adı “Tariel Emlak” və “Tariel Kupcha” kimi qeyd edilmişdir. “Audio” adlı qovluğa daxil olduqda 28 ədəd “.m4a” formatlı səs yazısının olması müəyyən edilmişdir. Qeyd edilən şəkillərlə fonoqramların qarşılıqlı təhlili zamanı müəyyən edildi ki, Şahid1 Təqsirləndirilən şəxs 09.09.18-ci il tarixdə saat 07:52-də GPS vasitəsilə bağ evinin yerləşdiyi yer barədə məlumatları göndərdikdən sonra 09:07-də “Qardash sabahin xeyir”, 09:08-də “Location gonderdim ki tam degig yerini gore bilesen” məzmunlu mətnlər göndərdikdən sonra Təqsirləndirilən şəxs saat 12:06-da “ok” məzmunlu mətn, saat 17:18də isə 1 dəqiqə 15 saniyədən ibarət “Salam qardaş, necəsən? Tarieldi narahat edən. Deməli, biz bu prosesi səhər inşallah başlamaq istəyirik. Prosto mən 1-2 dənə şeylər var onları deyim. Proses burdan başlanılacaq. Birinci növbədə torpağın eskiz lahiyəsi icrada təsdiqlənməlidi. Səhər bunu təsdiqlətmək lazımdı. Sora torpağın cizgiləri, bu da icradan götürülməlidi. Bu da icradan yəni götürülməlidi. Bir də arxiv sənədlərini çıxartdırmaq lazımdı. Bu 3 sənədi məndən şey istəyib əmlak. Yəni, səhər-səhər birinci proses bundan başlanacaq . İnşallah yəni dedim prosto məlumatınız olsun. Bu proseslərin hamısını atmaqdan ötrü deməli hərəsi müxtəlif, onları yəqin axşam bilərəm, ya səhər deyərəm sizə. Hərəsinin müxtəlif qiymətlərədi. Yəni çox böyük qiymətlər deyil. Prosto bu sənədlər vacibdi. Bunlar olmasa, yəni mümkün olası şeylər deyil. Nə bilim icradan təsdiqdi, məsəlçün 2500 odu, nə bilim 1500 biridi. Belə bir vəsaitlərdi inşallah bunları yəni almaq lazımdı. Bir sənədlərin orginalları lazımdı sabah səhər-səhər. Onları mənə bir dənə zəhmət olmasa göndərərsiz. Yəni sabahdan proses başlayır da onu biləsiz də.” məzmunlu (AUDİO-2019-06-20-16-33-17) səsli ismarıc göndərmişdir. Şahid1 Təqsirləndirilən şəxs 10.09.18-ci il tarixdə saat 09:35-də “Tariel salam. Dunen bashim chox garishig idi bagishla cavab yaza bilmedim”, saat 09:36-da “Qardash gel bu gun sene chatdirsinlar senedleri sabahdan bashlayaq prosese”, “Men İstanbula geldim uje”, saat 09:37-də “Pul da chatdıracaqlar sene bu gun”, “Bes umumi ne geder xerc olacaq? Bilinir” məzmunlu mətnlər göndərdikdən sonra Təqsirləndirilən şəxs saat 11:06da 52 saniyədən ibarət “Salam qardaş. Deməli dünən sənə göndərdiyim o şeylər o 3 dənə icradan olan bir də arxiv məsələləri olar sroçnı həll olunmalıdır. Onlar həll olunmamış yəni sənədin kökü yoxdur. Onlar həll olunmalıdı. Yəni, səhərə birisigünə mən o sənədləri toplayıb bu həfdənin 3- cü, 4-cü gününə kimi ora çatdırmalıyam. Ondan sonra uzağı həftənin 5-ci ya 1-ci günü, sənədlər gedib, sənin sənədlərin kopyası gedib. 1-ci günə qədər də ümumi çıxarışın qiyməti deyiləcək. Ama bu sənədlər vacibdir, bunlar verilməlidir. İndi özünüz də əvvəldən bilirsiz ki, bu sənədlər, bu sənədlər toplanmalıdı, arxiv sənədlərdi. Bu olmasa milyonda versək mükün döyül də” məzmunlu.(AUDİO-2019-06-20-16-33-17 (7)) və 12 saniyədən ibarət olan “Bugün onda gün ərzində indi mən pulu bilmirəm halhazırda, işə indi çatmışam. İndi öyrənəcəm də hərəsinə nə qədər xərc lazımdı. Pul ilə orginal sənədlər yəni göndərin çatsın mənə” məzmunlu (AUDİO-2019- 06-20-16-33-17 (8)) iki səsli ismarıc göndərmiş saat 12:23-də Şahid1 “Ok. Migdari deyersen gondererem” məzmunlu mətn göbdərdikdən sonra Təqsirləndirilən şəxs saat 12:27-də “Ok” məzmunlu mətn, saat 18:09-da 2 dəqiqə 56 saniyədən ibarət “Qardaş axşamın xeyir. Deməli bu kimin adındadısa bu, kimin adında olacaqsa bu hal-hazırda sənədlər kimin adındadır o adam azərbaycandadı yoxsa Azərbaycanda deyil? Bir dənə bu haqda. Əgər olmasa Azərbaycanda doverennostu var burda kiməsə? Yəni o adam iki dənə yerə getməyə o adam vacibdi yəni hələlik. O özü qol çəkməlidi ona görə. Bir bunlar vacibdir, bir də qardaş deməli bu 3-4 dənə sənəd, kağız yığılmalıdır, bunlar vacibdir. Bular sənədin köküdür. Burda - bir dənə problem var. O problemi mən sizə deyim siz özünüz də bilin. Deməli 2007-ci ildən bu yana bələdiyyə sənədləri ləğv olunub da yəni özünüz bilirsiz bunu bəlkə də. Yəni, tamamilə ləğv olunub. Ama ona baxmayaraq yenə də biz bunu düzəldə biləcəyik inşallah. Əsas məsələ indi yığılan sənədlərin düzəlməsidi. Bir də müəllim bunun tam şəkildə düzəlməsi 60 min manata yaxın tutacaq. Yəni 60 min manat pul tutacaq. Yəni indidən deyim məlumatınız olsun. İlkin 3 sənədi düzəltməyə 8-10 min arasında eskizi, eskiz lahiyəni gəlib çəkməkləri, yeri ölçməkləri yəni otdelniy prosesdi. Bir həfdə bu proses çəkəcək. Bunlar həll olmalıdı. Bunlar həll olunandan sonra sənədlər əmlak komitəsinə təqdim olunacaq. Təqdim olunandan sonra nə proses olacaq. Birinci ya torpağın çıxarışı çıxarılacaq ya evin. Torpağın çıxarışı çıxandan 14 gün sonra evin çıxarışı çıxarılacaq. Yəni bugünləri də mən sizə deyirəm ki, yəni özünüzün məlumatınız olsun.(daha sonraq çıxarışların verilmə müddəti barədə danışır)” məzmunlu (AUDİO-2019-06-20-16-33-17 (9)), saat 18:10-da 30 saniyədən ibarət “Eee qardaş bu şeyi mən, imenno bu nöqtəni siz nəzərinizdə bərk saxlayın ki, bələdiyyə sənədləri 2007-ci ildən, yəni ən əsas məsələ budu yəni. Bələdiyyənin sənədləri orda ləğv olunub. Bələdiyyə sənədi, 2007-ci ildən bu tərəfə olan sənədlər hamısı ləğv olunub. Yəni, ona görə o bələdiyyənin sənədləri ilə problemdi. Əsas məsələ budu. Yəni o da həll olunacaq da, o problem deyil. Onu özləri orda həll edəcəklər hamısını, keçirdəcəylər” məzmunlu (AUDİO-2019-06-20-16-33-17 (10)) səsli ismarıc və saat 18:27- də “Mene bu gun bir xeber deyin” məzmunlu mətn göndərmiş, Şahid1 ona saat 18:32-də “Qardash senedler menim adimadir. Amma doverennost verdiyim bir adam yoxdur teessuf ki”, saat 18:33-də “Problemi basha dushdum amma 60 da chox oldu bir az”, “Etibarnaməni burada konsulluğda da vere bilerem. Notariusla eyni quvvededir qanuna gore” mezmunlu mətn göndərdikdən sonra Təqsirləndirilən şəxs saat 18:49-da 1 dəqiqə 53 saniyədən ibarət “Qardaş başa düşdüm. Prablem yoxdu o notariusdan, ordan konsulluqdan etmək olar. Yəni, doverennost verə bilsəz günü səhər verdirin. Onsuz da bu həfdənin elə bil ikinci, üçüncü, ya dördüncü günü. Yəni, bu həfdənin içinə kimi doverennostu o adama verdiyin əgər razısızsa. Qaldı ki, qiymət məsələsinə, qiymət məsələsi vallah, həqiqətən, yəni Vallah həqiqətən o qədər çətin prosesi imenno o bələdiyyə məsələsinə görə ilişib. Tək çıxarışın çıxarılmağına orda 10000 (on min), 15000 (on beş min) manat elə bu bələdiyyə məsələsinə görə gedəcək. Yəni, görün siz də maraqlanın. Yəni, bu mümkün deyil də onu şey eləmək. Bəlkə də 2-3 il bundan qabaq kimsə onu 40-a, 45-ə nə bilim 50-ə elətdirirdi. Yəni, indi tamam başqa cürdü də. Bir də bir şey deyim müəllim sizə sizin sənəd köklü sənəd olacaq. Yəni, arxivi zadı, hamısı bir yerdə köklü çıxarış çıxarılıb veriləcək. Yəni, bu var. İndi baxın görün uyğundursa bugünləri, ya axşam, ya olmaz səhər-səhər işləmlərə başlayaq. Orginal sənədlər lazımdı, bir də hardasa 10000-ə (on min) yaxın vəsait. Göndərin mən səhərdən bu işin üsdünə düşüm başlayaq. Həftə içində də, sabah, birisigün də olar. Kimə ürəyiniz istəyir bir dənə doverennost verdirin o adam gəlib 2-3 dənə yerə qol çəkməlidir. Gəlsin qol çəksin. Elə bil pulun hamısı, bütöv hissəsi lazım deyil. Əsas bu 3 dənə şeyi mən aldırım, bu 3 dənə sənədi. Bu 3 dənə sənədi aldırandan 1 həftə, maksimum 10 gündən sonra uje o birisi vəsait lazımdı verib birkanı götürmək. Birkanı götürəndə də yenə həmin doverennost verdiyiniz adam yenə özü lazımdır. Elə bil gəlib birkanı götürəndə qol çəksin. Ba proses budur müəllim. Yəni, razısızsa mənə bir xəbər deyin mən bilim.” məzmunlu (AUDİO-2019- 06-20-16-33-17 (1)) səsli ismarıc göndərmiş, Şahid1 saat 18:52-də “Chox sag ol qardash etrafli melumata gore”, “Men bir iki saata xeber vereceyem” məzmunlu mətn göndərmiş, Təqsirləndirilən şəxs saat 19:04-də “Ok” məzmunlu mətn, saat 22:16-da 13 saniyədən ibarət “Axşamınız xeyir qardaş. Sizdən bir xəbər çıxmadı. Bir xəbər deyərsiz mənə bugün yoxsa yox. Çünki mən sənə cavab, şeydi deməliyəm ona görə. Yəni, alınır ya alınmır ona görə işimizi görək” məzmunlu (AUDİO- 2019-06-20-16-33-17 (2)) səsli ismarıc göndərdikdən sonra Şahid1 saat 22:42-də “Qardash axshamin xeyir", “Eleyek”, “Men sabah aınsa sabah, alinmasa birigun etibarnamə vererem burda məzmunlu mətn gördərmiş, Təqsirləndirilən şəxs saat 22:50-də 07 saniyədən ibarət “Qardaş tam olaraq başa düşmədim, bir dənə zəhmət olmasa sabah birigün, ya necə? Sabahı ya birigün?” məzmunlu (AUDİO-2019-06-20-16-33-17 (3)) səsli ismarıc göndərmiş, Şahid1 “Sabah vaxt eleye bilsem sabah, olmasa birigun” məzmunlu mətn göndərdikdən sonra Təqsirləndirilən şəxs saat 22:53-də 04 saniyədən ibarət “Yaxşı qardaş başa düşdüm. Oldu, yaxşı çox sağol. Gecən xeyrə qalsın” məzmunlu (AUDİO-2019-06-20-16-33-17 (4)) və 08 saniyədən ibarət “Qardaş bir də doverennost məsələsinin üzərinə düşmək lazımdır. Gör konsulluq, elə günü sabahdan gör şey olsa konsulluğa zada getmək lazımdır” məzmunlu (AUDİO-2019-06-20-16-33-17 (5)) iki səsli ismarıc göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 12.09.18-ci il tarixdə saat 11:53-də 41 saniyədən ibarət “Salam qardaş, necəsiz, nə var nə yox? İşiniz gücünüz necədir? Deməli gətirdilər verdilər, bu vəsaiti verdilər, dünən də sənədləri də verdilər məndədir. Mən uje bugündən indi işləmlərə başlayıram tam. Doverennost məsələsini bu həftə içində zəhmət olmasa həll edərdiniz. Vsyo, birinci gündən də inşallah, birinci günə kimi o sənədləri mən topiayacam hamısını. Birinci gün də uje əmlaka təqdim olunacağ inşallah sənədləriniz. Birinci gün də Allahın köməkliyi ilə o böyük vəsaiti şey edərsiniz. Oldu bu qədər. Hər şey yaxşıdı, hər şey qaydasındadı. İnşallah yəni yaxşı olacaq Allahın köməkliyi ilə, düzələcək. Oldu, heç nə. Bir sözünüz olsa deyərsiz mənə” məzmunlu (AUDİO-2019-06-20-16-33-18 (2)) səsli ismarıc göndərdikdən sonra Şahid1 saat 12:21-də “Salam qardash. Ok, bu gunlerde etibarnameni hell edib gondereceyem.”, saat 16:18-də “Qardash, pulun qalani gelen hefte verilməlidir?”, saat 16:19-da “Ve tam olarag ne geder olacaq galani?” məzmunlu mətn göndərmiş, Təqsirləndirilən şəxs saat 16:20-də 36 saniyədən ibarət “Qardaş biz deməli 5-ci günə kimi işlərimizi bu çatışmayan sənədlər məsələlərini tam qurtaracayıq. Həftənin birinci günü də sənədlərlə pul əmlaka təqdim olunmalıdı. Yəni birinci gün. Tam olaraq da 50 min yəni verilməlidir. 50 min, bir də sənədlər. Həftənin birinci günü. Yəni, biz vermək isdiyirik. İndi birinci gün olmaz, yəni nəsə düzəlməz ikinci gün də verə bilərik. Yəni, bu sənədlər düzələndən sora əmlaka uje çıxarış məsələsinin üzərində işləmək lazımdı. Yəni, ya birinci gün, ya ikinci gün indi onu siz mənə bir dənə cavab deyərsiz” məzmunlu (AUDİO-2019-06-20-16-33-18 (3)) səsli ismarıc göndərdikdən sonra Şahid1 saat 15:52-də “Ok, chalishacagam birinci gune duzeldim” məzmunlu mətn göndərmişdir. Təqsirləndirilən şəxs 15.09.18-ci il tarixdə saat 12:50-də 08 saniyədən ibarət “Qardaş salam, necəsən, nə var nə yox? İşin-gücün necədir? Qardaş bu doverennost məsələsini neylədin? Nə yerdə qaldı?“ məzmunlu (AUDİO- 2019-06-20-16-33-18 (4)) səsli ismarıc göndərdikdən sonra Şahid1 saat 18:30-da “Salam Tariel! Doverennost verdim bizim Kenana, gonderdim artig sabah chatdiracaglar ona Bakida” məzmunlu mətn göndərmişdir. Təqsirləndirilən şəxs 18.09.18-ci il tarixdə saat 11:45-də 19 saniyədən ibarət “Qardaş salam, sabahın xeyir. Yaxşısız? Deməli məsələ həll olundu, biz şeyi götürdük, vəsaiti. İnşallah bugünləri işlərə başlayacayıq Allahın köməkliyi ilə. Hər şey yaxşıdı, öz qaydasındadı. Narahat olmayın. Müntəzim də nə xəbər çıxsa mən sizinlə əlaqə saxlayacam” məzmunlu (AUDİO-2019-06-20-16-33-18 (5)) səsli ismarıc göndərdikdən sonra Şahid1 saat 11:46-da “Aleykum salam. Oldu, chox sag ol! Uğurlar!” məzmunlu mətn göndərmişdir. Təqsirləndirilən şəxs 25.09.18-ci il tarixdə saat 16:15-də “Seher bilka verilecek inşallah” məzmunlu mətn göndərdikdən sonra Şahid1 “Birka verilenden sonraki prosedur ne olacag?” məzmunlu mətn göndərmiş və Təqsirləndirilən şəxs saat 16:16-da 34 saniyədən ibarət “Salam qardaş, Əkbər necəsən nə var, nə yox? Şükür Allaha, biz də yaxşıyıq, hər şey yaxşıdı qaydasında gedir. Deməli səhər inşallah birka veriləcək, birka veriləndən sonra 5 iş günündə çıxarış veriləcək, torpağın çıxarılışı veriləcək. 14 gündən sonra da, 14 iş günündən sonra da inşallah villanın çıxarışı veriləcək, onunla da bizim proses başa çatdı” məzmunlu (AUDİO- 2019-06-20-16-33-56) səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 28.09.18-ci il tarixdə saat 14:50-də 34 saniyədən ibarət “Əkbər salam mənim qardaşım. Necəsən, nə var nə yox? İşin-gücün necədi, yaxşıdı? Əkbər qardaşım, deməli məsələ belədi. Oranın, o villanın tam adresi lazımdı. Ora komitədən adamlar gedir, oranın çertyojnan ölçmək istəyirlər içini. Onu bir dənə mənə oranın tam adresini elə mən onu komitəyə verim indi. Ama tam dəqiq adres lazımdı ki, o adresə görə tapsınlar oram” məzmunlu (AUDİO-2019-06-20-16-33-18 (6)) səsli ismarıc göndərdikdən sonra Şahid1 də saat 14:56-da 38 saniyədən ibarət səsli ismarıc, saat 14:58-də GPS vasitəsilə bağ evinin yerləşdiyi yer barədə məlumatları göndərmiş, Təqsirləndirilən şəxs saat 15:22-də “Ok”, “Cox saq ol” məzmunlu mətn, saat 15:23-də 10 saniyədən ibarət “Mənim qardaşım bir dənə təcili elə ən yaxşısı oxrananın nömrəsidi, onu mənə təcili göndər də gözləyirlər. İndi bugün gedəcəklər ora indi. Bir dənə onu təcili göndər də” məzmunlu (AUDİO-2019-06-20-16-33-18 (7)), saat 15:24-də 10 saniyədən ibarət “Əkbər qardaşım özün də şey elə, tapşır ona denən gəlib yeri ölçəcəklər də, bilsin nəyə görə şey eləyirlər. 2-3 nəfər adamdı. Yəni, çertyojnan gedib ölçəcəklər oranı” məzmunlu (AUDİO- 2019-06-20-16-33- 18 (8)) səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 29.09.18-ci il tarixdə saat 14:09-da 48 saniyədən ibarət “Əkbər salam qardaş, necəsən nə var, nə yox? Əkbər orda gediblər o yeri ölçənlər, deməli ölçüblər orda biz elə bil əvvəlcədən deyirdik ki, orda villanın kvadratı 250 kvadratdı axı. Elə bil deyim də, 350 kvadrat villa çıxıb, obşi toplam qaraj, nə bilim orda sauna deyir, sanuzel deyir nə deyir belə bir şey də var orda. Onlarlı zadlı hamısı bir yerdə 650 kvadratdı. Obşi 650 kvadrat şey çıxıb. Prosda orda bir balaca, yəni belə biz bilmirdik də, biz təqribən bilirdik, orda sənədləri verəndə, təqdim edəndə komitəyə, 250 kvadratın məsələsi gedirdi. Əlavə elə bil 650 kvadrat çıxıb” məzmunlu (AUDİO-2019-06-20-16-33- 18 (10)) səsli ismarıc göndərmiş, Şahid1 cavab olaraq saat 14:39-da “Salam Tariel. Men demishdim heyetde elave tikililer var, qarovul evi, qaraj ve elave tikililer de var demishdim. Amma ev nece 350 chixib bilmirəm.”, saat 14:40-da “Hem de bu mesele vacibiydirse gerek ishe bashlamadan gelib baxardilar” məzmunlu mətnlər göndərdikdən sonra Təqsirləndirilən şəxs saat 15:06-da 1 dəqiqə 56 saniyədən ibarət “Yox e, mənim qardaşım heç bir problem yoxdu e, orda. Gediblər ölçüblər elə 650 kvadratı prosto alıblar şeyə, çertyoja. Prosto yəni mən, elə bil oranı o vaxt danışanda, düzdü demişdiz orda qaraj var əlavə, nə bilim başqa nə şey var. İndi qarajı o qədər kvadrat hesablanmaz da. Mən dedim ki, 40-50-60 kvadrat qaraj olar da. Daha 650 kvadratın gəlməsi ona görə bunlarda bir az çaşqınlıq yaratdı. Onsuz da 650 kvadratı bunlar şeyə alıblar. Prosda əlavə olaraq məndən onların o çertyoju 650 kvadrat alan şey adamla. Onlar birincidəb gedib baxa bilməzlər. Yazmısan e, mənə əvvəldən gedib baxardılar. O əvvəldən baxmırlar. Hər işin etapı var. etap-etap gəlir. Əvvəl arxiv sənədlərini otuzdururlar. İndiyə kimi olan prosedur bu idi. Ondan sonra ölçüblər ki, 650 kvadratlıq yerdi də. Yəni ona görə demək istəyirdim. (Daha sonra Tariel əlavə ölçüyə görə 2500 manat pul lazım olduğunu deyir.)” məzmunlu (AUDİO- 2019-06-20-16-33-18 (11)) səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs 11.10.18-ci il tarixdə saat 21:07-də üzərində 01 ədəd “Dolqota 50,0482” sözləri əks edilmiş ərazi koordinatları barədə məlumat xarakterli və 01 ədəd peyk vasitəsilə çəkilmiş şəkillər, “Salam”, “Katastirdi qardaş senedin kokudu" məzmunlu mətn göndərdikdən sonra Şahid1 saat 21:08-də “Aleykum salam”, “Necesen?” məzmunlu məntlər göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Bu sonuncu isdi”, “Cox saqol”, saat 21:09-da “Qaldı birdene cixarisi almaq”, “En cetin isiniz hell olundu” məzmunlu məntlər göndərmiş, Şahid1 saat 21:10-da “Ela!” məzmunlu mətn göndərdikdən sonra Təqsirləndirilən şəxs həmin vaxt 19 saniyədən ibarət “Qaldı bir dənə mənim qardaşım səhər birkanı götürüb torpağın çıxarışını almaq, dalınca da bir müddətdən sonra villanın çıxarışını almaq onunla da qurtardı. Yəni işin əsas çətin tərəfi həll olunub. Yəni bundan sonrakı olan prosedur boş şeydi” məzmunlu (AUDİO-2019-06-20- 16-33-18 (12)) səsli ismarıc göndərmişdir. xx.xx.2018-ci il tarixdə saat 13:22-də Şahid1 “Qardash salam. Necesen? Bir xeber yoxdu hele” məzmunlu mətn göndərsə də Təqsirləndirilən şəxs cavab verməmişdir. xx.xx.2018-ci il tarixdə Şahid1 işin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs saat 17:40-da “Salam”, “Hazir olub qardaş”, “Birinci gun verilecek beteye (BTİ - Böro Texniçeskoy İnventarizaüii (X2))", Hersey yaxsidi”, “Seher yigacam sizi danisariq” məzmunlu, 01.01.19-cu il tarixdə saat 15:57-də “Bizde her sey yaxsidi aldiq serencami verdik emlaka bu ay bilkani verdirecem inşallah” məzmunlu mətnlər göndərmişdir. xx.xx.2019-cu il tarixdə Şahid1 işin nə yerdə olduğunu xəbər aldıqda Təqsirləndirilən şəxs saat 13:02-də “Ayin axirina kimi bilkani verdirecem”, “Narahat olmayin” məzmunlu mətn və saat 13:03-də 39 saniyədən ibarət “Salam qardaş, necəsiz, nə var nə yox? İşləriniz necədi? Yaxşıdı hər şey qardaş, vermişəm mən o uje nə vaxdandı, reyestr xidmətindədi. Prosda bizdə reyestrin yeri dəyişdirilib. Nərimanovdakı çıxarış çıxarılan yer təzədən köçürüldü, bir dənə başqa bina tikildi təzə, bu “Ulduz” metrosunun yanında. Ora köçürüldü elədi. Ona görə bir az baş ora qarışıq idi. O şeyləri dayandırmışdılar. İnşallah ayın axırına, ayın 1-ə, 2-ə kimi birkanı mən verdirəcəm. Hər şey qaydasındadı, yəni heç bir narazıçılığ yoxdu. Yəni, ayın 1-ə, 2-ə, uzağı 2-ə kimi mən birkanı verdirəcəm.” məzmunlu (AUDİO-2019-06-20-16-34-35) səsli ismarıc göndərmişdir. Şahid1 14.02.19-cu il tarixdə Təqsirləndirilən şəxs yazaraq hal- əhval tutduqdan sonra saat 20:17-də “Gardash ne meseledir? Neche defe olchduler bichdiler" məzmunlu mətn göndərdikdən sonra Təqsirləndirilən şəxs “Salam”, “İcra istedi ona gore”, “Seher sizi yiqacam” məzmunlu mətnlər göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs 15.02.19-cu il tarixdə saat 19:15-də 51 saniyədən ibarət “Qardaş axşamın xeyir. Bir vaxt tapıb bugün səninlə görüntülü danışanmadım. İnşallah sabahda birisigündə danışacam. Deməli bu gəlib ölçənlər, əvvəl ölçənlərin şeylərini götürmədi icra hakimiyyəti qəbul eləmədi özlərinkiləri göndərdilər. Çünki özləri nə deyirlər biz onun yolu ilə gedirik. Gəldilər ölçdülər uje hazırdı. Gələn həfdənin ikinci gününə lahiyəni götürüb təsdiqlədib verirəm əmlaka, 5-ci gün də Kənanı çağırıram, birkasını verdirirəm, çıxarışı gözləyib çıxarışımızı çıxardırıq. Yəni, o lahiyəyə görə qalmışdı, lahiyəni bəyənmədilər daha mən təzədən özlərinkini göndərdilər. Özləri ölçdülər bəyəndilər. 5-ci günə kimi inşallah birkaları verdirəcəm Kənana. Ondan sora da çıxarış çıxanda gedib Kənan çıxarışı götürəcək” məzmunlu (AUDİO-2019- 06-20-16-34-35 (1)) və 02 saniyədən ibarət “Bir- iki gündə uyğun bir vaxtda danışarıq” məzmunlu (AUDİO-2019-06-20-16- 34-35 (2)) iki səsli ismarıc göndərmişdir. Həmçinin qeyd edilən Flaş tipli elektron məlumat daşıyıcısında olan “AUDİO-2019- 06-20-16-33-17 (6)” adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşağıdakı məzmunlu danışığının olması müəyyən edilmişdir: “Hə, qardaş üzrlü say mən başa düşmədim. Elə heç nə, sabahları onsuz sabahlarım deməli etibarnamə səhər lazım deyil. Bu arxivnən bir də Abşeron rayon icra hakimiyətinnən danışıq gedəcək. Birigün, ya daha birigün, ola bilər birigün, ola bilər daha birigün tələsmə iki gün içində, yəni 3 gün, uzağı 3 gün içində, 5-ci günə qədər. Etibarnaməni konsulluqdan verdirərsiz də yəni. Ama sabahları pulu, bir də orginal sənədləri çatdırsınlar da” Cinayət işinin 1-ci cild 213-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin kompakt disk ağ rəngli olmaqla “Verbatim”, “CD-R”, “compact disc recortable”, “700MB”, “52X speed vitesse velocidad”, “80min” sözləri parlaq rənglə çap edilmiş və göy rəngli flomaster tipli mürəkkəbli qələmlə “7119”, “12.03.20” rəqəmləri əks olunmuşdur. Kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə “abuneciler”, “antenna- 2018”,“antenna-2019”, “antenna-2020” adlı “.xis”formatlı, **********65”, “**********65-sms”, **********40”, “**********40-sms”, “**********55”, “**********55-sms”, “**********33”, “**********33-sms” "**********30”, “**********30-sms”, "**********50”, “**********50-sms”, “**********59”, “**********59 sms”, “**********11”, “**********11-sms”, “**********62”, “**********62-sms”, “**********00”, “**********00-sms”, “**********00”, “**********00-sms” adlı “.txt” formatlı faylların olması müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən “antenna-2018” faylına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(50)660-90-00 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(50)310-80-59 mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 20:31-da zəng edilərək 234 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(50)211-73-65 mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş +994(50)310-80-59 mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 18:19-da zəng edilərək 34 saniyə, xx.xx.2018-ci il tarixdə saat 12:13-də zəng edilərək 40 saniyə, saat 13:20-də zəng edilərək 109 saniyə danışıq aparılmışdır. Bundan başqa Şahid1 təqdim etdiyi bir ədəd “Flaş” tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxxxx 2020- ci il tarixli protokol ilə müəyyən edilən hallarla qarşılıqlı təhlil edərək baxış keçirilmişdir. Belə ki, qeyd edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 xx.xx.2018-ci il tarixdə saat 11:53-də göndərilmiş səsli ismarıcda “Deməli gətirdilər verdilər, bu vəsaiti verdilər” ifadələri işlədilmişdir. Qeyd edilən danışıqlar aparılan zaman Şahid1 Türkiyə Respublikasında olduğundan saat fərqi nəzərə alındıqda həmin səsli ismarıc Bakı saatı ilə 12:53-də göndərilmişdir. xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə olan anten məlumatları ilə müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(50)660-90-00 mobil telefon nömrəsinə xx.xx.2018-ci il tarixdə saat 16:10-da zəng edildikdə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Badamdar qes99” adlı, Şahid5 isə “Baki seh.Xetai rnu,Babek pr,X9” adlı antenə, saat 17:56-da zəng edildikdə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Badamdar qes99” adlı Şahid5 isə “Nasibbey Yusifbəyli pr” adlı antenə, saat 18:01-də zəng edildikdə Təqsirləndirilən şəxs "xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Bayil qes., F.Nemanzade kuc.” adlı Şahid5 isə “Semed Vurğun kuc,Niaqara restorani” adlı antenə qoşulmuşlar və həmin tarixdə onlar arasında görüş baş tutmamışdır. Lakin, xx.xx.2018-cu il tarixdə saat 11:58-də Şahid5 istifadəsində olmuş +994(50) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(50)660-90- 00 mobil telefon nömrəsinə zəng edildikdə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “X5 kuc” adlı, Şahid5 isə “Baki sh, Fehle prospekti Ag sheher bulvar erazi” adlı antenə, saat 12:26- da zəng edildikdə Təqsirləndirilən şəxs və Şahid5 hər ikisi “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Xan Shushinski kuc” antenə qoşulmuşlar və bununla da, onların görüşünün baş tutması öz təsdiqini tapmışdır. Şahid2 öz ifadəsində göstərmişdir ki, Səməd Vurğun küçəsi ilə irəliləyərək “Olimpik star” əyləncə mərkəzinə çatıb sağa döndükdə Azadlıq prospekti istiqamətində getdikdə sağ tərəfdəki biznes mərkəzlərinin birindəki ofisdə Təqsirləndirilən şəxslə görüşmüşdür. https://www.openstreetmap.org/wayinternetsəhifəsinə daxil olaraq axtarış sisteminə “Xan Şuşinski küçəsi” yazıb axtarış verdikdə Xan Şuşinski küçəsinin Səməd Vurğun küçəsinə paralel olması, həmçinin “Olimpikstar” əyləncə mərkəzinin qarşısından keçən X6 küçəsinin Səməd Vurğun və Xan Şuşinski küçələrinə perpendikulyar olmaqla qeyd edilən küçələri kəsərək Azadlıq prospektinə getməsi müəyyən edilmişdir. Həmçinin Şahid5 də Təqsirləndirilən şəxslə “Olimpikstar” əyləncə mərkəzinin yaxınlığında görüşərək sonuncuya 10000 manat pulverdiyiniqeyd etmişdir. Şahid1 təqdim etdiyi bir ədəd “Flaş” tipli electron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 18.09.18-ci İ ltarixdə saat 11:45-də göndərilmiş səsli ismarıcda “Deməli məsələ həll olundu, biz şeyi götürdük, vəsaiti. İnşallah bugünləri işlərə başlayacayıq” ifadələri işlənmişdir. Qeyd edilən danışıqlar aparılan zaman Şahid1 Türkiyə Respublikasında olduğundan saat fərqi nəzərə alındıqda həmin səsli ismarıc Bakı saatı ilə 12:45-də göndərilmişdir. Şahid2 istifadəsində olmuş +994(50)2555455 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994(50)660-90-00 mobil telefon nömrəsinə xx.xx.2018-ciiltarixdə saat 09:59-da zəng edildikdə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Semed Vurğun kuc, Niaqara restorani” adlı, Şahid2 isə “Nobel pr” adlı antenə, saat 11:01-də zəng edildikdə isə Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxxx” MMC-ə məxsus “Yusif Safarov st." adlı, Şahid2 isə “Gagarinst., Nobelpr.” adlı antenə qoşulmuşdur. https://www.openstreetmap.org/way internet səhifəsinə daxil olaraq axtarış sisteminə “Yusif Səfərov küçəsi” yazıb axtarış verdikdə Neftçilər prospektinin sonunda Yusif Səfərov küçəsi və Nobel prospektinə haçalanması, Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsini Cavanşir (Qaqarin) körpüsünün qarşısında kəsib keçməsi müəyyən edilmişdir. Bununlada, Təqsirləndirilən şəxslə Şahid2 xx.xx.2018-ciiltarixdə saat 11 radələrində “Cavanşir (əvvəlki Qaqarin) körpüsünün yaxınlığında görüşmələri faktı öz təsdiqini tapmışdır. Həmin diskdə olan “antenna-2019”, “antenna-2020” adlı “.xis” formatlı, “**********65”, “**********65-sms”, “**********40”, “**********40-sms”,“**********55”,“**********55sms”,“**********33”, “**********33-sms”, "**********30”, “**********30- sms”, "**********50”,“**********50-sms”,“**********59”,“**********59-sms”, “**********11”, “**********11sms”, “**********62”, “**********62-sms”, “**********00”, “**********00- sms”, “**********00”, “**********00-sms” adlı “.txt” formatlı fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yeni xüsusat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 17-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “xxxxxxx” MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin kompakt disk qırmızı rəngli olmaqla “xxxxxxx” mobil operatoruna məxsus əmtəə nişanı və “Bax nələr mümkündür” sözləri ağ rənglə çap edilmiş və qara rəngli flomaster tipli mürəkkəbli qələmlə «6157» yazısı və imza əks olunmuşdur. Kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə «pdf» formatında yazılmış on bir ədəd faylın olması aşkar olunmuşdur. Həmin fayllar “552182040 sms in”, “552182040 sms out”, “552182040-Zənglərin detallaşması”, “552182040-Zənglərin məxsusluq tarixçəsi”, “553781600 sms in”, “553781600-Zənglərin detallaşması”, “553781600-Zənglərin məxsusluq tarixçəsi”, “557447444 sms in”, “557447444 sms out”, “557447444-Zənglərin detallaşması”, “557447444- Zənglərin məxsusluq tarixçəsi” kimi adlandırılmışdır. Cinayət işinin 2-ci cild 7-14-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının xx xxxx 2020-ci il tarixli 4893 №-li rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SanDisk” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıdakı yazılı mətnlərdən ibarətdir: AUDİO-2019-06-20-16-33-17 (1) K1- Qardaş başa düşdüm. Prablem yoxdu o natariusnan, ordan konsulluğdan eləməy olar. Yəni, davernus verə bilsəz günü səhər verdirin. Onsuz da bu həftənin elə bil ikinci, 3-cü, ya 4-cü günü. Yəni, bu həftənin içinə kimi davernusu o adama verdürün əgər razısızsa. Qaldı ki, qiymət məsələsinə, qiymət məsələsi vallah, həyətən yəni/// Vallah həyqətən o qədər çətin prasesi imenni o bələdiyyə məsələsinə görə ilişib. Tək çıxarışın çıxarılmağına orda 10 min-15 min manat elə bu bələdiyyə məsələsinə görə gedəcəy. Yəni, görün siz də maraxlanın. Yəni, o mümkün deyil də onu şey eləməy. Bəlkə də 2-3 il bunnan qabağ kimsə onu 40-a, 45-ə nə bilim 50-ə elətdirirdi. Yəni, indi tamam başqa cürdü də. Bir də bir şey deyim məllim sizə sizin sənəd köklü sənəd olacağ. Yəni, arxivizadı, hamısı bir yerdə köklü çıxarış çıxarılıb veriləcəy. Yəni, bu var. İndi baxın görün uygundursa bugünləri, ya axşam, ya olmaz səhər-səhər işləmlərə başdıyaq. Arginal sənədlər lazımdı, bir də hardasa 10 minə yaxın vəsait. Göndərin mən səhərdən bu işin üsdünə düşüm başdiyaq. Həfdə içində də, sabah, birisigündə olar. Kimə ürəyiniz isdiyir bir dənə davernıs verdirin o adam gəlib 2-3 dənə yerə qol çəkməlidi. Gəlsin qol çəksin. Elə bil pulun hamısı, bütöv hissəsi lazım deyil. Əsas bu 3 dənə şeyi mən aldırım, bu 3 dənə sənədi. Bu 3 dənə sənədi aldırannan 1 həfdə, maksimum 10 gündən sonra uje o birisi vəsait lazımdı verib birkanı götürməy. Birkanı götürəndə də yenə həmin davernus verdiyiniz adam yenə özü lazımdı. Elə bil gəlib birkanı götürəndə qol çəksin. Ba prases budu məllim. Yəni, razısızsa mənə bir xəbər deyin mən bilim. AUDİO-2019-06-20-16-33-17 (2) K1- Axşamınız xeyir qardaş. Sizdən bir xəbər çıxmadı. Bir xəbər deyərsiz mənə bugün yoxsa yox. Çünki mən sənə cavab, şeydi deməliyəm ona görə. Yəni, alınır ya alınmır ona görə işimizi görək AUDİO-2019-06-20-16-33-17 (3) K1- Qardaş tam olaraq başa düşmədim, bi dənə zəhmət olmasa sabah birigün, ya necə? Sabahı ya birigün? AUDİO-2019-06-20-16-33-17 (4) K1- Yaxşı qardaş, başa düşdüm. Oldu, yaxşı, çox sağ ol, gecən xeyrə qalsın AUDİO-2019-06-20-16-33-17 (5) K1- Qardaş bir də davernus məsələsinin üzərinə düşmək lazımdı. Gör konsulluğ, elə günü sabahdan gör şey olsa konsulluğa zada getməy lazımdı AUDİO-2019-06-20-16-33-17 (6) K1- hə, qardaş üzürlü say mən başa düşmədim. Elə heç nə, sabahları onsuz sabahlarım deməli etibarnamə səhər lazım deyil. Bu arxivnən bir də Abşeron rayon icra hakimiyətinnən danışıq gedəcəy. Birigün, ya daha birigün, ola bilər birigün, ola bilər daha birigün tələsmə iki gün içində, yəni 3 gün, uzağı 3 gün içində, 5-ci günə qədər. Etibarnaməni konsulluğdan verdirərsiz də yəni. Ama sabahları pulu, bir də arginal sənədləri çatdırsınlar da AUDİO-2019-06-20-16-33-17 (7) K1- Salam qardaş. Deməli dünən sənə göndərdiyim o şeylər o 3 dənə icradan olan bir də arxiv məsələləri olar sroçnı həll olunmalıdı. Olar həll olunmamış yəni sənədin kökü yoxdu. Olar həll olunmalıdı. Yəni, səhərə birisigünə mən o sənədləri topluyub bu həftənin 3-cü, 4-cü gününə kimi ora çatıdrmalıyam. Onnan sora uzağı həftənin 5-ci ya 1-ci günü, sənədlər gedib, sənin sənədlərin kopyası gedib. 1-ci günə qədər də ümumi çıxarışın qiyməti deyiləcək. Ama bu sənədlər vacibdi, bular verilməlidi də. İndi özünüz də əvvəldən bilirsiz ki, bu sənədlər, bu sənədlər toplanmalıdı, arxiv sənədlərdi. Bu olmasa milyonda versək mümkün döyül də. AUDİO-2019-06-20-16-33-17 (8) K1- Bugün onda gün ərzində indi mən pulu bilmirəm hal-hazırda, işə indi çatmışam. İndi öyrənəcəm də hərəsinə nə qədər xərc lazımdı. Pulnan arginal sənədlər yəni göndərin çatsın mənə AUDİO-2019-06-20-16-33-17 (9) K1- Qardaş axşamın xeyir. Deməli bu kimin adındadısa bu, kimin adında olacağsa bu hal-hazırda sənədlər kimin adındadı o adam azərbaycandadı yoxsa Azərbaycanda deyil? Bi dənə bu haqda. Əgər olmasa Azərbaycanda davernusu var burda kiməsə? Yəni o adam iki dənə yerə getməyə o adam vacibdi yəni hələlik. O özü qol çəkməlidi ona görə. Bir bular vacibdi, bir də qardaş deməli bu 3-4 dənə sənəd, kağız yığılmalıdı, bular vacibdi. Bular sənədin köküdü. Burda bi dənə prablem var. O problemi mən sizə deyim siz özünüz də bilin. Deməli 2007-ci ildən bu yana bələdiyyə sənədləri ləğv olunub da yəni özünüz bilirsiz bunu bəlkə də. Yəni, tamamilə ləğv olunub. Ama ona baxmayaraq yenə də biz bunu düzəldə biləciyik inşallah. Əsas məsələ indi yığılan sənədlərin düzəlməsidi. Bir də məllim bunun tam şəkildə düzəlməsi 60 min manata yaxın tutacağ. Yəni 60 min manat pul tutacağ. Yəni indidən deyim məlumatınız olsun. İlkin 3 sənədi düzəltməyə 8-10 min arasında eskizi, eskiz lahiyəni gəlib çəkməkləri, yeri ölçməkləri yəni addelni prasesdi. Bir həfdə bu prases çəkəcəy. Bunlar həll olmalıdı. Bunlar həll olunandan sonra sənədlər əmlak komitəsinə təqdim olunacağ. Təqdim olunandan sonra nə prases olacağ. Birinci ya torpağın çıxarışı çıxarılacağ ya evin. Torpağın çıxarılışı çıxandan 14 gün sonra evin çıxarışı çıxarılacağ. Yəni, bugünləri də mən sizə deyirəm ki, yəni özünüz məlumatınız olsun, (çıxarışların verilmə müddəti və lazım olan sənədlər barədə danışır.) AUDİO-2019-06-20-16-33-17 (10) K1- Eee qardaş bu şeyi mən, imenni bu nöqtəni siz nəzərinizdə bərk saxlıyın ki, bələdiyyə sənədləri 2007-ci ildən, yəni ən əsas məsələ budu yəni. Bələdiyyənin sənədləri orda ləğv olunub. Bələdiyyə sənədi, 2007-ci ildən bu tərəfə olan sənədlər hamısı ləğv olunub. Yəni, ona görə o bələdiyyənin sənədləriynən prablemdi. Əsas məsələ budu. Yəni o da həll olunacağ da, o prablem deyil. Onu özləri orda həll eliyəcəylər hamısını, keçirdəcəylər AUDİO-2019-06-20-16-33-17 K1- Salam qardaş, necəsən? Tarıyeldi narahat eliyən. Deməli, biz bu prasesi səhər inşallah başdamağ isdiyirik. Prosda mən 1-2 dənə şeylər var oları deyim. Prases burdan başdanılacğ. Birinci növbədə torpağın eskiz lahiysəi icrada təsdiqlənməlidi. Səhər bunu təsdiqlətmək lazımdı. Sora torpağın cizgiləri, bu da icradan götürülməlidi. Bu da icradan yəni götürülməlidi. Bir də arxiv sənədlərini çıxartdırmaq lazımdı. Bu 3 sənədi mənnən şey isdiyib əmlak. Yəni, səhər-səhər birinci prases bundan başdiyacağ. İnşallah yəni dedim prosdı məlumatınız olsun. Bu prasesdərin hamısını almağdan ötəri deməli hərəsi müxtəlif, oları yəqin axşam bilərəm, ya səhər deyərəm sizə. Hərəsinin müxtəlif qiymətlərədi. Yəni çox böyük qiymətlər deyil. Prosda bu sənədlər vacibdi. Bular olmasa yəni mümkün olası şeylər deyil. Nə bilim icradan təsdiqdi, məsəlçün 2500 odu, nə bilim 1500 biridi. Belə bir vəsaitlərdi inşallah buları yəni almaq lazımdı. Bir sənədlərin arginalları lazımdı sabah səhər-səhər. Oları mənə bi dənə zəhmət olmasa göndərərsiz. Yəni sabahdan prases başdıyır da onu biləsiz də. AUDİO-2019-06-20-16-33-18 (1) K1- Salam qardaş, necəsüz, nə var nə yox? İşniz gücünüz necədi? Deməli gətirdilər verdilər, bu vəsaiti verdilər, dünən də sənədləri də verdilər məndədi. Mən uje bugündən indi işləmlərə başdıyıram tam. Davernıs məsələsini bu həfdə içində zəhmət olmasa həll eliyərdiz. Fsyo, birinci gündən də inşallah, birinci günə kimi o sənədləri mən topluyacam hamısını. Birinci gün də uje əmlaka təqdim olunacağ inşallah sənədləriniz. Birinci gün də Allahın köməkliyi ilə o böyük vəsaiti şey eliyərsiz. Oldu bu qədər. Hər şey yaxşıdı, hər şey qaydasındadı. İnşallah yəni yaxşı olacağ Allahın köməkliyi ilə, düzələcək. Oldu, heç nə. Bir sözünüz olsa deyərsiz mənə. AUDİO-2019-06-20-16-33-18 (3) K1- Qardaş biz deməli 5-ci günə kimi işlərimizi bu çatışmayan sənədlər məsələlərini tam qurtaracıyığ. Həftənin birinci günü də sənədlərnən pul əmlaka təqdim olunmalıdı. Yəni birinci gün. Tam olaraq da 50 min yəni verilməlidi. 50 min, bir də sənədlər. Həftənin birinci günü. Yəni, biz vermək isdiyirik. İndi birinci gün olmaz yəni nəsə düzəlməz ikinci gün də verə bilərik. Yəni, bu sənədlər düzələnnən sora əmlaka uje çıxarış məsələsinin üzərində işləmək lazımdı. Yəni, ya birinci gün, ya ikinci gün indi onu siz mənə bir dənə cavab deyərsiz. AUDİO-2019-06-20-16-33-18 (4) K1- Qardaş salam, necəsən? Nə var, nə yox? İşin-gücün necədi? Qardaş bu davernus məsələsin neynədün, nə yerdə qaldı? AUDİO-2019-06-20-16-33-18 (5) K1- Qardaş salam, sabahın xeyir. Yaxşısız? Deməli məsələ həll olundu, biz şeyi götürdük, vəsaiti. İnşallah bugünləri işdərə başdıyacıyığ. Allahın köməkliyinən. Hər şey yaxşıdı, öz qaydasındadı. Narahat olmuyun. Müntəzəm də nə xəbər çıxsa mən siznən əlaqə saxlıyacam AUDİO-2019-06-20-16-33-18 (6) K1- Əkbər salam mənim qardaşım. Necəsən, nə var nə yox? İşin - gücün necədi, yaxşıdı? Əkbər qardaşım, deməli məsələ belədi. Oranın, o villanın tam adresi lazımdı. Ora komitədən adamlar gedir, oranın çertyojnan ölçmək isdiyirlər içini. Onu bi dənə mənə oranın tam adresini elə mən onu komitəyə verim indi. Ama tam dəqiq adres lazımdı ki, o adresə görə tapsınlar oranı. AUDİO-2019-06-20-16-33-18 (7) K1- Mənim qardaşım bi dənə təcili elə ən yaxşısı axrananın nömrəsidi, onu mənə təcili göndər də gözdüyürlər. İndi bugün gedəcəylər ora indi. Bi dənə onu təcili göndər də AUDİO-2019-06-20-16-33-18 (8) K1- Əkbər qardaşım özün də şey elə, tapşır ona denən gəlib yeri ölçəcəklər də, bilsin nəyə görə şey eliyirlər. 2-3 nəfər adamdı. Yəni, çertyojnan gedib ölçəcəklər oranı K1- Əkbər salam qardaş, necəsən nə var, nə yox? Əkbər orda gediblər o yeri ölçənlər, deməli ölçüblər orda biz elə bil əvvəlcədən deyirdik ki, orda villanın kvadratı 250 kvadratdı axı. Elə bil deyim də, 350 kvadrat villa çıxıb, obşi toplam qaraj, nə bilim orda sauna deyir, snuzel deyir nə deyir belə bir şey də var orda. Olarlı zaddı hamısı bir yerdə 650 kvadratdı. Obşi 650 kvadrat şey çıxıb. Prosda orda bir balaca, yəni belə biz bilmirdik də, biz təqribən bilirdiy, orda sənədləri verəndə, təqdim eliyəndə komitəyə, 250 kvadratın məsələsi gedirdi. Əlavə elə bil 650 kvadrat çıxıb AUDİO-2019-06-20-16-33-18 (11) K1- Yox e, mənim qardaşım heç bir prablem yoxdu e, orda. Gediblər ölçüblər elə 650 kvadratı prosda alıblar şeyə, çertyoja. Prosda yəni mən, elə bil oranı o vaxt danışanda, düzdü demişdiz orda qaraj var əlavə, nə bilim başqa nə şey var. İndi qarajı o qədər kvadrat hesablanmaz da. Mən dedim ki, 40-50-60 kvadrat qaraj olar da. Da 650 kvadratın gəlməsi ona görə bularda bir az çaşqınlıq yaratdı. Onsuz da 650 kvadratı bular şeyə alıblar. Prosda əlavə olaraq məndən oların o çertyoju 650 kvadrat alan şey adamnan/// Olar birincidən gedib baxa bilməzdər olar. Yazmısan e, mənə əvvəldən gedib baxardılar. O əvvəldən baxmırlar. Hər işin etabı var, etab- etab gəlir. Əvvəl arxiv sənədlərini otuzdurdular. İndiyənə kimi olan prosedur bu idi. Ondan sora da indi uje iş gəlib o son məqamına çatıb. Məqamına çatanda uje gəliblər oranı ölçüblər, ölçüblər ki, 650 kvadratdığ yerdi də. Yəni ona görə mən deməy isdiyirdim. (Əlavə ölçüyə görə 2500 manat pul lazım olduğunu bildirir) AUDİO-2019-06-20-16-33-18 (12) K1- Qaldı bi dənə mənim qardaşım səhər birkanı götürüb torpağın çıxarışını almaq, dalınca da bir müddətdən sonra villanın çıxarışını almaq onnan da qurtardı. Yəni işin əsas çətin tərəfi həll olunub. Yəni bundan sonrakı olan prosedur boş şeydi AUDİO-2019-06-20-16-33-18 K1- Salam qardaş, sabahın xeyir. Qardaş bir xəbər çıxmadı sizdən? Neyniyim mən, necə eliyim, bi dənə xəbər deyin də zəhmət olmasa AUDİO-2019-06-20-16-33-56 K1- Salam qardaş, Əkbər necəsən nə var, nə yox? Şükür Allaha, biz də yaxşıyıq, hər şey yaxşıdı qaydasında gedir. Deməli səhər inşallah birka veriləcəy, birka veriləndən sonra 5 iş günündə çıxarış veriləcəy, torpağın çıxarılışı veriləcəy. 14 gündən sonra da, 14 iş günündən sora da inşallah villanın çıxarışı veriləcəy, onnan da bizim prases başa çatdı. AUDİO-2019-06-20-16-34-35 (1) K1- Qardaş axşamın xeyir. Bir vaxt tapıb bugün sənnən görüntülü danışammmadım. İnşallah sabahda birisigündə danışacam. Deməli bu gəlib ölçənlər, əvvəl ölçənlərin şeylərini götürmədi, icra hakimiyyəti qəbul eləmədi özdərinkilərin göndərdilər. Çünki özləri nə deyirlər biz onun yolunnan gediriy. Gəldilər ölçdülər uje hazırdı. Gələn həfdənin ikinci gününə lahiyəni götürüb təsdiqlədib verirəm əmlaka, 5-ci gün də Kənanı çağırıram, birkasını veridirirəm, çıxarışı gözdüyüb çıxarışımızı çıxardırıq. Yəni, o lahiyəyə görə qalmışdı, lahiyəni bəyənmədilər da mən təzədən özdərinkin göndərdilər. Özdəri ölçdülər bəyəndilər. 5-ci günə kimi inaşllah birkaları verdirəcəm Kənana. Onnan sora da çıxarış çıxanda gedib Kənan çıxarışı götürəcəkK1- Bir-iki gündə uyğun bir vaxda danışarıq (AUDİO-2019-06-20-16-34-35) K1- Salam qardaş, necəsiz, nə var nə yox? İşləriniz necədi? Yaxşıdı hər şey qardaş, vermişəm mən o uje nə vaxdandı, reysder xidmətindədi. Prosda bizdə resyder yeri dəyişdirildi. Nərimanovdakı çıxarış çıxarılan yer təzədən köçürüldü, bi dənə başqa bina bina tikildi təzə, bu Ulduz metrosunun yanında. Ora köçürüldü elədi. Ona görə bir az baş ora qarışığ idi. O şeyləri diyandırmışdılar. İnşallah ayın axırına, ayın 1-ə, 2-ə kimi birkanı mən verdirəcəm. Hər şey qaydasındadı, yəni heç bir narazıçılığ yoxdu. Yəni, ayın 1-ə, 2ə, uzağı 2-ə kimi mən birkanı verdirəcəm. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SanDisk” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlar 1 (bir) nəfər kişi cinsinə məxsus şəxs tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SanDisk” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun heç kimi aldatmaq fikri olmamış, 60.000 manatı Fərid adlı şəxsə vermiş, lakin sonuncunun anket məlumatlarını bilmir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 36-cı bəndində bildrilir ki,rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir.Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 32.4, 312.1-ci maddələrii lə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. AzərbaycanRespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 verdiyi xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2008-ci il tarixdə X7 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilərək, cəzası 3 ilə endirilib. xx xxxxxx 2010-cu il tarixdə cəzası başa çatmışdır. Cinayət işinin 1-ci cild 236-261-ci vərəqəsində olan hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM- nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 816VQD saylı Qanununa əsasən təyin olunmuş 8 il azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 11 (on bir) ay 10 (on) gün vaxtından əvvəl şərti olaraq azad olunub. “Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı X7 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsində qeyd edilmişdir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin əmələ görə ödənilməmiş məhkunluğu hazırki hökmə görə cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsində qeyd edilmişdir ki, cəzanın cəkilməmiş hissəsi ərzindəməhkum qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 11 (on bir) ay 10 (on) gün vaxtından əvvəl şərti olaraq azad etdiyi cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 10 (on) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 2-ci cild 16-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi olaraq səciyyələndirilir. Məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın külli miqdarda olmasınıda nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cu il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakcılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir». Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 86-87-ci vərəqələrində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 149-151-ci vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs ilkin yoxlama dövrü təhvil verdiyi Abşeron rayon icra hakimiyyətinin başçısının təsdiq etdiyi 03 vərəqədən ibarət "Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında" xx xxxx 2016-cı il tarixli, 011 nömrəli akt, 01 vərəqədən ibarət Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2007-ci İl tarixli BEB 220304 nömrəli Kassa mədaxil orderinin qəbzi, 01 vərəqədən ibarət Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli Tədiyyə Bildirişi, 02 vərəqədən ibarət Şahid1 məxsus AZE 01896790 nömrəli şəxsiyyət vəsiqəsinin surətləri, 01 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 061 nömrəli “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə" qərarı, 01 vərəqədən ibarət həmin tarixli eskiz sxemi, 02 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli tarixli "Torpaqların alqı-satqısına dair” aktı, 01 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə ünvanladığı xx xxxxxxx 2007-ci il tarixli 237/2 nömrəli məktubu, Bilgəh bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ünvanladığı xx xxxxxxx 2007-ci il tarixli 236/2 nömrəli məktubu, Şahid2 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətini və 16 vərəqədən ibarət eskiz layihə xx xxxxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Təqsirləndirilən şəxslə Şahid1 arasında olan yazışmaları əks etdirən 08 vərəqədən ibarət çıxarışlar, “xxxxxxxxxxxxxxxx" MMC-dən daxil olmuş xx xxxx 2020-ci i! tarixli, 6504 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk, xx xxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 02 vərəqədən ibarət xəritədən çıxarışlar, “xxxxxx" MMC-dən daxil olmuş xx xxxxx 2020-ci il tarixli, BKC/LGL/20 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 300 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) aymüddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) aymüddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 6 ilə endirilmiş və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 11 (on bir) ay 10 (on) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya qismən birləşdirilməklə o, qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs ilkin yoxlama dövrü təhvil verdiyi Abşeron rayon icra hakimiyyətinin başçısının təsdiq etdiyi 03 vərəqədən ibarət "Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında" xx xxxx 2016-cı il tarixli, 011 nömrəli akt, 01 vərəqədən ibarət Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2007-ci İl tarixli BEB 220304 nömrəli Kassa mədaxil orderinin qəbzi, 01 vərəqədən ibarət Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli Tədiyyə Bildirişi, 02 vərəqədən ibarət Şahid1 məxsus AZE 01896790 nömrəli şəxsiyyət vəsiqəsinin surətləri, 01 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 061 nömrəli “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə" qərarı, 01 vərəqədən ibarət həmin tarixli eskiz sxemi, 02 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli tarixli "Torpaqların alqı-satqısına dair” aktı, 01 vərəqədən ibarət Bilgəh bələdiyyəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə ünvanladığı xx xxxxxxx 2007-ci il tarixli 237/2 nömrəli məktubu, Bilgəh bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ünvanladığı xx xxxxxxx 2007-ci il tarixli 236/2 nömrəli məktubu, Şahid2 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətini və 16 vərəqədən ibarət eskiz layihə xx xxxxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Təqsirləndirilən şəxslə Şahid1 arasında olan yazışmaları əks etdirən 08 vərəqədən ibarət çıxarışlar, “xxxxxxxxxxxxxxxx" MMC-dən daxil olmuş xx xxxx 2020-ci i! tarixli, 6504 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk, xx xxxx 2020-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 02 vərəqədən ibarət xəritədən çıxarışlar, “xxxxxx" MMC-dən daxil olmuş xx xxxxx 2020-ci il tarixli, BKC/LGL/20 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 300 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar