Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-677/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə kollegiyası məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Бакы шящяри 14 сайлы Вякил Бцросунун вякили X19 iştirakları ilə, xx xxxxxxx 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, 25 yanvar 2013cü il tarixdən 5 iyul 2018-ci il tarixədək “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialının direktoru vəzifəsində işləmiş, hazırda təqaüdçüdür, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə ediləcək hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, 25 yanvar 2013-cü il tarixdən 5 iyul 2018-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirən “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialının direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 2016-cı sentyabr ayında istifadəsində olan ***-***-**-** mobil nömrədən tanışı X10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 800 (səkkiz yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Nürəngiz Rzayevanı inandıraraq razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 2016-cı ilin sentyabr ayında direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında Nürəngiz Rzayevadan sonuncuya məxsus 400 (dörd yüz) manat məbləğində pul vəsaitini eyni niyyətlə alaraq şəxsi ehtiyaclarına sərf edib, qalan 400 (dörd yüz) manat pul vəsaitini sürücülük vəsiqəsi əldə edən zaman alacağına inandırıb Nürəngiz Rzayevanın sürücülük vəsiqəsi əldə edə bilmədiyi üçün öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin əməli ilə X15 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 23 mart 2018-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrədən direktoru işlədiyi Cəmiyyətdə “BC” dərəcəli sürücülük kursunda təhsil almış X26 atası X8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib sonuncunun oğlu X26 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 800 (səkkiz yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Yafət Baqıyevi inandıraraq razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 23 mart 2018-ci il tarixdə direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında Yafət Baqıyevdən sonuncuya məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini eyni niyyətlə alaraq şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmin əməli ilə X11 vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 20 aprel 2018-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrədən işgüzar münasibətlər əsasında tanış olduğu ƏlŞahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək 50 (əlli) manat məbləğində pul verməsi müqabilində sonuncunun oğlu X6 gələcəkdə sürücülük vəsiqəsi alması üçün zəruri olan sürücülük dərslərinə direktoru olduğu filialda qeydiyyatdan keçirəcəyini bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Nəzakət Ələkbərovanı inandırıb razılığını aldıqdan sonra 20 aprel 2018-ci il tarixdə özünün direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında Nəzakət Ələkbərovadan sonuncuya məxsus 50 (əlli) manat məbləğində pul vəsaitini alıb eyni niyyətlə Kamran Ələkbərovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 1.100 (bir min bir yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Nəzakət Ələkbərovanı inandırıb razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 24 aprel 2018-ci il tarixdə direktoru olduğu Cəmiyyətin qeyd edilən inzibati binasında Nəzakət Ələkbərovadan sonuncuya məxsus 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini aldıqdan sonra həmin cinayətkar niyyətini davam etdirərək 50 (əlli) manat məbləğində pul verməsi müqabilində Kamran Ələkbərovun sürücülük dərslərinə yazılması üçün sağlamlıq barədə arayış alacağını yalandan bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Nəzakət Ələkbərovanı inandırıb razılığını aldıqdan sonra 26 aprel 2018-ci il tarixdə özünün direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında Nəzakət Ələkbərovadan sonuncuya məxsus 50 (əlli) manat məbləğində pul vəsaitini alıb həmin vəsaitdən 45 manatını X6 “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialındakı “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçməsi üçün 2 iyul 2018-ci il tarixdə Cəmiyyətin Xətai rayon filialının “xxxx” ASC-də olan AZ50İİB******************** nömrəli hesabına köçürərək ümumilikdə vahid niyyətlə Nəzakət Ələkbərovaya məxsus 1.155 (bir min bir yüz əlli beş) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə ƏlŞahid3 vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında istintaqla dəqiq müəyyən edilməyən gündə istifadəsində olan ***- ***-**-** mobil nömrədən işgüzar münasibətlər əsasında tanış olduğu Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək sonuncunun oğlu X20 gələcəkdə sürücülük vəsiqəsi alması üçün zəruri olan sürücülük dərslərinə direktoru olduğu filialda qeydiyyatdan keçirəcəyini, bundan sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 1.200 (bir min iki yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Şahid6 inandırıb razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 2018-ci ilin may ayında istintaqla dəqiq müəyyən edilməyən gündə direktoru olduğu Cəmiyyətin qeyd edilən inzibati binasında Şahid6 məxsus 1.200 manat (bir min iki yüz) manat məbləğində pul vəsaitini alıb həmin vəsaitdən 45 manatını X20 “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialındakı “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçməsi üçün 2 iyul 2018-ci il tarixdə Cəmiyyətin Xətai rayon filialının “xxxx” ASC-də olan AZ50İİB******************** hesabına köçürdükdən sonra 2 iyul 2018-ci il tarixdə X27 “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçirib, Şahid6 məxsus 1.155 (bir min bir yüz əlli beş) manat pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə təkrarən ələ keçirərək dələduzluq etmiş, həmin əməli ilə Şahid6 vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayının dəqiq məlum olmayan təqvim günündə Şahid7 oğlu X12 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Şahid7 inandırıb razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 2018-ci ilin fevral ayının ortalarında özünün direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən inzibati binasında sonuncuya məxsus 500 (beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək Şahid7 vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. Bundan başqa, o, əvvəllər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai rayon filialının direktoru vəzifəsində işləməsinə görə özünə olan inamdan istifadə edərək həmin vəzifədən azad edilməsini gizlədərək, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 25 sentyabr 2018-ci il tarixdə cinayətdən xəbərsiz Şahid5 vasitəsi ilə sürücülük vəsiqəsinin alınmasında köməklik göstərilməsi məqsədilə özünə müraciət etmiş Şahid4 qardaşı X13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin istintaqa məlum olmayan aidiyyəti səlahiyyətli vəzifəli şəxsinin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə həmin vəzifəli şəxsə birbaşa yolla maddi nemət olan 900 (doqquz yüz) manat pul verilməsi müqabilində sürücülük vəsiqəsi almasını həll edəcəyini yalandan vəd edərək aldatmaqla bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Mirzağa Mirzəyevi inandırıb razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 25 sentyabr 2018-ci il tarixdə “xxxx” ASC-nin ünvan 3 ünvanında yerləşən Nizami filialının inzibati binasının qarşısında Şahid4 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə Şahid4 vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X25” MMC-nin Xətai rayon filialında direktor müavini və 25.01.2013-cü il tarixdən 05.07.2018-ci il tarixədək direktoru vəzifəsində işləmişdir. Yaşı çox olduğu üçün öz ərizəsi əsasında işdən azad olunmuş, 1 övladı var. O, cəmiyyətə direktor müavini kimi işə qəbul edildiyi zaman Cəmiyyətin direktoru Şahid8 olmuşdur. 2013-cü il tarixdə Şahid8 cəmiyyətin Sabunçu rayon filialının direktoru təyin edilmişdir. Xətai rayon filialında direktor vəzifəsi vakant olduğu üçün həmin vəzifəyə o, təyin edilimişdir. Bundan sonra Şahid8 onun direktor olduğu Xətai rayon filialında kursa adını yazdırıb şəhadətnamə alması üçün ona bir çox şəxsin adını göndərmişdir. Şahid8 həmin şəxsləri ona yönəltdikdən sonra o, həmin şəxslərin təhsil haqqını öz vəsaiti hesabına ödəmişdir. Şahid8 ona yönəltdiyi şəxslərin təhsil haqqını ödəyəcəyini bildirsə də həmin şəxslərin təhsil haqqını ona ödəməmişdir. Bununla da 2013cü il tarixdən 2018-ci il tarixə qədər Şahid8 ona verməli olduğu pulun məbləği 70.000 manatı keçmişdir. Belə ki, hər hansı bir şəxsin adını filialda “B” kateqoriyalı kursa yazdırmaq üçün dövlət rüsumu 28 manat, “BC” dərəcəli kursa yazdırmaq üçün isə dövlət rüsümu 45 manat olmuşdur. Həmin dövlət rüsümu sabit olmamış və zamanla dəyişmişdir. 2018-ci il tarixdə o, Şahid8 müraciət edərək ona ödəməli olduğu 70.000 manatdan çox pulu tezliklə verməsini tələb etmişdir. Şahid8 ona həmin pulu verməyə imkanı çatmadığını bildirmişdir. Bu zaman o, Şahid8 bir neçə şəxsi ona yönləndirəcəyini və Şahid8 həmin şəxsləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsinə köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaratmasını və bunun qarşılığında həmin şəxslərdən 800, 1000, 1200 manat pul alaraq özünə saxlamağı təklif etmiş və bununla da Şahid8la ödəşəcəyini bildirmişdir. Çünki Şahid8 müəyyən şəxslərə sürücülük vəsiqəsi əldə etməsində köməklik göstərdiyi barədə ətrafda gəzən söz söhbətdən məlumatı olmuşdur. Onlar razılaşdıqdan sonra o, X10, X26, X6, X20, X13, X2 vəsiqəsinin əldə olunmasında köməklik edilməsi məqsədi ilə onların valideynlərindən müvafiq məbləğlərdə pul alaraq öz şəxsi ehtiyacları üçün sərf etmiş və həmin şəxslərin adlarını Şahid8 göndərmişdir. Lakin Şahid8 vədinə əməl etməmiş və həmin şəxslərə sürücülük vəsiqəsi əldə olunmasında köməklik göstərməmişdir. Bundan sonra X10, X6, X20, X13, X12 valideyinləri ona verdiyi pul vəsaitlərini geri istəmişlər. O, həmin pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün sərf etdiyindən onlara pulu geri qaytara bilməmişdir. Buna görə həmin şəxslər ondan Xətai rayon polis şöbəsinə şikayət etmişlər. Bundan başqa Xətai rayon sürücülük məktəbində mütəxxəsis vəzifəsində işlədiyi zaman X28 ona müraciət etməmiş və o, 2006-ci il tarixdə Nürəngiz Rzayevadan “B” kateqoriyası üzrə sürücülük kursunda təhsil alması üçün 50 manat pul almamışdır. Nürəngiz Rzayevanın sürcülük məktəbində keçirilən “B” kateqoriyalı sürücülük kursunda təhsil alıb-almadığı barədə məlumatı yoxdur. X5 2016-cı ilin sentyabr ayında həmin vaxtı direktoru işlədiyi “Hərbi Vətənpərvərlik və X25” MMC-nin Xətai rayon filialına gəlmiş və ona müraciət edərək sürücülük vəsiqəsi almaq üçün imtahanda iştrak etmək istədiyini bildirmişdir. O, Nürəngiz Rzayevaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsinə köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağını bildirib 800 manat pul qarşılığında sürücülük vəsiqəsi almaqda ona köməklik göstərəcəyini təklif etmiş və bu barədə razılaşdıqdan sonra ondan elə həmin gün direktoru olduğu filialın Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında olan xidməti otağında ona məxsus 400 manat pul vəsaitini ələ keçirdərək şəxsi ehtiyacları üçün sərf etmiş və qalan 400 manat pul vəsaitini isə imtahana getdiyi zaman verəcəyi barədə razılaşaraq ona məxsus ümumilikdə 800 manat pul vəsaitini ələ keçirmək istəmişdir. X50 vaxt tapıb imtahana gedə bilmədiyi üçün buna nail ola bilməmişdir. Bundan başqa o, 2018-ci ilin mart ayında istifadəsində olan ***-***-**-** mobil nömrədən direktoru işlədiyi Cəmiyyətdə “BC” dərəcəli sürücülük kursunda təhsil almış X26 atası X8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək sonuncu ilə əlaqə yaratmış və X16 Cəmil Yafət oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün ondan aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verərək ona köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağı barədə yalan məlumat verib bunun qarşılığında ondan 900 manat pul istəmişdir. Yafət Baqıyev ona 900 manata deyil, 800 manata imkanı çatdığını bildirmişdir. O, Yafət Baqıyev ilə razılaşmış və 23 mart 2018-ci il tarixdə işlədiyi Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən inzibati binasında olan xidməti otağında 800 manat pulu Yafət Baqıyevdən götürüb öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, X24 Baqıyevə sürücülük vəsiqəsi almağa şərait yaratmaq adı ilə 800 manat pul alsa da bunun qarşılığında Cəmil Baqıyevə heç bir köməklik göstərməmişdir. Eləcə də o, istifadəsində olan ***-***-**-** mobil nömrədən Nəzakət Ələkbərovanın istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək sonuncunun oğlu Kamran Ələkbərovun adını sürücülük kursuna yazdırmaq üçün 50 manat istəmiş və 20 aprel 2020ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən Xətai filialının inzibati binasında olan xidməti otağında Nəzakət Ələkbərovadan 50 manat pul almışdır. Nəzakət Ələkbərovadan 50 manat aldıqdan sonra həmin 50 manatın 45 manatını Kamran Ələkbərovun “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçməsi üçün 2 iyul 2018-ci il tarixdə Cəmiyyətin Xətai rayon filialının “xxxx” ASC-də olan AZ50İİB******************** nömrəli hesabına köçürmüş və geridə qalan 5 manat pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan 4 gündən sonra Nəzakət Ələkbərova ilə əlaqə saxlayaraq ona oğlu Kamran Ələkbərovun imtahana hazırlaşmadan 1100 manat pul qarşılığında sürücülük vəsiqəsi almağı təklif etmişdir. Nəzakət Ələkbərova onunla razılaşdıqdan sonra 24 aprel 2018-ci il tarixdə xidməti otağında Kamran Ələkbərovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün ondan aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verərək Kamran Ələkbərova köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağı barədə yalan məlumat verib bunun qarşılığında Nəzakət Ələkbərovadan 1.100 manat pul vəsaiti almış və həmin pulu öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan 2 gün sonra X18 Ələkbərova sağlamlıq haqqında arayış hazırlanması üçün əlavə 50 manat pul istəmiş və 26 aprel 2020-ci il tarixdə xidməti otağında onu aldadaraq sağlamlıq haqqında arayış almaq adı ilə Nəzakət Ələkbərovadan 50 manat pul alıb həmin pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, 2018-ci ilin may ayında istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək sonuncunun oğlu X20 gələcəkdə sürücülük vəsiqəsi alması üçün zəruri olan sürücülük dərslərinə direktoru olduğu filialda qeydiyyatdan keçirəcəyini, bundan sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün Şahid6 aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verərək həmin şəxsin Elgün Nəcəfova köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağı barədə yalan məlumat verib bunun qarşılığında Şahid6 2018-ci ilin may ayında direktoru olduğu Cəmiyyətin qeyd edilən inzibati binasında sonuncuya məxsus 1.200 manat (bir min iki yüz) manat məbləğində pul vəsaitini almışdır. Həmin pul vəsaitinin 45 manatını X20 “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialındakı “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçməsi üçün 2 iyul 2018-ci il tarixdə Cəmiyyətin Xətai rayon filialının “xxxx” ASC-də olan AZ50İİB******************** hesabına köçürdükdən sonra 2 iyul 2018-ci il tarixdə X27 “BC” dərəcəli sürücülük kursunda qeydiyyatdan keçirmiş, geridə qalan 1.155 manat pulu isə öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai rayon filialının direktoru vəzifədən azad edildikdən sonra 2018-ci ilin sentyabr ayında tanışı Şahid5 ona müraciət edərək dostu Kamran Mirzəyevin sürücülük vəsiqəsi əldə etməsi üçün köməklik etməyini xahiş etmişdir. Onlarla razılaşmış və X13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün ondan aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verərək Kamran Mirzəyevə köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağı barədə yalan məlumat verib bunun qarşılığında Şahid4 900 manat alacağını bildirmişdir. Şahid4 ona olan inamı və etibarından sui-istifadə edərək Mirzağa Mirzəyevin qardaşı Kamran Mirzəyevə sürücülük vəsiqəsi almaqda köməklik göstərmək adı ilə 25 sentyabr 2018-ci il tarixdə “xxxx” ASC-nin ünvan 3 ünvanında yerləşən Nizami filialının inzibati binasının qarşısında Şahid4 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, 2018-ci ilin fevral ayının dəqiq xatırlamadığı tarixində istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefona zəng edərək 500 (beş yüz) manat məbləğində pul verməsi müqabilində sonuncunun oğlu X12 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün ondan aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verərək Ağahəsən Həsənova köməklik göstərərək sürücülük vəsiqəsi almasına şərait yaradacağı barədə yalan məlumat verib bunun qarşılığında ondan 2018-ci ilin fevral ayının ortalarında direktoru olduğu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən inzibati binasında Şahid7 sonuncuya məxsus 500 (beş yüz) manat məbləğində pul vəsaitini həmin niyyətlə alıb şəxsi ehtiyaclarım üçün sərf etmişdir. Eləcə də, X10 özünün və X3, ƏlŞahid3, Şahid6, Şahid4 və Şahid7 onların övladlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsində imtahan verməsi və nəticə əldə etməsi üçün onlardan aldığı pulu həmin şöbədə vəzifəli polis əməkdaşına verməklə köməklik göstərərək sürücülük vəsiqəsi almalarına şərait yaradacağı barədə yalan məlumat verib həmin şəxslərin ona olan etibarlarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərdən aldığı pul vəsaitlərindən heç kimə heç bir miqdarda pul vəsaiti verməmiş və həmin pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ilin sentyabr ayında hazırlaşaraq X66 tərəfindən keçirilən imtahanlarda iştak etmək üçün Xətai rayon sürücülük məktəbindən sənədlərini götürüb həmin quruma təqdim etmək üçün Xətai rayonunda yerləşən sürücülük məktəbinə getmişdir. Məktəbin direktoru təyin edilmiş Təqsirləndirilən şəxs qəbulunda olduqdan sonra sonuncu sənədlərini arxivdən axtarıb tapmış və ona imtahanda iştrak edərək heç bir nəticə əldə etmədən sürücülük vəsiqəsi əldə etməyinə köməklik edə biləcəyini bildirmiş və buna görə ondan 800 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə qismən razılaşmış və 400 manat hal-hazırda verəcəyini və X59 imtahan verməyə gedəcəyi zaman isə geridə qalan 400 manatı verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra o, 2016-cı ilin sentyabr ayının dəqiq xatırlamadığı tarixində Xətai rayon sürücülük məktəbində yerləşən Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya 400 manat vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs verdiyi 400 manatı pulu və imtahana gedən zaman verəcəyi 400 manat pulu sonuncu X60 İmtahan və Qeydiyyat Şöbəsində imtahana nəzarət edən şəxsə verəcəyini və bununla da imtahanda heç bir suala cavab vermədən sürücülük vəsiqəsi əldə edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq sürücülük məktəbindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs imtahana az müddət qalmış ona xəbər edəcəyini bildirmişdir. Daha sonra başı qarşıq olduğu üçün imtahan barədə maraqlana bilməmişdir. 2018-ci il tarixdə Təqsirləndirilən şəxs imatahanın vaxtını öyrənmək üçün Xətai rayonunda yerləşən sürücülük məktəbinə getmişdir. Məktəbdə onu tanımadığı bir nəfər kişi qarşılamış və ona Təqsirləndirilən şəxsı işdən azad olunduğunu bildirmişdir. O, həmin şəxsdən məktəbdə təhsil almağı ilə bağlı sənədlərini tələb etsə də həmin şəxs bir qədər axtarış etdikdən sonra onun sənədlərini tapa bilməmiş və həmin məktəbdə təhsil almadığını, məktəbdə onun adına heç bir sənəd olmadığını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxs işdən azad olunduğunu, sənədlərinin onda olduğunu və pensiya aldıqdan sonra onun sənədlərini və ona verdiyi 400 manat pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və onun sənədlər ilə ona verdiyi 400 manat pulu geri qaytarmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə əlaqə yatarmaq istəsə də, onun zənglərinə cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X21 dindirilərkən ifadəsində göstərmişdir ki, oğlu X14 və Sosial Münasibətləri akademiyasını bitirmək ərəfəsində olarkən SHXÇDX-nin Nizami rayon bölməsinin əməkdaşı Əli adlı şəxs ona zəng edərək Xətai rayonunda yerləşən sürücülük məktəbində 3 ay kurs keçməsini və SHXÇDX-nin hesabına sürücülük vəsiqəsi əldə etməyini təklif etmişdir. O, Əli adlı şəxslə razılaşmış və X62 rayonunda yerləşən sürücülük məktəbində 3 ay sürücülük kursu keçdikdən sonra şəhadətnamə əldə etmişdir. Bundan sonra Cəmil sürücülük vəsiqəsi əldə etmədən hərbi xidmətə yollanmış və hərbi xidmət çəkərək geri dönmüşdür. Geri döndükdən sonra Xətai rayonunda yerləşən sürücülük məktəbinin direktoru Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və oğlu Cəmilin imtahanda formal olaraq iştrak edib onun köməyi əsasında 900 manat pul qarşılığında sürücülük vəsiqəsi almağını təklif etmişdir. O, Təqsirləndirilən şəxs 900 manat pula imaknının çatmadığını, ancaq 800 manat verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və pulu həmin gün ona çatdırılmasını bildirmişdir. O, 23 mart 2018ci il tarixdə saat 10-11 radələrində 800 manat pulu Xətai rayonunda yerləşən sürücülük məktəbinin inzibati binasına gedərək Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. Təqsirləndirilən şəxs uzağı 2 həftəyə Cəmilin imtahana gedəcəyini və imtahanda heç bir suala cavab vermədən sürücülük vəsiqəsi əldə edəcəyini bildirmişdir. 2 həftə keçdikdən sonra və daha sonra da oğlu Cəmili imtahan vermək üçün çağırmamışlar. O, Təqsirləndirilən şəxs ilə əlaqə yaratmış və bu məsələ barədə soruşmuşdur. Təqsirləndirilən şəxs sənədləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin əməkdaşına verdiyini, imtahan vermək üçün Cəmili çağıracaqlarını bildirmişdir. Lakin heç bir xəbər çıxmamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işdən azad olunmuş və evini satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını bilmiş və polis şöbəsinə Təqsirləndirilən şəxs onu aldatması və pulunun dələduzluq yolu ilə ələ keçirməsi barədə ərizə yazmışdır. O, Təqsirləndirilən şəxs 800 manat pulu oğlu Cəmil Baqıyevə qanunsuz yolla sürücülük vəsiqəsi alması üçün vermişdir. Təqsirləndirilən şəxs ondan 800 manat pulu alarkən həmin pulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin əməkdaşına verəcəyini ona bildirmiş, lakin həmin şəxsin kim olduğu barədə deməmişdir. O, Təqsirləndirilən şəxs 800 manat pulu Xətai rayonunda yerləşən sürücülük məktəbində Təqsirləndirilən şəxs xidməti otağında vermişdir. O, pulu verərkən onların yanında heç kim olmamışdır. X3 ifadəsində bildirmişdir ki, pulu artıq Fəridə xanım tərəfindən qaytarılıb və ona qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş ƏlŞahid3 ifadəsində göstərmişdir ki, oğlu X29 Azərbaycan İqdisad Universitetinin 4-cü kurs tələbəsi olarkən sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Oğlunun oxuduğu məktəbdə adını xatırlamadığı valideyin ona Kamranın adının Xətai rayonu sürücülük məktəbinə yazdırmağını məsləhət görmüşdür. Həmin qadın oğlunu və qızını Xətai rayonunda yerləşən sürücülük məktəbinə yazdırmış və uşaqlar 3 ay məktəbdə oxuyub şəhadətnamə aldıqdan sonra imtahan verərək sürücülük vəsiqəsi almışlar. Həmin şəxs Xətai rayonunda yerləşən sürücülük məktəbində direktorun Fəridə adlı xanım olduğunu və Kamrana sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. O, həmin şəxsin məsləhətindən sonra Fəridə ilə əlaqə saxlamış və onun yanına gedərək Kamranın adını Xətai rayonunda yerləşən sürücülük məktəbinə yazdırmışdır. Kamranın adını sürücülük kursuna yazdırmaq üçün Təqsirləndirilən şəxs sonuncunun xidməti otağında 20 aprel 2018-ci il tarixdə 50 manat pul ödəmişdir. Təxminən 4 gündən sonra, yəni 24 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng etmiş və Kamrana imtahana hazırlaşmadan 1100 manat pul qarşılığında sürücülük vəsiqəsi almağımı təklif etmişdir. O, Kamranın 4-cü kurs tələbəsi olmağını və universiteti bitirmək üçün imtahanlara hazırlaşdığını nəzərə alaraq Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. 2018-ci ilin aprel ayının 24-də evdə toplanan puldan 1100 manat götürmüş və səhər saat təminən 10-11 arası Xətai rayonunda yerləşən sürücülük məktəbinə getmişdir. Məktəbə çatdıqdan sonra Təqsirləndirilən şəxs xidməti otağına daxil olmuş və bir qədər söhbətdən sonra yanında gətirdiyi 100, 50, 20 manatlıq əskinaslar şəklində ümumilikdə 1100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fəridə ona Kamranın 3 ay sürücülük kursu keçəcəyini, kursu bitirdikdən sonra şəhadətnamə alacağını və bundan sonra imtahanda formal olaraq iştrak edib sürücülük vəsiqəsi alacağını bildirmişdir. Pulu verdikdən 2 gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və Kamrana sağlamlıq haqqında arayış hazırlanması üçün əlavə 50 manat pul istəmişdir. Həmin gün o, yenidən Təqsirləndirilən şəxs xidməti otağına gedərək 50 manat pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ona Kamranın 3 ay kursdan sonra imtahana buraxılacağını və imtahan zalında ona nəzarətçilər tərəfindən köməklik ediləcəyini bildirmişdir. 3 ay keçməyinə az qalmış, yəni 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs işdən azad olunduğunu eşitmişdir. O, Fəridə ilə əlaqə saxlamış və Fəridə ona narahat olmamağını, işdən çıxmağına baxmayaraq Kamrana sürücülük vəsiqəsi verilməsini təmin edəcəyini və Kamranın X60 imtahan keçrilən inzibati binasına gedərək imtahanda iştak etməsini bildirmişdir. Kamran həmin yerə imtahan verməyə getmişdir. Lakin oranın əməkdaşları Kamranın adının imtahan verənlərin siyahsına düşmədiyini əsas gətirmişlər və buna görə Kamran imtahana buraxılmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs ilə dəfələrlə telefonla əlaqə saxlamış və Whatsapp proqramı vasitəsi ilə yazışaraq xidməti otağında Kamrana sürücülük vəsiqəsi alması üçün əvvəl verdiyi 1100 manat və həmin pulu verdikdən sonra verdiyi 50 manat pulu Təqsirləndirilən şəxs tələb etmişdir. Lakin Fəridə ona verdiyi pulu geri qaytaracağını bildirərək müxtəlif vədlərlə onu aldatmışdır. O, Təqsirləndirilən şəxs pulu geri qaytarmayacağını bilmiş və Təqsirləndirilən şəxs barəsində Xətai rayon polis şöbəsinə ərizə yazmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 1150 manat pulu oğlu Kamran Əkbərovun imtahana hazırlaşmadan və hər hansı bir nəticə əldə etmədən qanunsuz yolla sürücülük vəsiqəsi alması üçün vermişdir. Təqsirləndirilən şəxs 1150 manat pulu alarkən həmin pul vəsaitini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinində işləyən hansısa vəzifəli şəxsə verəcəyini və bundan sonra Kamran Ələkbərovun imtahanda formal olaraq iştrak edərək həmin vəzifəli şəxs vasitəsi ilə Kamran Ələkbərova sürücülük vəsiqəsi verilməsini təmin ediləcəyini bildirmişdir. O, pulu Xətai rayonunda yerləşən sürücülük məktəbində Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermişdir. Pulu verərkən onların yanında heç kim olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, hазырда ona дяймиш зийан Фяридя тяряфиндян юдянилиб. Она гаршы щеч бир шикайяти вя тяляби йохдур. Şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqındakı ifadəsində göstərmişdir ki, qardaşı X4 rayonunda BC kateqoriyası üzrə 3 aylıq sürücülük kursunu bitirdikdən sonra şəhadətnamə əldə etmişdir. Bundan sonra DYP-də sürücülük vəsiqəsi əldə etmək üçün imtahana hazırlaşmaq istəmişdir. Lakin işi ilə əlaqədar vaxtı məhdud olduğundan imtahana hazırlaşa bilməmişdir. X35 dostu Şahid5 Xətai rayonunda yerləşən sürücülük məktəbinin direktoru Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. O, Kamran Mirzəyevin vaxtı məhdud olduğu üçün sürücülük vəsiqəsi almaqdan ötrü imtahana hazırlaşa bilmədiyini Musaya bildirmiş və Kamranın imtahana hazırlaşmadan Təqsirləndirilən şəxs vasitəsi ilə pul qarşılığında sürücülük vəsiqəsi əldə etməsi üçün Şahid5 Təqsirləndirilən şəxs ilə danışıq aparmağı təklif etmişdir. Musa Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra sürücülük vəsiqəsinin alınması üçün Fəridənin 900 manat istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bildirdiyi qiymətlə razılaşmışdır. 25.09.2018-ci il tarixdə saat 11:30 radələrində o, Şahid5 ilə birlikdə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Beynəlxalq Bankın qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs Kamranın sənədlərinə baxmış və pulu verdikdən 10-15 gün sonra imtahanın vaxtı barədə onlara xəbər verəcəyini, imtahana girməmişdən öncə onunla əlaqə yaratmağı və onun tapşırığı nəticəsində Kamranın imtahanda hər hansı bir nəticə əldə etmədən sürücülük vəsiqəsi veriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan sürücülük vəsiqəsi almaq üçün əvvəlcədən Musa ilə danışaraq razılaşdırılan 900 manat pulu gətirib gətirmədiyini soruşmuşdur. O, üzərində gətirdiyi və özünə məxsus olan 900 manat pulu və Kamranın sənədlərini Musanın şahidliyi ilə Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra Fəridə ona imtahanın vaxtı barədə zəng edərək bildirəcəyini demişdir. 2018-ci ilin oktyabr ayının əvvəli Fəridə Musa vasitəsi ilə ona imtahanın vaxtını bildirmişdir. İmtahana bir gün qalmış Fəridəyə imtahan zamanı Kamranın kimə yaxınlaşmağının lazım olduğunu soruşmaq üçün zəng etmişdir. Lakin Fəridə onun zənglərinə cavab verməmişdir. İmtahandan bir neçə gün sonra Fəridə ilə əlaqə yaratmış və Təqsirləndirilən şəxs qardaşı Kamranın sənədlərini və 900 manat pulu geri istəmişdir. Lakin Fəridə onu müxtəlif vədlərlə aldadaraq 900 manat pulu və Kamran Mirzəyevin sənədlərini geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 900 manat pulu X35 imtahana hazırlaşmadan sürücülük vəsiqəsi alması üçün vermişdir. Təqsirləndirilən şəxs onun verdiyi 900 manat pulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin əməkdaşına verəcəyini ona bildirmiş, lakin həmin şəxsin kim olduğu barədə deməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, hазырда ona дяймиш зийан Фяридя тяряфиндян юдянилиб. Она гаршы щеч бир шикайяти вя тяляби йохдур. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Kamran Mirzəyev və Şahid4lə dostluq münasibəti var. Xətai rayonunda yerləşən sürücülük məktəbinin direktoru Təqsirləndirilən şəxs ilə tanışlığım olmuş və Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra Təqsirləndirilən şəxs Kamran Mirzəyevə sürücülük vəsiqəsinin alınması üçün 900 manat lazım olduğunu bildirmişdir. Kamran Təqsirləndirilən şəxs bildirdiyi qiyməti qardaşı Şahid4 bildirmiş və sonuncu həmin qiymətlə razılaşmışdır. 25.09.2018-ci il tarixdə saat 11:30 radələrində o və X40 Əzimova ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Beynəlxalq Bankın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs Kamranın sənədlərinə baxmış və pulu verdikdən 10-15 gün sonra imtahanın vaxtı barədə onlara xəbər verəcəyini, imtahana girməmişdən öncə ona zəng etmələrini və onun tapşırığı nəticəsində Kamranın imtahanda hər hansı bir nəticə əldə etmədən sürücülük vəsiqəsi veriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaq üçün əvvəlcədən onunla danışaraq razılaşdırılan 900 manat pulu gətirib gətirmədiklərini soruşmuşdur. Mirzəağa üzərində gətirdiyi 900 manat pulu və Kamranın sənədlərini onun şahidliyi ilə Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra Fəridə onlara imtahanın vaxtı barədə zəng edərək bildirəcəyini demişdir. 2018-ci ilin oktyabr ayının əvvəli Fəridə ona imtahanın vaxtını bildirmişdir. O isə bu barədə Mirəzağaya bildirmişdir. İmtahana bir gün qalmış Təqsirləndirilən şəxs imtahan zamanı Kamranın kimə yaxınlaşmağının lazım olduğunu soruşmaq üçün zəng etmişdir. Lakin Fəridə zənglərə cavab verməmişdir. İmtahandan bir neçə gün sonra Şahid4 və o, Fəridə ilə əlaqə yaratmış və Təqsirləndirilən şəxs Kamranın sənədlərini və 900 manat pulu geri istəmişlər. Lakin Fəridə onları müxtəlif vədlərlə aldadaraq 900 manat pulu və Kamranın sənədlərini geri qaytarmamışdır. Şahid4 900 manat pulu Təqsirləndirilən şəxs verdiyi zaman sonuncu həmin pul vəsaitini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin əməkdaşına verəcəyini ona bildirmiş, lakin həmin şəxsin kim olduğu barədə deməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, hазырда ona дяймиш зийан Фяридя тяряфиндян юдянилиб. Она гаршы щеч бир шикайяти вя тяляби йохдур. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, oğlu X31 qeydiyyatda olduğu yer üzrə SHXÇDX-nin Xətai rayon bölməsində ilkin hərbi qeydiyyata alınmışdır. Ağahəsən Həsənov hərbi xidmətə getməmişdən öncə, yəni 2017-ci ilin oktyabr ayında xidmətin Xətai rayonu, Gəncə prospektində yerləşən sürücülük məktəbində BC kateqoriyası üzrə kursa yazılmış və 3 aylıq kursu 2018-ci ilin fevral ayında bitirərək şəhadətnamə almışdır. Ağahəsən Həsənov kursu bitirdikdən sonra sürücülük vəsiqəsi almaq üçün imtahan vermiş, lakin nəticə əldə edə bilməmişdir. Bundan bir qədər sonra sürücülük məktəbinin direktoru Təqsirləndirilən şəxs ona zəng edərək Ağahəsən Həsənovun imtahanda formal olaraq iştrak edərək nəticə əldə etmədən sürücülük vəsiqəsi düzəldə bilcəyini bildirmiş və buna görə ondan 900 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs 900 manat pul verməyə imkanının çatmadığını bildirmişdir. Fəridə ilə əvvəlcədən heç bir tanışlığı olmamışdır. Onlar arasında baş verən söhbətin üzərindən 1 həftə keçdikdən sonra, təxminən 2018-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng vurmuş və Ağahəsən Həsənovun imtahanda nəticə əldə etmədən sürücülük vəsiqəsi əldə etməsi üçün 500 manat pul istəmiş və həmin pulu 30 dəqiqə ərzində ona çatdırmağını bildirmişdir. O, Təqsirləndirilən şəxs hansı səbəblə oğlunun sürücülük vəsiqəsi əldə etməsi üçün bir həftədə 900 manatdan anidən 500 manata endiyini soruşmuşdur. Fəridə ona bildirmişdir ki, şəxslərin imtahan verdiyi və sürücülük vəsiqəsinin verildiyi yerdə yol polisi əməkdaşı olan və müxtəlif şəxslərə sürücülük vəsiqəsi düzəltmək üçün pul qarşılığında ona kömək edən yol polisi əməkdaşının bir nəfər şəxsə imtahanda nəticə göstərmədən sürücülük vəsiqəsinin ona pulsuz düzəldə biləcəyini vəd etdiyi üçün Kamrana sürücülük vəsiqəsinin verilməsinin qiymətini 900 manatdan 500 manata endirmişdir. Lakin Fəridə həmin şəxsin kim olduğunu ona bildirməmişdir. O, Fəridəyə aldanaraq 30 dəqiqə ərzində 500 manat pulu evdən götürmüş, Fəridənin iş yerinə getmiş və xidməti otağında həmin pulu ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs pulu təqdim etdikdən sonra sonuncu ona zəng edəcəyini və dediyi vaxtda oğlunun imtahan verməyə gedəcəyini və imtahandan sonra ona sürücülük vəsiqəsi veriləcəyini bildirmişdir. Fəridə ona Kamran Həsənovun ad gününə yaxın çağıracağını demişdir. O, evə getmiş və Fəridədən zəng gözləmişdir. Həmin söhbətin üstündən 7 ay keçdikdən sonra, yəni Kamran Həsənovun yaşının tamam olmasına 1 həftə qalmış, yəni 2018-ci ilin sentyabr ayının 17də Fəridəyə zəng etmiş və Kamran Həsənovun yaşının tamam olmasına 1 həftə qaldığını, imtahana nə vaxt çağıracağını soruşmuşdur. Fəridə ondan Kamran Həsənovun ad və soyadını soruşmuş və çağıracağını bildirmişdir. Bundan sonra Kamran Həsənov hərbi xidmətə getmişdir. O, Fəridəyə zəng etmiş və Fəridəyə verdiyi 500 manat pulu geri istəmişdir. Fəridə həmin pulu imtahan verilən yerdə polis əməkdaşına verdiyini, həmin polis əməkdaşının pulu geri qaytarmadığını, polis əməkdaşı pulu geri qaytaran kimi 500 manatı ona geri verəcəyini, polis əməkdaşı pulu geri qaytarmadığı halda isə bankdan kreditə pul götürərək ona verəcəyini bildirmişdir. Daha sonra Fəridə onun zənglərinə və mesajlarına cavab verməmiş və o, Təqsirləndirilən şəxs ilə əlaqə yarada bilməmişdir. Fəridəyə verdiyi 500 manat pulu geri qaytarmayacağını görmüş və onu aldadaraq 500 manat pulunu ələ keçirməsi barədə Xətai rayon polis idarəsinə ərizə vermişdir. O, Təqsirləndirilən şəxs 500 manat pulu oğlu Ağahəsən Həsənovun imtahanda formal olaraq iştrak edərək hər hansı bir nəticə əldə etmədən qanunsuz yolla sürücülük vəsiqəsi alması üçün vermişdir. Təqsirləndirilən şəxs 500 manat pulu Xətai rayonunda yerləşən sürücülük məktəbində Təqsirləndirilən şəxs xidməti otağında vermiş və o, pulu verərkən onların yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan pulu alaraq həmin pulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin əməkdaşına verəcəyini ona bildirmiş, lakin həmin şəxsin kim olduğu barədə deməmişdir. Məhkəmədə şahid qismində dindirilərkən Şahid8 ifadəsində göstərmişdir ki, 2006cı il tarixdən Hərbi Vətənpərvərlik X25 MMC-nin Xətai rayon filialının direktoru, 2013-cü il tarixdən isə Cəmiyyətin Sabuçu rayon filialının direktoru işləyir. Təqsirləndirilən şəxs 2006cı il tarixdən tanıyır. O, Xətai rayon filialına direktor təyin edildiyi zaman Təqsirləndirilən şəxs həmin filialda direktor müavini vəzifəsində olmuşdur. O, 2013-cü il tarixdə Sabunçu rayon filialına direktor təyin edilmiş və onun yerinə Xətai rayon filialının direktoru Təqsirləndirilən şəxs təyin edilmişdir. 2017-ci il tarixdə ətrafda gəzən söz-söhbətdən eşitmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən sələmə pul götürərək İrandan ölkə ərazisinə kartof gətirib satmaq ilə bağlı biznes qurmuş, lakin işlər yaxşı getmədiyi üçün Fəridənin biznesə yatırdığı pul batmışdır. Təqsirləndirilən şəxs aldığı pulların sələmini geri qaytarmaq üçün müxtəlif şəxslərdən onlara sürücülük vəsiqəsi almaq adı ilə pul vəsaitləri almış və dələduzluq yolu ilə həmin pul vəsaitlərini ələ keçirdərək sələmə götürdüyü pulların faizini vermişdir. MMC-nin rəhbərliyinin Təqsirləndirilən şəxs dələduzluqla müxtəlif şəxsləri aldadaraq onların əmlakını ələ keçirməsi barədə məlumatı olduqdan sonra Təqsirləndirilən şəxs işdən azad etmişlər. Təqsirləndirilən şəxs işdən azad olunduqdan sonra bir neçə şəxs Xətai rayon filialına gələrək Fəridənin onlardan dələduzluq yolu ilə aldığı pulları geri tələb etmişlər. Filialda vəziyyətin sabitləşməsi üçün Xətai filialına direktor onun qardaşı X42 təyin edilmişdir. Lakin Tofiq həmin vəzifədə 3 ay işlədikdən sonra işdən çıxmışdır. Təqsirləndirilən şəxs işdən azad olunduqdan sonra həmin vəzifəyə onun qardaşının təyin edilməsindən Təqsirləndirilən şəxs belə başa düşmüşdür ki, onun vəzifədən azad olunmasının səbəbkarı odur və o, Təqsirləndirilən şəxs işdən azad olunmasına çalışaraq qardaşının həmin vəzifəyə gətirilməsinə şərait yaratmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs dələduzluq edərək MMC-nin nüfuzuna xələl gətirdiyi üçün onun dələdzuluq hərəkətləri barədə Cəmiyyətin rəhbərliyini məlumatlandırmışdır. Buna görə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə müxtəlif şəxslərdən aldığı pul vəsaitlərini güya ona verməsini əsas gətirərək özü-özlüyündə ondan qisas almış və özünü təmizə çıxartmaq istəmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla hansısa şəxsə sürücülük vəsiqəsi hazırlanması üçün ona heç bir miqdarda pul verməmiş, o, Təqsirləndirilən şəxs kiməsə sürücülük vəsiqəsi hazırlanması üçün söz verməmiş və onların arasında ümumiyyətlə bu tərzdə söhbət olmamışdır. Sürücülük vəsiqəsinin verilməsi onun səlahiyytində deyil. Direktoru olduğu filialın fəaliyyəti, yalnız şəxslərin ilkin olaraq “B” kateqoriyası üzrə 45 gün, “BC” kateqoriyası üzrə isə 3 ay dərs keçdikdən sonra imtahan verərək şəhadətnamə almasından ibarətdir. Şəhadətnamə almaq arzusunda olan şəxs dərsə başlamadan öncə “B” kateqoriyası üzrə 32 manat, “BC” kateqoriyası üzrə isə 62 manat dövlət rüsümunu filialın hesabına keçirdir və həmin puldan 2 faiz vergiyə, 20 faiz baş idarəyə, işçilərin əməkhaqqına, filialın saxlanılması üçün sair xərclərə və pensiya fondunun hesabına köçür. Dərslərin sonunda imtahan verərək şəhadətnamə almış şəxslər DİN-in X60 İmtahan Qeydiyyat şöbəsində imtahan verərək nəticə əldə etdikdən sonra sürücülük vəsiqəsi ilə təmin edilir. Göründüyü kimi hansısa şəxsə sürücülük vəsiqəsi verilməsi onun səalhiyyətində deyil .Sürücülük vəsiqəsi əldə etmək yalnız imtahan vasitəsi ilə həyata keçirilir. Təqsirləndirilən şəxs isə müxtəlif şəxsləri aldadaraq onların pulların dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq hərəkətləri etməsi barədə məlumatı, müxtəlif şəxslərin Təqsirləndirilən şəxs verdiyi pulun geri qaytarılması üçün Xətai rayon filialına yığışmasından sonra olmuşdur. Bu barədə ona məlumat gəldikdən sonra Xətai rayon filialına getmiş və verdikləri pulu geri qaytarmaq üçün gələn şəxslərlə Təqsirləndirilən şəxs birləşdirmiş və Təqsirləndirilən şəxs onlara pulu tezliklə geri qaytaracağına söz verdikdən sonra həmin şəxslər Xətai filialını tərk edib getmişlər. Bundan başqa onu da qeyd etmişdir ki, onun Təqsirləndirilən şəxs heç bir miqdarda borcu yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs onun əvəzindən heç bir vergi və rüsüm ödəməmişdir. Onlar 2013-cü il tarixdən ayrı-ayrı filialların direktorları olmuşlar və digər filialın direktorunun onun əvəzinə vergi və rüsüm ödəməsi absurt bir hal olmuşdur. Onun kiməsə sürücülük vəsiqəsi almaq kimi səlahiyyəti yoxdur. O, hansısa şəxsə sürücülük vəsiqəsi düzəldilməsi üçün Təqsirləndirilən şəxs söz verməmiş, Təqsirləndirilən şəxs kiməsə sürücülük vəsiqəsi hazırlanması üçün sənəd və ya pul vəsaiti almamışdır. O, ƏlŞahid3, Şahid7, Şahid6 İsarafil oğlu, X21 və Şahid4 tanımır. İş üzrə Şahid7, X22, Şahid6, əlŞahid3, tərəfindən verilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışmış, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SHXÇDX “Hərbi Vətənpərvərlik və X17” MMC-dən daxil olan 24 sentyabr 2020-ci il tarixli 69 nömrəli məktubdan görünür ki, 23.06.1993-cü il təvəllüdlü X41 26.07.2010-cu il tarixdən 27.11.2010-cu il tarixədək hərbi qrup üzrə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Xətai X53 “BC” dərəcəli sürücülük kursunda təhsil almışdır. Şəhadətnamə alması barədə məlumat yoxdur. X13 təhsil almasına dair heç bir sənəd aşkar edilməmişdir. X37 və X29 18.04.2018-ci il tarixdən 31.07.2018-ci il tarixədək “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialında “BC” dərəcəli sürücülük kursunda təhsil almışlar və onların adlarına şəhadətnamə yazılmışdır. X31 01.09.2017-ci il tarixdən 14.12.2017-ci il tarixədək Xətai rayon filialında “BC” dərəcəli sürücülük kursunda təhsil almış və adına şəhadətnamə yazılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX “Hərbi Vətənpərvərlik və X17” MMC-dən daxil olan 02 noyabr 2020-ci il tarixli 81 nömrəli məktubdan görünür ki, X41 və X31 dövlət vəsaiti hesabına təhsil aldığı üçün onlar tərəfindən vəsait ödənilməmişdir. X37 02.07.2018-ci il tarixli ƏXZ №534871 qəbzlə 45 (qırx beş) manat vəsait ödəmişdir. X29 tərəfindən 02.07.2018-ci il tarixli ƏXZ №534836 qəbzlə 45 (qırx beş) manat vəsait ödəmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX “Hərbi Vətənpərvərlik və X17” MMC-dən daxil olan 15 dekabr 2020-ci il tarixli 90 nömrəli məktubdan görünür ki, X28 “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon filialında təhsil almamışdır. Cəmiyyətin Xətai rayon filialının işçiləri tərəfindən ləğv edilən Könüllü Hərbi vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Xətai X54 arxivinə baxış keçirilmiş və arxivdə X36 rayon X53 təhsil almasına, ona şəhadətnamə yazılmasına, Xətai rayon X54 hesabına rüsum və hər hansı digər ödəniş etməsinə dair sənəd və ödəniş qəbzi aşkar edilməmişdir. Cinayət işi materillarına əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX “Hərbi Vətənpərvərlik və X17” MMC-dən daxil olan 16 sentyabr 2020-ci il tarixli 67 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2013-cü il tarixdə “Hərbi Vətənpərvərlik və X17” MMC-nin Xətai rayon Mütəxəssis Hazırlığı məktəbində direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 10 may 2013-cü il tarixdə direktor müavini vəzifəsindən azad edilib Cəmiyyətin Xətai rayon filialına direktor müavini təyin edilmiş, 04 iyul 2013-cü il tarixdə Cəmiyyətin Xətai rayon filialının direktor müavini vəzifəsindən həmin filialın direktoru vəzifəsinə keçirilmişdir. 05 iyul 2018-ci il tarixdə (öz xahişi ilə) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən işdən azad edilmişdir. Cinayət işi materillarına əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX “Hərbi Vətənpərvərlik və X17” MMC-dən daxil olan 16 sentyabr 2020-ci il tarixli 67 nömrəli məktuba əlavə edilmiş Cəmiyyətin filial direktorunun vəzifə təlimatlatından görünür ki, filal direktorunun vəzifələrinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək aiddir. Cinayət işi materillarına əlavə edilmiş Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olan 29 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş, 02 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx” MMC-dən daxil olmuş üç ədəd “CD” diskə baxış keçirilərkən ƏlŞahid3 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 20.04.2018-ci il tarixdə saat 11:52-də 152 saniyə, 26.04.2018-ci il saat 18:45-də 56 saniyə, 28.04.2018-ci il tarixdə saat 12:14-də 67 saniyə müddətində danışıq aparıldığı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 24.09.2018-ci il tarixdə saat 10:32-də 32 saniyə, 26.09.2018-ci il tarixdə saat 12:42-də 40 saniyə, 26.09.2018-ci il tarixdə saat 12:50-də 59 saniyə, 26.09.2018-ci il tarixdə saat 12:54-də 42 saniyə, Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 26.09.2018-ci il tarixdə saat 12:59-da 100 saniyə müddətində danışıq aparıldığı, Şahid4 istifadəsində olan ***-***- **-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 25.09.2018-ci il tarixdə saat 15:05-də 21 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 25.09.2018-ci il tarixdə saat 18:53-də 53 saniyə müddətində danışıq aparıldığı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş, 27 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, ƏlŞahid3 ilə Təqsirləndirilən şəxs arasında olan A4 vərəqdə əks olunan “Whatsapp” proqramı vasitəsi ilə aparılan yazışmalara ƏlŞahid3 istifadəsində olan “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan Whatsapp proqramına mesaj yazaraq oğlu X1 vəsiqəsi əldə etməsinə qanunsuz yolla köməklik göstərməsi üçün verdiyi pul vəsaitini geri istəyir. Təqsirləndirilən şəxs isə Nəzakət Ələkbərovanın ona verdiyi pul vəsaitini tezliklə geri qaytaracağını bildirir və polis idarəsinə şikayət etməməyi xahiş edir. Cinayət işinə əlavə edilmiş, məhkəmədə araşdırılmış AR DİN-nin BƏSİİ-nin tərtib etdiyi 07.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 11.09.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olan 09.09.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azercell”, “Bakcell LTD”, “xxxx” MMC-dən daxil olmuş üç ədəd CD disk, ƏlŞahid3 ilə Təqsirləndirilən şəxs arasında baş verən A4 vərəqdə əks olunan “Whatsapp” proqramı vasitəsi ilə aparılan danışıqlar, Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, telefon danışıqlarına dair diskə baxış protokolu, üzləşdirmə protokolu, sorğulara cavablar və digər istintaq sənədləri iş üzrə 18 dekabr 2020-ci il tarixli qərarımla maddi sübut kimi tanınmışdır. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etməsi tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini həqiqətən törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını (68 yaş), onun şəxslərlə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən – həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ona qarşı şikayət və tələbin olmamasını, onların arasında əldə edilmiş barışığa əsasən cinayət nəticəsində vurulmuş ziyanın ödənilmiş hesab olunmasını, habelə onun yaşlı (68 yaş) olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Xətai rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak, eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə məhkəmə xərcləri olan ekspertiza xərci 420 manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi İstintaq idarəsinin qərarına əsasən təyinat üzrə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X34, məhkəmə istintaqı zamanı isə məhkəmənin qərarına əsasən təyinat üzrə Бакы шящяри 14 сайлы Вякил Бцросунун вякили X38 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə - vəkil X23 420 manat, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X32 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29, 178.2.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 05 müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Xətai rayon icra və probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-baxış istintaq hərəkəti protokoluna əlavə edilmiş disk, whatsapp yazışmalarına dair fotoşəkillər cinayət işinin materiallarında saxlanılsınlar. İş üzrə məhkəmə xərcləri olan ekspertiza xərci 420 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə - vəkil X23 420 manat, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə X32 240 manat miqdarında pul ödənilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-677/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-677/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver