Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-677/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Sahil adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs Sahil adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 06 kq 875,271 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr"-in İİ siyahısına daxil olan külli miqdarda - təsiredici maddəsinin ümumi miqdarı 180 qram olan 4500 ədəd metadon həbini həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini və metadon həblərini yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin mənzildə saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə üzərində saxlamaqla yaşadığı mənzilin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 01:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 03:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,071 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 21 fevral 2023-cü il tarixdə saat 05:40-dan Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxindəki saxlanc yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 08 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 788,7 qram, 985,7 qram, 993,0 qram, 852,9 qram, 959,3 qram, 961,6 qram, 647,3 qram və 679,7 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 6868,2 qram olan narkotik vasitə heroin, 450 ədəd konvalyutda ümumi sayı 4500 ədəd olan, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 180 qram olan narkotik vasitə metadon həbi və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ondan heç bir ifadə almayıblar. Bölmədə isə polislər onun qarşısına sənəd qoyub imzalamağını tələb ediblər və vəd veriblər ki, rəis gəldikdən sonra onu sərbəst buraxacaqlar. Şəxsi baxış zaman üzərindən çıxan əşyaların heç biri onda olmayıb. Belə ki, polis əməkdaşları onu saxladıqdan sonra müvəqqəti saxlama yerinə aparıblar. Orada isə narkotik gətirərək həmin narkotiki təzyiq altında onun üzərinə qoymuşlar. Əlavə olaraq bildirmişdir ki, əvvəllər bəzən bir neçə dəfə marixuana çəkmişdir. Bəzən çəkmək üçün aldığı marixuananı “İNSTAGRAM”-dan alırmış və ödənişi də kart hesabına bankomat vasitəsilə edirmiş. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamaışdır və heç bir şəxsi qərəzliyim olmayıb. Polis əməkdaşlarının ona qarşı belə qərəzli davranış nümayiş etdirmələrinin səbəbini bilmir. Üzərinə baxış keçirildikdəın sonra cibində açarı olan evə baxış keçirmək üçün həmin evə getmişlər, orada isə onu bir otağa salaraq qapını bağlamışlar. Sonra isə həmin evdən qanunsuz maddə aşkar edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan ediimiş ittiham üzrə ilkin ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Arabir dayısına məxsus olan Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, bina 49, mənzil 159 ünvanında da yaşayır. Rusiya Federasiyası, Moskva şəhərində anadan olsa da, cəmi 4-5 il orada yaşayıb, sonradan Azərbaycana gəlmiş və orta təhsilini Bakı şəhərində yerləşən 263 saylı tam orta məktəbdə almışdır. Orta-ixtisas təhsilini isə Bakı şəhəri 4 saylı Peşə Liseyində almışdır. Heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. Bakıxanovda yerləşən maşın təmiri sexində işləyir. 3-4 il olar ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər istifadə etdiyi maddələri Bakıda tanımadığı şəxslərdən alırmış. Son bir il olar ki, istifadə etdiyi maddələri iranlı şəxsdən alırmış. Belə ki, təxminən bir il öncə "İnstagram” sosial şəbəkəsində Sahil adlı İranlı ilə tanış olmuş və o, Samirə mobil nömrəsini vermişdir. Bundan sonra onunla “Whatsapp” mobil tətbiqində danışmağa başlamışdır. Samir ondan öz istifadəsi üçün qurudulmuş marixuana alırmış və pulunu onun dediyi karta göndərirmiş. O, Samirə nəşənin 1 qramını 10 manata satırmış. Samir onun pulunu hər dəfə vaxtlıvaxtında ödəyirmiş. Təxminən 2-3 ay öncə o Samirə demişdir ki, səni tanıyıram, sən düz oğlansan və təklif etmişdir ki, onun Azərbaycana göndərdiyi malları qəbul edib onun dediyi yerlərə çatdırsın. O, bu işin müqabilində Samirə yaxşı pul verəcəyini demişdir. Samir ilkin olaraq ona razılıq verməmişdir. Lakin, o hər dəfəsində Samirə bu cür təkliflər edirmiş. Sonuncu dəfə o, Samirə bildirmişdir ki, göndərdiyi narkotik vasitələr Bakıya çatıb və əgər onun malını götürüb dediyi yerə çatdırsa Samirə 10000 manat pul verəcək. Həmin vaxtı Samirin maddi sıxıntıları var imiş və buna görə də, onun dediyi ilə razılaşmalı olmuşdur. 20 fevral 2023-cü il tarixdə o Samirlə əlaqə saxlamış və demişdir ki, mal Qaradağ tərəfdədir, gedib onu götürmək lazımdır. Samir də ona razılıq vermişdir. Avtomobili olmadığı üçün Samir rentecar- dan “Hyundai Elantra” markalı avtomobili 50 manata günlük götürmüş və həmin avtomobil ilə saat təxminən 19-20 radələrində tək Qaradağa getmişdir. Getdiyi yeri tanımadığı üçün Sahilin göndərdiyi konum üzrə hərəkət etmiş və gedib malı tapmışdır. Bundan sonra həmin malı dayısına məxsus olan və bəzi hallarda özünün də yaşadığı ünvan 2 ünvanına gətirib mətbəxdə gizlətmişdir. Həmin malın içərisində heroin, metadon və elektron tərəzi var imiş. Sahil ona demişdir ki, onun üçün elektron tərəzi də göndərir ki, malı bölüşdürəndə ondan istifadə etsin. O həmin malı evdə gizlətdikdən sonra orada ayrıca bükümda başqa bir heroin də var imiş. Sahilin sifarişi ilə o, həmin heroini götürmüşdür ki, Sahilin dediyi yerə çatdırsın. Buna görə də, götürdüyü heroin onun üzərində qalmışdır. 21 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd "İphone” markalı mobil telefon, özünə məxsus sürücülük vəsiqəsi, bank kartları, 58 manat pul və 1 (bir) ədəd ev açarı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9 qram (doqquz qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmış və götürülmüşdür. Bundan başqa mobil telefon, bank kartları və sürücülük vəsiqəsi götürülmüş, açar və pul ona geri qaytarılmışdır. Aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Sahil" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ***-***-**-** nömrəsini işlətdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən müvəqqəti yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, bina 49, mənzil 159 ünvanına getmişlər. Orada ona təklif edilmişdir ki, mənzildə saxladığı qanunsuz əşyaları, eləcə də narkotik vasitə və ya psixotrop maddələri təqdim etsin. Bu təklifdən sonra o, həmin mənzilin mətbəxinin sol tərəfindəki saxlanc yerində gizlətdiyi 8 (səkkiz) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini, 4500 (dörd min beş yüz) ədəd metadon M40 həbini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxminən 7 kq (yeddi) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq həmin mənzildən başqa qanunsuz əşya, predmet və maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən və evdən aşkar edilmiş maddələri iranlı Sahil adlı şəxsin deyəcəyi ünvana aparmaq üçün əldə edib saxlamışdır. İranlı Sahil adlı şəxslə görüşməmiş, onun anket məlumatlarını bilmir və telefon nömrəsini əzbər bilmir. Birinci dəfə imiş ki, bu cür cinayət törədirmiş. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Evə baxış zamanı götürülmüş elektron tərəzidən istifadə etməmiş. Amma, gələcəkdə istifadə edəcəkmiş. Ola bilər ki, iranlı o tərəzidən istifadə edib. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakıxanov və Xətai rayonu ərazisində tanımadığı şəxslərdən alırmış. Üzərində və evində narkotik vasitə olmasından heç kimin xəbəri yox imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməyib. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində saxlanıb. Daha sonra təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib. Şəxs müdafiə hüququ ilə təmin olunub təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmişdir. Şəxsin üzərində bir bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra şəxs yaşadığı ünvanda digər narkotik vasitə və vasitə qalıqlarının olduğunu qeyd etmişdir. Sonra şəxsin qeyd etdiyi ünvana baxış keçirilən zaman 8 ədəd bükümdə heroinə bənzər kütlə və 4500 ədəd metadon həblər aşkar edilərək götürülmüşdür. Qeyd olunan narkotik vasitələri şəxs Qaradağ rayonu ərazisindən İran vətədaşı olan Sahil olan şəxsdən əldə etdiyini, digər ünvanlara çatdıracağını və onun müqabilində pul əldə edəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə və psixatrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlyyat məlumatı daxil olmuşdur. Şəxs həm məzilə baxış, həm də şəxsi axtarış zamanı müdafiəçi ilə təmin edilmişdir. Əməliyyat tədbirləri zamanı, çox hallarda mobil telfondan istifadə etmir, üzərində digər əlaqə vasitəsi olur. Məhz bu tədbirdə üzərimdə mobil telefon olubolmadığın xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid2 Zakir oğlu ifadəsində bildirmişdir ki, daxtl olmuş əməliyat məlumatı əsasında tədbir keçirilmişdir. Tədbir nəticəsində Samir saxlanılmış, onun üzərindən və evindən narkotik vasitə aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində bildirmişdir ki, təxminən fevral ayı təqsirləndirilən şəxsi Xətai rayonu ərazisində saxlamışlar, təhqiqat çəkilişi zamanı təqsirləndirilən şəxsiin üzərindən narkotik vasitə çıxmış, sonra evinə baxış keçirilmiş və evindən də dərmanlar və heroin aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Mobil nömrəsi var, lakin adətən əməliyat vaxtı digər əlaqə vasitəsindən istifadə edirlər. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 20 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və X6 daxil edilmişdir. 21 fevral 2023-cü i! tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, G.Ə.Şıxlinski küçəsində olması müəyyən edilmişdir. Bunun üçün əməliyyat qrupunun üzvləri ilə həmin küçəyə getmişlər. Orada olan zaman saat 01:30-da küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən etmişlər. Həmin vaxtı onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlməyə razılıq vermişdir. Baş İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Nəcəf Aburşu tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində otan həmin gödəkçənin cibindən bir ədəd “İphone” markalı mobil telefon, ona məxsus sürücülük vəsiqəsi, bank kartları, əlli səkkiz manat pul və bir ədəd ev açarı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartları, sürücülük vəsiqəsi götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Sahil” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, əlavə olaraq Xətai rayonunda yerləşən müvəqqəti yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, bina 49, mənzil 159 ünvanına getmişlər və həmin ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin mətbəxinin sol tərəfindəki saxlanc yerində gizlətdiyi 08 bükümdə narkotik vasitə heroinə, 4500 ədəd metadon həbinə bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq həmin mənzildən iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Sahil” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, sözügedən mənzilin onun qohumuna məxsus olduğunu, mütəmadi olaraq mənzilin açarının özündə olduğunu və vaxtaşırı olaraq burada yaşadığını bildirmişdir. Bundan sonra onlar yenidən Baş İdarəyə qayıtmış və orada keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş, həmin protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Şahid2 və X6 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən 01 bükümdə qəhvəyi rəngli heroinə bənzər kütlə, 01 ədəd “İphone” markalı mobil telefon, sürücülük vəsiqəsi, 02 ədəd plastik bank kartı, 58 AZN pul, 01 ədəd ev açarı aşkar edilərək götürülmüşdür. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 9 qram olmuşdur. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, baxış və götürmə aparılan zaman mənzilin mətbəxinin sol tərəfindəki saxlanc yerindən 08 bükümdə narkotik vasitə heroinə, 4500 ədəd metadon M40 həbinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 7 kq 4 qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş götürülümüşdür. Mənzilə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yeni ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2023-cü il tarixli 6/1041 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ...” yazısı və imzalar olan bağlamadakı, 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 788,7qr, 985,7qr, 993qr, 852,9qr, 959,3qr, 961,6qr, 647,3qr, 679,7qr ümumi təmiz çəkisi 6868,2 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 450 ədəd konvalyutdakı ümumilikdə 4500 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 4500 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 180qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qr metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 6875,271 qram (6kq 875,271qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6 kq 874,931 qram olan narkotik vasitə heroin, qalıq sayı 4490 ədəd olan metadon həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “İphone12” markalı mobil telefon və iki ədəd plastik bank kartı müdafiəçi - vəkil X4 qəbz əsasında təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 2918 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, üzərinə və yaşadığı evə qoyulduğunu, narkotik vasitələri satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitələri satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş və axtarışın nəticəsinə görə müvafiq protokollar tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı qarnının sol nahiyəsində 5-6 sm ölçüdə yaşımtıl-bənövşəyi rəngli, sol dirsək oynağının arxa səthində 5-6 sm ölçüdə yaşımtıl rəngli qançırlar, alnının sol nahiyəsində 0,4-0,5 sm ölçüdə üzəri qərtməkli yara müşahidə olunduğu müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Səbail Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığı, üzərinə və yaşadığı evə qoyulduğu, narkotik vasitələri satmaq, və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitələri satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi (06 kq 875,271 qram narkotik vasitə heroin, 4500 ədəd metadon tərkibli həb) özüözlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin müxtəlif növlərdə (heroin və metadon) olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin narkotik vasitələrin bir qisminin bükümlər halında olmasını, həmçinin təqsirləndirilən şəxsdən elektron tərəzinin aşkar olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin növünü (heroin və metadon), çəkisini - miqdarını (06 kq 875,271 qram narkotik vasitə heroin, 4500 ədəd metadon tərkibli həb), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6 kq 874,931 qram olan narkotik vasitə heroin, qalıq sayı 4490 ədəd olan metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə - evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “İphone12” markalı mobil telefonun və iki ədəd plastik bank kartının müdafiəçi - vəkil X4 (qəbz əsasında) təhvil verilməsi (qaytatrılması) nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6 kq 874,931 qram olan narkotik vasitə heroin, qalıq sayı 4490 ədəd olan metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə - evə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “İphone12” markalı mobil telefonun və iki ədəd plastik bank kartının müdafiəçi - vəkil X4 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-677/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-677/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver