Məhkəmə qərarları › İş №1(101)-677/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-677/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-677/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Xəzər Konsalting” Vəkil Bürosunun vəkilləri – Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri xx xxxx 1995-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olmuş, məhkumluğu ödənilmiş, Neftçala rayonu Boyat kəndində qeydiyyatda olan və Bakı şəhəri, Badamdar yolu küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə təkrar xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən “Çinarə” adlı kafedə olarkən, digər masada əyləşmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 əyləşdiyi masaya doğru siqaret gilələrini atmasını sonuncu ona irad bildirərkən, bunu cüzi səbəb kimi bəhanə edib, əsassız mübahisə yaradaraq öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yerdə, kafedə olan digər müştərilərin də narhatçılığına, habelə həmin kafenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əvvəlcədən əldə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə vuraraq sol xarici qulaq seyvanının və sol yanaq nahiyəsinin kəsilmiş yaraları kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 14 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində evakuator xidməti göstərən «Ford Transit» markalı ** MR *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin salonunda sərnişin qismində əyləşərək, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov küçəsi ilə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Neftçi Qurban küçəsinə doğru istiqamətdə hərəkətdə olarkən, həmin avtomobilin sürücüsünün avtomobili yolun sol zolağına döndərib saxlayaraq arxadan gələn avtomobillərin hərəkətinə mane olduğu üçün arxada olan «Toyota Prius» markalı ** PF *** dövlə qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 siqnal işarəsi verməsini cüzi səbəb gətirərək o, əyləşdiyi «Ford Transit» markalı avtomobildən tanışı Təqsirləndirilən şəxs2lə birlikdə düşüb, sonuncu ilə bir qrup şəxs halında birləşərək, heç bir əsaslı səbəb olmadan, ictimai yerdə digər sürücülərin hərəkətinə və ətrafda olan vətəndaşların narahatçılığına da səbəb olmaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai yer hesab olunan Bakı şəhəri Səbail rayonu Mikayıl Hüseynov 51 küçəsində Zərərçəkmiş şəxs2 və sonuncunun yanında olan qohumu Zərərçəkmiş şəxs3 hücum edərək, o əvvəlcə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə ardıcıl zərbələr vuraraq baş beyinin yüngül dərəcəli əzilməsi və solda alın sümüyünün orbitanın yuxarı divarına keçən yerini dəyişmiş qəlpəli basılmış sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın sümüyünün sınığı, baş beyinin silkələnməsi kimi qəsdən xuliqanlıq niyyəti ilə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetrimiş, habelə bir qrup şəxs halında birləşməklə onunla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs2 badalaq fəndi ilə Zərərçəkmiş şəxs3 yerə yıxıb sonuncuya sol əldə və sol əlin İ barmağında ağrı və hərəkət məhdudluğu ilə müşayət olunan sol əlin və sol əlin İ barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı kimi dərəcəsinə görə qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra da o, (Təqsirləndirilən şəxs1) xuliqanlıq hərəkətlərnini davam etdirərək, üzərində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək, Təqsirləndirilən şəxs2 badalaq fəndi ilə yerə yıxdığı Zərərçəkmiş şəxs3 həmin bıçaqla zərbə vurmaq istəsə də, sonuncunu qohumu Zərərçəkmiş şəxs2 aktiv müdaxilə etməsi səbəbindən Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirə bilməsə də, silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs3 həyat və sağlamlığı ilə bağlı real təhlükə yaradıb, həmin hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə təkrar xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 14 aprel 2024-cü il tarixdə saat 20:30 radələrində evakuator xidməti göstərən «Ford Transit» markalı ** MR *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin salonunda sərnişin qismində əyləşərək Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Mikayıl Hüseynov küçəsi ilə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Neftçi Qurban küçəsinə doğru istiqamətdə hərəkətdə olarkən, həmin avtomobilin sürücüsünün avtomobili yolun sol zolağına döndərib saxlayaraq arxadan gələn avtomobillərin hərəkətinə mane olduğu üçün arxada olan «Toyota Prius» markalı ** PF *** dövlə qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 siqnal işarəsi verməsini cüzi səbəb gətirərək o, əyləşdiyi «Ford Transit» markalı vatomobildən tanışı Təqsirləndirilən şəxs1la birlikdə düşüb, sonuncu ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan, ictimai yerdə digər sürücülərin hərəkətinə və ətrafda olan vətəndaşların narahatçılığına da səbəb olmaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, yəni cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai yer hesab olunan Bakı şəhəri Səbail rayonu Mikayıl Hüseynov 51 küçəsində əvvəlcə tanışı Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə ardıcıl zərbələr vuraraq baş beyinin yüngül dərəcəli əzilməsi və solda alın sümüyünün orbitanın yuxarı divarına keçən yerini dəyişmiş qəlpəli basılmış sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın sümüyünün sınığı, baş beyinin silkələnməsi kimi qəsdən xuliqanlıq niyyəti ilə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetrimiş, həmin vaxt o, (Təqsirləndirilən şəxs2) bir qrup şəxs halında birləşməklə onunla həmrəylik nümayiş etdirərək badalaq fəndi ilə Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs3 yerə yıxıb sonuncuya sol əldə və sol əlin İ barmağında ağrı və hərəkət məhdudluğu ilə müşayət olunan sol əlin və sol əlin İ barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı kimi dərəcəsinə görə qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərnini davam etdirərək üzərində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək onun badalaq fəndi ilə yerə yıxdığı Zərərçəkmiş şəxs3 həmin bıçaqla zərbə vurmaq istəsə də, sonuncunu qohumu Zərərçəkmiş şəxs2 aktiv müdaxilə etməsi səbəbindən Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirə bilməsə də, silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs3 həyat və sağlamlığı ilə bağlı real təhlükə yaratmış, o, həmin hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilmir. Ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu, yəni CM-nin 221.3-cü maddəsi ilə bağlı göstərmişdir ki, hadisədən əvvəl kafedə oturmuşdur. Sonradan Varis və Əkbər kafeyə gələrək onunla eyni masada əyləşmişdir. Kafedə pivə içərkən siqaret üstündə dava baş vermişdir. Onların əyləşdiyi masadan 1-2 masa uzaqlıqda olan qızlar bir neçə dəfə siqaret istəmişlər. Sonra yenidən ondan siqaret istədikdə o, siqaret qutusunu səhnə tərəfə tullayaraq “cibinizə siqaret alın qoyun” demişdir. Lakin onun atdığı siqaret üzbəüz masanın üstünə düşmüşdür. Həmin masada 2 nəfər oğlan oturmuşdur. Həmin şəxslərdən biri ondan siqareti onun atıb-atmadığını soruşmuşdur. O, siqaret qutusunu onlara atmadığını demişdir. Bundan sonra Elməddin 1 ədəd siqareti onun əyləşdiyi stolun üzərinə qoymuşdur. O, sonuncuya bir ədəd deyil, bir qutu siqaret atdığını demişdir. Bu zaman Elməddinin mızıldandığını görmüş, onu təhqir etdiyini düşünmüşdür. Bu səbəbdən sonuncuya söhbət etmək üçün bayıra çıxmağı təklif etmişdir. Kafedən bayıra çıxdıqdan sonra Elməddin söyüş söymüş, o da cibindəki bıçaqla sonuncunun sol yanağına çapıq atmışdır. O, CM-nin 126.2.4-cü maddəsi ilə bağlı göstərmişdir ki, kafedə Elməddingillə dava edib çıxdıqdan sonra evakuator sürücüsü olan Fariz adlı tanışını görmüşdür. Sonuncudan onu Azneft dairəsinə aparmasını xahiş etmişdir. Fariz onu həmin ünvana aparmağa razılıq verdikdən sonra Əkbərgil də onu tək qoymayıb maşında oturmuşlar. Yol tıxac olduğundan sürücü Fariz yanğınsöndürmə idarəsinin qarşı tərəfindən geriyə dönüb yolun solunda maşını saxlamışdır. Maşın anidən döndüyü üçün arxadan gələn “Toyota Prius” markalı taksinin qarşısını kəsmişdir. Taksi sürücüsü dayanmadan siqnal verməyə başlamışdır. Bundan sonra Əkbər, Varis və o maşından düşmüşlər. O, taksi sürücüsünə yaxınlaşaraq düşdüklərini demiş, tez-tez siqnal verməsinin səbəbini soruşmuşdur. Bu sözdən sonra taksi sürücüsü söyüş söymüşdür. Həmin sürücü daha sonra idarə etdiyi avtomobildən düşərək onun gözünə yumruq zərbəsi vurmuş, gözünün altı qaralmışdır. Bundan sonra o da taksi sürücüsününü almacıq sümüyünə zərbə vurmuş, əlbəyaxa olmuşlar. Əkbərgil onları ayırmışdır. Əgər həmin şəxsin kəlləbeyin qapağı sınsa idi, iki gün sonra taksi sürücüsü kimi işlinə davam etməzdi, həmçinin 21 gün xəstəxanada yatardı. Dəyanətlə olan mübahisəsi zamanı bıçaqdan istifadə etməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, Bayıl qəsəbəsi 20-ci sahə dairsinin yanında poçta çatmamış yerləşən adını bilmədiyi kafedə əyləşmişdir. Mən orada pivə içirmişdir, həmin vaxt əvvəldən tanıdığım Varis və Əkbər adlı şəxslər oturduqları digər masadan qalxaraq onun yanına gəlib əyləşmişlər. Bir az söhbət etdikdən sonra məlum olmuşdur ki, hər ikisi telefonu təmir etmək üçün eyni ustaya vermişlər. Bir-iki bakal pivə içdikdən sonra Əkbərlə birgə yaxınlıqdakı telefon təmiri yerindən telefonlarını götürüb geri qayıtmışlar. Əyləşib yenidən pivə içmyə davam etmişlər. Bu zaman 1-2 masa uzaqlıqda olan qızlar Əkbərlə Varisdən bir neçə dəfə siqaret istəmişlər. Onlar da ondan siqaret götürüb qızlara verirmişlər. Sonuncu dəfə qızlar siqaret istədikdə o, siqaret qutusunu səhnə tərəfə tullayaraq «cibivizə siqaret alın qoyun» deyə bildirmişdir. Bu zaman onlarla üzbəüz masada tanımadığı 2 nəfər şəxs əyləşmişdir. Onlardan biri onun yanına gələrək 2siqareti siz atmısız” deyə soruşmuşdur. Ona “bəli mən atmışam, amma sizə atmırdım” deyə bildirmişdir. Bu zaman o siqaret “bizə dəydi” deyə bildirmiş və onun yanındakı tanımadığı digər şəxs adını polisdə öyrəndiyi Elməddin bir ədəd siqareti masalarına gətirib qoymuş, “bunu siz atmısız” demişdir. O da ona «mən bir ədəd deyil, bir qutu atmışdım, amma onu da sizə atmamışdım» demişdir. Sonra isə onlar öz masalarına keçib əyləşmişlər. Özü isə pivə içməyə davam etmişdir. Təxminən 2 dəqiqə sonra görmüşdür ki, həmin masadakı Elməddin öz özünə nə isə danışır və düşünmüşdür ki, onun barəsində danışır, onların masasına yaxınlaşıb “nə olub, nə söhbət etmək istəyirsiz, nə məsələdir” demişdir. Onlardan soruşmuşdur ki, “siqaret qutusu hanı, siqaret kimin üstünə düşmüşdü?”. Bu zaman həmin Elməddin bildirmişdir ki, siqaret onun üzərinə dəyib yerə düşmüş və qutu deyil, bir ədəd siqaret olmuşdur. O, bu zaman əsəbləşib üzərində olan bıçaqla Elməddinin sol yanağına bir dəfə zərbə endirmişdir. Bu zaman onun yanında olan Əkbər və Varis onu onlardan aralayıb kafedən çıxartmışlar O, həmin gün 8-9 bakal pivə içmişdir. Pivədən əvvəl isə bir ədəd spirtli GO içkisi içmişdir. Elməddinə bıçaq zərbsi endirən zaman kafedə bir çox tanımadığı insan olmuşdur. Onlar kafedən çıxdıqda saat təxminən 20 radələri olmuş, kafedən çıxdıqda o, şəhərə gedəcəyini bildirmişdir. Bu zaman Əkbərlə Varis də ona demişdirlər ki, «biz də sənlə gələk gedib dava salmayasan». Daha sonra əvvəldən tanıdığı evakuator sürən Farizi görmüş və o maşını saxayıb həmin kafeyə girmək istəyirdi ki, ona kafedə dava saldığını və onu Azneftin dairəsinə düşürməsini istəmiş, Fariz etiraz etməmiş və onları maşına mindirib şəhərə tərəf aparmışdır. Sürücü Fariz yolun tıxac olduğunu görüb yanğın söndürmə idarəsinin qarşı tərəfindən geriyə dönüş edəcəyini demiş və anidən maşını yolun soluna verib saxlamışdır. Fariz maşını anidən saxladığı üçün onun arxasında hərəkətdə olan “Prius” markalı avtomaşın siqnal vermişdir. Fariz maşını saxladıqdan sonra ilk öncə Əkbər, onun arxası ilə Varis və özü maşından düşmüşlər. Özü sərxoş olduğu üçün maşından düşən kimi arxada siqnal verən “Prius” markalı avtomaşına tərəf qaçmış və “Prius” markalı avtomaşının sürücüsünə dayanmadan siqnal verdiyinə görə öz iradını bildirmişdir. Həmin sürücü də ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Ona görə də, sürücü avtomaşından çıxmaq istədiyi zaman sonuncunun üz nahiyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Həmin sürücü də avtomaşından çıxmış və onu yumruqla vurmuşdur. Həmin vaxt Prius markalı avtomaşında sərnişin qismində oturan şəxs də avtomaşından düşüb gəlib onu vurmağa başlamışdır. Varis və Əkbər onlara yaxınlaşmış və onları ayırmışlar. Sonra onlar oradan uzaqlaşıb bulvar tərəfə getmək istəmişlər. Həmin vaxt onun dava-dalaş etdiyi şəxslərdən biri cibindən telefonu çıxarıb onlara tərəfə tutmuşdur. O, həmin vaxt yenidən onlara tərəf qaçmağa başlamışdır. Varis və Əkbər də yenidən onun arxasınca qaçmışlar. Sərxoş olduğu üçün onu videoya çəkmək istəyən şəxsə yaxınlaşmış və əsəbi olduğu üçün üzərində gəzdirdiyi qara rəngli açılıb qatlanan cib bıçağını çıxardıb “Prius” markalı avtomaşında sərnişin qismində oturan şəxsi vurmaq istəmiş, lakin həmin şəxs qabağından qaçmış və yolun ortasında dayanmış “Prius” markalı avtomaşının ətrafında dövr etməyə başlamış, o da həmin şəxsin arxasınca qaçmışdır. Əkbər ona yaxınlaşmış və onu tutub saxlamaq istəyən zaman arxasınca qaçdığı şəxsin ayağı Əkbərin ayağına ilişərək yerə yıxılmışdır. Həmin vaxt özü yerə yıxılan şəxsi yerdə bıçaqla vurmaq istəyən zaman “Prius” markalı avtomaşının sürücüsü onu arxadan bərk tutub saxlamış və onu çəkib yerə yıxmışdır. Həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. O, yerdən durmuş və bıçağı götürmüşdür. Onlar magistral yolun ortasında dava-dalaş etdiklərinə görə yolda hərəkətdə olan avtomaşınlar dayandığına görə o, Əkbər və Varis oradan uzaqlaşıb bulvara tərəf getmişlər. Sonradan eşitmişdir ki, polis əməkdaşları onu axtarmışlar. O da etdiyi cinayətə görə qorxduğu üçün qaçıb gizlənmişdir. Sonradan polis əməkdaşları onu yaşadığı evə gedərkən Bayıl qəsəbəsində tutmuşlar. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadəsində onların üçünün də həmin hadisə vaxtı birləşərək onların hər ikisini döyərək onlara xəsarət yetirməsi barədə göstərdikləri yalandır. Onların hər ikisini ancaq özü vurmuşdür. Əkbər və Varis onları ayırmağa çalışmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, digər Təqsirləndirilən şəxs1 ifadəsində dediklərini təsdiq edir. Pivə içmək üçün kafeyə getmişdir. Varis də həmin kafedə olmuşdur. Sonradan Azər də kafeyə gəlmişdir. Kafedə olan zaman zaman başqa masadan Azərdən siqaret istəmişlər. Azər siqaret qutusunu həmin şəxslərə atmaq istəyərkən siqaret qutusu başqa masanın üzərinə düşmüşdür. Həmin masanın ətrafında iki nəfər oğlan əyləşmişdir. Sonradan adının Elməddin olduğunu bildiyi şəxs bir ədəd siqareti götürərək onlara tərəf gəlmiş, Azərin atdığı siqaretin onların masasının üzərinə düşdüyünü demişdir. Azər Elməddinə bir ədəd yox, bir qutu siqaret atdığını demişdir. Bundan sonra mübahisə baş vermişdir. O, Varislə birlikdə Elməddinin yanında əyləşən Samirlə birlikdə söhbət etmək üçün bayıra çıxmışlar. Azərlə Elməddinin arasında nə baş verdiyini görməmişdir. Daha sonra Azər və Varis ilə birlikdə kafedən çıxmışdır. Kafedən çıxdıqdan sonra Azərin tanışı Farizin idarə etdiyi evakuator maşını ilə Azneft dairəsinə tərəf getmişlər. Fariz Səbail rayonun ərazisində yerləşən yanğın söndürmə idarəsinin yanından dönüb maşını saxlamışdır. Arxadan gələn taksi sürücüsü uzun müddət siqnal verərərk söyüş söymüşdür. Azər düşərək taksi sürücüsünə yaxınlaşmışdır. Taksi sürücüsü avtomobilin pəncərəsini endirərək söyüş söymüşdür. Əvvəlcə taksi sürücüsü Dəyanət Azərə yumruq atmışdır. Dəyanətin yanında olan Məmməd da onlar ıayrımışdır. Sonra Məmməd telefonunu çıxarıb video çəkməyə başlamışdır. Azər onun hadisəni videoya çəkməsinin səbəbini soruşmuş, mübahisə yenidən davam etmişdir. Dəyanət qaçdıqdan sonra Azəri götürüb oradan uzaqlaşmışdır. Dəyanətlə dava edən zaman Azərin əlində bıçaq olmamışdır. Dəyanət qaçarkən özü yıxılmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ona verilmiş suallara cavab olaraq göstərdi ki, zərərçəkmiş şəxslərin heç biri ilə dalaşmamışdır. O, yalnız dava edən zaman Azər və Dəyanəti ayırmışdır. O, sonuncuya badalaq verib yerə yıxmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bayıl qəsəbəsi 20-ci sahə dairəsinin yanında poçta çatmamış yerləşən «Çinarə» adlı kafeyə pivə içmək üçün gəlmiş və görmüşdür ki, əvvəldən tanıdığı Varis orada üzdən tanıdığı xanımlarla oturaraq pivə içir. O da onlarla görüşüb onun masasında əyləşmişdir. Təxminən yarım saat sonra kafeyə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 gəlmiş, onlardan 2-3 masa uzaqda əyləşmişdir. Əyləşdikdən sonra onları də yanına çağırmış, onun yanına gedərək «qızlardansa sənlə oturaq» demiş və əyləşib pivə içməyə davam etmişlər. Bir müddət sonra həmin qızlar onlardan bir neçə dəfə siqaret istəmişlər. O da öz siqaretindən hər dəfə onlara vermişdir. Sonuncu dəfə isə onlar Azərdan siqarfet istəmişlər. Azər də əsəbləşmiş və siqaret qutusunu onlara tərəf ataraq “cibinizə siqaret alıb qoyun” demişdir. Bu zaman qarşı masada adını sonradan kafedəkilərdən öyrəndiyi Elməddin 1 ədəd siqareti götürüb onlara gətirmişdir ki, «siqaretiniz mənim üstümə düşdü» demişdir. Azər isə ona bildirmişdir ki, «mən qutu atmışam, bir ədəd siqareti nəyə gətirmisən üstümə» demişdir. Elməddin də «mənim üstümə düşən budu» demişdir. Bu zaman Varislə də Elməddinin yanında olan onun da tanışı olan Samir söhbət edirmişdir. Sonra isə Elməddin və Samir öz masalarına əyləşmişlər. Bu zaman o, hava almaq üçün çölə çıxmışdır. Bu zaman qəfildən səs küy eşitmiş və içəri girdikdə görmüşdür ki, Azər Elməddingilin masasına gedib Elməddinlə mübahisə edir, Varislə Samir isə onu aralayır. Bu zaman o, da cəld oraya getmişdir. Oradakılar Azəri çölə çıxardıqda görmüşdür ki, Elməddinin üzü kəsilmiş və qanayır. Kafedə olanlar bunu Azərin etdiyini bildirmişlər. Elməddin əl üzün yuduqdan sonra Azər və Varisin yanına çölə çıxmışdır. Daha sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində tanışları Azər və Varis ilə birlikdə kafedən çıxdıqdan sonra orada gəzmişlər, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışları Azər və Varis ilə Azərin tanışı sürücü Farizin idarə etdiyi evakuatorla Bakı şəhəri istiqamətinə gələrkən sürücü Fariz yolun tıxac olduğunu görüb yanğın söndürmə idarəsinin qarşı tərəfindən geriyə döndükdə Azər ona dönməməsini demiş, lakin Fariz tıxaca görə geriyə döndüyü üçün Azər yolun ortasında Farizə maşını burada saxlamasını demişdir. Fariz ona bildirdikdə ki maşını burada saxlaya bilməz, Azər avtomobilin əl əyləcini çəkmiş və maşın qəfildən dayanmışdır. Maşın anidən dayandığı üçün onun arxasında hərəkətdə olan “Toyota Prius” markalı avtomaşın siqnal vermişdir. Azər maşından düşən kimi arxada siqnal verən “Prius” markalı avtomaşına tərəf qaçmış və “Prius” markalı avtomaşının sürücüsü adını polisdə öyrəndiyi Dəyanət də avtomaşınından çıxmış və Azər həmin sürücünün üz nahiyyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Həmin sürücü də Azəri yumruqla vurmuşdur. Həmin vaxt Prius markalı avtomaşında sərnişin qismində oturan adını polisdə öyrəndiyi Məmməd adlı şəxs də Azəri vurmağa başlamışdır. O və Varis onlara yaxınlaşmış və onları ayırmışlar. Sonra birlikdə oradan uzaqlaşıb bulvar tərəfə getmək istəmişlər. Həmin vaxt Məmməd cibindən telefonu çıxarıb onlara tərəfə tutmuşudur. Azər həmin vaxt elə düşünmüşdür ki, Məmməd onları telefona çəkir və o yenidən onlara tərəf qaçmağa başlamışdır. O və Varis də yenidən Azərin arxasınca qaçmışlar. Azər Məmmədin üzərinə gəlmiş və onlar mübahisə etmişlər, bu zaman Dəyanət də Azərin üzərinə hücum çəkmişdir. Bu zaman Azər üzərində olan bıçağı çıxarmış, Məmməd bıçağı görən zaman Azərdan qaçmış və maşının ətrafında dövrə etməyə başlamışdır. Azərdə onun arxasınca qaçmışdır. Orada səkinin üzərində dayanmış Varis ona “Azərin əlində bıçaq var, al ondan” demişdir. Bu zaman o özü maşının arxa hissəsində olmuş, Azərin qabağına qaçmışdır ki, onu saxlasın, lakin sağ ayağı Məmmədin ayağına ilişmiş və Məmməd yerə yıxılmış, həmin vaxt Azər Məmmədin üzərinə hücuma keçmişdir. Dəyanət də Azərin üzərinə hücuma keçmişdir. X13 üzərindən ayırmaq üçün Azərin boğazından yapışmış və buraxmamışdır. Bu səbəbdən də o Dəyanəti Azərdən aralamaq üçün onun boyun nahiyəsindən tutub arxaya atmışdır. Bu zaman Dəyanət yerə yıxılmışdır. Azər əlindən yerə düşən bıçağını götürmüş və onlar oradan uzaqlaşıb yolun əks istiqamətinə bulvara tərəf getmişlər. Hətta bulvara keçən zaman Azər yenidən Dəyanət və Məmmədə tərəfə qayıtmaq istədikdə ona mane olaraq oradan uzaqlaşdırmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə və hadisə yerinə baxış keçirilməsi protokolları, məhkəmə ekspertizasının rəyləri, baş vermiş hadisənin əks olunduğu videogörüntülərin əks olunduğu disk və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Hadisə kafedə oturduqları zaman baş vermişdir. Kafedə olarkən oturduğu yerdə üstünə siqaret düşmüşdür. O, Azər və Əkbərin əyləşdiyi stola yaxınlaşıb siqareti kimin atdığını soruşmuşdur. Əkbər siqaretin yanlışlıqla onun oturduğu masaya düşdüyünü demiş və üzrxahlıq etmişdir. Məsələni aydınlaşdırdıqdan sonra əyləşdiyi masaya qayıtmışdır. Sonradan adının Azər olduğunu bildiyi şəxs ikinci dəfə onun əyləşdiyi stola yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. O, Azərə atdığı siqaretin ona dəydiyini demişdir. Oturduğu yerdə birdən Azər üzünə bıçaq atmışdır. Həmin zərbə nəticəsində üzündə ömürlük çapıq əmələ gəlmişdir. Hadisədən sonra evə getmişdir. Onu xəstəxana aparıb üzünə iynə vurmuşlar. Təqsirləndirilən şəxs1 şikayətçidir. Ona qarşı hər hansı birr tələbi yoxdur. Təqsirləndirilən şəxslərin qanuna müvafiq qaydada cəzalandırılmalarını xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvəllər tanımamış, hadisə vaxtı tanımışdır. Bibisioğlu Məmmədlə birlikdə avtomobillə yolda olarkən birdən-birə evakuator maşını yolu dönərək qəfildən qarşılarına çıxaraq qonların yolunu kəsmişdir. O da etiraz əlaməti olaraq siqnal vermişdir. Bundan sonra 3 nəfər maşından düşərək üzərinə doğru gəlmişlər. Aralarında heç bir söhbət olmadan dava başladmışdır. Azər ondan hansı səbəbdən siqnal verdiyini soruşmuş, “maşını saxlamışıqsa da yax.ı eləmişik” demişdir. Dava zamanı xəsarət almışdır. Azər onu alnından vurmuşdur. Daha sonra Azər Məmmədə bıçaq çəkmişdir. Əkbər badalaq vurub Məmmədi yıxmaqla Azərin sonuncuya bıçaq zərbəsi vurması üçün şərait yaratmışdır. Mübahisə zamanı o, Azərin qollarından tutmuş, Əkbər də onu arxadan tutub dartaraq yıxmışdır. Yıxılan zaman başı asfalta dəymişdir. Hadisəni görən şəxslərin avtomobillərini saxladığını görən Azər və Əkbər hadisə yerindən qaçmışdır. Mübahisə zamanı Əkbər Azərə kömək etmişdir. Əkbər Məmmədə badalaq verərək yıxmışdır. Ümumiyyətlə Əkbərin onları ayırmaq niyəti olmamışdır. Azər bıçaq çıxardıqdan sonra o və Məmməd maşının ətrafında qaçmışlar. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslərin hər birindən şikayətçi olduğunu bildirməklə, onların qanuna müvafiq qaydada cəzalandırılmalarını xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvəllər tanımamış, hadisə vaxtı tanımışdır. “Azneft” istiqamətindən Bayıla tərəf gedərkən Yanğınsöndürən İdarənin yanında olan döngədə Azərlə Əkbərin olduqları evakuator maşını anidən onların qarşısına çıxmışdır. Dəyanət onların bu hərəkətinə görə siqnal vermişdir. Bundan sonra adlarını sonradan bildiyi Azər, Əkbər və başqa bir nəfər şəxs maşından düşərək onların üzərinə doğru gəlmişlər. Azər onların olduğu maşının qapsını açaraq Dəyanətə yumruq atmağa başlamışdır. Azəri ayırdıqdan sonra sonuncu bıçaq çıxarmışdır. Bıçağı gördükdən sonra maşının ətrafında 3 dəfə dövrə vurmuşdur. Bu zaman Əkbər badalaq verib onu yerə yıxmışdır. Əkbər onu yıxdıqdan sonra Azərə “gəl, vur” demişdir. O, təpik ata bilmək üçün arxası üstə çevrilmişdir. Azər üstünə gedərək ona bıçaq atmışdır. Bıçaq əynindəki nazik gödəkçənin astarına dəymişdir. Azər bıçağı vurmaq üçün 2-ci dəfə qaldıranda sonuncunun əlinə təpiklə vurmuş, bıçaq Azərin əlindən yerə düşmüşdür. Hadisəni görən şəxslərin avtomobillərini saxladığını görən Azər və Əkbər hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində Dəyanətin halı pisləşmişdir. 8-ci Polis Bölməsinə getdikdən sonra Dəyanəti ekspertizaya aparmışlar. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslərin hər birindən şikayətçi olduğunu bildirməklə, onların qanuna müvafiq qaydada cəzalandırılmalarını xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımır. Lakin onları hadisə yerində görmüşdür. X6 qəsəbəsi 20-ci sahədə poçta çatmamış yerləşən adını bilmədiyi kafedə pivə içmişlər. Onun arxası Azərgilin oturduğu stola tərəf olmuşdur. Onlar oturarkən birdən Elməddinə siqaret dəymişdir. Elməddin həmin siqareti Azərgilə qaytarmışdır. Bundan sonra mübahisə yaranmış və Azər əlindəki kəsici alətlə Elməddin oturduğu yerdə üzündən vurmuşdur. Bütün mübahisə kafenin içində baş vermişdir. Kafedən çıxdıqdan sonra heç kəs dava etməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dostu Əkbər ona Azərlə şəhərə getdiyini demişdir. O da şəhərə getmək üçün onlara qoşulmuşdur. Şəhərə gedəndə Azər evakuator maşını saxlatdırmışdır. Evakuatorun sürücüsünü onların hər biri tanımışdır. Sürücüdən onlar “Azneft”ə qədər aparmalarını xahiş etmişlər. Sonuncu idarə etdiyi avtomobilin şirkətə məxsus olduğunu və bu səbəbdən onları dedikləri yerə apara bilməyəciyini demişdir. “Aznetft”ə çatmamış yanğın söndürən idarənin yanından dönüb qayıtmışlar. Arxadan “Prius” markalı avtomobil işıqlarını yandırıb söndürmüşdür. Sürücünün yanında oturan Azər sürücüyə avtomobili saxlamasını demişdir. Sürücü avtomobili saxlamadığı üçün Azər əl əyləcini çəkərək maşından düşmüşdür. O və Əkbər də maşından düşmüşlər. Evakuator sürücüsünü yola saldıqdan sonra Azərin arxadakı maşının sürücüsü ilə bir-birilərini vurduqlarını görmüşdür. Azərgili ayırdıqdan sonra Məmməd telefon çıxararaq videoya çəkməyə başlamışdır. Azər bunu gördükdən sonra qayıtmışdır. Azər Məmmədin arxasınca düşərək maşının ətrafında fırlanmışlar. Məmməd Əkbərin ayağına dəyib yıxılmışdır. Əkbərin Məmmədi qəsdən yıxdığını dəqiq görməmişdir. O, yalnız Əkbərin Məmmədin ayağına ilişərək yıxıldığını görmüşdür. Hadisə baş verərkən Azərin bıçağı və telefonu yerə düşmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. 14 aprel 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs3 Bayıl qəsəbəsində yerləşən yanğınsöndürmə məntəqəsinin qarşısında 3 nəfər şəxsin bıçaqla hücum etməsi barədə Səbail RPİ-nin 8-ci PB-nin Növbətçi Hissəsinə məlumat vermişdir. (Cild 1 i.v. 79) 14 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Səbail RPİ-nin 8-ci PB-ə müraciət edərək həmin tarixdə Səbail rayonu, Yanğından Mühafizə İdarəsinin qarşısında avtomobilində olarkən tanımadığı üç nəfər şəxsin onu və bibisioğlu Zərərçəkmiş şəxs3 yaxınlaşaraq hər ikisini döyməsi barədə məlumat vermişdir. (Cild 1 i.v. 80) 17 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Əliyev X3 RPİ-nin 8-ci PB-ə müraciət edərək 14 aprel 2024-cü il tarixdə saat 00:00 radələrində 20-ci sahədə poçta çatmamış yerləşən adını bilmədiyi kafedə Azər adlı şəxsin sifətinə bıçaq zərbəsi endirdiyini bildirmiş və həmin şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. (Cild 1 i.v. 5) 16 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 127) 22 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 211) 18 aprel 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v.191-192) 24 aprel 2024-cü il tarixli Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 293-295 06 iyul 2024-cü il tarixli hadisə yerinə keçirilən baxış protokoludan görünür ki, baxışda iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə yerini-Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən «Çinarə» adlı kafesini və həmin kafenin ümumi zalını göstərərək xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (Cild 1 i.v 62-64) 14 aprel 2024-cü il tarixli hadisə yerinə keçirilən baxış protokolundan görünür ki, hadisə Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsində yerləşən X9 İdarəsi ilə üzbəz avtomobil yolunun Bayıl qəsəbəsi istiqamətində yolun dördüncü zolağında baş vermişdir. Hadisə baş verən yerdən bir qədər aralıda TŞ-11 saylı videomüşahidə kamerasının olduğu müəyyən edilmişdir. (Cild 1 i.v 83-85) Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 yuxarıda göstərilən ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə kafenin ümumi zalında olarkən Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə bıçaqla xəsarət yetirdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 da qeyd olunan tarixdə və yerdə Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. (Cild 1 i.v 24-27) Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs Şahid2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Şahid2 hadisə vaxtı onunla dalaşmadığını, ona xəsarət yetirmədiyini, hadisə vaxtı Azər başının sol nahiyəsindən və sol göznün ətrafına yumruqla vurduğunu və baçaqla onu vurmağa çalışdığını, Şahid2 hadisə vaxtı Azəri tutub sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 ayağına badalaq ataraq yerə yıxdığını bildirmişdir. (Cild 1 i.v 60- 64) Zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən şəxs Şahid2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 yuxarıda göstərilən ifadəsini qismən təsdiq edərək Şahid2 hadisə vaxtı onunla dalaşmadığını, ona xəsarət yetirmədiyini, aldığı xəsarəti Əkbər adlı şəxsin ayağına verdiyi badalaq nəticəsində yerə yıxılarkən aldığını, lakin Azər adlı şəxs ona bıçaq zərbəsi endirməyə çalışdığını bildirmişdir. (Cild 2 i.v 65-69) İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 yuxarıda göstərilən ifadəsini qismən təsdiq edərək Şahid2 hadisə vaxtı onunla dalaşmadığını, ona xəsarət yetirmədiyini, aldığı xəsarəti Təqsirləndirilən şəxs2 ayağına verdiyi badalaq nəticəsində yerə yıxılarkən aldığını, lakin Azər adlı şəxs ona bıçaq zərbəsi endirməyə çalışdığını bildirmişdir. (Cild 2 i.v 115-118) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi hissələri İdarəetmə xidmətindən ilə Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 22 may 2024-cü il tarixli 3-13- 3/2-1998-2024 saylı məktubdan görünür ki, Bakı şəhəri Səbail rayonu, M.Hüseynov küçəsində hadisə baş verən yerdə quraşdırılan TŞ 1-114 nömrəli müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə saat 20:32:22-dən saat 20:42:23-dək olan müddətdə qeydə aldığı videogörüntülər köçürülmüş 01 ədəd “DVD” formatlı disk şəklində təqdim edilmiş, sözügedən disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2 i.v 33) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 300 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - baş beyinin yüngül dərəcəli əzilməsi və solda alın sümüyünün orbitanın yuxarı divarına keçən yerini dəyişmiş qəlpəli basılmış sınığı ilə müşayiət olunan qapalı kəllə beyin travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən alın nahiyəsinin sol yarısına yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 2 i.v 131-134) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 163 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əldə və sol əlin İ barmağında ağrı və hərəkət məhdudluğu ilə müşayət olunan sol əlin və sol əlin İ barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı (əzilməsi) küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (Cild 2 i.v 43-45) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 172 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən- sol xarici qulaq seyvanının və sol yanaq nahiyəsinin kəsilmiş yaraları kəsici xarakterli alətin(alətlərinin) təsirindən törənmişlər. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (Cild 2 i.v 127-130) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, bunu cinayət işinin materialların, anamnestikməlumatlar və psixiatrik müayinənin nəticələri və s.sübut edir, belə ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətlari təsvir olunmamışdır. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, fəaliyyətin müvəqqəti pozulması, kəmğıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2 i.v 250-253) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərt olaraq azad edilmişdir. Səbail Rayon Məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb, 20 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsilə təqsirli bilinərək 03 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məşkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.1-1-ci maddəsinə əsasən xitam verilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsilə təqsirli bilinərək 01 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ilə 17 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Musayev X8 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzası 5 ay 10 gün azaldılmışdır. xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən çəzadan azad edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Səbail rayonu, M.Hüseynov küçəsində hadisə baş verən yerdə quraşdırılan TŞ 1-114 nömrəli müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə saat 20:32:22-dən saat 20:42:23-dək olan müddətdə qeydə aldığı videogörüntülər köçürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmişdir. Nəqliyyat vasitələrinin bir qismi Bayıl qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətinə, digər qismi ilə Bakı şəhəri istiqamətindən Bayıl qəsəbəsi istiqamətinə doğru hərəkət etmələri, saat 20:34:13-də Bayıl istiqamətindən Bakı istiqamətinə hərəkət edən «Ford Transit» markalı evakuator tipli avtomobil yol ayrıcından Bayıla dönərək hərəkət etməsi, bir qədər hərəkət etdikdən sonra saat 20:34:33-də yolun sol kənarında 4-cü zolaqda dayanması səbəbindən həmin avtomobilin arxası ilə hərəkət edən avtomobillərin sürətlərini azaldaraq dayanma və yanından manevr edib keçib getmələri, saat 20:34:41-də «Ford Transit» markalı evakuator tipli avtomobilin hərəkətini davam etdirərək yolun sol kənarına ehtiyat zolağa doğru hərəkət etdikdə arxadan gələn hərəkətdə olan «Toyota Prius» markalı avtomobilin hərəkətinə maneə olması və saat 20:34:44-də həmin avtomobillərin hər ikisinin dayanması, «Ford Transit» markalı evakuator tipli avtomobilin kabinasından sərnişinlərin yerə düşməsi, saat 20:34:51-də «Ford Transit» markalı evakuator tipli avtomobilin hərəkətini davam etdirərək oradan Bayıl istiqamətinə çıxıb getməsi, həmin avtomobildən düşən 3 nəfər sərnişinlərin saat 20:34:53-də «Toyota Prius» markalı avtomobilə yaxınlaşmaları və həmin avtomobildə olan sərnişin və sürücü ilə aralarında mübahisənin yaranması və «Toyota Prius» markalı avtomobil sürücüsü və sərnişinin yerə düşməsi və bir-birləri ilə itələşmələri, saat 20:35:38-də yolun sol kənarında dayanıb üz-üzə söhbət etmələri, saat 20:35:38-də yenidən bir-birləri ilə itələşmələri, həmin şəxslərdən birinin sakitləşməyərək «Toyota Prius» markalı avtomobil sürücüsü və sərnişinin üzərinə hücum etməsi, «Toyota Prius» markalı avtomobil avtomobilin ətrafında tərəf bu tərəfə qaçmaları, əlbəyaxa olmaları, nəqliyyat vasitələrinin qarşısına hərəkət yoluna çıxdıqlarından sürücülərin hərəkəti üçün təhlükə yaratmaları, saat 20:38:55-də «Ford Transit» markalı evakuator tipli avtomobildən düşmüş 3 nəfər şəxsin oradan uzaqlaşmaqları, saat 20:39:15-də həmin üç nəfər şəxsdən birinin geriyə qayıtması, digər onunla olan digər iki nəfər şəxsin onu saat 20:39:29-da saxlayaraq geri qaytarması və yolun sol tərəfində çıxıb getmələri, «Toyota Prius» markalı avtomobil sürücüsü və sərnişini 20:42:23-dək orada dayanmaları müşahidə olunur. Hadisə baş verən yer müşahidə kamerasından uzaq məsafədə yerləşdiyindən görüntülərdə hadisə iştirakçılarının hərəkətləri, avtomobillərin dövlət qeydiyyat nişanları dəqiq müşahidə olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 126.2.4-ci və 221.3-cü və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Azər Təqsirləndirilən şəxs1baycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etmiş, hər hansı halı mübahisələndirməmişdir. Onun bu etirafı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Bu xüsusat üzrə əməlin tövsifində də heç bir problem yoxdur. Belə ki, onun əməlində CM-nin 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı CM-nin 126.2.4-cü maddəsi ilə bağlı hissədə vermiş olduğu ifadəsi ilə bağlı qeyd edir ki, sonuncu ifadə verərkən cinayət işinin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, o, bildirmişdir ki, həmin epizod üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin nəticəsi ilə razı deyil və eyni zamanda hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs2 ona qarşı söyüş işlədərək gözünə yumruq zərbəsi vurduqdan sonra başlaması olmuş, həmçinin hadisə baş verərkən üzərində bıçaq olmamışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli 300 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin təsviri hissəsində ekspertiza zamanı tibbi sənədlər ətraflı şəkildə təsvir edilmiş, Zərərçəkmiş şəxs2 ona verilən suallara aydın şəkildə cavab verilməsi göstərilmiş və ekspert rəy verərkən rəyin təsviri hissəsində göstərilən hallara istintaq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 baş vermiş hadisə ilə bağlı göstərdmiş olduğu hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, əksinə məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, eləcə də Şahid2 ifadəsi ilə təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilk olaraq Azərin onların üzərlərinə hücum etdiyini və onları vurduqlarını göstərmiş, Şahid2 isə Azərin əyləcini çəkdikdən sonra Farizin idarə etdiyi evakuator maşının dayandığını üzərində bıçaq olmasını təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, eləcə də digər təqsirləndirilən şəxs baş vermiş hadisənin Zərərçəkmiş şəxs2 təşəbbüs ilə başlaması ilə bağlı isə qeyd edir ki, Şahid2 Farizin idarə etdiyi evakuator maşınında olduğunu, Azərin evakuator maşının əl əyləcini basdığını göstərmiş və sonuncunun həmin hərəkətindən sonra evakuator maşını dayanmışdır ki, bunun da nəticəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi Toyota Prius markalı avtomobilin qarşısı kəsilmiş və tərəflər arasında mübahisə başlanmışdır. Göründüyü kimi məhkəmə istintaqı zamanı baş vermiş hadisənin təşəbbüskarının Təqsirləndirilən şəxs1 olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, disk şəklində cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş hadisənin əks olunduğu videogörüntü ilə də tam təsdiq edilmişdir Məhəmə Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə bağlı qeyd edir ki, o, evakuator maşınından düşüb öz qanunsuz hərəkətlərinə davam etmiş və bu zaman zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə bir neçə dəfə siqnal verərərk avtomobilinin qarşısının kəsilməsinə iradını bildirmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 irad bildirməsinə isə səbəb Təqsirləndirilən şəxs1 əl əyləcini çəkməsi nəticəsində Farizin idarə etdiyi evakuator maşınının Dəyanət Məmədovun idarə etdiyi avtomobilin qarşısını kəsməsi olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 öz qanunsuz və əxlaqsız hərəkətlərini davam etdirməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə hücum etmiş, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetrimiş, eyni zamanda üzərində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 həmin bıçaqla zərbə vurmaq istəsə də, buna nail ola bilməmiş, lakin silah qismində istifadə etdiyi həmin bıçaqla Zərərçəkmiş şəxs3 həyat və sağlamlığı ilə bağlı real təhlükə yaratmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyi CM-nin 126.2.4-cü maddəsi ilə bağlı mübahisələndirdiyi hallar öz təsdiqini tapmadığından, əksinə həmin hallar məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, onun bu hissədə mübahisələndirdiyi hallar həqiqətə uyğun deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə sürülmüş ittiham ilə bağl isə qeyd edir ki, sonuncu məhkəmə baxışı zamanı digər Təqsirləndirilən şəxs1la birlikdə eyni məzmunda ifad vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsi ilə bağlı qeyd edir ki, o, ifadə verərkən cinayət işinin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi yuxarıda göstərilən bütün sübutların məcmusu ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs3 badalaq vermədiyini, sonuncunun ayağına ilişərək yerə yıxıldığını bildirsə də, zərəçəkmişlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində birinciyə Əkbərin qəsdən badalaq verdiyini, hətta birinci yıxıldıqdan sonra Əkbərin Azərə “gəl vur” deməsini bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə bağlı qeyd edir ki, onlar hadisə baş verməmişdən əvvəl birbirilərini tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Odur ki, onların məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrini dostluq münasibətinin təsiri altında vermələri aydın nəzərə çarpır. Onlar eyni məzmunda qismən inkaredici ifadə verməklə biri digərinin məsuliyyətdən azad olunmasına, bu alınmadıqda isə məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq istəmişlər. Cinayət Məcəlləsinin 34.1-ci maddəsində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il tarixli 31 №-li qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmin qərarın 8-ci bəndində əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Sözügedən qərarın 9-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə ağır, 221.2.1-ci və 221.3-cü və maddələri az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 221.3-cü maddəsinin sanskiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli 22 aprel 2024-cü il tarixdən, digər Təqsirləndirilən şəxs2 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət cəza müddətinə daxil edilməli və onun üzərində saxlanılacaq qəti cəzanın əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi hissələri İdarəetmə xidmətindən 22 may 2024-cü il tarixli 3-13-3/2-1998- 2024 saylı məktub ilə Təhlükəsiz Şəhər Xidmətinin Bakı şəhəri Səbail rayonu, M.Hüseynov küçəsində hadisə baş verən yerdə quraşdırılan TŞ 1-114 nömrəli müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə saat 20:32:22-dən saat 20:42:23-dək olan müddətdə qeydə aldığı videogörüntülər köçürülmüş 01 ədəd “DVD” formatlı disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq “Xəzər Konsalting” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi «Xəzər Konsalting” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 210 (iki yüz on) manat, 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi «Xəzər Konsalting” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edisin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbsetmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablansın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi hissələri İdarəetmə xidmətindən 22 may 2024-cü il tarixli 3-13-3/2-1998-2024 saylı məktub ilə Təhlükəsiz Şəhər Xidmətinin Bakı şəhəri Səbail rayonu, M.Hüseynov küçəsində hadisə baş verən yerdə quraşdırılan TŞ 1-114 nömrəli müşahidə kamerasının xx.xx.2024-cü il tarixdə saat 20:32:22-dən saat 20:42:23-dək olan müddətdə qeydə aldığı videogörüntülər köçürülmüş 01 ədəd “DVD” formatlı disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 210 (iki yüz 10) manat, “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar