Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-678/2020 25.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X2 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2005 və 2007-ci il təvəllüdlü iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 450-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, mənzil 114-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrupun digər üzvləri tərəfindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilən və xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrrayon ərazisində yerləşən 14 saylı orta məktəbin futbol stadionunda ağacın altında gizlədilmiş külli miqdarda-517,963 qram çəkidə psixotrop maddə metafetamini və külli miqdarda 103,659 qram çəkidə narkotik vasitə heroini həmin tarixdə axşam saatlarında həmin yerdən qanunsuz əldə edib götürərək narkotik vasitə heroini bir hissəsini üstündə daşımaqla, qalan hissəsini və psixotrop maddə mütafetaminin bir hissəsini kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, 114 saylı mənzilə, bir hissəsini isə qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 450-ə daşıyaraq orada gizlədib saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 19:54-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5 saylı ünvanın qarşısında saxlanılaraq yaşadığı mənzildə üstünə və yaşadığı mənzilə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda – 2,805 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və yaşadığı evin yataq otağında olan dolabdan iki ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 50,710 qram və 50,144 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdarda – 100,854 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üç ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 101,630 qram, 103,794 qram və 13,431 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdarda – 218,855 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop maddə, narkotik vasitə və elektron tərəzi aşkar edildiyindən götürülmüş, xx.xx.2020-ci il tarixdə saat 13.15-də isə qeydiyyatda olduğu Sumqayıt şəhəri Corat qəsəbəsi ev 450-ə keçirilən baxış zaman evin qonaq otaqının zirzəmisindən ümumi çəkisi 299,108 qram olmaqla üç bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin “X14” sözləri yazılmış plastik qabı içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai araşdırma orqanı ona əsassız və qanunsuz olaraq ittiham vermişdir ki, guya o, İran İslam Respublikasının vətəndaşı “Kəbleyi” adlı şəxsdən külli miqdarda – 517,963 qram çəkidə psixotrop maddə metafetamini və külli miqdarda – 103,659 qram çəkidə narkotik vasitə heroini əldə etmişdir. Guya “Kəbleyi” qeyd olunan narkotik vasitələri ona təhvil vermək üçün məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gizli qaçaqmalçılıq yolu ilə keçirərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 saylı orta məktəbin futbol stadionunda ağacın altında gizlətmiş, bu barədə ona məlumat vermiş, bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında həmin yerdən külli miqdarda psixotrop maddə metafetamini və narkotik vasitə heroini gələcəkdə satışını həyata keçirmək məqsədi ilə götürmüşdür. İttihama görə əldə etdiyi narkotik vasitə heroini bir hissəsini üstündə daşımış, qalan hissəsini və psixotrop maddə metafetaminin bir hissəsini kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, 114 saylı mənzildə, digər hissəsini isə qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 450-də gizlədib saxlamışdır. Bunların hamısı uydurmadır, heç birini qəbul etmir. Polis əməkdaşlarının ona qarşı qərəzli olmasının səbəbi isə odur ki, o, hadisədən 3- 4 ay əvvəl polislərlə əməkdaşlıq edən, onların əməliyyatlarında hal şahidi qismində iştirak edən şəxsi döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 əməkdaşları xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5 həyətində olan zaman onu saxlayaraq yaşadığı mənzilə qalxmasını təklif etmişlər. O buna etiraz edərək bildirmişdir ki, evdə arvadı olan Aydan Ağazadə yatıbdır. Məsələ ondadır ki, o, əvvəllər evli olmuş, həmin evlilikdən iki azyaşlı uşağı olmuşdur. Lakin arvadını boşadığı üçün həmin mənzildə qeyri-rəsmi olan arvadı Aydan Ağazadə ilə yaşayırdı. Buna baxmayaraq polis əməkdaşları onun maşınından mənzilin kirayə müqaviləsini götürüb orada nömrəsi göstərilmiş mənzilə onsuz qalxmışlar. Onu isə binanın qarşısında maşında oturdub saxlamışlar. Təxminən 40 dəqiqədən sonra polis əməkdaşları onu da yaşadığı mənzilə qaldırmışlar. Orada yataq otağında yoldaşı Aydan Ağazadənin yanında ona sellofana bükülmüş əşyanı təqdim edərək bildirmişlər ki, sellofanın içindəki narkotik vasitədir və həmin vasitəni yataq otağındakı şkafın üstündən aşkar etmişlər. O, etiraz edərək narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları onu hədələmişlər ki, belə olduğu təqdirdə narkotik vasitəni həyat yoldaşı Aydanın adına rəsmiləşdirəcəklər. Polislərin bu sözlərinin hamısını yataq otağında olan Aydan eşitmişdir. Yoldaşının bu işə cəlb olunmaması üçün narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Bundan sonra onu polis əməkdaşları binanın həyətinə endirərək binanın böyüq tərəfində cibinə 2 qram «kokos»-u qoymuşlar. Cibində özünə məxsus 100 manat pul və bank kartı da olmuşdur. Bu pul və bank kartı ona məxsus pul kisəsində idi. Mənzildə olan zaman polis əməkdaşları pul kisəsini yoxlayandan sonra özünə qaytarmışlar. Polis əməkdaşları ona təklif etmişlər ki, bildirsin ki, guya binanın qarşısında saxlanılıb, saxlanıldığı zaman cibindən 2 qram «kokos»-u özü təqdim etmiş və mənzildə də narkotik vasitənin olmasını bildirərək orada da baxış zamanı narkotik vasitə aşkar edəcəklər. Bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə mənzilə qalxdılar, orada videoçəkiliş aparılmaqla axtarış etmişlər. O zaman Aydan artıq mənzildə olmamışdır. Onu da bayıra endirib bir nəfər polis əməkdaşının yanında saxlamışlar. Videoçəkilişlə keçirilmiş axtaşı zamanı bir büküm heroin və 2 büküm metafetamin aşkar edilmişdir. Heroinin çəkisi 15-20 qramdan artıq deyildir. Narkotik vasitələri üzərində və mənzilində olmadığı halda tərəzi olmuşdur, həmin tərəzi ona məxsusdur, belə ki, həmin tərəzini qızıl-zinyət əşyalarının çəkilməsində istifadə etmişdir. Onu müstəntiq sanksiya ilə bağlı məhkəməyə aparan zaman ona bildirmişdir ki, onda heç bir şey olmamışdır. Lakin müstəntiq buna əhəmiyyət verməmişdir. Həmçinin onun qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 450-də də heç bir narkotik vasitə olmamışdır. Bütün narkotik vasitələrini cibinə və yaşayış evlərinə polis əməkdaşlarının özləri qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə etibarlı mənbə Mahirin soyadını, adını və atasının adını, həmçinin yaşadığı ünvanını bildirməklə həmin şəxsin üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə məlumat vermişdir. Portal vasitəsi ilə Təqsirləndirilən şəxs fotoşəklini və barəsində olan digər məlumatları əldə edərək raportla rəhbərliyə müraciət etmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar əsasında həmkarları Şahid1 və Şahid3la birlikdə xx xxxxxx 2020-ci il saat 19:54-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5-in qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında görüb ona yaxınlaşmışlar. Özlərini ona təqdim etməklə tədbirin keçirilməsinə dair qərarla tanış etmişlər. O, ona hüquq və vəzifələrini izah etməklə narkotik vasitələrin qanunsuz saxlanılması, gəzdirilməsi istifadəsi və satışı ilə məşqul olması barədə şübhələrin olmasını bildirilib, üzərinə baxış keçirilməli olduğunu deyən zaman o, qonşularının onun saxlanıldığını görmələrini istəmədiyini, yzərinə baxış keçirilməsini yaşadığı mənzildə keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs dəvəti ilə videoçəkiliş aparılmaqla liftlə 16 mərtəbəli binanın 13-cü mərtəbəsinə qalxaraq evə daxil olduqdan sonra əməliyyat müvəkkilləri Şahid3 və sabiq əməliyyat müvəkkilli Şahid1 iştirakı ilə ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən özü üzərində olan qara rəngli şalvarının sağ yan cibindən polietilen bükümü çıxarıb, içində heroin olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “İphone x” markalı mobil telefonu, 02 ədəd bank kartları, şəxsiyyət vəsiqəsini və 100 AZN pulu təqdim etmişdir. Polietilen büküm qablaşdırılaraq 7 nömrəli möhürlə möhürlənmiş və zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs bağlamanın içindəkinin doğruluğunu təsdiq etmək üçün imzalarını atmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs mənzildə də axtarış aparılması zərurətini bildirmiş, ondan buna etiraz edib-etmədiyini soruşmuş, sonuncu buna aid ərizəsini təqdim etmişdir. Mənzildə Təqsirləndirilən şəxs başqa heç bir şəxs olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs həyat yoldaşı qismində olan hər hansı bir qadın da olmamışdır. Nə də ki, Təqsirləndirilən şəxs ünvanını ona məxsus «Mersedes » markalı maşının saxlanc yerindən kirayə müqaviləsini tapmaqla müəyyən etməmişlər. Təqsirləndirilən şəxs bundan sonra binanın qarşısında öz maşınlarında saxlayıb onun mənzilinə qalxmamışlar. Onun mənzilinə və cibinə hər hansı bir narkotik vasitə atmamışlar. Əməliyyatın gedişatı əvvəldən axıracan videoçəkilişə alınmış, orada əməliyyatın keçirilməsi verdiyi ifadəsi kimi olmuşdur. Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra sonuncuya mənzilində ola biləcək hər hansı qanunsuz əşyalar varsa təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yataq otaqındakı dolabdan 5 ədəd büküm və bir ədəd tərəzi təqdim edərək, həmin 5 bükümdən 2 bükümü narkotik vasitə olan heroin və 3 ədəd isə metafetamin olduğunu, narkotik vasitələrini 2019cu ilin sentyabr-oktyabr aylarında İran İslam Respublikasının Rəşt şəhərində olan zaman tanış olduğu “Kəbleyi” adlı şəxs ona narkotik vasitə olan heroin və metafetamin əldə etməyi təklif etmiş və o, Azərbaycana qayıdandan sonra “Kəbleyi” ara sıra sonuncu ona müxtəlif nömrələrdən zəng edərək göndərdiyi narkotik vasitə satmasını təklif etmişdir. Pula ehtiyacı olduğu üçün “Kəbleyi”nin təklifini qəbul etmiş və xx xxxxxx 2020-ci il tarixdə sonuncunun bildirdiyi Sumqayıt şəhəri 4-cü mikrorayon ərasizində olan məktəbin həyətinə gedərək orada gizlədilən bu narkotik vasitələri götürmüş, bir büküm üzərində gəzdirmiş, qalanlarını isə satdıqdan sonra “Kəbleyi” –yə 4200 manat pul verməli idi. Axtarışın nəticələrinə dair tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs könüllü, heç bir təzyiq olmadan imzalamış, mənzildən aşkar olunmuş narkotik vasitələr və tərəzi qablaşdırılıb möhürlənərək protokola əlavə edilmiş, 100 manat pul Təqsirləndirilən şəxs qaytarılmış, telefon və kartlar isə narkotiklə birlikdə istintaqa təqdim edilmişdir. Onun və yaxud da əməliyyatda iştirak etmiş digər əməkdaşların Təqsirləndirilən şəxslə heç bir ədavətləri və ya düşmənçiliyi olmamış, o, əvvəllər də narkotik vasitələrin istifadəsinə və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş, onu hər hansı bir şəxsi döyməsinə görə qisas məqsədilə tutmamışlar, belə hal , yəni Təqsirləndirilən şəxs polislə əməkdaşlıq edən şəxsin döyməsi ilə bağlı məsələni burada məhkəmədə vəkilin verdiyi suallardan bilmişdir. Onu da bildirir ki, axtarış keçirilən tarixdə müdafiəçi dəvət etməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində cəlb etmiş, izahatını almış, məhkəmə-kimyəvi ekspertizası təyin etmiş və növbəti gün ekspert rəyini aldıqdan sonra topladığı materialları istintaqa təqdim etmişdir.bu səbəbdən Təqsirləndirilən şəxs Corat qəsəbəsində qeydiyyatda olduğu evdə axtarışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə keçirilmiş tədbir zamanı tanımışdır. Belə ki, o, özü Xətai rayonunda yaşasa da həmin gün Corat qəsəbəsindəki evlərin birində təmir işləri ilə məşğul olmuşdur. Saat 13 radələrində Corat qəsəbəsində ərzaq mağazasına yemək almaq üçün getmiş, orada olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis vəsiqəsini təqdim edib, bir nəfər şəxsin evinə baxış keçiriləcəyini, həmin baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Ona əvvəllər belə təklif olunmamış, bu tədbirdə iştirak etmək ona maraqlı gəlmiş və o, etiraz etməyib həmin və digər polislərlə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ev 450-in qarşısına polis əməkdaşlarının maşını ilə getmişdir. Ondan savayı yaşca daha cavan oğlan da hal şahidi qismində dəvət olunmuşdur. Hər ikisinə polis əməkdaşları gördükləri barədə lazım gəldikdə istintaq və məhkəmə orqanlarına məlumat vermək hüquq və vəzifələrini izah etmişlər. Gəldiyi ünvanda Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə evinə baxış keçirilmiş, Mahirə polis əməkdaşları baxışa başlamazdan əvvəl evində olan hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Mahir onların iştirakı ilə evin otağında olan döşəmədə girişi və qapağı olan zirzəmini göstərərək orada metamfetamini saxladığını etiraf etmiş, bundan sonra polis əməkdaşlarının təklifi ilə zirzəminin qapağını açaraq dizini döşəməyə söykəyərək bir əlini zirzəminin içinə salaraq oradan bir ədəd plasmas qutu çıxarmış, plasmas qutunun qapağı açıldıqda içində 3 ədəd bükümün olduğunu bütün iştirakçılar görmüşdür. Bundan sonra həmin maddələr qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Ona baxış protokolu və baxışa əlavə edilmiş fotocədvəl təqdim edildi. Bildirir ki, protokoldakı imzalar ona məxsus, fotocədvəldə isə evin girişi qarşısında və zirzəminin qapağı açıldıqda çəkilmiş fotoşəkillərdə onun şəkli vardır. Ona görə də təqsirləndirilən şəxs onu baxış zamanı evində görmədiyini deməsi həqiqətə uyğun deyildir. Baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə keçirilmiş tədbir zamanı tanımışdır. Belə ki, o, həmin gün Corat qəsəbəsinə tanışı Rasim adlı şəxsin evinə qonaq getmişdir. Özü Bakı şəhəri Nərimanov rayonunda yaşadığı üçün Corat qəsəbəsini yaxşı tanımır. Tanışlarıgildən saat 13 radələrində çıxdıqda tanımadığı 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini təqdim etmişlər. Polislərdən biri bildirmişdir ki, yaxınlıqda yerləşən fərdi evdə baxış keçirilməlidir, həmin baxışda hal şahidi qismində iştirak etməyi xahiş etmişdir. O da razılaşaraq hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs Corat qəsəbəsindəki evinin qarşısına gəlmişlər. Orada polis əməkdaşları ona hüquq və vəzifəlrini izah etmişlər. Ondan savayı daha bir hal şahidi və bir-neçə polis əməkdaşları olmuşdur. Polis əməkdaşlarının bir qismi mülki geyimdə, bir qismi isə formada olmuşdur. Gəldiyi ünvanda Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə evinə baxış keçirilmiş, Mahirə polis əməkdaşları baxışa başlamazdan əvvəl evində olan hər hansı qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Mahir onların iştirakı ilə evin otağında olan döşəmədə girişi və qapağı olan zirzəmini göstərərək orada metamfetamini saxladığını etiraf etmiş, bundan sonra polis əməkdaşlarının təklifi ilə zirzəminin qapağını açaraq dizini döşəməyə söykəyərək bir əlini zirzəminin içinə salaraq oradan bir ədəd plastmas qutu çıxarmış, plasmas qutunun qapağı açıldıqda içində 3 ədəd bükümün olduğunu bütün iştirakçılar görmüşdür. Bundan sonra həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Ona baxış protokolu və baxışa əlavə edilmiş fotocədvəl təqdim edildi. Bildirir ki, protokoldakı imzalar ona məxsus, fotocədvəldə isə evin girişi qarşısında və zirzəminin qapağı açıldıqda çəkilmiş fotoşəkillərdə onun şəkili vardır. Baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Şahid6 verdiyi ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə ifadə verərək göstərmişdir ki, hal şahidi Şahid6 axtarışda iştirak etmiş, bunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X1rşı mübarizə idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Corat qəsəbəsində keçirdikləri axtarış tədbiri zamanı tanımışdır. Təqsirləndirilən şəxs barəsində bundan əvvəl keçirilmiş tədbirlərdə o iştirak etməmişdir. Müstəntiqin, hal şahidlərinin, müdafiəçinin, Təqsirləndirilən şəxs özünün iştirakı ilə iki maşınla xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 450 saylı evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs müstəntiq tərəfindən həmin evdə qanunmuz əşyalar, o cümlədən narkotik vasitələr saxlayırsa könüllü təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir olmadan baxışın iştirakçılarını evinə dəvət etmişdir. Fərdi evin qonaq otağında döşəmədə olan zirzəminin girişini örtən qapağı göstərək bildirmişdir ki, həmin zirzəmidə psixotrop maddə olan metafetamin gizlətmişdir. Bundan sonra müdafiəçi və hal şahidlərinin gözü qarşısında Təqsirləndirilən şəxs şəxsən özü zirzəminin qapağını açaraq əlini zirzəminin içinə salaraq oradan bir ədəd üzərində xatırlamadığı yazı olan qabı çıxarıb təqdim etmişdir. Həmin qabın qapağını Təqsirləndirilən şəxs özü açamış və qabın içərisində 3 ədəd şəffaf selofana bükülmüş büküm aşkar edilmişdir. Aşkar olunmuş bükümlər axtarışın bütün iştirakçılarının gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar imzalarını qoymuş, həmçinin orada müstəntiq tərəfindən tərtib olunmuş protokolu baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs imzalamışdır. Keçirilmiş tədbir zamanı bütün hərəkətlər mobil telefon vasitə ilə çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş X4 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid2 Mahir adlı şəxsin narkotik vasitələr əldə etmə, saxlama, daşıma, satma barədə məlumat daxil olmuş, Portal vasitəsi ilə Təqsirləndirilən şəxs fotoşəklini və barəsində olan digər məlumatları əldə edərək raportla rəhbərliyə müraciət edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar əsasında qrup yaradılmış, həmin qrupa Şahid2 və digər həmkarı Şahid1la yanaşı o da daxil edilmişdir. Qrupun üzvləri xx xxxxxx 2020-ci il saat 19:54-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5-in qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında görüb ona yaxınlaşmışlar. Özlərini ona təqdim edərək üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə dair qərarı ona təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsini bayırda aparılmasına, qonşuların buna şahid olmalarını istəməmiş, yaşadığı mənzilə qalxaraq bütün tədbirləri orda keçirilməsini xahiş etmişdir. Bu məqamdan mobil telefon vasitəsi ilə bütün hərəkətlər videoçəkilişə alınmışdır. Təqsirləndirilən şəxs şəxsən özü üzərində olan açarla blokun ümumi giriş qapısını açmış, hamısı birlikdə liftə daxil olmuş, Təqsirləndirilən şəxs liftin 13cü mərtəbəsinin düyməsini basdıqdan sonra həmin mərtəbəyə qalxıb Təqsirləndirilən şəxs açarla açdığı mənzilə daxil olmuşlar. Mənzildə Təqsirləndirilən şəxs başqa heç bir şəxs olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs həyat yoldaşı qismində olan hər hansı bir qadın da olmamışdır. Ora daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən özü, üzərində olan qara rəngli şalvarının sağ yan cibindən polietilen bükümü çıxarıb, içində heroin olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “İphone x” markalı mobil telefonu, 02 ədəd bank kartları, şəxsiyyət vəsiqəsini və 100 AZN pulu təqdim etmişdir. 100 AZN Mahirinin özünə qaytarılmış, digər əşyalar isə qablaşdırılaraq möhürlənmiş və zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs bağlamanın içindəkinin doğruluğunu təsdiq etmək üçün imzalarını atmışlar. Bundan sonra Təqsirləndirilən şəxs mənzildə də axtarış aparılması zərurətini bildirilmiş, sonuncu buna etiraz etməmiş və axtarışa razılıq vermə ərizəsini yazıb Şahid2 təqdim etmişdir. Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra sonuncuya mənzilində ola biləcək hər hansı qanunsuz əşyalar varsa təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yataq otaqındakı dolabdan 5 ədəd büküm və bir ədəd tərəzi təqdim edərək, həmin 5 bükümdən 2 bükümü narkotik vasitə olan heroin və 3 ədəd isə metafetamin olduğunu, narkotik vasitələrini 2019-cu ilin sentyabr-oktyabr aylarında İran İslam Respublikasının Rəşt şəhərində olan zaman tanış olduğu “Kəbləyi” adlı şəxs ona narkotik vasitə olan heroin və metafetamin əldə etməyi təklif etmiş və o, Azərbaycana qayıdandan sonra “Kəbleyi” ara sıra sonuncu ona müxtəlif nömrələrdən zəng edərək göndərdiyi narkotik vasitə satmasını təklif etmişdir. Pula ehtiyacı olduğu üçün “Kəbləyi”nin təklifini qəbul etmiş və xx xxxxxx 2020-ci il tarixdə sonuncunun bildirdiyi Sumqayıt şəhəri 4-cü mikrorayon ərasizində olan məktəbin həyətinə gedərək orada gizlədilən bu narkotik vasitələri götürmüş, bir büküm üzərində gəzdirmiş, qalanlarını isə satdıqdan sonra “Kəbleyi”-yə 4200 manat pul verməli idi. Axtarışın nəticələrinə dair tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs könüllü, heç bir təzyiq olmadan imzalamış, mənzildən aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə və tərəzi qablaşdırılıb möhürlənərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ünvanını ona məxsus «Mersedes» markalı maşının saxlanc yerindən kirayə müqaviləsini tapmaqla müəyyən etməmişlər. Təqsirləndirilən şəxs bundan sonra binanın qarşısında öz maşınlarında saxlayıb onun mənzilinə qalxmamışlar. Onun mənzilinə və cibinə hər hansı bir narkotik vasitə atmamışlar. Əməliyyatın gedişatı əvvəldən axıracan videoçəkilişə alınmış, orada əməliyyatın keçirilməsi verdiyi ifadəsi kimi olmuşdur. Təqsirləndirilən şəxs törədtiyi əməllərdə təqsirliliyi şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş X4 əməliyyat müvəkkilinin həmin idarənin rəisinə ünvanlanan xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, mənzil 114-də kirayə yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Sumqayət şəhəri ərazisində narkotik vasitə olan heroin və psixotrop maddə metafetamini əldə edib üzərində gəzdirməsi, satışı və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq olunmuş «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, mənzil 114-ə baxış keçirmişdir. Mənzil 16 mərtəbəli evin 13-cü mərtəbəsində yerləşir, iki otaqdan ibarətdir. Təqsirləndirilən şəxs üzrində olan əşyaları təqdim etmək təklif olunmuş, o əyinəndə olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon, salvarının sol yan cibindən 02 ədəd bank kartları, özünə məxsus şəxsiyyət vəsiqəsi, 100 manat pulu, şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli polietilen bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. 100 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etdyinədən götürülmüşdür. Təqsirləndirilən şəxs yataq otağında yerləşən dolabın içərisindən 05 ədəd polietilen bükümləri və 01 ədəd elektron tərəzini təqdim etmiş, bükümlərdən 02 ədədi narkotik vasitə heroin, digər 03 ədəd bükümdə isə psixotrop maddə metafetamin olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildən təqdim eitdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini 3-4 ay əvvəl İİR-nın Rəşt şəhərində olarkən İİR-sı vətəndaşı «Kəbleyi» adlı şəxsdən həm öz istifadəsi, həm də maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə əldə etyini bildirmişdir. Məhkəmə iclasında xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində və evində baxış aparılmasını əks etdirən CD diskə baxış keçirilmiş və CD diskdə əks olunan hallarn baxış protokoluna uyğun olması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunmuş «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2249 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, zərfdəki bir bükümdə təmiz çəkisi 2,805 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən götürülmüş, zərfdəki 2 ədəd bükümdə təmiz çəkisi 108,854 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 218,855 qram olan ağ rəngli kristaldan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış, psixatrop maddə metofatamindir. Həmin zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, heroinin ümumi təmiz çəkisi 103,659 qramdır və xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Elektron tərəzinin üzərindən narkotik vasitə olan heroinin izi aşkar olunduğu üçün Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinlərlə eyni tərkibli olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq olunmuş “ifadənin yerində yoxlanılması, baxış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ciil tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə hal şahidləri X8 və Şahid6, müdafiəçi X9, Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun qeydiyyatda olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 450 saylı fərdi evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evin qonaq otağında zirzəmidə psixotrop maddə olan metafetamini gizlətdiyini bildirərək, otağın döşəməsində olan zirzəminin qapağını açaraq zirzəminin içindən, əlini uzadıb bir ədəd yaşıl rəngli üzərində “X14” sözləri yazılmış plastik qabı çıxarıb təqdim edərək həmin plastik qabda üç ədəd bükümdə təxminən 300 qr çəkidə psixotrop maddə metafetamin olduğunu bildirdi, plastik qabın qapağı açıldıqda içərisindən üç ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə metafetaminə oxşar ağ rəngli kristallardan ibarət maddənin olması müəyyən edilmişdir. Axtarış gedişi fotoçəkilişlə müşahidə edilmiş, fotocədvəl protokola əlavə edilmiş, protokol bütün iştirakçılar tərəfindən, o cümlədən təqsirləndirilən şəxs, onun müdafiəçisi və hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2665 saylı rəyindən müəyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketin içərisində olan plastik qutunun içərindində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 102,398 qram, 97,885 qram, 98,825 qram ümumi təmiz çəkisi 299,108 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə- metafatamindir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu evdən aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə olan metafatamnın kirayə yaşadığı evdən götürülmüş 3 ədəd bükümlə komponent tərkiblərinə görə eynidir. Metafatamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahisina daxildir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 943 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Respublika Psixatriya Xəstəxanası X20 778 saylı, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatriya Xəstəxanasında müalicədə olmayıb. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. Məhkəmədə tədqiq olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası X6 Mahir Səyyar oğluna məxsus «İphone X» markalı mobil telefonu işlək vəziyyətdə qəbul etmişdir. Məhkəmədə tədqiq olunmuş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdə aşkar edilib götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan təhqiqatdan sonra qalıq olan üç ədəd bükümdə-103,459 qram çəkidə heroin, altı ədəd bükümdə 517,677 qram çəkidə psixotrop metafetamin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadələri, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, onun CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddələrin digər şəxslər vasitəsilə, yəni onunla əlbir olan qrupun digər üzvləri tərəfindən Sumqayıt şəhərində gizlətdikləri yeri barədə ona məlumat verdikdən sonra həmin narkotik vasitə və psixotrop maddələri götürdüyünü, sataraq satışdan əldə etdiyi pulu qrupun digər üzvlərinə verəcəyi barədə ifadələri ilə, xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində yaşadığı mənzildə keçirilmiş axtarış nəticəsini əks etdirən protokoldakı izahı ilə, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı ona ibtidai istintaq orqanı tərəfindən CMnin 206.3.2-ci maddəsi ilə ona görə də ittiham verilmişdir ki, o, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Kəbleyi” adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə “Kəbleyi” adlı şəxs aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda – 218,855 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda – 103,659 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxsa təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək daşıyıb Sumqayıt şəhəri ərazisində gizlətməklə saxlayaraq bu barədə onu məlumatlandırmış, bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin yerdən götürüb qanunsuz əldə edib narkotik vasitə heroini bir hissəsini üstündə daşımaqla, qalan hissəsini və psixotrop maddə mütamfetamini isə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5, 114 saylı mənzilə daşıyaraq orada gizlədib saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları X17, Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs yalnız xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanıdıqlarını, onun narkotik vasitələr əldə etmə, saxlama, daşıma, satma barədə daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabroktyabr aylarında İran İslam Respublikasının Rəşt şəhərində “Kəbleyi” adlı şəxslə tanış olduğunu, Azərbaycana qayıdandan sonra “Kəbleyi” ona müxtəlif nömrələrdən zəng edərək Azərbaycan Respublikasına narkotik vasitə göndərdiyini və onu satmasını təklif etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və metafetamini əldə etdiyi mənbə olan “Kəbleyi” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitəni respubilka ərazisinə keçirən şəxsi və yaxud şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli, 012-8172-1220 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23.13-də Astara sərhəd nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə saat 09.55-də Astara sərhəd nəzarət məntəqəsindən giriş etmiş, xx.xx.2019-cu il tarixdə saat 21.54-də Astara sərhəd nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə saat 14.12-də Astara sərhəd nəzarət məntəqəsindən giriş etmiş, xx.xx.2019-cu il tarixdə saat 00.07-də Astara sərhəd nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə saat 03.25-də Astara sərhəd nəzarət məntəqəsindən giriş etmiş, xx.xx.2019-cu il tarixdə saat 17.22-də Astara sərhəd nəzarət məntəqəsindən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə saat 18.45-də Astara sərhəd nəzarət məntəqəsindən giriş etmiş, xx.xx.2019-cu il tarixdə saat 23.16-də Astara sərhəd nəzarət məntəqəsindən çıxış etmiş,xx.xx.2019-cu il tarixdə saat 10.42-də Astara sərhəd nəzarət məntəqəsindən giriş etmişdir. Təqsirləndirilən şəxs sərhəd məntəqəsindən giriş-çıxış edən zaman üzərində narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsə psixotrop maddə və narkotik vasitələrin saxlanıldığı yer barədə o zaman məlumat verilmişdir, artıq narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmi və Sumqayıt şəhərinə çatdırılmışdır. Yəni təqsirləndirilən şəxsin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə və narkotik vasitələrini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsi cinayət əməlinin törədilməsində təqsirli olmasını təsdiq edən sübutlar olmadığından, ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilməklə onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmədə tədqiq edilmiş «telefon danışıqlarına baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan +994 70 *** ** ** saylı mobil telefonu ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı söhbətlər etmişdir. Beləliklədə telefon danışıqlarına keçirilməsi barədə protokolla Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Ağayev X10 şəhər məhkməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal Rayon məhkməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci, 93.1.4,66.5, 66.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 09 ay 27 gün gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ilk 3 cinayətə görə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə görə müəyyən olunmuş müddət keçdiyinə görə məhkumluğu ödənilmş, lakin Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş sonuncu cəza üzrə onun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, axtarış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə 2005-ci il 28 iyun tarixlə Azərbaycan Respublikasının Qanunun 1-ci Siyahısına (Narkotik vasitələr) əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs yaşadığı evdən və üstündən götürülmüş heroinin miqdarı 103,659 qram külli miqdar əlamətindən dəfələrlə çoxdur. Həmin Qanunun 2-ci Siyahısına (Psixotrop maddlər) əsasən metafetamin maddə 0,15 qramdan şəxsi istehlak miqdarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvanlardan götürülmüş psixotrop maddə metafetaminin miqdarı (517,963 qram) külli miqdar əlamətindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətin residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq olan üç ədəd bükümdə, xalis çəkisi 103,459 qram çəkidə heroin, altı ədəd bükümdə 517,677 qram çəkidə psixotrop metafetamin və üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi məhv eilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 195,82 (yüz doxsan beş manat səksək iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun nəfinə 72 AZN (yetmiş iki) pul ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq olan üç ədəd bükümdə, xalis çəkisi 103,459 qram çəkidə heroin, altı ədəd bükümdə 517,677 qram çəkidə psixotrop metafetamin və üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi məhv eilsin. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 195,82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 72 AZN (yetmiş iki manat) pul Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-678/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-678/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver