Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-678/2021 22.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, F.Zərgərli küçəsi, ev 48-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Ləhiş bağları yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-cu il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində ögey atası Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin barəsində nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evin həyətindəki masanın üzərindən götürdüyü, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın və sağ qoluna 2 (iki) dəfə qəsdən vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qaraciyərin zədələnməsinə səbəb olan döş qəfəsi-qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmava aid damarların zədələnməsinə səbəb olan sağ bazu nahiyəsinin dəlib-keçən 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs olunanadək ustası Şahid1 yanında fəhləlik etmişdir. Şahid1 usta kimi sifarişlər qəbul edərək təmir işləri ilə məşğul olmuşdur. O da Şahid1 yanında fəhləlik etmişdir. Zərərçəkmiş şəxs onun ögey atasıdır və sonuncu mütəmadi spirtli içki qəbul etdiyindən onun anasının ünvanına söyüşlər söymüşdir. Bu səbəbdən də Zərərçəkmiş şəxsla onun anası arasında münasibətlər hər zaman pis olmuşdur. O, bir neçə dəfə Zərərçəkmiş şəxs müraciət edərək sonuncudan spirtli içki içməməsini, eləcə də anasını incitməməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymamışdır. Bu səbəbdən də onların münasibəti son vaxtlar soyuq olmuşdur. O, xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Ləhiş bağlarında fəhləlik etmək üçün işə getmişdir. Həmin gün axşam o, işlərini tamamladıqdan sonra ustası Tofiqlə birlikdə yaşadığı evə getmişdir. Onlar evə çatdıqda, onun anası onlara yemək hazırlamışdır. O, Şahid1, qardaşı İntizam və anası birlikdə yemək yemişlər. Həmin vaxt onun ögey atası Zərərçəkmiş şəxs evdə olmuşdur. Yemək yeyərkən o, anası Afətə Salyan rayonuna gedərək orada yaşamağı təklif etmişdir. O, anası Afətlə söhbət edən zaman Zərərçəkmiş şəxs evdən çıxmış və onların yanına gələrək onlara qulaq asdığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan nə üçün barəsində danışdığını soruşmuşdur. O isə Zərərçəkmiş şəxs sonuncu barəsində danışmadığını demişdir. Onun bu cavabından sonra Zərərçəkmiş şəxs onu pis-pis söyüşlərlə söyməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun anasını, eləcə də onun var-yoxunu ağır söyüşlərlə söymüşdür. O, dəfələrlə Zərərçəkmiş şəxs söyüş söyməməsini xahiş etsə də, sonuncu onun sözlərinə məhəl qoymayaraq daha da ağır söyüşlərlə onu söyməyə davam etmişdir. Hətta həmin vaxt onların evində olan Şahid1 də onun ögey atasından söyüş söyməməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs Şahid1 də sözlərinə məhəl qoymamışdır. Zərərçəkmiş şəxs onun ünvanına daha da ağır söyüşlər söyməyə davam etdikdən sonra o, masanın üzərində olan bıçağı götürərək Eminin üzərinə getmişdir. Lakin həmin vaxt Şahid1 və onun qardaşı İntizam onun qarşısını kəsərək əlindəki bıçağı ondan alaraq sakitləşdirmişlər. Şahid1 və qardaşı İntizam onun qarşısını aldıqdan sonra Zərərçəkmiş şəxs yaşadıqları evin qapısına doğru getmişdir. Zərərçəkmiş şəxs qapının qabağına çatdıqda bir qədər dayanmış və yenidən onu söyməyə başlamışdır. Həmin vaxt o, masanın üzərində olan bıçağı yenidən götürərək Zərərçəkmiş şəxs üzərinə qaçmışdır. Ustası Şahid1 onu saxlamağa cəhd etsə də buna nail ola bilməmişdir. Nəticədə o, Zərərçəkmiş şəxs çataraq sonuncuya əlindəki bıçaqla 2 (iki) dəfə zərbə vurmuşdur. O, Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduqdan sonra masanın yanına qayıdaraq orada oturmuşdur. Tofiq dərhal Zərərçəkmiş şəxs yaxınlaşmış və bu vaxt sonuncunun bədənindən qan gəldiyini görərək X13 çağırmışdır. X13 gəldikdən sonra Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Sonra polislər onun yaşadığı evə gələrək onu tutmuşlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməldən peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun ögey oğludur. O, 10 il bundan əvvəl İntiqamın anası Şahid3 ilə ailə qurmuşdur. Lakin onların arasında rəsmi nikah bağlanmamışdır. Onlar ailə qurduqdan sonra ər-arvad kimi yaşamağa başlamışlar. Onlar ailə qurduqları vaxt Şahid3 artıq iki oğlu olmuşdur. Onlardan biri Təqsirləndirilən şəxs, digəri isə Şahid2 olmuşdur. O, hər iki uşağa öz övladı kimi baxaraq böyütmüşdür. O, hərdən spirtli içki qəbul etdiyindən evdə söz-söhbət salmışdır. Bu səbəbdən də son zamanlar onun Afətlə və sonuncunun övladları ilə münasibəti pisləşmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs ustası Tofiqlə birlikdə onların yaşadıqları evə gəlmişdir. İntiqam və Tofiq gəlməmişdən bir müddət əvvəl Afətin digər oğlu Şahid2 da evə gəlmişdir. İntiqam və İntizam evə gəldikdən sonra Afət yemək hazırlamış və sonra onlar (Afət, İntiqam, İntizam və Tofiq) birlikdə masa arxasında əyləşərək yemək yeməyə başlamışlar. Həmin vaxt o, evin mətbəxində oturmuşdur. Həmin gün o, spirtli içki qəbul etdiyindən biraz sərxoş olmuşdur. O, mətbəxdə oturduğu vaxt İntiqam onun arxasınca danışmağa başlamış və anası Afətə rayona gedərək orada yaşamağı təklif etmişdir. O, mətbəxdə olsa da İntiqamın danışdıqlarını eşitmişdir. O, bunu eşitdikdən sonra İntiqamgilin yanına getmiş və sonuncudan nə üçün onun arxasınca danışdığını soruşmuşdur. Bu vaxt İntiqam ona kobudluq etmişdir. O da öz nöbəsində İntiqamı söyməyə başlamışdır. O, İntiqamı söyərkən sonuncu masanın üzərində olan bıçağı əlinə alaraq onun üzərinə gəlmişdir. Lakin həmin vaxt orada olan Tofiq və İntizam İntiqamın əlindəki bıçağı alaraq sonuncunu sakitləşdirmişlərr. O, İntiqamın onun üzərinə bıçaqla gəldiyini gördükdə çölə çıxmaq istəmişdir. Lakin o, evin qapısının qabağına çatdıqda dayanmış və İntiqamı söymüşdür. O, İntiqamı söydükdən sonra sonuncu qəflətən masadan qalxaraq onun üzərinə hücum etmiş və ona çataraq əlindəki bıçaqla 1 (bir) dəfə sağ qolundan, 1 (bir) dəfə qarın nahiyəsindən vurmuşdur. O, ağrıdan qışqırmış və bundan sonra İntiqam geri çəkilərək masanın yanına getmişdir. Bundan sonra Şahid1 qaçaraq ona yaxınlaşmış və X13 çağırmışdır. Sonra həkimlər gələrək 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. O, xəstəxanada əməliyyat olunmuş və hazırda özünü yaxşı hiss edir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ögey oğlu Təqsirləndirilən şəxsla barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə onun ögey atasıdır. O, tikinti yerlərində fəhləlik etmişdir. O, hər gün səhər saatlarında evdən çıxmış və axşam saatlarında evə qayıtmışdır. O, xx xxxxxxx 2020-ci il tarixində, saat 09:00 radələrində işə getmişdir. O, həmin gün saat 19:40 radələrində işdən evə qayıtmış və anasından yemək hazırlamasını xahiş etmişdir. Anası isə qardaşı İntiqamın ustası Tofıqlə birlikdə bir neçə dəqiqədən sonra evə çatacaqlarını bildirmiş və sonuncular evə çatdıqdan sonra birlikdə yemək yeməyi ona təklif etmişdir. O da anası ilə razılaşmış və qardaşı İntiqamın gəlməsini gözləmişdir. Həmin gün saat 20:00 radələrində qardaşı İntiqam ustası Tofıqlə birlikdə evə gəlmişdir. Qardaşı və ustası gəldikdən sonra anası Afət onlara yemək hazırlamışdır. Sonra o, qardaşı İntiqam və Şahid1lə birlikdə yemək yemişdir. Onlar yemək yeyərkən anası Afət də onlarla birlikdə masa arxasında oturmuşdur. Yemək vaxtı İntiqam anası Afətlə söhbət edərək anasına Salyan rayonuna gedərək orada yaşamağı təklif etmişdir. İntiqam anası Afətlə söhbət etdiyi zaman ögey atası Zərərçəkmiş şəxs evdən çıxaraq onlara yaxınlaşmış və onlara qulaq asdığını demişdir. Zərərçəkmiş şəxs bunu dedikdən sonra İntiqamdan niyə barəsində danışdığını soruşmuşdur. İntiqam isə Zərərçəkmiş şəxs sonuncu barəsində danışmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs İntiqamı ağır söyüşlərlə söyməyə başlamışdır. Hətta Zərərçəkmiş şəxs həmin vaxt İntiqamın var-yoxuna çox ağır söyüşlər işlətmişdir. İntiqam və ustasıTofiq dəfələrlə Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməməsini tələb etmişlər, lakin sonuncu İntiqamgilin sözlərinə məhəl qoymamışdır. İntiqam Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməyə davam etdiyini görüb masanın üzərində olan bıçağı götürərək sonuncunun üzərinə getmişdir. Lakin Tofiq və o, həmin vaxt İntiqamın qarşısını almışlar. Sonra onlar İntiqamı biraz sakitləşdirmişlər. Onlar İntiqamın qarşısını aldıqdan sonra Zərərçəkmiş şəxs yaşadıqları evin qapısına doğru getmişdir. Zərərçəkmiş şəxs qapının qabağında dayanıb yenidən İntiqamın və onların var-yoxunu söyməyə davam etmişdir. Bu vaxt qardaşı İntiqam qəflətən masanın üzərində olan bıçağı götürərək Zərərçəkmiş şəxs üzərinə qaçmışdır. O, Tofiqlə birlikdə İntiqamı saxlamaq istəsələr də buna müvəffəq olmamışlar. İntiqam Zərərçəkmiş şəxs çataraq bıçaqla sonuncuya 2 (iki) zərbə vurmuşdur. Sonra İntiqam geriyə dönərək masanın yanına gəlmiş və yenidən masanın arxasında oturmuşdur. Bundan sonra Tofiq dərhal Zərərçəkmiş şəxs yaxınlaşmış və bu zaman sonuncunun bədənindən qan gəldiyini görüb X13 çağırmışdır. X9 həkimləri onların yaşadıqları evə gəldikdən sonra Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə digər Şahid2 oğlunun ifadəsində göstərmiş olduğu xüsusatları tam şəkildə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. O, usta kimi işləmiş, Təqsirləndirilən şəxs isə onun yanında fəhləlik etmişdir. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ögey atası kimi tanımışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində o, Təqsirləndirilən şəxsla Ləhiş bağlarında yerləşən evlərin birində işlədikdən sonra İntiqamla birlikdə işdən çıxıb sonuncunun yaşadığı evə getmişdir. Onlar İntiqamgilin yaşadığı evə çatdıqda sonuncunun anası onlara yemək hazırlamışdır. Sonra o, İntiqamla və sonuncunun qardaşı İntizamla birlikdə yemək yeməyə başlamışdır. Sonra İntiqamın anası Afət də onların oturduqları masanın yanına gələrək onlarla birlikdə masa arxasında oturmuşdur. Onlar yemək yeyərkən İntiqam anası Afətə Salyan rayonuna gedərək orada yaşamağı təklif etmişdir. İntiqam anası Afətlə söhbət edərkən İntiqamın ögey atası Zərərçəkmiş şəxs evdən çıxaraq onlara yaxınlaşmış və İntiqama müraciət edərək sonuncunun Afətlə danışığına qulaq asdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs İntiqamdan nə üçün barəsində danışdığını soruşmuşdur. İntiqam isə Zərərçəkmiş şəxs sonuncu barəsində danışmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs İntiqamı söyməyə başlamışdır. Zərərçəkmiş şəxs İntiqamın anası və var-yoxuna ağır söyüşlər söymüşdür. O və İntiqam dəfələrlə Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməməsini xahiş etsələr də, sonuncu onların xahişinə məhəl qoymamış və daha da ağır söyüşlərlə İntiqamı və sonuncunun var-yoxunu söyməyə davam etmişdir. İntiqam dəfələrlə ögey atasına müraciət edərək söyüş söyməməsini tələb etsə də, sonuncu nalayiq hərəkətlərini dayandırmamış, əksinə daha da ağır söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs bunu gördükdə, masanın üzərində olan bıçağı götürərək Eminin üzərinə getmişdir. Lakin o və İntizam həmin vaxt İntiqamın əlindəki bıçağı alaraq sonuncunu sakitləşdirə bilmişlər. Sonra Zərərçəkmiş şəxs evin qapısına doğru getmişdir. Zərərçəkmiş şəxs qapıya çatdıqda yenidən İntiqamın və Afətin ünvanına kobud və nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs özünü cilovlaya bilməmiş və qəflətən masanın üzərində olan bıçağı götürərək Zərərçəkmiş şəxs üzərinə qaçmışdır. O, İntiqamın qarşısını almaq istəsə də buna nail ola bilməmişdir. İntiqam Eminə çatan kimi sonuncuya əlindəki bıçaqla 2 (iki) dəfə zərbə vurmuşdur. İntiqam zərbə vurduqdan sonra geri qayıtmış və masanın arxasında əyləşmişdir. Bundan sonra o, dərhal Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunun bədənindən qan gəldiyini görmüşdür. Bundan sonra o, X11 zən etmiş və kömək istəmişdir. Bir qədər sonra X9 həkimləri gələrək Zərərçəkmiş şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 8) görünür ki, cinayət hadisəsi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Ləhiş bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinin giriş qapısının qabağında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqdim etmə və götürmə protokolundan, ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 10-11) görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə cinayətin aləti qismində istifadə etmiş olduğu bıçağı polis əməkdaşına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-609/2020 saylı qərarından (cild 1, iş vərəqə 54-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin 2148 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 97-98) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 83) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1354 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 106) görünür ki, təqdim edilmiş predmet - kustar kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 rayon şöbəsinin 1702 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 107-110) görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin zədələnməsinə səbəb olan döş qəfəsi-qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd və damarların zədələnməsinə səbəb olan sağ bazu nahiyəsinin dəlib-keçən 1 (bir) ədəd, cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçağın təsirindən törənə bilər, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx xxxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə qaraciyərin zədələnməsinə səbəb olan döş qəfəsi-qarın nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, damarların zədələnməsinə səbəb olan sağ bazu nahiyəsinin dəlib-keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 119-122) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi yeri, yəni Zərərçəkmiş şəxs harada və hansı qaydada bıçaqla xəsarət yetirdiyi yeri əyani şəkildə götərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 125-130) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) mətbəx bıçağının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 1, iş vərəqə 135-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 196) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X8 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, irəli sürülmüş ittihamı, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ögey oğludur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs anası Şahid3 rəsmi qaydada nikaha daxil olmasalar da uzun müddətdir ki, ər-arvad kimi birlikdə yaşayırlar. Cinayət hadisəsi xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin birlikdə yaşadıqları evin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs Şahid1 yanında fəhləlik etdiyindən həmin gün onlar işdən sonra birlikdə İntiqamgilin yaşadığı, yəni Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Ləhiş bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Həmin vaxt evdə İntiqamın anası Şahid3, İntiqamın qardaşı Şahid2 və İntiqamın ögey atası Zərərçəkmiş şəxs olmuşdur. Onlar evə çatdıqdan sonra Şahid3 yemək hazırlamış və İntiqam ustası Tofiq və qardaşı İntizamla birlikdə evin həyətində oturub yemək yemişlər. Bir qədər sonra Şahid3 onların yanına gələrək masa arxasında oturmuşdur. Zərərçəkmiş şəxs isə həmin vaxt evdə olmuşdur. Cinayət hadisəsi baş verən vaxt hadisə yerində İntiqam, İntizam, Afət, Tofiq və Emin olmuşlar. Qeyd edilən şəxslərdən başqa həmin vaxt orada kənar şəxs olmamışdır. Həmin gün Zərərçəkmiş şəxs spirtli içki içmiş, lakin məhkəmə istintaqında onun sərxoş olub-olmamasını, sərxoş olduğu halda sərxoşluğun dərəcəsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı bununla bağlı heç bir araşdırma aparmamış, bu kimi vacib əhəmiyyət kəsb edən halın aydınlaşdırılması istiqamətində heç bir tədbir görməmişdir. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsinə istinad edərək hadisə vaxtı onun sərxoş olması nəticəsinə gəlmişdir. İntiqam masa arxasında ögey atası Zərərçəkmiş şəxs spirtli içki alüdəçisi olduğundan gileylənərək anası Şahid3 Salyan rayonuna gedərək orada yaşamağı təklif etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs İntiqamgilin yanında olmasa da (Zərərçəkmiş şəxs evin mətbəxində olmuşdur) İntiqamla Afətin arasında olan söhbəti eşitmişdir. Zərərçəkmiş şəxs qeyd edilən söhbəti eşitdikdən sonra İntiqamgilə yaxınlaşmış və sonuncudan niyə onun arxasınca danışdığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində ögey atası Eminin arxasınca danışmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əsassız yerə əsəbiləşərək Təqsirləndirilən şəxs və sonuncunun anasının (həmdə öz arvadının) var-yoxuna ağır söyüşlər söyməyə başlamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına ağır söyüşlər söyməsini baş vermiş hadisənin şahidləri qismində çıxış edən Tofir Hacıyev, Şahid2 və Şahid3 eşitmişlər. Qeyd edilən şahidlər həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sərbəst şəkildə ifadə verərək qeyd edilən xüsusatları təsdiq etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əsassız yerə söyməsi və onların arasında baş vermiş mübahisənin səbəbkarı qismində Zərərçəkmiş şəxs çıxış etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxs İntiqamın özünü və sonuncunun var-yoxunu dəfələrlə söydükdən sonra İntiqam və onun ustası Şahid1 bir neçə dəfə Zərərçəkmiş şəxs söyüş söyməməsini, başqa sözlə, əxlaqsız hərəkətlərinə son qoymasını xahiş etmişlər. Zərərçəkmiş şəxs isə İntiqamla Tofiqin xahişlərinə məhəl qoymamış, əksinə daha da ağır söyüşlər söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs ögey atası Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərindən əsəbiləşərək həmin vaxt onun yanında olan masanın üzərindəki mətbəx bıçağını götürmüş və sonuncunun üzərinə getmişdir. Lakin Şahid1 və İntizam Təqsirləndirilən şəxs qarşısını kəsərək onun əlindən bıçağı almışlar və sonuncunu sakitləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sakitləşmiş, törətmək istədiyi cinayəti törətməmiş və geri qayıdaraq yenidən masa arxasında əyləşmişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs sakitləşməmiş və evdən çıxarkən qapının qabağında yenidən Təqsirləndirilən şəxs ağır söyüşlərlə söyməyə başlamışdır. Bu dəfə Təqsirləndirilən şəxs ögey atası Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinə dözə bilməmiş və masanın üzərindəki bıçağı götürərək Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya 2 (iki) dəfə bıçaqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs ögey atasını bıçaqladıqdan sonra yenidən Zərərçəkmiş şəxs zərbə endirmək imkanına malik olsa da, bunu etməyərək geri qayıtmışdır. Sonra Şahid1 vaxtında gördüyü tədbirlər nəticəsində Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Nəticədə Zərərçəkmiş şəxs ağır xəsarət almışdır. Onun almış olduğu ağır xəsarətlə Təqsirləndirilən şəxs əməlləri arasında birbaşa səbəbli əlaqə mövcuddur. Yuxarıda müəyyən edilmiş halları məcmu halda təhlil edərək məlum olur ki, Təqsirləndirilən şəxs ögey atası Zərərçəkmiş şəxs qarşı həqiqətən də Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, həmin cinayəti Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Məhkəmə bu hissədə gəldiyi nəticəni onunla izah edir ki, Zərərçəkmiş şəxs əsassız şəkildə Təqsirləndirilən şəxs onun ustası Şahid1, qardaşı İntizamın və anası Afətin qarşısında söyərək şəxsiyyətini alçatmış, Təqsirləndirilən şəxs yad şəxsin, yəni ustası Şahid1, eləcə də balaca qardaşı və anası qarşısında özünü təhqir olunmuş hiss etmiş, habelə cavan olduğundan hisslərini cilovlaya bilməyərək bıçaqla Zərərçəkmiş şəxs üzərinə qaçmışdır. Lakin Şahid1 və Şahid2 vaxtında etdikləri müdaxilə nəticəsində onun əməllərinin qarşısı alınmışdır. Zərərçəkmiş şəxs sakitləşmək əvəzinə yenidən İntiqamın ünvanına ağır söyüşlər söyərək sonuncunu yenidən qıcıqlandırmışdır. Nəticədə isə Təqsirləndirilən şəxs məlum cinayət əməlini törətmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında məlum cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və sözügedən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə tövsif edir və hesab edir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti məhz Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-678/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-678/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver