Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-678/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2013-cü il təvəllüdlü bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, ev 14/1B–də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün özünü İran İslam Respublikası vətəndaşı “Mehdi” adı ilə təqdim edən, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə tanış olub “Mehdi” adlı şəxsin “Whatsapp” proqram təminatı vasitəsilə ona narkotik vasitə və psixotrop maddələrin olduğu yerlər barədə göndərəcəyi mesajlara əsasən həmin maddələri sifariş əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmək barədə danışıb razılaşaraq 13 sentyabr 2022-ci il tarixdə saat 20:46 dəqiqədə psixotrop maddə olan 501,071 qram metamfetaminin olduğu yer barədə “Mehdi” adlı şəxs tərəfindən işarələnərək həmin proqram təminatı vasitəsilə göndərilmiş fotoşəkli qəbul etdikdən sonra, həmin tarixdə saat 22 radələrində taksi ilə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun 10-cu km-də, “RS oil” yanacaqdoldurma məntəqəsindən 100 metr aralıda, yolun kənarına gələrək orada sürət məhdudiyyəti yol nişanının yanında kolluqda gizlədilmiş üç ədəd polietilen paketdə qablaşdırılaraq bir ədəd qara rəngli sellofan torbada qoyulmuş, təmiz çəkiləri ayrı-ayrılıqda 201,050 qram, 201,010 qram və 100,011 qram olmaqla ümumi təmiz çəkisi 501,071 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini həmin yerdən götürüb aralanmaq istəyərkən xx.xx.2022-ci il tarixdə saat 23:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan- Xocasən yolunun 10-cu km-də, “RS oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli sellofan torbanın içərisindən həmin çəkilərdə psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Babək prospektində yerləşən fərdi yaşayış evdə 12 yaşlı qızı Abı Damla ilə birlikdə kirayədə yaşamış, əri rəhmətə getmiş, tutulmamışdan 15 gün əvvəl Türkiyədən Azərbaycana gəlmiş, Türkiyədə olan zaman rəfiqələrindən biri onu iranlı Mehdinin telefon əlaqəsini vermişdir ki, bu şəxs imkanlıdır, ona işlə bağlı lazım olarsa kömək edə bilər. Onunla şəxsən görüşməsə də telefonla görüntülü danışmış, metamfetamin istifadəçisi olduğunu ona bildirmişdir. Azərbaycanda olduğu zaman Mehdinin təklifi ilə sonuncunun Bakı şəhərində digər şəxslər vasitəsi ilə yerləşdirdiyi narkotik vasitələr və psixotrop maddələri pul müqabilində digər yerlərə qoymasını razılaşmışdır. Bakıda Cəfər adlı şəxslə yaxınlıq etmiş, lakin Cəfərin onun qanunsuz işlərindən məlumatı olmamışdır. Mehdinin göstərişi ilə bir neçə dəfə sonuncunun bildirdiyi və şəkillərini göndərdiyi yerlərdən narkotik vasitə və psixotrop maddələri olan bağlamaları yaşadığı ünvana gətirmiş, sonra isə Mehdinin dediyi yerlərə qoyaraq sonuncunun onun kartına pul köçürmələrinə nail olmuşdur. Sonuncu dəfə 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Mehdi ona Xocasən qəsəbəsindən Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzi istiqamətində, yolun kənarında yaşıl rəngli yanacaq doldurma məntəqəsinin yaxınlığına qara rəngli sellofan torbada metamfetamin qoyacağını demişdir. O həmin günü saat 23 radələrində Masazır qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında yaşayan Cəfərin qohumu Abilin idarə etdiyi taksi ilə öz qızı ilə birlikdə getmiş, Lökbatan qəsəbəsindən Xocasən qəsəbəsi istiqamətində gələndə, yaşıl rəngli yanacaq doldurma məntəqəsini biraz keçəndən sonra yolun kənarında maşından düşüb Mehdinin dediyi bağlamanı axtarmış, bağlamanı tapa bilməyərək maşına tərəf qayıdan zaman bir neçə mülki şəxs tərəfindən saxlanılmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan şübhələndiklərini bildirərək ondan bu ərazidə gecə vaxtı nə etdiyini soruşmuşlar. O da tam səmimi olaraq onlara bildirmişdir ki, burada iranlının dediyi zakladka olmalı, lakin həmin zakladkanı tapa bilməmişdir. Bundan sonra telefonda olan Mehdinin göndərdiyi psixotrop maddənin yerləşdirildiyi yerin fotoşəkillərini polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəkillər əsasında polislər özləri metamfetamin olan yeri aşkar edib qara rəngli sellofan torbanı taparaq onu polis idarəsinə aparmışlar. Həmin idarədə polis əməkdaşlarından biri onu vurmuşdur ki, o, qara sellofan torbanın ona məxsus olmasını etiraf etsin. Bundan sonra onu təhqiqatçıya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət edərək polislərin ona verdikləri Mehdinin göndərdiyi torbaya videoçəkiliş keçirməklə baxış keçirmişlər. Baxış zamanı Mehdinin ona göndərdiyi qara sellofan torbanın içindən 3 ədəd bükümdə metamfetamin aşkar edilmiş, həmçinin onun özündə olan bir ədəd mobil telefonu və şəxsiyyət vəsiqəsini də təhqiqatçıya təqdim etmişdir. Taksi sürücüsü Abilin onun nə üçün Xocasən qəsəbəsinə getməsindən xəbəri olmamışdır. Ona istintaq təcridxanasında barəsində tərtib edilmiş tibbi kartasının surəti elan edildi. Həmin tibbi kartanın surətindən müəyyən edilmişdir ki, onun bədənində zədə və xəsarət olmamış, yalnız sağ qalça çuxur nahiyyəsində cərrahiyə əməliyyatından sonrakı və sol pəncənin ön səthində termiki yanıqdan sonrakı çapıq izi aşkar olunmuşdur. Bildirir ki, həmin çapıqlar bir neçə il bundan əvvəl əmələ gəlmiş, bu hadisə ilə bağlı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanmışdır. Belə ki, ona daxil olmuş əməliyyat məlumatından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adı-soyadı olan qadın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Həmin qadının ətrafında əməliyyat tədbirləri keçirib sonuncunun xx.xx.2022-ci il tarixdə gecə vaxtı taksi maşını ilə Lökbatan-Xocasən istiqamətində hərəkət etdiyini müşahidə etmişlər. O, özünə məxsus CİP markalı maşında həmkarları Şahid3 və Şahid2 ilə birlikdə həmin taksi maşınını təqib etmişlər. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun 10-cu km-də, “RS Oil” Yanacaq doldurma məntəqəsindən 100 metr irəlidə “Opel Astra” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba ilə bir nəfərlə dayandığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yanındakı şəxsin avtomobilin sürücüsü Şahid5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə etməsi şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü hər iki şəxs avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə təmin edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun, müdafiəçinin, baş əməliyyat müvəkkili Şahid3, Şahid4 iştirakı ilə, əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlindəki bir ədəd qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq, torbanın içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli torba açılmış, həmin torbanın içərisində 03 ədəd şəffaf bükümlər, həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri iranlı Mehdinin dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin metamfetamin olduğunu, həmin bükümləri iranlı “Mehdi” adlı şəxsdən əldə etdiyini, həmin bükümləri pul müqabilində deyiləcək yerlərə qoyacağını bildirmişdir. Aşkar edilərək götürülmüş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən yanında olmuş Şahid5 məxsus avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı avtombildən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs düzgün ifadə vermir. Belə ki, onlar Xocasən qəsəbəsi isitiqamətində dayanmış Opel Astra markalı avtomobilin yanına çatanda Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli sellofan torba olmuşdur. Onlar Təqsirləndirilən şəxs əlində sellofan torba görəndən sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid3 həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında həmkarları Şahid1 və Şahid2 ilə birlikdə Şahid1 məxsus maşınla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə vaxtı taksi maşını ilə Lökbatan-Xocasən istiqamətində hərəkət etdiyini müşahidə edərək həmin taksi maşınını təqib etmişlər. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun 10-cu km-də, “RS Oil” Yanacaq doldurma məntəqəsindən 100 metr irəlidə “Opel Astra” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba ilə bir nəfərlə dayandığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yanındakı şəxsin avtomobilin sürücüsü Şahid5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə etməsi şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü hər iki şəxsi avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə təmin etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onun, müdafiəçinin, əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid4 iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlindəki bir ədəd qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq, torbanın içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli torba açılmış, həmin torbanın içərisində 03 ədəd şəffaf bükümlər, həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri iranlı Mehdinin dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin metamfetamin olduğunu, həmin bükümləri iranlı “Mehdi” adlı şəxsdən əldə etdiyini, həmin bükümləri pul müqabilində deyiləcək yerlərə qoyacağını bildirmişdir. Aşkar edilərək götürülmüş bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən yanında olmuş Şahid5 məxsus avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı avtombildən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs düzgün ifadə vermir. Belə ki, onlar Xocasən qəsəbəsi isitiqamətində dayanmış Opel Astra markalı avtomobilin yanına çatanda Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli sellofan torba olmuşdur. Onlar Təqsirləndirilən şəxs əlində sellofan torba görəndən sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu Polis bölməsinə aparmışlar. İstər saxlanılan zaman, istərsə də polis idarəsində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Nərminin üzərinə baxış keçirilən zaman baxışda iştirak etmişdir. Belə ki, o, Qaradağ rayonu ərazisində yerləşən 10-cu PB-nin yaxınlığında olan kafedə xadimə işləyir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilənədəkonu tanımamış, onunla heç bir münasibəti olmamışdır. 13 sentyabr 2022-ci il tarixdə axşam vaxtı kafedə olan zaman ona polis əməkdaşı yaxınlaşaraq bildirmişdir ki, onlar narkotik vasitələrin saxlanılmasında şübhəli bildikləri bir qadını bölməyə çağırmışlar, lakin o qadının üzərinə yalnız qadın baxış keçirə bildiyi üçün onu bu baxışda iştirak etməyə dəvət etmişdir. O, polisin bu müraciətinə etiraz etməmiş, bölmədə xidməti otaqda həmin bu qadını, yəni Nərminə Quliyevanı görmüş, sonuncu polis əməkdaşının təklifinə əsasən əlində tutduğu sellofan paketi masanın üzərinə qoymuş, həmin torbadan üç ədəd polietilen paket çıxmış, paketlərdəki isə qanunsuz maddə olan metamfetamin çıxmışdır. Həmin paketləri tərəzidə çəkilmiş 510 qram olması müəyyən edilmişdir. Bundan sonra o Nərminin paltarına əl gəzdirmiş, lakin başqa heç bir aşkar etməmişdir. Baxış zamanı Nərminə qarşı heç bir təzyiq olmamış, heç kəs ona fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 13 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməlidir. Tədbirin keçirilməsi ilə əlaqədar yaradılmış qrupa Şahid1 başqa o və digər həmkarı Şahid3 də daxil olunmuş, üçü birlikdə özlərinin avtomaşını ilə məlumatda bildirildiyi ünvana gedərək Lökbatan qəsəbsi, Lökbatan- Xocasən yolunun 10-cu km-də yanacaq doldurma məntəqəsindən 100 metr irəlidə “Opel Astra” markalı maşının yanında Təqsirləndirilən şəxs əlində tutduğu torba ilə görüb ona yaxınlaşaraq özlərini təqdim edib onun kim olduğu, bu vaxtı bu ərazidə nə etdiyi, torbada nə olduğu ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, torbada isə psixotrop maddə metamfetamin olduğunu, həmin yerdən «zakladkadan» iranlının bildirdiyi yerdən torbanı götürdüyünü bildirmişdir. Bundan sonra Baş İdarənin təhqiqatçısı, polis mayoru Yelmar Vahabov bölməyə gəlmiş, Təqsirləndirilən şəxs xanım vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs əlində saxladığı torbanı təhqiqatçıya təqdim etmiş, həmin torbada olan üç ədəd bükümün içərisində metamfetamin olduğunu etiraf etmişdir. Üzərinə baxış keçirilməsi üçün dəvət edilmiş kənar qadın Təqsirləndirilən şəxs paltarının ciblərindən başqa əşya aşkar etməmişdir, üzərində olan mobil telefonu və şəxsiyyət vəsiqəsini isə Nərmin özü təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, metamfetamini zakladka edən iranlıdan əldə etmişdir ki, sonuncunun sonra bildirdiyi ünvanlara yerləşdirsin. Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman fiziki zor və təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir, çəkisi çox olmuş, dəqiq xatırlamır, amma onu xatırlayır ki, “Opel Astra” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs tanışı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 2015-ci ildən İ qrup əlildir, sol ayağı diz nahiyəsindən yuxarı kəsilmişdir. Təxminən 10 ildir ki “Opel Astra” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində tanımışdır. Təqsirləndirilən şəxs taksi xidmətləri göstərmişdir. Sonuncu dəfə 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Nərminin xahişi ilə onu yaşadığı evdən qızı ilə birlikdə Lökbatan istiqamətində aparmışdır. Yolunun üstündə olan yaşıl rəngli yanacaq doldurma məntəqəsinin yaxınlığında geri dönüş edib üzü Xocasən qəsəbəsi istiqamətinə geri qayıtmışdır. Nərminin deməsinə görə kimsə orada ona 50 manat pul verməlidir ki, uşağı üçün məktəb paltarları alsın. Həmin yanacaq doldurma məntəqəsini biraz keçib Nərminin xahişi sasında dayanmışdır. Belə ki, Nərminin qızı tualetə getmək istədiyini bildirmişdir. Nərmin qızı ilə avtomobildən yerə düşmüş, o isə əlil olduğu üçün maşında qalmışdır. Bu zaman mülki və polis geyimində olan şəxslər təxminən 10 nəfər ona yaxınlaşaraq burada nə iş gördüklərini soruşmuşlar. Demişdir ki, müştəriləri, yəni bir qadın uşaqla tualetə getmək üçün maşından düşmüşlər, o da onları gözləyir. Nərminin üzərində qadın çantası olmuşdur. Həmin çanta ilə o uşaqla birlikdə maşından çıxmışdır. Başqa bir əşya maşında olmamışdır. Polislər onun telefonunda olan məlumatları yoxlamış, maşınını axtarmışlar, lakin heç nə aşkar etməmişlər. Bundan sonra polislər telefonun işığı ilə yol kənarında olan 60 km yol işarəsinin yanından otluqdan bir sellofan torba tapıb öz maşınlarınaqoymuş, onu maşını ilə birlikdə, Nərmini və Nərminin uşağını özləri ilə Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. Orada Nərmin başqa otaqda olmuş, o isə digər bir otaqda olmuşdur. Bir azdan polis əməkdaşları onun maşınına baxış keçirmiş, lakin heç bir qanunsuz əşya aşkar etməmişlər. Bu səbəbdən onu maşını ilə birlikdə buraxmışlar. Nərmin isə orada qalmışdır. Polislərin tapdıqları sellofan torbada nə olduğunu bilmir. Sonradan müstəntiqə ifadə verərkən bilmişdir ki, həmin torbada külli miqdarda metamfetamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma anasıdır. Onun özünün 9 yaşı vardır, anası ilə birlikdə yaşayırdı. Anasının tutulduğu günü bir taksi ilə anası ilə birlikdə xalasıgilə gedirdilər. Yolda ayaqyoluna çıxmaq üçün anasının xahişi ilə taksi sürücüsü maşını yolun kənarında saxlamış, o və anası maşından enərək yolun kənarına kolluqların arasına keçmişlər. Orada o, işini gördükdən sonra taksinin yanına qayıtmışlar. O, ayaqyolunda olduğu zaman anası Təqsirləndirilən şəxs kolluqların arasında heç nə axtarmamış, heç nə götürməmişdir. Qayıdaraq maşına minmək istəyən zaman onların oturmaq istədikləri maşının yanına onlardan biri polis maşını olmaqla üç maşın yaxınlaşmış, maşınlardan çıxan polis əməkdaşları anasına onlarla birlikdə polisə getməyi təklif etmişlər. Bundan sonra o, anası , həmçinin taksi sürücüsü maşını ilə birlikdə polisə aparılmışdır. Orada anası başqa otağa aparılmış, onu isə taksi sürücüsünün oğlu gəlib aparmışdır. Anasının üzərindən hər hansı bir əşyanın aşkar olunmasından məlumatı olmamışdır. Hal-hazırda dayısı X6 ilə yaşayır, anasının buraxılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə, saat 23.05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunda yerləşən dairənin yaxınlığında Şahid5 idarə etdiyi “Opel Astra” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında əlində olan sellofan torbayla, Şahid5 ilə birlikdə saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, avtomobil isə bölmənin həyətinə yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən X5 tutulmuşdur. Məhkəmə nəzərə alır ki, BNMİ-nin xx.xx.2022-ci il tarixli raportunda Təqsirləndirilən şəxs tutulma vaxtı xx.xx.2022-ci il saat 23:05 göstərilmiş və Təqsirləndirilən şəxs tutulma vaxtı məhz xx.xx.2022-ci il tarixdən saat 23:05-dən hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, əlində olan qara rəngli sellofan torbanın içərisindəki 03 ədəd polietilen paket olan psixotrop maddə metamfetamin olan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı “Mehdi” adı şəxsdən əldə etdyini, həmin bükümləri sonuncunun göstərişi ilə deyilən ünvanlara 50 manat müqabilində qoyacağını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobidə axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Şahid5 idarə etdiyi “Opel Astra” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid5 onun narkotik vasitə dalınca gəlməsindən xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli izahatından, eyni tarixli şübhəli şəxs qismində verdiyi ifadəsindən və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, o 501,071 qram metamfetamini İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsdən əldə etmiş, həmin bükümləri müvafiq olaraq 50 manat müqabilində deyiləcək yerlərə qoymalı idi. Saxlanılan zaman və üzərinə baxış zamanı ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan müəyyən olunur ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirib, ona qarşı fiziki və zor tətbiq edilməsi ilə əlaqədar heç bir şikayət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 6/5158 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd p/e paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 200.050qram; 201,010qram; 100,011qram; ümumi təmiz çəkiləri 501,071 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 paketdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5481 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomtimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstəxanası” X9 10226 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 2 nömrəli Psixatriya Xəstəxanasının 1/3845 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 5 ildə müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş «Poco» markalı mobil telefona İ.Quliyevanın və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman mobil telefonda “Mehdi” adlı şəxslə yazışmaları, səsli mesajları, fotoşəkillər aşkar edilmiş, «Mehdi» adlı şəxsin ona əvvəllər bir neçə bükümdə narkotik vasitə və psixotrop maddə göndərməsi və onun da həmin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması açıq-aşkar yazışmalarda qeyd olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs «Mehdi» adlı şəxs ilə yazışmalarda göndərilmiş səsli mesajları dinləyərək, qadın səsi olan bütün səsli mesajların ona aid olduğunu, özü tərəfindən, öz səsi ilə qeydə alınaraq göndərildiyini bildirmişdir. Protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi – 500,951 qram 03 ədəd p/e paketdə olan hissəsi və «Poco» markalı mobil telefon saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 069-15938 və 069-30322-1222 saylı “Əməliyyat Tapşırığı”-na cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2013-cü il təvəllüdlü bir uşağı vardır, həmin uşaq onun qardaşı X11 himayəsindədir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olduğu xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçirilmiş, bədənində zədə və xəsarətlər olmamış, yalnız sağ qalça çuxur nahiyyəsində əməliyyatdan sonra və sol pəncənin ön səthində termiki yanıqdan sonrakı çapıq izi aşkar edilmişdir Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq zamanı və məhkəmədə verdiyi özünün və şahidlərin ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi protokolu, diskə və mobil telefona baxış protokolları, məhkəmə-narkoloji və məhkəməkimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi əməli tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri satış məqsədi ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Mehdi» adlı şəxslə qabaqcadan əlbir olimaqla psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, o cümlədən «Mehdi» adlı şəxsin bildirdiyi ərazidən külli miqdarda psixotrop maddə metamfetami satış məqsədi ilə əldə etməsi, saxlaması tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi ilə yanaşı CM-nin 234.4.4-cü maddəsi ilə tösif edilməsinə zərurət olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası CM-nin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsilə əlaqəli şəkildə şərh edilməsinə dair» qərarından müəyyən olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin intensiv informasiya ehtiyyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasında fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kültəvilik əlaməti olduğu halda CM-nin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, bir dəfə, bir epizod üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamasına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində kitləvilik əlamətləri mövcud olmamış və ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yaşanı 234.4.4-cü maddəsi ilə, yəni informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etmə tövsifedici xüsusat üzrə ittihamın verilməsinə əsas yoxdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ittihamından CM-nin 234.4.4-cü maddəsini xaric edir. Onun əməlini yalnız CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tösif edir və bu maddələrlə ona cəza təyin eidməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomtimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 sentyabr 2022-ci il tarixdən saat 23:05-dən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 500,951 qram 03 ədəd p/e paketdə olan psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş «Poco» markalı mobil telefon cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən saat 23:05-dən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 500,951 qram 03 ədəd p/e paketdə olan psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş “Poco” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-678/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-678/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver