Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-678/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi2 və “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının təxminən birinci on günlüyündə Bakı şəhərində başqa mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, yəni 2150,0 qram miqdarında narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib idarə etdiyi "Kia Optima" markalı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat Şossesinə daşımış, həmin ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə BDYPİ-nin YPXA-nın Xüsusi Tağımının əməkdaşları tərəfindən o, 08 aprel 2023-cü il tarixdə saat 17:30-da saxlanılarkən onun narkotik sərxoşluğu vəziyyətində olmasınadair əsaslı şübhələr olduğundan o, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasının inzibati ərazisinin həyətinə gətrilib orada onun idarə etdiyi "Kia Optima" markalı Az ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin salonunun ön tərəfindən içərisində təmiz çəkisi 2150,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış bir ədəd polietilen torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, narkotik vasitə növü olan marixuanadan istifadə etdiyinə görə özünü qismən təqsirli bilir. O, hadisə günü maşın sürərkən narkotik vasitənin təsiri altında olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkoloji müayinəyə, daha sonra isə polis bölməsinə aparılmışdır. İttiham aktında yazılan miqdarda narkotik vasitənin ona aid olmasını polis bölməsində təzyiq altında olduğuna görə məcbur qalaraq qəbul etmişdir. O, təzyiq altında olduğunu dedikdə polis əməkdaşları tərəfindən döyülməyini nəzərdə tutur. Ona təzyiq göstərərək, ittiham aktında göstərilən miqdarda narkotik vasitəni qəbul etsin deyə elektroşok vasitəsilə işgəncə verirdilər. Ona elektroşok vasitəsilə işgəncə verən şəxsləri əyani olaraq göstərə bilməz. O, hadisə günü maşın idarə edərkən narkotik vasitəsinin təsiri altında olmuşdur. Onun maşını isə cərimə meydançasına aparıldı. İbtidai istintaq zamanı axtarış aparılarkən çəkilən videoçəkiliş zamanı təzyiq altında olduğuna görə ittiham aktında deyilən miqdarda narkotik vasitənin ona aid olduğunu bildirmişdir. O, maşın idarə edərkən maşında müştəri qismində şəxslər də var idi. O, polis əməkdaşlarına maşında müştərilərinin olduğunu deməmişdir. Elektroşok cihazı vasitəsilə onun belinə elektrik enerjisi verirdilər. Hadisə olan ay aprel ayı idi. 2023-cü ilin aparel ayı idi. Həmin vaxt əynində köynək olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitələrin aludəçisidir, təxminən bir neçə aydır ki, hərdən bir imkanı olanda, rastına düşəndə onlardan özü üçün istifadə edir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü ona X5 vətəndaşı kimi təqdim edən İlham adlı şəxs xx.xx.2023-cü il tarixdə növbəti dəfə yazışarkən ona narkotik vasitələr təklif etmişdir, o, həmin şəxsdən öz istifadəsi üçün marixuana istəmiş, əvəzində İlham adlı şəxs ondan telefon vasitəsi ilə şəklini göndərdiyi bank kartının hesabına 1500 manat məbləğində pul köçürməsini istəmişdir. Razılaşmışlar ki, o, həmin şəxsin şəklini göndərdiyi kart hesabına əvvəlcədən 1200 manat məbləğində pul göndərəcək, pulun qalan 300 manat məbləğində hissəsini isə sonradan hissə-hissə ödəyəcək. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, metronun «Neftçilər» stansiyasının çıxışının yaxınlığında fəaliyyət göstərən avtomobillərin icarəsi məntəqəsindən bir ədəd «Kia Optima» markalı ** TT *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili icarəyə götürmüş və yaşadığı Zabrat qəsəbəsinə getmişdir, saat 23.00 radələrində oradakı “Ayxan” marketindəki elektron ödəmə terminalı vasitəsi ilə İlham adlı şəxsin şəklini göndərdiyi bank kartı hesabına 1200 manat məbləğində pul köçürüb müvafiq qəbzin fotosunu telefon vasitəsi ilə İlham adlı şəxsə göndərmişdir. Cavabında İlham ona Abşeron rayonu Masazır qəsəbəsi ərazisində xüsusi olaraq işarələnmiş məkan şəklini və koordinatlarını yollayaraq sifariş verdiyi narkotik vasitə marixuananı həmin yerə atdırdığını bildirmişdir. O, naviqasiya sistemi vasitəsi ilə həmin məkana getmiş və şəkildə əks olunan iri dəmir borunu taparaq yaxınlığında yerə atılmış qara rəngli sellofan bağlamanı götürüb idarə etdiyi avtomobilin salonunda gizlədərək yaşadığı Zabrat qəsəbəsinə qayıtmışdır. Gecə və sabahısı gün günorta saatlarında həmin narkotik vasitə qurudulumuş marixuananın üzərindən bir qədər götürüb istifadə etmiş, qalan hissəsini isə yenə də avtomobilin salonunda saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində avtomobillə evdən çıxıb Bakı şəhəri Zabrat qəsəbəsi Zabrat Şossesi ilə hərəkət edərkən unudaraq təhlükəsiz kəmərini taxmadlğı üçün YPX-nin əməkdaşları tərəfindən Zabrat dairəsi yaxınlığında saxlanılmışdır. Yol Patrul Xidməti əməkdaşları onun sərxoş vəziyyətdə olmağından şübhələnərək onu tibbi müayinədən keçirmişlər. Müayinə zamanı narkotik vasitə təsiri altında olduğu təsdiqləndiyi üçün polis əməkdaşları üzərində və atomobilində də narkotik vasitələr ola biləcəyindən şübhələnərək onu yaxınlıqdakı 15-ci PB-nin inzibati binasına aparmışlar. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış, avtomobilinə isə baxış aparılacağı elan olunmuşdur, həmin prosessual hərəkətlərdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, o da düşünmüş ki, onsuzda avtomobilinə baxış zamanı salonunda saxladığı narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq oun müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış və avtomobilinə baxış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən mobil telefon cihazından başqa heç nə aşkar olunmamış, daha sonra Polis Bölməsinin həyətində qapıları tərəfindən kilidlənmiş vəziyyətdə saxlanılan «Kia Optima» markalı ** TT *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq avtomobilin salonunun qabaq sağ tərəfindəki oturacağın altında gizlətdiyi, içərisində narkotik vasitə «qurudulmuş marixuana» olan bir ədəd qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bağlamanın içərisindəki kütlənin narkotik vasitə «qurudulmuş marixuana» olmasını təsdiq etmiş, avtomobilinin salonundan aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Polislər tərəfindən tutulmamaq üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış, son dəfə isə yuxarıda qeyd etdiyi şəxsdən almışdır. Mən artıq uzun müddətdir ki, aludəçisi olduğu üçün narkotik vasitələrin gündəlik qəbul miqdarı böyümüşdür, hər dəfə polislər tərəfindən tutulmaq təhlükəsi ilə üzləşməmək üçün alanda birdəfəlik pulu çatan miqdarda çox alırmış ki, sonradan özü evdə rahat qəbul etsin. Avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitəni satan şəxslə instaqram sosial şəbəkəsi vasiətsi ilə tanış olaraq yazışırmış, YPX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yolda telefonundakı məlumatların hamısını silmişdir, ona görə də hazırda həmin şəxsin instaqram səhifəsi telefonunda qalmayıb, özü də əzbərdən yadına sala bilmir. O, icarəyə götürdüyü avtomobillərlə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurmuş, gündəlik qazancının hamısını da demək olar ki, bu müddət ərzində toplayıb bu qədər pul düzəltmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 08 aprel 2023-cü il tarixdə onlar xidmət apardıqları zaman Təqsirləndirilən şəxsı avtomobil idarə etdiyi anda təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlamışlar. Sürücü özünü şübhəli apardığından onu narkoloji müayinəyə yönləndirlər. İmranın maşınına baxış keçirilərkən içərisində narkotik vasitə olan paket aşkar edildi. Maşından aşkarlanan narkotik vasitənin növü marixuana idi. Aşkarlanan narkotik vasitənin miqdarı yadında deyil. Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmayıb. Onu hədələyən və təhqir edən olmayıb. Onlar Təqsirləndirilən şəxs maşın idarə edərkən içkili olduğunu düşünüb saxlamışlar. Şəxsin sərxoşluq dərəcəsi o qədər yüksək deyildi, özünü idarə edə bilirdi. Onlar Təqsirləndirilən şəxsı saxlayarkən o, maşında üç nəfər şəxslə birlikdə idi. İmran həmin üç nəfərin onun müştərisi olduğunu dedi. Maşından aşkarlanan narkotik vasitə marixuananın Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dedi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 patrul yoldaşı Şahid2la birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində xidmətdə olarkən Zabrat Şossesində diqqətlərini ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməməklə yol hərəkəti qaydalarını pozan sürücüsü cəlb etmişdir. Həmin sürücü tərəfindən yol verilmiş qayda pozuntusunun qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobil tərəflərindən saxlanılmışdır, saxlanılarkən sürücü Təqsirləndirilən şəxs qeyri-adekvat hərəkətləri və rabitəsiz nitqi onlarda sürücünün narkotik sərxoşluğu vəziyyətində olmasına dair şübhələr yaratmış, şübhələrini yoxlamaq məqsədi ilə həmin sürücünü tibbi müayinədən keçirmək məqsədi ilə Respublika Narkoloji Mərkəzinə aparmışlar, müayinə zamanı sürücünün həqiqətən də narkotik sərxoşluğu vəziyyətində olması təsdiq olunmuşdur. Daha sonra həmin sürücünün üzərində və idarə etdiyi avtomobilində narkotik vasitələr və ya psixotrop maddələr olması ehtimallarını yoxlamaq üçün həmin sürücünü avtomobili ilə birlikdə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmışlar. Orada növbədə olan təhqiqatçı müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində və avtomobilində axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində və avtomobilində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı üzərindən yalnız mobil telefon cihazı aşkar olunsa da özü bildirmişdir ki, avtomobilinin salonunda narkotik vasitə var, bundan sonra Təqsirləndirilən şəxs Polis Bölməsinin həyətində saxlanılan avtomobilinə də baxış keçirilmişdir, baxış zamanı özü avtomobilinin ön sağ qapısını açaraq oradakı sərnişin oturacağının altından bir ədəd qara rəngli sellofan bağlamanı çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin bağlamanı iştirakçılar ilə birlikdə xidməti otağına aparıbb masanın üzərinə qoymuş və içərisinə baxmaq üçün bağlamanın üzərindən bir hissəsini kəsib aralamaqla içərisindəki tünd yaşıl rəngli bitki mənşəli kütləni aşkar edərək iştirakçılara təqdim etmişdir, daha sonra bağlamanın tamlığını pozduğu hissəsini yapışqanlı lentlə sarıyıb qablaşdırmış və möhürləmişdir, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitənin əldə etdiyi mənbə barədə hər hansı bir məlumatları yoxdur, ona görə ki, onlar həmin şəxsi hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışlar, sorğu- sual zamanı özü təhqiqatçıya bildirmişdir ki, həmin narkotik vasitəni Masazır qəsəbəsi ərazisindən götürmüşdür. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Hadisə günü, yəni 8 aprel 2023-cü il tarixdə onlar xidmət apardıqları zaman Təqsirləndirilən şəxs avtomobil idarə etdiyi anda təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxladıqda o özünü şübhəli apardığından onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasının inzibati ərazisinin həyətinə gətrilib maşına videoçəkilişlə baxış keçirilərkən maşından içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etmişlər. Aşkarlanan narkotik vasitənin miqdarı hadisənin üzərindən uzun müddət keçdiyindən yadında deyil. Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmayıb. Onlar Təqsirləndirilən şəxs maşın idarə edərkən içkili olduğunu düşündülər. Maşından aşkarlanan narkotik vasitə marixuananın Təqsirləndirilən şəxs özünə məxsus olduğunu dedi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində BDYPİ-nin YPXA-nın Xüsusi Tağımının baş inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 08 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə “Kia” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasının həyətində videoçəkilişdən istifadə etməklə baxış keçirilərəkən ayramov İmran Fariz oğlu avtomobilinin salonunu ön tərəfindən bir ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuanaya bənzər maddəni təqdim etmişdir. Aşkar ounmuş yaşıl rəngli, otşəkilli, spesifik iyə malik, narkotik vasitə marixuanaya bənzər maddə qablaşdınlaraq götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Avtomobildə baxış və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomonilinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 7/497 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli polietilen bağlamada yerləşədirilmiş bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 2150,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə “qurudulmuş marixuana”-dır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2149,8 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 29 iyul 2023-cü il tarixli 3207 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda hal-hazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarıda təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələri könüllü verməmişdir, ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddliyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun polis əməkdaşları tərəfindən təsadüfən saxlanılması müəyyən olundu. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs iddia etdiyi fiziki zorakılıq hərəkətləri barədə əvvəllər ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora şikayət etməməsi, eyni zamanda barəsində təqdimat əsasında qətimkan tədbiri məsələsinə baxan məhkəməyə verdiyi ifadələr baxımından da əsaslıdır. Çünkü o, ibtidai istintaq zamanı məhkəmədə barəsində qətimkan tədbiri seçilərəkən onun təqsirləndirildiyi əməli törətdiyini, törətədiyi əməldən peşman olduğunu, narkotik vasitədən istifadə etdiyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X6 tərəfindən hüquqi yardım göstərilməsi və buna görə ona 80 (səksən) manat, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro bono” Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilməsi və buna görə ona 300 ( üç yüz ) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 72 (yetmiş iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sona qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 2149,8 qram çəkidə qalıq qalan narkotik vasitə “qurudulmuş marixuana” sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadələr verməsi müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 25 iyun 2023-cü il tarixli 4072 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu”-narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 72 ( yetmiş iki ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün 80 (səksən) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 300 ( üç yüz qırx ) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçilərə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 72 ( yetmiş iki ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq hissəni təşkil edən 2149,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində və avtomobilində aparılmış şəxsi axtarış və götürməni özündə əks elətdirən bir ədəd rəqəmsal video disk (DVD-R) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-678/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-678/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver