Məhkəmə qərarları › İş №1(101)-679/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-679/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-679/2021 23.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Müdafiəçi, zərərçəkmişin hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 4 may 2017-ci il tarixdə, saat 15 radələrində dostu Şahid1 ilə birlikdə bibisi oğlu Zərərçəkmiş şəxs Əhmədağa oğlunun yaşadığı Siyəzən rayonu, Çandahar kəndində yerləşən fərdi yaşayış evində sonuncularla birlikdə spirtli içki (araq) qəbul etdikdən sonra, saat 18 radələrində digər bibisi oğlu Şahid4 zəng vuraraq qardaşı X2 məxsus Sumqayıt şəhəri, X5 qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evinə dəvət etməsilə bağlı Şahid1 istifadəsində olan VAZ 2107 markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs və dostu Şahid1lə birlikdə həmin evə gələrək, qeyd edilən evin qonaq otağında Şahid4 tərəfindən təşkil edilmiş məclisdə Kamil və Feyruz qardaşlarının aralarında əmlak üstündə olan mübahisənin dayandırılmasını tələb etməsinə görə gecə saatlarına kimi qəbul edilmiş spirtli içkilərin təsiri altında Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi nəticəsində şəxsiyyətinin digər şəxslərin yanında ağır formada alçaldılmaqla təhqir olunmasından hiddətlənərək ifadələrinə görə sonuncudan qisas almaq və cəzalandırmaq məqsədilə masa üzərində olan bir litrlik boş araq şüşə butulkasını sağ əlinə götürüb arxa dib hissəsi ilə onunla üzbəüz vəziyyətdə, ayaqüstə dayanmış Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurub törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə sonuncuya insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır dərəcəli zərərvurmaya aid “kəllə skeleti üzərində alın sümüyünün nisbətən sol yarısında üçbucaq formalı, 3,5x3,1x2,7 sm ölçüdə sınığı ilə müşayiət olunan zədə” xəsarətini yetirib qəsdən Zərərçəkmiş şəxs sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur.. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, mərhum Kamil Zeynalovla bibioğludur, 04 may 2017-ci il tarixdə günorta saatlarında Kamil və dostu Rəşadla birlikdə Çandaharda olan evlərinin həyətində tutduğu balıqları qızardıb yemişlər. Kamillə 1 litrlik araq içmiş, Rəşad isə içməmişdir. Bir az sonra Kamilin qardaşı Feyruz saat 17-18 radələrində ona zəng vurub evdə balıq olub-olmamasını soruşmuş, o da balıq olduğunu demiş, Feyruz da Yaşmada bağda olduğunu demiş və balıq gətirməsini xahiş etmişdir. O, gəlməyə maşın olmadığı bildirdikdə Feyruz ona maşın tapıb gəlməsini xahiş etmişdir. O, Feyruza Kamilin də onun yanında olduğunu bildirmiş, lakin Feyruz Kamili gətirməməyini tapşırmışdır. Onlar Rəşadın maşını ilə gələrkən yolda 2 ədəd zavod çörəyi, daha sonra Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçəndə yolun kənarında olan marketdən 1 litrlik şüşədə, ucuz araq, bir ədəd siqaret almışdır. Bundan sonra Rəşad onları Feyruzun “Yaşmada” qaldığı bağa aparmış, Feyruz bağda tək olmuş, ondan başqa bağda heç kim olmamışdır. Feyruz həmin bağda toyuq-cücə saxlamaq və satmaqla məşğul olmuşdur. Onlar birlikdə həyətə daxil olmuş, balığı Feyruza vermişdir. Onlar həmin yerə çatanda artıq axşamtərəfi olmuş, Feyruz oturub yemək yeməyi təklif etmişdir. Feyruz bir ədəd toyuğu ona vermiş, o da mətbəxə keçib, toyuğu doğrayıb qazanda qovurma etmişdir. Evin giriş qapısından girən kimi evin ümumi zalında Feyruz stol açmış, o da yeməyi hazırladıqdan sonra süfrəyə gətirmişdir. Daha sonra Kamilin aldığı arağı gətirib Kamillə birlikdə içmişlər, Rəşad da təxminən 100 qram araq içmiş, daha sonra Rəşad yorğun olduğu üçün dincəlmək istədiyini bildirmiş, Feyruz da digər otaqda yerdə yer salmış Rəşad da həmin otaqda uzanmışdır. O, və Kamil qalan arağı içmişlər. Feyruz isə içki içməmişdir. Onlar orada təxminən 2-3 saat oturub yeyib-içmişlər. Saat təxminən 23-23:30 radələrində, Kamil içkili vəziyyətdə Feyruza “Mən burada əziyyət çəkmişəm, sən gəlib hazıranazir oturmusan, pulumu kəsmisən. Məni buradan sən çıxarmısan!” sözlərini demiş və Feyruzla sözlə mübahisə etməyə başlamışlar. Onların mübahisəsi böyümüş və onlar ayağa durmuşlar, bu zaman o da onların arasına keçmiş və bir-birlərinə hücum etməyə qoymamış, sakitləşdirməyə çalışmışdır. Feyruz evə çay, qənd lazım olduğunu bildirmiş, həm də Kamilin bir az sakitləşəcəyini demişdir. Onlar Feyruzla birlikdə evdən çıxmış, təxminən 150-200 metr məsafədə marketə gedib, çay qənd, duru yağ və bir dənə də 0,5 litirlik araq almışlar. Onlar qayıdana qədər Kamilin sakitləşəcəyini fikirləşmişlər, təxminən 15-20 dəqiqə sonra evə qayıtmışlar. Lakin Kamil sakitləşməmiş, yenidən Feyruzla mübahisə etməyə başlamışdır. Feyruz buranı icarəyə götürdüyünü Kamilə bildirəndə Kamil ayağa qalxıb Feyruzu itələmişdir. O da onları yenidən aralamış, sonra dostu Rəşad səs-küyə oyanıb yatdığı otaqdan durub gəlmiş, Feyruz onları evdən qovmağa başlamış və onlara evdən, həyətdən söyüşlə çıxıb getmələrini demişdir. Saat təxminən 01-01:30 radələrində onlar həmin həyətdən çıxmışlar. Daha sonra Kamil Rəşada yolu göstərmiş və avtomagistrala, Bakı-Quba yoluna çıxdıqdan sonra Quba istiqaməti üzrə hərəkətə başlamışlar. O, da içkili olduğundan maşında yatmış, bir müddət sonra Rəşad onu çağıraraq oyatmışdır ki, Kamili saxlaya bilmir, Kamil maşından özünü atmaq istəmişdir. O, da ayılıb görmüşdür ki, Kamil maşından düşmək istəmişdir ki, şəhər tərəfə qayıtsın. Rəşad da gec olduğunu, “Pirin” yanında onu düşürəcəyini demişdir. Lakin Kamil maşını saxlamalarını tələb etmiş, əks təqdirsdə özünü aşağıya atacağını demişdir. Daha sonra Rəşad maşını avtomagistralda yolun kənarında saxlamış, Kamil maşından düşüb sağ tərəfə bağlar istiqamətində qaçmışdır. Maşından düşüb Kamili səsləmişlər, lakin cavab verməmişdir. Bundan sonra Kamlin qayıtmadığını görmüş, Rəşadla çıxıb getmişlər. Evə çatan kimi Kamilə zəng vurmuş, lakin cavab verməmişdir. Saat təxminən 04:00 radələridə yatmışdır. Saat 06:30-da radələrində Kamilin nömrəsindən zəng gəlmiş, bir polis əməkdaşı nömrənin sahibi soruşmuş, o da bibisi oğlu olduğunu demişdir. Bundan sonra Kamilin yolda rəhmətə getdiyini demişlər. 10 dəqiqə sonra Kamilin oğlu ona zəng vurub atasının avtoqəzada rəhmətə getdiyini demiş, o da geyinib Bakıya getmişdir. Həmin vaxt bilmişdir ki, Bakı-Quba yolunda Kamili maşın vurmuşdur. O, Kamilə butulka ilə xəsarət yetirməmiş, onun ölümünə səbəb o olmamışdır. Ona qarşı düzgün ittiham verilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel aynını 27 də Kamili maşına mindirib yola salmışlar, mayın 5-də rəhmətə getmiş bacısı oğlunun yas mərasiminə gələcəkdir. Hadisədən iki gün əvvəl Kamilə zəng etsələr də ona zəng çatmamış, mayın 4-dən beşinə keçən gecə qızının telefonuna zəng gəlmişdir ki, maşın yolunda meyit tapılıb. Uşaqlar minib maşına gedib meyiti tapıb gətirmişlər. Hadisənin beton yolda olmasını desələrdə, yolda heç nə olmamış, başında deşik olmuş, bir damcı da qan olmuşdur. Onlar gedəndə Sumqayıtda yeyib içməyə getmişlər, Kamil demişdir ki, bir dənə cücə kəssin qayıdıb çörək yeyəcək. Orada Feyruz buna söyüş söyüb, bunlar durub əlbəyaxa olmuşlar. Rəşadla Bəhruz durub bunları aralamışdır. Bəhruz Kamilin yarısındandı, ona gücü çatmazdı Bəhruzu Kamil əlindəki butulka qarışıq döyərdi. Kamili Feyruz öldürmüş, onun düşməni Feyruzdur, ondan şikayətçidir. Bəhruz ilə Kamilin arasında dava olmamış, Feyruz Kamillə mübahisə edib Kamildə demişdir ki, Yasamaldakı evdə içindəkilərdə onundur. Feyruzda onu səhv başa düşüb aralarında mübahisə yaranıb nəticədə də Kamli öldürmüşdür. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, Bəhruzun bu cinayətdə heç bir günahı yoxdur, onun düşməni Feyruzdur, bəhruzun azad olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 may 2017-ci il tarixdə 19 radələrində Təqsirləndirilən şəxs, Şahid1 və qardaşı Zərərçəkmiş şəxs onun yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlar massivinə gəldikdən sonra oturub yemək yemişlər, Bərhruz Kamil və Rəşad içki içmişlər, lakin o, içki içməmişdir. Bundan sonra Rəşad digər otağa yatmağa keçmiş, o da çölə çıxaraq öz işləri ilə məşğul olmuşdur. Bundan sonra evə qayıtdıqda Kamil onun ünvanına söyüşlər söyərək, yaşadığı yeri Kamilin düzəltdiyini və buradan çıxmasına onun səbəb olduğunu bildirmiş və aralarında sözlə mübahisə başlamışdır. Bundan sonra Bəhruz onlara müdaxilə etdikdə Kamil Bəhruzu da söyərək təhqir etmiş, Təqsirləndirilən şəxs onun söyüşlərinə dözməyərək, içki içdikləri boş araq butulkası ilə Zərərçəkmiş şəxs başına zərbə vurmuşdur. Bundan sonra Kamil səndələyib yerə əyləşmiş, başından qan axmışdır. Daha sonra Rəşad gələrək Kamilin üzünü yumuş, bundan sonra o, onları hər üçünü evdən qovaraq çıxarmışdır. 05 may 2020-ci il tarixdə saat 03-04 radələrində Bəhruz ona zəng edərək Kamilin avtomobil yolunda özünü atmaq istədiyini, Rəşaddan avtomobili saxlamağını tələb etdiyini, Rəşadın avtomobili saxladığını, Kamilin Rəşadı vuraraq avtomobildən düşüb getdiyini bildirmişdir. Bundan sonra səhər saatlarında Kamilin oğlu ona zəng edərək atasının avtoqəza nəticəsində öldüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinndə göstərmişdir ki, 04 may 2017-ci il tarixdə saat 17 radələrində Bəhruz, Kamil və o, Kamilin bağında həyətdə oturub çörək yemişlər. Kamilin qardaşı Feyruz Bəhruza zəng vurub ondan balıq istəmiş. Bəhruz ondan maşınla Pirin yaxınlığına kimi aparmasını xahiş etmiş, o da razılamışdır. Kamil evinə girib əynini dəyişib getmək istədiyini demişdir.O da özünə məxsus maşınla hər üçü Pir deyilən yerin altına gəlmiş, Kamil ondan maşınına benzin vurduqdan sonra onları Yaşmaya Feyruzun yanına aparmasını xahiş etmişdir. Bundan sonra o da razılaşmışdır. Feyruz bağda tək olmuş. Bağa gəldikdən sonra Evin dəhlizində oturmuşlar. Saat təxminən 20 radələrində Bəhruz toyuğu suda qaynadıb bişirmiş, Kamil isə özü ilə araq götürmüş, oturub çörək yeməyə başlamışlar. Feyruz araq içməmiş, o, 100 qram içmişdir. Arağın qalan hissəsini Kamillə Bəhruz birgə içmişlər. Saat 23:30 radələri olardı qonşu otaqda yerdə yatmış, bir az keçmişdi səsə ayılmış, durub görmüşdür ki, Kamillə Feyruz mübahisə etmişlər, Kamil Feyruza demişdir ki, “mənim bu bağda zəhmətim var. Mən zəhmətimi halal etmirəm”. Kamil söyüş söymüş, ümumiyyətlə Kamil sərxoş olanda qışqıraraq danışmışdır. Kamil Feyruzu əli ilə itələmiş, Feyruz ona əl qaldırmamış və sakit olmasını bildirmişdir. Bəhruz da Kamili sakitləşdirməyə çalışmışdır. Bir az sonra Feyruz həyətə çıxmış, Kamil stolun üstündə balaca bir bankanı götürüb Feyruzun arxasınca atmış, banka qapıya dəyib yerə düşmüş, sınmamışdır. O da bankanı yerdən götürmüş, Kamil sonra heç bir səbəb olmadan Bəhruzu söyməyə başlamış, “Cındırsan! Kişi deyilsiz” kimi ifadələr işlətmişdir. Bəhruz da Kamili yenidən sakitləşdirməyə çalışmışdır. Feyruz həyətdən evə qayıtmış, Kamilin sakitləşmədiyini görmüş və onları evdən qovmuşdur. Kamil həyətə çıxmış və maşına qabaq tərəfdə sərnişin olan yerə oturmuş, bundan sonra o, sükana keçmiş, Bəhruz arxa oturacaqda əyləşmiş və oradan çıxıb getmişlər. Bakı-Quba yoluna çıxmışlar, 2-3 kilometr Siyəzən istiqamətində getdikdən sonra Kamil üstünə qışqırıb maşını saxlamağı əmr etmiş, Bakıya getmək istədiyini bildirmişdir. O da ondan xahiş etmişdir ki, kəndə getsinlər. Bu an Kamil yumruğu ilə ağzından vurub partlatmış, hətta sağ əlinin dörd barmağını dişləri ilə dişləyib yaralamışdır. Maşından özünü atacağını demiş, o da qorxduğundan maşını yolun kənarında saxlamışdır. Kamil maşından düşüb sağ tərəfə çökəkliyə doğru getməyə başlamışdır. Maşından enib Kamili çağırsalar da cavab verməmişdir. Bir az gözlədikdən sonra Bəhruzla Siyəzən istiqamətində gedib, bir saata yaxın “Beşbarmaq” pirin altında oturub çay içmişlər. Sonra kəndə gedib Bəhruzu düşürüb, evə getmişdir. Ertəsi gün, yəni 05 may 2017-ci il tarixdə səhər saatlarında Bəhruz Bayramov ona zəng edib Kamili dünən gecə maşın vurmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 may 2017-ci il tarixdən 05 may 2017-ci il tarixə keçən gecə təxminən 02:30 radələrində kafedə olarkən Bəhruzla Rəşad çay içmək üçün kafeyə gəlmişlər. O da onlara çay verib öz işi ilə məşğul olmuşdur. Bir qədər sonra o da onların oturduğu stola əyləşmiş və onlarla birlikdə çay içmiş, Rəşadın əlinin əzildiyini, azacıq şiş olduğunu görmüşdür. Rəşad isə ona Bəhruzun Siyəzən rayonu, Çandahar kənd sakini adını Oktay kimi tanıdığı Kamil adlı şəxslə dalaşdığını demişdir. Oqtayın maşından düşmək istəyərkən Rəşadın əlini zədələdiyini demişdir. Təxminən 30 dəqiqə sonra Rəşad onunla sağollaşıb evə gedəcəyini bildirmiş, o da ona əgər Siyəzənə gedirsənsə özü ilə də aparmasını xahış etmişdir. Rəşad Bəhruzu evinin yaxınlığına düşürmüş, yol boyunca Rəşadla heç bir mövzuda söhbət etməmiş, Rəşad onu yaşadığı evin qarşısında düşürüb evlərinə getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kənd sakinləri kimi tanımış, göstərilən tarixdən 3 ildən çox vaxt keçdiyindən Zərərçəkmiş şəxs 04.05.2017-ci il tarixdə gəlib ondan nisyə 1 litrlik araq almasını və ya həmin malı pul verib almasını xatırlamamışdır. Çünki, marketdən çox adam alış-veriş etdiyindən, buna görə də Kamilin ondan əvvəllər də nisyə olaraq mal alıb-almadığını dəqiq yadına sala bilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi-bioloji ekspertizanın 30 may 2017-ci il tarixli 291/MTBŞ rəyinə əsasən hadisə yerindən götürülmüş 01 ədəd 22x7,3sm ölçüdə taxta dikt kəsiyi üzərindəki ləkələrin insan qanı ləkələri olması və qanın qrup mənsubiyyəti tədqiq olunduqda B/H/İİİ qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Əhmədağa oğluna məxsus olması müəyyən edilmişdir. 12 noyabr 2018-ci il tarixli, 001-51094-1218 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, təqdim olunmuş 01 ədəd taxta dikt kəsiyinin “+” ilə işarələnmiş səthinin yuxarı hissəsində hər biri təxminən 3-3,5 sm ölçüdə olan 02 ədəd ləkə üzərində olan bioloji mənşəli materiallar (qan nümunəsi) Zərərçəkmiş şəxs Əhmədağa oğluna məxsusdur. İş üzrə mobil telefon operatorlarından təqdim edilmiş cinayətin baş verdiyi tarixdə Sumqayıt şəhəri, H.Z Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində Şahid4 yaşadığı evdə olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***- ***-**-**, Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrələrə dair mlumatlara təhlili aparılmaqla baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mobil nömrələr Sumqayıt şəhəri, Yaşma bağlar anten dairəsində qeydə alınmışlar. Mərhumun kəllə skeleti üzərində - konkret olaraq kəllənin digər sınıqları fonunda alın sümüyünün nisbətən sol yarısında yetirilmə mexanizminə görə digər sınıqlardan fərqlənən üçbucaq formalı defekt - zədə vardır. Bu zədə basılmış-deşilmiş sınıq olub, məhdud səthə malik bərk-küt predmetin (alətin) lokal zərbəvi təsirindən törənmişdir. Ənsə dəliyi ətrafında sınıqların müxtəlifliyinə görə avtomobilin piyadanın üzərindən keçməsi, baş nahiyəsinin yolun örtük hissəsinə dəyməsi və sürüklənməsi ilə kəllə skeletinin üzərində olan çatlar (sınıq xətləri) bu defektin kənarlarından ayrılmaqla törənə bilərdilər. Alın sümüyü üzərində olan üçbucaq formalı defektın (sınığın) - zədənin xarakterinə görə demək olar ki, bu zədə soldan-sağa, yuxarıdan-aşağıya, nisbətən önə olmaqla yetirilmiş qüvvə təsirindən törənmişdir, həyatidir, 04.05.2017-ci il tarixdə yetirilməyə uyğundur, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bu xəsarəti alan zaman başın yuxarı alın nahiyəsi zədə törədən əşyaya yönəlmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması istintaq hərəkətində göstərdiyi formada-yəni onun qarşı tərəfində dayanmış Zərərçəkmiş şəxs Əhmədağa oğlunun baş nahiyəsinə uzunluğu 33 sm, diametri 25 sm olan bir litrlik tutum həcminə malik yumru formalı şüşə araq şüşəsinin dib hissəsi ilə bir dəfə zərblə vurmaqla bu xəsarətin yetirilməsi mümkündür. Belə ki, ifadənin yerində yoxlanması istintaq hərəkətində göstərilən şəraitdə mərhuma yetirilmiş zərbə qüvvəsinin istiqaməti alın sümüyü üzərində olan üçbucaq formalı sınığın yuxarı iç kənarında basılma xarakterli zədənin əmələ gəlmə mexanizmi və xarakteri ilə nisbi uyğunluq təşkil edir. Tibbi ədəbiyyatlardan məlumdur ki, 2000-5000 N qüvvə ilə məhdud səthə malik küt əşya ilə vurulan zərbələr zamanı kəllə sümüklərində basılmış və deşilmiş sınıqlar törənir, bu qüvvə insan əzələsinin gücü hesabına da yetirilə bilər. Meyitin ilkin məhkəmə-tibbi ekspertizasına dair tərtib edilmiş rəydə yazılanlara və ekshumasiyadan sonra aparılmış tədqiqatlara əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin, qaraciyərin, dalağın, sol böyrəyin, böyük piyliyin, nazik və yoğun bağırsaqların cırılmaları, qarın və çanaq orqanlarının hissəvi evakuasiyası (xaricə tökülməsi), eləcə də sol tərəfli çoxsaylı qabırğaların, çanaq, hər iki bud, hər iki baldır və hər iki ayaq sümüklərinin sınıqları, bədənin çanaq nahiyəsindən travmatik amputasiyası və aşağı ətrafların parçalanması-həyatla bir araya sığmayan xəsarətlər fonunda kəllə tağı və əsası sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları ilə müşayiət olunan bədənin küt-mürəkkəb travması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27.10. 2020-ci il tarixli, 2155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona elan olunmuş əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respubliaksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt psixiemosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 02.11.2020-ci il tarixli, 2155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir, narkomaniya və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyac yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ifadəsini dəyişərək fərqli ifadə verməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, himayəsində 4 azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və mərhum zərərçəkmiş şəxs Kamil Zeynalovun onun bibisi oğlu olması, yəni qohum olmalarını, 4 azyaşlı övladının və xəstə, yaşlı anasının onun himayəsində olmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən bu günə, yəni 23 aprel 2021-ci il tarixə kimi həbsdə olduğu 06 ay 26 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin Maddi sübutlar otağında saxlanılan, hadisənin baş verdiyi evin döşəməsindən kəsilib götürülmüş 01 ədəd 22x7,3 sm ölçüdə taxta dikt kəsiyi; uzunluğu 33 sm, diametri 25 sm olan bir litrlik tutum həcminə malik yumru formalı şüşə araq şüşəsi məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən bu günə, yəni 23 aprel 2021-ci il tarixə kimi həbsdə olduğu 06 (altı) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin Maddi sübutlar otağında saxlanılan 01 ədəd 22x7,3 sm ölçüdə taxta dikt kəsiyi, uzunluğu 33 sm, diametri 25 sm olan bir litrlik araq şüşəsi məhv edilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar