Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-679/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1984-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 72 mənzil 21-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 12 oktyabr 2021ci il tarixdə barəsində əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəninin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə tamşı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Möhsün» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılığa əsasən «Möhsün» adlı şəxsin dediyi yerdən götürüb lazımi ünvana çatdırmaq məqsədilə külli miqdarda, yəni ümumilikdə 127,811 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 16,545 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müubarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 10 oktyabr 2021-ci il tarixdə saat 03.30 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3can Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müubarizə İdarəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə olan təmiz çəkisi 21,841 qram narkotik vastə heroin və 01 ədəd bükümdə olan təmiz çəkisi 16,545 qram kristallik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilən zamanı yataq otağında olan taxta dolabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 105,970 qram kustar üsulla hazırlanmış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 5 ünvanında kirayədə yaşamışdır. O özü narkotik vasitə istifadəçisidir. 10 oktyabr 2021-ci il tarixdə tanış adamla Razində görüşməyə gəlmiş, Razində yerləşən Kapital bankın yaxınlığında yerləşən yolun qırağında olan ağacın altında 03 qram narkotik vasitə “instagram” sosial şəbəkəsində tanış olduğu, lakin adını bilmədiyi şəxs heroin atmışdır və o da götürmüşdür. Bundan sonra təxminən gecə saat 12 radələrində mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və ona orada fiziki təzyiq göstərmişlər. Bundan sonra onu yaşadığı mənzilə apararaq orada olan şkafa bağlama qoymuşlar. Beləliklə də ona məxsus olmayan narkotik vasitəni də boynuna götürmək məcburiyyətində qalmışdır. Onda elektron tərəzi olmamış, narkotik vasitə heroin istifadə edir, psixotrop maddə metamfetamindən isə cəmi 2 dəfə istifadə etmişdir. Həmin şəxsdən ilk dəfə narkotik vasitə almıdır. Narkotik vasitəni satan şəxs İran İslam Respublikasının vətəndaşı deyildir və belə ki, onun adının Möhsün olmasından xəbərsiz olmaşdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vdadi oğlu ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üüzrə baş əməliyyat müvəkkilidir. 09 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra onun rəhbərliyi altında və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, ev 22 ünvanının yaxınlığında olduğunu öyrənmişlər və 10 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində həmin ünvana gəlmişlər. Ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmilər. Baş İdarədə xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman o, gödəkçəsinin cibindən çıxararaq 02 ədəd büküm təqdim etmiş, həmin kütlələrin nə olduğu və haradan əldə edildiyi Təqsirləndirilən şəxs soruşulduqda, o, heroin və metamfetamin olduğunu bildirmiş və onları İran İslam Respublikasının vətəndaşı “Möhsun” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitəni onun deyəcəyi ünvanlara çatdıracağını bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, yaşadığı ünvan 6 ünvanında narkotik vasitə saxladığını etiraf etmiş və baxış keçirilməsinə etirazı olmadığı üçün ərizə yazmışdır. Bundan sonra onun mənzilində yataq otağında yerləşən dolabın içərisindən 01 büküm çıxararaq heroin olduğunu bildirmiş və 01 ədəd elektron tərəzini könüllü olaraq təqdim etmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Vdadi oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/4502 saylı 10 oktyabr 2021-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış 1 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 21,841 qram olan qəhvəyi rəngdə maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 16,545 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindır. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış 2 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 105,970 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasit heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı yaramadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2-ci kağız paketlərdə narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 127,811 qramdır. Metamfetamin 2005-ci il tarixli 28 iyun Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il tarixli 28 iyun Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ".Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 2491 saylı 23.10.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlukəliliyni dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirib və yaşadığı evə baxış küçirmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumilikdə 127,811 qram narkotik vasitə heroin, 16,545 qram psixotrop maddə metanfetamin və bir ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və bir ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonrakı qalıq 127,711 qram narkorik vasitə heroin və ekspertiza tədqiqatından sonrakı qalıq 16,495 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin 28.08.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62 və 69.4 cü maddələri tətbiq edilməklə 1000 manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzasım tam ödəmişdir. Məhkəmə istintaqı zamanı tədqiq lunmuş məhkəmə-narkoloji ekspertizasının 23.12.2021-ci il tarixli, 5255 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixatrop maddə olan metanfetaminin qəbulu nəticəsində yaranan asılılıq opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək, üzərindən aşkar olunmuş narkotik vasitələrin çəkisi şişirdilmiş və onun üzərində az miqdarda narkotik vasitə aşkar olunsada onu satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə etdiyini bildirməsi şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəməkimyəvi ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, fərqli ifadə verməklə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cinayət əməlinin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsüf edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonrakı qalıq 127,711 qram narkorik vasitə heroin və ekspertiza tədqiqatından sonrakı qalıq 16,495 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Fides” Vəkil Bürosunun vəkili X3 126 (yüz iyirmi altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Fides” Vəkil Bürosunun vəkili X3 126 (yüz iyirmi altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonrakı qalıq 127,711 qram narkorik vasitə heroin və ekspertiza tədqiqatından sonrakı qalıq 16,495 qram psixotrop maddə metamfetamin məhv edilsin. İstintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-679/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-679/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver