Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-679/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə Neftçala rayonunun Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluqları ödənilmiş, işləməyən, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7,691 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 9,122 qram çəkidə psixotrop maddə metamfetamin, habelə tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən iki ədəd narkotik vasitə metadon həbini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 14:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunda külli miqdarda - iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 7,403 qram və 0,288 qram olmaqla ümümi təmiz çəkisi 7,691 qram təşkil edən narkotik vasitə olan heroin, külli miqdarda - iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,828 qram və 0,294 qram olmaqla ümumi təmiz çəkisi 9,122 qram təşkil edən psixotrop maddə olan metamfetamin, habelə tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən iki ədəd narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən iki il “kakos”, “şüşə” və metadondan istifadə etmiş, həmin maddələri tanımadığı şəxslərdən almışdır. Əsasən də 2020-ci ildə sosial şəbəkədə tanış olduğu və İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Vəli adlı adlı şəxsdən əldə etmişdir. Sonuncu dəfə 2 “çet” “kakos”u 17 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədilmiş yerdən götürərək üzərində saxlamışdır. Belə ki, Vəli “WhatsApp” proqramı vasitəsilə narkotik vasitələrin və psixotrop maddələrin gizlədildiyi yerin şəkilini və xəritə üzrə məkanı ona göndərmiş, o da qeyd olunan yerə gedərək həmin «çetləri» götürmüşdür. Vəlidən bu üsulla həmin günə qədər təxminən 5-6 dəfə özü üçün mal almışdır. 18 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanının qarşısında tanışı Şahid5 ilə birlikdə olduğu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməklərini xahiş etmiş, onlar da özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın mənasız olduğunu başa düşərək səmimi olaraq üzərində “kakos” olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş idarəyə dəvət etmiş, onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Baş İdarədə o, müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” olduğunu etiraf edərək əynindəki boz rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunu, şalvarın sağ yan cibindən “Redmi” və “Samsung" markalı mobil telefonları, şalvarın sol arxa cibindən 10 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi siqaret qutusunun içərisində “kakos” olduğunu bildirmişdir. «Kakos»dan başqa üstündən aşkar olunan digər «mallar»ın ona heç bir aidiyyəti yoxdur. Həmin əlavə maddələrin də üstündən aşkar edilməsi barədə sənədləşmə aparılarkən heç bir etiraz etməmiş, çəkilişdə də təsdiqləmişdir. Üzərindən aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Redmi” və “Samsung” markalı mobil telefonları və şəxsiyyət vəsiqəsi də polis əməkdaşı tərəfindən götürülmüşdür. Onunla birlikdə saxlanılmış Şahid5 da üzərinə baxış keçirilmiş, lakin onun üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 2 «çet» miqdarında «kakosla» razılaşır, amma qalanları ilə razılaşmır. “Kakosü” da öz istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitə və ya bu tipli başqa maddələr satmaq fikrində olmamışdır. Polis işçilərinin ona qarşı qurduqları qərəzli əməliyyat nəticəsində bu vəziyyət yaranmışdır. Polis işçiləri əslində ondan hansısa ona məlum olmayan başqa cinayətlər barədə nələrisə öyrənmək niyyətində olmuşlar. Amma onun başqa heç kiminlə heç bir cinayəti olmamışdır və qeyri bir şəxsin hansısa cinayət törətməsindən də məlumatsızdır. O, ümumiyyətlə heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Bütün bu halların, 2 «çetlə» bağlı törətdiyi əməldən səmimi peşmançılığının, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq istifadəçi kimi cəzalandırılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 18 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında olacağı müəyyən edildiyi üçün əməliyyat qrupunun üzvləri həmin ünvana getmişlər və 18 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs oxşar şəxsin bir nəfər tanışı ilə birlikdə həmin ünvanda olduğunu müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu tanışı Şahid5la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanınan narkotik vasitə heroin, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə olan metadon həbinin olduğunu bildirib əynində olan cins şalvarın cibindən siqaret qutusunu, iki ədəd mobil telefonu, müəyyən məbləğdə pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman onun içərisində üç ədəd şəffaf sellofan büküm, bir ədəd gümüşü rəngli kağız büküm və iki ədəd dərman həbi olduğu müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda bir ədəd şəffaf sellofan bükümün və bir ədəd gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə, iki ədəd şəffaf sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr, siqaret qutusunun içərisindən isə iki ədəd narkotik vasitə olan metadona oxşar həblər aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi və iki ədəd mobil telefon götürülmüş, pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığından əldə etdiyini, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Vəli” adlı şəxsdən 400 manat müqabilində aldığını və onları götürüb öz üzərində daşıyaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsi ünvanına gətirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Şahid5 üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən əhəmiyyətli heç bir şey aşkar olunmamışdır. Keçirilən şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 130-132). Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 139-141). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, xeyli müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olmuş, amma hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. İş üzrə saxlanılmış tanışı Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkum olunmuşdur və Fəridi 4 ildir ki, tanıyır. Onların tanışlığı “Bolt" taksi şirkətində birlikdə işlədikləri zaman yaranmışdır. Hadisə baş verən günü, yəni 18 oktyabr 2022-ci il tarixdə X7 Nərimanov rayonu ərazisində görüşmüş və görüşməkdə əsas məqsədləri birlikdə avtomaşın icarəyəyə götürərək taksi fəaliyyətinə yenidən başlamaqları niyyətində olmaqları olmuşdur. N.Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsində olarkən təxminən saat 14:00 radələrində onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və tanışı Fərid Əgərovun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onları Baş İdarəyə dəvət etmiş, orada onlara bildirilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs kimi saxlanılmış tanışı Fəridin üzərinə şəxsi axtarış, Nadirin üzərinə baxış istintaq hərəkəti keçirilməlidir. Onlar da buna etiraz etməmiş və tanışı Fəridə vəkil təyin edilərək dəvət edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə Nadir, Fərid, Fəridə təyin edilmiş vəkil və onların saxlanılmağında iştirak etmiş polis əməkdaşlarından ibarət tərkibdə baxış keçirilməyə başlanılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, bildirmişdir ki, üzərində “kakos”, “şüşə" və “metadon” vardır, əynində olan boz rəngli cins şalvarın cibindən siqaret qutusunu, “Redmi” və “Samsung” markalı mobil telefonları, 10 manat pulu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, iştirakçıların şahidliyi ilə təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilən zaman 03 ədəd şəffaf sellofan büküm, 01 ədəd gümüşü rəngli kağız büküm və 02 ədəd dərman həbi müəyyən edilmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda içərisində 01 ədəd şəffaf sellofan bükümün və 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddələrin, 02 ədəd şəffaf sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən olunmuşdur. Həmçinin, siqaret qutusunun içərisində olan 02 ədəd narkotik vasitə olan metadon həbinə bənzər maddələr də aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra onun üzərindən aşkar olunmuş 02 ədəd bükümdə heroinə oxşar maddələr, 02 ədəd metadon həbinə oxşar maddələr, həmçinin 02 ədəd bükümdə metamfetaminə oxşar maddələr polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd “Redmi” və “Samsung” markalı mobil telefonlar və Fəridə məxsus olan şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Şahid5 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, daha sonra onun üzərinə baxış keçirilmiş, lakin baxış zamanı üzərindən sübut əhəmiyyətli heç bir şey aşkar olunmamışdır. Keçirilən şəxsi axtarış və baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 86-89). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:00-da ünvan 1 ünvanında saxlanılaraq həmin idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun içərisində üç ədəd şəffaf sellofan büküm, bir ədəd gümüşü rəngli kağız büküm və iki ədəd dərman həbi olduğu müəyyən edilmiş, həmin bükümlər açıldıqda içərisində bir ədəd şəffaf sellofan bükümün və bir ədəd gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə, iki ədəd şəffaf sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələr, həmçinin, siqaret qutusunun içərisində olan iki ədəd narkotik vasitə olan metadon həbinə oxşar həblər aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 27-31). İbtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 90- 93). Məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli 6/6045 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 8,828 qram, ümumi təmiz çəkisi 9,122 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamindir, bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,403 qr., 0,288 qr., ümumi təmiz çəkisi 7,691 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd üzərində F/M40 göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Bir ədəd siqaret qutusunda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Ekspert təqiqatından sonra heroinin qalıq çəkisi 7,591qram, metamfetaminin qalıq çəkisi 9,022 qram, metadon həblərinin qalığı 1 ədəd həb təşkil etmişdir (cild 1, iş vərəqə 50-56) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 noyabr 2022-ci il tarixli 6670 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 156-157). "Bakcell” MMC-dən götürülmüş bir ədəd CD diskdə təqdim edilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: «**********52 qaqa tez alnar gozdeyirem **********52 Salam 1 qr kola istiten var **********52 bi dene yari pati hazir ele,dosdum var onnan gelirem,verim onu yola salim -xx-xx-2022 17:04:56 **********52 don 100m qabağa axsam cixaq yaşamala axsam gorek ne tapiriq burdayam gelende de gozluyurem gelende xeber ele - xx.xx.2022 14:21:57 **********52 **********63 X9 Dasi 80m Aliblar X20 X16 X17 X13 X5 X18 X21 Axsama -xx-xx-2022 22:40:34 **********52 **********63 X8 5m Ozune 10m X19 X14 X12 X15 X3 X11 Ol Eladi -xx-xx-2022 18:48:15 **********52 **********89 Das 100m Gul 17qr 130 Torpaq 95m Tiryek 70m - ol pulu 15m 41 Om - xx-xx-2022 09:26:25 **********52 **********89 sen kimese ne deyim hele menle 30kq dalınca gedirdin halaldi sene qardaşım turmededi mene komek et uzumu ag edeceksen ele cox sag ol senden cox raziyam -xx-xx-2022 20:54:51 **********52 **********89 Yazdiglarini fikirles zeng ele mene halal olsun sene 30kq aparacam seni hazirlas gozunden gelsin o dermanlar hele pulun vermemisem haramin olsun -xx-xx-2022 19:12:36 **********52 **********89 Mali goturdun getdin atanla dalaşdın getdin mali etdin indi qurtarib nece gun keçib sene nece m 40 verilmişdi onun pulu verilmeyib yi tupur qaba cibine p - xx-xx-2022 17:11:57 **********52 **********89 mene zeng ele kim haqsizdi kisi deyil kim kimin haqqin yiyir Allah versin cezasin senin basini sigallamaliyam sen bilmirdinki mal isin danisirsan evin telidi -xx-xx-2022 14:11:27 **********52 **********06 Saatli binanin altindaki arkaya girsin solda kuncde ag Winston qutusunda - xx-xx-2022 01:56:19 **********52 **********06 Evdeyem sene gore gelmisem terezi tapsan getir gozluyurem evde arxa terefden gel - xx-xx-2022 09:25:47 **********52 **********62 Sene her uzun dedim axi onuda bilirdinki 13300m ziyanim var 41 Om nediki heyf niye bele edirsen turmeye qeder gelmisem dermanin parasin ozun qazanib vermisən kimese ne deyim hele menle 30kq dalinca gedirdin halaldi sene qardasim turmededi mene komek et uzumu ag edeceksen ele cox sag ol senden cox raziyam» (cild 1, iş vərəqə 143-145) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhər Hərbi Məhkəməsinin 12 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuş; - Qazax Hərbi Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 1 ay 25 gün vaxtından əvvəl azad olunmuşdur; - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 137-138). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 105-109). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,591 qram təşkil edən heroin, qalıq çəkisi 9,022 qram təşkil edən metamfetamin və qalıq sayı 01 ədəd olan metadon həbi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,591 qram təşkil edən heroin, qalıq çəkisi 9,022 qram təşkil edən metamfetamin və qalıq sayı 01 ədəd olan metadon həbi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil X4 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-679/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-679/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver