Məhkəmə qərarları › İş №1(101)-679/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-679/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-679/2025 03.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cu il tarixli, 1(101)-879/13 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 126.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərərək ona zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməklə Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 04 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində işlədiyi reabilitasiya mərkəzində narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasientdən mərkəzə olan pul borcunu almaq üçün həmin şəxsin yaşadığı ünvana gedərkən ictimai yer olan ünvan 2n qarşısında təsadüfən rastlaşdığı və spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 “bariqanın qapısına gedirsiniz” ifadəsini işlədib onunla kobud danışması ilə əlaqədar aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs1 yumruqla onun üz nahiyəsindən vurduqdan sonra sonuncunun hərəkətlərinə cavab olaraq qisas almaq məqsədilə üzərində gəzdirdiyi, istintaqa təyinatı məlum olmayan deşici-kəsici alətlə (bıçaqla) qəsdən Zərərçəkmiş şəxs1 qarın, döş qəfəsi, qol nahiyələrindən vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hemopnevmotoraksla müşayiət olunan, diafraqmanı dəlib keçən, qaraciyəri zədələyən, döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası, qarnın sağ yan divarının daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarası, hər iki bazunun iki ədəd deşilmiş-kəsilmiş yaraları, sol döş vəzinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqla ətrafda olan insanlara və cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs1 ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, kənarda olan tanışı Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, qərəzli hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərərək zor tətbiq edib, üzərində olan deşici-kəsici alətdən (bıçaqdan) silah qismində istifadə edib həmin alətlə sonuncunun baş və sol bel nahiyələrinə vuraraq, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bel nahiyəsinin, qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ təpəgicgah nahiyəsinin, aponevroz və sümüküstlüyünün zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş yarasından ibarət bədən xəsarətlərini yetirərək qərəzli hərəkətəri ilə xuliqanlıq etmiş, həmçinin qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” qeydə alınmış xx.xx.2024-cü il tarixli, 380 nömrəli raportdan görünür ki, həmin tarixdə, saat 23:30-da X6 məlumat verilərək Zərərçəkmiş şəxs1 qol, arxa, çiyin, döş qəfəsi və qarın boşluğunun çoxsaylı bıçaq xəsarəti, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin çapılmış və döş qəfəsinin kəsilmiş deşilmiş bıçaq yarası xəsarətləri alması barədə məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqi 4)

4. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 15-16)

5. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 27-28)

6. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirmə və götürmə barədə” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin və maykanın ön səthinin sol tərəfində 1 ədəd deşilmiş-kəsilmiş yara vardır. Bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt corabın üzərində heç bir zədə aşkar olunmamışdır. Adları çəkilən geyim əşyalarının üzərində qanabənzər ləkələr aşkarlanmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məxsus üzərində “Nike” sözü yazılmış gödəkçənin aşağı nahiyəsində 1 ədəd, arxa tərəfinin sol yarısının aşağı nahiyəsində 1 ədəd, arxa tərəfinin sol yarısında 1 ədəd, sol qolunun qarşı hissəsinin yuxarı nahiyəsində 1 ədəd və sağ qolunun arxa tərəfinin yuxarı nahiyəsində 1 ədəd, balon formalı gödəkçənin qarşı hissəsinin sol yarısında 2 ədəd, ön tərəfinin sağ yarısında 1 ədəd, arxa tərəfinin sağ yarısının aşağı nahiyəsində 1 ədəd, arxa tərəfinin sağ yarısında 1 ədəd, arxa tərəfinin sağ yarısının yuxarı nahiyəsində 1 ədəd, arxa tərəfinin sol yarısının aşağı nahiyəsində 1 ədəd, sol qolunun qarşı tərəfinin yuxarı nahiyəsində 1 ədəd, sağ qolunun arxa tərəfinin yuxarı nahiyəsində 1 ədəd, dirsək nahiyəsində 1 ədəd və aşağı nahiyəsində 1 ədəd, şahvarın ön tərəfinin sağ yarısında 2 ədəd və arxa tərəfində 1 ədəd kəsilmiş-deşilmiş zədələr vardır. Gödəkçə, balon tipli gödəkçə, şalvar, köynək, papaq üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. (Cild 1, iş vərəqi 40)

7. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqi 59)

8. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 04 fevral 2024-cü il tarixdə iti deşici və kəsici alətlə müxtəlif bədən xəsarətlərinin yetirildiyi yer ünvan 3 ünvanın qarşısıdır. (Cild 1, iş vərəqi 64)

9. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 228 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hemopnevmotoraksla müşayiət olunan, diafraqmanı dəlib keçən, qaraciyəri zədələyən, döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, qarnın sağ yan divarının daxilə nüfuz etməyən 2 ədəd deşilmiş kəsilmiş yarası, hər iki bazunun deşilmiş kəsilmiş yaraları (ümumilikdə 2 ədəd), sol döş vəzinin daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası (1 ədəd), döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları (2 ədəd) olmuşdur. Qeyd olunan xəsarətlər deşici kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmayan aiddirlər. (Cild 1, iş vərəqi 93-96)

10. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 291 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bel nahiyəsinin, qarın boşluğuna nüfuz etməyən 01 (bir) ədəd dəşilmiş-kəsilmiş yarası və sağ təpə-gicgah nahiyəsinin, aponevroz və sümüküstlüyünün zdələnməsi ilə müşayiət olunan 01 bir ədəd kəsilmiş yarası olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yara (sol bel nahiyəsindəki xəsarət) hər hansı bir deşici-kəsici xüsusiyyətə malik olan əşyanın, kəsilmiş yara (sağ təpə-gicgah nahiyəsindəki xəsarət) isə iti kənarı olan əşyanın təsirindən törənmişlər, qəranın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. (Cild 1, iş vərəqi 97-100)

11. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 130- 2024/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin və maykanın ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və özünü zəif dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 bədən səthində müəyyən edilmiş sol bel nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ona məxsus və ekspertizaya təqdim edilmiş gödəkçənin və maykanın ön səthinin sol yarısının orta hissəsində olan 01 ədəd deşilmiş-kəsilmiş zədə ilə yerləşmə nahiyəsinə görə, nisbi olaraq uyğun gəlmişlər. Zərərçəkmiş şəxs2 bədən səthinə müəyyən olunmuş sağ təpə-gicgah nahiyəsinin 01 ədəd kəsilmiş yarası ona məxsus və ekspertizaya təqdim edilmiş geyim əşyaları üzərində öz əksini tapmamışdır. Bu da, onun sağ təpə-gicgah nahiyəsinin ekspertizaya təqdim olunmuş geyim əşyaları ilə örtülməməsi və onun yalnız bədən səthinin xəsarət alması ilə izah oluna bilər. (Cild 1, iş vərəqi 102-106)

12. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 178- 2024/MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə 0(1) göstərilmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, balon tipli gödəkçə, şalvar, köynək, papaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alınmışdır. Belə ki, H antigeni 0(1) qrupun əsasını təşkil etdiyindən həmin qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (Cild 1, iş vərəqi 109-113)

13. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 177- 2024/MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus şəxsiyəti təsdiq edən sənədlər üzrǝ axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A /İİ/-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd alt mayka, 01 ədəd kəmər, bir cüt corabın üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrinin ABO istemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındığından həmin qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 Masim oğluna məxsus ola bilər. (Cild 1, iş vərəqə 114- 118)

14. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 129- 2024/MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şərti 1 №-li (“Nike” markalı) gödəkçənin ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, sol qolunun ön səthinin yuxarı hisssəsində 01 (bir) ədəd və sağ qolunun arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 09 (doqquz) ədəd); şərti 2 №-li (balon tipli) gödəkçənin ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, sol qolunun ön səthinin yuxarı hisssəsində 01 (bir) ədəd, sağ qolunun arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd, orta-dirsəklik nahiyəsində 01 (bir) ədəd və aşağı hissəsində 01 (bir) ədəd (cəmi 10 (on) ədəd); şalvarın isə, ön səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 03 (üç) ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Həmin zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şərti 1 №-li, “Nike” markalı gödəkçənin sağ qolunun ön səthinin yuxarı hissəsində 02 (iki) ədəd, şərti 2 №-li, balon tipli gödəkçənin sol qolunun ön səthinin yuxarı hissəsində 02 (iki) ədəd səthi kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik olan hər hansı bir iti alətin (alətlərin/predmetin (predmetlərin)) kəsici kənarının təsirindən törənməyə xarakterikdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şərti 2 №-li, balon tipli gödəkçənin arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd kombinə olunmuş deşilmiş-kəsilmiş və cırılma zədəsi vardır. Bu zədə əvvəlcə iti ülgücü, iti ucu və özünü zəif dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş, daha sonra isə gödəkçənin həmin nahiyəsinə küt qüvvə təsir etməklə, yəni kəskin dartılaraq cırılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs X3 məxsus şərti 2 №-li, balon tipli gödəkçənin sol qolunun arxa səthində, qoltuqaltı nahiyədə, sol qolun dairəvi tikişi üzrə 01 (bir) ədəd küt yaranma mexanizminə malik olan və gödəkçənin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik sökülmə zədəsi vardır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus olmuş bir ədəd papağın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şərti 1 №-li (“Nike” markalı) gödəkçənin sol qolunun ön səthinin yuxarı hissəsində olan bir ədəd deşilmiş kəsilmiş zədə onun bədən səthində olan sol bazu oynağının ön səthinin deşilmiş kəsilmiş yarası; gödəkçələrin ön səthinin sol yarısının orta hissəsində olan 02 ədəd zədələrdən biri, yəni 25 mm uzunluqlu deşilmiş-kəsilmiş zədə onun bədən səthində müəyyən olunmuş döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası ilə şərti 1 №-li (“Nike” markalı) gödəkçənin ön səthinin sağ yarısının orta hissəsində olan 02 (iki) ədəd deşilmiş kəsilmiş zədələrdən biri, yəni 23 mm uzunluqlu olan və şərti 2 №-li (balon tipli) gödəkçənin ön səthinin sağ yarısının orta hissəsində olan 01 (bir) ədəd zədə onun bədən səthində müəyyən edilmiş döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə, şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində olan 02 ədəd deşilmiş-kəsilmiş zədələrdən biri onun bədən səthində müəyyən edilmiş qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə; gödəkçələrin arxa səthinin sağ yarısının aşağı hissəsində olan 01 (bir) ədəd və arxa səthinin sağ yarısının orta hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələn onun bədən səthində müəyyən edilmiş qarnın sağ yan divarının daxilə nüfuz etməyən 02 (iki) ədəd deşilmiş-kəsilmiş yarası ilə, hər iki gödəkçənin sağ qolunun arxa səthinin yuxarı hissəsində olan 01 (bir) ədəd deşilmiş kəsilmiş zədələr onun bədən səthində müəyyən edilmiş sağ bazunun arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş yara ilə şərti 1 №-li (“Nike” markalı) gödəkçənin arxa səthinin sol yarısının aşağı və orta hissələrində olan 02 (iki) ədəd və şərti 2 №-li (balon tipli) gödəkçənin arxa səthinin sol yarısının aşağı hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr, o cümlədən, şərti 2 №-li (balon tipli) gödəkçənin arxa səthinin sol yarısının orta hissəsində olan kombinə olunmuş deşilmişkəsilmiş və cırılma zədəsinin deşilmiş-kəsilmiş sahəsi onun bədən səthində müəyyən edilmiş döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim olunmuş şərti 2 №-li (balon tipli) gödəkçənin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, sağ qolunun arxa səthinin orta-dirsəklik nahiyəsində 01 (bir) ədəd, aşağı hissəsində 01 (bir) ədəd, şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd zədələrdən biri və arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş kəsilmiş zədələr onun bədən səthində öz əksini tapmışdır, bu da, yalnız geyim əşyalarının zədələnməsi ilə izah oluna bilər. (Cild 1, iş vərəqi 120-129)

15. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Beynəlxalq Hava Limanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqi 144)

16. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 173-176)

17. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 177-180)

18. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 181-184)

19. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqi 188)

20. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqi 189)

21. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir, o öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlan normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Məsuliyyətsizlik, laqeydlik, hövsələsizlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqi 190-193)

22. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 04 fevral 2024-cü il tarixdə iti deşici və kəsici alətlə müxtəlif bədən xəsarətlərinin yetirildiyi yer ünvan 3 ünvanın qarşısıdır. (Cild 1, iş vərəqi 197)

23. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, ifadənin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 200-210)

24. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 04 fevral 2024-cü il tarixdə Vüqar, Seymur və o, içkili halda yolda gedən zaman qarşıdan dostu Namiqin 2 nəfər şəxslə gəldiyini görmüşdür. Dostu Namiqlə görüşdükdən sonra səhvliklə Təqsirləndirilən şəxs ayağını tapdalamış, bu səbəbdən aralarında münaqişə yaranmış, Təqsirləndirilən şəxs bıçaqla onun kürəyinə, sinəsinə və qarın nahiyəsinə ümumilikdə 6-7 dəfə zərbə yetirmiş, həmin zərbələrin təsirindən o, huşunu itirərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ilk dəfə hadisə günü Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxsla bir-birlərinə qarşı nalayiq sözlərdən istifadə etməmişlər. Ona vurulmuş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs şikayətçi olmamışdır.

25. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında təsadüfən tanışı Seymurla rastlaşıb bir yerdə oturub çay içdikdən sonra gəzişmək qərarına gəlmişlər. Elə həmin vaxt digər tanışı Vüqarı da görüb salamlaşmış və nahar edib spirtli içki qəbul etmək qərarına gəlmişlər. Həmin məqsədlə piyada Nizami rayon İcra Hakimiyyətinin inzibati binasına doğru, oradan isə yaxınlıqda yerləşən “Şam 8ci kilometr” kafesinə getmişlər. Üçü də orada masa arxasında əyləşib, ofisianta yemək sifariş vermişlər. Özləri ilə gətirdikləri bir litrlik şüşə arağı da üç nəfərə içmişlər. Hesabı da, yəni 20 manatı Seymur ödəmişdir. Masadan qalxıb, kafeni birlikdə tərk edib, gəzə-gəzə piyada Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidən R.Rüstəmov küçəsi istiqamətində gələrkən yolda tanıdığı Namiqi görüb sonuncu ilə görüşmüşdür. Namiqin yanında isə əvvəllər görmədiyi və tanımadığı iki nəfər şəxs də olmuşdur. Namiqlə tanışlıq münasibətinin olduğunu görən Seymur və Vüqar bir qədər kənarlaşaraq onu gözləməyə başlamışlar. Həmin vaxt əvvəldən Namiqlə tanışlıq münasibəti olduğu üçün öz aralarında söhbət edərkən sonradan adının Orxan olduğunu bildiyi şəxs də yaxınlaşmışdır. Namiqlə söhbət əsnasında sonuncu ona Xəyyam adlı narkomanın yaşadığı ünvana getdiyini deyəndə sonuncuya “ə, o, barıqanın qapısına gedirsiz?” sualını vermiş, lakin həmin sual Orxanın xoşuna gəlməyərək, Xəyyamın reabilitasiyada müalicə aldığını və sonuncunun haqqında belə danışmamasını bildirmişdir. Orxanın həmin narkomanı müdafiə etməsi xoşuna gəlmədiyi üçün əlini sonuncunun sifətinə tutaraq itələmiş və gedib öz işi ilə məşğul olmasını demişdir. Həmin zəmində aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birlərinin yaxısından tutub dartışmağa başlamışlar. Həmin vaxt Orxan onu sonradan bildiyi kəsici-deşici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirməyə başlamışdır. Tanışı Vüqar isə dava-dalaşa son qoymaq üçün aralarına girmişdir. Qaranlıq olduğu üçün əvvəl bilməmiş, lakin sonradan Orxan onunla dava-dalaş edərkən Vüqarın da bədəninin müxtəlif yerlərinə zərbələr endirdiyini bilmişdir. Həmin vaxt Namiq və Vüqar onları tutaraq bir-birlərindən kənarlaşdırmışlar. Orxan oradan Namiqlə birlikdə getməmişdən əvvəl ani olaraq dayanıb, səhv etmirsə ondan üzr istəmiş, spirtli içkinin təsiri altında olduğundan və aldığı xəsarətlərin ağrılarını keçirtdiyindən konkret olaraq nə dediyini eşitməmiş, lakin ondan üzr istədiyini başa düşmüşdür. Bundan sonra onlar iti yerişlərlə uzaqlaşaraq getmişlər. Bədənindən qan gəldiyini görüb tanışları Vüqar və Seymurla birlikdə xəstəxanaya getmək üçün hadisə yerindən uzaqlaşmışdır. Qeyd etmişdir ki, mübahisə dava-dalaşla birlikdə 2-3 dəqiqə davam etmiş, hadisənin kənardan kimlərinsə gördüyünü bilmir, Orxanla süpürləşərkən Namiq onları biri-birlərindən ayırmış, Namiqin tanışı digər şəxsi isə hadisə baş verərkən orada görməmiş, hadisə vaxtı bıçaq yalnız Orxanın əlində olmuş, başqa heç kəsin əlində bıçaq və ya digər əşya olmamış, bıçağın harada olması barədə xəbərim yoxdur, Orxanı əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamış, həmçinin Orxan da onu tanımır. Sadəcə görüş zamanı sözləri bir-birlərinə uyğun gəlmədiyi üçün aralarında mübahisə və dava-dalaş baş vermişdir. Vüqar isə Orxanla onun arasına girərkən sonuncu tərəfindən bıçaq zərbələri almışdır. Orxanın onu və Vüqarı yenə də vurmağa imkan olmuş, lakin Namiq Orxanı ondan kənarlaşdırdıqdan sonra çıxıb getmişlər.

26. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə arlarında ədavət və düşmənçilik olmamışdır. 04 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1la “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən kafedən çıxdıqdan sonra Seymurla görüşmüşlər. Murad və Seymurla birgə yolda irəliləyən zaman qarşıdan üzbəüz şəkildə Orxan gəlmiş, birdən Orxanla Murad arasında münaqişə baş vermiş, münaqişə nəticəsində Orxan bıçaq vasitəsilə Murada zərbə yetirmişdir. Yetirilən zərbə nəticəsində Murad yerə yıxılmış, o, Muradı dərhal kürəyinə alıb getmək istəyəndə ayağı ilişmiş və o da yerə yıxılmışdır. Bundan sonra Seymur gələrək onları xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, hava qaranlıq olduğundan Təqsirləndirilən şəxs əlində bıçaq olubolmamasını bilməmiş, ona vurulmuş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs şikayətçi olmamışdır.

27. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid təxminən 3 aydır ki, tanıyır. Belə ki, ev alğısatqısı və təmir-tikinti işləri ilə məşğul olduğu üçün Seymur müraciət edərək dostunun evinin satılmasında köməklik göstərməsini xahiş etmiş, həmin vaxt Murad da onun yanında olduğu üçün tanımışdır. Həmin vaxtdan etibarən Seymur dostunun evinin satılıbsatılmadığını soruşmuşdur. Həmin zəmində münasibətləri yaranmış və bir neçə dəfə bir yerdə oturub yeyib-içmişlər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında təsadüfən Seymurla rastlaşmış, elə həmin vaxt Murad da gəlib çıxmışdır. Parkda bir qədər söhbət etdikdən sonra nahar edib spirtli içki qəbul etmək qərarına gəldikləri üçün piyada Nizami rayon İcra Hakimiyyətinin inzibati binasına doğru oradan isə yaxınlıqda yerləşən “Şam 8-ci kilometr” kafesinə getmişlər. Üçü də masa arxasında əyləşib ofisianta yemək sifariş verərək özləri ilə gətirdikləri bir litrlik şüşə arağı da üç nəfərə içmişlər. Hesabı, yəni 20 manatı Seymur ödədikdən sonra kafeni birlikdə tərk etmişlər. Gəzə-gəzə piyada Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidən R.Rüstəmov küçəsi istiqamətində gedərkən tanışı Murad, onlara doğru gələn sonradan adını bildiyi Namiq adlı şəxs və tanımadığı digər 2 nəfər şəxslə görüşmüşdür. Həmin şəxslərlə o və Seymur da görüşdükdən sonra tanışların söhbətinə qarışmamaq üçün bir neçə addım kənara çəkilmiş, həmin vaxt Seymurla piyada hərəkət etməyə başlamış və 20 metr məsafədə həmin şəxslərdən kənarlaşmışdır. Həmin vaxt arxada mübahisə səsləri eşitdikdə, Muradla bir nəfərin süpürləşdiyini görüb, özünü çatdıraraq həmin şəxsi dartıb kənara çəkmək istəsə də, həmin şəxslər bir-birləri ilə boğuşduqları üçün ayıra bilməmiş və məcbur olub aralarına girmişdir. Həmin vaxt qaranlıq olduğu üçün, sonradan adını bildiyi Muradla dartışan həmin Orxan adlı şəxs iki dəfə bıçaq zərbəsi ilə onun baş və sol bel nahiyəsinə vurmuşdur. Əvvəl zərbənin nə ilə vurulduğunu başa düşməsə də, lakin adi əl zərbəsinin olmadığını başa düşmüşdür. Elə həmin vaxt Orxanın tanışı Namiq adlı şəxslə birlikdə Orxan və Muradı bir-birindən ayıraraq kənarlaşdırmışlar. Orxan Muraddan kənarlaşdıqdan sonra təxminən bir dəqiqə orada duraraq üzünü tanışı Namiqə çevirib “qardaş mən neylədim, nə iş tutdum” sözlərini dedikdən sonra bıçağı tutmadığı əli ilə özünün başına-başına vuraraq “ə, bu qan itirir təcili xəstəxanaya çatdırmaq lazımdır”, bundan sonra üzünü Murada tərəf tutub “Allah şeytana lənət eləsin, sən Allah bağışla” sözlərini deyərək iti yerişlərlə uzaqlaşmışdır. Bir yerdə Muradgilin məhlələrinə gəlib, yoldan keçən təsadüfi taksi ilə “Medical Plaza”ya getmişlər. Orada hər ikisinə ilk tibbi yardım göstərilmiş və “103” qaynar xəttinə zəng olunaraq X8 təcili tibbi yardım avtomobili ilə gətirmişlər. Sonradan onu və Muradı vuran şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Qeyd etmişdir ki, mübahisə dava-dalaşla birlikdə 2-3 dəqiqə davam etmiş, hadisəni kimsə görməsi barədə məlumatı yoxdur. Muradı və onu vuran şəxsin əvvəllər tanımadığı sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Orxanla Murad süpürləşərkən o və Namiq həmin şəxsləri bir-birindən ayırmışlar. Namiqin yanında olmuş digər şəxsi isə orada görməmişdir. Hadisə vaxtı bıçaq yalnız Murad və onu vuraraq xəsarət yetirən Orxanın əlində olmuşdur. Ondan başqa heç kəsin əlində bıçaq və ya digər əşya olmamışdır. Murada və ona vurularaq xəsarət yetirildiyi bıçağın harada olması barədə xəbəri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin Orxan da onu tanımamışdır. Orxan ona xəsarəti bilmədən yetirmişdir. Belə ki, o, Orxan və Muradın arasına girdikdən sonra Muradı qucaqlamış, arxası isə Orxana tərəf qalmışdır. Elə həmin vaxt bıçaq zərbələri almışdır. Orxanın onu və Muradı yenə də vurmağa imkan olmuşdur, lakin Namiq, Orxanı Muraddan kənarlaşdırdıqdan sonra çıxıb getmişlər.

28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. 04 fevral 2024-cü il tarixdə içkili halda “Neftçilər” metrostansiyası ətrafında Murad, Vüqar və o, yolda gedərkən Təqsirləndirilən şəxsla rastlaşmış, bu vaxt Murad və Orxanın arasında müəyyən narazılıq yaranmış, vəziyyətin davaya getdiyini gördüyündən dərhal yaxınlıqdakı marketə gedərək əlinə özünü müdafiə etmək üçün bir vasitə almış, hadisə yerinə qayıdan zaman Vüqar və Muradın yerdə uzandığının şahidi olmuşdur. Şahid həmçinin bildirmişdir ki, Murad və Vüqarın yerdə uzandığını gördükdən sonra dərhal həmin şəxsləri taksi ilə xəstəxanaya aparmış, həmin vaxt Orxanın harada olduğunu bilməmiş, yəni Orxan hadisə yerindən qaçmış, Murad və Vüqar özündə olmamış, həmin şəxslərin birinin baş nahiyəsindən, digərinin isə qarın nahiyəsindən qan gəlmiş, həmin vaxt Orxanın ətrafında olan 2 nəfər şəxsin Orxanla birlikdə olub-olmadığını bilməmiş, o, hadisə vaxtı mağazada olduğundan hadisənin birbaşa şahidi olmamış, həmin vaxt hədsiz dərəcədə içkili vəziyyətdə olmuşdur.

29. Şahid məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la uzun müddətdir ki, biri-birlərini tanıyırlar. Aralarında dostluq münasibətləri yaranmışdır. Hazırda da aralarındakı dostluq münasibətləri davam edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 4 ünvanında masa arxasında əyləşib nahar edərkən 750 qramlıq arağı təkbaşına içdikdən 20 dəqiqə sonra dostu Muradla telefon əlaqəsi saxlayıb, çaya dəvət etmişdir. Saat 15 radələrində binalarının həyətində Muradla görüşmüş və piyada Nizami rayon İcra Hakimiyyətinin inzibati binasına doğru gedərkən binanın qarşısında təsadüfən digər tanışı Vüqarla rastlaşmışdır. Çay evinə getməkdən imtina edib, “Şəms” kafesinə getmişlər. Üçü də orada masa arxasında əyləşib ofisianta yemək sifariş verdikdən sonra, özləri ilə gətirdikləri bir litrlik şüşə arağı da üç nəfərə içmişlər. Hesabı ödədikdən sonra kafeni birlikdə tərk edərək gəzə-gəzə piyada Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidən məhlələrinə, yəni R.Rüstəmov küçəsi istiqamətində gələrkən dostu Muradın məhləuşağı Namiq adlı şəxs və tanımadığı 2 nəfər şəxslə qarşılaşıb əl verərək salamlaşmışlar. Həmin vaxt Muradla tanışı Namiqin söhbətinə qoşulmamaq üçün Vüqarla birlikdə həmin şəxslərdən bir qədər kənarlaşmış elə bu vaxt ani olaraq mübahisə səslərini eşidib dərhal Vüqarla birlikdə həmin şəxslərə yaxınlaşanda, Murad və Orxanın artıq süpürləşirdiklərini görmüşdür. Həmin vaxt Vüqar həmin şəxslərin arasına girib aralaşdırmaq istədikdə qaranlıq olsa da, Orxanın əlində bıçağı görüb ehtiyyat edərək yaxınlaşmamış, Orxanın isə həmin vaxt bıçaqla bir-iki dəfə Vüqara da xəsarət yetirdiyini görmüşdür. Hadisədən əvvəl həddindən artıq spirtli içki qəbul etdiyindən özündə olmamış və Orxanın həmin bıçağı haradan çıxartdığını görməmişdir. Daha sonra Namiq Orxanı tutaraq Muraddan kənarlaşdırmışdır. Orxan Muraddan kənarlaşdıqdan sonra təxminən bir dəqiqə orada duraraq üzünü tanışı Namiqə çevirib “qardaş, mən neylədim, nə iş tutdum” sözlərini dedikdən sonra bıçağı tutmadığı əli ilə özünün başına-başına vuraraq “ə, bu qan itirir təcili xəstəxanaya çatdırmaq lazımdır”, bundan sonra üzünü Murada tərəf tutub “Allah şeytana lənət eləsin, sən Allah bağışla” sözlərini deyərək iti yerişlər ilə oradan uzaqlaşmışlar. Murad və Vüqar yerdən qalxdıqdan sonra evləri istiqamətdə qaçarkən o da Vüqarın başını tutaraq Muradın arxasınca onların məhlələrinə gəlmişdir. Oradan isə taksi tutaraq Vüqar və Muradı xəstəxanaya yola salmış, özü isə həddindən artıq içkili olduğundan və ayaqüstə dura bilmədiyindən oradan çıxıb evlərinə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Nizami Rayon Polis İdarəsindən polis əməkdaşı onu ifadə vermək məqsədilə həmin polis idarəsinə dəvət etmişdir. Muradı və Vüqarı sonradan bildiyi Təqsirləndirilən şəxs təxminən 6-7 saniyənin içərisində bıçaqla vuraraq xəsarət yetirmiş, həmin vaxt gecə saatları olduğundan sözügedən ərazidə özlərindən başqa kənar şəxs olmamış, Namiq hadisə vaxtı Vüqarla birlikdə Muradı və Orxanı bir-birlərindən ayırmış, özü içkili olduğu üçün mübahisə edənlərə yaxınlaşmamış, Namiqin yanında olmuş tanımadığı ikinci şəxsi isə hadisə başlayanda orada görməmişdir. Hadisə zamanı bıçaq yalnız Murad və Vüqarı vuraraq xəsarət yetirən, tanımadığı, adını sonradan bildiyi Orxan adlı şəxsin əlində olmuşdur. Orxandan başqa heç kəsin əlində bıçaq və ya digər predmet olmamışdır. Murad və Vüqarın vurularaq xəsarət yetirildiyi bıçağın harada olması barədə məlumatı yoxdur. Hadisə zamanı xəsarət almamış və kiməsə xəsarət yetirməmişdir. Orxanın Vüqar və Muradı yenə də vurmağa imkan olmuşdur. Lakin Namiq onu Muraddan kənarlaşdırdıqdan sonra çıxıb getmişlər.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

30. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, reabilitasiyada işləyərək narkotik tərkibli maddələrdən asılı olan şəxslərin müalicəsi prosesində mütəxəssis olaraq fəaliyyət göstərmiş, bir gün aylıq pul almaq üçün məhəlləyə gedən zaman 3 nəfər sərxoş vəziyyətdə olan şəxslər tərəfindən təhqir olunmağa başlanmış və bu zaman arxasını çönüb getmək istəyəndə həmin şəxslərdən Murad adlı şəxs onun üzünə sillə vuraraq hara getdiyini soruşub yavaş olmasını söyləmişdir. Bundan sonra 3 nəfər şəxs hamısı birdən üzərinə gəlmiş, həmin şəxslərin hamısı bədəncə ondan iri olmuşdur. Beləliklə, o, affekt vəziyyətdə özünü müdafiə etmək məqsədilə çantasından kəsici alət çıxararaq həmin şəxslərə zərbə yetirmiş, bundan sonra həmin şəxslərdən birindən qan gəldiyini görmüş və yanındakı şəxsə təcili şəkildə tibbi yardımın çağrılmasını söyləmişdir. Daha sonra zərbə yetirdiyi şəxs özü ayağa qalxaraq hadisə yerindən uzaqlaşmışdır. O, bir nəfərə bıçaq zərbəsi yetirdiyini xatırlayır.

31. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.

32. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, sonuncuya qarşı tələbi və şikayətinin olmadığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

33. CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

35. Maddə 17.1. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

36. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

37. Maddə 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.

38. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

39. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

40. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

41. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

42. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

43. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

44. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

45. Maddə 15.4, 18.2.2. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

46. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

48. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

49. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

50. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

51. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarı

54. Qərarın 4-cü bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə analoji dəyərləndirmədən çıxış edərək qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə də göstərilən halları şamil etməyi məqsədəmüvafiq hesab edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarı

55. Qərarın 2-ci bəndi. Məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

56. Qərarın 3-cü bəndi. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.

57. Qərarın 4-cü bəndi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla məhkəmələrə izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.

58. Qərarın 5-ci bəndi. Xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı

59. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı

60. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997ci il tarixli Qanunu (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Göstərilən Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

61. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmaqla hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

62. Belə ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində başlanmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuş, daha sonra isə onun bu hərəkətləri sonradan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərək ictimai yerdə silah qismində istifadə edilən əşyadan, yəni bıçaqdan istifadə etməklə digər zərərçəkmiş şəxs X5 zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.

63. Məhkəmə qeyd edir ki, məhkəmə zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsin mənafeyi xeyrinə verilmiş ifadə kimi qiymətləndirir və zərərçəkmiş şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələri əsaslı qəbul edir.

64. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrinə tövsif edilmişdir.

65. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir.

66. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə müvafiq olaraq ağır və az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. (hökmün 45-ci bəndi)

67. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır.

68. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir

69. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək, CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (hökmün 33-cü bəndi)

70. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 34, 38, 39 və 41-ci bəndləri)

71. Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışı cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir.

72. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. (hökmün 41-ci bəndi)

73. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cu il tarixli, 1(101)-879/13 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cu il tarixli, 1(101)-879/13 nömrəli hökmü ilə CM-in 126.2.1-ci və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqi 89-90)

74. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin təhlükəli residivini yaradır. (hökmün 45ci bəndi)

75. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

76. Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaratdığından cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 40-cı bəndi)

77. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 iyul 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 73-74, 143, 247-253). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (hökmün 50 və 51-ci bəndləri)

78. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu tarixdən, yəni 20 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

79. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

80. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, balon tipli gödəkçə, şalvar, köynək, papaq və Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, şalvar, alt mayka, kəmər və bir cüt corab dəyəri olmadığına görə məhv edilməlidir. (hökmün 52-ci bəndi)

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 20 iyul 2024-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, balon tipli gödəkçə, şalvar, köynək, papaq və Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, şalvar, alt mayka, kəmər və bir cüt corab məhv edilsin. İş üzrə mülki iddianın, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar