Məhkəmə qərarları › İş №1(101)-68/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-68/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-68/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilindiyi üçün ünvan 3 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmış, üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 10,737 qram tünd qəhvəyi rəngli qətrənabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağında yerləşən divanın saxlanc hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 301,7 qram tünd qəhvəyi rəngli qətrənabənzər spesifik iyə malik maddə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəklə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadəçisi olmamış, nə üzərində nə də ki, mənzilində narkotik vasitə olmamışdır. O, Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Həbs olunan zaman 30-cu PB-nin 4 nəfər əməkdaşı onu Hövsan qəsəbəsində saxlayaraq oğurluq cinayətində şübhəli şəxs olduğunu bildirmiş, onu şəxsi maşınlarına fiziki zor və qüvvət tətbiq etməklə bölməyə aparmışlar. Orada ona oğurluq hadisəsi barədə suallar verilmiş, o da həmin hadisədən məlumatı olmadığını bildirmişdir. Bu səbəbdən onlar ona fiziki və psixi əziyyət verməklə oğurluqda ittiham edə bilməyəcəklərini gördükdə bölmənin rəis müavini yaxınlaşaraq oğurluğu qəbul etdirə bilmirlərsə narkotiklə yüklənməsinə göstəriş vermişdir. Bundan sonra onu yenidən aşağı otağa apararaq orada yenidən döyərək ondan silah soruşmuşlar. O, hansı silahdan söhbət getdiyini soruşmuş və bu barədə onun heç bir məlumatı olmadığını bildirmiş, bundan sonra onlar onu orada saxlayıb 1 nəfər polis əməkdaşına tapşırıq verib harasa göndərmiş, təxminən yarım saat sonra həmin polis əməkdaşı onun yaşayış evinin qarşısında onlara zəng edərək telefona onu istəmişdir. Bu zaman ona hazırda onun evinin qarşısında olduğunu, əlindəki sellefonu göstərərək narkotiklə dolu olduğunu bildirib, dedikləri halları boynuna almadığı təqdirdə evinə daxil olaraq videoçəkilişlə ailəsinin yanında onun ünvanından narkotik vasitəni çıxaracağını bildirmişdir. Bölmədə onun törətmədiyi əməllə bağlı saxta hallar əsasında hazırlanmış saxta sənədlərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri hazırladıqları sənədlərə “Yalan” formasında imza atmışdır. Lakin onu MSY-nə aparıb oradan sanksiyaya çıxardıqda məlum olmuşdur ki, polis əməkdaşları onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Lakin o, heç bir zaman narkotik vasitə istifadə etməmişdir. Həmçinin iş üzrə onlar tərəfindən təqdim olunmuş bütün sənədlər və sübutlar saxta, qondarmadır həmçinin protokollarda və digər sənədlərdə olan imzalar saxtadır ona məxsus deyil. Bundan başqa iş üzrə keçirilmiş narkoloji ekspertiza və nəticədə təqdim edilmiş rəydə saxtadır. Belə ki, onu ekspertiza mərkəzinə apardıqda sadəcə adı, soyadı soruşulmuş, heç bir müayinə aparılmamışdır, ekspert yalnız polis əməkdaşlarından boynuna alıb-almamasını soruşmuş, bundan sonra onlar oradan getmişlər. Daha sonra ekspert rəyində onun narkotik istifadəçisi olduğu müəyyən edilmişdir. Lakin o, heç vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Üzərindən və yaşayış evindən aşkar edilən narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş və ona fiziki və psixi təzyiq göstərilərək etiraf etməsi tələb edilmişdir. O, da bu təzyiqlərə dözə bilməmiş təqdim edilən narkotik vasitənin onun olduğunu kamera qarşısında etiraf etmiş və sənədləri imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onun üzərində tiryək kimi tanıdığı narkotik vasitə olduğuna görə həyəcanlanmış, bundan əlavə olaraq xx.xx.2022-ci il tarixdə 132 saylı xətt marşurutunda qadına məxsus olan əl çantasını oğurladığına görə və çantada olan “Nokia” markalı mobil telefon üzərində olduğuna görə polis əməkdaşları onun bu həyəcanını görüb onu sorğu sual etməyə başlamışlar və onu PŞ-nə dəvət etmişlər. PŞ-də inzibati otaqların birində polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellefona bükülü 01 ədəd bükümdə olan narkotik vasitəni və xx.xx.2022-ci il tarixdə oğurlanmış olduğu “Nokia” markalı mobil telefonu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəni saxlanıldığı gün, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manata aldığını, 3 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkarlanmış maddi sübut qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra məhkəmə ekspertizasına göndərilmişdir. Bundan sonra onun və müdafiəçisinin iştrakı ilə yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında olan divanın saxlanc yeri kimi istifadə etdiyi hissəsindən üzərində olan narkotik vasitə tiryəkin eynisindən aşkar edilmişdir. O, həmin narkotik vasitəni də eyni şəxsdən 200 manata almışdır. Aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlə möhürlənmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 240 manata almışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. O, narkotik vasitələri yalnız öz istifadəsi üçün əldə etmiş, satışı ilə məşğul olmamışdır. Heç bir maddi vəsaiti olmadığından oğurluq etmək qərarına gəlmiş, buna görə də, xx.xx.2022-ci il tarixdə, saat təqribən 18 radələrində avtobusda gedən zaman sürücünün yan hissəsində 01 ədəd çantanın nəzarətsiz şəkildə olduğunu görmüşdür. Avtobusda bir qədər şəxs olduğundan çanta sahibinin nəzarətindən çıxmışdır. Bu vəziyyətdən istifadə edərək həmin çantanı oğurlamışdır. Həmin ərazidən uzaqlaşdıqdan sonra çantanı açdıqda dəyərli əşyaların olub-olmamasını yoxlamaq üçün çantanı yoxlamışdır. Bu zaman çantanın içərisində olan “Nokia” markalı mobil telefonu və 30 manat nəğd pulu götürdükdən sonra çantanı içərisində olan əşyalarla yolun kənarına atmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilmiş “Nokia” markalı telefon həmin hadisə nəticəsində əldə etdiyi telefondur. Oğurladığı çantada dəyərli bir əşya olub-olmamasmı müəyyən etdikdən sonra onun üçün digər əşyalar maraq kəsb etmədiyindən, həmin çantanı içərisində olan əşyalarla birlikdə atmışdır. Həmçinin istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs qimsində ifadəsi alınmış Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla razı olmayaraq ifadəsini dəyişdirərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, Hövsan qəsəbəsi, Pekarnı adlanan yerdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onlardan biri ona çiyin atmış və bu zaman onların arasında mübahisə yaranmışdır. Bundan sonra həmin üç nəfər şəxs onu çətinliklə ram edərək avtomobilə əyləşdirmiş, məcburi qaydada Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. PŞ-nin otaqların birində ona məcburi qaydada qol çəkdirmişlər və üzərinə narkotik vasitə qoymuşlar. Sonra videoçəkilişlə üzərindən narkotik vasitə çıxarılmışdır. Daha sonra vəkil dəvət edilmiş, ona hədə-qorxu gəlindiyindən o, vəkilinin yanında heç bir söz deyə bilməmişdir. Sonra vəkilinin iştirakı ilə onu tanımadığı evə aparmışlar. Həmin evdə o, divanın altından əlavə saxladığı narkotik vasitəni çıxarmışdır. Nə həmin divanın altından çıxarılan maddə, nə də ki üzərində aşkar edilən narkotik ona məxsus olmamışdır. İlkin izahat və ifadələrini təzyiq altında vermişdir. Lakin hazırda ifadəsinin düzgün olduğunu qeyd etmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarında olan protokollarda və digər sənədlərdə olan imzalar ona məxsus deyil və müstəntiq tərəfindən saxtalaşdırılmış, polis əməkdaşları tərəfindən o, saxlanılarkən aralarında mübahisə olmuş o da onlara müqavimət göstərmişdir. Daha sonra özünü təqsirli bilməməsini, ailəli olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X6 məxsus əl çantasının 132 saylı sərnişin avtobusunda oğurlanması barədə məlumatı daxil olmuş və keçirilmiş əmaliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bundan sonra xx.xx.2022ci il tarixdə iş yoldaşı Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2la birlikdə onlara təhkim olunmuş xidməti ərazidə xidmat aparan zaman ünvan 3 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Sonuncu özünü təqdim etdikdən sonra ona oğurluq etməkdə şübhəli olduğu bildirərək Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs də onlarla razılaşaraq polis əməkdaşları ilə birlikdə 30-cu PŞ-nə gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçiriləcəyi bildirilmiş, sonuncunun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilməyə başlanmış, sonuncuya qanunsuz hər hansı bir əşуа varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm və sol yan cibindən isə 01 ədəd ön və arxa hissəsi çatlamış olan qara rəngli “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmiş və həmin bükümün içərisində tiryək kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manata aldığını, təqdim etdiyi mobil telefonu isə xx.xx.2022-ci il tarixdə 132 saylı sərnişin avtobusunda tanımadığı bir qadına məxsus əl çantasından oğurladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd “Nokia” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və sonuncu yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evə baxış zamanı evin qonaq otağında olan divanın alt hissəsindən 01 ədəd ağ rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evdə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərsə də, onlar tərəfindən istər saxlanılarkən istərsə də polis şöbəsində hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmiş, həmçinin onlarda olan məxfi məlumat sonuncunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olsada, həmin fakt öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm və sol yan cibindən isə 01 ədəd ön və arxa hissəsi çatlamış olan qara rəngli “Nokia” markalı mobil telefonu çıxararaq təqdim etmiş və həmin bükümün içərisində tiryək kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 40 manata aldığını, təqdim etdiyi mobil telefonu isə xx.xx.2022-ci il tarixdə 132 saylı sərnişin avtobusunda tanımadığı bir qadına məxsus əl çantasından oğurladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd “Nokia” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonar keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və sonuncu yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evə baxış zamanı evin qonaq otağında olan divanın alt hissəsindəm 01 ədəd ağ rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Daha sonra isə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı müqavimət göstərsə də, onlar tərəfindən istər saxlanılarkən istərsə də polis şöbəsində hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmiş, həmçinin onlarda olan məxfi məlumat sonuncunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olsada, həmin fakt öz təsdiqini tapmamışdır. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 1-ci cild 29-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 88-92-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 219-223-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 228-229-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 249-250-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 44-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/466 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,737 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş..” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 301,7 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş tiryəkin ümumi təmiz çəkisi 312,437 qramdır və həmin tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Qeyd: Tiryəkin təmiz çəkisi – 301,7 qram və 10,737 qram, tədqiqata sərf edildi – 0,2 qram və 0,1 qram, qalıq – 301,5 qram və 10,637 qram. Cinayət işinin 1-ci cild 147-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2859 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Nokia 6.1” markalı mobil telefon aparatının hazırki ekranı və arxa gövdəsi zədəli vəziyyətdə, satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan bazar qiyməti təxminən 20,00 manat zədələnməmişdən əvvəl normal vəziyyətdə təxminən 100,00 manat müəyyən olunur. Müdafiə tərəfinin vəsatəti əsasında təyin və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/229 saylı ekspert rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, 1(101)-68/2024 nömrəli cinayət işinin 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 17-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 23-24-cü vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imzadan və 2-ci vərəqində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 25-26-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imzadan, 2-ci vərəqində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 27-ci vərəqində xx.xx.2022-ci il tarixli etirza edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 28-ci vərəqində olan xx.xx.2022-ci il tarixi şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzadan, 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 31-ci vərəqində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 33-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 34-35-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsində “2” rəqəmi qrafasındakı imza, 2-ci vərəqində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 36-cı vərəqində olan izahatın “İmza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar və “Cavab” qrafalarındakı əlyazmalar, 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqində olan xx.xx.2022-ci il tarixli baxış və maddi sübutun götürülməsi haqqında protokolun arxa tərəfində “4.” rəqəmi qarşısındakı imza və “Təqsirləndirilən şəxs M.” yazıları, 42-ci vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 51-ci vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 59-60-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolun 1-ci vərəqindəki 3 ədəd imza, 2-ci vərəqində “İmza:” və “şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 66-67-ci vərəqlərində olan xx.xx.2022ci il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 68-ci vərəqində olan xx.xx.2022-ci il tarixli bildirişdə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 69-70-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli bildirişin 1-ci vərəqinin aşağı hissəsində imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 71-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarının surətini ona verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 73-74-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində “İmza:” qrafalarındakı imzalar, 2-ci vərəqindəki imzalar və “Təqsirli bilmirəm” əlyazması və sonuncu vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 76-cı vərəqində olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolda “1. Təqsirləndirilən şəxs” qrafasındakı imza, 79-cu vərəqində olan xx.xx.2022-ci il tarixli ekspertizası təyin etmək barədə qərarla təqsirləndirilən şəxsi və müdafiəçini tanış etmə barədə protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza və 86-cı vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesinini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmşdur.

2. Ekspertizaya təqdim edilmiş 1(101)-68/2024 nömrəli cinayət işinin 1-ci cildinin 14cü vərəqində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəainin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək olmadı. Cinayət işinin 1-ci cild 45 və 148-ci vərəqələrində olan və 2-ci cildinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat, 50 (əlli) manat və 126 (iki yüz iyirmi altı) manat, ümumilikdə 290 (iki yüz doxsan) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1972 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 168-179-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalmış 301,5 qram və 10,637 qram narkotik vasitə olan tiryək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 122-124-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 09 ay şərti sınaq müddəti tətbiq edilməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə Azərbaycan Respublikasının Milli X5 əsasən cəzadan azad edilmiş; 3) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 02 ilə endirilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 14:50-dən 15:05-dək Suraxanı RPİ-nin 30-cu PŞ-də qeydə alınmışdır. Həmin şöbənin təhqiqatçısı Ş.B.Mikayılov özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli şəffaf sellofana bükülü 1 bükümdən ibarət qara qəngli olan narkotik vasitə olan tiryəki təqdim edir. Həmin maddəni şəxsi istifadəsi üçün Əhmədli metrosunda tanımadığı şəxsdən 40 manata aldığını bildirir. Daha sonra sonuncunun üzərinə baxış keçirilir və sol yan cibindən 01 ədəd ön və arxa hissəsi çatlamış vəziyyətdə olan qara rəngli “Nokia” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olmadığını,xx.xx.2022-ci il tarixdə Əhmədli qəsəbəsindən gələn zaman 132 saylı xətt marşurutundan qadına məxsus olan əl çantasının avtobusda görüb götürdüyünü, çantanın içərisinə baxdıqda 01 ədəd telefon olduğunu, həmin telefonu götürdükdən sonra çantanı atdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilmir. Bundan sonra sonuncunun təqdim etdiyi maddə və mobil telefon kağız zərfə qoyularaq qablaşdırılır, üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş evə baxış və maddi sübutun götürülməsi haqqında DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, CA üzrə əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilir. Sonuncuya mənzildə qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşıl divanın altından 01 ədəd sellofana bükülmüş bükümü təqdim edir. Həmin bükümün ona məxsus olmasını və maddənin tiryək olmasını, şəxsi istifadəsi üçün aldığını bildirir. Sonra mənzilə baxış davam etdirilir, qanunla qadağan olunmuş digər maddə və ya predimet aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfə qoyularaq möhürlənir və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 1-ci cild 310-312-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs zədə aldığını bildirir, sağ qaş altında olunan sol tərəfində qərtməkli yara, sol çiyin arxasında sol kürək sümüyündə göyərti, qançır, sol budun arxasında göyərti qançır aşkar edilmişdir. Həmçinin sonuncunun şikayəti olmadığı qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 282-283-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi E.E.Quliyevin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının ona xəsarət yetirməsinə dair şikayət üzrə 242-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş belə ki, həmin qərara əsasən müəyyən edilmişdir ki, sonuncunun üzərində olan xəsarətlər tutulmamışdan əvvəlki yəni xx.xx.2022-ci il tarixə təsadüf edir. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə xx.xx.2022-ci il tarixdə, saat 22:20 radələrində daxil olmuşdur. Cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 30-cu PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 13:50-də PŞ-nə gətirilmişdir. Qeyd: PŞ-də quraşdırılmış video-kamera cihazlarında xx.xx.2022-ci tarixinə dair videogörüntülər müddətin keçməsi ilə əlaqədar silindiyi üçün həmin görüntüləri təqdim etmək mümkün olmamışdır. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs tiryəki satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən tiryəkin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun tiryəki məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin tiryəki satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş tiryəkin külli miqdarda olması və iki ədəd birinin kiçik digərinin isə iri bükümdə olması sonuncunun həmin tiryəki satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş tiryəkin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitə olan tiryəkin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq tiryəki əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan tiryəki - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək tiryəki öz şəxsi istifadəsi üçün saxladığını bildirməklə, tiryəkin qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş tiryəkin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 10,737 qram, yaşadığı evə baxış zamanı mənzilindən isə 301,7 qram tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən tiryək qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddənin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun tiryəki aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən və evindən aşkar edilmiş tiryəkin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı narkotik vasitə tiryəkin iki ədəd birinin kiçik digərinin isə iri bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitə tiryəkin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı mənzilə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiq göstərilməsi, habelə ailəsi ilə hədələnməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Ş.B.Mikayılov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.1-ci maddələri ilə cinayət işi başlanılmış (1-ci cild, i/v 1), sonuncu həmin maddələri şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, i/v 23). Bundan başqa, məhkəmə icraatında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsində şübhəli bilinərək saxlanıldığını, onun narkotik vasitələrinin qanunsuz satışı ilə bağlı hər hansı məlumata malik olmadıqlarını bildirmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik maddə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Sonuncunun qeyd edilən narkotik maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə cinayət əməli xx.xx.2022-ci il tarixdə törədilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində tədbiq edilən cəza 20 may 2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına əsasən təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (22 may 2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi). Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və narkotik vasitələrin istifadəçisi olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (1-ci cild i/v 34-35), şübhəli şəxsin izahatından (1-ci cild i/v 36), şübhəli şəxsi (1-ci cild i/v 59-60) və təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 73-75) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməli tam etiraf etmiş, protokolları və digər sənədləri imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs iş materiallarında olan protokol və digər sənədlərdəki imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə tərəfindən keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/229 saylı məhkəmə - xətşünaslıq ekspertizasının rəyinə əsasən sənədlərdə ki, imzaların sonuncu tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli şəffaf sellofana bükülü 1 bükümdən ibarət qara qəngli olan narkotik vasitə olan tiryəki təqdim edərək, həmin maddəni şəxsi istifadəsi üçün Əhmədli metrosunda tanımadığı şəxsdən 40 manata aldığını bildirir. (1-ci cild i/v 34-35). Bundan əlavə məhkəmə iclasında baxış keçirilmiş evə baxış və maddi sübutun götürülməsinin gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman sonuncu yaşıl divanın altından 01 ədəd sellofana bükülmüş bükümü təqdim edir və bükümün ona məxsus olmasını və maddənin tiryək olmasını, şəxsi istifadəsi üçün aldığını bildirir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə istifadəçisi olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1972 saylı rəyindən görünür ki, müayinə zamanı sonuncuda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, M.H.Səfərov tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət edilməsini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı həbs edilmiş şəxs Təqsirləndirilən şəxs zədə aldığını müəyyən edilsədə o, bununla bağlı şikayətinin olmadığı bildirir və bu barədə qeyd aparılır. Bundan başqa müəyyən edilmişdir ki, döyülmə faktı ilə bağlı Təqsirləndirilən şəxs müraciəti əsasında Bakı Şəhəri Suraxanı rayon prokurorluğunda araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixli qərara əsasən sonuncunun üzərində olan xəsarətlərin tutulmamışdan əvvəlki yəni xx.xx.2022-ci il tarixə təsadüf edildiyi qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən o, saxlanılarkən aralarında mübahisə olmuş o da onlara müqavimət göstərmişdir. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlər polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl və ya saxlanılarkən göstərdiyi müqavimətin nəticəsində yarana bilərdi. Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Ş.B.Mikayılov tərəfindən 24 yanvar 6 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Ş.B.Mikayılov tərəfindən xx.xx.2022-ci tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30-da 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılmışdır, üzərindən 312,437 qram tiryək aşkarlanaraq götürülmüş və fakt üzrə təxirə salınmaz istintaq hərəkətləri apararaq AR CM-nin 234.1 və 177.1-ci maddələri ********* saylı cinayət işi başlanmışdır. Sənəndlərin təhlili zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Ş.B.Mikayılov tərəfindən şübhəli şəxsin tutulması haqqında və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlar cinayət prosessual qanunvericilyinin normaları pozulmaqla tərtib edilmişdir. Belə ki, şübhəli şəxsin tutulması haqqında qərarın qəbul olunduğu tarix 24 yanvar 6 aprel 2022-ci il kimi, həmçinin cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma tarixi xx.xx.2022-ci il olduğu halda xx.xx.2022-ci il kimi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və mənzilindən aşkar edilən narkotik vasitə tiryəkin miqdarını (10,737 və 301,7 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1972 saylı rəyinə əsasən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır(1-ci cild, i/v 145-146). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,637 qram və 301,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə cəmi 290 (iki yüz doxsan) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,637 qram və 301,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 290 (iki yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar