Məhkəmə qərarları › İş №1(101)-68/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-68/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-68/2025 24.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X9, X2, X14 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X12 və Dövlət ittihamçısı2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 19 avqust 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(101)-135/11 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Naxçıvani küçəsi, "xxxx" MTK-da yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edib, saxlamaqla daşıyaraq Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək 10 avqust 2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında sonuncu tərəfindən gizlədilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 22,278 qram narkotik vasitə heroin, külli miqdarda ümumi çəkisi 119,397 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin çəkisi 1,2 qram təşkil edən 30 ədəd həbdə narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin çəkisi 1,35 qram təşkil edən 09 ədəd həbdə güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli dərman preparatı və təsiredici maddəsinin çəkisi külli miqdarda 6,3 qram təşkil edən 28 ədəd həbdə güclü təsir edən maddə olan tramadol hidroxlorid əldə edib üzərində saxlayaraq daşımış, 12 avqust 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 3 ünvanın yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən 5-ci Polis Bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli portmonenin içərisindən 14 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 22,278 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 60,597 qram, 01 ədəd göy rəngli paketdə təmiz çəkisi külli miqdar hesab edilən 56,328 qram və 05 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,472 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 119,397 qram psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” markalanma göstəricisi olan markalanma göstəricisi olan 03 ədəd konvalyutda ümumi 30 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən narkotik vasitə olan metadon tərkibli qəhvəyi rəngli dərman preparatları üzərində “Alyse 150 (preqqabalin)” markalanma göstəricisi olan 02 ədəd konvalyutda ümumi 09 ədəd ağ rəngli kapsuldan ibarət, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edən güclü təsir edən maddə hesab edilən preqabalin dərman preparatları və üzərində “Royal 225 (tramadol hydrochloride)” markalanma göstəricisi olan 03 ədəd konvalyutda ümumi 28 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı həblərdə tramadol-hidroxlorid təsiredici maddəsinin miqdarı külli miqdar hesab edilən 6,3 qram güclü təsir edən tramadolhidroxlorid dərman preparatları, üzərində heroin və metamfetamin izləri olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2021-ci il protokol və ona əlavə olunmuş diskdən, həmin diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs şalvarının cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, əlindəki qara rəngli dəri çantanın içərisindən bir ədəd elektron tərəzini, bir ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofan bükümü, bir ədəd göy rəngli günəbaxan tumu paketini, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 14 ədəd şəffaf sellofan bükümü, içərisində ağ rəngli maddə olan 05 ədəd şəffaf sellofan bükümü, üzərində “Metahadone 40” sözləri yazılmış 30 ədəd dərman vasitəsini, üzərində “Alyse Pregabalin” sözləri yazılmış 09 ədəd dərman vasitəsini, üzərində “Royal -225 Tramadol” sözləri yazılmış 28 ədəd dərman vasitəsini çıxarıb masanın üzərinə qoyub üzərində başqa hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldıqda hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli günəbaxan tumu paketi açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin paketin və ağ rəngli bükümlərin içərisindəki maddənin “patı” deyilən psixotrop maddə metamfetamin, qəhvəyi rəngli bükümlərin içərisindəki maddənin "kakos" deyilən narkotik vasitə heroin olduğunu, həmin maddələri 10 avqust 2021-ci il tarixdə saat 23 radələrində İran vətəndaşının kart hesabına pul göndərdikdən sonra, sonuncunun onun mobil telefonuna göndərdiyi məkan olan “Binə” bazarı yaxınlığından, öz istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir.

4. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və möhürlənib götürülmüşdür. (cild 1, iş vərəqi 31-33; 83).

5. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3463 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr" yazısı olan zərfdəki 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 22,278 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; - 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 60,597 qram, 01 (bir) ədəd göy rəngli paketdə təmiz çəkisi 56,328 qram və 05 (beş) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 2,472 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsülla hazırlanmış psixotrop maddə metamfetanmindir. Metamfetaminin ümumi təmiz çəkisi 119,397 qramdır; - üzərində “Mehtadone 40” markalanma göstəricisi olan 03 ədəd konvalyutdakı ümumi 30 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 30 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir. (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla); - üzərində: “Alyse 150 (preqabalin)” markalanma göstəricisi olan 02 ədəd konvalyutdakı ümumi 09 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 09 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram təşkil edir. (üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla); - üzərində “Royal 225 (tramadol hydrochloride)” markalanma göstəricisi olan 03 ədəd konvalyutdakı ümumi 28 ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 28 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram təşkil edir. (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla); - bir ədəd qara rəngi elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. - Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. - Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. - Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. - Tramadol hidroxlorid və Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildirlər. - Qeyd: Heroinin ümumi təmiz çəkisi 22,278 qram olmuş, 0,28 qram tədqiqata sərf edildikdən sonra 21,998 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 119,397 qram olmuş, 0,21 qram tədqiqata sərf edildikdən sonra 119,187 qram qalıq qalmışdır. Metadon 30 tablet olmuş, 02 tablet təqdiqata sərf edildikdən sonra 28 tablet qalıq qalmışdır. Tramadol 28 tablet olmuş, 02 tablet təqdiqata sərf edildikdən sonra 26 tablet qalıq qalmışdır. Preqabalin 09 kapsul olmuş, 02 kapsul təqdiqata sərf edildikdən sonra 07 kapsul qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (cild 1, iş vərəqi 42-48)

6. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3921 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMnin "Tədqiqat Obyekti № 59"-li ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, - 14 (on dörd) ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; - 01(bir) ədəd şəffaf polietilen bükümdə, 01 (bir) ədəd göy rəngli paketdə və 05 (beş) ədəd şəffaf polietilen bükümlərdə olan psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; - bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün, bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir. - İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin və metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 12 avqust 2021-ci il tarixli 6/3463 saylı ekspert rəyində göstərilmişdir. - Qeyd: Heroinin ümumi təmiz çəkisi 21,998 qram olmuş, 0,14 qram tədqiqata sərf edildikdən sonra 21,858 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 119,187 qram olmuş, 0,07 qram tədqiqata sərf edildikdən sonra 119,117 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (cild 1, iş vərəqi 166-170)

7. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə 5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 3068 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, həmin polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 14 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 05 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və üzərlərində Metadon və Tramadol yazılmış dərman vasitələri aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış qanunsuz maddələri “Binə” bazarının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşının dediyi yerdən şəxsi istifadəsi və satış məqsədilə götürdüyünü bildirmiş, aşkar olunmuş maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri o, üzvü isə Şahid2 olmuş, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, onlara qarşı hər hansısa müqavimət göstərməmiş, o və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir zorakılıq hərəkətləri edilməmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu könüllü şəkildə etiraf etmiş, həmin istintaq hərəkəti zamanı müdafiəçinin iştirak edib-etməməsini xatırlamasa da, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iştirak etmiş, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş istintaq hərəkətlərinin aparılmasına etiraz etməmiş, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olması barədə olmuş, zərurət olmadığından Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdir. Şahid1 Təqsirləndirilən şəxs üzərindən narkotik tərkibli maddələrdən başqa mobil telefon və elektron tərəzi aşkarlandığını, əlavə nəyinsə aşkar olunub-olunmasını xatırlamadığını, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı təqdim etməsi üçün heç bir əlavə narkotik tərkibli maddə təqdim edilmədiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən sayda və növdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, metadon tərkibli dərman preparatı, preqabalin tərkibli dərman preparatı, tramadol hidroxlorid tərkibli dərman preparatı və elektron tərəzi aşkarlandığını bildirmişdir. Şahid2 həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadədəki imzaların ona məxsus olduğunu bildirmişdir.

9. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə özünü təqsirli bilməyərək həmin ittiham üzrə ifadə verməkdən imtina etmiş, lakin istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdən bəri narkotik vasitələrdən, psixotrop və güclü təsir edən maddələrdən istifadə edir. 10 avqust 2021-ci il tarixdə hazırda xatırlamadığı sosial şəbəkədə adını, soyadını və ata adını bilmədiyi İran vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs ona adının “Məsud” olduğunu, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul olduğunu, lazım olarsa təşkil edə biləcəyini bildirmişdir. Həmin şəxs pulun hesab nömrəsinə göndəriləcəyini, narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri bir yerə qoyacağını, həmin yeri məkan olaraq onun mobil telefonuna göndəriləcəyini və onun da, həmin yerdən götürə biləcəyini söyləmişdir. O, öz razılığını bildirdikdən sonra həmin şəxs ona “Whatsapp” mobil tətbiqində yazışmaq üçün Azərbaycan Respublikası ərazisində mobil şəbəkələrə aid olmayan bir nömrə vermişdir. O da həmin nömrəyə “Whatsapp” mobil tətbiqində yazmışdır. Həmin şəxs ona rəqəmlərdən ibarət hesab nömrəsi göndərmişdir. O, narkotik vasitə olan heroin, metadon, psixotrop maddə metamfetamin, güclü təsir edən maddələr olan tramadol və preqabalin dərman preparatları almaq üçün həmin gün, yəni xx.xx.2021-ci il tarixdə həmin şəxsin hesab nömrəsinə hazırda yadında qalmayan bir yerdə “million” aparatı vasitəsilə 1100 manat pul göndərmiş, həmin gün saat 23 radələrində həmin şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə onun telefonuna məkan kimi göndərdiyi Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin qarşısında qaranlıq küçədə bağlamanı götürmüşdür. Bağlamanın içərisində narkotik vasitə heroin, metadon, psixotrop maddə metamfetamin, güclü təsir edən maddələr olan preqabalin və tramadol həbləri olmuşdur. Qeyd edilən maddələri qara rəngli portmanatda saxlamışdır. 12 avqust 2021-ci il tarixdə saat 06:30 radələrində Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Naxçıvani küçəsi 3068 saylı ünvanın yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edib Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsində şübhəli olduğunu bildirib onu 5-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyərk həmin polis əməkdaşları ilə birlikdə PB-yə getmişdir. Polis Bölməsində ona təhqiqatçı tərəfindən müdafiəçi təyin olunmuş, ona təqdim edilmiş müdafiəçi Nuralı Həsənov tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra xidməti otaqların birində video çəkilişlə onun üzərində şəxs axtarış keçirilmişdir. Polis əməkdaşları üzərində olan əşyalarını təqdim etməsini təklif etmişlər, o, əynindəki şalvarının cibindən 02 ədəd mobil telefonunu, əlindəki qara rəngli portmanatda olan elektron tərəzini, içərisində metanfetamin olan şəffaf sellofan bükümü, içərisində metamfetamin olan günəbaxan tumu (semiçka) paketini, içərisində metamfetamin olan 05 ədəd kiçik sellofan bükümü, içərisində narktotik vasitə heroin olan 14 ədəd kiçik sellofan bükümləri, 30 ədəd metadon həblərini, 28 ədəd tramadol həblərini, 09 ədəd preqabalin həblərini polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş bükümlər, həblər və elektron tərəzi zərfə qablaşdırılıb möhürlənmiş, iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və orada iştirak edən hər bir şəxs protokola imza etmişdir. Verilmiş suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri həm özü istifadə etməsi, həm də satış məqsədilə əldə etdiyini, ona özünü “Məsud” adlı İran vətəndaşı kimi təqdim etmiş şəxsə göndərdiyi 1100 manat pulu göndərdiyi hesab nömrəsini, həmin şəxsin ad, soyad, ata adını və ünvanını bilmədiyini, “Whatsapp” sosial şəbəkəsində yazışmaq üçün göndərdiyi nömrəni sildiyini, həmin şəxsə özü istifadə etmək məqsədilə əldə etdiyini söylədiyini qeyd etmişdir. Narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri götürdüyü yer Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin qarşısında bir küçədə olmuş, həmin vaxt hava qaranlıq olduğuna görə xatırlamadığından və həmin məkanı sonradan sildiyi üçün göstərə bilməyəcəyini qeyd etmişdir. İstifadə etmək və satmaq üçün narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri tanımadığı şəxslərdən və təsadüfən yerdən tapanda istifadə etdiyini, əvvəllər heç bir vaxt heç kəsə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr satmadığını, birinci dəfədirki özü istifadə etmək, həm də satış məqsədilə əldə etdiyini qeyd etmişdir. Polis bölməsinə gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir.

10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, “Əməliyyat qrupunun təşkil edilməsi barədə” qərara və raporta əsasən etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Naxçıvani küçəsi, "xxxx" MTK-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 06:30-da ünvan 3 üvnanda saxlanılaraq 5-ci Polis Bölməsinə gətirilmişdir. (cild 1, iş vərəqi 3; 4-5; 6; 7)

11. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 19, 20)

12. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3757 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 160-161).

13. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3231 nömrəli rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansısa psixi xəstəlik müəyyən edilmir. (cild 1, iş vərəqi 163-164)

14. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, cinayət işi materiallarında Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirinin keçirilməsi və onun saxlanılması tarixi “xx.xx.2021-ci il” olması kimi tanınması və istintaq sənədlərində “xx.xx.2021-ci il” kimi oxunması qərar alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol, 7 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi, həmçinin şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk, DİN-in BİKİ-dən əldə edilmiş mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd disk, Təqsirləndirilən şəxs aşkar edilmiş “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə və mobil telefonun saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi, 02 ədəd CD diskin isə cinayət işinə əlavə edilməsi nəzərə alınmış, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntülər olan 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokol, mobil nömərələrə dair əldə edilmiş məlumatlar olan diskə baxış keçirilməsinə dair tərtib edilmiş protokol, mobil telefona baxış keçirilməsinə dair protokol, ekspert rəyləri sübut növü kimi tanınması nəzərə alınmış, xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd edilmiş 02 ədəd “Samsung” markalı mobil telefonlar yazısının 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefonlar kimi oxunaraq tanınması nəzərə alınmışdır. (cild 3, iş vərəqi 131-142)

15. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Cinayət təqibi üzrə icraatın ayrılması haqqında qərara əsasən, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri əldə etdiyi mənbəni müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 199-200) Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilən sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində icarə əsasında “Rent a car”-dan (avtomobil icarəsi xidməti) götürüb idarə etdiyi avtomobillə həyat yoldaşı Nailə Xudaverdiyeva ilə birlikdə Naxçıvani küçəsində yerləşən “Elit” marketin qarşısına çörək almaq məqsədilə getmiş, həmin marketdən çörək alıb çıxdıqda mülki geyimli 1 nəfər şəxsin marketin qarşısında dayandığını, digər 3 nəfər şəxsin isə onun avtomobilinin qapısını “dartışdırdıqları”-nı görmüşdür. O, həmin şəxslərdən nə etdiklərini soruşduqda polis əməkdaşları olduqlarını bildirmiş, o, həmin şəxslərə polis olmalarının etdikləri hərəkətə haqq qazandırmadığını söyləmiş, polis əməkdaşları onun avtomobilinin sənədlərində problem olduğunu bildirib sənədləri təqdim etməsini istəmişlər. O, həmin şəxslərdən əvvəlcə öz sənədlərini təqdim etmələrini tələb etmiş, polis əməkdaşları öz sənədlərini təqdim etdikdən sonra o da cibində olan pul qabından etibarnaməni çıxarıb təqdim etmişdir. Polis əməkdaşları texniki pasport tələb etdikdə o, “Rent a car”-ın texniki pasport vermədiyini bildirmiş, avtomobildə problem olduğu təqdirdə avtomobili verən şirkətə müraciət etmələrini istəmişdir. Polis əməkdaşları ondan Nailə Xudaverdiyevaya müraciət edərək avtomobilin qapısını açmasını istəmişlər. O, polis əməkdaşlarına həyat yoldaşı Nailə Xudaverdiyevanın qorxması səbəbindən avtomobilin qapılarını bağladığını bildirmiş, onların avtomobildən aralı duracaqları təqdirdə Nailə Xudaverdiyevaya avtomobilin qapısını açmaq lazım olduğunu deyəcəyini bildirmiş, həmin anda polis əməkdaşlarından biri onun üzərinə baxış keçirməyə icazə istəmiş, o da etiraz etməyərək üzərinə baxış keçirilə biləcəyini demişdir. Polis əməkdaşları əvvəlcə üzərində silah olubolmadığını yoxlamaq üçün onun belinə baxmışdır. Həmin vaxt onun corabında 01 listdə 09 ədəd “Metadon mf 40” dərmanı olmuş, 01 ədəd “Metadon mf 40” dərmanını isə əvvəlcədən qəbul etmişdir. Üzərinə baxış zamanı polis əməkdaşları həmin dərman vasitələrini aşkar etməmiş, sonradan onların yanına ağ rəngli “BMW X5” markalı avtomobil gəlmiş, həmin avtomobildən düşən şəxs polis əməkdaşlarından onun üzərinə yenidən baxış keçirilməsini tələb etmişdir. Onun üzərinə ikinci dəfə baxış keçirildikdə polis əməkdaşları onun corabında olan 01 listdə 09 ədəd “Metadon mf 40” dərmanını aşkar etmiş, polis əməkdaşlarından biri “BMW X5” markalı avtomobildən düşən şəxsə aşkar olunmuş dərman vasitələrini göstərərək “rəis, bizdədir” demişdir. Bundan sonra polis əməkdaşları onu “çeşka”, yəni “Mercedes-Benz C-class” markalı avtomobilə əyləşdirmək üçün itələmiş, Anar adlı əməliyyatçının yumruqla onu vurması nəticəsində o, “Mercedes- Benz C-class” markalı avtomobilin arxa oturacağı ilə qabaq oturacağı arasındakı yerə yıxılmışdır. Yenidən qalxdıqda “BMW X5” markalı avtomobildən düşən Samir adlı polis əməkdaşının onun “Rent a car”-dan götürüb idarə etdiyi avtomobili sürüb onların yanından keçdiyini, Samirin qucağında da həyat yoldaşı Nailənin Samirin əlindən çıxmaq istədiyini görmüşdür. Polis əməkdaşları onu Binəqədi Rayon Polis İdarəsinə aparmış, oraya getdikdə artıq onun “Rent a car” –dan götürüb idarə etdiyi avtomobilin həmin polis idarəsinin həyətində olduğunu görmüşdür. Polis əməkdaşları onu lift vasitəsilə 3-cü mərtəbəyə qaldırmış, orada olan otağa girən zaman Samir adlı polis əməkdaşının həyat yoldaşı Nailə Xudaverdiyevaya sillə ilə vurub təhqir edərək “niyə avtomobilin qapısını açmadığını” soruşduğunu görmüşdür. Daha sonra Samir adlı polis əməkdaşı vurub onun qaşını partlatmış, 3-4 nəfər polis əməkdaşı onu əl dəyənəyi ilə vurduqdan sonra qaldırıb Nailənin yanında oturtmuşlar. Samir adlı polis əməkdaşı mobil telefonda onun portal məlumatlarına baxdıqdan sonra ona “Sən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmusan, getməli adamsan, 10 kilo ilə də olsa gedəcəksən” dedikdən sonra siyirtməni açıb oradan bağlamalar və elektron tərəzi çıxararaq “bunlar sənindir, maşınından çıxıb” demişdir. Sonradan polis əməkdaşlarının Elşən dedikləri, rəisləri olan polis əməkdaşı gəlmiş, həmin polis əməkdaşının əsl adının Namiq olduğunu məhkəmədə bilmişdir. Həmin Namiq adlı polis əməkdaşı digər polis əməkdaşlarına “gətirdiyiniz budur?, qızın üstünü yoxlamısınız?” dedikdə polis əməkdaşları yoxlamadıqlarını demiş, Namiq adlı polis əməkdaşı “qızın üstünü də yoxlayın” demişdir. Samir adlı polis əməkdaşı yoldaşı Nailə Xudaverdiyevaya yaxınlaşaraq “İndi baxaq görək sən üzərində nə gizlədirsən?” deyib Nailənin köynəyinə əl atan zaman o, Samiri söymüş, bundan sonra polis əməkdaşları onu yenidən döyməyə başlamış, 1-2 saat sonra polis əməkdaşlarından biri gəlib onun “Rent a car”-a borcu olub-olmadığını soruşduqda o, borcunun olduğunu demiş, polis əməkdaşı ondan “Rent a car”-dan gələn şəxsin avtomobili götürüb getməsi üçün kartında pul varsa, ödəməsini tələb etmiş, onu “Rent a car”-ın sahibi Siyamak Məmmədov ilə görüşdürmüş, Siyamak Məmmədov onun üst-başının qan içində olduğunu görmüş, Siyamak Məmmədov maşını götürüb getdikdən sonra polis əməkdaşları Nailə ilə onu 3-cü mərtəbədə yerləşən digər böyük otağa keçirmiş, bir qədər sonra ona yaşadığı evə baxış keçirilməli olduğunu demişlər. Nailə polis idarəsində qalmış, polis əməkdaşları onu yaşadığı evə aparıb evə baxış keçirərək evi alt-üst edib dağıtsalar da, heç nə tapmamış, onu yenidən polis idarəsinə, oradan da Nailə ilə birlikdə 5-ci polis bölməsinə aparmışlar. Həmin vaxt saat 04 radələri olmuş, onu içəriyə saldıqda bir nəfər şəxsin yerdə uzandığını görmüş, daha sonra Nailənin səsini eşitmişdir. Nailə “Pərviz hardadır?” deyib qışqırmış, Nailəni də onların olduqları otağa gətirmişlər. O, Nailəni sakitləşdirməyə çalışmış, həmin otaqda kameranın olmasını və həmin kameranın işləməsini görmüş, polis əməkdaşlarının qadınla onu eyni otağa salmasının qanunsuz olduğunu bilmişdir. Polis əməkdaşları onu 5-ci polis bölməsinin həyətinə çıxarmış, həmin vaxt Samir adlı polis əməkdaşı və ondan başqa **-BF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “Kia optima” markalı avtomobildən bir neçə şəxsin həyətə düşdüyünü görmüşdür. Həmin şəxslər ona videoçəkilişdə narkotik tərkibli maddələri boynuna alacağı təqdirdə Nailəni buraxacaqlarını demiş, o, bir qədər aralıda Nailənin atası ilə qonşusunu gördüyündən onların Nailəni çıxara biləcəklərini başa düşüb polis əməkdaşları ilə razılaşmış, polis əməkdaşları onun köynəyinin qana bulaşması səbəbindən onu aparıb içəridə yatan şəxsin əynindəki köynəklə onun köynəyini dəyişdirmiş, onu təhqiqatçı Fərahimin otağına aparmışlar. Orada videoçəkiliş aparılmış, özü də videoçəkilişdə olan bağlamaların içərisində nə olduğunu bilməmişdir. Polis əməkdaşları Nurəli adlı vəkili ona təqdim edib, müdafiəçisinin olduğunu bildirdikdən sonra vəkilə 30 manat pul vermiş və vəkil getmişdir. Daha sonra təqdim etdikləri sənədlərə imza çəkməsi qarşılığında Nailəni buraxmalarına razılaşmış, imza çəkdikdən sonra Nailə ilə sağollaşmışdır. Onu müvəqqəti saxlama yerinə aparmışlar. Müvəqqəti saxlama yerində onun bədənində olan xəsarətləri qeyd etmişlər, 1 gün sonra müstəntiq Emil Abdullayev gəlib “sənin evinə axtarışa getməliyik, əgər 300 manat verə bilən yaxının varsa, versin, evində axtarış etməyək” demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında həmçinin bildirmişdir ki, saxlanılan vaxt **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, üzərində 09 ədəd “Metadon mf 40” dərmanından əlavə pul və 02 ədəd “Samsung” markalı mobil telefon da olmuş, mobil telefonlarının üzərində 03 ədəd ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuş, üzərində “Redmi” markalı mobil telefon olmamışdır. Bakı İstintaq Təcridxanasının rəisi Elnur müəllim ona xəsarətlərinin şəxsi işində qeyd olunduğunu, həmin sənədləri məhkəmənin sorğusu əsasında təqdim edə biləcəyini bildirmişdir. Onu saxlayan polis əməkdaşları ilə üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak edən polis əməkdaşları eyni şəxslər olmamış, ibtidai istintaq zamanı verdiyi ifadədə olan imzalar ona məxsus olsa da, həmin ifadəni təsdiqləməmişdir.

17. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızının atası olmaqla sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətindədir. Pərviz Babazədə ilə aralarında ədavət və düşmənçilik olmamışdır. 11 avqust 2021-ci il tarixdə Pərviz Babazədənin idarə etdiyi avtomobillə Bakı şəhərindəki “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən evlərinə gedərkən, Pərviz avtomobili “Elit” marketin qarşısında saxlayaraq çörək almaq üçün avtomobildən düşmüşdür. O, avtomobildə tək olarkən həmişə qapıları bağladığından Pərviz düşüb getdikdən sonra 7-8 nəfər mülki geyimli şəxs yaxınlaşaraq avtomobilin qapısını açmasını tələb etmiş, həmin şəxslər ona özlərini təqdim etməmiş, o, qapını açmadıqda avtomobili təpikləməyə başlamışlar. Daha sonra Pərviz gəlmiş, həmin 7-8 nəfər şəxs Pərvizin üzərini axtarmaq istədikdə Pərviz onlardan özlərini təqdim etmələrini tələb etmişdir. Həmin şəxslər özlərini təqdim etmədən Pərvizin üzərində şəxsi istifadəsi məqsədilə saxladığı 09 ədəd metadon həbini aşkar etmiş, Pərvizi başqa bir avtomobilə əyləşdirdikdən sonra Samir və Maqa adlı digər şəxslər onun olduğu avtomobilə zorla daxil olub həmin avtomobili idarə edərək Binəqədi Rayon Polis İdarəsinə aparmışlar. Həmin polis idarəsində Samir, Maqa və Anar adlı şəxslər Pərvizi dubinka ilə döyərək Pərvizə avtomobildə 1 kiloqram narkotik tərkibli maddə olduğunu etiraf etməsini, əks təqdirdə onu narkotik maddə ilə yükləyərək həbs edəcəklərini bildirmişlər. Onun üzərinə razılığı olmadan baxış keçirilmiş, polis idarəsində olan şkafdan narkotik tərkibli maddə olan bükümləri çıxararaq Pərvizdən həmin narkotik tərkibli maddələrin özünə məxsus olduğunu boynuna almasını istəmişlər. Pərviz razılaşaraq körpə uşaqlarının olduğunu bildirib onu buraxmalarını istəyərək dediklərini edəcəyini bildirmiş, Binəqədi Rayon Polis İdarəsində Pərvizi 2 dəfə harasa aparıb yenidən gətirmişlər. Daha sonra onları Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. 12 avqust 2021-ci il tarixdə o, 5-ci Polis Bölməsində olarkən atasına zəng edib onların saxlanıldığını bildirmiş, Fərahim adlı polis əməkdaşı atasından 500 manat alaraq onu buraxmış və söz vermişdir ki, Pərvizi üzərindən aşkar olunan metadon həbləri ilə sənədləşdirəcəklər. Həmçinin, 5-ci Polis Bölməsində olarkən, Pərvizin köynəyi qan olduğundan onun köynəyini orada olan başqa bir şəxsin qara rəngli köynəyi ilə dəyişdirmişlər. Nailə Xudaverdiyeva məhkəmə iclasında həmçinin bildirmişdir ki, polis idarəsində Pərvizin üzərinə baxış keçirilməsində iştirak etməmiş, o və Pərviz müdafiəçi ilə təmin olunmamış, Pərvizin istifadəsində “Samsung” markalı 2 mobil telefon olmuş, o, heç vaxt narkotik tərkibli maddə istifadə etməmiş, Pərvizin narkotik tərkibli maddə istifadə etdiyindən isə xəbəri olmuşdur.

18. Şahid X1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan Nailə Xudaverdiyevanın xx.xx.2021-ci il tarixli ifadəsi elan edilərək tədqiq edilmişdir. N.R.Xudaverdiyeva həmin ifadəsində Təqsirləndirilən şəxs ilə üç ildən bəri qeyri-rəsmi evli olduğunu, birgə qeyri-rəsmi nigahlarından bir azyaşlı qız övladlarının olduğunu, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "xxxx" MTK yaşayış kompleksində kirayədə yaşadığını, 12 avqust 2021-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitə ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumat aldığını, Pərvizlə ailə həyatı qurduqdan sonra onun ara-bir olaraq narkotik vasitə istifadə etməsini bildiyini, lakin Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə tutularkən üzərindən aşkar edilmiş maddələr barədə məlumatı olmadığını, Pərvizin narkotik vasitə satışı ilə məşğul olmasını bilmədiyini, bu barədə Pərviz tutulduqdan sonra ona məlum olduğunu, Pərvizin narkotik vasitəni haradan necə əldə etməsi barədə heç bir məlumatının olmadığını, özünün narkotik tərkibli maddələrdən heç vaxt istifadə etmədiyini bildirdi.

19. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X10 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 11 avqust 2021-ci il tarixdə, səhər saatlarında Pərvizin qaynatası X3 ona zəng edib Pərvizin tutulduğunu bildirərək birgə Pərvizin tutulduğu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə getməyi təklif etdikdə o, razılaşaraq Rafiq Xudaverdiyev ilə birgə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə getmiş, orada Pərvizin və Nailənin tutulduğunu görmüş, həmin vaxt Pərvizin üst-başı qan içində olmuş, X3 qızı Nailəni bölmədən çıxarmış, lakin Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində qalmışdır.

20. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qızının qeyri-rəsmi-əri olmaqla tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. 11 avqust 2021-ci il tarixdə, səhər saatlarında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən zəng edərək qızı Nailə və kürəkəni Pərviz Babazədənin tutulması barədə məlumat vermişlər və həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə getdikdə Təqsirləndirilən şəxs və qızı Nailə Xudaverdiyevanın saxlanıldığını görmüş, Təqsirləndirilən şəxs üzü qan içində olmuşdur.

21. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. **- EU-*** nömrəli avtomobil “Rent a car” şirkətinin avtomobili olmuş, onun mülkiyyətində olmamışdır. Həmin avtomobili Təqsirləndirilən şəxs icarəyə vermiş, hansı tarixdə avtomobili Təqsirləndirilən şəxs icarəyə verdiyini dəqiq xatırlamasa da, təxminən 2 il əvvəl olduğunu bildirmiş, Binəqədi Rayon Polis İdarəsindən avtomobili təhvil almağı üçün ona zəng gəldiyini, avtomobili təhvil almaq üçün Binəqədi Rayon Polis İdarəsinə getdiyini, avtomobilin icarə pulunu Təqsirləndirilən şəxs onun şəxsi kart hesabına yolladığını, Təqsirləndirilən şəxs saxlanılan zaman və ya saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs görmədiyini, Binəqədi Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qanlı köynəyini, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarətin olmasını görmədiyini, icarəyə verdiyi avtomobili Binəqədi Rayon Polis İdarəsinin həyətindən Təqsirləndirilən şəxs saxlanıldıqdan 1 gün sonra təhvil aldığını, polis əməkdaşlarının ona Təqsirləndirilən şəxs narkotiklə bağlı saxlanıldığını bildirdiyini, avtomobili ona Seyid adlı polis əməkdaşının təhvil verdiyini bildirmişdir.

22. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üstündən uzun müddət keçdiyindən təfərrüatları dəqiq xatırlamır. Təqsirləndirilən şəxs barəsində olan ittiham aktını o tərtib etmiş, ittiham aktında sübut kimi göstərilən mobil telefonun markası dəqiq yadında qalmayıb. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərildikdən sonra texniki səhvlərlə bağlı prokurora geri qaytarıldığına görə, onun icraatına verilmişdir. Mobil telefona baxışı o və ya digər müstəntiq tərəfindən baxış keçirildiyini, Təqsirləndirilən şəxs hansı tarixdə tutulduğunu bilmir. Xatırladığına görə təqsirləndirilən şəxsin cəlb edilməsi barədə qərarda mövcud olan texniki səhvə görə cinayət işi geri qaytarılmışdır. Cinayət işinin materiallarında şəxsi axtarış və götürmə protokolu olmuş, həmin istintaq hərəkətində aşkarlanmış mobil telefonun markasını xatırlamamışdır. Cinayət işi ilkin mərhələdə onun icraatında olmadığından Təqsirləndirilən şəxs bölmənin və ya idarənin əməkdaşları tərəfindən tutulub-tutulmadığını bilməmişdir. İş materiallarında olan maddi sübut qismində tanınmış “Redmi” markalı telefonu fiziki şəkildə görüb-görmədiyini dəqiq şəkildə xatırlamır. O, cinayət işinin ilkin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tərtib olunmuş protokola əsaslanıb ittiham aktını tərtib etmişdir. “Redmi” markalı mobil telefon mövcuddursa, Binəqədi Rayon Polis İdarəsində saxlanılacaqdır.

23. Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinin 12 avqust 2021-ci il tarixli aktından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun baş və burnunda şiş, qolunda çapıqlar (köhnə), sağ və sol ayağında yaralar aşkar edilmiş, Təqsirləndirilən şəxs deməsinə görə həmin xəsarətlər tutulmazdan əvvəl olmuşdur.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 21 avqust 2023-cü il tarixli, 3-16-17/38/2-5763/2023 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, müayində zamanı sonuncunun bədənində xəsarət müşahidə olunmamışdır.

25. Bakı şəhəri Binəqədi Rayon Prokorurluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli, 2-2/310/2-049992/2025 nömrəli məktuba əlavə edilmiş 28 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən, o cümlədən həmin bölmənin Seyid, Anar və Maqa adlı əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar müraciətində göstərilənlər öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması ilə əsası ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

26. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin “Şəhər rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat jurnalı”-nda aparılmış qeydlərin kserosurəti əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmiş, onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir.

28. Təqsirləndirilən şəxsin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 22:00-dan xx.xx.2021ci il tarixdə saat 06:30-dək olan müddət üzrə anten dairəsinə dair məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə qərar qəbul olunmuş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12209/24 nömrəli məktuba qoşma şəklində əlavə olunmuş həmin məlumatlar cinayət işinin materiallarına əlavə edilərək tədqiq edilmişdir.

29. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2021-ci il tarixdə saat 00:01-dən xx.xx.2021-ci il tarixdə saat 23:59dək olan müddət üzrə daxil olan və çıxan “sms” (mesaj) məlumatlarına dair məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə qərar qəbul olunmuş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, BKC/LGL-690/25 nömrəli məktuba qoşma şəklində (01 ədəd CD disk) əlavə olunmuş həmin məlumatlar cinayət işinin materiallarına əlavə edilərək tədqiq edilmişdir.

30. 26.09.2024-cü il tarixli AZ V 056844 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli 1 azyaşlı övladı vardır.

31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxsin qızında 3-cü dərəli əlillik dərəcəsi olmaqla, o, “diplegik spastik serebral iflic” xəstəliyindən əziyyət çəkir. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

32. CM-in 234.4.1 və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

33. CM-in 240.3.2-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

35. Maddə 17.1. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

36. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

37. Maddə 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.

38. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

39. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

40. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

41. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

42. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

43. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

44. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

45. Maddə 15.4, 18.2.2. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

46. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

48. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

49. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

50. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

51. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, 0fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

54. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

55. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

56. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qram və ondan artıq miqdarı külli miqdar, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu:

58. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanununa əsasən güclü təsir edən maddə preqabalin 5 qram və ondan artıq olduqda külli miqdar, güclü təsir edən maddə tramadol 6 qram və ondan artıq olduqda külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

59. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

60. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

61. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

62. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

63. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

64. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

65. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

66. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

67. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

68. Qərarın 16-cı bəndi. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

69. Qərarın 24-cü bəndi. CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

70. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

71. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:

72. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:

73. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir.

74. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “Şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edərək bir qrup şəxs halında hərəkət etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

75. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edərək bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

76. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “Şəxsiyyəti istintaqa məlum olmayan “Məsud” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edərək bir qrup şəxs halında hərəkət etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

77. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, BKC/LGL-690/25 nömrəli məktuba əlavə edilmiş CD diskə proses iştirakçılarının iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-55-671-75-72” saylı mobil nömrə ilə müxtəlif mobil nömrələrin istifadəçiləri arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların olması müəyyən edilmişdir.

78. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-55-671-75-72” saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 02:08:58-də “+994-50-317-40-51” saylı mobil nömrədən “Perviz qaqas asifgildeyem vacib puliynan lazimdir posdir veziyyeti seni”, həmin tarixdə saat 02:32:32-də “Qaqaw anam cani beziuet pisdir asifgildeyem”, həmin tarixdə saat 04:07:07-də “Ay qaqas direm aska olur anam cani sisib ayagi zadi yeke cailsen pulda var ozvu catdirda bidene”, həmin tarixdə saat 10:11:56-da “Qaqaw seherdesense tema lazimdi puluynan” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 18:31:31-də “2qram kola alinar metadonnan bir yerde tez de bir xeber deyim” məzmununda mesajların yazılması müəyyən edilmişdir.

79. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-55-671-75-72” saylı mobil nömrədən “+994-70-492-11-71” saylı nömrəyə xx.xx.2021-ci il tarixdə saat 15:11:27də “Kərə necens?keshnishide aldirdin mene.qaldu ustumde” “+994-55-209-97-89” saylı nömrəyə xx.xx.2021-ci il tarixdə saat 22:10:55-də “Mən çıxdım evden sheherdeyem.Dermanlarida istəyən var,eğer gelmirse”, “+994-55-209-97-89” saylı nömrəyə xx.xx.2021-ci il tarixdə saat 21:25:10-da “Ata var-yoxunu s.... pul indi keçdi elime.mene bax 50 kola 10 pati” məzmunda mesajın yazılması müəyyən edilmişdir.

80. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Göründüyü kimi, digər şəxslər fərqli vaxtlarda “tema”, “metadon”, “kola” “pati” “keshnis” adı altında (eyni vaxtda müxtəlif növ) narkotik vasitə və ya psixotrop maddə göndərmək üçün Təqsirləndirilən şəxs ilə razılığa gəlmişdir. Təqsirləndirilən şəxsin müxtəlif şəxslərlə fərqli vaxtlarda narkotik vasitə və psixotrop maddələrin satışına dair yazışmaların mövcudluğu, həmin şəxslərin təqsirləndirilən şəxsdən narkotik tərkibli maddə istəməsinə dair mesajların göndərilməsi, həmin yazışmaların mətni təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

81. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, təmiz halda 1,6 qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil etmiş, narkotik vasitələrin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Həmçinin həmin siyahının psixotrop maddələrə aid olan İİ siyahısına əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmiş, psixotrop maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etsə də, artıq təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, təmiz halda 1,6 qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil etsə də, artıq təmiz halda 160 qram və daha artıq çəkidə narkotik vasitə metadon xüsusilə külli miqdar, təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etsə də, artıq təmiz halda 400 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin xüsusilə külli miqdar təşkil etmişdir.

82. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun əməli ağırlaşmamış və ya yüngülləşməmişdir.

83. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroinin 22,278 qram, yəni şəxsi istehlak miqdarından təxminən 148,52 dəfədən, külli miqdarından isə təxminən 11,139 dəfədən, narkotik vasitə metamfetaminin 119,397 qram, yəni yəni şəxsi istehlak miqdarından təxminən 795,98 dəfədən, külli miqdarından isə təxminən 59,6985 dəfədən, narkotik vasitə metadonun 1,2 qram, yəni şəxsi istehlak miqdarından təxminən 60 dəfədən, güclü təsir edən maddə tramadolun 6,3 qram yəni külli miqdarından təxminən 1,05 dəfədən artıq olması, güclü təsir edən maddə preqabalinin 1,35 qram olması, narkotik vasitə və psixotrop maddənin çoxlu bükümlərdə olması, narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

84. Narkotik vasitə və psixotrop maddənin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

85. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

86. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, saxlanıldığı vaxtın ittihamda düzgün qeyd edilmədiyini, narkotik vasitə və psixotrop maddələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini, döyüldüyünü bildirmişdir.

87. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir.

88. Belə ki, Binəqədi RPİ-nin MSY tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli akta əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun baş və burnunda şiş, qolunda çapıqlar (köhnə), sağ və sol ayağında yaralar aşkar edilmiş, Təqsirləndirilən şəxs deməsinə görə həmin xəsarətlər tutulmazdan əvvəl olmuşdur. Göründüyü kimi, tutulduğu zaman ona fiziki zorakılıq edilməsi ilə bağlı hər hansı məlumat verməmiş, bunu mübahisələndirməmişdir.

89. Bakı İstintaq Təcridxanasından daxil olmuş 21 avqust 2023-cü il tarixli, 3-16- 17/38/2-5763/2023 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçanın kserosurətinə əsasən, həmin kitabçanın 12-ci, yəni “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “inkar edir” qeydi yazılmışdır.

90. Həmçinin, Bakı şəhəri Binəqədi rayon prokorurluğundan daxil olmuş xx.xx.2025ci il tarixli, 2-2/310/2-049992/2025 nömrəli məktuba əlavə edilmiş 28 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən, o cümlədən həmin bölmənin Seyid, Anar və Maqa adlı əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar müraciətində göstərilənlər öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması ilə əsası ilə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

91. Sözügedən qərardan Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(001)- 22/2025 nömrəli qərara əsasən, 28 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan verilmiş şikayət təmin edilməmişdir.

92. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində vəsatəti əsasında dindirilmiş şahid Siyəmək Məmmədov ifadəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı zorakılıq edilməsini görmədiyini bildirmişdir.

93. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

94. Bundan başqa, təqsirləndirilən şəxs tutulduğu vaxtı mübahisələndirdiyindən, həmin xüsusat məhkəmə tərəfindən araşdırılmış və təqsirləndirilən şəxsin iddia etdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə saat 22:00-dan həmin tarixdə saat 24:00-dək Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani və S.Bəhlulzadə küçələrinin kəsişməsində “Elit” marketlə üzbəüz yerləşən Təhlükəsiz Şəhər kameralarının videgörüntülərinin ələ keçirilməsinə dair müraciət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/2-25221/24 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın əldə edilməsi mümkün deyil.

95. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-462/214976 nömrəli məktubuna əlavə edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı jurnalı”-ndan aparılmış qeydlərin kserosurətinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 06:45-də həmin polis idarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilməsi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-46-2/216980 nömrəli məktubuna əsasən isə müvəqqəti saxlama yerində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış arxiv görüntüləri təqdim edilə bilməmişdir.

96. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2021-ci il tarixdə saat 23 radələrində saxlanıldığını bildirsə də, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12209/24 nömrəli məktubla təqdim edilmiş ***-***- **-** saylı mobil nömrəyə dair anten məlumatları təhlil edilərkən müəyyən olunmuşdur ki, müvafiq mobil nömrənin əhatə dairələrinə dair anten məlumatları üzrə yerləşmə yeri həmin ərəfədə qısa müddət ərzində bir neçə dəfə dəyişmişdir. Habelə, həmin mobil nömrənin anten məlumatları əsasən Binəqədi rayonu ərazisində yaxın yerləri göstərmişdir.

97. Məhkəmə tərəfindən həmin məlumatların dəqiqləşdirilməsi məqsədilə müvafiq sorğu ünvanlanmış və cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-13295/24 saylı məktubdan görünür ki, internet istifadələri zamanı istifadənin başlama və bitmə müddətinə uyğun olaraq texniki səbəblərdən real zəng zamanı abunəçinin olduğu əhatə dairəsində fərqli anten məlumatları göstərilə bilər. Göstərilənlərə əsasən, məhkəmə Bakcell” MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12209/24 nömrəli məktubla təqdim edilmiş ***-***- **-** saylı mobil nömrəyə dair anten məlumatlarını digər sübutlarla təhlil edib müqayisə etdikdən sonra ziddiyyət təşkil etdiyinə görə mötəbər hesab etmir.

98. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

99. Analoji dəyərləndirmədən çıxış edərək məhkəmə şahidlər X3, X10 və X1 məhkəmə iclaslarında verdikləri ifadələrini, yəni Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə gecə radələrində tutulması və digər xüsusatlarla bağlı dediklərini həmin şəxslərin təqsirləndirilən şəxsin tanışı olduqlarından müdafiə xarakterli ifadə kimi qəbul etməklə həqiqətə uyğun olmayan və Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə verilmiş ifadə kimi dəyərləndirir.

100. Həmçinin, cinayət işinin materialları və məhkəmədə tədqiq edilmiş sübutlara əsasən, Təqsirləndirilən şəxs ittihamda göstərilən şəxslərdən başqa şəxslər tərəfindən saxlanılması müəyyən edilməmişdir.

101. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

102. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında gizlədilmiş külli miqdarda ümumi çəkisi 22,278 qram narkotik vasitə heroin, külli miqdarda ümumi çəkisi 119,397 qram psixotrop maddə metamfetamin, təsiredici maddəsinin çəkisi 1,2 qram təşkil edən 30 ədəd həbdə narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin çəkisi 1,35 qram təşkil edən 09 ədəd həbdə güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli dərman preparatı və təsiredici maddəsinin çəkisi külli miqdarda 6,3 qram təşkil edən 28 ədəd həbdə güclü təsir edən maddə olan tramadol hidroxloridi satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır.

103. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin hüquqları qorunmuş, vəsatətləri təhlil edilməklə hüquqi münasibət bildirilmişdir.

104. Müdafiə tərəfi cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış “Redmi” markalı mobil telefonun məhkəmə istintaqında tədqiq edilməsi barədə vəsatət vermiş, məhkəmə həmin “Redmi” markalı mobil telefonun məhkəmə iclasında tədqiqinin təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmiş, “Redmi” markalı mobil telefonun tədqiqi imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmə səmərəli tarazlaşdırıcı tədbirlər görmüşdür. Belə ki, məhkəmə “Redmi” markalı mobil telefonun məhkəmə iclasında tədqiqinin təmin edilməsi üçün məhkəmə iclasın tarixini bir neçə dəfə başqa vaxta keçirmiş, “Redmi” markalı mobil telefonun məhkəmə iclasına gətirilməsi üçün sorğu göndərmiş olsa da, “Redmi” markalı mobil telefon məhkəməyə təqdim edilməmişdir.

105. Məhkəmə qeyd etməyi zəruri bilir ki, xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs 2 ədəd “Samsung” markalı mobil telefonu təqdim etməsi göstərilmişdir. Habelə, həmin istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişə baxışdan da Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonların 2 ədəd “Samsung” markalı olması aşkar görünür. Bundan əlavə, cinayət işinin materiallarında “Redmi” markalı mobil telefonun haradan əldə edilməsi ilə bağlı hər hansı məlumat da əks etdirilməmişdir.

106. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış “Redmi” markalı mobil telefonun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan, sübut kimi qəbul edilməməli və həmin mobil telefon, həmin mobil telefonla bağlı xx.xx.2021-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” tərtib edilmiş protokol sübutlar siyahısından çıxarılmalıdır.

107. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında xx.xx.2021-ci il tarixli “Telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi” barədə protokolda həmin protokolun tərtib olunmasına əsas kimi Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilməklə mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd diskin olması göstərilmiş və müvafiq protokolda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə müxtəlif şəxslərlə yazışmalarına dair məlumatlar qeyd edilmişdir. Məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edildikdə isə həmin disk materiallarda mövcud olmamışdır.

108. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müvafiq disk cinayət işinin materiallarına əlavə edilmədiyindən, həmin diskin həqiqiliyinə, yaranma mənbəyi və əldə edilməsi hallarına şübhələr olduğundan və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edildiyindən, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilməklə mobil nömrələrə dair məlumatlar əks edilmiş 01 ədəd disk və həmin disk əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi” barədə protokol sübutlar siyahısından çıxarılmalıdır.

109. Məhkəmə qeyd edir ki, yuxarıda sadalananlardan başqa cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

110. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir

111. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək, CM-in 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

112. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

113. Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını, övladının səhhətini, müsbət xarakterizə edilməsini, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışı cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir.

114. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir.

115. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2011-ci il tarixli, 1(101)-135/11 nömrəli hökmünün surətindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 7(007)-751/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 135/11 nömrəli hökmü ilə CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 (on bir) ay 01 (gün) hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

116. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin təhlükəli residivini yaradır.

117. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. (hökmün 111; 113, 114-cü bəndləri)

118. Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaratdığından cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 41-ci bəndi).

119. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 79-81, 258-261, cild 2, iş vərəqi 14, 152-166, cild 3, iş vərəqi 10-13, 22-23, 40-46, 216-221). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 11-ci bəndi).

120. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu tarixdən, yəni 12 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

121. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

122. İş üzrə maddi sübut olan, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol, 07 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 14-cü bəndi)

123. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 12-ci bəndi)

124. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 5-6-cı bəndləri)

125. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 12 avqust 2021-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,858 qram narkotik vasitə olan heroin, 119,117 qram psixotrop maddə olan metamfetamin, 28 həb narkotik vasitə olan metadon, 26 həb güclü təsir edən maddə olan tramadol, 07 kapsula güclü təsir edən maddə olan preqabalin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd qara rəngli elektron tərəzi məhv edilsin. xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar