Məhkəmə qərarları › İş №1(101)-680/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-680/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-680/2020 18.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Həmidov Seymur Əli oğlunun katibliyi ilə Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları - Dövlət ittihamçısı və X15, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Nəbati küçəsi ev 48, qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıyacağı barədə razılaşdıqdan sonra, 150- 200 manat qazanc əldə etmək üçün birgə icraçı kimi aralarındakı razılığa əsasən naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən külli miqdarda 01 ədəd polietilen torbada, təmiz çəkisi 905 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini vasitəçi kimi qanunsuz əldə edib üzərində saxlayaraq istintaq zamanı şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan digər şəxsə verilməsindən ötrü Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 18-də yerləşən "Lukoil” X9 yaxınlığına daşımış, xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Nərimanov rayon X16-Axtarış Şöbəsinin, həmin idarənin Narkotiklərlə Mübarizə Bölməsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının göstərilən ünvanda birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman polietilen torbada olmaqla qeyd olunan çəkidə narkotik vasitə-heroin onun əlində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməsə də ifadəsində göstərdi ki, özlərinə məxsus Yevlax şəhəri, Nəbati küçəsində yerləşən 48 saylı evdə arvadı X5, azyaşlı qızları Zəhra və Yağmur Mustafayevalar və azyaşlı oğlu Seymur Mustafayevlə bir yerdə yaşamışdır. Özü narkotik vasitələrin istifadəçisi olmamaqla, tutulanadək istifadəsində "İPhone 6" və "Nokia" markalı 02 ədəd mobil telefon olmuş, “Nokia” markalı mobil telefona +**********27, "iPhone 6" markalı mobil telefona isə +**********86 saylı mobil nömrə quraşdıraraq onlardan istifadə etmiş və sonuncu telefonunun kilid kodu 290686 olmaqla bu barədə istintaq zamanı müstəntiqə bildirmişdir. "Nokia" markalı mobil telefon sadə telefon olmaqla web proqramları dəstəkləməsə də, "iPhone 6" markalı mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona quraşdırılmamış +**********27 və xarici operatorlardan birinə məxsus +**********3 saylı nömrələr vasitəsilə 2 "WhatsApp" proqramı açaraq istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə olan zaman tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı kişi cinsindən olan şəxs xarici operatorların birinə məxsus olmaqla hazırda xatırlamadığı mobil telefon nömrəsindən "WhatsApp" proqramı vasitəsilə xarici operatorların birinə məxsus qoşulub istifadə etdiyi nömrəyə səs yazısı ataraq Bakı şəhərində yerləşən "X3"nə getməsini, müəyyən qədər zəhmət haqqı müqabilində ona deyəcəyi yerdən polietilen torbanı götürüb digər yerə çatdırmağını təklif etmişdir. Bu zaman o, sonuncunun təklifi ilə razılaşmış və yaşadığı evdən çıxıb tanımadığı şəxsin taksi kimi idarə etdiyi minik avtomobili İlə Bakı şəhərinə yola düşərək "X3"nə getmişdir. xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 01 radələrində ora çatanda həmin şəxs yenidən ona WhatsApp web" proqramı vasitəsilə səs yazısı ataraq götürməli olduğu polietilen torbanı avtovağzalın yaxınlığında yerləşən ağacların birinin dibində qoyulduğunu demiş və torbanı oradan götürüb Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Lukoil" adı ilə tanınan X9 yaxınlığına aparmasını tapşırmış, buna görə zəhmət haqqı olaraq ona 150-200 manat pul veriləcəyini və pulu götürəcəyi yeri ona söyləyəcəyini qeyd etmiş, saat 02 radələrində tanımadığı həmin şəxsin ona izah etdiyi yolla həmin avtovağzalın yaxınlığında yerləşən ağacların birinin dibində qoyulan polietilen torbanı götürüb əlində saxlayaraq tanımadığı şəxsin taksi kimi idarə etdiyi avtomobillə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Lukoil" X9 yaxınlığına getmiş və X10 təxminən 100 metr qalmış avtomobili saxladıb aşağı düşərək piyada həmin istiqamətə doğru hərəkət etməyə başlamışdır. Təxminən 20-30 metr məsafə qət edəndən sonra, mülki geyimdə olan 4 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamasını və onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməsini bildirəndə, o, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin Polis İdarəsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən otaqların birinə getmişdir. Aradan təxminən 10-15 dəqiqə keçəndən sonra, ora tanımadığı bir nəfər mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əlindəki polietilen torbanı, əynindəki qara rəngli gödəkçənin sol içəri döş cibindən içərisində +**********86 saylı mobil nömrə olan "iPhone 6" markalı mobil telefonu, gödəkçənin sağ yan cibindən içərisində +**********27 saylı mobil nömrə olan "Nokia" markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən üzərində "Want" sözü yazılmış 1 qutu siqareti çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt polietilen torbanın içərisində nəyin olduğu soruşulanda, o, onun içərisində nə olduğunu bilmədiyini, həmin torbanı saxlanmağından bir saat əvvəl əldə etdiyini və zəhmət haqqı müqabilində tanımadığı şəxsin tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Nərimanov rayonu ərazisinə daşıdığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, polietilen torbada olmaqla heroini ekspertizaya göndərmək məqsədilə bağlamaya qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və bağlamanın üstünü imzası ilə təsdiq etmişdir. Üzərindən narkotik vasitə-heroinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmiş, narkotik vasitə-heroin və mobil telefonlar istisna olmaqla, digər əşyalar onun özünə qaytarılmışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 01-ci cildinin 66-71-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun hər bir vərəqində olan “Mustafayev” qrafası qarşısındakı imzalar ona məxsusdur və onun tərəfindən imzalanmışdır. Həmin protokolun məzmununda olan xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 18-də yerləşən "Lukoil” X9 yaxınlığında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilməsini təsdiq edir. Bir ədəd DVD diskdə olmaqla məhkəmə iclası zamanı nümayiş etdirilmiş videogörüntülər ona tanışdır. Həmin video xx xxxxxx 2020-ci il tarixdə 03 radələrində Nərimanov RPİ-də polis əməkdaşları tərəfindən onun üzərinə müdafiəçisi kimi iştirak edən vəkilin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmişdir. Həmin videogörüntülərdən də göründüyü kimi şəxsi axtarış və götürmə zamanı o, onda olan 01 ədəd bir sellofan torbada narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, onda olan 01 ədəd sellofan torbada narkotik vasitə heroindir, həmin narkotik vasitəni tanımadığı şəxsin tapşırığı ilə 150-200 manat müqabilində ona tapşırılmış yerə aparmalı olmuşdur. Həmin videogörüntülərin həqiqiliyini təsdiq edir. Elan edilməklə ona təqdim edilmiş “Mobil telefona baxışın aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokol həqiqətən də onun iştirakı ilə tərtib edilmişdir və “X19” tətbiqi menyusunun zənglər bölməsində aşkar olunmuş “Dayi” adı ilə qeyd etdiyi **********74 saylı telefon nömrəsi tutulmamışdan əvvəl narkotik vasitə heroini bir yerdən digər yerə aparmasını tapşırmış tanımadığı şəxsin onunla əlaqə saxladığı nömrələrdən biri olduğunu bildirməsini təsdiq edir. Məhkəmədə dindirilərkən ondan aşkar olunmuş torbada nə olduğunu bilmədiyini dediyi halda, istintaq zamanı üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, eləcə də müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən əlində olan sellofan torbada narkotik vasitə heroin olduğunu bildiyini deməsinin səbəbini izah etməkdə çətinlik çəkir. Son olaraq göstərdi ki, törətdiyi əməldən peşmandır və bu hərəkətləri maddi imkansızlıq ucbatından törətmişdir. Himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü təqsirli bilməsə də, mahiyyət etibarı ilə hadisənin baş vermə yeri, vaxtı, ardıcıllığı ilə bağlı işin hallarına uyğun qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair protokollar və şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüdə əks olunan hallar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon X4 Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Sonuncunun üzərindən narkotik vasitəheroinin aşkar olunması ilə əlaqədar qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə Nərimanov rayon X4 Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi idarənin rəisinə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş idarənin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, idarənin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 və 17-ci Polis Şöbəsinin Cinayət Axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə xx xxxxxx 2020ci il tarixə keçən gecə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 18-də yerləşən "Lukoil" adı ilə tanınan X9 yaxınlığına gedərək orada gözləmə mövqeyi seçmiş, aradan 5-10 dəqiqə keçəndən sonra, Təqsirləndirilən şəxs əlində içərisində nəyinsə olduğu polietilen torba ilə həmin X10 doğru hərəkət etməsi müşahidə olunanda, ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını biləndən sonra, yayınaraq əlindəki polietilen torbanı atmaq istəyəndə, tərəflərindən saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmiş, sonuncu artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla birlikdə idarənin yerləşdiyi inzibati binaya getmişdir. Bu vaxt müvafiq raport yazandan sonra, araşdırmanın aparılması idarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyevə həvalə olunduğundan, Təqsirləndirilən şəxs əlindəki polietilen torba ilə birlikdə idarənin inzibati binasının 3-cü mərtəbəsində təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmış, təhqiqatçı Rafiq Ağəliyev 16 saylı Vəkil Bürosunun vəkili X6 dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırmış, sonra, təhqiqatçı X18 Mustafayevə hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əlindəki içərisində nəyinsə olduğu polietilen torbanı, əynindəki qara rəngli gödəkçənin sol içəri döş cibindən "İphone 6" markalı mobil telefonu, gödəkçəsinin sağ yan cibindən "Nokia" markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən üzərində "Want" sözü yazılmış 01 qutu siqareti çıxarıb könüllü təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs polietilen torbanın içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq torbanın içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini saxlanmağından bir saat əvvəl əldə etdiyini və 150-200 manat zəhmət haqqı müqabilində tanımadığı şəxsin tapşırığı əsasında digər şəxsə çatdırılması üçün Nərimanov rayonu ərazisinə daşıdığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı qanunsuz əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, həmin polietilen torba açılıb içərisinə baxılanda, içərisində spesifik iyə malik qəhvəyi rəngində maddənin olması məlum olmuşdur. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, polietilen torbada olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Göstərilən vaxtda Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə-heroinə oxşar maddənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, onun qollarında olan 1 ədəd qolbaq və 1 ədəd qol saatı, həmçinin 1 qutu siqaret onun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, sonuncular digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən xüsusatları təsdiq etmişlər. (cild 01, iş vər. 148-151) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi olduğundan faktla bağlı Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild 01, iş vər. 1) Nərimanov RPİ-nin NMB-nin ə/m polis baş leytenantı Şahid1 Nərimanov RPİ-nin rəisinə olan xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs narkotik vasitənin saxlama və satışında şübhəli olması barədə məlumat daxil olması barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 3) “Təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu ərazinin müşahidə edilməsi, üzərinə baxış keçirilməsi və qanunla nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. (cild 01, iş vər. 04) xx xxxxxx 2020-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 17). “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci il protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqatçısı tərəfindən, həmin RPİ-nin əməkdaşlarının, müdafiəçi Tahir Qurbanovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx xxxxxx 2020-ci il tarixdə, saat 03.10 radələrində ünvan 1 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində tutduğu 01 ədəd üst hissəsində şəffaf ondan sonrakı qara rəngli olan polietilen torbanı könüllü təqdim edərək içərisində narkotik maddə olan “kakos” kimi adlandırılan narkotik maddə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi narkotik maddəni tanımadığı şəxs ona vermişdir ki, digər tanımadığı şəxs ondan götürəcək və bunun müqabilində ona 150-200 manat pul verəcəklər. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən “İPHONE 6” modelli, həmin gödəkcənin sağ yan cibindən “Nokia” modelli mobil telefon aparatları və sol yan cibindən “Want” yazıları olan siqaret qutusu aşkar edilmişdir. Sol qolunda isə qara rəngli qol bağı olan, içərisində “Calvin Klein” yazılar yazılmış qol saatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi qara rəngli polietilen torbanın içərisindəki maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə möhürlənmişdir. (cild 01, iş vər. 24-26) Materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4555 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd polietilen torbada, təmiz çəkisi 905 qram olan tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.(cild 01, iş vər. 39) “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, və təmiz çəkisi 904,8 qram olmaqla qalıq qalmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmışdır.(cild 01, iş vər. 53-54) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild 01, iş vər. 57-58) “Mobil telefona baxışın aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “X19” tətbiqi menyusunun zənglər bölməsində aşkar olunmuş “Dayi” adı ilə qeyd etdiyi **********74 saylı telefon nömrəsi tutulmamışdan əvvəl narkotik vasitə heroini bir yerdən digər yerə aparmasını tapşırmış tanımadığı şəxsin onunla əlaqə saxladığı nömrələrdən biridir.(cild 01, iş vər. 72-74) “Diskin baxışının aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin protokol əsasında qəbul edilmiş “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqatçısı tərəfindən, müdafiəçi Tahir Qurbanovun və Təqsirləndirilən şəxs iştirakları ilə cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 03 radələnndə Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş apanlan zaman istifadə olunmuş və 1 ədəd DVD-R formatlı diskə köçürülərək şəxsi axtanş və götürmənin apanlması haqqında protokola əlavə edilmiş videoçəkilişə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallan aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 15:10 dəqiqədə videogötüntüyə baxılarkən aydın olmuşdur ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlanmn iştiraklan İlə şəxsi axtanş apanlan zaman o, təhqiqatçmın təklifi ilə sağ əlindəki içərisində nəyinsə olduğu poiietilen torbanı, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd "Nokia" markalı mobil telefonu, gödəkçəsinin sol içəri döş cibindən 1 ədəd "tpone 6" markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən üzərində "Want" sözü yazılmış 1 qutu siqareti çıxarıb könüllü təhvil verir. Sonra, təhqiqatçı tərəfindən poiietilen torba açılıb içərisinə baxılanda içərisində qəhvəyi rəngində maddələrin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki poiietilen torbanın içərisində narkotik vasitəheroin olduğunu, həmin heroini tanımadığı şəxsin tapşırığına əsasən 150-200 manat zəhmət haqqı müqabilində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "X3 "nin yaxınlığında əldə edib əlində saxlayaraq Nərimanov rayonu ərazisinə daşıdığını qeyd edir. Bundan sonra, təhqiqatçı tərəfindən həmin polietilen torbada olmaqla içərisində narkotik vasitə-heroinə oxşar maddələr ağ zərfə qoyularaq qablaşdırılır və iştirakçıların imzalan ilə təsdiq olunur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır.(cild 01, iş vər. 75-76,77) Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(0050-176/2020 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 91-93) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamə arayışından görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 01, iş vər. 122) xx xxxx 2020-ci il tarixli Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət keyfiyyətləri ilə xarakterizə olunur. (cild 01, iş vər. 131) xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X1 məxsus “Doğum haqqında şəhadətnamə”lərdən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmamış övladı vardır.(cild 01, iş vər. 135-137) xx xxxxx 2020-ci il tarixli “Axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşamış olduğu Yevlax şəhəri, Nəbati küçəsində yerləşən 48 saylı evdə axtarış istintaq hərəkəti aparılmış, fotoşəkillər əlavə edilmiş və protokoldan görünür ki, axtarış nəticəsində həmin evdən heç bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, digər hər hansı qanunsuz əşya, predmet, alət, xammal və ya avadanlıq aşkar edilməmişdir. (cild 01, iş vər. 168-172) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 724 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, halhazırda narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. (cild 01, iş vər. 173-174) Məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 474 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməli törədən vaxt və hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmə iqtidarında olduğundan, anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 01, iş vər. 181-182) İşdə olan xx xxxxx 2020-ci il tarixli qəbz və “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və başqa cinayət işinin ayrılması haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən 234.4.3 və 234.4.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 02 ədəd mobil telefonun, texniki avadanlıqların məhkəmə ekspertizasının rəyinə əlavə edilmiş 1 ədəd diskin və “xxxxxxx” MMC-dən təqdim olunmuş 1 ədəd diskin hazırki cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyi üçün maddi sübut kimi tanınmamış və mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumu X2 təhvil verilmişdir. (cild 01, iş vər. 187, 188-201) Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə ““Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda və “Diskin baxışının aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı ondan aşkar edilərək götürülmüş bir ədəd bağlamadakı maddənin narkotik vasitən olduğunu bilmədiyi, həmin bağlamadaki maddəni kiməsə satmaq məqsədinin olmadığı və bu barədə heç kimlə razılaşmadığı barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 02 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Göründüyü kimi, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 905 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir ki, həmin narkotik vasitənin çəkisi Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarına görə heroin növündə narkotik vasitənin külli miqdar olaraq müəyyən edilməsi üçün təyin edilmiş minimal miqdarından 452 dəfə çox olmuş, Mübari Mustafayev qanunsuz olaraq əldə edib daşıdığı həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Göstərilən halı iş üzrə tərtib edilmiş “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” protokol və digər istintaq hərəkətlərinə dair protokolların məzmunu təsdiq edir. Bununla yanaşı iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıyacağı barədə razılaşdıqdan sonra, 150-200 manat qazanc əldə etmək üçün birgə icraçı kimi aralarındakı razılığa əsasən külli miqdarda 01 ədəd polietilen torbada kustar üsulla hazırlanmış narkotik vasitə-heroini vasitəçi kimi qanunsuz əldə edib üzərində saxlayaraq istintaq zamanı şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan digər şəxsə verilməsindən ötrü bir yerdən başqa daşımışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi həmin bağlamada olan maddənin narkotik vasitə olmasında xəbəri olmaması, narkotik vasitə satmaqda vasitəçilik etməməsi barədə məhkəmədə verdiyi ifadələri ağlabatan deyildir, həmin hallar iş materialları ilə tam təkzib olunmaqla, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni qabaqcadan əlbir olduğu şəxsdən məhz razılaşdıqları kimi birgə icraçı halında satış məqsədilə əldə edərək saxlayıb daşıması və icra etdiyi hərəkətlərin müqabilində mənfəət əldə etməsi marağının olması sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ilə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə maddi sübutlar,- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan, təmiz çəkisi 904,8 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 473,94 (dörd yüz yetmiş üç manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 904,8 qram olan narkotik vasitəheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə məhkəmə xərcləri cəmi 473,94 (dörd yüz yetmiş üç manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar