Məhkəmə qərarları › İş №1(101)-680/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-680/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-680/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakışəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Müseyib oğlu, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs, Şahid1 iştirakı ilə, Təqsirləndirilən şəxs (– xx xxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət 144-1.1-ci, 243.1-ci və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs gəlir və ya digər fayda əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama, şəxsi zor tətbiq etməklə, hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etməklə insan alveri cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə 2017-ci ilin mart ayından 24 fevral 2019-cu il tarixədək olan müddət ərzində Şahid1 Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən özünə məxsus “Tamerlan” adlı kafedə masaj xidməti göstərməsindən əlavə tanışı olan müxtəlif kişi müştəriləri ilə pul ödənişləri müqabilində cinsi əlaqədə olacağı, əldə edilən gəlirdən bir hissəsini özünə götürəcəyi barədə razılaşaraq Şahid1 fahişəliyə cəlb etdikdən sonra sonuncunun fahişəliklə məşğul olması üçün kafenin arxa tərəfində yerləşən masaj otağını həmin məqsədlər üçün istifadəyə yararlı vəziyyətə gətirmiş, Şahid1 müştərilərə göstərdikləri masaj xidməti ilə yanaşı hər dəfə cinsi əlaqədə olması üçün otaqdan istifadə etdiyinə görə özünə 5-10 manat pul alaraq fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən özünə məxsus “Tamerlan” kafesinə xidmətçi işləmək üçün gəlmiş Özbəkistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs 24 fevral 2019-cu il tarixdə saat 12 radələrində kafenin arxa tərəfində yerləşən otağa salaraq üz və ayaq nahiyələrindən əl və ayaq zərbələri ilə vuraraq sonuncuya dərəcəsi təyin olunmayan sağ baldırın orta üçdə birinin arxa səthində qançır xəsarəti yetirərək zor tətbiq etməklə və nəzarəti altında fahişəliklə məşğul olmayacağı halda döyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etməklə insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünün təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilmir. O, əvvəllər Quba rayon Nəqliyyat Müəssisində işləmiş, işlədiyi X8 Səhmdar Cəmiyyət olmuşdur. 2003-cü ildə bölgü olduğu üçün həmin dövrdə olan müdriyyət tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən hazırda “Tamerlan” kafesi adı altında işlədiyi obyekt ona 99 illik müqavilə əsasında verilmişdir. Sonralar yeni müdiyyət gəlmiş və həmin obyekti onun əlindən alınması üçün müxtəlif cəhdlər etmiş və onu şərləyərək həbs etdirmişlər. Hazırki iş üzrə də onun Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunması həmin obyektin əlindən alınması üçün qurulmuş işdir. 22 fevral 2019-cu il tarixə keçən gecə Özbəkistan vətəndaşı olan Maftunahon onun kafesində işləyən Gulchehra adlı qızın yanına gəlmişdir. 23 fevral 2019-cu il tarixdə o, kafeyə gələndə Maftunahonı orada görüb kim olduğunu soruşmuş, Gulchehra da həmin qızın onun rəfiqəsi olduğunu və Bakı şəhərində sevgilisi tərəfindən döyüldüyü üçün onun yanına gəlməsini bildirmişdir. O, əvvəlcə Maftunahonın kafedə qalmasına etiraz etmiş, lakin Gulchehra ona bildirmişdir ki, Maftunahon kafedə 1 gün qalıb gedəcəkdir. O, heç vaxt Maftunahonu cinsi istismara məruz qoymamışdır. 24 fevral 2019-cu il tarixdə gecə saatlarında Elmar adlı şəxs gələrək Maftunahonu onun tərəfindən kafedə saxlamasını bildirmişdir. O, Elmara kafedən çıxıb getməsini bildirəndən sonra Quba rayon polis şöbəsinin əməkdaşları kafeyə gələrək güya onun Maftunahonu orada girov kimi saxlamasını bildirib, onları polis şöbəsinə aparmışlır. Quba rayon polis şöbəsində onu və oğlu Tamarlanı ayrı otaqlara salıb döymüşlər və bildirmişlər ki, güya Tamerlan polis əməkdaşının paqonunu çırmışdır. Quba rayon polis şöəsinin əməkdaşları tərəfindən kafedə işləyən Fərqanə və Ülviyyə Qəçrəş kəndikdə “Su Səsi” otelində 5 gün saxlanılmış və həmin qızları polislər döyərək demişlər ki, “siz, Zeynəbə qarşı yalan ifadələr verin, biz də Zeynəbdən 40.000 manat pul alacayıq, həmin puldan da sizə 10.000 manat verəcəyik”. Bu barədə Fərqanə və Ülviyyə telefonda ona bildirmişlər və demişlər ki, polislər onlara müxtəlif təzyiqlər edərək ona qarşı ifadələr verməyə məcbur edirlər. Ülviyyə ilə bu mövzuda olan danışığını telefona qeyd edib yazmışdır. O, nə Fərqanəni, nə də Maftunahonu cinsi istismara məruz qoymamışdır. Maftunahonun qaldığı otağın açarı işçilərin hamısında olmuşdur. O, heç bir zaman kafedə əxlaqsızlığa yol verməmişdir. Maftunahon yalan ifadə vermiş, ona qarşı ifadə verən qadınlar hamısı ona şər atmışlar. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi “Tamerlan” adlanan kafedə Zeynəb tərəfindən istismar edilmiş, Zeynəb onun azadlığımı məhdudlaşdırıb fahişəliyə cəlb etmək istəmişdir. Zeynəbin kafesinə Özbəkistandan tanışı olan Gulchehra vasitəsilə gəlmiş, kafeyə Gulchehranın ad gününə görə getmişdir. 21 fevral 2019-cu il tarixdə gecə saatlarında kafeyə gəldiyi vaxt Gulchehranın ad günü olmuş, Gulchehra ilə aş bişirərkən qəfildən Zeynəb kafeyə gəlmiş, Gulchehranı icazəsiz aş bişirib yediyinə görə döyməyə başlamış, Zeynəbə bildirmişdir ki, belə hərəkət etməsin. Zeynəb həmin vaxt onunla mübahisə etmiş, üstünə qışqırmış və bildirmişdir ki, kafesində Zeynəbdən xəbərsiz heç kim heç bir şey edə bilməz. Həmin vaxt Zeynəbin nə demək istədiyini başa düşməmiş, səhərə kimi kafenin arxasında yerləşən otaqda qalmışdır. Kafedə işləyən Fərqanə masaj olan otaqlara girib çıxır, çıxanda saçları gah yaş, gah da quru olurmuş. Hansı işlə məşğul olduğunu soruşanda isə ona birmənalı bir şey bildirməmişdir. Növbəti günlərdə Zeynəb gəlib onu kafedə görmüş, həmin vaxt onun getmək fikri olmamış, kafedə qalıb rəfiqəsi Gulchehraya köməklik etmişdir. Kafeyə gəldikdən bir gün sonra xəstələnmiş, kafeyə gələn müştərilərdən biri ona köməklik etmiş, boğazını sarımış, ona dərman vermişdir. Kafedə olduğu müddətdə görmüşdür ki, Zeynəb qadınlarla çox kobud davranır, ona alınan dərmana görə özünün pul verdiyini deməklə onu söymüşdür. Bir dəfə kafedə işləyən Sevili Zeynəbdən pul gizlətdiyinə görə tənbeh etmiş, tənbeh edərkən də hədələmişdir ki, Quba polisində tanışları çoxdur, onu narkotiklə tutdura bilər. Orada olduğu ikinci gün Zeynəb onunla söhbət etmək istəmiş və bildirmişdir ki, kafenin saunasında saatı 100 manata işləyə bilər, elə müştəriləri var ki, həmin pulu ona verəcəklər, 100 manatın 70 manatı Zeynəbin, qalan 30 manatı isə onun olacaq, işi də kişilərlə cinsi əlaqədə olmaq olacaqdır. Zeynəbə qəti imtina etmiş və bildirmişdir ki, kafedən çıxıb gedəcəkdir. Zeynəb isə düşünmək üçün ona vaxt verəcəyini bildirmişdir. Həmin vaxt o anlamışdır ki, kafedə Fərqanə sauna otağında kişilərlə cinsi əlaqədə olur. Kafedə olan digər qadınlar, yəni Sevil, Ülviyyə, Gulchehra isə xidmətçidirlər. 24 fevral 2019-cu il tarixdə saat 12 radələrində Zeynəb kafeyə gəlmiş, hərəkətlərindən əsəbi olduğu görünmüş, onu gördükdə nə üçün boş dayandığını, müştərilərlə nə üçün görüşüb cinsi əlaqədə olmadığını bildirmişdir. O, cavabında qeyd etmişdir ki, çıxıb gedəcək, rəfiqəsi Gulchehraya görə gəlmişdir, qalmaq fikri də yoxdur. Bundan sonra Zeynəb onu əli ilə itələməyə başlamış, danışa-danışa onu gecələdiyi otağa salmış, həmin otaqda Zeynəb ona sillə ilə vurduqda buna cavab olaraq boğazından əlləri ilə yapışmaq istəmiş, həmin vaxt Zeynəb ayaq nahiyəsindən təpiklə möhkəm vurmuş, onu otağa sala bilmiş, otağın pəncərəsindən çıxmaq istədikdə görmüşdür ki, pəncərə dəmir barmaqlıqlarla bağlıdır. Geri baxanda qapının bağlandığını görmüş, qapını açmaq istədikdə isə qapı qıfılla bağlı olmuşdur. Bir qədər qışqırmış, köməyə çağırmış, eşitmişdir ki, çöldə qadınlardan kimsə Zeynəbə deyir ki, onu buraxsın, lakin Zeynəb heç nədən qorxmadığını, məzəmmət edən qadının özünü döyəcəyini, onu öldürəcəyini, satacağını, işinə heç kimin qarışmamasını bildirmişdir. Qeyd edilənlər baş verərkən qarışıqlıq olduğu üçün Zeynəbin yanında kimin olduğunu görməmişdir. Həmin vaxt telefonu üzərində olmuş, telefonu ilə yaxın münasibətdə olduğu Şahid2 “whatsapp”ına yazaraq bildirmişdir ki, onu əsir götürüblər, köməyə gəlsin, olduğu yeri Elmara göndərmişdir. Hazırda həmin yazışma olan mobil telefon cihazı sındığı üçün yazışmaları təqdim edə bilməmişdir. Bir neçə dəqiqə sonra Zeynəb otağa girmiş, əlində telefon olduğunu görüb ondan zorla telefonunu almış, telefonun içindəki sim kartı qırıb atmış və telefonu özünə qaytarmış, otaqdan çıxıb qapını bağlamışdır. Zeynəbə həmin vaxt bildirmişdir ki, xəstədir, boğazı şişmişdir, ona köməklik etsin, lakin Zeynəb heç bir şeyə məhəl qoymamışdır. Kafedə işləyən Fərqanə gəlib qapının ağzında onula maraqlanmış, sonuncuya bildirmişdir ki, onun fahişəliklə məşğul olmaq fikri yoxdur. Fərqanə ona necə köməklik edə biləcəyini soruşmuş, o da cavabında qeyd etmişdir ki, yaxın münasibətdə olduğu Elmarla əlaqə saxlamış, sonuncu onu gəlib aparacaqdır. Həmin vaxt qapı açıq olmuş, çıxıb getmək istəsə də Zeynəbin qorxusundan bunu etməmişdir. 24 fevral 2019-cu il tarixdə günorta saatlarında kafedə işləyən qadınlar otağa daxil olmuş və bildirmişlər ki, tanışı Elmar kafeyə gəlib, onu axtarır. Qərara gəlmişdir ki, hamam otağına getsin. Hamam otağından çıxdıqda Zeynəb onu kafenin arxa tərəfində həyətdə tutmuş və söyə-söyə yenidən saxladığı otağa salmışdır. Otaqda olarkən ona bildirmişdir ki, Elmar gəlmiş, sonuncunu kafesinə gətirdiyinə görə onu öldürəcəkdir, əgər polislər gəlsələr səsini çıxartmasın, ona qarşı heç bir hərəkətə yol verməmişdir, Zeynəbi şərləsə polis və prokurorluq onun yaxasından əl çəkməyəcəkdir, hər yerdə tanışları vardır. Bununla Zeynəb ona hədə-qorxu gəlmişdir ki, barəsində şikayət etməsin. Bundan sonra Zeynəb otaqdan çıxmış, bir qədər sonra polis əməkdaşları olduğu otağa gəlmişlər. Onunla şifahi sorğu-sual aparmış, araşdırma ilə bağlı Quba Rayon Polis Şöbəsinə aparılmış, orada izahat və ifadə verdikdən sonra Zeynəblə üzləşdirilmişdir. X2 deportasiya olunmazdan əvvəl bildirmişdir ki, Zeynəblə danışsın, Zeynəb ona pul verəcək, köməklik edəcəkdir. Sonradan eşitmişdir ki, Gulchehra Azərbaycandan deportasiya olunub. Sonuncu ilə əlaqə saxlayıb bunun səbəbini soruşduqda qeyd etmişdir ki, Zeynəb tapşırmışdı ki, miqrasiya idarəsinə yaxınlaşsın, orada tanışı vardır, miqrasiya idarəsində isə Gulchehranı tutub deportasiya etmişlər. Deportasiya səbəbi isə Azərbaycanda qalma müddətini keçirməyi olmuşdur. İki-üç ay əvvəl onunla kişi cinsindən olan əvvəllər tanımadığı şəxs əlaqə saxlamış, bildirmişdir ki, Quba Rayon Prokurorluğundan zəng edir, Zeynəbin işi ilə bağlı həmin yerə yaxınlaşsın, ona 5000 manat pul veriləcəkdir. O dərhal zəngi kəsmişdir. Quba Rayon Polis Şöbəsində ifadə verib çıxdıqdan üç gün sonra Zeynəb onunla əlaqə saxlayıb təklif etmişdir ki, 5000 manat pul versin, şikayətini geri götürsün, lakin o Zeynəbin bu təklifindən imtina etmişdir. Bundan sonra hər ay ona tanımadığı müxtəlif şəxslər zəng edərək onu Quba Rayon Prokurorluğuna dəvət edir, ona şikayətini geri götürmək üçün 5000 manat pul təklif etmişlər. Buna görə də o, istifadə etdiyi mobil telefon nömrəsini dəyişmişdir. Rəhmanı, Muxtarı və Zöhrabı tanıyır, Rəhman Zeynəb onu otağa məcburi salarkən orada olmuş, Zeynəbə bildirmişdir ki, bir qıza görə özünə problem yaratmasın. Zeynəb isə məhəl qoymamış, Muxtar Zeynəbin kafesində təmizlik işlərinə baxmış, axşamlar kafenin ətrafında gəzmiş, gecələr kafenin mühafizəsinə baxmışdır. Muxtar danışmışdır ki, qalmağa evi yoxdur, Zeynəb Muxtarı işlədib pulunu vermir, gündə bir dəfə yemək verir. Zöhrab isə Zeynəbin kafesinə müştəri kimi gəlmişdir. Təqsirləndirilən şəxs oğlu Tamerlan anasının işlərinə qarışmamış, kafedə olduğu 3-4 gün ərzində sonuncunu cəmisi bir-iki dəfə görmüş, ilkin izahat və ifadəsində Tamerlanın istismar edilməyində iştirakını bildirsə də hazırda dəqiq xatırlayır ki, Tamerlan onun Zeynəb tərəfindən otağa salınmağında, fahişəliklə məşğul olmağa sövq edilməyində iştirak etməmişdir. Saat 12 radələrində Zeynəb onu otağa salmış, günorta saatlarında isə polislər onu oradan azad etmişlər. Zeynəb onu otağa salmış, hədə-qorxu gəlmiş, ona qarşı zor tətbiq etmişdir ki, fahişəliklə məşğul olmalıdır. O isə Zeynəbə rədd cavabı verdikdə sonuncu bildirmişdir ki, onu heç yerə buraxmayacaqdır. Lakin sonradan Zeynəb olduğu otağın qapısını açmış və ona hədə-qorxu gəlmişdir ki, icazəsiz kafedən getsə tapıb onu yenidən döydürəcəkdir. Həmin vaxt Zeynəb otaqdan çıxarkən otağın qapısı açıq olmuş, çıxıb gedə bilərdi, lakin Zeynəbin qorxusundan bunu edə bilməmişdir. Elmar və polis əməkdaşları gəldikdə artıq azad olunduğunu bilmişdir. Zeynəb Fərqanəni kafenin sauna otağında fahişəliyə cəlb etmiş, digər qadınlar barəsində məlumatı yoxdur. Çünki Fərqanənin tez-tez sauna otağına kişilərlə girib-çıxdığını görmüş, sonradan Fərqanə özü ona bildirmişdir ki, orada kişiləri həm masaj edir, həm də cinsi əlaqədə olur. Qazanılan pulları isə Zeynəblə bölür. Sevil və Ülviyyə isə kafedə xidmətçi işləmiş, Gulchehra isə yemək bişirmişdir. Hadisələr tez baş verdiyi üçün pasportunun harada olduğunu görməmiş, pasportun kim tərəfindən ona qaytarılmasını xatırlamır. İlkin ifadəsində bildirmişdir ki, Zeynəb ona pasportu polislər kafeyə gəlməzdən qabaq gətirib vermişdir. Lakin dəqiqliyi ilə bu faktı təsdiqləyə bilməz. Çünki xatırlamır. Həmin hadisədən bir müddət sonra mobil telefonu yararsız hala düşmüş, suya düşdükdən sonra xarab olmuşdur. Buna görə də həmin telefonda olan yazışmalar və zənglər silinmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi “Tamerlan” adlanan kafeyə 2016-cı ilin oktyabr ayının sonlarında gəlmiş, Zeynəb həmin vaxtdan kafeni işlətmiş, ona bildirmişdir ki, həmin kafedə həm işləyib, həm də qala bilər, gündəlik işə görə on manat pul verəcəkdir. Zeynəblə razılaşdıqdan sonra orada qalıb işləməyə başlamış, kafedə ondan başqa Şahid5 da işləmişdir. Kafenin arxa tərəfində müştərilərin masaj olunmaları üçün ayrıca masaj otağı da olmuş, iki ay işlədikdən sonra görmüşdür ki, Zeynəb maaşını kəsir, həm də yemək pulunu maaşından çıxır. Zeynəbin Sevillə davranışından görmüşdür ki, çox kobud və qorxulu adamdır. Sevillə aralarında narazılıq olanda Zeynəb müştərilərin içində Sevilə əxlaqsız sözlər deyir, söyüb təhqir etmişdir. 2017-ci ilin mart ayında Zeynəbə ona çatası pulu kəsdiyini, buna görə pulunun olmadığını bildirmiş, sonuncu cavabında qeyd etmişdir ki, müştərilərdən pul qazansın, ona verəsi pulu yoxdur. Zeynəb kafenin masaj otaqlarında onun kişilərlə cinsi əlaqədə olması üçün şərait yaratmış, o, hər müştəri ilə cinsi əlaqədə olduqdan sonra buna görə alınan pulun yarısını Zeynəbə vermişdir. Beləliklə, kafedə müştəriləri həm masaj etməyə, istədikləri vaxt isə müştərilərlə cinsi əlaqədə olub pul qazanmağa başlamış, Zeynəb o hər dəfə müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştərinin verdiyi 30-40 manat pulun yarısını ondan almış, onu fahişəliyə cəlb etmiş, müştərilər Zeynəbin tanışları olmuş, Zeynəb onun bu yolla qazandığı pulları da kəsmişdir. Zeynəb həqiqətən də kafedə çox sərbəst hərəkət etmiş, müştərilərin yanında istədiyi vaxt onları söyür, təhqir edir, hədələmişdir. Masaj otağında, yəni müştərilərlə cinsi əlaqədə olduqları otağa Zeynəb kamera qoydurmadığı üçün hansı müştərilərlə cinsi əlaqədə olmağı görünməmişdir. Ay ərzində 10-15 dəfə kafeyə gələn müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, cinsi əlaqədə olmazdan qabaq bu barədə Zeynəbə bildirmiş, sonuncu icazə verdikdə müştəri ilə cinsi əlaqədə olmuşdur. Zeynəbin oğlu Tamerlan arabir kafedə olmuş, tüfeyli insan olduğu üçün anasının işlərinə qarışmamış, arabir kafedə müştərilərlə çay içib getmişdir. Zeynəbin kafesində müşahidə kameraları olmuş, lakin masaj otağında, yəni müştərilərlə cinsi əlaqədə olduğu otağa Zeynəb kamera qoydurmadığı üçün hansı müştərilərlə cinsi əlaqədə olmağı görünməmişdir. Zeynəb bir neçə gündən bir kafenin kameraları ilə çəkilən çəkilişlər silmişdir. 2017-ci ildən kafeyə Şahid3 gəlmiş, Ülviyyə əvvəllər həmin kafedə xidmətçi işləmiş, lakin sonradan işdən çıxmışdır. Gəldikdən sonra Ülviyyə yenidən xidmətçi işləməyə başlamış, o və Sevil kafedə masaj xidməti göstərir, o, fahişəliklə məşğul olur, Ülviyyə isə xidmətçi işləmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsindəki evinə gəlmiş, qonşuluğunda kirayədə yaşayan Gulchehra Yusupova ilə tanış olmuş, Zeynəbin yanına işləməyə qayıdandan sonra Gulchehra barəsində bildirmiş, Zeynəb Gulchehra ilə çox maraqlanmış, telefon nömrəsini götürmüş, sonuncu ilə danışıb kafesinə işləməyə dəvət etmiş, Gulchehra aşpaz işləməyə başlamış, Zeynəb ona tapşırmışdır ki, kafedə hansı işlə məşğul olduqlarını Gulchehraya bildirməsinlər. Gulchehradan iki gün sonra sonuncunun tanışı Zərərçəkmiş şəxs kafeyə gəlmiş, sonuncunu Gulchehra özü kafeyə işləməyə çağırmış, Maftunahon gəldikdən sonra xidmətçi kimi işləməyə başlamış, növbəti gün Gulchehranın ad günü olmuş, sonuncu özünə özbək aşı bişirmiş, həmin vaxt Zeynəb kafedə olmamış, gəldikdə Gulchehranın aş bişirdiyini görüb təhqir etmiş, sillə ilə və yumruqla vurmuş, Maftunahon Gulchehranın müdafiəsinə qalxmış, Zeynəbin dediyini etməyə borclu olmadığını qeyd etmiş, Zeynəb Maftunahonu söyə-söyə bildirmişdir ki, dediyi kafedə qanundur. Zeynəb deyinə-deyinə çıxıb getmiş, növbəti gün sonuncunun Maftunahon ilə oturub söhbət etdiklərini görmüşdür. Zeynəb çıxıb getdikdən sonra Maftunahondan nə barədə söhbət etdiklərini soruşmuş, sonuncu qeyd etmişdir ki, Zeynəb kafedə fahişəliklə məşğul olmağı təklif etmiş, Maftunahon isə rədd cavabı vermişdir. Maftunahon gəldikdən bir gün sonra xəstələnmiş, sonuncuya dərman alıb gətirmiş, Zeynəb bunu bildikdə çox əsəbiləşmiş, bildirmişdir ki, hansısa özbəyə baxmağa pulu yoxdur. 24 fevral 2019-cu il tarixdə günorta saatlarında Zeynəb kafeyə gəlmiş, Maftunahonu gördükdə qışqırmışdır ki, nə üçün boş-bekar durub, gedib müştərilərlə görüşüb cinsi əlaqədə olsun, bundan sonra sonuncu müştəriləri ilə cinsi əlaqədə olacaq, həm də masaj xidməti göstərəcəkdir. Maftunahon belə danışmadıqlarını, kafedən çıxıb gedəcəyini bildirikdə Zeynəb buna görə Maftunahonu vurmuş, saçından tutub möhkəm dartmış, daha sonra 5-6 dəfə sillə ilə sifətinə vurmuş, həmin vaxt kafedə bir neçə nəfər olmuş, Sevil həmin vaxt yatmış, söhbətləri eşitməmiş, Ülviyyə və Gulchehra isə kafenin mətbəxində olmuşlar. Zeynəb Maftunahonu itələyə-itələyə yatmaq üçün ayrılmış otağa aparmış, otaqdan içəri itələyib qışqıra-qışqıra təhqir etmiş, vurmuş, hədə-qorxu gəlmişdir ki, kafedən buraxmayacaq, bundan sonra Zeynəb Maftunahon olan otağın qapısını çöldən açarla bağlamışdır. Zeynəb Maftunahonu vurduqda sonuncunun qışqırtısını eşitmiş, Zeynəbin qorxusundan heç bir şey edə bilməmişdir. Zeynəb daha sonra kafenin zalına gəlmiş, onu yanına çağırıb bildirmişdir ki, Zeynəbin icazəsi olmadan Maftunahona nə yemək verəcək, nə də çölə buraxacaqdır. Zeynəb kafedən çıxmış, çıxmazdan qabaq bildirmişdir ki, bir qədər sonra yenidən kafeyə gələcəkdir. Zeynəb getdikdən sonra Maftunahonun olduğu otağa getmiş, otağın qapısı açıq olmuş, sonuncu bildirmişdir ki, onun kimi fahişəliklə məşğul olmaq fikri yoxdur, Zeynəbdən qorxduğu üçün gedə bilmir, yaxın münasibətdə olduğu şəxslə əlaqə saxladığını qeyd etmişdir. 24 fevral 2019-cu il tarixdə günorta saatlarında kafeyə Elmar gəlmiş, Zeynəb onun qarşısına çıxmış, nə istədiyi ilə maraqlanmış, Elmar Zeynəbə bildirmişdir ki, yaxın münasibətdə olduğu Maftunahon kafesində saxlanıldığını bildirmişdir. Zeynəb belə bir adam tanımadığını, kafedə həmin şəxsin olmadığını qeyd etmiş, Elmar isə Maftunahonun mesaj yazdığını, kafedə ağzı bağlı saxlanıldığını bildirdiyini bildirmişdir. Zeynəb Elmarın inad etdiyini görüb əsəbiləşmiş və kafenin zalından çölə qovmuşdur. Elmar çıxdıqdan sonra Zeynəb kafedə işləyən qadınların hamısına tapşırmışdır ki, Maftunahon barəsində heç bir şey bildirməsinlər, əks halda əlindən gələn pisliyi edər. Zeynəb ona tapşırmışdır ki, Maftunahonun olduğu otağın qapısını açsın, sonuncuya başa salsın ki, Zeynəbdən şikayət etməsin. O dərhal Maftunahon olan otağa getmiş, sonuncu hamam otağına getmiş, qayıtdıqda Zeynəb Maftunahonu həyətdə görmüş və itələyərək, sillə ilə vuraraq yenidən otağa salmışdır. Otaqda Maftunahona bildirmişdir ki, əgər Zeynəbdən şikayət etsə cibinə narkotik atıb tutduracaqdır. Bir müddət sonra kafeyə polis əməkdaşları gəlmiş, kafedə tədbir keçirildiyini bildirmiş, Zeynəb də orada olmuş, sonuncunu tədbir keçirilməsi haqqında qərarla tanış etmişlər. Polislər Maftunahon və kafedə olan qadınların hamısı ilə şifahi sorğu aparmış, o Zeynəb tərəfindən fahişəliyə cəlb edildiyini bildirmiş, bundan sonra araşdırma aparılması üçün polis şöbəsinə getmiş, izahat yazmış, ifadə vermiş, Zeynəblə üzləşdirilmişlər. İstintaq hərəkətləri qurtardıqdan sonra sərbəst buraxılmışdır. Növbəti gün Zeynəb onunla mobil telefon vasitəsilə əlaqə saxlamış, nə üçün Zeynəbə qarşı ifadə verdiyini soruşmuş, telefonda bildirmişdir ki, ərizələri geri götürsünlər. O razılıq verməmiş, bir neçə gün sonra Zeynəb yenidən onunla əlaqə saxlamış, mülayim danışmış, bildirmişdir ki, onlar üçün vəkil tutmuş, Zeynəbə qarşı ifadələrini dəyişək, ona yalvarmağa başlamışdır. Yazığı gəldiyi üçün Zeynəbə razılıq vermiş, sonuncu Sevil və Ülviyyə ilə danışıb həmin qadınları da razı salmış, üçlükdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində vəkil bürosuna getmiş, orada adını bilmədiyi vəkillə müqavilə bağlamışlar. Sonradan özözünə təhlil edərək başa düşmüşdür ki, o, cinayət törətməmiş, tutulmaq ehtimalı da yoxdur, cinayətkar əslində Zeynəbdir, Zeynəb də onları aldatmışdır ki, öz xeyrinə iş görsün. Buna görə də vəkilin hüquqi yardımından imtina etmişdir. Quba Rayon Prokurorluğunda ifadə verərkən ifadəsində bildirmişdir ki, Maftunahon Zeynəb tərəfindən qanunsuz saxlanılmamışdır. Halbuki hər şey son ifadəsində qeyd etdiyi kimi olmuş, sadəcə olaraq fikrini Quba Rayon Prokurorluğunda ifadəsini alan Bəhruz Qədirliyə düzgün izah edə bilməmişdir. X3 təsiri ilə ac-susuz kafenin otağında ağzı bağlı şəkildə saxlanılmış, sonradan polis əməkdaşları Maftunahonu azad etmişlər. Zeynəbin kafesində olan Muxtarı, Əlisahibi, Natiqi və Zöhrabı tanıyır. Əlisahib, Natiq və Zöhrab Zeynəbin daimi müştəriləri, daha dəqiq qonşuları olmuşlar. Muxtar 2-3 ildir ki kafedə zibil təmizləyən işləmiş, kimsəsiz adamdır, Zeynəbdən çox qorxur. Zeynəb onlar kimi Muxtarı da tez-tez söyüb təhqir etmişdir. Kimsəsiz olduğu üçün Zeynəb Muxtarı bir neçə dəfə kafedən qovmuşdur, lakin Muxtarın qalmağa yeri olmadığı üçün məcbur olub yenidən Zeynəbin yanına qayıtmışdır. Zeynəb Muxtarı çox əxlaqsız formada söymüş, sonuncu da Zeynəbdən çəkindiyi üçün heç bir cavab qaytarmamışdır. Sevilin kafedə fahişəliklə məşğul olmasını görməmiş, Zeynəbin bir neçə dəfə Sevilə bu təklifi etməsinin şahidi olsa da Sevil hər dəfə rədd cavabı vermişdir. Sevilin yaxın münasibətdə olduğu şəxs olmuş, Zeynəb onu heç bir zaman ölümlə hədələməmiş, sadəcə olaraq onun maddi çətinlikləri olduğunu bildiyi üçün əmək haqqını kəsmiş və məcbur etmişdir ki, kafedə fahişəliklə məşğul olsun. İlkin ifadələrində çox həyəcanlı olduğu üçün hadisələri qarışdırmışdır. Zərərçəkmiş şəxs Şahid1 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, 2016-cı ildən 2019-cu il tarixə kimi Zeynəbin işlətdiyi kafedə fahişəliklə məşğul olmuşdur. Müştərilərdən pul ya Zeynəb, ya sonuncunun oğlu, onlar olmayanda isə o özü almışdır. Zeynəb hər müştərizdən 30-40- manat pul alanda ona həmin puldan 15-20 manat vermişdir. Zeynəb ona demişdir ki, aldığı pulu onlardan gizlətsə, ya da bu barədə polisə məlumat versə, onu narkotiklə şərləyib həbs etdirəcək. Kafenin arxasında masaj otağı olmuş, orada müştəriləri həm masaj etmiş həm də onlarla cinsi əlaqədə olmuşdur. Elə vaxt olmuşdur ki, gün ərzində 3-4 müştəri ilə cinsi əlaqədə olmuşdur. Zeynəbdən qorxduğu üçün kafedən çıxıb gedə bilməmişdir. Əvvəlcə Quba rayon Prokurorluğunda ifadə verərkən həyəcanlı olduğundan fikrimi düzgün ifadə edə bilməmiş, X3 təsiri ilə ac-susuz kafenin otağında ağzı bağlı şəkildə saxlanılmışdır. Sonradan polis əməkdaşları gəlib Maftunahonu azad etmişlər. Ayda bir-iki dəfə Bakı şəhərinə gedib-gəlmişdir. Kafedə videokameralar olmuş, Zeynəb bəzi videoları istədiyi vaxt silmişdir. Maftunahonun sevgilisi Elmar kafeyə gələn zaman Zeynəb Maftunahonu döyüb otağa salmış, həmin otağın qapısını acarla bağlamış və bütün işçilərə də tapşırmışdır ki, həmin otağın qapısını acmasınlar. Həmin otağın acarı hamıda olmuşdur, lakin Zeynəbdən qoxduqları üçün qapını acmamışlar. Zeynəb tapşırmışdır ki, Maftunahona yemək verməsinlər. Kafedə hər tərəfdə video kameralar olmuş, təkcə masaj otağında kamera olmamışdır. O, heç vaxt Quba rayon polis şöbəsinin rəisini həmin otaqda masaj etməmişdir. 24 fevral 2019-cu il tarixdən sonra 29 fevral 2019-cu il tarixədək Bakı şəhərində olan evində olmuşdur. Gulchehra kafedə aşbaz işləmişdir, Zeynəb ona da müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncu bu təklifi qəbul etməmişdir. Müştərilər kafeyə ayrı-ayrı vaxtlarda gəlmişlər. 24 fevral 2019-cu il tarıxdə ifadə verdikdən sonra Bakı şəhərinə öz evinə getmişdir. Onun şəxsiyyətini təsdiq edən sənəd özündə olmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq göstərilməyib. Əvvəlcə ifadə vermiş, sonra Zeynəb onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb, nə üçün ona qarşı ifadə verdiyini soruşmuşdur və ona qarşı verilən ərizələri, şikayətləri geri götürmələrini demişdir. O, əvvəlcə razılıq verməmiş, bir neçə gün sonra Zeynəb yenidən onunla telefonda əlaqə saxlayıb, mülayim danışmış, bildirmişdir ki, onun üçün vəkil tutub, ona qarşı ifadələri dəyişsinlər. O, hazırda Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxsla tanış olmuş və sonuncunu Azərbaycana dəvət etmiş, Maftunahon 2018-ci ilin oktyabr ayında rəfiqəsi Gulchehra ilə birlikdə yaşadığı ünvana gəlmişlər. O, Maftunahonu yaşadığı ünvanda müvəqqəti qeydiyyata salmış, Gulchehra isə tanışı Fərqanə ilə birlikdə Quba rayonuna kafedə işləməyə getmişdir. 21 fevral 2019-cu il tarixdə Maftunahon ona bildirmişdir ki, rəfiqəsi Gulchehranin ad günüdür, sonuncunun yanına gedir. Üç gün sonra Maftunahondan xəbəri olmamış, narahat olduğundan “Whatsapp” vasitəsilə sonuncu ilə əlaqə saxlamış, Maftunahon bildirmişdir ki, üç gündür ki, Zeynəb və Tamerlan tərəfindən otağa salınıb ağzı bağlı şəraitdə saxlanılmışdır, zorla işləməyə məcbur edilir. O, Maftunahona bildirmişdir ki, olduğu yeri telefonla ona göndərsin. 24 fevral 2019-cu il tarixdə Quba şəhərinə gəlmiş, “Tamerlan” adlı kafeyə daxil olmuş, Zeynəb və Tamerlanla danışıb Maftunahonu götürməyə gəldiyini bildirmiş, Zeynəb ona bildirmişdir ki, Maftunahon kafedə yoxdur, daha sonra onu kafedən qovmuşdur. Sonra o, 102 xidmətinə zəng vurmuş, məlumat vermiş, on dəqiqə sonra polis əməkdaşları gəlmiş və Maftunahonu kafedən azad etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba rayonunda “Tamerlan ” kafesində xidmətçi (ofisiant) işləmişdir. İşlədiyi dövrdə müştərilərə xidmət göstərmişdir. Özü Bakı şəhərində yaşasa da ayda bir dəfə də evinə gəlib qayıtmışdır. “Tamerlan ”kafesi işləyəndə o və digər işçilər gecələr kafedə qalmışlar. Kafedə qalmaları üçün bir otaq olmuş, həmin otaqda da 3 çarpayıda o, Fərqanə və Sevil qalmışlar. Kafe gecə saat 24-dək işləmiş, kafedə massaj salonu olmuş, massaj salonunu Fərqanə ilə Sevil işlətmişlər. Çox vaxt kafeyə Zeynəbin oğlu Tamerlan da nəzarət etmiş və onların əmək haqqını da sonuncu vermişdir. Zeynəb kafenin sahibi olmuş, cox vaxt yeməkləri də Zeynəb bişirmişdir. İşçılərdən kiminsə müştərilərlə cinsi əlaqədə olmasını bilməmişdir. Özbək vətəndaşı Maftunahonu kafeyə gələndən tanımış, sonuncu azərbaycan dilində təmiz danışmışdır. Maftunahon kafedə 3 gün qalmış, sonra onu sevdiyi oğlan gəlib aparmışdır. Maftunahon kafedə heç bir iş görmürmüş, gələn gündən temperatur içində olmuşdur. Maftunahon gəldiyi müddətdə işləməmiş və ona pul verilməmişdir. İstintaq zamanı ifadə vermiş, ona heç bir təzyiq olmayıb. Zeynəb ona demişdir ki, onlar üçün vəkil tutub, o da vəkildən imtina etmişdir. Quba rayonunda olan Qəçrəş kəndində yerləşən «Su Səsi» otelində olmamış, orada polislər tərəfindən qanunsuz saxlanılmamışdır. Zeynəbin kafesində kiminsə fahişəliyə cəlb olunduğunu görməmişdir. Ona Zeynəb fahişəliklə məşğul olmağı təklif etməmişdir. Maftunahonun da fahişəliyə cəlb olunduğunu görməmişdir. Müdafiəçi2 təqdim etdiyi ayaq fotoşəkili ona məxsus olmuşdur, hamam otağında pilləkəndən yıxıldığı üçün ayağı göyərmişdir. Sevil və Fərqanənin massaj etmək üçün hər hansı kurs keçməsi barədə məlumatı olmamışdır. Polislər tərəfindən 5 gün «Su Səsi» otelində saxlanmamışdır. Ayağının şəklini kimin çəkməsini bilmir. Ayağının göyərməsi ilə bağlı fotoşəkli Zeynəbə göndərməmişdir, sonuncunun fotoşəkli hardan əldə etməsini bilmir. İbtidai istintaq zamanı şokdə olduğu üçün necə dəfə ifadə verməsini bilmir. Şahid3 məhkəmədə verdiyi ifdəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, Maftunahon kafeyə gəldikdən sonra Zeynəb onu fahişəliyə cəlb etmək istəmiş, yəni Fərqanə kimi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmək istəmişdir. Lakin Maftunahon bundan imtina etdiyi üçün Zeynəb mübahisə etmiş, bundan sonra Zeynəbin Maftunahonu kafenin qalmaq üçün otaqları olan hissəsinə apardığını görmüşdür. Həmin vaxt 24 fevral 2019-cu il, günorta saatları olmuşdur. Otaqdan anlaşılmaz qışqırıq səsləri gəlmiş, Fərqanə bildirmişdir ki, Zeynəb Maftunahonu otağa salıb ağzını bağlamış, fahişəliklə məşğul olmasını tələb edir. Kafenin zalına qayıtdıqda Zeynəb qışqıraraq bildirmişdir ki, kafedə Zeynəbin sözü qanundur. Quba Rayon Polis Şöbəsinin əməkdaşları gələnə kimi Maftunahon otaqdan çölə çıxmamış, Zeynəbdən nə üçün Maftunahonu fahişəliyə cəlb etmək istədiyini soruşmuş, Zeynəb cavabında qeyd etmişdir ki, Maftunahon ağıllansın, yalnız bundan sonra sonuncunu buraxacaqdır. Quba Rayon Polis Şöbəsinin əməkdaşları gələnə kimi Maftunahon bağlı otaqda qalmış, Zeynəb onlara tapşırmışdır ki, Maftunahona yemək də verməsinlər. Zeynəb onun xasiyyətinin sərt olduğunu bilmiş, onu da bir neçə dəfə söymək istəsə cavabını vermişdir. Lakin kafedə işləyən digər qadınlara qarşı çox amansız olmuş, tez-tez təhqir etmiş, hədələmişdir. Hətta kafedə olan Fərqanənin qalmaqlarına icazə versə də yeməklərinə görə əlavə pul da almışdır. Bir neçə dəfə Zeynəb ona bildirmişdir ki, Fərqanə kimi fahişəliklə məşğul olsun, lakin o, rədd cavabı vermişdir. Quba Rayon Prokurorluğuna çağırılmazdan bir neçə gün əvvəl Zeynəb ona zəng edib bildirmişdir ki, barəsində verdiyi ifadəsini dəyişsin, ona yalvarmağa başlamışdır. O da bundan sonra Zeynəbin nə istədiyini soruşmuş, sonuncu ona bildirmişdir ki, Bakıda vəkil tutmuşdur. Həmin vəkillə müqavilə bağlayıb köməklik etsin. Zeynəb dediyi kimi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində vəkillə görüşmüş, müqavilə bağlamış, prokurorluqda ifadə verərkən ona hüquq və vəzifələri izah edilmiş, dərk etmişdir ki, o, heç bir zaman kafedə fahişəliklə məşğul olmamış, sadəcə xidmətçi işləmiş, ona heç kim hər hansı problem yarada bilməz. Buna görə də Zeynəbin tutduğu vəkildən imtina etmişdir. Əlisahibi, Natiqi, Rəhmanı, Muxtarı, Həmidi və Aydını tanıyır. Muxtar Zeynəbin kafesində işləmiş, tapşırdığı işləri görmüş, həmçinin bir neçə dəfə Zeynəb Muxtarı öz evində işləmək üçün göndərmişdir. Bildiyi qədəri ilə Muxtarın qalmağa yeri olmamış, Zeynəb də Muxtara yer vermişdir. Görmüşdür ki, Zeynəb dəfələrlə Muxtarı söyüb kafedən qovmuş, sonra da Muxtar qalmağa yeri olmadığı üçün kafeyə qayıtmışdır. Digər tanıdığı şəxslər isə Zeynəbin daimi müştəriləri olmuş, tez-tez kafeyə gəlmişlər. Zeynəblə də münasibətləri yaxşı olmuş, o kafedə sadəcə xidmətçi işlədiyi üçün həmin şəxsləri yaxşı tanıyır. Fərqanənin müştərilərlə cinsi əlaqədə olduğunu bilmiş, çünki Fərqanə yalnız bu işlə məşğul olmuş, Sevil isə sadəcə masaj xidməti göstərmiş, bir neçə dəfə Zeynəb Sevilə təklif etsə də sonuncu fahişəlikdən imtina etmişdir. Çünki bildiyi qədəri ilə Sevilin yaxın münasibətdə olduğu şəxs olmuşdur. O görmüşdür ki, Sevil müştəriləri sadəcə masaj edir, Fərqanə isə yalnız müştəri ilə cinsi əlaqədə olmaq üçün masaj otağına girmişdir. İfadə verərkən həyəcanlı olmuş, əslində Maftunahon kafedə üç gün qalmış, kafedə olduğu son gün günorta saatlarında Zeynəb Maftunahonu döyərək otağa salmış və çölə buraxmamışdır. Cavabında isə bildirmişdir ki, Maftunahon fahişəliklə məşğul olmalıdır. Zeynəb kafenin hər yerinə müşahidə kamerası qoymuş, yalnız masaj otağına baxan kamera işləməmiş, bununla Zeynəb öz əməllərini örtbasdır etmək istəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid3 bildirmişdir ki, ibtidai istintaq zamanı şokda olduğu üçün nə ifadələr verməsini xatırlamır. Fərqanədən eşitmişdir ki, Fərqanə və Sevil pul müqabilində kafedə massaj otağında müştərilərlə cinsi əlaqədə olurlar və pulu da Zeynəbə verirlər. Fərqanə ona demişdir ki, Maftunahonun olduğu otağın qapısını açmasın, Zeynəb görüb əsəbləşər. Qapının açarını Zeynəb Fərqanəyə vermişdir, onun özündə həmin otağın açarı olmamışdır. Sevillə Fərqanənin massaj otağında müştərilərlə cinsi əlaqədə olmalarını onların özlərindən eşitmiş, ancaq görməmişdir. İbtidai istintaq zamanı ona heç bir zor tətbiq olunmayıb, heç bir polis işçısi tərəfindən də döyülməmişdir. Maftunahon qaldığı otaq çöl tərəfdən açarla bağlansa da içəridən də açıla bilirmiş. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 fevral 2019-cu il tarixdə əməliyyat qrupunda olarkən saat 15:04-də Bakı şəhəri sakini Şahid2 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək qonağı və evində qeydiyyatda olan Özbəkistan Respublikasının vətəndaşı Maftunahonun mesaj yazaraq Quba rayonu “Tamerlan” adlanan yerdə məcburi saxlanıldığını, hədələndiyini bildirməsi əsasında həmin kafeyə getdiyini, oradakı şəxslərin Maftunahon ilə görüşməsinə icazə vermədiklərini, üzərinə hücum çəkdiklərini, Maftunahonun və digər Özbəkistan Respublikasının vətəndaşı olan rəfiqəsini aldadaraq əxlaqsızlıq yuvası olan “Tamerlan” saunasına aparıldığını bildirmişdir. Şahid2 müraciəti əsasında əməliyyat-istintaq qrupunun üzvləri təhqiqatçı Şahid7, əməliyyat müvəkkili Şahid8 və özü Quba şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən “Tamerlan” kafesinə getmiş, kafeyə daxil olduqda onları kafenin sahibi Təqsirləndirilən şəxs qarşılamış, Şahid7 Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvlərini təqdim edərək vətəndaş Şahid2 DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək Özbəkistan Respublikasının vətəndaşı Maftunahon adlı şəxsin obyektdəki otaqların birində məcburi saxlanılmasını və əxlaqsızlıq yuvasının olması barədə məlumat verməsini bildirmiş, sonra Maftunahon adlı şəxsin harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs Özbəkistan Respublikasının vətəndaşı Maftunahonun kafenin arxa tərəfdəki otaqda olmasını və Maftunahonu polislərin iştirakı ilə Şahid2 vermək istədiyini qeyd etmişdir. Təhqiqatçı Şahid7 Təqsirləndirilən şəxs təklif etmişdir ki, Maftunahonun yerini göstərsin, Təqsirləndirilən şəxs onların yanında kafenin arxa tərəfindəki otağın qapısını bayırdan açar ilə açmış, Zeynəbin iştirakı ilə içəri daxil olmuşlar. Otaqda bir nəfər Özbəkistan Respublikasının vətəndaşı, özünü Maftunahon deyə təqdim edən qadın olmuş, sonuncu onları görən kimi ağlamağa başlamış və bildirmişdir ki, Zeynəb tərəfindən üç gün həmin otaqda məcburi saxlanılmış, həmin müddət ərzində su içməyə və yemək yeməyə, çölə çıxmağa icazə verilməmiş, kafedə qalıb əxlaqsızlıqla məşğul olmağa məcbur edilmişdir. Şahid7 Təqsirləndirilən şəxs ilə sorğu apararkən sonuncu Maftunahonun Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşadığını, sənədlərinin qaydasında olmadığını bildirmişdir. Həmin vaxt Maftunahon pasportunu onlara təqdim edərək sənədlərinin qaydasında olduğunu qeyd etmişdir. Bundan sonra Şahid7 Təqsirləndirilən şəxs, Maftunahon və kafedə işləyən dörd nəfər qadınları izahatlarının alınması üçün Quba Rayon Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs Şahid7 etirazını bildirərək nalayiq ifadələr işlətməyə başlamış, sonra adları qeyd edilmiş şəxslərlə birlikdə Polis Şöbəsinə getmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid7 və Şahid8 eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsının işlətdiyi Quba şəhərindəki “Tamerlan” kafesini tanımışdır və həftədə 2-3 dəfə istirahət etmək üçün həmin kafeyə getmişdir. Həmin kafe həm restoran kimi fəaliyyət göstərmiş, həm də kafenin massaj salonu olmuşdur. O, 2 dəfə də massaj salonundan istifadə etmişdir. Onu bir dəfə Fərqanə, bir dəfə isə Sevil massaj etmişlər, buna görə onların hər birinə də 10 manat pul vermişdir. Kafedə kimlərinsə pul müqabilində fahişəliyə cəlb olunmaları barədə heç nə eşitməmiş və görməmişdir. Kafedə özbək millətindən olan qızı görmüş, həmin qızın 21-24-fevral 2019-cu il tarixlərdə kafedə azadlığının məhdudlaşdırıldığını görməmişdir. Sonralar həmin kafedə işləyən tanışı Fərqanə ona zəng vurub demişdir ki, 5 gündür polislər onları saxlayıb, döyüb incidirlər ki, Zeynəbin üzünə durub onları fahişəliyə cəlb etməsi ilə əlaqədar ifadələr versinlər. Fərqanənin dediyinə görə polislər 10.000 manat Zeynəbdən pul alacaqlar və həmin puldan da bir miqdar Fərqanəgilə verəcəklər. Sonradan polislər Zeynəbdən pul ala bilməmişlər və qızlara da pul verməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, Quba şəhərindəki “Tamerlan” kafesini işlədən Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs tərəfindən işlətdiyi kafenin işçilərinə zor tətbiq edilməsi, işçilərdən kiminsə azadlığının məhdudlaşdırılmasını görməmiş və bu barədə də kimdənsə heç bir məlumat eşitməmişdir. 24 fevral 2019-cu il tarixdə də kafedə hər hansı bir səs-küy eşitməmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur O həmin ifadəsində göstərmişdir ki, 21 oktyabr 2018-ci il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş, hava limanında onları Elmar qarşılayıb evlərinə aparmış, bir neçə gün sonra “Yubiley” kafesində işləyərkən Fərqanə ilə tanış olmuş, sonuncu təklif etmişdir ki, Quba şəhərində kafedə ona iş tapa bilər, o da həmin şəhərdə işləmək qərarına gəlmişdir. 18 fevral 2019-cu il tarixdə Fərqanə ilə birlikdə Quba şəhərində yerləşən “Tamerlan” kafesinə getmiş, kafenin sahibi Zeynəblə tanış olmuş, sonuncu günü on manata onu işə götürmüşdür. 21 fevral 2019-cu il tarixdə ad günü olduğu üçün rəfiqəsi Maftunahonu Quba şəhərinə dəvət etmiş, sonuncu həmin kafeyə gəlmiş, ad günündə özbək aşı bişirmiş, o və Maftunahon özbək aşından yemək istəyən zaman Zeynəb kafedə müştərilərin yanında ona yeməyi qadağan etmiş, onu döyməyə başlamış, Zeynəb onu döyən zaman yanında Fərqanə, Sevil, Ülviyyə, Maftunahon və tanımadığı müştərilər olmuşlar. Zeynəb onun sifətinə iki dəfə sillə və bir dəfə sinəsinə yumruqla vurmuş, o, ağlayaraq digər otağa keçmişdir. Sonra Zeynəb onlara kafedə icazəsiz iş görməməyi təhqiramiz formada bildirmişdir. Növbəti gün Maftunahon Zeynəbə xəstə olduğunu, kafedə işləmək istəmədiyini bildirmiş, Zeynəb isə Maftunahona sonuncunu məcburi işlədəcəyini, buna qədər bir nəfəri öldürüb basdırdığını bildirməklə kafenin arxa tərəfində olan otağa salmış və qapını çöldən bağlamışdır. Maftunahon üç gün həmin otaqda qalmış, otaqda qaldığı zaman Zeynəb Maftunahona su və yemək verməmiş, otağın açarını Fərqanəyə vermiş, üç gün müddətində o və Fərqanə gizli olaraq Maftunahona yemək aparmış, Maftunahon Fərqanəyə qapını açmasını xahiş etdikdə sonuncu Zeynəbin qorxusundan bunu edə bilməyəcəyini qeyd etmişdir. Maftunahon ona bildirmişdir ki, Elmar gəlib onu kafedən çıxaracaqdır, həmin vaxt Maftunahona sonuncu ilə birlikdə getmək istədiyini, Zeynəbin onu ölümlə hədələdiyini qeyd etmişdir. 24 fevral 2019cu il tarixdə Elmar kafeyə gələrək Maftunahonu aparmaq istədiyini bildirmiş, Zeynəb Maftunahonun kafeyə gəlmədiyini, orada olmadığını bildirmişdir. X9 kafedən çıxartmış, on dəqiqə sonra polislər gəlmiş, həmin vaxt Zeynəb onlara bildirmişdir ki, qaçıb gizlənsinlər, lakin onlar gizlənməmiş, çünki Zeynəbin onlarla davranışından bezmişdilər. Daha sonra polislərlə birlikdə Quba Rayon Polis Şöbəsinə getmişlər. Zeynəb ona dəfələrlə bildirmişdir ki, müştəri ilə görüşüb cinsi əlaqədə olsun, lakin o, imtina etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur O həmin ifadəsində göstərmişdir ki, 19 aprel 2009-cu il tarixdə Quba rayonuna gəlmiş və Zeynəblə tanış olmuş, sonuncu “Tamerlan” kafesini işlətmiş, kafedə ofisiant işləməyə başlamışdır. Söhbət edən zaman Zeynəb ondan masaj edib-etməməyini soruşmuş, o bildirmişdir ki, masaj etməyi bacarır. 2009-cu ilin sentyabr ayında Zeynəb kafeyə gələn müştərilərə kafenin arxa tərəfində masaj üçün otaq tikdirəcəyini və tezliklə orada masaj fəaliyyətinin göstəriləcəyini bildirmişdir. 2009-cu il tarixdən o kafedə müştəriləri masaj etməyə başlamış, adamın birini 25-30 manat arası masaj etmişdir. Zeynəb ona müştərilərlə cinsi əlaqədə ol desə də o bununla razılaşmamışdır. Özü tanıdığı müştəriləri olmuşdur ki, həmin şəxslərlə gedib Qubada başqa yerlərdə cinsi əlaqədə olmuşdur. Kafedə tutulacağından qorxub orada cinsi əlaqədə olmamışdır. Yeddi gün qabaq onunla birlikdə kafedə işləyən Şahid1 öz tanışı Gulchehranı işləməsi üçün kafeyə gətirmiş, Zeynəb Gulchehranı onun yanında qəbul etmiş, sonuncu bildirmişdir ki, yemək bişirməyi və qab yumağı bacarır, kafenin mətbəxində aşpaz kimi işləyə bilər. Zeynəb də Gulchehra ilə razılaşıb günü 10 manata işə götürmüş, Maftunahon da işlədiyi kafeyə gəlmiş, Zeynəb arasında anlaşılmazlıq olmuş və çıxıb getmək istəmişlər. X5 getməyə qoymamış, bildirmişdir ki, bu gün də qalsınlar, səhər gedərlər. 21 fevral 2019-cu il tarixdə Gulchehranın ad günündə sonuncu aş bişirmiş, Zeynəb onları söyməyə başlamışdır ki, nə üçün sonuncudan xəbərsiz aş yemişlər. Maftunahon Zeynəblə dava etmiş və sonuncu Maftunahonu özü ilə aparmışdır. Sonra Zeynəb onların hamısına onun obyektində ondan icazəsiz iş görməməyi tapşırmışdır. Zeynəb üç gün Maftunahonu otaqda ağzı bağlı saxlamış, sonradan Maftunahonun adını bilmədiyi dostu kafeyə gəlib sonuncunu aparmaq istədiyini bildirmiş, bu zaman Maftunahon qaldığı otaqdan uca səslə qışqıraraq “məni buraxın” bildiriş, sonra Zeynəb həmin oğlanın sinəsindən tutub bayıra çıxartmış, 10 dəqiqədən sonra polislər gəlmiş, həmin vaxt Zeynəb bildirmişdir ki, qaçıb gizlənsinlər. Sonra onlar polislərlə birlikdə Quba Rayon Polis Şöbəsinə getmişlər. Məhkəmədə təqsirləndirlən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur. Cinayət işinin materiallarında olan 24 fevral 2019-cu il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə “Tamerlan” kafesində keçirilmiş tədbir nəticəsində kafenin otağında Özbəkistan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 26 avqust 2019-cu il tarixli 03 vərəqdən ibarət protokoldan aydın olur ki, video görüntülər 24 fevral 2019-cu il tarixdə saat 00:20-dən saat 15:40-a kimi mövcud deyil, həmin ərəfədə Zərərçəkmiş şəxs kafenin arxasında yerləşən qapısı bağlı otaqda olmuşdur. Həmçinin baxışdan görünür ki, otaqdan çıxıb getmək istəyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq edilməklə yenidən otağa girməyə məcbur edilir. Otağa daxil olduqdan sonra qapı çöldən açarla bağlanılır. Cinayət işinin materiallarından məlum olur ki Təqsirləndirilən şəxs, 27 fevral 2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyindən daxil olmuş 25 fevral 2019cu il tarixli 162 nömrəli 01 vərəqdən ibarət canlı şəxsin ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət – sağ baldırın orta 1/3-nin arxa səthində qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən 23-24 fevral 2019-cu il tarixə uyğun gəlir, xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyindən daxil olmuş 27 mart 2019cu il tarixli 146/2019-MTBŞ nömrəli 05 vərəqdən ibarət ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş 69x123 santimetr ölçülü göy rəngli can dəsmalı, 93x210 santimetr və 86x214 santimetr ölçülü iki ədəd döşək ağı və iki ədəd papaqlı hamam xalatı üzərində sperma ləkələri aşkar olundu. Təqdim olunmuş 80x137 santimetr ölçülü açıq çəhrayı rəngli can dəsmalı və bir ədəd kişi tumanı üzərində olan spermatazoidlər, digər dörd ədəd can dəsmalı, üç ədəd döşək ağı və bir ədəd uzunqol tibb xalatı üzərində isə spermaya şübhəli hər hansı bir ləkələr aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş tələbnamədən və hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci, 243.1-ci və 244.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəzaçəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinin tələblərinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və saxlanması üçün DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 69x123 santimetr ölçülü göy rəngli can dəsmalı, 93x210 santimetr və 86x214 santimetr ölçülü iki ədəd döşək ağı və iki ədəd papaqlı hamam xalatı məhv edilməli, “Tamerlan” kafesinin istifadəsində olmuş videokameraların yaddaş bazasından əldə olunmuş 21 fevral 2019-cu il tarixdən 24 fevral 2019-cu ilə tarixədək videogörüntüləri əks etdirən CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan –13 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci, 243.1-ci və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməldlərini törətməkdə təqsirli bilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzanın əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddasının mulki icraat qaydasında verilməsi qaydası izah edilsin. Cinayət işi üzrə maddi sübut olan və saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 69x123 santimetr ölçülü göy rəngli can dəsmalı, 93x210 santimetr və 86x214 santimetr ölçülü iki ədəd döşək ağı və iki ədəd papaqlı hamam xalatı məhv edilsin, “Tamerlan” kafesinin istifadəsində olmuş videokameraların yaddaş bazasından əldə olunmuş 21 fevral 2019-cu il tarixdən 24 fevral 2019-cu ilə tarixədək videogörüntüləri əks etdirən CD disklər iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar