Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-680/2025 23.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Lənkaran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2015-ci il tarixli, 1(089)- 209/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 aprel 2022-ci il tarixli, 7(003)-908/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 3 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 may 2025-ci il tarixdə, saat 16:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi çəkisi 3476,68 qram olan eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq hissələrə bölüb Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evin yataq otağında yerləşən dolabda üzərini skoçla bağlayıb sellofan bağlamalarda 4 (dörd) ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 410 qram, 1045 qram, 970 qram və 1035 qram olmaqla cəmi çəkisi 3460,00 qram olan hissəsini satış məqsədi ilə gizlədib saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 16,68 qram olan hissəsini isə 1 (bir) ədəd sellofan bükümdə qablaşdırıb əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamaqla satış məqsədi ilə 4 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində piyada hərəkət edən zaman şübhəli şəxs kimi saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin 1-ci PŞ) inzibati binasına gətirilmiş və həmin gün saat 21:15 radələrindən etibarən xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 16,68 qram olan bitki mənşəli kütlələr xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 1(bir) ədəd sellofan bükümdə qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Daha sonra üzərində kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilən Təqsirləndirilən şəxs fərdi yaşayış evində də həmin narkotik vasitənin bir hissəsinin olmasına dair verilmiş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən onunla bağlı keçirilən əməliyyat tədbirinin davamı olaraq 4 iyul 2024-cü il tarixdə, saat 22:15 radələrində təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evin yataq otağında yerləşən dolabda üzərini skoçla bağlayıb sellofan bağlamalarda 4(dörd) ədəd bükümdə hər birində ayrıayrılıqda təmiz çəkiləri 410 qram, 1045 qram, 970 qram və 1035 qram olmaqla cəmi çəkisi 3460,00 qram olan hissəsini Təqsirləndirilən şəxs satış məqsədi ilə gizlədib saxladığı üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 16,68 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuanalarla tərkibinə görə eyni olan cəmi çəkisi 3460,00 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin bitki mənşəli kütlələr külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 4(dörd) ədəd sellofan bağlamalarda qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd olunan yerdə, şəraitdə və vaxtda deyil, 4 iyul 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində 3 nəfər polis əməkdaşı tərəfindən Bakı şəhəri Atatürk prospektində olarkən saxlanılaraq Mərdəkan qəsəbəsində yerləşən tək yaşadığı evə gətirilmiş, həmin vaxt üzərində yalnız başqa şəxsə vermək üçün götürdüyü (əldə etdiyi) 16 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, evindən aşkar edilmiş 3 kiloqram narkotik vasitə isə ona məxsus olmamış, ümumiyyətlə həmin külli miqdarda narkotik vasitədən xəbəri olmamışdır. Polis əməkdaşları evində yerləşdirilmiş müşahidə kameralarının yaddaşındakı bütün videoları silmişdir. Belə ki, o, bacısı oğlu Şahid3 və bibisioğlu və dostu Şahid4 ilə birlikdə idarə etdiyi “Mercedes” markalı, **-GE-*** nömrəli avtomobillə Koroğlu metrosu istiqamətindən Atatürk prospektində yerləşən parkın yaxınlığına gəlmiş, orada idarə etdiyi avtomobili saxladıqdan sonra 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq əməliyyat müvəkkili olduqlarını bildirib onları xidməti avtomobillə Bakı şəhəri Xəzər rayonuna gətirmiş, orada üzərilərində keçirilmiş yoxlama zamanı yanındakı şəxslərin üzərindən hər hansı qanunsuz predmet aşkar edilməsə də, onun üzərindən 16 qram çəkidə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Eyni zamanda polis əməkdaşları üzərindəki avtomobil açarını da ondan götürmüş, lakin avtomobilinin sonradan polis şöbəsinə aparılıb-aparılmamasını dəqiq bilməmişdir. O, təxminən saat 20:00 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirilib orada növbətçi hissədə qeydiyyata alınmadan, o cümlədən müdafiəçinin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra növbəti gün gecə təxminən saat 01:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-yə aparılmışdır. O, tutulduqdan iki gün sonra, yəni 6 iyul 2024-cü il tarixdə həftənin birinci günü barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırma dövründə, habelə hazırkı məhkəmə icraatı zamanı ona qarşı hər hansı təzyiq göstərilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadələr polislər tərəfindən yazılmaqla onun tərəfindən imzalanmış və həqiqəti əks etdirmir. Yalnız hazırda məhkəmə icraatı zamanı verdiyi ifadələri isə həqiqəti əks etdirir. O, üzərindən aşkar edimiş 16 qram narkotik vasitə qurudulmuş marixuananı tapmış, həmin narkotik vasitəni kiməsə verməyə ona heç kim tapşırmamışdır. Bildiyinə görə Xəzər RPİ-nin 1-ci PŞ Şüvəlan qəsəbəsi, 2-ci PŞ isə Mərdəkan qəsəbəsi ərazisində yerləşir. O, məhz Şüvəlanda yerləşən polis şöbəsinə aparılmışdır. Polis əməkdaşı Şahid2 ilk dəfə digər polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobillə aparılarkən yolda “Socar” yanacaq doldurma məntəqəsində yanında başqa 2-3 nəfər şəxslə birlikdə görmüş, Şahid2 həmin yerə öz avtomobili ilə gəlmişdir. Evindən çıxmış narkotik vasitənin ona məxsus olmamasını dedikdə polislər onu döymək istəmiş və o isə iki ay əvvəl açıq ürək əməliyyatı olunduğunu nəzərə alaraq döyüldüyü halda öləcəyindən qorxaraq polislərin dedikləri ilə razılaşmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu, yaşını və xəstəliyini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 5 iyul 2024-cü il tarixli izahat və şübhəli şəxs qismində ifadəsi, eləcə də, 6 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, onun heç kəslə ədavəti və ya düşmənçiliyi yoxdur, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normal olmaqla sağlamdır. ***-***-**-** mobil telefon nömrəsi onun istifadəsindədir. 4 iyul 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirməklə xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Xəzər RPİ-nin 1ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O, Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmaqla buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, şalvarının sol yan cibindən isə üzərində ***-***-**-** mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd yaşadığı evə məxsus açar və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilməklə çəkisinin 18 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürləndikdən sonra üzəri istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon, şəxsiyyət vəsiqəsi ondan götürülmüş, bir ədəd açar isə ona geri qaytarılmışdır. O, əvvəllər narkotik vasitədən istifadə etsə də, hazırda narkotik vasitələrdən istifadə etmir. Üzərindən aşkar olunmuş narkotik vasitə onun özünə məxsus olmaqla həmin maddəni dostu vasitəsilə tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Niyam” adlı şəxsin vasitəsilə Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürmüşdür. Niyam adlı şəxs ona bildirdiyi ünvanlara narkotik vasitələr yerləşdirməsi müqabilində pul verəcəyini vəd etmişdir. O, yaşadığı evdə də narkotik vasitə saxlamış, həmin evə baxış keçirilməsinə hər hansı etirazı olmamışdır. Onun üzərinə daha əvvəl baxış keçirilməmiş, üzərində və yaşadığı evdə narkotik vasitə saxlamasından kimsənin xəbəri olmamış, habelə ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılıq tətbiq edilməmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin yataq otağında yerləşən dolabda saxladığı 4 (dörd) ədəd bağlamanı təqdim edərək həmin bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan bağlamaları açdıqda orada narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, bundan sonra aşkar olunmuş qurudulmuş marixuana elektron tərəzidə çəkilərək ümumi çəkisinin 4000 qram təşkil etməsi müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənməklə üzəri istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 37-38; 50-51; 69-70;).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 4 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı alınmışdır. Həmin şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun tərəfindən raportla idarənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, ona və idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tapşırılmışdır. 4 iyul 2024-cü il tarixdə, saat 20:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilərək bu barədə raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün idarənin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı X12 tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında onun, idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 16,68 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində ***-***-**-** mobil telefon nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin hazırda istifadə etmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, aşkar olunmuş narkotik vasitəni dostu vasitəsilə tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Niyam” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni “Niyam” tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, yerləşdirəcəyi maddələrin müqabilində “Niyamın” ona pul verəcəyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, üzərində və yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin xəbərinin olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımov küçəsində yerləşən evində onun, idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili X6 və təhqiqatçı polis kapitanı Nicat Osmanovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsi F.Qasımov küçəsində yerləşən evinə baxış keçirilmiş və evin yataq otağında yerləşən dolabın üzərini skoçla bağlayıb sellofan bağlamalarda 4 (dörd) ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 410 qram, 1045 qram, 970 qram və 1035 qram olmaqla satış məqsədi ilə gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmaqla DİN-nin 7 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir.
7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında özü və Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Atatürk prospektində deyil, məhz Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində, yaşadığı evin yaxınlığında tək halda saxlanılmış, keçirilmiş istintaq hərəkətləri zamanı üzərindən, eləcə də evindən aşkar edilmiş narkotik vasitələrə hər hansı etirazını bildirmədən çəkisini mübahisələndirməmiş, həmin narkotik vasitələri Masazır qəsəbəsi ərazisindən götürdüyünü, 800 manat müqabilində iranlı şəxsin ona dediyi yerlərə qoyacağını bildirmiş, bildiyinə görə istintaq zamanı bu barədə Niyam adlı şəxslə aralarında mobil telefonda yazışmalar da aşkar edilmiş, lakin sonuncunun şəxsiyyəti tərəflərindən müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən yalnız Xəzər RPİ-nin 1-ci PŞ-yə aparılmış, saxlanılarkən üzərinə baxış keçirilməmiş, yazılı razılığı əsasında baxış keçirilən evin giriş qapısını özü açıb dolabdakı narkotik vasitənin yerini şəxsən göstərmişdir. Təqsirləndirilən şəxs üzərindən avtomobil açarı götürülməmişdir. Rəhbərliyin göstərişinə əsasən əməliyyat tədbirinin gedişi zamanı mobil telefonlardan deyil, xüsusi rabitə vasitələrindən (ratsiyadan) istifadə edilmiş, bu səbəbdən üzərində hər hansı mobil telefon olmamışdır.
8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi.
9. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır. O, 4 iyul 2024cü il tarixdə Lənkəran rayonundan Bakı şəhərinə həkimə getmək məqsədi ilə taksi avtomobili ilə dayısının yaşadığı evə qonaq gəlmiş, dayısı onu Koroğlu metrosu yaxınlığında qarşılayıb Mərdəkana aparmışdır. O, dayısı ilə birlikdə sonuncunun yeni avtomobili üçün aldığı ayaqaltını götürmək məqsədi ilə Atatürk prospektinə yola düşmüş, təyinat nöqtəsinə çatıb avtomobili saxladıqdan sonra o, avtomobildən enib avtomobillərin, eləcə də dayısının yeni avtomobilinin şəkillərini çəkməyə başlamışdır. Qısa müddətdən sonra dayısı ayaqaltını götürüb geri qayıdarkən yola düşmələri üçün onu çağırmış, bu zaman 3 nəfər polis əməkdaşı dayısını saxlayaraq üzərinə baxış keçirib avtomobili yoxlamış, yoxlanış zamanı sonuncunun üzərindən və ya avtomobildən hər hansı qanunsuz predmet aşkar olunmamışdır. O, ağladığına (narahat olmasına) görə polis əməkdaşları onu dayısından ayırıb başqa avtomobilə əyləşdirdikdən sonra müxtəlif avtomobillərdə əvvəlcə yanacaq doldurma məntəqəsinə, daha sonra isə dayısının kirayədə yaşadığı evinə, yəni Mərdəkana aparılmışlar. Evə çatdıqda polis əməkdaşları onu və hadisə vaxtı yanlarında olan dayısının Ümid adlı dostunu çöldə saxlayıb dayısı ilə birgə evə daxil olmuş, baxış aparıldıqdan sonra isə gecə vaxtı dayısını polis şöbəsinə aparmışlar. Baxış zamanı dayısının evində narkotik vasitə olmamış, polis əməkdaşları narkotik vasitəni dayısının cibinə özləri qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən onların mobil telefonları əllərindən alınmış, polis əməkdaşları dayısını polis şöbəsinə aparsalar da onu və Ümidi polis şöbəsinə aparmamışlar. O, dayısının yeni avtomobilinin fotoşəkillərini dayısının saxlanıldığı yerdə, yəni Atatürk prospektində olarkən mobil telefonunun video kamerası ilə çəkmiş və sonradan mobil telefonuna baxdıqda həmin fotonun saat 18:20-də çəkildiyini görmüşdür. Həmin fotoşəkilləri çəkdikdən dərhal sonra da dayısı polis əməkdaşları tərəfindən saxlanılmış, dayısının avtomobili isə saxlanıldıqları yerdə qalmışdır. Dayısı ona Bakı şəhərinin bəzi yerlərini gəzdirsə də, o, şəhərin küçə və prospektlərini dəqiq tanımır. Dayısı evdə hər hansı qanunsuz predmet saxlayıb-saxlamaması barədə ona hər hansı bir söz deməmişdir. Polis əməkdaşları onların yanında evi axtardıqdan sonra əllərində nəsə gətirib dayısının qarşısına qoymuşdur. O, baş vermiş hadisə barədə hər hansı hüquqmühafizə və ya digər orqana şikayət etməmiş, heç kimə, o cümlədən anası və qardaşı da daxil olmaqla digər qohumlara polislərin dayısının üzərinə narkotik vasitə qoyması barədə məlumat verməmişdir.
10. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla həm qohum, həm də qonşudur. O, avtomobil alveri ilə məşğul olmaqla Qala qəsəbəsində yaşayır, hadisədən bir gün əvvəl Lənkəran rayonundan Bakı şəhərinə gəlmişdir. Fuad hazırkı iş üzrə tutulmazdan əvvəl 5000 manat ilkin ödəniş etməklə aylığı 600 manata olan yeni avtomobil almışdır. Belə ki, Fuad ona zəng edərək onunla birlikdə Atatürk prospektindən yeni avtomobili üçün ayaqaltı almağa getməsini təklif etmiş, Fuadla razılaşdıqdan sonra sonuncu avtomobillə gəlib onu götürmüş və Fuada göndərilmiş “konum” əsasında ayaqaltını götürməyə getmişlər. Ayaqaltını götürəcəkləri ünvana az məsafə qalmış tıxac yarandığından Fuad avtomobildən düşmüş, bu zaman mobil telefonla danışarkən 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq üzərilərini, eləcə də avtomobili yoxlamış, lakin hər hansı qanunsuz predmet aşkar edilməmiş, mobil telefonları isə əllərindən alınmışdır. Polis əməkdaşları onları başqa avtomobilə mindirib əvvəlcə Koroğlu metrostansiyası yaxınlığında yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə apararaq orada danışıqlar aparmışlar. Fuadla saxlanılarkən özü və Əlidən başqa yanlarında heç kim olmamışdır. Polis əməkdaşları Əli narahat olduğundan sonuncunu onların yanından ayıraraq başqa avtomobilə mindirmişlər. Bundan sonra onları ayrı-ayrı avtomobillərdə Fuadın yaşadığı evə aparmış, evə çatdıqda 3-4 nəfər polis Fuadla birlikdə evə girmiş, o isə Əli ilə birlikdə avtomobilin içərisində gözləmiş, bu səbəbdən evdə nə baş verməsini görməmişdir. Onlar avtomobildə olmalarına baxmayaraq, evin girş qapısını müşahidə edə bilmiş, həmin vaxt başqa avtomobildən 3-4 nəfər polis əməkdaşı əllərində çanta ilə evə girmiş, lakin həmin çantanı evdən çıxdıqdan sonra sonuncuların əllərində görməmişdir. Polislər Fuadın yaşadığı evdən çıxdıqdan sonra sonuncunu harasa aparıb təxminən 2 saat sonra gecə saat 12 radələrində geri qaytarmışlar. Polis əməkdaşları Ümidlə onu polis şöbəsinə aparmamış, onlara məxsus mobil telefonlar isə 2-ci dəfə Fuad evə gətirilərkən onlara geri qaytarılmışdır. O, ***-***-**-** mobil telefon nömrəsini istifadə edir. O, Ümidlə polis əməkdaşları tərəfindən Fuadın evinə baxış keçirildikdən sonra gecə yarısı buraxılmışdır. Polislər Fuadı onun yanında döyməmiş, hər hansı fiziki təzyiq etməmiş və pis rəftar göstərmişdir. Onun Fuadın narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. O, Fuadın əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmasını bilmiş, bu barədə sonuncu azadlığa buraxıldıqdan sonra onun özündən maraqlanmaqla öyrənmişdir. O, baş vermiş hadisə barədə hər hansı dövlət orqanına və ya sair şəxsə müraciət etməmiş, Fuadın anasına isə həmin gün baş verənlər barədə danışmışdır.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 5 iyul 2024-cü il tarixli qərardan görünür ki, 4 iyul 2024-cü il tarixdə, saat 20:00-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirilməsi və şöbədə saat 21:15-də üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı bir ədəd bükümdə təmiz çəkisi 16,68 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, eyni zamanda tədbirin davamı olaraq həmin tarixdə, saat 22:15-də yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evə baxış zamanı 4(dörd) ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 3460,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X10 tərəfindən 5 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 4 iyul 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 4 iyul 2024-cü il tarixdə, saat 20:00 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v.4-12;).
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 5(008)-430/2024 saylı qərarından görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 4 iyul 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eləcə də, məhkəməyə təqdim edilmiş müvafiq materiallar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir(Cild 2;).
15. “Şübhəli şəxsin tutulması haqqında” 4 iyul 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X12 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 4 iyul 2024-cü il tarixdə, saat 20:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.21-22;).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 4 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:15-dən 21:25-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X12 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis kapitanı Şahid2 iştirakı ilə Xəzər RPİnin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun şalvarının sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon, bir ədəd yaşadığı evə məxsus açar və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək onun çəkisinin 18 (on səkkiz) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş qurudulmuş marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş, bir ədəd açar isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, aşkar olunmuş narkotik vasitəni dostu vasitəsilə tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş “Niyam” adlı şəxs vasitəsilə Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni “Niyam” tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, yerləşdirəcəyi maddələrin müqabilində “Niyamın” ona pul verəcəyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, üzərində və yaşadığı evdə narkotik vasitə saxladığından kimsənin xəbərinin olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə BNMİnin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılması, 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 21:30-dan 22:00-dək protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmiş, 1 (bir) ədəd DVD diskin protokolda əlavə olunması qeyd olunmuşdur (Cild 1, i.v. 30-32;156;).
17. “Evə baxış keçirilməsi və götürmə haqqında” 4 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında həmin gün, saat 22:15-dən 22:30-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X12 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis kapitanı Şahid2, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi F.Qasımzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, yaşadığı evin yataq otağında yerləşən dolabda olan 4 (dörd) ədəd bağlamanı təqdim edərək həmin bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan bağlamaları açdıqda orada yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkilməklə ümumilikdə çəkisinin 4000 (dörd min) qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlələr qablaşdırılmaqla DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı evin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış və götürmə istintaq hərəkəti süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd edilmişdir. Bu barədə həmin tarixdə, saat 22:50-dən 23:20-dək protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol kompüter vasitəsi ilə düzgün tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 33-36; 155;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 4 iyul 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti müvafiq olaraq 9 dəqiqə 15 saniyə və 14 dəqiqə 13 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Elnur Məmmədov tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 5 iyul 2024-cü il tarixli protokolla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, xüsusilə evinə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs hər iki istintaq hərəkəti zamanı özünün narkotik vasitələrdən istifadə etməməsi, aşkar olunmuş narkotik vasitələri Niyam adlı İran İslam Respublikası vətəndaşından 800 manat müqabilində ona bildirilən ünvanlara qoyması üçün Masazır qəsəbəsindən götürməsini dəfələrlə vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v. 52-53;).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 3-16-16-2-7/1097 nömrəli, 5 iyul 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 16,68 qram və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan qara rəngli çantadakı 4 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 410 qram; 1045 qram; 970 qram və 1035 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi çəkisi - 3476,68 qram, tədqiqata istifadə olundu - 0,5 qram, qalıq - 3476,18 qram. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır (Cild 1, i.v. 42-46;).
20. “İfadənin yerində yoxlanılması haqqında” 5 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 iyul 2024-cü il tarixdə verdiyi ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini bir daha əyani olaraq göstərməklə təsdiq edərək narkotik vasitəni kimin Masazır qəsəbəsinə yerləşdirdiyini bilmədiyini, lakin həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Niyam” adlı şəxs vasitəsilə əldə etdiyini, narkotik vasitələri sonuncu tərəfindən təyin edilmiş yerlərə yerləşdirməli olduğunu, bunun müqabilində “Niyamın” ona pul verəcəyini bildirərək Masazır qəbəsində yerləşən bir küçəni göstərmişdir (Cild 1, i.v. 54;).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 6 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə müdafiəçisinin iştirakı ilə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 55-57;).
22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 iyul 2024-cü il tarixli, 4(003)-271/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 iyul 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi R.M.Mirzəyev onun barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişlər (Cild 1, i.v.76-80;).
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 2 avqust 2024-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərardan görünür ki, Yusubov X11 Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2015-ci il tarixli, 1(089)-209/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 aprel 2022-ci il tarixli, 7(003)-908/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 3 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 10 fevral 2023-cü ildə isə cəza müddəti başa çatmışdır (Cild 1, i.v. 90-100; Cild 2;).
24. “Mobil telefona baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş “CD-R” diskə baxış keçirilməsi barədə” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İŞnin müstəntiqi polis kapitanı X10 tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş **********87553 və **********87551 İMEİ kodlu “Samsung” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı “Samsung” markalı mobil telefonun “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxs nömrəsi +98-937-645-4229 olan “Kamran dost” adlı şəxslə danışıqları müəyyən edilmiş, həmin danışıqlarda Təqsirləndirilən şəxs “Kamran dost” adlı şəxsə səsli mesaj göndərərək daş məsələsini həll etməyini istəməsi, habelə uşaqların birazdan ona pul atacağı və birdəfəlik 20 dənə göndərməsini bildirməsi müəyyən olunmuşdur. Həmçinin danışıqlarda tərəzinin üzərində narkotik vasitə qurudulmuş marixuananın şəklinin Təqsirləndirilən şəxs tərəfindən həmin kontakta göndərilməsi aşkar edilmişdir. Qeyd edilən diskə və mobil telefona məhkəmədə baxış zamanı protokolda göstərilmiş halların öz əksini tapması müəyyən edilmişdir (Cild 1.v. 103;154;).
25. “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı hazırkı cinayət işi materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuşdur (Cild 1, i.v. 113-114;).
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 23 sentyabr 2024-cü il tarixli, 11633 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır (Cild 1; i.v 117;).
27. “Bakcell MMC-dən daxil olmuş CD-R diskinə baxış keçirilməsi barədə” 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə götürülmüş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (Cild 1, i.v. 119;).
28. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 26 avqust 2024-cü il tarixli, 5854 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə əvvəllər narkotik vasitələrdən istifadə etmişdir (Cild 1, i.v.120-121;).
29. “Sübutların qiymətləndirilməsi barədə” 2 oktyabr 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və yaşayış yerinə keçirilmiş baxış və götürməni özündə əks etdirən 2 (iki) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və mobil telefona baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin təqsirləndirilən şəxsdən götürülmüş ümumi təmiz çəkisi 3476,68 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla aparılmış tədqiqatın nəticəsində qalıq qalmış 3476,18 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmış, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs satan İran İslam Respublikası vətəndaşı “Niyam” adlı şəxsin barəsində 14 sentyabr 2024-cü il tarixdə narkotik vasitələrin əldə olunma mənbəyi ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılmasının nəzərə alınması qeyd edilmişdir(Cild 1, i.v. 123-132; 136-137;).
30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.Ə.Məmmədov tərəfindən 17 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 oktyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.139-149;).
31. “Ege Hospital” tibb müəssisəsində tərtib edilmiş tibbi sənəd olan “Ambulator kitabçadan (xəstəlik tarixindən)-1237409 nömrəli çıxarışdan” görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulmuşdur (Cild 2;).
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 20 noyabr 2024-cü il tarixli, xx-xx/1580 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə 3 saylı X2 Müəssisəsinə köçürülmüşdür. Daxil olan zaman Təqsirləndirilən şəxs anamnezindən məlum olmuşdur ki, o, 2024-cü ilin mart ayında açıq ürək cərrahi əməliyyatı keçirmişdir. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Ürəyin işemik xəstəliyi. Postinfarkt kardioskleroz (2024). Keçirilmiş aorta koronor şuntlama cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu müəyyən edilmiş, stasionar müalicəyə başlanılmışdır. Hazırda tibbi tədbirlər davam etdirilir (Cild 2;).
33. Xəzər RPİ-nin müvəqqəti saxlama yerində tərtib edilmiş 5 iyul 2024-cü il tarixli aktdan və “Tutulmuş şəxsin 676 nömrəli tibbi kitabçasından” görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən bədənində hər hansı xəsarət aşkar olunmamışdır.
34. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya Xəzər RPİ-nin 1-ci PŞ-dən 10 mart 2025-ci il tarixdə verilmiş cavab məktubuna əlavə edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində 4 iyul 2024-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən Xəzər RPİ-nin 1-ci PŞyə gətirilmiş, sonradan Xəzər RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin hal müvafiq kitabda 800 nömrə altında qeydə alınmışdır (Cild 2;)
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 5028/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs döş qəfəsinin ön səthində cərrahi əməliyyatdan sonrakı çapıq izi aşkar olunmuşdur (Cild 2;).
36. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 istifadələrində olmuş mobil telefon nömrələrinə dair müvafiq məlumatlar "xxxx" MMC mobil telefon operatorundan götürülərək tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 4 iyul 2024-cü il tarixdə saat 12:16da “Baki sh.Xezer rayonu.Merdekan qes.41 sayli sahe” anten dairəsində olmuş, həmin vaxtdan sonrakı anten dairələri isə 5 iyul 2024-cü il tarixə aiddir. Eyni zamanda, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 4 iyul 2024-cü il tarixdə, saat 10:35dən 17:09-dək “X19” və “Xezer r-nu, Qala qes” anten dairələrində olmuş, həmin vaxtdan sonrakı anten dairələri isə 5 iyul 2024-cü il tarixə aiddir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
41. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
43. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək kirayə yaşadığı evdə külli miqdarda olmaqla çoxsaylı bükümlərə bükülmüş halda saxladığı, habelə üzərində saxlamaqla daşıdığı ümumilikdə 3476,68 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin maddənin xeyli miqdarından təxminən 696 dəfə, külli miqdarından isə təxminən 6,9 dəfədən artıq olması, mobil telefonundakı vatsap tətbiqi vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan vatsap yazışmalarının, səs yazılarının, fotoşəkillərin aşkar edilməsi, videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə, eləcə də yaşadığı evə baxış və götürmə istintaq hərəkəti zamanı verdiyi ifadələrində özünün qazanc əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması ilə bağlı etirafedici ifadələri, habelə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməklə uzun müddət istehlakçısı olmaması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
44. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə və vaxtda deyil, başqa yerdə və vaxtda üç nəfər polis əməkdaşı tərəfindən tutularaq əvvəlcə Xəzər RPİ-nin 2-ci PŞ-yə, daha sonra həmin İdarənin 1-ci PŞ-yə aparılması, evində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, ümumiyyətlə həmin narkotik vasitələrin yaşadığı evdə olmasından xəbərinin olmaması, tək halda deyil, tanışları ilə birgə saxlanılması, saxlanılarkən üzərindəki avtomobil açarının polis əməkdaşları tərəfindən götürülməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsi ilə bağlı ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
48. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
49. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.
50. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
53. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 16-18, 22, 33 və 35-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, eləcə də, müstəntiq tərəfindən dəfələrlə dindirilməsi zamanı və ya ondan sonrakı dövrdə hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin hökmün 16-18, 22, 33 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, evində baxış və götürmə, dindirmə və digər istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla müvafiq məhkəmə qərarı ilə uzun müddət ərzində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzaçəkmə yerində cəza çəkmiş, habelə məhkəməyədək icraat zamanı istintaq təcridxanasında çoxsaylı oxşar xarakterli ittihamlarla cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərlə birlikdə saxlanılmış, lakin məhkəməyədək icraat zamanı istər ibtidai istintaqı aparan müstəntiqə müdafiəçisinin iştirakı ilə ifadə verərkən və müxtəlif istintaq və prosessual hərəkətlərdə iştirak edərkən hər hansı etirazını bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs guya iddia etdiyi kimi ibtidai araşdırmanın ilkin təhqiqat mərhələsində onu ifşa etməklə yaxalayan polis əməkdaşları və sonradan müvafiq sənədləşdirmə işlərini həyata keçirmiş təhqiqatçı tərəfindən psixi təzyiqə məruz qalması ilə əlaqədar ondan tələb edilən qaydada şəxsi axtarış və götürmə istintaq hərəkəti, eləcə də, evinə baxış və götürmə zamanı deməsini bildirməsinə baxmayaraq, sonradan iş ibtidai istintaq orqanına verildikdən sonra nə müstəntiqə, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də hər hansı digər şəxsə, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə bu barədə hər hansı məlumat verməməsinin səbəblərini izah edə bilməmişdir. Nəzərə alınmalıdır ki, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirmiş polis orqanı ilə iş üzrə ibtidai istintaqı aparmış qurumlar arasında hər hansı tabeçilik münasibəti olmadığından və kifayət qədər uzun müddət ərzində davam etmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş predmetlərin ona ümumiyyətlə məxsus olmaması və sair işin faktiki halları ilə inkar edilən xüsusatları bildirməməsi sağlam məntiqə uyğun deyildir. Əksinə Təqsirləndirilən şəxs tutulduqdan təxminən bir gün sonra ibtidai istintaq orqanına müdafiəçisinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməli barədə istintaq orqanına ətraflı məlumat vermiş, həmin verdiyi ifadəni sonradan məhkəmə nəzarəti qaydasında da qapalı məhkəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilərkən təkrarlamış və ibtidai istintaqın sonrakı mərhələsində də qeyd edilən predmetlərin özünə məxsus olmaması, psixi təzyiqə məruz qalması və sair işin faktiki halları inkar edilən xüsusatları qeyd etməmişdir. Başqa sözlə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı verdiyi və işin faktiki halları ilə tam inkar edilən ifadələri ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq, habelə törədilmiş cinayət əməllərini pərdələmək məqsədi daşıyır.
54. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
58. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Şahid3 təqsirləndirilən şəxsin doğma bacısı oğlu, Şahid4 isə təqsirləndirilən şəxsin həm yaxın dostu-tanışı, həm də qohumu-bibisi oğlu olmaqla onların ifadələrini Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etmələri kimi qiymətləndirir. Belə ki, Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onların yanında saxlanılmasını, sonuncunun üzərində, avtomobilində, habelə evində narkotik vasitə aşkar edilməməsini, üzərilərindəki mobil telefonların polislər tərəfindən əllərindən alınmasını, eləcə də Şahid3 aşkar edilmiş narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərinə polislər tərəfindən qoyulmasını bildirmişdir. Halbuki, Şahid3 və Şahid4 uzun müddət ərzində davam edən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs onlarla birlikdə qanunsuz olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinin, avtomobilinin, habelə evinə daxil olmaqla axtarış aparılmasını, mobil telefonlarının qanunsuz olaraq götürülməsi barədə ümumiyyətlə hər hansı dövlət orqanına və ya şəxsə şikayət etməmiş və bildirməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yalnız üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsinə baxmayaraq, şahidlər Şahid3 və Şahid4 təqsirləndirilən şəxsin avtomobilinə, evinə, həmçinin üzərinə baxış zamanı ümumiyyətlə hər hansı qanunsuz predmet aşkar edilmədiyini qeyd edərək ziddiyyətli ifadələr vermişlər. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəmədə əlavə şahid qismində dindirilmiş həmin şəxslərin dindirilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmiş, eləcə də onlarla birlikdə tutulması məsələsini mübahisələndirməmişdir. Qeyd edilən kəskin ziddiyyətlər məhkəməyə həmin şahidlərin ifadələrinə tənqidi yanaşılması qənaətinə gəlməyə əsas verir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında hökmün 36-cı bəndində qeyd edilən müvafiq mobil operatordan əlavə şahid qismində dindirilmiş şəxslərin istifadələrində olduqlarını bildirdikləri mobil telefon nömrələrinin anten dairələrinə dair məlumatları götürərək tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edildikdən sonra, müdafiə tərəfi həmin məlumatların mobil telefon operatoru tərəfindən tam təqdim edilməməsi və ya həmin məlumatların düzgün olmamasını iddia etmişdir. Qeyd edilməlidir ki, həmin məlumatlar müvafiq mobil telefon operatorundan qanuna müvafiq qaydada əldə edilməklə məlumatların həqiqəti əks etdirməsi hər hansı şübhə doğurmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında əldə edilmiş məlumatlarda sonradan həmin tərəfin iddia etdiyi halların təsdiq edilməməsinə görə həmin sübutun şübhə altına qoyulmasına hər hansı əsas yoxdur.
59. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
60. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
61. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
62. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
63. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
64. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır.
65. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
66. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını, 35 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, o cümlədən hadisədən əvvəl açıq cərrahi ürək əməliyyatı olunmasını, hazırkı sağlamlıq vəziyyətini və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
67. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 23, 64-65-ci bəndlərinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.
68. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
70. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
71. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
72. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
73. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 4 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 4 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
74. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 iyul 2024-cü il tarixdən hesablanmalıdır.
75. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
76. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xəzər RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3476,18 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk, "xxxx" MMC-yə məxsus 1 (bir) ədəd disk və mobil telefona baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd disk, habelə "xxxx" MMC-dən əldə edilmiş 1(bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
77. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
78. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
79. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
80. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
81. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
82. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 4 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3476,18 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın və 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.