Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-681/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs– (xx.xx.2001-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Dilağarda kənində qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tanışı Şahid2 ilə Şahid1 arasında baş vermiş mübahisənin səbəbini sonuncu ilə görüşüb aydınlaşdırmaq məqsədi ilə 01 avqust 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 1 ünvanın yaxınlığında yerləşən “20 yanvar” metrostansiyasının giriş-çıxış hissəsinin qarşısına gəlmiş, həmin yerə tanışları Zərərçəkmiş şəxs, Şahid3 və Şahid4 ilə birlikdə gələn Şahid1 kənara çəkilib Şahid2 ilə aralarında yaranmış mübahisənin səbəbini aydınlaşdırmağı təklif etdikdə Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə edərək həmin mübahisənin artıq həll edildiyini, tərəflərin bir-biri ilə barışdığını, məsələni uzatmağın lüzumsuz olmasını bildirməsi səbəbindən sonuncu ilə qərəzli olaraq münaqişə yaratmaqla öz şəxsiyyətini onun və ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoyub orada olan insanlara qarşı aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən özü ilə gətirdiyi istintaqa məlum olmayan xəncərlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq sonuncuya boyunun ön səthində olan traxeyanı və qida borusunu zədələyən bir ədəd, döş qəfəsinin ön divarında olan, qarın boşluğuna nüfuz edən, qaraciyəri və sol diafraqma künbəzini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, sağ əlin İİ-İİİ barmaqlarında iki ədəd kəsilmiş yara kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Yasamal rayonunda yaşayarkən Şahid2 ilə tanış olmuş, sonuncu ilə uzun müddət eyni məhəllədə yaşamışlar. Asiflə münasibətləri hər zaman yaxşı olmuşdur. Sonradan onlar “Qobu park”deyilən əraziyə köçmüşlər, Asif də həmçinin ailəsi ilə birlikdə ora köçmüşdür. 01 avqust 2021-ci il tarixdə ona məlum olmuşdur ki, bir gün əvvəllər tanıdığı Samir adlı şəxs dostu ilə birlikdə onun yaşadığı əraziyə gələrək Asif ilə mübahisə etmişlər. Mübahisə zamanı Asifi vurmuşlar və alçaltmışlar. O da bunu eşitdikdən sonra Asifin yaxın dostu olaraq Samirə zəng etmiş, sonuncudan etdiyi bu hərəkətlərinin səbəbini soruşmuşdur. Samir isə bildirmişdir ki, buna səbəb sevdiyi qıza qarşı Asifin nalayiq hərəkətlər etmək istəməsi olmuşdur. O da Samirə demişdir ki, gərək bu hərəkətləri etməzdi, ortada o var, Asifdən yaşda böyükdür və onunla söhbət edərdi və o özü Asifə hər şeyi başa salarmış. O, Samirə təklif etmişdir ki, onlar görüşüb söhbət etsinlər və hər şeyi yoluna qoysunlar ki, aralarında narazılıq olmasın. Samir razılaşmış, lakin Buzovnada olduğu və Qobu tərəfə gələ bilməyəcəyini demiş, o isə təklif etmişdir ki, onların hər ikisi üçün sərf edən “20 yanvar” metrostansiyası yaxınlığında görüşsünlər. Samir razılaşmış və təxminən 1 saat sonra, təxminən saat 22 radələrində “Chevrolet Cruze” markalı taksi avtomobili ilə “20 yanvar” m/s yaxınlığında yerləşən “Atlantis” restoranı qarşısına gəlmişdir. Həmin vaxt Asif də onun yanında avtomobildə əyləşmişdir. O, taksi sürücüsündən xahiş etmişdir ki, sonuncu onu gözləsin, bir neçə dəqiqəyə qayıdacaqdır. Asif də avtomobildən düşmək istəsə də, o sonuncuya avtomobildə gözləməsini bildirmiş və Asif razılaşmışdır. Bundan sonra o, yolu keçmiş və görmüşdür ki “20 yanvar” metrostansiyasının çıxışının qarşısında olan köşkün yanında təxminən 7-8 nəfər şəxs dayanıb söhbət edirlər. O, həmin şəxslərin arasında Samiri görüb tanımış və sonunculara yaxınlaşmışdır. Həmin şəxslər aralarında söhbət edərkən sonunculardan biri, sonradan adınıın Pərviz olduğunu bildiyi şəxs onun adını çəkmiş, o isə həmin an demişdir ki, “Rəvan mənəm”. Bu zaman həmin Pərviz adlı şəxs ona “söz danışanda sözümü niyə kəsirsən” deyərək irad bildirmişdir. O isə cavabında sonuncuya demişdir ki, söhbət zamanı onun adı çəkilirsə söhbətə müdaxilə etməlidir. Bundan sonra Pərviz ilə onun arasında sözlə mübahisə olmuş, mübahisə zamanı Pərviz ona bildirmişdir ki, Samir ilə Asif arasında söhbət bağlanıb və bu söhbəti təzədən açmağa ehtiyac yox idi. O da demişdir ki, ora Samir ilə söhbət etməyə gəlmişdir və Samir ilə kənarda təklikdə söhbət etmək istəyir. Lazım gələrsə Asifi də çağırar və onlar üçü təklikdə bu məsələni yoluna qoyarlar. Onun bu sözləri Pərvizin xoşuna gəlməmiş, sonuncu onu yaşda və boyda kiçik olduğunu görüb onunla kobud danışmağa başlamış və nalayiq ifadələr işlətmişdir. O isə həmin vaxt artıq əsəbiləşmiş, görmüşdür ki, Pərviz ilə danışmağın heç bir mənası yoxdur, çünki sonuncu ona söz deməyə imkan vermir. Bu zaman o, yerə baxanda yerdə dəmir barmaqlığa oxşar ucu iti dəmir parçası olduğunu görmüş və dərhal həmin dəmir parçasını götürüb bir anda Pərvizi həmin dəmir parçası ilə vuraraq oradan qaçıb, ora gəldiyi taksi avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra taksi sürücüsü onun dediyinə əsasən onları “Kaktus” restoranı tərəfə aparmış, orada o həmin dəmir aləti zibil qutusuna tullamışdır. Bundan sonra o, taksi sürücüsünə demişdir ki, onları Yasamal rayonu H.Cavid parkı və həmin ətraflarda avtomobildə bir az gəzdirsin. Oralarda yarım saat gəzdikdən sonra həmin taksi onları Qobuya aparmış və sonradan Asif ilə o ayrılıb yaşadıqları evlərə getmişlər. bir müddət sonra qonşuluqda yaşayan şəxslərdən eşitmişdir ki, həmin hadisəyə görə onu polis axtarır. Bundan sonra o, 05.10.2021-ci il tarixdə saat 19 radələrində Yasamal parkı yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlayaraq axtarışda olduğunu bildirmişlər və polis şöbəsinə aparmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01.08.2021-ci il tarixdə axşam saatlarında o yaşadığı evin yaxınlığında olduğu zaman tanışı Ağasif ona zəng edib bildirmişdir ki, bir gün əvvəl Qobuda yaşayan şəxslər ilə Ağasifin tanışı arasında münaqişə olmuşdur, hal-hazırda isə həmin münaqişə öz həllini tapdığından həmin şəxlər Ağasifin tanışı ilə görüşüb barışmaq üçün sonuncunu “20 yanvar” m/s-nın yaxınlığına çay içməyə çağırmışlar. Ağasif ona dəfələrlə zəng edib hadisə yerinə getməyini xahiş etmişdir. Ağasiflə dostluq münasibəti olduğundan ona etiraz edə bilməmiş, həmin gün saat 22:50 radələrində onlar “20 yanvar” m/s-nın qarşısında yolun kənar hissəsində yerləşən köşkün arxasında bir nəfər şəxs ilə görüşmüşlər. Həmin şəxs özünü Rəvan kimi təqdim edərək Qobuda yaşadığını demişdir. Onlar Rəvanla təxminən 4-5 dəqiqə söhbət etmişlər. Söhbət zamanı Rəvan bildirmişdir ki, onun yaşadığı ərazidə tanıdığı bir nəfər Asif adlı şəxsin döyüldüyünü eşitmişdir və bu ona pis təsir etmişdir, həmin məsələni araşdırmağa gəldiyini bildirmişdir. Həmin vaxt onun yanındakı şəxslər məsələnin artıq həll olunduğunu bildirmişlər. O da Rəvana sakit şəkildə, heç bir kobudluq etmədən izah etmişdir ki, bu məsələ artıq həllini tapdığından bu söhbəti uzatmağın heç bir mənası yoxdur, onu dostluqla və mehribançılıqla sağollaşıb çıxıb getməyə dəvət etmişdir. Rəvan isə sonda onunla razılaşmış və onlar əllərini sıxaraq sağollaşandan sonra o, dönüb getmək istədikdə qəflətən boğazından zərbə hiss etmiş və boğazından çoxlu qan töküldüyünü görmüşdür. Rəvanın onu nə ilə vurmasını görməmiş, əli ilə boğazını tutmuş və qanı dayındırmağa çalışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin bir qismi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, Rəvan əlindəki xəncərlə onun bədəninin müxtəlif nahiyələrindən, o cümlədən döş qəfəsindən və qara ciyər nahiyəsindən zərbələr endirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkəmədə verdiyi ifadəsi düzdür, Rəvanın onu nə ilə vurmasını görməmiş, ibtidai istintaq zamanı ifadəsində Rəvanın onu xəncərlə vurması barədə ifadə verməmiş, ifadəsinin həmin hissəsi müstəniq tərəfindən yazılmış, o da ifadəsini oxumadan imza etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019cu ilin yay aylarında işlədiyi telefon mağazasında işləyən Şahid1 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Hadisədən 3 ay əvvəl ona məlum olmuşdur ki, Samir Şahid5 adlı qız ilə tanış olmuş və onların aralarında sevgi münasibətləri var. Həmin vaxtlarda Samir onu da Səma ilə tanış etmiş və sonuncunun onun sevgilisi olduğunu bildirmişdir. Sonra Samir bir neçə günlük hansısa rayona getməli olduğundan ona bildirmişdir ki, “Koroğlu” metrostansiyası yaxınlığında bir ev kirayə götürəcək və o, Bakıda olmadığı müddətdə ona həmin evdə Səma ilə birlikdə qalıb sonuncuya nəzarət etməyi tapşırmışdır. O da etiraz etməmiş, dost kimi onun xahişini yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra o, Səma ilə birlikdə təxminən 6-7 gün həmin evdə qalmış, arada bir gedib öz evində qalmış, sonradan qayıdıb Səma ilə qalmışdır. Onlar birlikdə qaldıqları müddət ərzində onun Səma ilə heç bir yaxınlığı olmamışdır. Bundan sonra bir müddət sonra Samirgil axşam vaxtı onunla əlaqə saxlamışlar və kobud şəkildə onunla görüşmək istədiklərini demişlər. O da evdən çıxa bilməyəcəyəni demişdir. Sonra Kamran ona zəng etmiş və daha sonra özləri onun yaşadığı binanın yanına gəlmişlər, binanın yaxınlığında insanların az olduğu yerdə görüşmüşlər. Həmin zaman Samirin yanında onun dostu Şahid4 və Səma da olmuşlar. Orada Samir ilə onun arasında mübahisə yaranmış, o, Səmanın sözlərinə inanaraq onun üstünə hücum çəkmiş və ona bir-iki dəfə yumruq ataraq onu vurmaq istəmiş, lakin tez bir zamanda onlar aralaşmışlar. Bundan sonra onların söhbəti davam edərkən onun Kamran ilə mübahisəsi yaranmış və sonuncu yumruqla onun hər iki çiynindən vurmuşdur. Sonra onlar aralaşmış və o, Səmadan Samir barədə danışdığı sözlərə görə üzr istəmiş, Samirgil ilə məsələlərinə aydınlıq gətirərək sağollaşmışlar. Həmin zaman onların olduqları yerə həmin ərazidə yaşayan bir neçə tanımadığı 16-17 yaşlı oğlanlar gəlmişlər və ondan nə baş verdiyini və Kamranın onu nəyə görə vurduğunu soruşmuşlar, o isə onlara demişdir ki, heç bir hadisə olmayıb, yüngülvarı mübahisələri olub və onu vuran şəxs böyük qardaşı imiş və onu ərk edərək vurmuşdur. Lakin mübahisədən sonra da Samir ona zəng edib onunla bir də görüşmək istədiyini demişdir. Bundan sonra 01.08.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ərazidə yaşayan tanışı Rəvan ona zəng edərək bildirmişdir ki onun “Qobu park”ın yaxınlığında kənardan gəlmiş kiminləsə mübahisə etdiyi və kiminsə onu vurduğunu eşitmişdir. O da demişdir ki, onun həmin şəxslərlə yüngül mübahisəsi olub və artıq söz-söhbətə son qoymuşlar, lakin Samir adlı şəxsin ona mütəmadi zəng edib görüşmək istədiyini deyir. Rəvan ona bildirmişdir ki, həmin şəxslərə zəng edib onları yenidən Qobu parka dəvət etsin ki, həmin məsələni sonuncunun iştirakı ilə araşdırsınlar. Bundan sonra Rəvan həmin şəxslərə özü zəng etmiş və onları Qobu parka dəvət etmişdir. Həmin şəxslər ora gəlmək istəmədiklərini, hansısa neytral bir ərazidə görüşmək istədiklərini bildirmişlər. Bundan sonra isə Rəvan və Samir “20 yanvar” metrostansiyası yaxınlığında görüşməyə razılaşmışlar. O, Rəvanla birlikdə tanımadığı “Chevrolet Cruze” markalı avtomobilə əyləşərək həmin əraziyə getmişlər. Orada Rəvan taksi avtomobilini “Atlantis” restoranı qarşısında saxlatdırmış, ona avtomobildə gözləməyini bildirmiş və özü avtomobildən enərək yolu əks istiqamətdə keçmişdir. Avtomobildə gözlədiyi zaman pəncərədən yolun o biri tərəfinə baxmış və görmüşdür ki, orada bir qrup şəxs dayanmışdır və Rəvan onlara yaxınlaşmışdır. Həmin yer uzaq məsafədə olduğundan o, həmin yerdə kimlərin olduğunu görməmiş, ancaq bilmişdir ki, tanışı Samir də vardır. Təxminən 20-25 dəqiqə sonra görmüşdür ki, həmin şəxslər dayandığı yerdə ara qarışmışdır və Rəvan qaçaraq gəlib avtomobilə əyləşmiş və taksi sürücüsünə oradan tez getməsini tələb etmişdir. O, Rəvandan nə baş verdiyini soruşduqda ona əvvəlcə heç nə deməmiş, bildirmişdir ki, orada mübahisə yaranmışdır və buna görə o, qaçaraq avtomobilə əyləşmişdir. Bundan sonra onlar bir müddət taksi avtomobili ilə Yasamal rayon ərazisində gəzmiş, həmin vaxt Rəvan taksi sürücüsünə “Kaktus” restoranı tərəfə sürməsini xahiş etmişdir və onlar həmin yerə gəldikdən sonra Rəvan avtomobildən düşmüş və bir neçə dəqiqə sonra avtomobilə əyləşmişdir. bundan sonra isə onlar həmin taksi avtomobili ilə Qobu qəsəbəsinə qayıtmışdır. Orada o, Rəvanla sağollaşmış və evə getmişdir. Növbəti gün polis əməkdaşları yaşadığı evə gələrək Samir ilə Rəvanın arasındakı mübahisə zamanı aralarında dava-dalaş olduğunu və dava zamanı Pərviz adlı şəxsin bıçaq xəsarəti aldığını demişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 onun uzaq qohumumdur, həmçinin onunla uzun müddətdir ki, qonşuluqda yaşayır. Şahid1 tanısa da, onunla münasibəti olmamışdır. Pərvizi məhəllədə yaşayan kimi tanıyırmış. O, Pərviz və Kamran birlikdə çay içməyə getmişlər, orada onlar Rəvan adlı şəxslə söhbət edecəklərini ona demişlər. Daha sonra hadisə yerində Pərviz ilə Rəvan arasında mübahisə olmuş və o, telefonla oynayarkən birdən Rəvanın Pərvizi vurub qaçdığını bilmişdir. Şahid3 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələrdən aasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Şahid4 onun uzaq qohumudur, həmçinin o sonuncu ilə uzun müddətdir ki, qonşudur. O, Şahid1 tanısa da sonuncu ilə münasibəti yoxdur. 01.08.2021-ci il tarixdə o, dənizdən evə qayıdan zaman küçədə Kamranı görmüş, sonuncunun hara getdiyini soruşduqda Kamran ona bildirmişdir ki, Samirin kiminləsə mübahisəsi var və həmin şəxslə görüşmək üçün “20 yanvar” metrostansiyası yaxınlığına gedirlər. Kamran bildirmişdir ki, dava olmayacaq, sadəcə çay içib sakit məsələni yoluna qoyacaqlar. Kamran ona sonuncu ilə birlikdə getməyi təklif etmiş və o da razılaşmışdır. Onlar Kamran ilə taksi tutmaq üçün yola çıxarkən yolun kənarında qonşusu Pərvizi görmüşlər. Həmin vaxt sonuncu onlardan hara getdiklərini soruşmuş və Kamran sonuncuya Samirin bir nəfərlə mübahisəsi olduğunu, həmin mübahisəni həll etmək üçün onların “20 yanvar” metrostansiyasının yaxınlığına getdiklərini demişdir. Pərviz əvvəlcə onlara həmin yerə getməməklərini və dava etməməklərini məsləhət görmüş, Kamran isə dava olmayacağını izah etmişdir. Pərviz də həmin vaxt onlarla getmək istədiyini demiş, onlar etiraz etməmişlər. Sonra onlar Samir ilə görüşüb H.B.Zərdabi küçəsində yerləşən “Atlantis” restoranı qarşısına gəlmişlər. Həmin vaxt Samiri söhbətə dəvət edən adını sonradan bildiyi Rəvan adlı şəxs onları artıq orada gözləyirmiş. Onlar ora gəldikdə Rəvan maşından düşüb sonuncularla görüşmüş və onlara təklif etmişdir ki, yoldan kənara çəkilib söhbət etsinlər. Bundan sonra onlar yolun kənar hissəsində sakit bir yerə çəkilmişlər və orada Pərviz ilə Rəvan arasında söhbət başlanmışdır. Əvvəlcə söhbət sakit getmiş, Pərviz Rəvandan soruşurmuş ki, bu məsələdə problem nədir və sonuncunun istəyi nədir. Pərviz sakit söhbət etsə də Rəvan aqressiv danışmışdır. Rəvan Pərvizə bildirmişdir ki, bu məsələdə problem Samirin gəlib Rəvanın yaşadığı və kriminal anlayışda guya ki “nəzarət etdiyi” ərazidə sonuncunun dostu Asiflə mübahisə etdiyini, Kamranın sonuncunu vurduğunu bildirmişdir. Pərviz də Rəvanı təmkinli olmağa çağırmış, bu məsələni mehribançılıqla yola qoyulmasını xahiş etmişdir. Həmin söhbət zamanı Rəvan əynində olan idman şalvarı ilə köynəyinin arasında gizlətdiyi xəncəri çıxarıb onları qorxutmaq üçün nümayiş etdirmiş, sonra isə yenidən gizlətmişdir. Lakin Pərviz buna heç bir reaksiya verməmiş, sakit söhbətini davam etdirmişdir. Rəvan isə daha aqressiv danışmağa başlamış, artıq əlbəyaxa davanın olması üçün səbəb axtarmışdır. Sonda Pərviz, Rəvana Samir ilə Asifin arasında söhbətin həll olunduğunu, bu söhbətə bir də qayıtmağın yersiz olduğunu demişdir. Pərviz Rəvanla sağollaşaraq onlarla birlikdə dönüb çıxıb getmək istədikdə Rəvan qəflətən üzərindəki xəncəri çıxarıb bir neçə saniyə ərzində kəskin hərəkətlərlə Pərvizin döş qəfəsinə, boğaz nahiyəsinə və sağ əlindən xəncərlə vuraraq dərhal qaçaraq oradan uzaqlaşmışdır. Həmin an onlar özlərini itirmişlər və dərhal Pərvizi taksi avtomobilinə əyləşdirərək yaxınlıqdakı xəstəxanaya aparmışlar. Şahid3 bildirmişdir ki, məhkəmədə verdiyi ifadəsi düzdür, ibtidai istintaq zamanı ifadəsi müstəntiq tərəfindən yazılmış, o da ifadəini oxumadan imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə olmamışdan 3 ay əvvəl o, onun işlədiyi mağazada işləyən Əfsanə adlı qızın yanına arada bir gəlib-gedən Səma adlı rəfiqəsi ilə tanış olmuşdur. Sonralar Səma ilə onun sevgi münasibətləri başlanmış, həmin vaxt Səma, Yasamal rayonu ərazisində tək yaşamışdır. Bir müddət sonra o, dostu Asifi də Səma ilə tanış etmiş, sonuncu ilə sevgili olduqlarını demişdir. Hadisədən 2 həftə əvvəl Asif və Səmaya yalandan bildirmişdir ki, guya o, bir neçə günlük Beyləqan rayonuna gedir. Həmin vaxt “Koroğlu” metrostansiyasının yaxınlığında bir ev kirayə götürərək Asifə tapşırmışdır ki, o, Bakı şəhərində olmadığı müddətdə Səma ilə birlikdə həmin evdə qalsın və sonuncuya nəzarət etsin. Bundan 6-7 gün sonra, yəni 30.07.2021-ci il tarixdə o, guya ki, Bakı şəhərinə qayıtmış və Səma ilə görüşmüşdır. O Səmadan onsuz günlərinin necə keçdiyini soruşmuş, Səma isə ona bildirmişdir ki, həmin günlərdə oturub Asif ilə söhbət edərkən sonuncu Səmanı onun gözündən salmaq üçün barəsində Səmaya həqiqətə uyğun olmayan sözlər danışmış, hətta onun Asifə sirr olaraq danışdığı ailəsi ilə bağlı olan məsələləri Səmaya açıb danışmışdır. O da buna görə Asifə qəzəblənmiş və sonuncu ilə görüşmək istədiyini bildirərək, Səma və dostu Kamran ilə birlikdə 31.07.2021-ci il tarixdə axşam saatlarında Asifin yaşadığı Qobu park adlanan əraziyə getmişdir. Orada onlar görüşən zaman Asifin yanında sonuncunun dostu X8 da olmuşdur. Orada Asif ilə onun arasında mübahisə yaranmış, o, Asifə bir-iki dəfə yumruq atmış, lakin Asifi vura bilməmiş və onlar tez bir zamanda bir aralaşmışlar. Bundan sonra onlar söhbətlərini davam edərkən Asifin Kamran ilə mübahisəsi yaranmış və sonuncu yumruqla Asifin hər iki çiynindən vurmuşdur. Sonra sonuncular aralaşmışlar və Asif Səmadan onun barəsində danışdığı sözlərə görə üzr istəmiş, bununla da onlar Asifgil ilə məsələlərinə aydınlıq gətirərək sağollaşmışlar. Həmin zaman onların olduqları yerə həmin ərazidə yaşayan onun bir neçə tanımadığı 16-17 yaşlı oğlanlar gəlmişlər və Asifdən nə baş verdiyini və Kamranın onu nəyə görə vurduğunu soruşmuşlar, Asif isə sonunculara demişdir ki, heç bir hadisə olmayıb, yüngülvarı mübahisə olub və sonuncunu vuran şəxs Asifin böyük qardaşı idi və həmin şəxs Asifi ərk edərək vurmuşdur. Həmin vaxt ora gəlmiş həmin oğlanlar onlarla mübahisə etmək, hətta onları döymək istəmişlər, lakin həmin şəxslər onlara Asif ilə söhbətlərinin həll olunduğunu demişlər və sonra Buzovnaya evə getmişlər. Sabah isə ona tanımadığı nömrədən zəng gəlmiş, zəng etmiş şəxs özünü Rəvan kimi təqdim etmişdir. Həmin şəxs Asif ilə onun arasında nə məsələnin olduğunu soruşmuşdur. O da Rəvana məsələni izah etmiş, Rəvan isə onu Qobu parka dəvət edərək mədəni şəkildə Asif ilə məsələni sona çatdırıb mehribançılıq ilə sağollaşacaqlarını demişdir. O da görüşməyə razı olmuş, lakin yol uzun olduğundan Qobu parka gedə bilməyəcəyini demişdir. Onlar hər ikisinə rahat olan bir ərazidə görüşüb söhbətlərini etməyi təklif etmişdir. Bundan sonra onlar “20 yanvar” metrostansiyasının yaxınlığında görüşməyə razılaşmışlar və o, dostları Kamran, Ağasif və Pərviz ilə birlikdə həmin əraziyə getmişlər. Orada onlar H.B.Zərdabi küçəsində yerləşən “Atlantis” restoranı qarşısına gəlmişlər. Həmin vaxt Rəvan onları artıq orada gözləyirmiş. Onlar ora gəldikdə Rəvan maşından düşüb onlarla görüşmüş və onlara təklif etmişdir ki, yoldan kənara çəkilib söhbət etsinlər. Bundan sonra onlar yolun kənar hissəsində sakit bir yerə çəkilmiş və orada Pərviz ilə Rəvan arasında söhbət başlanmışdır. Əvvəlcə söhbət sakit getmiş, Pərviz Rəvandan soruşmuşdur ki, bu məsələdə problem nədir və sonuncunun istəyi nədir. Pərviz sakit söhbət etsə də Rəvan aqressiv danışmışdır. Rəvan Pərvizə bildirmişdir ki, bu məsələdə problem Samirin gəlib onun yaşadığı ərazidə onun dostu Asiflə mübahisə etməsi, Kamranın onun dostunu vurduğunu bildirmişdir. Pərviz də Rəvanı təmkinli olmağa çağırmış, bu məsələni mehribançılıqla yola qoyulmasını xahiş etmişdir. Sonda Pərviz, X9 arasında söhbətin həll olunduğunu, bu söhbətə bir də qayıtmağın yersiz olduğunu demiş və Rəvanla sağollaşaraq onlarla birlikdə dönüb çıxıb getmək istədikdə Rəvan qəflətən üzərindəki bıçağı çıxarıb Pərvizi vurmuş sonra da hadisə yerindən qaçmışdır. Şahid4 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə bir sinifdə oxumuş, sonuncu ilə uşaqlıqdan dost olmuşlar. Asifi isə təxminən 1-2 aydır ki tanıyır, sonuncu ilə Samirin vasitəsi ilə tanış olmuşlar. 30.07.2021-ci il tarixdə Samir ona bildirmişdir ki, Asif ilə aralarında mübahisə yaranmışdır. Sonra ona təklif etmişdir ki, məsələni aydınlaşdırmaq üçün birlikdə Qobu parka gedib Asif ilə görüşsünlər. O da etiraz etməmiş, onlar Səma ilə birlikdə həmin yerə getmişlər. Orada onlar Asif ilə görüşüb söhbət etmişlər, söhbət zamanı Asif Samir ilə əlbəyaxa olmuşlar, Samir Asifi vurmaq istəsə də vura bilməmişdir. Bu zaman onun da Asif ilə sözləri çəp gəlmiş və o, əsəbindən Asifin çiynindən bir-iki dəfə vurmuş və onlar aralaşmışlar. Bir qədər sonra isə Asif Səmadan öz hərəkətlərinə görə üzr istəmiş və onlar söhbətlərini qurtarmışlar, çıxıb getmək istəmişlər. Bu zaman onların olduqları yerə həmin ərazidə yaşayan bir neçə tanımadığı 16-17 yaşlı oğlanlar gəlmişlər və Asifdən nə baş verdiyini və onun sonuncunu nəyə görə vurduğunu soruşmuşlar. Asif həmin şəxslərə demişdir ki, heç bir hadisə olmayıb, onların yüngülvarı mübahisələri olub və o, Asifin böyük qardaşıdır, sonuncunu ərk edərək vurmuşdur. Həmin vaxt ora gəlmiş həmin oğlanlar onlarla mübahisə etmək, hətta onları döymək istəmişlər, lakin onlar sonunculara Asif ilə söhbətlərinin həll olunduğunu demişlər və mübahisəni davam etmək istəmədiklərini demişlər. Lakin həmin şəxslər Samirə “biz səninlə sonra söhbət edəcəyik” sözlərini bildirmişlər. Bundan sonra onlar oradan getmişlər, növbəti günün axşamı isə Samir ona zəng edərək bildirmişdir ki, Asifin tanışı Rəvan adlı şəxs Qobuda görüşüb söhbət etmək, Asiflə onların arasında olan məsələlərə aydınlıq gətirmək istəyir. O isə Qobuya yolun uzaq olduğunu deyərək ora getməyəcəyini demişdir. Bundan sonra Samir ilə Rəvan “20 yanvar” m/s-nın yaxınlığında görüşməyə razılaşmışlar və Samir ona bunu bildirdikdən sonra onlar Rəvanla görüşmək qərarına gəlmişlər. O, evdən çıxıb həmin yerə gedəndə məhəllədə qonşusu Ağasifi və digər qonşusu Pərvizi görmüş, sonunculara Samir ilə söhbətə getdiklərini bildirərək təklif etmişdir ki, hər ehtimala qarşı onlarla birlikdə gəlsinlər. Sonuncular da etiraz etməyərək onlara qoşulmuşlar və onlar H.B.Zərdabi küçəsində yerləşən “Atlantis” restoranı qarşısına gəlmişlər, həmin vaxt Rəvan onları artıq orada gözləyirmiş. Rəvan qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobildə əyləşmişdir. Onlar ora gəldikdə Rəvan maşından düşüb onlarla görüşmüş və sonunculara təklif etmişdir ki, yoldan kənara çəkilib söhbət etsinlər. Bundan sonra onlar yolun kənar hissəsində sakit bir yerə çəkilmişlər və orada Pərviz ilə Rəvan arasında söhbət başlanmış, əvvəlcə söhbət sakit gedirmiş və Pərviz Rəvandan soruşurmuş ki, bu məsələdə problem nədir və sonuncunun istəyi nədir. Pərviz sakit söhbət etsə də, Rəvan aqressiv danışmışdır. Rəvan Pərvizə bildirmişdir ki, bu məsələdə problem Samirin gəlib Rəvanın yaşadığı və kriminal anlayışda guya ki “nəzarət etdiyi” ərazidə sonuncunun dostu Asiflə mübahisə etdiyini, onun sonuncunu vurduğunu bildirmişdir. Pərviz də Rəvanı təmkinli olmağa çağırmış, bu məsələni mehribançılıqla yola qoyulmasını xahiş etmişdir. Həmin söhbət zamanı Rəvan əynində olan idman şalvarı ilə köynəyinin arasında gizlətdiyi xəncəri çıxarıb onları qorxutmaq üçün nümayiş etdirmiş, sonra isə yenidən gizlətmişdir. Lakin Pərviz buna heç bir reaksiya verməmiş, sakit söhbətini davam etmişdir. Rəvan isə daha aqressiv danışmağa başlamış, artıq əlbəyaxa davanın olması üçün səbəb axtarırmış. X13 Samir ilə Asifin arasında söhbətin həll olunduğunu, bu söhbətə bir də qayıtmağın yersiz olduğunu demiş və Rəvanla sağollaşaraq onlarla birlikdə dönüb çıxıb getmək istədikdə Rəvan qəflətən üzərindəki xəncəri çıxarıb bir neçə saniyə ərzində kəskin hərəkətlərlə Pərvizin döş qəfəsinə, boğaz nahiyəsinə və sağ əlindən xəncərlə vuraraq dərhal qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Həmin an onlar özlərini itirmişlər və dərhal Pərvizi taksi avtomobilinə əyləşdirərək yaxınlıqda yerləşən Respublikası xəstəxanasına aparmışlar. Şahid5 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə 2021-ci ilin aprel ayında tanış olmuşdur, həmin vaxtdan etibarən onların aralarında sevgi münasibətləri var. Təxminən 2 ay bundan əvvəl Samir onu dostu Asif ilə tanış edib sonuncunun yaxın dostu olduğunu bildirmişdir. Samir ona bildirmişdir ki, 6-7 günlük rayona getməlidir və onun üçün hal-hazırda yaşadığı mənzil kirayə götürərək olmadığı müddət ərzində onun dostu Asif ilə birlikdə orada qalacağını, nəyəsə ehtiyacı olsa buna Asif köməklik edəcəyini bildirmişdir. O da razılaşmış, beləliklə də o həmin mənzildə bir neçə gün Asiflə birlikdə qalmışdır. Arada bir Asif yaşadığı evinə gedib qayıtmışdır. Həmin günlərin birində onlar evdə olarkən o özünü pis hiss etmiş və həmin vaxt ona elə gəlmişdir ki, Asif onun halını yaxşılardırmaq üçün köməklik edərkən fürsətdən istifadə edərək ona intim yaxınlıq etməyi istəmişdir. Lakin o bunu hiss etmiş və Asifdən aralanmışdır və aralarında heç nə olmamışdır. Asif ilə söhbət edərkən sonuncu Samir barədə bəzi ailə məsələlərini danışmış, sonuncunu onun gözündən salmaq istəmişdir. . Samir qayıtdıqdan sonra o, hər şeyi Samirə danışmışdır. Samir qəzəblənib Asif ilə görüşmək qərarına gəlmişdir. Buna görə də o, Samir və sonuncunun dostu Kamran ilə birlikdə Asifin yaşadığı Qobu park yaşayış kompleksinin yaxınlığına gedib orada Asif ilə görüşmüşlər. Söhbət zamanı Samir ilə Asifin arasında mübahisə yaranmış, həmçinin Kamran da Asif ilə mübahisə etmişdir. Bu zaman Kamran Asifin çiynindən 1-2 dəfə yumruqla vurmuşdur. Sonda Asif ondan etdiklərinə görə üzr istəmiş və bundan sonra onlar Samir ilə evlərinə qayıtmaq qərarına gəlmişlər. Lakin həmin zaman ora ətrafda yaşayan onun bəzi tanımadığı şəxslər gəlmişlər, Asifdən nə baş verdiyini soruşmuşlar, sonuncu heç bir problemin olmadığını desə də, həmin şəxslər Samir ilə Kamranı hədələmişlər və sonuncularla sonra söhbət edəcəklərini demişlər. Bundan sonra onlar taksiyə əyləşib oradan uzaqlaşmışlar. Sonradan nə baş verdiyini o, bilmir. Sonradan ona məlum olmuşdur ki, Samir evə qayıtdıqdan sonra Asifə zəng edib sonuncu ilə özü görüşmək istədiyini bildirmiş, Asif razılaşsa da sonradan Samirə Asifin tanışı olan Rəvan adlı şəxs zəng edib görüş təyin etmişdir. Samir də razılaşaraq Rəvan ilə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, həmin vaxt Samirin yanında olmuş Pərviz adlı şəxslə Rəvanın arasında mübahisə yarandığından Rəvan Pərvizə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 07 oktyabr 2021-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokollarından məlum olur ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 ifadələrində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişlər, sonuncu isə həmin şəxslərin dedikləri ilə razılaşmayaraq hadisə zamanı Pərvizin onunla kobud danışdığını və hamının yanında onu təhqir etdiyini, bu səbəbdən o sonuncunu yerdən tapdığı dəmir parçası ilə vurduğunu, həmin vaxt onun əlində xəncər olmadığını və xəncəri nümayiş etdirmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 02 avqust 2021-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd köynək Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Fazil Osmanov tərəfindən M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından götürülərək baxış keçirilmişdir.Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilən köynək uzunqoldur, ağ rənglidir, köynəyin üzərində qara rəngli zolaqlar var. Həmin köynəyin üzərində tünd qırmızı rəngli, qanabənzər ləkələr və müxtəlif zədələrin olması görünür. Cinayət işinin materiallarında olan 04 avqust 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan məlum olur ki, istintaq zamanı Şahid1 ifadəsi hadisə yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Şahid1 hadisənin baş verdiyi yer olan Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 1 ünvanın yaxınlığında yerləşən “20 yanvar” metrostansiyasının qarşısında yolun kənar hissəsində yerləşən köşkün arxasında olan yeri əli ilə göstərərək, 01 avqust 2021-ci il tarixdə axşam saatlarında həmin yerdə Rəvan adlı şəxs tərəfindən onun tanışı Zərərçəkmiş şəxs bıçaq xəsarətlərinin yetirildiyini bildirmişdir. Bununla bağlı fotoşəkillər də cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 07 avqust 2021-ci il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokolundan məlum olur ki, video faylda əks edilmiş görüntülər 01 avqust 2021-ci ildə saat 22:30-dan saat 23:10-dək olan müddətdə qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, videoqeydiyyata alınan ərazi Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsində yerləşən “20 yanvar” m/s-nın ətrafıdır. Görüntülərdən görünür ki, saat 22:35-də H.B.Zərdabi küçəsində yerləşən “Atlantis” restoranı qarşısına avtomobil yaxınlaşır və orada dayanır. Saat 22:36-da həmin avtomobildən bir nəfər şəxs düşür və yolu əks tərəfə keçərək “20 yanvar” m/s-nın girişçıxış hissəsinin qarşısında yerləşən köşkün arxasına yaxınlaşır. Həmin ərazinin videomüşahidəsi uzaq məsafədən aparıldıqdan, həmin yerdə nə baş verdiyini açıq-aydın görmək mümkün deyildir. Saat 23:00-da aparılan müşahidə zamanı müəyyən olunur ki, həmin avtomobildən düşüb köşkün arxasına yaxınlaşmış şəxs oradan qaçaraq yolu gəldiyi avtomobil tərəfə keçməyə başlayır və avtomobilə əyləşir, avtomobil işə salınaraq H.B.Zərdabi küçəsi ilə üzü Onkologiya Mərkəzi istiqamətində hərəkət etməklə oradan uzaqlaşır. Baxış zamanı iştirak etmiş Şahid2 bildirmişdir ki, həmin avtomobil “Chevrolet Cruze” markalı taksi avtomobilidir, həmin avtomobildən düşüb yolu keçmiş və sonra avtomobilə qayıtmış şəxs onun tanışı Təqsirləndirilən şəxsdur. Sonuncu həmin zaman Şahid1 ilə söhbət etmək üçün yolun əks istiqamətinə keçmişdir və sonradan geri qayıtmışdır. Cinayət işinin materiallarında olan 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23.08.2021-ci il tarixli, 813 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – boyunun ön səthində olan traxeyanı və qida borusunu zədələyən 1(bir) ədəd, döş qəfəsinin ön divarında olan, qarın boşluğuna nüfuz edən, qaraciyəri və sol diafraqma künbəzini zədələyən 1(bir) ədəd deşilmiş-kəsilmiş və sağ əlin İİ-İİİ barmaqlarında 2(iki) ədəd kəsilmiş yara iti kənarlı əşyanın(alətin) təsirindən törənmişlər, belə ki, kənar şəxs tərəfindən bıçaqla törədilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 01.08.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizası üzrə keçirilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 12.10.2021-ci il tarixli 736/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki: Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan keçirilmiş kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizası üzrə keçirilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 12.10.2021-ci il tarixli 611-MKTŞ/2021 saylı rəyində göstərilmişdir ki: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək fraqmenti üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin ön divarında bir ədəd aşkar edilmiş yara onun paltarı üzərində öz əksini tapmamışdır, bu da, paltarın yerdəyişməsi ilə (köynəyin açıq olduğu vəziyyətdə, yuxarı qalxması və ya kənara çəkilməyi) izah oluna bilər. Digər xəsarətlər – boyunun ön səthində bir ədəd və sağ əlin İİ-İİİ barmaqlarında olan iki ədəd kəsilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, həmin nahiyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 22.11.2021-ci il tarixli 2749 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, istintaq zamanı Respublika Kliniki Xəstəxanasından götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək 17.01.2022-ci il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınmış və məhkəməyədək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, istintaq zamanı DİN-in NHİX-dən daxil olmuş yaddaşında videogörüntülər olan 1 ədəd disk isə 17.01.2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət təqibi üzrə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə obyektiv hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, DİN-in NHİX-dən daxil olmuş yaddaşında videogörüntülər olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili X3 330 (üç yüz otuz) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin, DİN-in NHİX-dən daxil olmuş yaddaşında videogörüntülər olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili X3 330 (üç yüz otuz) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-681/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-681/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver