Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-681/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, natamam orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 11:10-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olarkən tanışı Emin adlı şəxsdən 60 manat pul ödəməklə ondan satış məqsədilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə, ayrı-ayrılıqda 1,151 qram və 1,206 qram olmaqla, təmiz çəkisi 2,357 qram olan narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitədən 1,206 qramını 04 aprel 2023-cü il tarixdə səhər vaxtlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 20 manat məbləğində nağd pula tanışı Şahid7 satmış, satılmış 01 ədəd bükümdə təmiz çəkisi 1,206 qram olan narkotik vasitə heroin 06 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 16-cı Polis Bölməsinin inzibati binasında Şahid7 üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılaraq 16-cı Polis Bölməsinin inzibati binasına gətirildikdən dərhal sonra bölmənin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən 01 ədəd tünd sarı və yaşıl rəngli polietilen bükümdə, təmiz çəkisi 1,151 qram kustar hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 06 aprel 2023-cü il tarixdə onunla eyni məhəllədə yaşayan qonşusu Şahid7lə birgə pul qoyub Emin adlı şəxsdən həmin pul müqabilində narkotik vasitəni öz istifadələri üçün əldə etmişdir. Həmin gün saat 23 radələrində o, həmin narkotik vasitəni evə gətirib bir qismini Şahid7 vermiş və qalan hissəsini isə özü üçün götürmüşdür. Polis əməkdaşları tərəfindən evində axtarış keçirilən zaman, həmçinin telefonundan narkotik vasitəni satması ilə bağlı heç nə aşkar edilməmiş, bölmədə isə üzərindən narkotik vasitə heroin çıxmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qonşusu Şahid7lə birlikdə həmin narkotik vasitəni öz aralarında pul qoyub aldığını, sonuncuya narkotik vasitəni satmadığını, Emin Dadaşovun kartına 60 manat pul köçürtdüyünü, narkotik vasitəni əldə etdikdən sonra yarısını Şahid7 verdiyini, “Samsung A21” və “Samsung 12” markalı mobil telefonlarının olduğunu, telefonundakı yazıları heç bir proqramla silmədiyini, telefonunu polis əməkdaşlarının götürdüyünü, Şahid7 ilə qonşu olduğunu, buna görə tanıdığını, əvvəllər işlədiyini, 1-2 aydır işləmədiyini, uşaqlarına anasının baxdığını, rayonda olduğunu, Bakı şəhərinə yenicə gəldiyini, ittihamda 04 aprel 2023-cü il tarixi qeyd edilsə də, həmin tarixdə Şahid7 görmədiyini, 07 aprel 2023-cü il tarixdə hər ikisinin də 30 manat pul qoyub 60 manata narkotik vasitə əldə etdiyini, narkotik vasitəni Emin Dadaşovdan “Kubinka” adlanan yerdən götürdüyünü, istintaqda verdiyi ifadəsini xatırlamadığını, həmin vaxt həm narkotik vasitənin təsiri altında olduğunu, həm də polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyini, polis əməkdaşlarının onunla Şahid7 “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin qarşısında sonuncuya narkotik vasitəni verən zaman saxladıqlarını, evində axtarış keçirilərkən heç nə aşkar edilmədiyini, Şahid7 də tutulduğunu, üzərinə baxış keçirilərkən 0,5 qramdan daha az narkotik vasitə olduğunu, üzərinə baxış keçirilən zaman Əfsanə adlı şəxsin iştirak etdiyini, üzərinə baxışın həmin gün saat 00:30 radələrində keçirildiyini, istintaq zamanı Şahid7lə üzləşdirilmədiyini, 3 uşağının anası ilə, digər uşağının isə atası ilə yaşadığını, 2 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, tanışı vasitəsilə narkotik vasitəni istifadə etməyə başladığını, Emin Dadaşovun kartına pulu Şahid7 köçürtdüyünü, ibtidai istintaqda verdiyi ifadənin ona məxsus olmadığını, lakin imzanın ona məxsus olduğunu, istifadə etdiyi narkotik vasitənin heroin olduğunu, polis əməkdaşlarına bir dəfə ifadə verdiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 aydır narkotik vasitələrin satışı ilə məşğul olur. Belə ki, narkotik vasitələri tanışı Emin adlı şəxsdən alır və yaşadığı evə gəldikdən sonra həmin narkotik vasitəni ayrı-ayrı bükümlərə büküb müxtəlif şəxslərə pul müqabilində satır. Emin adlı şəxsin soyad və ata adını, eləcə də digər anket məlumatlarını və əlaqə nömrələrini bilmir. 04 aprel 2023-cü il tarixdə adəti olaraq Kubinka adlanan yerdə Eminlə görüşüb ona 60 manat pul verib narkotik vasitə heroin almışdır. Heroini Emindən aldıqdan sonra yaşadığı evə gəlib iki yerə bölmüş, narkotik vasitənin bir hissəsini siqaretin gümüşü kağızına, qalan hissəsini isə yaşıl rəngdə sellofan parçasına bükmüş, həmin gün aldığı narkotik vastənin bir qismini, yəni gümüşü siqaret kağızına bükülmüş hissəsini yaşadığı evin yaxınlığında tanıdığı Rahil adlı şəxsə sataraq sonuncudan 20 manat pul almışdır. Qalan narkotik vasitəni isə özünəməxsus qara rəngli çantanın içərisindəki çəhrayı rəngdə pul kisəsinin içərisində saxlamışdır. 07 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman miilki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 16-cı Polis bölməsinə həmin şəxslərlə birlikdə getməsini təklif etmişdir. O da polis əməkdaşlarına etiraz etməyib onlarla razılaşmış və 16-cı Polis Bölməsinin inzibati binasına gəlmişdir. 16-cı Polis Bölməsinin inzibati binasında polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra ona təqdim edilmiş və müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları ona xidməti otaqda üzərinə şəxsi axtarışın keçiriləcəyini demiş və o buna etiraz etməmişdir. Üzərində baxış keçirmək üçün iki nəfər qadını hal şahidi qismində iştirak etmək üçün dəvət edib, həmin şəxslərə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra xidməti otaqda polis əməkdaşları ona müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitə olduğu halda təqdim etməsini demişlər. Bundan sonra, o, əynində olan boz rəngli şalvarının arxa sağ cibindən 01 ədəd "Samsung” markalı mobil telefonu, eləcə də üzərində daşıdığı qara rəngli əl çantasını və içərisində olan 01 ədəd qara rəngli və 0 1 ədəd çəhrayı rəngli pul kisələrini, 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Qara rəngli pul kisəsinin içərisindən 02 ədəd “Leobank”-a aid plastik kartları, 01 ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi və müxtəlif əskinaslardan ibarət ümumilikdə 85 manat pulu, 01 ədəd yaşıl rəngli sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları bükümün içərisində nə olduğunu soruşmuş və onlara bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroindir. Həmin narkotik vasitəni 04 aprel 2023-cü il tarixdə Kubinka adlanan yerdə Emin adlı şəxsdən alaraq 6 0 manat pul vermişdir. Aldığı narkotik vasitəni iki yerə böldükdən sonra bir hissəsini 04 aprel 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında Rahil adlı şəxsə sataraq 20 manat pul almış, qalan hissəni isə əl çantasının içərisində gələcəkdə sataraq pul əldə etməsi üçün saxlamışdır. Bundan sonra, polis əməkdaşları üzərindən aşkar olunmuş bükümü açdıqda içərisindən kəskin iyli, narkotik tərkibli kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütləni polis əməkdaşları qablaşdırıb möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə protokolu imzalamışdır. Narkotik vasitəni Emin adı şəxsdən almış, lakin sonuncunun soyadını, atasının adını, yaşadığı ünvanı, istifadə etdiyi nömrəni bilmir, barəsində heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 06 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində bir nəfər şəxs özünü şübhəli apardığına görə saxlanılıb 16-cı Polis Bölməsinə aparılmışdır. Həmin polis bölməsində şəxsiyyətinin Şahid7 olması müəyyən edildikdən sonra üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan “kakos”, yəni, heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni kimdən aldığını soruşduqda Şahid7 04 aprel 2023-cü il tarixdə Əminə adlı şəxsdən aldığını bildirdiyindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 07 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 4 ünvanının qarşısında Əminə adlı şəxs saxlanılıb polis bölməsinə gətirilmiş və müdafiəçisinin, 2 hal şahidinin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əl çantasından 2 ədəd pul qabı, həmin pul qabıların birinin içərisindən isə narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Kubinka” adlı ərazidə Emin adlı şəxsdən aldığını bildirmiş və aşkar edilənlər protokollaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 ilk öncə Rahil adlı şəxsi saxladıqdan sonra sonuncu Təqsirləndirilən şəxs 20 manat müqabilində narkotik vasitə aldığını bildirdiyini, Şahid7 mütəmmadi olaraq, Təqsirləndirilən şəxs narkotik vasitə aldığını söylədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə olan bükümün sayının yadında qalmadığını, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə üzərindən aşkar edilən narkotik vasitənin 0,5 qram olduğunu dediyini düşündüyünü, Şahid7 Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitəni aldığını bildirdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini, üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs könüllü təqdim etdiyini, Təqsirləndirilən şəxs saxladıqda sonuncu həmin narkotik vasitənin ona məxsus olduğunu və kiməsə verdiyini təsdiq etdiyini, 06 aprel 2023-cü il tarixdə Şahid7, 07 aprel 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs saxlanıldığını, Təqsirləndirilən şəxs təqdim etməsi üçün əlavə kütlə verilmədiyini, videoçəkilişin aparılmadığını, 2 hal şahidinin iştirakı ilə üzərinə baxış keçirildiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 06 aprel 2023-cü il tarixdə Nərimanov rayonu, X7 küçəsi, ev 44 ünvanının qarşısında xidmətdə olarkən bir nəfər şəxs özünü şübhəli apardığına görə yaxınlaşıb özlərini təqdim etmiş, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığına görə saxlanılıb 16-cı Polis Bölməsinə aparılmışdır. Polis bölməsində həmin şəxsin şəxsiyyətinin Şahid7 olması müəyyən edildikdən sonra bu barədə rəhbərliyə raportla məruzə olunmuş, Şahid7 hüquq və vəzifələri elan edilib müdafiəçisi ilə təmin olunduqdan sonra üzərində hər hansı qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Şahid7 qara rəngli gödəkcəsinin sağ yan cibindən gümüşü kağıza bükülmüş narkotik vasitəni könüllü olaraq təqdim etmiş və həmin narkotik vasitəni kimdən aldığını soruşduqda sonuncu 04 aprel 2023-cü il tarixdə 20 manat müqabilində Əminə adlı şəxsdən aldığını bildirmişdir. 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində Əminə adlı şəxs saxlanılıb 16-cı Polis Bölməsinə gətirilmiş, hüquqları izah edilib müdafiəçisi ilə təmin olunduqdan sonra 2 hal şahidinin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Üzərində qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs qara rəngli əl çantasından mobil telefonu, sənədləri, bank kartlarını, həmçinin 01 ədəd bükümdə tünd yaşıl rəngdə narkotik vasitə olan heroini könüllü təqdim etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 4-5 gün əvvəl “Kubinka” adlı ərazidə Emin adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Ramin Hüseynov saxlanılmış Şahid7 Təqsirləndirilən şəxs 20 manat müqabilində narkotik vasitə aldığını bildirdiyini, Şahid7 əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitə almasını deməsini xatırlamadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə olan bükümün sayının yadında olmadığını, Şahid7 özünü şübhəli apardığı üçün yaxınlaşdığını, sonuncunun sağa-sola baxdığını və hərəkətlərindən şübhələndiyini, əməliyyat məlumatının olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini, sonuncunun üzərindən aşkar olunan narkotik vasitəni könüllü təqdim etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 06 aprel 2023-cü il tarixdə Nərimanov rayonunun inzibati ərazisində xidmətdə olan zaman X7 küçəsi 44 ünvanında bir nəfər şəxs özünü şübhəli apardığına görə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, sonuncu suallardan yayındığına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət olunmuş və bölmədə Şahid7 olması müəyyən edilmişdir. Bölmədə Şahid7 üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş və Şahid7 həmin narkotik vasitəni “Papanin” adlı ərazidən Əminə adlı şəxsdən 20 manat müqabində əldə etdiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət edilmiş, üzərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs əlində olan çantanın içərisindəki pul qabının içərisindən narkotik vasitə olan heroin, əlavə olaraq telefon və pul aşkar edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs saxlanma səbəbinin Şahid7 üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirməsinin olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə olan bükümlərin sayının dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisinin artırılmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini, Şahid7 Təqsirləndirilən şəxs ilk dəfə narkotik vasitə aldığını bildirdiyini, Təqsirləndirilən şəxs özünü müdafiə etdiyinə görə həmin məzmunda ifadə verdiyini, 06 aprel 2023-cü il tarixdə Şahid7, 07 aprel 2023-cü il tarixdə axşam saatlarında isə Təqsirləndirilən şəxs saxlanıldığını, Təqsirləndirilən şəxs üzərinə bölmədə baxış keçirildiyini və həmin narkotik vasitəni könüllü təqdim etdiyini bildirdi. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 Sabir oğlu həmin ifadəsində şahidlər Şahid1, X4 və Şahid4 məhkəmə baxışı zamanı verdikləri ifadələrə uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin yaxınlığında olarkən 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib həmin polis bölməsinə dəvət edərək, bir nəfər qadının üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməsini ondan xahiş etmişlər. Əvvəlcə razı olmasa da, həmin prosesdə iştirakının onun üçün heç bir problem yaratmayacağını, qadın əməkdaş olmadığından şəxsin üzərinə keçirilən baxışda iştirak edəcəyini izah etmişlər. Razılaşaraq polis bölməsinə getmiş, orada vəkil və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt videoçəkilişin aparılıb-aparılmadığını dəqiq xatırlamır. Ola bilsin ki, aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 Təqsirləndirilən şəxs üzərindən aşkar olunanları xatırlamadığını, həmin istintaq hərəkətinin gecə vaxtı aparıldığını, 16-cı Polis Bölməsinin yaxınlığında yaşadığından həmin ərazidə gəzişdiyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada bir neçə polis əməkdaşının, Təqsirləndirilən şəxs vəkilinin olduğunu, digər Şahid6 isə orada görmədiyini, bunu dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunanların yadında qalmadığını, ibtidai istintaq zamanı verdiyi ifadənin ona məxsus olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Baş vermiş hadisəni dəqiq xatırlamamaqla, ibtidai istintaq zamanı verdiyi ifadəsinin ona məxsus olduğunu bildirmişdir. O, 2023-cü ilin aprel ayında, saat 02:00 radələrində yaşadığı mənzilin həyətində olarkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2 nəfər polis əməkdaşı yaxınlaşıb sənədlərini təqdim edərək həmin polis bölməsinə dəvət etmiş, orada bir nəfər qadının üzərinə keçiriləcək şəxsi axtarış istintaq hərəkətində iştirak etməsini xahiş etdikdə razılaşmışdır. O, həmin vaxt hər hansı videoçəkilişdə iştirak etməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman hazırda istifadə etdiyi mobil nömrəni istifadə edib-etmədiyini dəqiq bilmədiyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən prosesi izlədiyini, Şahid5 orada gördüyünü, Təqsirləndirilən şəxs həmin vaxt narkotik maddənin təsiri altında olduğundan onu xatırlamadığını düşündüyünü bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs ilə birgə narkotik vasitə istifadə etmiş, bəzən o, bəzən də Təqsirləndirilən şəxs həmin narkotik vasitələri almışdır. Həmin gün Təqsirləndirilən şəxs gedib 1 qram alıb gətirəcəyi təqdirdə, həmin narkotik vasitənin 0,7 qramını onun istifadə etməsi, qalan 0,3 qramını isə Təqsirləndirilən şəxs verəcəyi barədə sonuncu ilə razılaşmışlar. Bu səbəbdən o, Təqsirləndirilən şəxs bank kartına taksi pulu üçün 10 manat pul köçürmüş, əlavə olaraq da narkotik maddə “kakos”, yəni heroin gətirməsi üçün 20 manat vermişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitəni aldıqdan sonra polis əməkdaşları tərəfindən tutulmuş, polis əməkdaşları onu saxladıqdan sonra onun mobil telefonu ilə Təqsirləndirilən şəxs ilə danışıb sonuncunu polis bölməsinə gətirmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Şahid7 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə kifayət qədər şübhəli olduğundan tutulmuşdur. (Cild 1, iş vərəqə 13; 18-19) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə 19:20 radələrində Şahid7 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etdikdən sonra həmin bükümün içərisində narkotik vasitə olan “kakos” adı ilə tanındığı heroinin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ünvanın yaxınlığından Əminə kimi tanıdığı şəxsdən 20 manata alıb əynində olan qara rəngli gödəkçəsinin sağ cibinə qoyaraq saxladığını bildirmiş, aşkar olunmuş maddə iştirakçıların və Şahid7 iştirakı ilə qablaşdırılmaqla, möhürlənmişdir. (Cild 1, iş vərəqə 25-26) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 11 ünvanının qarşısında saxlanılmışdır. (Cild 1, iş vərəqə 35) xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 45; 47-48) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əlindəki qara rəngli əl çantasını və boz rəngli şalvarının arxa sağ cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, əl çantasına baxış zamanı 01 ədəd qara rəngli, 01 ədəd çəhrayı rəngli pul kisələri, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd özünə məxsus pasport, qara rəngli pul kisəsinin içərisindən 02 ədəd "xxxx" ASC-yə məxsus “Leobank” plastik kartları, özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, çəhrayı rəngli kiçik pul kisəsindən 20 ədəd 1 manatlıq, 09 ədəd 5 manatlıq, 01 ədəd 20 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 85 manat pul və içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan tünd sarı və yaşıl rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” adı ilə tanıdığı heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə əvvəllər də aralarında alğı-satqı olduğu Emin adlı şəxsdən “Kubinka” adlanan ərazidə aldığını bildirmiş, aşkarlanmış narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmaqla, 218 nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, iş vərəqə 54-55) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2013 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Şahid7” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,206 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,206 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra, 1,156 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 63-64) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2015 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,151 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və Şahid7 üzərindən aşkar olunmuş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr”in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,151 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra, 1,101 qram qalıq qalmışdır) (Cild 1, iş vərəqə 68-70) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 88-89) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 119-120) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-483/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 153-157) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4517 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 215-216) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 227-228) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1961 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 240- 241) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 2, iş vərəqə 24) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 25-27) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1,206 qram narkotik vasitə heroin, 1,151 qram narkotik vasitə heroin, 1 ədəd DVD disk, 01 ədəd CD disk, 03 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 36- 50) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırki cinayət işinin Şahid7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2, iş vərəqə 52-53) xx.xx.2023-cü il tarixli, 951-X-23 nömrəli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə rayon prokurorluğuna müraciət daxil olmamış və həmin faktla bağlı araşdırma aparılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-423/2023 nömrəli hökmündən görünür ki, Şahid7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinərək ona 01 (bir) il 09 (doqquz) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı təyziq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis bölməsində polis əməkdaşlarının ona qarşı təyziq etdiyini desə də, şahidlər Şahid1, X4 və Şahid4 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna sorğu ünvanlamış, həmin prokurorluğun xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə rayon prokurorluğuna müraciət daxil olmamış və həmin faktla bağlı araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin təzyiqin tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,5 qram narkotik vasitə heroin olduğunu, ittihamda qeyd edilən miqdarda narkotik vasitənin olmadığını, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmadığını söyləsə də, şahidlər Şahid1, X4 və Şahid4, Şahid5 və Şahid6 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasındakı xidməti otaqda şəxsi axtarış və baxış aparılarkən könüllü olaraq 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etdiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını bildirmişlər. Bundan başqa, iş materiallarının 54-55-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd narkotik vasitə heroini könüllü olaraq təqdim etmiş, həmin büküm, habelə Şahid7 üzərində şəxsi axtarış və götürmə aparılan zaman götürülmüş 01 ədəd büküm kağız zərflərdə qablaşdırılıb götürüldükdən sonra ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2013 və 6/2015 nömrəli ekspert rəylərinə əsasən, Şahid7 aşkarlanmış 01 ədəd bükümdə narkotik vasitə heroinin təmiz çəkisi 1,206 qram, Təqsirləndirilən şəxs aşkarlanmış 01 ədəd bükümdə narkotik vasitə heroinin təmiz çəkisi 1,151 qram təşkil etmiş, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və Şahid7 üzərindən aşkar olunmuş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişdən istifadə edilməklə, yalnız Şahid5 iştirakı ilə aparıldığını desə də, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, əksinə müvafiq istintaq hərəkətinin 2 hal şahidinin, yəni Şahid5 və Şahid6 iştirakları ilə həyata keçirildiyi müəyyənləşmişdir. Belə ki, Şahid5 Şahid6 müvafiq istintaq hərəkətində iştirak etmədiyini ilk öncə desə də, sonradan ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini, ola bilsin ki, uzun müddət keçdiyindən baş verənləri dəqiq xatırlamadığını söyləmiş, Şahid6 isə məhkəməyə verdiyi ifadəsində həmin istintaq hərəkətində baş verənləri müşahidə etdiyini, Şahid5 da orada olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusat digər sübutlarla təkzib edilmiş, müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti hüquqauyğun aparılmışdır. Bundan savayı, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirsə də, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində sonuncuya narkotik vasitə almaq üçün pul verdiyini, üzərində aşkarlanmış narkotik vasitəni ona Təqsirləndirilən şəxs təqdim etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin mövqeyinə tənqidi yanaşmaqla, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi zamanı məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 01 ədəd təmiz çəkisi 1,151 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, Şahid7 isə müvafiq istintaq hərəkəti zamanı 01 ədəd təmiz çəkisi 1,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim etmişdir. Məhkəmə araşdırması zamanı Şahid7 üzərindən aşkarlanmış 1,206 qram narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən sonuncuya satıldığı müəyyən edilmişdir. Bunu həmçinin xx.xx.2023-cü il tarixli 6/2015 nömrəli ekspert rəyi də təsdiq edir. Belə ki, həmin rəydən də görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və Şahid7 üzərindən aşkar olunmuş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satdığı və satış məqsədilə üzərində daşıdığı narkotik vasitə olan heroinin təmiz çəkisi ümumilikdə şəxsi istehlak üçün nəzərdə tutulduğundan 15,71 dəfə çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satdığı və satış məqsədilə üzərində daşıdığı narkotik vasitə olan heroinin ümumilikdə təmiz çəkisinin külli miqdarda olmasına, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini Şahid7 deməsinə, şahid ifadələrinə və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı, yəni xx.xx.2010, xx.xx.2013 və xx.xx.2016-cı il təvəllüdlü uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan, yəni xx.xx.2009-cu il təvəllüdlü uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, şahid ifadələrini, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-483/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə bir halı qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-423/2023 nömrəli hökmünün nəticə hissəsinə əsasən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,156 qram narkotik vasitə olan heroinin məhv edilməsi hazırki hökm üzrə nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,101 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid7 aşkar edilərək götürülmüş ümumilikdə 03 (üç) ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 4517 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,101 qram narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,156 qram narkotik vasitə olan heroinin isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-423/2023 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınsın. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs və Şahid7 aşkar edilərək götürülmüş ümumilikdə 03 (üç) ədəd “Samsung” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın, 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-681/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-681/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver