Məhkəmə qərarları › İş №1(101)-681/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-681/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-681/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç bir yerdə işləməmiş, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 231/2024 saylı, 05 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 02 iyun 2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində olarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qisas məqsədilə qəsdən öldürmək niyyəti ilə yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən, dəstəyi qara rəngli plastik materialdan, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə tanışı - xx xxxx 2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs zərbələr endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən boynun qançırı xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, sonuncunu on ildir ki, tanıyır. Əlisakitlə münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə həftənin bazar günü olduğundan işə getməmiş və bütün gün evdə olmuşdur. Həmin gün saat təxminən 16:00 radələrində həyət darvazasından çölə məhəlləyə çıxmışdır. Qapının yanında dükan olmuş və həmin dükanın yaxınlığında dayanmışdır. Bu zaman uzaqdan Əlisakitin də gəldiyini görmüşdür. Darvazadan içəri keçib göyərçinlərə baş çəkmək istəmişdir ki, pişiklər göyərçinləri aparmasın. Bu vaxt Əlisakit arxasıyca gəlib darvazadan içəri keçərək onunla salamlaşmış, bundan sonra sonuncu ona yeyib-içmək istədiyini bildirmişdir. O, pulunun olmadığını bildirsə də, Əlisakit ona 10 manat pulunun olduğunu demişdir. Sonuncu ilə razılaşmış və birlikdə gedib məhəllədəki dükandan spirtli içki olan araq almışdır. Daha sonra onlar birlikdə evə gəlib həyətdə qoyulmuş stolda süfrəni hazırlamış, Əlisakitlə süfrə arxasına keçib yemək yeyib spirtli içki içməyə başlamışlar. Araq qurtardıqdan sonra sonuncu ona yenə spirtli içki içmək istədiyini, o da “yaxşı, gedib nisyə dükandan yenə araq götürərəm” demiş və tək gedib dükandan nisyə araqdan alıb gəlmişdir. Yeyib-içmək qurtardıqdan sonra zərər çəkmiş şəxslə birlikdə həyət darvazasından məhəlləyə çıxmış, məhəlləyə çıxdıqdan sonra transformator qoyulan tərəfə getmişlər. O, siqaret yandırıb gəzişərkən Əlisakit ondan bir az irəlidə getmişdir. Bu zaman saat təxminən 19:00 radələri olmuşdur. Evdən çıxanda stolun üzərindəki bıçağı da özü ilə götürmüşdür ki, çöldə hasarın dibində olan otları təmizləsin. Bu vaxt Əlisakit fit çalıb qışqırmış, o da sonuncuya məhəllədə fit çalıb qışqırmamasını, məhəllədə qız-gəlinin, ailələrin olduğunu, insanlara narahatçılıq verməməsini deyib irad tutmuşdur. Bu vaxt Əlisakit qışqıra-qışqıra ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, zərər çəkmiş şəxsin qolundan tutub çiynindən kənara itələmiş və “ağzını yığışdırmasını” tələb etmişdir. Əlisakit qabağa gedib yenidən arxaya qayıtmış və üzbəüz gəlib köynəyindən tutub dartmış, bu zaman köynəyi cırılmışdır. O, arxaya səndələmiş və ayağı çuxura girmiş, və həmin vaxt bıçaq əlindən yerə düşmüşdür. Əlisakit onu itələyən zaman da təhqirlərinə davam etmişdir. Bıçağın əlindən düşdüyünü gördükdən sonra sonuncu əyilib bıçağı götürmüş, o, Əlisakitin dayanmadığını və əksinə ona qarşı daha ağır söyüşlər söydüyünü görüb qəzəblənmişdir. Əlisakit onun nəsli, kökü, var-yoxu haqqında söyüşlər söyməsini eşidib özündən çıxmış və sonuncunun üzərinə getmişdir. Əlisakitin fikrinin yayındığını görüb əli ilə sonuncunun əlinə zərbə vurmuş, zərbə nəticəsində zərər çəkmiş şəxsin əlində olan, onun evdən götürdüyü bıçaq yerə düşmüşdür. Cəld bıçağı götürüb sonuncunun üzərinə getmiş, zərər çəkmiş şəxsə bıçaqla iki dəfə zərbə vurmuşdur, hadisə ani olaraq baş verdiyindən və sərxoş vəziyyətdə olduğundan zərbələrindən birinin sonuncunun ürəyinə dəyməsini anlamamış, bu barədə polis idarəsində olarkən xəbər tutmuşdur. Zərər çəkmiş şəxsin yerə yıxıldığını və daha sonra evlərinə tərəf getdiyini görüb o da öz evinə getmişdir. Daha sonra köynəyini dəyişmiş və yenidən məhəlləyə çıxmış, Əlisakitin evinə tərəf getmiş, həmin vaxt polis işçilərinin məhəllədə olduğunu görüb, sonunculara yaxınlaşıb baş vermiş hadisəni danışıb təslim olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla əvvəllər heç bir mübahisələri, həmçinin hazırki cinayət işi üzrə ittiham olunduğu əməli törədərkən sonuncunun hərəkətlərinə görə qisas almaq niyyəti olmayıb. Sonuncu ilə yoldaşlıq etmiş, aalarında heç bir ədavət, düşmənçilik olmamışdır. Hadisə birdən baş vermişdir, sərxoş vəziyyətdə olduğundan həmin vaxt nəyin necə baş verdiyini təfsilatı ilə xatırlamır. İkisi birlikdə hər birinə təzminən yarım litr olmaqla, ümumilikdə 01 litr araq içmişlər. Onun zərərçəkmiş şəxsi öldürmək niyyət olmayıb, əgər onun belə bir niyyəti olsaydı bunu asanlıqla edə bilərdi. Qonşusu Şahbala gəlib onları ayırmasaydı belə, zərər çəkmiş şəxsi öldürmək niyyətində deyildi. Əgər o, zərər çəkmiş şəxsin yerdə uzanıb qaldığını görsəydi, sonuncuya yardım edəcəkdi. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşudurdur. Nağını uşaqlıqdan tanıyır, sonuncunun adını “Əkbər” olaraq bilir, çünki yaşadıqları məhəllədə hamı Nağını “Əkbər” deyə çağırır. Nağı ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Dəfələrlə Nağı ilə birlikdə ya onların evində, ya da Nağıgilin evində yemək yeyib, spirtli içki qəbul etmişlər. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olmuş, axşam saat 16:00 radələrində evdən məhəlləyə çıxmış və məhəllədə Əkbəri yəni, Nağını görmüşdür. Sonuncu ilə görüşmüş və həyətlərinə getmişdir. Nağı həyətdə göyərçinlərinə baxırmış, o da sonuncuya bildirmişdir ki, könlünə yeyib-içmək düşüb. Nağı həmin vaxt pulunun olmadığını, o da 10 manat pulunun olduğunu və spirtli içki olan araq ala biləcəklərini demişdir. Nağı razılaşmış və birlikdə gedib məhəllədəki dükandan 0,5 litr araq almışlar. Daha sonra Nağıgilin həyətində oturub stolda süfrə düzəldərək yeyib-içməyə başlamışlar. Araq qurtardıqdan sonra Nağı yenidən gedib eyni araqdan almış və içməyə davam etmişlər. Yeyib-içmək qurtardıqdan sonra Nağı ilə birlikdə məhəlləyə çıxmış, yolda fit çalıb yüksək səslə danışdığı üçün sonuncu ona irad bildirmişdir. Nağının bu iradı ona xoş gəlmədiyi üçün sonuncuya söyüşlə cavab qaytarmışdır. İkisi də sərxoş olduqlarından aralarında anlaşılmazlıq yaranmış və mübahisə etməyə başlamışlar. Nağı onun qolundan tutub itələmiş, bu vaxt geri qayıdıb sonuncunun köynəyindən tutmuş və köynək cırılmış, Nağının isə ayağı çuxura düşərək səndələmişdir. Bundan sonra Nağı evinə getmiş, təxminən yarım saat sonra geri qayıtmışdır. Sonuncu bıçaqla üzərinə gəlmiş, o, Nağının ayağından tutmuş, bu zaman təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi vurmuş, həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Nağı ondan ayrılmış, o, ayağa qalxaraq evinin yolunu tutmuş, yarı yola qədər getmiş, sonra yerə yıxılmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən şahid orada olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs onu öldürəcəyi ilə bağlı təhdid etməmiş, bu barədə hər hansı ifadə səsləndirməmişdir. Hadisə baş verərkən sərxoş vəziyyətdə olduğundan həmin vaxt nəyin necə baş verdiyini xatırlamır. Təqsirləndirilən şəxslə yoldaşlıq etmiş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığı, sonuncu ilə aralarında barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə olmuş, axşam saatlarında siqaret çəkmək üçün həyət darvazasından çölə, məhəlləyə çıxmışdır. Həmin vaxt Əlisakitlə Nağının sonuncunun evi tərəfdən gəldiklərini və Nağının əynindəki köynəyin cırıldığını görmüşdür. O, Nağını məzəmmət edib əynini dəyişməsi üçün evlərinə göndərmişdir. Bu zaman həm Əlisakit, həm də Nağı içkili olmuşlar. Sonradan Əlisakitdən öyrənmişdim ki, uşaqlar Nağıgilin evində oturub yemək yeyib, spirtli içki qəbul ediblər. Həmin vaxt Əlisakitin əlində orağa oxşayan, ot kəsmək üçün istifadə edilən əşya da olmuşdur. O, sonuncunun üstünə qışqırıb əlindəkini tullamasını tələb etmişdir. Əlisakit də sözünə qulaq asıb həmin əşyanı yerə atmışdır. Bir az Əlisakitə öyüd nəsihət verdikdən sonra siqaret götürmək üçün evə getmişdir. Bundan təxminən 20 dəqiqə sonra yenidən küçəyə çıxdıqda Əlisakitlə Nağının “Gündüz” adlı qonşunun hasarının dibində dalaşdıqlarını, tərəflərin qarşılıqlı olaraq söyüş söydüklərini, Əlisakitin təbii qaz borusunun arasına yıxılıb Nağıya təpik atdığını, sonuncunun isə Əlisakitə bıçaq atdığını görmüşdür. O, qaçaraq oraya yaxınlaşmış, Nağını tutmuşdur. Hər ikisini aralaşdırıb yenidən məzəmmət etmiş, bu zaman Nağı ona “qoy vurum, əzim başını, qoy döyüm onu” demişdir. Bundan sonra sonuncu əlindəki bıçağı yerə atmışdır. Əlisakit isə təbii qaz borularının arasından çıxmış və evinə tərəf getməyə başlamışdır. Nağını evinə yola salmış, zərər çəkmiş şəxsin xəsarət almasını bilməmiş, lakin başqa xoşagəlməz hadisə baş verməsin deyə Əlisakiti izləmişdir. Əlisakit qapını açdıqda Əlisakitin arxasında olmuş, sonuncunun atasını səsləmiş, oğlunun sərxoş olduğunu, Nağı ilə dalaşdığını demişdir. Həmin vaxt Əlisakit yerə yıxılmış, sonuncunun paltarını qaldırdıqda bədənindən qan gəldiyini görmüşdür. Onlar dərhal təcili tibbi yardıma məlumat vermişlər. Gələn təcili yardım briqadası zərər çəkmiş şəxsin yaxşı olduğunu deyərək getmiş, bundan sonra onlar ikinci dəfə təcili tibbi yardım xidmətinin qaynar xəttinə zəng etmişlər. Bir qədər sonra təcili tibbi yardım həkimləri və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım həkimləri Əlisakitə müdaxilə edərək təcili tibbi yardım avtomobili ilə sonuncunu xəstəxanaya aparmışlar. Bu vaxt Nağı da məhəllədə, Əlisakitin evinin qarşısında sakit və peşman vəziyyətdə dayanmışdır. Polis əməkdaşları Nağını post patrul maşınına əyləşdirib polis idarəsinə aparmış, o isə polis əməkdaşlarına bıçağın yerini göstərmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Azərbaycan dilində oxuyub yaza bilmir, savadı yoxdur, cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilərkən onun dilindən yazılan və imzası ilə təsdiq etdiyi ifadəni oxumamışdır, ifadənin məzmunundan məlumatsızdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş xx.xx.2024-cü il tarixli 7291 saylı məktubunda Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmadığı göstərilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 580 saylı məhkəmə-tibb ekspertizası rəyi ilə təsdiq olunmuşdur ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər ürəyin yaralanması və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; sol budun orta üçdə birinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (ola bilsin bıçaq); boynun qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X13” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; sol budun orta üçdə birinin 1 ədəd deşilmiş- kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; boynun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 verilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 281/2024-MTKŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə, idman şalvarının sol ayağının ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltarların (kofta və idman şalvarı) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (və ya alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan deşilmişkəsilmiş yaralar (döş qəfəsinin ön səthinin sol yarısında və sol budun orta 1/3-də olan yaralar) sayma, yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində digər xarakterli zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 verilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 414/2024-MTBŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta/(İİ) qrup şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olun xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Ə.E. Məmmədova məxsus bir ədəd idman finkası üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 verilmiş xx.xx.2024-cü il tarixli 1795 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində qəsdən adam öldürmə cinayətinə tərif verilmiş, maddənin dispozisiyasına görə qəsdən adam öldürmə digər şəxsi qəsdən həyatdan məhrum etmədə ifadə olunur. Həmçinin həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti - cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti - üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı cari cinayət işinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə məhz hazırki cinayət işində Təqsirləndirilən şəxs cinayəti törədən zaman qəsdinin məzmunu və istiqaməti, o cümlədən sonuncunun törətdiyi cinayət əməlinə qəsd formasındakı psixi münasibətinin formasının dəqiq aydınlaşdırmalı olduğunu hesab edir. İbtidai istintaq orqanı sübutları qiymətləndirərkən 17 sentyabr 2024-cü il tarixli qərarında irəli sürülmüş ittihamı əsası kimi irəli sürdüyü halları əsaslandırarkən göstərmişdir: “Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tanış olduqları müddətdə münasibətləri normal olsa da, sonuncu dəfə 02 iyun 2024-cü il tarixdə görüşərkən aralarında tədricən anlaşmazlıq yaranmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyüb təhqir etməsinə baxmayaraq, sonuncunun səyi nəticəsində söhbətin münaqişəyə çevirilməsinin qarşısı yubadılsa da, Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs nəsli, kökü barədə nalayiq ifadələr işlətməklə təhqir etməsi Təqsirləndirilən şəxs Şəxsi münasibətlərin pozulması zəminində qisas almaq fikrini formalaşdırmış və etdiyi hərəkətləri tam dərk etməklə, Zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyətini həyata keçirmək üçün qarşısına qoyduğu vahid niyyətini həyata keçirmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla sonuncuya sinə-ürək nahiyəsindən, yəni həyati orqan yerləşən nahiyədən bir neçə dəfə zərbə vurub Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Həmçinin Şahid da ifadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə “qoy öldürüm oğraşı” deməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olduğunu göstərir, həmçinin Şahid Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yönələn bıçaq zərbələrinin qarşısını alaraq bıçağı sonuncunun əlindən alması Təqsirləndirilən şəxs qəsdən adam öldürmək niyyətinin qarşısının özündən asılı olmayan səbəblərdən alınmasına gətirib çıxarmışdır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətməkdə ittiham olunduğu hazırki cinayət əməlinin zəruri tərkib elementlərindən olan cinayətin subyektiv cəhətinin birbaşa qəsd formasında törədilib-törədilməsinin aydınlaşdırılması üçün qəsdin, eləcə də birbaşa qəsdin psixoloji elementlərinin olduğunu, psixoloji akt kimi müvafiq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərinin mövcudluğunu qeyd etmək zəruridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Sözügedən maddənin dispozisiyasından göründüyü kimi ictimai təhlükəli əməlin dolayı qəsdlə törədilməsi özündə üç imperativ əqli və iradəvi tərəfi birləşdirir: 1. Əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmək; 2. Əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görmək; 3. İctimai təhlükəli nəticələri arzu etmək. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 29, 120.1-ci maddəsi ilə tövsif edilə bilməsi üçün sonuncunun cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törətməsi təsdiq edilməli, bunun üçün təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi və ictimai təhlükəli nəticələrinin qabaqcadan görməsi kimi əqli tərəfləri ilə birlikdə, həmçinin həmin nəticələrin baş verməsini arzu etməsi sübuta yetirilməlidir. Cari cinayət işi üzrə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla bağlı məhkəmə cinayət tərkibinin subyektiv cəhətinin əlaməti kimi sonuncunun əməlində psixoloji faktor olan qəsdən adam öldürmə niyyətinin həqiqətən mövcudluğunu subutların birini digəri ilə müqayisəli şəkildə tədqiq etməklə müəyyən etməlidir. Lakin hazırki cinayət işinə münasibətdə məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi və əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi ilə qəsdin əqli tərəflərinin mövcud olduğunu, lakin həmin ictimai təhlükəli nəticələri arzu etməklə sonuncunun qəsdinin iradəvi tərəfinin mövcudluğunun istisna olunduğunu qeyd edir. Belə ki, ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi barədə qərarında Şahid ifadəsini irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübut qismində qəbul edərək hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə “Qoy öldürüm oğraşı.” dediyinə görə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürmək niyyətinin olduğunu, bundan başqa şahidin Təqsirləndirilən şəxs əlindən cinayətin törədilməsində istifadə olunmuş bıçağı aldığını, bununla da sonuncunun qəsdən adam öldürmək niyyətinin qarşısının özündən asılı olmayan səbəblərdən alındığını qeyd etmişdir. Halbuki cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə “Qoy vurum, əzim başını oğraşın, qoy döyüm onu.” dediyini, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürəcəyi məzmununda hədə-qorxu gəlmədiyini bildirmişdir. Bundan başqa Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, tərəflər mübahisə edərkən onunla sonuncular arasında bir qədər məsafə olmuş, hadisənin baş verdiyi yerə doğru qaçarkən Nağı və Əlisakit qarşılıqlı olaraq bir-birlərini söyməkdə davam etmiş, tərəflərin yanına çatmış, bundan sonra təqsirləndirilən şəxs əlindəki bıçağı yerə atmışdır. Həmçinin Şahid məhkəmə iclasında dindirilərkən Azərbaycan Respublikası Cinayət- Prosessual qanunvericiliyinə müvafiq olaraq oxuması üçün ona təqdim edilmiş şahid andını oxuya bilməyəcəyini, ümumiyyətlə, Azərbaycan dilində oxuyub-yaza bilmədiyini bildirmişdir. Bundan başqa ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, cinayət işinin ibtidai araşdırması gedişində onun dilindən yazılmış ifadələrin məzmunundan xəbərsiz olmuş, bu zaman vermiş olduğu hər iki ifadədə hadisəni olduğu kimi nəql etmiş və həmin ifadələrin də onun danışdığı məzmunda yazıldığını güman etmişdir. Cinayət işinin ibtidai istintaq materiallarında olan 02 avqust 2024-cü il tarixli “Şahidi dindirmə” protokolundan görünür ki, Şahid “İfadənizə əlavəniz və düzəlişiniz varmı?” məzmununda verilmiş suala sonuncu “Xeyr yoxdur, ifadəm mənə oxundu, doğru yazılıb, ifadəmin doğruluğunu imzamla təsdiq edirəm” deyə cavab vermiş, lakin məhkəmə iclasında ona verilmiş suala cavab olaraq ibtidai istintaq gedişində verdiyi ifadələrin ona oxunduğunu inkar etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid 03 iyun 2024-cü il tarixli və 02 avqust 2024-cü il tarixli “Şahidi dindirmə” protokolları sübutların siyahısından xaric edilməlidir. Bundan başqa məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs da həmçinin Şahid məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmiş, təqsirləndirilən şəxsin ona onu öldürəcəyi məzmununda ifadələr səsləndirməklə hədə-qorxu gəlmədiyini bildirmişdir. Həmçinin cinayət işinin mübahisəsiz hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən və şahid hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən uzaqlaşmış, sonuncu ayağa qalxaraq evinə tərəf getmiş, bundan sonra təqsirləndirilən şəxsin də həmçinin hadisə yerindən uzaqlaşmış, bu zaman şahid də sonuncu ilə birlikdə bir qədər yol gedərək geriyə qayıtmış və Əlisakiti izləmişdir. Qeyd edilən xüsusatı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid məhkəmə iclasında verdikləri ifadələrdə göstərmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs getməsinə icazə verməklə və geri qayıdaraq izləməməklə sonuncunu öldürmək, qəsdən adam öldürmə cinayətini başa çatdırmaq üçün real imkanları olduğu halda, bunu iradəvi olaraq həyata keçirməmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi barədə 17 sentyabr 2024-cü il tarixli qərarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini mötəbər sübut qismində qəbul etmiş, sonuncu cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə iclasında verdiyi ifadə ilə anoloji məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs ona bıçaq xəsarəti yetirdikdən sonra ondan uzaqlaşdığını, özünün isə ayağa qalxaraq səndələyə-səndələyə evinə tərəf getdiyini bildirmişdir. Beləliklə, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin ayağa qalxaraq getməsinə mane olmaması Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini başa çatdırmaq imkanına malik olması, lakin belə bir niyyətinin olmaması barədə məhkəmənin gəldiyi qənaəti bir daha təsdiq edir. Bundan başqa Şahid məhkəmə iclasında verdiyi ifadəsində tərəflər ikinci dəfə mübahisə edən zaman onunla tərəflər arasında bir qədər məsafə olduğunu, özünün qışqıraraq sonuncuların yanına qaçdığını, zərər çəkmiş şəxsin məhəllədən keçən təbii qaz borularının arasında sıxılmış vəziyyətdə qaldığını, həmçinin bu zaman Təqsirləndirilən şəxs təpiklə özündən uzaqlaşdırmağa çalışdığını göstərmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təpik atmasına və şahidin qaçaraq sonuncunun qucaqlamasına baxmayaraq, təqsirləndirilən şəxsin əlində bıçaq və şahid gəlib çıxana qədər zərər çəkmiş şəxsin öldürmək niyyətini həyata keçirə bilmək üçün kifayət qədər olduğundan, eləcə də zərər çəkmiş şəxs küçədən keçən təbii qaz borularının arasına yıxıldığından, həmin pozisiyada fəal müqavimət göstərə bilmə imkanına malik olmadığından, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nisbətdə zəif bədən quruluşlu olduğundan mübahisəsiz üstün gücə və sonuncunun müqavimətini qırmaq imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə həmçinin zərər çəkmiş şəxsin onun əlinin altında olduğunu, əgər sonuncunu öldürmək niyyəti olsaydı bunu asanlıqla həyata keçirə biləcəyini bildirmişdir. Həmçinin ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi barədə müvafiq qərarında Zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyətini həyata keçirmək üçün qarşısına qoyduğu vahid niyyətini həyata keçirmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla sonuncuya sinə-ürək nahiyəsindən, yəni həyati orqan yerləşən nahiyədən bir neçə dəfə zərbə vurub Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəürək nahiyəsindən, yəni həyati orqan yerləşən nahiyədən xəsarət yetirməsi faktı özlüyündə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürmək niyyətinin mövcudluğuna dəlalət etmir. Məhkəmə iclasında verdiyi ifadəsində həm Təqsirləndirilən şəxs, həm də X4 aralarında yoldaşlıq münasibətinin olduğunu, əvvəllər hər hansı düşmənçilik və ya ədavətlərinin olmadığını anoloji şəkildə bildirmişlər. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli 1/4851 saylı protokoldan da göründüyü kimi 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs hadisəni törədən vaxt orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin baş verdiyi gün hər birinə 500 qram olmaqla, ümumilikdə 1 litr spirtli içki olan araq içdiklərini, hadisə zamanı sərxoş olduqlarını və hadisənin necə baş verməsini xatırlamadıqlarını, həmçinin Təqsirləndirilən şəxs hadisə ani olaraq baş verdiyindən və sərxoş vəziyyətdə olduğundan zərər çəkmişə vurduğu bıçaq zərbəsinin sonuncunun ürək nahiyəsindən “tutmasından” xəbərsiz olduğunu, yalnız polis idarəsinə getdikdən sonra bu barədə ona məlumat verildiyini bildirmişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə sinə-ürək nahiyəsindən, yəni həyati orqan yerləşən nahiyədən xəsarət yetirsə də, sonuncu bu zaman qəbul etdiyi təxminən 500 qram spirtli içkinin də təsiri ilə sağlam şüur, iradə, eləcə də davranış və hərəkət imkanlarından məhrum olduğundan, təqsirləndirilən şəxs əlində olan bıçağı zərər çəkmiş şəxsin ürək nahiyəsinə təsadüfi şəkildə səmtləndirərək sonuncuya xəsarət yetirmiş, həmin nayihə Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə təqsirləndirilən şəxs tərəfindən qəsdən seçilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 140-cı maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 580 saylı məhkəmə-tibb ekspertizası rəyi ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində ürəyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilmişdir. Sözügedən eksperti rəyinin məzmunundan da müəyyən olunduğu kimi ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi barədə qərarında irəli sürülmüş ittihamı əsaslandırarkən qeyd etdiyi xüsusatın əksinə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sinə-ürək nahiyəsinə, yəni həyati orqan yerləşən nahiyəyə bir neçə deyil, yalnız bir bıçaq zərbəsi vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etmək niyyətini həyata keçirmək üçün qarşısına qoyduğu vahid niyyətini həyata keçirmək məqsədilə bıçaqla bir neçə dəfə sonuncunun sinə-ürək nahiyəsindən zərbə yetirməsi faktı öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib elementi olan subyektiv cəhətinin (qəsdən adam öldürmə niyyəti) və dolayısıyla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin tərkibinin mövcud olmadığı işin halları ilə tam təsdiq edilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş dəlillər sonuncunun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin, şahidin və zərər çəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinin materiallarında olan müvafiq ekspert rəylərini mötəbər sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş zərər çəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma dedikdə, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il qərardadında qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəmnində törədilməmiş olsun. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işinin mübahisəsiz hallarından açıq-aydın görünür ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyməsi ilə bağlı olmuşdur. Göründüyü kimi tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun ola bilməz. Hazırki cinayət işində hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisənin əsasını şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş konflikt təşkil etmişdir. Məhkəmə müəyyən edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyməsi ilə bağlı münaqişəli vəziyyət olmuş və təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı icra etdiyi zorakı hərəkətin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, müvafiq olaraq da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarət yetirilməsinə yönəlmişdir. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə deyil, məhz həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış və təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 19 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallardan hər hansı birini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyun 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qısaqol kofta, 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd mətbəx bıçağı məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağavəli oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağavəli oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qısaqol kofta, 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) ədəd qara rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağavəli oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar