Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-682/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Gəncə hərbi məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1, 332.2.1 və 332.2.3-cü maddələri təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə xx xxxx 2014-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş) məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayət əməlini törətmişdir. Belə ki, o, x xxxxxx 2019-cu il tarixdə gecə saat 3 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək Zərərçəkmiş şəxs onun bacısı Şahid1 “səsin qulağımdadır”, “neynirsiz, nə var, nə yox” məzmunlu bilərəkdən “SMS” yazdığını cüzi bəhanə kimi istifadə edib məsələyə aydınlıq gətirməyərək evdən götürüb şalvarının remeninə taxıb gizlətdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarnına 1 dəfə zərbə vuraraq “S”vari bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi xarakterizə edilən yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində dostu Mahirlə birlikdə olan zaman onun müvəqqəti istifadə etmək üçün mobil telefonu olmadığından özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Samung J2” markalı mobil telefonun üzərində olan nömrəni çıxardıb mobil telefonu Mahirə vermişdir. Bundan sonra Mahir özünə məxsus mobil nömrəni həmin telefona salmışdır. x xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Mahirlə birlikdə Mahirgilin yaşadığı ünvana gəlmişlər, sonra yorğun olduğu üçün onlarda uzanıb yatmışdır. Saat 16 radələrində yuxudan ayılaraq mobil telefon lazım olduğundan Mahirin yatağının yanında qoyduğu ona məxsus olan mobil telefonu götürmüş və Mahirə məxsus olan mobil nömrəni telefondan çıxardıb öz nömrəsini taxmış, sonra isə çıxıb evə getmişdir. Hadisədən 1-2 gün əvvəl Mahirin həyat yoldaşı azyaşlı qızları ilə birlikdə rayona getdiklərindən Mahir evdə tək yaşamışdır. O, özünə məxsus həmin mobil telefondakı “İnstagram” sosial şəbəkəsinə girərkən birbaşa Mahirə məxsus “Bakiniski” səhifəsində mesajlaşma hissəsi açılmışdır. Bu zaman görmüşdür ki, Mahir özünə məxsus səhifədən bacısı Şahid1 məxsus səhifənin mesajlaşma hissəsində bacısına göndərdiyi “səsin qulağımdadır”, “neynirsiz, nə var, nə yox” mesajlarını görmüşdür. O, həmin anda təəccüblü vəziyyətdə qalmış, özündə olmamışdır. Həmin an bacısını axtarmağa başlamışdır ki, ondan nə baş verdiyini soruşsun. Bacısı evdə olmamış, böyük bacısına olanları danışmışdır. Bir neçə saatdan sonra özünə gəlmiş, lakin əsəblərini cilovlaya bilmədiyindən evdə mətbəxdən bıçaq götürüb üzərində gizlətmişdir. Həmin vaxt böyük bacısı Leyla onu sakitləşdirməyə çalışmışdır. O, Leylaya mağazaya siqaret almağa gedəcəyini bildirmişdir. Sonra da evdən çıxaraq Mahirin yaşadığı evə getmişdir. Bıçağı üzərində hər ehtimala qarşı götürmüşdür ki, birdən Mahirlə aralarında mübahisə düşsə onu qorxutsun ki, etdiyi əməli etiraf etsin. O, Mahirin yaşadığı ünvana çatanda hava qaralmış, x xxxxxx 2019-cu il saat 3 radələri olmuşdur. Qapını açıb həyətə girmiş, oradan da evin qapısını açıb evə daxil olmuş, həmin vaxt Mahir qapının qarşısında olmuşdur. O, Mahirə yaxınlaşıb nəyə görə bacısına mesaj yazdığını soruşmuşdur. Bundan sonra onlar bu barədə təxminən 40 dəqiqə söhbət etmiş, söhbət uzanmış və bu vaxt Mahir onu təhqir etmiş, bundan sonra o, əsəblərini cilovlaya bilməyib Mahirə bıçaqla 1 dəfə zərbə vurmuşdur. Mahirə qarın nahiyəsindən xəsarət yetirmişdir. Sonra da bıçağı götürüb oradan uzaqlaşmışdır. Evə çatıb heç kimə bir söz demədən uzanıb yatmışdır. Həmin gün saat 17 radələrində törətdiyi əmələ görə polis əməkdaşlarının onu axtaracağını bilib polis əməkdaşlarına təslim olmuşdur. Mahir bacısına “İnstagram” sosial şəbəkəsində mesaj yazdığına görə, həm də onu təhqir etdiyinə görə onu bıçaqlamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə saat 3 radələrində Mahirin yaşadığı ünvana çatıb qapını açaraq həyətə daxil olmuş, oradan da evin qapısını açaraq evə daxil olmuşdur. Həmin vaxt Mahir qapının qarşısında olmuş, o, əsəbi olduğundan Mahirə heç bir söz demədən bıçağı çıxarıb Mahirin qarın nahiyəsinə 1 zərbə vurmuşdur (cild 1, iş vərəqə 58-60; 225-228). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,hadisədən 1-2 gün əvvəl Seymur özünə məxsus olan mobil telefonu ona işlətmək üçün vermişdir. x xxxxxx 2019-cu il tarixdə günorta saat 15 radələrində Seymurla birlikdə onun yaşadığı ünvana gəlmişlər. Yorğun olduğundan uzanıb yatmışdır. Saat 16 radələrində yuxudan ayılanda görmüşdür ki, Seymur yoxdur. Seymur ona verdiyi mobil telefonu götürüb çıxıb getmişdir. O düşünmüşdür ki, Seymur evlərinə getmişdir. x xxxxxx 2019cu il tarixdə gecə saat 3 radələrində evdə olmuş, bayıra çıxmaq üçün hazırlaşmış və bu məqsədlə gödəkcəsini geyinmişdir. Bu zaman Seymur evə daxil olub ondan nəyə görə onun bacısına sms yazdığını soruşmuşdur. O da Seymura səhvən yazdığını bildirmişdir. Bu vaxt Seymur ilə aralarında mübahisə yaranmışdır. Söhbət uzanmış və o, bu cür söhbətdən bezib Seymuru təhqir etmişdir. Bundan sonra Seymur ona yaxınlaşıb əlində olan bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə vurub çıxıb getmişdir. O, əvvəlcə həkimə getmək istəmiş, sonra Binə qəsəbəsində aptek axtarmağa başlamış və düşünmüşdür ki, plastır tapıb yarasını bağlayar, lakin açıq aptek tapa bilməmiş və öz avtomaşınına əyləşib atasının yaşadığı ünvana getmişdir. Atası da onu dərhal öz maşını ilə Sabunçu xəstəxanasına aparmış və orada onu əməliyyat etmişlər. Seymurun telefonu onda olan zaman “İnstaqram” sosial şəbəkəsində həmin vaxt Seymurun bacısının telefonundan maraqlı şəkil gəlmiş, şəkilə bəyəni atmış, bu zaman “WhatsApp” sosial şəbəkəsində də ona mesaj gəldiyindən cavab yazmaq istəmiş, lakin səhvən “İnstaqram” sosial şəbəkəsində Seymurun bacısına yazmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Zərərçəkmiş şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki,x xxxxxx 2019-cu il tarixdə gecə saat 3 radələrində yaşadığı evdə olarkən bayıra çıxmaq məqsədlə gödəkcəsini geyinmişdir. Bu zaman Seymur yaşadığı evə daxil olaraq tənginəfəs halda ona yaxınlaşıb heç bir söz demədən əlindəki bıçaqla onun qarnına 1 dəfə zərbə vuraraq çıxıb getmişdir (cild 1, iş vərəqə 77-78; 184-186). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,x xxxxxx 2019-cu il tarixdə qardaşı Seymur saat 23 radələrində eyni həyətdə olan atasının evinə gəlmişdir. Bacısı Şəhla isə həmin həyətdə olan ona məxsus evdə uşaqlarının yanında olmuşdur. Seymur evə daxil olub Şəhlanı soruşmağa başlamış, o, həyacandan Seymura Şəhlanın onun evində olduğunu deməmişdir. Seymur əlində olan özünə məxsus mobil telefonu ona uzadaraq mesaja baxmasını istəmişdir. O, mobil telefonda olan mesaja baxdıqda görmüşdür ki, Seymurun dostu Mahirdən bacısı Şəhlaya mesaj unvanlanmışdır ki, “səsin hələ də qulağımdadır”. O, Seymura bildirmişdir ki, “bu ola bilməz, sakitləş, səhər gedib Mahirdən nə baş verdiyini dəqiqləşdirərsən”. Çünki, Mahirin həmin sözləri işlətməsi və yazması inandırıcı deyildir. O, çətinliklə də olsa Seymuru sakitləşdirib öz otağına aparmış və bir neçə saat evdə yanında saxlamışdır. x xxxxxx 2019-cu il tarixdə gecə saat 2:30 radələrində Seymur siqaret almağa getmək istədiyini bildirmişdir. O, əvvəlcə Seymuru getməyə qoymamış, lakin Seymur ona and verdikdən sonra onunla razılaşmışdır. Seymur getdikdən təxminən 5 dəqiqə sonra onun yuxusu gəldiyi üçün öz yerində uzanıb yatmışdır. Bacısı Şəhlanın baş verənlərdən məlumatı olmuşdur. O, Seymurun evdən bıçaq götürməsini görməmişdir. X8 arasında münasibət həmişə yaxşı olmuşdur. X11 mesaj yazdığına görə bıçaqlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa vermiş olduqları ifadələrini bir-birinin üzünə qarşı deyərək həmin xüsusatları təstiq etmişlər (cild 1, iş vərəqə 174-176). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 151-154). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 181-183). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 x xxxxxx 2020-ci il tarixli 02/t saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət “S”vari bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı X4 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 2.12.2019-cu il tarixdə və şəraitdə törənməsi istisna olunmamış və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olmuşdur (cild 1, iş vərəqə 141-142). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx xxxxxx 2020-ci il tarixli 138 saylı rəyindən görünür ki,yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, onda xasiyyətin psixopatik cizgiləri aşkar olunmuşdur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı xronik psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və s. psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Yəni, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir (cild 1, iş vərəqə 144-145). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 x xxxx 2020-ci il tarixli 55/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində 1 ədəd və köynəyin sol qolunun dirsək nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmiş, bu zədələrin eyni alətin təsirindən törənməsi istisna olunmamışdır. Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında olan xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşmüşdür. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun dirsək nahiyəsində aşkar olunmuş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız köynəyin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 156-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx xxxxxx 2020-ci il tarixli 99/2020 MTBŞ saylı rəyindən görünür ki, X2 qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - B (111). Ekspertizaya maddi sübut kimi təqdim edilmiş qara rəngli uzunqol köynəyin üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Bu antigen B (111) qrupunu xarekterizə etdiyindən ləkələrdə yalnız onun alınması qanın həmin qrupa məxsus olduğunu göstərir. Bu qan ləkələrinin Zərərçəkmiş şəxs məxsus olması inkar olunmamışdır. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 1 ədəd mətbəx bıçağı üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 161-165). Cinayət işinin materiallarından görünür ki, 1 ədəd bıçaq vəzərərçəkmiş şəxs AtakişiyevMahirƏlixanoğlunaməxsus1 ədədköynək maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 207-216). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1, 332.2.1 və 332.2.3-cü maddələri təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə xx xxxx 2014-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 87; 120-130). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 68-69). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni x xxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq vəzərərçəkmiş şəxs AtakişiyevMahirƏlixanoğlunaməxsus1 ədəd köynəkAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq vəzərərçəkmiş şəxs AtakişiyevMahirƏlixanoğlunaməxsus 1 ədəd köynəkAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-682/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-682/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver