Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-682/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhər 26 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin nümayəndəsi: Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə, xx.xx.1991-ci ildə Yardımlı rayonunun Bozaryan kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozaryan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Samur qəsəbəsində qeydiyyatda olmaqla, Qusar rayonu, Yeni Tahircal kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1 və 32.5, 311.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində istəyərək almışdır. Belə ki, o, x xxxxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin rəis müavini vəzifəsində işləməklə xx xxxxxx 2019-cu il tarixdən həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edərkən, “Azərterminalkompleks” Birliyinin direktorunun xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli sərəncamı ilə təsdiq edilmiş həmin Birliyin Gömrük nəzarət zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsi haqqında Əsasnaməyə əsasən, gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi üzrə şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsində şəxsən məsuliyyət daşımaq, şöbəyə ümumi rəhbərliyi həyata keçirmək, şöbə əməkdaşları arasında vəzifə bölgüsü aparmaq, şöbə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən, gömrük işini nizama salan qanunvericilik və digər normativ və hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs qismində həmin şöbənin inspektoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Xaçmaz Gömrük İdarəsinin X6 soyuducu kameralarını işlətmək üçün ştatdan kənar əməkdaşı Təqsirləndirilən şəxs3 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin qeydiyyata alınmaqla sonrakı gömrük yoxlanışı üçün buraxılmalarına dair öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aralarındakı ümumi cinayətkar niyyətə, yəni gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə təşkil edilmiş həmin avtomaşınların gömrük postuna növbəlilik qaydasında buraxılmasına və bunun təmini üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Təqsirləndirilən şəxs2 tərəfindən alınmaqla saxlanıb növbəliliyə riayət etməklə həmin nəqliyyat vasitəsi sahibinə təqdim edilməsinə uyğun olaraq, vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, habelə Təqsirləndirilən şəxs3 məsləhət və məlumatları ilə yardım etməklə, həmçinin pul vəsaitinin əldə edilib ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə, yəni gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin gömrük postuna növbəlilik qaydalarına əməl etmədən, sürücülər arasında qeyribərabərlik yaradaraq, onlar üzərində üstünlüklərini nümayiş etdirməklə buraxılmasına görə “DAF” markalı **-TF-***/ **-ZF-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsinin sürücüsü olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 x xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin dayanacağına ilkin olaraq gəlib qeydiyyata düşməsinə və bununla əlaqədar onun idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs2 tərəfindən alınıb saxlanılmasına baxmayaraq, x xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 sonra həmin dayanacağa gəlməklə qeydiyyata düşmüş və idarə etdikləri nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri Təqsirləndirilən şəxs2 tərəfindən alınmaqla saxlanılan Azərbaycan Respublikasının vətəndaşları “Mercedes-Benz” markalı **-EF- ***/**-ZG-*** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid1 Heyatxan oğlu və “DAF” markalı **-BD-***/**-ZA-*** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid2 x xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində həmin şöbənin qeyd edilən qəsəbədə yerləşən inzibati binasında Təqsirləndirilən şəxs3 vasitəsilə onların hər birindən 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat maddi nemət olan pulu özü və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla rüşvət qismində istəyərək, onların razılığını alıb, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verilməklə sonuncu tərəfindən Şahid1 və Şahid2 idarə etdikləri həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri Təqsirləndirilən şəxs3 vasitəsilə onlara qaytarılıb həmin niyyətlə, sonuncu vasitəsilə Şahid1 onun özü və Şahid2 görə cəmi 200 (iki yüz) manat maddi nemət olan pulu özü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla rüşvət qismində alaraq Şahid1 və Şahid2 qeyd edilən qaydada növbədənkənar gömrük postuna buraxılmalarına qəsdən şərait yaradılıb, rüşvət qismində aldıqları 200 (iki yüz) manat pulu həmin gün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la aralarında bölmüşdür. Qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də dövlətin gömrük sahəsində apardığı şəffaflıq tədbirlərinin kölgədə qoyulmasına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, habelə fiziki şəxs Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 köməkliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrisinin köməkliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində istəyərək almışdır. Belə ki, o, xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin inspektoru vəzifəsində işləyərkən, “Azərterminalkompleks” Birliyinin direktorunun xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli sərəncamı ilə təsdiq edilmiş həmin Birliyin Gömrük nəzarət zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsi haqqında Əsasnaməyə əsasən, gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi üzrə Birlik tərəfindən verilən əmr, sərəncam və tapşırıqları yerinə yetirmək, idxal və ixrac yüklü nəqliyyat vasitələrinin gömrük nəzarət zonalarının dayanacaqlarında gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətlərini həyata keçirmək, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələri tərəfindən dayanacaqdan istifadəyə görə xidmət üçün xidmət haqqı müvafiq qaydada daşıyıcı və ya mallara dair səlahiyətli şəxslər tərəfindən mədaxil qəbzi əsasında ödənişi həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində həmin şöbənin rəis müavini, eyni zamanda rəisi vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Xaçmaz Gömrük İdarəsinin X6 soyuducu kameralarını işlətmək üçün ştatdan kənar əməkdaşı Təqsirləndirilən şəxs3 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin qeydiyyata alınmaqla sonrakı gömrük yoxlanışı üçün buraxılmalarına dair öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la aralarındakı ümumi cinayətkar niyyətə, yəni gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə təşkil edilmiş həmin avtomaşınların gömrük postuna növbəlilik qaydasında buraxılmasına və bunun təmini üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin özü tərəfindən alınıb saxlanılmaqla növbəliliyə riayət edib həmin nəqliyyat vasitəsi sahibinə təqdim edilməsinə uyğun olaraq, vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, Təqsirləndirilən şəxs3 məsləhət və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitinin əldə edilib ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə, yəni gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin gömrük postuna növbəlilik qaydalarına əməl etmədən, sürücülər arasında qeyribərabərlik yaradaraq, onlar üzərində üstünlüklərini nümayiş etdirməklə buraxılmasına görə “DAF” markalı **-TF-***/ **-ZF-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsinin sürücüsü olan Zərərçəkmiş şəxs1 x xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin dayanacağına ilkin olaraq gəlib qeydiyyata düşməsinə və bununla əlaqədar onun idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi özü tərəfindən alınıb saxlanılmasına baxmayaraq, x xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 sonra həmin dayanacağa gəlməklə qeydiyyata düşmüş və idarə etdikləri nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri özü tərəfindən alınmaqla saxlanılan Azərbaycan Respublikasının vətəndaşları “Mercedes-Benz” markalı **-EF-***/**-ZG-*** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid1 Heyatxan oğlu və “DAF” markalı **-BD-***/**-ZA-*** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid2 x xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində həmin şöbənin qeyd edilən qəsəbədə yerləşən inzibati binasında Təqsirləndirilən şəxs3 vasitəsilə onların hər birindən 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat maddi nemət olan pulu özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla rüşvət qismində istəyərək, onların razılığını alıb, bu barədə özünə məlumat verildikdən sonra Şahid1 və Şahid2 idarə etdikləri həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrini Təqsirləndirilən şəxs3 vasitəsilə onlara qaytarıb həmin niyyətlə, sonuncu vasitəsilə Şahid1 onun özü və Şahid2 görə cəmi 200 (iki yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla rüşvət qismində alaraq Şahid1 və Şahid2 qeyd edilən qaydada növbədənkənar gömrük postuna buraxılmalarına qəsdən şərait yaradılıb, rüşvət qismində aldıqları 200 (iki yüz) manat pul vəsaitini həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la aralarında bölmüş, qeyd edilən hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də dövlətin gömrük sahəsində apardığı şəffaflıq tədbirlərinin kölgədə qoyulmasına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, habelə fiziki şəxs Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs3 köməkliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs3 vəzifəli şəxsin digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin törədilməsində və vəzifəli şəxsin digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində özü vasitəsilə istəyərək almasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, x xxxxxx 2017-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin X6 soyuducu kameralarını işlətmək üçün ştatdan kənar texniki işləyərkən, “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin rəis müavini vəzifəsində işləməklə xx xxxxxx 2019-cu il tarixdən həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs1 həmin şöbənin inspektoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin qeydiyyata alınmaqla sonrakı gömrük yoxlanışı üçün buraxılmalarına dair qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələrinə məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la aralarındakı ümumi cinayətkar niyyətə, yəni gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması məqsədilə təşkil edilmiş həmin avtomaşınların gömrük postuna növbəlilik qaydasında buraxılmasına və bunun təmini üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Təqsirləndirilən şəxs2 tərəfindən alınmaqla saxlanıb növbəliliyə riayət etməklə həmin nəqliyyat vasitəsi sahibinə təqdim edilməsinə uyğun olaraq, məsləhət və məlumatları ilə yardım etməklə, habelə pul vəsaitinin əldə edilib ona sahiblik edərək vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etməyi qabaqcadan vəd etməklə sonuncuların qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri ümumi himayədarlıq və bilə-bilə qanunsuz hərəkətə, yəni gömrük nəzarəti zonalarında avtonəqliyyat vasitələrinin gömrük postuna növbəlilik qaydalarına əməl etmədən, sürücülər arasında qeyribərabərlik yaradaraq, onlar üzərində üstünlüklərini nümayiş etdirməklə buraxılmasına görə “DAF” markalı **-TF-***/ **-ZF-*** dövlət qeydiyyat nömrəli yük nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 x xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin dayanacağına ilkin olaraq gəlib qeydiyyata düşməsinə və bununla əlaqədar onun idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs2 tərəfindən alınıb saxlanılmasına baxmayaraq, x xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 sonra həmin dayanacağa gəlməklə qeydiyyata düşmüş və idarə etdikləri nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri Təqsirləndirilən şəxs2 tərəfindən alınmaqla saxlanılan Azərbaycan Respublikasının vətəndaşları “Mercedes-Benz” markalı **-EF-***/**-ZG-*** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid1 Heyatxan oğlu və “DAF” markalı **-BD-***/**-ZA- *** dövlət qeydiyyat nömrəli yük maşınının sürücüsü Şahid2 x xxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində həmin şöbənin qeyd edilən qəsəbədə yerləşən inzibati binasında onların hər birindən 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat maddi nemət olan pulu özü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla rüşvət qismində istəyib, onların razılığını alıb, bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verməklə sonuncu tərəfindən Şahid1 və Şahid2 idarə etdikləri həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri özünə təqdim edildikdən sonra həmin şəhadətnamələri Şahid1 və Şahid2 şəxsən qaytarıb həmin niyyətlə, Şahid1 onun özü və Şahid2 görə cəmi 200 (iki yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini özü və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla rüşvət qismində alıb, Şahid1 və Şahid2 qeyd edilən qaydada növbədənkənar gömrük postuna buraxılmalarına qəsdən şərait yaradılıb, rüşvət qismində alınan həmin 200 (iki yüz) manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün təqdim edib qeyd edilən pulu sonuncularla aralarında bölməklə, qeyd edilən niyyət üzrə həmin vəzifəli şəxslərin maddi neməti rüşvət qismində istəməklə almalarında vasitəçilik edərək həmin cinayətin törədilməsində, habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyd edilən hərəkətlərlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də dövlətin gömrük sahəsində apardığı şəffaflıq tədbirlərinin kölgədə qoyulmasına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, habelə fiziki şəxs Zərərçəkmiş şəxs1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən “Azərterminalkompleks” Birliyinin “Samur” terminalında şöbə rəisinin müavini, 2019-cu ilin noyabr ayının sonlarından terminalda şöbə rəisi vəzifəsini müvəqqəti icra etmiş, xx xxxx 2020-ci ildə işdən azad edilmişdir. “Azərterminalkompleks” Birliyinin “Samur” terminalında işlədiyi zaman işi əsasən növbəlik qaydasında yük daşıyan nəqliyyat vasitələrinin dayanacağa buraxılması, həmin nəqliyyat vasitələrinin dayanacağa daxil olma vaxtlarının qeydiyyata alınması və digər işlərdən ibarət olmuşdur. Belə ki, yük avtomaşınları terminala gəldiyi vaxt sürücülər müvafiq sənədləri inzibati otağa yaxınlaşıb təqdim edir, isnpektor həmin sənədlərdə olan məlumatları kompüterdə “VAİS” proqramı vasitəsilə daxil edir və sürücüyə növbəsi ilə əlaqədar müvafiq qəbz verilir, bundan sonra növbəlik əsasında həmin nəqliyyat vasitələrinin gömrük zonasına buraxılmasını təmin edilir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında terminalın qeydiyyat otağında olarkən Şimal Ərazi Baş Gömrük idarəsi “Samur" gömrük postunda texnik vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 xidməti otağa gələrək iki yük nəqliyyat vasitəsinin sürücüsünün ona müraciət etdiklərini, yük nəqliyyat vasitələrinin soyuducu sistemlərinin işləmədiyini, bu səbəbdən daşıdıqları pomidor məhsulunun xarab olma təhlükəsi ilə üzləşdiklərini söylədiklərini və gömrük zonasına növbədənkənar daxil olmalarına şərait yaradılmasını xahiş etdiklərini bildirmişdir. O da Təqsirləndirilən şəxs3 sürücülərin doğru danışıb-danışmadıqlarını dəqiqləşdirmək üçün onların idarə etdiyi yük nəqliyyat vasitəsinin soyuducu sisteminə baxış keçirməsini xahiş etmiş, Robert maşınlara baxış keçirdikdən sonra xidməti otağa gələrək həqiqətən sözügedən yük nəqliyyat vasitələrinin soyuducu sistemlərinin işləmədiyini təsdiq etmişdir. Bu zaman “Azərterminalkompleks” X5 zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsinin inspektoru, gömrük xidməti kiçik leytenantı Təqsirləndirilən şəxs2 da xidməti otaqda olmuşdur. Bundan sonra özü Orxana Abdulova həmin maşınların texniki pasportlarını Robertə verməsini tapşırmışdır. Robert hər iki maşının texniki pasportunu Orxandan aldıqdan sonra otaqdan çıxmış, bundan təqribən 20-25 dəqiqə sonra Robert yenidən otağa gələrək sürücülərdən birinin ona 200 manat pul verdiyini bildirmiş, o, Robertə həmin 200 manatı aparıb sürücüyə qaytamasını tapşırmışdır. Robert pulu sürücüyə qaytarmaq üçün otaqdan çıxmış, lakin, təqribən 10-15 dəqiqə sonra otağa qayıdaraq həmin sürücünü tapa bilmədiyini, avtomaşınların artıq getdiyini bildirmiş və həmin 200 manat pulu masanın üstünə qoymuşdur. Özü də Robertin masanın üstünə qoyduğu 200 manatı, yəni 2 ədəd 100 manatlıq əskinası götürüb xidməti iş üzrə alınan xidmət haqqı məbləğlərinin saxlanıldığı kassaya qoyub, oradan 40 (qırx) manat götürüb Robertə vermişdir. Qalan 160 manat isə kassada qalmışdır. Həmin iş gününün sonunda xidmət haqqı məbləğləri sayılarkən artıq qalan 160 (bir yüz altmış) manatı həmkarı Təqsirləndirilən şəxs2la hər birinə 80 (səksən) manat olmaqla aralarında bölmüşlər. Hazırda əməlindən səmimi ojlaraq peşimandır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2016-cı il tarixdən “Azərterminalkompleks” Birliyinin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsində inspektor vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Həmin vəzifəsində işlədiyi zaman Rusiya Federasiyasına yük aparan yük nəqliyyat vasitələrinin Samur şöbəsində dayanacağa daxil olma və tərk etmə vaxtlarını “VAİS” proqramında qeydə almaq, xidmət haqqı məbləğlərinin qəbulunu həyata keçirmək və avtonəqliyyat vasitələrinin çox olduğu zaman onların növbəliyini təşkil etməklə çıxış üçün sıra nömrələri verməkdən ibarət olmuşdur. Belə ki, həmin vəzifədə işlədiyi dövrdə, yük nəqliyyat vasitələrini sayı çox olduğu zaman nəqliyyat vasitələrini hissə-hissə növbəlik əsasında gömrük zonasına buraxılmasını təmin etmək üçün həmin növbəlik onlar tərəfindən təşkil olunur. Belə ki, yük nəqliyyat vasitəsinin sürücüsü dayanacağa daxil olduğu zaman müvafiq sənədləri ona təqdim edir, özü də həmin sürücüyə sıra nömrəsi təqdim edir. Beləliklə nəqliyyat vasitələrinin növbəliyi təşkil edilir. Gömrük zonasında olan nəqliyyat vasitələri yola salındıqdan sonra onlara müəyyən sayda nəqliyyat vasitələrinin buraxılmağı tapşırılır, onlar da sürücülərə verilmiş həmin sıra nömrləri əsasında sürücülərin dayanacaqdan Gömrük zonasına buraxılmalarını təmin edirlər. Həmin növbəlik şifahi tapşırıq əsasında həyata keçirilir, yəni özü həmin vəzifədə işləməyə başladığı vaxtdan yük nəqliyyat vasitələrinin növbəliyi dediyi qaydada təşkil edilmişdir. xx.xx.2020-ci il saat 09:00-dan xx.xx.2020-ci il saat 09:00-dək “Samur” terminalında növbədə olmuşdur. x xxxx 2020-ci il tarixdə gecə saat 02.00 radələrində işdə olarkən Şimal Ərazi Baş Gömrük idarəsinin "Samur" gömrük postunda texnik vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 xidməti otağına gələrək "Azərterminalkompleks" X5 zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs1 bildirmişdir ki, iki yük nəqliyyat vasitəsi sürücüsünün ona yaxinlaşaraq, yük nəqliyyat vasitələrinin soyuducu sistemlərinin işləmədiyini, bu səbəbdən Rusiya Federasiyasına apardıqları pomidor məhsulunun xarab olma təhlükəsi ilə üzləşdiklərini və gömrük zonasına növbədənkənar daxil olmalarına şərait yaradılmasını xahiş ediblər. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 sürücülərin doğru danışıb-danışmadıqlarını dəqiqləşdirmək üçün idarə etdikləri yük nəqliyyat vasitələrinin soyuducu sisteminə baxış keçirməsini tapşırmışdır. 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 yenidən otağa- Təqsirləndirilən şəxs1 yanına gələrək sözügedən yük nəqliyyat vasitələrinin soyuducu sistemlərinin həqiqətən nasaz olduğunu təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 sürücülərin xahişini nəzərə alaraq daşıdıqları məhsulun xarab olmaması üçün həmin yük nəqliyyat vasitələrinin gömrük zonasına növbədənkənar daxil olmalarına göstəriş vermişdir. Təqsirləndirilən şəxs3 da sözügedən yük nəqliyyat vasitələrinin sənədlərini ondan götürərək sürücülərin yanına getmişdir. Bundan sonra o, yenə öz işinə davam etmişdir. Səhəri gün işdən çıxıb evə gələrkən məlumatı olmuşdur ki, 3-x xxxx 2020-ci il tarixdə növbədə olarkən sürücülərin biri Komitəyə barələrində şikayət etmişdir. Təqsirləndirilən şəxs1 həqiqətən də onunla birlikdə eyni iş otağlında otursa da həmin gün Robertin iş otağında rəis müavini Təqsirləndirilən şəxs1 sürücülərin ona 200 manat pul verdiklərini bildirməsi və həmin vəsaiti ona təqdim etməsi barədə məlumatı olmayıb. Bu barədə növbədən çıxıb gedəndən sonra təkrarən Şimal Ərazi Baş Gömrük idarəsinə dəvət edilərkən bilmişdir. Sürücülərin Robertə verdikləri puldan Yusif və ya başqa şəxs ona pul verilməmiş, özü də heç bir yük nəqliyyat vasitəsinin sürücüsündən pul almamışdır. Şimal Ərazi Baş Baş Gömrük idarəsinin "Samur" şöbəsində ilkin izahatı alınarkən Əməliyyat və Təhqiqat şöbəsində ona narahat olmaması, sürücünün dediyi kimi izahat verməyinə göstəriş verildiyindən, həmçinin Yusif məsələnin orada həll ediləcəyini bildirdiyindən o, izahatında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 izahatlarına uyğun, yəni sürücülərin gömrük zonasına növbədənkənar daxil olmaları müqabilində Təqsirləndirilən şəxs3 verdikləri 200,0 manat puldan 40 manatını Təqsirləndirilən şəxs1 Robertə verməsi, qalan 160,0 manat pulu isə Təqsirləndirilən şəxs1la aralarında bölmələri barədə izahat vermiş, habelə Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə də həmin izahatı təkzib etməmək üçün ona uyğun izahat vermişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən 2020-ci ilin iyun ayınadək Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur terminalında texniki işçi vəzifəsində işləmişdir. Həmin vəzifədə işlədiyi zaman faktiki olaraq şöbənin rəisi Təqsirləndirilən şəxs1 tapşırığına əsasən işi terminala daxil olan və tərk edən nəqliyyat vasitələrinin növbəli şəkildə buraxılışının təmin edilməsindən ibarət olmuşdur. Belə ki, yük avtomaşınları terminala gəldiyi vaxt sürücülər müvafiq sənədləri “Azərterminalkompleks” Birliyinin Samur terminalın inzibati otağına yaxınlaıb xüsusi pəncərədən təqdim etmişlər, isnpektor (Orxan müəllim) həmin sənədləri qəbul edib kompüterə daxil etmiş və sürücüyə növbəsi ilə əlaqədar müvafiq qəbz verilmişdir. Bundan sonra növbə çatanda Yusif və ya Orxan müəllim növbə əsasında müəyyən sayda yük avtomaşınlarının buraxılmasını ona tapşırmış, özü də sürücülərə verilmiş sıra nömrələri əsasında onlara növbələrinin çatdığını bildirmiş, sürücülər də bir daha sıra nömrələrini inzibati otağa göstərib gömrük zonasına daxil olmuşlar. x xxxx 2020-ci il tarixdə saat 02:00 radələrində “Samur” gömrük postunda işdə olarkən iki yük nəqliyyat vasitəsinin sürücüsü yaxınlaşaraq Rusiya Federasiyasına pomidor məhsulu apardıqlarını və idarə etdikləri avtomobillərin soyuducu sistemlərinin işləmədiyi səbəbindən daşıdıqları məhsulun xarab olma təhlükəsi olduğunu bildirərək Rusiya Federasiyasına qısa zaman ərzində yola düşmələri üçün terminalın ərazisindən növbədənkənar buraxılmalarına köməklik göstərməyi xahiş etmişlər. Bundan sonra özü “Azarterminalkompleks" X5 zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs1 xidməti otağına gedərək sürücülərin xahişi barədə sonuncuya məlumat vermişdir. Təqsirləndirilən şəxs1 sürücülərin söylədiklərinin doğru olubolmadığını öyrənmək məqsədi ilə yük nəqliyyat vasitələrinin soyuducu sisteminə baxış keçirməsini ona tapşırmış, özü də tapşırığı yerinə yetirmək üçün sürücülərlə birlikdə onların idarə etdikləri yük nəqliyyat vasitələrinə yaxınlaşmışdır. Sözügedən sürücülər ona yük nəqliyyat vasitələrinin soyuducu sisteminə aid olan sökülmüş ehtiyat hissəsi göstərdikdən sonra özü Təqsirləndirilən şəxs1 xidməti otağına gedib, həqiqətən yük nəqliyyat vasitələrinin soyuducu sistemlərinin nasaz olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sözügedən yük nəqliyyat vasitələrinin terminalın ərazisindən növbədənkənar buraxılmasına icazə verərək həmin otaqda oturan inspektor Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin sənədlərini götürüb ona vermiş, o da sürücülərin yanına gedib sənədləri sürücülərə qaytarmışdır. Bundan sonra həmin sürücülərdən biri ona yaxınlaşaraq əynindəki şalvarın cibinə pul qoymuş və çox sağ ol deyib getmişdir. Bunun ardınca, özü işinə davam etmiş, 30 dəqiqə sonra terminalın otağına qayıtmış və cibindəki pulu yoxladıqda həmin pulun 200 (iki yüz) manat olduğunu görmşüdür. Pulu götürüb Təqsirləndirilən şəxs1 yanına gedib bu barədə sonuncuya məlumat vermişdir. Təqsirləndirilən şəxs1 pulu sürücüyə qaytarmağı tapşırmış, o da terminala geri qayıdıb terminalın ərazisinə baxmış, lakin sürücüləri orda tapmadığından yenidən Təqsirləndirilən şəxs1 yanına qayıdaraq sürücülərin getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt qeydiyyat otağında Təqsirləndirilən şəxs2 yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 sözügedən 200 (iki yüz) manatı ondan götürərək 40 (qırx) manatı ona qaytarmış, qalan pulu isə hər birinə 80 (səksən) manat olmaqla Təqsirləndirilən şəxs2la aralarında böləcəyini bildirmişdir. Həmin vaxt Orxanın özü də otaqda olmuşdur. Daha sonra o, otaqdan çıxıb işini görmək üçün terminalın ərazisinə getmişdir. Özü heç bir nəqliyyat vasitəsinin sürücüsü ilə terminaldan növbədənkənar keçmələri qarşılığında pul barədə söhbətlər aparmamış, heç bir sürücüdən pul istəməmiş, həmin sürücülər mütəmadi olaraq terminaldan keçərək xarici ölkələrə yük daşıdıqlarına görə, onların çoxunu üzdən tanımış və münasibətləri yaranmışdır. Bu səbəbdən də onlara köməklik etmək istəmiş, iki yük nəqliyyat vasitəsinin terminaldan növbədənkənar buraxılmasına köməklik göstərdiyi üçün sürücülərdən biri zorla onun cibinə pul qoyaraq təşəkkür etmiş, o, həmin pulun bir iki manat çay pulu olduğunu düşünmüş, ona pul verilərkən ilk dəfə belə bir halla rastlaşdığına görə özünü itirmiş və özündən asılı olmayaraq pulu qəbul etmişdir. Hazırda əməlindən səmimi olaraq peşimandır. İttiham olunduqları cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi aşağıda şərh olunanlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayından müqavilə əsasında idarə etdiyi “DAF” markalı **-TF-***/ **-ZF-*** nömrə nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikasından xarici ölkələrə, yəni Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan Respublikasına yük daşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2020ci il tarixdə Bakı şəhərinin Zirə kəndində “pomidor” yükünü götürüb, xx.xx.2020-ci ildə idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasına aparmaq üçün yola düşmüşdür. Həmin gün sürücü kimi tanıdığı Şahid1 Həyətxan oğlu da idarə etdiyi “Mercedes Benz” markalı, **-EF-***/**-ZG-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Rusiya Federasiyasına yük aparmışdır. Bakı şəhərindən Rəşadla eyni vaxtda çıxsalar da, Rəşadın idarə etdiyi avtomobilin soyuducu sistemində nasazlıq yarandığından, sonuncu soyuducunu təmir etdirmək üçün yubanmışdır. Xaçmaz şəhərinə çatdıqdan təqribən bir saat sonra Şahid1 idarə etdiyi yük avtomobili ilə həmin şəhərə çatmışdır. Özü Xaçmaz şəhərində yükünün sənədlərini götürüb yoluna davam etmiş, lakin Rəşad həmin vaxt idarə etdiyi avtomobildə olan “pomidor” yükünün sənədlərini gözlədiyi üçün, Xaçmaz şəhərində qalmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20:00-20:30 radələrində “Samur” terminalının yaxınlığında növbədə olan yük avtomobillərinin olduğu dayanacağa çataraq nəqliyyat vasitəsinin texniki pasportunu inzibati binanın pəncərəsindən gömrük işçisinə təqdim etmiş, gömrük işçisi də növbədə olduğuna dair sıra nömrəsi vermişdir. Belə ki, nəqliyyat vasitələri çox olduğu zaman, həmin terminala sürücülər çatdıqda yük sənədləri və nəqliyyat vasitəsinin texniki pasportu gömrük işçisinə təqdim edilir, texniki pasport gömrük işçisində saxlanılır və sürücüyə müvafiq növbə ilə əlaqədar sıra nömrəsi verilir. Sonradan gömrük postuna getmək üçün növbə çatdıqda sürücüyə bu barədə bildirilir, sürücü həmin nömrəni pəncərəyə təqdim etməklə texniki pasport qaytarılır və sürücü gömrük postuna yola düşür. Həmin gün, 21:30- 22:00 radələrində, yəni ondan 1-2 saat sonra Rəşad da idarə etdiyi yük avtomobili ilə həmin dayanacağa gəlmiş və özü üçün sıra nömrəsi götürmüşdür. Bir qədər keçdikdən sonra isə Rəşadla danışmış, sonuncu özü üçün sıra nömrəsi götürdüyünü və istirahət etmək üçün idarə etdiyi yük avtomobilinə gedəcəyini bildirmişdir. Gecəni yatıb dincəldikdən sonra, növbəti gün saat 09:00-10:00 radələrində Rəşada zəng edib harada olduğunu soruşduqda, sonuncu gecə saat 04.00 radələrində “Samur” gömrük postundan Rusiya Federasiyası tərəfə keçdiyini və hazırda Dağıstan Gömrük postunda yoxlamadan keçdiyini bildirmişdir. Rəşadın ondan sonra terminala gəldiyi və ondan sonra sıra nömrəsi götürdüyü halda ondan əvvəl növbədənkənar keçib getməyinin səbəbini soruşanda, Rəşad gecə saatlarında terminalda Robert adlı texniki işçiyə 100 manat verdiyini və növbədən kənar keçərək Rusiya Federasiyasına getdiyini, həmçinin onunla birlikdə “DAF” markalı **-BD-***/**-ZA-*** markalı yük avtomobilinin sürücüsünün də həmin işçiyə 100 manat verib növbədənkənar keçdiyini bildirmişdir. Rəşaddan onun adından da həmin Gömrük işçisi ilə əlaqə saxlamasını, onun da növbədənkənar keçməsinə köməklik etməsini xahiş etdikdə Rəşad “watsapp” telefon proqramı vasitəsilə zəng edib həmin işçinin hazırda xatırlamadığı nömrəsini ona verərək özünün danışmasını məsləhət görmüşdür. Lakin özü Rəşadın verdiyi telefon nömrəsinə zəng etməmiş, buna baxmayaraq özü və digər sürücülərə qarşı olan haqsızlıqla bağlı Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək gömrük əməkdaşları barədə tədbir görülməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyini əhali arasında nüfuzdan salıb, vətəndaşların qarşısında etimadsızlığına, eləcə də dövlətin gömrük sahəsində apardığı şəffaflıq tədbirlərinin kölgədə qoyulmasına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mənəvi ziyan vurulsa da, Birliyə hər hansı maddi ziyan vurulmamışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu il tarixdən müqavilə əsasında “Mercedes-Benz” markalı **-EF-***/**-ZG-*** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından xarici ölkələrə, yəni Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan Respublikasına meyvə-tərəvəz yükünün daşınması fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə idarə etdiyi yük avtomobilini pomidor yükü ilə yüklədikdən sonra “Samur” gömrük postu istiqamətində yola düşmüşdür. Həmin yükü Rusiya Federasiyasına aparmalı idi. Günorta saatlarında Xaçmaz şəhərinə Gömrük idarəsinə çatmış və orda digər yük avtomaşının sürücüsü Zərərçəkmiş şəxs1la görüşmüşdür. Ceyhun da Rusiya Federasiyasına meyvə-tərəvəz aparmış, Ceyhun ondan əvvəl çatdığı üçün bir neçə saat əvvəl Xaçmaz şəhərindən “Samur” gömrük postu istiqamətində yola düşmüşdür. Özü də sənədləşməni yekunlaşdırdıqdan sonra “Samur” gömrük postuna yola düşmüş, saat 22.00 radələrində postun yaxınlığında növbədə olan yük avtomobillərinin olduğu dayanacağa çatmış və həmin dayanacaqda olan inzibati binanın pəncərəsinə yaxınlaşıb növbəni götürmüşdür. Ceyhun isə növbəni ondan əvvəl götürmüşdür. Həmin vaxt nəqliyyat vasitələrin sayı çox olmuş, özünün idarə etdiyi avtonəqliyyat vasitəsinin soyuducu sistemində nasazlıq olduğundan bir müddət sonra həmin dayanacaqda işləyən Robert adlı texniki işçiyə nəqliyyat vasitəsinin soyuducu sistemində nasazlıq olduğunu, malın xarab olmaması üçün növbədənkənar Gömrük postuna buraxılmasını xahiş etmişdir. Robert həmin terminalda nəqliyyat vasitələrinin növbəsi çatdıqca, bu barədə sürücülərə məlumat verməklə, növbəliyi təmin edilməsi ilə məşğul olmuşdur. Bu barədə Robertə bildirdikdə, sonuncu 100 manat müqadilində növbədənkənar Gömrük postuna buraxılmasını təmin edə biləcəyini bildirmişdir. Həmçinin həmin vaxt sürücü kimi tanıdığı Vüsal da idarə etdiyi **-BD-***/**-ZA-*** nömrli nəqliyyat vasitəsi ilə həmin terminalda olmuş, sonuncu da Gömrük postuna getmək üçün növbə gözləmişdir. Vüsal malın çatdırılması ilə bağlı yubandığını, imkan olarsa növbədənkənar keçmək istədiyini bildirmişdir. Bundan sonra Vüsal ona 100 manat pulu vermiş, özü də üstünə əlavə 100 manat qoyub həmin dayanacağın içərisində cəmi 200 manat pulu xx.xx.2020-ci il tarixdə gecə saatlarında Robertə vermişdir. Bundan bir neçə saat sonra isə Robert onun özünün və Vüsalın nəqliyyat vasitələrinin texniki pasportlarını qaytarmış və onlar xx.xx.2020-ci il tarixdə 04.00 radələrində Gömrük postu istiqamətində yola düşmüşlər. Avtonəqliyyat vasitəsinin soyuducu sistemində nasazlıq olduğuna görə, malın xarab olmaması üçün məcbur olub, növbədənkənar buraxılması üçün gömrük işçisinə 100 manat pul vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayından müqavilə əsasında “Daf” markalı **-BD-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikasından xarici ölkələrə meyvə-tərəvəz yükünün daşınması fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə idarə etdiyi yük avtomobilini pomidor yükü ilə yüklədikdən sonra “Samur” gömrük postu istiqamətində yola düşmüşdür. Həmin yükü Rusiya Federasiyasına aparmalı idi. Həmin gün axşam, saat 22.00 radələrində “Samur” gömrük postunun yaxınlığında növbədə olan yük avtomobillərinin olduğu dayanacağa çatmış və dayanacaqda olan inzibati binanın pəncərəsinə yaxınlaşıb növbə götürmüşdür. Həmin vaxt sürücü kimi tanıdığı “Mercedes- Benz” markalı **-EF-***/**-ZG-*** nömrə nişanlı yük avtomobilinin sürücüsü Rəşad da həmin dayanacaqda olmuş və Rəşad ondan əvvəl növbə götürmüşdür. Həmin vaxt nəqliyyat vasitələrin sayı çox idi, Rəşadın idarə etdiyi avtonəqliyyat vasitəsinin soyuducu sistemində isə nasazlıq olmuşdur. Bir müddət sonra Rəşad avtomaşınında olan yükün xarab olmaması üçün, həmin dayanacaqda işləyən bir texniki işçi ilə razılaşdığını, həmin işçi 100 manat müqabilində onu növbədənkənar Gömrük postuna buraxılmasını təmin edəcəyini bildirmişdir. Həmin işçini özü şəxsən tanımır. Həmin vaxt özü də malın çatdırılmasına yubandığına görə, Rəşaddan xahiş etmişdir ki, onu da gömrük postuna növbədənkənar buraxılmasını həmin işçidən xahiş etsin və 100 manat pulu Rəşada vermişdir. Bundan bir neçə saat sonra onlar növbədənkənar, yəni xx.xx.2020-ci il tarixdə 04.00 radələrində Gömrük postu istiqamətində yola düşmüşlər. Cinayət işinin 1-ci cildinin 236-238-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında aparılan üzləşmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, yük nəqliyyat vasitələrininin növbədənkənar buraxılmağına icazə verdildikdən sonra sürücülərdən birinin ona yaxınlaşaraq əynindəki şalvarın cibinə pul qoymuş, özü pulun 200 manat olduğunu bildikdən sonra həmin pulu götürüb Təqsirləndirilən şəxs1 yanına getmiş və bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs1 pulu sürücüyə qaytarmağı tapşırmış, özü terminala geri qayıtdıqda terminalın ərazisinə sürücüləri tapmamış və yenidən Təqsirləndirilən şəxs1 yanına qayıdaraq sürücülərin getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt qeydiyyat otağında Təqsirləndirilən şəxs2 yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 sözügedən 200 (iki yüz) manatı ondan götürərək, sürücülər tərəfindən ödənilən dayanacaq rüsumları yığılan Orxan Abdunovun oturduğu masanın üstündə yerləşən kassaya qoymuş və həmin kassadan 40 (qırx) manat pul götürüb ona qaytarmış, qalan pulu isə hər birinə 80 (səksən) manat olmaqla Təqsirləndirilən şəxs2la aralarında böləcəyini demişdir. Daha sonra özü otaqdan çıxıb, işini görmək üçün terminalın ərazisinə getmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 sürücülərin Robertə 200 manat pul vermələri, Robertin Yusifə sürücülərin ona 200 manat verməsi barədə deməsi və həmin pulun Yusifə təqdim etməsi, Yusif həmin pulun kassaya qoyub ordan 40 manat götürüb Robertə verməsi barədə məlumatı olmadığını bildirsə də, sürücülər tərəfindən ödənilən dayanacaq rüsumları yığılan kassa adlandırdıqları plastmas qabın həqiqətəndə onun oturduğu masanın üstündə olduğunu təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 239-241-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında aparılan üzləşmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, yük nəqliyyat vasitələrininin soyuducularının işləməməsi barədə Robert bildirdiyinə görə həmin nəqliyyat vasitələrinin növbədənkənar buraxılmağına icazə verdikdən sonra, Robert otağa gələrək sürücülərdən birinin ona 200 manat pul verdiyini bildirmişdir. Bundan sonra özü Robertə həmin 200 manatı aparıb sürücüyə qaytamağını tapşırmış, lakin, 10-15 dəqiqə sonra Robert otağa qayıdaraq həmin sürücünü tapa bilmədiyini, maşınların artıq getdiyini bildirmişdir. Bundan sonra Robert 200 manatı masanın üstünə qoymuş, özü də həmin pulu, yəni 2 ədəd 100 manatlıq əskinası götürüb xidməti iş üzrə alınan xidmət haqqı məbləğlərinin saxlanıldığı kassaya qoymuş və oradan 40 (qırx) manat götürüb Robertə vermişdir. Qalan 160 manat isə kassada qalmışdır. Yuxarıda göstərdiyi hadisə baş verərkən Təqsirləndirilən şəxs2 da xidməti otaqda olmuşdur. Elə həmin iş gününün sonunda xidmət haqqı məbləğləri sayılarkən artıq qalan 160 (bir yüz altmış) manatı həmkarı Təqsirləndirilən şəxs2la hər birinə 80 (səksən) manat çatmaqla aralarında bölmüşlər. Hazırda Orxan ifadəsində bunları niyə görə təkzib etdiyini izah edə bilmir. Cinayət işinin 1-ci cildinin 271-273-cü vərəqlərində olan protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs3 arasında aparılan üzləşmə zamanı Şahid1 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir ki, həqiqətən də onun idarə etdiyi yük nəqliyyat vasitəsinin soyuducusu nasaz olduğuna görə özü, qarşısında oturan Robertdən onu növbədənkənar Gömrük postuna buraxılmağına köməklik etməyini xahiş etmişdir, Robert isə 100 manat müqadilində növbədənkənar Gömrük postuna buraxılmasını təmin edə biləcəyini bildirmişdir. Özünün idarə etdiyi avtonəqliyyat vasitəsinin soyuducu sistemində nasazlıq olduğuna görə, malın xarab olmaması üçün məcbur olub, növbədənkənar buraxılması üçün Robertə 100 manat pul verməyinə razılıq vermişdir. Həmçinin həmin vaxt onunla birlikdə sürücü kimi tanıdığı Vüsal adlı sürücü də yükün çatdırılması ilə bağlı yubandığını, imkan olarsa o da növbədənkənar keçmək istədiyini bildirmişdir. Bundan sonra Vüsal ona 100 manat pulu vermiş, özü də üstünə əlavə 100 manat pul qoyub həmin dayanacağın içərisində cəmi 200 manat pulu xx.xx.2020-ci il tarixdə gecə saatlarında Robertə vermişdir.Həmin pulu Robertin istəyi ilə ona vermişdir. Həmin vaxt Vüsalın idarə etdiyi yük avtomaşının soyuducunda nasazlıq olmasını xatırlamır, bildiyinə görə Vüsal malın təhvil verilməsinə yubandığına görə gömrük postuna tez getmək istəmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs3 yük nəqliyyat vasitələrinin sürücülərinin növbədənkənar buraxılması üçün əvvəlcədən pul istəmədiyini bildirsə də, nəqliyyat vasitələrinin tez keçmələrini təmin etdikdən sonra sürücünün ona verdiyi pul vəsaitini götürdüyünü etiraf edmişdir. Cinayət işinin 1-ci cildinin 185-190 və 251-259-cu vərəqlərində olan sənədlərdən görünür ki, “DAF” markalı **-TF-***/ **-ZF-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 ilkin olaraq xx.xx.2020-ci il tarixdə saat 20.00 radələrində, “Mercedes-Benz” markalı **-EF-***/**-ZG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Şahid1 Heyatxan oğlu və “DAF” markalı **-BD-***/**-ZA-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Şahid2 isə sonradan, yəni xx.xx.2020-ci il tarixdə saat 22.00 radələrində Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin dayanacağına çatıb qeydiyyata düşmüşlər. Cinayət işinin 1-ci cildinin 79-81 və 112-ci vərəqlərində olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “DAF” markalı **-TF-***/ **-ZF-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə saat 10.11 radələrində sarhəddən keçməsinə baxmayaraq, Şahid1 Heyatxan oğlu idarə etdiyi “Mercedes-Benz” markalı **-EF-***/**-ZG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə saat 04.45 radələrində, Şahid2 idarə etdiyi “DAF” markalı **-BD-***/**-ZA-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə saat 04.39 radələrində, yəni Zərərçəkmiş şəxs1 əvvəl Gömrük postundan keçərək Azərbaycan Respublikasının sərhədini “Samur” sərhəd nəzarət məntəqəsindən Rusiya Federasiyası istiqamətində tərk etmişlər. Cinayət işinin 1-ci cildinin 153, 282, 121-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 “Azərternminalkompleks” birliyinin direktorunun x xxxxxxxx 2018-ci il tarixli 182/525Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Həmçinin “Azərterminalkompleks” Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Samur şöbəsinin rəisi olmadığından, şöbə rəisi vəzifəsinin müvəqqəti icrası 12 nöyabr 2019-cu il tarixdən Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. xx xxxx 2020-ci il tarixdə isə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 121 və 151-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 “Azərternminalkompleks” birliyinin direktorunun xx xxxxxx 2016-cı il tarixli 182/749Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X5 Zonalarında Dayanacaq Xidməti işinin təşkili üzrə Samur şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 114-115-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 x xxxxxx 2017-ci il tarixli 160/018Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin X6 soyuducu kameralarını işlətmək üçün ştatdan kənar texniki vəzifəsinə təyin edilmiş, xx xxxx 2020-ci il tarixdə isə işdən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 112 və 275-ci vərəqlərində olan “Azərterminalkompleks” Birliyinin xx.xx.2020-ci il tarixli və Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli məktublarında qeyd olunmuşdur ki, Gömrük nəzarəti zonalarında dayanacaq xidmətinin təşkili üzrə Samur şöbəsinin fəaliyyəti “Azərterminalkompleks” Birliyinin xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əsasnaməsi əsasında həyata keçirilir. Samur şöbəsinin dayanacaq terminalında maşın sıxlığı baş verərkən fərdi qaydada növbə üçün rəqəmlər verilir. Dayanacaq ərazisinə daxil olan yük nəqliyyat vasitələrinin qeydiyyata alınması və saxlanması xidmətinə nəzarəti həmin şöbənin rəisi və gündəlik növbə üzrə xidmətdə olan inspektoru tərəfindən həyata keçirilir. Cinayət işinin 1-ci cildinin 276-281-ci vərəqlərində olan “Azərterminalkompleks” Birliyinin direktorunun xx xxxxxx 2016-cı il tarixli 107 nömrəli sərəncamı ilə təsdiq edilmiş həmin Birliyin Gömrük nəzarət zonalarında dayanacaq xidməti işinin təşkili üzrə Samur şöbəsi haqqında Əsasnaməyədən görünür ki, Şöbənin fəaliyyət istiqamətləri gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin, o cümlədən yüngül minik avtimobillərinin saxlanmasının təşkil edilməsi olmaqla, şöbənin rəisinin vəzifələri gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi üzrə şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsində şəxsən məsuliyyət daşımaq, şöbəyə ümumi rəhbərliyi həyata keçirmək, şöbə əməkdaşları arasında vəzifə bölgüsü aparmaq, şöbə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən, gömrük işini nizama salan qanunvericilik və digər normativ və hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək və digər səlahiyyətlərdən, şöbənin inspektoru isə gömrük nəzarəti zonalarının dayanacaqlarında gömrük sərhədlərindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətinin təşkil edilməsi üzrə Birlik tərəfindən verilən əmr, sərəncam və tapşırıqları yerinə yetirmək, idxal və ixrac yüklü nəqliyyat vasitələrinin gömrük nəzarət zonalarının dayanacaqlarında gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin saxlanması xidmətlərini həyata keçirmək, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələri tərəfindən dayanacaqdan istifadəyə görə xidmət üçün xidmət haqqı müvafiq qaydada daşıyıcı və ya mallara dair səlahiyətli şəxslər tərəfindən mədaxil qəbzi əsasında ödənişi həyata keçirmək və digər səlahiyyətlərdən ibarətdir. Cinayət işinin 2-ci cildinin 1-7 vərəqlərində olan “xxxx” MMC tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş CD diskə və “xxxx” MMC tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrindən Şahid1 Heyatxan oğlunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında xx.xx.2020-ci il tarixdə 20.00-21.30 radələrində və xx.xx.2020-ci il tarixdə 09.30-12.00 radələrində bir neçə dəfə telefon danışıqları olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin anten məlumatlarına əsasən, sonuncu xx.xx.2020-ci il tarixdə saat 19.58 radələrində “Qusar rayonu, Samur kəndi” ərazisində olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki,”qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar” Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliklərinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətmələri cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.1 və 32.5, 311.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrlə onlara cəza təyin edilməlidir. CM-in 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 308.1-ci maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulsa da, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxslər barəsində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 55-56, 81-82 və 116-117-ci vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 89-90-cı vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 atası, anası və qardaşı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır və yaşadığı ərazidə hörmət qazanmışdır, ünsiyyətcil və nəzakətlidir, nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 91-22-cı vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qusar rayonu, Yeni Tahircal kəndində yaşayış və yaşadığı ərazidə sadə, yaşlılara qarşı hörmətlə yanaşan, xasiyyətcə sakit xarakterli olmuş, ictimai davranışda ünsiyyətdə normaldır, ailə üzvlərinə, qohumlarına, qonşularına münasibətdə yaxşıdır, ailə üzvlərinin də ona münasibəti qənaətbəxşdir, nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 93-98-cı vərəqlərində olan arayış,xasiyyətnamə və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 atası, arvadı, uşaqları, qardaşı və qardaşının arvadı ilə birlikdə ünvan 1 mənzil 18 ünvanında qeydiyyatdadır, nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Himayəsində xx.xx.2015 və xx.xx.2018 təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqində olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etmələri, əvvəllər məhkum olunmamaları, yaşayış yeri üzrə müsbət xarakterizə olmaları CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Himayəsində iki nəfər azyaşılı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilmələri CM-nin 61.1.3-cü maddəsinə əsasən hər üç təqsirləndirilən şəxsə münasibətdə cəzanı ağırlaşıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, yuxarıda sadalanan yüngülləşdirici hallarla yanaşı zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsləri və ailələrini ciddi məhrumiyyətlərə düçar edər, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə hər üç təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təqsirləndirilən şəxslər barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə məsrəfi, ziyan, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 11 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil X4 müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi X2 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 15 (on beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 90 (doxsan) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün 90 (doxsan) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 311.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 311.3.1-ci maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 311.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 311.3.1-ci maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.1 və 32.5, 311.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.5, 308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.5, 311.3.1-ci maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs3 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 2 (iki) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün 90 (doxsan) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-682/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-682/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver