Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-682/2025 07.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 20 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2024cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq yolu ilə müəyyənləşdirilməmiş mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 5,481 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyun 2024cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 47-ci kilometrliyinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən DİN-nin BMCMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,481 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,481 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə, saat 20:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 47-ci kilometrliyinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən DİN-nin BMCMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,481 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, yeznəsinin idarə etdiyi taksi ilə Kürdəmirə gedərkən Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt onun yanında əslən Biləsuvar rayonundan olan Şahid3 adlı dostu da olmuşdur. Sonuncu da onunla birlikdə saxlanılmışdır. Onlar saxlanılarkən axşamüstü olmuş, saatı dəqiq bilməmişdir. Həmin vaxt onun üzərində heç bir qanunsuz predmet olmamışdır. O, oturduğu maşından çıxarılmış, başqa maşına əyləşdirilmiş, orada onu döymüş və polis əməkdaşları onların hər ikisini BMCMİ-nə aparmışlar. O, onu tutan şəxslərin adlarını və soyadlarını bilməmiş, həmin şəxslər birbirlərinə “müəllim, rəis və usta” kimi müraciət etmişlər. Onu həmin binanın 3-cü mərtəbəsinə qaldıraraq ona narkotik vasitə göstərib həmin maddənin ona aid olduğunu bildirmişlər. Həmin vaxt onun yanında müdafiəçi olmamış, 3-cü mərtəbədə o, döyülmüşdür. Həmin vaxt o, polis əməkdaşlarına həmin maddənin ona aid olmadığını bildirib etiraz etdikdə ona qarşı fiziki təzyiq göstərilmiş, ayağından asılmış, ayağımın altına şunurla vurulmuşdur. Nəticədə gözündən yaş gəlmiş, əli qaralmışdır. O, üzərinə götürməyəcəyini dedikdə, onun sinə nahiyəsinə yumruqla vurmuş, nəfəsi kəsilmiş və bundan sonra huşumu itirmişdir. Ozümə gələndə dözə bilməyəcəini görüb, polislərin tələb etdikləri kimi, həmin maddənin ona aid olmasına dair etiraf edici ifadələrə imza edəcəyinə söz vermişdir. Ona narkotiki adını bilmədiyi baş təhqiqatçı vermişdir. Bundan sonra idarəyə müdafiəçi dəvət olunmuş, videoçəkiliş vasitəsilə eyni vaxtda onların hər ikisinin üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl o, yan otağa salınmış, ona narkotik vasitə verilmiş və ondan həmin maddəni cibimə qoymaq tələb olunmuşdur. O da həmin narkotiki sol cibinə qoymuş, sonra üzərimə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Aqilə də onun yanında narkotik verilmiş, hər ikisi verilən narkotiki sol ciblərinə qoymuşlar. O, həmin maddəni Ramanıdan 50 manata aldığını, narkotik vasitədən 3 il ərzində istifadə etdiyini deməyi tapşırmışlar. O, qorxduğu üçün etiraf etmiş və polisin tələb etdiyi kimi ifadə vermişdir. Ona 3 qram narkotik vasitə verildiyini dediklərindən, o, həmin maddənin ona aid olması ilə bağlı ona təqdim edilmiş sənədlərə imza etmişdir. O, heç vaxt narkotik istifadəçisi olmamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də məşğul olmamış, həmin vaxtadək narkotik vasitə görməmişdir. O, fəhlə işləmiş, daş atmış, quyu qazmış, günü 15-20 manata işləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, saxlanılarkən Aqildə narkotik vasitə olmuş, o həm də, adam oğurluğunda şübhəli olmuşdur. Aqilin üzərində bir ədəd bıçaq olduğunu bilsə də, Aqilin üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən bıçaq çıxmamış, onun üzərindən yalnız narkotik çıxmışdır. Aqili də buraxmamış, o, da hazırda təcridxanada həbsdə saxlanılır. Ona qarşı edilən qanunsuzluqlar barədə heç yerə şikayət etməmiş, yalnız valideyni prokurorluğa yazılmışdır. Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, həmin vaxt yanında olan polislər onu yenidən idarəyə qaytaracaqlarını bildirmişlər. Ona görə də o, məhkəmədə narkotiki etiraf etmişdir. İstintaq Təcridxanasına aparılarkən o, xəsarətləri barədə bildirmiş, orada ona xəsarət izinin olmadığını demişlər. O, ibtidai istintaq zamanı da məhkəmədə dediyi kimi ifadə vermişdir. O, yazı yaza bilmədiyindən izahat və ifadələrini özü yazmamışdır. Onunla Aqil arasında üzləşmə olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, patı kimi tanıdığı psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsimə çəkmək yolu ilə qəbul etmişdir. 18 iyun 2024-cü il tarixdə Ramana qəsəbəsi ərazisində olan zaman təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 50 manata təxminən 5 qram patı almışdır ki, rahat vaxtı qəbul etsin, lakin qəbul etməyə vaxt tapa bilmədiyi üçün üzərində saxlamışdır. 20 iyun 2024-cü il tarixdə, saat 20:15-də dostu Aqillə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-in BCMİ-nin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Aqilin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə metamfetamin olduğunun bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onları BMCMİ-nə dəvət etmiş, onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində ona və Aqilə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra video çəkilişdən istifadə edilməklə onun və Aqilin üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə davam etdirilərkən ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyimi bildirdikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümünü, həmin şalvarın sağ yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm polis tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra ondan aşkar olunmuş psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar, həmçinin özü tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil mobil nömrəsi ilə işlək halda olduğunu bildirmiş, telefon polis tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmiş, şifahi sorğu zamanı o, üstündən aşkar edilərək polis tərəfindən götürülmüş bir ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2 gün əvvəl Ramana qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyim şəxsdən 50 manata aldığımı, şəxsi istifadəsi üçün üstümdə gəzdirməklə daşıdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol özünün və digər iştirakçılar tərəfindən imzalanmışdır(iş vərəqə: 118-120). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 işin halları ilə bağlı cinayət işinin məhkəməyədək icraatı mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib, ifadəsində göstərdi ki, 20 iyun 2024-cü il tarixdə BMCMİ-nə «Aqil» və «Nurlan» adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın dəqiqləşdirilməsi üçün ilk olaraq onların anket məlumatları dəqiqləşdirilmiş və onların hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs və bildiyi qədər barəsində cinayət işi ayrılmış Şahid3 Azad oğlu olmaları müəyyən edilmişdir. Əməliyyat tədbirinə görə yaranmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmiş, tədbirə, həmçinin əməliyyat müvəkkili Şahid2 və daha iki nəfər kiçik inspektorlar cəlb edilmişdir. Tədbirin keçirilməsi üçün əsaslar olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, adı çəkilən şəxslərin yaxalanmaları məqsədilə qərara uyğun tədbirlər görülmüş və onların Qaradağ rayonu ərazisində, Bakı-Ələt yolunun 47-ci kilometrliyində olduqları müəyyən edilmiş, həmin gün saat 20:15-də saxlanılmışlar. Şahid3 və Təqsirləndirilən şəxs şəxsiyyətləri saxlanılan yerdə bir daha müəyyənləşdirilmiş və hər ikisi onların müşayiəti altında BMCMİ-nin inzibati binasına aparılmışlar. Müvafiq sənədləşmə aparıldıqdan sonra aravşdırma BMCMİ-nin təhqiqatçısı tərəfindən davam etdirilmiş, onlar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə hər ikisinin üzərində işə buraxılmış müdafiəçilərin və onların iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl onların hər ikisinə şəxsi axtarış və videoçəkilişlə bağlı xəbərdarlıq edilmiş, onlara paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra ilk olaraq Şahid3 üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən isə bir ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Şahid3 tərəfindən təqdim olunmuş bir ədəd şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Şahid3 aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 izahat verib üstündən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefonun özünə məxsus olduğunu, lakin telefonun üzərində mobil nömrə olmadığını bildirmişdir. Təqdim olunan həmin telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa, Şahid3 üstündən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 3 gün əvvəl Xəzər rayonu, Mərdəkan qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirməklə daşıdığını, həmin maddənin üstündə olmasından başqa şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs məlumatının olmadığını bildirmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, təhqiqatçı tərəfindən eyni təklif Təqsirləndirilən şəxs verildikdə sonuncu üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bir ədəd şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülərək qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Araşdırma məqsədilə həmin telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, üstündən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2 gün əvvəl Ramana qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirməklə daşıdığını, həmin maddənin üstündə olmasından başqa şəxslərin, o cümlədən Şahid3 məlumatının olmadığını bildirmişdir. Yekunda müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və Şahid3 Azad oğlunun özləri tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımış, sonuncu onun uşaqlıq dostu olmuşdur. Saxldanıldıqları gün o, Nurlanla Kürdəmir rayonuna Nurlanın qohumunun yanına istirahətə getmək istəmiş, yolda olarkən Qaradağ postunun yanında onları saxlamış, polis əməkdaşları maşının qapısını açıb anidən onları tutub BMCMİ-nə aparmışlar. BMCMİ-nin əməkdaşlarından əvvəl yol polisi gəlmiş, sürücüdən qapıları açmağı istəmiş, sürücü də niyə açmalı olduğunu soruşduqda BMCMİ-nin əməkdaşları tökülüşmüşlər. Onlar 3-4 maşın olmuş, hər maşında 3-4 pəfər polis olmuşdur. BMCMİ-də olarkən Nurlanla onu ayrıayrı saxlamış, onu CM-nin 234.4.3-cü maddəsini etiraf etməyə və onlardan imza almaq üçün onları döyməyə başlamışlar. Onların üzərlərinə video çəkilişdən əvvəl şəxsi axtarış keçirilmiş, lakin heç nə çıxmamışdır. Lakin çəkiliş zamanı hərəyə təqribən 40-50 manat dəyərində 5 qramlıq “patını” götürmək tapşırılmış, 5 qramlıq narkotik vasitəni götürməli olduqlarını demiş, Kürdəxanıda (burada: Bakı İstintaq Təcridxanası) 6 ay, 1 il qalıb buraxılacaqlarını bildirmişlər. Odur ki, məcburiyyət qarşısında tələb olunanları qəbul etmiş, videoçəkiliş zamanı ona perilən “patı”nı tanımadığı şəxslərdən özünün istifadəsi üçün aldığımı demişdir. Məqsəd konkret olaraq onları azadlıqdan məhrum etmək olmuş, lakin səbəbini öyrənə bilməmişlər. O, bütün sənədlərə təzyiq altında oxumadan qol çəkmişdir. Belə ki, vəziyyət çox gərgin olmuş, onun yerinə ola biləcək hər kəs eyni şeyləri etməli idi. Onunla Nurlan arasında üzləşdirmə olmamışdır. Həmin sənədlər BMCMİ-də tərtib olunmuş, o, BMCMİ-dən sonra heç nəyə qol çəkməmişdir. O, CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmiş, lakin məhkəmə baxışı hələlik yekunlaşdırılmamışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, o özü heç vaxt narkotik vasitədən istifadə etməmiş, Nurlana da narkotik vasitədən istifadə etməyə imkan verməzmiş. BMCMİ-də onu da, Nurlanı da döymüşlər. Nurlanın döyülməsini gözlərilə görməsə də, onu yaxşı tanıdığından bunu hiss etmişdir. Lakin polislərdən Seymurun Nurlana narkotik vasitə verməsini gözlərilə görmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid3 verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, son bir ildə psixotrop maddə metamfetamin qəbul etmiş, həmin metamfetamini tanımadığı, təsadüfi görüşdüyü şəxslərdən alırmışdır. Sonuncu dəfə 17 iyun 2024-cü il tarixdə Mərdəkan qəsəbəsi ərazisində olan zaman təsadüfən rastlaşdığı, tanımadığı şəxsdən 40 manata təxminən 5 qram «patı» almış, rahat vaxt qəbul etmək istəmişdir. 20 iyun 2024-cü il tarixdə, saat 20:15-də dostu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində olarkən onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirərək onlardan anket məlumatlarını soruşmuş, onlar özlərini təqdim etdikdən sonra isə polis əməkdaşları onun və Muradın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişdirlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə metamfetamin olduğunun bildirmişdirlər. Bundan sonra polis əməkdaşları onları BMCMİ-ə dəvət etmiş, onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində ona və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra video çəkilişdən istifadə edilməklə onun və Nurlanın üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümünü, həmin şalvarın arxa sağ cibindən isə bir ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim olunmuş bir ədəd şəffaf sellofan büküm polis tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, aşkar olunmuş psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində mobil nömrə olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 3 gün əvvəl Xəzər rayonu, Mərdəkan qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirməklə daşıdığını, həmin maddənin üstündə olmasından başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şahid3 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, şəxsi axtarış və götürmə davam etdirilərkən Nurlana şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyimi bildirdikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Nurlan üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm polis tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra ondan aşkar olunmuş psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar, həmçinin onun özü tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil mobil nömrəsi ilə işlək halda olduğunu bildirmiş, telefon polis tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2 gün əvvəl Ramana qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirməklə daşıdığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: 130-132). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid3 ifadəsinin davamında göstərdi ki, saxlanıldıqdan sonra döyülərkən ona xəsarət yetirilmişdir, X1 bu haqda qeyd etmiş, amma qeydə alınıb-alınmadığını bilməmişdir. O, şəxsən heç bir yerə şikayət verməmiş, prokurorluq tərəfindən də araşdırma aparılmamışdır. Şahid3 ifadəsinin yekununda göstərdi ki, məhkəmə baxışı zamanı onun iştirakı ilə aparılmış istintaq hərəkəti protokolları ona təqdim olunmuşdur. Onun imzası «A» hərfi ilə başlamış, lakin məhkəmədə ona təqdim olunan sənədlər «M» hərfi ilə imzalanmışdır. Məhz buna görə də məhkəmədə ona təqdim olunan sənədlərdəki imzalar ona məxsus deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan xüsusatları Şahid3 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir(iş vərəqə: 142-144). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən protokol tərtib olunan tarixdə, saat 20:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 47-ci kilometrliyinin yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş Şahid3 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 hər biri ayrı-ayrılıqda üzərlərində saxladıqları 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddəni çıxarıb təqdim etmişlər. Tədqiq olunan həmin protokoldan görünür ki, Şahid3 şəxsi axtarışla bağlı izahat verib təqdim etdiyi şübhəli maddənin patı adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, tutulmazdan 3 gün əvvəl şəxsi istifadəsi məqsədilə Mərdəkan qəsəbəsindən üzdən tanıdığı şəxsdən 40 manata alıb əldə etdiyini və üzərində saxlamaqla daşıdığını, Nurlan Mradov isə aşkar edilərək götürülmüş maddənin patı adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, tutulmazdan 2 gün əvvəl şəxsi istifadəsi məqsədilə Ramana qəsəbəsindən tanımadığı şəxsdən 50 manata alıb əldə etdiyini və üzərində saxlamaqla daşıdığını göstərmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış nəticəsində təqsirləndirilən şəxslərin hər birindən ayrı-ayrılıqda 01 ədəd bükümdə götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələr ayrı-ayrılıqda qablaşdırılmaqla götürülmüşdür. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış nəticəsində Şahid3 üzərindən bir ədəd üzərində nömrəsi olmayan bir ədəd «İphone», Nurlan Mradovun isə üzərindən bir ədəd «Redmi» markalı mobil telefonlar araşdırma məqsədilə götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi «Sony» markalı videokamera vasitəsilə videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 48-50). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2024-cü il tarixli protokola əlavə edilmiş «şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında» ayrı-ayrılıqda tərtib edilmiş 21 iyun 2024-cü il tarixli protokollardan görünür ki, qeyd olunan protokoların məzmunu “şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2024-cü il tarixli protokolun məzmunu ilə uyğundur və ziddiyyətlər müəyyən edilməmişdir(iş vərəqə: səh. 98). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs və saxlanılan Şahid3 üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd DVD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs, o cümlədən saxlanılmış Şahid3 üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2024-cü il tarixli, həmçinin «şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında» ayrı-ayrılıqda tərtib edilmiş 21 iyun 2024-cü il tarixli protokolların məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən edilməmişdir (məhkəmə iclas protokolu). Məhkəməyədək icraat mərhələsində qəbul edilmiş 21 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərara əsasən təqsirləndirilən şəxs Şahid3 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.99-100). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3316 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” möhür əksiTəqsirləndirilən şəxs aşkar edilmiş maddə..” və.s. soyadlar, imzalar olan kağız paketdə müəyyən olunan 01 ədəd bükümdəki ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 5,481 qram təşkil edir. Rəydəki qeydlərə əsasən metmafetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin rəyin qeyd hissəsindən görünür ki, aparılmış ekspertiza tədqiqatı ilə Təqsirləndirilən şəxs götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 5,481 qram olduğu müəyyən edilmiş, bundan 0,1 qram tədqiqata sərf edilmiş, 5,381 qram isə qalıq qalmışdır(iş vərəqə: səh.71-75). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,381 qram metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: səh.108). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3328 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Şahid3 ayrı-ayrılıqda aşkar edilmiş psixotrop maddə metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynidirlər(iş vərəqə: səh.103-104). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin halhazırda, yəni müayinə olunan mərhələdə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh.222-223). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2248 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idaə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: səh.220-221). İbtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana ünvanlanmış əməliyyat tapşırıqlarına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktublarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetaminin sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və qeyd olunan psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində hər hansı müsbət nəticə əldə olunmamışdır (iş vərəqə: səh.235). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, ibtidai istintaq orqanının 25 sentyabr 2024-cü il tarixli qərarına əsasən baxılan cinayət işindən Şahid3 barəsində, sonuncunun Təqsirləndirilən şəxs ilə hər hansı formada cinayət əlaqəsi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmış (iş vərəqə: 244-245). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 25 sentyabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işindən naməlum şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmış (iş vərəqə: 269-270). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, 20 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri, üzləşmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3316 №-li rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5289 nömrəli rəyi, cinayətin predmeti olan psixotrop maddə və videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskdən ibarət maddi sübutlar, iş üzrə maddi sübutların tanınmaları barədə qərarlar istintaq orqanının əməliyyat tapşırıqlarına əməliyyat orqanı tərəfindən verilən cavabı sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Təqsirləndirilən şəxs və baxılan işdən barəsində cinayət işi ayrılmış Şahid3 barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 20 iyun 2024-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, BMCMİ-si üzrə “əməliyyat qrupunun yaradılması haqqında” 20 iyun 2024-cü il tarixli əmr, Təqsirləndirilən şəxs və Şahid3 saxlanılıb BMCMİ-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 20 iyun 2024-cü il tarixli daha bir protokoldan görünür ki, əməliyyat məlumatı “Nurlan” və “Aqil” adlı şəxslər, yəni anket məlumatları müəyyənləşdirilmiş baxılan iş üzrə Təqsirləndirilən şəxs və barəsində cinayət işi ayrılmış Şahid3 külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə olunub saxlaması və daşımaları barədə olmuşdur (iş vərəqə: 3, 4-5, 9-10). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində özünü qismən təqsirli bilərək ondan aşkar edilib 01 ədəd bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 18 iyun 2024-cü il tarixdə Ramana qəsəbəsi ərazisində olan zaman təsadüfən rastlaşdığı tanımadığı bir şəxsdən rahat vaxt qəbul etməsi məqsədilə 50 manata təxminən 5 qram «patı» (burada: metamfetamin psixotrop maddəsi) aldığını qeyd edib, üzərinə keçirilən şəxsi axtarış zamanı könüllü olaraq çıxarıb təqdim etdiyini etiraf etsə də, məhkəmə baxışı mərhələlərində dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiklərini inkar etmiş, verdiyi ifadələrində özünü ümumiyyətlə təqsirli bilməmiş, qanunsuz saxlanıldığını, polis tərəfindən ona qarşı edilmiş fiziki və psixoloji təsirlən nəticəsində onun üzərinə ittihamda göstərilən psixotrop maddənin qoyulduğunu, aşkar olunub götürülən psixotrop maddənin ona aid olmadığını, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji və fiziki təzyiqlər, yetirilmiş xəsarətlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən metamfetamin psixotrop maddəsi ilə əlaqədar əməliyyat orqanına verilmiş əməliyyat tapşırığına verilən və məhkəmə baxışı zamanı tədqiq olunan cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə etməsini və qeyd olunan psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixl, 8 №-li qərarının qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etmək məqsədilə hər hansı iş görülməsi və ya buna şərait yaradılması müəyyənləşdirilməmiş, aşkar olunan psixotrop maddənin hazırlanması və ya realizə edilməsi üçün hər hansı avadanlıq, o cümlədən kütləsinin müəyyən edilməsi üçün çəki vasitəsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolda, nümayiş olunan videogörüntülərdə da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş istər polis əməkdaşları və ya istərsə də adi vətəndaşlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını və ya narkotik vasitələri və ya psixotrop maddələri satmağa cəhd etməsini, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması üçün alət və vasitələri hazırlamasını, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə hər hansı formada əlaqəsini təsdiq edə bilmədilər. Məhkəmə, həmçinin qeyd edir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübutlar, əməliyyat tapşırıqlarına əməliyyat orqanı tərəfindən verilən cavab təqsirləndirilən şəxsin onda aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, satmağa cəhd etməsini və ya satmasını təsdiq edə biləcək sübut təqdim edə bilməyən şahid ifadələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlərqanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,481 qram təşkil etmişdir ki, qeyd olunan bu miqdar külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 20 iyun 2024-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinin kütləsinin 5,481 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə olunmasının, saxlanmasının və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan psixotrop maddənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü müdafiə üçün gətirdiyi bu və ya sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun gətirdiyi dəlillər tam inkar olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitədən sadəcə istifadə etdiyini, satış məqsədi olmadığını bildirmiş, müdafiəçisi isə çıxışında məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs gənc olmasını və səhvini başa düşməsini nəzərə alıb, müvafiq vəsatətin və təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmiş, lakin nə Təqsirləndirilən şəxs və nə də onun müdafiəçisi Təqsirləndirilən şəxs polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə məcbur edilməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından əldə olunan Təqsirləndirilən şəxs adına açılmış 5306/2024 saylı tibbi kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” barədə 12-ci bəndində təqsirləndirilən şəxsin xəsarətlər almadığını bildirdiyi qeyd olunmuşdur. Tədqiq olunan 5306/2024 saylı tibbi kitabçaya əlavə olunan tibbi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuş və obyektiv tibbi müayinə zamanı sonuncunun bədən səthində sol bazunun arxa səthində və sol saidin yuxarı 1/3-nin arxa səthində çoxsaylı səthi kəsilmiş üzəri qərtməkli yaralar kimi xəsarətlər aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs xəsarətləri istintaqın gedişinə etiraz ədaməti olaraq MSY-də (X3) özü-özünə yetirdiyini bildirmişdir. Məhkəmə sorğularına əsasən baxılan cinayət işi üzrə ibtidai istintaq aparılmış ərazi aidiyyatı üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov və Qaradağ rayon prokurorluqlarından daxil olmuş rəsmi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə adı çəkilən prokurorluqlara hər hansı məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Göstərilənlərdən başqa, məhkəmə, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs lehinə verdiyi müdafiə xarakterli ifadələrinə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, qeyd olunan şəxsin məhkəmədəki ifadəsi onun Təqsirləndirilən şəxsla mövcud olmuş şəxsi münasibətlərindən əmələ gəlmiş müdafiə üsuludur və qeyd olunan bu üsul Təqsirləndirilən şəxs hər hansı hissədə bəraət verilməsinə əsas ola bilməz. Bu xüsusatla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş, barəsində ayrıca icraatda cinayət işi ayrılmış Şahid3 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbirinə dair məsələyə baxılarkən Şahid3 özünü təqsirli bilərək narkotik vasitədən şəxsi istehlak məqsədilə 1 il ərzində istifadə etdiyini, satış məqsədi olmadığını, astma xəstəliyinin olmasını bildirmiş, barəsində olan müvafiq vəsatətin və təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmiş, lakin nə Təqsirləndirilən şəxs və nə də onun özünün polis tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalması, döyülüb xəsarətləndirilməsi nəticəsində ittihamda göstərilən külli miqdarda metamfetamin psixotrop maddəsini boynuna götürməyə məcbur edilməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini görməsə də, yaxın münasibətlərinə görə bunu hiss etdiyini göstərmişdir. Şahid3 məhkəmədəki ifadələrində Təqsirləndirilən şəxs ilə üzləşməməsi və işdə olan üzləşmə protokolundakı imzaların ona məxsus olmaması barədə göstərdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində müdafiəçisi ilə birlikdə cinayət işinin bütün materialları ilə tanış olmuş, heç bir istintaq hərəkəti protkoluna, o cümlədən özü ilə Şahid3 arasında keçirilmiş üzləşmədə dindirmə protokoluna etiraz etməmiş, vəsatətlər verilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş üzləşməyə dair protokol müqayisəli tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan istintaq hərəkətləri Şahid3 özü ilə yanaşı onun, təqsirləndirilən şəxsin və onların hər ikisinin ayrı-ayrı müdafiəçilərinin iştirakları ilə tərtib edilmiş və bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, Şahid3 məhkəmədəki ifadəsində onun imzasının «A» hərfi ilə başlaması, lakin məhkəmədə ona təqdim olunan sənədlərdə ona aid imzanın «M» hərfi ilə icra olunması və məhz buna görə də məhkəmədə ona təqdim olunan sənədlərdəki imzaların ona məxsus olmaması barədə göstərdiklərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı mübahisələndirilən sənədlər məhkəmə istintaqı zamanı Şahid3 təqdim edilmiş və sonuncunun adının qarşısında edilmiş imzaların «A» hərfi ilə başlaması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59.cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5289 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin rəyə əsasən o, ərazi narkolojdi dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 20 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 iyun 2024-cü il tarixdə saxlanılmaqla şübhəli şəxs qismində tutulmuş, 22 iun 2024cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 iyun 2024cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,481 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,381qram metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə iki dəfə - 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3316 №-li və 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3328 №-li məhkəmə-kiyəvi ekspertizaları təyin edilmiş və hər bir ekspertiza üçün 110 manat - cəmi 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iş üzrə müəyyən edilmiş 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci həm Təqsirləndirilən şəxs və həm də Şahid3 aid edilməli, sonuncunun barəsində ayrıca icraatda cinayət işinin ayrılması nəzərə alınmaqla müəyyən olunan ekspertiza xərcləri müştərək qaydada tutulmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, 110 (yüz on) manat ekspertiza xərci baxılan iş üzrə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,481 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,381qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-682/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-682/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver