Məhkəmə qərarları › İş №1(101)-683/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-683/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-683/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı Şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 və Bakı Şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, 09 aprel 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 28 may küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək yaşadığı evdə saxlamışdır. Belə ki, o, qanunsuz olaraq məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda 28,482 qram narkotik vasitə heroin və külli miqdarda 9,792 qram psixotrop maddə metamfetamin əldə edərək həmin heroinin 0,022 qram hissəsini və həmin metamfetaminin 0,923 qram hissəsini 22.07.2021-ci il tarixdə, saat 10 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 60 ünvanında qanunsuz olaraq 10 manat müqabilində tanışı olan qeyrisinə satmış, qeyrisi ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı o, 22.07.2021-ci il tarixdə, saat 12 rədələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızı bükümündə 0,022 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümündə təmiz çəkisi 0,923 qram olan ağ kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 22.07.2021-ci il tarixdə, saat 14:40 radələrində keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilərkən evin dəhiizindəki qaz sobasının içindən üzərində “Boso” yazılmış parça qabından 18 ədəd siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,082 qram,0,007 qram, 0,079 qram, 0,038 qram, 0,020 qram, 0,045 qram, 0,052 qram, 0,057qram, 0,045qram, 0,060 qram, 0,063 qram, 0.035 qram, 0,033 qram, 0,039 qram, 0,093 qram, 0,053 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 2,045 qram, 1,024 qram, 1,144 qram, 0,619 qram, 0,220 qram, 0,367 qram olmaqla ümumi təmiz çəkisi 6,020 qram olan tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 1 ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 21,545 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda 28.46 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə 5,476 qram çəkidə tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 04 ədəd bükümlərdə, 01 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,190 qram, 0,055 qram, 1,013 qram, 7,540 qram-ümumi təmiz çəkisi tərkibinə görə eynilik təşkil edən külli miqdarda 8,869 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd uc hissəsi yandırılmış popirosda 0,175 qram çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə olan qudurulmuş marixuana, 1 ədəd plastik qabda və 14 ədəd dəftər kağızı bükümlərində ümumilikdə 4,794 qram olmaqla - 0,344 qram, 0,339 qram, 0,329 qram, 0,348 qram, 0,322 qram, 0,316 qram, 0,337 qram, 0,275 qram. 0,293 qram, 0,223 qram, 0,319 qram, 0,350 qram, 0,355 qram, 0,325 qram, 0.319 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd falqa kağızları, 1 ədəd politilen paketdə təmiz çəkisi 65,591 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qudurulmuş marixuana, 1 ədəd üzərində “Ketanol” sözü yazılmış şüşə qabın içərisində olmaqla 3 ədəd üzərində açıq-qəhvəyi rəngli T/M 40” göstəricili, 4 ədəd ağ rəngli “Z/40” göstəricik, 5 ədəd(4 ədəd ağ rəngli və 1 ədəd açıq-qəhvəyi rəngli) ümumi təmiz çəkisi 0,280 qram olan tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 0,30 qram olan dərman həbləri, 1 ədəd üzərində narkotik vasitə heroin izləri aşkar edilmiş tərəzi və 1 ədəd plastik ölçü qaşığı aşkar edilərək götürülmüş, habelə qeyd olunan tədbir zamanı onun qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq əkib, yetişdirməklə kultivasiya etdiyi külli miqdarda 35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilər aşkar edilərək torpaqdan çıxarılmaqla götürülmüşdür. X5, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etmişdir. Belə ki, o, qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda 35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, yetişdirməklə kultivasiya etmiş və 22.07.2021-ci il tarixdə Xəzər RPİ-nin və 1-ci PŞ-nin əməkdaşlarından ibarət təşkil edilmiş istintaq-əməliyyat qrupunun üzvləri ilə ünvan 5 ünvanında keçirilmiş əməliyyat-istintaq tədbiri zamanı axtarış, baxış və götürmə keçirilərkən evin həyətyanı sahəsindən külli miqdarda-35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri kökündən çıxarılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etmişdir. Belə ki, o, qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ünvan 4 ünvanında yerləşən evin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda 35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, yetişdirməklə kultivasiya etmiş və 22.07.2021-ci il tarixdə Xəzər RPİ-nin və 1-ci PŞ-nin əməkdaşlarından ibarət təşkil edilmiş istintaq-əməliyyat qrupunun üzvləri ilə ünvan 5 ünvanında keçirilmiş əməliyyat-istintaq tədbiri zamanı axtarış, baxış və götürmə keçirilərkən evin həyətyanı sahəsindən külli miqdarda-35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri kökündən çıxarılmaqla götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, kiçik qardaşı Təqsirləndirilən şəxs3 və anası ilə birlikdə yaşayır. Yaşadıqları ev 8 sot həyətində çətənə toxumu əkmişdir. Narkotik maddə satışı ilə məşğul olmamışdır. Həyətdə çətənə kolu əkməyindən ailə üzvlərinin məlumatı olmamışdır. 02 iyul 2021-ci il tarixdə, səhər saat 9 radələrində kiçik qardaşı bir neçə adamın evin girişində olan kameraları sındırdığını deyərək onu yuxudan oyatmışdır. Bundan sonra həmin şəxslər həyət divarından həyətə daxil olaraq onu və qardaşını döyməyə başlamışlar. Daha sonra onlarla eyni evdə yaşamayan qardaşı Təqsirləndirilən şəxs2 yanlarına gətirmişlər və hər üçünə qarşı zor tətbiq etməyə başlamışlar. O, qardaşlarının onun əkdiyi çətənə kollarından xəbərləri olmadığını, həmin kolları tək başına əkdiyini və suladığını bildirsə də, qardaşlarını ona köməklik etdiklərini deməyə məcbur etmişlər. Daha sonra onu məcbur etmişlər ki, onlar tərəfindən verilmiş narkotik maddələri sobadan çıxarsın və ona məxsus olan kimi videogörüntülərdə təqdim etsin. O, həmin narkotik maddələrin ona məxsus olmadığını və videogörüntülərdə ona məxsus olmadığını deməyəcəyini bildirmişdir. Özü narkotik vasitə istifadəçisidir. Ortancıl qardaşı onlarla eyni evdə yaşamır, onu qohumlarının evindən gətirmişlər. Qardaşlarını məcbur etmişlər ki, çətənə kollarına su verdiklərini desinlər. Özü heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Nəşə çəkmiş, kokos, heroin isifadə etmişdir. Axtarışdan əvvəl ona məhkəmə qərarını təqdim edilməmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 02 iyul 2021-ci il tarixdə səhər saatlarında qaz kartına pul yükləyib evinə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu qardaşlarının yaşadığı evə gətirmişlər. Polis əməkdaşlarına onun həmin ünvanda yaşamadığını bildirmişdir. Ona həmin polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Həyətə daxil olduğu zaman qardaşlarının hər ikisi yerə uzadılmış vəziyyətdə olmuşdur. Məcbur etmişlər ki, onların dediklərini təsdiqləsinlər. Evdə olan peçin içindən aşkar olunmuş narkotik vasitəni qardaşına məxsus olduğunu demişlər. Məcbur etmişlər ki, həyətdə olan çətənə kollarına su verdiklərini desinlər. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Araz” marketlər şəbəkəsində satıcı işləmişdir. 02 iyul 2021-ci il tarixdə xəstə olduğundan işdən icazə alaraq evdə olmuşdur. Yatmışlar, kimlərinsə kameranı sındırdığını görüb qardaşını oyatmışdır. Bundan sonra 2-3 nəfər adam həyətə girib onları qandallayıb yerə uzandırmılar. Onu və qardaşı İmamverdini məcbur etmişlər ki, həyətdəki ağaclara su verdiklərini desinlər. Əslində o, çətənə kollarını sulamamışdır. Sobadan aşkar olunmuş narkotik vasitə onlara məxsus olmamış, onlar saxlanıldıqdan 3-4 saat sonra polis əməkdaşları tərəfindən onların evinə gətirilib sobaya yerləşdirilmişdir. Marixuana istifadə etmiş, hal-hazırda heç bir narkotik vasitədən asılılığı yoxdur. İttiham olunduqları cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuita yetir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin NMBnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22.07.2021-ci il tarixdə X3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş, daha sonra keçirilmiş əməliyyat tədbiri zamanı X7 həmin gün saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu. 28 May küçəsində müəyyən edilərək Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilərək videoçəkiliş aparılmaqla Surac Adgözəlovun üzərinə axtarış, baxış və götürmə aparılarkən Surac Adgözəlov əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroine bənzər maddəni və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər ağ-kristal şəkilli maddəni çıxarıb təqdim edərək həmin maddərdən birinin “kakos” adlanan heroin, digərinin isə “şüşə” adlanan metamfetamin olmasını və 22.07.2021-ci il tarixdə, səhər saatlarında Mərdəkan qəsəbəsində yaşayan Qəmbər adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. Odur ki, sonra təxirəxalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilərək şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs1 könüllü razılıq ərizəsi əsasında, qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, əməliyyat qrupunun üzvləri - özünüm Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid3, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və alim-aqronom X2 iştirakı ilə axtarış və baxış keçirilərkən evin həyətyanı sahəsindən 35 ədəd əkilib-becərilmiş narkotik tərkibli çətənə bitki kolları torpaqdan çıxarılmaqla götürülmüş və axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 özünün göstərməsinə əsasən evin dəhlizindəki qaz sobasının içindən üzərində “Boso” yazılmış parça qabın içindən 17 ədəd siqaret kağızına bükülmüş içərsində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddələr, 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd kağızdan düzəldilmiş borunun içində qurudulmuş marixuanaya bənzər maddə, bundan başqa bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 14 ədəd kağıza bükülmüş qurudulmuş ot şəkilli marixuanaya bənzər kütlələr, 2 ədəd falqa kağızları. 1 ədəd kibrit qutusunun içində olmaqla 3 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə. 1 ədəd isə qəhvəyi toz şəkilli heroinə bənzər maddələr, 8 ədəd sellofan bükümlərində tünd qəhvəyi rəngli tiryəkə bənzər maddələr, 1 ədəd qırmızı plastik qabın içərisində yaşıl rəngli ot şəkilli marixuanaya bənzər bitki kütləsi, 1 ədəd qara (laoaqlı plastik qabın içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə, 1 ədəd içərisində toz şəkilli qəhvəyi maddə, 1 ədəd üzərində “Ketanol” sözü yazılmış şüşə qabın içərisində 17 ədəd dərman preparatories 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin çətənə kollarını özü əkib becərməklə yanaşı, arada qardaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də həmin kollara qulluq etməsini bildirmiş, həmçinin evdə qaz sobasından aşkar edilmiş çoxsaylı bükümlərdə olan narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün əldə edib həmin yerdə gizlədərək saxladığını etiraf etmişdir. Bu barədə protokol tərtib edilmiş və aşkar edilmiş kollar, maddələr, predmetlər qablaşdırılaraq üzəri möhürlənmişdir. Axtarış və götürmə barədə protokolu o iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsindən görünür ki, o da şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 12-13-cü vərəqlərində olan şəxsin üzərinə şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin İnzibati binasında xidməti otaqda təhqiqatçı polis baş leytenantı Elvin Hacıyev tərəfimdən şübhəli şəxs qismində tutulmuş X3 üzərinə Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X1 və müdafiəçi Bəhruz Səfərovun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs X4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X7 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bır ədəd ağ-qızılı rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd sellofan bükümdə psixolrop maddə olan metamfetaminə bənzər ağ-kristal şəkilli maddəni çıxarıb təqdim edərək sorğu-sual zaman həmin maddərdən birinin “kakos” adlanan heroin, digərinin isə “şüşə” adlanan metamfetamin olmasını və 22.07.2021-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində yaşayan Qəmbər adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını və üzərində gəzdirdiyini bildirmişdir. S.Adgözəlovıın üzərindən aşkar edilmiş iki ədəd bükümlərdə olan maddələr təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və tərtib edilmiş protokol İştirakçılar tərəfindən imzalarla təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 27-31-ci vərəqlərində olan Təqsirləndirilən şəxs1 evində axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, 22.07.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs1 və qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid3, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, alim-aqronom X2 iştirakı ilə təxirəsalınmaz axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanındakı evin həyət yanı sahəsindən torpaqdan çıxarılmaqla 35 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 göstərməsinə əsasən evin dəhlizindəki qax sobasının içindən üzərində “Boso” yazılmış parça qabın içindən 18 ədəd siqaret kağızına bükülmüş içərsində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddələr, 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd kağızdan düzəldilmiş borunun içində qurudulmuş marixuanaya bənzər maddə, bundan başqa bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 14 ədəd dəftər kağızı Dükumlarinclə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər maddə, 2 ədəd falqa kağızları, 1 ədəd kibrit qutusunun içində olmaqla 3 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə, 1 ədəd isə qəhvəyi toz şəkilli heroinə bənzər maddələr, 8 ədəd sellofan bükümlərində tünd qəhvəyi rəngli tiryəkə bənzər maddələr, 1 ədəd qırmızı plastik qabın içərisində yaşıl rəngli ot şəkilli marixuanaya bənzər bitki kütləsi, 1 ədəd qara qapaqlı plastik qabın içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə, 1 ədəd içərisində toz şəkilli qəhvəyi maddə, 1 ədəd üzərində “Ketanol” sözü yazılmış şüşə qabın içərisində 17 ədəd dərman preparatorları, 1 ədəd elektron tərəzi, 1 ədəd plastik materialdan narıncı rəngli kiçik ölçü qaşığı aşkar edilərək götürülərək qablaşdırılmış və üzəri "Zərflər üçün No 43:' nömrəli möhürlə möhürlənir. Cinayət işinin 1-ci cildinin 148-149-cu vərəqlərində olan Təqsirləndirilən şəxs1 evində axtarış, baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntlər olan DVD diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs1 və qardaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid3, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, alim- aqronom X2 iştirakı ilə təxirəsalınmaz axtarış keçirilir. Axtarışda iştirak edən şəxslər özlərini təqdim edir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanındakı evin həyət yanı sahəsindən torpaqdan çıxarılmaqla 35 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 göstərməsinə əsasən evin dəhlizindəki qaz sobasının içindən üzərində “Boso" yazılmış parça qabın içindən 18 ədəd siqaret kağızına bükülmüş içərsində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddələr. 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd kağızdan düzəldilmiş borunun içində qurudulmuş marixuanaya bənzər maddə, bundan başqa bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 14 ədəd dəftər kağızı bükümlərində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər maddə, 2 ədəd falqa kağızları, 1 ədəd kibrit qutusunun içində olmaqla 3 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal formalı metamfetaminə bənzər maddə, 1 ədəd isə qəhvəyi toz şəkilli heroinə bənzər maddələr, 8 ədəd sellofan bükümlərində tünd qəhvəyi rəngli tiryəkə bənzər maddələr, 1 ədəd qırmızı plastik qabın içərisində yaşıl rəngli ot şəkilli marixuanaya bənzər bitki kütləsi, 1 ədəd qara qapaqlı plastik qabın içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə, 1 ədəd içərisində toz şəkilli qəhvəyi maddə, 1 ədəd üzərində "Ketanəl” sözü yazılmış şüşə qabın içərisində 17 ədəd dərman preparatorları. 1 ədəd elektron tərəzi, 1 ədəd plastik materialdan narıncı rəngli kiçik ölçü qaşığı aşkar edilərək götürülür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 evinin həyətindən aşkar edilmiş çətənə bitkilərini özünün əkib becərməsini və bəzən qardaşları Əliqəm və İmamverdi həmin bitkilərə qulluq edirmişlər, evdən axtarış zamanı aşkar edilən narkotik və psixotrop maddələri isə özü istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə sorğuzamanı evin həyətindəki çətənə bitkilərinə arada qulluq edib suvardıqlarını, narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını, qardaşları Qəmbərin əldə etdiyi narkotik maddələrdən xəbərləri olmadığını bildirirlər. Cinayət işinin 1-ci cildinin 104-106-cı vərəqlərində olan 23 iyul 2021-ci il tarixli, 6/3030 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,022qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,923 qram olan ağ rəngli kristallik dormuda maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 1-ci cildinin 109-111-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 7/702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "... Təqsirləndirilən şəxs1 Mərdəkan qəs. 28 May küçəsi 60 ünvanındakı evindən və evin həyətindən aşkar edilmiş ot çəkilli bitki yarpaqları ....’ yazılar və imzalar olan 1 N-li kağız paketdə bir ədəd polietilen paketdə təmiz çəkisi-65.591 qram bitki mən çəli kütlə tərkibində narkotik narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixanadır.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 evindən axtarış zamanı götürülmüş sellofan, siqaret kağızı, dəftər kağızı bükümlərində, plastik qutularda, olan narkotik vasitəyə, psixotrop maddəyə bənzər maddələr, 1 ədəd elektron tərəzi...” yazılar və imzalar olan 2 N-li kağız paketdə 14 ədəd dəftər kağızı bükümlərində, 1 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri- 0,344 qram, 0,339 qram, 0,329 qram, 0,348 qram, 0,322 qram, 0,316 qram, 0,337 qram, 0,275 qram, 0,223 qram. 0,319 qram, 0,350 qram. 0.355 qram. -0,325 qram, 0,319 qram, ümumi çəkisi-4,794 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixanalardır. Həmin paketdə 1 ədəd düzəldilmiş, uc hissəsi yandırılmış 1 ədəd papirosdakı qarışıq kütlənin tərkbində təmiz çəkisi-0,175 qram birki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixanadır. Tədqiqata təqdim olunmuş ağ kağızda üzərlərində “ünvan 6 ünvanının həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkisinə nəazər kollar” yazılar və imzalar olan 04 ədəd baş-başa keçirilmiş ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı- 35 ədəd, ümumi çəkisi- 27450,0 qram oları bitki nümunələri əkilib-oecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqdim olunmuş marixuanalar ilə çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş elektron tərəzi üzərind bitki mənşəli narkotik vasitələr hissəciklər yoxdur. Cinayət işinin 1-ci cildinin 114-17-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/3046 saylı 23 iyul 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1 evindən...” sözləri yazılmış 1 nömrəli paketdəki bir ədəd qara rəngli polisetilen paketdə təmiz çəkisi 21,545 qram olan qəhvəyi rəngli tozşəkilli maddə və 2 nömrəli opaketdəki 18 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,082 qram,0,007 qram, 0,079 qram, 0,038 qram, 0,020 qram, 0,045 qram, 0,052 qram, 0,057 qram, 0,045 qram, 0,060 qram, 0,063 qram, 0,035 qram, 0,033 qram, 0,039 qram, 0,093 qram, 0,053 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 2,045 qram, 1,024 qram, 1,144 qram, 0,619 qram, 0,220 qram, 0,367 qram- ümumi təmiz çəkisi 6,020 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd bükümdə 5,476 qram çəkidə tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Dpr ədəd bükümlərdə və bir ədəd plastik qabda ayrıayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,190 qram, 0,055 qram, 1,013 qram, 7,540 qramümumi təmiz çəkisi 8,869 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir: 3 ədəd üzərində açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili, 4 ədəd ağ rəngli “Z/40” göstəricili dərman həbləri, 5 ədəd (4 ədəd ağ rəngli və 1 ədəd açıq-qəhvəyi rəngli) ümumi təmiz çəkisi 0,280 qram olan həb qırıntılarının əsas təsiredici maddəsi metadondur və tərkiblərindəki metadonun təsir maddəsinin ümumi miqdarı 0,30 qram(280+0,02 qr) təşkil edir. 2 ədəd aö rəngli kapsul, 3 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən maddə komponentləri aşkar edilmədi. Bir ədəd plastik qaşıq və bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından eyniliklə bağlı qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin 2-ci cildinin 68-72-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2021-ci il tarixli 6/4884 № 4-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “DİN-in Zərflər üçün 157 №-li dariəvi möhür əksləri olan bir ədəd bükümdə təmiz çəkisi 0,020 qram olan narkotik vasitə heroin, üzərində ‘‘...Təqsirləndirilən şəxs1 evindən...” sözləri yazılmış 1 №-li paketdə bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 21,445 qram olan narkotik vasitə heroin və 2 №-li paketdə 18 bükümdə ümumi təmiz çəkisi 0,805 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və 7 ədəd bükümdə ümumi təmiz çəkisi 5,985 qram olan narkotik vasitə heroİnlərdən xarici əlamətlərinə və kimyəvin komponent tərkiblərinə görə fərqlidirlər. Dörd ıdıd bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 8,769 qram olan psixotrop maddə - metamfetaminlə üzərində “AR DİN-in Zərflər üçün № 157” dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində bir bükümdə təmiz çəkisi 0,873 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 50-51-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 28.10.2021-ci il tarixli 4192 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin, kannabiodlərin və psixxotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cidlinin 18-19-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 15.10.2021-ci İl tarixli 3966 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabiodlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci idlinin 16-17-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 15.10.2021-ci il tarixli 3965 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabiodlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş İİ siyahının 67-ci bəndinə görə 2 qram narkotik vasitə olan metamfetamin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmamasına, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həhətdə sşkar olunmuş çətənə kollarının kultivasiyası ilə məşğulm olmamalarına dair ifadələrində göstərdikləri xüsusatlar videoçəkiliş aparılmaqla baxış keçirilməsinə dair protokollar, şahid ifadələri, mobil telefonunda olan SMS mətnləri, özlərinin ibtidai istintaqda verdikləri və məhkəmədə tədqiq edilən etirafedici ifadələri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onların ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin hər birinin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3, 237.2.1 və 237.2.3-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə CMnin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 1-ci cildinin 251-254-cü vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 19.04.2007-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-nin 234.4.1, 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28.11.2011-cl il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 22.10.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 1 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 24.10.2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. CM-nin 83-cü maddəsinin tələbinə görə qeyd olunan hökmlər təqsirləndirilən şəxslərə münasibətdə hazırda məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işinin 1-ci cildinin 64-cü vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, cinayət işinin 11-ci cidlinin 230-231-ci vərəqlərində olan “Təqsirləndiirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında” 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 82-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, cinayət işinin 1-ci cildinin 216-cı vərəqində olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 45 vərəqində olan protokol və cinayət işinin 1-ci cidlinin 225-229-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində 24 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmışdır. Himayəsində azyaşlı uşağının olması, məhkumluğunun olmaması CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hallardır. Məhkumluqlarının olmaması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, hər bir təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 son sözlə məhkəmədə çıxışları zamanı törətdikləri əməllərini etiraf edib, səmimi peşman olmaqlarını, məhkəmə araşdırması zamanı davranışlarını, təqsirləndirilən şəxslərin hər üçünün doğma qardaş olmaqlarını müstəsna hal kimi qəbul edib, hər birinin törədilmiş cinayətdə iştirak dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsə uzun müddət, yəni təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz, əksinə təqsirləndirilən şəxslərin uzun müddət azadlıqdan məhrum edilməsi ədalət mühakiməsinə inamı azaltmaqla cəzanın qanunda göstərilən məqsdələrinə zidd nəticələrə səbəb ola bilər. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə onlara CM-nin 237.2.1 və 237.2.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. İbtidai həbs müddəti və ev dustaqlığı cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan ilə əvəz edilməli, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, hər üç təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Buna görə də Təqsirləndirilən şəxs2 22 iyul 2021-ci il tarixdən tutulduğu və ev dustaqlığında saxlanıldığı 9 ay 7 gün və Təqsirləndirilən şəxs3 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün hər birinə təyin ediləcək ümumi cəza müddətinə hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniydan məcburi müalicə təyin edilməli, hər üç təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 148,28 (bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat pulun 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs1, 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs2 və 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs3 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bakı Şəhər Xəzər Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs1 evindən axtarış zamanı götürülmüş İstintaq zamanı Təqsirləndirilən şəxs1 evindən axtarış zamanı ünvan 5 ünvanından götürülmüş külli miqdarda - 35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, 18 ədəd siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,082 qram,0,007 qram, 0,079 qram, 0,038 qram, 0,020 qram, 0,045 qram, 0,052 qram, 0,057 qram, 0,045 qram, 0,060 qram, 0,063 qram, 0,035 qram, 0,033 qram, 0,039 qram, 0,093 qram, 0,053 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 2,045 qram, 1,024 qram, 1,144 qram, 0,619 qram, 0,220 qram, 0,367 qram- ümumi təmiz çəkisi 6,020 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə 5,476 qram çəkidə tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 04 ədəd bükümlərdə, 01 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,190 qram, 0,055 qram, 1,013 qram, 7,540 qram-ümumi təmiz çəkisi 8,869 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin; 1 ədəd uc hissəsi yandırılmış popirosda 0,175 qram çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qudurulmuş marixuana, bundan başqa bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 1 ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 21,545 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik qabda və 14 ədəd dəftər kağızı bükümlərində ümumilikdə 4,794 qram olmaqla - 0,344 qram, 0,339 qram, 0,329 qram, 0,348 qram, 0,322 qram, 0,316 qram, 0,337 qram, 0,275 qram, 0,223 qram, 0,319 qram, 0,350 qram, 0,355 qram, -,325 qram, 0,319 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd falqa kağızları, 1 ədəd poletilen paketdə təmiz çəkisi 65,591 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qudurulmuş marixuana, 1 ədəd üzərində “Ketanol” sözü yazılmış şüşə qabın içərisində olmaqla 3 ədəd üzərində açıqqəhvəyi rəngli “F/M 40” göstəricili, 4 ədəd ağ rəngli “Z/40” göstəricili, 5 ədəd (4 ədəd ağ rəngli və 1 ədəd açıq-qəhvəyi rəngli) ümumi təmiz çəkisi 0,280 qram olan tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 0,30 qram olan dərman həbləri, 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi və 1 ədəd plastik ölçü qaşığı CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun hüquqlarını ibtidai istintaq zamanı müvafiq olaraq Bakı Şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər X9, X8, X10, məhkəmədə isə təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi3 Cəlal oğlu və Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatlardan görünür ki, dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları müdafiəçi Fərman Cəfərov 50 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 300 (üç yüz ) manat, müdafiəçi Orxan Qocayev 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 (iki yüz qırx) manat, müdafiəçi Nadir Ağamedov 25 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 isə hər biri 65 saat, iş saatları üzrə hər üç vəkilə ödənilməli haqq isə 330 (üç yüz otuz) manat təşkil edir. CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X9 üçün 300 (üç yüz) manat, X8 üçün 240 (iki yüz qırx) manat, X10 üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 690 (altı yüz doxsan) manat fəaliyyət göstərdikləri Bakı Şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 Cəlal oğlu və Müdafiəçi1 hər birinə 330 (üç yüz otuz) manat olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat fəaliyyət göstərdikləri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il azadlıqdan məhrmetmə cəzasına, CMnin 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 iyul 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, 22 iyul 2021-ci il tarixdən tutulduğu və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 7 (yeddi) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablansın, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablansın, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 148,28 (bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat pulun 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs1, 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs2 və 49,42 (qırx doqquz manat qırx iki qəpik) manatı Təqsirləndirilən şəxs3 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Bakı Şəhər Xəzər Rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs1 evindən axtarış zamanı götürülmüş İstintaq zamanı Təqsirləndirilən şəxs1 evindən axtarış zamanı ünvan 5 ünvanından götürülmüş külli miqdarda - 35 ədəd ümumi çəkisi 27450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləri, 18 ədəd siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,082 qram,0,007 qram, 0,079 qram, 0,038 qram, 0,020 qram, 0,045 qram, 0,052 qram, 0,057 qram, 0,045 qram, 0,060 qram, 0,063 qram, 0,035 qram, 0,033 qram, 0,039 qram, 0,093 qram, 0,053 qram, 0,052 qram, ümumi təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 2,045 qram, 1,024 qram, 1,144 qram, 0,619 qram, 0,220 qram, 0,367 qram- ümumi təmiz çəkisi 6,020 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə 5,476 qram çəkidə tünd-qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 04 ədəd bükümlərdə, 01 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,190 qram, 0,055 qram, 1,013 qram, 7,540 qram-ümumi təmiz çəkisi 8,869 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin; 1 ədəd uc hissəsi yandırılmış popirosda 0,175 qram çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qudurulmuş marixuana, bundan başqa bir ədəd açıq qəhvəyi rəngli zəncirbəndli əl çantasının içindən 1 ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 21,545 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik qabda və 14 ədəd dəftər kağızı bükümlərində ümumilikdə 4,794 qram olmaqla - 0,344 qram, 0,339 qram, 0,329 qram, 0,348 qram, 0,322 qram, 0,316 qram, 0,337 qram, 0,275 qram, 0,223 qram, 0,319 qram, 0,350 qram, 0,355 qram, -,325 qram, 0,319 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 2 ədəd falqa kağızları, 1 ədəd poletilen paketdə təmiz çəkisi 65,591 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə-qudurulmuş marixuana, 1 ədəd üzərində “Ketanol” sözü yazılmış şüşə qabın içərisində olmaqla 3 ədəd üzərində açıqqəhvəyi rəngli “F/M 40” göstəricili, 4 ədəd ağ rəngli “Z/40” göstəricili, 5 ədəd (4 ədəd ağ rəngli və 1 ədəd açıq-qəhvəyi rəngli) ümumi təmiz çəkisi 0,280 qram olan tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 0,30 qram olan dərman həbləri, 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi və 1 ədəd plastik ölçü qaşığı məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X9 üçün 300 (üç yüz) manat, X8 üçün 240 (iki yüz qırx) manat, X10 üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 690 (altı yüz doxsan) manat fəaliyyət göstərdikləri Bakı Şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 Cəlal oğlu və Müdafiəçi1 hər biri üçün 330 (üç yüz otuz) manat olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat fəaliyyət göstərdikləri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar